Elə bu axşam…..
Gözlərimə işıq düşür,
Zülmət çöküb daxilimə.
Büvə düşmüş xalı kimi,
Sökülürəm ilmə-ilmə
Yaddaşımın cığırların
İtirmişəm,ot basıbdır.
Xəyallarım,arzularım
Məni yolda azdırıbdır.
Bu həsrətin qoxusu da,
Çin çıxmayan yuxusu da,
Tək qalmağın qorxusu da,
Yalnızlıqdan dəhşətlidir.