Mən çox şadam ki, Azərbaycanla Çexiya arasında mehriban münasibətlər mövcuddur.
AZƏRTAC xəbər verir ki, bunu fevralın 6-da Azərbaycanla Çexiya arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyinə həsr olunmuş hibrid konfransa onlayn qoşulan Çex Respublikasının ölkəmizdəki sabiq səfiri Milan Ekert deyib.
Diplomat bildirib ki, Azərbaycanla Çexiyanı minlərlə kilometr ayırsa da, dostluğumuz möhkəmdir. “İnanıram ki, ölkələrimiz arasında münasibətlər bundan sonra da inkişaf edəcək. Xalqlarımızı dərin köklər bağlayır. Azərbaycanlı əsgərlər 1941-1945 müharibəsi dövründə çexlərə çox kömək ediblər. Biz bunu unutmuruq”.
Milan Ekert ölkələrimiz arasında turizmin imkanlarının genişləndirilməsindən də danışıb və Çexiya şirkətlərinin Azərbaycanın işğaldan azad olunmuş ərazilərində aparılan bərpa-quruculuq işlərində iştirakını qeyd edib.