Blog

  • Əziz MUSA.Yeni şeirlər

    em
    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru,
    Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

    HƏLƏ

    Bəxtimin ulduzu bu sevimli qız,
    Neyləyim əzəldən nazlıdır belə.
    Yerişi, duruşu bir tamaşadı,
    Bənzəyir ən gözəl çiçəyə, gülə.

    Odlu baxışıyla canımı alır,
    Vallah mən yazığı odlara salır,
    Hər şey dəyişsə də, məhəbbət qalır,
    Mənə əzab verir o, bilə-bilə

    Alışıb yanıram pərvanə kimi,
    Titrəyir qəlbimin ən incə simi,
    Tökübdü üstümə kədəri, qəmi,
    Mənəm ki, bu naza dözürəm hələ.

    GÜLÜM

    Gecə gözlərimdən gizləyir səni,
    Ulduzlar sübhətək izləyir səni,
    Gözlərim yol çəkir, gözləyir səni,
    Geciksən gün çıxar, ay batar, gülüm.

    Göz yaşım isladar yanaqlarımı,
    Ah-nalə çatladar dodaqlarımı,
    Sükut dəng eyləyər qulaqlarımı,
    Ahım göylərərə də tay çatar, gülüm.

    Eşqindi dünyada hər şeydən uca,
    Uçur xəyallarım, uçur dalınca,
    Başımı qoymaram sənsiz balınca,
    Ürək nə dincələr, nə yatar, gülüm.

    Ağlamaq, sızlamaq olubdu peşəm,
    İndi bircə sənsən dərdim, əndişəm,
    Sənsiz gündüzü də gecə bilmişəm,
    Könlüm görüşünə can atar, gülüm.

    Məni məndən alıb sevgi, məhəbbət,
    Sənin əlindədir ömür , səadət,
    Qəlbimi yandırır ayrılıq, həsrət,
    Məni dərd əlindən gəl qurtar , gülüm.

  • Kənan AYDINOĞLU.”Sən hələ körpəsən, üzündə nur var”

    1902788_614529541965133_896121757_n
    Gündəlik Analitik İnformasiya Agentliyinin
    Mətbuat xidmətinin rəhbəri,
    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü.


    Sən hələ körpəsən, üzündə nur var

    Mayisə bibimin və Elbəyi əmimin Nuryüzlü nəvəsi Xanıməfəndi Leyla Rəhimova üçün

    Günəşə, aya da boylanan Sənsən,
    Söhbətin bal olar, sözün bal olar.
    Nə qədər doğmasan, nə qədər əziz,
    Sənin gülüşünlə dünya lal olar.
    Sənə hələ körpəsən, üzündə nur var,
    Boynuna örtdüyün ipək şal olar.

    Bakı şəhəri. 6 iyun 2019-cu il.

  • Şəhidlər haqqında kitabla bağlı müsahibə

    Xəbər verdiyimiz kimi, Bakı şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon MKS-inin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının Fəxri oxucusu, yazıçı-publisist, şair Sevinc Ağa Xəlilqızının şəhidlərə həsr olunmuş “Əlvida söyləmədən…” kitabı işıq üzü görmüşdü.
    Kitabla bağlı müəllifin «Каспiй» qəzetinin 4 fevral tarixli nömrəsində «Мы должны оставить после себя след…» (“Biz özümüzdən sonra iz qoymalıyıq…”) müsahibəsi çıxmışdır. Müsahibədə müəllif qeyd edir ki, Qarabağ müharibəsi ilə bağlı materiallar gələcək nəsillərə çatdırılmalı, gənclərə vətənpərvərlik hissi aşılanmalıdır. Müəllif qeyd edir ki, bu münaqişədə yazıçının əsas silahı qələmdir. 
    Daha sonra müəllif kitabda mərkəzi yer tutan Qarakənd faciəsi haqqında söhbət açır. Müsahibə S.Ağa Xəlilqızının aşağıdakı şeri ilə yekunlaşır:

    İnsan – insan olur öz hünəriylə
                          Millət – millət olur xeyir-şəriylə.
    Torpağın qoynunda cəsədləriylə
                          Azadlıq toxumu səpdi şəhidlər!

  • Şair-publisist Polad SABİRLİ.Yeni şeirlər

    * * * 

    Nə mən uda bildim, nə məni uddu,
    Mənimki dərd ilə heç-heçə gəldi.
    Hər kəs özü bilir, öz hesabını,
    Kim bilir kiminki hər neçə gəldi.

    Hərənin bir cürə həqiqəti var,
    Yüz don geyindirir hərə bir sözə.
    Beş-beş, on-on artır “dostların” sayı,
    Hərə bir fənd ilə dürtülür gözə.

    Gözünü, könlünü tox tutasan ki,
    Güc gələ bilməyə hər hiss adama.
    Ürəyim ağrıyır, yazığım gəlir,
    Bu dünya malına həris adama.

    06.02.2020.  

    EŞQNƏN OYUN OYNAMAZLAR

    Sənə zarafat gəlməsin,
    Eşqnən oyun oynamazlar.
    Dərdin ikiqat gəlməsin,
    Eşqnən oyun oynamazlar.

    O ki, gəlir nəsil-nəsil, –
    Qarşısında ötmə dil-dil,
    Əhlət daşıdı elə bil,
    Eşqnən oyun oynamazlar.

    Taleyin xoş qismətidi,
    İki qəlbin ülfətidi,
    Sevənlərin cənnətidi
    Eşqnən oyun oynamazlar.

    El qınağı olur bəzən,
    Qaş-qabağı olur bəzən,
    Qan çanağı olur bəzən,
    Eşqnən oyun oynamazlar.

    Qəlbi dəlib-deşməyi var,
    Nahaq odda bişməyi var,
    Haldan-hala düşməyi var,
    Eşqnən oyun oynamazlar.

    Eşq gözündə heçdisə, heç,
    Ömür onsuz keçdisə, heç,
    Adam eşqsiz köçdüsə, heç, 
    Eşqnən oyun oynamazlar.

    28.01.2020. 

    GÖTÜRMÜR

    Hər səhvi, hər qəbahəti,
    Hər “yükü” çiynim götürmür.
    Hörmətdən sonra, minnəti,-
    Ürəyim neynim, götürmür.

    Bükülüb yumaq olmağı,
    Utanıb dümağ olmağı,
    Kiməsə yamaq olmağı,-
    Götürmür, eynim götürmür.

    Çoxu edər nuş, tərifi,-
    Yerli-yersiz “xoş” tərifi,
    “Yağlı dili”, boş tərifi,-
    Nə baş, nə beynim götürmür.

    Heyif ki, əyir tərəzi,
    Görmüşəm kini, qərəzi,
    Keçmişdən qalan hər izi,-
    Hər dərdi əynim götürmür.

    05.12.2019. 

    BİLMİRSƏN

    Kimin ipinin üstünə,-
    Nəsə yığasan, bilmirsən?
    Alqış olub könüllərə,-
    Necə yağasan, bilmirsən?!

    Nə gün gördün ki, dünyada?!
    Nədənsə düşmədin yada.
    Öz içində öz hissini,-
    Necə boğasan, bilmirsən?!

    Məhəl qoymayıb azına,
    Can deyəsən hər nazına.
    Adam bilib pişvazına,-
    Kimin çıxasan, bilmirsən?!

    Görəsən niyə məlulsan?
    Açılmayan bir məchulsan,
    Özün öz evində qulsan,-
    Yoxsa ağasan, bilmirsən?!

    21.11.2019. 
  • Əli Rza XƏLƏFLİ.”Dərbəndin bəxt kitabı…”

    Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Respublikası Prezidenti Təqaüd Fondunun təqaüdçüsü, “Kredo” qəzetinin Baş redaktoru 

    Misra-misra duyğular söz olsun,salam olsun,
    Dilindən dildaşına Dəmir Qapı Dərbəndin.
    Əbədi sarsılmayan bir könül körpüsü var,
    Soydaşdan soydaşına Dəmir Qapı Dərbəndin.


    Yolun düşsə görərsən məhəbbəti mehri var,
    Təmkinində daş səbri, Qoca Qafqaz təhri var.
    Qonaq olsan bilərsən dadının nə sehri var,
    Pulovuna, aşına Dəmir Qapı Dərbəndin.


    Qəzanın qədərindən taleyi bəla tapdı,
    Tanrı qəzəbə dolub bəxtinı qara yapdı.
    Qopmadı bircə çınqı – Nuhun tufanı qopdu,
    Qaldı dünya başına Dəmir Qapı Dərbəndin.


    Adı bəlli bir yolun – zamanın baş kitabı,
    Həqiqətə varmazsan, oxusan çaş kitabı.
    Qalasının divarı tarixin daş kitabı,
    Başını qoy daşına Dəmir Qapı Dərbəndin.


    Yağıya sinə gərib: – həddini bil, – söyləyir,
    Adlını addan salıb, dizi üstə əyləyir.
    Zaman səcdəyə gəlir, tarix təzim eyləyir,
    Yaddaşına, yaşına Dəmir Qapı Dərbəndin.


    Qorxusu yox zamanın bəd əsən küləyindən,
    Sevgisi kitab-kitab soraqdı diləyindən.
    Əbədi od daşıyan qəlbindən, ürəyindən,
    Yolu var qardaşına, Dəmir Qapı Dərbəndin.


    Ağrılar zaman – zaman dərdi közə gətirər,
    Dağlardan yol eyləyər, bir gün düzə gətirər.
    Xələflinin qələmi açar, sözə gətirər,
    Sirrini sirdaşına Dəmir Qapı Dərbəndin.

  • Əli Rza XƏLƏFLİ.”Duman basan, çiskin çökən gözlərimsən, Azərbaycan!”

    Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Respublikası Prezidenti Təqaüd Fondunun təqaüdçüsü, “Kredo” qəzetinin Baş redaktoru

    Duman basan, çiskin çökən
    gözlərimsən, Azərbaycan!

    Əyim-əyim, büküm-büküm
    dizlərimsən, Azərbaycan!

     

    Sazın ruhu inciməsin, hər gələnə
    saz olmusan,

    Hər havaya çalınmısan, sazlarımsan,
    Azərbaycan!

     

    Qarabağın qara bəxti kösöv təki
    qaralanda,

    Sinəm üstə ocaq yanır,
    közlərimsən, Azərbaycan!

     

    …Qələm – qələm sınıq düşən
    Xələflinin ürəyi qan,

    Kəlmə-kəlmə qan ağlayan
    sözlərimsən, Azərbaycan!

     

     

  • Əli Rza XƏLƏFLİ.”KARVAN GEDİR…”

    Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Respublikası Prezidenti Təqaüd Fondunun təqaüdçüsü, “Kredo” qəzetinin Baş redaktoru


    (Gülhüseyn Kazımovun 70 yaşına)

    Karvan gedir,səfər üstə öz yolundan qalmaz axı,
    Dərd yükünü Tanrı verib kimsə ondan almaz axı.

    Qəm karvanı – öz dərdinin ovsarını çəkir sarvan,
    Gözlərində qəm aparan göz yaşını silməz axı.

    Sinəsində dağlar yatır, yurda sarı baxa-baxa,
    Ürəyində dərd gəzdirən bir ürəkdən gülməz axı.

    İlham alsa şair qəlbi sevda dolu bir könüldən,
    Yollar boyu qəm çilənmiş söz gülləri solmaz axı.

    Arif olan özü bilər, hardan gəlir söz karvanı.
    Bilməyənə necə deyim; mənaları bilməz axı.

    Ömür payı, həyat eşqi bir badədir içə bilsən?
    Yaşarısan zaman – zaman, əbədilər ölməz axı.

    Ey əzizim, piayaləni yaxşı saxla, düşər sınar,
    Atalardan bir məsəl var: hər tökülən dolmaz axı.

    Ayrılırıq cavanlıqdan, qəm eləmə qocalıq var,
    Bilirsən ki, əldən gedən bir də geri gəlməz axı.

    Bu dünyadan çox Hüseyn gəlib-gedib, yaxşı – yaman,
    Ey Xələfli, hər gördüyün Gül Hüseyn olmaz axı.

    30.01.2020

  • Xalq şairi Nəriman HƏSƏNZADƏ.””Qış gecələri”nin nağılı yox, “Ölüm, ya olum” məsələsi “

    Xalq yazıçısı Anarın yeni pyesinin tamaşası haqqında

    “Yanvarın 19-dan 20-nə keçən qanlı gecənin mən nə şahidlərindən ola bildim, nə də şəhidlərindən…”. “Paris dəftəri” adlı irihəcmli publisist yazım (“Ədəbiyyat və incəsənət” qəzeti 9 fevral 1990): “… həmin gecə, bəlkə də həmin anlarda Parisdə ağır bir yuxu gördüm, ağır xəbəri isə səhər-səhər eşitdim. Paris televiziyası şəhərimizə soxulan ağır rus tanklarını göstərir, Bakı hadisələri barədə həyəcanlı xəbərlər verirdi…”.
    Azərbaycan Prezidenti cənab İlham Əliyev 13 dekabr 2019-cu il tarixində “20 Yanvar faciəsinin 30-cu ildönümü haqqında” sərəncam imzaladı. Respublikada millət ayağa qalxıb tarixi yubiley gününü qeyd edir, günahsız insanları qətlə yetirən imperiya və onun sadiq nökərlərini nifrətlə lənətləyir, istiqlalımız yolunda həlak olanların xatirəsini əziz tuturdu. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının geniş səhnəsində isə Xalq yazıçısı Anarın “Şəhərin qış günləri” adlı yeni pyesinin tamaşası gedirdi. İstər-istəməz o ağrılı günləri yenidən xatırlayırdım.
    Anar müəllim bu əsəri yazmalıydı. Yazdı da. O, həmin illərdə SSRİ Ali Sovetinin deputatı kimi Mərkəzi Parlamentin iclaslarında fəal iştirakı ilə yanaşı, çıxışlar edir, təkliflərini verirdi.
    Əsərdə də görürük ki, işğalçı ordunun Bakıya yeridilməsi barədə Parlament üzvlərinin (Xalq yazıçısı Anarın və b. azərbaycanlı nümayəndələrin) verdiyi rəsmi sorğuya Kremldə oturan imperiya başçılarının yalan vədləri ifşa olunur.
    Dramaturq zəmanəsinin bu gizli qəsdini sənədli ittiham aktı kimi açıb bizə göstərirdi.
    Müəllif şahid rolundaydı!
    Bəlkə də bunun nəticəsidir ki, yaradıcılığına böyük hörmət etdiyim Əməkdar incəsənət xadimi, quruluşçu rejissor (o həm də teatrın baş rejissorudur) Bəhram Osmanov bədii ümumiləşdirmə ilə bərabər, publisist təqdimatı da onunla paralel aparır, mürəkkəb kolliziyaları ustalıqla yoluna qoyur.
    Tamaşaçı müxtəlif ictimai vəziyyətləri eyni vaxtda yaşadığı üçün, siyası ab-havanı da duyur və beləliklə, onun iştirakçısına çevrilir.
    Ümumxalq nümayişlərindən tamaşa boyu göstərilən kinokadrları misal göstərmək olar. Çünki biz bu tamaşa içindəki tamaşanı (kinokadrları) amansız qəddarlığa qarşı qalxan etiraz tufanını, milli oyanış hisslərinin tüğyanı, güclü daxili yanğının səngimək bilməyən zahiri işartısı kimi də qəbul edirik və alqışlayırıq. Məhz o kinokadrlar Azərbaycanda əsrin ab-havası obrazında təzahür edir.
    Hadisələr rəmzi mənada bir ailənin timsalında cərəyan etsə də, əsas məsələ cəmiyyətdə imperiya tərəfindən təklənən və keçmişi, bu günü olan qədim bir xalqın, qəfil düşdüyü vəziyyətdən qurtuluş yolunu axtarmasıdır.
    Dost-tanış həyatın istisini-soyuğunu görmüş Qiyas kişinin (Əməkdar artist Elşən Rüstəmov) evinə yığışıb gəlir. Həyat yoldaşı Dilarə xanımın (Əməkdar artist Kəmalə Hüseynova) ad gününü keçirir ki, bu da belə ağır günlərə təsadüf edib. Oğulları Namiq (artist Bəhram Həsənov) dustaqlıqdan təzəcə buraxılmışdır. O, həbsxana dostu Şamxalı da (artist Vüqar Məmmədəliyev) ad gününə dəvət etmişdir. Onun yaxşılığını unuda bilmir. “Qaçırdı” deyə, onu güllə ilə vurmaq istəyən həbsxananın erməni nəzarətçilərinin əlindən xilas eləyən bu dostu olmuşdur. Yaxud Əjdər kişinin (artist Rövşən Abbasov) erməni Qurgeni (artist Kərəm Hacızadə) gətirib Qiyas kişinin evində iki-üç gün gizlətmək üçün dil-ağız eləməsi, o evdə Qurgenə verilən haqlı suallar təsirli səhnələrdəndir.
    Natiqlərin bir-bir qalxıb kürsüdən şablon danışıqları, hər dəfə “Sözü Atropata verin” ifadəsi, kürsünün özü quruluşcu rejissorun orijinal axtarışlarının nəticəsi kimi yadda qalır.
    Ailənin gözünün ağı-qarası Namiqin ölüm xəbərinin gəlməsi (beləliklə, ad gününü yasa döndərir) Qiyas kişi ilə Dilarə xanım ad gününün əhval-ruhiyyəsini deyil, faciə içində faciə rolunu oynamağa məhkum olurlar.
    Tamaşada gördüyümüz bütün bu peripetiyalar ümumxalq fəlakətinin olduğu kimi qavranılmasına xidmət edir ki, bu da mənim fikrimcə, birinci növbədə müəlliflə rejissor həmrəyliyinin gözəl nəticəsi kimi izah edilə bilər.
    Bu qədər gərginlikdən sonra tamaşaçıların dərindən nəfəs aldığı bir səhnə də var ki, bu da ümummilli lider Heydər Əliyevin şərəfli adı ilə bağlıdır.
    Yuxarıda dediyim kimi, mən Parisə, yaradıcılıq ezamiyyətinə gedəndə, məni Moskvadan, Azərbaycan nümayəndəliyindən yola salmışdılar. Qayıdanda da oraya gəldim və bir neçə gün əvvəl gördüyüm binanı tanımadım. Qapı-pəncərələr sındırılmışdı. Divarlarda güllə yerləri aydın görünürdü. Beynəlxalq qanunlara görə isə nümayəndəliklər də səfirliklər kimi toxunulmazdı.
    Paris televiziyası xəbər vermişdi ki, Azərbaycan nümayəndəliyi 52 nəfər naməlum (Moskvada naməlum?!) şəxs tərəfindən tarmar edilmişdir. Bildirdilər ki, bir gün qabaq ümummilli lider Heydər Əliyev oğlu İlham Əliyev və b. ailə üzvləri burada olmuş, 20 Yanvar faciəsini törətmiş Sov.İKP MK-nı, sovet dövlətinin və hökumətinin rəhbərliyini xarici ölkə jurnalistləri qarşısında ittiham etmişdir.
    Əsərin final səhnəsində bizə tanış və doğma səsi eşidirik:
    “Buraya mən əvvəl ona görə gəlmişəm ki, Azərbaycanın Moskvada kiçik parçası olan daimi nümayəndəliyində böyük itkilərə səbəb olmuş faciə ilə bağlı bütün Azərbaycan xalqına başsağlığı verim. İkinci tərəfdən, bu məsələyə öz münasibətimi bildirmək istəyirəm. Azərbaycanın Moskvadakı nümayəndəliyindən xahiş edirəm ki, mənim sözlərimi, kədərimi, başsağlığımı Azərbaycan xalqına çatdırsın. Hazırda başqa imkanım olmadığı üçün təəssüf hissi keçirirəm. Azərbaycanda baş vermiş hadisələrə gəlincə, mən onları hüquqa, demokratiyaya yabancı, humanizmə və ölkəmizdə elan olunmuş hüquqi dövlət quruculuğu prinsiplərinə zidd hesab edirəm”.
    Tamaşaya siyasi siqlət verən, qəhrəmanlıq nümunəsi olan bu riskli addım və verdiyi Bəyanat – ulu öndərin Azərbaycan xalqının zülmə, zorakılığa qarşı yenilməzliyinin tarixi nümayişiydi.
    Görkəmli bəstəkarımız Siyavuş Kərimi tamaşaya məxsusi musiqi bəstələmişdir ki, bu səslər həm hadisələri, həm də tamaşaçıların əhval-ruhiyyəsini səfərbər edir, müşayiət edir.
    Əməkdar rəssam Arif Əbdürrəhman haqqında da deyə bilərəm ki, onun bədii tərtibatında səhnə vəziyyəti və mühit bir-birini tamamlayır. Əslində, musiqi də, tərtibat da tamaşada bir obraz kimi iştirak edir.
    “Şəhərin qış gecələri” pyesi Xalq yazıçısı Anarın yeni Bəyanatıydı.
    Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı yeni, 92-ci mövsümünü bu Bəyanatla açırdı.
    Uğurlar!

    28.01.2020
  • Xalq şairi Zəlimxan YAQUB.”Nə şükür deyim”


    “Şükür de, şükür de” deyirlər mənə,
    Çatılan qaşıma nə şükür deyim.
    Yorğun ürəyimə, solğun gözümə,
    Ağrıyan başıma nə şükür deyim.
     
    Ağrı başlama var, ağrı kəsmə var,
    Canda son mənzilə bir tələsmə var.
    Başda titrəmə var, əldə əsmə var,
    Ağrılı yaşıma nə şükür deyim.
     
    Könül gah sevincdə, gah da qəmdədir,
    Gah kefli, gah kefsiz bir aləmdədir.
    Aş bişib hazırdı, plov dəmdədir,
    İştahsız aşıma nə şükür deyim.
     
    Buluddu ağlayan, dumandı çökən,
    Vaxtsız ağrılardı qəddimi sökən.
    Üzümü yandıran, gözümü tökən,
    Acı göz yaşıma nə şükür deyim.
     
    Buluddan nəm yağır, göydən yaş yağır,
    Yağanlar gah yeyin, gah yavaş yağır.
    Göydən dolu yağır, göydən daş yağır,
    Başımın daşına nə şükür deyim.
     
  • “Ədəbi Körpü” aylıq ədəbi dərgisinin 14. sayısı yayında

    “Ədəbi körpü”. Aylıq ədəbi e-dərgi. XIV sayı. İranda – Güney Azərbaycanda hazırlanaraq yayımlanır və aylıq ədəbi elektron dərginin yeni – XIV sayında da o taylı-bu taylı müxtəlif düşüncəli yaradıcı adamlarımızın ədəbi-bədii nümunələri verilib.

  • Şəfa VƏLİYEVA.”Salam, cənab dirijor!”

    “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş məsləhətçisi, Prezident təqaüdçüsü, Gənclər müfakatçısı

    ***
    salam, cənab dirijor!
    saxla əlini bir az…
    daha oxumasın xor,
    eşqsiz oxumaq olmaz!

    adam eşqdən oxuyar,
    adam dərdi söyləyər…
    gün gələr, dən qoxuyar
    daraqtanımaz tellər…

    ver, qırıb atacağam
    “sehrsiz çubuğunu”…
    sənə anladacağam
    eşqin nə olduğunu…

    dayan, cənab dirijor!
    dinlə..
    bu səs eşqindi…
    ruhumuzda bəyazlar,
    məsum həvəs eşqindi…

    dəyişək yerimizi…
    mən sevilim, sən də sev…
    bizə yetər sevgimiz,
    bir kitab, bir taxta ev…

    gülüşümlə yu, axıt
    üzündəki qrimi…
    sən heyrət etdiyim büt,
    mən-eşqin din xadimi!

  • Şəfa VƏLİYEVA.”Bütün zəlzələlər, qar uçqunları”

    “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş məsləhətçisi, Prezident təqaüdçüsü, Gənclər müfakatçısı

    Bütün zəlzələlər, qar uçqunları
    Bir insan ruhunun sancısındandı…
    Şeirlər hisslərin uçurumları,
    Romanlar ən ucuz intiharlardı…

    Səhər “sevda!”- deyə yansa könlümüz
    Axşam can ağrısı qor edir bizi…
    Uğrunda şeirlər öldürdüyümüz
    Bir ağ gün eşqinə öldürür bizi…

    Nə gözəl aldadır bizi bu dünya…
    Ayaq tutan hər nə varsa, yeridir…
    Təbiət Tanrının oyuncağıysa
    Ruhumuz ən gözəl oyun yeridi…

  • Şəfa EYVAZ.”Bilmirsən”

    Təhsil Problemləri İnstitutunun Kurikulum Mərkəzinin böyük elmi işçisi, Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Məsul katibi

    Götür ürəyini, gəl mənə tərəf…
    Əriyib yolların qarı, bilmirsən.
    Bir ümid içimdə çıxıb naxələf,
    Uçub gedib sənə sarı, bilmirsən.

    Sanma ki, arzular gəlib keçici,
    Bu könül yaşını doldurub çoxdan.
    Bizim taleyimiz iki əl içi,
    Məndə yarı, səndə yarı, bilmirsən.

    Ötür bu taleyi, doğul yenidən,
    Yenidən yolumuz qovuşa bəlkə.
    Bu ömür sevinci salıb əlindən
    Verib “yox”u, alıb “var”ı, bilmirsən.
    02.02.2016

  • Şəfa EYVAZ.”Əl açıb küçədə dilənən çocuq”

    Təhsil Problemləri İnstitutunun Kurikulum Mərkəzinin böyük elmi işçisi, Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Məsul katibi

    Nəsə demə… dillənmə.
    Səni bu yollara salan dünyaya
    Dəymir,
    Dəymir ki dillənib nəsə deməyə.

    “Kimsəm yoxdu”
    tökülür sözcüklər
    təbəssüm çəkilmiş dodaqlarından.
    Kiçicik əlləri titrəyir amma,
    Soyuqluq tökülür baxışlarından.

    Ağlama çocuq,
    Ağlama!
    Bu dünya kəfəni əlində hazır,
    Dünən səni gətirənlər həyata
    Sabahkı gününün qəbrini qazır.

    Kimlər götürmədi,
    beşikdə boğdu.
    Sənin dünya boyda gülüşlərini…
    De, kimsə görürmü günəşdən parlaq,
    Sevməkçün yaranan üzü, əlləri?

    Hələ süd qoxuyan məsum körpənin
    Ovcuna tökülür çirkli qəpiklər
    və o qəpiklərin soyuq səsləri.
    Amma əvəz etmir
    Nə soyuq baxışlar, nə cingiltilər
    Şəfqətli ananın öpüşlərini..
    19.01.2016

  • “Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub

    https://d.radikal.ru/d29/2002/3a/25edf7abfdd6.jpg

    Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu, İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun “Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının 2019-cu ilə olan ikinci nömrəsi işıq üzü görüb. Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının “Azərbaycan Respublikasında dissertasiyaların əsas nəticələrinin dərc olunması tövsiyə edilən elmi nəşrlərin siyahısı”na daxil olan jurnalın baş redaktoru AMEA-nın birinci vitse-prezidenti, akademik İsa Həbibbəylidir.

    Nəşrin məsul katibi filologiya üzrə fəlsəfə doktoru, dosent Aygün Bağırlı, məsul redaktoru Mehparə Axundova, nəşriyyat redaktoru filologiya üzrə fəlsəfə doktoru Töhfə Talıbovadır. Jurnalın bu sayı akademik İsa Həbibbəylinin “Azərbaycan xalq yazıçısı: Hüseyn İbrahimov” məqaləsi ilə açılır. Həmçinin filologiya elmləri doktoru Əlizadə Əsgərlinin “Qəzənfər Paşayevin “Seçilmiş əsərləri”nin oncildliyinə xülasə” resenziyası və digər məqalələr yer alıb.

    “Elm və təhsil” nəşriyyatında çap olunan jurnalın bu sayı “Azərbaycan ədəbiyyatı”, “Mətbuat tarixi”, “Mətnşünaslıq”, “Folklorşünaslıq”, “Resenziya”, “Yubileylər” və “Xronika – 2019” bölmələrindən ibarətdir.

    “Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının beynəlxalq redaksiya heyətinə Türkiyə, Özbəkistan, Fransa, Polşa, Tatarıstan, Hindistan, Monqolustan və Gürcüstanın alimləri daxildir.

    Jurnal 1946-cı ildən 2019-cu ilə qədər “Ədəbiyyat məcmuəsi” adı ilə nəşr olunub.

  • “Səbəbi sənsən”in müzakirəsi keçirildi

    https://c.radikal.ru/c16/2002/f9/fca8bb129c95.jpg

    AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı şöbəsinin gözəl bir ənənəsi var. Hər həftənin ikinci günü çağdaş dövr ədəbi nümunələrindən birinin müzakirəsi keçirilir. İlk dəfə olaraq həmin müzakirədə mən də iştirak etdim. Növbəti müzakirə üçün Rəşad Məcidin “Səbəbi sənsən” adlı şeirlər kitabı seçilmişdi. Müzakirədə AMEA-nın müxbir üzvü, şöbənin müdiri Tehran Əlişanoğlu, filologiya elmləri doktoru Rahid Ulusel, filologiya elmləri doktoru Mərziyyə Nəcəfova, yazıçı, böyük elmi işçi Mənzər Niyarlı, kiçik elmi işçi Hənifə Səlifova, magistrant Səbirə Müzəffər və şöbənin digər əməkdaşları iştirak edirdilər.

    İlk olaraq Tehran Əlişanoğlu müzakirənin formatını xatırlatdı: “Bugünkü toplantımız da şöbəmizin daimi müzakirələrindəndir. Niyyətimiz şöbə ilə bir yerdə ədəbi prosesi izləməkdir. Müzakirələrimiz eyni qaydada başlayır, oxucu təəssüratından ədəbiyyatçı yanaşmasına qədər. Hər birimiz ilk növbədə oxucu kimi təəssüratımızı bölüşürük. Sonra həmin təəssürat ətrafında bir ədəbiyyatçı kimi düşünməyə başlayırıq. Nəticədə kitab bizə nə verdi, kitabın obrazı, kitab ətrafında müəllifin obrazı, kitabın ədəbiyyatımızda tutduğu yer şöbənin imkanları daxilində müzakirə olunur. Bu dəfə müzakirəmiz Rəşad Məcidin “Səbəbi sənsən” kitabı ətrafında olacaq. Biz kitabları müzakirə edirik, ayrı-ayrı müəllifləri yox. Bu proses 2016-cı ildən ikicildlik “Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı”nın çapından sonra daha geniş vüsət alıb. Müzakirənin baş tutması üçün ən azı 5 nəfər kitabı oxumalıdır və bu, şöbənin məcburi işi deyil, könüllülük əsasında təşkil olunur. Oxucu təəssüratını bölüşmək üçün Mənzər xanımı dinləyək”.

    Tehran müəllimin giriş sözündən sonra yazıçı, böyük elmi işçi Mənzər Niyarlı kitab haqqında təəssüratlarını belə ifadə etdi: “Rəşad müəllimi mən bu qədər kövrək bilməzdim. Görünüşü ilə ürəyində, sanki bir təzad var. Çox səmimi yazılan şeirlərdir. Qəhrəmanın çoxlu iztirablarını görürük burada. Bu kitaba qədər şair Rəşad Məcidlə tanış deyildim. Bu şeirlərdə onun ürəyinin saflığını, qəlbinin kövrəkliyini eyni zamanda böyük sevgisini gördüm. “Qələmsiz yazılanlar”ı oxuyanda esselərində də qəribə nostalji hisslərlə qarşılaşdım…”.

    Təəssüratlarını bölüşmək Mərziyyə Nəcəfovanın növbəsi idi. O, bir az ötən illəri yada salaraq sözə başladı: “Rəşad Məcidi 1997-ci ildən tanıyıram. Qarabağla bağlı yazılarımla onun yanına getmişəm. Onun vətənpərvərlik hissi son dərəcə güclü olduğuna görə həmin yazılarımı həssaslıqla yayımlayırdı… Rəşad müəllimin şeir yaradıcılığından xəbərim vardı. Bu kitab vasitəsilə daha yaxından tanış oldum. Şeirlərində həsrət, ağrı, yuxusuz gecələr gördüm. Kitabın adı da bu baxımdan olduqca mənalıdır – “Səbəbi sənsən”.

    Tehran müəllim onları dinlədikdən sonra əlavə etdi ki, mənim də bu kitab haqqında qənaətlərim var. Məndə təəssürat belə oldu ki, bunlar ömür boyu yazılmış şeirlərdir. Bu sevgi şeirlərində müxtəlif yaş dərəcələrini gördüm.

    Növbəti çıxışçı – şöbənin kiçik elmi işçisi Hənifə Səlifova etiraf etdi ki, Rəşad Məcidin yaradıcılığı ilə bu kitab vasitəsilə tanış olub: “Kitabda ifadə-üslub cəhətdən kamil, dərin mənalı şeirlər var. Daha çox ənənəvi şeir üslubu üstünlük təşkil edir. Onbirlik, səkkizlik, ondördlük şeir formalarından istifadə edilib. Bədii ifadə vasitələrindən yetərincə istifadə olunub. Maraqlı təzad və bənzətmələr diqqətimi çəkdi”.

    Tehran Əlişanoğlu bu məqamda dedi ki, təəssüratları dinlədik, indi şeirlərin müzakirəsinə keçək. Öncə Mərziyyə Nəcəfova nümunələr əsasında qənaətlərini bölüşdü: “Rəşad Məcidin şeirlərində güclü yumor hissi duyulur. “Əvvəl” şeirində sevginin təsvirini görürük”. Şeiri bütöv oxuyandan sonra bir bəndini xüsusilə vurğuladı:

    Tez-tələsik yazacaqsan:

    “Planlarım dəyişib…

    Bəlkə, sabaha keçirək,

    Birigünkü görüşü”.

    O, fikirlərini bu cür ümumiləşdirməyə çalışdı: “Mən bu şeirdə o dəli sevgini görə bildim. Sevgidən əzab çəksə də, ondan xilas ola bilməyən obraz görünür”.

    Bu arada Tehran müəllim müdaxilə etdi ki, mən Rəşad Məcidin qəhrəmanında “dərd gözəldir” deyimi hiss etmədim, əksinə, əzablardan qurtulmaq istəyi güclüdür. Bu dəfə Mənzər xanım “İstedadlı mələk” şeirini oxuyaraq öz mülahizələrini irəli sürdü:

    Beləsi çətin tapıla! Təksən!

    Təpədən dırnağa

    Yalanla, riyayla

    Yoğrulmuş

    İstedadlı mələksən!

    Burada sevimli insana yönəlmiş incə bir eyham, qınaq var. Başqa bir şeirində isə o qədər səmimidir ki, saf bir aşiq obrazı görürük. Mənzər Niyarlı “Üzünə qurban” şeirini oxuyub son bəndini xüsusilə vurğuladı:

    Gah müdriksən, gah uşaqsan,

    Həm günahkar, həm də haqsan.

    Ayrılmaram hardan baxsam,

    Qurban, hər üzünə qurban!

    Və sözlərinə belə davam etdi: “Ümumiyyətlə, şair qəhrəmanı necə var, elə təsvir edir, aşiq özünü aldatmır. Onun sevgi fəlsəfəsi güclüdür, o, həmin obrazı bizim gözümüzün qarşısında canlandırmağı bacarır. Qulu Ağsəsdən belə bir sitat gətirir: “Mən heç çürük dişimi çəkdirmirəm, Səni hara atıram?” və həmin ovqatda “Atmaram səni” şeirini təqdim edir.

    Yenə zülm etsən də,

    Yox olub getsən də,

    Sən atıb getsən də,

    Atmaram səni!”.

    Tehran müəllim belə bir sual ortaya qoyur: “Rəşad Məcid bilavasitə lirik qəhrəmanı duyğuları, hissləri, düşüncələri, iztirabları iləmi verir və yaxud sevgi obyektinin böyüklüyü iləmi? Bu aşiqi hərəkətə gətirən nədir? Qadın, məşuq obrazına diqqəti yönəltmək istəyirəm. Yəni şeytanmısan, mələkmisən. Bu sual bir çox şeirlərindən keçir”.

    İlk münasibət Mərziyyə xanımdan gəlir: “Mən məşuq üçün darıxan, onun gəlməsini gözləyən obraz izlədim. “Bu yarıqaranlıq, bu kiçik otaq, Necə işıqlandı birdən, İlahi” misralarından belə qənaətə qəlmək olur”.

    Hənifə Səlifova isə fikirlərini belə ifadə edir: “Rəşad Məcidin poeziyasında ənənəvi sevgi şeirlərinin müasir ruhda ifadəsi özünü göstərir. Aşıq və heca şeirinin formasında yazılanlar daha çoxdur. Kitabda sərbəst şeirlər azdır”.

    Söhbətə qoşulan Rahid Ulusel məsələyə daha fərqli mövqedən yanaşır: “Rəşad Məcidin sevgi şeirlərində həyat var, ürək döyünür. Poetik baxımından maraqlı şeirlərdir”.

    Müzakirənin bu yerində Tehran müəllim “Uzağı bir ay” şeirini misal gətirərək kitabda fərqli mövzulara, ictimai motivlərə də yer ayrıldığını xatırlatdı:

    Unuda bilmirəm: uşaqkən qumdan

    Qurduğum qalanı sular apardı.

    O itki heç zaman çıxmır yadımdan –

    Çığırdım, qışqırdım, şivən qopardım.

    Mənim çox qalama o vaxtdan bəri

    İldırım şaxıyıb, dolu tökülüb.

    Doğma şəhərlərim viranə qalıb,

    Uşaqlıq evlərim daş-daş sökülüb.

    İndi nə sarsılıb, nə də yanaram

    Taleyin bu yeni, sərt sınağına.

    Uzağı bircə ay qubarlanaram

    Qurduğum qalanın uçulmağına.

    “Bu şeirdə Rahid müəllimin suallarının cavabını görmək olur, amma bütövlükdə kitabda bu fəlsəfə varmı? Bəlkə, doğrudan da, Azərbaycan insanı bu otuz ildə o qədər müsibətlər gördü ki, onun üçün hər şey adiləşdi”.

    Hənifə xanım söhbətə qoşularaq onu daha çox “Mələyim… İblisim…” şeirinin cəlb etdiyini bildirdi. “Gah qatil olursan, gah da ki qurban” kimi misralarından da görünür ki, müəllifdə bədii təzadlardan istifadəyə meyil çoxdur. “Sənsən” şeiri də orijinaldır”.

    Tehran müəllim müzakirəyə bu cür yekun vurdu: “Bir savab iş gördük ki, Rəşad Məcidin oxucularının sayını daha da artırdıq. Onun lirik qəhrəmanına bir maraq oyatdıq. Bu kitabda həyatla, sevgi ilə yaşayan bir aşiq obrazı var. Bir oxucu kimi də, bir ədəbiyyatçı kimi də bu kitab haqqında fikirlərimizi bölüşdük. Rəşad Məcidə yeni yaradıcılıq uğurları, müzakirələrimizə isə davam arzulayıram”.

    Gülnar SƏMA

  • Təhminə VƏLİYEVA.”Poeziya və musiqi birləşəndə…”

    AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Mətbuat tarixi və publisistika şöbəsinin kiçik elmi işçisi,
    Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin (gundelik.info) və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının (edebiyyat-az.com) “Publisistika” şöbəsinin redaktoru.

    valiyevatahmina@gmail.com

    ARİF MƏMMƏDOVUN MONOQRAFİYASI MARAQLI BİR MÖVZUYA İŞIQ TUTUR

    Azərbaycan poeziyası ilə musiqisi arasında möhkəm bir bağ, güclü vəhdət vardır. Bu, özünü həm lirikamızda, həm də musiqimizdə göstərir.

    Nizami “Xəmsə”sinin “Yeddi gözəl”i Qara Qarayevin “Yeddi gözəl” baletində, Füzulinin “Leyli və Məcnun”u Üzeyir Hacıbəyovun eyniadlı operasında, Cəfər Cabbarlının “Sevil” dramı Fikrət Əmirovun “Sevil” operasında dil açıb danışmırmı?! Yaxud Nizami, Nəsimi, Füzuli, Seyid Əzim, Əliağa Vahid qəzəlləri olmadan muğamlarımız ecazkar təsirini itirməzmi?!

    Azərbaycan poeziyası ilə musiqisi arasında olan möhkəm bağlılıq məsələsini Arif Məmmədov “Azərbaycan poeziyasının musiqi ilə qarşılıqlı əlaqəsi problemləri” adlı monoqrafiyasında nəzəri və praktik aspektdən şərh edir. O, bu maraqlı mövzunun az öyrənildiyini, diqqətdən kənarda qaldığını xüsusilə vurğulayır. Xatırladaq ki, 1985-ci ildə, ömrünün 57-ci ilində dünyasını dəyişmiş görkəmli alim, filologiya elmləri doktoru, professor Arif Məmmədov vaxtilə Azərbaycan Dövlət Konservatoriyasının Dillər kafedrasına rəhbərlik edib. Professor A.Məmmədov uzun zaman bu mühüm mövzunu diqqətlə, hərtərəfli araşdırıb, onun tədqiqat əsəri elmi-mədəni ictimaiyyətin böyük marağına səbəb olub.

    Nəşrin tərtibçiləri mərhum alimin övladları Azərbaycanın Əməkdar həkimi Gülər İbrahimova və BDU-nun Şərqşünaslıq fakültəsinin məzunu Sirac Məmmədovdur. Kitabın ilk səhifəsində onlar milli mədəniyyətimizə, musiqimizə göstərdiyi qayğıya və bu kitabın ərsəyə gəlməsinə görə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ünvanlayıblar.

    “Ön söz”ün müəllifi olan mərhum akademik Vasim Məmmədəliyev poeziya ilə musiqinin vəhdətindən danışaraq hər ikisinin effektiv təsirə malik olduğunu qeyd edir. Görkəmli alim “Qurani-Kərim”də qafiyəli nəsr – səc formasından istifadə və əzanların muğam avazı ilə oxunmasını bu təsirlə bağlayır.

    Kitabda ilk növbədə guya muğamatın “qəm gətirməsi”, musiqimizin “guşənişinliyi”, Azərbaycan musiqisinin Şərq incəsənəti içərisində əridilməsi, xalq yaradıcılığına “bədnam” münasibət, musiqiçi və şairlərimizin dini yöndə ifrat təəssübkeşlik göstərənlər tərəfindən növbənöv qınaqlara məruz qalması və musiqi alətlərimizə qarşı “hücumlar”dan bəhs olunur, bunların yanlışlığına diqqət yetirilir.

    Söz və musiqi bağlılığından danışarkən əsas qaynaqlardan sayılan xalq ədəbiyyatını və xalq musiqisini unutmaq olmaz. Xatırlayaq, Üzeyir Hacıbəyovun “Koroğlu” və “Əsli və Kərəm”, Zülfüqar Hacıbəyovun “Aşıq Qərib”, Müslüm Maqomayevin “Şah İsmayıl” operaları, Cahangir Cahangirovun “Aşıq Alı” kantatası və “Cəngi”, “Misri”, “Koroğlu qaytağısı”, “Rübai Koroğlu” kimi aşıq havaları xalq ədəbiyyatından qaynaqlanmırmı?!

    Arif Məmmədov monoqrafiyada aşıq yaradıcılığının tarixinə ekskurs edir, müxtəlif dövrlərdə aşığa və saza olan münasibətdən söz açır. Həmçinin, aşıq musiqisinin keyfiyyətlərini şərh edərək ayrı-ayrı folklorşünasların aşıqlığa münasibətini göstərir.

    Müəllif “Klassik yazıçılarımız və musiqi irsimiz” bölümündə Qətran Təbrizi, Məhsəti Gəncəvi, Nizami Gəncəvi, Füzuli, Seyid Əzim Şirvani və Nəbatinin musiqiyə olan marağından, musiqiyə bələdliyindən danışır. Ən nəcib insan duyğularının sözçüsü olan lirik şair Məhsətinin məlahətli səsi və gözəl arfa, ud, cəng çalmağı da varmış. Nizami Gəncəvi və musiqi kitabda ayrıca diqqət ayrılan məsələdir. Nizaminin musiqi ilə bağlı görüşləri “Xosrov və Şirin”, “İsgəndərnamə” poemalarında əksini tapır. “Rast”, “Hisar”, “İraq”, “Uşşaq”, “Rəhavi”, “Rahab”, “Zirəfkən” kimi muğamlar qəhrəmanın daxili əhvalının təsvirində mühüm rol oynayır. Nizami qəzəllərinin məşhur xanəndələr Barbəd və Nəkisa tərəfindən ifa edildiyi də “Xosrov və Şirin”dən anlaşılır. Musiqi alətlərinin – saz, ney, cəng, ud,qanun (kanon) və setarın başlıca xüsusiyyəti verilməklə bərabər, onların insan duyğuları ilə səsləşməsi ustalıqla qələmə alınıb. Arif Məmmədov Nizami Gəncəvinin tez-tez musiqi terminologiyasından istifadə etməsinə, “İsgəndərnamə” poemasının “İqbalnamə”sində şairin musiqi alətlərinin köklənməsi, məqam kimi məsələlərdə nə dərəcədə səriştəli olmasına xüsusilə diqqəti yönəldir. O, Nizaminin “İsgəndərnamə”də 80-ə yaxın müğənninamə yaratdığını bildirir.

    Musiqi və poeziya vəhdəti deyilərkən ilk ağıla gələn poetik nümunələr Füzuli qəzəlləridir. Bəlkə də qəzəlləri muğam üstündə ən çox oxunan şairdir Füzuli! Füzuli qəzəliyyatındakı musiqi onların hələ heç nəğmə üzərində deyil, sadə oxunuşunda belə duyulur. Bu mənada, Xalq şairi Rəsul Rzanın Füzuli qəzəliyyatı barədəki fikrini xatırlamaq yerinə düşər. Rəsul Rza qeyd edir ki, Füzuli qəzəli bir sənət növünün içinə sığmayan qüdrətli bir ilhamın həm danışan, həm də səslənən ifadəsidir.

    Füzuli şeirdə musiqilik yaradacaq keyfiyyətlərdən – Şərq şeirinin və Azərbaycan dilinin poetik imkanlarından mükəmməl surətdə yararlanıb. Şairin poeziyasının musiqi ilə bağlılığı “Yeddi cam” poemasında da özünü göstərir. Ney, dəf, cəng, ud, setar, qanunla söhbətdə onların hekayəti dinlənilməklə yanaşı, hər bir musiqi alətinin quruluşu, spesifik xassələri poetik, obrazlı dillə ifadə olunur. A.Məmmədov “Onun hər bir şeiri muğamlarımızı andırır” deyir və o ifaları bizə bir də xatırladır. Üzeyir Hacıbəyli musiqisində Füzuli qəzəlləri “Leyli və Məcnun”, “Arşın mal alan”, “Əsli və Kərəm” operalarında, Cahangir Cahangirovun “Füzuli kantatası”nda, “Vətənimdir” qəzəli Süleyman Ələsgərovun “Bayatı-Şiraz” üstündə bəstələdiyi “Vətənim” romansında, “Sultanıdır” rədifli qəzəli Ramiz Mustafayevin, “Görüb” rədifli qəzəli Vasif Adıgözəlovun romansında yeni nəfəs qazanır. Məşhur “Məni candan usandırdı, cəfadan yar usanmazmı?” mətləli qəzəli Cahangir Cahangirov musiqisində yeni cildə bürünərək bənzərsiz bir sənət əsərinə çevrilir. “Füzuli kantatası” Şövkət Ələkbərovanın ifasında unudulmazlıq qazanır. Bülbül Füzuli poetikasının təsiri ilə “Füzuli təsnifləri” bəstələyir və bənzərsiz ifası ilə onun əsərlərinə yeni nəfəs gətirir. Kitabda Arif Məmmədovun Füzuli və Üzeyir Hacıbəyli sənətinin müqayisəsi poeziya və musiqi vəhdəti baxımından maraq doğurur: “Əgər Füzuli sözün kəsəri, beytin incəliyi, fikrin dərinliyi ilə buna – məhəbbəti təsvir etməyə nail olurdusa, Üzeyir bəy isə səslərin təsir gücü, melodiya və avazın köməyilə, müxtəlif bədii vasitələrlə mövzunun mahiyyətini, mənasını bədii idrakın zirvəsinə yüksəltmişdi”.

    XX əsrin görkəmli ziyalılarının musiqiyə həssaslığı onların ayrı-ayrı əsərlərində təzahürünü tapır və bu ədəbi nümunələr maraqlı formada şərh olunur. Kamança Mirzə Cəlilin eyni adlı əsərinin qəhrəmanı erməni Baxşını qan-qadadan sağ çıxardır. Əbdürrəhim bəy Haqverdiyevin “Qoca tarzən”i isə son nəfəsində tarlı günlərini, “Rast”ı xatırlayır, “Şikəsteyi-fars” çalınanda sanki bir anlıq cavanlaşır və … tarın sədaları altında rahatca dünyadan köçür. Milli dəyərlərimizə, o cümlədən, musiqimizə qarşı hücumlarda Mikayıl Müşfiq tarı dilləndirir və “Oxu, tar, oxu tar, səni kim unudar?” sədası yüksəlir. Bir vaxtlar toyları bəzəyən Dumanın “Sındırılan saz”ı isə amansız hücumlar qarşısında duruş gətirə bilmir, dağa-daşa çırpılır və məhvoluşu ictimai etirazla köklənir. Nəğmələri ilk dəfə toplayıb çap edən Həsən bəy Zərdabi, musiqi sənətinə dair məqalələrlə çıxış edən Nəcəf bəy Vəzirov, “Sınıq saz”, “Şair, şeir pərisi və şəhərli” əsərlərində şeiriyyat və musiqi məsələlərini qoyan Abbas Səhhət də Arif Məmmədovun tədqiqatından kənarda qalmayıb.

    Sadəcə lirik şairlər deyil, realist qələm sahibləri də qınaqlar və təhqirlərlə üzləşirdilər. Elə Sabir kimi! İctimai qüsurlarımıza ayna olan Sabir şeiriyyatı təkcə kəskin, kəsici dili ilə təsir etmir. Sabir poeziyasının axıcıllığı, rəvanlığı, musiqisi də burada gücünü göstərir. Arif Məmmədov da şeirlə musiqi əlaqəsi zəminində Sabir şeirinin musiqisinə, şairin musiqiyə bələdliyinə diqqət cəlb edir. Sabir şeiriyyatında Füzuli poetikliyindən gələn lirik tonlar da var, ancaq satirik boyalar daha qabarıqdır. A.Məmmədov Sabir poeziyasını Füzuli şeiri ilə əlaqələndirərək yazır: “Həsrət və hicrandan yar cövründə sızlayan Füzuli, Sabir qələmi sayəsində yenidən cana gəlir, ağlayırsa da gülə-gülə ağlayır, göz yaşı içərisində qərq olaraq gülür”.

    Arif Məmmədov M.Ə.Sabir şeirinin musiqiliyinə diqqəti cəlb edərək yazır: “Şairin sənətindəki vəzn, rəngarəng ritm, gözəl taqt, ahəngdar şeirlər özü musiqini andırır”. O, Sabirin xalq musiqisindən bəhrələndiyini “Segah” üstə oxunan “Dad əlindən” adlı xalq musiqisi ilə müqayisədə göstərir. Yaxud: “Mən günəşi göydə dana bilmirəm” şeirini əgər həmin ölçüdə “Şur” məqamı üstə bir motivlə oxusaq, nə qədər təsirli çıxardı” – kimi maraqlı bir fikir ortaya qoyur. Üzeyir Hacıbəyov musiqisi və poeziya, Nəriman Nərimanov və musiqi, Hüseyn Cavid, Cəfər Cabbarlı, Səməd Vurğun şeirində musiqi və digər mövzularla bağlı fəsillərdə son dərəcə diqqətəlayiq düşüncələr, mülahizələr verilib. Saib Təbrizi, Əmani şeirinin musiqi çalarları, Molla Pənah Vaqif və musiqi, Mirzə Şəfi Vazeh, Qasım bəy Zakir, Mirzə Fətəli Axundov, Seyid Əzim Şirvani, Xurşidbanu Natəvan, Abbasqulu ağa Bakıxanov və musiqi sənəti kimi bir sıra məsələlər də əsərdə ətraflı şərh olunub.

    Kitabda Azərbaycan musiqisinin poeziya ilə bağlılığı muğamlar kontekstində aydın göstərilib. Musiqi yüksək zövq, lirik duyum, ali dəyərdir. Azərbaycan musiqisinin ən təsirli nəğmələri isə, sözsüz ki, muğamlardır. “Segah”ın sevgi nəğməsini dinləyir, “Şur”da lirik duyğulara dalır, “Çahargah”dakı iztirabı, həyəcanı duyur, “Humayun”un qüssə-kədərini dadırıq. Ancaq hər zamankı kimi kədər uzun çəkmir. “Rast”ın aşıladığı mərdlik, gümrahlıq hissi ilə yenə də həyata bağlanırıq.

    Arif Məmmədov “Xalq müğənniləri və poeziya” fəslində poeziya-musiqi vəhdətini ifaya gətirən xadimlərdən, ədəbi məclislərdən və musiqişünaslardan bəhs açır. Burada “Rast” dəstgahındakı ifası bu günə qədər danışılan Kərbəlayi Ağabala, Ərdəbildəki bədnam ruhanilərin təzyiqindən yaxa qurtarıb Tiflisdə yaşayıb-yaradan böyük xanəndə Səttar, Sədi, Hafiz qəzəllərinin mahir ifaçısı Hacı Hüsü, məşhur Zülalovlar nəslinin görkəmli nümayəndəsi Əbdülbağı Zülalov (Bülbülcan), “Nalə” adlı kiçik şeir məcmuəsi də olan Mirzə Məhəmmədhəsən, “Aşıq Qərib” dastanından parçaları muğam üstə ifa edən Oruc, Əbülhəsən xan İqbal, əfsanəvi Cabbar Qaryağdıoğlu, Seyid Şuşinski və İslam Abdullayev kimi xanəndələrin, “Qoca tarzən” Sadıqcanın və böyük vokalist Bülbülün sənətindən geniş bəhs açılır… Monoqrafiya Azərbaycan poeziyası və musiqisinin qarşılıqlı əlaqələri barədə düşünməyə, bu məsələ ilə bağlı yeni tədqiqat əsərləri yaratmağa sövq edir.

  • Təhminə VƏLİYEVA.”Nitq etiketlərinin nəzəri və metodik məsələlərinə həsr olunmuş” (Tezis)

    AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Mətbuat tarixi və publisistika şöbəsinin kiçik elmi işçisi,
    Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin (gundelik.info) və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının (edebiyyat-az.com) “Publisistika” şöbəsinin redaktoru.

    valiyevatahmina@gmail.com

    AZƏRBAYCAN DİLİ DƏRSLƏRİNDƏ NİTQ ETİKETLƏRİNİN TƏDRİSİ ELMİ-METODİK PROBLEM KİMİ

    Azərbaycan dili dərslərində nitq etiketlərinin tədrisi məsələsinin elmi-metodik ədəbiyyatda həm nəzəri, həm də metodik aspektdən qoyuluşu bu problemin elmi-nəzəri və metodik baxımdan həll edilməsini ortaya qoyur. Hər bir xalqın dilində onun malik olduğu əxlaqi-etik görüşlərinin, mənəvi dəyərlərinin təzahürü olan hazır nitq modelləri vardır ki, onlar dilçilikdə nitq etiketləri yaxud nitq yarlıqları adı ilə verilir. Nitq etiketləri tərkib hissəsi olduğu nitq mədəniyyəti kimi milli səciyyə daşıyıb, məxsus olduğu xalqın etnik-milli dəyərlərinin nitq prosesində təzahürüdür. Onlar milli olduğu qədər də bəşəridir. Çünki nitq yarlıqları dünya dillərinin hər birində mövcuddur və universal dil hadisəsidir.
    Nitq etiketləri cəmiyyətdə insanlararası münasibətlər sistemində stereotipə çevrilmiş əxlaqi-etik davranış normalarının tənzimləyicisi kimi çıxış edir və davranış etikası ilə birbaşa bağlıdır. Nitq etiketləri gündəlik istifadədə nitq və dil səviyyəsində reallaşır və dilin başlıca funksiyası olan cəmiyyətdə insanlar arasında ən mühüm ünsiyyət vasitəsi olması nitq etiketlərinin məzmununda təzahür edir. O, mədəni ünsiyyətin təşkilində mühüm rol oynayır. Nitq etiketi və ünsiyyət mədəniyyəti bir-birini tamamlayan və bir-birindən eyni dərəcədə asılı olan anlayışlardır. Müxtəlif nitq-ünsiyyət situasiyalarında işlənən nitq etiketləri daşlaşmış, hazır dil modelləridir. Mədəni nitq etiketində situasiya əsas meyardır, dialoqun hansı istiqamətdə getməsi, mədəni ünsiyyətin məramının açılması situasiyadan bilavasitə asılıdır. Nitq etiketi formalarından istifadə situasiya tipləri ilə əlaqədar olaraq müəyyənləşir. Nitq etiketləri bu və ya digər situasiya üçün uyğun olan, norma hesab olunan etik ifadələrin seçilməsini tələb edir.
    Nitq etiketlərinin məzmununda daşıdığı etik xarakteri onun fəlsəfi termin olan “etika” ilə eyniləşdirilməsi haqqı vermir. Nitq və etiket bir-birilə ayrılmaz, üzvi əlaqədədir, nitqin əxlaqi dəyərlərə, etik normalara uyğun olması danışan haqqında adresatın müsbət rəyinə səbəb olur. Bununla da, danışan səlis, mədəni nitqi ilə həmsöhbətini heyran etməklə qalmır, söhbətdə təsiredici qüvvəni və söhbətin gedişatında idarəni öz əlinə alır. Etiket qaydaları cəmiyyətdə insanların bir-birinə hörmət və ehtiramını, sevgi və rəğbətini göstərən mühüm amillərdəndir. Etiket qaydalarının tətbiqində cəmiyyətdə mövcud davranış və danışıq stereotipləri nəzərə alınmalıdır. Məhz etiket qaydalarının şifahi və yazılı nitqdə gözlənilməsi müəyyən məqsədli nitqin səmərəliliyini və düzgün ifadə qabiliyyətini səciyyələndirir. Nitq etiketindən bəhs açarkən onun digər etiket növlərinin daxilində verilməsi və ya digər etiket növləri (xarici görünüş etiketi, davanış etiketi) ilə qarışdırılması halları müşahidə olunur. Lakin nitq etiketi isə cəmiyyət tərəfindən müəyyən edilmiş müvafiq nitq situasiyasında insanlar arasında mədəni ünsiyyət və nitq davranışını tənzimləyən etik qaydalar sistemindən ibarətdir.
    Ümumtəhsil məktəblərinin Azərbaycan dili dərslərində nitq etiketlərinin mənimsədilməsi vacib məsələ kimi qarşıya qoyulmuşdur. Nitq etiketlərinin tədrisi ümumtəhsil məktəblərinin V-XI sinif kursunda nəzərdə tutulması heç də təsadüfi xarakter daşımır. Bu məsələnin vacibliyi, hər şeydən əvvəl, nitq etiketlrəinin daşıdığı funksiyalarında təzahür edir. Nitq etiketlərinin kontaktyaratma funksiyası ünsiyyət prosesində həyata keçir. İnsanların bir-birilə əlaqə və münasibət qurmasına kömək edir. Apelyativ funksiya ünsiyyətin yaranması, dialoqun baş tutması üçün əsas vasitə rolunu oynayan müarciət formullarını özündə ehtiva edir. Kontativ funksiya (adlandırma) barədə görkəmli rus dilçi alimi prof. Lidiya Federenko müraciət formullarını şərh edərkən bildirir ki, müraciət sadəcə çağırmır, həm də onu adlandırır, yəni kontativ funksiya daşıyır. Volyuntativ funksiya nitq etiketlərinin emosional-dəyər funksiyası ilə bağlı olub, xahiş, dəvət, icazə, məsləhət, təklif situasiyalarında fikirlərin etik ifadəsini təmin edir. Emotiv funksiya nitqin emosional-ekspressiv funksiyası ilə bağlıdır, onun vasitəsilə həmsöhbətlər bir-birinə öz duyğu və arzularını ifadə etməyə kömək edir. mədəni ünsiyyət prosesində sadalanan funksiyaların böyük rolu var. Məktəb şagirdlərinə nitq etiketlərini lazımi qaydada mənimsətməklə bu funksiyalardan səmərəli istifadə təmin olunur. Müasir təlimdə nəticəyönümlülük başlıca prinsip qəbul edildiyindən müəllim keçdiyi mövzunun hansı nəticə verəcəyini əvvəlcədən müəyyən edir. Təlim nəticələri mövzunun nəzəri və praktik əhəmiyyətini qabardır və müəllimi fəaliyyətə sövq edir. Nitq etiketlərinin tədrisi ilə şagirdlərin əldə edəcəyi keyfiyyətləri aşağıdakı şəklində qruplaşdırmaq olar:
    • Cəmiyyətdə insanlarla mədəni ünsiyyət qura biləcəklər, məqsədli, düşünülmüş və etik nitqə yiyələnəcəklər.
    • Nitq etiketləri aid olduğu xalqın etik-mənəvi dəyərlərinin təcəssümü olduğundan şagirdlər milli-mənəvi tərbiyə görmüş şəxsiyyətə çevriləcəklər.
    • Nitq etiketləri cəmiyyətdə etik davranış normalarının tənzimləyicisi kimi çıxış etdiyindən onların şagirdlər tərəfindən mənimsənilib bacarıq və vərdişə çevrilməsi şagirdlərdə etik rəftar və davranışı təmin edəcəkdir.
    Nitq etiketlərinin şagirdlər tərəfindən dərindən və möhkəm mənimsədilməsi üçün müəllim onların işləndiyi situasiyalarla tanış etməlidir. Bunu ya bilavasitə əyani şəkildə, ya da mətn üzərində iş ilə həyata keçirə bilər. Əyani şəkildə tədris “rollu oyun” iş üsulundan istifadə ilə qurula bilər. Bir ədəbi əsər üzrə şagirdlər arasında rol bölgüsü aparıb, onları birbaşa nitq situasiyalarına cəlb edib lazımi nitq etiketini işlətməsini tapşırıq kimi vermək olar. Mətn üzərində işin səmərəli şəkildə təşkili üçün müəllim mətni məqsədəuyğun, şagirdlərin yaş, anlama səviyyəsinə müvafiq seçilməlidir. Seçilən mətn həm də didaktik xarakterdə olmalı, şagirdlərin mənəvi tərbiyəsinə kömək etməlidir. VI sinif “Azərbaycan dili” dərsliyində verilmiş “Sənin kimi olacağam” mətnində ata yazdığı inşa ilə müəlliminin tərifini qazanan oğlunu alqışlamaq üçün “Afərin sənə! Sükanı belə saxla!” alqış etiketindən istifadə edir. mətnin davamında bir başqa situasiya verilir. Belə ki, oğlan atasına onu itələyən Asifi vurduğunu deyəndə ata “Yaxşı eləmisən. Qoyma səni vursunlar. Heç vaxt!” şəklində reaksiya verir. Lakin oğlunun “Yaxşı eləmişəm? Amma müəllim dedi ki, düzgün hərəkət etməmişik” sözü atanı bir növ ayıldır və sözlədiyi sözə peşman edir. Ata-oğul dialoqu şəklində verilmiş mətndə atasını böyük məhəbbətlə sevən oğlun “Mən də atam kimi həkim olacağam. Çoxlu xəstələrim olacaq və mən də onları sağaldacağam. Atam kimi mən də kasıblardan pul almayacağam. Onları pulsuz sağaldacağam. Ehtiyacı olanlara pulsuz dərmanlar verəcəyəm. Çünki mənim atam belə edir” sözləri atanı sarsıdır və pulu ödəmədiyinə görə əməliyyat etmədiyi xəstə yadına düşür, dərhal zəng vurub hamını işə çağırır və əməliyyata başlayır.
    Təlim prosesində müəllim “karusel”, “sankveyn”, “ziqzaq” və s. kimi iş üsullarına da müraciət edə bilər. O, iş vərəqələrində müxtəlif məqamlarda işlədilən nitq etiketlərini verir və onları situasiya tiplərinə görə qruplaşdırır. Qruplaşdırılma aparıldıqdan sonra həmin iş vərəqələrini təşkil etdiyi ayrı-ayrı qruplara paylayır. Məhz bu zaman şagirdlər müşahidələrinə, oxuduqlarına əsaslanaraq yaxud özünü bilavasitə situasiyada təsəvvür edib hansı məqamda hansı nitq etiketini işlətməyin lazımlı olduğunu düşünüb müəyyən edəcəklər. Hər qrup üçün ayrı verilmiş iş vərəqələri digər qrup üzvlərinə də ötürülür. Bununla da, şagirdlər həm digər nitq-ünsiyyət situasiyaları və o məqamlarda işlədilən nitq etiketləri ilə tanış olur, həm də bir-birlərinin fikirlərini öyrənib onlara öz tənqidi münasibət bildirirlər.

    ADPU, Elmi rəhbər: filologiya üzrə fəlsəfə doktoru, dosent Vaqif İsrafilov

  • Xəyalə SEVİL.Yeni şeirlər

    “Gənc Ədiblər Məktəbi2”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, Azərbaycan Respublikası Prezidenti təqaüd fondunun təqaüdçüsü

    Əllərim qoynumda dustaq

    Gözüm ürəyimin suyunu çəkdi,
    Quruda qaldım sənsiz.
    Mən səninlə tam olmuşdum,
    Yarıda qaldım sənsiz.

    Gözümdən düşən dünyanı
    Kim qoyacaq yerinə?…
    Xəyallarım qız uşağı,
    Qoşulub qaçıb birinə.

    Əllərim qoynumda dustaq,
    Səni saxlamıram ki.
    Pəncərəmi açıq qoydum,
    Bulud doldu gözümə,
    Yoxsa ağlamıram ki.

    Ürəyimə işıq düşmür

    Ürəyimə işıq düşmür,
    Pəncərəni kim bağladı?
    Yox, mən ağlağan deyiləm,
    Gözlərimdə kim ağladı?
    Göy üzündə
    Boş yer yoxdu
    Ulduzların əlindən.
    Səsim sənə çatmır, Allah.
    Yerindən, göyündən küsüb
    Duam,
    Dilimə yatmır, Allah.
    Ayaq üstə oldürmə,
    Öldürürsən, yıx məni.
    Üstümə bir ölüm gəl,
    Bu dünyadan çıx məni.

  • Xəyalə SEVİL.Yeni şeirlər

    “Gənc Ədiblər Məktəbi2”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, Azərbaycan Respublikası Prezidenti təqaüd fondunun təqaüdçüsü

    Güzgülər içimin çöl tərəfidi

    Ayrılıq deyirəm…
    Ayrılıq
    Bədənimin sol tərəfidi.
    Gözlərim deyirəm…
    Gözlərim
    Gedənlərin yol tərəfidi.
    Güzgülər içimin çöl tərəfidi,
    Güzgülərdə sevmə məni.
    Ürək görünmür orda!
    Yox! Qayıtma deyirəm,
    Əvvəl ayağa dur ürəyimdə.
    Ayağa dur ki, sənin
    Çiyninə başımı əyim.
    Güvənməkdən başlayır sevməyim…

    Əllərim bir tənha qucaqdı sənsiz

    Əllərim bir tənha
    Qucaqdı sənsiz.
    Həsrətin yamanca
    Qoçaqdı sənsiz.
    Stolumun üstündə
    Titrəyən şamım üşüyür.
    Sənsiz açılan səhərim,
    Düşən axşamım üşüyür.
    Çiynim bədənimdə intihar yeri,
    Asılacaq qolum varmış.
    Elə hər gün ürəyimdən keçirsən,
    Nə tükənməz yolun varmış.
    Ömrümü başı aşağı
    Tutub boşaltmısan indi.
    Səndən qalan tək xatirə
    Təkliyimdi, təkliyimdi…

  • P.Bülbüloğlunun “Heydər Əliyev” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

    P.Bülbüloğlunun “Heydər Əliyev” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

    Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

    Azərbaycan mədəniyyətinin inkişafında böyük xidmətlərinə və uzunmüddətli səmərəli ictimai-siyasi fəaliyyətinə görə Polad Bülbüloğlu “Heydər Əliyev” ordeni ilə təltif edilsin.

    İlham Əliyev
    Azərbaycan Respublikasının Prezidenti
    Bakı şəhəri, 3 fevral 2020-ci il.

    Mənbə: https://president.az

  • Əbdürrəhim bəy Haqverdiyevin 150 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

    Əbdürrəhim bəy Haqverdiyevin 150 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

    2020-ci ilin may ayında Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük dramaturq, nasir, publisist və teatr təşkilatçısı, tanınmış ictimai xadim Əbdürrəhim bəy Haqverdiyevin anadan olmasının 150 illiyi tamam olur.

    Əbdürrəhim bəy Haqverdiyev öz məşhur sələflərinin ədəbi ənənələrinin layiqli davamçısı və geniş erudisiyaya malik müasir dünyagörüşlü maarifpərvər ziyalı kimi çoxşaxəli fəaliyyət göstərmiş, Azərbaycan realist ədəbiyyatını və maarifçi-demokratik fikrini yeni mərhələyə qaldıraraq milli düşüncənin inkişafında əhəmiyyətli rol oynamışdır. Ustad sənətkarın dramaturji irsi ölkəmizdə teatr mədəniyyətinin yüksəlişinə yol açmışdır. Onun canlı həyat lövhələri ilə son dərəcə zəngin hekayələri nəsr tariximizin ən qiymətli nümunələri sırasında xüsusi yer tutur. Vətənpərvər ədib sevdiyi və təmənnasız xidmətində dayandığı xalqın arzu və istəklərini əsərlərində dolğun əks etdirmiş, maarifçiliyin alovlu təbliğatçısı olaraq daim mədəni oyanışa və tərəqqiyə səsləmişdir. Əbdürrəhim bəy Haqverdiyev Azərbaycanın ictimai həyatında fəal iştirak etmiş və sosial-mədəni quruculuq işlərində yorulmadan çalışmışdır.

    Əbdürrəhim bəy Haqverdiyevin adının UNESKO-nun 2020–2021-ci illər üçün görkəmli şəxslərin və əlamətdar hadisələrin yubileyləri siyahısına daxil edilməsi çoxəsrlik ədəbiyyatımızın parlaq siması olan ədibin mənəvi sərvətlərimizi və ali ümumbəşəri dəyərləri özündə təcəssüm etdirən humanist ruhlu yaradıcılığının lazımınca və yüksək qiymətləndirilməsinin aydın təzahürüdür.

    Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan xalqının ədəbi-bədii və mədəni-ictimai fikir xəzinəsinə töhfələr bəxş etmiş qüdrətli söz ustası Əbdürrəhim bəy Haqverdiyevin 150 illiyinin qeyd olunmasını təmin etmək məqsədilə qərara alıram:

    1. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi, Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə, Azərbaycan Yazıçılar Birliyinin təkliflərini nəzərə almaqla, böyük ədib Əbdürrəhim bəy Haqverdiyevin 150 illik yubileyinə dair tədbirlər planı hazırlayıb həyata keçirsin.

    2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

    İlham Əliyev
    Azərbaycan Respublikasının Prezidenti
    Bakı şəhəri, 31 yanvar 2020-ci il.

    Mənbə: https://president.az

  • X.S.Qocayevin (Xeyrəddin Qocanın) “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

    X.S.Qocayevin (Xeyrəddin Qocanın) “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

    Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

    Azərbaycan Respublikasının ədəbi və ictimai həyatında fəal iştirakına görə Xeyrəddin Sayəddin oğlu Qocayev (Xeyrəddin Qoca) “Şöhrət” ordeni ilə təltif edilsin.

    İlham Əliyev
    Azərbaycan Respublikasının Prezidenti
    Bakı şəhəri, 30 yanvar 2020-ci il.

    Mənbə: https://president.az

  • C.Ə.Səlimovanın “Şərəf” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

    C.Ə.Səlimovanın “Şərəf” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

    Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

    Azərbaycan mədəniyyətinin inkişafında böyük xidmətlərinə görə Cənnət Əlibəy qızı Səlimova “Şərəf” ordeni ilə təltif edilsin.

    İlham Əliyev
    Azərbaycan Respublikasının Prezidenti
    Bakı şəhəri, 17 yanvar 2020-ci il.

    Mənbə: https://president.az

  • B.V.Məsimovun (Baba Vəziroğlunun) “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

    B.V.Məsimovun (Baba Vəziroğlunun) “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

    Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

    Azərbaycan ədəbiyyatının inkişafında xidmətlərinə görə Baba Vəzir oğlu Məsimov (Baba Vəziroğlu) “Şöhrət” ordeni ilə təltif edilsin.

    İlham Əliyev
    Azərbaycan Respublikasının Prezidenti
    Bakı şəhəri, 10 yanvar 2020-ci il.

    Mənbə: https://president.az

  • Dünya azərbaycanlılarına

    Əziz həmvətənlər!

    Hörmətli soydaşlar!

    Azərbaycan xalqının milli-mənəvi bütövlüyünü təcəssüm etdirən 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə sizi ürəkdən təbrik edir, hər birinizə ən səmimi arzu və diləklərimi yetirirəm.

    İlk dəfə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə qeyd olunmuş bu tarixi gün xarici ölkələrdə məskunlaşıb yaşayan milyonlarla soydaşımızın azərbaycançılıq məfkurəsi ətrafında sarsılmaz birliyinin və Vətənə sədaqətinin rəmzi kimi hər il xalqımız tərəfindən ruh yüksəkliyi ilə bayram edilir.

    Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdikdən sonra yaxın keçmişimizin bir çox tarixi sınaq anlarında mütəşəkkil birlik və həmrəylik nümayiş etdirərək, bütün sahələrdə böyük inkişafa və uğurlara nail olmuşdur.

    Bu gün Azərbaycan dövləti müstəqil daxili və xarici siyasəti, artan beynəlxalq nüfuzu, iqtisadi, siyasi və hərbi gücü ilə yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Bir çox qlobal transmilli və regional layihələrin təşəbbüskarı və iştirakçısı olan ölkəmiz dünyanın enerji təhlükəsizliyinə sanballı töhfələr verməklə, regionda mühüm tranzit və logistika mərkəzinə çevrilmişdir. Zəngin təbii resurslarımız və iqtisadi potensialımız Azərbaycanın geostrateji mövqelərinin daha da güclənməsinə etibarlı zəmin yaradır və biz bu istiqamətdə ardıcıl siyasətimizi davam etdirəcəyik.

    Sosial-iqtisadi, siyasi-hüquqi sahələrdə və dövlət idarəetməsində həyata keçirilən sistemli islahatlar, milli müstəqillik ideallarına sadiq, müasir dünyagörüşlü gənclərimizin bu prosesə daha fəal cəlb edilməsi bizi inamla qarşıya qoyduğumuz inkişaf strategiyasının hədəflərinə yaxınlaşdırmaqdadır. Uğurlu siyasətin nəticəsidir ki, ölkədə möhkəm ictimai-siyasi sabitlik və milli-mənəvi həmrəylik təmin edilmiş, insanlarımızın maddi rifahı əhəmiyyətli dərəcədə yaxşılaşmışdır.

    Dünyanın ayrı-ayrı bölgələrində mürəkkəb etno-siyasi proseslərin, din və məzhəb qarşıdurmalarının, humanitar fəlakətlərin baş verdiyi bir vaxtda Azərbaycan sabitliyin, etnik-dini tolerantlığın və multikultural ənənələrin qorunub saxlanıldığı unikal məkandır. Müasir dövrdə insanları narahat edən sülh və təhlükəsizlik məsələlərinin, sivilizasiyalararası dialoq problemlərinin müzakirə edildiyi bir çox mötəbər beynəlxalq tədbirlərə, o cümlədən Dünya dini liderlərinin II Sammitinə, Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşünə ev sahibliyi etməsi və növbəti üç ildə bu Hərəkata sədrliyin Azərbaycan Respublikasına keçməsi dövlətimizin beynəlxalq nüfuzunun bariz nümunəsidir. Təsadüfi deyil ki, bu gün dünyanın ən gözəl şəhərləri sırasında yer alan paytaxtımız Bakı qlobal miqyasda sülhün və əmin-amanlığın təminatı üçün önəmli çağırışlar mərkəzinə çevrilmişdir.

    Dahi Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə Azərbaycanda “Nəsimi İli”nin elan edilməsi ictimai-mədəni həyatımızın builki əlamətdar səhifələrindən biridir. “Nəsimi İli” çərçivəsində ölkəmizdə və onun hüdudlarından kənarda keçirilmiş rəngarəng tədbirlər Azərbaycan mədəniyyətinin ümumbəşəri əhəmiyyətinin daha bir nümayişi olmuşdur.

    Ermənistan–Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli və ərazi bütövlüyümüzün bərpası taleyüklü bir vəzifə olaraq qarşıda durur. Dövlətimizin iqtisadi-hərbi qüdrəti, beynəlxalq aləmdə getdikcə güclənən mövqelərimiz və fəal siyasi-diplomatik səylərimiz bu ağrılı problemin Azərbaycanın milli maraqlarına uyğun həlli üçün səfərbər edilmişdir. Son illər ordumuzun cəbhədə qazandığı uğurlar da göstərir ki, əzəli və əbədi Azərbaycan torpağı Qarabağın düşmən tapdağından azad ediləcəyi və tarixi ədalətin zəfər çalacağı gün uzaqda deyildir.

    Azərbaycan Respublikası hazırda özünün parlaq və davamlı inkişaf dövrünü yaşayır. Dünyanın müxtəlif guşələrində məskunlaşan, lakin qəlbi daim Azərbaycan eşqi ilə döyünən soydaşlarımız da bu tarixi prosesdən kənarda deyil və onların xalqımızın tərəqqisində, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması işində təqdirəlayiq xidmətləri yüksək qiymətləndirilməlidir.

    Ümidvaram ki, harada yaşamalarından asılı olmayaraq, soydaşlarımız məskunlaşdıqları ölkələrin həyatına inteqrasiya ilə yanaşı, öz milli kimliyini, mənəvi-əxlaqi dəyərlərini, tarixi Vətənlə bağlılığı qoruyacaq, Azərbaycanın bu günü və aydın sabahı naminə əməl və əqidə birliyi, sarsılmaz həmrəylik nümayiş etdirəcəklər. Xarici ölkələrdəki çoxsaylı diaspor təşkilatlarımızın gələcəkdə də əzmkar iradə və yüksək vətənpərvərliklə bu amallar uğrunda çalışacağına, xalqımızın və dövlətimizin şərəfli adını daim uca tutacağına inanıram.

    Bu yolda hamınıza uğurlar, cansağlığı, ailələrinizə xoşbəxtlik və firavanlıq arzulayıram.

    Bayramınız mübarək olsun!

    İlham Əliyev
    Azərbaycan Respublikasının Prezidenti
    Bakı şəhəri, 25 dekabr 2019-cu il.

    Mənbə: http://president.az/

  • Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının təbrik məktubu

    Əziz və dəyərli dostlar, Azərbaycan Jurnalistlər Birliyinin üzvləri, jurnalist həmkarlarım, şair dostlarım,

    Sədri olduğum Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatı adından, nəzdimizdə fəaliyyət göstərən gundelik.info və edebiyyat-az.com saytları adından, “Dan yeri” Ədəbi Birliyi adından, təsisçisi və və baş redaktoru olduğum “Möhtəşəm Azərbaycan” qəzetinin yaradıcı kollektivi adından, çalışdığım SOCAR-ın “Azərikimya” İstehsalat Birliyinin mətbuat xidməti adından Sizin hər biriniz başda olmaqla – xalqımızı və dünyanın müxtəlif nöqtələrində yaşayan soydaşlarımızı Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni – 2020 ci il münasibətilə səmimi-qəlbdən təbrik edir, həyatda möhkəm can sağlığı, problemsiz ömür-gün, süfrənizə bol ruzi-bərəkət, dünya azərbaycanlılarının birliyi və həmrəyliyi istiqamətində gördüyünüz məqsədyönlü işlərdə yeni-yeni nailiyyətlər arzulayıram.
    Birliyimiz və həmrəyliyimiz heç zaman sarsılmasın!
    Bayramımız mübarək olsun!

    Sevgi və sayğılarla: Rafiq Oday,
    şair-publisist, respublikanın Əməkdar jurnalisti

  • Ədəbiyyat İnstitutunda Məmməd Cəfər Cəfərova həsr olunmuş elmi sessiya keçirilib

    https://c.radikal.ru/c34/1912/0c/0cf49c6477a5.jpg

    https://d.radikal.ru/d28/1912/3c/5a86e75a0b5b.jpg

    https://a.radikal.ru/a21/1912/45/28747eb187f8.jpg

    Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda AMEA-nın Humanitar Elmlər Bölməsinin təşkilatçılığı ilə “Akademik Məmməd Cəfər Cəfərov və Azərbaycan humanitar elminin müasir problemləri” mövzusunda elmi sessiya keçirilib.
    Tədbiri giriş sözü ilə AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli açaraq elmi sessiyanın Azərbaycan Respublikası Prezidentinin 15 aprel 2019-cu il tarixli “Akademik Məmməd Cəfər Cəfərovun 110 illiyinin qeyd edilməsi haqqında” Sərəncamına uyğun olaraq keçirildiyini bildirib. Akademik İsa Həbibbəyli Məmməd Cəfər Cəfərovun hərtərəfli şəxsiyyət olmasından, onun bir ədəbiyyatşünas, tənqidçi kimi fəaliyyəti ilə birgə, dilçilik, folklor, estetika, teatrşünaslıq, tarix və digər sahələrdə də araşdırmalarından bəhs edib.
    Akademik İsa Həbibbəyli əlavə edib ki, Məmməd Cəfər Cəfərov nədən yazırsa yazsın, o, ilk növbədə konseptual baxışlara malik olan nəzəriyyəçidir. Akademikin bu tipli tədqiqatlarına nümunə olaraq “Nizaminin fikir dünyası”, “Hüseyn Cavid” və digər əsərlərinin məziyyətlərindən danışıb. Həmçinin Məmməd Cəfər Cəfərovun öz məktəbini yaratması haqqında da fikir bildirib. Bunlardan başqa alimin “Get dolangilən, xainsən hələ” tragikomediyasının tapıldığını, çap olunaraq Naxçıvanda tamaşaya qoyulduğunu diqqətə çatdırıb. Araşdırmalar nəticəsində Məmməd Cəfər Cəfərovun 30-40 məqaləsinin, 100-ə qədər məktub və teleqramlarının əldə edildiyini də bildirib.
    Sessiyada akademik Teymur Kərimli “Akademik Məmməd Cəfər Cəfərov və klassik ədəbi irs”, akademik Möhsün Nağısoylu “Akademik Məmməd Cəfər Cəfərovun dilçilik görüşləri” adlı elmi məruzələrlə çıxış ediblər. Digər alimlərdən filologiya elmləri doktorları Şirindil Alışanlı “Məmməd Cəfər Cəfərov və Azərbaycan ədəbi-nəzəri fikrinin problemləri”, Tahirə Məmməd “Məmmməd Cəfər Cəfərovun elmi irsi nəzəri baza kimi”, Vaqif Yusifli “Məmməd Cəfər Cəfərov tənqidçi kimi”, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Vidadi Qafarov “Məmməd Cəfər Cəfərovun teatrşünaslıq baxışları” mövzularında məruzə ilə çıxış ediblər.
    Sonda akademik Məmməd Cəfər Cəfərovun ailəsi adından professor Ulduz Həşimova çıxış edərək tədbirin təşkili üçün təşəkkürünü bildirib.

    Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu, İctimaiyyətlə əlaqələr şöbəsi

  • Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində Sumqayıt Regional Mədəniyyət İdarəsinin şura iclası keçirilib

    https://b.radikal.ru/b24/1912/dc/bbf283f8c248.jpg

    https://d.radikal.ru/d17/1912/75/0e081cd65586.jpg

    https://b.radikal.ru/b07/1912/ab/0ee3498521b9.jpg

    https://a.radikal.ru/a35/1912/29/4e5a9ccb8761.jpg

    https://a.radikal.ru/a29/1912/f3/72e1488d8f52.jpg

    Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində Sumqayıt Regional Mədəniyyət İdarəsinin şura iclası keçirilib. İclasda Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəisi Mehman Şükürov çıxış edib.
    Əvvəlcə mədəniyyət işçilərini Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi günü münasibətilə təbrik edib, xoş arzularını çatdıran idarə rəisi görüləcək işlərdən danışıb.
    O, çıxışında yaradıcı düşüncəyə malik olan gənclərin irəli çəkilməsi, kreativ layihələrin hazırlanması, optimallaşma ilə əlaqədar görüləcək tədbirlər, musiqi məktəblərində keçiriləcək attestasiya, keçirilən tədbirlərin KİV-də işıqlandırılması, mədəniyyət müəssisələrində ödənişli xidmətin təşkili, inventarizasiya işləri və s. ilə bağlı fikir və iradlarını bildirib, tapşırıqlarını verib.
    Sonda baş məsləhətçilər İlham Manafov, Möhsün Bağırov, Zahid Abbasov, Mehman Nəsirov çıxış edib, bayram təbriklərini çatdırıb, bildiriblər ki, irad və təkliflər nəzərə alınaraq qeyd olunan problemlər tez bir zamanda aradan qaldıracaq.

  • Sumqayıt Regional Mədəniyyət İdarəsinin tabe müəssisələrində Yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik günü münasibətilə silsilə tədbirlər keçirilib

    https://d.radikal.ru/d18/1912/e3/8edf0afba83b.jpg

    https://a.radikal.ru/a27/1912/0c/3e4023f362c8.jpg

    https://d.radikal.ru/d30/1912/ef/7a7fdca12bdc.jpg

    https://b.radikal.ru/b14/1912/c6/a76a3b24da86.jpg

    https://d.radikal.ru/d20/1912/3f/7a0886759a90.jpg

    https://b.radikal.ru/b23/1912/c5/f2f6770f0e73.jpg

    https://a.radikal.ru/a31/1912/e4/5e5804e298d6.jpg

    https://d.radikal.ru/d43/1912/d0/937ebc25e563.jpg

    https://d.radikal.ru/d02/1912/35/205758e72231.jpg

    Sumqayıt şəhər N.Nərimanov adına mədəniyyət mərkəzində maraqlı yeni il şənliyi keçirilib. Şənlikdə bayram atributları şaxta baba və qar qız, köhnə və yeni ilin atributları olan donuz və siçan personajlarınin ifasında maraqlı səhnəcikıər nümyiş olunub. Eləcə də bir-birindən musiqi nömrələri səslənib, əyləncəli oyunlar keçirilib. Uşaqlar mahnı oxuyub, şeir deyib, rəqs ediblər.
    “Dostluq” mədəniyyət evinin “Start” və “Səmt” estrada qrupları Bakı şəhər Binə qəsəbəsində yerləşən “Ümid yeri” uşaq sığınacağında bayram konserti ilə çıxış ediblər. Konsertdə Azərbaycan və dünya bəstəkarlarının əsərləri ifa edilib. Rusiya federasiyasının Azərbaycandakı Səfirliyi ilə birgə təşkil olunmuş tədbirdə səfirlik tərəfindən uşaqlara yeni il hədiyyələıri təqdim olunub. Bundan başqa, mədəniyyət evinin estrada kollektivləri Rusiya Mədəniyyət və İnformasiya mərkəzində “Yeni iliniz mübarək!” adlı konsert proqramı ilə çıxış ediblər. Azərbaycan və dünya estrada mahnılarını ifa edən kollektiv üzvləri qonaqlara əsl yeni il ovqatı bəxş ediblər.
    Q.Qarayev adına uşaq musiqi məktəbində keçirilən bayram tədbirində məktəbin xor şöbəsinin, xalq çalğı alətləri, violin, fortepiano şöbələrinin müəllim və şagirdlərinin ifasında Azərbaycan xalq və klassik bəstəkarlarının əsərləri səslənib.
    S.Rüstəmov adına uşaq incəsənət keçirilən konsertdə məktəbin kiçik xorunun ifasında “Yeni il” mahnısı, skripkaçalanlar ansamblının ifasında “Qar dənələrinin valsı”, fortepianoda Seyran Haşımzadənin ifasında F.Listin “La Danza”, klarnetdə Əfrail Mirzəzadənin ifasında T.Quliyevin “Dostluq mahnısı”, qarmonçalanlar ansamblının ifasında “Yaqutu” oyun havası, nağaraçalanlar ansamblının ifasında “Azərbaycan ritmləri” və sairə musiqi nömrələri səslənib.
    F.Əmirov adına Uşaq Musiqi məktəbində keçirilən tədbirdə məktəbin kiçik xor kollektivinin ifasında Yeni il haqqqında mahnılar, violin ixtisası üzrə I sinif şagirdi Zəhra Həşimzadənin, qanun ixtisası üzrə II sinif şagirdi Ləman Quliyevanın, Faiq Talıbov və Bağır Bagirovun ifalarında Azərbaycan və Dünya bəstəkarlarının mahnıları sinlənilib.
    S.Vurğun adına Mərkəzi Kitabxananın uşaq şöbəsi “N” sayl hərbi hissədə bayram tədbiri keçirib. “Kimyaçı” mədəniyyət sarayının “Kimyaçı” instrumental ansambılının ifasında musiqi nömrələri, oxucuların ifasında şeir və səhnəciklər əsgər və zabitlər tərəfindən maraqla qarşəılanıb.
    Abşeron rayon Qobu İncəsənət Məkətəbinin kollektivi Güzdək Qəsəbəsi Tam orta Məktəbində bayram konserti ilə çıxış edib. Məktəbin rəqs kollektivinin ifasında maraqlı rəqs nömrələri izlənib, şagirdlərin ifasında bayram ovqatlı mahnar dinlənilib.
    Xızı Rayon Uşaq Musiqi Məktəbində də şagird və müəllim kollektivinin ifasında maraqlı konsert proqramı keçorilib.
    Şuşa şəhər Bülbülcan adına uşaq musiqi məktəbində də bayram konserti keçirilib. Konsertdə yeni ilə həsr olunmuş mahnılar səslənib.

    Sumqayıt Regional Mədəniyyət İdarəsinin Mətbuat xidməti

  • Kənan AYDINOĞLU.”Bağışlayıb, suçumu gəl”

    1902788_614529541965133_896121757_n

    Gündəlik Analitik İnformasiya Agentliyinin
    Mətbuat xidmətinin rəhbəri,
    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü.

    Şair dostumuz Əziz Musaya.

    Şairsən, kövrək şairsən,
    Bağışlayıb, suçumu gəl.
    Könlünün sözünü dinlə,
    Bağışlayıb, suçumu gəl.

    Yasamaldan və Bayıldan,
    Nəbidən, Qaçaq Mayıldan,
    Qubadlıdan, Cəbrayıldan,
    Bağışlayıb, suçumu gəl.

    Şairə atılmaz ki, ox
    Möminin qəlbi, gözü tox,
    Bu dünyaya etibar yox,
    Bağışlayıb, suçumu gəl.

    Xoş diləyi, niyyəti sev,
    Möhnəti və zilləti sev,
    Düşmə dara, milləti sev,
    Bağışlayıb, suçumu gəl.

    Fikrim dumanda, çəndədi,
    Yoğrulan yenə kündədi,
    Ustad, dəyişən bəndədi,
    Bağışlayıb, suçumu gəl.

    Bakı şəhəri. 24 dekabr 2019-cu il.

  • Əziz MUSA.”Gözlərin”

    em

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru,
    Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

    Gözlərə nə qədər şeir yazılıb,
    Gözlərə nə qədər mahnı qoşulub,
    Sənin gözlərindən yoxdu dünyada,
    O gözlər tay mənim həyatım olub.

    O gözlər naz ilə baxanda mənə,
    Məndə nə can qalır, nə də ki, ürək,
    O gözlər necə də yaraşır sənə,
    Ən böyük rəssammış, inan ki, fələk.

    O gözlər Günəşdən od-alovludur,
    Baxanda qəlbimi odlara yaxır.
    Necə işıqlıdır, necə nurludur,
    İlahi, o gözlər nə qəşəng baxır.

    Mənə yol göstərir şəfəqi, nuru,
    O gözlər gecəni işıqlandırır,
    O gözlər mehriban, o gözlər duru,
    Qəlbimə od salır, məni yandırır.

    Gözüm o gözləri görəndən bəri,
    Sanıram Ay ilə, Günəş görüşüb,
    O gözlər dünyanın möcüzəsidi,
    Mənim qismətimə, bəxtimə düşüb.

  • Əziz MUSA.”Gizlənpaç oynama”

    em

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru,
    Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

    Gizlənpaç oynama bu qaşla gözlə,
    Sən harda olsan da tapacam səni,
    Gecə də gündüz də yolumu gözlə,
    Gəl bu ayrılığa öyrətmə məni.

    Unutma özünü, vaxt tələ qurur,
    Yolumu, izimi tumarla hərdən,
    Hələ ilk görüşün çiçəyi durur,
    Bu eşqi, sevinci buraxma əldən.

    Çalış baharını yuxuya vermə,
    Qismətin, taleyin bərəsi olur.
    Dövranın ağlayan üzünü görmə,
    Sevdalı günlərin bəhrəsi olur.

    Sonrakı göz yaşı hayına yetməz,
    Çoxdu bəhanələr, bilirəm indi.
    Acı göz yaşından çiçəklər bitməz,
    Sənin ürəyinə gəlirəm indi.

    Çox zaman göz, qaşa aldanır adam,
    Səni çox sevirəm, qaçma gözümdən,
    Demə taleyinə qəribəm, yadam.
    Mən dönən deyiləm heç vaxt sözümdən.

  • Afət VİLƏŞSOY.”Gəlmə”

    Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü,
    Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Cənub Bürosunun Rəhbəri

    Gözləntilər, puça çıxsın ümidlər,
    Arzulara quyu qazım bu axşam.
    Sən bir az da ağlat, bir az da gəlmə
    Həsrətinə şeir yazım bu axşam.

    Qaş qaralsın, bala-bala saralım,
    Səbr kasam, dolsun, daşsın, yorulum,
    Dəli kimi küçələrə yol alım
    Öz qapıma yolu azım bu axşam.

    Sən ha gəlmə,birdən çaşıb gələrsən,
    Sənsizliyi-hüzurumu bölərsən,
    Qoy ağlayım, gələmməsən, ölərsən?
    Bax gül kimi dolub gözüm bu axşam.

    Sən bir az da ağlat, bir az da gəlmə,
    Həsrətinə şeir yazım bu axşam.

  • “Cahana sığmayan Azərbaycan şairi”

    https://b.radikal.ru/b41/1912/4f/cae9bd4961eb.jpg

    https://c.radikal.ru/c01/1912/ef/6268f3df5c16.jpg

    https://a.radikal.ru/a17/1912/ab/ea643886443c.jpg

    https://a.radikal.ru/a28/1912/d2/e4e2dc862831.jpg

    https://b.radikal.ru/b34/1912/e0/57d325e76b77.jpg

    Yasamal rayon MKS-inin Ə.Vahid adına 1 №-li kitabxana filialında Nəsiminin 650 illik yubileyi ilə əlaqədar “Cahana sığmayan Azərbaycan şairi” adlı inşa müsabiqəsi keçirildi.

    Müsabiqədə 173 №-li məktəbin IX sinif şagirdləri iştirak etdilər. Məktəblilər yazdıqları inşaları ucadan oxudular. Kitabxana filialının müdiri Mətanət Qasımova 1-ci yeri tutan Əsəd Muradova Nəsiminin “Seçilmiş əsərləri” kitabını hədiyyə etdi.

    Mənbə: Yasamal rayon MKS

  • Şair-publisist Rafiq Odayın şeirləri “Xudafərin” elmi-ədəbi, kültür dərgisinin 183-cü sayında fars dilində dərc olunub

    Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının təşəbbüsü ilə gerçəkləşdirilən “İran-Azərbaycan ədəbi-mədəni əlaqələrinin inkişafına dəstək” layihəsi çərçivəsində Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının sədri, respublikanın Əməkdar jurnalisti, AJB Sumqayıt şəhər təşkilatının sədri, Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının təsisçisi və direktoru, şair-publisist Rafiq Odayın “Qalmadı”, “Dünya belə dünyadı…”, “Ölmədim”, “Artıq”, “Keşik çəkir”, “Ağıyır”, “Asıldım”, “Olmadı”, “Hər anası olmayandan” adlı şeirləri özgeçmişi (tərcümeyi-halı) ilə birgə İran İslam Respublikasının paytaxtı Tehran şəhərində fəaliyyət göstərən “Xudafərin” elmi-ədəbi, kültür dərgisinin 183-cü sayında fars dilində dərc olunub.

    “İran-Azərbaycan ədəbi-mədəni əlaqələrinin inkişafına dəstək” layihəsinin layihəsinin rəhbəri və müəllifi Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının sədri, respublikanın Əməkdar jurnalisti, AJB Sumqayıt şəhər təşkilatının sədri, Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının təsisçisi və direktoru, “Kümbet” və “Usare” dərgilərinin Azərbaycan təmsilciliyinin rəhbəri Rafiq Oday, məsləhətçiləri isə Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş məsləhətçisi, «Gəncəbasar” bölgəsinin rəhbəri, “Nəsr” bölməsinin redaktoru, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Prezident təqaüdçüsü, Gənclər mükafatçısı, gənc xanım yazar Şəfa Vəliyeva, Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutunun Kurikulum Mərkəzinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin (gundelik.info) və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının (edebiyyat-az.com) Məsul katibi, şairə-publisist Şəfa Eyvazdır.

    Qeyd edək ki, bundan öncə Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının təşəbbüsü ilə gerçəkləşdirilən “Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrinin əsərlərinin təbliği” layihəsi çərçivəsində şair-publisist Rafiq Odayın şeirləri Qardaş Türkiyə Cümhuriyyətinin Tokat şəhərində fəaliyyət göstərən TOSAYAD ( Tokat Şairler ve Yazarlar Derneği) rüblük orqanı “Kümbet” və “Kardelen” üçaylıq mədəniyyət, ədəbiyyat, sənət dərgilərində dərc olunaraq ictimaiyyətin nəzərinə çatdırılıb.

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə Əlaqələr şöbəsi

  • Şair Qafqaz Əvəzoğlunun şeirləri “Xudafərin” elmi-ədəbi, kültür dərgisinin 183-cü sayında fars dilində dərc olunub

    Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının təşəbbüsü ilə gerçəkləşdirilən “İran-Azərbaycan ədəbi-mədəni əlaqələrinin inkişafına dəstək” layihəsi çərçivəsində Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Süleyman Rəhimov adına Qubadlı rayon ədəbi ictimai birliyinin sədri, ”Sözün Sehri” qəzetinin təsisçisi, Qubadlı Rayon İcra Hakimiyyətinin mətbu orqanı “Bərgüşad” ictimai-siyasi qəzetinin Baş redaktoru, ”Qızıl qələm” və “Qızıl kitab” mükafatları laureatı, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin (gundelik.info) və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının (edebiyyat-az.com) Qubadlı bürosunun rəhbəri, şair Qafqaz Əvəzoğlunun “Şuşam”, “Gedir”, “Ana, qurban olum, dön evimizə!!!”,
    “Oyanmır, oyanmır, vallah, oyanmır”, “Yadıma düşübdü”, “Şəhidlərə”, “Var Sumqayıtım!”, “Sumqayıt gözəlləri” adlı şeirləri özgeçmişi (tərcümeyi-halı) ilə birgə İran İslam Respublikasının paytaxtı Tehran şəhərində fəaliyyət göstərən “Xudafərin” elmi-ədəbi, kültür dərgisinin 183-cü sayında fars dilində dərc olunub.

    “Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrinin əsərlərinin təbliği” layihəsinin layihəsinin rəhbəri və müəllifi Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının sədri, respublikanın Əməkdar jurnalisti, AJB Sumqayıt şəhər təşkilatının sədri, Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının təsisçisi və direktoru, “Kümbet” və “Usare” dərgilərinin Azərbaycan təmsilciliyinin rəhbəri Rafiq Oday, koordinatoru “Kümbet” (Tokat şəhəri) və “Usare” (Kahramanmaraş şəhəri) dərgilərinin Azərbaycan təmsilcisinin əməkdaşı, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin Baş redaktoru, Azərbaycanın Mədəniyyət və Portalının Mətbuat xidmətinin rəhbəri, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, şair-publisist, tərcüməçi-jurnalist, gənc yazar Kamran Murquzov, məsləhəçilər isə məsləhətçiləri isə Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü, Əli Kərim adına Sumqayıt şəhər Poeziya Klubunun direktoru, şair-publisist İbrahim İlyaslı, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının üzvü, Prezident təqaüdçüsü, Gənclər mükafatçısı, gənc şairə-publisist, yazıçı, tərcüməçi, Şəfa Vəliyeva, Təhsil Problemləri İnstitutunun Kurikulum Mərkəzinin böyük elmi işçisi, Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi, Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Məsul katibi, şairə-publisist Şəfa Eyvaz, Gündəlik Analitik İnformasiya Agentliyinin Mətbuat xidmətinin rəhbəri və İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü Kənan Aydınoğludur.

    Qeyd edək ki, bundan öncə Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının təşəbbüsü ilə gerçəkləşdirilən “Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrinin əsərlərinin təbliği” layihəsi çərçivəsində şair-jurnalist Qafqaz Qafqaz Əvəzoğlunun “Yadıma düşübdü” adlı şeiri Qardaş Türkiyə Cümhuriyyətinin Tokat şəhərində fəaliyyət göstərən TOSAYAD ( Tokat Şairler ve Yazarlar Derneği) rüblük orqanı “Kümbet”eğitim, kültür, sanat ve edebiyat dərgisinin 38-ci sayında şeiri dərc olunaraq ictimaiyyətin nəzərinə çatdırılıb.
    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə Əlaqələr şöbəsi

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə Əlaqələr şöbəsi

  • Gənc yazar Kamran Murquzovun şeirləri “Xudafərin” elmi-ədəbi, kültür dərgisinin 183-cü sayında fars dilində dərc olunub

    Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının təşəbbüsü ilə gerçəkləşdirilən “İran-Azərbaycan ədəbi-mədəni əlaqələrinin inkişafına dəstək” layihəsi çərçivəsində Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidmətinin rəhbəri, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Kümbet” və “Usare” dərgilərinin Azərbaycan təmsilçisi, “Kardelen” üçaylıq mədəniyyət, ədəbiyyat və sənət dərgisi yazarı, şair, tərcüməçi, publisist, jurnaist, gənc yazar Kamran Murquzovun “İctimai-siyasi cərəyanlar və onların mahiyəti” adlı məqaləsi İran İslam Respublikasının paytaxtı Tehran şəhərində fəaliyyət göstərən “Xudafərin” elmi-ədəbi, kültür dərgisinin 181-ci sayında fars dilində dərc olunub.

    “İran-Azərbaycan ədəbi-mədəni əlaqələrinin inkişafına dəstək” layihəsinin layihəsinin rəhbəri və müəllifi Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının sədri, respublikanın Əməkdar jurnalisti, AJB Sumqayıt şəhər təşkilatının sədri, Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının təsisçisi və direktoru, “Kümbet” və “Usare” dərgilərinin Azərbaycan təmsilciliyinin rəhbəri Rafiq Oday, məsləhətçiləri isə Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş məsləhətçisi, «Gəncəbasar” bölgəsinin rəhbəri, “Nəsr” bölməsinin redaktoru, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Prezident təqaüdçüsü, Gənclər mükafatçısı, gənc xanım yazar Şəfa Vəliyeva, Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutunun Kurikulum Mərkəzinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin (gundelik.info) və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının (edebiyyat-az.com) Məsul katibi, şairə-publisist Şəfa Eyvazdır.

    Qeyd edək ki, adıçəkilən məqalə Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının xətti ilə göndərilib. Bundan öncə şeirləri “Kümbet”, “Usare”, ”Hece Taşları”, “Kardelen” dərgilərində, “Önce Vatan” qəzetində dərc olunaraq, ictimaiyyət nümayəndəlırinin nəzərinə çatdırılıb.

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə Əlaqələr şöbəsi

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə Əlaqələr şöbəsi

  • Gənc yazar Kənan Aydınoğlunun şeiri “Xudafərin” elmi-ədəbi, kültür dərgisinin 183-cü sayında fars dilində dərc olunub

    Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının təşəbbüsü ilə gerçəkləşdirilən “İran-Azərbaycan ədəbi-mədəni əlaqələrinin inkişafına dəstək” layihəsi çərçivəsində Gündəlik Analitik İnformasiya Agentliyinin Mətbuat xidmətinin rəhbəri və İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü Kənan Aydınoğlunun Azərbaycan Respublikasının dövlət müstəqilliyi günü münasibətilə yazdığı “Azərbaycanın” adlı şeiri İran İslam Respublikasının paytaxtı Tehran şəhərində fəaliyyət göstərən “Xudafərin” elmi-ədəbi, kültür dərgisinin 183-cü sayında fars dilində dərc olunub.

    “İran-Azərbaycan ədəbi-mədəni əlaqələrinin inkişafına dəstək” layihəsinin layihəsinin rəhbəri və müəllifi Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının sədri, respublikanın Əməkdar jurnalisti, AJB Sumqayıt şəhər təşkilatının sədri, Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının təsisçisi və direktoru, “Kümbet” və “Usare” dərgilərinin Azərbaycan təmsilciliyinin rəhbəri Rafiq Oday, məsləhətçiləri isə Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş məsləhətçisi, «Gəncəbasar” bölgəsinin rəhbəri, “Nəsr” bölməsinin redaktoru, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Prezident təqaüdçüsü, Gənclər mükafatçısı, gənc xanım yazar Şəfa Vəliyeva, Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutunun Kurikulum Mərkəzinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin (gundelik.info) və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının (edebiyyat-az.com) Məsul katibi, şairə-publisist Şəfa Eyvazdır.

    Qeyd edək ki, adıçəkilən məqalə Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının xətti ilə göndərilib. Bundan öncə şeirləri “Kümbet”, “Usare”, ”Hece Taşları”, “Kardelen” dərgilərində, “Önce Vatan” qəzetində dərc olunaraq, ictimaiyyət nümayəndəlırinin nəzərinə çatdırılıb.

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə Əlaqələr şöbəsi

  • Təhminə VƏLİYEVA.”Nitq etiketləri: 6.ETİKET QAYDALARININ VƏ NİTQ ETİKETLƏRİNİN ÜNSİYYƏTDƏ ROLU”

    AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Mətbuat tarixi və publisistika şöbəsinin kiçik elmi işçisi,
    Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin (gundelik.info) və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının (edebiyyat-az.com) “Publisistika” şöbəsinin redaktoru.

    valiyevatahmina@gmail.com

    ETİKET QAYDALARININ VƏ NİTQ ETİKETLƏRİNİN
    ÜNSİYYƏTDƏ ROLU

    Açar sözlər: etiket qaydaları, nitq etiketi, cəmiyyət, situasiya, ünsiyyət
    Ключевые слова: этикет, речевой этикет, общество, ситуация, общение
    Keywords: etiquette norms, speech etiquette, society, situation, communication

    Nitqin etik məsələləri nəzakətli davranış qaydalarına və etik normalara düzgün riayət edilməsini tələb edir. Etika müəyyən cəmiyyət daxilində insanların bir-birinə münasibətini tənzimləyən, nəzakətli danışıq və əxlaq normalarını özündə ehtiva edir. Nəzakətli rəftar, hərəkət, davranış milli mənəviyyat və mədəniyyətimizin başlıca, əsas komponentlərindən sayılır. Nitqin mədəni səciyyə və keyfiyyətlərinə yiyələnmədən, etik-mədəni ünsiyyət prosesində iştirak etmək qeyri-mümkündür. İstər yazılı, istərsə də şifahi nitq bacarıqlarından məhrum yaxud onlara istənilən səviyyədə yiyələnməyən insan ünsiyyətdən kənar qalır. Ünsiyyət isə insanların mənəvi tələbatıdır və bu tələbatın ödənməməsi əsəb pozuntularına və daha ciddi xəstəliklərə səbəb olur. Ünsiyyət müxtəlif vasitələrlə həyata keçirilir. Jestika, mimika və nitq ünsiyyətin qurulmasında daha geniş istifadə olunan vasitələr hesab olunur. Bildiyimiz kimi, dilin başlıca funksiyası onun əsas ünsiyyət vasitəsi olması, ünsiyyətə xidmət etməsidir. Ünsiyyət vasitəsilə insan yaşadığı cəmiyyətdə özünün daşıdığı ictimai vəzifə və sosial funksiyasını yerinə yetirir, zəruri rəftar və davranış normalarına yiyələnir. Bu prosesdə insan həm də özünənəzarət və idarəetmə funksiyalarını həyata keçirir. Ünsiyyət anlayışı etiketdən daha genişdir. Etiket hər zaman ünsiyyət prosesində həyata keçsə də, hər ünsiyyət etiket ola bilmir. Çünki etik normaları bilmək heç də ona hər zaman əməl etmək demək deyil. Bəzən insan şüurlu şəkildə etik normanı poza bilir.
    Etiket qaydaları cəmiyyətdə insanların bir-birinə hörmət və ehtiramını, sevgi və rəğbətini göstərən mühüm amillərdəndir. Etiket qaydalarının tətbiqində cəmiyyətdə mövcud davranış və danışıq stereotipləri nəzərə alınmalıdır. Məhz etiket qaydalarının şifahi və yazılı nitqdə gözlənilməsi müəyyən məqsədli nitqin səmərəliliyini və düzgün ifadə qabiliyyətini səciyyələndirir. Nitqdə riayət edilməsi vacib hesab edilən etiket qaydalarına yerində və zamanında məqsədəuyğun şəkildə istifadə edilməsi üçün insana kiçik yaşlarından davranış və nitq bacarıqları aşılanmalıdır. Gündəlik həyat təcrübəsində bu bacarıqlar vərdiş halını alıb, istənilən situasiyada tətbiqi nəzərdə saxlanmalıdır. Etik davranış, etik nitq ictimai davranış-danışıq normaları ilə tənzimlənir. Bu istiqamətdə dövlət səviyyəsində bir sıra əməli tədbirlər həyata keçirilir. Məsələn, “Baku-Bus” sərnişin marşurtlarında etik normalara riayət olunması tövsiyə edilir və “avtobusa daxil olarkən yaşlılara, əlillərə, körpələrə, hamilə qadınlara yer verin və ehtiyac yaranarsa onlara nəzakətlə köməklik göstərin. Avtobusa etik davranış qaydalarına əməl etmək lazımdır. Digər sərnişinləri narahat edəcək əşyalarla avtobusa daxil olmaq qadağandır” şəklində nitq səsləndirilir. Yaxud ictimai nəqliyyat olan metrolarda da etik davranışın təmin edilməsi məqsədilə nitq verilir. Ayrı-ayrı qatar vaqonlarında stansiyaların birindən digərinə keçid ilə bağlı məlumat verildikdən sonra “əlillərə, qocalara, hamilə qadınlara yer verin” formasında nitq səsləndirilir. Beləliklə, ictimai nəqliyyatda da təbliği geniş yer alan etik qaydaların şagirdlərə onların mənimsədilməsi istiqamətində işin aparılmasını zəruri edir. İctimai yerlərdə, müəyyən cəmiyyət daxilində, kollektivdə və ya ailədə insanın özünü necə aparması, kimə necə müraciət etmək qaydaları etiket qaydalarına daxil edilir. Etiket qaydaları daxilində danışıq etikası xüsusi rola malik olub, bir sistem təşkil edərək məxsusi normalara malikdir. Səmimi və mədəni ünsiyyətin yaradılmasında danışıq etikasının gözlənilməsi olduqca əhəmiyyətlidir. Danışıq etikası bir sıra tərkib komponentlərindən ibarətdir: 1) müraciət qaydaları; 2) şad və ya bəd xəbərləri çatdırma qaydaları; 3) dinləmə qaydaları; 4) söhbətə qoşulma; 5) verilən suallara mədəni cavab qaydaları; 6) mimika və jestlərdən məqamında düzgün istifadə etmə qaydaları. Danışıq etikasına istər şifahi, istərsə də yazılı nitqdə riayət edilməsində nitq etiketlərindən düzgün və səmərəli istifadə gərəkdir.
    Nitq etiketi cəmiyyət tərəfindən müəyyən edilmiş, müxtəlif nitq situasiyalarında istifadə olunan, insanlar arasında mədəni ünsiyyət və nitq davranışını tənzimləyən etik qaydalar sistemini ehtiva edən nitq formullarıdır. Onlar nitq daşıyıcısının davranış norma və qaydalarını ehtiva etməklə, etik davranış mədəniyyətini formalaşdırır. Bundan başqa, insanların verbal və qeyri-verbal davranışını müəyyənləşdirməklə insanların bir-birinə olan münasibətinin təzahürüdür. Verbal ünsiyyət kommunikasiya vasitələrinin – dilin, söz və ifadələrin köməyi ilə yaradılır. Qeyri-verbal ünsiyyət isə mimika, jestika, pantomimika, işarələr sistemi ilə qurulur. Nitq etiketlərindən müxtəlif ünsiyyət situasiyalarında geniş istifadə olunur. Mədəni nitq etiketində situasiya əsas meyardır, dialoqun hansı istiqamətdə getməsi, mədəni ünsiyyətin məramının açılması situasiyadan bilavasitə asılıdır. Nitq etiketi formalarından istifadə situasiya tipləri ilə əlaqədar olaraq müəyyənləşir. Situasiya tipləri rəsmi, qeyri-rəsmi, yarırəsmi məqamlarda mövcud olur və onlara tanışlığın dərəcəsi, söhbət iştirakçılarının sosial statusu, təhsili, söhbət iştirakçıların sayı da təsirini göstərir. Məhz etiket situasiyaların düzgün qiymətləndirilib həmin situasiya üçün düzgün, norma hesab edilən ifadələrin seçilməsini tələb edir. Məlumdur ki, ünsiyyət müraciətlə başlanır. Azərbaycan dilində xalqımızın milli təfəkkürünə, əxlaqi-etik dəyərlərinə müvafiq müraciət formaları mövcuddur. Cəmiyyətin müxtəlif təbəqələrinin bir-birinə – kişinin qadına, qadının kişiyə, böyüyün kiçiyə, kiçiyin böyüyə, tabeliyində işləyənin rəhbərə, rəhbər şəxsin işçilərinə dair məxsusi müraciət formaları vardır. Müraciət formalarının asılı olduğu bir sıra xüsusiyyətlərə diqqət yetirilməlidir: danışan ilə adresat arasındakı tanışlıq dərəcəsi, onlar arasında qohumluğun mövcudluğu yaxud qeyri-mövcudluğu, danışanın yaşı ilə adresatın yaşının nisbəti, adresatın ictimai mövqeyi və tutduğu vəzifəsi, peşə və məşğuliyyəti, mövcud situasiyada müraciət edənin funksiya və məqsədi.
    Nitq etiketləri cəmiyyətdə insanlar arasında sağlam münasibətin tənzimlənməsində böyük əhəmiyyət kəsb edir. Bu və ya digər situasiyalarda nitqin səlis, məqsədəuyğun qurulmasında hər situasiyaya müvafiq söz və ifadələrdən lazımınca və məqsədli surətdə istifadə insanlar arasında anlaşıqlı dialoqun qurulmasını təmin edir. Müxtəlif nitq-ünsiyyət prosesində işlədilən nitq etiketləri aşağıdakı etik söz və ifadələrdən ibarətdir. Salamlaşma situasiyasında bu nitq etiketlərindən istifadə edilir: “Salam” yaxud “Salaməleyküm” deyər, günün hansı çağında qarşılaşdıqlarından asılı olaraq, “Sabahın (sabahınız) xeyir!”, “Günortanız xeyir!”, “Axşamınız xeyir!” ifadələrindən birini işlədər, müsahibi isə öz növbəsində, “Hər vaxtın xeyir!”, “Aqibətin xeyir!” ifadələrindən biri ilə qarşılıq verər. Vidalaşma situasiyasında işlədilən nitq etiketləri: “Xudahafiz!”, “Sağlıqla qalın!”, “Salamat qalın!”, “Sağ olun!”, “Görüşənədək!”, “Görüşərik!”, “Sabaha qədər!”, “Həmişə şadlığa gələk!”, “Sizə də əziyyət verdik!”, “Yolunuzu tez-tez buradan salın!”, “Hər zaman qapımız üzünüzə açıqdır”, “Bizi tez-tez yad edin!”, “Allah yolunuzu açıq eləsin!”, “Yenə gözləyirik!”. Qarşılaşma məqamında: “Xoş gördük!”, “Nə gözəl təsadüf!”, “Həmişə siz gələsiniz!”, “Lap vaxtında gəlmisiniz!”, “Buyurun, buyurun!”, “Buyurun, əyləşin!”, “Keçin içəri!”, “Gəlişinizə şadıq!”, “Lap vaxtında gəlmişsiniz!”, “Uzun zamandır sizi gözləyirdik!”, “Nə yaxşı edib gəlmisiniz!”, “Qədəmləriniz var olsun!”, “Sizi görməkdən məmnunuq!” kimi xoş təəssürat yaradacaq etik ifadələrdən istifadə olunması mühüm cəhətlərdəndir. Hal-əhval tutma situasiyalarında nəzakətli söz və ifadələrdən istifadə tanış yaxud tanış olmayan kimsə ilə səmimi münasibət yaratmaq və şirin söhbət aparmaq məqsədilə “Necəsiniz?”, “Əhvalınız necədir?”, “Özünüzü necə hiss edirsiniz?”, “Necə dolanırsınız?”, “İşləriniz necədir?”, “Xanımınız necədir?” tipli ifadələrlə həmsöhbəti ilə soraqlaşmaq olar. Xahiş, rica məqamlarında: “Xahiş edirəm”, “Mümkünsə”, “Zəhmət olmasa”, “Mənə kömək edə bilərsiniz?”, “Kömək əlinizi məndən əsirgəməyin!”, “Bu məsələdə mənə yardımçı olsanız sevinərdim”, “Xahiş edirəm məni qəbulunuza yazasınız”, “Xahiş edirəm, ərizəmi qəbul edəsiniz”. Kömək əli uzatmaq, yardım etmək, qulluğunda olmaq məqsədilə danışan digərinə “Sizə necə kömək etmək olar?”, “Köməyə ehtiyacınız varmı?”, “İcazə verin, kömək edim”, “Nə buyurursunuz?”, “Mənim köməyim dəyə bilər?”, “Sizi narahat edən nədir?”, “Məndən istədiyin qulluğun?” nitq yarlıqları ilə müraciət edə bilər. İcrası bu və ya digər səbəbdən mümkün olmayan işin, məsələnin müqabilində şəxs “Sizə zəhmət verdim!”, “Əziyyət çəkdiniz!”, “Daha nə etmək olar?!”, “Siz bacardığınızı etdiniz!” ifadələri ilə iş görənin zəhmətini qiymətləndirib, öz məmnuniyyətini bildirə bilər. Dəvətlə bağlı işlədilən nitq etiketləri: “Sabahkı tədbirə hamınız dəvətlisiniz!”, “18.10.2017-ci il tarixdə keçiriləcək xalq yazıçısı Anar Rzayev haqqında yazılmış kitabın təqdimatına hər kəs dəvət olunur!”, “Dəvət olunur: AYB-nin kollektivi, şair və yazıçılar!”. Üzr istəmə situasiyasında işlədilən nitq etiketləri: “Bağışlayın”, “Üzr istəyirəm”, “Narahat etdiyimə görə üzrlü sayın!”, “Sizə zəhmət verdim”. Şad gün münasibəti ilə insanları təbrik etmək, xoş niyyət və arzularını sözün məna imkanları daxilində çatdırmaq arzu, təbrik etiketlərinin köməyilə reallaşır. Arzu (alqış), təbrik etiketləri: “İşiniz avand olsun!”, “Gözünüz aydın olsun!”, “Allah işinizə fərəc versin!”, “Həmişə şənlikdə!”, “Əlin-qolun var olsun!”, “Allah sizə yar olsun!”, “Min budaq olun!”, “Başın var olsun!” “Allah səni bəd-nəzərdən, bəd nəfsdən saxlasın!”, “Xeyirli olsun!”, “Bərəkətli olsun!”, “Bəhrəsini görəsiniz!”, “Uğurlu olsun!”, “Ad günün mübarək!”, “Qurban bayramınızı təbrik edirəm!”, “Uğurların davamlı olsun!”. Alqış bildirən nitq etiketləri: “Halal olsun!”, “Zəhmətin alqışa layiqdir”, “Uğurlu iş ortaya gətirmisən!”, “Əhsən!”, “Afərin!”, “Əllərin dərd görməsin!”, insanın daxili və zahiri keyfiyyətlərinə əsasən işlədilən: “Sənin kimi övlada halal olsun”, “Çalışqan tələbədir”, “Üzündən tərbiyə yağır, hiss olunur ki, yaxşı ailə tərbiyəsi alıb”, əzizləmə məqsədli etik ifadələr: “Başına dönüm!”, “Qurbanın olum!”, “Canım qurban!” , “Baş üstə!”, “Göz üstə yerin var!”, “Xala qurban!”, “Gözəlim!”, “Sonam!”, “Əzizim!”, “Quzum!”. Təşəkkür bildirən nitq etiketləri: “Təşəkkür edirəm!”, “Minnətdaram!”, “Allah sizdən razı olsun!”, “Çox sağ ol!” (Çox sağ olun!), “Diqqətinizə görə minnətdaram!”, “Qulluğunuzda olum! (Qulluğunuzda olaq!)”, “Allah səni (sizi) bizə çox görməsin!”. İntizama dəvət etmə: “Sizdən bu hərəkəti gözləməzdim”, “Bu cür (belə) hərəkət sizə yaraşmır!”, “Siz adınıza layiq hərəkət etmirsiniz!”, “Danışığınıza fikir verin!”, “Nəzakətli olun!”, “Səsinizi yüksəltməyin!”, “Bir qədər səmimi olun!”, “Səhvinizi etiraf edin!”, “Çalışın, bir az nəzakətli olasınız ki, başqaları sizdən ibrət götürsün!”, “Mənə elə gəlir ki, siz səhv edirsiniz!”, “Özünüzü ələ alın!”, “Emosiyalarınıza hakim olun!”, “Sizin belə danışmağa haqqınız çatmır!”, “Səhvinizi etiraf etməkdən çəkinməyin!” kimi nitq etiketlərindən istifadə bu zaman yararlıdır. Xəstə yanına getmə, xəstələrə baş çəkmə situasiyalarında: “Allah şəfa versin!”, “Yastığınız yüngül osun!”, “Allaha şükür, indi yaxşısınız!”, “Sizi daha yaxşı gördüm!”, “Belə görürəm, siz tezliklə sağalacaqsınız!”, “Həmişəki kimi gümrahsınız!”, “Gözümə yaxşı dəyirsiniz, belə getsə iki-üç günə qalmaz ayağa qalxarsınız!” və s. ; Sualvermə, söhbətəqoşulma situasiyalarında: “İcazənizlə, fikrimi bildirim”, “Mənə söz verdiyiniz üçün minnətdaram!”, “Bağışlayın, müdaxilə edirəm”, “Üzr istəyirəm, sual vermək olar?”, “Mane olduğum üçün dəfələrlə üzr istəyirəm”. Bir məsələyə aydınlıq gətirmək, müsahibi söhbətə cəlb etmək məqsədilə işlədilən ifadələrə misal olaraq: “Deyə bilərsiniz ki”, “Zəhmət olmasa, deyin görüm”, “Zəhmət olmasa, başa salın”, “Sizin fikriniz necədir?”, “Bir məsələyə aydınlıq gətirməyinizi istərdim”. Söhbət, məruzə və s. adresatı qənaətləndirmirsə, danışana müəyyən ifadələrlə müraciət edib, niyyətini bildirə bilər: “Fikriniz aydın olmadı, xahiş edirəm, bir də təkrarlayın”, “Zəhmət olmasa, nümunə göstərin”, “Sizin şəxsi münasibətiniz necədir?, “Siz belə fikirləşmirsiniz ki?”. Deyilənlərlə razılaşmaq, mübahisədən qaçma və imtina situasiyasında: “Razıyam”, “Etiraz etmirəm!”, “Tamamilə razıyam”, “Fikrinizə şərikəm”, “Bu məsələdə sizinlə həmfikirəm”, “Bu məsələ barədə danışmaq istəmirəm”, “Məsələ mənə tamamilə aydındır”, “Sizin fikrinizə şərikəm”, “Hər şey aydındır”, “Bu barədə söhbət açmağa gərək duymuram”, “Daha bu məsələni uzatmaq istəmirəm”, “Məsələ mənə tam aydındır”. Etiraz etmək, razılıq verməmək kimi hallarda: “Etirazımı bildirirəm”, “Bu, məni təmin etmir” “Etiraz edirəm”, “Bu mənim xoşuma gəlmir”, “Sizin fikrinizlə şərik deyiləm”, “Mən başqa cür düşünürəm”, “Bağışlayın, sizin kimi düşünmürəm”, “Bu məsələdə sizinlə razılaşa bilmirəm”. Cavabvermə məqamında: “Lütfən, buyurun!”, “Sizə məmnuniyyətlə cavab verməyə hazıram”, “Buyurun, eşidirəm”. Sualı eşidən kəsin məsələ barədə məlumatı yoxdur və ya azdırsa, o zaman: “Bağışlayın, bu barədə məlumatım azdır”, “Bu dəqiqə öyrənib məlumat verərəm” dəqiqləşməyə ehtiyac duyulduqda: “Bir dəqiqə gözləyin, dəqiqləşdirim”, “İndi dəqiqləşdirib məlumat verərəm” tipli nitq vahidlərindən biri ilə cavab vermək olar. Məruzə, çıxış zamanı verilən sualları qəbul edərkən: “Sualınız mənə aydındır”, “Çalışaram bu məsələ aydınlıq gətirəm”, “Sualınıza görə təşəkkür edirəm, bu məsələ ilə məruzəmdə ətraflı danışacağam” ifadələrindən birini seçib istifadə etməklə sualı qəbul etməli və müvafiq cavabı verməlidir. Cavabın sual verən üçün qənaətbəxş, aydın olub-olmadığını öyrənmək məqsədilə “Razı qaldınızmı?”, “Cavabda qaranlıq qalan bir şey qaldımı?”, “Cavab sizi qane etdimi?”, “Deyilənlərə etirazınız yoxdur ki?” tipli etik ifadələrdən istifadə etmək olar. Şad xəbərlərin verilmə situasiyasında: “Sənə əla xəbərim var”, “Muştuluğumu ver, deyim”, “Bir xəbərim var ki, duysan uçmağa qanad axtaracaqsan” kimi nitq etiketlərindən istifadə etmək informasiya verənin məqsədini düzgün şəkildə ifadə etməsinə kömək edəcəkdir. Bəd xəbərlərin çatdırılması situasiyasında: “Narahat olma, hər şey düzələcək”, “Sən qoçaqsan, hər şeyi yoluna qoyacaqsan”, “Dərd etmə” kimi təsirli, ruhlandırıcı və insana mənəvi “güc” verən ifadələrə müraciət olunmalıdır. Adamlar birisinə çox yaxını, əzizi barədə pis xəbər verərkən olduqca həssas yanaşılmalıdır. “Özündə deyil”, “Vəziyyəti ağırdır”, “Huşunu itirib”, “Hələ özünə gəlməyib”, “Halı yaxşı deyil” qəbildən olan nitq yarlıqlarından istifadə edilməsi məqsədəuyğundur. “Bəd xəbərlərin münasib formada başqasına çatdırılması insanlara qayğıdır, mərhəmətdir”(1, 92). Rəy, münasibət bildirmə situasiyalarında: “İşiniz olduqca uğurlu alınıb”, “Əhsən”, “Mən bu cür gözəl işin ortaya çıxacağını gözləmirdim”, “Məsələ ilə bağlı qeyd etdiyiniz nüanslar olduqca doğrudur”, “Bu, çox dəqiq, düzgün vurğulanmış məsələdir”. Danışan isə öz növbəsində, “Fikrinizi bildirdiyiniz üçün təşəkkür edirəm”, “Rəyiniz mənim üçün olduqca önəmlidir”, “Rəyinizə görə çox sağ olun”, “Sizdən bu cür xoş sözlər eşitməyi özümə şərəf hesab edirəm”, “Sizin münasibətinizi bilmək mənə görə çox vacib idi, minnətdaram”. Təskinlik etmək, razı salmaq məqamında: “Əsəbləşməyin!”, “Darıxmayın!”, “Səbrli olun!”, “Narahat olmayın, hər şey yaxşı olacaq!”, “O qədər çətinliyin öhdəsindən gəlmisiniz,inanıram ki, bunu da tezliklə həll edəcəksiniz”, “Bir qədər səbrli olun!”, “Nə etmək olar axı?!”, “Özünüzü darıxdırmayın!”, “Mən sizə inanıram!”, “Bir qədər ətraflı düşünün!”, “Sakitləşin!”. Məsləhət vermə situasiyasında: “Bu, sizin xeyrinizədir”, “Bunları nəzərə alsan, əminəm ki, böyük uğur qazanacaqsan!”, “Bu məsələnin həllində dediyim amilləri nəzərə alsanız, çatışmazlıqları asanlıqla aradan qaldıra bilərsiniz!”, “Məhz bu, sizə başucalığı gətirəcəkdir”. Məsləhətin qəbul edilməsi situasiyasında: “Məsləhətiniz üçün təşəkkür edirəm!”, “Düşünürəm ki, bunlar mənim xeyrimə olacaq!”, “Dəyərli məsləhətinizə görə minnətdaram!”, “Çalışacağam ki, dediklərinizə əməl edim”, “Bu faydalı məsləhətinizi heç vaxt unutmaram!”, “Bu məsləhət mənə çox lazımlı olacaq!” nitq etiketlərindən yararlanmaq olar.

    Ədəbiyyat:
    1. Abdullayev N. Nitq mədəniyyətinin əsasları. Bakı, 2013
    2. AMEA Nəsimi adına Dilçilik İnstitutu. Azərbaycan dilində nitq etiketləri (məqalələr toplusu). Bakı, , 2016
    3. Həsənov H. Nitq mədəniyyəti və üslubiyyatın əsasları. Bakı, 2003
    4. Qarayeva H. Azərbaycan dilində nitq etiketlərinin öyrədilməsi məsələləri. Bakı, 1999

    Tahmina Valiyeva
    The role of tag rules in communication
    Summary: Etiquette rules have a great role and importance in the cultural communication process. Use of them in different communication situations regulates ethical conduct and negotiation norms. Speech etiquettes are widely used in etiquette rules. Speech etiquettes provide expressing human ideas and senses within process of communication.

    Тахмина Велиева
    Роль правил тегов в общении
    Резюме: Правила ярлыков имеют большую роль и значение в процессе культурной коммуникации. Использование их в разных ситуациях общения регулирует этические нормы поведения и ведения переговоров. Речевои этикети широко используются в правилах этикетовки. Речевои этикети обеспечивают на процесс общение человек мысли и чувства выражение.

    Rəyçi: dos.Vaqif İsrafilov

  • Təhminə VƏLİYEVA.”Nitq etiketlərinin nəzəri və metodik məsələlərinə həsr olunmuş məqalə silsiləsindən: 7. Mədəni ünsiyyət prosesində mədəni nitq bacarıqlarından istifadə”

    AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Mətbuat tarixi və publisistika şöbəsinin kiçik elmi işçisi,
    Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin (gundelik.info) və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının (edebiyyat-az.com) “Publisistika” şöbəsinin redaktoru.

    valiyevatahmina@gmail.com

    MƏDƏNİ ÜNSİYYƏT PROSESİNDƏ MƏDƏNİ NİTQ BACARIQLARINDAN İSTİFADƏ

    Ünsiyyət mədəniyyəti ümumi mədəniyyətin tərkib hissəsi və insanların birgə fəaliyyətinə əsaslanan tələbat olaraq, fikir, hiss və duyğularının ifadəsini təmin edir. Qarşılıqlı anlamaya əsaslanan dialoji nitqin səmərəli şəkildə təşkili üçün ünsiyyət etik normalar və əxlaqi dəyərlər zəminində qurmaq və mədəni nitq bacarıqlarına malik olmaq zəruridir. Mədəni ünsiyyətin yaradılması üçün hansı bacarıqlara yiyələnmək lazımdır?- sualına cavab olaraq, bir sıra mədəni nitq bacarıqlarını göstərə bilərik: Sual vermək bacarığı, nitqi sonadək dinləmə bacarığı, öyrənmək məqsədilə verilən sualı cavablandıırmaq, danışanın nitqinə münasibət bildirmə, adresatın öz mövqeyini nümayiş etdirməsi, söhbətə qoşulma kimi bacarıqlara yiyələnmək və onları vərdiş halına gətirmək nitqdə gözlənilməsi gərəkli etiket qaydalarını özündə ehtiva edir. Bunlardan əlavə, situasiyalardan asılı olaraq, etiket qaydalarını gözləmək lazımdır. Qarşılaşma, görüşmə, vidalaşma, tanışlıq, hal-əhval tutma, müraciət, sual-cavab, müəyyən mövzu ətrafında qızğın müzakirə, fikir ayrılığına səbəb olan mübahisə doğuran situasiyalarda etiket qaydalarını gözləmək, etik normalara istər danışığımız, istərsə də davranışımızda riayət etmək müsahibimiz, qarşı tərəfin şəxsiyyətinə və fikirlərinə hörmət bəslədiyimizi bildirmək xoş ünsiyyətin formalaşması üçün olduqca gərəkli və əhəmiyyətlidir.
    Sual vermək bacarığı insandan yüksək nitq mədəniyyəti və etik-mədəni səviyyənin olmasını labüd hesab edir.Sualın verilməsi situasiyası insandan məqsədli və düşünülmüş sualların qoyulmasını tələb edir. Sual həm məzmunu əhatə etməlidir, həm də mövzuya müvafiq olmalıdır. Sual verərkən situasiya, mimika və jestikadan düzgün istifadə, sual intonasiyasının düzgün qoyulmasınəzərə alınmalıdır. Situasiyaya müvafiq qoyulmayan sual söhbətin, məruzənin istiqamətini dəyişə və qoyulması nəzərdə tutulmuş məsələlərin kənarda qalması ilə nəticələnə bilər. Həmçinin, yersiz suallar dinləyənlərin də diqqətin mövzudan kənar məsələlərə yönəldə bilər. İntonasiya isə sual verənin məqsədini ifadə edir, intonasiyanın quruluşu isə cavab almaq istədiyi məsələ, yaxud ona verilən məlumatın az anlaşılıqlı olması ilə bağlı dəyişə bilər. Sual danışılan mövzunun məzmununun daha da açılmasını və qoyulan problemlərin, məsələlərin daha dərindən dərk edilməsini şərtləndirir. Nəzərdən qaçan məsələlər sualların köməyilə danışanın, natiqin diqqətinə çatdırılır. Söhbət, dialoq, məruzə zamanı məzmunlu, dəqiq, mövzuya müvafiq sualların verilməsi söhbətin gedişatına müsbət təsir edir, söhbətin, dialoqun daha canlı və maraqlı olmasını təmin edir. Yerli-yerində qoyulmuş, maraq və mübahisəyə səbəb olacaq sual həmin məsələ ətrafında qızğın və gərgin müzakirələrə yol açır.Sual vermək bacarığı insandan həm də praktik dil təcrübəsi tələb edir. Azərbaycan dilində düzgün, dəqiq, səlis, etik səviyyədədanışmağı bacarmayan insan nəinki mövzuya uyğun sual verə bilər, heç mövzunun mahiyyətini belə anlaya bilməz. Bu baxımdan, Azərbaycan dilindən istifadəedən şəxs həmin dilin sistematik quruluşundan yetəri qədər məlumatlı olmalı, bu dilin ədəbi dil normalarına yiyələnməli və mədəni nitq ünsürlərini öz nitqində daşımalıdır.
    Nitqi sonadək dinləmə bacarığı hər bir insandan yüksək mədəniyyət və ali mənəviyyat tələb edir. Nitqi dinləmək bacarığı təəssüflər olsun ki, müasir cəmiyyətimizin insanları arasında olduqca az yayılmış keyfiyyətlərdəndir.İnsanlar nəinki bir-birini dinləmək istəmir, hətta danışanın nitqinə müdaxilə etməyə səy göstərir və danışanın nitqini bitirənədək dinləməyə səbri çatmır. Məhz bu cür vəziyyət həmsöhbətlər arasında anlaşılmazlığa, bir-birinin fikir və mövqelərini müəyyən edə bilməmək kimi mənfi nəticələrlə sonlanır. İnsanların bir-birinin şəxsi fikirlərinə hörmət etməmək həm də həmsöhbətinə qarşı edilən nəzakətsizlikdir. Bu cür vəziyyət isə nəinki maraqlı və xoş söhbət yaratmayacaq, hətta həmsöhbətlər arasında xoş münasibətin korlanmasına və xələl gətirməsinə səbəb olacaqdır.
    Nitqi sonadək dinləmə bacarığımədəni ünsiyyət üçün başlıca keyfiyyət olma faktı nəzərə alınmaqla, onun formalaşdırılmasına kiçik yaşlardan başlanılmalıdır. Müəllim və valideyn tərbiyə və təsiri ilə bu bacarığın istənilən səviyyədə formalaşdırılması mümkündür. Sinif kollektivində təlim-tədris prosesi müddətində şagirdlərin bir-birlərinin nitqini dinləməsi üçün müxtəlif praktik yönümlü çalışmalardan istifadə edilməli və bu mədəni nitq bacarıqlarının formalaşdırılması istiqamətində iş mütəmadi olaraq yerinə yetirilməlidir. Əlbəttə, aşılanan bu bacarığın vərdiş halına keçməsi üçün ondan nitq fəaliyyətində hər zaman – istənilən əhval və situasiyada istifadə etmək lazımdır. Gərgin fəaliyyət nəticəsində, yaxud ovqatı təlx edən bir hadisə səbəbindən insan əsəbi, aqressiv ola bilər. Lakin səbəbi nə olursa-olsun insan əsəblərini cilovlamağı və öz hisslərinə hakim olmağı bacarmalıdır. Ancaq belə olan halda insan həmsöhbətini təmkin və nəzakətlə dinləməyi bacarar,dialoqun səmərəsini artırar. Bu vəziyyət isə həmsöhbətlərin qarşılıqlı anlaşmasına və sözügedən məsələ yaxud problemin həlli yollarını müəyyənləşdirməkdə heç bir çətinlik çəkilməz. Nitqi sonadək dinləmə bacarığı dialoji nitqdə böyük ünsiyyət əhəmiyyəti kəsb edən xüsusiyyətdir. Dialoji nitq mədəni ünsiyyətin ən geniş yayılmış formasıdır. Sual-cavab xarakterli dialoqda hər iki tərəf əxlaq normalarını və ədəbi dil qaydalarını gözləməsi mütləqdir. Dialoqda hər iki tərəf bu və ya digər hadisə, problemlə bağlı öz fikir və mülahizələrini bildirir, həmsöhbətinin məsələyə münasibətini müəyyənləşdirir və həmin məsələyə dair mülahizələrini ümumiləşdirib yekun nəticə çıxarır.
    Cavabvermə bacarığı və yaxud başqa şəkildə desək, cavabvermə mədəniyyəti həmsöhbətlər arasında qarşılıqlı anlaşmanı təmin edir. Verilən sualı lazımınca dəqiq, dolğun, həm də yığcam şəkildə cavablandırmaq sual verən şəxsə qaranlıq qalan məsələyə aydınlıq gətirilməsinə kömək olacaq. Verilən cavab tutarlı, dəqiq, konkret,yığcam, doğru, anlaşıqlı, məntiqli olmalıdır ki, sual verən şəxs öyrənmək istədiyi, cavabını verməkdə çətinlik çəkdiyi suala doğru cavabı ən düzgün formada ala bilsin. Cavab tutarlı olmalıdır, yəni cavabda verilən məlumatlar sualın məzmununu tam əhatə etməli, məlumatlar tam olmalıdır. Cavab dəqiq olmalıdır, yəni cavab verən şəxs dəqiq bildiyi faktlara söykənməlidir. Natamam və qeyri-dəqiq cavab suala lazımi cavab hesab olunmur. Cavab konkret olmalıdır, yəni suala veriləcək doğru cavab konkret məlumatlara əsaslanmalıdır. Konkretlik üçün uzunçuluqdan, sözbazlıqdan qaçmaq lazımdır. Cavab yığcam olmalıdır, yəni suala verilən cavabda uzun-uzadı danışmaq, hərtərəfli, geniş məlumat verməyə ehtiyac görülmür. Bu, cavab alan şəxsi yora bilər. Yığcamlıqda əsas prinsip sayılan az söz, çox fikir, dərin mənagözlənilməlidir. Cavabda yalan və əsası olmayan informasiya verməkdən qaçmaq lazımdır, doğruluq, düzgünlük həm də mədəni nitqin başlıca göstəricilərindən sayılır.Cavab sadə və anlaşıqlı olmalıdır, yəni cavab verən şəxs öz nitqini sadə formaya salıb, anlaşılan məzmunda olmasına çalışmalıdır. Anlaşıqlı fikir anlaşıqlı cavabın verilməsini təmin edir. Cavab məntiqli olmalıdır, yəni cavabda verilən məlumatların məntiqi əsası olmalıdır ki, cavab alan şəxs aldığı məlumatın doğruluğuna inansın .
    Danışanın nitqinə münasibət bildirmə bacarığı nitq-ünsiyyət prosesində formalaşdırılır və dialoji nitqdə bacarıqdan səmərəli istifadə ünsiyyət üçün yüksək səmərə verir. Danışanın fikrinə münasibətini ifadə edərkən etik normaları gözləmək olduqca vacib amildir. Danışana elə müraciət etmək lazımdır ki, bu, söhbətin, məruzənin gedişatını pozmasın və danışanın fikrini mövzudan kənara çəkməsin. Deməli, danışan şəxsin fikrinə münasibət bildirilərkən hər şeydən öncə, yersiz müdaxilələrdən qaçmaq lazımdır. Öz münasibət və mövqeyimizi bildirdiyimiz zaman bu müdaxilənin vaxtında edilib-edilməməsini müəyyənləşdirməliyik. Münasibət və mövqe bildirməzdən öncə, danışılan məsələ ilə bağlı ətraflı, dolğun məlumata yiyələnməli, haqqında danışılan məsələ, problemlə ilə bağlı geniş təsəvvürə malik olunmalıdır. Danışanın fikrinə münasibətimizi bildirmək üçün bir sıra nitq etiketlərindən istifadəyə gərək duyulur: “İcazənizlə, öz fikrimi bildirmək istəyirəm”, “Bağışlayın, mən öz fikrimi söyləmək istərdim”, “Mən bu məsələyə başqa cür yanaşardım”, “Fikrimcə, problem başqa şəkildə qoyula bilərdi”, “Zənnimcə, məruzədə qeyd edilməyən məsələlər yetərincədir”. Münasibət, rəyin bildirilməsivasitəsilə danışanın fikrinə hörmət və rəğbət bildirilməklə yanaşı, onun söyləmiş olduğu fikirlərin insanda müəyyən bir fikir, ideya yaratmaq imkanı xüsusi qeyd olunmalıdır.
    Söhbətəqoşulma və söhbətin gedişatına müdaxilə yerli-yerində və məqsədli şəkildə edilməlidir. Söhbətəqoşulma və müdaxilə bəzən labüd hal alır. Belə olmazsa, söhbətin məcrası başqa istiqamət ala bilər. Müdaxilə həm də danışılan məsələdən uzaqlaşma halının qarşısının alınmasında xüsusi rola malikdir.Görkəmli alim, professor Nadir Abdullayev danışıq prosesində söhbətə müdaxilənin rolu barədə geniş şəkildə bəhs açır və nitqə müdaxilə edilmə məqamlarını göstərir.Söhbətin gedişinə müdaxilə aşağıdakı məqamlarda edilməlidir:
    – Danışan şəxs bəhs açdığı məsələdən uzaqlaşdıqda;
    – Məruzə, yaxud söhbət zamanı məlum olan məsələ və ya əşya, hadisə haqqında danışıldıqda;
    – Qeyd olunan məsələ ilə bağlı səhvə, yanlışlığa yaud dolaşıqlığa yol verildikdə;
    – Hər hansı bir məsələ barədə uzun-uzadı danışıldıqda;
    – Həmsöhbətinin fikrini təsdiq və təqdir etməyə ehtiyac duyulduqda və müsahibinin nitqini qüvvətləndirmək məqsədilə edilə bilər (1, 268).
    Məqamında müdaxilə mədəni nitqin əsas keyfiyyətlərinin gözlənilməsinə – nitqin yığcamlığı, aydınlığı, anlaşıqlığı, dəqiqliyinin riayət edilməsinə də rəvac verir. Müdaxilə edilərkən səsləndirilən fikir anlaşıqlı və yığcam olmalı, əsaslı və tutarlı dəlillərə söykənməlidir. Bütün hallarda müsahibin nitqinə müdaxilə etik səviyyədə edilməli, hörmət, nəzakət çərçivəsindən kənara çıxılmalıdır. Hər hansı bir səbəbdən nitqə müdaxilə edildikdə danışana “bağışlayın”, “icazə verin”, “üzr istəyirəm”, “bir dəqiqə” və s. kimi ifadələrlə müraciət olunmalıdır.
    Məqalənin aktuallığı. Bu və ya digər cəmiyyətdə etik-mədəni normaların tənzimlənməsi mədəni ünsiyyətin təşkili hesabına mümkündür. Mədəni ünsiyyətin qurulması mədəni nitq bacarıqlarına yiyələnməyi və onlardan istifadəni zəruri edir. Məqalədə mədəni ünsiyyət prosesində istifadə olunan mədəni nitq bacarıqlarından bəhs açılması onlardan səmərəli istifadə zərurətini ortaya qoyur. Məqalənin elmi yeniliyi. Mədəni ünsiyyətin təşkili üçün gərəkli olan mədəni nitq bacarıqlarından müxtəlif situasiyada işlənmə və onlardan istifadə vəziyyəti məqalədə geniş təsvir edilmişdir. Məqalənin praktik əhəmiyyəti. Mədəni nitq bacarıqlarından ünsiyyət prosesində istifadənin rol və əhəmiyyəti vurğulanmaqla, situasiyaya müvafiq olaraq bu bacarıqlardan istifadə vəziyyəti göstərilmişdir.

    Ədəbiyyat:
    1. Abdullayev N. Nitq mədəniyyətinin əsasları. Bakı, “Elm və təhsil”, 2013
    2. Həsənov H. Nitq mədəniyyəti və üslubiyyatın əsasları. Bakı, Bakı Universiteti, 2003
    3. Seyidov S. Həmzəyev M. Psixologiya. Bakı, 2007

    Tahmina Valiyeva
    Summary: Establishing cultural communication makes it possible to acquire and use cultural speech skills. Understanding the role and importance of cultural speech skills in the communication process, in the article has shown the use of them skills according to the situation.

    Тахмина Велиева
    Резюме: Установление культурного общения позволяет приобретать и использовать культурные речевые навыки. Понимая роль и значение культурных речевых этикетов в процессе коммуникации, ситуация показала использование этих навыков в соответствии с ситуацией.

    Rəyçilər: dos. Rəhilə Hümmətova,
    dos.Vaqif İsrafilov

  • Xəyalə SEVİL.”Hamıdan sonrasan”

    “Gənc Ədiblər Məktəbi2”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, Azərbaycan Respublikası Prezidenti təqaüd fondunun təqaüdçüsü

    Hamıdan sonrasan,
    Hamıdan əvvəl.
    Ömrün tən ortası
    Görüş yerimiz.
    Budağıq, yarpağıq,
    Suyuq, torpağıq,
    Bəlkə bir gövdədə
    Tamamlanaq biz?
    Ruh adam, dost adam,
    Bu doğmalığın
    Adını mən qoyum
    Ömrünü sən ver.
    Yarımcan qalmışdım
    Dünənə kimi.
    Nə ömür verirsən, ver,
    Amma tam ver.

  • Xəyalə SEVİL.”Pəncərədən boylanıram”

    “Gənc Ədiblər Məktəbi2”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, Azərbaycan Respublikası Prezidenti təqaüd fondunun təqaüdçüsü

    Pəncərədən boylanıram,
    Ay güzgümdə aylanıram.
    Yer üzü qadın qapısı,
    Gecə yarı döymək olmur.
    Göy üzü yadın qapısı,
    Dəymək olmur,
    Dəymək olmur…

    Həmin yol, həmin küçədi,
    Qarayanız bir gecədi.
    Bu azalan adamların arasında
    Bir sən yoxsan,
    Bir mən yoxam.
    İki oldu bu yoxluq.
    Böyüdü, boyumdan da
    Yekə oldu bu yoxluq.
    Heç kim ilə bölünməyən
    Tikə oldu bu yoxluq.
    Ömrümdən sənsiz illərim
    Meyvə kimi dəyib düşür,
    Gözlərimi döyüb düşür.
    Və beləcə…
    Və beləcə
    Ölüm məndən duyuq düşür.
    Torpağın qara canına
    Mənim boyda oyuq düşür.

  • Xəyalə SEVİL.”Cəzalıdı ürəyim”

    “Gənc Ədiblər Məktəbi2”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, Azərbaycan Respublikası Prezidenti təqaüd fondunun təqaüdçüsü

    Cəzalıdı ürəyim,
    Bədənimdə küncə qoydum.
    Yorulan göz yaşımı,
    Yanağımda dincə qoydum.

    Bu da səndən qalan ömür,
    Yarı sənsən, yarı sudu.
    Həsrətini atdığım yer
    Gözlərimin quyusudu.

    Eh! Yolların yol yoldaşı,
    Gedən yollara qarışdın.
    Sən tək bədəndən ibarət

  • Xəyalə SEVİL.”Və bir gün qarşına bir adam çıxa”

    “Gənc Ədiblər Məktəbi2”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, Azərbaycan Respublikası Prezidenti təqaüd fondunun təqaüdçüsü

    Və bir gün qarşına bir adam çıxa,
    Elə oyanasan yuxundan elə
    Gördüyün yuxular yadından çıxa.

    Və bir gün qarşına bir adam çıxa,
    Əridəsən hisslərinin qarını.
    Açasan qəlbini bir sərgi kimi,
    Tək-tək göstərəsən duyğularini.

    Və bir gün qarşına bir adam çıxa,
    Bircə baxışından səsini duya.
    Səni bu dünyada bəlkə, bəlkə də,
    Atandan, anandan artıq taniya.

    Və bir gün qarşına bir adam çıxa…
    Gözlərimdə ürəyimin səsi var.
    Boğazacan yığılmışam, ilahi,
    Səbrimin tükənmək təhlükəsi var.

  • Xəyalə SEVİL.”Sən mənim xəyal yoldaşım”

    “Gənc Ədiblər Məktəbi2”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, Azərbaycan Respublikası Prezidenti təqaüd fondunun təqaüdçüsü

    Əvvəl saçlarımı kəsdirdim,
    Sonra qollarımı tulladım
    Yanımdakı boşluğa.
    Mən alışdım təkliyə,
    Sən alışdın sərxoşluğa.

    İçimə atdım səsimi,
    İçimdə qulaq batır.
    İndi gücüm nə ölməyə,
    Nə də yaşamağa çatır.

    Sən mənim xəyal yoldaşım,
    Ayrılığın adını qoy.
    Həyatına sevmədiyin qadını qoy.
    Ağla,
    Gözlərin boşalsın.
    Sonuncu axşamdan yazıram sənə,
    Bütün gecələrin xeyirə qalsın.

  • Xatirə FƏRƏCLİ.”Yerin bağrımın başıdı”

    Ömür yolda qatar ikən,
    Sinəm cadar-cadar ikən,
    Arzularım çapar ikən
    Minib tərkinə gəlmisən.

    Keçən illərin köçündən,
    Ağrılarımın içindən,
    Sıyrılıb Qədər suçundan
    Ürəklə, ərklə gəlmisən.

    İllər həsrət, qəm yaşıdı,
    Qəlb eşqinə baş daşıdı,
    Yerin bağrımın başıdı,
    Gəl, öz mülkünə gəlmisən.

  • Xatirə FƏRƏCLİ.”Bu dərd ki var”

    Bu dərd ki var, keçən deyil,
    Çalış yola ver də, ağla.
    Bir ağladın kar olmadı,
    Çək sinənə bir də ağla.

    Bax ha, nadansa qarşında,
    Gülünc olar göz yaşın da.
    Yer ver bağrının başında,
    Çəkil dalda yerdə ağla.

    Boş ver dünya dəstgahına,
    Bat bir ömrün günahına,
    Yol get dərdin dərgahına,
    Dərdini DƏRD bil də, ağla.

  • Ay Bəniz ƏLİYAR.”Yenə gözüm su içmir”

    Yenə gözüm su içmir,
    həyat donub elə bil.
    Məndəki bu səssizlik
    xeyir əlamət deyil…

    Keçdi ömrün yarısı,
    yarı yaşa yetişdim.
    Kal günlər, kahal günlər
    gəldi başa, yetişdim.

    Gözümə işıq oldu,
    ömrümə çıraq adam,
    Gördüyüm yuxulardan
    çin çıxan qonaqadam.

    İşə gedirəm hər gün,
    çıxır yoluma yenə.
    Evimə dönən zaman
    qapımı açır mənə.

    Həm kədərdir, həm ağrı,
    həm min dərdə dəvadır.
    Yastığımda göz yaşı,
    əllərimdə duadır…

    Həm yuxudur, həm həyat,
    həm su, hava, yer, göy O…
    Nə sirr, möcüzədirsə,
    hər şey Odur, hər şey O…

  • Ay Bəniz ƏLİYAR.”Sənə şeir axtarıram”

    Yaşamaq eşqinə düşüb,
    Sənə şeir axtarıram.
    Boş şeydi qafiyə işi,
    Sən ən gözəl qafiyəmsən.

    Mənə elə tərs-tərs baxma…
    Haqlısan yerdən göyəcən.
    Bu şeirdə sənin yerin
    tərsinə düşüb deyəsən…

    Vallah, qafiyə boş şeydi…
    Qoymaram beynimi yorsun…
    Burda qafiyə yerinə
    olarmı əllərin dursun?

    Şeir axtara-axtara
    səni gəzirəm, biləsən.
    Elə zamanında gəl ki
    qafiyəmlə tən gələsən.

    Söz uzandıqca nə derlər?
    Və başqaları… və sair…
    Bu şeiri də az ütülə,
    ay qafiyəbaz şair.

  • Şairə Adilə NƏZƏR.”Adımı şeir elədim”

    Filologiya üzrə fəlsəfə doktoru,
    AYB-nin üzvü, “Kitab Evi” İctimai Birliyinin sədri

    Hansı ağrılardan çıxdın,
    Hansı əzablardan gəldin?
    Harda ağladın kim bildi,
    Kim bildi ki, harda güldün.

    İslandınmı, qurudunmu,
    Kimin gözünə əkildin?
    Coşub bir gün şəlalətək,
    Kimin qəlbinə töküldün?

    Ruhumun yağmur havası,
    Könlümün duman yerisən.
    Kiminin ümid işığı,
    Kiminin güman yerisən.

    Ürəyimə düşən oda,
    Ayağı yalın girirəm.
    Aynalara baxammıram,
    Baxanda səni görürəm.

    Oxudum hər sətirini,
    Hər hərfini seyr elədim.
    Sənin özün olum deyə,
    Ta, adımı şeir elədim.

  • Şairə Adilə NƏZƏR.”Qar yağıb”

    Filologiya üzrə fəlsəfə doktoru,
    AYB-nin üzvü, “Kitab Evi” İctimai Birliyinin sədri

    Dünən gözəl bir haldaydım,
    Bu gün o hala qar yağıb.
    Həyat necə də acıymış,
    Şəkərə, bala qar yağıb.

    Bir nöqtədə cəm olmuşdum,
    Elə şad-xürrəm olmuşdum,
    Sevincimdən dəm olmuşdum,
    Gör necə əla qar yağıb.

    Verim bu dərdi neçəyə,
    Ağrıdım üzü gecəyə,
    Qaldığım evə, küçəyə,
    Getdiyim yola qar yağıb.

    Münəccimlər gətirdi bəd,
    Titrədi diz, büküldü qədd.
    Uçmaz dediyim o məbəd,
    Uçdu o qala… qar yağıb.

    Üz çevirib getdi hamı,
    Tərk etmədim heç inamı,
    Yuxuda gördüm anamı,
    Söylədi: bala, qar yağıb…

    Yazma, mənə bu günahı,
    Bitir, dilimdəki ahı,
    Dön bir mənə bax, İlahi,
    Gör ki, bu qula qar yağıb.

    Adilə Nəzər 21.12.2019

  • Əyyub MƏMMƏDOV.”Dəniz boyda sevgim…”

    Gəlmişəm yenə də dəniz seyrinə,
    Qəmli fikirlərlə həsrət ötürüm.
    Baxıram dənizin ucqar yerinə
    Deyirəm təəssüf mənim sevgimə.

    Bir vaxtlar dənizi birlikdə sevdik
    Gəlib kənarında, qışı yay etdik.
    İndi bu yerlərə yalnız gəlirəm
    Çılğın dalğalarla köks ötürürəm.

    Gələrdik dənizə görüşmək üçün
    Qol-boyun olub, sarılmaq üçün.
    İndi tək-tək gedirik, düşünmək üçün
    Oturub kənarda ağlamaq üçün.

    Dəniz boyda sevgim, deyərdin mənə
    Mən də can deyib, baxardım sənə
    İndi bu sularda üzün görünür,
    Böyük ləpələrdə səsin duyulur.