Yeni nəsil Azərbaycan gəncliyinin istedadlı nümayəndəsi, Dünya Gənc Türk Yazarlar Birliyi İdarə Heyətinin sədri, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi yanında İctimai Şuranın katibi, gənc yazar İntiqam Yaşarın “Adını çəkirəm” adlı yeni şeirlər kitabı nəşrə hazırlanır.

Kitab müəllifin oxucuları ilə sayca beşinci görüşüdür. Kitabda müxtəlif illərdə qələmə alınan şeirlər yer alıb.

Ədəbiyyat camesi tərəfindən rəğbətlə qarşılanacağına ümid edirik.

Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə əlaqələr şöbəsi.