1458565_542896009137916_1046501377_n

15 noyabr 2013-cü il tarixdə Xırdalan Mərkəzləşdirilmiş Kitabxanasında Azərbaycanın istedadlı şairi Ədalət Nicatın “Dərdin də öz dərdi var” şeirlər kitabının təqdimatı keçirildi.
Tədbiri giriş sözü ilə Dünya Gənc Türk Yazarlar Birliyinin Təsisçilər Şurasının başqanı Əkbər Qoşalı açdı.O, “Dərdin də öz dərdi var” kitabının nəşrinin Çağdaş Azərbaycan ədəbiyyatı üçün önəmli bir hadisə olduğunu, Uluslararası Aktivist Sanatçılar Birliyinin Azerbaycan tərəfindən ilk nəşr olunan kitab olduğunu qeyd etdi.Sonra Ədalət Nicatın həyat yoluna qısa nəzər salaraq bu günə qədər dərc olunan kitabları haqqında olan bilgiləri tədbir iştirakçılarına sundu.Daha sonra kitabın redaktoru Əli Kərim adına Sumqayıt şəhər Poeziya Klubunun direktoru İbrahim İlyaslı, filologiya elmləri doktoru, professor, tənqidçi Vaqif İbrahimli, Süleyman Rəhimov adına Qubadlı rayon ədəbi ictimai birliyinin sədri Qafqaz Əvəzoğlu, görkəmli ədəbiyyatşünas, tənqidçi Rüstəm Kamal, görkəmli və istedadlı şair Məmməd Nüamaz, Azərbaycan Yazıçılar Birliyinin üzvü Oqtay Rza, “Sözün sehri” qəzetinin redaktoru Xan Rəsuloğlu Siqurd, kitabın üz qabığını işləyən rəssam Nəvai Metin Məmmədoğlu, görkəmli şairlər Dayandur Sevgin, Zakir Zahir, Azırbaycan Yazıçılar Birliyinin aylıq ədəbi-bədii orqanı “Ulduz” jurnalının “Poeziya” şöbəsinin redaktoru Fərqanə Mehdiyeva və başqaları çıxış edərək Ədalət Nicatın yeni işıq üzü görmüş kitabından, yaradıcığılığında ürəkdolusu danişdılar.Tədbirin ən maraqlı məqamlarından biri də Qubadlı rayon Mədəniyyət və Turzim şöbəsinin məsləhətçisi Eldar Xanlaroğlunun öncə işıq üzü görmüş kitablarını Xırdalan Mərkəzləşdirilmiş Kitabxanasına hədiyyə etməsi, şeirlər kitabından şeirini oxuması oldu.Tədibirin aparıcısı Əkbər Qoşalı Xırdalan Mərkəzləşdirilmiş Kitabxanasının rəhbərliyinə, müəllifə, zəhmət çəkib gələr insanlara təşəkkürünü bildirdi.