Blog

  • 10 Mart – Milli Teatr Günüdür

    Bu gün Azərbaycan teatrı yaranmasının 150-ci ildönümünü qeyd edir. Azərbaycan teatr sənəti qədim və zəngin tarixi yol keçib.

    1873-cü il martın 10-da Bakı realnı məktəbinin teatr həvəskarları truppası tərəfindən M.F.Axundzadənin “Sərgüzəşti-vəziri-xani Lənkəran” komediyası nümayiş etdirilib. Bu tamaşa ilə Azərbaycanda milli teatrın əsası qoyulub. Bu şərəfli işdə Həsən bəy Zərdabi və Nəcəf bəy Vəzirov mühüm rol oynamışlar. Milli teatrın inkişafında məşhur xeyriyyəçi-mesenat Hacı Zeynalabdin Tağıyevin böyük xidməti olub. O, Bakı şəhərində ilk teatr binası inşa etdirib. Nəticədə Azərbaycan səhnəsinin Cahangir bəy Zeynalov, Hüseynqulu Sarabski, Mirzağa Əliyev, Hüseyn Ərəblinski, Ülvi Rəcəb, Abbas Mirzə Şərifzadə, Mustafa Mərdanov, Məmmədrza Şeyxzamanov, Ağasadıq Gəraybəyli, Əliağa Ağayev, Lütfəli Abdullayev, Nəsibə xanım Zeynalova, Mərziyə xanım Davudova kimi yüzlərlə siması yetişib.

    Uzun və şərəfli tarixi yol keçmiş Azərbaycan teatrının inkişafında son illərdə yeni mərhələ başlayıb. Bu inkişaf özünü, ilk növbədə, teatrların maddi-texniki bazasının müasir dünya standartlarına uyğun möhkəmləndirilməsində, kollektivlərin yaradıcılıq axtarışlarının bəhrəsi olaraq yeni maraqlı tamaşaların hazırlanmasında, nüfuzlu Qərb, o cümlədən Avropa teatrları ilə təcrübə mübadiləsinin genişləndirilməsində və s. göstərir.

    Şübhəsiz, teatrlarımızın yeni inkişaf yoluna çıxmasında ölkəmizə rəhbərliyinin bütün dövrlərində daim mədəniyyət və incəsənətin böyük hamisi kimi bu sahədə çalışanların sonsuz rəğbətini qazanmış Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xidmətləri misilsizdir. Ulu Öndərin bu siyasəti hazırda Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Məhz Prezident İlham Əliyevin bilavasitə təşəbbüsü ilə son illərdə ölkədə teatr sənətinin inkişafı ilə bağlı bir sıra fundamental dövlət sənədləri qəbul olunub.

    2006-cı ildə Azərbaycanda “Teatr və teatr fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilib. Bu qədim yaradıcılıq sahəsinin çağdaş inkişaf mərhələsini əks etdirən Qanunda dövlətin teatr sənətinə xüsusi əhəmiyyət verməsi rəsmən bəyan edilib. 2007-ci ildə Prezident İlham Əliyev teatr sənəti ilə bağlı daha bir mühüm sənəd – “Azərbaycan teatr sənətinin inkişaf etdirilməsi haqqında” Sərəncam imzalayıb. 2009-cu il mayın 18-də isə dövlət başçısı “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramını təsdiq edib.

    Azərbaycan teatrının 10 illik inkişaf perspektivlərini müəyyənləşdirən Dövlət Proqramı öz fəaliyyəti ilə milli-mədəni sərvətə çevrilən teatrımızın zəngin bədii irsinin və yaradıcılıq ənənələrinin qorunması, Avropa mədəniyyətinə inteqrasiya olunması, teatrların maddi-texniki bazalarının modernləşdirilməsi, teatr binalarının dünya standartlarına uyğun təmiri, informasiya və maliyyə resurslarından səmərəli istifadə edilməsi və repertuarın günün tələblərinə uyğun formalaşdırılması məqsədlərinə xidmət edir.

    Dövlət Proqramı çərçivəsində Bakıda keçirilən beynəlxalq teatr konfransları da mühüm hadisə kimi dəyərləndirilməlidir. Proqram çərçivəsində Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla, S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram, Azərbaycan Dövlət Gənc Tamaşaçılar, Azərbaycan Dövlət Akademik Milli Dram, Mingəçevir, Ağdam və Füzuli Dövlət Dram teatrlarının binalarında yüksək səviyyədə təmir-bərpa və yenidənqurma işləri aparılıb. Daxili imkanlar hesabına Dövlət Pantomima Teatrının binasının bir hissəsi bərpa edilərək tamaşaçıların ixtiyarına verilib.

    Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Musiqili Dram Teatrının 40 il ərzində həll olunmayan bina problemi köklü şəkildə öz həllini tapıb. İrəvan Dövlət Azərbaycan Dram Teatrının uzun illərdən bəri binasızlıq şəraitində davam edən qaçqınlıq həyatına son qoyulub və teatr gözəl bina ilə təmin edilib. Görülmüş işlər nəticəsində Azərbaycan Dövlət Musiqili Teatrının binası dünya standartlarına uyğun təmir edilərək istismara verilib. Son illərdə onlarla sənət adamına dövlətimizin başçısının sərəncamları ilə yüksək fəxri adlar verilib. Hər il 100 nəfər istedadlı sənət adamı Prezident təqaüdünə layiq görülür. Yüzlərlə insanın mənzil və digər problemləri həll olunur. Hər il Azərbaycan sənəti qarşısında fövqəladə böyük xidmətləri olan şəxslər ömürlük təqaüd alanlar siyahısına daxil edilirlər.

    Həmçinin Dövlət proqramının icrasına uyğun olaraq teatr sahəsində xaricdə təhsil üçün yeni imkanlar yaradılır.

    Ötən illər ərzində Azərbaycan teatrları dünyanın 30-dan çox ölkəsində, o cümlədən ABŞ, Almaniya, Türkiyə, Rusiya, Belarus, Gürcüstan, Fransa, Mərakeş, Finlandiya, İran, Misir, Hollandiya, Estoniya, Bolqarıstan, Ukrayna, Türkmənistan, Tacikistan, İsveçrə, Moldova, Serbiya, Rusiya Federasiyasının Başqırdıstan Respublikasında keçirilən beynəlxalq tədbirlərdə ölkəmizi layiqincə təmsil ediblər. Ötən dövrdə Azərbaycana xarici ölkələrdən 10-dan çox teatr kollektivi qastrol səfərinə gəlib. Eyni zamanda, xarici dövlətlərdən 30 nəfər tanınmış rejissor, baletmeyster, xoreoqraf, teatr rəssamı tamaşa hazırlamaq üçün ölkəmizə dəvət olunub.

    Teatr sənətinin inkişafı yalnız dövlət teatrları şəbəkəsi ilə izah olunmur. Bu gün artıq ölkəmizdə özəl sektor və biznes münasibətlərindən faydalanaraq, yeni prodüser mərkəzləri yaranır. Cəmiyyətdə teatra olan marağın artması yeni teatr fəaliyyəti formalarının yaranmasına səbəb olur. Bu, həm də teatrla bağlı qəbul olunmuş qanun və digər dövlət sənədlərinin işlək mexanizminə dəlalət edir. Bu baxımdan yeni teatr formalarının ən müasir nümunəsi kimi maraqlı layihələrlə çıxış edən “ÜNS” Yaradıcılıq Səhnəsinin fəaliyyətini qeyd etmək olar.

    Qeyd edək ki, hər zaman sənət adamlarına diqqət və qayğı ilə yanaşan Prezident İlham Əliyevin 2013-cü il 1 mart tarixli Sərəncamı ilə ölkəmizdə “Milli Teatr Günü” təsis edilib. Sərəncama əsasən milli mədəniyyətin inkişafında və ölkənin mədəni həyatında milli teatrın əhəmiyyəti və rolu nəzərə alınaraq hər il martın 10-u Azərbaycan Respublikasında “Milli Teatr Günü” kimi qeyd edilməsi qərara alınıb. Həmin tarix ölkəmizin hər yerində silsilə tədbirlərlə qeyd olunur.

    Azərbaycan teatrının uğurları hələ qarşıdadır. İnanırıq ki, bu gün yaranmasının 144-cü ildönümünü qeyd edən Azərbaycan teatrı qarşıdakı illərdə bir-birindən maraqlı səhnə əsərləri ilə daha böyük uğurlara imza atacaq.

  • İbrahim İlyaslını doğum günü münasibətilə təbrik edirik! (10 mart 1963-cü il)

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Rəhbərliyi Sizi, İbrahim İlyaslını Azərbaycan Respublikasının Prezident Təqaüd Fondunun təqaüdçüsünü, Azərbaycan Yazıçılar Birliyinin üzvünü, Azərbaycan Yazıçılar Birliyi “Poeziya seksiyası”nın rəhbərini, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Sumqayıt Bürosunun Rəhbərini doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə, ədəbi-bədii yaradıcılığınızda bol-bol uğurlar diləyir!
    Sevib, sevdiyiniz insanların əhatə dairəsində olun!

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə əlaqələr şöbəsi 

  • Rüfət Axundlunu doğum günü münasibətilə təbrik edirik! (10 mart 1983-cü il)

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Rəhbərliyi Sizi, Ağstafa Regional Mədəniyyət İdarəsi müidirini,  “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, Azərbaycan Respublikası Prezidenti təqaüd fondunun təqaüdçüsü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının AĞSTAFA Bürosunun Rəhbəri şair Rüfət Axundlunu  doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə, ədəbi-bədii yaradıcılığınızda bol-bol uğurlar diləyir!
    Sevib, sevdiyiniz insanların əhatə dairəsində olun!

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə əlaqələr şöbəsi

  • Lütviyyə ƏSGƏRZADƏ.”Keçmiş Olsun, Türkiyəm”


    Belə bir fikir formalaşıb ki, insanlar kütləvi şəkildə yalnız müharibələrdə ölür.
    Halbuki kütləvi qırğınlara səbəb olan hadisələr yalnız müharibələr deyil. Bəzən
    müharibələr qədər amansız olan təbii fəlakətlər də bir anda yüz minlərlə insanın
    həyatına son qoyur. Dünya tarixinə nəzər saldığımızda güclü dağıntıya və
    kütləvi insan ölümünə səbəb olan təbii fəlakətlər çox olub. Şamaxıda dəfələrlə
    baş vermiş (1667,1828,1872 və1902) zəlzələdə 80 min, tarixə Böyük Ərzincan
    Zəlzələsi (1939) olaraq keçən zəlzələdə 32 min, Aşqabadda baş verən (1948)
    zəlzələdə 37 min (sonralar məlum oldu ki, 150-160 min nəfərdən çox) insan
    həyatını itirib. Dünya tarixində ən dəhşətli fəlakətlərdən biri sayılan Aşqabad
    zəlzələsini UNESKO 20-ci əsrin ən dağıdıcı fəlakəti kimi tanıyıb. Dağıntı, ölüm
    sözlərinin sinonimi kimi səslənən zəlzələnin bir qorxunc tərəfi də çox zaman
    gecə baş verməsidir. İnsanları yuxuda ikən haqlayan zəlzələlərdə insan ölümlərinin
    sayı daha da çox olur. Deprem bölgəsi olan Türkiyə 1999-cu ildə də
    zəlzələ ilə sınandı. Xeyli insan həyatını itirdi, binalar yıxıldı. 2023-cü ilin fevral ayı
    da dağıdıcı zəlzələlərlə yadda qaldı. Yeraltı zərbələr və yerin üst qatının titrəməsi
    ilə Kahramanmaraşın Pazarcık ilində Bakı vaxtı ilə 05:26-da 7,4 maqnitudalı
    zəlzələ 10 ili vurdu. Kahramanmaraş, Hatay, Osmaniye, Adıyaman, Gaziantep,
    Şanlıurfa, Diyarbakır, Malatya və Adana başda olmaqla ətraf ərazilərdə, o cümlədən
    Ankarada da hiss edildi. Zəlzələ çoxsaylı insan tələfatına, dağıntılara səbəb
    oldu. 7,7 bal gücündə olan zəlzələ Hatay’ı da sarsdı. Türkiye’nin en önemli
    eski yerleşim yerlerinden olan Hatay yerle yeksan oldu. Binalar yıxıldı. Minlərlə
    insan enkaz altında kaldı. Türkiyədə baş verən şiddətli zəlzələdən sonra Azərbaycan,
    ABŞ, İsrail, Ukrayna, Yunanıstan, Finlandiya, Pakistan, Rusiya və Almaniya
    kimi ölkələr bir-birinin ardınca Ankaraya dəstək bəyanatları verdi. Acı
    xəbərdən sarsılan Azərbaycan yardım üçün ilk müraciət edən və qardaş Türkiyəyə
    ilk xilasetmə qrupu göndərən ölkə oldu. Zəlzələnin ilk saatlarından Azərbaycan
    Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana və
    türk xalqına dəstək olduğunu bildirdi. Türkiyənin Azərbaycandakı səfirliyini ziyarət
    edərək başsağlığı verdi, matəm kitabına ürək sözlərini yazdı. Ölkəmizin və
    xalqımızın qardaş Türkiyənin yanında olduğunu ifadə etdi: “Bu dəhşətli zəlzələ
    bizi çox sarsıtdı. Yəni, hər birimizə böyük mənəvi əzab verdi. Biz qardaşlarımızın
    dərdinə şərikik. Yaralılara tezliklə Allahdan şəfa diləyirik.” Səfirlə söhbətində
    Azərbaycan dövlətinin və xalqının bu çətin gündə qardaş Türkiyənin yanında
    olduğunu, dövlət qurumları ilə yanaşı, sadə vətəndaşların da yardım kampaniyasına
    qoşulmasını xüsusi vurğuladı.
    Türkiyəyə humanitar dəstək prosesində, xüsusilə ölkənin Birinci vitse-prezidenti,
    Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın xidmətləri misilsizdir.
    Fevralın 6-da qardaş ölkədə baş vermiş və çoxsaylı insan tələfatına səbəb
    olmuş zəlzələ qurbanlarına dəstək məqsədi ilə Azərbaycanın birinci xanımı,
    Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın göstərişinə əsasən,
    Heydər Əliyev Fondu tərəfindən humanitar yardım göndərildi. Türkiyədəki bu
    dəhşətli zəlzələnin ağır nəticələrinin aradan qaldırılması prosesində Heydər Əliyev
    Fondunun ən yüksək səviyyədə iştirakını təmin edən Mehriban Əliyeva insanlıq,
    mərhəmət, nəciblik, şəfqət hisslərini ifadə edərək Azərbaycan qadınının
    adını tarixə yazdı. Mehriban xanım Əliyevanın göstərişinə əsasən, Fond tərəfindən
    Türkiyənin zəlzələ bölgəsinə humanitar yardım aparan xüsusi təyyarələr
    04 Türkay aylıq ədəbiyyat dərgisi 1/3 1 Mart 2023
    yola salındı. Fondun könüllüləri bu prosesə cəlb olundu. Faciədən zərərçəkmiş
    şəxslər üçün zəruri avadanlıqlar, çadırlar, istilik radiatorları, generatorlar, axtarış-
    xilasetmə işlərinə dəstək məqsədilə ləvazimatlar, dərman preparatları, oksigen
    maskaları, filtrli sistemlər, sarğı materialları, onurğa taxtaları, ilkin yardım
    boyunluqları, xərək daxil olmaqla tibbi ləvazimat, isti geyimlərdən təşkil olunan
    humanitar yardım xüsusi təyyarə ilə Türkiyəyə yola salındı. Zərərçəkmiş vətəndaşlara
    humanitar yardımı çatdırmaq üçün Fond əməkdaşları ezam edildi. Azərbaycanın
    birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva
    faciə ilə əlaqədar verdiyi başsağlığında Türkiyə xalqının kədərinin kədərimiz olduğunu
    qeyd etdi. Xəsarət alanların tezliklə şəfa tapmasını arzuladı. Fondun humanitar
    yardımları ilə yanaşı, təbii fəlakət zonasında çalışan xilasedicilərimizə,
    tibb işçilərimizə, diplomatlarımıza, hadisələri işıqlandıran media nümayəndələrimizin
    əməyinə yüksək qiymət verən Birinci xanım Mehriban Əliyeva yardım
    kampaniyalarında iştirak edən vətəndaşlarımıza təşəkkürünü bildirdirdi. Hazırda
    zəlzələ nəticəsində yaranan vəziyyətin aradan qaldırılması istiqamətində qüvvələr
    səfərbər edilir və xilasedici funksiyalar həyata keçirilir.
    Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan zəlzələ bölgəsinə səfəri zamanı
    Heydər Əliyev Fondunun humanitar yardımını çatdıran azərbaycanlı könüllülər
    ilə görüşündə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci
    xanım Mehriban Əliyevaya öz təşəkkürünü bildirdi. Çıxışında Prezident İlham
    Əliyev və Mehriban Əliyevadan “kardeşim” deyə bəhs etdi. Bunlar Prezident
    İlham Əliyevin və Heydər Əliyev Fondunun bu dəhşətli fəlakətin ağır fəsadlarının
    aradan qaldırılması prosesindəki böyük və misilsiz qardaşlıq nümunəsinin
    sübutudur.
    Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyədə baş
    vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə
    əməliyyatlarına dəstək məqsədilə qardaş ölkəyə gedən Fövqəladə Hallar Nazirliyinin
    (FHN) çevik xilasetmə qüvvələri Kahramanmaraş şəhərində axtarış-xilasetmə
    əməliyyatlarına cəlb edildi. Təyyarələrdən biri ilə FHN-in hər cür tibbi
    avadanlıq və ləvazimatlarla təchiz olunmuş mobil səhra hospitalı göndərildi. 4
    funksional bölmədən – qəbul-çeşidləmə, laboratoriya, cərrahiyyə və intensiv
    terapiya bölməsindən, 3 köməkçi konteynerdən və 3 hava ilə doldurulan moduldan
    ibarət olmaqla ən ağır yaralı və xəstələrin müayinə, əməliyyat və müalicəsi
    üçün müvafiq şəraitlə təmin olunan mobil səhra hospitalında FHN-in peşəkar
    tibbi heyəti xidmətə başladı. Hospital lazımi bütün dərman və preparatlarla təchiz
    edildi. İkinci təyyarə ilə dağıntılardan ziyan çəkmiş insanların yerləşdirilməsi
    üçün çadırlar, yataq dəstləri, qızdırıcılar və digər avadanlıqlar göndərildi. Eyni
    zamanda Azərbaycan Ordusunun bir qrup hərbi tibb personalı Türkiyəyə yola
    düşdü. Bakıda, Gəncədə, Naxçıvanda Türkiyəyə yardım məqsədi ilə toplama
    məntəqələri yaradıldı. Könüllü olaraq yardım kampaniyalarına qoşulan Azərbaycan
    vətəndaşları əsil qardaşlıq nümunəsi göstərdi. Qəlbi Türkiyə üçün çırpınan
    vətəndaşlar Türkiyədə zəlzələdən zərərçəkmişlərə yardım üçün uzaqda yerləşən
    yaşayış məntəqələrindən yardım toplanma məntəqələrinə axın etdi. Bu
    günə qədər yardımların ardı-arası kəsilmir. Hər kəs əlini daşın altına qoydu. Kimin
    əlindən nə gəldisə dəstəyini əsirgəmədi. “Geçmiş olsun, Türkiyə”, “Yanındayıq
    Türkiyə”, “Başımız sağ olsun, Türkiyə” sözləri yardıma qoşanların dilindən
    əskik olmadı. Prezident İ. Əliyevin göstərişi ilə SOCAR zəlzələnin fəsadlarının
    aradan qaldırılması işinə dəstək verməyə başladı. “Qardaş ölkəyə humanitar
    yardım göstərmək məqsədi ilə Azərbaycanın ən böyük humanitar təşkilatı ola1
    Mart 2023 Türkay aylıq ədəbiyyat dərgisi 1/3 05
    raq Azərbaycan Qızıl Aypara Cəmiyyəti “Səninləyəm, Türkiyə!” adlı kampaniya
    elan etdi. “Səninləyəm Türkiyəm!” yardım kampaniyasına dəstək məqsədilə
    zəlzələdən zərər çəkənlərə kömək üçün pul, tibbi ləvazimatlar və s. zəruri
    əşyaların lazımi ünvanlara çatdırılması üçün aktiv fəaliyyətə başladı. “Qardaş
    köməyi” platformasına qoşulmaq istəyənlər üçün bank hesabı açıldı, əşya və
    s. yardımlar üçün xüsusi yerlər ayrıldı. Yerli sahibkarların dəstəyi ilə TIR-larla isti
    geyimlər, qida, şəxsi gigiyena vasitələri, yaşayış üçün konteyner tipli evlərdən
    ibarət humanitar yardım göndərildi. Yardım prosesində yerli iş adamları şirkətlərinə
    məxsus nəqliyyat vasitələrini, yük maşınlarını təmənnasız olaraq prosesə
    cəlb etdi. Yardım prosesinin effektiv təşkili, əlaqələndirilməsi və yardımların ehtiyaca
    uyğun operativ təmin edilməsi məqsədilə “Qardaş köməyi” platforması
    yaradıldı. Yardım platformasında Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları
    Milli Konfederasiyasının (ASK) təşkilatçılığı ilə, Müstəqil Sənayeçi və İş
    Adamları Dərnəyinin Azərbaycan şöbəsi (“MÜSİAD Azərbaycan”), Azərbaycan
    Türkiyə İş Adamları Birliyi (ATİB), Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri
    İctimai Birliyi (TÜİB), eləcə də bir sıra ictimai birliklər yer aldı. 6 fevral 2023-
    cü il tarixində Türkiyə Respublikasının bir sıra vilayətlərində baş vermiş güclü
    zəlzələ nəticəsində zərərçəkərək ölkəmizə təxliyyə edilən Azərbaycan vətəndaşları
    və onların digər ölkə vətəndaşı olan ailə üzvləri – ümumi olaraq 6 ailənin
    (ümumilikdə 22 nəfər) müvafiq səhiyyə müəssisələrində tibbi müayinə və müalicə
    müddəti bitdiyi üçün onlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin
    tabeliyində Sosial Xidmətlər Agentliyinin müvafiq sosial xidmət müəssisəsində
    reabilitasiyaya cəlb edildi.
    Çalışdığım Azərbaycan Milli Elmlər Akademiyası zərər çəkmiş şəxslərə
    köməklik məqsədilə fevralın 6-dan yardıma başladı. AMEA-nın kollektivi tərəfindən
    fevralın 20-dək Türkiyənin AFAD qurumuna 90 571 manat ianə edildi.
    Maliyyə yardımı davam edir. Azərbaycan dövlətinin və xalqının zərərçəkmişlərə
    dəstək məqsədilə həyata keçirdiyi genişmiqyaslı yardım kampaniyasına qardaş
    ölkə mətbuatı geniş yer ayırılıb. Azərbaycan Prezidentinin Türkiyə səfirliyini
    ziyarət etməsi bu ağır gündə əsl qardaşlıq nümunəsi kimi dəyərləndirilib. Prezident
    İlham Əliyevin “Azərbaycan xalqı könüllü olaraq qardaşlara, öz doğma
    qardaşlarına dəstək olmaq üçün kimin əlində nə var onu gətirir. Yəni, kimi yorğan
    gətirir, kimi döşək gətirir, kimi gödəkcə gətirir. Kimin imkanı nəyə çatırsa,
    onu da əsirgəmir”, – sözləri xüsusi qeyd olunub. “Milliyet” qəzeti Azərbaycanın
    Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın Heydər Əliyev Fondunun zəlzələ
    bölgəsinə humanitar yardım göndərməsi barədə tapşırıq verdiyini, tapşırığa
    əsasən, Heydər Əliyev Fondu faciədən zərər çəkmiş şəxslər üçün müxtəlif
    dərman preparatları, oksigen maskaları, filtrli sistemlər, sarğı materialları, onurğa
    taxtaları, ilkin yardım boyunluqları, xərək və s. daxil olmaqla tibbi ləvazimat
    və avadanlıqlar, eləcə də isti geyimlər göndərdiyi vurğulanıb. Azərbaycan Milli
    Elmlər Akademiyasının Türkiyədə baş vermiş zəlzələ nəticəsində zərər çəkmiş
    şəxslərə köməklik məqsədilə göstərdiyi yardım qardaş ölkənin mediasında geniş
    işıqlandırılıb. Dövlət qurumları ilə yanaşı, sadə vətəndaşların və QHT-lərin
    də humanitar yardım aksiyasında fəal iştirak etdikləri, toplama məntəqələrinə
    fasiləsiz yardımlar gətirdikləri bildirilib. Bu çətin gündə qardaş Türkiyə ilə həmrəylik
    rəmzi olaraq Heydər Əliyev Mərkəzinin binasının Türkiyənin Dövlət Bayrağı
    rəngində işıqlandırıldığı qeyd olunub. Türkiyə KİV-lərində yer alan xəbərlərdə
    Azərbaycan xalqının sosial şəbəkələrdə də qardaş türk xalqının yanında
    olduqlarını ifadə etmələri, bu çətin günlərdə əsl qardaşlıq dəstəyi göstərdikləri
    06 Türkay aylıq ədəbiyyat dərgisi 1/3 1 Mart 2023
    xüsusi vurğulanıb. Türkiyənin məşhur “Yeni Akit” qəzeti, eləcə də “oncevatan”,
    “erzurumolay”, “kastamonuguncel”, “konyabakis”, “yesiligdir”, “guvengazetesi”
    və digər saytlarında AMEA-nın kollektivi tərəfindən Türkiyənin AFAD qurumuna
    maddi ianənin edildiyi və yardımların davam etdiriləcəyi diqqətə çatdırılıb. Türkiyə
    KİV-lərində Azərbaycanlı xilasedicilərin axtarış-xilasetmə əməliyyatlarında
    uğurla çalışdıqları yer alıb. “Yeni Şafak” qəzeti Azərbaycan Fövqəladə Hallar
    Nazirliyinin xilasetmə qüvvələri qardaş ölkədə baş vermiş güclü zəlzələnin fəsadlarının
    aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarını yorulmadan
    davam etdirirlər. Azərbaycanlı xilasedicilər zəlzələdən ciddi zərər görmüş Kahramanmaraş
    vilayətində dağıntılar altından 3-ü uşaq olmaqla 16 nəfəri sağ, 29
    nəfərin isə cəsədini çıxararaq aidiyyəti üzrə təhvil verdiyini yazıb, Azərbaycan
    dövlətinin və xalqının qardaş ölkəyə fasiləsiz humanitar yardımlar göndərdiyini
    qeyd edib. “Hürriyet” qəzetində Azərbaycan xalqının zəlzələdən zərər çəkənlər
    üçün səfərbər olduğu vurğulanıb, Azərbaycanda başlanan yardım kampaniyası
    barədə xəbər alan vətəndaşların yardım toplama məntəqələrinə axın edərək
    yorğan, qızdırıcı, geyimlər, ayaqqabı, ərzaq və digər ləvazimatlar gətirdikləri,
    sadə vətəndaşların bu çətin gündə qardaş türk xalqının yanında olduqları və
    yardım etməyi özlərinə borc bildikləri xüsusi vurğulanıb. Azərbaycan xalqının
    Türkiyəyə yardım səfərbərliyi davam edir.
    Türkiyədə baş verən dəhşətli zəlzələ hamımızı dərindən yaraladı. Bu gün ürəyimiz
    Türkiyə ilə döyünür. Tarix boyu belə olub. Türkiyəmizin sevinci sevincimiz
    olduğu kimi (Allah bir daha göstərməsin), kədəri də kədərimiz olub. Maddi
    yardımlarla yanaşı, mənəvi olaraq da hər zaman Azərbaycan dövləti Türkiyə
    Cumhuriyyətinin, Türkiyə Cumhuriyyəti Azərbaycan dövlətinin yanında olub.
    Dövlətimiz, iş adamlarımız yardımları ilə, aydınlarımız yazdıqları ilə. Məsələn,
    Əli Bəy Hüseynzadə “afət (yəni fəlakət) qarşısında şair, alim, gənclik və Qızılaya
    ithaf”ən “Zəlzələ dolayısilə” şeirində XX əsrin fəlakəti sayılan Ərzincan depreminin
    (1939) bütün acı mənzərəsi çızılıb. Ozanın, geoloqun, memarın, tarixçinin,
    Qızılayın, gəncliyin və dizemenin (şairin) dilindən təqdim edilib. “Ərzincanda bir
    quş var/Dalda yuva arıyor. /Qanadından qan sızar, /Dərdə dəva arıyor. /Gördü
    fəci bir ölüm/İraq yerdən gələn var/Üzərində kəfən: qar,/Ya Rəbb, nədir bu zülüm?”
    Vəya 1999-cu il avqustun 17-də Türkiyədə baş verən zəlzələdən həlak
    olanların xatirəsinə Xalq şairi Bəxtiyar Vahabzadə eyni duyğularla ithaf etdiyi
    “Deprem” şeiri. “Eşidincə ata yurdda depremi, /Axdı yaşım, döndü başım, Türkiyə/
    Hər dərdimin, hər qəmimin ortağı / Can qardaşım, qan qardaşım, Türkiyə.”
    “Öz hökmü var hər zamanın, hər anın, / Yaman gündə yanındayıq biz sənin. /
    Ana yurdda Vətənimsən, Vətənim, / Vətənimdə vətəndaşım, Türkiyə.” / Ey zamanın
    yollarında hər zaman / Mənim arxam, yol yoldaşım, Türkiyə / Bu taleyi nə
    yamanla, nə qına, / Dönəcəksən sən dünənki çağına / Qurban olum sinəndəki
    dağına, / Uca başım, əməldaşım, Türkiyə!”
    Bu gün ürəyi Türkiyə ilə, Türk qardaşları ilə dönünən bir ziyalı, bir vətəndaş
    olaraq sənə səslənirəm: Geçmiş olsun Türkiyəm! Sən güclüsən! Sən böyüksən!”
    Bu imtahandan da üz ağ çıxacaqsan. Acın acımızdır. Kədərdə (Allah kədər
    verməsin) və sevincdə – həmişə birlikdəyik, yanınızdayıq. Birliyimiz əbədi olsun.
    Yaşasın Türkiyə-Azərbaycan qardaşlığı!!! Allah Türkiyəmizə zəval verməsin!
    Lütviyyə Əsgərzadə

  • Vüsalə VƏTƏNXAN.”Rahat uyu, igid əsgər!”

    Azərbaycan Yazıçılar Birliyinin üzvü


    (Şəhid Əşrəf Məmmədliyə həsr)

    Rahat uyu, igid əsgər,
    Vətəninin torpağında.
    Adın daim ucalacaq,
    Büküldüyün bayrağında.

    Rahat uyu, igid əsgər,
    Qanın yerdə qalmadı, bil.
    Sənin şücaətin varkən,
    Bu vətən əzilən deyil!

    Rahat uyu, igid əsgər,
    Şəhidliyin məqamında.
    Alnımızı ağ etdin sən!
    Hər addım, intizamında.

    Rahat uyu, igid əsgər,
    Doğma vətən, bil, azaddır!
    Düşmənlərdən pak etdiyin,
    Hər qarışı bil, abaddır!

    Rahat uyu, igid əsgər,
    Bu xalq səni unutmazdır.
    Öpüb sənin ayağından,
    Təşəkkür etsək də azdır!
    Rahat uyu, igid Əşrəf!…

  • Vüsalə VƏTƏNXAN.”VƏTƏN UĞRUNDA İKİ GÖZÜNÜ DƏ İTİRMİŞ QAZİ İSMAYIL HÜSEYNZADƏYƏ”

    Azərbaycan Yazıçılar Birliyinin üzvü

    Vətən adlı günəş doğdu bir igidin gözlərində,
    Gözlərinə qəlpə dəyən zaman, günəş utandımı?
    Görən varmı əvvəlkitək o taqəti dizlərində?
    Bu zülmətin ağuşunda çarə tapıb, tutundumu?

    O pak eşqin beşiyində, vətəninin keşiyində,
    Tutunmağa bircə yeri onun qəlbindəki yerdir.
    İnsanlığa örnək verən məhəbbəti var igidin,
    Vətən ilə anasına sığındığı qucaq birdir.

    Gözlərini bu vətənə qurban verən qazilərin,
    Sevincini itirdiyi gözlərinə qurban olum.
    Haq döyüşdə səngərlərdə gecə-gündüz yorulmadan,
    Zərəf ilə addımlayan dizlərinə qurban olum.

    İtirdiyi günəşini, hər işıqlı sabahını,
    Mərd oğullar yerdə qoymaz igidimin bu ahını.
    Qürur duyub, fəxr elədi vətən torpağı sizlərlə,
    Uca Allah, əksik etmə igidlərdən pənahını!
    Uca Allah, əksik etmə igidlərdən pənahını!

  • Şəfa VƏLİYEVA.”Bir yaşıl salmışam ovcumdan, demə,”

    Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Prezident təqaüdçüsü, “İlin gənci” müfakatçısı, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru

    Bir yaşıl salmışam ovcumdan, demə,
    Bir sarı ilişib yanaqlarıma…
    Bir əlçim təbəssüm sərmişəm yenə
    Həyatın “piyada zolaqlarına…”

    Sənə bir çəhrayı çiçək almışam…
    Atmışam özümü günah eşqinə,
    Parlayan həyatın zər-xarasına…
    Asmışam özümü günah eşqimdən,
    Demə, oynamışam dərd havasına…

    Mavilər bəzənir qara naxışla,
    Bozları sevməyi hünər sanmışam…
    Səni boyamışam rəng-rəng…
    Bağışla…
    … Bilmişəm…
    …görmüşəm…
    Və utanmışam…
    Sənə bir çəhrayı çiçək almışam…

  • Banu MUHARREM.”Qınama”

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktor müavini


    Dünyamızın qəhər adlı yükünü
    göz önünə sərməyimi qınama.
    Cibimdəki son manatlıq pulumu
    bir qəribə verməyimi qınama.
    Bitər məndə ömür ümid solunca
    Ağıl gedər candan üryan olunca
    Mən-balaca; zərrəm eşqlə dolunca
    Haqqdan bir gün dərməyimi qınama.
    Bir insana atmamışam daşımı,
    Çox sıxmışam yumruğumu, qaşımı.
    Düz olmuşam ,əyməmişəm başımı,
    peşman olub əyməyimi qınama.
    Mən özümlə üzləşməkdən qorxmayıb
    Hər andıma sədaqətdən qopmayıb
    Öz ağrıma nələr- nələr toplayıb
    bu yaşımda dəyməyimi qınama.

  • Xəyalə SEVİL.”Günəş bir az başını”

    “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, Azərbaycan Respublikası Prezidenti təqaüd fondunun təqaüdçüsüAzərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının GƏNCƏ Bürosunun Rəhbəri

    Günəş bir az başını
    Aşağı əyib getdi.
    Qaraldı hava.
    Gecənin qaranlığında Ay
    Ağ diş kimi
    Ağardı uzaqdan.
    Yağdı küləyin səsi,
    Göyün gurultusu
    Yağış kimi.
    Töküldü üstümə
    Xatirələr qarğış kimi.
    Bir başıpapaqlı
    Həsrətdi mənimki,
    Mən də mental düşüncədə –
    Sözündən çıxa bilmədim.
    Gecə bilmədim,
    Yuxu bilmədim.
    Bütün qaydaları pozdum,
    Bir addım qabağa çıxdım.
    Bu qadın canımla
    Bir damcı qorxu bilmədim.
    Bəs sən neylədin mənimçün?

  • Arzu HÜSEYN.”Səni xatırlamaq istədim bu gün”

    Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident mükafatçısıAzərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının BAKI Bürosunun Rəhbəri

    Səni xatırlamaq istədim bu gün,
    İllər xatirəmin üstünə kölgə.
    İki yad adamıq bilirəm, gülüm
    Dünyada hər kəsdən tənhayıq bəlkə.

    Səni xatırladım gülüşlərinlə,
    İçimə qəribə ağırlıq çökdü.
    Doldu gözlərimin qəm buludları,
    Getdiyim hər yerə xatirə tökdü.

    Hər yer xatirənmiş, mənsə fikirli,
    Neçə il yaşadım bundan xəbərsiz.
    Sən demə dünəndə ilişib qalan,
    Qanadı qırılmış xatirəyik biz.

    Ömründə nə idim sevinc, səadət?
    Yoxsa ki bəxtinə hopan çənmişəm?
    Sən demə mən səni unutmamışam,
    Təpədən dırnağa xatirənmişəm…

  • “İlin hekayələri 2022” nəsr toplusu artıq satışda

    “Mücrü” Nəşriyyatının “Proza” seriyasından müxtəlif yaş qrupundan olan istedadlı qələm sahiblərinin bədii yaradıcılıq nümunələrini özündə ehtiva edən  “İlin hekayələri” nəsr toplusu işıq üzü görüb.

    Qeyd edək ki, 2022-ci ildə “Mücrü” Nəşriyyatının 44 günlük Vətən müharibəsində Rəşadətli Azərbaycan Ordusunun qələbəsi münasibətilə gerçəkləşdirdiyi yeni layihə çərçivəsində “44 GÜN” ədəbi-bədii toplu işıq üzü görmüşdü. Layihənin əsas məqsədi çağdaş Azərbaycan ədəbiyyatında qələbə ruhlu şeirlərin yazılmasına və nəşrinə, eyni zamanda qələbəmizin təbliğatına dəstək, Qarabağ zəfərinə yaradıcı müstəvidə münasibəti üzə çıxarmaqdır.

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə əlaqələr şöbəsi. 

  • SƏRVANƏ DAĞTUMAS. FRANSIZ YAZIÇISI FRANSUA MORİAKIN YARADICILIĞINA ƏDƏBİ SƏYAHƏT.

    Fransız yazıçısı Fransua Moriakın yaradıcılığına ədəbi səyahət

    “Keçmiş zamanların yeniyetməsi” romanı. Roman atasını və gənc qardaşını itirmiş, anasıyla böyük bir malikanədə yaşayan Alen adlı yeniyetmədən və onun eşqlə etiqad arasında keçirdiyi iztirablardan bəhs edir. Alen mənsub olduğu burjua mühitinə nifrət edir, arzuları, xəyalları ilə yaşayır,təhsil almaq haqqında düşünür. Əsərdə yüksək katolik dairələrin həyatı bütün müsbət və mənfi tərəfləri ilə birgə qələmə alınıb. Əsər avtobioqrafik xarakter daşıyır, birinci şəxsin dilindən yazılıb. Görünür, Alen keşiş və ya sahibkar olmaqdan daha çox yazıçılığa can atır, daha çox mənəvi həyat sürmək istəyir. Müəllif insanın mənəvi yüksəlişi ideyasının ən inandırıcı təcəssümünə yeniyetmənin obrazında müvəffəq olur. İstənilən zamanın yeniyetməsi tamhüquqlu unikal şəxsiyyət, qeyri-məhdud mənəvi sərvətə sahibdir, özünə inam hissi olan maraqlı bir şəxsiyyətdir. Hər yaşda olan bir yeniyetmə saf və məsumdur, hörmətə, sevgiyə,şəfqətə layiqdir.

     “Sevgi səhrası” romanı. Səhranın istiliyi mənəvi ehtiyacı simvollaşdırır. Səhra müqəddəs yazılarda insanın Allahla görüşdüyü, tövbə, mənəvi yoxsulluq, seçim və mənəvi azadlıq əldə etdiyi bir yer kimi görünür. Bu, ikili obrazdır: məhrumiyyət, təhlükə, cəza yeri və Allahın insanları xilas etdiyi, özünü göstərdiyi yer. Səhra nemətə lənət kimi məskunlaşan torpağa qarşıdır. Səhra boşluqdur, yəni sevgi yoxdur, amma sevgi əbədidir. Səhra sakini bir sevgiyə rast gəlmək, rahatlaşdırıcı sərin suya qərq olmaq, həm bədənini, həm də hissləri sərinlətmək arzusundadır. Müəllifə görə, “sevgi Allahdır” və Allaha ehtiyacın dərk edilməsi yalnız əzab-əziyyətlə olur, buna görə də sevgisiz, səhra vəziyyətində əzab çəkən insan ruhunun sevgini tapmaq üçün yalnız bir yolu var, o da Allaha gəlməkdir. Əsl məhəbbət mümkündür, ancaq Tanrının vasitəsilə. Yazıçı əsəri ilə bunu demək istəyir. Onun qəhrəmanı Allaha cazibə və cismani, dünyəvi ehtiraslar arasında parçalanır. Allahın səsi səhranın səsidir, harada olursa, olsun-yerdə və ya qəlbdə. Allah insanı oturaq həyat tərzini tərk etməyə və köçəri həyat tərzini qəbul etməyə çağırır. Yalnız maddi dünyaya bağlılığı aradan qaldırmaqla insan Allahla münasibətini qaydaya sala bilər, çünki imtahan insanı elə vəziyyətə salır ki, o, əslində kim olduğunu insana göstərməlidir. İnsan Allahla tək qalır. “Sevgi səhrası” simvolunu yaradan zaman yazıçı kilsəni-onun başında duran ruhaniləri nəzərdə tuturdu. Kilsə də insanlardır, insanlar isə təbiətcə günahkardır, axı Tanrı sevgidir və hər şey Onun vasitəsilə mümkündür. Əsər din, günah, xilas mövzularından bəhs edir. Yazıçı tənhalığın tələyə düşdüyü 3 personajın psixologiyasını, uğursuzluq astanasında olan dünyada yaşadıqları bədbəxtliyi və hisslərinin sıxışdırılmasını, sevgi üçbucağını canlandırır. Kişilərin və qadınların yaşadıqları (eyni qadını sevən ata və oğul) xeyirlə şər arasındakı daxili mübarizənin psixoloji təhlilləri çoxdur.

    Müəllif: Sərvanə DAĞTUMAS, ədəbiyyatşünas.

    E-mail:ferecli404@gmail.com

    Mənbə: https://yazarlar.az/

  • SƏRVANƏ DAĞTUMAS. ƏDƏBİ SİNDROMLAR.

    Bədii qəhrəmanların şərəfinə adlandırılan sindromlar

    Emma Bovari sindromu. İdeallaşdırılmış məhəbbət axtarışında olan, reallığı qəbul etməyən, reallıq hissəni itirən bir qadının faciəsi. Xroniki emosional məmnuniyyətsizlik, ağ atlı şahzadə axtarışı, istəkləri naminə hər şeyi qurban vermə.

    Martin İden sindromu. Uğur qazanmaq üçün çalışırsınız, məqsədinizə nail olmusunuz, lakin həyata marağınız itib. Bütün maneələri dəf edərək, məqsədinizə çatsaz da, zövq ala bilmirsiniz, təhlükəli apatiya vəziyyətinə düşmüsünüz, hər şeyi təxirə salırsınız. İnsan böyük arzuların yanında kiçik arzuları da saxlamalıdır.

    Advertisements

    about:blank

    REPORT THİS AD

    Dorian Qrey sindromu. Xarici görünüşünüz, fiziki cəlbediciliyiniz sizdə maniakal narahatlıq yaradır, qocalığı qəbul etmirsiniz, qocalmaqdan çox qorxursunuz, bunu geyiminizlə, estetik əməliyyatlarla, kosmetoloji vasitələrlə kompensasiya etməyə çalışırsınız.

    Piter Pen sindromu. Böyümək istəmirlər, daha çox kişilər sindromdan əziyyət çəkirlər. Digər adı kidaltdır-“yetkin uşaq”. Uşaq kimi davranırlar. Ölkəmizdə belə kişilər çoxluq təşkil edir.

    Vendi sindromu. Uşaq olsalar da, yetkin kimi davranırlar, daha çox qadınlarda müşahidə olunur, ana mövqeyində çıxış edirlər, perfeksionistdirlər.Müdrik qadın obrazına ayaq uydurmağa çalışırlar. Rədd edilmə qorxusu buna səbəb ola bilər, ölkəmizdə qadınların çoxu bu sindromdan əziyyət çəkir.

    Alisa möcüzələr diyarında sindromu. İnsanlar ətradakı əşyaların proposiyasını dərk etməkdə çətinlik çəkirlər, həmin əşyalar onların gözünə ya çox böyük, ya da çox kiçik görsənir.

    Plyuşkin sindromu. Digər adları Diogen sindromu, sillaqamaniya, yığıcılıq vərdişi. Bu, qocaldıqca meydana çıxan kəmağıllılıq nəticəsində lazımsız əşyaları toplamaq vərdişidir. Bəzən belə mənzillərdə yaşamaq mümkün olmur.

    Edip kompleksi. Öz atasını öldürüb anası ilə evlənən Çar Ediplə əlaqəlidir. Ziqmund Freyd uşağın anası ilə seksual arzularını, atasını qısqanmağını bu cür adlandırırdı.

    Elektra kompleksi. Qızın atası ilə bağlı seksual arzularını Freyd bu cür adlandırırdı.

    Verter effekti. Hötenin “Gənc Verterin iztirabları” əsərindən götürülüb, “kütləvi intiharlar” bu cür adlanır.

    Münhauzen sindromu. Hazırda simulyativ pozuntu adlanır. Başqalarını xəstə olduqlarına inandırırlar.

    Kvazimoda sindromu. Dismorfobiya-özünü bəyənməmə xəstəliyi.

    Lolita sindromu və ya nimfetka. Özlərini böyük kimi aparmağa can atırlar. 9-14 yaş arası uşaqlarda müşahidə olunur.

    Otello sindromu. Patoloji qısqanclıq. Müəllif qısqanclığı “yaşıl div” adlandırır.

    Ofeliya sindromu. Yaddaş pozuntusu, hallüsinasiya, qarabasma, depressiya, intihar.

    Kral Lir sindromu. Əsər bir növ övladlarının xüsusi oldqularına, onların heç vaxt tərk etməyəcəyinə kor-koranə inanan valideynlərə nəsihət xarakteri daşıyır. Valideyn və övlad arasında bağın olmaması, uşaqların qullarına çevrilməsi, ləyaqətlərini, individuallıqlarını itimələri.

    Ledi Maqbet sindromu və ya Ponti Pilat sindromu. İnsan psixikasında mental və fiziki təmizliyin əlaqəsindən ibarətdir. Üst-başları təmizdirsə, insanlar elə bilirlər ki, içləri də təmizdir, günahlarını yumaq istəyirlər.

    Sinderella sindromu. Qurban kompleksli xanımlar-mütilik, fağırlıq, itaətkarlıq, fədakarlıq. Müstəqillikdən qorxurlar, ndiki zamanda yaşamırlar. Möcüzəyə bəslədikləri inam passiv həyat tərzinə bəhanə olur. Analarının qoyduqları qayda-qanunların əsirinə çevrilirlər.Uğur qazanmaqdan qorxular, uşaqlıqda manipulyasiya olunurlar.

    Yatmış gözəl sindromu və ya Kleyne-Levin sindromu. Hipersomniya. Bu sindromdan əziyyət çəkənləri yuxudan oyandırmaq çətin olur, apatiya, səsə, işığa qarşı həssaslıq, hallüsinasiya, qeyri-sağlam, qidalanma, hiperseksuallıq, (daha çox kişilərdə) depressiya əlamətləridir.

    Rapunzel sindromu. Trixotillomaniya-saçını yolmaq, trixofagiya-qoparılan saçları yemək. (adətən, qadınlarda)

    Haklberri Finn sindromu. Məktəb dövründə itaətsizliklə başlayır, yetkinlik yaşına çatdıqdan sonra iş yerini tez-tez dəyişməklə, səbəbsizcə iş yerinə getməməklə müşahidə olunur. Boşluq hissindən əziyyət çəkirlər, o hissi doldurmaq üçün daim axtarışdadırlar. Heç vaxt heç kimlə özlərini rahat hiss etmirlər, məsuliyyətdən qaçırlar, ata fiqurları dağıdıcı olur, özünəhörmət hissi aşağıdır, stabilliklə problemləri olur.

    Polianna sindromu. Təhlükəli optimizm. Ən pis hadisələrdə yaxşı şey axtarırlar. Həyata çəhrayı eynəkdən baxırlar, süni evinc, təhrif olunmuş reallıq sindroma xasdır.

    İstinad olunan mənbə: Lamiyə Göycəyeva, kopirayter

    Müəllif: Sərvanə DAĞTUMAS, ədəbiyyatşünas.

    E-mail:ferecli404@gmail.com

    Mənbə: https://ustacaz.wordpress.com/

  • Nigar ARİF.”LA RICONCILIAZIONE”

    di Nigar Arif
    trad. Mario Rigli


    Ehi uomo , che offendi te stesso
    Hai molto spesso peccato?
    Tutto quello che hai perso è dentro di te.
    Esiste qualcosa che hai guadagnato?
    Chi ha preso da te?
    Chi ti ha lasciato vuoto?
    Chi ha accarezzato il tuo cuore?
    E ti ha così reso sereno?
    Chi ha distrutto la tua vita e il tuo destino
    guardando il tuo volto dispiaciuto?
    Cosa ti ha lasciato negli occhi,
    Da dove cadono lacrime?
    Forse solo tu
    Ti sei trasformato in dolore per te stesso?
    Forse hai solo permesso alle tue gioie
    Di scivolarti tra le dita?
    Ehi tu, oppresso dal dolore,
    Mentre cammini nei tuoi pensieri,
    Stanco delle loro vie
    Di perdere il sole fra i lamenti..
    Torna indietro, fai pace con te stesso.
    Stringi le mani e ritrova la fiducia
    In ciò a cui hai voltato le spalle.

  • Azərbaycanlı şairə-publisist Nəcibə İLKİN.”QADIN”

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Respublikası Prezidenti Təqaüd Fondunun təqaüdçüsü, “Azad qələm” ədəbi-bədii, ictimai-publisistik qəzetinin və “Ali Ziya” ədəbi-bədii, elmi-publisistik jurnalının təsisçisi və baş redaktoru

    Bəxtin qaranlıq üzünə
    Ağlayar, həm gülər qadın.
    Hər dərdini, kədərini
    Ürəyində bölər qadın.

    Kəsdirər qəm savaşını,
    Əridər dərdin daşını,
    Gizlin axan göz yaşını,
    Öz içində silər qadın.

    Etibarın, sədaqətin,
    Yollarında olar mətin,
    Düz ilqarın, məhəbbətin
    Hər an qədrin bilər qadın.

    Nəfəsiylə buz əridər,
    Baxışıyla söz əridər,
    Ağlayan qəlbi kiridər,
    Ruhuyla dincələr qadın.

    Qışda bahara dönər o,
    Şam kimi yanar, sönər o,
    Haqqın yolunda dinər o,
    Haqq üçün incələr qadın.

    Bir çiçəkdi zərif, incə,
    Bir bahardı, gülü qönçə,
    Sevgi, inamı ölüncə,
    Ondan qabaq ölər qadın.

    08.03.22

  • Şəfa VƏLİYEVA.”Ay mənim göyçək anam”

    Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Prezident təqaüdçüsü, “İlin gənci” müfakatçısı, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru


    burax, əllərində ölsün qırışlar,
    çərçivə olmasın baxışlarına…
    mənə çoxdan “xala” deyir uşaqlar,
    nə tez “nənə” oldun, ay naxış anam?!
    Mən elə bilirdim,
    qocala bilməz
    mən boyda “körpəsi” olan bir qadın…
    Daha günlərimdən borc ala bilməz,
    “olmazlar”…
    Dilimdə təkbirdi adın…
    burax, qoy qocalsın “Sabir küçəsi”…
    heç kimin ilk sevda qəsri olmasın…
    “saçımda ağ kağızın boz kölgəsi…”
    -demişdin…
    o kölgə heç canlanmasın…
    burax, dizlərində kükrəsin zaman…
    burax, at oynatsın sevinc üzündə…
    mən sənin dizinə qısılıb yatan
    “körpənəm”…
    qalmışam şeir düzündə…
    əllərim açılır dörd bir tərəfə-
    mən bütün dinlərin bidətçisiyəm…
    duam himn kimi…
    “Lay-lay, bənövşəm…”
    Lilitin sonuncu lənətçisiyəm…
    sən nə tez yenildin ağrılarına?
    nə tez zəfər himni çaldı “can hayı”?
    sən nə tez qocaldın, ay naxış anam?
    hələ cücərməyib candan can payım…

  • Vüsalə VƏTƏNXAN.”ANAMA HƏDİYYƏM ŞƏHİDLİYİMDİR!”

    Azərbaycan Yazıçılar Birliyinin üzvü

    (Şəhid Cəbrayıl Dövlətzadəyə həsr)

    Anacan, ad günün mübarək olsun!
    Başını uca tut, göz yaşı tökmə.
    Fəxr elə, şəhidlik zirvəsindəyəm,
    Ağlama, heç zaman dərd-qəmi çəkmə.

    Haqqını halal et, gələ bilmədim,
    Bu il yanağından öpə bilmədim.
    Öpmüşəm vətənin torpağını mən,
    Vətəni tək qoyub, dönə bilmədim.

    Fəxr elə, anacan, qürur duy hər vaxt,
    Düşmənə bircə an boyun əymədim.
    Halal torpağımda döyüşdüm, ancaq
    Özgə torpağına zərrə dəymədim.

    Anacan, andımız var idi bizim,
    Vətənçün yaşayıb, ölməyi seçdim.
    Uşaqlıq arzumu gerçək etmişəm,
    Mən şəhid olmuşam,
    Əbədi həyatın şərbətin içdim.

    Anacan, ad günün mübarək olsun,
    Qoyma gözlərində kədər-qəm olsun.
    Vətənin bayrağın ucaltmışam mən,
    Şəhidlik məzarım hədiyyəm olsun.

  • Xəyalə SEVİL.”Kimsən, kiminləsən”

    “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, Azərbaycan Respublikası Prezidenti təqaüd fondunun təqaüdçüsüAzərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının GƏNCƏ Bürosunun Rəhbəri

    Kimsən, kiminləsən,
    Kimə aidsən?
    Səni sevmək istəyirəm,
    Müsaitsən?
    Sevgi nədir ki, guya?
    Bir şeyin ki axırı
    Əvvəlindən bəllidi.
    Amma, yenə
    Bu darısqal dünyamızın içində
    Bir qırıq təsəllidi.
    Ömür bölüşməli yaşımız deyil,
    Gəl ürək bölüşək,
    Gəl söz bölüşək.
    -Bir hüzün var ürəyimdə,
    Bilmirsən,
    Azalmaz, yüz bölüşək.
    Hə, nə deyirsən?
    Bir sən, bir də mən varam
    Bu tapmaca oynumda,
    Əllərimi gizlətmişəm qoynumda,
    Taparsanmı, itirsəm?

  • Arzu HÜSEYN.”Sarı idi saçlarının rəngi də”

    Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident mükafatçısıAzərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının BAKI Bürosunun Rəhbəri

    Sarı idi saçlarının rəngi də,
    Oturmuşdu qamətinə əlbisən.
    Xeyirdimi, əllərində gül-çiçək,
    Yar, mənimlə görüşdənmi gəlmisən?

    Söylədimmi nə gözəlsən bu səhər?
    Dedimmi ki, günəş səndən od alır?
    Sənə görə ağaclarda meyvələr,
    Ətirlənir, tama gəlir, dad alır.

    Dedimmi ki, dəniz deyil gözlərin?
    Dedimmi ki, dəniz qədər dərindi?
    Söylədimmi, dodaqların od kimi,
    Öpüşünlə nəfəsimi dər indi.

    Sarı idi saçlarının rəngi də,
    Oturmuşdu qamətinə əlbisən.
    Söylədin ki, hərə dəngi-dənginə,
    Söylədin ki özgəsini sevmisən.

    Söylədin ki …eh doğrusu duymadım,
    Kabus deyil bir çimdiyə oyanam.
    Söylədin ki…
    Ürəyimlə oynadın!
    Ayağımı hiss etmədim dayanam.

    Atıb məni zülmətlərin ənginə,
    Əl sallayıb o gün getdin belə sən.
    Son kəz baxdım saçlarının rənginə,
    Addım-addım yelləndikcə əlbisən…

  • Vüsalə Vətənxanı doğum günü münasibətilə təbrik edirik!

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Rəhbərliyi Sizi doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə, ədəbi-bədii yaradıcılığınızda bol-bol uğurlar diləyir! Dodaqlarınızdan gülüş, yanaqlarınızdan təbəssüm əskik olmasın! Sevib, sevdiyiniz insanların əhatə dairəsində olun!

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə əlaqələr şöbəsi

  • 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarına təbrik

    8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarına təbrik

    Hörmətli xanımlar!

    Sizi Beynəlxalq Qadınlar Günü münasibətilə ürəkdən təbrik edir, hamınıza cansağlığı, səadət və gələcək işlərinizdə uğurlar arzulayıram.

    Xalqımız çoxəsrlik tarixinin bütün dövrlərində qadını ülviyyətin təcəssümü saymış və ona hər zaman dərin ehtiram göstərmişdir. Azərbaycan qadınları keçmişimizin taleyüklü, həlledici anlarında vəzifələrinin öhdəsindən daim layiqincə gəlmişlər. Bəşər mədəniyyəti xəzinəsinə töhfəmiz olan milli-mənəvi dəyərlərimizin bir bütöv halında qorunub saxlanılmasında onların misilsiz xidmətləri vardır.

    Azərbaycan qadınları dünyanın bir sıra qabaqcıl ölkələrinin qadınlarından əvvəl seçib-seçilmək hüququ qazanmış, incəsənətin və elmin ən müxtəlif istiqamətləri üzrə müsəlman Şərqində qadınlar arasında ilk addımları atmaqla qabaqcıl düşüncəli, yenilikçi və mütərəqqi ruhlu olduqlarını sübuta yetirmişlər. Onlar ölkəmizin, xüsusən təhsil, səhiyyə və mədəniyyət sistemlərinin müasir əsaslar üzərində qurulması üçün böyük əzmlə çalışmış, ötən müddət ərzində mühüm nailiyyətlər əldə etmişlər.

    Ədəbi-ictimai və mədəni-elmi fikir tariximizdə iz buraxmış maarifpərvər sələflərinin adlarını uca tutan və nəsillərin varisliyi prinsipinə sadiq qalaraq onların açdıqları yolda inamla irəliləyən Azərbaycan xanımları bu gün də dolğun sosial-mədəni fəaliyyətləri ilə cəmiyyətimizin inkişafına xüsusi dinamizm və ahəngdarlıq qatırlar.

    Fədakar analarımız, yüz illər əvvəl olduğu kimi, vətəni ana qədər əziz və müqəddəs bilən, qəlbləri doğma yurda sevgi ilə dolu, ənənələrimizə sadiq, saf əqidəli övladlar yetişdirirlər. Haqq işi uğrunda apardığımız Vətən müharibəsində xalqımıza parlaq qələbə sevinci yaşadan gənclərimizin unudulmaz rəşadəti bunun aydın təzahürüdür.

    İnanıram ki, zəngin mənəviyyatlı Azərbaycan qadınları qarşıdakı illərdə də qurub-yaratmaq şövqləri ilə cəmiyyət həyatına yüksək dəyərlər bəxş edəcək və müstəqillik salnaməmizə yeni, işıqlı səhifələr yazacaqlar.

    Hörmətlə,

    İlham Əliyev

    Azərbaycan Respublikasının Prezidenti

    Bakı şəhəri, 6 mart 2023-cü il

    Mənbə: http://president.az

  • Özbəkistanda Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş konsert təşkil olunub 

    Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində “Soqdiana” Özbəkistan xalq çalğı alətləri kamera orkestrinin iştirakı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət “Dostluq” konserti təşkil olunub.

    AZƏRTAC xəbər verir ki, konsertdən əvvəl çıxış edən Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev şəxsiyyətinin Özbəkistanda da çox sevildiyini və onun irsinin geniş öyrənildiyini qeyd edib. S.Abbasov Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə daim Özbəkistanla, türk dövlətləri ilə münasibətlərə xüsusi önəm verdiyini, Heydər Əliyevlə Özbəkistan rəhbəri Şərəf Rəşidov arasında hələ Sovet dövründə qurulmuş sıx dostluq əlaqələrinin özbək və Azərbaycan xalqlarının əbədi qardaşlığının ifadəsi olduğunu vurğulayıb. Diplomat Azərbaycanla Özbəkistan arasında münasibətlərin yaradılması, qarşılıqlı səfirliklərin açılması, əməkdaşlığın inkişafında Heydər Əliyevin müstəsna xidmətlərini qeyd edib. O, qardaş Özbəkistan dövlətinin Ulu Öndər Heydər Əliyev şəxsiyyətinə böyük hörmətlə yanaşdığını, onun adının Daşkənddə azərbaycanlıların kompakt yaşadığı küçəyə və Azərbaycan Mədəniyyət Mərkəzinə verildiyini, habelə onun şərəfinə Mirabad rayonunda gözəl park-meydan salındığını və büst qoyulduğunu qeyd edib.

    Samir Abbasov 2023-cü ilin Prezident İlham Əliyev tərəfindən Azərbaycanda “Heydər Əliyev İli” elan olunduğunu və bu münasibətlə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin il ərzində Ulu Öndərə həsr olunmuş bir çox tədbirlər və layihələr həyata keçirdiyini söyləyib.

    Tədbirdə çıxış edən Özbəkistan mədəniyyət və turizm nazirinin müşaviri Şavkat Ortikov xalqlarımız, dövlətlərimiz arasında tarixi dostluq və qardaşlıq əlaqələri barədə danışaraq, bildirib ki, özbəklər daim Azərbaycan xalqının böyük oğlu Heydər Əliyevi xatırlayır, onu hörmətlə yad edirlər.

    Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin icraçı katibi, professor Erkin Nuriddinov iki xalq arasında mövcud dostluq və qardaşlıq əlaqələri haqqında danışıb, belə tədbirlərin, konsertlərinin hər iki xalqı daha da yaxınlaşdırdığını vurğulayıb.

    Özbəkistanın Əməkdar artisti, professor Firuzə Abdurahimovanın rəhbərlik etdiyi Özbəkistanın “Soqdiana” xalq çalğı alətləri kamera orkestrinin ifasında azərbaycanlı bəstəkarlardan Üzeyir Hacıbəyli, Emin Sabitoğlu və Ələkbər Tağıyevin əsərləri səsləndirilib. Solistlər, beynəlxalq müsabiqə laureatları Sardor Primov, Otabek Nəzirov, Ləzizə Usmanova, Muhammedali Kasimovun ifaları tamaşaçılar tərəfindən böyük alqışlarla qarşılanıb.

    Konsertdə çox sayda mədəniyyət, incəsənət xadimləri, dövlət nümayəndələri, universitet rəhbərləri, ziyalılar, tələbə və gənclər iştirak ediblər.

    Mənbə: https://azertag.az/

  • Heydər Əliyev Mərkəzində “Yerlə göy arasında” adlı sərgi açılacaq

    Martın 9-da Heydər Əliyev Mərkəzində “Yerlə göy arasında” adlı Azərbaycan-Latviya birgə incəsənət sərgisinin açılışı olacaq.

    AZƏRTAC xəbər verir ki, Latviyanın ölkəmizdəki səfirliyi ilə birgə təşkil olunan sərgi dahi şair Mövlana Cəlaləddin Ruminin poeziyasını əhatə edir. XIII əsrdə yaşayıb yaratmış Ruminin ideyaları mənəvi yüksəliş və kamilliyə çatmağa həsr olunub. Latviyadan İeva Krumina və dünyaşöhrətli fotoqraf Reza Deqatinin əsərlərinin nümayiş olunacağı sərgi aprelin 3-dək davam edəcək.

    Tanınmış rəssam İeva Krumina Latviya Rəssamlıq Akademiyasının Tekstil şöbəsinin müdiridir. O, Latviya Rəssamlar İttifaqının və Latviya Tekstil Rəssamları Assosiasiyasının üzvüdür. İeva Krumina məşhur latviyalı şair və yazıçı İmants Ziedonisin “Sevgisiz yaşama, sevgisiz heç nəyin önəmi yoxdur” sözlərinə əsaslanır, xalqlar arasında oxşar, ümumi çalarları öyrənməyə çalışır. Onun hər bir sənət əsərinə baxanda özümüzü o sənət əsərində görürük. Onun sənət əsərləri insanlara dünyamızı sevgi sapları ilə təmir etmək ismarışını çatdırır.

    REZA kimi tanınan dünyaşöhrətli fotojurnalist Reza Deqati müharibələri, hərbi münaqişələri, eləcə də bəşəriyyətin gözəlliklərini işıqlandırır. Onun işləri “National Geographic”, “Time”, “Stern”, “Newsweek”, “Paris Match” jurnallarında yer alıb. O, 30 kitabın müəllifi və bir çox mükafatların sahibidir. Rezanın Ruminin ideyalarını, mistik rəqslə dövrə vuran, yerlə göy arasındakı enerji dövranı mövzusunu çatdıran əsəri 1994-cü ildə “National Geographic” jurnalının üz qabığında yer alıb. O, Fransanın “Xidmətlərə görə” kavaler ordeninə və Azərbaycanın “Dostluq” ordeninə layiq görülüb.

    Mənbə: https://azertag.az

  • Uşaq İncəsənət Festivalına qeydiyyat davam edir

    Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyi və Heydər Əliyev Mərkəzinin birgə təşkil etdiyi Uşaq İncəsənət Festivalına qeydiyyat davam edir.

    Mədəniyyət Nazirliyindən AZƏRTAC-a bildirilib ki, festivala 21 nominasiya üzrə istedadına, bacarığına güvənən 6-17 yaş arası hər kəs qatıla bilər. Müstəqilik tarixində respublikamızda təşkil olunan ən irimiqyaslı uşaq festivalı həm peşəkar (sahə üzrə tədris müəssisələrində təhsil alanlar), həm də həvəskar (kurslarda, dərnəklərdə və ya fərdi qaydada məşğul olanlar) kateqoriyalar üzrə üç yaş qrupunda (6-9 yaş, 10-13 yaş və 14-17 yaş) keçiriləcək.

    İştirakçıların qeydiyyatı fevralın 20–dən martın 30-dək www.uif.az internet saytı üzərindən aparılır. Martın 6-dək müxtəlif şəhər və rayonlar üzrə 1230-dan çox uşaq qeydiyyatdan keçib.

    Uşaqlarda mədəniyyətin müxtəlif sahələrinə maraq oyadılması, yaradıcılıq qabiliyyətlərinin inkişaf etdirilməsi, yeni istedadların üzə çıxarılması və dəstəklənməsinə xidmət edən festival üç mərhələdən ibarətdir.

    Rayon (şəhər) mərhələsi 2023-cü ilin aprel-iyun aylarında keçiriləcək. Bu mərhələdə qalib olanlar iyun-avqust aylarında keçiriləcək zonalar üzrə ikinci mərhələdə iştirak hüququ qazanacaq. İkinci mərhələdə fərqlənən iştirakçılar finala vəsiqə əldə edəcək. Festivalın final mərhələsinin sentyabr ayında Bakı şəhərində təşkil olunması nəzərdə tutulur.

    Əlavə məlumatları festivalın internet saytı, elektron poçtu, (050) 2880147 mobil, 147 qısa nömrələri, həmçinin festivalın rəsmi sosial şəbəkə hesabları vasitəsilə əldə etmək mümkündür:

    Rəsmi sayt – https://uif.az

    E-poçt – info@uif.az

    Facebook – https://www.facebook.com/uif.az

    Instagram – https://www.instagram.com/uif.az

    Twitter – https://twitter.com/uif_az

    Youtube – https://www.youtube.com/@uif_az

    Tiktok – https://www.tiktok.com/@uif.az

    Mənbə: https://azertag.az

  • Üç ölkənin opera solistləri Bakıda eyni səhnəni bölüşəcəklər

    Martın 11-də Azərbaycan Dövlət Opera və Balet Teatrında Cakomo Puççinin “Toska” operası nümayiş olunacaq.

    Teatrdan AZƏRTAC-a bildirilib ki, Toska partiyasını ifa etmək üçün teatrın rəhbərliyi tərəfindən Ukrayna Milli Operasının solisti, Ukraynanın Əməkdar artist Viktoriya Çenskaya və Skarpia Belarus Respublikasının Milli Akademik Böyük Teatrının solisti, Belarusun Xalq artisti Vladimir Qromov dəvət olunublar. Əsas partiyalardan biri olan Kavaradossi rolunu isə Əməkdar artist Azər Rza, Rizniçiy partiyasını isə Xalq artist Əkrəm Poladov ifa edəcəklər.

    Səhnə əsərində, həmçinin Əməkdar artistlər Cahangir Qurbanov, Tural Ağasıyev, solistlər Mahir Tağızadə, Rza Xosrovzadə və başqaları iştirak edəcəklər.

    Opera sənət ocağının baş dirijoru, Əməkdar artist Əyyub Quliyev tərəfindən idarə olunacaq.

    Xatırladaq ki, premyerası 1900-cü ildə Milanda baş tutan bu səhnə əsəri klassik opera sənətinin ən dəyərli nümunələrindən hesab olunur.

    Mənbə: https://azertag.az

  • Oğuz dağ yəhudiləri haqqında filmin çəkilişləri başa çatıb

    Oğuz dağ yəhudiləri haqqında Azərbaycan və İsrail kinematoqrafçılarının birgə istehsalı olan filmin çəkilişləri başa çatıb.

    AZƏRTAC xəbər verir ki, film Azərbaycanın Oğuz rayonunda məskunlaşmış dağ yəhudilərinin tarixindən bəhs edir.

    Filmin qəhrəmanı əslən Oğuz rayonundan olan, Azərbaycan həqiqətlərini dünyaya çatdıran, ictimai xadim, ravvin-Şmuel Simantovdur. Filmin ssenari müəllifi və rejissoru Rüfət Əsədov, operatorları Mahir Atakişiyev, Roman İsakov, icraçı prodüseri Şaul Siman-Tovdur.

    Filmin çəkilişləri Azərbaycan, İsrail, ABŞ və Almaniyanın müxtəlif bölgələrində aparılıb.

    Qeyd edək ki, bu film Rüfət Əsədovun “Dağ yəhudiləri” silsiləsindən 5-ci filmidir.

    Mənbə: https://azertag.az

  • “Baharın rəngləri” adlı rəsm müsabiqəsi başa çatıb

    Mədəniyyət Nazirliyi, Təhsil Nazirliyi, “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti, Xətai Rayon İcra Hakimiyyəti, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə elan olunan “Baharın rəngləri” adlı respublika uşaq rəsm müsabiqəsinə əsər qəbulu başa çatıb.

    Xətai Sənət Mərkəzindən AZƏRTAC-a bildirilib ki, müsabiqə uşaqlara təbiəti sevdirmək və təbiətin qoruyucusu olan bir gəncliyin formalaşmasına xidmət etmək məqsədilə keçirilib.

    Seçim 3 yaş kateqoriyası üzrə – 11 yaşa qədər, 11-16 və 16-21 yaşarası aparılıb.

    Əsərləri seçilən və sərgidə nümayiş olunan müəlliflər sertifikatla, fəal tədris mərkəzləri isə (dərnək, incəsənət məktəbi və s.) təşəkkürnamə ilə təltif olunacaq.

    Mənbə: https://azertag.az

  • Azərbaycan Düşənbədə keçirilən Beynəlxalq Xəttatlar Forumunda təmsil olunub

    Tacikistanın paytaxtı Düşənbədə “Mədəniyyət sahəsində əməkdaşlıq” ictimai təşkilatının təşkil etdiyi “Tacik xalqının xəttatlıq sənəti və Şərqin yazılı irsi” mövzusunda beynəlxalq forum keçirilib.

    “Azərbaycan xalçaçıları” İctimai Birliyində AZƏRTAC-a bildiriblər ki, forumun keçirilməsindən əsas məqsəd Tacikistanın və Şərq xalqlarının xəttatlıq sənətinin və dünyanın muzey, kitabxana və elm müəssisələrində saxlanılan şedevrlərin təbliği olub.

    Forum çərçivəsində dəyirmi masa arxasında diskussiyalar aparılıb, xəttatlıq sənəti nümunələrinin sərgisi təşkil olunub. Sərgidə Tacikistan, Azərbaycan, Əfqanıstan, Çin, Yaponiya, Koreya Respublikası və İrandan olan müasir xəttatların əl işləri nümayiş etdirilib.

    Dəyirmi masa iştirakçıları, həmçinin tədbirə onlayn formatda qoşulan Azərbaycan, Rusiya, Fransa, Böyük Britaniya və Qazaxıstan alimləri xəttatlıq sənətinin tarixindən və bugünündən bəhs ediblər.

    Forumda Azərbaycanı tanınmış xəttat, Azərbaycanın Əməkdar mədəniyyət işçisi, Azərbaycan Rəssamlar İttifaqının və “Azərbaycan xalçaçıları” İctimai Birliyinin üzvü, beynəlxalq müsabiqələrin laureatı, Bakı Dövlət Universitetinin müəllimi Yavər Əsədov təmsil edib. O, “İslam dininin xəttatlıq sənətinin inkişafında rolu” adlı məruzə oxuyub.

    Dəyirmi masanın materialları və diskussiyaların nəticələri forumun təşkilatçılarının culcooperation-tj.com. saytında yerləşdiriləcək.

    Mənbə: https://azertag.az

  • Beynəlxalq Qadınlar Gününə həsr olunan konsert – “Sizin üçün”

    Azərbaycan Dövlət Uşaq Filarmoniyasında 8 Mart – Beynəlxalq Qadınlar Gününə həsr olunmuş “Sizin üçün” adlı konsert proqramı təşkil edilib.

    AZƏRTAC xəbər verir ki, zəngin musiqi nömrələri ilə seçilən konsert proqramında milli və müxtəlif xalqların mahnı və rəqsləri təqdim olunub, bəstəkar mahnıları səsləndirilib.

    Konsertdə Dövlət Uşaq Filarmoniyasının “Musiqili Uşaq Teatrı”, müxtəlif yaş qruplarından ibarət “Şəms” uşaq xoru, vokal sinfi, rəqs kollektivləri bir-birindən rəngarəng, maraqlı nömrələrlə çıxış edib.

    “Musiqili Uşaq Teatrı”nın balaca qəhrəmanları öz səhnəciklərində nənələri, anaları bayram münasibətilə təbrik etməyi də unutmayıblar. Həmçinin vokal sinfi “Ana” mahnısı, “Şəms” uşaq xoru “Nənə”, “Ana” mahnıları, rəqs kollektivləri isə eyni məzmunlu rəqslərlə Beynəlxalq Qadınlar Gününü təbrik ediblər.

    Qeyd edək ki, hər zaman olduğu kimi budəfəki konsert proqramı da tamaşaçıların aramsız alqışları ilə sona çatıb.

    Mənbə: https://azertag.az

  •  Vüsalə VƏTƏNXAN.Şəhidlərimizin müdəqqə ruhuna ünvanlanan şeirlər


    Azərbaycan Yazıçılar Birliyinin üzvü

    Görün necə…

    (Şəhid Anar Nağıyev Sahib oğlunun xatirəsinə)

    Görün necə…
    Bu vətənin sağlığına can verənlər yaşayarmış,
    Yaşadıqca vətən adın zirvələrə daşıyarmış,
    Görün necə, vətən üçün əlləriylə daş oyarmış,
    Şəhidlərim…

    Görün necə…
    Pak torpağa paklığını qanlarıyla bəxş edərlər,
    Yaddaşlara igidliyi, mərdliyini nəqş edərlər,
    Görün necə, azadlığı bizə verib, tez gedərlər,
    Şəhidlərim…

    Görün necə…
    Yaramızı sarmaq üçün gəncliyinə vəda edib,
    Həqiqi eşq ilə canı vətəninə fəda edib,
    Anar kimi şəhadəti könlümüzə nida edib,
    Şəhidlərim…


    TORPAĞI DOYDURAN ŞƏHİD
    (Şəhid Zeynallı Rəşad Qiyas oğlunun xatirəsinə)

    Vətən doydu qanın ilə,
    Torpağı doyduran şəhid.
    Elə cavan şəhid oldun,
    Ürəyi oyduran şəhid.

    Arzulara baxmadın sən,
    Həyat yolu axmadın sən,
    Bəyliyini taxmadın sən,
    Bayrağı qaldıran şəhid!

    Tarixə həkk oldu adın,
    Var idi bircə muradın,
    Muradı yetdi Rəşadın,
    Torpağı doyduran şəhid.

    Gözü yaşlı qaldı anan,
    Bütün ömrü oldu talan.
    Halına olmadı yanan.
    Bağrını yandıran şəhid.

  • Şəfa VƏLİYEVA.”Əlimdə bir qələm qırıldı, şair!”

    Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Prezident təqaüdçüsü, “İlin gənci” müfakatçısı, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru

    Əlimdə bir qələm qırıldı, şair,
    Bir şeir çatmadı mənzil başına…
    Mən də dərd edirəm, soruşma nəyi,
    Açıb-bükəmmirəm, bəzək vururam
    Döydüyüm başımla səbir daşına…

    Adını bilmirəm, bircə gülüm var,
    Sulamaq yadımdan elə çıxır ha…
    Son dəfə tökdüyüm bir ovuc sudan
    Yarısı sıçradı şeirimin üstə…
    Şeirim suya dönüb elə axır ha…

    Adını söylədi son hekayəmin,
    “Bacım da oxuyub…” – yaman sevindim…
    Bulud gözlərimin, qar əllərimin
    Sevinci çırpıldı ruhuma, şair,
    Bacım: “Oxudum da… Unutdum…” – dedi…

    “Yazıçı günü”ymüş…
    Yazıram, şair,
    Bütöv xoşbəxtlikdi sonuncu abzas.
    Di gəl, naşükürdü insan ürəyi…
    Şeirlər yazılmır toy dəftərinə,
    Hekayə oxumur bank işçiləri…
    Bir esse boyuyla gülmür ofisiant,
    Demir ki:” Cibimə iki misra bas.”

    …ah, şair, qələmim qırıldı, axı…
    Daha şeirlərim yadımda qalar?
    “Tanrı şəfa versin!” – təsəllisiylə
    Canımda bir susmaz ağrı darıxır…
    Bir gün bu ağrıya könül bağlayıb
    Ölsəm, təsəllilər adımda qalar?
    Şəfa Vəli
    (2022)

  • Xəyalə SEVİL.”Mənim polis qorxum…”

    Mən uşaqlıqdan bu yana polislərdən qorxmuşam. Əslində, polislərdən yox, polis forması geyinmiş adamlardan. Nə qədər cəsarətli, mübariz xarakterli olsam da, həmişə polislərdən uzaq gəzmişəm. Səbəb isə… Səbəbinin təxmini 30 yaşı var.

    90-ci illər idi- müharibə dövrü. Səfərbərlik elan olunmuşdu deyə şəhərdəki bütün cavan kişilər orduya cəlb edilirdilər…Onda atam da cavan idi və evimizin yaxınlığında dayanmış avtobusa qədər onun boynundan asılıb getmə deyə ağlayırdım. Üzündən o qədər öpmüşdüm ki, elə bilirdim dodaqlarım qopub atamın yanaqlarında qalıb. Avtobusun yanından keçən qadınların “bu yazıqlar da deyəsən müharibəyə gedirlər” pıçıltılarını eşidəndə ürəyimdən atamqarışıq hamını avtobusdan düşürüb qaçırmaq keşmişdi. Mən beş yaşlı uşaq həmin gün, həmin an atam üçün nə eləyə bilərdim ki? Hamı kimi geyinməyən əmiləri isə birinci dəfə idi ki, orda görürdüm. Və onların “Qorxma, biz də atanla gedirik. İnşallah sağ-salamat gedib gələcəyik” demələri, düzü, mənə şübhəli gəlmişdi. Atam: “Milis əmilər olan yerdə bizlərə heç nə olmaz”,-deyib məni anamın qucağına vermişdi…

    Avtobus tərpənəndə çox qorxmuşdum, ağlayırdım. Əlimdəki gəlinciyim də düşmüşdü. Əllərimi atama uzadıb “ata, getmə, əmi, atamı aparma”-, deyib var gücümlə qışqırırdım. Səsim avtobusun mühərrikinin səsində boğulmuşdu…

    Ancaq atamın gözlərindəki, səsindəki çarəsizliyi heç vaxt unutmadım. Həmin gündən polislərlə ilk və pis tanışlığım başladı. Onlar atamı məndən ayırmışdılar.

    Taa ki, karantin başlayanacan.

    Mən əslində özümü yetişdirməyi, inkişaf etdirməyi, qorxularıma qalib gəlməyi bacaran biriyəm. Necə olub ki, 30 il bu qorxuyla yaşamışam, hələ də inana bilmirəm.

    Karantin dövründə polis həyatımızın bir parçasına çevrilmişdi. Onlar əl çatan, ün yetən olmuşdular. Əslində onlar bizi qorumaq üçün hər şeyə hazır idilər. Onların üzündə bizi qoruya bilməmək qorxusu aydınca hiss olunurdu. Çünki karona əzizlərimizi səssiz, sədasız əlimizdən alırdı. Biz qurbana çevrilməyək deyə gecəsini-gündüzünə qatan polisin varlığına alışmağa başlamışdım, ancaq yenə qorxurdum. Pəncərədən baxırdım, həyətdə polislər gəzirdilər. İcazə alıb harasa gedirdim, polislər yoxlayırdılar. Bir dəfə smslə “icazə alıb” marketə düşdüm. Polislər saxladılar. Ad, soyadımı soruşdular. Məlum oldu ki, icazəm keçərsizdi. Nəyisə düzgün etməmişəm, mənə cərimə yazılmalıdı. Polis qorxumun üstünə bir də cərimə gəlmişdi, polis qorxum cərimələnmişdi. Yadıma istər-istəməz 90-cı illər düşdü. Nə qədər yalvarsam da, məni eşitməyən, atamı aparan polis indi də məni eşitməyəcəkdi. Ancaq polis bu dəfə mənim səssizliyimi eşitdi. Elə atam yaşlarında biri mənə “sakitcə get, evdən çıxanda sms-i düzgün göndər”-, dedi. Sadəcə təşəkkür elədim. İstədim deyim ki, sən həmin polislər kimi deyilsən, ancaq gördüm ki, bu polis həmin polisləri tanımayacaq. Onları sadəcə mənim uşaqlığım-5 yaşlı qız tanıyır… Tələsik evə getdim. Evimizin üzü mərkəzi yola baxan pəncərəsindən yola baxdım. Yenə hər tərəf polislə dolu idi. Ancaq mən onlardan qorxmurdum. Mən polis qorxumu karantində yenmişdim.

    Xəyalə Sevil,

    “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, Azərbaycan Respublikası Prezidenti təqaüd fondunun təqaüdçüsüAzərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının GƏNCƏ Bürosunun Rəhbəri

  • Banu MUHARREM.”Ya ola, ya olmaya..”

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktor müavini

    Ya ola, ya olmaya..
    Naməlum gələcəyin keçmişini keçmişəm
    Qismətimin süd kimi zəhərini içmişəm,
    Öz-özünə yol açan,öz-özümə k’öçmüşəm.
    Ağlım ömrümə əngəl, gümanım gələn yaya.

    Çarə çıxar ortaya!
    Hər gün şükür edirəm,dörd divar bir döşəmə
    Qəlb qırmamaq adıyla çəkilmişəm köşəmə.
    Göz yaşımı içirəm, ağrım dolur şüşəmə.
    Üzərimə dağılır dağ şəklində hər qaya..

    Bu zəlzələ olmaya….
    Qəlbim qeyrətə gəlib,sevgilərə qol çəkir..
    Daxilimə yolçuluq daha uzun yol çəkir..
    Ruhum Allah deyəndə,dilim altdan qol çəkir..
    Ələnir xəmirimə kömək istəyən maya-
    Ömrüm dünyaya doya.

    Min bir qayğı içində parçalanarkən ətim
    Arzularım kənd yeri, ümidim yesir, yetim,
    Nə bədəllər ödədi özgədən, saf niyyətim.
    İnsanlığım damladı, dəryaya axan çaya!
    Günümü saya- saya…

  • “Cəsur qızların kitabı” təqdim olunub

    Kitab Azərbaycanın 22 görkəmli qadınının həyatından bəhs edir

    “Qanun” nəşriyyatında “Cəsur qızların kitabı”nın təqdimatı keçirilib. AYNA xəbər verir ki, təqdimat mərasimində çıxış edənlər kitabın verdiyi mesajların və oradakı rol modellərinin qızlar və ümumilikdə cəmiyyət üçün əhəmiyyətindən danışıblar.

    “Əli və Nino” kitab mağazaları şəbəkəsinin rəhbəri Nigar Köçərli kitabın ideyası barədə danışaraq, onun geniş oxucu kütləsi üçün əhəmiyyətli ola biləcəyini vurğulayıb. Qadınların ictimai-siyasi həyatda aktivliyini vacibliyini bildirən Köçərli kitabın kiçik yaşlarından qız uşaqları üçün rol modellər tapmaqda kömək edəcəyinə inandığını söyləyib.

    Tərtibçi-müəllif Günel Natiq çıxışında bildirib ki, “Cəsur qızların kitabı” olduqca dəyərli, lazımlı və gərəkli layihədir: “Bu təşəbbüs üçün “Qanun” nəşriyyatına öz təşəkkürümü bildirirəm. Kitabda 22 yenilikçi Azərbaycan qadını haqqında hekayətlər toplanıb. Bu qadınların hər biri öz sahəsində çevriliş, inqilab edib, şəriət qanunlarının təzyiqi altında əzilən cəmiyyətə yeniliklər gətirərək zirvələr fəth ediblər. Biz onları fateh qadınlar da adlandıra bilərik. Bu qadınlar köhnəlmiş adət-ənənələrdən doğan stereotipləri qıraraq, öz yolunda inamla irəliləmiş və böyük cəsarət göstərmişlər. Bu xanımların hər biri tarixdə rəğbətlə anılır, hərçənd onlar haqqında bilgilərimiz elə də çox deyil. Tarixdə iz qoymuş bu görkəmli insanlar haqqında bilgiləri yeniləməyə, onları daha oxunaqlı şəkildə təqdim etməyə ehtiyac vardı”.

    “Biz bu kitabı niyə ərsəyə gətirdik? Niyyətimiz mədəniyyət tarixi, sənət tariximizlə bağlı yeniyetmələrimizə bilgi verməklə yanaşı, həm də onlara bu fikri aşılamaq idi ki, heç bir maneə dəf edilməyəcək qədər qorxulu deyil”, – müəllif vurğulayıb.

    G.Natiqin sözlərinə görə, çox zaman qızlar peşə seçimində tərəddüdlər qarşısında qalır və bu tərəddüdləri cəmiyyətin önyarğıları yaradır: “Kitabda bəhs etdiyimiz cəsur qızlar da cəmiyyətin qadağalarıyla üzləşiblər, amma bu yolda sınmadan, geri çəkilmədən məqsədlərinə doğru gedib və uğur qazanıblar. İnanıram ki, “Cəsur qızların kitabı” yeniyetmələrin özünü realizə etməsinə kömək edəcək, onlara öz məqsədlərinə doğru gedən yolda dəstək, dayaq olacaq və hər zaman zirvələr fəth etməyə ruhlandıracaq”.

    İlk komandir qadın Aida Şirinova da kitabın və ümumiyyətlə, ölkədə qadınların qətiyyətli olmasının vacibliyindən danışıb, həmçinin, özünün həyat təcrübəsini tədbir iştirakçıları ilə bölüşüb.

    Tədbirdə kitabın ideya müəlliflərindən olan Lalə Rəhmanova, həmçinin yazar Gülnar Əhməd, Azərbaycanda ilk komandir qadın Aida Şirinova kitabla, həmçinin qadınların cəmiyyətdə rolu ilə bağlı fikirlərini bölüşüblər. L.Rəhmanova kitabın necə ərsəyə gəlməsindən və ondan olan gözləntilərdən də söz açıb.

    Qeyd edək ki, kitab Azərbaycanın 22 görkəmli qadınının həyatından bəhs edir.

    Mənbə: https://ayna.az/

  • Lənkəran kitab sərgisi təşkil olunacaq

    Martın 10-12-də Azərbaycan Nəşriyyatları Assosiasiyası, Mədəniyyət Nazirliyi və Lənkəran Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı və Lənkəran-Astara Regional Təhsil İdarəsinin təşkilati dəstəyi ilə birinci Lənkəran Kitab Sərgisi həyata keçiriləcək.

    AZƏRTAC xəbər verir ki, ölkənin aparıcı nəşriyyatlarının iştirakı ilə reallaşacaq sərgi çərçivəsində möhtəşəm proqram və çoxçeşidli kitabların satışı, eləcə də nümayişi nəzərdə tutulub.

    Müxtəlif endirimlərin tətbiq olunacağı kitab bayramında tanınmış ədiblərin iştirakı ilə təqdimatlar, imza mərasimləri, konsert proqramları, şeir gecələri, uşaqlar üçün nağıl saatları və master-klaslar keçiriləcək.

    Lənkəran şəhəri Heydər Əliyev Mərkəzində keçirilməsi nəzərdə tutulan üç günlük sərgiyə giriş 10:00-dan 18:00-dək mümkün olacaq.

    Oxucular sərgi çərçivəsində yazıçılar Elxan Elatlı, Rövşən Abdullaoğlu, qiraətçi Xəzər Süleymanlı, fotoqraf Vaqif Cabbarov, filosof Mail Yaqub, təlimçi Arzu Paşazadə, eləcə də digər tanınmışlarla görüş imkanı əldə edəcəklər.

    Giriş pulsuzdur.

    Mənbə: https://azertag.az

  • Bəstəkarlar İttifaqında konfrans – “Azərbaycan bəstəkarlıq məktəbinin inkişafında Heydər Əliyevin rolu”

    Ümummilli Lider Heydər Əliyev respublikaya rəhbərlik etdiyi dövrdə bütün sahələrə olduğu kimi, musiqi sənətinə də xüsusi qayğı və diqqət ayırıb. Onun milli və professional musiqinin inkişafına dair sərəncamlar, musiqiçilərin həyat və yaradıcılığı ilə yaxından maraqlanması, onlara göstərdiyi xüsusi qayğı müxtəlif istiqamətlərdə öz əksini tapıb. Belə ki, musiqiçilərin fəxri adlar, orden və medallarla təltif olunması, prezidentin fərdi təqaüdü ilə təsis edilməsi, yubileylərinin keçirilməsi, həyat şəraitlərinin yaxşılaşması üçün lazımi tədbirlərin görülməsi onlarda xüsusi ruh yüksəkliyi aşılayaraq yaradıcılıq ideyalarını daha da rövnəqləndirib. Dünyasını dəyişən sənətkarların da irsini yaşatmaq üçün onların yubiley və xatirə gecələrinin keçirilməsi, ev-muzeylərinin yaradılması, adlarına küçə və mədəniyyət ocaqlarının verilməsi və bu kimi məsələlər daim Heydər Əliyevin diqqət mərkəzində olub. Bu dahi şəxsiyyətin musiqiçilərə göstərdiyi qayğı və diqqət musiqi tariximizə yeni-yeni əsərlər bəxş edib. Çünki o, öz tövsiyələri ilə də bəstəkarlarımıza, ifaçı və musiqişünaslara düzgün istiqamət verib. Bu mənada Heydər Əliyevin 1979-cu ildə Azərbaycan Bəstəkarlar İttifaqının V Qurultayında etdiyi məruzəsinin nəşri hazırda da bəstəkarların masaüstü kitabıdır.

    AZƏRTAC xəbər verir ki, bu fikirlər martın 3-də Azərbaycan Bəstəkarlar İttifaqında “Heydər Əliyev 100” silsiləsindən “Azərbaycan bəstəkarlıq məktəbinin inkişafında Heydər Əliyevin rolu” mövzusunda keçirilən elmi-konfransda səsləndirilib.

    Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, AMEA-nın müxbir üzvü, professor Firəngiz Əlizadə Heydər Əliyevin bəstəkarlarımıza göstərdiyi qayğı və diqqətdən, Qara Qarayev, Fikrət Əmirov, Tofiq Quliyev kimi görkəmli bəstəkarlarla olan səmimi dostluq münasibətlərindən, musiqi janrlarına xüsusi diqqət yetirməsindən, bu istiqamətdə bəstəkarlara verdiyi tövsiyələrdən geniş söhbət açıb. O, çıxışında “Heydər Əliyev 100” silsiləsindən keçiriləcək növbəti tədbirlərdə də musiqişünasların mövzu ilə bağlı tədqiqatlarının və bəstəkarların Heydər Əliyevə həsr olunan əsərlərinin təqdimatlarının, konsertlərinin keçiriləcəyini də qeyd edib. Elmi konfransda çıxış edən digər şəxslər də Heydər Əliyevin Azərbaycan musiqi sənətinin inkişafına göstərdiyi yüksək əhəmiyyətli xidmətlərindən danışıblar.

    Azərbaycan Bəstəkarlar İttifaqının katibi, Əməkdar incəsənət xadimi, professor Zemfira Qafarova – “Azərbaycan bəstəkarlarının yaradıcılığında Heydər Əliyev mövzusu”, Azərbaycan Bəstəkarlar İttifaqının katibi, Əməkdar incəsənət xadimi, professor Cəlal Abbasov “Heydər Əliyev: “Bəstəkarın yüksək vəzifəsi və amalı” – müasir bəstəkar yaradıcılığının aparıcı istiqaməti kimi”, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Jalə Qulamova “Naxçıvan Bəstəkarlıq Təşkilatının yaradılmasında Heydər Əliyevin rolu”, Əməkdar mədəniyyət işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Səadət Təhmirazqızı “Heydər Əliyevin dahi bəstəkarımız Üzeyir Hacıbəyli haqqında fikirləri”, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Leyla Zöhrabova “Cövdət Hacıyevin Heydər Əliyevə həsr olunmuş “Onu zaman seçib” 8 saylı Simfoniyası haqqında” adlı məruzələrlə çıxış ediblər.

    Konfrans Xalq artisti Azər Dadaşovun Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr etdiyi qiraətçi və simfonik orkestr üçün 16 saylı simfoniyasının səsləndirilməsi ilə başa çatıb.

    Mənbə: https://azertag.az

  • Teatr Xadimləri İttifaqının səhnəsində 4 gündə 8 tamaşa

    Martın 6-dan 9-dək Azərbaycan Teatr Xadimləri İttifaqında fəaliyyət göstərən laboratoriyaların “BAXIŞ -3” festivalı keçiriləcək.

    Teatr Xadimləri İttifaqından AZƏRTAC-a bildirilib ki, festivalın keçirilməsində əsas məqsəd 4 ay ərzində laboratoriyada məşğul olan gənclərin mənimsədikləri bilik və bacarıqları nümayiş etdirmək, onları yeni axtarışlara ruhlandırmaq və teatr məkanında baş verən yaradıcılıq proseslərini fəallaşdırmaqdan ibarətdir.

    “BAXIŞ-3” festivalında “Rejissor”, “Aktyor” və “Eksperimental teatr” laboratoriyalarının işləri təqdim olunacaq. Dörd gün davam edən festival çərçivəsində 8 tamaşa nümayiş olunacaq. Tamaşalar Azərbaycan Teatr Xadimləri İttifaqının böyük və kiçik səhnələrində göstəriləcək.

    Mənbə: https://azertag.az

  • Nazimə RƏŞİDQIZI.”Araza xitab”

    2019-cu ildə Naxçıvana  səfərimizdə maşınımız Araz çayı boyunca hərəkət edirdi.Araz çayına xitabən deyilmişdir.

    Araz,suyun bulanıqdır,

    Bəlkə, qanlı göz yaşındır, sularına qarışıbdır.

    Nədən, suyun bulanıqdır?

     Zaman-zaman içindəki ağrıların, acıların irinləyib, qövr eləyib sularını bulandırıb?

    Bəs nə zaman yaraların sağalacaq?

     Bəs nə zaman gur suların durulacaq?

    Nə zamandır axar suyun belə axır.

    Gözləməkdən gözümüzdn sellər axır.

    Biz qocaldıq, sənin suyun durulmadı.

    Çox insanlar bu ümidlə yaşadılar, bu dünyadan köç etdilər.

    Sənin suyun durulmadı.

    Ürəyimi qan etmisən.

    Diləyimi puç etmə ,gəl.

    Niyyətimi heç etmə, gəl.

    Axıt, axıt sularını, çəkdiklərin  tamam axsın.

     Sənə ögey baxanların gözlərinə qara yaxsın.

     İnanıram, lap yaxında gur suların durulacaq, bəndlərini aşıracaq.

    Həm o tayım, həm bu tayım sevincindən bağıracaq:

     Araz, sənin gözün aydın!

    Axar suyun bir də heç vaxt bulanmasın!

  • Azərbaycanlı gənc xanım yazar Sona İntizarın şeiri “Türkay” aylıq ədəbiyyat dərgisinin yeni sayında işıq üzü görüb

    Yeni nəsil Azərbaycan gəncliyinin istedadlı nümayəndəsi, Süleyman Rəhimov adına Qubadlı rayon ədəbi ictimai birliyinin üzvü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının (edebiyyat-az.com) Baş redaktor müavini, “Türkay” aylıq ədəbiyyat dərgisinin yayına məsul katibi, gənc xanım yazar Sona İNTİZARın “Bir qadın” şeiri Bakı şəhərində fəaliyyət göstərən “Türkay” aylıq ədəbiyyat dərgisinin 3-cü yeni sayında işıq üzü görüb.

    http://hecetaslari.com/turkayder…/turkay1sayi3mart2023.pdf

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə əlaqələr şöbəsi. 

  • Azərbaycanlı gənc xanım yazar Arzu Hüseynin şeiri”Türkay” aylıq ədəbiyyat dərgisinin yeni sayında işıq üzü görüb

    Azərbaycan Yazıçılar Birliyinin üzvü, Gənclər üçün Prezident mükafatçısı, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının BAKI Bürosunun Rəhbəri Arzu Hüseynin “Taxdım inadıma kələpçələri” adlı şeiri Bakı şəhərində fəaliyyət göstərən “Türkay” aylıq ədəbiyyat dərgisinin 3-cü yeni sayında işıq üzü görüb.

    http://hecetaslari.com/turkayder…/turkay1sayi3mart2023.pdf

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə əlaqələr şöbəsi. 

  • Gənc xanım yazar Xəyalə Əliyevanın şeiri “Türkay” aylıq ədəbiyyat dərgisinin yeni sayında işıq üzü görüb

    Sumqayıt Dövlət Universitetinin Filologiya fakültəsinin məzunu, gənc xanım yazar Xəyalə Əliyevanın “Sənin tilsimiə düşmüşəm yenə” adlı şeiri Bakı şəhərində fəaliyyət göstərən “Türkay” aylıq ədəbiyyat dərgisinin 3-cü yeni sayında işıq üzü görüb.

    http://hecetaslari.com/turkayder…/turkay1sayi3mart2023.pdf

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə əlaqələr şöbəsi. 

  • Gənc xanım yazar İlahə ALLAHVERDİYEVAnın məqaləsi “Türkay” aylıq ədəbiyyat dərgisinin yeni sayında işıq üzü görüb

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portal Naxçıvan Bölməsinin Rəhbəri, Naxçıvan Dövlət Universitetinin”Jurnalistika” ixtisası üzrə IV kurs tələbəsi gənc xanım yazar İlahə ALLAHVERDİYEVAnın ”Əsərləri ilə fikir dünyamızı aydınladan sənətkar“ adlı məqaləsi “Türkay” aylıq ədəbiyyat dərgisinin yeni sayında işıq üzü görüb.

    http://hecetaslari.com/turkayder…/turkay1sayi3mart2023.pdf

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə əlaqələr şöbəsi. 

  • “Azərbaycan” pavilyonunda Vera Xayrutdinovanın sərgisi açılıb

    Moskvada Xalq Təsərrüfatı Nailiyyətləri Sərgi Mərkəzindəki “Azərbaycan” pavilyonunda Rusiya Rəssamlıq Akademiyasının fəxri üzvü Vera Xayrutdinovanın “Fərqli dünyalar” adlı sərgisi açılıb.

    AZƏRTAC xəbər verir ki, rəssamın kolleksiyası həyatının müxtəlif dövrləri ilə bağlı texnika, rəng və əhval-ruhiyyə ilə fərqlənən tematik silsilələrdən ibarətdir. Bunlar Şərq akvarelləri, zəngin natürmortlar, Ural mənzərələri, müasir qarışıq texnikada olan əsərlər, çiçəklər və abstraksiyalardır. “Azərbaycan” pavilyonunda təqdim olunan əsərlər arasında fırlanan mexanizmə quraşdırılmış “4 həyat” tablosu xüsusi maraq doğurur.

    Vera Xayrutdinova sərginin açılışında çıxış edərək bildirib ki, bu, onun “Azərbaycan” pavilyonunda keçirilən ikinci sərgisidir: “Mən Azərbaycanı çox sevirəm və orada çoxlu dostlarım var. Şadam ki, mənim iki əsərim – Qarabağın simvolu olan “Xarıbülbül” və “Nar” rəsmlərim “Azərbaycan” pavilyonunun kolleksiyasında yer alıb”.

    “Azərbaycan” pavilyonunun direktoru Səadət Qədirova Vera Xayrutdinovanı Azərbaycanın yaxın dostu, Azərbaycanı sevən rəssam kimi təqdim edib: “Vera Xarıbülbülün tarixini eşidəndən sonra məxsusi olaraq bizim pavilyona “Xarıbülbül” əsərini hədiyyə edib. Vera Xayrutdinova çox istedadlı rəssamdır və onun hər bir işində yenilik var. Bu gün açılan sərgi iki ay davam edəcək”.

    Fəridə Abdullayeva

    AZƏRTAC-ın xüsusi müxbiri

    Moskva

    Mənbə: https://azertag.az

  • Lüksemburqda azərbaycanlı uşaqların əsərlərindən ibarət sərgi təşkil olunub

    Lüksemburqda “Uşaq ruhunun rəngləri” adlı rəsm sərgisi keçirilir.

    AZƏRTAC xəbər verir ki, uşaqların rəsmlərindən ibarət sərgi Lüksemburqda yaşayan azərbaycanlı rəssam, Lüksemburq Böyük Hersoqluğunun Avropa İncəsənət Akademiyasının (Académie Européenne des Arts de Grand-Duché du Luxembourg) üzvü Aynur Qasımova-Virt tərəfindən təşkil olunub. Lüksemburqda yaşayan azərbaycanlı uşaqların iştirak etdikləri sərgi böyük maraqla qarşılanıb.

    Əvvəllər Bakıda Landau məktəbində müəllim işləmiş Aynur Qasımova-Virt uşaqlara rəssamlığın ən incə elementlərini tədris edir. Ölçüsündən asılı olmayaraq, sərgidə nümayiş olunan hər bir əsər xüsusi məna daşıyır. Uşaqların ruhunun məhsulu olan əsərlər ziyarətçilər tərəfindən böyük rəğbətlə qarşılanıb.

    Qeyd edək ki, hər bir əsərə qəlbi və ruhu ilə bağlanan, təxəyyülünün məhsulunu canlı şəkildə kətana köçürən Aynur Qasımova-Virtin özünün əsərləri bir çox sərgilərdə, eləcə də Lüksemburqda “Xiffətdə olan qadınlar” xeyriyyə assosiasiyası qadın rəssamların əsərlərindən ibarət kollektiv sərgidə nümayiş olunub.

    Şəhla Ağalarova

    AZƏRTAC-ın xüsusi müxbiri

    Lüksemburq

    Mənbə: https://azertag.az

  • Şuşaya ilk turist səfərləri başlayır

    Azərbaycan xalqı üçün tarixi əhəmiyyəti və mədəni-mənəvi dəyəri yüksək olan, mədəniyyət paytaxtı Şuşa şəhərinə turizm məqsədli səfərlərə başlanılır. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusunun Vətən müharibəsindəki şanlı Qələbəsindən sonra işğaldan azad olunan ərazilərə ilk dəfə olaraq turist səfərləri təşkil ediləcək.

    Dövlət Turizm Agentliyindən AZƏRTAC-a bildirilib ki, layihə “Böyük Qayıdış” siyasətinin tərkib hissəsi olmaqla, 18 yaşına çatmış Azərbaycan Respublikası vətəndaşlarının mədəniyyət paytaxtına təhlükəsiz turizm səfərlərinin təşkilini, habelə işğaldan azad olunmuş ərazilərdə iqtisadi fəallığın artırılmasını hədəfləyir.

    İlk turist səfərləri Novruz bayramı öncəsi – mart ayının 18-dən etibarən həftədə bir dəfə olmaqla icra ediləcək. Növbəti mərhələdə turların sayının tələbə əsasən artırılması nəzərdə tutulur. Vətəndaşlar turlarda iştirak etmək üçün martın 6-dan etibarən turizm şirkətlərinə (turagentlərə) müraciət edə bilərlər.

    2 və 3 günlük turlarda ilk dəfə olaraq Şuşa şəhərində hoteldə gecələmə ilə Füzuli şəhərinin mərkəzindəki şəhər dağıntıları, ilk şəhid abidəsinin ziyarəti, Cıdır düzü, “Vaqif” məqbərəsi, Mehmandarovların evi, Bülbülün ev-muzeyi, “Yuxarı Gövhər Ağa” məscidi, “Güllələnmiş Heykəllər” meydançası, Şuşa qalası, Şuşanın “Gəncə” qapıları və “Xarıbülbül” simvolu, “Qazançı” Kilsəsi, Şuşa Realnı Məktəbi kimi tarixi abidələrlə tanışlıq imkanı təqdim olunur.

    Avtobusla transfer, hoteldə yerləşmə, səhər yeməyi və bələdçi müşayiəti xidməti daxil olmaqla 2 günlük turlar üçün bir gün gecələmə ilə 215 manat, 3 günlük turlar üçün iki gün gecələmə ilə 370 manat nəzərdə tutulub.

    Mənbə: https://azertag.az

  • Vyanada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzində “Azərxalça” ASC xalçalarının sərgisi açılıb

    Azərbaycanın zəngin mədəni irsi, xalqımızın həyat tərzi və qədim adət-ənənələri ilə sıx bağlı olan xalçaçılıq sənəti və məktəblərinin Avropada tanıdılması məqsədilə Vyanada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzində “Azərxalça” ASC Azərbaycan xalçalarının sərgisini təşkil edib.

    AZƏRTAC xəbər verir ki, sərgidə Azərbaycanın müxtəlif xalçaçılıq məktəblərinə aid klassik və müasir dizaynda çoxsaylı xalça nümunələri sərgilənir. Həmçinin, böyük ekran vasitəsilə xalçaçılıq sənətini, eləcə də tanınmış xalça toxucularımızdan bəhs edən film nümayiş olunub.

    Əsas məqsədinin Avstriya ictimaiyyətinin Azərbaycanı yaxından tanıması üçün Azərbaycanın zəngin mədəniyyəti, incəsənəti, turizm imkanları barədə müxtəlif səpkili tədbirlər təşkil etməkdən ibarət olan Mədəniyyət Mərkəzində təşkil olunan xalça sərgisinin əsas hədəfi nümayiş etdirilən xalçaların bənzərsiz və canlı xüsusiyyətlərə məxsus olduğunu, ənənələrə əsaslanan bu sənətin yüksək qiymətləndirildiyini və onun qorunmalı olduğunu, Azərbaycan xalqının öz milli dəyərlərinə necə qiymət verdiyini bildirməkdən ibarətdir.

    Sərginin açılışına Avstriyadakı Azərbaycan səfirliyinin və Mədəniyyət Mərkəzinin əməkdaşları, diplomatik korpus, Avstriyada yaşayan soydaşlarımız, yerli ictimaiyyətin üzvləri, Türkiyənin Avstriyadakı səfirliyi və beynəlxalq təşkilatlar yanındakı daimi nümayəndəliyi iştirak edib.

    Sərgini giriş sözü ilə açan Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Leyla Qasımova çıxışında bildirib ki, Azərbaycan hər zaman milli mənəvi dəyərlərinə yüksək qiymət verərək onu bütün dünyaya tanıtmaq yolunda təqdirəlayiq addımlar atıb. Xalq sənəti sahələri arasında ən geniş yayılmış növ olan xalçaçılıq Azərbaycan xalqının məişətində özünə möhkəm yer tutmuş və az qala xalqın rəmzinə çevrilmiş sənətlərdən biri olduğu vurğulanıb. Bu baxımdan sərginin həm Avstriyada yaşayan həmyerlilərimiz, həm də avropalı xalçasevərlər üçün maraqlı olacağından əmin olduğunu bildirib.

    Türkiyənin Avstriyadakı səfiri Ozan Ceyhun xeyriyyə xarakterli tədbir üçün minnətdarlığını bildirib, Azərbaycan və Türkiyə xalqlarının həm sevincli, həm də ağrılı günlərdə daim bir yerdə olduqlarını qeyd edib və Türkiyədə baş verən sarsıdıcı zəlzələlərin fəsadlarının aradan qaldırılmasında Azərbaycan xilasedicilərinin yorulmaz fəaliyyətini, eləcə də Azərbaycan xalqının maddi və mənəvi dəstəyini minnətdarlıqla vurğulayıb.

    “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin (ASC) İdarə Heyətinin sədr müavini Ceyhun Əlibəyov da tədbirdə çıxış edərək, “Azərxalça” ASC-nin tarixindən söz açıb. Bildirib ki, XX əsrin birinci yarısından fəaliyyət göstərən “Azərxalça” 2016-cı ildə Prezident İlham Əliyevin Sərəncamı ilə yenidən strukturlaşdırılıb. Azərbaycan xalq-tətbiqi sənəti və onun bir qolu olan xalçaçılıq xalqın milli mədəniyyəti tarixində özünəməxsus yer tutduğunu vurğulayaraq sərgidə nümayiş olunan bütün xalçaçılıq məktəblərinə aid xalçalar və Qarabağ, Qazax, Naxçıvan, Şirvan məktəblərindən söz açıb. “Azərxalça” ASC-nin əsas məqsədi xalçaçılıq ənənəsinin qorunub saxlanması və bu sənətin daha da inkişaf etdirilməsi olduğunu deyib. Cəmiyyətin istehsal etdiyi xalçaların ərsəyə gəlməsində yerli və xarici rəssamlarla, eləcə də dizaynerlərlə əməkdaşlıq çərçivəsində ənənəvi xalçalara istinadla müasir xalçalar yaradıldığını və beləliklə, xalça sənətinin daim inkişaf etdiyini diqqətə çatdırıb. “Azərxalça” ASC–nin xalçaların istehsalı ilə yanaşı xalçaçılıq sənətinin qorunub saxlanılması, inkişaf etdirilib gələcək nəsillərə ötürülməsi, bu sahəyə xüsusilə regionlarda yaşayan toxucu xanımların cəlb olunması, işlə təmin olunması məsələlərində atdığı önəmli addımlardan da söz açıb.

    Tədbir çərçivəsində 6 fevral tarixində Türkiyədə baş vermiş dəhşətli zəlzələdən zərər çəkmiş insanlara yardım aksiyası da təşkil olunub. Belə ki, Azərbaycan milli məhsulları, kəlağayı və milli üslubda hazırlanmış zinət əşyaları ilə yanaşı “Azərxalça” ASC-nin təşkil etdiyi xalçaların satışından əldə olunan gəlirin bir hissəsi AFAD-a ianə olunacaq.

    Tədbir iştirakçıları açılış zamanı Azərbaycanın Xalq artisti Ənvər Sadıqovun başçılıq etdiyi musiqi qrupunun konsert proqramını dinləmək imkanı əldə ediblər. Konsertdə, həmçinin görkəmli caz pianoçusu və bəstəkar, beynəlxalq müsabiqələr laureatı Emil Əfrasiyab da iştirak edib. Musiqi qrupu Azərbaycan xalq mahnıları və bəstəkar əsərləri, eləcə də Ənvər Sadıqov və Emil Əfrasiyabın bəstələdiyi kompozisiyaları təqdim ediblər.

    Mədəniyyət Mərkəzində təşkil olunan sərginin qapıları aprel ayının sonunadək avropalı xalçasevərlər üçün açıq olacaq, burada maraqlananlara həmçinin Azərbaycan xalçaçılıq sənəti və məktəbləri barədə məlumat veriləcəkdir.

    Elgün Niftəli

    AZƏRTAC-ın xüsusi müxbiri

    Vyana

    Mənbə: https://azertag.az

  • Xətai Sənət Mərkəzində sərgi – “Hisslər və rəsmlər”

    Martın 9-da Xətai Sənət Mərkəzində “Hisslər və rəsmlər” adlı təsviri sənət sərgisi açılacaq.

    Mərkəzdən AZƏRTAC-a bildirilib ki, sərgi Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə gerçəkləşəcək. Sərgi həvəskar rəssamlar və rəssamlığı ikinci peşə sayanların yaradıcılıqlarını stimullaşdırmaqla bərabər, ümumən təsviri sənət nümunələrinə ictimai marağın artırılmasına xidmət etmək məqsədi daşıyır. Əsəri seçilmiş müəlliflərə sertifikat təqdim olunacaq. Tamaşaçıların seçdiyi ən yaxşı əsərin müəllifi də hədiyyə ilə təltif olunacaq.

    Mənbə: https://azertag.az

  • Bu gün Xalq şairi Hökumə Billurinin doğum günüdür

    Ovqatının ən xoşbəxt cağında da yurd həsrəti ona qənim kəsilərdi. Göz ifadəsi dəyişərdi. Sevinci çöhrəsində, təbəssümü dodağında donardı. Əlini hərarətlə, həyəcanla döyünən ürəyinin üstünə qoyardı. Nə faydası, təskinlik tapa bilməzdi. Varlığı gizildəyərdi. Elə bil dilinin üstünə od qoyardılar, danışmağa taqəti olmazdı. Qalardı yana-yana, qıvrıla-qıvrıla. Ən gərgin anlarında gücü gələcək ümidinə, inamına çatardı. Amma… onları da özü ilə haqq dünyasına apardı.

    AZƏRTAC xəbər verir ki, bu gün Xalq şairi Hökumə Billurinin anadan olmasının 97-cı ildönümü tamam olur.

    Hökumə Billuri 1926-cı il martın 3-də Cənubi Azərbaycanın Zəncan şəhərində anadan olub. Zəhmətkeş dəmirçi ailəsində böyüyüb. İlk şeirlərini orta məktəb illərində yazıb. Qələmə aldığı “Fəhlə”, “Göyərçin”, “Sübh açıldı” adlı ilk şeirləri “Azər”, “Vətən yolunda” qəzetlərində və “Azərbaycan” jurnalında dərc olunub.

    Seyid Cəfər Pişəvərinin lideri olduğu Azərbaycan Demokrat Partiyasının Zəncan Vilayət Komitəsində rəhbər vəzifələrdə çalışıb.

    1946-cı ilin dekabrından Şimali Azərbaycanda mühacirətdə yaşayıb. Həmin vaxtdan fəal bədii və elmi yaradıcılıqla məşğul olub, dövri mətbuatda müntəzəm çıxış edib. 1952-ci ildə ADU-nun (indiki BDU) filologiya fakültəsini bitirib. “İran Azərbaycan realıst demokratik ədəbiyyatı” mövzusunda dissertasiya müdafiə edib. Filologiya elmləri namizədi elmi dərəcəsini alıb. Azərbaycan EA Yaxın və Orta Şərq xalqları İnstitutunda baş elmi işçi vəzifəsində çalışıb.

    1955-ci ildə “Şeirlər”, 1963-cü ildə “Azadlıq baharı”, 1970-ci ildə “İthaf”, 1980-ci ildə “Sənin könül otağın” və s. kitabları Moskva və Bakıda rus dilində nəşr olunub.

    Əsərlərində Azərbaycanın ikiyə bölünməsi faciəsini bir daha yaşayır. Təbrizi gecələr yuxusunda görüb, amma yuxuları heç zaman çin olmayıb. Güney dağlarından bir udum hava, meşələrindən bir tək yarpaq diləyib, vətənin suyundan bir ovuc içmək və Arazın o tayına qədəm basmaq həsrətini çəkib.

    Həyat gözlərimdə sönmədən qabaq,

    Sizdən bir diləyim olacaq ancaq.

    Tufana, küləyə döndərin məni,

    Göndərin vətənə, göndərin məni.

    Hökumə Billurinin şeirlərinin böyük bir hissəsi milli faciənin doğurduğu yaşantılar olub. Şəxsi ağrılarından doğulan şeirləri oxucu qəlbini riqqətə gətirir, kədərləndirir və gözlərini yaşardır. Təsadüfi deyil ki, onun əsərlərində Təbriz, Araz, Vətən, ayrılıq ən çox təkrarlanan sözlərdir. Şairənin ən təsirli və yadda qalan əsərlərindən biri məhz “Təbriz” şeiridir:

    Həsrətin yandırar, pörşüdər məni,

    Zərif çiçək kimi üşüdər məni,

    Səsləsəm Savalan eşidər məni,

    Qızınnam oduna, közünə Təbriz!

    Çox haqsızlıqların, faciəvi hadisələrin iştirakçısı olmasına baxmayaraq yaradıcılığında sabaha ölməyən bir ümid, inam hissi aparıcı xətt kimi keçir. “İnanıram o parlaq günə” deyən şairə Vətənin bütövləşəcəyinə və xalqının öz azadlığına qovuşacağına böyük bir inam bəsləyib. Azərbaycan onun şeirlərində bütövdür, tamdır və bölünməzdir. Vahid və azad Azərbaycan ideyası onun həyatının məzmununu və yaşamının qayəsini təşkil edib.

    Kəşməkəşli həyat yolu keçən şairə 2000-ci il noyabrın 22-də Bakıda vəfat edib.

    Mənbə: https://azertag.az

  • Mədəniyyət Nazirliyi ilə AYB arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edilib

    Mədəniyyət nazirinin birinci müavini, nazir vəzifəsini icra edən Adil Kərimli Azərbaycan Yazıçılar Birliyində (AYB) qurumun rəhbərliyi ilə görüşüb.

    Nazirlikdən AZƏRTAC-a bildirilib ki, Adil Kərimli mədəniyyətimizin dayanıqlı inkişafı məqsədilə aparılan islahatlardan danışıb, görüşün əsas məqsədinin qurumun rəhbərliyi ilə fikir mübadiləsi aparmaq, sahələr üzrə onların təkliflərini dinləmək olduğunu bildirib.

    Görüşdə Mədəniyyət Nazirliyi ilə AYB arasında əməkdaşlığın genişləndirilməsi, peşəkar kadr hazırlığı, kitab və kitabxana sahəsindəki çətinliklərin aradan qaldırılması və digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.

    Mənbə: https://azertag.az

  • Milli Muğam Müsabiqəsi başlayır

    Heydər Əliyev Fondunun təşəbbüsü ilə növbəti Milli Muğam Müsabiqəsi başlayır.

    AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Elm və Təhsil Nazirliyinin, Azərbaycan Milli Konservatoriyasının dəstəyi ilə keçirilən müsabiqə 2023-cü il aprelin 24-dən 27-dək davam edəcək.

    Milli Muğam Müsabiqəsinə qeydiyyat aprelin 10-dək aparılacaq. Musiqi yarışmasında yaşı 18-dən 35-dək olan xanəndə və instrumental ifaçılar iştirak edə bilər. Qeydiyyat zamanı hər iştirakçı muğam ənənəsinin zənginliyi və rəngarəngliyini əks etdirən solo və müşayiətlə canlı ifa edəcəyi proqram barədə məlumat təqdim etməlidir. İştirak ərizələri elektron formatda office@spaceofmugam.az ünvanına göndərilməlidir. Ərizədə iştirakçının adı, soyadı, doğum tarixi, əlaqə nömrələri, elektron poçt ünvanı, yaradıcılığı və ifa edəcəyi proqram barədə məlumat, müşayiət edən heyət üzvlərinin adları qeyd olunmalıdır. Ətraflı məlumat üçün vatsap nömrələri: (070) 233 73 78, (070) 663 80 80.

    Müsabiqə ilkin seçim və iki əsas turdan ibarət olacaq. Yarışmaya vəsiqə qazanan iştirakçılar aprelin 20-də elan ediləcək. Yarışmanın 1-ci turu aprelin 24-25-i, 2-ci turu isə aprelin 26-27-si keçiriləcək.

    Aprelin 27-də xanəndə və instrumental ifa kateqoriyaları üzrə qaliblər seçiləcək. Xanəndə və instrumental kateqoriyalarında 1, 2 və 3-cü yerin hər bir qalibi müvafiq olaraq 7 000, 5 000 və 3 000 AZN mükafat qazanacaq.

    Milli Muğam Müsabiqəsinin qalibləri ölkəmizi “Muğam aləmi” 6-cı Beynəlxalq Muğam Festivalında təmsil edəcək.

    Son illər Azərbaycanda muğamın qorunması və inkişafı istiqamətində fundamental işlər görülüb. Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın milli mədəniyyətimizə, muğam sənətinə göstərdiyi dəstəyin və bu istiqamətdə aparılan işlərin nəticəsidir ki, Azərbaycan muğamları 2008-ci ildə UNESCO-nun Bəşəriyyətin Qeyri-maddi İrsi üzrə Reprezentativ Siyahısına daxil edilib.

    Xatırladaq ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə 2009-cu ildən milli muğam müsabiqələri və beynəlxalq muğam festivalları təşkil olunur. Bu layihələr milli sərvətimiz olan muğamı dünya mədəniyyəti kontekstində bir daha nümayiş etdirmək və yaşatmaq məqsədi daşıyır.

    Mənbə: https://azertag.az

  • Tofiq Kazımovun 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

    Tofiq Kazımovun 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

    2023-cü ildə Azərbaycanın görkəmli teatr rejissoru, dövlət mükafatları laureatı, tanınmış pedaqoq, Xalq artisti Tofiq Səməd Mənsur oğlu Kazımovun anadan olmasının 100 ili tamam olur.

    Orijinal yaradıcılıq dəst-xəttinə malik fitri istedadlı rejissor kimi Tofiq Kazımov Azərbaycan teatrının repertuarını yüksək bədii-estetik meyarlı səhnə əsərləri ilə daha da zənginləşdirmişdir. Sənətkar özünün teatr məktəbini qurmağa müvəffəq olmuş və həmin məktəb ölkə teatrını irəli apararaq ona yeni nailiyyətlər qazandırmışdır. Tofiq Kazımov milli və dünya dramaturji irsinin diqqətəlayiq nümunələrinə müasirlik kontekstində verdiyi mükəmməl quruluşlarla mədəniyyət salnaməmizə parlaq səhifələr yazmışdır. Onun hazırladığı və ictimai-mənəvi proseslərin axarında zamanın ritmini və insanların təfəkkür tərzini dolğun təcəssüm etdirən novator tamaşalar ideya-bədii bütövlüyü ilə seçilərək teatr ictimaiyyəti tərəfindən həmişə böyük maraqla qarşılanmış, respublikanın mədəni həyatında hadisəyə çevrilmişdir. Sənət xəzinəmizin qızıl fondunda layiqli yer tutan bu səhnə əsərləri bir çox məşhur aktyorların formalaşmasında əhəmiyyətli rol oynamışdır.

    Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan teatrının inkişafı və təbliği işinə dəyərli töhfələr vermiş görkəmli rejissor Tofiq Kazımovun anadan olmasının 100-cü ildönümünün qeyd olunmasını təmin etmək məqsədilə qərara alıram:

    1. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Xalq artisti Tofiq Kazımovun 100 illik yubileyi ilə bağlı tədbirlər planı hazırlayıb həyata keçirsin.

    2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

    İlham Əliyev

    Azərbaycan Respublikasının Prezidenti

    Bakı şəhəri, 3 mart 2023-cü il

    Mənbə: https://president.az/

  • Heydər Əliyev Mərkəzinin səhnəsində “Qarabağnamə” tamaşası oynanılacaq

    Aprelin 19-da Heydər Əliyev Mərkəzində yazıçı-dramaturq İlyas Əfəndiyevin “Hökmdar və qızı” pyesi əsasında hazırlanmış “Qarabağnamə” tamaşası nümayiş olunacaq.

    AZƏRTAC xəbər verir ki, tamaşa Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş “Heydər Əliyev və milli teatr sənəti” layihəsi çərçivəsində təqdim edilir.

    Quruluşçu rejissoru Xalq artisti Mərahim Fərzəlibəyovun olduğu tamaşada, ümumilikdə 21 aktyor iştirak edir. Səhnə əsərində XVIII əsrdə Qarabağ xanlığının mərkəzi olan Şuşada baş vermiş tarixi hadisələrdən və Qarabağ hökmdarı İbrahim xanın ictimai-siyasi, ailə həyatından bəhs olunur. “Qarabağnamə”nin İbrahim xanı Xalq artisti Kazım Abdullayev, Ağabəyim ağası isə Əməkdar artisti Məsmə Aslanqızıdır. Həmin gün Heydər Əliyev Mərkəzinin səhnəsinə Xalq artistləri Əli Nur, Firəngiz Mütəllimova, Hacı İsmayılov, Rafiq Əzimov, Ramiz Məlik, Əməkdar artistlər Elnar Qarayev, Elxan Quliyev, Elşən Cəbrayılov, Əminə Babayeva, Kazım Həsənquliyev və digərləri də çıxacaqlar.

    Tamaşa Heydər Əliyev Mərkəzinin və Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının təqdimatında göstəriləcək. 2 hissədən ibarət olan tamaşanın quruluşçu rəssamı Əməkdar rəssam İsmayıl Məmmədovdur.

    Qeyd edək ki, İlyas Əfəndiyevin “Hökmdar və qızı” əsəri əsasında tamaşa ilk dəfə 1996-cı ildə nümayiş olunub. Tamaşa böyük müvəffəqiyyət qazanıb və 1997-ci il sentyabrın 20-də Ümummilli Lider Heydər Əliyev Milli Dram Teatrının səhnəsində tamaşanı maraqla izləyib. Tamaşaya baxdıqdan sonra yaradıcı heyətlə görüşdə Heydər Əliyev əsəri yüksək qiymətləndirib, onun təbliğinin vacibliyini bildirib. Həm tariximizin, həm də xalqımızda, xüsusən də gənclərdə vətənpərvərlik, müstəqillik hisslərinin təbliği baxımından əhəmiyyətini qeyd edib. Ümummilli Lider elə həmin görüşdə bu pyes əsasında bədii filmin çəkilməsinin də vacibliyini qeyd edib. Əsərin motivləri əsasında çəkilmiş “Hökmdarın taleyi” adlı ikiseriyalı film 2008-ci ildə Ümummilli Lider Heydər Əliyevin 85 illik yubileyi çərçivəsində təqdim olunub.

    İlyas Əfəndiyevin “Hökmdar və qızı” pyesi əsasında hazırlanmış “Qarabağnamə” tamaşası isə ilk dəfə 2011-ci il martın 10-da nümayiş etdirilib və bu adla 79 dəfə təqdim olunub. “Qarabağnamə”nin Heydər Əliyev Mərkəzində 80-ci nümayişini izləmək üçün biletləri Mərkəzin kassası və iTicket.az saytı və satış məntəqələrindən əldə etmək olar.

    Mənbə: https://azertag.az

  • Sevilən romanlar müəllifi – Mövlud Süleymanlı” adlı metodik vəsait təqdim edilib

    F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Elmi-metodika şöbəsi tərəfindən azərbaycanlı nasir, dramaturq, ssenarist, Xalq yazıçısı Mövlud Süleymanlının 80 illik yubileyi münasibətilə hazırlanan “Sevilən romanlar müəllifi – Mövlud Süleymanlı” adlı metodik vəsait virtual rejimdə istifadəçilərə təqdim edilib.

    Kitabxanadan AZƏRTAC-a bildirilib ki, metodik vəsait iki hissədən ibarətdir. Vəsaitin I hissəsində “Ədəbiyyatımızın öndər yazıçılarından biri” adlanan bölmədə Mövlud Süleymanlının ədəbiyyatımıza olan misilsiz xidmətlərindən, onun yaradıcı həyatından bəhs edilib. Vəsaitin II hissəsində isə unikal düşüncə sahibi, qələm-söz ustası Mövlud Süleymanlının yaradıcılığını oxuculara daha yaxından tanıtmaq məqsədilə kitabxanalarda, orta və ali təhsil müəssisələrində keçirilə biləcək tədbirlərin planı təqdim olunub. Vəsaitin sonunda Respublika Uşaq Kitabxanasının fondu əsasında hazırlanmış ədəbiyyat siyahısı təqdim edilir.

    Metodik vəsait kitabxananın rəsmi saytında yerləşdirilib.

    Mənbə: https://azertag.az

  • Bakıda “Harmoniya” adlı qrup sərgisi açılacaq

    Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı və Bakıdakı Rus evinin dəstəyi ilə martın 6-da “Harmoniya” adlı qrup sərgisi açılacaq.

    AZƏRTAC xəbər verir ki, Bakıdakı Rus evinin sərgi salonunda açılacaq sərgi 8 Mart – Beynəlxalq Qadınlar Gününə həsr olunacaq.

    Statusundan və yaşından asılı olmayaraq qadın gözəlliyi, incəlik, mənəvi müdriklik və qadına diqqət hər zaman təsviri sənət ustalarının yaradıcılığında tərənnüm edilib.

    “Harmoniya” adlı qrup sərgisi qadın təbiətini, kainatın ülvi gözəlliyini əsərlərində tərənnüm edən rəssamların yaradıcılığına diqqət çəkmək məqsədilə keçiriləcək.

    Sərginin ekspozisiyasında 30-a yaxın müəllifin müxtəlif üslub və texnikalarda ərsəyə gətirdiyi 40-a yaxın rəngkarlıq, heykəltaraşlıq və bədii fotoqrafiya nümunələri, o cümlədən Azərbaycan Dövlət Rəsm Qalereyasının fondundan seçilmiş əsərlər nümayiş olunacaq.

    Mənbə: https://azertag.az

  • Ümumdünya Yazıçı Günü

    Bu gün Ümumdünya Yazıçı Günüdür.

    AZƏRTAC xəbər verir ki, maraqlı tarixi olan bu bayram 1921-ci ildən PEN klub tərəfindən (bu ad ingiliscə üç sözün poets (şair), essayists (oçerkçi) və novelists (novella, roman müəllifi) – ilk hərflərindən yaranan qısaltmadır) qeyd olunmağa başlayıb.

    PEN klubun ilk beynəlxalq konqresi isə 1923-cü ildə Londonda keçirilib. 1986-cı il yanvarın 12-dən 18-dək PEN klubun sayca 48-ci beynəlxalq konqresi baş tutub. Məhz həmin tədbirin iştirakçıları mart ayının 3-nü “Yazıçı”nın “Ümumdünya Sülh Günü” elan edilməsi barədə qərar qəbul ediblər. Həmin vaxtadək artıq dünyanın yüzdən çox ölkəsində PEN mərkəzləri fəaliyyət göstərirdi. Bir sıra ölkələrdə bu bayram sadəcə “Yazıçı Günü” adlanır və bir növ daha çox fərqlənmiş ədibləri təbrik etmək və mükafatlandırmaq üçün münasib gün kimi qeyd olunur. Bayramı keçirməkdə məqsəd “Dördüncü hakimiyyət”in – demokratik mətbuatın mənfi aspektlərinə qarşı çıxmağa, yalan yazılara, məqsədli təhriflərə, faktların bilərəkdən saxtalaşdırılmasına, yaxud siyasi, qrup və şəxsi maraqlar naminə gerçəyin vicdansızcasına yozulmasına yol verməməyə çağıran peşə bayramıdır.

    Qeyd edək ki, eyniadlı təşkilat – PEN klub bizim ölkəmizdə də yaradılıb. Üzvləri də kifayət qədər tanınmış adamlardır. Bütün dünyada fəaliyyət göstərən PEN klubun məqsəd və vəzifələri bizdə də hədəf götürülüb. Ölkəmizdə PEN klubun digər məqsədi Azərbaycan yazıçılarını dünya ölkələrində tanıtmaqdır. Bu da təbii ki, tərcümə vasitəsilə mümkündür. Klubun üzvləri ən istedadlı, görkəmli və fəal yazıçılardır.

    Mənbə: https://azertag.az

  • M.F.Hüseynovun Azərbaycan Respublikasının mədəniyyət nazirinin müavini təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

    M.F.Hüseynovun Azərbaycan Respublikasının mədəniyyət nazirinin müavini təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

    Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

    1. Murad Fərid oğlu Hüseynov Azərbaycan Respublikasının mədəniyyət nazirinin müavini təyin edilsin.

    2. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

    İlham Əliyev
    Azərbaycan Respublikasının Prezidenti
    Bakı şəhəri, 1 mart 2023-cü il

    Mənbə: https://president.az/

  • S.X.Hacıyevanın Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

    S.X.Hacıyevanın Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

    Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

    1. Səbinə Xalid qızı Hacıyeva Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi təyin edilsin.

    2. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

    İlham Əliyev
    Azərbaycan Respublikasının Prezidenti
    Bakı şəhəri, 1 mart 2023-cü il

    Mənbə: https://president.az/

  • A.M.Cəfərlinin Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

    A.M.Cəfərlinin Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

    Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

    1. Azad Məhyəddin oğlu Cəfərli Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi vəzifəsindən azad edilsin.

    2. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

    İlham Əliyev
    Azərbaycan Respublikasının Prezidenti
    Bakı şəhəri, 1 mart 2023-cü il

    Mənbə: https://president.az/