Post Views: 216 Azərbaycanın Əməkdar rəssamı Mehriban Əfəndi dünya üzrə seçilmiş 17 məşhur sürrealist rəssam içində “Yaz təranələri” əsəri ilə ölkəmizi ABŞ-da təmsil edir. AZƏRTAC xəbər verir ki, Vaşinqtondakı “Shotgun Studio” incəsənət qalereyasında açılan sərginin üç ay davam etməsi gözlənilir. Sərginin baş kuratoru Amerika sürrealist rəssamı Roch Fautch və Portuqaliyanın məşhur sürrealist rəssamı Santiago Ribeirondur. Onların …
ABC Academy-nin Metodika üzrə peşəkar təlimçisi Yazgül HACIYEVA
Post Views: 165 Yazgül Hacıyeva ABC-nin Metodika üzrə təlimçi müəllimidir. Yazgül müəllim pedaqoji fəaliyyətinə 2007-ci ildən etibarən başlayıb və 17 illik təcrbüəsi var. Yazgül müəllim fərqli zamanlarda fərqli layihələrdə təlimçi qismində iştirak edib və fərqli müəssisəllərdə çalışıb: 2009-cu il “Müəllimlərin Peşəkarlıq səviyyəsinin təkmilləşdirilməsi”; 2009-cu il “Milli Təhsil Məlumat Bazası”; 2010-cu il “İntel Gələcək üçün Təhsil”; …
ABC Academy-nin Metodika üzrə peşəkar təlimçisi Zəvatə ORUCƏLİYEVA
Post Views: 137 Zəvatə Orucəliyeva ABC-nin Metodika üzrə təlimçi müəllimidir. Zəvatə müəllim 2004-cü ildən pedaqoji fəaliyyətə başlayıb və 20 illik təcrübəsi var. Zəvatə müəllim fərqli zamanlarda fərqli layihələrdə təlimçi qismində iştirak edib və fərqli müəssisəllərdə çalışıb: 2004-2012-ci illərdə 227 nömrəli tam orta məktəbdə müəllim; 2012-2015-ci illərdə 328 nömrəli tam orta məktəbdə müəllim; 2015-2018-ci illər Azərbaycan …
ABC Academy-nin İngilis dili üzrə peşəkar təlimçisi Günay ALLAHVERDİ
Post Views: 208 Günay Allahverdi ABC-nin İngilis dili üzrə təlimçi müəllimidir. Günay müəllimin pedaqoji fəaliyyəti ilə yaxından tanış olaq: 2018-ci ildən etibarən magistratura.az kursunda müəllim; 2020-2022-ci illərdə 301 saylı orta məktəbdə müəllim; 2021-2022-ci illərdə Kvant Academy təhsil mərkəzində müəllim; 2021-2023-cü illərdə Təhsildə Araşdırma və İnkişaf Mərkəzində müəllim; 2023-cü ildən Fizika Riyaziyyat və İnformatika təmayüllü liseydə …
ABC Academy-nin Kimya üzrə peşəkar təlimçisi Vəfa RƏHİMOVA
Post Views: 171 Vəfa Rəhimova ABC-nin Kimya üzrə təlimçi müəllimidir. Vəfa müəllim pedaqoji fəaliyyətə 1994-cü ildən başlayıb və 30 illik təcrübəsi var. Vəfa müəllim fərqli zamanlarda fərqli layihələrdə təlimçi qismində iştirak edib və fərqli müəssisəllərdə çalışıb: 1994-cü ildə 13 nömrəli orta məktəbdə kimya-biologiya müəllimi; 1995-ci ildə Araz kurslarında kimya-biologiya müəllimi; 2000-ci ildə TQDK-nın (indiki DİM) …
ABC Academy-nin həmtəsisçisi, Biologiya üzrə peşəkar təlimçi Camal KƏRİMOV
Post Views: 387 Camal Kərimov ABC-nin həmtəsisçisi və Biologiya üzrə təlimçi müəllimidir. Camal müəllim bakalavr təhsilini Azərbaycanda, magistr təhsilini Türkiyədə alıb. Pedaqoji fəaliyyətinə 2005-ci ildən başlayıb və 20 ilə yaxın təcrübəsi var. Bu 20 il ərzində Camal müəllimin saysız hesabsız uğurları var: 2022-ci ildə Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Tərəqqi” medalına layiq görülüb; 3-ü dövlət olmaqla …
ABC Academy-nin həmtəsisçisi, Tarix üzrə peşəkar təlimçi Bəhruz CAVADOV
Post Views: 311 Bəhruz Cavadov ABC-nin həmtəsisçisi və Tarix üzrə təlimçi müəllimidir. Bəhruz müəllimi daha yaxından tanıyaq: 2007-2014-cü illərdə Araz kurslarında tarix müəllimi və test bank həmmüəllifi; 2014-2016-cı illərdə Dərs Evində şöbə müdiri, tarix müəllimi; 2016-2020-ci illərdə Kaspi Təhsil Şirkəti tarix müəllimi və tarix kabinetinin rəhbəri; 2016-2022-ci illərdə Xəzər Universiteti Dünya məktəbində tarix müəllimi; 2018-2020-ci illərdə Türkiyə Dəyanət Vəqfi …
ABC Academy-nin həmtəsisçisi, filologiya üzrə peşəkar təlimçi Aqil ƏLİYEV
Post Views: 222 Aqil Əliyev ABC-nin həmtəsisçisi və Azərbaycan dili və Ədəbiyyat, İbtidai sinif Azərbaycan dili üzrə təlimçi müəllimidir. Aqil müəllim pedaqoji fəaliyyətində 2010-cu ildən başlayıb və 15 ilə yaxın təcrübəsi var. Bir çox yerli və beynəlxalq layihələrdə və təlimlərdə iştirak edib. Aqil müəllimin pedaqoji fəaliyyəti: 2010-2011-ci illərdə Yüksələn Etüd Mərkəzində müəllim 2012-2015-ci illərdə Hədəf …
Azərbaycan Aşıqlar Birliyində “Çağdaş Qərbi Azərbaycan aşıqlarının musiqi repertuarı” adlı layihə çərçivəsində hazırlanmış audiodiskin təqdimatı olacaq
Post Views: 184 2024-cü il sentyabrın 5-də saat 12-də Azərbaycan Aşıqlar Birliyində Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Çağdaş Qərbi Azərbaycan aşıqlarının musiqi repertuarı” adlı layihə çərçivəsində hazırlanmış audiodiskin təqdimatı olacaq. Tədbirdə folklorşünas alimlər, ustad və gənc aşıqlar çıxış edəcəklər. İştirakçılara audiodisklər təqdim olunacaq. Arzu edənlər iştirak edə bilərlər.
Azərbaycandan Dubaya turist axını xeyli artıb
Post Views: 177 Ötən ilin yayında Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında viza rejiminin ləğv edilməsi iki ölkə arasında turizmin inkişafına faydalı təsir göstərib. Xüsusilə, təkcə 2023-cü ildə Azərbaycandan Dubaya turist axını 2022-ci il ilə müqayisədə 69 faiz artıb. Bu barədə Dubay İqtisadiyyat və Turizm Departamentinin Bakıda təşkil etdiyi tədbirdə deyilib. Dubayın İqtisadiyyat və Turizm …
Nəsimi yaradıcılığı Almaniya ədəbiyyat portalında
Post Views: 109 Almaniyanın populyar “Reimemaschine” ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində dahi Azərbaycan şairi İmadəddin Nəsiminin alman dilinə tərcümə edilmiş “Ey həq əhli, yəqin imiş bu xəbər” şeirinin yayımına başlayıb. Tərcümə Mərkəzindən AZƏRTAC-a bildirilib ki, şairin yaradıcılığı haqqında məlumatla təqdim olunan şeirin alman dilinə tərcümə müəllifi tanınmış alman tərcüməçisi …
“Bakıdan Gəncəyə” layihəsində konsert təşkil olunacaq
Post Views: 97 Sentyabrın 24-də Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında “Bakıdan Gəncəyə” layihəsi çərçivəsində Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının birgə təşkilatçılığı ilə klassik musiqi gecəsi keçiriləcək. Bu barədə AZƏRTAC-a filarmoniyadan məlumat verilib. Konsert proqramında Xalq artisti Sevinc İbrahimova, Gəncə Dövlət Filarmoniyasının solistləri Rüstəm Cəfərov, Vasif Bayramov, Elmir Pişnamazzadə, Azərbaycan Dövlət Akademik Opera və …
Bu gün Xalq artisti Oqtay Zülfüqarovun anım günüdür
Post Views: 124 Görkəmli bəstəkar Oqtay Zülfüqarov ömrünün 60 ilindən çoxunu uşaq mahnılarının yazılmasına, Azərbaycan mədəniyyətinin inkişafına həsr edib. Uşaqlara daim böyük sevgi və həssaslıqla yanaşan Oqtay müəllim onlar üçün şən, gözəl mahnı nümunələri yaradıb və neçə-neçə nəsil bu mahnılarla böyüyüb. AZƏRTAC xəbər verir ki, bu gün görkəmli sənətkar, Xalq artisti Oqtay Zülfüqarovun vəfatından 8 il …
“Qaqauz rəngləri – 2024” beynəlxalq rəssamlar görüşü başa çatıb
Post Views: 107 Bu il Moldova Respublikasının Qaqauz Yeri muxtar bölgəsinin yaradılmasının 30-cu ildönümü qeyd edilir. Bu münasibətlə “Qaqauz rəngləri – 2024” beynəlxalq rəssamlar görüşü keçirilib. “TÜRKSOY-un rəssamlar görüşü” ənənəvi layihəsinə Qaqauz Yerinin mərkəzi Komrat şəhəri ev sahibliyi edib. AZƏRTAC xəbər verir ki, Qaqauz Yeri Baş Mədəniyyət İdarəsinin təşkilatçılığı və TÜRKSOY-un dəstəyi ilə gerçəkləşən tədbirin məqsədi …
Azərbaycanın “Simurq” muğam ansamblı Özbəkistanda Qran-Pri mükafatına layiq görülüb
Post Views: 103 Azərbaycanın “Simurq” muğam ansamblı avqustun 26-dan 30-dək Özbəkistanın Səmərqənd şəhərində keçirilən XIII “Şərq təranələri” Beynəlxalq Musiqi Festivalının Qran-Pri mükafatına layiq görülüb. Bu barədə AZƏRTAC-a Mədəniyyət Nazirliyindən bildirilib. Özbəkistan Respublikası Mədəniyyət Nazirliyi, UNESCO, ICESCO və TÜRKSOY-un tərəfdaşlığı ilə gerçəkləşən builki festivala 80-ə yaxın ölkədən 300-dən çox nümayəndə qatılıb. Tanınmış xanəndə Mirələm Mirələmov və instrumental …
Səxavət Məmmədovun xatirəsinə həsr olunan konsert təşkil olunacaq
Post Views: 105 Oktyabrın 24-də Heydər Əliyev Sarayında unudulmaz xanəndə Səxavət Məmmədovun xatirəsinə həsr olunmuş muğam konserti keçiriləcək. AZƏRTAC xəbər verir ki, xatirə gecəsində Qarabağ muğam məktəbinin ən parlaq nümayəndələri səhnədən Səxavət Məmmədovla virtual duetlərini təqdim edəcəklər. Tamaşaçılar həmçinin mərhum sənətkarın ifa etdiyi mahnıları muğam ifaçılarının təqdimatında dinləyəcəklər. Konsertdə Xalq artistləri Mələkxanım Əyyubova, Mənsum İbrahimov, Gülyanaq …
Bu gün görkəmli tarzən Qurban Pirimovun anım günüdür
Post Views: 106 Bu gün Xalq artisti, əfsanəvi tarzən Qurban Primovun anım günüdür. AZƏRTAC xəbər verir ki, bu gün tanınmış tarzən Qurban Pirimovun vəfatından 59 il ötür. Azərbaycan musiqisi tarixində özünəməxsus yeri olan Qurban Pirimov 1880-ci ilin oktyabr ayında Ağdamın Abdal Gülablı kəndində anadan olub. O, məşhur aşıq Valehin nəticəsidir. Q.Pirimov on beş yaşında ikən müəllimi, …
Bu gün görkəmli yazıçı Əlibala Hacızadənin anadan olmasının 89-cu ili tamam olur
Post Views: 119 Kitabları hər zaman böyük tirajla çap edilən görkəmli yazıçı Əlibala Hacızadənin doğum günüdür. AZƏRTAC xəbər verir ki, ötən əsrin 60-cı illərində, durğunluq adlandırdığımız dövrdə artıq SSRİ Yazıçılar İttifaqının üzvü olan gənc yazıçı oxucular tərəfindən böyük maraqla qarşılanan bir sıra hekayə, povest və romanların müəllifi olub. Bunlar “Heykəl gülür”, “Məhəbbət olmayan evdə”, “Unutmaq olmur”… …
Azərbaycanlı rejissorun filmi Cənubi Koreyada mükafat qazanıb
Post Views: 164 Rejissor Orxan Ağazadənin “Kinomexanikin qayıdışı” filmi Cənubi Koreyada keçirilən sənədli film festivalı – “EBS International Documentary Festival”da Qran-Pri qazanıb. AZƏRTAC xəbər verir ki, bu barədə rejissor özü məlumat verib. 2024-cü ilin istehsalı olan tammetrajlı sənədli film (xronometrajı 87 dəqiqə) Azərbaycan və talış dillərində çəkilib. Ssenari müəllifi Orxan Ağazadə, operatoru Daniel Quliyev, montajçısı Nicole …
“Çağdaş Qərbi Azərbaycan aşıqlarının musiqi repertuarı” adlı layihə üzərində işlər yekunlaşmaq üzrədir
Post Views: 123 Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2024-cü il üçün kiçik qrant müsabiqəsinin qaliblərindən olan Azərbaycan Aşıqlar Birliyində (AAB) “Çağdaş Qərbi Azərbaycan aşıqlarının musiqi repertuarı” adlı layihə üzərində işlər yekunlaşmaq üzrədir. Bu barədə AZƏRTAC-a məlumat verən AAB sədrinin müavini, filologiya üzrə fəlsəfə doktoru Altay Məmmədli bildirib ki, birliyinin katibi, Əməkdar mədəniyyət işçisi Musa …
Nemət Tahiri doğum günü münasibətilə təbrik edirik! (27 Avqust 1987-ci il)
Post Views: 116 Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Rəhbərliyi Sizi, yeni nəsil Azərbaycan gəncliyinin istedadlı nümayəndəsini, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Qarabağ bürosunun rəhbərini doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə uzun …
Mehriban Əliyeva – Azərbaycan humanizminin simvolu
Post Views: 203 Bu gün doğum gününü qeyd edən Mehriban xanımın ömür yolu Vətənə və xalqa xidmət nümunəsidir Vətən və xalq naminə fədakarlıq, müasir Azərbaycanın inkişafında, sosial məsələlərin həllində fəallıq, milli-mənəvi dəyərlərə sadiqlik, sərhəd tanımayan xeyirxahlıq, mərhəmət və şəfqət Azərbaycanın birinci xanımı, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın həyat fəlsəfəsinin əsas qayəsini təşkil …
Ölkəmizə gələn turistlərin sayında yüksək artım var
Post Views: 100 Bu ilin birinci yarısında qoruqları 305 min 376 nəfər ziyarət edib. Ötən ilin eyni dövrü ilə müqayisədə bu, 201 min 138 nəfər və yaxud 52 faiz artım deməkdir. Qoruqlara gedənlərin 218 min 967 nəfəri xarici ziyarətçidir. Bu da ötənilki göstəricilərlə müqayisədə 78 faiz çoxdur. Bu barədə AZƏRTAC-a Dövlət Turizm Agentliyindən məlumat verilib. Agentlikdən …
Türk Mədəniyyəti və İrsi Fondunun 12 yaşı tamam oldu
Post Views: 108 Türk Mədəniyyəti və İrsi Fondunun 12 yaşı tamam oldu. Türk dünyagörüşünə görə, 12 illik “muşol jas” dövrü yenilənmə simvolu deməkdir. AZƏRTAC xəbər verir ki, Fond fəaliyyət göstərdiyi 12 il ərzində Türk Dövlətləri Təşkilatı, TÜRKSOY, Türk Akademiyası, TÜRKPA, Türk İnvestisiya Fondu kimi təşkilatlar ilə əməkdaşlıq edərək əhəmiyyətli uğurlar qazanıb, türk xalqlarının zəngin mədəniyyəti və …
Azərbaycanın ilk peşəkar qadın rəssamı Vəcihə Səmədovaya həsr olunmuş poçt markası hazırlanıb
Post Views: 107 Ümumdünya Poçt İttifaqı Azərbaycanın ilk peşəkar qadın rəssamı Vəcihə Səmədovaya həsr olunan poçt bloku ilə bağlı paylaşım edib. “Azərpoçt” tərəfindən hazırlanmış poçt markası Vəcihə Səmədovanın 100 iliyinə həsr edilib. Paylaşım İttifaqın “She Stamps” layihəsi çərçivəsində həyata keçirilib. “Azərpoçt”dan AZƏRTAC-a bildirilib ki, blokun üzərində rəssamın portreti və rəsm əsərləri təsvir olunub. Azərbaycanın Əməkdar incəsənət …
Şəfa VƏLİ.”Bir Roman”
Post Views: 197 “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Prezident təqaüdçüsü, “İlin gənci” müfakatçısı, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru Heç düşündünüzmü indiyədək, “ədəbiyyat nəyə lazımdır?” deyə? Hə, nəyimizə lazımdır? Yaşadıqlarımız bizə bəs etmirmi ki, bir də onun bədii əksi girib həyatımıza? “Kitabsevər” sözü elə-belə yaranmayıb, …
Zəhra HƏŞİMOVA.”VİLL KIMLIKANIN “MULTİKULTURAL VƏTƏNDAŞLIQ” ƏSƏRİ”
Post Views: 125 Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Sumqayıt Bürosunun Rəhbəri Getdikcə qloballaşan dünyada multikulturalizm anlayışı siyasi və sosial diskursun mərkəzinə çevrilmiş, müxtəlifliyin və qloballaşmanın müəyyən etdiyi bir dövrdə multikulturalizm anlayışı bütün dünya cəmiyyətlərində əsas prinsip kimi meydana çıxmışdır. Bu sahədə ən nüfuzlu müasir filosoflardan biri multikultural vətəndaşlıq mövzusundakı işi liberal demokratiyalar daxilində azlıq qruplarının …
Zəhra HƏŞİMOVA.”FOLKLOR VƏ FƏLSƏFƏ”
Post Views: 124 Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Sumqayıt Bürosunun Rəhbəri Fəlsəfə və folklor, çox vaxt fərqli səltənətlər kimi zəngin və dərin şəkildə bir-birinə qarışır. Hər iki sahə insan varlığına, etikasına və reallığın təbiətinə dair fikirlər təklif edir, baxmayaraq ki, onların metodları və ifadələri əhəmiyyətli dərəcədə fərqlidir.Mif əfsanələri və ənənəvi hekayələri əhatə edən folklor, icmaların …
Almas İldırıma nəzirə – “Allahım, nə yaxşı şair doğuldum!!!”
Post Views: 173 Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Qarabağ Bürosunun Rəhbəri Nemət Tahir, “Ədəbiyyat və incəsənət” (Qarabağ bölməsi) Bəzən nəsr, bəzən publisistika, amma mütləq ki bəzən də şeir. Mühacir şairAlmaz İldırımın “Məlum bir zamanda, məhkum bir eldə. Allahım nə üçün şair doğuldum?”-şerinə cavab yazmışam bu şeiri…Ümid edirəm ki, bəyənərsiniz. “Xalq düşməni” deyib təqib etdilərNələr çəkmədi …
R.M.Məcidovun 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Post Views: 207 R.M.Məcidovun 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram: Azərbaycan Respublikasında media sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Rəşad Museyib oğlu Məcidov 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilsin. İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti …
Bu gün Xalq şairi Mirvarid Dilbazinin doğum günüdür
Post Views: 144 Mənbə: https://azertag.az/
Ədalət Rəsulova. “Süleyman Rəhimov xatirələrdə”
Post Views: 162 Süleyman Rəhimov Azərbaycan epopiyasının yaranması və inkişafında xüsusi mövqeyi olan qüdrətli söz ustalarındandır. Xalq şairi Səməd Vurğun yazıçını Azərbaycan nəsrinin yaddaşlarda qalan “uzaqgörən topu” hesab edərək demişdir: S.Rəhimov geniş müşahidə qabiliyyətinə, zəngin təcrübəyə, epik yazı manerasına malik olan böyük sənətkarın əsərlərində kənd həyatının təsviri əsas mövzulardan biri kimi geniş yer tutur. …
Xalq şairi Bəxtiyar Vahabzadənin doğum günüdür
Post Views: 133 Azərbaycanın Xalq şairi Bəxtiyar Vahabzadə bütün yaradıcılığı ilə mənsub olduğu millətin yaddaşına hopmuş sənətkarlardandır. AZƏRTAC xəbər verir ki, bu gün Bəxtiyar Vahabzadənin anadan olmasının 99-cu ildönümü tamam olub. Müasir Azərbaycan ədəbiyyatının ən parlaq simalarından olan Bəxtiyar Vahabzadə öz yaradıcılığı ilə bədii fikrimizin zənginləşməsində mühüm rol oynayıb. Böyük söz ustası xalqımızın yüz illər boyu …
Bu gün Xalq şairi Qabilin anadan olmasından 98 il ötür
Post Views: 121 Avqustun 12-si çağdaş Azərbaycan poeziyasının ən görkəmli nümayəndələrindən olan Xalq şairi Qabilin doğum günüdür. AZƏRTAC xəbər verir ki, bu gün Xalq şairinin anadan olmasının 98-ci ildönümü tamam olur. Qabil Allahverdi oğlu İmamverdiyev 1926-cı ildə Bakıda anadan olub. Orta məktəbi başa vurduqdan sonra 1944-1948-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (indiki Azərbaycan Dövlət Pedaqoji Universiteti) …
R.B.Hüseynovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Post Views: 196 R.B.Hüseynovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram: Azərbaycanda ədəbiyyatşünaslıq elminin inkişafında böyük xidmətlərinə və uzunmüddətli səmərəli ictimai-siyasi fəaliyyətinə görə …
Azərbaycan kino işçilərinin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Post Views: 250 Azərbaycan kino işçilərinin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü və 32‑ci bəndlərini rəhbər tutaraq qərara alıram: 1. Azərbaycan kinematoqrafiyasının inkişafında xidmətlərinə görə aşağıdakı şəxslər “Tərəqqi” medalı ilə təltif edilsinlər: Cilqamlı Rəmziyə Əkrəmovna Quliyeva Gülşən Rəsul qızı Məmmədov Rövşən İsax oğlu Nəcəfov Bayram Hidayət oğlu Yunusov …
Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbrik
Post Views: 146 Hörmətli həmvətənlər! Sizi Novruz bayramı münasibətilə ürəkdən təbrik edir, hamınıza baharəhval-ruhiyyəsi, cansağlığı və gələcək işlərinizdə nailiyyətlər arzulayıram. Öz mənşəyini tariximizin dərin qatlarından alan qədim Novruz bayramı ulu babalarımızın yüksək həyat eşqini, zəngin mənəviyyatını, geniş dünyagörüşünü və gələcəklə bağlı nikbin düşüncələrini dolğun təcəssüm etdirir. Onda cəmiyyətin təbiətlə vəhdətinin və insanlığa xas ali dəyərlərin …
21 Mart-Novruz bayramıdı!
Post Views: 410 Novruz bayramı (Tərcümə: Yeni Gün bayramı, Bahar bayramı; fars. نوروز (Novruz), özb. Navruz, türkm. Nowruz, qaz. Naurız, qırğ. Nooruz, türk. Nevruz, krımtat. Navrez.) – Qədim türk və fars mənşəli xalqlara məxsus bayram. Novruz bayramı Şimal yarımkürəsində astronomik yazın başlandığı, gecə-gündüzün bərabərliyi günündə (martın 20-si və ya 21-dən başlayıb 25-nə qədər) keçirilir. Bir sıra xalqlar yaz fəslinin gəlməsini təbiətin canlanması ilə bağlamış, bu münasibətlə şənliklər keçirmiş, onu yeni ilin başlanğıcı kimi bayram etmişlər. Qədim zamanlardan başlayaraq Azərbaycan, İran, Əfqanıstan, Tacikistan, Özbəkistanda və bir çox …
22 Mart-Xalq yazıçısı İsmayıl Şıxlının doğum günüdü
Post Views: 132 İsmayıl Qəhrəman oğlu Şıxlınski (İsmayıl Şıxlı) (22 mart 1919, İkinci Şıxlı, Gəncə quberniyası – 26 iyul 1995, Bakı) — azərbaycanlı nasir, ədəbiyyatşünas, publisist, yazıçı, pedaqoq, ssenarist, 1949-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan SSR xalq yazıçısı (1984), Azərbaycan SSR komsomolu mükafatı laureatı (1976), filologiya elmləri namizədi (1954), Azərbaycan Respublikası Ali Sovetinin deputatı (1986, 1990), Azərbaycan Yazıçılar İttifaqının sədri (1986–1987), Azərbaycan Yazıçılar Birliyinin Ağsaqqallar Şurasının sədri (1991), M.F.Axundov adına …
22 Mart-Xalq yazıçısı Mehdi Hüseynin doğum günüdü
Post Views: 133 Mehdi Əli oğlu Hüseynov (4 (17) aprel 1909, İkinci Şıxlı, Qazax qəzası – 10 mart 1965[1], Bakı[1]) — Azərbaycan yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin sədri (1958–1965), nasir, dramaturq, tənqidçi, 1943-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan SSR xalq yazıçısı (1964), “Stalin” mükafatı laureatı (1950), Azərbaycan Yazıçılar İttifaqı İdarə Heyətinin birinci katibi, SSRİ Yazıçılar İttifaqı İdarə Heyətinin katibi (1958–1965), 1941-cı ildən Sov.İKP üzvü. Mündəricat Həyatı[redaktə | mənbəni redaktə et] Mehdi Əli oğlu Hüseynov 22 mart 1909-cu …
21 Mart-Xalq şairi Səməd Vurğunun doğum günüdü
Post Views: 120 Səməd Vurğun (doğum adı) Səməd Yusif oğlu Vəkilov; 21 mart 1906, Yuxarı Salahlı, Qazax qəzası – 27 may 1956, Bakı) — Azərbaycan şairi, dramaturq, tərcüməçi, ədəbiyyatşünas, tənqidçi, Azərbaycanın ilk xalq şairi (1956), 2 dəfə “Stalin” mükafatı laureatı (1941, 1942) və 2 dəfə “Lenin” ordeni laureatı, Azərbaycan Yazıçılar İttifaqının sədri (1941–1948), Azərbaycan SSR Ali Sovetinin deputatı, Azərbaycanın Xarici Ölkələrlə Mədəni əlaqə Cəmiyyətinin sədri, Azərbaycan SSR EA-nın akademiki (1945) və vitse-prezidenti (1954–1956). Azərbaycan Elmlər …
Xəyalə SEVİLİ doğum günü münasibətilə təbrik edirik! (18 Mart)
Post Views: 122 Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Rəhbərliyi Sizi Yeni nəsil Azərbaycan gəncliyinin istedadlı nümayəndəsi, “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, Azərbaycan Respublikası Prezidenti təqaüd fondunun təqaüdçüsü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının GƏNCƏ Bürosunun Rəhbəri Xəyalə Sevili doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə, ədəbi-bədii …
Xəyalə SEVİL.”…Sonra gördüm, hər şey bəsit”
Post Views: 138 “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, Azərbaycan Respublikası Prezidenti təqaüd fondunun təqaüdçüsü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının GƏNCƏ Bürosunun Rəhbəri …Sonra gördüm, hər şey bəsit,Bu dünyada hər şey adi.Sonra gördüm, sevmək eləYaşamağa bəhanədi.Hər gün göyün üzünəPıçıldadım adını ki,Allah qəbul eyləsin.Həmişə yarım qalanım,Nə yoxumdun, nə bəsim.Bu içim, bu çölüm,- dedim,Ürəyinə yatırsa,Sev, …
Xəyalə SEVİL.”Məni də həvəsdən salırlar hərdən”
Post Views: 113 “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, Azərbaycan Respublikası Prezidenti təqaüd fondunun təqaüdçüsü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının GƏNCƏ Bürosunun Rəhbəri Məni də həvəsdən salırlar hərdən,Özümü yetərsiz hiss eləyirəm.Elə oxuyurlar, tələsik, üzdən,Bilmirlər heç nədən bəhs eləyirəm. Necəydi? Nə oldu? Bu arallıqdaNələrdən keçmişəm, nəyim qalıbdı?Hər şeyi dəyişə bilmişəm bəlkə,Dəyişməyən bir ürəyim qalıbdı. …
Xalq yazıçısı İsmayıl Şıxlıya həsr olunmuş “Onun ölməyən dünyası” adlı tədbir keçiriləcək
Post Views: 105 Hörmətli ədəbiyyatsevərlər! Bildiyiniz kimi, martın 22-də Azərbaycan nəsrinin görkəmli nümayəndəsi, Xalq yazıçısı İsmayıl Şıxlının 105 illik yubileyidir. Bu münasibətlə 18 mart 2024-cü il tarixində saat 14.00-da Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda Azərbaycan Ədəbiyyat Fondu olaraq Azərbaycan Yazıçılar Birliyinin, Milli Məclisin Mədəniyyət Komitəsinin və “Qazax” Xeyriyyə-İctimai Birliyinin dəstəyi ilə “Onun ölməyən dünyası” adlı …
Famil ŞİRALİYEV.”Olmadın”
Post Views: 140 Sevgidən danışdım, eşqdən danışdım,Bir dəfə dodağım, dilim olmadın,Batdı tikanların barmaqlarıma,Su verdim, böyüyüb gülüm olmadın… Bəli, günahkaram, sevmişdim səni,Qürurun sevgimdən böyükmüş yəni,Saldın vətənimdən didərgin məni,Nə obam, nə də ki elim olmadın… Bütün dərdlərinə şərik, tən oldum,Qar yağan dağına gələn çən oldum,Məhəbbət odunda yanan mən oldum,Sən mənim bir zərrəm, külüm olmadın… Bilirəm, gecələr sən …
Şair Səxavət Ənvəroğlunun “Xatirələr qocalmır” adlı yeni şeirlər kitabı işıq üzü görüb
Post Views: 140 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, şair Səxavət Ənvəroğlunun “Xatirələr qocalmır” adlı yeni şeirlər kitabı işıq üzü görüb. Kitabın redaktoru və ön sözün müəllifi Bakı Dövlət Universitetinin dosenti, şair-publisist, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin, Türkiyə elm və Ədəbiyyat Əsəri Sahibləri Məslək Birliyinin üzvü Anar Məmmədovdur. Kitab müəllifin oxucularıyla sayca yeddinci görüşüdür. Geniş …
“Avroviziya 2024” müsabiqəsində Azərbaycan hansı mahnı ilə təmsil olunacaq?
Post Views: 135 “Avroviziya 2024” beynəlxalq mahnı müsabiqəsində Azərbaycan təmsilçilərinin ifa edəcəyi mahnı martın 15-i Bakı vaxtı ilə saat 12:30-da Avroviziyanın rəsmi yutub kanalında və İctimai Televiziyanın canlı yayımında təqdim olunacaq. Bu barədə AZƏRTAC-a İctimai Televiziya və Radio Yayımları Şirkətinin mətbuat xidmətindən məlumat verilib. Öncə bildirildiyi kimi, mahnı müasir pop və ənənəvi etnik musiqi janrlarını özündə …
Avstriya Milli Kitabxanasında Novruz şənliyi keçirilib VİDEO
Post Views: 152 Avstriyada geniş oxucu kütləsinə malik və əsasən diplomatik korpusun fəaliyyətindən bəhs edən “Society“ dərgisinin təşkilatçılığı ilə ölkənin Milli Kitabxanasında Novruz bayramı münasibətilə tədbir keçirilib. AZƏRTAC xəbər verir ki, bayram şənliyinə Novruzun milli bayram kimi qeyd olunduğu ölkələrin nümayəndələri qatılıblar. Bayram tədbirində ölkəmizi Vyanada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzi təmsil edib. Tədbirdə Vyanada akkreditə …
Gülnar SƏMA.”Ulucay Akifin “Pul axtaranlar”ı”
Post Views: 121 “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Dünya Gənc Türk Yazarlar Birliyinin üzvü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Tovuz Bürosunun Rəhbəri, Prezident təqaüdçüsü, Gənclər müfakatçısı Ulucay Akifin “Pul axtaranlar” hekayəsi Təhkiyənin obrazlaşdırıldığı bir hekayədir. Əsər müəllifin təhkiyəsi ilə başlayır və elə də bitir. İlk baxışdan əsərin əsas qəhrəmanı kimi …
Şəfa VƏLİYEVA.”Hərdən yuxum sürgün olur”
Post Views: 124 “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Prezident təqaüdçüsü, “İlin gənci” müfakatçısı, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru Hərdən yuxum sürgün olur,Üz tutur sənin qoynuna.Gah da qəfil yolu düşür,“Səninlə mənim toyuma”. Yeyir, içir, sağlıq deyir,Utanmayıb oynayır da.Hamını özütək bilir,“Sən”li, “mən”li bu dünyada. Eh…bezdirir çoxunu,Arzumu …
Azərbaycanlı gənc yazıçı Şəfa VƏLİ hekayə müsabiqəsinin qalibləri sırasında
Post Views: 164 Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) və Azərbaycan Yazıçılar Birliyi (AYB) “Ulduz” jurnalı ilə birlikdə keçirdiyi “Məişət zorakılığına YOX deyək!” mövzusunda hekayə müsabiqəsində “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Prezident təqaüdçüsü, “İlin gənci” müfakatçısı, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş …
Uşaq Filarmoniyası “Naxışlı Novruz” adlı konsert proqramı təqdim edəcək
Post Views: 124 Martın 15-də Azərbaycan Dövlət Uşaq Filarmoniyası Gənc Tamaşaçılar Teatrında “Naxışlı Novruz” adlı konsert proqramı təqdim edəcək. Filarmoniyadan AZƏRTAC-a bildirilib ki, konsert xalqımızın özünəməxsus adət-ənənəsini əks etdirən Novruz bayramının gəlişinə həsr olunub. Proqramda Azərbaycanın bəstəkar və xalq mahnıları səslənəcək. Mənbə: https://azertag.az/
Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur
Post Views: 102 Martın 12-də dünyanın ən böyük kitab sərgilərindən olan London Beynəlxalq Kitab Sərgisi öz işinə başlayıb. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı və Böyük Britaniyadakı səfirliyimizin dəstəyi ilə ölkəmiz sərgidə təmsil olunur. Nazirlikdən AZƏRTAC-a bildirilib ki, sərgidə nazirliyin məsul əməkdaşları, nazirliyin dəstəyi ilə “Təhsil” Nəşriyyat-Poliqrafiya MMC-nin baş direktoru Tural Axundov və “Everest” nəşriyyatının rəhbəri Ramil …
14 Mart-Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri, Xalq yazıçısı Anar Rzayevin doğum günüdü
Post Views: 147 Anar (tam adı: Anar Rəsul oğlu Rzayev) — azərbaycanlıyazıçı, şair, tərcüməçi, ssenarist, Azərbaycan Yazıçılar Birliyinin sədri. Xalq yazıçısı Ailəsi Anarın atası şair Rəsul Rza, anası şairə Nigar Rəfibəylidir. Anar anası tərəfdən Azərbaycanın məşhur ictimai və dövlət xadimi, Azərbaycan Demokratik Respublikasının ilk səhiyyə naziri və Gəncə şəhərinin general-qubernatoru olan Xudadat bəy Rəfibəylinin nəvəsidir. Atası tərəfdən isə Məmmədxanlılar nəslindəndir. Soy adları ulu babası, Çiyni və bir para kəndlərin mülkədarı Məmmədyar oğlu Məmməd xanla …
Günel NATİQİ doğum günü münasibətilə təbrik edirik! (12 Mart)
Post Views: 106 Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Rəhbərliyi Sizi Yeni nəsil Azərbaycan gəncliyinin istedadlı nümayəndəsi, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Respublikası Prezidentinin təqaüdçüsünü Günel Natiqi doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə, ədəbi-bədii yaradıcılığınızda bol-bol uğurlar diləyir!Dodaqlarınızdan gülüş, yanaqlarınızdan təbəssüm əskik olmasın! Sevib, sevdiyiniz insanların …
Nargis İSMAYILOVANI doğum günü münasibətilə təbrik edirik! (12 Mart)
Post Views: 114 Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Rəhbərliyi Sizi “Türkay” aylıq ədəbiyyat dərgisinin rəsmi elektron orqanı-Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının NAXÇIVAN MUXTAR RESPUBLİKASI Bürosunun Rəhbəri Nargis İsmayılovanı doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə, ədəbi-bədii yaradıcılığınızda bol-bol uğurlar diləyir!Dodaqlarınızdan gülüş, yanaqlarınızdan təbəssüm əskik olmasın! Sevib, sevdiyiniz insanların …
Baharın müjdəçisi – Yel çərşənbəsi
Post Views: 186 Bu gün Azərbaycanda Novruzun üçüncü çərşənbəsi olan Yel çərşənbəsi qeyd edilir. AZƏRTAC AMEA Folklor İnstitutu, “Qərbi Azərbaycan folklor” şöbəsinin aparıcı elmi işçisi, Filologiya üzrə fəlsəfə doktoru Əpoş Vəliyevin Yel çərşənbəsi ilə bağlı qeydlərini təqdim edir. Novruz bayramı ölkəmizdə xüsusi mərasim, adət-ənənələr və təmtəraqla qeyd edilən, xalqımızın ən qədim və milli bayramıdır. Azərbaycan xalqının …
Şəfa VƏLİYEVA.“Adamı qaçdığı yerdə yaxalayan şeirlər…”
Post Views: 132 Dünya ədəbiyyatına ümumi nəzər saldıqda qarşımıza maraqlı mənzərə çıxır: xüsusun ümumiləşməyi. Bu gün klassik sayılan əksər əsərləri bizə miras qoyan, zəkasına heyran olduğumuz, düşüncələrinin dolaylarında dizlərimizin giri tutmadığı müəlliflər belə, bir məqamda oxucunu düşünüblər. “Oxucunu düşünmədən yazıram”… Mənim də oxucunu düşünmədən yazdığım yazılar var. Mənim də oxucunu düşünmədən yazmağa başladığım yazılar var… …