Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Qarabağ Bürosunun Rəhbəri

Nemət Tahir, “Ədəbiyyat və incəsənət” (Qarabağ bölməsi)

Bəzən nəsr, bəzən publisistika, amma mütləq ki bəzən də şeir. Mühacir şair
Almaz İldırımın “Məlum bir zamanda, məhkum bir eldə. Allahım nə üçün şair doğuldum?”-şerinə cavab yazmışam bu şeiri…
Ümid edirəm ki, bəyənərsiniz.

“Xalq düşməni” deyib təqib etdilər
Nələr çəkmədi ki, bəlalı başı?
Dərdini söylədi Araza, Kürə
Xəzərə yetişdi qanlı göz yaşı

Dedi “dəfn edərsiz üzü vətənə”
Onun Kəbəsiydi hər vətən daşı
Adıtək ruhu da qalxdı göylərə
Qürbətdə gömdülər bir Vətəndaşı

O Yanvar gecesi qan dənizində
Əliyalın xalqımla birgə boğuldum
Arxalı köpəklər cumdu elimə
Mən də sənin kimi yurddan qovuldum

Şəhidlər can verib aldı hüriyyət
Onların ruhutək mən azad oldum
Azad məmləkətdə, azad bir eldə
Allahım, nə yaxşı şair doğuldum!!!

“Ədəbiyyat və incəsənət”
(22.08.2024)

Mənbə: https://edebiyyatveincesenet.az