Aprelin 26-da dahi bəstəkar Üzeyir Hacıbəylinin “Arşın mal alan” musiqili komediyası nümayiş olunacaq.
Teatrdan AZƏRTAC-a bildirilib ki, səhnə əsərində əsas rolları Əməkdar artist Fatimə Cəfərzadə və aparıcı solist Atəş Qarayev canlandıracaq.
Digər rollarda Xalq artisti Gülyaz Məmmədova, Əməkdar artistlər Cahangir Qurbanov, Gülüstan Əliyeva, Tural Ağasıyev, Səbinə Vahabzadə və xor artisti Sadiq Məlikovdur.
Rejissoru Əməkdar incəsənət xadimi Hafiz Quliyev olan səhnə əsəri Əməkdar incəsənət xadimi Sevil Hacıyeva tərəfindən idarə olunacaq.
Biletləri teatrın kassası ilə yanaşı, şəhərin bütün kassalarından və iticket.az saytından əldə etmək mümkündür.
Mənbə: https://azertag.az/