Xəbər verdiyimiz kimi, Bakı şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon MKS-inin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının Fəxri oxucusu, yazıçı-publisist, şair Sevinc Ağa Xəlilqızının şəhidlərə həsr olunmuş “Əlvida söyləmədən…” kitabı işıq üzü görmüşdü.
Kitabla bağlı müəllifin «Каспiй» qəzetinin 4 fevral tarixli nömrəsində «Мы должны оставить после себя след…» (“Biz özümüzdən sonra iz qoymalıyıq…”) müsahibəsi çıxmışdır. Müsahibədə müəllif qeyd edir ki, Qarabağ müharibəsi ilə bağlı materiallar gələcək nəsillərə çatdırılmalı, gənclərə vətənpərvərlik hissi aşılanmalıdır. Müəllif qeyd edir ki, bu münaqişədə yazıçının əsas silahı qələmdir.
Daha sonra müəllif kitabda mərkəzi yer tutan Qarakənd faciəsi haqqında söhbət açır. Müsahibə S.Ağa Xəlilqızının aşağıdakı şeri ilə yekunlaşır:
İnsan – insan olur öz hünəriylə
Millət – millət olur xeyir-şəriylə.
Torpağın qoynunda cəsədləriylə
Azadlıq toxumu səpdi şəhidlər!