Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Heydər Əliyev mərkəzlərinə məktəb şagirdlərinin ekskursiyası təşkil olunub.
AZƏRTAC xəbər verir ki, Yasamal rayon Heydər Əliyev Mərkəzində 153 və 38, Qaradağ rayon Heydər Əliyev Mərkəzində isə 288 və 180 nömrəli tam orta məktəblərin şagirdləri ekskursiyada olublar.
Ekskursiya zamanı məktəblilərə Ulu Öndərin zəngin dövlətçilik irsini, həyat və fəaliyyətini özündə əks etdirən eksponat və fotostendlər haqqında geniş məlumat verilib.
Mənbə: https://azertag.az/