Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının təbrik məktubu

Əziz və dəyərli dostlar, Azərbaycan Jurnalistlər Birliyinin üzvləri, jurnalist həmkarlarım, şair dostlarım,

Sədri olduğum Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatı adından, nəzdimizdə fəaliyyət göstərən gundelik.info və edebiyyat-az.com saytları adından, “Dan yeri” Ədəbi Birliyi adından, təsisçisi və və baş redaktoru olduğum “Möhtəşəm Azərbaycan” qəzetinin yaradıcı kollektivi adından, çalışdığım SOCAR-ın “Azərikimya” İstehsalat Birliyinin mətbuat xidməti adından Sizin hər biriniz başda olmaqla – xalqımızı və dünyanın müxtəlif nöqtələrində yaşayan soydaşlarımızı Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni – 2020 ci il münasibətilə səmimi-qəlbdən təbrik edir, həyatda möhkəm can sağlığı, problemsiz ömür-gün, süfrənizə bol ruzi-bərəkət, dünya azərbaycanlılarının birliyi və həmrəyliyi istiqamətində gördüyünüz məqsədyönlü işlərdə yeni-yeni nailiyyətlər arzulayıram.
Birliyimiz və həmrəyliyimiz heç zaman sarsılmasın!
Bayramımız mübarək olsun!

Sevgi və sayğılarla: Rafiq Oday,
şair-publisist, respublikanın Əməkdar jurnalisti