Son illərdə bir sıra uğurlu layihələrə imza atan Azərbaycan Aşıqlar Birliyində (AAB) növbəti layihə yekunlaşmaq üzrədir. “Aşıqlar Vətən müharibəsində Qələbəni tərənnüm edir” adlı bu layihə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilir.
Bu barədə AZƏRTAC-a məlumat verən AAB-nin sədr müavini Altay Məmmədli bildirib ki, layihə çərçivəsində aşıqların 44 günlük müharibədə müzəffər Azərbaycan ordusunun əldə etdiyi qələbəni tərənnüm edən ifalarından ibarət audiodisk buraxılacaq. Artıq Əməkdar mədəniyyət işçiləri Ağamurad Şirvanlı və Samirə Əliyeva ilə yanaşı aşıqlardan Qələndər Zeynalov, Nazim Quliyev, Nəbi Nağıyev, Altay Məmmədli, Kəmalə Qubadlı, Roman Azaflı və digərləri ilə yanaşı, “Çeşmə” və “Misri” qruplarının ifasında qələbəmizi tərənnüm edən, ordumuzu yeni uğurlara səsləyən aşıq mahnıları səsyazma studiyasında lentə alınıb. Ümumilikdə audiodiskdə müxtəlif aşıq havalarından ibarət 20 ifa yer alacaq.
Layihənin rəhbəri Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı, koordinatoru isə birliyin katibi, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğludur.
Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında yaratdığı obrazlarla, çəkdiyi filmlərlə adını əbədi olaraq Azərbaycan kinosu tarixinə yazan Şahmar Ələkbərovun yubileyi münasibətilə aktyorun həyat və yaradıcılığından bəhs edən videomaterial hazırlanıb.
AZƏRTAC xəbər verir ki, kitabxana əməkdaşlarının hazırladığı “Görkəmli aktyor Şahmar Ələkbərov” adlı videomaterialda aktyorun zəngin yaradıcılıq yolu, rol aldığı filmlər haqqında maraqlı məlumatlar təqdim edilib. Videomaterialda Uilyam Şekspirin “Lope de Veqa” tamaşasında ilk çıxışı, rejissoru və ssenari müəllifi olduğu bədii filmləri, təltif edildiyi mükafatlar haqqında məlumatlar əks olunub. Hazırlanan materialda Şahmar Ələkbərovun rol aldığı filmlərdən görüntülər də yer alıb.
Xatırladaq ki, bu gün Azərbaycanın Xalq artisti, aktyor, ssenarist, səs aktyoru, rejissor Şahmar Ələkbərovun anadan olmasının 80 illik yubileyi tamam olur.
Cəmi 50 il yaşayıb. Amma bu müddətdə yaratdığı obrazlarla, çəkdiyi filmlərlə adını əbədi olaraq kino tariximizə yaza bilib.
AZƏRTAC xəbər verir ki, bu gün Xalq artisti Şahmar Ələkbərovun anadan olmasından 80 il ötür.
O, Azərbaycan İncəsənət İnstitutunun aktyorluq fakültəsində Rza Təhmasibin kursunda təhsil alıb. Hələ üçüncü kursda oxuyarkən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrına işə götürülüb. “Ustalar” tamaşasında qazandığı uğurdan sonra böyük tamaşaçı auditoriyasının rəğbətini qazanıb. Bundan sonra məşhur sənətkar Adil İsgəndərоv onu kinostudiyanın nəzdində özünün yaratdığı “Kino aktyorluğu” studiyasına dəvət edib.
Şahmar Ələkbərov “Azərbaycanfilm” kinostudiyasında aktyor və rejissor kimi fəaliyyət göstərib.
Təhsilini başa vurduqdan sonra müəllim-assistent kimi institutda saxlanılıb. Şahmar Ələkbərоv teleradio sahəsində də fəal olub. O, radioda ilk dəfə “Ulduz” proqramının aparıcısı kimi çıxış edib. Bundan başqa, onlarla televiziya tamaşasında yaddaqalan obrazlar yaradıb, “Molla Nəsrəddin” radio verilişinin aparıcısı olub, bir çox filmlərin dublyajında iştirak edib.
Şahmar Ələkbərovun yaradıcılıq bioqrafiyasında elə filmlər var ki, onlar milli-mənəvi dəyərlərimizin ən qiymətli nümunələri sırasındadır. Bunun səbəbi isə bu filmlərin milli-mənəvi dəyərlərimizə söykənərək tariximizin müəyyən dövrünün real ab-havasını canlı əks etdirməsidir.
Ümumiyyətlə, 20 illik yaradıcılığı dövründə müxtəlif rejissorlarla işləmişdi Şahmar Ələkbərov. “Dağlarda döyüş”dən başlamışdı onun ilk aktyor karyerası. Şahmar Ələkbərovun yaratdığı Qəzənfər (“Yeddi oğul istərəm”), Oğul (“İntizar”), İman (“Axırıncı aşırım”), Arif (“Həyat bizi sınayır”), Azad (“Bakıda küləklər əsir”), Qatır Məmməd (“Gəncəbasarlı qisasçı”), Feyzi (“Firəngiz”), Gündüz Kərimli (“Arxadan vurulan zərbə”), Cavidan (“Babək”), Nuru (“Qəribə adam”), Tahir (“Gözlə məni”), Xaliq (“Qocalar, qocalar…”), Cümşüd (“Avqust gələndə”), İbrahim (“Atları yəhərləyin”) kimi obrazlar bir-birindən fərqli, xarakter və dünyagörüşcə müxtəlif insanlardır. Ancaq onları birləşdirən Şahmar Ələkbərovun aktyor istedadı, gözəl ifa tərzi və bir də sənətinə olan hədsiz məhəbbətidir.
Şahmar Ələkbərovun elə qəhrəmanları var ki, onları xatırlamamaq mümkünsüzdür. “Yeddi oğul istərəm” filminə tamaşa edəndə hamımız Qəqəninin “Ölmə, Qəzənfər dayı, ölmə!” deyə onu yaralı halda qucaqladığı səhnəni səbirsizliklə gözləyirik. Bu çox nadir səhnələrdəndir ki, hətta ölüm anında aktyor tamaşaçını faciənin içərisindən qoparıb təbəssümə qovuşdurur. O, bunu bacarırdı və bu, hər aktyora xas olan keyfiyyət deyildi.
Şahmar Ələkbərov kinoda rejissor kimi də sözünü deyib. Onun bu sahədə ilk işi Gülbəniz Əzimzadə ilə birgə çəkdiyi “İmtahan” filmi olub. Sonra “Sahilsiz gecə”ni çəkib. Şahmar Ələkbərovun ssenarisi əsasında ekranlaşdırılan “Qəzəlxan” filmi də uğurlu alınıb. Bu film
Azərbaycanın görkəmli şairi Ə.Vahidin həyat və yaradıcılığının müxtəlif anlarını canlandırır.
Xalq artisti, Dövlət mükafatı laureatı Şahmar Ələkbərov 1992-ci il avqustun 12-də vəfat edib.
Özünün yazdığı kimi, od üstündə doğulmuşdu. Ölümlər, sürgünlər, qadağalar, milli qırğınlar və milli əsarət görmüş nəslin nümayəndəsi idi Mirvarid Dilbazi. Azərbaycan Xalq Cümhuriyyətinin qurulduğu günlərin sevinci, süqutunun kədəri, kəndlərinə qəfil erməni hücumları, Qırmızı ordunun işğalı, sinfi mübarizə adı altında həbslər, repressiya tufanı bu nəsildən də yan ötməmiş, onun zərif nümayəndəsi Mirvaridin yaddaşında dərin izlər buraxmışdı. Babası, dayıları Qazaxıstanda, Türkiyədə torpağa tapşırılmış, anası, nənəsi Bakıda dəfn olunmuşdu. Beləliklə, böyük bir ailənin üzvlərindən heç birinə mənsub olduqları Dilbazilər nəslinin doğma kəndində – Qazaxın Xanlıqlar (indiki Musaköy) kəndində öz ulu babalarının yatdıqları torpaqda uyumaq qismət olmadı.
AZƏRTAC xəbər verir ki, avqustun 19-u Xalq şairi Mirvarid Dilbazinin anadan olmasının 111 ili tamam olur.
Xanlıqlar kəndində anadan olan Mədinə Paşa qızı Dilbazi atasını erkən itirdiyindən Daş Salahlıda babası Mustafa ağanın yanında böyüyüb. Əhatə olunduğu mühit onun şəxsiyyət kimi formalaşmasına böyük təsir göstərib. 1920-ci ildə Bakıda – darülmüəllimata daxil olan Mirvarid oranı bitirdikdən sonra Biləcəridəki onillik dəmir yolu məktəbində və digər məktəblərdə müəllim işləyib. Azərbaycan Pedaqoji İnstitutunun (indiki Azərbaycan Dövlət Pedaqoji Universitetinin) Ədəbiyyat-ictimaiyyət fakültəsində təhsil almış bu gənc qız Quba partiya məktəbində müəllim işləyib, sonra isə Bakıda “Şərq qadını” jurnalında fəaliyyətə başlayıb. Azərbaycan Milli Elmlər Akademiyasının Əlyazmaları Fondunda şöbə müdiri, Azərbaycan Dövlət Nəşriyyatında tərcüməçi işləyib.
Mirvarid Dilbazinin “Qadınların hürriyyəti” adlı ilk şeiri 1927-ci, “Bizim səsimiz” adlı ilk kitabı 1934-cü ildə nəşr edilib. Şairin “İlk bahar”, “Məhəbbət bizimlə qoşa doğulur”, “Həyat lövhələri”, “Xatirələr aləmində”, “Bənövşələr üşüyəndə”, “Ana qanadı”, “Yasəmən fəsli”, “Dağ çiçəyi”, üç cilddə “Seçilmiş əsərləri”, “Qar çiçəkləri”, “Durnalar ötüşəndə”, uşaqlar üçün “Nağıllar”, “Kiçik dostlarıma”, “Gülbahar”, “Yaz gəlir”, “Lalənin ağacları”, “Abşeron bağlarında” və digər kitabları çapdan çıxıb.
Mirvarid Dilbazi ədəbi irsinə lirik, ictimai məzmunlu şeirlər, “Məhsəti”, “Əlcəzairli qız”, “Partizan Aliyə”, “Avey dağla söhbət” və digər poemaları, “Xocalı fəryadı”, “Məhsəti” pyesləri daxildir. Xaqani Şirvani, Nizami Gəncəvi, Əlişir Nəvai, Aleksandr Puşkin, Taras Şevçenko, Nikolay Tixonov, Samuil Marşak və başqa şairlərin əsərlərini, Evripidin “İppolit” faciəsini dilimizə tərcümə edib. Əsərləri xarici dillərə tərcümə olunub. Bəstəkarlarımız Mirvarid Dilbazinin sözlərinə mahnılar yazıblar. Ağabacı Rzayevanın onun “Çoban Qara”, “Evimizə gəlin gəlir”, “Anam yadıma düşdü”, “Laylay”, “Azərbaycan elləri” şeirlərinə yazdığı mahnılar bu gün də sevilə-sevilə dinlənilir.
Doğma Azərbaycanı qarış-qarış gəzmiş şair onun hər guşəsinin gözəlliyini dərindən duya-duya, mənəvi dünyasından keçirərək bədiiləşdirməyə nail olub. Təbiətən kəndə doğma hisslərlə bağlı olduğu üçün zəhmət adamlarının saf mənəviyyatını da ilhamla qələmə alıb. İkinci Dünya müharibəsi dövründə onun qəhrəmanı – sevgilisinin yolunu intizarla gözləyən gənc qız, körpə balasının taleyi üçün narahat ana, arxa cəbhədə çətinliyə qatlaşan mərd qadın olub. Daha çox lirik şair kimi tanınan və sevilən Mirvarid Dilbazinin lirik “mən”i sevən, səadətini saf, təmiz məhəbbətdə axtaran, etibar, sədaqət timsalı olan bir qadındır. Bu qəhrəman aşiqindən vəfasızlıq görəndə qürurunu itirmir, əyilmir. Mirvarid Dilbazinin poeziyasında analıq dünyasının rəngarəng məqamları dərin emosionallıqla verilib. Belə şeirlərdə həm ana və övlad duyğularının, həm də mehriban nənənin nəvaziş və qayğılarının bədii inikasına rast gəlinir. Ana olmağı əvəzsiz bir səadət bilən Mirvarid Dilbazi özü haqqında “Şair və ana – tale iki şahlıq tacını bəxş etmiş ona” yazıb. Eyni zamanda, “Kişi anası ol ana olanda” – deyən şair gözəl insani keyfiyyətlərlə zəngin, təkcə valideynin deyil, xalqının da sabahında layiqli varis ola biləcək bir övlad böyütməyi, tərbiyə etməyi ən böyük analıq şərəfi sayıb.
Mirvarid Dilbazi Azərbaycanın ictimai-siyasi həyatında XX əsrin sonlarındakı tarixi hadisələri dərindən yaşayaraq səciyyəvi lirik lövhələri yaradıb. Bu dövrdə şairin lirik “mən”i müdrik, qayğılı el anasıdır. Vətənin, xalqın taleyi ən ağrılı enişləri ilə onun varlığından keçərək şeirə çevrilir. Yurd-yuvalarından didərgin düşmüş qaçqın və köçkünlərimizə həsr etdiyi “Ağla, kamanım, ağla”, “Qoymayın ağlayım məni”, 20 Yanvar faciəsi ilə bağlı yazdığı “Öpün bu qanlı torpağı”, “Şəhidlər qəbiristanında” və digər şeirləri bu mövzuda yazılmış çox gözəl poeziya nümunələridir.
Kədərini, sevincini kövrək misralara çevirən şair ömrünün payız çağlarında xalqımızın qələbəsini görmək arzusu ilə yazıb-yaradırdı. Ürəyində Qarabağ dərdi ilə 2001-ci il iyulun 12-də dünyadan köçən şair əbədi sənəti ilə qəlbimizdə dərin izlər qoyub.
Öz içindən yanan bir ocağam mən,
Yandıqca daha gur yanacağam mən!
– yazan Mirvarid Dilbazinin əsərləri hər zaman insanlara güc, inam verir, onları paklığa, ülvi duyğulara səsləyir.
Yaradıcılığı yüksək qiymətləndirilən Mirvarid Dilbazi Əməkdar Mədəniyyət İşçisi, Xalq şairi fəxri adlarına layiq görülüb, “Şərəf nişanı”, “Qırmızı əmək bayrağı”, “İstiqlal” ordenləri və medallarla təltif edilib. Şairin dövlət səviyyəsində keçirilən 85 illik yubileyi mərasimində ümummilli lider Heydər Əliyev şəxsən iştirak edib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2012-ci il 16 may tarixli Sərəncamına əsasən Mirvarid Dilbazinin 100 illik yubileyi dövlət səviyyəsində qeyd olunub.
R.A.Məlikin “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycanda teatr sənətinin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə Ramiz Ağarza oğlu Məlik “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilsin.
Y.S.Qusmanın “Şərəf” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında mədəni əlaqələrin inkişafında böyük xidmətlərinə görə Yuli Solomonoviç Qusman “Şərəf” ordeni ilə təltif edilsin.
Azərbaycan Aşıqlar Birliyinin nəşri olan “Ozan” elm və sənət toplusunun 2023-cü ildə ilk buraxılışı işıq üzü görüb. Redaksiya heyətinə Azərbaycanın görkəmli elm və sənət adamları ilə yanaşı, ABŞ, Türkiyə və Gürcüstandan da nüfuzlu elm adamlarının daxil olduğu toplunun bu sayı Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibəti ilə Xalq şairi Zəlimxan Yaqubun “Əbədiyyət dastanı” poemasından bir parça ilə açılır. Oxucular buraxılışın bu sayında bu il yubileyləri qeyd olunan görkəmli saz-söz ustadları Hüseyn Bozalqanlı (M.Qasımlı. “Ustadlar ustadı”), Şair Nəbi Borçalı (E.Məmmədli. “Borçalı nəğməkarı”), Murad Niyazlı (S.Alıyev. “Ağır ellər ozanıyam”), Əkbər Cəfərov (“Sazın Əkbər möcüzəsi”) və Məmmədağa Babayev haqqında yazılar və onların şeirlərindən nümunələrlə tanış ola bilərlər.Topluda həmçinin Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlının “Folklor mənşəli arxaik musiqi alətlərinin yaranma səbəbləri” və “Əfsanəvi keçmişimizi qürurla gələcəyə daşıyan heyrətamiz Oğuznaməçi şair – Azər Buzovnalı”, professor İradə Köçərlinin Qurban Səid/Məhəmməd Əsəd/Lev Nissimbaumun qəhrəmanı nəyə görə Azərbaycan dilində bayatı/şikəstə oxuyur???”, araşdırmaçı Nailə Səmədovanın “Azər Buzovnalı “Oğuznamə”si”, Şəbnəm Haqverdiyevanın ““Aşıq deyişmələri” toplusu haqda düşüncələr” və “Aşıq təcnislərinin ilk mükəmməl antoloji nəşrləri” kimi elmi məqalələri və “Aşıq Qərib” dastanı ilə də tanış ola bilərlər.Həmişə olduğu kimi, toplunun bu sayında da Azərbaycan Aşıqlar Birliyinin həyata keçirdiyi tədbirlər barədə xronoloji ardıcıllıqla xəbərlər və son vaxtlar işıq üzü görmüş kitablar haqda qısa məlumatlar da yer alıb.
Yazıçı Nemət Mətinin “Gözəgörünməzlər” kitabının təqdimatı baş tutacaq. Tanınmış jurnalistlər, tənqidçilər, yazıçılar, kitab blogerləri iştirak edəcək. Həmçinin oxucular da təşrif buyuracaq. Təqdimatda çəkiliş, video müsahibə, imza saatı, sual-cavab saatı olacaq. Hər kəs dəvətlidir.
Nemət Mətinin ilk kitabı “Ədəbiyyat və kütlə” adlanır. İkinci kitabı “Sonuncu uçuş” adı ilə çap olunub. Bu kitab Türkiyədə “Son uçuş” adıyla da oxucuların ixtiyarına verilib. Üçüncü kitabı isə “Gözəgörünməzlər”dir. Hekayələr toplusudur. Cəmiyyətimizdə gözəgörünməyən maraqlı insanların həyatından bəhs edən hekayələrdir…
Təqdimat iyirmi avqust Atatürk pr. 59 da yerləşən “Çinar kitab evi”ndə keçiriləcək.
Azərbaycan Aşıqlar Birliyinin (AAB) katibi, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlunun yeni kitabı işıq üzü görüb.AAY-dən AZƏRTAC-a bildirilib ki, müəllifin uzunillik zəhmətinin bəhrəsi olan “Darvaz” adlı bu kitabda Gürcüstanın Bolnisi rayonundakı Darvaz kəndi haqqında tarixi-etnoqrafik oçerklər və folklor araşdırmaları yer alıb. “Bakı mətbəəsi” ASC-də yüksək poliqrafik tərtibatda işıq üzü görən 32,5 çap vərəqi həcmli kitabda, eyni zamanda təkcə Borçalıda deyil, bütövlükdə Gürcüstanda ən böyük kəndlərdən biri olan Darvaz kəndinin tarixi simaları, Azərbaycan elminə və mədəniyyətinə samballı töhfələr bəxş etmiş elm və sənət adamları, görkəmli maarif və səhiyyə işçiləri, Birinci və İkinci Qarabağ müharibəsində şəhid və qazi olmuş darvazlılar haqqında öçerklər və digər publisistik yazılara da geniş yer ayrılıb.Bir kəndə həsr olunsa da, kitab Gürcüstanda yaşayan soydaşlarımızın tarixi, adət-ənənəsi və folklorunun öyrənilməsi baxımından qiymətli nəşrdir və geniş oxucu kütləsi ilə yanaşı, müvafiq elm sahələrinin mütəxəssisləri üçün də əhəmiyyətlidir.
Yazıçı – publisist, tarixi romanlar yazarı Yunus Oğuzun yeni kitabı işıq üzü görüb.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, müəllifin müxtəlif illərdə yazdığı felyetonları “Deyirəm oyan, gözünü aç, ayağa dur! İstəmir” bölümü, esseləri isə “Mən Şuşada yazıram” adı ilə nəşr edilib.
Yay mövsümündə səyahətlərin intensivləşməsi ilə əlaqədar vətəndaşların xüsusən xarici ölkələrə istirahət məqsədli səfərlərinin təşkili zamanı bir sıra hallarda müştəri və turizm şirkəti arasında müəyyən problemlərin və narazılıqların yaşanması risklərinin artmasını nəzərə alaraq Azərbaycan Turizm Agentlikləri Assosiasiyası vətəndaşlara diqqətli olmalarını tövsiyə edirik.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının açıqladığı məlumatda yer alır.
Məlumatda deyilir: “Əsas problemlər sırasında – şirkətlərin müştəriləri qarşısında götürdükləri öhdəliklərin yerinə yetirilməməsi, müəyyən ödəniş əsasında təklif etdikləri xidmətlərin lazımi səviyyədə olmaması və müştərilərin aldadılması kimi məsələlərə daha çox rast gəlinməsi öncədən ehtiyat tədbirlərinin görülməsini önə çıxarır. Əvvəlki illərə nəzər yetirdikdə təəssüf ki, baş vermiş bu cür hallar nəticəsində vətəndaşların istirahətlərinin ya baş tutmaması, ya da gözləntilərinin qarşılanmaması, bəzi hallarda isə məsələnin hüquq-mühafizə orqanlarına və məhkəmələrə qədər çıxması müşahidə olunub. Bu cür halların baş verməməsi üçün Azərbaycan Turizm Agentlikləri Assosiasiyası olaraq xarici ölkələrə istər fərdi, istərsə də ailə və ya qrup şəklində səyahət etməyi nəzərdə tutan vətəndaşları turizm şirkətlərinin xidmətlərindən yararlanarkən daha diqqətli olmağa və ehtiyatlı davranmağa çağırırıq. Bununla yanaşı, vətəndaşlara turpaketlər alarkən və ya turizm şirkətinin xidmətlərindən yararlanarkən turizm bazarında keyfiyyət standartlarına cavab verən, Azərbaycan Turizm Agentlikləri Assosiasiyasında qeydiyyatda olan və ən əsası Turizm Reyestrindən keçmiş turagentlərə üz tutmağı tövsiyə edirik. Eyni zamanda, vətəndaşlara turizm şirkətlərinin xidmətlərindən istifadə edərkən mütləq şəkildə müqavilə əsasında əməkdaşlıq etməyi tövsiyə edirik. Tərəflər arasında imzalanan müqavilə yaşanan hər hansı bir problemin hüquq müstəvisində həlli üçün əsas vasitədir. Qeyd etmək istərdik ki, hazırda Turizm Reyestrindən keçən Azərbaycan Turizm Agentlikləri Assosiasiyanın 120 üzvü mövcuddur. Vətəndaşlar qeyd olunmuş meyarlara cavab verən turizm şirkətlərinin xidmətlərindən istifadə etməklə yay mövsümündə daha çox müşahidə olunan vətəndaşla turizm şirkəti arasında yaşanan problemlərdən, narazılıqlardan və aldadılmalardan sığortalanmış ola bilərlər. Sonda Azərbaycan Turizm Agentlikləri Assosiasiyası olaraq turizm bazarında fəaliyyət göstərən şirkətləri bir daha Turizm Reyestrindən keçməyə çağırırıq”.
Abbas Səhhət Azərbaycan ədəbi-ictimai fikri tarixində hər şeydən öncə şair, tərcüməçi, şeir nəzəriyyəçisi və nasir kimi qalıb. Elmə, təhsilə, maarifə çağırış onun yaradıcılığından qırmızı xətt kimi keçir. Azadlığı bəşəriyyətin ən gözəl mənəvi neməti hesab edir, bütün xalqların firavanlığını və xoşbəxtliyini onların azad-hürr yaşamasında görürdü.
AZƏRTAC xəbər verir ki, bu gün Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, tanınmış şair, həkim, görkəmli müəllim və maarif xadimi Abbas Səhətin vəfatından 105 il ötür.
Abbas Əliabbas oğlu Mehdizadə (Abbas Səhhət) 1874-cü ildə Şamaxıda ruhani ailəsində dünyaya göz açıb. 1900-cü ildə Tehran Universitetinin tibb fakültəsini bitirən və rus, ərəb, fars və fransız dillərini mükəmməl bilən gənc Abbas 1901-ci ildə Şamaxıya qayıdır və həkimlik etməklə yanaşı məktəblərdə Azərbaycan dilindən dərs deyir.
İlk şeirini 1904-cü ildə “Şərqi-Rus” qəzetində dərc etdirmiş A.Səhhət sonralar da Azərbaycan dövrü mətbuatında şeir, məqalə və hekayələrlə çıxış edir. Onun şeiriyyətinin əsas mövzusu vətən idi.
Könlümün sevgili məhbubu mənim,
Vətənimdir, vətənimdir, vətənim.
Məni xəlq eyləmiş əvvəlcə xuda
Sonra vermiş vətənim nəşvü-nüma.
Vətənim verdi mənə nanü-nəmək,
Vətəni, məncə, unutmaq nə demək ?!
Anadır hər kişiyə öz vətəni,
Bəsləyib sinəsi üstündə onu .
-deyən şair vətən müqəddəsliyinin tərifini yazmışdır. Şeirin hər misrasında vətən məfhumunun insan həyatı üçün nə qədər vacib olduğu isbat olunur. Əgər vətən mövzusunda yazılan bütün şeirlər bir yerə toplanılsaydı, heç şübhəsiz ki, bu şeir onların şahı olardı.
1905-ci ildə “Yeni poeziya necə olmalıdır?” adlı məqaləsi, daha sonra “Poetik nitq”, “Azadlığa mədhiyyə”, “Oyanışın səsi” şeirləri işıq üzü görür. “Yeni üslublu məktəblər” ideyasının qızğın tərəfdarı və təbliğatçısı olan Abbas Səhhət, professor Əli bəy Hüseynzadənin banisi olduğu Azərbaycan romantik ədəbiyyatı cərəyanına qoşulur.
O, Bakıda nəşr olunan bir çox jurnal və qəzetlərdə mütəmadi olaraq çıxış edir. Tərcüməçilik fəaliyyəti ilə də məşğul olan yazıçı Lermontov, Puşkin, Krılov, Maksim Qorki, Viktor Hüqo və digər şair və yazıçıların əsərlərini Azərbaycan dilinə çevirir.
1912-ci ildə şairin şeirlərindən ibarət “Sınıq saz” və Avropa şairlərindən tərcümə etdiyi “Qərb günəşi” adlı şeirlər toplusu işıq üzü görür. Bir qədər sonra “Əhmədin şücaəti” adlı poeması, 1916-cı ildə isə “Şair, muza və şəhərli” adında romantik poeması nəşr olunur.
Abbas Səhhətin yaradıcılığında Nizami, Hafiz, Sədi kimi şairlərin böyük təsiri duyulur. Türk xalqlarının ədəbiyyatları ilə də yaxından maraqlanır, xüsusilə Tofiq Fikrət yaradıcılığına rəğbət bəsləyirdi. Dövrü mətbuatdakı çıxışları arasında böyük Azərbaycan şairi, əziz dostu və məsləkdaşı Mirzə Ələkbər Sabir haqqında məqalələri xüsusi yer tutur.
Abbas Səhhət Azərbaycanda liberal burjuaziya ideyasını müdafiə edir, İslam dəyərlərindən imtinaya qəti etirazını bildirir və əsərlərində “ümummüsəlman qərbçiliyi” ideyasını dəstəkləyirdi. Abbas Səhhət 1918-ci il iyulun 11-də Gəncədə vəfat edib.
Son illərdə daim aktual mövzularda müxtəlif layihələrlə gündəmdə olan Azərbaycan Aşıqlar Birliyində yeni layihənin həyata keçirilməsinə start verilib. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə reallaşacaq layihə “Aşıqlar Vətən müharibəsində Qələbəni tərənnüm edir” adlanır.
Bu barədə AZƏRTAC-a məlumat verən Azərbaycan Aşıqlar Birliyinin katibi, layihənin koordinatoru, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu bildirib ki, layihənin həyata keçirilməsində məqsəd 44 günlük Vətən müharibəsi nəticəsində əldə olunmuş Qələbənin tərənnümündə aşıqların xidmətlərini stimullaşdırmaq, onların ifalarının daha geniş miqyasda yayılmasına nail olmaqdır:“Burada başlıca vəzifə odur ki, layihəyə ustad aşıqlar cəlb olunsun və onların ifaları əsasında hazırlanacaq disk mədəniyyət mərkəzləri, əhalinin müxtəlif yaş və sosial qrupları, xüsusən də, gənclər arasında yayılsın. Bunun, eyni zamanda aşıq sənətinin təbliğinə də fayda verəcəyini düşünürük”.
M.Nəbioğlu həmçinin qeyd edib ki, layihə çərçivəsində 2020-ci ilin payızındakı Vətən müharibəsində möhtəşəm qələbəmizdən sonra aşıqlarımızın yaradıcılığında mühüm yer tutmuş qəhrəmanlıq ruhlu aşıq havalarının – “Dəmir yumruq” sayəsində əldə olunmuş qələbəni, bu qələbə sevincini xalqımıza yaşatmış müzəffər Azərbaycan Ordusunun əsgər və zabitlərini tərənnüm edən ifaların toplanaraq audiodisk halında buraxılması nəzərdə tutulur. Bu zaman həm ifa olunan mətnlərin məzmununa, həm də aşığın sazçalma bacarığına və ifa qabiliyyətinə xüsusi diqqət yetiriləcək, daha yaxşı 20-dək ifa seçilərək audiodiskə daxil ediləcək.
İyulun 26-da “Sea Breeze Event Hall” kurort kompleksinin “White Beach Club” səhnəsində “Fata Morgana” adlı Şərq immersiv milli qastronomiya şousu təşkil olunacaq.
AZƏRTAC xəbər verir ki, “Fata Morgana” şousu öz tamaşaçılarına rəngarəng Şərq ab-havasına qərq olmaq imkanı yaradır. Şou Azərbaycanın qeyri-adi adət-ənənələrini özündə birləşdirməklə tamaşaçıya unikal Şərq nağılı bəxş edir.
Heyrətamiz qastronomiya, füsunkar musiqi motivləri, başgicəlləndirici yallı və cigit milli rəqsləri, həmçinin oriental rəqslər musiqili axşama xüsusi rəng qatacaq. Bu füsunkar şou Xəzər sahilinin əlamətdar hadisəsinə çevriləcək.
Qeyri-adi axşamda iştirakçılara hamının sevimlisi şah plov, milli qəlyanaltılar və ədviyyatlar, brend aşpazlardan unikal reseptlər üzrə hazırlanmış Azərbaycan yeməkləri, çay, şirniyyat, eləcə də meyvə desertləri təqdim olunacaq.
Biletləri iTicket.az saytı və şəhərin kassalarından əldə etmək mümkündür.
Билсам, душманимни рафиқ этмасдим, Пушаймонликда шу ҳолга етмасдим. Туғилмоқ ва ўлмоқ измимда бўлса, Бугун келмас эдим, эрта кетмасдим.
* Чархни айланмайди, дейдиган ким бор, Бахтим бойланмайди, дейдиган ким бор? Бехуд масрурликдан қулоч керганлар, Бир бурда нон топмай дайдиган минг бор.
Аранжировщик иним өзүңүз эле ырдаңыз деген кеңеши менен – өлбөгөн жанга, эстелик болуп калаар деген ниетте, энтигип атып, өзүм ырдап койдум эле… Кабыл алып коюңуздар! ≈≈≈
КӨКҮРӨК МЫКТАГАН , КӨӨДӨНДӨН ЧЫКПАГАН БАБА КЕПТЕРИН УНУТПАЙЛЫ: ҮЙӨР – жаздагы суу үстүндө калкып аккан муздар, муз агымы… ТЕКМАТ – кайыш кур… ТОМО – мүйүздүн түбү… ТОЗОТ, ТОСОТ – аңчынын болжогонун күтүп, тосуп туруучу мерчемдүү жайы, орду, буктурма жай… ТОКМААРЕК – ток пейил… АБАЙ – этият…. СЕБЕТ – чырпыктан майда согулган тор-идиш, корзина… СЕРЕП – тымызын чалгындоо… СЕПИЛ – коргонуу үчүн мыктап салынган коргон…
Бар болуңуздар, арыбаңыздар да кемибеңиздер, урматтуу санаалаштарым! Муратбек Ысмайыл Алымкулов /Казыбек Казалчы/, Поэзия Ордосу…
Маматова Кундузбү Алимбековна, 1965-жылы 29-ноябрда туулган. “Тагдыр буйругу”, “Эрке” прозаларынын, “Кирпиктеги тамчы “, “Махабат ыргагы”, “Жүрөктөгү толкун”, “Чаң жолдогу издер”, Өзбек тилинде чыккан “Жол карап” ыр жыйнактарынын автору. 2021-жылы Кыргыз Республикасынын Президентине караштуу Мамалеккеттик тил боюнча улуттук комиссиясынын Кыргыз Республикасынын мамлекеттик тилин өнүктүрүүгө кошкон зор салымы үчүн АРДАК ГРАМОТА менен сыйланган. Жана башка бир нече сыйлыктардын ээси. Кыргыз Улуттук Жазуучулар Союзунун, Түндүк Америка жазуучулар Союзунун мүчөсү. Үй-бүлөлүү, төрт баланын энеси.
БАЛА ТИЛИ БАЛ.
ЧОҢ АТА МЕНЕН НЕБЕРЕ
Небере Чоң ато-у, карасаңыз, Бара жатат кумурска. Өзүнөн чоң жүк көтөрүп, Жол тарткансыйт алыска.
Чоң ата: Жоокерлердей так жүрүшөт, Чыгат күндө жүрүшкө. Жалкоолукту сүйбөйт алар, Акыл-эси жумушта.
Небере: Көктө турган ай эмнеге Чыгат түндө жаркырап? Чыкпай калса эмне үчүн Капкараңгы туш тарап?
Чоң ата: Ай асмандын сулуулугу Түндө гана көрүнөт. Уктап жаткан бөбөктайга Нурдан мээрим төгүлөт.
Небере: Бешке-бешти кошсо канча? Таппай жатам эсебим. Дагы канча күн уктасам, Бийик болуп өсөмүн?
Чоң ата: Бешке бешти кошсоң, балам, Адашпагын – он болот. Тил алчаактар, акылдуулар Мендей бийик чоң болот.
Небере: Тил аламын, тентек болбойм, Тобум тээп ойноймун. Автоматчан солдат болуп, Мекенимди коргоймун.
Чоң ата: Мекениңди корго, уулум, Мекен кымбат элиңе. Душман бутун бастырбагын, Ыйык туулган жериңе.
КЫЯЛ
Так секирем улактай, улактай, Оргуп агам булактай, булактай. Алиппемди шар окуп апамды Кантип турам кубантпай, кубантпай.
Калыстыгы таш жарган, Таразадай тактыкты, Чындык үчүн күрөшүп, Үйрөнөмүн ар шыкты. Мээрим чачып сүйлөгөн, Бийиктикке сүйрөгөн. Билим, илим булагын, Мугалимден үйрөнөм.
Көрүп калсам сүйүнүп Салам берип ийилип. Тапшырмасын аткарып, Сылыктыкты үйрөнөм. Бардык жакшы адатты, Мугалимден үйрөнөм.
Ойланшы ботам, налына бермей бір уақыт. Адамзат үшін, болатын нағыз нұр да құт. Болмай ма сірә, көруге жалқын жарықты, Ғұмырға мынау, келгеннің өзі дүр бақыт?
Қарашы маңға, сан алуан түрде құлпырған, Жазира дала, болмысы көркем сыр тұнған. Сайраған құстар, төбеңде аспан көкпеңбек, Кейпімен әсем, елеңдетер тыс ырқыңнан.
Ғұмырға мына, келгенің ботам шын бақыт, Сол ғұмырыңда, басыңа келер сын да құт. Шаттанып жүргін, өкпекте қысқа әрдайым, Өзің де тыңдап, сөзіңді жұртқа тыңдатып…
Өзің жоқта өз жанымда, болмай өмір мәні тым, Жоқтай тіпті күндерімнің, өтіп жатқан сәні шын. Сен екенсің бар қызығым, мынау сәттік жалғанда, Дейтіндей-ақ тіреу болар, “жанымның әз бағысың”. Ай дидарлым сен деп ылғи, кеудемдегі жұмырым, Естіп жүрші бүлкілдеген, жүрегімнің қағысын.
Сен болғанда өз қасымда, өрлеп өрге шабытым, Жақсы жаққа шақырады, сапар шегер бағытым. Мол шаттыққа кенеледі, жүрсең жұпар таратып, Көптен күткен өмірімнің, жанғандай боп бағы шын. Шын жасиды өзің болмай, жалғыз калган шағымда, Жігерімнің беті қайтып, сынғандай боп сағы тым.
Сондықтан да кетпе алыс, жүрші ылғи жанымда, Болып әркез ықыласты, жақсылықтың жағында. Білші деймін мендік мәнді, жырларымның бастауы, Қалықтайды сұңқар шабыт, сенің қалқам барыңда. Кете қалсаң сәл ұзақтап, себеп болып маңымнан, Орала гөр аңсап жаның, мені қатты сағын да.
Xalq yazıçısı Sabir Əhmədli nəsrimizə yeni ab-hava gətirib, yüksək vətəndaşlıq hissləriylə qələmə alınmış əsərləriylə ədəbiyyatımıza böyük xidmət göstərib, neçə-neçə nəslin vətənpərvərlik ruhunda yetişməsində önəmli rol oynayıb. Əsərləri bir çox xarici ölkə xalqlarının dilinə tərcümə edilib. Ədəbiyyatımız qarşısındakı xidmətləri yüksək qiymətləndirilmiş, ona Azərbaycanın Xalq yazıçısı, Əməkdar incəsənət xadimi fəxri adları verilib.
AZƏRTAC xəbər verir ki, bu gün görkəmli yazıçı Sabir Əhmədlinin anadan olmasının 93-cü ildönümü tamam olur.
Sabir Əhmədli 1930-cu il iyul ayının 10-da Cəbrayıl rayonunun Cəbrayıl kəndində dünyaya göz açıb. Burada orta təhsilini başa vurduqdan sonra 1946-cı ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsinə daxil olub. 1951-ci ildə universiteti bitirib Cəbrayıl rayonunda müəllim kimi əmək fəaliyyətinə başlayıb. Bir il Şükürbəyli kənd orta məktəbində direktor işləyib. 1956-cı ildə “Ədəbiyyat və incəsənət” qəzetinin redaksiyasında ədəbi işçi vəzifəsinə qəbul edilib, bir müddət sonra nəsr şöbəsinin müdiri vəzifəsinə keçirilib. 1993-1996-cı illərdə həmin qəzetin baş redaktoru olub.
O, ədəbi fəaliyyətə 1951-ci ildə “Pioner” jurnalında çap olunmuş “Poçtalyon” hekayəsi ilə başlayıb. Bədii əsərlər və publisistik məqalələri ilə dövri mətbuatda müntəzəm çıxış edib. “Bir payız axşamı” adlı ilk kitabı 1961-ci ildə çapdan çıxıb. Sonralar “Aran”, “Pillələr”, “Görünməz dalğa”, “Yamacda nişanə”, “Toğana”, “Yasamal gölündə qayıqlar üzür”, “Mavi günbəz”, “Gedənlərin qayıtmağı”, “Dünyanın arşını”, “Yanvar hekayələri”, “Kütlə”, “Axirət sevdası”, “Şəhid ruhu” və s. kitabları işıq üzü görüb və ədəbi ictimaiyyət tərəfindən maraqla qarşılanıb.
Sabir Əhmədli ötən əsrin 50-ci illərin sonu, 60-cı illərin əvvəllərində yazdığı hekayələr və “Aran” roman ilə əməkçi insanı əsas obraza çevirdi. 80-ci illərdə yazıçının yaradıcılığında başqa mühüm keyfiyyətlər önə keçdi. Urbanizasiya problemləri, sosial-psixoloji dərinliyə meyil, ziyalı, intellektual obrazların hiss, düşüncə aləmlərinin təsviri ilə sosial mühitin reallıqlarını açıb göstərmək təmayülü işlək oldu. Sabir Əhmədlinin 90-cı illər yaradıcılığı isə onun milli-azadlıq hərəkatına, Qarabağ münaqişəsinə, metafizik başlanğıca müraciəti ilə dolğunluq qazandı, dəyişən zaman və mühit kontekstində qəhrəmanın həyata, cəmiyyətə ümumbəşəri dəyərlər prizmasından yanaşması dünyadərk məqamı kimi mənalandı, varlıq və yoxluq hüdudunda hərəkətə gələn ruhun ucalıq səviyyəsi nəsrimizin yeni estetik dəyər və ümumbəşəri çalar kəsb etməsinə yol açdı.
Sabir Əhmədlinin 1990-1991-ci illərdə yazdığı “Yanvar hekayələri” nəsrimizdə 20 Yanvar faciəsinə həsr olunan ən sanballı bədii nümunədir. Bu hekayələr kitabında həmin hadisə ilə bağlı bütün mənzərə bədii rakursdan məharətlə işlənib. Öz azadlığı naminə meydanlara axışan xalq, silahsız xalqa hücum edən sovet ordusu, qana boğulan insanların fəryadı hekayələrin əsas təsvir predmetini təşkil edir. Sabir Əhmədli bu hekayələrdə insan hisslərini, ondakı vətənpərvərlik duyğularını, yurdu üçün əzmlə mücadilə etməsini psixoloji nüans dəqiqliyi ilə ifadə etməyə çalışır. Eyni zamanda, rus imperialist siyasətinin obrazı, bir xalq olaraq dəfələrlə aldanışlarla üz-üzə qalmağımız kimi məsələlər də hekayələrin içindən əsas xətt olaraq keçir.
Qarabağ məsələsi Sabir Əhmədlinin bioqrafiyasında izini dərin qoymuş, yazıçının müharibə faktoruna çağdaşlarından daha həssas yanaşmasına, mövzunu davamlı təsvir predmetinə çevirməsinə səbəb olmuşdur.
Qardaşını İkinci Dünya müharibəsində itirən yazıçı 1994-cü ildə Qarabağ uğrunda aparılan savaşda oğlu Məhəmmədi də itirib. Bütün bu iztirablar yazıçının “Axirət sevdası”, “Kef” və “Ömür urası” romanlarında əksini tapıb.
Görkəmli yazıçı Sabir Əhmədlinin işıqlı xatirəsi qələm yoldaşlarının və oxucularının qəlbində daim yaşayacaq.
AMEA-nın dosenti, filologiya elmlər doktoru Pərvanə Məmmədli Güney Azərbaycanla bağlı tanınmış araşdırıcılardandır. Onun bu mövzuda çoxlu sayda məqalələri, kitabları nəşr edilib. Bu günlərdə isə P. Məmmədlinin “Güney Azərbaycan mətbuatı tarixi” (THE PRESS HISTORY OF SOUTH (İRANİAN) AZERBAIJAN) monoqrafiyası İsveçdə (Stokholm ,2023) “Diktonius Text” nəşriyyatında çapdan çıxıb.
Bu kitabda XIX əsrin birinci yarısından müasir dövrümüzədək İranda və ondan kənarda yaşayan azərbaycanlı ziyalıların ədəbi-ictimai fəaliyyətindən, onların nəşr etdikləri çeşidli mətbu orqanlarından geniş bəhs olunur.
Bu maraqlı tədqiqat əsəri Güney Azərbaycanda mətbuat tarixi haqqında sistemli məlumat bazası yaratmaq məqsədilə yazılıb və bu sahədə ilk təşəbbüsdür. Bu kitab 8 bölümdən ibarətdir. Həmin bölümlər kitabın çox zəngin bir dövrü əhatə etdiyini təsdiqləyir. Kitabda indiyədək Güney mətbuatı ilə bağlı bir çox məsələlərə aydınlıq gətirilib, gələcəkdə bu sahədə aparılacaq araşdırmalar üçün elmi-metodoloji istiqamətin müəyyənləşdirlməsinə çalışılıb.
Pərvanə Məmmədlinin kitabının üstün məziyyətlərindən biri də burada çoxlu fotoların və sənədlərin olmasıdır. Müəllif kitabın sonunda verilən “Fotolar sənədlər” hissəsində fərqli dövrlərdə çıxan qəzet və jurnallar, redaktorlar və digər mətbuat adamları ilə bağlı şəkillər təqdim edib.
Qeyd edək ki, “Cənubi Azərbaycan mətbuatı tarixi” kitabı Elm və Təhsil Nazirliyi tərəfindən təsdiqlənib Bakıda çap olunub (2009, “Elm”). Azərbaycan universitetlərində dərs vəsaiti kimi keçirilir. Kitabda qoyulan problem beynəlxalq aləmdə də böyük maraq doğurduğundan müəllif monoqrafiyanı təkmilləşdirərək yenidən nəşr etdirib.
C.Cabbarlı adına Respublika Gənclər Kitabxanası ilə ortaq layihə çərçivəsində ərsəyə gələn dərgi “Yeni nəsil: proza” devizi altında dərc edilib.
Dərginin sözügedən sayında yeni nəsil yazarlardan Furqan, Orxan Saffari, Təvəkkül Boysunar, Orxan Cuvarlı, Sərdar Amin, Nihat Pir, Həmid Piriyev, Orxan Həsəni, Rəvan Cavid və Nadir Yalçının müxtəlif məzmunlu hekayələri, eləcə də şair-publisist Qulu Ağsəsin “Yuxarıdayam, düşürəm indi” essesi yer alıb.
“Dərgidə kitab” rubrikasında isə Türk ədəbiyyatında qısa hekayə janrının banilərindən hesab edilən Ömər Seyfəddinin “Üç nəsihət” hekayəsi təqdim edilib. Hekayəni dilimizə Azad Yaşar tərcümə edib.
T.İ.Sinyavskayanın “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan mədəniyyətinin təbliği sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Tamara İlyiniçna Sinyavskaya “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilsin.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin 100 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
2023-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin fəaliyyətə başlamasının 100 illiyi tamam olur.
Dövrün görkəmli ədəbi simalarının və məşhur sənət adamlarının tədrisə cəlb edildiyi Bakı Teatr Məktəbinin bazasında təşkil olunmuş Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti ölkənin zəngin ənənələrə malik ali təhsil müəssisələrindəndir. Ötən müddət ərzində Universitet milli mədəniyyətin və incəsənətin tərəqqisi işinə mühüm töhfələr vermişdir. Azərbaycanın tanınmış mədəniyyət və incəsənət xadimləri arasında bu nüfuzlu təhsil ocağının çox sayda məzunu vardır. Universitetin yetirmələri hazırda respublikamızda və onun hüdudlarından kənarda müvəffəqiyyətlə çalışırlar. Fəaliyyətini dövlətin mədəniyyət və təhsil strategiyalarının hədəflərinə uyğun, müasir tələblər səviyyəsində quran Universitet mədəniyyətin və incəsənətin bütün başlıca sahələrini əhatə edən müvafiq ixtisaslar üzrə genişprofilli şəbəkə formalaşdırmış, həmçinin dünyanın bir sıra ölkələrinin ali təhsil və mədəniyyət mərkəzləri ilə qarşılıqlı faydalı tərəfdaşlıq əlaqələri yaratmışdır.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, milli mədəniyyətin, incəsənətin inkişafında və bu istiqamətdə mütəxəssis hazırlığında Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin xüsusi xidmətlərini nəzərə alaraq qərara alıram:
1. Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin 100 illiyi ilə bağlı tədbirlər planı hazırlayıb həyata keçirsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
Tanınmış şair Namiq Hacıheydərli Beynəlxalq Ədəbiyyat və Jurnalistika Akademiyasının 20 illik yubiley medalı ilə təltif edilib. UNESCO Beynəlxalq Mərkəzinin assosiativ üzvü olan akademiya yubiley medalını maraqlı elmi araşdırmaları, publisistik yazıları, şeirləri ilə oxucuların rəğbətini qazanan şair, yazıçı və jurnalistlərə təqdim edir. Qeyd edək ki, Namiq Hacıheydərlinin araşdırmaları, ədəbi, bədii, publisistik yazıları cəmiyyət tərəfindən rəğbətlə qarşılanır, onun maarifçilik fəaliyyəti təqdir olunur. Namiq Hacıheydərlinin xüsusilə Türk dünyasının, Türk xalqlarının tarixinə, mədəniyyətinə, adət-ənənəsinə, görkəmli şəxsiyyətlərinin həyat və yaradıcılığına həsr olunmuş yazıları qədim dövr mədəniyyətimizin öyrənilməsi baxımından əhəmiyyətli mənbədir. O, “Sözüm sənədi, Tanrım”, “Dağ Kolanı dastanı”, “Səni tapan itirməz”, “Ey Türk doğulan”, “Əski türk soylarından biri Kolanılar”, “Canlı əfsanə” olmaqla, ümumilikdə 10 kitab müəllifidir. Namiq Hacıheydərli Ankarada, Dərbənddə, Yaltada elmi konfranslarda Azərbaycanı ləyaqətlə təmsil edib. Şairin şeirləri Türkiyədə, Rusiyada, Qazaxıstanda, Quzey Kıbrısda dərc olunub. Namiq Hacıheydərlini beynəlxalq mükafatla təltif edilməsi münasibəti ilə ürəkdən təbrik edirik, azərbaycanlı şairin fəaliyyətinə verdiyi yüksək dəyərə görə Beynəlxalq Ədəbiyyat və Jurnalistika Akademiyasının rektoru, Ukraynanın əməkdar jurnalisti Vasili Fyodroviç Tarçineçə, eləcə də akademiyanın beynəlxalq əlaqələndiricisi Natalya xanım Dimitskayaya minnətdarlığımızı bildiririk.
Qurban bayramı münasibətilə Azərbaycan xalqına təbrik
Hörmətli həmvətənlər!
Sizi müqəddəs Qurban bayramı münasibətilə ürəkdən təbrik edir, hər birinizə ən səmimi arzu və diləklərimi yetirirəm.
İslam dininin əlamətdar mərasimlərindən olan Qurban bayramı özündə xeyirxahlığı, birlik və bərabərliyi, insanın ülvi amallar uğrunda hər cür fədakarlığa hazır olmaq niyyətini əks etdirir.
Milli-mənəvi və dini dəyərlərinə həmişə sadiq olan Azərbaycan xalqı bütün dünya müsəlmanları ilə birlikdə Qurban bayramını qardaşlıq, humanizm və həmrəylik rəmzi kimi yüksək əhval-ruhiyyə ilə qeyd edir. Bu günlərdə həm Həcc ziyarətində, həm də ölkəmizin hər yerində dövlətimizin tərəqqisi, xalqımızın rifahı və əmin-amanlığı üçün dualar edilir, xeyriyyəçilik işləri görülür, şəhidlərimizin nurlu xatirəsi ehtiramla yad olunur.
Əziz bacı və qardaşlarım!
Ümidvaram ki, bu mübarək bayram günlərində dua və diləkləriniz gerçəkləşəcək, Uca Yaradan mərhəmətini xalqımızdan əsirgəməyəcəkdir. Bir daha hər birinizə və ölkəmizin hüdudlarından kənarda yaşayan bütün soydaşlarımıza səmimi təbriklərimi çatdırır, ailələrinizə xoşbəxtlik, süfrələrinizə bol ruzi və xeyir-bərəkət arzulayıram.
Azərbaycan Milli Kitabxanasının 100 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
2023-cü ildə Azərbaycan Milli Kitabxanasının fəaliyyətə başlamasının 100 illiyi tamam olur.
Azərbaycan Milli Kitabxanası yarandığı vaxtdan etibarən şərəfli bir yol keçmiş, qarşıya qoyulan vəzifələrin öhdəsindən həmişə layiqincə gələrək ötən müddət ərzində cəmiyyətin intellektual potensialının artırılmasında baza kimi mühüm rol oynamış, ədəbiyyat sayı milyonları keçən fondlarını müntəzəm surətdə milli və dünya əhəmiyyətli nəşrlərlə, nadir kitablar, yeni-yeni çap məhsulları və qiymətli məlumat daşıyıcıları ilə zənginləşdirməklə xalqımızın mədəniyyət xəzinəsinə çevrilmişdir.
Özünəməxsus memarlıq üslubuna malik əzəmətli binada yerləşən Milli Kitabxana bu gün fəaliyyət dairəsini daha da genişləndirərək milli‐mənəvi sərvətlərin etibarlı şəkildə qorunması və onun gələcək nəsillərə çatdırılması istiqamətində silsilə tədbirlər gerçəkləşdirir. İşini qabaqcıl texnologiyaların tətbiqi ilə dövrün tələbləri səviyyəsində daim təkmilləşdirən Milli Kitabxana hazırda dünya kitabxanaları ilə qarşılıqlı əməkdaşlıq əlaqələrini uğurla inkişaf etdirməkdədir.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, ölkənin mədəni-ictimai həyatında rolunu və kitabxana işinə töhfələrini nəzərə alaraq, Azərbaycan Milli Kitabxanasının 100 illiyinin qeyd olunmasını təmin etmək məqsədilə qərara alıram:
1. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Azərbaycan Milli Kitabxanasının 100 illiyi ilə bağlı tədbirlər planı hazırlayıb həyata keçirsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
Bu gün Azərbaycanın Xalq şairi Nigar Rəfibəylinin doğum günüdür. XX əsr Azərbaycan poeziyasının ictimai fikir tarixində özünəməxsus yeri olan qadın şairlərimizdən biri incə ruha, zərif təbiətə malik Nigar Rəfibəylidir. Onun göz açdığı ictimai-siyasi, ədəbi mühit özünün xarakterik xüsusiyyətləri, siyasi hadisələri ilə xarakterikdir.
AZƏRTAC xəbər verir ki, hələ gənclik illərindən cəsur, vətənpərvər olan, böyük istedada malik Nigar xanım mübarizələrlə dolu şərəfli, məzmunlu bir həyat yaşayıb.
Nigar Xudadat qızı Rəfibəyli 1913-cü il iyunun 23-də Gəncə şəhərində anadan olub. 1930-cu ildə Bakı Pedaqoji Texnikumunu bitirdikdən sonra Fəhlə-gənclər məktəbində, 1932-1936-cı illərdə isə Moskva Pedaqoji İnstitutunda təhsil alıb. O, əvvəlcə Bakı kinostudiyasında ssenari şöbəsində tərcüməçi və redaktor, 1937-1939-cu illərdə isə “Uşaqgəncnəşr”də bədii ədəbiyyat şöbəsində redaktor vəzifələrində çalışıb.
N.Rəfibəyli ədəbiyyata 1928-ci ildə “Dan ulduzu” jurnalında dərc etdirdiyi “Çadra” şeiri ilə gəlib. Elə ilk şeirindən ədəbi mühitdə rəğbətlə qarşılanan gənc şairin şeirlər kitabı 1934-cü ildə nəşr olunub. Kitabda toplanmış yaradıcılıq nümunələrində Azərbaycan qadınlarının yeni həyat quruculuğunda iştirakından bəhs edilib.
Nigar xanım hələ gənclik illərindən başqa xalqların inqilabi mübarizəsini, həyatlarında baş verən ictimai-siyasi prosesləri bir ziyalı vətəndaş olaraq izləyib, öz əsərlərində bu hadisələrdən bəhs edib. Onun “Dolores İbarriru” (1936) şeiri ispan xalqının faşizmə qarşı qəhrəmanlıq mübarizəsinə həsr olunub. Şairin “Cəmilə” şeirində isə Əlcəzair xalqının milli-azadlıq mübarizəsi, gələcəklə bağlı arzu və istəkləri böyük məhəbbətlə tərənnüm edilib.
Nigar Rəfibəyli ictimai həyatda və yaradıcılıqda mübarizələrlə dolu bir ömür yaşayıb. Sözündə və əməlində qorxmaz, cəsur olan şair özünün poetik ecazı ilə Azərbaycan ədəbiyyatına gözəl, ibrətamiz əsərlər bəxş edib. Yaşadığı dövrün gerçəklikləri müxtəlif mövzularda yazdığı poetik əsərlərinin mövzusu olub. Belə ki, təbiət mənzərələri, insanın mənəvi aləmi, vətənpərvərlik, sülh, əmin-amanlıq, azadlıq ideyaları Nigar xanımın əsərlərinin leytmotivini təşkil edib. Onların arasında “İşıqlı dünyam” (1969), “Günəşdən gənclik istədim” (1974), “Həzin bir axşamda düşərsən yadıma”, “Şanlı nəsillərin yadigarısan” (1982), “Zəfər nəğməsi” (1943), “Yol xatirələri”, “Avropa ətrafında səyahət gündəliyindən” kitabları (1957) nəşr olunduğu vaxtlardan böyük oxucu marağı və sevgisi ilə qarşılanıb.
Nigar Rəfibəyli öz yaradıcılığında uşaqları da unutmayıb, onlar üçün də poetik ilhamla, böyük sevgi ilə əsərlər yazıb. Şairin müxtəlif illərdə çap olunmuş “Balaca qəhrəman” (1942), “Günəşin cavabı” (1966), “Məstanın balaları” (1968), “Bizə bahar yaraşır” (1978) kitabları balaca oxucularının sevdiyi kitablardan olub.
Onun bir çox şeirlərinə musiqi bəstələnib, tanınmış müğənnilər tərəfindən ifa olunub. Həyat yoldaşı Azərbaycanın Xalq şairi R.Rzaya həsr etdiyi və görkəmli müğənni Akif İslamzadənin ifasında filmotekamızın qızıl fonduna daxil edilmiş “Alagözlüm” mahnısı bu gün də hamının sevərək dinlədiyi ən gözəl əsərlərdən biridir.
Nigar Rəfibəylinin ədəbi yaradıcılığında tərcümə ədəbiyyatı da xüsusi əhəmiyyət kəsb edib. Belə ki, şair həyatı boyu ədəbi yaradıcılığını poeziya ilə yanaşı, tərcümə sahəsində də aparıb, hər ikisində böyük sənətkarlıq nümunələri yaradıb. Onun tərcümə əsərlərinin sadəcə adlarına diqqət edəndə yaradıcılığının bu qolunda da necə bir mükəmməllik yaratdığının şahidi oluruq.
Məhsəti Gəncəvinin rübailəri, Evripidin “İfigeniya”, Fridrix Şillerin “Məkr və məhəbbət”, Anton Pavloviç Çexovun “Vanya dayı”, “Albalı bağı” dramları, E.L.Voyniçin “Ovod”, O.Qonçarın “Bayraqdarlar” romanları, Əlişir Nəvai, Aleksandr Puşkin, Mixail Lermontov, Taras Şevçenko, Ş.Petöfi, A.Mitskeviç, A.Sereteli və başqalarının əsərləri məhz Nigar xanım Rəfibəylinin tərcüməsində Azərbaycan oxucularına təqdim olunub.
Nigar Rəfibəyli 1981-ci ildə Bakı şəhərində vəfat edib və II Fəxri xiyabanda dəfn olunub.
İllər, qərinələr ötəcək, Nigar Rəfibəylinin əsərləri hər zaman özünün ideya-məzmunu ilə yenə də müasir səslənəcək.
Mərakeş Krallığında səfərdə olan Azərbaycan Respublikası mədəniyyət naziri Adil Kərimli ilə Mərakeşin gənclər, mədəniyyət və kommunikasiya naziri Mohamed Mehdi Bensaid arasında görüş keçirilib.
Görüş zamanı iki dost ölkə arasında əməkdaşlığın müxtəlif sahələrdə yüksələn xətlə inkişaf etdiyi vurğulanıb, xalqlar arasında əlaqələrin dərinləşdirilməsində mədəniyyətin oynadığı vacib rola istinad edilib. Qarşılıqlı mədəniyyət günlərinin keçirilməsinin hər iki ölkənin zəngin mədəniyyətinin tanıdılması baxımından müstəsna rol oynadığı qeyd olunub, mədəniyyət təsisatları arasında təmasların daha da intensivləşdirilməsinin zəruriliyi ifadə edilib. Bu xüsusda, teatr, musiqi, opera, balet və kino sahələrində əlaqələrin daha da inkişaf etdirilə biləcəyi vurğulanıb. Eyni zamanda, bu sahədə müqavilə bazasının təkmilləşdirilməsinə xidmət edəcək əməkdaşlıq sazişlərinin imzalana biləcəyi də qeyd olunub.
Görüşdə həmçinin, beynəlxalq təşkilatlar çərçivəsində iki ölkə arasında müxtəlif sahələrdə olduğu kimi, mədəniyyət sahəsində də əməkdaşlığın əhəmiyyətinə diqqət çəkilib. Görüşün sonunda qarşılıqlı səfərlərin əlaqələrin daha da dərinləşdilməsinə töhfə verdiyi vurğulanıb və Azərbaycan mədəniyyət nazirinin Mərakeşə səfərinin bu məqsədə xidmət edəcəyinə əminlik ifadə edilib. Öz növbəsində, Adil Kərimli mərakeşli həmkarını Azərbaycana səfərə dəvət edib.
Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimlinin rəhbərlik etdiyi nümayəndə heyəti İslam Dünyası Elm, Təhsil və Mədəniyyət Təşkilatının (ICESCO) Baş direktorunun dəvəti ilə 20-22 iyun tarixlərində Mərakeş Krallığının Rabat şəhərinə səfər edib.
Səfər çərçivəsində bu gün mədəniyyət naziri Adil Kərimlinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Maliki arasında görüş keçirilib. Təşkilatın qərargahında keçirilən görüşdə Azərbaycanın Mərakeş Krallığındakı fövqəladə və səlahiyyətli səfiri, Azərbaycanın ICESCO yanında daimi nümayəndəsi Nazim Səmədov da iştirak edib.
Faydalı əməkdaşlığa görə Azərbaycan tərəfinə təşəkkürünü bildirən ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik Azərbaycanla təşkilat arasında əməkdaşlığın uğurlu olmasında böyük və əvəzolunmaz dəstək göstərən Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin xidmətlərini yüksək qiymətləndirdiyini məmnunluqla ifadə edib.
Salim bin Məhəmməd əl-Malik bu əməkdaşlığın bir çox ölkələr üçün uğurlu model ola biləcəyini vurğulayıb, təşkilatın gələcək üçün nəzərdə tutulan əsas strateji istiqamətləri, hazırda həyata keçirilən təşəbbüslər, proqramlar və layihələr barədə məlumat verib.
O, innovasiya, təhsil sistemlərinin inkişaf etdirilməsinin, həmçinin birgəyaşayış və sivil dialoq dəyərlərinin möhkəmləndirməyin prioritet istiqamətlərdən biri olduğunu bildirib.
Mədəniyyət naziri Adil Kərimli ICESCO-nun Azərbaycanın təhsil, elm və mədəniyyət sahələrində strateji tərəfdaşı olduğunu, iki tərəf arasında əlaqələrin Azərbaycan Respublikası Prezidenti İlham Əliyev və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, ICESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva tərəfindən böyük dəstək aldığını qeyd edib. O, Mədəniyyətlərarası Dialoq Forumunda ICESCO-nun əsas tərəfdaş olduğunu qeyd edərək, gələn ilin may ayına planlaşdırılan Forum çərçivəsində də əməkdaşlığın davam etdirilməsinin əhəmiyyətini vurğulayıb.
Görüşdə ölkəmizlə təşkilat arasında müxtəlif sahələrdə əməkdaşlıq, o cümlədən Bakıda ICESCO-nun Regional Ofisinin açılması, Şuşa şəhərinin 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilməsi, ICESCO-nun tərəfdaş olduğu “Bakı Prosesi” çərçivəsində əməkdaşlığın dərinləşdirilməsi, ölkəmizin mədəniyyət nümunələrinin İslam Dünyası İrsi Siyahısına daxil edilməsi və digər məsələlər müzakirə olunub. Görüşdən sonra Salim əl-Malik mədəniyyət naziri Adil Kərimlininin başçılıq etdiyi nümayəndə heyətini ICESCO-nun baş qərargahında yeni yaradılmış “Peyğəmbərin Yolu” muzeyi ilə tanış edib.
Qeyd edək ki, bir neçə zaldan ibarət geniş və müasir muzeyin ekspozisiyasında Məhəmməd Peyğəmbərin həyatına, ailəsinə, həyat tərzinə, eləcə də Məkkə və Mədinə şəhərlərinə həsr olunmuş dəyərli eksponatlar, tarixi kitablar əyani və rəqəmsal formada sərgilənir.
Azərbaycan poeziyasının orijinal ədəbi siması olan Xəlil Rza Ulutürk ədəbiyyatımızın görkəmli nümayəndəsi, filosof və mütəfəkkir şair, milli-demokratik hərəkatımızın yorulmaz mücahididir. O, Azərbaycan ədəbiyyatında türkçülük, azərbaycançılıq və istiqlalçılıq ideologiyasının ən yaxşı davamçılarından biridir. Xəlil Rza Ulutürk çoxlarından fərqli olaraq, poeziyada şəxsiyyətini, şəxsiyyətində isə poeziyasındakı amallarını gerçəkləşdirmiş şairlərdəndir.
AZƏRTAC xəbər verir ki, bu gün Xalq şairi Xəlil Rza Ulutürkün vəfatından 29 il ötür.
Xəlil Rzanın ilk mətbu şeiri 1948-ci ildə “Azərbaycan pioneri” qəzetində dərc olunub. 1949-cu ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə daxil olması, Bakı ədəbi mühiti onun yaradıcılıq imkanlarına geniş yol açıb. Universitetdə ədəbiyyatşünas alim Cəfər Xəndanın, sonralar şair Bəxtiyar Vahabzadənin rəhbərlik etdiyi ədəbi dərnəkdə, eləcə də Azərbaycan Yazıçılar Birliyində Xalq yazıçısı Mirzə İbrahimovun başçılığı ilə keçirilən “Gənclər günü” məşğələlərində fəal iştirakı Xəlil Rzanın şair kimi yetişməsinə ciddi təsir göstərib.
1954-cü ildə Azərbaycan Dövlət Universitetini bitirən Xəlil Rza əmək fəaliyyətinə “Azərbaycan qadını” jurnalında ədəbi işçi kimi başlayıb, mətbuatda çap etdirdiyi məqalə və şeirlərlə ədəbi ictimaiyyətin diqqətini cəlb edib.
1954-cü ildə Xəlil Rza SSRİ Yazıçılar İttifaqının üzvü seçilir. 1957-ci ildə onun ilk şeirlər toplusu “Bahar gəlir” kitabı nəşr olunur. 1957-ci ilin avqust ayında Azərbaycan Yazıçılar İttifaqı Xəlil Rzanı Moskvaya, M.Qorki adına Dünya Ədəbiyyat İnstitutu nəzdində olan iki illik Ali ədəbiyyat kurslarına göndərir.
Xəlil Rza institutda rus ədəbiyyatının görkəmli nümayəndəsi Pavel Antokolskinin rəhbərlik etdiyi bölmədə poeziyanın nəzəri əsaslarını öyrənməklə yanaşı, dünya xalqlarının mədəni irsi ilə də yaxından tanış olub.
1959-cu ildə Xəlil Rza Bakıya qayıtdıqdan sonra Azərbaycan Dövlət Pedaqoji İnstitutunun aspiranturasında təhsilini davam etdirib. 1984-cü ildə şairin “Ömürdən uzun küçələr” kitabı və SSRİ xalqlarının dillərindən tərcümə edilmiş poetik əsərlərdən ibarət “Qardaşlıq çələngi” adlı toplusu cəmiyyət tərəfindən Azərbaycan SSR Dövlət mükafatına təqdim olunsa da, bu fikir hakim dairələrin etirazına səbəb olub. İstedadlı şair Xəlil Rza 1985-ci ildə “Maqsud Şeyxzadənin bədii yaradıcılığı və Azərbaycan özbək ədəbi-əlaqələrinin aktual problemləri” mövzusunda doktorluq dissertasiyası müdafiə edir. 1986-cı ildə Azərbaycan ədəbiyyatının inkişafındakı xidmətlərinə görə ona “Əməkdar incəsənət xadimi” adı verilir.
Ötən əsrin 80-ci illərinin axırlarında xalq azadlıq hərəkatı genişləndiyi zaman Xəlil Rzanın gur səsi Azərbaycanın hər yerindən eşidilir. Xəlil Rza 1990-cı il yanvarın 26-da SSRİ Dövlət Təhlükəsizliyi əməkdaşları tərəfindən həbs edilərək Moskvaya – Lefortovo həbsxanasına göndərilib. Aramsız sorğu-sual, ağır ittiham şairin iradəsini qıra bilmir, o, zindanda da azadlıq uğrunda mübarizəsini davam etdirir. 8 ay 13 gün öz mühitindən təcrid olunmuş şair, odlu-alovlu qəlbinin işığında “Lefortovo gündəliyi”ni, 200-dən çox şeir, poema və məktubunu qələmə alır.
“1991-ci ilin mayın 6-da şair “Türk milləti mükafatı laureatı” fəxri adına layiq görülüb. Bir ildən sonra ona “Xalq şairi” fəxri adı verilib. İstiqlaliyyəti uğrunda mübarizə aparan Azərbaycanı körpə ikən beşiyində boğmağa uzanan əlləri kəsmək üçün onu müdafiəyə qalxan və bu müqəddəs amal uğrunda ölümün şəhidlik zirvəsini fəth edən igidlərdən biri də məhz milli istiqlal şairi Xəlil Rza Ulutürkün oğlu Azərbaycanın Milli Qəhrəman Təbriz Xəlilbəylidir. Qəhrəmanlıq bir neçə anın, saniyənin işi deyil, qəhrəmanlıq fərdin, şəxsiyyətin iliyində, qanında, sümüyündədir.
Vətənini, millətini canından artıq sevən, “Biz Türküstan elləriyiz, qeyrət, qüdrət selləriyik” deyən Xəlil Rza Ulutürk 1994-cü il iyunun 22-də vəfat edib və Fəxri xiyabanda dəfn olunub.
Ecazkar səsi ilə hamını heyran qoyan, şaqraq zəngulələri ilə bülbülləri susduran və buna görə də xalq tərəfindən Bülbül adlandırılan sənətkarın əsl adı Murtuza Məşədi Rza oğlu Məmmədov olsa da, Azərbaycanda və onun hüdudlarından çox-çox uzaqlarda elə “Bülbül” kimi tanınıb.
AZƏRTAC xəbər verir ki, bu gün Azərbaycan vokal məktəbinin banisi, lirik-dramatik tenor səsə malik opera müğənnisi, görkəmli xanəndə, Azərbaycan və SSRİ Xalq artisti Bülbülün anadan olmasının 126-cı ili tamam olur.
O, Şuşada dünyaya göz açıb və bu şəhərin ab-havası, sözlü-nəğməli, muğamla nəfəs alan mühiti onun sənətkarlığı üçün bəhrəli zəmin olub. İlk təhsilini də burada mədrəsədə alıb, bir çox ustad xanəndələrin ilk musiqi biliyinə yiyələndiyi bir ocaqda – Molla İbrahimin məktəbində muğam sənətinin qanun-qaydalarını mənimsəyib. Xüsusilə görkəmli xanəndə Cabbar Qaryağdıoğlundan o, sənətin çox sirlərini öyrənib. Bülbül ilk səhnə fəaliyyətinə 1916-cı ildə Məşədi Cəmil Əmirovun Gəncədə səhnəyə qoyduğu “Seyfəlmülk” operası ilə başlayıb.
Bülbül 1920-ci ildən Azərbaycan Opera və Balet Teatrının (o zamanlar Birləşmiş Dövlət Teatrı opera truppası idi) solisti olub. Fəaliyyətinin ilk illərində Üzeyir Hacıbəylinin “Leyli və Məcnun”, “Əsli və Kərəm”, Zülfüqar Hacıbəyovun “Aşıq Qərib” operalarında İbn Səlam, Kərəm, Qərib rollarını oynayıb. O, 1927-ci ildə Bakı Konservatoriyasını bitirib. Yüksək səs tembrinə, məlahətli ifa tərzinə malik müğənni təhsilini davam etdirmək üçün dövlət xətti ilə İtaliyanın Milan şəhərinə göndərilib. 1931-ci ildə Milan Konservatoriyasında Delliponti və R.Qraninin siniflərini bitirərək Vətənə dönüb və Azərbaycan Dövlət Konservatoriyasında dərs deməyə başlayıb.
Klassik vokal sənətinə ustalıqla yiyələnmiş Bülbül milli köklərdən ayrılmayaraq, xalq musiqisi üçün səciyyəvi xüsusiyyətləri, ənənələri pozmayaraq, yeni üslub yaratmağa can atırdı. O, italyan və rus vokal məktəblərinin ən yaxşı cəhətlərini əxz edir və onları milli ifaçılıq üslubu ilə əlaqələndirirdi. Qərb və Şərq oxuma üsulları arasında qovuşma nöqtələri tapan müğənni xalq sənətkarlığı ilə professional vokal ifaçılığının vəhdətinə nail olurdu. Bununla da o, Azərbaycanda ilk olaraq, professional vokal ifaçılığının bünövrəsini qoyub. O, bunu həm nəzəri cəhətdən işləyib, həm də praktiki cəhətdən həyata keçirib. Belə ki, o, dəfələrlə bu məsələyə həsr olunmuş mühazirələrlə çıxış edib, konsertlərində isə həm ariya və romansları, həm də xalq mahnılarını və muğamları eyni şövqlə oxuyub. Azərbaycan musiqisində yeni səhifə açan Bülbülün yaradıcılığı vokal sənətinin inkişafında mühüm mərhələ olub.
Bülbül sənətinin gücü onun geniş diapazonlu, məlahətli səsində idi. Səlis bədii diksiyaya, böyük səhnə mədəniyyətinə malik olması onun ən ümdə xüsusiyyətlərindən idi. Daim axtarışda olan, yeni zirvələrə can atan Bülbülün repertuarı çox zəngin idi. O, xarici ölkə bəstəkarlarının opera ariyalarını və romansları, Azərbaycan bəstəkarlarının vokal əsərlərini, muğamları, xalq mahnı və təsniflərini özünəməxsus üslubda, aydın tələffüzlə ifa edirdi. Klassik əsərləri bir neçə dildə ifa edən Bülbül ən çox Azərbaycan dilinə böyük fikir verirdi və həmişə deyirdi ki, “öz dilində elə oxumaq lazımdır ki, bu dili başa düşməyənlər də ondan zövq ala bilsinlər”.
Bülbülün yaradıcılığını yüksək qiymətləndirən dahi bəstəkarımız Üzeyir Hacıbəyli qeyd edirdi ki, “Bülbül kimi musiqi təhsili alan, həm şərq üslubunda, həm də operalarda oxumağı bacaran ifaçılar musiqi sənətimiz üçün qiymətli kadrlardır”.
Təsadüfi deyildi ki, Bülbül Üzeyir Hacıbəylinin şah əsərində – “Koroğlu” operasında baş rolun ilk, həm də ən yaxşı ifaçısı olub. Koroğlu onun yaratdığı obrazların zirvəsidir. Bu operanı Üzeyir Hacıbəyli məhz Bülbül üçün yazıb. İndi də “Koroğlu”dan söhbət düşəndə gözümüz önündə Bülbül canlanır. Burada aşıq sənəti xüsusiyyətləri ilə professional vokal ifaçılığını qovuşduran Bülbül əfsanəvi xalq qəhrəmanının monumental obrazını yarada bilib. Bununla yanaşı, Bülbül həm də digər Azərbaycan bəstəkarlarının operalarında yaddaqalan obrazlar yaradıb.
Azərbaycan müğənnilərinin böyük bir nəslinin yetişməsində Bülbülün xidmətləri əvəzsizdir. O, görkəmli pedaqoq olub, öz təcrübəsini, sənətin sirlərini istedadlı gənclərə öyrədib. Bülbülün sinfini bitirmiş bir sıra vokalçılar hazırda teatr və kamera ifaçılığı sahəsində layiqli yer tutublar.
Bülbül vokal sənətinin əsaslarını və öz pedaqoji prinsiplərini elmi-nəzəri və metodik cəhətdən də işləyib.
Milli professional vokal məktəbinin yaradıcısı Bülbülün ənənələri bütün Şərq vokal sənətinə böyük təsir göstərib, müasir ifaçılarımız üçün gözəl örnəyə çevrilərək bu gün də yaşamaqdadır.
Bülbülün musiqi tariximizdəki xidmətlərindən danışarkən, onun folklorşünaslıq sahəsindəki fəaliyyətini də qeyd etmək lazımdır. O, xalqın hafizəsində qorunan musiqi folklorumuzu toplamaq, onu bir zərgər səliqəsi ilə cilalamaq və fövqəladə bir ifa ilə xalqa qaytarmaq istəyi ilə yaşayırdı. İndi əzbər bildiyimiz bir çox xalq mahnılarına Bülbül yeni həyat verib. Bülbülün rəhbərliyi ilə Azərbaycan Dövlət Konservatoriyasının nəzdində Elmi-Tədqiqat Musiqi Kabinetinin təşkili və burada Azərbaycan xalq musiqi incilərinin bəstəkarlarımız tərəfindən məşhur xalq sənətkarlarının ifasından nota köçürülməsi musiqi tariximizdə mühüm hadisə kimi qiymətləndirilməlidir. Bu kabinet 1932-ci ildən 1943-cü ilədək fəaliyyət göstərib, xalq musiqi nümunələrinin toplanması, sistemləşdirilməsi, nota köçürülüb çap olunması ilə məşğul olub.
Bülbül o dövrdə konservatoriyada təhsil alan tələbələri, sonradan musiqimizi dünyaya tanıtmış bəstəkarları – Niyazi, Qara Qarayev, Cövdət Hacıyev, Fikrət Əmirov, Səid Rüstəmov, Tofiq Quliyev və bir çox başqalarını musiqi kabinetində fəaliyyətə cəlb edib ki, bu da xalq yaradıcılığına dərindən nüfuz edən bəstəkar və musiqişünasların yetişməsində, eləcə də Azərbaycan musiqi irsinin öyrənilməsində və yayılmasında böyük rol oynayıb.
Bülbül 1938-ci ildə SSRİ Xalq artisti adını alıb, 1940-cı ildə Azərbaycan Dövlət Konservatoriyasının professoru seçilib, 1950-ci ildən SSRİ Dövlət mükafatı laureatı adına layiq görülüb. Eyni zamanda, I və V çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı olub, 2 dəfə Lenin, 2 dəfə “Qırmızı Əmək Bayrağı”, “Şərəf nişanı” ordenləri, İtaliyanın “Haribaldi” ordeni və medallarla təltif olunub.
Bülbül 1961-ci il sentyabrın 26-da Bakıda vəfat edib və Birinci Fəxri xiyabanda dəfn olunub.
Hazırda Bakı şəhərində mərkəzi küçələrdən biri Bülbülün adını daşıyır. Onun adına Bakı Musiqi Akademiyası nəzdində musiqi məktəbi fəaliyyət göstərir.
Bülbülün vətəni olan Şuşada xanəndənin bürünc büstü qoyulub. 1992-ci ilin may ayında Şuşanın ermənilər tərəfindən işğalından sonra bu büst (şairə Natəvanın və bəstəkar Üzeyir Hacıbəylinin büstləri ilə birlikdə) düşmən tərəfindən Gürcüstana metal kimi satılıb, sonradan Azərbaycan hökuməti tərəfindən geri alınaraq Bakıya gətirilib. 30 ilə yaxın düşmən əsarətində qalan doğma Şuşamız düşmən tapdağından azad olduqdan sonra hər üç görkəmli sənətkarın büstü yenidən Şuşaya aparılaraq orada ucaldılıb.
1976-cı ildə Şuşada, 1982-ci ildə Bakıda Bülbülün memorial muzeyi açılıb. Şuşa azad olunduqdan bir il sonra – keçən il avqustun 29-da isə Bülbülün Azərbaycanın mədəniyyət paytaxtındakı ev-muzeyinin bərpa işlərindən sonra açılışı olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılış mərasimində iştirak ediblər.
Ölkəmiz ikinci dəfə müstəqillik əldə etdikdən sonra bu böyük sənətkarın yaradıcılığına diqqət daha da artırılıb. Belə ki, zəngin yaradıcılıq yolu keçmiş və çoxşaxəli fəaliyyəti ilə Azərbaycanın musiqi mədəniyyəti tarixində silinməz izlər qoymuş böyük sənətkar Bülbülün xatirəsi əziz tutulub, yubileyləri dövlət səviyyəsində qeyd edilib. Ulu Öndər Heydər Əliyev tərəfindən 1997-ci il avqustun 20-də “Bülbülün 100 illik yubileyinin keçirilməsi haqqında” Sərəncam imzalanıb. Bülbülün 100 illik yubileyi həm xalqımız, həm də Bülbül sənətinə pərəstiş edən bir çox xalqlar tərəfindən geniş qeyd olunub. Həmin ildən başlayaraq, mütəmadi olaraq, vokalçıların Bülbül adına beynəlxalq müsabiqəsi keçirilir, bu müsabiqəyə dünyanın bir çox ölkəsindən gəlmiş vokalçılar qatılırlar.
Prezident İlham Əliyevin “Bülbülün 110 illik yubileyinin keçirilməsi haqqında” 16 aprel 2007-ci il tarixli Sərəncamına əsasən müğənninin yubileyi dövlət səviyyəsində qeyd edilib. 2012-ci ildə Prezident İlham Əliyevin iştirakı ilə Bakıda, Bülbül prospektində Bülbülün xatirəsinə ucaldılmış abidənin açılışı olub.
Bülbülün anadan olmasının 120 illiyi münasibətlə ölkə başçısı 2017-ci il mayın 11-də “Bülbülün 120 illik yubileyinin keçirilməsi haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən hazırlanan tədbirlər planına uyğun olaraq milli musiqi mədəniyyətinin inkişafı, tədqiqi və təbliği işinə misilsiz töhfələr vermiş Xalq artisti Bülbülün yubileyi il ərzində müxtəlif tədbirlərlə geniş qeyd edilib.
Azərbaycan mədəniyyətində özünəməxsus yeri olan Bülbül özündən sonra zəngin bir irs qoyub gedib və mənsub olduğu xalqın qəlbində əbədiyaşarlıq qazanıb.
İctimai Televiziya və Radio Yayımları Şirkəti (İctimai TV) Azərbaycanda nüfuzlu şirkətlərin təmsil olunduğu Amerika Ticarət Palatasına (American Chamber of Commerce in Azerbaijan – qısa olaraq AmCham) üzv oldu.
AZƏRTAC xəbər verir ki, İctimai TV-nin fəaliyyətini diqqətlə izləyən, verilişlərinin müasir texniki və keyfiyyət standartlarına uyğun yayımını nəzərə alan Amerika Ticarət Palatası telekanalı öz sıralarına qəbul edib. Bu işbirliyi tərəflər arasında işgüzar əlaqələrin genişləndirilməsi və palatanın digər üzvləri ilə İctimai TV-nin qarşılıqlı təcrübə mübadiləsi baxımından geniş imkanlar yaradacaq.
Qeyd edək ki, AmCham ölkəmizdə biznes maraqlarını dəstəkləyən və təşviq edən nüfuzlu iş birliyi kimi tanınır. Əsası 1996-cı ildə qoyulmuş AmCham Azərbaycan iqtisadiyyatının bütün sahələrini əhatə edən aparıcı şirkətləri özündə birləşdirir. Təşkilatın məqsədi Azərbaycanı dünyada tanıtmaq, ölkəmizdə fəaliyyət göstərən biznes qurumlarının müxtəlif yönlü sosial-iqtisadi layihələrə dəvət etməkdir. Ölkənin ən böyük və ən nüfuzlu təşkilatlarından biri olan AmCham, ən yaxşı şəbəkə imkanlarını təmin edir.
Diasporla İş üzrə Dövlət Komitəsində Almaniyanın Koblents şəhərində yaşayan Azərbaycanın Xalq rəssamı, Azərbaycan Rəssamlar İttifaqının fəxri üzvü, UNESCO Rəssamlar Federasiyasının üzvü, Avropada Azərbaycan Milli Xadimləri Assosiasiyasının sədri, Beynəlxalq “Sülh səfiri” Əşrəf Heybətovun “Bizim Şuşa” adlı albomunun təqdimat mərasimi keçirilib. “Bizim Şuşa” albomu Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə nəşr olunub.
Dövlət Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, yerli ictimaiyyətin tanınmış simalarının, Komitənin əməkdaşlarının və diasporumuzun Bakıda səfərdə olan fəallarının iştirak etdikləri tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Sonra Əşrəf Heybətovun yaradıcılığından bəhs edən videoçarx nümayiş etdirilib.
Tədbir iştirakçılarını salamlayan Komitə sədrinin birinci müavini Valeh Hacıyev Xalq rəssamının həyat və fəaliyyətindən danışıb. Onun Almaniyadakı diaspor quruculuğunda fəal iştirakından, Komitə ilə əməkdaşlığından və həyata keçirilən birgə layihələrdən söz açıb.
Tədbirdə kulturoloq, tarix elmləri doktoru, Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru Fuad Məmmədov, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə elmlər doktoru, professor Kübra Əliyeva, AMEA-nın Bakıxanov adına Tarix İnstitutunun direktor müavini dosent Tofiq Nəcəfli, Azərbaycan Milli QHT Forumunun prezidenti Rauf Zeyni, Azərbaycanın Əməkdar artisti, bəstəkar-müğənni Elza Seyidcahan və başqaları çıxış ediblər.
Qonaqlar Azərbaycan ziyalılarının dəyərli təmsilçilərindən biri olan rəssamı “Bizim Şuşa” albomunun nəşr olunması münasibətilə təbrik ediblər. Qeyd olunub ki, tarixi vətənindən kənarda yaşamasına baxmayaraq, dünyaşöhrətli rəssamın ürəyi hər zaman Azərbaycanla döyünür, o, ölkəmizin həqiqətlərini, zəngin mədəniyyətini fırçası vasitəsilə təbliğ edir. Onun yaradıcılığını, xalqımıza, vətənimizə, işğaldan azad edilmiş Qarabağa, Şuşaya vurğunluğunu, vətənpərvərliyini və şəxsi insani keyfiyyətlərini yüksək qiymətləndirən natiqlər bütün bu amillərin “Bizim Şuşa” albomunda da əks edildiyini vurğulayıblar.
Prezident İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuzun Qarabağı işğaldan azad etməsinin bütün xalqımızı, o cümlədən yaradıcı insanları ürəkdən sevindirdiyi yada salınıb. Hazırda Qarabağda və mədəniyyət paytaxtımız Şuşada irimiqyaslı bərpa-quruculuq işlərinin aparılmasının, “Böyük Qayıdış” proqramının icrasına başlanılması qürurunun yaşandığının və bu məqamların böyük əsərlərlə ifadə olunacağına əminlik bildirilib. “Bizim Şuşa” albomu buna bariz nümunə kimi göstərilib.
Əşrəf Heybətov təqdimat mərasiminin təşkilinə və xoş sözlərə görə Komitəyə və tədbir iştirakçılarına minnətdarlığını ifadə edib. “Bizim Şuşa” albomunun yaranması ideyası və albom üzərində işi barədə ətraflı məlumat verib.
Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən cari ilin yanvar-may aylarında Azərbaycana dünyanın 176 ölkəsindən 713,0 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,5 dəfə çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, gələnlərin 32,4 faizi Rusiya Federasiyası, 20,0 faizi Türkiyə, 8,1 faizi İran, 5,2 faizi Gürcüstan, 4,9 faizi Hindistan, 2,3 faizi Pakistan, 2,2 faizi Qazaxıstan, 2,1 faizi Birləşmiş Ərəb Əmirlikləri, 2,0 faizi Səudiyyə Ərəbistanı, 1,9 faizi Özbəkistan, 1,6 faizi Belarus, 1,5 faizi Ukrayna, 1,3 faizi Böyük Britaniya, 1,3 faizi Türkmənistan, 1,2 faizi Küveyt, 12,0 faizi digər ölkələrin vətəndaşları olmuşdur. Gələnlərin 74,1 faizini kişilər, 25,9 faizini qadınlar təşkil edib.
Ötən ilin eyni dövrü ilə müqayisədə Çindən gələnlərin sayı 6,1 dəfə, Türkmənistandan 3,9 dəfə, Hindistandan 3,2 dəfə, Belarusdan 2,7 dəfə, Özbəkistandan 2,6 dəfə, Qazaxıstandan 2,0 dəfə, Rusiya Federasiyasından 2,0 dəfə, Böyük Britaniyadan 1,8 dəfə, İsraildən 1,7 dəfə, ABŞ-dan 1,6 dəfə, Küveytdən 43,8 faiz, Pakistandan 43,0 faiz, Gürcüstandan 41,7 faiz, Türkiyədən 22,5 faiz, Omandan 17,4 faiz, Birləşmiş Ərəb Əmirliklərindən 14,7 faiz artıb.
2022-ci ilin yanvar-may ayları ilə müqayisədə MDB ölkələrindən gələnlərin sayı 2,0 dəfə artaraq 296,6 min, Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 1,7 dəfə artaraq 38,0 min, körfəz ölkələrindən gələnlərin sayı 4,5 faiz azalaraq 103,1 min nəfər olub.
Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 31,9 faizi dəmir yolu və avtomobil, 66,6 faizi hava, 1,5 faizi isə dəniz nəqliyyatından istifadə edib.
2022-ci ilin yanvar-may ayları ilə müqayisədə xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının ümumi sayı 19,5 faiz artaraq 633,6 min nəfər olub.
Rusiya Federasiyasına gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı 1,9 dəfə, Gürcüstana gedənlərin sayı 36,5 faiz artıb, İrana gedənlərin sayı 29,1 faiz, Türkiyəyə gedənlərin sayı 0,4 faiz azalıb. Ölkə vətəndaşlarının 39,0 faizi Türkiyəyə, 24,3 faizi Rusiya Federasiyasına, 9,4 faizi Gürcüstana, 7,9 faizi İrana, 19,4 faizi digər ölkələrə səfər edib. Gedənlərin 69,5 faizini kişilər, 30,5 faizini qadınlar təşkil edib.
2023-cü ilin yanvar-may aylarında xarici ölkələrə səfər edən Azərbaycan Respublikası vətəndaşlarının 30,0 faizi dəmir yolu və avtomobil, 67,2 faizi hava, 2,8 faizi isə dəniz nəqliyyatından istifadə edib.
Azərbaycan elmi-fəlsəfi fikir tarixinə, bədii-estetik təfəkkürünə bir sıra əsaslı yenilikləri, mütərəqqi addımları, çoxistiqamətli maarifçilik fəaliyyəti ilə daxil olan Abbasqulu ağa Bakıxanovun elmi-ədəbi irsi dövrünün qabaqcıl ziyalılarının – tarixçilərin, mütəfəkkirlərin, ədiblərin diqqətini çəkmiş, dəyərləndirilmiş və onların fəaliyyətinə öz müsbət təsirini göstərmişdir. Abbasqulu ağa Bakıxanov öz dövründə hərbi xadim, tədqiqatçı-alim kimi tanınmaqla yanaşı, bədii yaradıcılığına görə də sevilmişdir.
AZƏRTAC xəbər verir ki, bu gün görkəmli ədibin anadan olmasından 229 il ötür.
Abbasqulu ağa Bakıxanov 1794-cü il iyunun 21-də Bakı şəhəri yaxınlığında Əmircan (köhnə adı Xilə) kəndində Bakı xanları nəslindən olan II Mirzə Məhəmməd xanın ailəsində anadan olub. Səkkiz yaşına qədər Bakıda yaşayıb, uşaqlığının ilk dövrünü Abşeronun Əmircan, Maştağa, Balaxanı, Ramana kəndlərində keçirib. Atası xanlıq taxtı uğrunda mübarizədə öz əmisi oğlu Hüseynqulu xana uduzduqdan sonra məcburiyyət qarşısında qalaraq ailəsi ilə birlikdə Qubaya, vaxtı ilə yaxın qohumu olan Fətəli xanın bağışladığı Amsar kəndinə köçməli olub. 1819-cu ildə Abbasqulu ağa general Yermolovun dəvəti ilə Tiflisə gələrək Qafqaz Baş Hərbi İdarəsində şərq dilləri tərcüməçisi vəzifəsinə təyin olunub.
Azərbaycan elmi tarixində özünəməxsus yer tutan Abbasqulu ağa Bakıxanov “Qanuni-Qüdsi”, “Əsrarül-mələküt”, “Təhzibül-əxlaq”, “Eynül-mizan”, “Gülüstani-İrəm” kimi əsərləri ilə böyük şöhrət qazanıb. Dil, coğrafiya, tarix, astronomiya, məntiq, psixologiya və digər elmlərə aid əsərləri onun hərtərəfli bir alim olduğunu göstərir. Həmçinin Amerikanın kəşfindən və bu qitədən bəhs edən “Kəşfül-qəraib” və dövrümüzə gəlib çatmayan “Ümumi coğrafiya” əsərlərinin müəllifidir. Bakıxanov pedaqoji məsələlərlə də məşğul olub, uşaqların və gənclərin tərbiyəsi ilə əlaqədar mülahizələrini “Təhzibül-əxlaq” əsərində qələmə alıb. O, dərin əxlaqi-fəlsəfi məzmuna malik olan bu əsərində cəmiyyət haqqındakı fikirlərini bir sistem şəklində şərh edərək, gənclər arasında nəcib əxlaq normalarını təbliğ edib.
Alimin ən dəyərli əsəri isə, heç şübhəsiz uzun illər boyu apardığı ciddi tədqiqatlar nəticəsində ərsəyə gəlmiş “Gülüstani-İrəm” əsəridir. Bu əsərlə o eyni zamanda, Azərbaycan tarixşünaslığının əsasını qoyub. Azərbaycan və Dağıstan xalqlarının tarixindən bəhs edən “Gülüstani-İrəm” faktlarla olduqca zəngindir. Müəllif əsəri yazarkən bir sıra arxeoloji tədqiqatlar aparmış, tarixi abidələrdən, köhnə binaların qalıqlarından, sikkələrdən, padşahların və xanların fərmanlarından, milli əfsanələrdən, dini kitablardan, “Avesta”dan, yaşlı nəslin nağıl və rəvayətlərindən, səyyahların yol qeydlərindən, gürcü və ləzgi salnamələrindən, çoxlu şərq mənbələrindən, qədim yunan, qədim Roma, Azərbaycan, rus alimlərinin əsərlərindən istifadə edib.
Əsərin müqəddiməsində Azərbaycanın və Dağıstanın qısa coğrafi təsviri verilir, qədim yunan, ərəb və rus mənbələrinə istinad edilərək bu ölkələrin xalqlarının mənşəyi, dili və dinləri haqqında maraqlı məlumatlar yer alır. “Gülüstani-İrəm” əsəri özündə Nuhun tufanı, Yəcuc və Məcuc, skiflər, massagetlər, xəzərlər, Sasani hökmdarlarının Azərbaycandakı hakimiyyəti, İslam dövlətinin yaranması, ərəb qoşunlarının Azərbaycana gəlməsi, həmin dövrlərdə Şirvan və Dağıstanda baş verən hadisələr, monqol istilası, hülakilərin və teymurilərin hakimiyyəti, Səfəvi dövlətinin yaranması, Şirvanşahlar sülaləsi, “Gülüstan” adlı yerdə Rusiya və İran arasında sülh müqaviləsinin bağlanmasına qədər olan geniş bir tarixi dövrü əhatə edib. Bakıxanov 1828-ci ildə Türkmənçay müqaviləsinin imzalanması mərasimində tərcüməçi kimi iştirak edib. Qüdsi təxəllüsü ilə şeirlər yazıb.
Görkəmli ədib 1847-ci ildə Məkkədən Mədinəyə gedərkən vəba xəstəliyindən vəfat edib və Vadiyi-Fatimə adlanan yerdə dəfn olunub.
“Heydər Əliyev İli” çərçivəsində Azərbaycanın Türkmənistandakı səfirliyi silsilə tədbirlər keçirir. Bu tədbirlər sırasına Azərbaycanın Xalq şairi Zəlimxan Yaqubun Ümummilli Lider Heydər Əliyevə həsr etdiyi “Əbədiyyət dastanı” poemalar kitabının türkmən dilinə (Ebedilik dessany) tərcümə etdirilərək, nəfis şəkildə çap edilməsi də daxildir.
İyunun 15-də səfirlikdə Azərbaycan xalqının Milli Qurtuluş Günündə kitabın türkmən dilində yeni nəşrinin təqdimatı keçirilib.
Tədbirdə çıxış edən səfir Həsən Zeynalov açaraq böyük şəxsiyyətlər, onların xalq qarşısında xidmətləri haqqında geniş ictimaiyyətin məlumatlandırılmasının ən yaxşı üsullarının ədəbi, bədii və yaradıcı vasitələr olduğunu bildirib.
Diplomat kitabda “Böyük ömrün dastanı” və “Böyük ömrün davamı” poemalarının toplandığını, bu ədəbi nümunələrdə Azərbaycan ədəbiyyatına məxsus müxtəlif şer janrlarının yer aldığını qeyd edib. Kitab Heydər Əliyev haqqında unudulmaz xatirə, elegiyadır. Kitab tərcümə olunarkən xalqlarımızın eyni soykökə, dilə və mədəniyyətə sahib olduqları türkmən oxuculara bir daha əyani şəkildə çatdırılıb.
Səfir, bu kitab vasitəsilə qardaş türkmən oxucularının Heydər Əliyevin həyatı, fəaliyyəti və şəxsiyyəti ilə daha yaxından tanış olacaqlarına əminliyini ifadə edib.
Qeyd olunub ki, həyatını ülvi və böyük məqsədlərə həsr etmiş Heydər Əliyevə həsr olunmuş bu kitab Azərbaycan-Türkmən qardaşlıq əlaqələrinin inkişafına özünəməxsus töhfə verəcək.
Türkmənistanlı şair Akmurad Rəcəbov və səfirliyin müşaviri Mikayıl Yusifov tərəfindən tərcümə edilmiş kitabda Azərbaycanın Xalq rəssamı Arif Hüseynovun illüstrativ əsərlərindən istifadə edilib.
Nəzərə çatdırılıb ki, kitabın nüsxələrinin geniş oxucu kütləsinə çatdırılması üçün Türkmənistanın Mərkəzi Kitabxanası vasitəsilə ölkənin bütün kitabxanalarına paylanacaq. İlk nüsxəsi isə Türkmənistanın xarici işlər nazirinə təqdim edilib.
Çıxışlardan sonra kitabın bir neçə nüsxəsi tədbir iştirakçılarına təqdim edilib, bəzi şer nümunələri qiraətçilər tərəfindən səsləndirilib.
Görkəmli ədəbiyyatşünas-alim, AMEA Ədəbiyyat İnstitutunun şöbə müdiri filologiya elmləri doktoru, professor Bədirxan Əhmədlinin “Nəriman Əndülrəhmanlının nəsri: tarixilik və müasirliyinin vəhdəti” monoqrafiyası çapdan çıxıb.
Monoqrafiyada çağdaş nəsrimizin tanınmış nümayəndəsi Nəriman Əbdülrəhmanlının yaradıcılığı araşdırılır.
Tədqiqatçı yazıçının yaradıcılıq təkamülünü, hekayə, povest və romanlarını müasir ədəbi fikir kontekstində, keçmiş-indi-gələcək üçbucağında saf-çürük edir, onun əsərlərinin ideyasını, quruluşunu və obrazlarını nəzərdən keçirir, Azərbaycan ədəbiyyatında, eləcə də müstəqillik dövrü ədəbiyyatımızdakı yerini müəyyənləşdirir.
Yazıçı N.Əbdülrəhmanlının 65 illik yubileyinə həsr olunmuş monoqrafiya kütləvi oxucular və çağdaş Azərbaycan ədəbiyyatını araşdıran tədqiqatçılar üçün nəzərdə tutulub.
Qeyd edək ki, professor B.Əhmədli dövri mətbuatda və ədəbi-elmi toplularda çap olunmuş 100-dən artıq elmi məqalələrin, “Sabit Rəhmanın satirası” (1998), “Azərbaycan satirasının inkişaf problemləri” (2000), “Bir istiqlal yolçusu” (2003), “Sabit Rəhman: həyatı, mühiti, yaradıcılığı” (2010), “Dramaturq, sənət, həqiqət” (2011), üçcildlik “Azərbaycan ədəbiyyatı tarixi” (2010-2011), “XX yüzil Azərbaycan ədəbiyyatı: mərhələlər, istiqamətlər, problemlər” (2015), “Azərbaycan mühacirət ədəbiyyatı: təşəkkülü. problemləri. şəxsiyyətləri” (2017). “Türkçülüyün üçlü formulu” (2019), “Rabindranat Taqor: Yeni Hindistanın manifesti” (2021) kimi fundamental monoqrafiyaların, dərslik və dərs vəsaitlərinin, elmi-metodik tövsiyələrin müəllifidir.
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının (edebiyyat-az.com) Rəhbərliyi və bütün kollektivi Sizi “PRIMER BROKER AND LOGİSTİCS” MMC-nin sabiq əməkdaşını TelmanƏfəndini doğum gününüz münasibətilə cani-ürəkdən təbrik edir, Sizə möhkəm cansağlığı və xoşbəxt həyat diləyir.
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə əlaqələr şöbəsi
Yazılarıma maraq göstərən çoxsaylı oxucularla bərabər bir-iki nəfər qulp qoyan da olur. Şübhəsiz, “Təhminənin son sirri” hekayəsinə ağız büzənlər kimi bu yazıma da irad tutanlar tapılacaq. “Təzə bir şey yaza bilmir, odur ki, köhnə yazılarını istismar edir” deyəcəklər.
Desinlər.
Mən qəhrəmanlarıma canlı insanlar tək yanaşıram. Onlar sevirlər, sevilirlər, sevinirlər, kədərlənirlər, əzab çəkirlər və zamanında, bəzən də zamanından çox əvvəl, vaxtsız vəfat edirlər.
Qəribə görünsə də, mən bir müəllif kimi bəzən özümü personajlarım qarşısında günahkar hiss edirəm. Bu hissi izah da edə bilmirəm.
Bəlkə Təhminənin etibarına şübhəylə yanaşmaqda yanılmışam. Bəlkə Kəbirlinskiyə qarşı çox insafsız olmuşam.
Bəlkə bu hekayə də elə günah hissini yumaq üçün yazılıb. Hər halda bu iki hekayəylə – “Təhminənin son sirri” və “Kəbirlinskinin son etirafı”yla mən bu personajlarımın taleyinə son nöqtə qoyuram.
Hekayəylə tanış olacaq oxuculardan bir xahişim var. “Dantenin yubileyi” povestimi oxumayıblarsa, əvvəlcə onu oxusunlar. Çünki orada cərəyan edən hadisələri bilmədən, ordakı xarakterlərlə tanış olmadan bu hekayənin mətləbi və məqsədi açılmayacaq.
Kəbirlinskinin son etirafı
Hekayə
Xəstəxananın iri qapılarından içəri girən kimi Həcər bura xas olan iyi duydu. Nə qoxusu idi bu? Dərman, formalin, irinli yaraların, ya yarılmış meyitlərin qoxusu? Yaxud xəstələrin özünün yodlu sarıqlarından gələn özəl bir qoxu?
Pilləkanların başında kiçik meydança və dəhliz adamla dolu idi. Bu insan qalabalığında əlil arabasında əyləşmiş, başı sarıqlı, yaxud qolu gipsli xəstələr də, onlara dəyməyə gələnlər kimi bikef və ümidsiz görünürdülər. Ailə üzvlərini, qohumlarını yoluxmağa gələnlər üzlərinə saxta mehribanlıq, nikbinlik masqası taxsalar da xəstələrin özləri kimi yorğun və bezikmişdilər. Hər kəs bu icbari görüş vaxtının tez bitməsini, yenidən min qayğıyla dolu olsa da, adət etdikləri həyata, televizor proqramlarıyla, telefon söhbətləriylə keçən ömürlərinə qayıtmağa can atırdı. Xəstələr rəngi qaçmış bozumtul pijamalarda idi. Üzlərinə ağrı və əzab izləri çökmş xəstələrlə də, onların yorğun, müalicə qayğılarından bezmiş müsafirləriylə də yaşıl xalatlı, hamar, rahat sifətli tibb bacıları təzad təşkil edirdi. İti, qıvraq addımlarla oradan buraya şütüyən gənc həmşirələrin sağlamlığı sanki xəstələrin taqətsizliyinə acıq verirdi. Həcər adamların arasından birtəhər keçərək Baş həkimin otağına yanaşdı. Katibəsi harasa çıxmışdı və Həcər fürsəti fövtə verməyib Baş həkimin otağına daxil oldu. Baş həkim orta yaşlı, tosqun və daz bir kişi idi. Daz başında bircə tükü qalmışdı, Həcərin haçansa eşitdiyi lətifə yadına düşdü. Bir kişinin başında yalnız iki tük qalıbmış, birini sağa, birini sola darayırmış. Bir gün tüklərin biri də düşəndə: – eybi yox, pırpız başla gəzərəm, – deyə özünə təsəlli verirmiş.
Hafizəsində qəflətən bu lətifənin canlanmasına özü də mat qaldı. Heç lətifə yeridi, sən Allah?
Baş həkimin masasının üstünə sərilmiş kiçik süfrədə çörək parçaları, kotletlər və bir baş soğan vardı.
Həcər:
– Olar? – deyə soruşdu.
– Day gəlmisən də, nə “olarbazlıqdı?”
– Mən Kəbirlinskinin arvadıyam.
– Kimin?
– Kəbirlinskinin – dedi və əlavə etdi, – məşhur teatr artist Feyzulla Kəbirlinskinin.
– Buyur, sözün nədi?
– Ərimin halını soruşmağa gəlmişəm. Yaxşılığa doğru bir irəliləyiş var?
– Çalışırıq. Hansı palatadadı?
– Yeddinci palatada. Yəni sağalmasına bir ümid var?
– Əlimizdən gələni edirik, bacı – telefon zəng çaldı. Baş həkim dəstəyi qaldırdı.
– Salam, salam, – dedi – nə oldu? – qulaq asdı – Əla. Mən deyirdim də…
Başının işarəsiylə Həcərə bildirdi ki, gedə bilər.
Həcər əlindəki zəmbili göstərib:
– Alma şirəsi gətirmişəm – dedi – olar da?
Baş həkim cavab vermədən başıyla razılıq işarəsi verdi, sonra telefona: – Yox əşşi? – deyə şaqqanaq çəkib güldü.
Əslində, Həcər ərinin halını soruşmağa gəlməmişdi Baş həkimin yanına. Vəziyyətini onsuz da bilirdi. Xahiş etmək istəyirdi ki mümnkünsə ayrı palataya keçirsinlər. Son iki gündə o palatadan iki nəfər ölü çıxmışdı.
“Bədbəxt kişi, – deyə düşündü – vaxtında zvaniyadan – zaddan bir şey versəydilər, indi daha yaxşı palatada qalardı. Ya elə daha yaxşı xəstəxanada yatardı.
Həcər palataya girdi. Buranın havası daha da boğuq, kəsif idi. Palata cürbəcür səslərlə doluydu: aramsız öysürən kim, kəsik-kəsik xoruldayan kim, zarıyan, arabir mamasını çağıran kim?
Feyzulla sistem altında gözüyumulu uzanmışdı. Həcər bilirdi ki, gözləri açıq olanda da hər şeyi duman içində görür, sifətləri güclə sezir.
Həcər:
– Xoş gördük, Feyzulla, – dedi – Necəsən? – Maşallah, qıvraq görünürsən. Həkim də dedi ki, tezliklə duracaqsan.
Feyzulla gözlərini açıb zəif səslə:
– Hardan? – dedi – Day mənim hay-hayım gedib, vay-vayım qalıb.
– Elə danışma, sağalacaqsan da, yenə teatr çıxaracaqsan da.
– Düz-əməlli vaxtında teatra lazım olmadım. İndi lazım olacam? Kor ərəbin mahnısını oxumağa?
– Niyə elə deyirsən? Teatrdan zəng etmişdilər. Halını soruşurdular. Dedilər nə lazımdı, çəkinməyin, deyin. Dedim sağ olun. Heç nəyə ehtiyacımız yoxdu.
Feyzulla:
– Kim zəng eləmişdi? – deyə soruşdu.
– Kim? Nə bilim, tanımadım.
– Kişidi, arvaddı?
– Hm. hə… yox, kişi idi. Dedi bir ehtiyacınız varsa…
Feyzulla:
– Sağ olsunlar – dedi
Sükut çökdü, xəstənin zarıltısı eşidilirdi:
– Öldüm, ay məmə…
Anaxanım:
– Bilirsən Anaxanımgildə nə həngamə qopub?
Feyzulla dinmədi.
Həcər davam etdi:
– Sultan arvadına ad günündə çox bahalı bilərzik alıb…
– Sultan kimdi?
– Buy… Anaxanımın oğludu da, diş həkimi. Anaxanım bir mərəkə qoparıb, gəl görəsən. Deyir biz bacının cehizini yığa bilmirik, sən yad qızına belə bahalı hədiyyə alırsan. Sitarə də…
– Kim?
– Sitarə də, Sultanın arvadı… demə bu söhbəti öz qulağıyla eşidib, yığışıb gedib dədəsigilə.
Fərrux da ki…
– Fərrux kimdi?
– Oyunun olsun, Feyzulla, gəl məni də tanıma, Anaxanımın əridir də, qapıbir qonşumuz. Onunla o qədər nərd atmısan ki…
Feyzulla:
– Qonşuların dərdini çəkəsi halım yoxdu, Həcər – dedi. – Buranı görürsən də, Həcər, sən də çox – yubanma, get…
– Sənə alma şirəsi gətirmişəm. Həkim də icazə verdi. Dedi xeyri olacaq.
– Sağ olun, sən də, həkim də.
– Tamam yadımdan çıxmışdı. Bir şad xəbər də var axı…. Eldar institutu əla diplomla qurtardı. Sabah gəlir Moskvadan.
– Sağ olsun. Di get, Həcər. Yuxum gəlir, yatacam.
– Eldar da gələcək sənə dəyməyə.
– Eldarı mənim adımdan təbrik elə.
Feyzulla gözlərini yumdu. Həcər vidalaşmadan asta addımlarla (guya kimisə narahat etməməkçün) otaqdan çıxdı.
Az sonra Kəbirlinski doğrudan da yuxuya getdi, yuxu gördü. Gördü ki, Eldar ona dəyməyə gəlib, amma sifəti tamam dəyişib. Saqqal saxlayıb. Eldarı belə aydın gördüyünə təəccüblənirdi, axı son vaxtlar hər şeyi duman içində azacıq sezərək görürdü. Təbii, yuxuda dərk etmirdi ki, yuxudadır. Yuxuda hər şeyi, hər kəsi əvvəlki kimi aydın görürdü.
Düşündü ki, Eldara bunu mütləq deməlidir. İndi də deməsə haçan deyəcək? – Eldar, bilirsənmi mən sənin atan deyiləm. Sənin atan məşhur alim İsgəndər Muradəliyevdir. Anan yazıqla avtomobil qəzasında həlak oldular. Sən körpəydin, salamat qalmışdın. Səni Həcər xalanla biz böyütdük.
Eldar gözünü qırpmadan:
– Təzə xəbər! – dedi. – Mən bunu çoxdan bilirdim.
– Bilirdin?
– Əlbəttə, amma mənim atam sənsən, anam də Həcər.
Feyzullanın boğazı tutuldu. Udqundu.
– Mən?
– Əlbəttə… ata
Feyzulla qəhərdən kəsilə-kəsilə:
– Sağ ol… – dedi
Bir müddət hər ikisi susdu.
Sonra Eldar qəfilcə:
– Mən həmişə səninlə qürur duymuşam – dedi.
Feyzulla hələ də yuxudaydı. Amma gözlərindən iki damla yaş yanaqlarına süzüldü. Sifətində xoş bir təbəssüm əmələ gəldi.
Qonşu yataqdakı kişi hələ də zarıyırdı:
– Hardasan, ay məmə, öldüm axı…uuuuu…
Gecə saat iki radələrində Feyzulla Kəbirlinski keçindi. Üzündə elə həmin xoş təbəssüm qalmışdı.
Xalq yazıçısı Anar oxucuları ilə yeni görüşə nəsr, yaxud publisist əsərlərilə deyil, bu dəfə illərin və geniş dünyagörüşün bəhrəsi olan şeir yaradıcılığı ilə gəlib.
Beş min illik Azərbaycan poeziyası tarixi antologiyasının tədqiqatçısı və tərtibatçısı kimi tanınan və qiymətləndirilən Xalq yazıçısı bu kitabına öz yazdığı şeirləri, şeir tərcümələrini, demək olar ki, bütün poeziya janrlarını, müxtəlif ədəbi tədqiqatlarını daxil etmişdir. Yeni bir poeziya antologiyası!
Antologiyanın lüğəti mənası belədir: “…müxtəlif müəlliflərin seçilmiş əsərləri, əsasən şeirlər məcmuəsi”.
Bu poeziya antologiyasının müəllifi Anar müəllimdi. Bununla belə, rusca yazdığı şeirlərə müəllif öz adından verdiyi izahatda yazır: “Bəri başdan deyim ki, mən şair deyiləm və heç bir şairlik iddiam da yoxdur… Mənim bütün şairlik təsərrüfatım – o da bir yarım düjin Azərbaycan dilində yazdığım şeir təcrübəsidir, onlar da gündəlik mətbuat səhifələrində və mənim kitablarımda çap olunublar”.
Beləliklə, “bu şeir təcrübəsilə” Anar müəllimin yeni bir poeziya kitabı yaranmış, o da mənim qarşımdadır.
Kitabda müəllif klassik şeirimizin Nizami Gəncəvidən üzübəri Orta əsr və müasir şeirlərimizə qədər, əsərlərindən epiqraf gətirib, onlara nəzirələr həsr edir. “Klassik şairlərlə səsləşmələr silsiləsi”ndə biz bu poetik dialoqun geniş mənzərəsini müşahidə edirik.
Bu nəzirələrdə bizim müasirimiz olan şair obrazının insanın fövqəladə gücünə inandığı üçün, bütün ədəbi axtarışları zamanı öz fövqündə durduğunu görürük. O, sanki uçmaq üçün qanad, yaşamaq üçün vaxt, geniş fəaliyyət üçün mühit sorağında çırpınır. Eləcə də “İki cahan məndə sığar, mən bu cahana sığmazam”, – deyən şairimizin varisi kimi çıxış edir.
Rus ədəbiyyatından tərcümələr fəslində, müəllif rus ədəbiyyatının klassiki Aleksandr Sergeyeviç Puşkindən tutmuş, öz müasirlərinə qədər 23 şairin şeirini tərcümə etmiş və oxucularını bir yeniliklə də tanış etmişdir.
Əvvəla, müəllif tərcümə üçün rus şairlərinin proqram şeirlərini seçmiş, eyni vəzndə dilimizə çevirmişdir. Anar müəllimin dediyinə görə, Boris Pasternakın tərcüməsi ilk dəfədir.
Rus ədəbiyyatından bu qədər görkəmli sənətkarın dilimizə tərcüməsi ədəbi əlaqələr baxımından da poetik töhfədir.
Yazıçı, şair və incəsənət sahəsindəki dostlarına zarafatla yazdığı epiqramları Anar müəllim elə insani münasibətlər fonunda təqdim edir ki, oxucu da istər-istəməz bu xoş ovqatı yaşayır.
Bu silsilədə özünə həsr elədiyi epiqramda müəllifin daimi axtarışlar aləmində olduğunu görürük.
Kitabla mənəvi bağlılığa həsr olunmuş sevgi şeirlərindən biri “Zemfirama” adlanır. Müəllif ötən illəri taleyinə minnətdarlıqla xatırlayır:
…Bu qırx il necə keçdi?
Elə bil qırx il deyil,
Qırx gün, qırx gecə keçdi.
İl illərə qalandı:
Sevgi, intizar, kədər,
Sevinc, fərəh, itgilər,
Bir-birinə calandı.
Təbiidir ki, keçdiyimiz həyat yolu heç vaxt insanın istədiyi kimi rəvan olmur, qarlı-boranlı, enişli-yoxuşlu olur; onun gözlənən, gözlənməyən məqamları da bizi gözləyir. Bəzən, “paxıllıqla üzləşən, haqsızlıqla rastlaşan” ailədə isə pak, təmiz arzuları ilə “şirin-şəkər nəvələr” böyüyür.
Yaxşılıq, xeyirxahlıq kimi insani keyfiyyətlər nəsildən-nəsilə yadigar qalmalıdır ki, cəmiyyət də yaşayış yeri kimi şərəflənsin. Müəllifin görmək istədiyi idealı da bu fikrin üstə pərvəriş tapır.
…Namuslu, ləyaqətli,
Alnıaçıq balalar,
Şirin-şəkər nəvələr.
Ağ vərəqlər üstündə
çəkdiyimiz əzablar –
yazdığımız kitablar,
Bir də xatirələrdə
Yaşayacaq eşqimiz –
Hərarətli, pak, təmiz.
Müəllif o vaxtkı Bakı məişətini, toy adət-ənənələrini də göstərir:
Qış gəlsə də,
Gəlsin qoy.
Qış günü deyildimi,
hədiyyəsiz-filansız
bizim unudulmaz toy?!
Yeri gəlmişkən deyim ki, qırx il bundan əvvəl unudulmaz Xalq şairimiz Rəsul Rza məni də oğlunun toyuna dəvət etmişdi.
İndiki kimi yadımdadı, tapşırmışdı ki, toyda pul salmayın. O vaxtkı toylarda pul salmaq adət idi. Toylara gedəndə hədiyyə aparmaq sonralar adət halına düşdü.
Qırx il əvvəl toyda dediyim sözü indi də burada təkrar etmək istərdim: Xoşbəxt olun!
Anar – səmimi oğuldu. O, atasını həm oğul kimi, həm də ilk oxucularından biri kimi istəyir. O, bilir ki, Xalq şairi atası kimdir. Onun cəmiyyətdə nüfuzunu, dünya şöhrətini bilir.
Adətən, atalar oğullara öyüd-nəsihət verər, lakin bu dəfə oğulu – bütün mənəvi sıxıntıları, streslərilə birlikdə ata rolunda – müdrik görürük.
Acı sözlər ürəyinə ox olsa da,
Düşmənlərin dostlarından çox olsa da,
Üfüq xətti birdən-birə yox olsa da,
Ümidini itirmə.
…Sevdiklərin bir gün dönüb yad olsa da,
düşmən görüb niskilini, yad olsa da,
İnandığın hər nə var, bərbad olsa da,
Ümidini itirmə!
Beləliklə, hər iki vəziyyətdə oğulun-ata, atanın-oğul rolunda portret cizgiləri təbii – “Ümidini itirmə!” deyən nikbin notlarla bəstələnən könül hıçqırığıdı, əvəzsiz övlad məhəbbətidi.
Hörmətli Xalq yazıçısı Anarın, bu dəfə görkəmli şair Anarın şeir dəftərindən, poeziya antologiyası kitabından müvəqqəti ayrılıram. Burada haqqında danışa bilmədiyim (bu, mümkün də deyildi) qiymətli və orijinal poeziya nümunələri ilk dəfə öz oxucularını gözləyir.
Yeni uğurlar!
Hörmətlə…
22.05.2023
Xalq yazıçısı Anar oxucuları ilə yeni görüşə nəsr, yaxud publisist əsərlərilə deyil, bu dəfə illərin və geniş dünyagörüşün bəhrəsi olan şeir yaradıcılığı ilə gəlib.
Beş min illik Azərbaycan poeziyası tarixi antologiyasının tədqiqatçısı və tərtibatçısı kimi tanınan və qiymətləndirilən Xalq yazıçısı bu kitabına öz yazdığı şeirləri, şeir tərcümələrini, demək olar ki, bütün poeziya janrlarını, müxtəlif ədəbi tədqiqatlarını daxil etmişdir. Yeni bir poeziya antologiyası!
Antologiyanın lüğəti mənası belədir: “…müxtəlif müəlliflərin seçilmiş əsərləri, əsasən şeirlər məcmuəsi”.
Bu poeziya antologiyasının müəllifi Anar müəllimdi. Bununla belə, rusca yazdığı şeirlərə müəllif öz adından verdiyi izahatda yazır: “Bəri başdan deyim ki, mən şair deyiləm və heç bir şairlik iddiam da yoxdur… Mənim bütün şairlik təsərrüfatım – o da bir yarım düjin Azərbaycan dilində yazdığım şeir təcrübəsidir, onlar da gündəlik mətbuat səhifələrində və mənim kitablarımda çap olunublar”.
Beləliklə, “bu şeir təcrübəsilə” Anar müəllimin yeni bir poeziya kitabı yaranmış, o da mənim qarşımdadır.
Kitabda müəllif klassik şeirimizin Nizami Gəncəvidən üzübəri Orta əsr və müasir şeirlərimizə qədər, əsərlərindən epiqraf gətirib, onlara nəzirələr həsr edir. “Klassik şairlərlə səsləşmələr silsiləsi”ndə biz bu poetik dialoqun geniş mənzərəsini müşahidə edirik.
Bu nəzirələrdə bizim müasirimiz olan şair obrazının insanın fövqəladə gücünə inandığı üçün, bütün ədəbi axtarışları zamanı öz fövqündə durduğunu görürük. O, sanki uçmaq üçün qanad, yaşamaq üçün vaxt, geniş fəaliyyət üçün mühit sorağında çırpınır. Eləcə də “İki cahan məndə sığar, mən bu cahana sığmazam”, – deyən şairimizin varisi kimi çıxış edir.
Rus ədəbiyyatından tərcümələr fəslində, müəllif rus ədəbiyyatının klassiki Aleksandr Sergeyeviç Puşkindən tutmuş, öz müasirlərinə qədər 23 şairin şeirini tərcümə etmiş və oxucularını bir yeniliklə də tanış etmişdir.
Əvvəla, müəllif tərcümə üçün rus şairlərinin proqram şeirlərini seçmiş, eyni vəzndə dilimizə çevirmişdir. Anar müəllimin dediyinə görə, Boris Pasternakın tərcüməsi ilk dəfədir.
Rus ədəbiyyatından bu qədər görkəmli sənətkarın dilimizə tərcüməsi ədəbi əlaqələr baxımından da poetik töhfədir.
Yazıçı, şair və incəsənət sahəsindəki dostlarına zarafatla yazdığı epiqramları Anar müəllim elə insani münasibətlər fonunda təqdim edir ki, oxucu da istər-istəməz bu xoş ovqatı yaşayır.
Bu silsilədə özünə həsr elədiyi epiqramda müəllifin daimi axtarışlar aləmində olduğunu görürük.
Kitabla mənəvi bağlılığa həsr olunmuş sevgi şeirlərindən biri “Zemfirama” adlanır. Müəllif ötən illəri taleyinə minnətdarlıqla xatırlayır:
…Bu qırx il necə keçdi?
Elə bil qırx il deyil,
Qırx gün, qırx gecə keçdi.
İl illərə qalandı:
Sevgi, intizar, kədər,
Sevinc, fərəh, itgilər,
Bir-birinə calandı.
Təbiidir ki, keçdiyimiz həyat yolu heç vaxt insanın istədiyi kimi rəvan olmur, qarlı-boranlı, enişli-yoxuşlu olur; onun gözlənən, gözlənməyən məqamları da bizi gözləyir. Bəzən, “paxıllıqla üzləşən, haqsızlıqla rastlaşan” ailədə isə pak, təmiz arzuları ilə “şirin-şəkər nəvələr” böyüyür.
Yaxşılıq, xeyirxahlıq kimi insani keyfiyyətlər nəsildən-nəsilə yadigar qalmalıdır ki, cəmiyyət də yaşayış yeri kimi şərəflənsin. Müəllifin görmək istədiyi idealı da bu fikrin üstə pərvəriş tapır.
…Namuslu, ləyaqətli,
Alnıaçıq balalar,
Şirin-şəkər nəvələr.
Ağ vərəqlər üstündə
çəkdiyimiz əzablar –
yazdığımız kitablar,
Bir də xatirələrdə
Yaşayacaq eşqimiz –
Hərarətli, pak, təmiz.
Müəllif o vaxtkı Bakı məişətini, toy adət-ənənələrini də göstərir:
Qış gəlsə də,
Gəlsin qoy.
Qış günü deyildimi,
hədiyyəsiz-filansız
bizim unudulmaz toy?!
Yeri gəlmişkən deyim ki, qırx il bundan əvvəl unudulmaz Xalq şairimiz Rəsul Rza məni də oğlunun toyuna dəvət etmişdi.
İndiki kimi yadımdadı, tapşırmışdı ki, toyda pul salmayın. O vaxtkı toylarda pul salmaq adət idi. Toylara gedəndə hədiyyə aparmaq sonralar adət halına düşdü.
Qırx il əvvəl toyda dediyim sözü indi də burada təkrar etmək istərdim: Xoşbəxt olun!
Anar – səmimi oğuldu. O, atasını həm oğul kimi, həm də ilk oxucularından biri kimi istəyir. O, bilir ki, Xalq şairi atası kimdir. Onun cəmiyyətdə nüfuzunu, dünya şöhrətini bilir.
Adətən, atalar oğullara öyüd-nəsihət verər, lakin bu dəfə oğulu – bütün mənəvi sıxıntıları, streslərilə birlikdə ata rolunda – müdrik görürük.
Acı sözlər ürəyinə ox olsa da,
Düşmənlərin dostlarından çox olsa da,
Üfüq xətti birdən-birə yox olsa da,
Ümidini itirmə.
…Sevdiklərin bir gün dönüb yad olsa da,
düşmən görüb niskilini, yad olsa da,
İnandığın hər nə var, bərbad olsa da,
Ümidini itirmə!
Beləliklə, hər iki vəziyyətdə oğulun-ata, atanın-oğul rolunda portret cizgiləri təbii – “Ümidini itirmə!” deyən nikbin notlarla bəstələnən könül hıçqırığıdı, əvəzsiz övlad məhəbbətidi.
Hörmətli Xalq yazıçısı Anarın, bu dəfə görkəmli şair Anarın şeir dəftərindən, poeziya antologiyası kitabından müvəqqəti ayrılıram. Burada haqqında danışa bilmədiyim (bu, mümkün də deyildi) qiymətli və orijinal poeziya nümunələri ilk dəfə öz oxucularını gözləyir.
Yenə gəlmişəm, əzizim. Elə həmin yerdəyəm. Xatırlayıram. O günü, baxışını, əllərimi necə möhkəm tutduğun anları, anamın səssiz fəryadını, babamın ilk dəfə diz çökdüyünü…
Unuda bilmirəm. İllər keçsə belə. Əvvəllər yoxluğunu bu qədər hiss etmirdim. Amma indi hər addımımda kaş ki, sən olsaydın deyirəm.
Unuda bilmirəm. Səninlə bağlı xatırladığım çox şey var. Ən çox isə o gün… O gün zehnimdən heç silinmir. Evimizin önündə ağ tut ağacı vardı. Hər zaman olduğu kimi ona doğru uzanırdıq. Əllərimiz yetişmirdi. Axı hələ çox balacaydıq. Nə yaşımız vardı ki, bizim? Üç yaşın vardı həə?! Əllərin, baxışların, üzün zehnimdə bulanıqdır artıq. Əlimdə tutub doyunca simanı əzbər edəcək bir şəklin belə yoxdur. Ən acısı bu ola bilər. Uzanmaq istədin, ayaqlarını qaldırmaq istədin. Hardan bilərdin ki, tanrı səni ən uca qatına qaldıracaq? Yanımdaydın. Ağ tut dənələrini əlinə alanda üzündə güllər açırdı. Sonra zehnimdə bir bulanıqlıq canlanır. Sonra azca belə olsa xatırlayıram əllərimi tutmuşdun. Səslər, təşvişlər gəlir gözümün önünə. Ürəyimin döyüntüsünü hələ də hiss edirəm. Qəribədir, düzdür. Amma unuda bilmirəm. O acı elə dərindi ki, mən hələ də inana bilmirəm. Ümid edirdim ki, sən dönəcəksən. Sonra yenidən tut ağacının altına gəldim. Anamı gördüm. Qucağında sən vardın. O an sevindim, yoxsa üzüldüm, xatırlamıram. Yaxınlaşdım sənə doğru. İnsanlar toplanmışdı. Onların arasından babamı gördüm. Mənim uşaqlığımın ən əvəzsiz, ən sevgi dolu parçası, mənim vüqarlı dağım, dizləri üstə çökmüşdü. İnana bilmirdim. Hansı ədalətə sığmışdı sənin gedişin? İllərlə buna cavab axtardım. Kimsə cavabını verməmişdi. Zehnimdə illərlə dolaşan o səhnəni unuda bilmirəm. Sonra bir gün dözə bilmədim. Dayımla söhbət etmək istədim. “Danışanda o sənin qardaşındı” dedi. Suda boğuldu. Nə əcəb sənə bunu danışmayıb evdəkilər, deyə sual verdi. Cavabsızdım. Ən acısı elə adını da o gün öyrəndim. Düşünə bilirsən, nələr yaşadım? Adın, üzün, gözlərin unudulmuşdu. Amma əllərimi necə tutduğun, səni necə itirdiyim unudulmamışdı. Sonradan nənəm bacımla qardaşıma səni nəql etdi. Sən demə, su arxının yanına gəlmisən. Su motorunu rəngli görüb meyl salmısan. Sonra da necəsə suya yıxılmısan. Dilimə almaq, yazmaq belə ürəyimi bıçaqla kəsir sanki. Bir neçə il öncə anam əlində bir süfrə gətirdi.Çox uzun müddət bağlı qaldığı üçün toz basmışdı üstünü. Anidən onu qaldıranda şəkillərin səpələndi. Bir də papağın düşdü yerə. Üzünə belə baxa bilmədim. Anam tez toplayıb otaqdan çıxdı. Kaş ki, üzünə bir dəfə baxa bilsəydim, deyirəm. Kaş ki, anam səndən mənə uzun-uzun danışsaydı, deyirəm. Əvvəl onu qınayırdım. Amma indi qınaya bilmirəm. Onun qəlbində nə qədər xatirə gizlidir, kim bilir? Ən son babamı itirəndə məzarlığa getmişdim mən. Onun da yoxluğunu qəbul edə bilmirdim. Amma bu il gəldim məzarın üstünə. Toxundum torpağına. Solmuş gülləri yenilədim. Getmək istəmirdim yanından. Çünki illər sonra ilk dəfə cəsarət edib yanına gəlmişdim. İllər keçsə belə, hələ də qəbul edə bilmirəm. Sən mənim təkcə dörd yaşımın acı xatirəsi olmadın. Bütün uğurlarımı, əldə etdiyim hər şeyi sənin adına qazandım. Cismin yoxdur. Amma ruhun, adın, xatirələrin mənimlədir. Biz bir gün mütləq qovuşacağıq. Qızların ilk sevgisi atası olur deyirlər. Mənim ilk sevgim sən oldun! Səni sevirəm, mənim balaca mələyim!
Hüseyn Camal oğlu Hüseynzadə (Hüseyn Arif; 15 iyun1924, Yenigün, Qazax qəzası – 14 sentyabr1992, Bakı) — Azərbaycan şairi, 1949-cu ildən AYİ-nın üzvü, Azərbaycan SSR Əməkdar incəsənət xadimi (1984), Azərbaycan SSR Xalq şairi (1989), Azərbaycan SSR Dövlət mükafatı laureatı (1978).
Həyatı
Hüseyn Arif 1924-cü il iyunun 15-də Ağstafa rayonunun Yenigün kəndində anadan olub. Bakı Pedaqoji Məktəbində (1937–1940), ADU-nun Şərqşünaslıq fakültəsində (1946–1951) təhsil almışdır. MoskvadaMaksim Qorki adına Ədəbiyyat İnstitutunun aspiranturasında təhsilini davam etdirmişdir (1951–1952).
Hüseyn Arif 1992-ci il sentyabrın 14-də Bakıda vəfat etmiş, doğulduğu kənddə dəfn olunmuşdur.
Fəaliyyəti
Əmək fəaliyyəti
Xarici ölkələrlə Dostluq və Mədəni Əlaqələr Azərbaycan Cəmiyyətində şöbə müdiri (1957–1959),”Azərnəşr”in Bədii Ədəbiyyat Redaksiyasında böyük redaktor (1965–1967),”Gənclik” nəşriyyatında bədii ədəbiyyat redaksiyasının müdiri (1967–1968), Azərbaycan Aşıqlar Birliyinin sədri (1984–1992) vəzifələrində işləmişdir. 1991-ci ildə Azərbaycan Yazıçılar Birliyi Ağsaqqallar Şurasının üzvü seçilmişdir.
Ədəbi fəaliyyəti
Ədəbi fəaliyyətə İkinci Dünya müharibəsi illərində başlamışdır. Onun ribrettosu əsasında 1957-ci ildə “Azad” tamaşası M. F. Axundov adına Opera və Balet teatrında, “Yolda” poması əsasında yazdığı eyniadlı pyesi 1974-cü ildə M. Qorki adına Gənc Tamaşaçılar Teatrında tamaşaya qoyulmuşdur.
1971-ci ildə “Dağ Kəndi” poemasına görə “Qızıl Oraq” mükafatina layiq görülmüşdür. Əsərləri keçmiş SSRİ və bir sıra xarici ölkə xalqlarının dillərinə tərcümə olunmuşdur. Mahnılarına musiqi bəstələnmişdir. 1976-cı ildə Yuqoslaviyada (Sarayevo) Beynəlxalq poeziya günlərinin, 1979-cu ildə Liviyada SSRİ günlərinin iştirakçısı olmuşdur.