Anam məndən böyük şairdi…


Bir ömür payımdı vermişəm yelə,
Təzədən nəyimə baxırsan, falçı?
Yelkənim dəryada çalxanır hələ
Arzum ürəyimdə olub harayçı.
Könül sazım qəmli ötər, dərdi nə?
Görən kimlər dərman tapar dərdimə
Səsim çata, dərd danışa, dərd dinə,
Deməyəsən bu eşqimə yalançı.
Üzüdönmüş, bir dön, mənə bax, bax…
Şimşək olub ürəyimə çax, çax.
Güldərənəm, getdi gənclik, ax…Ax!
Özüm öz ömrümə oldum talançı…