Author: Delphi7

  • Rahilə DÖVRAN.Yeni şeirlər

    rahileanam

    Şairə-jurnalist-publisist
    Azərbaycan Yazıçılar Birliyinin üzvü,
    “Qızıl qələm” media mükafatı laureatı,

    OXŞA MƏNİ

    “Könül dəftərim” – silsiləsindən

    Dərdə, sərə boyanmışam,
    Kül olmuşam, lap yanmışam.
    Boynu bükük dayanmışam,
    Dön gəl, özün oxşa məni.

    Dünya sərxoş, dünya yatıb,
    Dərd yükünü mənə çatıb.
    Doğmalar da məni atıb,
    Dön gəl, özün oxşa məni.

    Zindan kimi, zülmət otaq,
    Buz kimidir sənsiz yataq.
    Dön, fələyə meydan açaq,
    Dön gəl, özün oxşa məni.

    Gör haradan əsir yellər?
    Xəndan olub qızıl güllər.
    İnlər “Yanıq Sazda” tellər,
    Dön gəl, özün oxşa məni.

    Olammazsan bunca zalım,
    Düşün, sənsiz necə qalım?
    Dön yanıma, qadan alım,
    Dön gəl, özün oxşa məni.

    Dövran tutsun gül əlindən,
    Keçək həsrət, qəm selindən.
    Seçilməyək “bəy- gəlindən”,
    Dön gəl, özün oxşa məni…

    MÜBARİZ DOĞULMUŞAM

    Yenə dərdlər qövr edir,
    Qüssə, kədər qəlb didir.
    Fərəh, sevinc gen gedir,
    Saralmışam, solmuşam.

    Qayda budur əzəldən
    Qaçmaq olmaz əcəldən.
    Xoş günlər çıxıb əldən,
    Bulud kimi dolmuşam.

    Bəxt, tale qurub tuzaq,
    Düşmüşəm eldən uzaq.
    Zaman qanlı yalquzaq,
    Tənha, naçar qalmışam.

    Fələk meydan sulayır,
    Ac qurd kimi ulayır.
    Mən susmuşam, o sayır,
    Suçsuz şikar olmuşam.

    Torpaq- vətən, həm anam,
    Ona layıq Dövranam.
    Gərək məğrur dayanam,
    Mübarız doğulmuşam…

  • Nəcibə İLKİN.Yeni şeirlər

    ni

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    “Azad qələm” ədəbi-bədii, ictimai-publisistik qəzetinin və
    “Ali Ziya” ədəbi-bədii, elmi-publisistik jurnalının təsisçisi və baş redaktoru

    Gətirdiyin sevda güllərinin solmuş ləçəklərini hələ də saxlayıram…….

    Gör nə vaxtdı görüşmürük əzizim,
    Nə var, nə yox, söylə halın necədi?
    Sənsiz keçən günlərimi sel yuyur
    Mənsiz keçən qeylü-qalın necədi?

    İncələnib ürəyimin telləri,
    Həsrətimin ayağı yalın qalıb.
    Səndə mənim nəyim qalıb biımirəm,
    Məndə sənin bir ovuc gülün qalıb.

    Ətrin qalıb hər qurumuş ləçəkdə,
    Xatirələr dağıdıb didir məni.
    Dur qarşıla, qapında dayanmışam,
    Son görüşdü, bir azca dindir məni.

    Nə sehrdi bu qurumuş güllərdən,
    Əl götürüb ayrıla biləmmirəm.
    Bu nə sevda, bu nə əzab,nə dərddi,
    Nə yaşaya billəm, nə öləmmirəm.

    Baxışlarım qonağındı hər gecə,
    Ümidlərim od tutub yanır indi.
    Mənim ürəyimdə qoyduğun sevgi..
    Tək sənin başına dolanır indi.

    OLMASIN SƏBRİN, VƏTƏNİM!

    Sənə baş sağlığı verdim o gecə,
    Dedim ki, olmasın səbrin, Vətənim!
    Gör neçə günahsız oğullarının,
    Qazıldı qoynunda qəbri, Vətənim!

    Hayqırdı azadlıq istəyi, eşqi,
    Qan boğa bilmədi bu qızıl teşti,
    Sinənin üstündən zalımlar keçdi,
    Kim verdi bu qanlı əmri, Vətənim!

    Çökdü sinəm üstdə dumanlar,azdım,
    O gecə susmadım, qəmli avazdım,
    Biımirəm ömrümə mən necə yazdım,
    “20 YANVAR” adlı ömrü, Vətənim!

  • Nisə QƏDİROVA.Yeni şeirlər

    11153468_731421923638953_1561011028_o

    Azərbycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    “Qızıl Qələm” Media Mükafatı laureatı,
    “Möhtəşəm Azərbaycan” müstəqil ictimai-siyasi, ədəbi-bədii qəzetinin redaktoru,

    Məni

    Gözlərim buludtək dolub,
    Qınama, qınama məni.
    Allah, dözümüm qalmayıb,
    Sınama, sınama məni.

    Bir eşqim var adı xəta,
    Mən yandıqca yanır o da.
    Ay ellərim, yetin dada,
    Bürüyün ahıma məni.

    Haqq adlanan divandayam,
    Usandığım bir candayam.
    Gecələr ah-fəğandayam,
    Gömün sabahıma məni.

    QƏRƏNFİL

    Dağ dözməzdi bu dərdə,
    Dözdü qərənfil, qərənfil.
    Dərdləriylə qol götürüb,
    Süzdü qərənfil, qərənfil.

    Məzarların tacı oldu,
    Ana oldu, bacı oldu.
    Bu dünyaya carçı oldu,
    Sözdü qərənfil, qərənfil.

    Tarixin qan yaddaşıdır,
    Şəhidin məzar daşıdır.
    Ləçəyində od daşıdı,
    Közdü qərənfil, qərənfil.

    Çiçəkdi, haqqın səsidi,
    Ürəkdi, duydum səsini.
    Azadlığın nəğməsini,
    Yazdı qərənfil, qərənfil.

  • Polad SABİRLİ.Yeni şeirlər

    Polad Sabirli

    İstəmirəm təm-tarağı

    İstəmirəm təm-tarağı,
    Könlüm, gözüm toxdur, Allah.
    Sözdür qəlbimin çırağı,
    Var-dövlətim çoxdur, Allah.

    Sən ilham ver, mən də yazım,
    Qoy yayılsın xoş avazım.
    Xoşbəxt olsun oğlum, qızım,
    Başqa arzum yoxdur, Allah.

    Daşdan-daşa dəydi başım,
    And yerimdi damım,daşım
    İti sözüm, sərt baxışım,
    Yaydan çıxan oxdur, Allah.

    Haram tikə götürənin,
    Ömrə dərd-qəm gətirənin,
    Haqqı-sayı itirənin,
    Qarşısına çıxdı, Allah.

    23.10.2016.

    Baba

    Yaxın dostumun şərəfinə baba olması münasibətilə

    Nə yaxşı hiss imiş babalıq hissi,
    Balamın balası, şirindən şirin.
    Adamın həyata artır həvəsi,
    Görəndə övladın barın, bəhərin.

    Uşaqla uşaqdı müdrik babalar,
    Nəvənin önündə uşaqlaşırlar.
    Göstərə-göstərə mərdlik, babalar,
    Artıq cavanlıqdan uzaqlaşırlar.

    Nəvənin xoş günü, adı naminə,
    Ocaq altda yanar, oda köz olar.
    Hər vaxt sinə gərər, o çətin günə,
    Zülmətə nur saçan bir cüt göz olar.

    Şam kimi əriyər, od kimi yanar,
    Babadan hümmətdi, nəvədən xidmət.
    Ahıl vaxtında da, dincliyin danar,
    Nəvəyə ömrünü verər əmanət.

    Qədrini bilənə olaydı qismət,
    Kaş bu müqəddəs ad, bu şərəfli ad.
    Tanrının verdiyi şipşirin nemət,
    Babaya nəvədi, ataya övlad.

    Kəsdiyi çörəyin halallığını,
    Nəvənin qanına hopdurar baba.
    Saxlayar adının cəlallığını,
    Həqiqət yolunda mərd durar baba.

    29.01.2017.

  • Əziz MUSA.Yeni şeirlər

    em

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru,
    Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

    DÜNYA

    “Ol” dedi Yaradan, bircə sözündən,
    Gül kimi boy atdı, böyüdü dünya.
    Bəzəndi, düzəndi, al-yaşıl oldu,
    Bitirdi almanı, söyüdü dünya.

    Adəmi, Həvvanı gətrdi cana,
    Bəşər övladını verdi cahana,
    Müqəddəs ad verdi ata, anaya,
    Yetirdi qorxağı, iyidi dünya.

    Verdi bəndəsinə min bir əzabı,
    Hər kəsi sınadı, çəkdi hesabı,
    Yendirdi göylərdən neçə kitabı,
    Tanıdı mollanı, seyidi dünya.

    Böldü torpaqları, milləti, eli,
    Ayırdi insanı, ayırdı dili,
    Oynadı şimşəyi, kükrədi seli,
    Verdi məsləhəti, öyüdü dünya.

    Birini qul etdi, birini ağa,
    Bükdü hər insanı axırda ağa,
    Girdi şeytan qəlbə, cin aralığa,
    Batdıq biz günaha “ay gidi” dünya.

    GÖZƏL

    Gülümsə üzümə, qoy mən də gülüm,
    Tay sənsiz yaşamaq zülümdü, zülüm,
    Qoyma həsrətindən, dərdindən ölüm,
    Çəkmə gözlərimdən gözünü, gözəl.

    Baxışın Günəştək nur saçır hər an,
    Qəlbimdi eşqinlə alışıb yanan,
    Məni naz-qəmzənlə üzmə ey canan,
    Eşidim mehriban sözünü, gözəl.

    Sən mənə nə olar, mərhəmət eylə,
    Bəzə bu dünyanı qiyamət eylə,
    Eşqini sən mənə əmanət eylə,
    Görüm camalını, üzünü, gözəl.

    Nolar bu dünyanı sən mənə qıysan,
    Canımsan, gözümsən, mənə həyansan,
    Sən mənim ruhumu qəlbimi duysan,
    Deyərəm sözlərin düzünü, gözəl.

    Sinəmdə quş kimi çırpınır ürək,
    Dərdindən dəliyəm, sevimli mələk,
    Gül ki, gülsün dünya, açılsın çiçək,
    Alışdır bu eşqin közünü, gözəl.

  • Rizvan CƏFƏRLİ.”Sabah o qızın toyudur…”

    Ceyhun onun yanına gəlmiş bacısını görmək üçün tələsirdi. O,iki ildən çox üzünü görmədiyi böyük bacısını görmək,onunla ürək dolusu söhbət etmək istəyirdri. Axı, uşaq vaxtlarından Ceyhuna ana kimi qayğı göstərən, min bir əziyyətinə qatlaşan bacısı olmuşdur. Kənddə-kəsəkdə olanlardan xəbər tutmaq istəyirdi. Hərbi xidmətə gedəndən, doğma kəndində nələr olduğundan xəbərsiz idi. Kəndləri cəbhə bölgəsindən elə də uzaq deyildi. O da vətənini çox sevən gənclər kimi vətənin bu dar günündə kənarda qala bilməzdi…Orta məktəbi əla qiymətlərlə qurtarsa da, universitetə gəbul ola bilməmişdi…..
    O, görüş otağının qarşısında var-gəl edən bacısını görəndə sanki qanadlanıb uçmaq istədi, elə bil bütün dünyanı ona bağışladılar. Gözlərinə inanmaq istəmirdi. Axı, bu iki ildə onu kimsə yad etməmiş, hal-əhval tutmamışdı. Onun çoxlu qohumları, uşaqlıq dostları olsa da sanki hamı Ceyhunu unutmuşdu…..Amma bir şeyi də unutmuşlar ki, onların isti mənzillərində rahat yatmaqları, rahat yaşamaları Ceyhun kimi yuxusuz qalan, soyuqda, çovğunda silah əllərində bu gündən sabaha çıxmağa ümidi olmayan, vətən keşiyi çəkənlərin sayəsindədir.
    Ceyhun bacısı ilə qucaqlaşıb öpüşdülər. Bir müddət hər ikisi susdu. Bu susqunluğu Ceyhun pozub, yaxınlıqda olan qoca tut ağacının altındakı oturacağı göstərərək:
    – Bəlkə oturaq?
    Hicran başı ilə “hə”,- deyərək razlığını bildirdi. Ceyhunla yanaşı oturacaqda əyləşdilər…
    Ceyhun sevincindən qaça-qaça gəldiyindən tərləmiş,nəfəsi bir az təngimişdi. Yayın günəşli günü olsa da, günəşin qaynar şüaları hər tərəfə qol-budaq açmış qoca tut ağacının yarpaqlarından keçib oturacağa çatmırdı. Ağacın bu kölgəsindəki sərinlik ona xüsusi bir ləzzət verdi, nəfəsini dərindən alıb söhbətə başladı. Əvvəl evdəkiləri soruşdu, anası haqqında daha çox suallar yağdırdı.
    Bacısını uşaq kimi sorğu-suala tutmuşdu, çunki bilirdi ki, görüş vaxtı çox az idi. Həm də bacısı rayona gündə bir dəfə gedən avtobusa çatmalı idi.
    Hicran qardaşının bütün suallarına həvəslə cavab verir, arada bir onun vəziyyəti ilə də maraqlanırdı. Ceyhunu maraqlandıran isə başqa bir sual da vardı. Amma bilmirdi ki, onu bacısından necə soruşsun.
    Bir az fikirləşib:
    -Hicran, kənddə təzə nə xəbər var? Toy edən, gəlin gətirən, gəlin köçən varmı?
    Hicran gülə-gülə :
    -Niyə yoxdur, qadasın alım. Bacın sənə qurban , müharibə hamı üçün deyil ki, kimi vətən qoruyur, kimisi öz kefindədir. Allahın köməyi ilə müharibə tezliklə qurtarar, sən də sağ-salamat evimizə dönərsən, belə toylardan biri də səninçün olar. Hələ bir instituta da girərsən, təhsilini davam etdirərsən. Sağlıq olsun.
    Ceyhun hələ uşaqlıqdan bacısından heç bir sirr saxlamazdı. Hicran onun həm ən əziz bacısı, həm də yaxın dostu, sirdaşı idi. Amma, ondan da gizli saxladığı bir sirri var idi. Aça bilmirdi. Bu onun Sevda ilə aralarında olan məhəbbəti idi. O, hələ uşaq vaxtlarından Sevdaya sonsuz məhəbbət bəsləmiş, böyüdükcə bu məhəbbət daha da artmışdı. Sevda ilə son görüşdə əhdi-peyman kəsmiş, bu sevgiyə ölənə qədər sadiq olacaqlarına söz vermişdilər. Sevda onunçün hər gün dualar edəcəyini, yolunu gözləyəcəyini vəd etmişdi. Hətta ona uğurlar diləmiş, ondan göz yaşları ilə ayrılmışdı.
    İndi qəlbini köz kimi yandıran bu sevgisi haqqında bacısına nə dyəcəyni, sevdiyi Sevdanı necə soruşacağını götür-qoy edirdi……Ancaq qəribə idi ki, ürəyində Sevda sarıdan bir narahatçılq yaranmışdı son zamanlar. Bu hisslərin nə olduğu özünə də aydın deyildi..
    – Hicran, bəs toyu olan kimlərdir?
    Hicran başladı bir-bir sadalamağa:
    – Naziləni Həsənin oğlu qaçırdıb, deyirlər qız özü razı imiş. Sevda tuz Məmmədin oğlu Vasiflə nişanlıdı idi. Sabah toylarıdır…..
    Ceyhun bu sözdən sonra artıq heç nə eşitmirdi, sanki gözləri önündə dunya zülmət qaranlığa qərq olmuşdu, göy üzünü bulud almışdı, qulaqlarında elə bil şimşək çaxırdı. Hər yerdən vahiməli səs gəlirdi , sanki canlı və cansız nə vardısa qışqırırdı: -Sevdanı tuz Məmmədin oğlu Vasifə veriblər, sabah toylarıdır.. Bu səs dönüb-dönüb onun qulaqlarında əks-səda verdi. Beyni uğuldamağa başladı. Nə deyəcəyini bilmədi. Hətta harda olduğunu belə unutdu. Sanki donmuşdu. Deməli, hissləri onu aldatmamaışdı.
    Hicran danışırdı, Ceyhun isə öz aləmində idi. Eşitdiklərinə inanmaq istəmiirdi. Bir anlıq qəlbində, baxışında həyata, onun yazılmamış amansız qanunlarına nifrət yağdırmağa başladı.
    Hicran kənd haqqında bildiklərini danışdıqdan sonra, qardaşına dönüb:
    – Bəs sənin vəziyyətin necədir? Bir az da sən danış!
    Ceyhun sanki yuxudan oyandı. Bacısının verdiyi sualı ayıq başla yadına salmaq istədi.
    Onun bu halından xəbər bilməməsi üçün özünü ələ almağa çalışdı. Elə kövrəlmişdi ki, sanki qara buluda dönmüşdü, yağmaq üçün məqam axtarırdı. Xəyalları onu çox uzaqlara aprmışdı. Birdən qəflət yuxusundan ayılan kimi:
    – Hə,.. nə dedin bacı?
    – Hicran sualını təkrar etdi. Ceyhun:- “hər şey qaydasındadır”,- deyə, könülsüz cavab verdi.
    Hicran saatına baxıb: -Artıq gecdir, avtobusun vaxtına az qalıb, – deyib, ayağa durdu.
    Ceyhun bacısı ilə vidalaşıb fikirli-fikirli bölməyə qayıtdı. Heç kəslə danışmadan öz aləminə qapanmışdı. Fikirləri dolaşıq, əhvalı bulanıq idi. Özünü fikirlərin əlindən ala bilmirdi. Gözünün önündən Sevdanın əksi getmirdi. Qırıq-qırıq olmuş ümidləri onu əzirdi.
    Artıq şər qarışmış, əsgərlərin yatma vaxtı çatmışdı. Bölük növbətçisi ,,Yatmaq,, əmrini verdi və yataqxananın işıqlarını söndürdülər. Ceyhun yerinə uzansa da, yata bilmədi. Olanların hamısı sanki dünən olmuş kimi gözləri önündə canlandı. Taleyin bu amansız qanunu ilə barışmaq istəmir, dişi dodağını bıçaq kimi kəsirdi. Xəyalı onu uzaq keçmişə aparmışdı. Sevdalı xatirələr onu ağuşuna almışdı.
    Hələ məktəb illərində Ceyhun yay tətilini yaylaqda keçirərdi. Sevdanın nənəsi də həmin yaylaqda olardı. Sevda da bəzən nənəsinin yanına gələrdi….Sevdanın gəlməsi Ceyhun üçün toy-bayram idi. Nədəsə onda Sevdaya qarşı qəribə bir hiss yaranmışdı. Get-gedə bu hiss onun içində alova dönmüşdü. Elə hey onu görmək istəyirdi..
    Bir dəfə Ceyhun su gətirmək üçün bulağa getmişdi, bulaq binələrdən bir az uzaqda yerləşirdi. Bulağın suyu diş goynədən olduğu üçün adını “Daş bulaq” qoymuşdular. Doğrudan da su o qədər soyuq, bumbuz idi ki, adamın əlini belə dondururudu. Sevda da bulaq başında idi. Onun Sevda ilə bir-birinə sevgi etirafı həmin o gündən başladı. O gün Ceyhun üçün ən unudulmaz və əziz gün idi. Qəlbini sevdiyi Sevdasına açmışdı. O da razı olmuşdu.
    Sevdanın atası sovxoz direktoru idi. Ceyhun siravi bir müəllim övladı idi.
    Sevdagil dəbdəbəli yaşadığından Ceyhun ürək edib bu sievgisini kimsəyə açmamışdı.. Ailələri çoxuşaqlı idi.. Axı, onun nə evi-eşiyi, nə pulu, nə təhsili var idi. Ceyhun bunları Sevdaya desə də, Sevda onu inandırmağa çalışırdı ki, mən səni dünya varına dəyişmərəm.
    Qapılarına çoxlu elçilər gəlsə də, Sevda oxumaq bəhanəsi ilə hamıya yox deyirdi.
    Ceyhun inana bilmirdi …..
    İndi Ceyhun vətən qoruyur,Tuz Məmməd kimiləri isə pul gücünə uşaqlarını hərbi xidmətə yararsız çıxarmış, maşın altlarında orda, burda keyf edirlər, Ceyhun kimilər isə vətəni yağı düşmənlərdən qoruyur, canlarından belə keçməyə hazırdırlar.Tuz Məmmədlər özləri və övladları vətənin köksündə gəzir, natəmiz ayaqları ilə onsuz da qəlbi qan sızlayan torpağı ləkələyirlər. Ceyhunların məhəbbətini öldürür, arzularını gözlərində qoyurlar.
    Ceyhun Tanrıya yalvarırdı, səhər açılmasın deyə… Yatmaq istəsə də yata bilmir, yerində gah o üzünə, gah bu üzünə çevrilir, fikirlər onu sanki bir şahmar ilan kimi çalırdı.
    -Bəlkə də Sevdada günah yoxdur, mənim kimi kasıb bir oğlan onun nəyinə lazımdır? Evim yox,eşiyim yox, üstəlik bilinmir geri sağ dönə biləcəm, ya yox?….Vasifin isə evi, pulu, təhsili, maşını…..
    Ceyhunun dili gəlmirdi Sevdaya vəfasız desin,etibarsız desin….Axı onun sevdiyi Sevdası dünyanın ən gözəli, vəfalısı idi….Ceyhun Sevdaya xöşbəxtlik arzu etsə də, Allaha yalvarırdı səhər açılmasın……Çünki o səhər onun üçün ən ağrılı gün kimi ömrünə yazılacaqdı.
    Artıq dan sökülürdü. Ceyhun xəzan vuran qönçə məhəbbətinin yasını tuta-tuta bir mahnını zümzümə edirdi:
    – Sabah o qızın toyudur, toyudur,
    Açılma sabahım, açılma,açılma!!!!

    Gədəbəy-Moskva

  • Mehman Şükürov müşavirə keçirdi-FOTOLAR

    Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin rəisi Mehman Şükürovun iştirakı ilə Zəngilan və Qubadlı rayon nümayəndəliklərində mədəniyyət işçilərinin zona müşavirəsi keçirilib.
    Müşavirədə hər iki rayonun klub, muzey və kitabxana işçiləri, o cümlədən, musiqi məktəblərinin müəllim kollektivi iştirak edib.
    Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin rəisi Mehman Şükürov müşavirədə çıxış edərək “Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin strukturunun təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 29 mart 2016-cı il tarixli 1932 nömrəli Sərəncamının icrasının təmin edilməsi, Sumqayıt Regional Mədəniyyət və Turizm İdarəsinin fəaliyyətinin təşkili istiqamətində qarşıda duran vəzifələr, həmkarlar təşkilatı, maliyyə, kadr islahatı, daxili subardinasiya məsələləri barədə geniş məlumat verib.
    Müəssisələrdə aparılacaq islahatlara toxunan idarə rəisi davamiyyəti zəif olan, nizam-intizam qaydalarına əməl etməyən işçilər haqqında ciddi ölçü götürüləcəyini bildiriərək qeyd edib ki, hər kəs işinə məsuliyyətlə yanaşmalı, göstərilən etimadı doğrultmalıdır. İncəsənət sahəsi elə bir sahədir ki, istedadlı insanlar məhz bu sahədə yetişir və ölkəmizin təbliğatçısına çevrilir. Bu mənada biz kəmiyyətə deyil, keyfiyyətə üstünlük verməli, xüsusi istedadı olan uşaqları kənarda qoymamalıyıq.
    O, bildirib ki, regional idarələrin yaranması struktur dəyişikliyi ilə bərabər həm də qarşılıqlı əməkdaşlığa şərait yaradır. Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinə daxil olan altı rayonun şair və rəssamları, eləcə də musiqiçiləri bir-biri ilə səmimi, mehriban əməkdaşlıq qurmalı, birgə tədbirlər keçirməlidirlər. Bundan əlavə, mətbuatla əlaqə daha da genişlənməli, keçirilən tədbirlər mətbuat səhifələrində dərhal işıqlandırılmalıdır.
    Mehman Şükürov hər kəsə fəaliyyətində uğurlar diləyib, tövsiyə və tapşırıqlarını verib.
    Sonda müşavirə iştirakçıları idarə rəisinə səmimi münasibəti, xoş ünsiyyətinə görə təşəkkür edərək təbriklərini çatdırıblar.

    Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin Mətbuat xidməti

  • Şəfa VƏLİYEVA.”Bu gecə qatarla bir şair gedir”

    sv

    “Gənc Ədiblər Məktəbi”nin müdavimi, AYB və AJB üzvü,
    Prezident təqaüdçüsü, Gənclər müfakatçısı

    Gülnar Səmaya

    Bu gecə qatarla bir şair gedir,
    Bu gecə gül rəngi gülümsəyir ay…
    Qatar aynasında gecə rəqs edir,
    Başına bürüyüb qara kəlağay…

    Bu gecə qatarla bir şair gedir,
    Axır misra-misra yol işıqları…
    Hardasa bir sevda dolaşıq düşür,
    Üşüdür xatirə-dolaşıqları…

    Bu gecə qatarla bir şair gedir,
    Bütün gedişlərin sonu üç nöqtə…
    Üst-üstə toplasan bir şeir edir,
    On iki kəlmənin onu üç nöqtə…

    2016

  • Ceyhunə Hüseynovanı doğum günü münasibətilə təbrik edirik! (31 yanvar 1980-ci il)

    Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyi Sizi, yeni nəsil Azərbaaycan gəncliyinin istedadlı nümayəndəsini, gənc xanım yazarını, Gündəlik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Yönətim Kurulunun Fəxri üzvünü və əməkdaşını doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, ailə səadəti, ədəbi-bədii yaradıcılığında bol-bol uğurlar diləyir! Sevib, sevdiyiniz insanların əhatə dairəsində olun!

    Mətbuat xidməti

  • Fidan ABBASOVA.”Keçmişin ən gözəl qalığı sənsən”

    Keçmişin ən gözəl qalığı sənsən
    düşür xəyalımdan bir bir üzlərin
    sanırdım tapmışam ikinci mənsən
    yalana çox doydum görmür gözlərim…

    Artıq nə xatirən nədə izin var
    deməyə bir adi doğru sözün var?
    çox peşman olmuşam şübhələrim var
    boğur əllərində məni düzlərim…

    Həsrət ağır gəldi elə ağır ki.
    nə ilki göründü nə sonu bəlli
    ayrılıq bir yoldu ölüm deyil ki,
    silir yadaşımdan səni düzlərim…..

    Toxunma qoy qalsın gecdir daha gec
    dənizdə coşarkən enər er ya gec
    en sert kulek bele getirsede guc
    qırır budağını əzir düzlərim…..

    Eksik qaldı rəsim çərçivəsində
    o xoşbəxt görünüm o xoşbəxt üzüm
    səni dəyişənlər əhatəsində
    göründü gözümə ən doğrum düzüm…

    Daha bəhanəm yox heçnə dəyişmir
    Səslərdə dəyişmir əldə dəyişmir
    Fidana nə etsən artıq eşitmir
    qoruyur qollayır məni düzlərim..
    Sən artıq xəyalsan bitdi sözlərim……

  • Xalq şairi Məmməd ARAZ

    Məmməd Araz (tam adı: İbrahimov Məmməd İnfil oğlu) — şair, tərcüməçi, publisist, 1957-ci ildə[1]n AYİ-nın üzvü, Azərbaycan SSR Əməkdar mədəniyyət işçisi (1979), Azərbaycan Əməkdar incəsənət xadimi (1984), Azərbaycan Dövlət mükafatı laureatı (1988), Azərbaycanın xalq şairi (1991[1])

    Həyatı

    Məmməd Araz 1933-cü il oktyabr ayının 14-də Şahbuz rayonunun Nursu kəndində anadan olub. Burada orta məktəbi bitirdikdən sonra Azərbaycan Pedaqoji İnstitutunda təhsil alıb. Tələbəlik illərində institutda yazıçı İsmayıl Şıxlının rəhbərlik etdiyi ədəbiyyat dərnəyiinin məşğələlərində fəal iştirak etmişdir. Burada bəyənilən “Yanın, işıqlarım” şeiri 1952-ci ildə çap edilib. 1954-cü ildə ali təhsilini başa vuran Məmməd Araz əmək fəaliyyətinə doğma kəndindəki orta məktəbdə müəllimliklə başlayıb, sonra Bakıya köçüb Azərbaycan SSR Nazirlər Soveti yanında Baş Mətbuat İdarəsində müvəkkil işləyib. 1959-1961-ci illərdə Moskvada Yazıçılar İttifaqı nəzdindəki Ali Ədəbiyyat Kurslarının müdavimi olub. Sonra “Ulduz” jurnalının məsul katibi, “Ədəbiyyat və incəsənət” qəzetində, Azərbaycan Dövlət Nəşriyyatında baş redaktorun müavini olmuşdur.

    1974-cü ildən ömrünün sonuna kimi “Azərbaycan Təbiəti” jurnalının baş redaktoru olub. Uzun müddət Azərbaycan Yazıçılar İttifaqının poeziya bölməsinə rəhbərlik edib. Xidmətlərinə görə Azərbaycan Respublikasının İstiqlal ordeni (1995), bir medalla və Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanları ilə təltif edilmişdir. Hacı Zeynalabdin Tağıyev adına milli mükafatın laureatıdır (1992). Onun adına “Məmməd Araz” mükafatı təsis olunmuşdur (1993-cü ildən).

    2004-cü ilin 1 dekabrında Bakıda vəfat edib və Fəxri Xiyabanda dəfn olunub.

    Məmməd Arazın adının əbədiləşdirilməsi ilə bağlı Azərbaycan Respublikası Prezidenti iki dəfə Sərəncam imzalayıb. Bakının “Gənclik” metro stansiyası yaxınlığında, Atatürk prospekti ilə kəsişən Teymur Əliyev küçəsi bundan sonra Məmməd Arazın adını daşıyacaq.[2]

    Publisist İradə Tuncayın atasıdır.
    Yazıçı-jurnalist Millət Vəkili Aqil Abbasın qaynatasıdır.

    Mükafatları

    Azərbaycan SSR əməkdar mədəniyyət işçisi— 30.07.1979[3]

    Əsərləri

    #Sevgi nəğməsi. Bakı: Azərnəşr, 1959, 68 səh.
    #Üç oğul atası. Bakı: Uşaqgəncnəşr, 1961, 63 səh.
    #Araz axır. Bakı: Azərnəşr, 1964, 76 səh.
    #Mən səni taparam. Bakı: Azərnəşr, 1963, 59 səh.
    #Anamdan yadigar nəğmələr. Bakı: Azərnəşr, 1966, 152 səh.
    #Ömür karvanı. Bakı: Azərnəşr, 1967, 136 səh.
    #İllərdən bəri. Bakı: Gənclik, 1969, 114 səh.
    #Qanadlı qayalar. Bakı: Azərnəşr, 1973, 190 səh.
    #Atamın kitabı. Bakı: Gənclik, 1974, 168 səh.
    #Həyatın və sözün rəngləri. Bakı: Gənclik, 1975, 135 səh.
    #Oxucuya məktub. Bakı: Gənclik, 1978, 234 səh.
    #Aylarım, illərim. Bakı: Yazıçı, 1979, 224 səh.
    #Dünya sənin, dünya mənim. Bakı: Yazıçı, 1983, 310 səh.
    #Seçilmiş əsərləri (bircildlik). Bakı: Azərnəşr, 1986,
    #Dünya düzəlmir. Bakı: “Azərbaycan” nəşriyyatı, 1992, 81 səh.
    #Daş harayı. Bakı: Yazıçı, 1993, 254 səh.
    #Qayalara yazılan səs. Bakı: Azərnəşr, 1994,
    #Yol ayrıcında söhbət. Bakı: “Azərbaycan” nəşriyyatı, 1997, 318 səh.
    #Sənətdə son mənzil olmur. Bakı: “Adiloğlu” nəşriyyatı, 2001, 440 səh.
    #Ağlayan qayalar. Bakı: “Araz” nəşriyyatı, 2002, 144 səh.
    #Vətən deyin. Bakı: “Adiloğlu” nəşriyyatı, 2003, 149 səh.
    #Əsgər andı. Bakı: “Araz” nəşriyyatı, 2003, 98 səh.
    #Seçilmiş əsərləri (dörd cilddə). I c. Bakı: “Ozan” nəşriyyatı, 2003, 337 səh.
    #Seçilmiş əsərləri (dörd cilddə). II c. Bakı: “Ozan nəşriyyatı, 2003, 360 səh.
    #Seçilmiş əsərləri (dörd cilddə), III c. Bakı: “Ozan” nəşriyyatı, 2003, 376 səh.
    #Seçilmiş əsərləri (dörd cilddə), IV c. Bakı: “Ozan” nəşriyyatı, 2003, 365 səh.

    Tərcümələri
    (ruscadan)

    #S.V.Mixalkov. Foma. Bakı: Azərnəşr, 1964, 16 səh.
    #G.Ağacanyan. Narahat ürək. Bakı: Gənclik, 1974, 83 səh.
    #M.Svetlov. Şeirlər. Bakı: Azərnəşr, 1975, 204 səh.
    #N.A.Nekrasov. Rus qadınları. Bakı: Yazıçı, 1983, 124 səh.
    #Ocaq başında (dünya şairlərinin şeirləri). Bakı: Yazıçı, 1988, 241 səh.
    İstinadlar[redaktə | əsas redaktə]
    ↑ Jump up to: 1,0 1,1 “M. İ. İbrahimov (Məmməd Araz) yoldaşa “Azərbaycan Respublikasının xalq şairi” fəxri adının verilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 7 dekabr 1991-ci il tarixli, 486 nömrəli Fərmanı (azərb.)
    Jump up ↑ http://www.publika.az/index.php?action=static_detail&static_id=9630
    Jump up ↑ Respublikanın ədəbiyyat xadimlərinə Azərbaycan SSR fəxri adlarının verilməsi haqqında Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 30 iyul 1979-cu il tarixli Fərmanı — anl.az saytı

  • Şair Mais Təmkinin şeiri “Kümbet” dərgisində çap olunub

    Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının təşəbbüsü və dəstəyi ilə həyata keçirilən “Çağdaş Azərbaycan poeziyasının inkişafına dəstək” layihəsi çərçivəsində Azərbaycanlı şair Mais Təmkinin şeiri “Kümbet” dərgisində Azərbaycan türkcəsində çap olunub.
    Qeyd edək ki, “Çağdaş Azərbaycan poeziyasının inkişafına dəstək” layihəsinin rəhbəri və müəllifi Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının sədri, respublikanın Əməkdar jurnalisti, AJB Sumqayıt şəhər təşkilatının sədri, Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının təsisçisi və direktoru, “Kümbet” eğitim, kültür, sanat ve edebiyat dergisinin Azərbaycan təmsilciliyinin rəhbəri Rafiq Odaydır.

    Azərbaycanın Mədəniyyət və Portalının Mətbuat xidməti

  • Şair Müzəffər Məzahimin şeiri “Kümbet” dərgisində çap olunub

    Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının təşəbbüsü və dəstəyi ilə həyata keçirilən “Çağdaş Azərbaycan poeziyasının inkişafına dəstək” layihəsi çərçivəsində Azərbaycanlı şair Müzəffər Məzahimin şeiri “Kümbet” dərgisində Azərbaycan türkcəsində çap olunub.
    Qeyd edək ki, “Çağdaş Azərbaycan poeziyasının inkişafına dəstək” layihəsinin rəhbəri və müəllifi Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının sədri, respublikanın Əməkdar jurnalisti, AJB Sumqayıt şəhər təşkilatının sədri, Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının təsisçisi və direktoru, “Kümbet” eğitim, kültür, sanat ve edebiyat dergisinin Azərbaycan təmsilciliyinin rəhbəri Rafiq Odaydır.

    Azərbaycanın Mədəniyyət və Portalının Mətbuat xidməti

  • Abdulla MƏMMƏD.”Sınan deyiləm”

    Məni sarsıtsan da sınan deyiləm,
    Hələ sınmaq deyil qırılmağım da.
    Yapış əllərimdən saman deyiləm,
    Gözlərin qorxmasın qırılmağımdan.

    Külümü sovurma,qorum alışar,
    Qoruna bilməzsən qorun əlindən.
    Qaçmasam ağ olar gorum alışar
    Eybinə kor olan “kor”un əlindən.

    Bu dünya qədərdir qədərinəcən,
    Hər ks ədər qədərlə yoğrulan dərddir.
    Mənə qəm yedirmə yetərinəcən,
    Onsuz da yerimə doğulan dərddir.

    Buraxıb ağlımı başlı-başına,
    Gözünün yaşıyla bulanan çayam.
    Oxu daşa dəyib daşdan yaşınan
    Əsəbi tarıma çəkilən yayam.

    Mən ki sən deyiləm yayı gizləyim,
    Bu oxun yiyəsi özüməm,canım.
    Üzündən keçmədim həya gözləyib,
    Özümə toy tutdu-özumə canım.

    Qəlbimdən keçənlər gözümdən bəlli,
    Qəlbimə girənlər bağrımı dəlir.
    Mən kiməm,nəçiyəm-sözümdən bəlli,
    Sənin kimliyini bir Allah bilir.

    Gözünün kökünü saraldar bir gün,
    Gözünün rənginə çalar baxtın da.
    Nə qədər düşməyib ümidin ölgün,
    Özünü dərk elə bir yol vaxtında.

    Nə məni sarsıtsan sınan deyiləm,
    Nə də sarmaşığam,sarmaşım sənə.
    Yapış əllərimdən saman deyiləm,
    Dərdinə təsəlli göz yaşın,mənəm!

    Abdulla Memmed
    27.01.2017.

  • “Atabəy və xaşxaşilər”- YENİ ROMAN

    Yazıçı-publisist, tarixi romanlar müəllifi cn yeni tarixi romanı işıq üzü görəcək.
    Bu barədə Yunus Oğuzun özü məlumat verib. “Atabəy və xaşxaşilər” adlanan kitab Eldənizlər dövlətinin başçısı Atabəy Eldəniz və həyat yoldaşı Möminə Xatundan bəhs edir. O, hələlik romanı bitirdiyini deyib.
    Qeyd edək ki, Yunus Oğuz bundan başqa daha 19 kitabın müəllifidir. “OLAYLAR”İA

  • Sumqayıt Regional Mədəniyyət və Turizm İdarəsinin fəaliyyətinə həsr olunmuş zona müşavirəsi keçirilmişdir

    Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin 2017-ci ilin birinci yarısı üçün iş planına əsasən 25 yanvar 2017-ci ildə Sumqayıt Regional Mədəniyyət və Turizm İdarəsinin fəaliyyətinə həsr olunmuş zona müşavirəsi keçirilmişdir.

    Müşavirədə Mədəniyyət və Turizm Nazirliyinin Regionlarla iş sektorunun müdiri Pərviz İsgəndərli, Sumqayıt Regional Mədəniyyət və Turizm İdarəsinin rəisi Mehman Şükürov, İdarənin Qubadlı, Zəngilan, Şuşa, Abşeron, Xızı rayonları üzrə nümayəndələri və mədəniyyət müəssisələrinin rəhbərləri iştirak etmişlər.

    Müşavirədə “Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin strukturunun təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 29 mart 2016-cı il tarixli 1932 nömrəli Sərəncamının icrasının təmin edilməsi, Nazirliyin Regional Mədəniyyət və Turizm İdarələrinin fəaliyyətinin təşkili istiqamətində qarşıda duran vəzifələr müzakirə edilmiş, regional idarələrin yeni əsasnamələri və ştat cədvəlləri barədə geniş məlumat verilmişdir.

    Bildirilmişdir ki, Dövlət başçısının müvafiq Sərəncamına əsasən şəhər (rayon) mədəniyyət və turizm idarələrinin (şöbələrinin) bazasında Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsi və Nazirliyin 15 Regional İdarəsi yaradılmışdır. Sumqayıt Regional Mədəniyyət və Turizm İdarəsinə Sumqayıt şəhəri və Abşeron, Xızı, Qubadlı, Zəngilan, Şuşa rayonları daxildir.

    Müşavirədə işə qəbulu zamanı ixtisas təhsilli kadrlara üstünlük verilməsi, mədəniyyət müəssisələrinin fəaliyyətinin müasir dövrün tələbləri əsasında qurulması, mədəniyyət və turizm müəssisələrinin əlaqəli fəaliyyətinin təşkil edilməsi, təcrübə mübadiləsinin aparılması, maliyyə intizamına nəzarət və digər aktual məsələlərə diqqətin artırılmasının vacibliyi vurğulanmışdır.

    Mənbə: http://mct.gov.az

  • Esmira RƏHİMLİ.”Solmaz” (Hekayə)

    Solmaz Rəcəbin çayına şəkər salib qarışdırdı:
    – Qoy köynəyini zivədən yığım… İndicə ütüləyib verəcəyəm. Sən yeməyini yeyənə kimi hazır olacaq.
    O həmişə belə eləyərdi. Ərindən tez yuxudan oyanıb səhər yeməyini hazırlayar, ütülənəsi bir şey varsa ütüləyər, əyin-başını səliqəyə salardı. Sonra birlikdə səhərin şehli havasında qol-qola verib işə gedərdilər. Kənddə hər bir kəs onların ardından həsədlə baxardı. Onlar bu kəndin qoşa bülbülləri, Leyli və Məcnunu idilər. Bir-birlərini hələ Bakıda Pedoqoji universitetden, tələbəlik illərindən tanıyırdılar. Lakin Rəcəb Solmazdan iki kurs yuxarı, həm də riyaziyyat fakültəsində oxuduğu üçün yaxından tanış olmasalar da bir-birlərinin eyni kənddən olduqlarını bilirdildilər. Solmaz rus dili müəlliməsi kimi kənd orta məktəbinə işə düzələndə Rəcəb artıq həmin məktəbdə riyaziyyat müəllimi kimi işləyirdi. Bir-birlərinə aşiq olsalar da çəkinir, yalnız üz-üzə gələndə salamlaşırdılar. Lakin bir gün Rəcəb salamlaşdıqdan sonra ayaq saxladı:
    – Eşitdim nişanlanmısan?
    Solmaz baxışlarını yerə endirib etinasızlıqla: – Hə… – dedi.
    – Xoşbəxt ol, Solmaz! Görəsən kimdir o bəxtəvər? Həsəd aparıram ona! Kaş onun yerində mən olaydım…
    Solmaz soyuqqanlılıqla gülümsədi:
    – Doğrudan da, kaş elə onun yerində sən olaydın…
    Elə bil qızın dilinə vurulmuş qıfılı açıb götürmüşdülər. Rəcəb onun bu sözündən bir az da cəsarətləndi:
    – Onun yerində mən necə ola bilərdim? Sən heç vaxt mənə gəlməzdin. Mən atasız, yetimçiliklə böyüyən oğlan, sən isə bu kəndin ən varlı ailəsinin qızı! Yox, sən mənə gəlməzdin!
    Həmişəki utancaq Solmazın indi daha dünya vecinə deyildi. Ötkəm xasiyyətli atası Qulam kişi artıq onu sevmədiyi bir oğlana nişanlamışdı. Onun köhnə dostunun oğlu olan bu gənc Moskvada təhsil almış, hələ də orada yaşayan uğurlu iş adamı idi. Odur ki Qulam kişi qızın fikrini öyrənməyi lazım bilməmişdi. Bir də axı Solmaz heç vaxt atasının üzünə ağ olmamış, sözünün üstünə söz danışmamışdı. İndi nə deyib razı olmayacaqdı? Oğlan da ki yarlı-yaraşıqlı! Qız onu görən kimi könül verəcəkdi! Solmazın isə könlü kimdə olsa yaxşıdır? Rəcəbdə! Tələbəlik illərindən bəri onu uzaqdan-uzağa hər gördüyündə ürəyi titrəyirdi. Lakin atasının qərarından sonra bu ürək bütün ümidlərini üzmüşdü. İndi söhbətin belə yön alması nəticəsində ürək sözünü Rəcəbin düz üzünə deməklə sanki taleyindən qisas alırdı.
    – Nahaqq elə fikirləşirsən. Elə gələrdim ki…! Məni nişanladıqları o oğlanı heç tanımıram. Heç üzünü də görməmişəm. Adama elə ağır gəlir ki! Özümü əşya kimi hiss edirəm. Atam bu haqda mənə deməyi heç lazım da bilmədi. Həmişə mənə aid hər şeyə mənsiz qərar verib, elə indi də…
    Rəcəb ürəkləndi:
    – Elə isə sevmədiyin adamla ailə qurub özünü niyə bədbəxt eləyirsən?
    – Bəs neyləyim, çarəm nədir?
    – Anana de, atanla danışsın. Etiraz elə! De ki, istəmirəm! Sən üzüyü qaytaran kimi anamı sizə elçi göndərəcəyəm!
    Solmaz gözlərini qıyıb ümidsizliklə uzaqlara baxdı:
    – Rəcəb, sən mənim atamı tanımırsan. Onun sözünün üstünə söz demək mümkün deyil. Bu ölümə getmək kimi bir şeydir. Hələ indiyə kimi evdə onun bir sözü iki olmayıb.
    – Solmaz, indi hər şey sənin əlindədir. Əgər xoşbəxtliyimizi istəyirsənsə bunu eləməlisən.

    ***
    Solmaz elə həmin gün bu barədə söz düşməyini gözləmədən anasına etirazını bildirdi. Çünki onunla bu barədə heç danışmaya bilərdilər. Elə bir başa toy gününü təyin eləyərdilər, vəssəlam. Solmaz içəri girib əyin-başını dəyişən kimi ona yaxınlaşdı:
    – Ana, atamla danış, üzüyü qaytarsın. Mən o oğlana ərə gedən deyiləm.
    – Ay qız sən nə danışırsan? Dəlisən nəsən? Mən ona elə söz deyə bilərəm?!
    – Onda özüm deyərəm!
    – Sən Allah, onu tərsləşdirmə, ikimizi də qana salarsan! Bu gün yenə evə əsəbi gəlib.
    Solmaz anasına məhəl verməyərək otağın qapısını açıb içəri girdi. Qulam kişi siqaret çəkə-çəkə qəzetlərə baxırdı. Qızının içəri girdiyini görüb baxışlarını qəzetden ayırdı.
    – Salam, ata, sənə vacib sözüm var.
    Qulam kişi sərt xasiyyətli, tərs, inadkar adam idi. Ömründə bir dəfə də olsun ailəsilə oturub ürəkdən söhbət eləməmişdi. Adətən o özü dindirməyənə qədər arvadı və qızı onunla danışmağa cəsarət eləməzdilər. Elə ona görə də təəccüblə soruşdu:
    – Nə olub ki?!
    – Ata, mən demək istəyirəm ki, tanımadığım bir adama ərə gedə bilmərəm.
    – Mən tanıyıram yetər. Sən tanımasan da olar. Biz onun atası ilə gənclik illərindən dostuq. Bu kişi dostluğudur. Sənin ağlın arvadların dostluğuna getməsin.
    – Ata, xahiş eləyirəm, üzüyü geri qaytar.
    – Nə?! Sən nə danışırsan?! Mən heç vaxt tüpürdüyümü yalamaram! Sözümü geri götürüb şərəfimi iki paralıq eləmərəm!
    Qulam kişi ayağa qalxaraq əlindəki qəzeti ortadan qatlayıb hirslə masanın üstünə çırpdı:
    – Ay arvad, ay Minəvvər! Gəl bu qızı burdan apar! Yoxsa özümə cavabdeh deyiləm! İndi bunun başını urus qibləsinə kəsərəm!
    Minəvvər cəld içəri girib Solmazın qolundan tutub dartmağa başladı:
    – Gəl, gəl! Çıx çölə! Əsəbiləşdirmə, atanı!
    Anasının onu otaqdan çıxartmasına baxmayaraq Solmaz otağa geri qayıtmağa cəhd göstərərək bir daha yalvardı:
    – Nə olar, ata, sənə yalvarıram… Axı mən sənin yeganə övladınam. Bir də heç vaxt səndən heç nə istəməyəcəyəm, heç nə üçün xahiş eləməyəcəyəm!
    – Mən sözümün üstündən keçə bilmərəm!
    – Ata, axı mən də sözümün üstündən keçə bilmərəm! Sən öz dostuna söz vermisən, mən də bir başqasına! Nolar, qaytar o üzüyü!
    Qulam kişiyə sanki sillə vurdular. Necə yəni “bir başqasına?” O stulu çəkib oturdu. Dirsəyini masaya qoyub üzünü yana çevirdi. Çox hirsli olmasına baxmayaraq aşağı səslə dedi:
    – Mən daha sənin işinə qarışmayacağam. Kimə gedirsən get! Üzüyü də günü bu gün qaytaracağam. Amma onu da bil ki, mənim daha sən adda qızım yoxdur! Sən məni adamların içində hörmətsiz elədin! Daha o kişinin üzünə də baxa bilmərəm. Ölsən meyidini də yerdən qaldırmayacağam. Heç üstünə də gəlməyəcəyəm! Qəbrin torpaqla bir olub itsə də üstünü götürməyəcəyəm! Qoy sən deyən olsun! Di get…!
    ***
    Bəli, Solmaz Rəcəbin çayına şəkər salib qarışdırdı:
    – Qoy köyneyini zivədən yığım… İndice ütüləyib verəcəyəm. Sən yeməyini yeyənə kimi hazır olacaq.
    O həmişə belə eləyirdi. Sonra birlikdə işə gedirdilər. İndi yeddi aylıq hamilə olduğu üçün işə getmirdi. Eləcə Rəcəbi işə yola salmaqla kifayətlənirdi. Xoşbəxt idi. Tezliklə övladları dünyaya gələcəkdi. Köynəyi zivədən yığmaq üçün pilləkənlərlə aşağı, həyətə enməli idi. Üşüməsin deyə uzun, isti xalatını əyninə geyindi. Elə bir-iki pillə enmişdi ki, qəflətən ayağı xalatının ətəyinə ilişdi. İkinci mərtəbədən daş pilləkənlərlə aşağı yuvarlandı. Rəcəb onun qışqırığına çölə çıxdı. Solmaz arxası üstə həyətin ortasında uzanmışdı.
    ***
    Çox çəkmədən bütün kəndin camaatı Rəcəb gilin qapısına yığıldı. Solmaz çətinliklə nəfəs alırdı. Gözlərini elə yanındaca dizi üstə dayanmış həkimin gözlərinə zilləyib iniltili səslə yalvardı:
    – Həkim, mən ölmək istəmirəm, mənə kömək elə…
    Həkim Solmazın başının üstündən qalxdı:
    – Vəziyyəti ağırdır. Təcili rayon mərkəzindən Mütəllim həkimi tapıb gətirmək lazımdır.
    Rəcəbin qardaşı Kamil qonşunun maşını ilə vaxt itirmədən Mütəllim həkimin dalınca rayon mərkəzinə yollandı.
    Rəcəb heç özündə deyildi. Bu yıxılan insan deyil, onun dünyası idi. Dizləri əsir, başı hərlənirdi. Üzünün rəngi kağız kimi olmuş, əl-ayağı süstləşmişdi. O Solmazın yanında dizi üstə yerdə oturub əllərini öpür, onu sakitləşdirməyə calışırdı.
    – Bir az döz, Solmaz, indi Kamil Mütəllim həkimi gətirəcək.
    Solmazın gözlərində dəhşət var idi. O böyümüş gözlərini Rəcəbin gözlərinə zilləyib yalvardı:
    – Rəcəb, ölürəm, qoyma…! Əllərimi buraxma…! Yoxsa gedəcəyəm…!
    Rəcəb Solmazın iniltisinə dözə bilmirdi. Onun hönkürtüsünün səsini anasının səsi batırdı:
    – İndicə Mütəllim həkim gəlib nə lazımsa edəcək!
    Yarım saat sonra Kamil Mütəllim həkimlə gəlib çıxdı. Rəcəbin anası qəhərdən boğula-boğula ona yalvardı:
    – Həkim, qurban olum, nə yaxşı ki gəldin! Mən gözlərini yumuram, oğlum qoymur. Deyir ölməyib ki! Bayılıb, həkim gəlib ayıldacaq.
    Mütəllim həkim həyətin ortasında səssiz uzanmış Solmaza yaxınlaşdı. Əyilib barmaqlarını boynundakı şah damara qoyduqdan sonra heç kəsin üzünə baxmadan təəssüflə dedi:
    – Artıq gecdir. Təxminən yarım saat bundan əvvəl keçinib. İndi sizdən ancaq möhkəm olmaq tələb olunur. Allah səbr versin!
    Rəcəb yerindən qəfil sıçrayıb Solmazın yıxılarkən ayaqlarından çıxıb düşmüş başmaqlarını gotürdü. Dodaqlarını başmaqların altına yapışdırıb öpdükcə öpdü: – Solmaz…!!! – deyə yeri-göyü titrədən bir nalə çəkdi. Adamların onu sakitləşdirmək üçün yaxınlaşdığını görüncə əlindəki başmaqları sinəsinə sıxıb küçəyə qaçdı.
    ***
    Rəcəb elə o qaçan oldu. Dağlarda, çöllərdə yorulub əldən düşənə qədər ağlayıb qışqırdı, Solmazı çağırdı. İpə-sapa yatmadığı üçün heç kəs onu dilə tutub evə gətirə bilmirdi. Havalanar deyə məcbur eləmirdilər. Aclıqdan, susuzluqdan zəifləməsinə baxmayaraq heç kimlə kəlmə kəsmir, heç kimə yaxınlaşmırdı. Axırda Minəvvər onu evə gətirmək istəyən yaxınlarına dedi:
    – Siz dayanın. Mən özüm gedib onunla danışaram.
    Minəvvər Rəcəbin sonuncu dəfə göründüyü yerə getdi. Haralarda olduğunu bilmirdi. Dayanıb eləcə qışqırdı:
    – Rəcəb…! Bura gəl, sənə sözüm var…!
    Rəcəb hardansa peyda olub Minəvvərin düz qarşısında dayandı. Hələ də Solmazın başmaqlarını sinəsinə sıxmışdı. Çox arıqlamışdı. Halsız idi. Bir dəqiqə Minəvvərin üzünə baxdıqdan sonra başını aşağı salıb susdu.
    – Rəcəb, bu dərd təkcə sənin dərdin deyil. Gözlərini qaldır üzümə bax. Mən yeganə övladını itirmiş anayam! Bəs mən necə dözürəm, necə dayanıram? Sən də mənim kimi möhkəm ol! Bəsdir daha, evə gəl!
    ***
    Kamil həyətdə xarab olmuş su kranını dəyişirdi. Ona görə də yanından sakitcə ötüb keçərək ikinci mərtəbəyə qalxan adama çox da fikir vermədi. Yeni qurulmuş ailənin faciəsindən sonra onların ikinci mərtəbədəki mənzilinə heç kim getmirdi. O işini qurtardıqdan sonra ayağa qalxdı. Diqqətini cəmləşdirdi: “Elə bil Rəcəb idi axı!”
    Kamil səssiz olmağa çalışaraq pilləkənləri qalxdı. Astaca qapını aralayıb otağa keçdi. Şefonerin qapısı açıq idi. Rəcəb dizi üstə hərəkətsiz dayanaraq üzünü çarpayının üstünə sərdiyi Solmazın çəhrayı köynəyinə söykəmişdi. Kamil onu çarpayıdan araladı. Rəcəbin göz yaşları çəhrayı köynəyin yaxasını islatmışdı. Kamil qardaşını ehtiyatla özünə doğru çəkib başını sinəsinə söykədi. Rəcəbin nitqi çətinliklə seçilirdi:
    – Solmazı gördüm… Dağlarda… Soruşdum, niyə ağ geyinmisən? “Cəhrayı köynəyim evdə qalıb, gələndə onu da gətir” – dedi.
    Kamil: – Rəcəb, gözlə sənə su gətirim, iç bir az sakitləş – deyib mətbəxə keçdi. Qayıdıb gələndə Rəcəb artıq keçinmişdi. Rəcəbi torpağa tapşıranda Solmazın çəhrayı köynəini qatlayıb onun sinəsinin üstünə qoydular. Çünki Solmaza gələndə köynəyini gətirəcəyini söz vermişdi.
    ***
    Rəcəbin nə qardaşının, nə də anasının pulu olmadığından qəbirlərin üstünü götürə bilməmişdilər. Solmazın atası isə pulu olduğu halda içdiyi andı tutmuş, hikkəsindən qızının qəbrinə heç yaxın da getməmişdi.
    Üstü götürülmədiyindən təpələnmiş qəbirüstü torpaq sovrularaq yerlə bir oldu. Üstəlik ot da basdığından qəbirlər vaxtından tez itib-batdılar. İndi kənd qəbristanlığında boş qalmış sahə var. Kənd camaatı orada iki qəbir olduğunu bilirlər. Bu Rəcəblə Solmazın itib batmış qoşa qəbirləridir.

    18-XII-2016

  • KÜMBET DERGİSİ 43. SAYISI BÜTÜN SAYILARI GÖSTEREN KAPAĞI İLE ÇIKTI

    Kümbet Dergisi 43. sayısı bütün eski sayılarının kapak resimlerinin yer aldığı kapağı ile 2017 yılının ilk sayısı olarak okuyucuları ile buluşuyor. Bu sayımızda nelerin yer aldığını editör yazısından şöyle okuyoruz:

    Yeni bir yıl ve yeni bir sayımızla siz değerli okurlarımız kültür-sanat dostlarının karşısındayız. 2016 yılında beklenmedik bir şekilde vuku bulan sıkıntılı olaylar bir müddet kültür–sanat faaliyetlerinin de aksamasına ya da yavaşlamasına sebep oldu. Ancak Türkiye Cumhuriyeti Devleti’nin demokrasi çerçevesinde halkıyla bütünleşmesi ile bu badireler atlatılarak yeniden normal hayatına geçiş yaptı. Bu bütünleşmelerde milli birlik ve beraberliğimizin kısa sürede tesis edilmesinde halkımızın kültürel değerlere olan bağlılığının da payının olduğunu unutmamamız gerekir.
    Dergimizin kapağında da görüldüğü üzere bir kilimin nakışları gibi işlenmiş bu sayımızda birbirinden değerli akademisyenlerimiz, araştırmacı yazarlarımız sizler için farklı konuları çalışarak gün yüzüne çıkardılar. Şairlerimiz de gül bahçelerinden derledikleri rengârenk çiçekleri yürekleriyle birleştirip sizlere sunma zarifliği gösterdiler.
    Geride bıraktığımız 2016 yılı içerisinde gerçekleştirilen etkinliklerden biri de hiç şüphesiz ki 28-29 Ekim 2016 tarihleri arasında Niksar Kaymakamlığı-Niksar Belediyesi ve Tokat Şairler ve Yazarlar Derneği işbirliği gerçekleştirilen Erzurumlu Emrah’tan Cahit KÜLEBİ’ye Kültür Sanat Şöleni idi. Bu çerçevede Niksar’da yedincisi yapılan “Cahit KÜLEBİ Memleketime Bakış Şiir Yarışması”nda dereceye girenler ödüllerini aldılar.
    Bir diğeri de Tokat Belediyesi ve TOŞAYAD işbirliği ile Tokat’ta düzenlenen “Yeşilırmak Şiir Şöleni” oldu. Ülkemizin değişik yörelerinden gelen halk âşıkları, devlet sanatçıları ve şairlerimiz en güzel şiirlerini sanatsever halkımızla paylaştılar.
    Bu etkinliklerin gerçekleşmesinde hiçbir desteği esirgemeyen Tokat Belediye Başkanlığına, Niksar Kaymakamlığına, Niksar Belediye Başkanlığına ve emek sahibi çalışanlarına ayrı ayrı teşekkür etmeyi bir borç biliyoruz.
    Bu sayımızda makale, araştırma ve yazıları ile Prof. Dr. Tamila Abbashanlı, Prof. Dr. Ertuğrul Yaman, Yard. Doç. Dr. Mehmet Yardımcı, Bedrettin Keleştimur, Abdullah Satoğlu, Böyükbey Elekberoğlu, Mustafa Ceylan, Yard. Doç. Dr. Necati Çavdar, İbrahim Düğer, Ülkü Taşlıova, M. Necati Güneş, Nihat Aymak, Gülden Taş, Ahmet Divriklioğlu, Levent Konyar, Kutluhan Saygılı, Sündüs Akça, Semra Meral, Harika Ufuk, Zübeyde Gökbulut, Şerare Kıvrak, Burhan Kurddan, Nihat İmaç yer alırken;

    Halil Soyuer, Halistin Kukul, Vedat Fidanboy, Ayhan Nasuhbeyoğlu, Celaletin Kurt, Deniz Garipcan, Recep Yılmaz, Celalettin Çınar, Hanefi Işık, H. İrfan Önder, Hüseyin Koç, İsmail Bingöl, Doğan Kaya, Âşık Eşref Tonbuloğlu, Nermin Akkan, İbrahim Sağır, Öz Ali Yılmaz, Kumrugül Akın, Mücella Pakdemir, Mais Temkin, Muzaffer Mezahim, Mahir Gürbüz, Nezihe Güler, Dilek Yeğnidemir, Orhan Tamtürk, Osman Sağbaş, Ömer Micingirt, Tülay Aydın, Bekir Aksoy, Hasan Koçak, Ahmet Özeke bir arı gibi yüreklerinde bal eyledikleri duygu yüklü şiirlerini sizlerle paylaştılar.
    Dergimizin etkinlikler bölümünde şair ve yazarlarımızın katıldıkları programlar yer alırken, “Bize Gelenler Dosyası”nda da elimize geçen değerli araştırmacı, yazar ve şairlerin eserlerine yer vermeğe gayret ettik.
    Yeni sayımızda buluşmak dileğiyle…..

    Remzi ZENGİN/TOŞAYAD Başkanı

  • Rahilə DÖVRAN.Yeni şeirlər

    rahileanam

    Şairə-jurnalist-publisist
    Azərbaycan Yazıçılar Birliyinin üzvü,
    “Qızıl qələm” media mükafatı laureatı,

    DEYİLMİ

    Ömür başdan-başa beşikdən-qəbrə həyatın sevinci, qəmi deyilmi?
    B.Vahabzadə

    Ömür həyat adlı-sonsuz ümmanda,
    Sükanı olmayan gəmi deyilmi?
    Təlatüm, fırtına gəldiyi anda,
    Dəryalar fələyin camı deyilmi?

    Zamandır insanı ələyən ələk,
    Fəhm edək hikmətin, dərk edək gərək.
    Ümidlər, istəklər, azrzular, dilək,
    Həyatın ləzzəti, tamı deyilmi?

    İnsanın həm gülər, həm ağlar bəxti,
    Sevgidir, ülfətdir könlünün taxtı.
    İstəklə murada yetdiyi vaxtı,
    Həyatdan aldığı kamı deyilmi?

    Coşuruq, daşırıq bəzən heç nədən,
    Az qalır qəlbimiz çıxsın sinədən.
    Dünyanı özünə zindan, dar edən,
    Zamanın naşısı, xamı deyilmi?

    Gənclikdir ömürün baharı, yazı,
    Dünyaya ün salar sözü, avazı.
    Yaşamın hər fəsli alında yazı,
    Payızı kövrəklik dəmi deyilmi?

    Heç yatmaz qəlblərin havarı, hayı,
    Tükənməz diləyin, istəyin sayı.
    Dövranın qismətdən verilən payı,
    Ömrünün, günün şamı deyilmi?

    VƏFASIZ YARIM

    “Könül dəftərim” – silsiləsindən

    Arxanca hey baxa- baxa keçmişəm,
    Həsrəti ,hicranı yuva seçmişəm.
    Kədərdən özümə köynək biçmişəm,
    Vəfasız dünyada, vəfasız yarım.

    Dərdlərim başımda qalaq- qalaqdır,
    Gözümdən yaş axır, qanlı çanaqdır.
    Talehim ömrümə, sanki yamaqdır,
    Vəfasız dünyada, vəfasız yarım.

    Keçilməz sədləri aşıb gəldim mən,
    Dostu- düşmənləri, seçib gəldim mən.
    Əynimə ağ kəfən, biçib gəldim mən,
    Vəfasız dünyada, vəfasız yarım.

    Bu zalim dünyada tənhayam, yadam,
    Divarda toz basmış sahibsiz udam,
    Leysana köklənmiş, dolu buludam,
    Vəfasız dünyada, vəfasız yarım.

    Yoxdur gələcəyə heç ümid, güman,
    Kəsib yollarımı, görünməz duman.
    Dövran, acımadı sənə bu zaman,
    Vəfasız dünyada, vəfasız yarım.

    27.01.2017.

  • Əliağa KÜRÇAYLI.Şeirlər

    AZƏRBAYCAN

    Mən könlümü təzəcə eşqə düşənlər kimi
    Pıçıldamaq istərəm – eşidilməsin səsim.
    Sevgi etirafımı, bu vurulan qəlbimi
    Elə açmaq istərəm bir kimsə eşitməsin.

    Eşqimi ovuc-ovuc torpağına, daşına
    Səpərəm, qız başına şabaş səpənlər kimi.
    Səni öpmək istərəm – düz on səkkiz yaşına
    Təzəcə qədəm qoyan qızı öpənlər kimi.

    Uğrunda həyatımı qurban vermək istərəm,
    Eşqin təntənəsiyçün can qurban edən kimi.
    Səni bütün dünyaya mən göstərmək istərəm
    Sevdiyim qız kimi yox – sevdiyim Vətən kimi.

    GECƏLƏR AY OLMAQ İSTƏYİRƏM MƏN

    Gecələr ay olmaq istəyirəm mən,
    Pərdəli-pərdəsiz pəncərələrdən
    Dolmaq istəyirəm neçə otağa.
    Mən neçə süfrəyə, neçə çırağa
    Baxmaq istəyirəm hamıdan pünhan
    Səma tağlarının ucalığından.

    Gecələr ay olmaq istəyirəm mən…
    Şirin laylaları ana dilindən,
    Ana dodağından eşidim deyə.
    Mən ağlı-qaralı neçə taleye
    Baxmaq istəyirəm ağarınca dan
    Səma tağlarının ucalığından.

    Gecələr ay olmaq istəyirəm mən…
    Bir günlük işindən qayıdıb gələn
    Qabarlı əlləri öpmək eşqinə.
    Yorğun röyaların şirinliyinə
    Keşik çəkmək üçün sakit, mehriban
    Səma tağlarının ucalığından.

    Gecələr ay olmaq istəyirəm mən…
    Sevən ürəklərin məhəbbətindən
    Səma ucalıqda pay almaq üçün,
    Ən yüksək qübbəyə ucalmaq üçün…
    Ordan nur səpərəm mən incə-incə
    Bu ana torpağa dan sökülüncə.

    Nahaq yaranmayıb bu arzu məndə.
    Bəzən gecələrin sakitliyində
    İnsan öz qəlbiylə edir həsb-hal,
    Keçir ürəyindən min arzu, xəyal.
    Bununçün ayrılıb öz xislətimdən
    Gecələr ay olmaq istəyirəm mən.

  • “Elm mənim üçün qeyri-adi dünyadır”

    Gülüstan Füzuli qızı Kərimova Sumqayıt şəhər 14 nömrəli tam orta məktəbin IX a sinfində təhsil alır. Ən böyük arzusu Baki Ali Neft Məktəbinə daxil olmaq, mühəndis ixtisasına yiyələnməkdir. Dəqiq elmlərə daha diqqətlə yanaşan Gülüstan Kərimova fizika fənninə xüsusi diqqət ayırır. Məktəbdə nizam-intizamı, səmimi münasibəti, bütün fənnlərə marağı və hazırlığı ilə fərqlənən Gülüstan Kərimova çalışır ki, sinif rəhbəri Yeganə Süleymanovanın, ona dərs deyən müəllimlərin verdiyi tapşırıqlara daha diqqətlə, yaradıcılıqla yanaşsın.
    Məktəbin fizika müəllimi Leyla Bayramova fizika dərsində Gülüstanın xüsusi yaradıcılıq qabiliyyətindən böyük məmnunluq hissi ilə danışdı: “Çalışıram ki, şagirdlərim yalnız dərslərini öyrənməklə kifayətlənməsinlər, eyni zamanda fənn kurikulumlarının bizi istiqamətləndirdiyi kimi yaradıcılıq hissi ilə çalışsınlar. Çünki, şagird aldığı biliyi və eşitdiyi məlumati özününküləşdirməyi, qavramağı, şifahi və yazılı şəkildə ifadə etməyi bacarmalı, tədris prosesində qazandığı bilik və bacarıqları öz həyat tərzinə, həyati ehtiyaclarına yönəltməlidir. Hər bölmənin sonunda fizikadan keçdiyimiz dərslərə əsasən butun sinfə təqdimat hazırlamağı tapşırıram. Bu günlərdə növbəti təqdimatın nəticələri məni ürəkdən sevindirdi. Sinfin böyük əksəriyyəti verilən tapşırığı müvəfəqiyyətlə yerinə yetirmişdi. Gülüstanın hazırladığı təqdimat yaradıcılıq baxımından ən yaxşı təqdimat elan olundu. Təqdimat fizikadan Qravitasiya sahəsi, Elektrik sahəsi və Maqnit sahəsi haqqında məlumat, onların müqayisəsi və təhlili idi. Gülüstan həmin sahələrin təsirini, onların mənbəyini, bu sahələrin hər birinin yer kürəsinin hərəkətinə, inkişafına təsir edən sahə olduğunu özünəməxsus yaradıcılıqla izah etdi. Ümumiyyətlə, Gülüstanın dərslərin izahında, müxtəlif sualların cavabında öz müstəqil, yaradıcı fikirlərinin olması bir müəəllim kimi məni çox sevindirir.
    “Elm mənim üçün qeyri-adi bir dünyadır. Qarşıda enişli-yoxuşlu bir yolun olduğunu, həmin yolla addımlamağın çətinliyini, məsuliyətini hiss edirəm. Amma bu çətinlik məni qorxutmur, əksinə daha maraqlı tədqiqatlara, kəşflərə səsləyir. Bu yolda zəhmətimi çəkən valideynlərimə – anam Sürəyya xanıma, atam Füzuli Kərimova, eyni zamanda bütün müəllimlərimə dərin minnətdarlığımı bildirirəm. Onların etimadını doğrultmaq mənim üçün hər zaman böyük məsuliyyət olub və həmişə də belə olacaq.”
    Onu da qeyd etmək istəyirəm ki, Gülüstanın tərbiyə aldığı ailədə elmə, təhsilə, mütaliəyə, milli dəyərlərimizə böyük diqqət və sevgi var. Gülüstan Kərimovanın bacisi Xuraman Cəfərova Bakı Dövlət Universitetinin riyaziyyat fakültəsini bitirib, Bakı şəhər Binəqədi rayonundakı 13 nömrəli Laçın kənd orta məktəbində riyaziyyat müəllimi işləyir. Qardaşı Elməddin Kərimli Azərbaycan Dövlət Sənaye Universitetinin neft və qaz mühəndisliyi fakültəsinin 4-cü kursunda təhsil alır.
    Respublika prezidenti İlham Əliyevin dediyi kimi təhsildə ilk növbədə tərbiyəni daha da inkişaf etdirmək, cəmiyyət üçün savadından asılı olmayaraq gərəkli vətəndaşlar yetişdirmək, şagirdlərə şəxsiyyət kimi yanaşmaq, onlarda bacarıqları, fərdi xüsusiyyətləri aşkar edərək inkişaf etdirmək təhsilimizə, dövlətimizə verilən ən yaxşı töhfələrdəndir. Bu yolda çətin və şərəfli peşə sahiblərinə, bütün təhsil işçilərinə, Gülüstan Kərimova ilə bərabər bütün Azərbaycan övladlarına uğurlar arzulayıram.

    Nisə QƏDİROVA
    Azərbycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    “Qızıl Qələm” Media Mükafatı laureatı,
    “Möhtəşəm Azərbaycan” müstəqil ictimai-siyasi, ədəbi-bədii qəzetinin redaktoru,

  • Rahilə DÖVRAN.Yeni şeirlər

    rahileanam

    Şairə-jurnalist-publisist
    Azərbaycan Yazıçılar Birliyinin üzvü,
    “Qızıl qələm” media mükafatı laureatı,

    MUĞAM

    “Mənim dünyam” – silsiləsindən

    Muğam- türkün haqq səsi,
    Təmiz ruhu, nəfəsi.
    Oğuz, Qorqud töhfəsi,
    Qaval, kaman, həm tarım,
    Milli sərvətim, varım.

    Muğam-ana laylası,
    “Muğam-ruhun qidası”.
    Muğam-qəlbin sədası,
    Segah, şüştər, qatarım,
    Milli sərvətim, varım.

    Muğam-xalqın güzgüsü,
    Sevinci, üzüntüsü.
    Ocağımın tüstüsü,
    Muğam-bülbülüm, xarım,
    Milli sərvətim, varım.

    Muğam- xalqın varlığı,
    Özünə oxşarlığı.
    Çiçəkli cənnət bağı,
    Sevincim, intizarım,
    Milli sərvətim, varım.

    V A R

    “Qəzəllərim” – silsiləsindən

    Edirəm Rəbbə dua ki, sənintək bir yarım var,
    Əhdi – peymana sadiq, vəfalı nigarım var.

    Olsa da eşq yolunun min acısı, min cəfası,
    Sonunda gülüb bəxtim, vüsaltək nübarım var.

    Hər bəşər meyl eyləyər, sərvətə, cah- cəlala,
    Sevmirəm dünya malın, çün eşq adlı varım var.

    Keçsə də ömrüm- günüm, hey tufanda, qasırğada,
    Zirvəsi sis, dumanlı, dağ kimi vüqarım var.

    Düşmüşəm gur selinə, sirli şeiriyyətin,
    Təcnisim, müxəmməsim,qəzəl adlı barım var.

    Yaradan qismət edib, dürüst söz sərrafıyam,
    Şairə Dövranam mən, sehirli əfkarım var.

  • Nisə QƏDİROVA.Yeni şeirlər

    11153468_731421923638953_1561011028_o

    Azərbycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    “Qızıl Qələm” Media Mükafatı laureatı,
    “Möhtəşəm Azərbaycan” müstəqil ictimai-siyasi, ədəbi-bədii qəzetinin redaktoru,

    Aç gözünü

    Tək- tənha oturmusan xəbərin yox olanlardan,
    İstəsən zövq alarsan bu günlərdən, bu anlardan.
    Yox- yox, avamlıq edib olma dərdə qalanlardan,
    Ayılıb millət balam, tanıyır özü-özünü,
    Kişi, vallah dəlisən, aç bu dünyaya gözünü!

    Qaynayır bir qazanda neçə qoçun başı indi,
    Fərqi yox bilinməyir sevənlərin yaşı indi,
    Haqq itib, yaxşı edib haqqı udub naşı indi,
    Ayılıb millət balam, tanıyır özü-özünü,
    Kişi, vallah dəlisən, aç bu dünyaya gözünü!

    Axıb ulduzların seli, yerimiz cənnət olub,
    Şou-biznes yaranıb öndə gedən sənət olub,
    Tikilib şadlıq evləri, işimiz rahat olub,
    Ayılıb millət balam, tanıyır özü-özünü,
    Kişi, vallah dəlisən, aç bu dünaya gözünü!

    Əcnəbi seriallar dərdlərə dərman kimidi,
    Avropa məhəbbəti eşqlərə fərman kimidi,
    Sağ-solun başqa tipdə, yeni müsəlman kimidi,
    Ayılıb millət balam, tanıyır özü-özünü,
    Kişi, vallah dəlisən, aç bu dünyaya gözünü!

    Sözümü kim eşidib, kim qanacaq, nə işinə,?
    Qurunun oduna yaş da yanacaq, nə işinə?
    Bu çərxi-fələk ha tərəfə fırlanacaq, nə işinə?
    Ayılıb millət balam, tanıyır özü-özünü,
    Kişi, vallah dəlisən, aç bu dünyaya gözünü!

    QƏRƏNFİL

    Dağ dözməzdi bu dərdə,
    Dözdü qərənfil, qərənfil.
    Dərdləriylə qol götürüb,
    Süzdü qərənfil, qərənfil.

    Məzarların tacı oldu,
    Ana oldu, bacı oldu.
    Bu dünyaya carçı oldu,
    Sözdü qərənfil, qərənfil.

    Tarixin qan yaddaşıdır,
    Şəhidin məzar daşıdır.
    Ləçəyində od daşıdı,
    Közdü qərənfil, qərənfil.

    Çiçəkdi, haqqın səsidi,
    Ürəkdi, duydum səsini.
    Azadlığın nəğməsini,
    Yazdı qərənfil, qərənfil.

  • Saqif QARATORPAQ.Yeni şeirlər

    s

    * * *

    Necə girdin ürəyimə,
    Xəbərim olmadı bundan.
    Gözümü açınca gördüm
    Elə min ildi ordasan…

    Axı,kim öyrədib sənə
    Bu cadunu,bu ovsunu?
    Sən gəldin,anlatdın mənə
    eşqin gözəl olduğunu.

    Quruyub qalmışam elə,
    Söz də tapmıram deməyə.
    Bilmirəm,necə “get” deyim,
    Yerin varmı ki getməyə…

    * * *

    ünən də öldü belə…
    torpaq tökdüm gözünə.
    Durub kənardan baxım
    indi özüm özümə.

    Yapışmışam yenə də
    keçmişin ətəyindən.
    Bu gün kirlənir,çıxır
    köynək kimi əyindən.

    Eh…məni də düşürər
    zalım zamanın atı.
    Dünəndən xatirədi
    yolda qalan saatım..

  • Polad SABİRLİ.Yeni şeirlər

    Polad Sabirli

    Özünün özünə varsa dəyərin

    Haram var-dövlətin səməri olmaz,
    Bir az fikirləşib düşünsək dərin.
    Misgər bazarında dəyəri olmaz,
    Qızılın, daş-qaşın, nədəki zərin.

    Vicdan ucuzlaşıb aradan getsə,
    Hörmət yoxa çıxsa, ləyaqət itsə,
    Arvad da bir yandan kişilik etsə,
    Olmaz el içində hörməti ərin.

    Düşməndən dost olmaz, dostdan da qardaş,
    Ayaq başa çıxsa, başsız qalar baş.
    Göz də xarab olar, düzələndə qaş,
    Bilinər yalanın, böhtanın, şərin.

    Polad, hər əzaba gərməsən sinə,
    Onda tuş gələrsən qəzəbə, kinə.
    Hamı diqqətini artırar sənə,
    Özünün, özünə varsa dəyərin.

    17.12.2014.

    Olaydı

    Açıq hava, aydın səma,
    Bağ-bağçada bar olaydı.
    Qəlbdə iman, dildə dua,
    Bir vəfalı yar olaydı.

    Övlad qarşısında üz ağ,
    Güvənməyə uca bir dağ,
    Bir az sevgi, canımız sağ,
    Bir az dovlət var olaydı.

    Düzü atıb səhvi tutan,
    Halal mala, haram qatan,
    Söz gəzdirən, böhtan atan,
    Utanaydı, xar olaydı.

    Yaxşıdan gen dursun yaman,
    Beyinlərdən getsin duman,
    Kök salaydı qəlbdən iman,
    Üzdə həya ar olaydı.

    Kim qoruyur ədaləti,
    Onda var haqq əlaməti,
    Sevənlərin xoş niyyəti,
    Yer üzünə car olaydı.

    Hər istəyi gözdən duyan,
    Uca tutan, böyük sayan,
    Qəlb ovudan, göz oxşayan,
    Bir cüt qoşa nar olaydı.

    9.12.2014.

  • “Yaqub Zurufçunun 60 illik yubileyidir”

    O səs nə səs idi, Allah?!
    100 yaşayın, var olun, Yaqub bəy!

    Azərbaycanın böyük, sevimli sənətkarı Yaqub Zurufçu ölkəmizin ən ağır, çətin, həyəcanlı günlərində – ötən əyyamın 89-90-cı illərində özünün əzəmətli, ağrılı-yanıqlı, vətən sevgili “Ayrılıq” mahnısı ilə xalqımızı birliyə, yekdil olmağa, mübarizəyə, Qələbəyə səsləyirdi.

    Bütün xalqımızın, o taylı-bu taylı Azərbaycanımızın, bütün Türk dünyasının sevdiyi bu böyük sənətkarla mənim tanışlığımın fikrə gəlməyəcək bir tarixçəsi var.
    …2009-cu ilin fevralında Sumqayıtdan paytaxta – dahi şairimiz Bəxtiyar Vahabzadənin yas məclisinə getmişdim. Sevimli şairlə mənim də iştirak etdiyim izdihamlı vidalaşmadan iki gün sonra yas məclisinə gələnləri iki böyük çadır da tutmurdu. Bizim oturduğumuz çadırda Azərbaycanın elit ziyalıları – şairlər, yazıçılar, görkəmli alimlər, deputatlar, şairin bir-birindən dəyərli şeirlərinə musiqi bəstələmiş bəstəkarlar, ustad xanəndələr, müğənnilər və adi, sadə adamlar – şairin poeziyasının pərəstişkarları toplaşmışdılar.
    Bakı Dövlət Universitetinin yanaşı oturduğum iki professoru uzun illər bir yerdə çalışdıqları, mənim də taleyimə həm Bakıda və Sumqayıtda, həm də Azərbaycan nümayəndə heyətinin tərkibində Tehranda görüşmək nəsib olmuş Bəxtiyar Vahabzadə haqqında xatirələrini söyləyir, mən isə diqqətlə onlara qulaq asır, hərdən də söhbətə qoşulurdum. Məclis dolub-boşalırdı. Təxminən bir saatdan sonra həmsöhbət olduğum hörmətli professorlar da durub getdilər. Mən isə məclisə gəlməli olan bir şair dostumu gözləməli idim. Bir qədər keçmişdi ki, çadırın girəcəyində görkəmli müğənnimiz Yaqub Zurufçunu gördüm. Bir anlığa elə bildim ki, bütün Güney Azərbaycan Quzey Azərbaycanın böyük dərdinə şərik olmaq üçün Bakıya gəlib. Nədənsə o anda Bəxtiyar müəllimin xalqımızı on illərlə mübarizəyə səsləyən “Gülüstan” poemasıı və Yaqub Zurufçunun ürəklər dağlayan “Ayrılığ”ı eyni anda göz önümə gəldi və istər-istəməz kövrəldim…
    Yaqub bəy bir anlığa ayaq saxlayıb, çadırdakılara nəzər saldı. Hiss etdim ki, məclisdə olanlardan kimlərin yanında oturmağı götür-qoy edir. Əlbəttə, çoxları istərdi ki, xalqın sevimlisi olan Yaqub Zurufçu kimi bir sənətkar onun yanında əyləşsin. Ani olaraq məclisə göz gəzdirdim. Ancaq, deyəsən, məndən başqa heç kəsin yanında boş yer yox idi. Bir qədər tərəddüd etsəm də (kiminsə qabağına keçməmək, Yaqub bəyi onun “əlindən almamaq” üçün), ayağa qalxaraq, müğənniyə tərəf gedib, görüşdüm və onu ehtiramla öz yanıma dəvət etdim. Sağ olsun ki, xahişimi yerə salmadı, məni – tanımadığı adamı pərt etmədi. Bəxtiyar müəllimin çadırda asılmış düşüncəli-fikirli iri portretinə nəzər salıb, gözlərinin nəmini büruzə verməməyə çalışaraq, yanıqlı-yanıqlı Bəxtiyar müəllimlə görüşləri, mahnılarını sevə-sevə oxuduğu barədə danışdı. Məclisdə bütün söhbətimiz Bəxtiyar Vahabzadə, onun böyük azadlıq carçısı olması, doğma xalqına olan intəhasız sevgisi, döyüşkən, fəlsəfi-mübariz poeziyası ilə Vətən qarşısında xidmətləri, hər zaman Azərbaycanla bağlı olan zəngin yaradıcılığı barədə oldu. Məclisdən çıxdıqdan sonra bəstəkar Oqtay Zülfüqarovla, Teleradio Şurasının sədri Nuşirəvan Məhərrəmli, estrada müğənnimiz Cavan Zeynallı ilə görüşüb, söhbət etdik.
    Yaqub bəylə yaxından tanışlığı isə mən bilərəkdən gecikdirirdim. Və, nəhayət, bir “sirri” açmaq qərarına gəlib, bildirdim ki, Yaqub bəy, bizim tanışlığımız indi yox, çoxdan başlayıb və ümumi olan bir “tanışımız” da var.
    – Necə ki? – deyə təəccüblə mənə baxdı.
    Nə reaksiya verəcəyini maraqla gözləyərək:
    – Yaqub bəy, Siz Azər Rəhmanoğlunu tanıyırsınız? – soruşdum.
    Sifətinə xoş bir təbəssüm qondu:
    – Tanıyıram da sözdü? O, mənim mahnı disklərimdən birinin dizayneri olub. Özü də o diskin tərtibatını çox gözəl, məharətlə işləmişdi. Yaxşı oğlandır, xətrini çox istəyirəm… – birdən duruxub, soruşdu. – Hardadır o? Çoxdandır görmürəm, telefonu nədənsə bağlıdır, ona görə də disklə bağlı ona əməlli-başlı təşəkkür də edə bilməmişəm. Siz onu hardan tanıyırsınız?
    Məsələni bilib (oğlum Azər sonralar bu böyük sənətkarın daha iki mahnı albomunun dizaynını vermişdi – tam təmənnasız olaraq!), mənimlə daha səmimiyyətlə qucaqlaşdı və dərhal da Azərin telefon nömrəsini istədi…
    Beləcə bizim dostluğumuz başladı. Bu yaxınlarda isə Amerika və Kanadaya qastrol səfərindən qayıtdıqdan sonra mənə zəng vurdu:
    – Rəhman bəy, Sizə Amerikadan kiçik bir hədiyyəm var, mümkünsə, gəlin, Bakıda görüşək, həm də oturub bir çay içib-söhbət edək.
    Xalqımızın görkəmli oğlunun belə bir xoş dəvətini məmnuniyyətlə qəbul etməmək olardımı? Bir-neçə gün sonra görüşməyi razılaşdıq. Vədələşdiyimiz vaxt qəzet redaktor¬larından biri onu “Azərbaycan” nəşriyyatına dəvət etdiyindən orda görüşməli olduq.
    …Gedəcəyimiz yeri soruşmadım. Bir saatdan artıq getdiyimiz yol boyu Yaqub bəyin okeanın o tayına qastrol səfərindən, o yerlərdə həmyerlilərimizlə görüşlərindən, Azərbaycanın bugünündən, sabahından söhbət etdik. Yaqub bəy bir vaxtlar Ulu öndərimiz Heydər Əliyevlə Bakıda, sonralar Amerikada – Klivlend klinikasında görüşlərini həyəcanla yada salıb, dahi rəhbərin onun sənətinə, xüsusilə “Ayrılıq” mahnısına olan heyranlığı barədə kövrəkliklə danışaraq, o unudulmaz görüşlərin onun xatirində əbədi iz qoyduğunu söylədi. Ölkə prezidenti İlham Əliyevin də Azərbaycan mədəniyyət və incəsənətinə göstərdiyi diqqət və qayğıdan məmnunluqla danışdı. Özünün hər zaman böyük ehtiramla yad etdiyi dahilərimiz, korifey sənətkarlarımız Üzeyir Hacıbəyov, Bülbül, Rəşid Behbudov, Müslüm Maqomayev, Zeynəb Xanlarova, Şövkət Ələkbərova, Rübabə Muradova, Gülağa Məmmədov haqqında da fikirlərini bölüşərək, son zamanlar böyük perspektivləri olan istedadlı gənc musiqiçilərin də yetişdiyini razılıqla qeyd etdi.
    Söhbət zamanı yeni mahnı albomunu hazırladığını bildirərək, dedi ki, ora özünün aranjeman etdiyi “Apardı sellər Saranı” mahnısını da daxil edib. Mənim xahişimlə diski maşının maqnitofonuna saldı…
    Allah, bu necə musiqi idi, bu nə ilahi səs, necə oxumaq idi!… Yaqub bəyin səsinin, oxunuşunun ecazkarlığını, möcüzəsini özünün təşəbbüsü ilə daxil etdiyi xor ifası daha da artırır, əzəmətli edirdi. Mahnı onun təkrarsız ifasında elə təsirli idi ki, sanki Arpa çayı elə indicə aşıb-daşmışdı və sanki ellər gözəli Saranı hamıya qısqanaraq, elə mənim gözlərim önündəcə çağlayan sularının qoynuna alıb, uzaqlara aparmışdı. Və bu fəlakətə təkcə Xan Çoban və Yaqub Zurufçu yox, bütün el-oba haray qopararaq, ağlayırdı. Deyərdim ki, “Ayrılıq”dan sonra bu, Yaqub bəyin ikinci, daha bir əzəmətli, ürəklər dağlayan ayrılıq mahnısı idi: “Gedin deyin Xan çobana, gəlməsin bu il Muğana, Muğan batıb nahaq qana…” Gözlərim önünə Qarabağ gəldi, elə bildim ki, mahnıda Muğan yox, Qarabağ deyilir: “Gedin deyin Xan çobana, gəlməsin heç Qarabağa, o batıbdır nahaq qana…”
    Köksümü ötürüb, mahnını təkrar qoymasını xahiş etdim. Yeni, orijinal bir aranjemanla səslənən bu mahnının ovsununa düşmüşdüm. İfa haqqında fikrimi bildirəndə Yaqub bəy ustada ehtiramını ifadə edərək bildirdi ki, bu mahnının ən gözəl ifaçısı xalqımızın görkəmli sənətkarı, böyük muğam ustası Arif Babayevdir.
    – Arif müəllim bu mahnını böyük ürək yanğısı ilə, çox gözəl oxuyur, – dedi. – Mənim ifamda da yaxşı alınıbsa, heç şübhəsiz ki, burda Arif Babayev zəngulələrinin də böyük təsiri olub.
    …Yaqub bəyin dəvəti üzrə paytaxtın restoranlarından birində oturub, həyat yoldaşı Aynur xanımın və 5 yaşlı oğlu Atillanın da qoşulduğu çay və yemək süfrəsi arxasında yenə də sənətdən, görkəmli sənət adamlarından söhbət aşdıq.
    Ziyafətlə, çal-çağırla başa çatan görüşümüz yanvarın ilk günlərindən birində olduğundan öz-özümə düşündüm ki, deyəsən, yeni il yaxşı, maraqlı başlayır.
    Xudahafizləşərkən Yaqub bəy mənə Amerikadan xüsusi olaraq gətirdiyi hədiyyəni bağışladı. Ancaq yəqin özü də hiss etdi ki, mənim üçün həmin gün ən böyük hədiyyə özünün əsl sənətkarlıqla, məharətlə, ecazkarlıqla oxuduğu, məni məftun etmiş “Apardı sellər Saranı…” mahnısı və həmin mahnının yazıldığı, ilk olaraq mənə bağışladığı disk idi. İndi həmin mahnını imkan olduğca təkrar-təkrar səsləndirir və hər dəfə də sanki ilk dəfə eşidirəmmiş kimi yenə də heyranlıqla qulaq asıram.
    Var olun, Yaqub bəy, öz təkrarsız səsiniz-ifanızla, milyonlarla ürəkləri fəth edən böyük sənətinizlə! 60 illik yubileyiniz mübarək!
    Gün o gün olsun ki, dahilərimiz Üzeyir Hacıbəyovun, Bülbülün, Mollla Pənah Vaqifin, Xurşid Banu Natəvanın ata-baba yurdu olan Qarabağda, 25 ildir ki dərdini-həsrətini çəkdiyimiz Şuşanın Cıdır düzündə ceyran gözlü bir Qarabağ atının belində oturub, heyranlıqla, sevinclə o müqəddəs yerlərin gözəlliklərunə göz gəzdirərək, yaşıl meşələrini, dağlarını, düzlərini qəlbin doymadığı bir məftunluqla seyr edərək, bir arxayınlıqla, rahatlıqla sinə dolusu nəfəs alıb, bütün Qarabağ elatına yayıla biləcək səsinizlə zəngulə vurub, “Şuşanın dağları” mahnısını oxuyasınız!
    Qoy qadir Allah o xoşbəxt, sevincli günləri xalqımıza tezliklə nəsib eləsin!

    Rəhman ORXAN,
    Respublikanın Əməkdar jurnalisti,
    Osman Mirzəyev adına
    Respublika mükafatı laureatı.

  • Rahilə DÖVRAN.Yeni şeirlər

    rahileanam

    Şairə-jurnalist-publisist
    Azərbaycan Yazıçılar Birliyinin üzvü,
    “Qızıl qələm” media mükafatı laureatı,

    ZALİM GƏLİN

    Həyat amansızdır.
    Gözümlə gördüyüm gəlinin öz qaynatasına zülmü, baldızının az yaşlı uşaqlarının yetim qalmasına sevinməsi,daha nələr.. Bu gəlinin rəzil ədalarına dözə bilməyib yazdım.Qaynnası yox idi.Oğlunun toyunu görməyən ana çoxdan dünyasnı dəyişmişdi.Meydan o zalim ğəlinə qalmışdı…

    Lal, sakit çay kimi dinməz axardın,
    Naz, qəmzə, ədanla qəlblər yaxardın.
    Balamı al dillə başdan çıxardın,
    Əfi ilan çalsın dilini, gəlin.

    Elə ki, bağlandın kəbin, nigaha,
    Sahib, yiyə oldun dəmə-dəsgaha.
    Sən demə bitməmiş məqsədin daha,
    Niyyətin sındırsın belini, gəlin.

    Kirşan altındaymış əsil sifətin,
    İrinli çibanı oldun külfətin.
    Püskürdü vulkantək kinin, küdrətin,
    Sovurdun ocağın külünü, gəlin.

    Döndün sən boz daşa, bomboz qayaya,
    Ağ oldun qaynata, həm qaynanaya.
    Çevrildin vəbaya, qara bəlaya,
    Yaradan qurutsun dölünü, gəlin.

    Qapın açılmadı dosta, sirdaşa,
    Hey dirsək göstərdin qohum-qardaşa.
    Gəlinkən dönəydin kaş qara daşa,
    Qurutdun bu yurdun selini, gəlin.

    Nə əldən buraxdın, nə də ki, doydun,
    O, nakam baldızın məzarın oydun.
    Bacını-bacıya sən həsrət qoydun,
    Yandırdın gorunda ölünü, gəlin.

    Dağ kimi ərini mumtək əritdin,
    Güllü bağçasında qanqaltək bitdin.
    Nə çiçək açdın sən,nə gül bitirdin,
    Soldurdun o bağın gülünü, gəlin.

    Qəlblərə vurduğun dərin yaradır,
    Hamının yanında üzün qaradır.
    İndi bəs mənzilin, yolun haradır?
    Xərclədin ayını, ilini, gəlin

    QİSMƏT OLA

    “Vətənimdir” – silsiləsindən

    Hər möhnətə dola-dola,
    Qarlı qışı saldıq yola .
    Bu novruzu Qarabağda,
    Kaş keçirmək qismət ola

    Çox söylədik Allah Kərim,
    Qəribsəyib yurd yerlərim.
    Könül istər o dağlarda,
    Çəmənlərdən çiçək dərim.

    Torpağımda gəzir yadlar,
    Dəyişibdir mərhəm adlar.
    Dağıdılmış məzarlarda
    İncik ruhlar bizi odlar.

    Yelkənsizdir gəmilərim,
    Çölə dönüb zəmilərim.
    Barsız,bəhərsiz ötübdür
    Üzü qara,bəd illərim.

    Çox gözlədik,bəsdir daha,
    Son qoyulsun dərdə,aha.
    Dövran,bu gün hamı deyir:-
    “Güman vardır xoş sabaha.”

  • Kamran MURQUZOV.”Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasəti dünya mətbuatının diqqət mərkəzindədir”

    10730926_708473925888118_1815156677351752954_n

    2003-cü il oktyab ayının 15-də respublikanın paytaxtı Bakı şəhərində keçirilən prezident seçilərində qələbəni təmin edən cənab Prezident İlham Əliyev ilk dəfə olaraq, Azərbaycan Respublikasının Prezidenti seçildi.Dövlət müstəqilliyimizin bərpa olunmasının 12-ci il dönümünün tamam olmasına iki gün qalmış belə bir möhtəşəm hadisənin baş verməsi ictimaiyyət nümayəndələri və media təmsilçilərinin diqqət mərkəzində saxladığı ilk və önəmli məsələ oldu.Şəffaf və demokratik şəraitdə keçirilən seçkilərdə iştirak edən seçicilərin 97.5%-ni toplayan cənab Prezident İlham Əliyev Azərbaycan Respublikasının Konstitusiyasının tələblərinə uyğun olaraq, andiçmə mərasimində mənsub olduğu xalqa sədaqətlə xidmət edəcəyini bəyan etdi.Dövlətimizin iqtisadi, siyasi cəhətdən inkişad edərək dünyanın ən aparıcı və qabaqcıl ölkələri ilə sıx və qarşılıqlı əməkdaşlıq əlaqələrinin uğurla qurulmasının təminatçısı oldu.Ən qısa zaman kəsiyində dövlətimizin başçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı Heydər Əliyev siyasi məktəbinin layiqli davamçısı və yetirməsi cənab Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə aparılan uğurlu daxili və xarici siyasət nəticəsində müxtəlif sahələrdə, o cümlədən elm, mədəniyyət, incəsənət sahəsində müsbətə doğru köklü dəyişikliklər müşahidə olunmağa başladı və ölkəmizin imicinin beynəlxalq təşkilatlar tərəfindən diqqətinin cəlb olunmasına səbəb oldu.Ölkəmiz iqtisadi inkişaf səviyyəsinə görə ən inkişaf etmiş avropa ölkələri ilə yanaşı addımlamağa başladı, dünyanın ən önəmli tədbirlərinə ev sahibliyi etməyə müəssər oldu.2015-ci ilin iyun ayında Bakıda keçirilən Birinci Avropa Oyunları buna ən bariz nümunədir.Dünyanın müxtəlif ölkələrindən gəlmiş minlərlə idmançının idman yarışlarında yüksək səviyyədə iştirakını və təhlükəsizliyini tam təmin etmək məqsədilə gücləndirilmiş iş rejiminə keçid aldı.Cənab Predientin rəhbərliyi və nəzarəti altında Birinci Avropa Oyunları yüksək səviyyədə təşkil olundu.
    Dünyanın ən aparıcı telekanallarının və mətbuat orqanlarının nümayəndələrinin diqqətini respublikanın paytaxtı Bakı şəhərinə yönləndirdi.Dövlətimizin başçısı cənab İlham Əliyevin uğurlu daxili və xarici siyasətini özündə əks etdirən müxətlif adlarda məqalələr çap olundu.Ölkəmizin dinamik inkişafı üçün böyük əhəmiyyət kəsb edən Birinci Avropa Oyunları tarixdə silinməz izlər buraxdı.İllərlə toplanan təcrübə bu yönümdən öz sözünü demiş oldu.
    Hakimiyyətə gəldiyi ilk gündən etibarən müxtəlif dünya liderlərinin başçılıq etdiyi nümayəndə heyətini yüksək səviyyədə ölkəmizdə qəbul edən cənab Predizent İlham Əliyev humanizm prinsiplərinə sadiq qalaraq, qarşılıqlı əməkdaşlıq əlaqələrinin sürətlə inkişafı üçün böyük əhəmiyyət kəsb edən görüşlərdə iştirak etdi.Rəhbərliyi altında ölkəmizin dünya arenasında tanınması üçün lazımi səviyyədə işlərin görülməsinə nəzarət etdi.Dünyanın müxtəlif ölklərindən ölkəmizə təşrif buyurmuş nümayədə heyətlərini son dərəcə səmimiyyət və qonaqpərvərliklə qəbul edərək, ölkəmizin zəngin tarixi, mədəniyyəti, adət-ənənəsi haqqında ətrfalı məlumat verdi.Dövlətimizin başçısı cənab İlham Əliyev tərəfində uğurla davam etdirilən daxili və xarici siyasət çağdaş dönəmdə də dünya mətbuatının diqqəi mərkəzindədir.

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının
    Mətbuat xidmətinin rəhbəri,
    Azərbaycan Jurnalistlər Birliyinin üzvü
    Bakı şəhəri.13 oktyabr 2016-cı il.

  • Kənan AYDINOĞLU.”Bəlkə səni axtardım”

    1902788_614529541965133_896121757_n

    Bəlkə səni axtardım,
    Qızların sırasında.
    Deyəsən, qocalıram,
    Bu ömrün yarısında.

    Gözüm qalmayıb fikrin,
    Ağında, qarasında.
    Gör ki, itib-qalmışam,
    Dünyanın harasında?!

    Bir insan qanı gördüm,
    Mən ömrün yarasında.
    Qayğıya bürünmüşəm,
    Şeirin arasında

  • Əziz MUSA.Yeni şeirlər

    em

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru,
    Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

    BOYNUNU BÜKMƏ

    Sən kədərli olanda bənövşələr üşüyür,
    Günəş saralıb, solur, əsən mehlər töyşüyür,
    Ruhum canımdan küsür, ürəyimə xal düşür,
    Gülüm, boynunu bükmə, sənə kədər yaraşmır.

    Ana deyib ağlayan , körpə bir uşaq kimi,
    Budağından ayrılan, yşıl bir yarpaq kimi,
    Barını şaxta vuran, qəmli bir budaq kimi,
    Gülüm, boynunu bükmə, sənə kədər yaraşmır.

    Şehdə-suda islanan bir nazlı sümbül kimi,
    Meh əsəndə titrəyən bir ətirli şeh kimi,
    Ahı göyə ucalan, bir şeyda bülbül kimi,
    Gülüm boynunu bükmə, sənə kədər yaraşmır.

    Sən kədərli olanda qəlbim, gözüm ağlayır,
    Duman tutur yolumu, çən gözümü bağlayır,
    Həsrət odlu sinəmi çalın-çarpaz dağlarır,
    Gülüm boynunu bükmə, sənə kədər yaraşmır.

    DÜNYA

    Hər çəkininin tərəzisi, daşı var,
    Hər üzüyün qiyməti var, qaşı var
    Şirinimə acı qatır naşılar,
    Gözəlliyə nəğmə qoşa bilmirəm.

    Vaxt ötdükcə məni oda salırsan,
    Gah mənə dost, gah da yağı olursan,
    Verdiyini hər gün geri alırsan,
    Haqq işinə mən qarışa bilmirəm.

    İşığını qaranlıqla boğursan,
    Selə dönüb gözlərimdən axırsan,
    Dərd gələndə söylə hara baxırsan,
    Dərd-qəm ilə mən yarışa bilmirəm.

    Niyə başa keçirirsən haqsızı,
    Qar, yağışla sınayırsan sən yazı,
    Aramızdan axıdırsan Arazı,
    Bu hasarı vallah aşa bilmirəm.

    Əziz Musa haqqı danmaz heç zaman,
    Neyləsin ki, nahaqqındı bu meydan,
    Ayaq açıb yeriyirsə şər, yalan,
    Dünya, sənlə mən barışa bilmirəm.

  • Abdulla MƏMMƏD.Yeni şeirlər

    abdullamuellim

    GƏL SÖYLƏMƏ NAĞIL MƏNƏ!

    Baxışlarım buludlanıb,
    Gözümün qanı qaralıb.
    Dərd üstümə qanadlanıb,
    Sözümün canı qaralıb.

    Yazımda selə dönməyən
    Gözləmə-gələ dünənin.
    Payızda gülə dönməyən,
    Gözündən ələ dünəni.

    Gəl,söyləmə nağıl mənə,
    Tərifləmə yağını,yar.
    Yağı verməz ağıl mənə,
    Dost çıxartsa ağını,yar.

    Yumruq boyda bir ürəkdə,
    İki sevgi necə sığar?..
    Nərgiz qoxulu çiçək də
    Həsrətinə gecə sıxar.

    Göz yaşı-payız yağışı
    Muncuqlar yar yanağında.
    Yol çəkər qəlbin baxışı
    Öpüb susqun dodağından.

    Qüssəyəm başdan ayağa,
    Gözüm tək bəxtim qaralıb.
    Yar verib məni ayağa,
    Güvən dağımı qar alıb.

    Hər çiçəkdə şeh ağlayar,
    Ləçək-ləçək gülər dərdim.
    Qapını gecə bağla,yar,
    Birdən qonaq gələr dərdim…

    Azərbaycan.Quba.
    17.01.2017.

    GƏL SÖYLƏMƏ NAĞIL MƏNƏ!

    Baxışlarım buludlanıb,
    Gözümün qanı qaralıb.
    Dərd üstümə qanadlanıb,
    Sözümün canı qaralıb.

    Yazımda selə dönməyən
    Gözləmə-gələ dünənin.
    Payızda gülə dönməyən,
    Gözündən ələ dünəni.

    Gəl,söyləmə nağıl mənə,
    Tərifləmə yağını,yar.
    Yağı verməz ağıl mənə,
    Dost çıxartsa ağını,yar.

    Yumruq boyda bir ürəkdə,
    İki sevgi necə sığar?..
    Nərgiz qoxulu çiçək də
    Həsrətinə gecə sıxar.

    Göz yaşı-payız yağışı
    Muncuqlar yar yanağında.
    Yol çəkər qəlbin baxışı
    Öpüb susqun dodağından.

    Qüssəyəm başdan ayağa,
    Gözüm tək bəxtim qaralıb.
    Yar verib məni ayağa,
    Güvən dağımı qar alıb.

    Hər çiçəkdə şeh ağlayar,
    Ləçək-ləçək gülər dərdim.
    Qapını gecə bağla,yar,
    Birdən qonaq gələr dərdim…

    Azərbaycan.Quba.
    17.01.2017.

  • Rahilə DÖVRAN.Yeni şeirlər

    rahileanam

    Şairə-jurnalist-publisist
    Azərbaycan Yazıçılar Birliyinin üzvü,
    “Qızıl qələm” media mükafatı laureatı,

    YA RƏBB ÖZÜN EYLƏ MƏDƏD

    “Mənim dünyam” – silsiləsindən

    Heç bitməyir dərdi- sərim,
    Qatba- qatdır qəlb kədərim.
    Olmayır bir xoş səhərim,
    Ya Rəbb özün eylə mədəd.

    Dərdlər sarıb vücudumu,
    Bağlayıbdır əl- qolumu.
    Bəniz solub, sarı limu,
    Ya Rəbb özün eylə mədəd.

    Bəxt qınında bürüşübdür,
    Şəfa, sağlıq gen düşübdür.
    Əcəl gozə görüşübdür,
    Ya Rəbb özün eylə mədəd.

    Gözüyaşlı arzularım,
    Yazılmamış yazılarım.
    Boynubükük ,sevən yarım,
    Ya Rəbb özün eylə mədəd.

    Fələk məxsus məndən yana,
    Gəlməsin heç bu ünvana.
    Qəlbisınıq, mən Dövrana,
    Ya Rəbb özün eylə mədəd.

    QİSMƏT OLA

    “Vətənimdir” – silsiləsindən

    Hər möhnətə dola-dola,
    Qarlı qışı saldıq yola .
    Bu novruzu Qarabağda,
    Kaş keçirmək qismət ola

    Çox söylədik Allah Kərim,
    Qəribsəyib yurd yerlərim.
    Könül istər o dağlarda,
    Çəmənlərdən çiçək dərim.

    Torpağımda gəzir yadlar,
    Dəyişibdir mərhəm adlar.
    Dağıdılmış məzarlarda
    İncik ruhlar bizi odlar.

    Yelkənsizdir gəmilərim,
    Çölə dönüb zəmilərim.
    Barsız,bəhərsiz ötübdür
    Üzü qara,bəd illərim.

    Çox gözlədik,bəsdir daha,
    Son qoyulsun dərdə,aha.
    Dövran,bu gün hamı deyir:-
    “Güman vardır xoş sabaha.”

  • Güldərən VƏLİYEVA.”Görüm”

    Düz olmayan dünyanın düz dərdini,
    Bəxti küsən qızların duz dərdini,
    Ürəyimi üşüdən buz dərdini
    Kövrəlib də çəkə bilsən, çək görüm.

    Saçımda ağ kağızın boz kölgəsi,
    Dərdim baxışımın toran döngəsi…
    Ömrə eşqim ömürdən də ötəsi,
    Dizlərinə çökə bilsən, çök görüm.

    Vaxtsız qonaq qocalıqmı?
    Gəldimi?
    Ufuldadan, sızıldadan dərddimi?
    Düşmənimə açılmayan dərdimi
    Dost ovcuna bükə bilsən, bük görüm.

    Elə yığdıq tərəziyə daş-başı,
    Qoyduq sələmlərə qalan daş-qaşı.
    Ətəyimdən bu inadkar “Beş daş”ı,
    İzlərimə tökə bilsən, tök görüm.

    Bəxt yazan bəxtimi aldatdı daha,
    Tökmə, qəm sandığım qat-qatdı daha.
    Qəlb evim şüşətək çat-çatdı daha,
    Sən Güldərən, tikə bilsən, tik görüm.

  • Riyaz DEMİRÇİ.”Can Karabağım”

    rdh

    Azerbaycanın Kültür ve Edebiyat Portalının Irak temsilcisi

    Hasretin boy atmış boyumdan yüca
    Xocalı derdine yakıldım nece
    Şuşa hep başımda gemli düşünce
    Gönlümde sen varsın,can Karabağım

    Ben sana canımı vermek isterim
    Gelib de gülünü dermek isterim
    Atamın yurdusun görmek isterim
    Gönlümde sen varsın ,can Karabağım

    Söyle kimler oldu yolun bağlatan
    Kahr olsun kadere bizi dağlatan
    Laçin kelbecerdi bizi ağlatan
    Gönlümde sen varsın,can Karabağım.

    Ben senin oğlunum çekerim cefa
    Dolanım başına günde bin defa
    Duşmanı maf edib buluruz sefa
    Gönlümde sen varsın,can Karabagım

    Senin tarıfını babamdan sordum
    Her gün hasretnle oturup durdum
    Kurbanım ben sana a benim yurdum
    Gönlümde sen varsın,can Karabagım

    Kubatlı,Zengilan,Fizuli nerde
    Hankenti,Cebrayil sızlama derde
    Yeniden geleriz koynuna bir de
    Gönlümde sen varsın,can Karabağım.

  • Trampın arxasında kim var?

    İngiltərə Dərin Dövlətinin ən tanınmış baronlarından olan Corc Sorosun (George Soros) adamlarından biri Barak Obamanın dövrü sona çatdı.

    İngiltərə Dərin Dövlətinin ən tanınmış baronlarından olan Corc Sorosun (George Soros) adamlarından biri Barak Obamanın dövrü sona çatdı. Sorosun digər adamı Hillari Klinton (Hillary Clinton) da seçilə bilmədi, baxmayaraq ki, Soros Klintonun seçki kampaniyası üçün rəsmi qeydlərə görə, 650 milyon dollara yaxın pul xərcləsə də, öz kampaniyasının xərclərini heç bir İngilis baronunun qarşılamasına icazə verməyən Tramp təxminən 250 milyon dollarlıq bir kampaniya xərci ilə Sorosa qalib gəldi. İngilis Dərin Dövlətinin Trampın seçilməsindən bərk əsəbləşdiyi Soros avtobusları ilə küçələrə daşınan etirazçıların aksiyalarından bəlllidir. CİA, Amerikanın az qala bütün media quruluşları, amerikan elitası, Amerikanın əksər tanınmış sənət idolları, Amerikadakı Sorosun sahib olduğu bütün homoseksual quruluşlar, lobbiçi kompaniyalar İngilis Dərin Dövlətinin Amerikadakı nümayəndələri olaraq əlllərindən gələn hər şeyi etsələr də, Trampın qarşısını ala bilmədilər. Hətta vəziyyət o yerə gəldi ki, CİA seçki kampaniyasında Hillari Klintonun email skandalının cinayət xarakterli olmadığını demişdi. Halbuki cinayət xarakteri kəsb edirdi. O addım sırf seçki kampaniyasının gedişinə təsir etməməsi üçün idi. İndi o iş yenidən açılır. Hətta CİA-in sədri bir həftə əvvəlki çıxışında üstüörütülü şəkildə Trampı təhdid də etdi.

    Tramp isə seçkilərdə qalib də gəldi, andiçmə mərasiminə qədər sağ da qala bildi, and içib prezident də ola bildi. Andiçmə mərasimində də tarixin ən dindar andiçmə mərasimini təşkil etdi. Biri Musəvi olmaqla altı din adamı İncil və Tövratdan ayələr oxudular. Tövratdan ayə oxunub dua edilməsi bir “Amerikan prezidenti andiçməsi”ndə ilk idi. Trampın özü də çıxışında İncildən ayə dedi, çıxışında bir çox dəfə Allahın adını çəkdi. Sorosun adamı, homoseksuallıq tərəfdarı, Ağ Evi homoseksuallıq rəmzləri ilə boyayan, Ağ Evin saytında homoseksuallarla bağlı bölmə açan, böyük ehtimal ki, özü də homoseksual olan Obama çıxışlarında dindar üslubdan, xüsusilə kənar qaçırdı. Trampın isə məhz ilk gördüyü işlərdən biri Ağ Evin saytından homoseksuallıqla bağlı bölməni qaldırmaq oldu. Dünyada homoseksuallıq propaqandasını aparan qüvvənin İngilis Dərin Dövləti olduğunu nəzərə alsaq, Amerikada və bütün dünyadakı saysız-hesabsız homoseksuallıq təşkilatlarının sahibinin Corc Soros olduğunu nəzərə alsaq, Trampın bu addımın nə demək olduğu bəllidir.

    Tramp andiçmə mərasimində eyni zamanda hakimiyyətin artıq “Vaşinqtondan alınıb xalqa verildiyini” bildirdi. Eyni zamanda artıq Amerikanın müəyyən güclərin idarəsindən xilas olduğunu bildirdi. Bu mənada işlətdiyi termin isə “The Establishment” idi. Yəni Amerikada adətən “Güc sahibi elita” kimi, yəni “ “Dərin dövlətlər” mənasında işlədilən bir söz idi. Belə ki Trump açıq-açıq İngilis Dərin Dövlətinə meydan oxudu.

    Tramp Con Kennedidən (John Kennedy) sonra Amerikanın İngiltərəyə tabe olmayan ilk prezidenti olacaq. Ümid edirik ki, sonu Kennedi kimi olmaz. Bu hadisə Amerikanın, axır ki, azadlığa çıxması deməkdir. Amerikadan olan, amma İngilis elitasına bağlı olmayan bir insan deməkdir. Trampın seçilməsilə Amerikan siyasəti ona hakim bəlli siyasi elitanın əlindən alınmış oldu və bu, Amerikanın tarixində ilk dəfədir baş verir. Bu, əslində, Amerikanın ilk dəfə azad siyasətə qovuşması mənasına gəlir.

    Təbii ki, dünyanın ən güclü qüvvəsi olan İngilis Dərin Dövlətinə qarşı Tramp şəxs olaraq tək başına qalib olmadı. Böyük ehtimal ki, hz.İsanın (ə.s) tələbələrinin köməkliyi ilə Trumpın önü açılmaqdadır. Ümid edirik ki, Tramp İngilis Dərin Dövlətinə tabe olmaz, hz.İsanın (ə.s) yardımı ilə, Türkiyə, Rusiya və s. ölkələrlə qurulan dostluq, ortaqlıq siyasəti ilə dünyaya sülhün gəlməsinə dəstək verər. Bu bizim ümidimizdir, lakin Dəccal da boş durmaz, təbii ki. İngilis Dərin dövlətinin təşkilatçılığı ilə həm Amerikada, həm də bir çox ölkələrdə müəyyən təxribat xarakterli hadisələrin sayını artıraraq, bir sıra fitnə-fəsad oyunları ilə bu gedişə mane olmağa çalışacaqdır. Dəccal o qədər azğın, dəli, təkəbbürlü bir məxluqdur ki, məğlubiyyəti qəti şəkildə qəbul etməz. Dünyanı dağıdar, amma məğlubiyyəti qəbul etməz. Dolayısı ilə Dəccalın dünyaya verəcək yeni zərərlərini də ehtimal etmək lazımdır.

    Lakin nəticə etibarilə, bütün bu olan və olacaq hadisələrin sonunda hz.İsa (ə.s), hz.Mehdi (ə.s) zühur edəcək, dəccaliyyət məğlub olacaq, Türk-İslam birliyi qurulacaqdır inşaAllah. Bu əsr Qızıl Əsrdir. İslam əxlaqının dünyaya hakim olacağı gözəl dövrlərin başlanğıcının son mərhələsindəyik. Dəccalın məğlub edilməsi ilə dünya azadlığa qovuşacaqdır inşaAllah.

    Savalan Məmmədli

  • Gözlər sadəcə görmək üçün deyil, həm də sevmək üçündür

    İnsanın sahib olduğu minlərlə nemətlərdən biri də gözləridir. İnsan gözlərini açdığı andan etibarən bütün dünyanı, həyatı, insanları onlar vasitəsilə tanıyır. Gözlərinin gördüyü kiçik bir detal belə insanda böyük təəssüratlar oyadır. Bəs gözlər sadəcə görmək, ətrafa baxmaq və həyatı anlamaq üçündürmü?
    Əlbəttə ki, xeyr. Amma bəzi insanlar bu həqiqətin fərqində deyillər. Bir çox insan gözləri ilə yaşaya, hiss edə və həyatdan zövq ala biləcəklərindən xəbərsizdir. Halbuki göz insanın bütün ruhunu əks etdirən, eləcə də ürəyindəki hər duyğunu ən gerçək və ən təsirli şəkildə çatdıran yoldur. Yüzlərlə sözü tək bir saniyədə və bir yerdə ifadə edə bilmənin yoludur baxışlar. Sözlər və davranışlar insanı aldada bilər, gözlər isə insanı əsla çaşdırmaz, ən dürüst məlumatı çatdırar. Dərin mənaları, ucsuz-bucaqsız dünyanı bir insanın gözlərində görmək mümkündür. İnsanın ruhunda baş verənləri, o insanın nələr fikirləşdiyini, nə hiss etdiyini, sözlərə əks olunmayan bir çox duyğunu baxışlardan anlamaq mümkündür. Kimsənin görə bilmədiyi gizli duyğuları gözlərdən gözlərə qurulan bağ ilə anlamaq mümkündür.
    Dostluq, etibar, sədaqət, şəfqət, mərhəmət kimi bütün gözəl və qiymətli duyğuların əsil yaşandığı yer gözlərdir. Bu duyğular gözlərdə yaşandığı təqdirdə, qəlbə də enər.
    Əlbəttə, gözlər ən çox “sevgi” üçün yaradılıb. Çünki gözlər sevgini göstərməyin ən yaxşı yoludur. Birbaşa ürəkdən gələn sevgi gözlər vasitəsilə qarşı tərəfin qəlbinə ən güclü şəkildə təsir edir. Heç danışmadan və bir söz demədən nə qədər çox sevdiyinizi, ən təsirli sözlərlə və ən gözəl tərzdə izah etməyin yeganə yoludur gözlər.
    Gözlər həm də qarşıdakı insanda etibar yaratmaq üçündür. Ən çox sevdiyiniz insana onu nə qədər sevdiyinizi, həmçinin hər zaman, hər şərtdə onun yanında olacağınızı, onu daim qoruyub müdafiə edəcəyinizi, yaxşı gündə, pis gündə onunla birlikdə olacağınızı, onu buraxmayacağınızı gözlərinizin dərinliklərinə yerləşmiş o inam hissi ilə izah edə bilərsiniz.
    Gözlər sədaqətinizi də ən gözəl tərzdə ifadə edir. Güclü sevgi və möhkəm bağla o insanın yanında olduğunuzu, sevginizin, sədaqətinizin keçici olmadığını, ölümünə qədər sevib hörmət etdiyinizi və həqiqi bir dost olduğunuzu yenə ancaq gözlər vasitəsilə çatıra bilərsiniz.
    Gözlər qədər sözlər də, əlbəttə ki, çox vacibdir. Lakin buz kimi soyuq, tutqun, mənasız, sanki şüşə kimi baxan gözlərdən gələn gözəl bir söz əsla və əsla qəlbə xitab edə bilməz. Belə soyuq gözlə baxan bir insan dünyanın ən gözəl cümlələrini, ən heyranedici sözlərini də seçsə, o soyuq gözlərlə söylənən sözlərin heç biri qarşıdakı insanın ürəyinə yol tapa bilməz. Qəlb daim isti sevgi axtarır və ancaq bu dərin sevgini tapanda qapısını sona qədər açır. Gözlə ürək sanki aralarında gizli müqavilə bağlayıb, gözlər qarşıdakı gözlərdən aldığı gözəlliyi birbaşa ürəyə ötürür. Burada iradədən istifadə etmək qeyri-mümkündür. Ruh hər zaman hər yerdə gözəlliyi axtarır və tapanda da onu dərhal tutur. Buna görə də gözlə izah edilənləri insanın yalnız sözlərlə çatdırması əsla mümkün deyil.
    Dünyanın ən təsirli sözləri təkbaşına insanın qəlbində heç bir iz buraxmaz, ancaq sadə bir neçə söz, bədahətən gələn bir ifadə və ya cümlə o mənalı gözlərlə birləşərək qəlbdə möhtəşəm həyəcan, sevinc, xoşbəxtlik, sevgi yaradır.
    Buna görə də insan yalnız sözlərə güvənib gözlərin əhəmiyyətini kənara qoymamalıdır. Gözlər mənalı istifadə edilmədikdə insan heç bir zaman axtardığı həqiqi hisləri tapa və qarşısındakı insana həqiqi hislər bəsləyə bilməz. Nə sevgisi, nə qayğısı, nə hörməti, nə sədaqəti, nə dostluğu gerçək ola bilməz. Çünki ruh buna izn verməz, gözlər nə qədər ki ancaq baxmaq üçün istifadə edilsə, ruhun axtardığı gözəlliklər heç vaxt ortaya çıxmaz.
    Əgər insan gözlərini yalnız bədəninin bir hissəsi, görmə orqanı kimi görsə və onu yalnız bu məqsəd üçün istifadə etsə, bir robotdan heç bir fərqi qalmaz. Bu mexaniki varlıq necə ki yerimək və ya müəyyən hərəkətləri icra etmək üçün planlaşdırılmış metal yığınından ibarətdirsə, gözlərini yalnız önünü, arxasını, sağını, solunu görmək üçün istifadə edən bir insan da eynilə robot kimi ruhsuz varlıq olar.
    İnsana əsil məna verən, onu dəyərli edən ruhudur. Ruhunda gözəlliklər olmadığı və bu gözəlliklər bədəninə əks olunmadığı müddətcə o insanın dekorativ güldən fərqi qalmaz. İnsan ancaq ruhunda yüksək duyğular və dərin mənalar bəsləyə və bunları tək-tək bütün bədən üzvlərinə əks etdirib, bu ruhla onları canlandıra və məna verə bilər. Ancaq o zaman insanın ağzı, burnu, gözü, saçı, əli, qolu nurla əhatə olunar. Bu zaman insan bir robotla deyil, gözəlliklərlə dolu, gerçək bir insanla həmsöhbət olduğunu hiss edə bilər. Allahın hamımıza həm bu dünyada, həm də cənnətdə gözlərimizə dərin sevgi ilə baxan insanlar nəsib etməsini diləyirəm. Çünki həqiqi sevgini tapan insanların sayı çox azdır, bu insanların arasında olmaq isə əsil xoşbəxtlikdir.

    Xəyalə SƏFƏROVA

  • 20 YANVAR

    1990-cı il. Bakıda 20 Yanvar faciəsi törədilib. Sovet imperiyası rəhbərliyinin 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycanın suverenliyini və beynəlxalq hüquq normalarını kobudcasına pozaraq Bakıya yeritdiyi böyük ordu hissələri amansız cinayətlər və kütləvi qırğınlar törədib. O qanlı gecədə milliyyətindən, yaşından və cinsindən asılı olmayaraq 147 nəfər qətlə yetirilib, 744 nəfər yaralanıb, 841 nəfər qanunsuz həbs edilib. Lakin sovet rəhbərliyinin xalqın iradəsini, milli azadlıq hərəkatını boğmaq niyyəti baş tutmadı. Bu yolda ilk şəhidlərini verən xalqımız milli azadlıq mübarizəsini davam etdirərək müstəqilliyə qovuşdu. Azərbaycan tarixinin şanlı səhifələrindən olan 20 Yanvar faciəsi qurbanlarının xatirəsi xalqımızın qəlbində yaşayır və daim yaşayacaq.

    2010-cu il. Bakının Yasamal rayonundakı “20 Yanvar” dairəsində, Həsən bəy Zərdabi və Müzəffər Həsənov küçələrinin kəsişməsində Qanlı Yanvar şəhidlərinin xatirəsinə ucaldılmış memorial abidə kompleksinin açılışı olub. Açılış mərasimində Prezident İlham Əliyev iştirak edib.

    1977–ci il. Tanınmış Azərbaycan şairi, publisist, Əməkdar Mədəniyyət İşçisi Zeynal Cabbarzadə vəfat edib (1920-1977). Kiçik yaşlarından yaradıcılığa başlayan Z.Cabbarzadənin “Puşkin” adlı ilk mətbu şeiri 1937-ci ildə dərc edilib. Onun ilk kitabı olan “Xaniman”da cəbhə şeirləri toplanıb. Z.Cabbarzadə “Əfzələddin və şah”, “Arzular”, “Yaylaqda” və digər əsərlərin müəllifidir. Şairin “Neyləsin”, “Bakı”, “Yel əsər”, “Axşam”, “İlk bahar”, “İntizar”, “Sürəyya”, “Sən mənimsən, mən sənin ” və başqa şeirlərinə bəstələnmiş mahnılar korifey sənətkarlarımız tərəfindən ifa olunub. Z.Cabbarzadə bir sıra uşaq mahnılarının söz müəllifidir. “Bahar gəlir”, “Qatar”, “Quzum” şeirlərinə yazılmış mahnılar uşaqların sevimlisinə çevrilib.

    2003-cü il. Azərbaycanın məşhur futbol hakimi Eldar Əzimzadə vəfat edib (1934-2003). E.Əzimzadə keçmiş SSRİ-nin tanınmış futbol hakimlərindən idi. O, üç dəfə SSRİ-nin ən yaxşı hakimi seçilib, doqquz dəfə ən yaxşı yeddi hakimi sırasına daxil olub. E.Əzimzadə futbol üzrə SSRİ çempionatında 148 matçda meydanda olub. 1980-ci ildə Moskvada keçirilən XXII Yay Olimpiya Oyunlarının futbol turnirinin final matçını (Çexoslovakiya-ADR) idarə edib. 1977-ci ildə Tunisdə yeniyetmələrdən ibarət milli komandalar arasında keçirilən birinci dünya çempionatında mərkəzi oyunlardan birini – Tunis-İspaniya görüşünü (1:1) idarə etdikdən sonra həmyerlimiz beynəlxalq dərəcəli hakim normasını ödəyib. Həmin il SSRİ birinciliyinin güclülər dəstəsində 100-dən artıq matça hakimlik etdiyinə görə E.Əzimzadə SSRİ Futbol Federasiyasının qızıl medalına layiq görülüb və o, dördüncü dəfə ölkənin on ən yaxşı hakimi siyahısına daxil olub.

    1880-ci il. Azərbaycanda ilk dəmir yolu istismara verilib. Azərbaycanda ilk dəmir yollarının çəkilişinə XIX əsrin 70-ci illərindən başlanılıb. 1878-ci ildə Bakı şəhərini neft mədənləri və neft korpusu ilə birləşdirən 25,2 verst uzunluğundakı dəmir yolu xəttinin inşasına icazə verilib. “Neft sahəsi” adlanan bu xətlərin tikintisi 1879-cu ilin sonunda başa çatdırılıb və 1880-ci il yanvarın 20-də istismara verilib. 1879-cu idə “Simens qardaşları” tərəfindən Gədəbəy mis-filiz mədəni və Qalakənd misəritmə zavodu arasında darxətli dəmir yolunun inşasına başlanıb və 29 verst uzunluğunda olan bu xəttin çəkilməsi 1884-cu ilin yanvarında başa çatdırılıb.

    Mənbə: http://www.azertag.az

  • «Azərikimya» İB-nin idarə və müəssisələrində 20 Yanvar faciəsi ilə bağlı anım tədbirləri keçirilmişdir

    SOCAR-ın bütün struktur bölmələrində olduğu kimi, «Azərikimya» İstehsalat Birliyinin Etilen-polietilen zavodunda və Təmir-tikinti İdarəsində də 20 Yanvar faciəsinin 27-ci ildönümü ilə əlaqədar geniş tədbirlər keçirilmişdir.
    Tədbirdən öncə kimyaçılar Birliyinin Etilen-polietilin zavodunun qarşısındakı meydan-çada torpaqlarımızın müdafiəsi uğrunda döyüşərək qəhrəmanlıqla şəhid olmuş 54 kimyaçının şərəfinə ucaldılmış xatirə kompleksini ziyarət etmiş, abidə önünə tər qərənfillər düzmüşlər.
    Sonra tədbir akt zalında davam etdirilmişdir. 20 Yanvar faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra, təd¬bir iştirakçıları xalqımızın azadlıq, istiqlal mübarizəsinin qarşısını hər cəhdlə almağa çalışan Sovet imperiyasının Bakıda və respublikamızın digər şəhər və rayonlarında tö¬rə¬tdikləri amansız qırğından, Kreml rəhbərliyinin Azərbaycana qarşı ədalətsiz, erməni¬pə¬rəst siyasətindən söhbət açmışlar. Qeyd olunmuşdur ki, 27 il bundan öncə – 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet imperiyasının nəhəng hərb maşını müstəqillik uğrunda aparılan milli azadlıq mübarizəsini qan gölündə boğmaq üçün bir neçə istiqamətdən Bakı üzərinə yeridi. XX əsrdə insanlığa qarşı törədilmiş zorakılığın, qeyri-insani rəftarın, işgəncələrin ən dəhşətlilərindən biri olmaqla, hər birimizin yaddaşına «qanlı şənbə ge¬cəsi» kimi həkk olunan bu hərbi təcavüz nəticəsində yüzlərlə vətəndaşımız şəhidlik zirvəsinə yüksəldi. Yaralananların, itkin düşənlərin sayı isə qat-qat artıq idi. Bu, yalnız yüzlərlə insanlara edilən qəsd deyil, bütövlükdə xalqımıza, millətimizə və respublikamıza qarşı həyata keçirilən bir cinayət aksiyası idi.
    Tədbirdə 1990-cı ilin 20 Yanvar faciəsindən dərhal sonra həyatını təhlükədə qoyaraq Azərbaycanın Moskvadakı daimi nümayəndə¬liyinə gələn, Bakıda baş verənlərlə bağlı həqiqəti bütün dünyaya çatdıraraq, bu cina¬yətin birbaşa təşkilatçısı olanları əli qana bulaşmış qatil adlandır¬an, xalqımızın azadlıq mübarizəsinin qələbəsində, müstəqilliyimizin qorunub saxlanılmasında, ölkəmizin bugünkü sürətli sosial-iqtisadi inkişafında müstəsna xidmətləri olan Ulu öndər Heydər Əliyevi minnətdarlıq hissi ilə xatırlanmış, 20 Yanvar öz torpaqlarının müdafiəsinə qalxmış, haqsızlığa və ədalətsizliyə qarşı öz haqq səsini ucaltmış, bunun müqabilində güclü və qansız düşmənlə üz-üzə qalmış dinc, əliyalın insanların mərdlik, rəşadət, qürur və qəhrəmanlıq tarixi adlandırılmışdır.
    Yanvarın 20-də isə kimyaçılar Sumqayıtın Şəhidlər xiyabanına gedərək, ölkəmizin azadlıq və istiqlaliyyəti uğrunda döyüşlərdə mərd mübarizlər kimi həlak olmuş Vətən şəhidlərinin məzarlarını ziyarət edəcək, xatirələrini ehtiramla yad edəcəklər.

  • İbrahim Səfinin yaradıcılığı haqqında bəzi məqamlar

    İbrahim Səfiyev 1898-ci ildə Naxçıvanın Şərur qəsəbəsində doğulmuşdur. Aşıq olan atasını üç yaşında ikən itirmişdir. Uşaqlıq illəri çətinliklər içində keçən İbrahim, kiçik yaşlarından rəsmə həvəs göstərmişdir,12 yaşında ikən «Araz balıqçıları» adlı ilk rəsmini çəkmişdir. 1924-1925-ci illərdə Atatürkün portretini çəkən ilk rəssamlardan olan İbrahim Səfiyev (1898-1983), birinci dünya savaşından sonra Türkiyədə məskunlaşan naxçıvanlı Azərbaycan rəssamıdır. Rəssamın qalın rəng mozaikasından yoğrulmuş portretlərdə psixoloji məqamlar çox güclüdür. Hiss və duyğuların çox güclü olduğu əsərlərdə biçim və rənglərdəki lirika böyük ustalıqla vurğulanır. Əsərlərdəki təkrarsız kompozisiya biçimləri rəng həlli və bədii şəhri də müxtəlif məziyyətləri aşkarlamağa xidmət edir. Tabloların rəng həlli rəssamın keçirdiyi hiss duyğularının ünvanını dəqiq şərtləndirir.

    Müxtlif sənət cərəyanlarına, təzadlı rəssamlıq üslublarına yaxından bələd olan İbrahim Şəfı yaradıcılığında realizmə üstünlük vermiş, dünya incəsənətinin mütərəqqi ənənələrini davam etdirmişdir. Boyakarlığın müxtəlif janrlarında çoxlu tablo, o cümlədən mənzərələr («Otel» parkı tərəfdən Bursa görünüşü», «Anadolu sahilinin görünüşü», «Qarxana rayonu», «Sultaniyyə məsçidindən bir görünüş», «Mənzərə» və s.), natürmortlar («Gül vazası», «Natürmort» və s.), portretlər («Qadın portreti», «Portret», «Qərəzli musiqiçi Hafızin portreti», «Zərrux xanımın portreti» və s.) yaratmışdır. Bəzi mənzərə və natürmortların şux, şəffaf kaloriti, rənglərin oynaqlığı onu fransız impressionistlərinə yaxınlaşdırır, impressionizmin naturaya gətirdiyi işığa, parlaqlığa, kolorit gözəlliyinə aludəçiliyi göstərir («Burqaz adası tərəfdən Anadolu sahillərinin görünüşü», «Bursa dağında düzənlik», «Bosfordan bir mənzərə», «Qış mənzərəsi», «Anadolunun görünüşü» və s.) əsərlərində bir çox ölkələrə səfər təəssüratları əksini tapmışdır. Türkiyədə, həmçinin Fransa, Avstriya, ABŞ, İsveçrə və s. ölkələrdə fərdi sərgiləri nümayiş etdirilmişdir. Mənzərə, portret və natürmortlarından ibarət bəzi əsərlərini Nizami adına Azərbaycan Ədəbiyyatı muzeyinə bağışlamış, bir neçə əsəri 1989 ildə Bakıda keçirilən «Əzizim vətən yaxşı…» sərgisinin ekspozisiyasına daxil edilmişdir. Əsərləri Türkiyədə və dünya muzeylərində, o cümlədən şəxsi kolleksiyalarda, R.Mustafayev adına Azərbaycan İncəsənət Muzeyində saxlanılır.

    \

    \

    Görkəmli rəssam İbrahim Səfi dünyasını dəyişsədə , ondan yadigar qalan gözəl əsərləri onu həmişə insanların qəlbində yaşadacaq.

    İki görkəmli rəssam Naci Kalmukoğlu və İbrahim Səfi (şapkalı olan).

    İbrahim Səfi rəsm əsərlərinin əhatəsində.

    İbrahim Səfi haqqında 15 mart 1969-cü ildə Ədəbiyyat və İncəsənət qazetində dərc edilən məqalə.

    Rəssamın 1969-cü ildə ildə keçirilən sərgisinə dəvəti.

    1967-ci ildə rəssamın rəsm sərgisi.

    Qaziantep Universitetinin mədəniyyət və sənət mərkəzində İbrahim Səfinin “Türk bəstəkalarının portretləri” sərgisi.

    İbrahim Səfinin əsərləri Türkiyə, Azərbaycan və digər ölkələrdə fəaliyyət göstərən müxtəlif mədəniyyət yönümlü portallarda dərc olunaraq, ictimaiyyət nümayəndələrinin nəzərinə çatdırılır.

    Orxan Musayev

  • Riyaz DEMİRÇİ.Yeni şiirler

    rdh

    Azerbaycanın Kültür ve Edebiyat Portalının Irak temsilcisi

    Geleceğim Karabağım

    Gülün-çiçeğin dermeğe,
    Gerekse canım vermeğe,
    Duşmanın bağrın yarmağe
    Geleceğim,Karabağım.

    Doğulandan hayal kurdum,
    Görenlereden seni sordum,
    Benim doğma ata yurdum,
    Geleceğim,Karabağım.

    Açmaz oldu harı bülbül,
    Kan-yaş dokdü sarı bülbül,
    Bulamadı yarı bülbül,
    Geleceğim,Karabağım.

    Aç kolunu bana nolur,
    Kıyma yanana cana nolur,
    Koy sarılım sana nolur,
    Geleceğim,karabağım

    Kar tutsa da çölün-düzün,
    Açılmazsa bahar-yazın,
    Bağlansa da yolun-izin,
    Geleceğim,Karabağım.

    Hasretinden yüzüm solub,
    Dertlerine çare bulub,
    Gök yüzünde bulut olub,
    Geleceğim,Karabağım.

    Dumanında kayb olmağa,
    Kemanın,tarın çalmağa,
    Sende rahatlık bulmağa,
    Geleceğim,Karabağım.

    Verirmisin

    Seni gördüm, aklım gitti
    Tek dünyama, girirmisin?
    Kış mevsimim, bugün bitti
    Elin bana, verirmisin?

    Koyma yürek, dertten dolsun,
    Hasret gelip, beni bulsun,
    Aşkımızın, gülü solsun,
    Elin bana, verirmisin?

    Gözlerimden, kan dökülür
    Sevgin canda, bel bükülür
    Yaram kanar, hem sökülür
    Elin bana, verirmisin?

    Dön geriye yüzüme bak
    Unut gitsin geçmişi yak
    Elyansımı, parmağa tak
    Elin bana, verirmisin?

  • Esat ERBİL.”Vay Azerbaycan”

    01

    Azerbaycanın Kültür ve Edebiyat Portalının Irak temsilcisi

    Yanvar Katliami :
    19 – 20 Yanvar 1990 tarihinde güzel Azerbaycan topraklarını bozmak isteyen hayin Moskoflar, Azerbaycan – Bakiye saldırarak, 137 – 170 arası temiz kanlı öz Türk soyumuz şehit olarak cani ve canavar soviyyetler Mutefiklerinin saldırı nedeiyle, kurbanlar verdik. Onların ruhu şad ve mekanları Cennet Yüce Allahtan dilerken, bu şiirimi tüm Kahraman Azerbaycan Halkına armağan ediyorum.

    Aras Çayından baktım, bölünmüş ne çar,
    Milliyetçi gönlünde, yaralar açar,
    Karabağ Toprağından, yazık ki kaçar,
    Sinesi paralanmış, vay Azerbaycan,
    Kalbi de yaralanmış, vay Azerbaycan.

    Aras Çayından baktım, suyu zor akar,
    İran kesimindeki, Azere bakar,
    Bu çok ağır manzara, gönlümü yakar,
    Sinesi paralanmış, vay Azerbaycan,
    Kalbi de yaralanmış, vay Azerbaycan.

    Aras Çayından baktım, sular ağlıyor,
    Esir, satılan toprak, yara bağlıyor,
    Her damlası bin hasret, yürek dağlıyor,
    Sinesi paralanmış, vay Azerbaycan,
    Kalbi de yaralanmış, vay Azerbaycan.

    20 yanver yarası, derindi bizde,
    Tarihte kara lekke, bıraktı yüzde,
    Unutulmaz katliam, şehit çok sizde,
    Sinesi paralanmış, vay Azerbaycan,
    Kalbi de yaralanmış, vay Azerbaycan.

    Hey (Esat) çaren yok, üzülme dayan,
    Tarihin yazacaklar, görenle duyan,
    Ey aslan turan gencı, yatmışsan uyan,
    Sinesi paralanmış, vay Azerbaycan,
    Kalbi de yaralanmış, vay Azerbaycan.

  • Насиба Егембердиева.”Күзде есе…”

    Көктемде тау жаңғағы көзді қуантырды

    Тау жаңғағы жетілмей тұрып, “басқалар теріп кетпесін”, деген қауіппен қаға бастады. Бейшара ағаш адам баласына мəуесін түйіп бергені үшін таяақ жей бастады. Есепсіз аямай ұрды. Ағаштың жапырақтары көз жас сияқты төгілді. Бірақ адам балалары бұған назар аударған жоқ. Əлі тірі жапырақтарды таптады. “Ағаштың таяақ жеген шақтары, наудасы да азап көрді, азап бердік – ау”, деген пікір ешкімнің ойына келмеді.
    Бұл ғой, ағаш, тілсіз, біздің түсінігімізде жансыз бір нəрсе. Ағашты ұрып, сабалап қоя салсақ мейлі еді.
    Өмірде…
    Өз жанымызда бірге жасап жатқан адамдарды ауыр сөз таяағы мен сабалаймыз. Жүректері қан қақсап кесте де сабалай береміз. Оның үнді көз жасына, үнсіз қайғысына назар аудармаймыз. Сабалап – сабалап жанымыз кіреді. Ағашты ұрудағы мақсат мəуесін теріп алу. Ал адамдарды сабалап не теріп аламыз?
    Күнəлəрімізді көбейткен қапты толтырамыз ба? Жаңғақ тола қапты арқалап базарға асығамыз. Күнəміз тола қапты арқалап қайда барамыз?..

  • Riyaz DEMİRÇİ.Yeni şiirler

    rdh

    Azerbaycanın Kültür ve Edebiyat Portalının Irak temsilcisi

    Ne güzel demiş büyük şairimiz rahmetli Bextiyar Vahap Zade Nur içinde Yatsın

    Bir şirin, bir gözəl söz istəyirəm
    , Hər sözü, söhbəti düz istəyirəm
    Bircə baxışıyla yanan qəlbimi
    Görməyi bacaran göz istəyirəm.

    Bəxtiyar Vahabzadə

    Bende buna cevap yazarak şöyle diyorum

    Her şeyin aslını öz isteyirem
    Bu Könlümü yakan göz isteyirem
    Okyanuslar sepsen ateşim sönmez
    O şirin dilinden söz isteyirem

    * * *

    Gül ettin sen
    Kul ettin sen
    Kül ettin sen
    Beni güzel

    Sen dağlattın
    Sen bağlattın
    Sen ağlattın
    Beni güzel

    Sandırma sen?
    Kan dırma sen?
    Yandırma sen?
    Beni güzel

  • Esat ERBİL.”XOCALIDIR KAN DESTANIM”

    03

    Azerbaycanın Kültür ve Edebiyat Portalının Irak temsilcisi

    Yürek dolu yer kalmadı,
    Bir gün bizi gam salmadı,
    Gönül arzum hiç bulmadı,
    Birleşeydi tüm Türk dilin,
    Hasretiyiz Turan Elin.

    Yıllar oldu hasret bitmez,
    Başımızdan dertler gitmez,
    Xocalılar kanı itmez,
    Birleşeydi tüm Türk dilin,
    Hasretiyiz Turan Elin.

    Karabağla Xocalı il,
    Aramızdan geçmesin kil,
    Özgürlüğün yönlerin bil,
    Birleşeydi tüm Türk dilin,
    Hasretiyiz Turan Elin.

    Ne çok toprağ ellerdedir,
    Anneler gözü yoldadır,
    Ağır yükler Türk beldedir,
    Birleşeydi tüm Türk dilin,
    Hasretiyiz Turan Elin.

    Turan eli hür kalacak,
    Türk özgürlük hep alacak,
    Halk gafleti gör salacak,
    Birleşeydi tüm Türk dilin,
    Hasretiyiz Turan Elin.

    Ana yurttan ayrı kaldım,
    Azerbaycan atam daldım,
    Öz yurdumu gidip saldım,
    Birleşeydi tüm Türk dilin,
    Hasretiyiz Turan Elin.

    Xocalıdır Kan Destanım,
    Karabağda öz Vatanım,
    Kayser, Şahla Yurt satanım,
    Birleşeydi tüm Türk dilin,
    Hasretiyiz Turan Elin.

  • Həyat gözəldir

    Dünyada insanlar həm fiziki görkəmlərinə, həm də xarakterlərinə görə bir-birindən fərqlənirlər

    Dünyada insanlar həm fiziki görkəmlərinə, həm də xarakterlərinə görə bir-birindən fərqlənirlər. Hər insanın barmaq izləri necə fərqlidirsə, təbiəti də, istəyi də, düşüncəsi də, arzuları da eyni deyil. Bütün fərqliliklərə baxmayaq, həyat çox gözəldir, əsas odur ki, həyatımızda yaradılan hikmətləri görə bilək. Çünki Allah həm qədərimizdə, həm xarici görkəmimizdə, həm də təbiətimizdə yaratdığı hər şeyi bizim üçün sonsuz xeyir və gözəlliklərlə yaradıb.

    Ətrafımızdakı insanları qısaca olaraq nəzərdən keçirək, bəzi insanlar əsəbi, bəzi insanlar sakit, bəzi insanlar mehriban, bəziləri aqressivdir. Bu nümunələrin sayını istədiyimiz qədər artıra bilərik. Özümüzü də düşünsək, görərik ki, bizim də həm müsbət, həm də bir çox mənfi yönlərimiz var. Digər insanlarla bənzərliklərimiz və fərqliliklərimiz ola bilər, ancaq hər bir insandan fərqlənirik. Çünki Allah hər birimizi özəl yaradıb, verdiyi və vermədiyi hər şeylə də bizi imtahan edir.

    Əməl baxımından hansınızın daha yaxşı olduğunuzu sınamaq üçün ölümü və həyatı yaradan Odur. O, Qüdrətlidir, Bağışlayandır. (Mülk surəsi, 2)

    Dünya imtahan yeridir, Allah dünyanı bizi imtahan etmək üçün yaradıb. Dünyadakı fərqliliklərin də səbəbi məhz budur ­– imtahan olunmaq. Hər insanın xarakterində mütləq mənfi yönlər ola bilər, həyatımızda istəmədiyimiz hadisələr baş verə bilər, Allah bunları həm acizliklərimizi görmək, həm üzərimizdə çalışaraq bunları özümüzdən uzaqlaşdırmaq üçün xüsusi yaradıb. Əslində, həm qədərimizdə, həm də xarakterimizdə və ətrafımızda “mənfi” kimi görünən bir çox hadisə gözəlliklər və hikmətlərlə yaradılıb. Məsələn, əsəbi bir insanı düşünək. Bu insan özündən tez çıxır, xoşagəlməz hadisə ilə qarşılaşdıqda dərhal əsəbiləşir. Əsəbi olmaq o insanın əskikliyi deyil, ola bilsin, ya uşaqlıqdan yaşadığı hadisələr onda elə təsir buraxıb, ya da xarakteri belədir. Ancaq insan Allahın izni ilə bu xüsusiyyətinin üzərində çalışıb çox səbirli və təmkinli ola bilər. Çünki əsəbiləşmək Quran əxlaqına uyğun deyil, Allah səbirli insanı sevir. İnsan hadisələrin xeyirlərini görə bilsə, əsəbiləşməyinə səbəb də qalmaz.

    Bundan başqa, insanın yaşadığı hər hadisə qədərində mövcuddur. Allah hər bir bəndəsi üçün mütləq xeyir diləyir, axirətdə onu sonsuz gözəl həyatla yaşatmaq istəyir. Cənnət həyatına layiq olsunlar deyə Allah qullarını dünyada imtahan edir. Bu həm iman gətirən, həm də iman gətirməyən insanlara aiddir. Allah müxtəlif imtahanlarla insanları düşünməyə və imana yönəldir. Dünyadakı nemətlər və gözəlliklər yenə imtahanın gərəyi olaraq iman gətirən və gətirməyən bütün insanlara təqdim olunmuşdur, amma axirətdə aradakı fərq bəlli olacaq və bu nemətlər yalnız iman gətirənlərə nəsib olacaq.

    Hər bir halda, insana düşən vəzifə daim Allaha güvənməkdir, Allah insanın qədərində nəyi təqdir edibsə, o həmin insan üçün ən gözəl qədərdir. Ancaq bir şeyə diqqət yetirmək lazımdır: insan düşünməməlidir ki, həyatında hər şey ürəyincə olsa, o zaman xoşbəxt olacaq. Sevinc, xoşbəxtlik, gözəlliklər birdən-birə yaşanmır, insan gərək hər zaman Allah tərəfdarı olsun, Allahın ona dost olduğunu, onun üçün hər zaman xeyir və gözəlliklər dilədiyini görə bilsin, bunun üçün ağıl və iradə tətbiq etsin. Yoxsa insan istədiyi və xəyal qurduğu həyatı hər detalına qədər yaşaya bilər, ancaq o həyat insana sevinc deyil, sıxıntı və hüzursuzluq verə bilər. Odur ki, həyat gözəldir, əsas olan o gözəllikləri görə bilən gözlərə sahib olaq inşaAllah.

    Firuzə Həsənzadə

  • Zəngin qitənin yoxsul insanları

    Afrika dünyanın ən yoxsul və ən az inkişaf etmiş qitəsidir. Dünyadakı ən kasıb 49 ölkədən 34-ü Afrikadadır.

    Aclıq deyildikdə ilk olaraq ağlımıza Afrika qitəsində yaşayan insanlar gəlir.

    Afrika dünyanın ən yoxsul və ən az inkişaf etmiş qitəsidir. Dünyadakı ən kasıb 49 ölkədən 34-ü Afrikadadır.

    BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının hesabatlarına görə, bu qitədə 40 milyona yaxın insan xroniki aclıq təhlükəsi ilə üz-üzədir.

    BMT hesabatlarında Somalidə uzun müddətdir davam edən quraqlığa görə 305 min uşağın kifayət qədər qidalanmadığı, 58.300 uşağın ölüm təhlükəsi ilə qarşı-qarşıya olduğu açıqlanır. Əhalinin 40%-nin, yəni 4.7 milyon insanın humanitar yardıma ehtiyacı var. Efiopiyada yağış yağmadığına görə, 10 milyondan çox insanın ərzaq yardımına ehtiyacı var.

    Lakin qitə sahib olduğu faydalı qazıntılara və imkanlara görə dünyanın əz zəngin qitəsidir. Dünyadakı qaz ehtiyatlarının 8%-nə malikdir. 45 ölkədə neft yataqları var.

    Dünyadakı kobaltın 57%-i, almazın 47%-i, manqanın 49%-i, fosfatın 31%-i, qızılın isə 21%-i bu qitədə yerləşir. Əkinçiliyə əlverişli əraziləri olduqca çoxdur. Dünyanın bir çox ölkəsi bu qitədə torpaq icarəyə götürərək kənd təsərrüfatı ilə məşğul olur.

    Sırf sahib olduğu bu zənginliklər qitənin inkişaf etmiş ölkələr tərəfindən istismar edilməsinə səbəb olmuşdur. Başda İngiltərə, Fransa olmaqla, Afrika ölkələri Avropaya “borc ödəyir”.

    Təkcə İngiltərə banklarında Nigeriyadan alınan 50 milyard dollar məbləğində pul var.Fransa isə köhnə müstəmləkəsi olan 14 Afrika ölkəsindən ildə 500 milyard dollar “koloniya” vergisi alır.

    Məqsədyönlü şəkildə vətəndaş müharibələri, qəbilə münaqişələri yaradılır. Terror qruplaşmalarının həyata keçirdiyi terrorlar siyasi və sosial sabitliyəmane olur. Silah sənayesi üçün qitə çox əlverişlidir. Silah və hərbi sursat satışını artırmaq üçün regionda terror təşkilatları, üsyançı qruplar vasitəsilə müharibələr sakitləşmək bilmir. Afrikaya silah satışından ən böyük gəliri ABŞ, Çin, İngiltərə, Rusiya, Fransa, Almaniya, İsrail, Hindistan, İtaliya və İspaniya əldə edir. Qəribə olan isə budur ki, dünya sülhünü təmin etmək naminə BMT-nin Təhlükəsizlik Şurasının daimi üzvü olan beş ölkə də (ABŞ, Çin, İngiltərə, Rusiya, Fransa) bunların arasındadır.

    Qitəyə edilən yardımlar daha çox göstəriş üçün edilir və çox vaxt da insan sağlamlığına zıyanlı qidalar olur, genetikası dəyişilmiş qidalar afrikalılar üzərində sınaqdan keçirilir.

    Vəziyyət budur, “mədəni” ölkələr tərəfindən yeraltı və yerüstü sərvətləri talan edilən, insanları aclıqdan, yoluxucu xəstəliklərdən, süni şəkildə yaradılan müharibələrdə ölən, dünyanın ən zəngin qitəsi…

    Digər tərəfdən isə dünya miqyasında tonlarla qida israf edilir: istehsal edilən qidanın üçdə biri istehlak edilmədən atılır.

    Yoxsulluq və aclıq probleminin həlli üçün görülən tədbirlər isə nəticəsiz qalır. Bunun səbəbi isə gözəl əxlaqın, yəni Quran əxlaqının yaşanmadığı üçün ədalətsiz rejimin, hər kəsin öz mənfəətini güddüyü, zəiflərin əzildiyi mühitin yaranmasındadır. O yerdə ki hər kəs ancaq öz mənfəətini düşünür, orada sıxıntılar bitməz. Bunun əksi olanda isə, yəni gözəl əxlaq hakim olarsa, o zaman insanlarda yardımlaşmaq, başqasının haqqına girməmək, ölçüdə və çəkidə aldatmamaq, hər kəsin haqqını özünə vermək, israf etməmək və s. kimi xususiyyətlər yaranar. Bu cür cəmiyyətdə isə yoxsulluq azalar, bərəkət olar, zənginlik artar.

    Aysel Vəlizadə

  • Əziz MUSA.Yeni şeirlər

    em

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru,
    Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

    BU QIZIN

    Elə bil ki, bir lalədi yanağı,
    Qızılgüldü yaraşıqlı dodağı,
    Çiçək açır hara dəysə ayağı,
    Hər kipriyi sanki oxdu, bu qızın.

    Boy-buxunu tamaşadı, tamaşa,
    Tanrı özü sürmə çəkib göz, qaşa,
    Yanağında yaraşıqlı xal qoşa,
    Naz, qəmzəsi yaman çoxdu, bu qızın.

    Ürəyimdə məhəbbəti dənizdi,
    Gülərüzdü, mehribandı, əzizdi,
    Baxışları Aydan, Gündən təmizdi,
    Alnı açıq, gözü toxdu, bu qızın.

    Yerə, göyə yaraşıqdı əzəldən,
    Çəkmək olmur gözü belə gözəldən,
    Şipşirindi min şeirdən, qəzəldən,
    Çiçək kimi açıb baxtı, bu qızın,

    Arzusudu, istəyidi hər kəsin,
    Dünya hələ görməyibdi beləsin,
    Söylə axı, Əziz Musa neyləsin,
    Bir insafı vallah yoxdu, bu qızın.

    GÖZƏL

    Baxışın nurludu,gözün gözəldi,
    Dodağın qönçədi,üzün gözəldi,
    CamalIn aləmdi,sözün gözəldi,
    Sən mənim canımsan, gözümsən, gözəl.

    Sevginlə bəzənib könül sarayım,
    Sən mənim qismətim, sən mənim payım,
    Ömrümü bəzəyən Günəşim, Ayım,
    Sən mənim canımsan, gözümsən, gözəl.

    Ətirli bir gülsən, incə çiçəksən,
    Cənnət hürüsüsən, nazlı mələksən,
    Ən gözəl, ən şirin arzu, diləksən,
    Sən mənim canımsan, gözümsən, gözəl.

    Min nəğmə qoşaram sənin adına,
    Alışıb, yanaram eşqin oduna,
    Bal, şəkər qataram xoş həyatına,
    Sən mənim canımsan, gözümsən, gözəl.

    Günəşsən, başına Ay tək dolannam,
    Sən varsan göyləri , yerləri dannam,
    Mən Əziz Musayam, eşqinlə yannam,
    Sən mənim canımsan, gözümsən gözəl.

  • Zeynəb DƏRBƏNDLİ.Yeni şeirlər

    11665411_1690704784490598_9087155491968421030_n

    Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyi və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının “Cənubi Qafqaz Xalqları üzrə xüsusi müxbir”i,
    İraq Türkmən Yazarlar Birliyinin, Dərbənd Ədəbiyyatçılar Birliyinin, Azərbaycan Yazıçılar Birliyinin üzvü

    ÜŞÜDÜR

    Hər əlimə aldığım,
    Gülüm məni üşüdür.
    İçimi köz eyləyən,
    Külüm məni üşüdür.

    Heç kəsi qınamayan,
    Dost düşmən sınamayan.
    Yalanı tanımayan,
    Dilim məni üşüdür.

    Dərddən qəmdən göynəyən,
    Hicrana baş əyməyən.
    Yar əlinə dəyməyən,
    Əlim məni üşüdür.

    Həsrət məni dondurur,
    Dərdlərimi dandırır.
    İçim məni yandırır,
    Çölüm məni üşüdür.

    Qəmdir həyatı sökən,
    Gözümüzdən yaş tökən.
    Üzümə pərdə çəkən,
    Telim məni üşüdür.

    Zeynəb, dayanıb zaman,
    Dərd içindəsən hər an,
    Qaş gözümdə dolanan,
    Ölüm məni üşüdür.

    QƏRİB DÜNYA

    Bu qərib dünyanın, iki üzü var,
    Biri ağa baxır, biri qaraya.
    Bəzən şirin şirin oxşayır bizi,
    Bəzən də duz səpir, qanlı yaraya.

    Bu qərib dünyanın, iki üzü var,
    Biri sevin süzür, biri qəm süzür.
    Arabir bizləri güldürür, gülür,
    Arabir ağladır, öldürür, üzür.

    Bu qərib dünyanın, iki üzü var,
    Biri ağı oxşayır, biri qaranı.
    Gah sevinc bəxş edi, şənlik düzəldir,
    Gahda hiylə ilə vurur aranı.

    Bu qərib dünyanın, iki üzü var,
    Biri toy için, biri yas qurur.
    Zeynəb Dərbəndlinin, içi sızlayır,
    Ya zümzümə edir, gah qəmgin durur.

  • Nəcibə İLKİN.”Sevgi tərsə dönəndə….”

    ni

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    “Azad qələm” ədəbi-bədii, ictimai-publisistik qəzetinin və
    “Ali Ziya” ədəbi-bədii, elmi-publisistik jurnalının təsisçisi və baş redaktoru

    Aman Allah məhəbbət
    Bir cəllada dönərmiş!
    O gülüşlər, sevinclər..
    Ürəklərdə yox olub,
    Birdəfəlik sönərmiş.
    Məhəbbətin alovu
    çəkilərmiş qınına
    Həsrət də sevgisini
    gizlicə haraylayıb
    çağırarmış yanına
    Sevgi tərsə dönəndə….
    Eşqin qığılcımları
    Qarsalayıb üzünü,
    Deməkdə aciziymiş
    səadət də sözünü
    Nə buluddan hay olar,
    Nə göz yaşından haray,
    Könül də yetim qalar
    Sevgi tərsə dönəndə..

  • Nail DAĞLAROĞLU.Yeni şeirlər

    n

    * * *

    Bir nadanın düşüncəsiz sözündən,
    Cat verib özünün öldürmə, ürək!
    Məni istəməyən var bu dünyada,
    Düşməni gəl mənə güldürmə, ürək!

    Bütün maniyəni qət elə, haxla,
    sahibini tez-tez düşündə yoxla.
    Ağrı acıları sonraya saxla,
    Dərdini düşmənə bildirmə, ürək!

    Ətdən yaranmısan daşha deyilsən,
    Demirəm kimsəyə nə sın əyil sən!
    Acıya ağrıya salma meyil sən,
    Naili həyatdan sildirmə, ürək!

    Bəs nədi
    (divani)

    Bu dünyada sevincindən çoşa gələn az olar,
    Bizi yaman gənə salan dərd deyilsə bəs nədi?.
    Bir ox kimi ürəyindən elə sancar insanı,
    Bu qüssələr qananlara sərt deyilsə bəs nədi?.

    Hər bir dərdin arxasında gərək dərdibənd*1 ola,
    Zalım fələk bəndəsiylə nola gedə düz yola.
    De kim dözər böylə dərdə, bülbül ölə gül sola,
    Böylə qəmlər qananlara pərt deyilsə bəs nədi?.

    Nail dərdə sinə gərdi yaman yordu bu yollar,
    Bircə xərci ödəmədi min bir fikri-xəyallar.
    Çoxunun gözündə qaldı arzu, istək, amallar,
    Bu dünyada dərdə dözən mərd deyilsə bəs nədi?.

    1. Dərdə dözən*

  • Qalib ŞAMXALOĞLU.Yeni şeirlər

    qsm

    * * *

    Könlüm yenə dövranın əlindən fəğan eylər
    Dövran isə öz zülmünü hər bir zaman eylər

    Bülbül kimi gül eşqinə min nəğmə dedim mən
    Hər kəlməsi qəmginləri çox şadiman eylər

    Haqq aşiqitək əhli qələm içrə yerim var
    Bilməm ki , kimə yazdığım əşar ziyan eylər

    Gördüm bu fəqir məmləkəti ahü zar ilə
    «Xoşbəxt gələcək tez gələcək» bir güman eylər

    Aciz və zəlil millətitək binəva Qalib
    Düşmən komasın zillət ilə xaniman eylər

    * * *

    Ayrılıqda çəkirik «ah» sən bir cürə, mən bir cürə
    Yuxusuz acırıq sabah sən bir cürə, mən bir cürə

    Nədən oldu bu ayrılıq, nədən düşdü aralığa
    Usanmadan etdik günah sən bir cürə, mən bir cürə

    Razi dilim əyan oldu, xəbər tutdu bütün cahan
    Әbəs pünhan tutduq vallah, sən bir cürə, mən bir cürə

    Yara vurub qəlbimizə zalım, amansız ayrılıq
    Әriyərik in şə Allah sən bir cürə, mən bir cürə

    Alıbdır eşq əqlimizi, ikimiz də divanəyik
    Şükür, olduq eşqə ürcah sən bir cürə, mən bir cürə

    İnciyərək yar yarından öz həyatın puç eyləyər
    Qəhr ilə olluq Mehrü Mah sən bir cürə, mən bir cürə

    Әziyyət çək, Qalib deyir, baş hərflərə sal nəzər
    Məhəbbətlə olaq gümrah sən bir cürə, mən bir cürə

  • Rahilə DÖVRAN.Yeni şeirlər

    rahileanam

    Şairə-jurnalist-publisist
    Azərbaycan Yazıçılar Birliyinin üzvü,
    “Qızıl qələm” media mükafatı laureatı,

    YAVAŞ- YAVAŞ

    “Könül dəftərim silsiləsindən”

    Axdı qəlbdən dilə, bir neçə kəlmə,
    Söyləyim, qulaq as, sən yavaş- yavaş.
    Toxunur könlümə qəm ilmə- ilmə,
    Dərddə qərq oluram, mən yavaş- yavaş.

    Diləklər,duyğular, hisslər dum- duru,
    Zaman alazlayır əqli, şüuru.
    Qürub Günəş kimi gözümün nuru,
    Ələnir saçıma, dən yavaş- yavaş.

    Artıq söz dinləmir vücud, qamət də,
    Əllərim, ayağım donub heyrətdə.
    Dadıma çatmayır hünər, qeyrət də,
    Bitir dəyirmanda ,dən yavaş- yavaş.

    Yaxamdan əl çəkmir dərd, bəla, qada,
    Gərəksiz olmuşam qohuma, yada.
    Xəyal da, güman da, çatmayır dada,
    Itir zehin, yaddaş, zənn yavaş- yavaş.

    Ümidim, pənahım,tək Ulu Rəbbim,
    Ey Dövran,Onunçün döyünür qəlbim.
    Allahın lütfüdür ilhamım, təbim,
    Çəkilsin başımdan, çən yavaş- yavaş…

    YAZIQ ŞEYTAN

    Rəbb bəxş edən ömürü,
    Insafsızca taladıq.
    Şeytanmı verdi əmri?
    Suçu- suça caladıq.

    Çox vaxt səbəb tapıldı,
    Dedik ,-nadan olmuşuq.
    Şeytana şər atıldı,
    Dedik,,- ona uymuşuq.

    Hər günaha baş vurub,
    Etdik,- ”lənət şeytana”.
    Şər əməldən tor qurub,
    Onu gətirdik çana.

    Dolayaraq barmağa,
    Biz şeytanın zəncirin.
    Saldıq tora, qarmağa,
    Öyrəndik şərin sirrin.

    Düşübdür ixtisara,
    Yazıq şeytanın işi.
    Qalıb ağlar, biçara,
    Kimsəyə batmır dişi…

  • Polad SABİRLİ.Yeni şeirlər

    Polad Sabirli

    Özünə çıxmırsan yiyə, ürəyim

    Hər vaxt duaçıyam uca Allaha,
    Ayaq qazıyanlar uzaq olaydı.
    Mənim təmiz adım hər şeydən baha,
    Təkcə özü mənə dayaq olaydı.

    Çəkdiyim acını qüdrətimlə mən,
    Gizli saxlamışam gülüşlərimdə.
    Hər kəsə qayğımla, diqqətimlə mən,
    Nümunə olmuşam hər işlərimdə.

    Düşmən hiyləsindən qorxmuram qəti,
    Dost kimi üzümə güləndən aman.
    Malımı tən yarı böldüm xəlvəti,
    Ürəyi yarıya böləndən aman.

    Kiminin başını dili saxlayır,
    Kimininsə dili başından yekə.
    Səhv meydan sulayır, doğru laxlayır,
    Qalmışam haqq yola göz dikə-dikə.

    Sözün yollarında azmamaq üçün,
    Həyəcan içində azan da mənəm.
    Gözüm yuxu şeirin yazmamaq üçün,
    Şerini gecələr yazan da mənəm.

    Könül dincliyimə etibarsızam,
    Mənə etibarlı olsunlar deyə.
    Gözüm, könlüm toxdur ixtiyarsızam,
    Sanki,imarətdir qurduğum dəyə.

    Çox da narahatam, dolmuşam yaman,
    Elə savaşdayam özüm-özümlə.
    Qəzəbdən gözümü tutubdu duman,
    Amma gələn də var mənim izimlə.

    Dərim boğazımdan çıxmayaydı kaş,
    Canım boğazımdan çıxınca mənim.
    Heç kim bu halıma etməsin təlaş,
    Bu günə örnəkdi sabah – dünənim.

    Mənə yaşamağa mane olursan,
    Belə incidirsən niyə,ürəyim?!
    Hamının halına çox acıyırsan,
    Özünə çıxmırsan yiyə, ürəyim.

    Çiçək bitirdi daşım

    Naxış vuran vaxtı dəmbədəm – sözə,
    Çəkmək istəmirəm nəfəsimi mən.
    Dursa da mənimlə çoxu göz-gözə,
    Öz içimdə boğdum həvəsimi mən.

    Təkbətək qalanda özüm-özümlə,
    Təkcə şeirlərim oldu həmdəmim.
    Çoxları var yığır düzüm-düzümlə,
    Mənimsə şeirdi, sözdü məlhəmim.

    Kinayə atmadım, eyham etmədim,
    Qovruldum qorğatək sac üstə yandım.
    Özgə qapılarda gedib bitmədim,
    Həqiqət yolunda haqqla dayandım.

    Macalım olmadı qaldım sərgərdan,
    Kim mənə nə verdi, nədə ki,ala.
    Vəfadan savayı nə umdum yardan?!
    Mən ki,önəm verdim əqlə,kamala.

    Ailə kişinin namus, qeyrəti,
    Kişini ucaldan, yıxan da qadın.
    Mən eşqin yolundan dönmərəm qəti,
    Ömrə günəş kimi çıxan da qadın.

    Eşq üçün əridim mən gilə-gilə,
    Başıma tac oldu ömür yoldaşım.
    Poladdan betərin görmədim hələ,
    Yarı sevdim, çiçək bitirdi daşım!

    15.07.2016.

  • Abdulla MƏMMƏD.”Babadağ”

    abdullamuellim

    Qarlı cığırları qoynuna salıb,
    Dərin fikirlərə dalıb Babadağ,
    Çay ilə sürünüb gələn dumandan,
    Çiyninə yapıncı salıb Babadağ.

    Gündüzlər əlləri Günəşə çatır,
    Gecələr köksündə Ay ocaq çatır.
    Qoynuna sığınan murada çatır,
    İnsana ümidgah olub Babadağ.

    Papağı buluddan, saçları qardan,
    Görmədim heç belə dağ, saç ağardan!
    Ayırır buludu-ağı qaradan,
    Göyləri çiyninə alıb Babadağ.

    Ulular ulusu, dağlar dağıdır,
    Dərdi də udanda dağım dağ udur.
    Bilirəm-köksünü həsrət dağıdır,
    Gözün Savalanda qalıb, Babadağ.

    Ucalıq görmədim Babadağ kimi,
    Durur gözlərimdə babam dağ kimi.
    Gəl öpüm üzündən, babam, dağ kimi,
    Dağ kimi qüssəni alıb Babadağ.

    Mən də bir övladın, mən də bir dağın,
    Mənə də yer eylə qoynunda, dağım.
    Dağıdıb dumanı hey dağım-dağım,
    Qolumu boynuna salım, Babadağ!

    Azərbaycan.Quba.
    Qarxun kəndi 1990.

  • Mais TƏMKİN.”Sən tanımasan da, olar!”

    mt

    Deyirsən: ,, Yox, tanımıram,”
    Sən tanımasan da, olar.
    Səni heç də qınamıram,
    Sən tanımasan da , olar.

    Qartal gəzən dağda varam,
    Bülbül uçan bağda varam,
    Budaqda, yarpaqda varam,
    Sən tanımasan da , olar…

    Həm bəmdənəm, həm zildənəm,
    Dörd hikmətdən.. fəsildənəm.
    Halal əsil-nəsildənəm,
    Sən tanımasan da, olar.

    Sufi, dərviş, abid mənəm,
    Görünməzə şahid mənəm.
    Vətən bilir, şəhid mənəm,
    Sən tanımasan da , olar!

    Xoş arzuda, diləkdəyəm,
    Həzin əsən küləkdəyəm,
    Min-min güldə, çiçəkdəyəm,
    Sən tanımasan da, olar!

    Billur bulaq, dəli çayam,
    Gündüz günəş, gecə ayam.
    Tanrı verən bəxşiş, payam,
    Sən tanımasan da, olar!

    İsrafilin surundayam,
    Həzrət Musa Turundayam.
    Məhəmmədin nurundayam,
    Sən tanımasan da, olar.

    Sevinc dolu gözdə yaşam,
    Fərəhimdən gərək coşam.
    Yaz müjdəli qaranquşam,
    Sən tanımasan da, olar.

    Həm xeyirəm, həm də ,, şər”əm,
    Haldan-hala tez düşərəm.
    Mən qəribə bir bəşərəm,
    Sən tanımasan da, olar!

    Neçə oğrun baxışdayam,
    Yüz ilməli naxışdayam,
    Enişdəyəm, yoxuşdayam,
    Sən tanımasan da, olar!

    Xoş amalam, saf niyyətəm,
    Şölələnən ülviyyətəm.
    Ecazkar bir təbiətəm,
    Sən tanımasan da, olar.

    Yaşıl meşə, göy çəmənəm,
    İşıq saçan-göycə, mənəm.
    Zəngəzuram, Göyçə mənəm,
    Sən tanımasan da, olar!

    Ələsgərəm, mən Alıyam,
    Sözümün şəkər-balıyam.
    İrəvanam, Borçalıyam,
    Sən tanımasan da, olar!

    Yurdun şəhəri, kəndiyəm,
    Dağı, bərəsi-bəndiyəm.
    Qoşa-qala Dərbəndiyəm,
    Sən tanımasan da, olar!

    Təbriz, Zəncan, Xoy da mənəm,
    Bir kökdə min soy da mənəm.
    Bütün VƏTƏN boyda mənəm,
    Sən tanımasan da, olar!

    Çəkdiyim ağrı, ahdayam,
    Dünən, bu gün, sabahdayam.
    Allah məndə, Allahdayam,
    Sən tanımasan da, olar!
    Sən tanımasan da…Olar!!

  • Müzəffər MƏZAHİM.”Mən”

    mm

    Sərt toxunma, sınar qəlbim,
    Şairəm, söz adamıyam.
    Yalan-palan zamanənin,
    Mindən bir düz adamıyam.

    Coşğun çayam, mənə varma,
    Yerli-yersiz söz çıxarma,
    Ocağımda kül axtarma,
    Əbədi köz adamıyam.

    Haram varım-dövlətim yox,
    Haqqdan başqa sərvətim yox,
    Bir kimsədən minnətim yox,
    Allahın öz adamıyam.

  • Rahilə DÖVRAN.Yeni şeirlər

    rahileanam

    Şairə-jurnalist-publisist
    Azərbaycan Yazıçılar Birliyinin üzvü,
    “Qızıl qələm” media mükafatı laureatı,

    S Ə N S Ə N

    Könül dəftərimdən

    Sənsən mənim ömrüm, günüm, həyatım,
    Sənsən mənim şan-şöhrətim, büsatım.
    Sənsən nəğməm,qoşmam,qəzəl, bayatım,
    Sevə-sevə xəyalına daldığım,
    Illər boyu həsrətiylə yandığım.

    Sənsən sevən ürəyimin parası,
    Sənsən görən gözlərimin qarası.
    Sənsən bütün dərdlərimin çarası,
    Gecə-gündüz şəfa umub, andığım,
    Illər boyu həsrətiylə yandığım.

    Sənsən mənim saf eşqimi süsləyən,
    Sənsən məni ümidlərlə bəsləyən.
    Sənsən məni sabahlara səsləyən,
    Ey şəfqətli, nurlu, mələk sandığım,
    Illər boyu həsrətiylə yandığım.

    Sənsən sair Dövranın təbb, ilhamı,
    Sənsən onun xoş hicranı, həm kamı.
    Səni mənə yaraşdırır el, hamı,
    Eşq atəşin sevgisindən aldiğım,
    Illər boyu həsrətiylə yandığım.

    XOŞ XATİRƏLƏR

    “Könül dəftərim” – silsiləsindən. Nərbənd-2

    Yenə qanadlandı xatirələrim,
    Xəyalım dördnalla o kəndə çapdı.
    Aybəniz,şirindil,vəfalı pərim,
    Nərbənd dibindəki O,gənci tapdı.

    Sınayıb nərbəndin iradəsini,
    Gövdədə qazmışdıq öz adımızı.
    Cahilcə oyaraq nər sinəsini,
    Ona tapşırmışdıq pak sevdamızı.

    Sevdalı günlərdən titrək xatirə…
    -Baxışdan,cilvədən oynardı ağıl.
    Kaş xəyal hər zaman ora götürə,
    Hər anı,məqamı sehirli nağıl.

    Tutardıq əl-ələ,donardı zaman,
    Baxışlar deyərdi ürək sözlərin.
    Kipriklər ox idi,qaşlarsa kaman,
    Keşiyin çəkərdi xumar gözlərin…

    Xəyallar kövrəltdi,göynətdi məni,
    Gözümdən incilər,dürrlər ələndi.
    Üşütdü qəlbimi saçımın dəni,
    Ruhum da,canım da qəmə bələndi.

    Beləcə keçmişdi saysız görüşlər,
    Qoca nərbənd şahid o əhd, ilqara.
    Fələyin hökmüylə tərs döndü işlər,
    Atıldıq zər kimi gör hardan-hara…

    Yenə qanadlandı xatirələrim,
    Xəyalım dördnalla o kəndə çapdı.
    Aybəniz,şirindil,vəfalı pərim.
    Nərbənd dibindəki O,gənci tapdı…

  • Şəfa VƏLİYEVA.”Bir gün səni düşünəcəm…”

    sv

    “Gənc Ədiblər Məktəbi”nin müdavimi, AYB və AJB üzvü,
    Prezident təqaüdçüsü, Gənclər müfakatçısı

    Bir gün səni düşünəcəm…
    Bağlı qapıları açıb,
    Açıqları qapayacam…
    Zümrüd quşdan qanad alıb

    Qaf dağınacan uçacam.
    Orda səni sehrləyib
    Könlümə əsir edəcəm.
    Yollarını tilsimləyib

    “Gedər-gəlməz”ə gedəcəm.
    Üç almanın tək birində
    Bəxtin rəngini görəcəm…
    O almanı əllərimlə
    Büküb sənə göndərəcəm…

    Yeməsən…
    Qarı nənənin
    Küpəsində gizlənəcəm…
    Atıb dünyanı çiynimdən
    Bir gün səni düşünəcəm…

    2011

  • MÖMİNLƏR ALLAHDAN NİYƏ QORXURLAR?

    Allah qorxusu möminin imanını, şövqünü, Allaha olan sevgisini cuşa gətirir. İnsanı Allahın razı olmadığı əməllərdən çəkindirir, nəfsinin pisliklərindən uzaqlaşdırır və onu davamlı olaraq yaxşılığa yönəldir. Bu qorxu insanı Allahın əzabından uzaqlaşdırır və Onun rizasına, cənnətinə yaxınlaşdırır. Allahın hədlərini qorumaq və rizasını axtarmaq üçün mömininin şüurunu açıq tutur. Bu qorxu nəhayət mömini Qiyamət gününün və cəhənnəmin əbədi qorxu və dəhşətindən xilas edəcək. Allahın təhdid və əzabından qorxan möminlər Onun əmr və hökmlərinə ciddi yanaşdıqları üçün Allahın bəyəndiyi üstün əxlaqa sahib olurlar. Təvazökarlıq, fədakarlıq, Allahın yaratmasındakı üstünlükləri təqdir edə bilmək kimi ideal xüsusiyyətlər qazanırlar. Allah qorxusu möminləri ruhən zənginləşdirir və onları cənnətə layiq həssaslığa çatdırır. Allah qorxusu əbədi mükafat və xoşbəxtliyin açarıdır. Allah sonsuz qüdrət, elm və ağıla sahibdir, istədiyini dilədiyi kimi edər. Allah sorğu-sual edilməz. Lakin O, insanları hesaba çəkəcək. Rəbbimizin heç kimə ehtiyacı yoxdur, amma bütün varlıqlar Ona möhtacdır. Hər kəsi və hər şeyi yoxdan var edən və hər an varlıqda tutan Allahdır. Hər kəsin və hər şeyin sahibi Odur. Diləyərsə, hər kəsi yox edib yerinə başqalarını yarada bilər. Heç bir şeyi unutmaz. Allah bir şeyi dilədikdə ona: “Ol”, -deyər və o da olar. Ona heç bir şeyin gücü çatmaz. Bütün bu sonsuz üstünlüklərin sahibi olan Allaha qarşı nəinki üsyankar davranmağa, Onu bir anlıq unutmaqla vaxt keçirməyə belə şüurlu insan cəsarət etməz. Allahı Quranda təsvir edildiyi kimi tanıyan və Onun qüdrətini gərəyi kimi təqdir edən insan Allahdan hörmətlə çəkinər və əzəmətindən qorxuya düşər. Mömin Allahın böyüklüyünü bildiyi kimi, Onun intiqam alan, qəhr edən, əzab verən, zillətə düşürən isimlərini də bilir. Allahın rizasına uyğun gəlməyən hərəkətin qarşılıqsız qalmayacağından xəbərdardır. Allahın hər an hər şeydən xəbərdar olduğunu, hər şeyi ehtiva etdiyini, özünə şah damarından yaxın olduğunu bilərək davranar. Odur ki, Allah möminin bu gözəl davranışına qarşılıq olaraq onu dünyada və axirətdə əbədiyyən rəhməti və cənnəti ilə mükafatlandırır: Rəbbinin hüzurunda durmaqdan qorxanları iki Cənnət bağı gözləyir. (Rəhman surəsi, 46) Əlbəttə, Allahı haqqı ilə təqdir etmək üçün Quran ayələrini yaxşı bilmək gərəkdiyi kimi, Onun xarici aləmdəki ayələrini -dəlillərini- də öyrənib bilmək şərtdir. Ən kiçik atomdan və ya canlı hüceyrəsindən tutmuş nəhəng ulduzlara, hətta qalaktikalara qədər Allahın saysız yaradılış dəlilləri haqqında ətraflı bilgiyə malik olmaq insanın Allah qorxusunu artırır. Çünki bunları bilmək insanın Allahın yaratdığı şeylərdə təzahür edən sonsuz ağlına, gücünə və elminə daha yaxından şahid olmasını, Allahın qüdrətini başqalarına görə daha çox təqdir etməsini təmin edir. Bu da Ona qarşı hiss etdiyi qorxunun artmasına səbəb olur. Allah bu sirri ayəsində belə xəbər verir: Allahdan Öz qulları arasında ancaq alimlər qorxarlar. Həqiqətən, Allah qüdrətlidir, bağışlayandır. (Fatir surəsi, 28) Allah bir ayədə möminin Öz məqamından qorxduğu kimi, təhdidindən də qorxduğunu vurğulayır: Bu, hüzurumda durmaqdan qorxanlar və təhdidimdən çəkinənlərə aiddir. (İbrahim surəsi, 14) Allahdan içi titrəyərək qorxan möminlər Quran oxuyarkən cəhənnəmlə bağlı ayələrin hamısını bir-bir öz nəfsləri üzərində düşünürlər. Çünki Quran ayələrində Allah möminləri təhdid edir. İnkarçılar onsuz da Allahın kitabını oxumurlar; oxusalar da, lazımi kimi qavraya bilmirlər. Dolayısilə, möminlər bu ayələrin Allahın mömin qullarını xəbərdar etmək və onları cəhənnəmdən çəkindirmək üçün olduğundan xəbərdardırlar. Çünki Qurandan öyüd alan və Allahın əzabından qorxub-çəkinən yalnız özləridir. Buna görə digər insanları deyil, Quranda təriflənən təqvalı möminləri və üstün əxlaqlı peyğəmbərləri nümunə götürürlər. Bunun təbii nəticəsi olaraq “cəhənnəm ayələri başqalarına aiddir, mən isə möminəm” kimi düşüncə ilə özündən əmin davranmırlar. Əlbəttə, iman gətirdiklərinə görə Allahdan qurtuluş və rəhmət umurlar. Ancaq bu, “qorxu və ümid içində öz Rəbbinə yalvarır” (Səcdə surəsi, 16) ayəsində diqqət çəkildiyi kimi, yenə qorxu ilə qarışıq ümiddir. Dərin Allah sevgisinə sahib olan möminlər bu sevgini artıran ən önəmli duyğunun hörmət dolu qorxu olduğunu çox yaxşı bilirlər. Allah sevgisindən mənəvi həzz alan möminlər Allaha qarşı xəta və ya qüsura yol verib Onun sevgisini və razılığını itirməkdən çox qorxurlar. Allah qorxusu, eyni zamanda, Allah sevgisinin qaynağıdır. Çünki Allah sevgisi ancaq Allaha yaxınlaşmaqla gerçəkləşir. Allaha yaxınlaşmaq isə Onun sevgi və rizasını, yəni Onun hədlərini qoruyub əmrlərini yerinə yetirməklə mümkündür. Bu isə Allah qorxusu olmadan əldə edilə bilən durum deyil. Çünki Allahdan qorxmayan bir insanın nəfsi onu davamlı olaraq Allahın razı olmadığı şeyləri etməyə, razı olduğu şeylərdə isə həvəssizliyə sürükləyir. Buna görə də Allahın rizasını qazanmağın yeganə yolu Allah qorxusudur. Bu, Allahın qoyduğu qanundur. O halda, Allahdan lazımi kimi qorxmadan Onun sevgisini və rizasını qazanmağı düşünmək cahillik və aldanmadır. Hər şeydən əvvəl, Allah insanlara Özündən qorxmağı əmr etmişdir. Buna görə Allahın bu əmrini görməzlikdən gəlib yalnız Allahı sevməyin kifayət etdiyini demək məntiqli deyil. Allahdan qorxmadığı halda Onu sevdiyini söyləyən insan özünü aldatmaqdan, vicdanını rahatlandırmaqdan başqa heç nə etmir. Xəyalında canlandırdığı sevgi səthi düşüncələrinin məhsuludur. Həqiqi Allah sevgisi ilə heç bir əlaqəsi yoxdur. Allahı həqiqətən çox sevən insan Onun əmrlərinə çox ciddi yanaşır. Allah Özündən qorxmağı əmr etdiyi halda, bunun gərəkli olmadığını müdafiə edən şəxs ancaq özünü aldadır. Üstəlik, bu ağılsız iddianın “oruc, namaz kimi ibadətlərə ehtiyac yoxdur” deməkdən heç bir fərqi yoxdur. Belələri təkcə Allah qorxusu mövzusunda deyil, Allahın bir çox əmrini yerinə yetirməmək üçün də müxtəlif bəhanələr gətirirlər. Sizlərdən birinə ölüm gəlib: “Ey Rəbbim! Mənə bir az möhlət ver ki, sədəqə verib əməlisalehlərdən olum!”– deməmişdən əvvəl sizə verdiyim ruzidən xərcləyin. Allah əcəli çatmışlara əsla möhlət verməz. Allah sizin nələr etdiyinizdən xəbərdardır. (Münafiqun surəsi, 10-11) İnsan heç bir zaman etdiklərini kafi görməməli, ölümün hər an gələ biləcəyini düşünüb ölümə hazırlıqsız olmaqdan qorxmalı və hər an Allahın hədlərini qorumağa çalışmalıdır.

    Xəyalə SƏFƏROVA

  • Xəyalə Səfərovanı doğum günü münasibətilə təbrik edirik! (16 yanvar)

    Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Rəhbərliyi və kollektivi Sizi, doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə, ədəbi-bədii yaradıcılığınızda bol-bol uğurlar diləyir! Sevib, sevdiyiniz insanların əhatə dairəsində olun!

    Mətbuat xidməti