“APOSTROF-A” nəşriyyatı tərəfindən Azərbaycan Dövlət Pedaqoji Universitetinin “Ədəbiyyat” kafedrasının professoru, “Türk odası”nın və Türkoloji Mərkəzin Türk ədəbiyyatı bölməsinin müdiri, Azərbaycan Yazıçılar Birliyinin üzvü Görkəmli alim Elman Quliyevin “Türk Xalqları Ədəbiyyatı” adlı yeni kitabı işıq üzü görüb.
Kitabın elmi redaktoru Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, filologiya elmləi doktoru, professor, Əməkdar elm xadimi İsa HƏBİBƏYLİ, Rəy müəllifləri akademik, GÖVHƏR BAXŞƏLİYEVA filologiya elmləri doktoru, professor QƏZƏNFƏR PAŞAYEV, Azərbaycanda ATATÜRK MƏRKƏZİnin direktoru, filologiya elmləri doktoru, professor, akademik NİZAMİ CƏFƏROV, filologiya elmləri doktoru, professor ƏSGƏR RƏSULOV, filologiya elmləri doktoru, professor MAHİRƏ HÜSEYNOVA, filologiya elmləri doktoru, professor NİZAMİ TAĞISOYdur.
Dərslik tədris proqramına uyğun yazılmışdır. Kitabda türk xalqları ədəbiyyatının (Türkiyə türk, özbək, türkmən, qazax, qırğız, tatar, İraq-türkman) yaradıcılıq mərhələləri, ayrı-ayrı görkəmli sənətkarlarının həyat və yaradıcılıqları geniş şəkildə tədqiq və təhlil olunmuşdur. Əvvəlki nəşrlərdən fərqli olaraq dərslikdə milli ədəbiyyatlara aid icmallar yazılmış, təsəvvüf cərəyanı və onun əsas xüsusiyyətləri haqqında geniş məlumat verilmiş, Krım-tatar ədəbiyyatının görkəmli nümayəndəsi C.Dağcıya və İraq-türkman ədəbiyyatının tanınmış şairləri Ə.Bəndəroğlu, N.Ərbil,
S.Növrəs və M.Bayata ayrıca yer ayrılmış, C.Rumi, A.Kunanbayev, Z.Paşa, N.Kamal, M.A.Ərsoy, T.Fikrət, İ.Qaspiralı, Ö.Seyfəddin, N.Hikmət, C.Aytmatov, M.Cəlil və s. sənətkarların həyat və yaradıcılıqlarına müəyyən əlavələr edilmişdir.
Kitab mütəxəssislər və filologiya fakültələrinin tələbələri üçün nəzərdə tutulmuşdur.