Category: Azərbaycan ədəbiyyatı

  • Debüt: Sabir ALİM (Neftçala).Yeni şeir

    Sabir Alim (Əsədov Sabir Alim oğlu) 18 sentyabr 1980-ci ildə Neftçala rayonunun Dördlər kəndində anadan olub. 1987-ci ildə Neftçala rayonunun Asatanlı kənd orta məktəbini, 2002-ci ildə ADPU-nun filologiya fakultəsini bitirib.
    2002-ci ildə “Tanrı səni qorusun” adlı ilk şeirlər kitabı nəşr olunub.
    2003-cü ildə “İlin ən yaxşı şeiri” nominasiyasının laureatı olub.
    2006-cı ildə “Gecikmiş qatar” adlı ikinci şeirlər kitabı çapdan çıxıb.
    2008-ci ildə Prezident təqaüdünə layiq görülüb.Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.

    Payız simfoniyası
    Pəncərəmdə
    küləyin uçurduğu pərdələrin
    hamilə görkəmi,
    havada buludlar,
    Buludların bətnində su…

    Yağışlı və küləkli bir gündə
    tərk edilmiş qadınları xatırladar
    küçədə ayaq səslərinin çırpıldığı
    baxımsız ağaclar
    və hərdənbir axşamlar
    cındırından cin hürkən
    bomjlar yığışar
    bu ağacların dibinə.

    Yalnız göz yaşlarının
    Yanaqlarına cızdığı şəkil
    Sərxoş ərinin son zərbəsinə
    Cavab olar
    Ürəyinin səsinə
    Qulaq kəsilən qadına.

    … Pəncərəmdə
    küləyin uçurduğu pərdələrin
    hamilə görkəmi
    oxumaq necə də gözəldir
    Gecənin içinə yağan yağışın
    Musiqi sədası altında
    — Siqaret kötüyüdü yollar…

  • Teymur HƏBİBİ.Yeni şeirlər

     

    MƏNİM QƏBİR DAŞIM

    Bir arzum var sevənlərdən,
    Unutmayın sizlər məni.
    Gələndə də ürəklərdən
    Qoparıb atmayın məni.

    Mən öləndə qəbir daşım
    Doğma olsun sizlər üçün.
    Şəkildəki gözüm, qaşım
    Doğma olsun sizlər üçün.

    Mən öləndə qurulmasın
    Təmtəraqlı mərasimlər.
    Axar çaylar durulmasın
    Dərdimə yansa da kimlər.

    Könül verdiyim qızlar da
    Könüldən yad etsin məni.
    Oxunan xoş avazlarda
    Yaşatsınlar mən sevəni.

    Yazılan hər şeirlərim
    Dilinizdən düşməz olsun.
    Məni hər an sevənlərim
    Baxıb yanan düşmən olsun.

    Çox ağlayıb qəbir üstə
    Məni də siz incitməyin.
    Göz yaş töksə püstə-püstə
    Sizsiz qəlbi kövrəltməyin.

    Mənim üçün saf bir sevgi
    Bu həyatda əzab oldu.
    Sonda da verdi bir itki
    Verilərək, ömür soldu.

    Həbibiyəm, bu dünyadan
    Sevdim, məhəbbətsiz getdim.
    Ölsəm də, çıxmadım yaddan,
    Doymadım, söhbətsiz getdim.

    ANA

    Dünyada ən əziz nemətsən, ana!
    Hər bir an diqqətə layiqsən, ana!
    Dünyada dəyərli zinətsən, ana!
    Sənsən şeir dünyam, sazım da, ana.


    Sənsiz darıxıram yuxularımda,
    Sənsən muradım da, arzum da, ana.
    Laylalar deyirsən xəyallarımda,
    Sənsən baharım da, yazım da, ana.

    Günlərim, aylarım darıxdırıcı,
    Darıxa-darıxa həm də sıxıcı,
    Həsrətindən ruhum olub baxıcı,
    Sənsən bəxtim, alın yazım da, ana.

  • Teymur HƏBİBİ.Yeni şeirlər

     

    ANA

    Darıxıram yoxluğunu duyunca,
    Ayrılıq nə əzab olurmuş, ana!
    Darıxanda danışardıq doyunca,
    Tənhalıq nə yaman yorurmuş, ana!

    Əsgər oğlun əsgərlikdə darıxır,
    Həsrət məni gecələr yaman sıxır,
    Əldə silah, gözlər yollara baxır,
    Gözlərim yaş ilə dolurmuş, ana!

    Həftə sonu görüşümə gələndə,
    Kədərli üzümdə sevinc güləndə,
    Səni görəcəyəm, bunu biləndə,
    Qısa görüş qəlbə toxunmuş, ana.

    Qayıdar bu oğlun, qayıdar sənin.
    Uca zirvələrdən gələr gur səsin.
    Həsrətlə gözləyər ana körpəsin,
    Dizin üstə laylam oxunmuş, ana!

    Dedin: “oğul, vətən də sənin anan!
    Borclu olmalısan ona hər bir an!”
    Mənsə əsgərliyi bitirən zaman
    Oğul fəxri ilə, yüksəlmiş, ana!

    OLA BİLSƏYDİM…

    Mən bir tarzən olub çala bilsəydim,
    Gecə və gündüzə nəğmə deyərdim.
    Ömrümü, günümü qurban verərdim,
    Heç vaxt, bu sənətdən doydum, deməzdim.

    Mən bir çiçək olub aça bilsəydim,
    Zamansız, vaxtsız solmaq istəməzdim.
    Sevənlərin əlində sevilərdim,
    Sevənlərin əlində sevinərdim.

    Mən bir dəniz olub coşa bilsəydim,
    Dalğalarla sahili isidərdim.
    Sevənləri özümə cəlb edərdim,
    Özümə “Sevgi dənizi” deyərdim.

    Mən bir aylı gecə ola bilsəydim,
    Tənhalığı özümə dost seçərdim.
    Dərdimi gecə ilə bölüşərdim,
    O gözəl anları xoş keçirərdim.

    Mən Yaradan qüvvə ola bilsəydim,
    Qara buludu səmadan silərdim.
    Səmanın üzünü aça bilərdim,
    Həmin anda ürəkdən sevinərdim.

    Mən bir cavan ağac ola bilsəydim,
    Böyüyüb ətrafa kölgə salardım.
    Dostlarımı bura dəvət edərdim,
    Sirlərimi mən onlara açardım.

    Mən bir bulaq suyu ola bilsəydim,
    Dağlardan, dərələrdən tökülərdim.
    Bulaq başında qızları görərdim,
    Onlara da saf sevgi diləyərdim.

    Mən bir quştək göydə uça bilsəydim,
    Göyün gözəlliyini seyr edərdim.
    Göydən yerə heç enmək istəməzdim,
    Allaha yaxın olmaq istəyərdim.

    Mən bir qələm olub, yaza bilsəydim,
    Cahana “Xoşbəxtlik himni” yazardım,
    Sevənlərə “Sevgi himni” yazardım,
    Amma heç vaxt ayrılıqdan yazmazdım.

    Mən bir yağış olub yağa bilsəydim,
    Göydən yerə narın-narın düşərdim.
    Həbibi dünyasını bəzəyərdim,
    Bu dünyadan ayrılmaq istəməzdim.

  • Teymur HƏBİBİ.Yeni şeirlər

     

    MƏN NİYƏ SEVƏ BİLMİRƏM?

    Tanrı mənə bu əzabı
    Niyə verirsən, bilmirəm.
    Görən nədir məndəki səhv
    Mən niyə sevə bilmirəm?

    Baxıb gəzən sevənlərə,
    Alovlanan o gözlərə,
    Sonda döyüb bu dizlərə,
    Mən niyə sevə bilmirəm?

    Məhəbbətim yanar bir daş,
    Gözlərimdən axan sel, yaş,
    Mən də sevə biləydim kaş…
    Mən niyə sevə bilmirəm?

    Ürəyimin sarı simi,
    Yarama toxunan kimi,
    Köks ötürüb, çəkib qəmi,
    Mən niyə sevə bilmirəm?

    Xəstə oldum saf eşq üçün,
    Sonda qalmadı heç gücüm,
    Dərd çəkməkdən yandı içim,
    Mən niyə sevə bilmirəm?

    Axtardığım gözəl yarım,
    Sənsən ürəyimdə ağrım,
    Həbibiyəm, yandı bağrım,
    Mən niyə sevə bilmirəm?

    TƏBİƏT BAĞÇASI

    Bu gün təbiət yenə öz işində,
    Hər zaman, hər bir an öz keşiyində.
    Təbiət bağçası gözəl dünyadır,
    Sakini güldür, çiçəkdir, ağacdır.
    Torpaq öz nəfəsilə qida verir,
    Gül, çiçək, ağac ona dua edir.
    Qonağı çox olur gözəl bağçanın,
    Hətta qərib eldən gəlir qonağı.
    Külək də, yağış da qonağı olur,
    Gəlişilə gedişi unudulmur.
    Qapısı həmişə açıqdır üzə,
    Buluda, çənə, aya, həm günəşə.
    Dörd fəsildə gözəl olur libası,
    Elçilər əlindən dolu qapısı

  • Teymur HƏBİBİ.Yeni şeirlər

     

    OLSAM…

    Sən ulu torpaqsan, mən də ki, insan.
    Ölsəm, məni qoynuna alarmısan?
    Sevənlər göz yaşı töksə dərdimdən,
    Məzarımı əlinlə sıxarmısan?

    Mən qəlbinə yaxın bir şair olsam,
    Yazdığım şeiri oxuyarmısan?
    Gözlərində göz yaşı olub dolsam,
    Gözündən göz yaşı axıdarmısan?

    Otağında sənə baxan şəkiltək
    Gecələr sənə baxsam baxarmısan?
    Bir il qədər uzun olan həsrəttək,
    Arada darıxsan axtararmısan?

    Aynaya baxanda əksin olsam mən,
    Ənbər ləbinlə məni öpərmisən?
    Fırçamla gözəl bir rəsmini çəksəm,
    Onu dahi əsərtək sevərmisən?

    Bir dost kimi sənə bir sirr söyləsəm,
    O sirri qəlbində gizləyərmisən?
    Bədahətən sənə şeir söyləsəm,
    Sonacan oturub dinləyərmisən?

    Qəlb evimdən incik, küsülü getsən,
    Geri dönüb qapımı açarmısan?
    Qaranlıq gecənin çırağısan sən,
    Hərdən işıq saç desəm, saçarmısan?

    Günəş olub şüamı sənə saçsam,
    Sən şüalarımla qızınarmısan?
    Həbibiyəm, yağıştək yerə yağsam,
    Sən yağışlarımla islanarmısan?

    MƏHƏBBƏT

    Bu qoca dünyada biztək insana
    Ömür verib yaşadandır məhəbbət.
    Bu qoca dünyada qıza, oğlana
    Əmrin verib aldadandır, məhəbbət.

    Can, can deyib çağıran o dillərin,
    Şux qaməti qucaqlayan əllərin,
    Ətir saçan gözəl-göyçək güllərin,
    Təsirindən yaranandır, məhəbbət.

    Bəzən sevindirib, bəzən ağladan,
    Ürək qapısını üzə bağlayan,
    Sevənləri xəyallara daldıran,
    Ağılı başdan alandır, məhəbbət.

  • Elşən BABAYEV.Yeni şeir

     

    * * *

    Ləngidim yollarında .şeytanın hiyləsiylə
    Gecikdim bəlkə də mən savablara
    Mələklər yanimda yox idi artiq
    Baş başa qalmışdım mən səhvlərimlə
    Tanrim sən də susdun bu ahlarıma
    Elə bil sınağa cəkirdin məni
    Qorxaraq sığındım günahlarıma
    Şeytan tez kəsmişdi sənə uzatdığım bu əllərimi
    Kor etdi görmədim kimi kimsəni
    Bəxş etdi qəlbimə kədəri qəmi
    Suya həsrət qalan bir səhra kimi
    Həsrət qoydu dualara dilimi
    Cahillərə yoldaş oldum
    Heç bilmirdim birdə gördüm əyyaş oldum
    Ürəyi var olan böyük daş oldum
    Sonra gördum mən anamın gözündə
    Damla-damla yaş oldum
    Usyanlarım ucaldığca bogulurdum içimdə
    Yanılırdim niyə axı hər edilən seçimdə?
    Yaşayaraq ömrümü verirmişəm məm bada
    Allahimdan başqası yalanmış bu dünyada
    Mən nəfsimə kölə olan animda
    Düşünürdum cənnətimi tapmışam bu dünyada
    Yavaş yavaş anladim ki mən tapmışam o cənnəti Xülyada
    Cavan ömrü ibatesiz keçirən
    Hər sətirdə ürəyinə biraz nifrət keçirən
    Xəyalını, arzusunu, muradını itirən
    Pessimist şairəm
    Bir dəliyəm mən
    Çox sadədir bu Elşənin alın yazısı
    Yazılıbdır ” Kədər+Qəm”

  • Elşən BABAYEV.Yeni şeir

     

    * * *

    Sarıl mənə heç kimə sarəlmadığın kimi
    Boğ məni isti nəfəsində
    Illərdir tənhalığla sevgiliyəm bir anlıq Sən ol sevgilim
    Demirəm mənə bir Leyla ol
    Və demirəm mən bir Məcnunam səninçün
    Bir xəstəlik ol, zəlil et məni
    Yaşayıram, lap istəsən öldür məni
    Ama sarıl mənə , Məni məndən al

    Susuz səhralarda parçalanmış dodağlar kimidir dodağım
    Toxun dodağınla, yaşat
    Utanma, mənki sənin əksinəm
    Qorxma, daha da yaxınlaş mənə
    Lap istəsən qışqır etrafa ki səninçün heç kiməm
    Bu şəhər , bu insanlar nifrət etsin mənə
    Sən belə nifrət mənə
    Ama yetər ki sarıl mənə, Məni məndən al

    Susmuşam yenə də
    Sən də sus danışsın hisslərimiz
    Al əlinə bir ülgüc rəsm cek kürəyimde
    Dodağinla bacarmadın ülgüclə tök qanımı
    Soruşma, sorma mənim halımı
    Bildiyini et, acıt mənii, Razıyam
    Ama yetər ki sarıl mənə, GETMƏ QAL

  • Elşən BABAYEV.Yeni şeir

     

    Bir uüfültüylə yox olan toz kimi üfürmə xatireleri kuleye
    Əldə şərab xülyalardayam sənin qarşında
    Sən pərvanəm ol dolan başıma mənsə bir şam kimi yanim sənincün
    Ya da istəməsən Çix get
    Ama
    Aparma Sevgini və aparma Sevgimi

    Yum gözünü, hisslərinlə duy məni, urəyinlə gör məni
    Bitdi şərab daha süzmə, dəm olmaq istəyirəm pay ver mənə kədərini, qəmi
    Uzat mənə kabus kimi görünən arzularını,
    Borc ver mənə qorxularını mənə öyrət qorxularla yaşamağı
    Ama
    Daş etmə, öldürmə qorxudan daha da sola qısılmış uürəyimi
    Aparma Sevgini və aparma Sevgimi

    Divarda rəsm cizar kimi ciz məni xeyalinda
    Ciz, qəlbimə çatanda bacardığın qədər qaralt
    Hələ də açma gözlərini
    Və hələ də cizmağda ol məni bacardığın qədər daha yaxşı
    Açma gözlərini hələ
    Kor olacaqsan və gözünü açdığın an çaşacaqsan,
    Tanımamışdın məni, yaxşı bilənə pis, pis bilənə yaxşı olmuşdum
    Kabus kimi təsvir etmişdin ama bax Mələk kimi saçdığım nurumla kor edirəm sənii
    Indi isə al əsanı əlinə və Çıx Get
    Xəyal etdiyin kimi xatirla məni, Bacarsan ruhumu da apar
    Ama
    Aparma Sevgini ve aparma Sevgimi

  • Əlirza HƏSRƏT.Yeni şeir

     

    QAPIMI DÖYMƏMİŞ AÇAN ADAMLAR

    Gözlərim diksindi yağış səsinə,
    Yağış da kəsmir ki,gözüm isinə.
    Sığınar ruhumun can qəfəsinə,-
    Qapımı döyməmiş açan adamlar.

    Qərib beşiyidir açdığım qucaq,
    Qürbətdə köz tutmaz yanan hər ocaq.
    Gör neçə bədəni başsız qoyacaq,-
    Başını götürüb qaçan adamlar.

    Gəl ayaq izini yolumdan dər də,
    Dünya cənnət olsun qoy bu xəbərdə.
    Tikər yuvasını sevən qəlblərdə,-
    Eşqdən qanadlanıb uçan adamlar.

     

  • Debüt: Rüfət AXUNDLU (Ağstafa).Yeni şeirlər

     

    Rüfət Axundlu 1983-cü ildə Ağstafa rayonunun Həsənsu kəndində doğulub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini bitirib.İxtisasca teatrşünaşdır.
    Ədəbiyyata, poeziyaya erkən yaşlarından maraq göstərir.Dövri mətbuat səhifələrində şeirləri ilə çıxış edib.Şeirləri Azərbaycan türkcəsindən Türkiyə türkcəsinə tərcümə olunub.
    2012-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən maliyyələşdirlilən və Dünya Gənc Türk Yazarlar Birliyi tərəfindən həyata keçirilən ”Bölgə yazarlarına dəstək” layihəsi çərçivəsində “Bölgələrdən səslər” kitabında şeirləri dərc olunaraq ilk dəfə olaraq Respublika səviyyəsində ictiamiyyətin nəzərinə çatdırıldı.

    ***
    Yol bir gedir göylərə.
    Min sirr gedir göylərə.
    Gedən nədir göylərə?
    Ona tamahım oldu!

    Günah etdim, doymadım,
    Min ah etdim, doymadım.
    Tamah etdim, doymadım,
    Bu da günahım oldu!

    Döndü dövran içimdə,
    Sindi vicdan içimdə.
    Bəlkə şeytan içimdə –
    gizlənib… ruhum oldu?!

    Vücud kölə, ruh nərə*?
    Dedim dayan döz hələ!
    Dözdümsə də bir belə.
    Səbir silahım oldu!

    Gah qaçdım, gah yıxıldım.
    Haqq evinə yaxındım.
    Çatıb haqqa sığındım,
    Rəbbim pənahım oldu!
    (* nərə – hara)

    BİLMİRƏM

    Səni ürəyimin sultanı sanıb,
    Gecələr yuxuda yata bilmirəm.
    Dərdimin üstünə dərd qalaqlanıb,
    Sevinci sevincə qata bilmirəm.

    Günəş tək nur tökür, şölə saçırsan,
    Mələk tək göylərə qanad açırsan.
    Məndən gizlənirsən, məndən qaçırsan,
    Əlçatmaz zirvəsən çata bilmirəm.

    Sən mənim kədərim, qəmimsən, gözəl!
    Sən mənə yar deyil, qənimsən gözəl!
    Görən elə bilir mənimsən gözəl,
    Bəs niyə əlindən tuta bilmirəm?!.

    Görüşünə tələsirəm hər səhər,
    Neçə vaxtdır görüşümüz alınmır.
    Özümüzü toplasaq da bir təhər,
    Dodaqlarda gülüşümüz alınmır.

    …Gözlərinə baxmağıma peşmanam,
    Min eybimi, günahımı görürəm.
    Bu gün ki, gün dünənimə düsmanam.
    Gözlərində sabahımı görürəm.

    Nəfəsinin soyuğunda üşüyüb,
    Baxışının alovunda qızındım.
    Min əzabı ürəyimdə daşıyıb,
    Səni gülüm, təkcə səni qazandım!

  • Debüt: Taleh MANSUR (Qazax).Yeni şeirlər

     

    Taleh Mansur 1987-ci il avqust ayının 22-də Qazaxda doğulub. “Azərbaycan” Universitetinin məzunudur.
    Ədəbiyyata, poeziyaya erkən yaşlarından maraq göstərir.Dövri mətbuat səhifələrində şeirləri ilə çıxış edib.Şeirləri Azərbaycan türkcəsindən Türkiyə türkcəsinə tərcümə olunub.
    2012-ci ildə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin tərəfindən maliyyələşdirilən və Dünya Gənc Türk Yazarlar Birliyi tərəfindən həyata keçirilən “Bölgələrdə yaşayan yaradıcı gənclərlə görüşlər” adlı layihə çərçivəsində layihəsi çərçivəsində “Bölgələrdən səslər” kitabında şeirləri dərc olunaraq ilk dəfə olaraq Respublika səviyyəsində ictiamiyyətin nəzərinə çatdırıldı.

    DAHA

    Qabaq bölüşərdik sevinci, qəmi
    Bu isə… qismətdi, bölünməz daha.
    Get, indi ünvansız baxışın kimi,
    Getdiyin ünvanın bilinməz daha.

    Gözlərim dünya tək boşaldı-doldu,
    Gözümdə dünyanın rəngləri soldu.
    Əllərim sıxıldı bir yumruq oldu,
    Ovcumda əl izin görünməz daha.

    Adın bir əzabdı, gətirsəm dilə,
    Get, özgə birini bəxtəvər elə.
    Soyuqdan, şaxtadan üşüsə belə,
    Ürəyim sevginə bürünməz daha.

    Bu həsrət sənin də qarşına keçib,
    Üzünə kədərdən bir libas biçib.
    Nə vardı sevginə qoşulub köçüb,
    Boş qalan ürəyin döyünməz daha.

    Ömrüm tükənməmiş, çatmamış sona,
    Ölümlər yaşatdın bu yazıq cana.
    Əmin ol, bir şeyə, Taleh bir yana,
    öz kölgən arxanca sürünməz daha…

    SÖYLƏ…

    Qaldırib qolunu rəqs edən zaman,
    Ürəyin atmırdı, yorulmuşdumu?
    Toy günün – o şadlıq qurulan günü,
    Qəlbində toy-büsat qurulmuşdumu?

    Üzündən asılan ağ duvaq kimi
    Gözündən xəyalım asılmışdımı?
    Sevgin də kimsəsiz bir uşaq kimi,
    Qəlbində bir küncə sıxılmışdımı?

    Sinənə baş qoyub yatan hisslərin,
    “Vağzalı” səsinə oyanmışdımı?
    Bir dəstə ağ çiçək tutan əllərin,
    Sevgimin qanına boyanmışdımı?

    Dönüb xəyallara yaşadıqların,
    “Şabaş” tək başında dolaşırdımı?
    Geydiyin ağappaq gəlin paltarın,
    O, qara bəxtinə yaraşırdımı?

    SƏNLƏR OLDU FƏQƏT “SƏN”DƏN OLMADI

    Sən ki, yaddaşıma gəlin köçmüsən,
    Demə, axtarmadı, yada salmadı.
    Əllərin ağırmış, vallah deyəsən,
    Sən qıran kölümü kimsə almadı.

    Uçdu qəlbimizdə eşqin sarayı,
    Eşitmədik, hər kəs duydu harayı.
    Bu dünyada səndən, məndən savayı,
    Sevgimizdən bir yadigar qalmadı.

    Səndə olan “sədaqət”ə nə deyim?
    Əzrayılmış bircə sadiq mələyim.
    Bu sevgisiz, bomboş qalan ürəyim
    Min bir həvəs, istək ilə dolmadı.

    Başladı neçəsi, bitdi neçəsi,
    Dolaşıq fikrimdə itdi neçəsi;
    Sən gəlmədin, gəldi getdi neçəsi
    Sənlər oldu, fəqət “sən”dən olmadı.

    KAŞ Kİ…

    Yaşayaydım, şirin yalan içində,
    Kaş ki, bilmiyəydim mən, dönük səni.
    Bir gün xəyalımdan gəlib keçəndə,
    Saxlaya biləydim ömürlük səni.

    Gedəydi qoşulub ömrə, nəyim var,
    Bir tək sən olaydın dönüb gələnim.
    Beşiyin duyğular, laylan arzular,
    Hər gün böyüyədin gözümdə mənim.

    Unudaydı yaşatmağı cismimi,
    Sevgimizi yaşadaydı bu ürək,
    Düşəydin gözümdən göz yaşım kimi,
    alçalıb gözümdən düşməzdin gərək.

    Sevəydim gecəmi qatıb gündüzə,
    Keçəydim ən ağır sınaqlarından.
    Dönəydim dilində bir kəlmə sözə,
    Yolumu salaydım dodaqlarından.

    GÖZ YAŞIM

    Qoparıb içimdən ağrı, acımı,
    Gözümün önündən tökür göz yaşım.
    Həsrətdən buz tutmuş baxışlarımı,
    İsti qollarına bükür göz yaşım.

    Sorma, həminkiyəm
    axı nə gərək?
    Sinəmdədir kədər dolu bir ürək.
    Saçlarıma sığal çəkən əlin tək,
    Kirpiymə sığal çəkir göz yaşım.

    Xatirələr bircə-bircə silinsə?
    Silinərmi sənə bağlı hər nəsə?
    Səndən fərqli nə vaxt yeri bilinsə,
    Nə yubanır,nə gecikir göz yaşım.

    Aldandanıbmı fələk quran hiyləyə?
    Bəlkə də haqlıdır bilmirəm niyə?
    Zülmətlər gözümdən çəkilər deyə,
    Gözümün qarasın sökür göz yaşım.

    Sən özün uzaqda, özgə diyarda,
    Ürəyin mənimlə qalıbdı darda.
    Nə bitəcək axı gələn baharda?
    Yanağıma ümid əkir göz yaşım.

  • İbrahim İLYASLI.Yeni şeir

     

    O SEVDALI ÇAĞLAR YADINDADIRMI

    O sevdalı çağlar yadındadırmı?-
    Bir mən igidiydim, bir də sən gözəl.
    Dünyada mənə tay dəli yoxuydu,
    Yoxuydu dünyada sənə tən gözəl.

    Bə heç demirsənmi hardadı görən
    İpək tellərinə nərgizlər hörən?
    Səniydin onlara yaraşıq verən,
    Nə çiçək gözəldi, nə çəmən gözəl.

    Sevgi bir yol gələr adama haqdan,-
    Sənin divanənəm elə o vaxtdan.
    Gözümə ağ gəlib yola baxmaqdan,
    Ürəyə xal düşüb, saça dən, gözəl.

    Mən ömür sürmədim – vaxtı uzatdım,
    Qırx il sənsizliklə başımı qatdım.
    Göynəyə-göynəyə əlliyə çatdım,-
    Gülə-gülə ölləm “öl” desən, gözəl.

    Gör mən nə saymışam fələk nə sayıb
    Dönüb sənə baxmaq sayılar ayıb…
    Aradan qırx igid ömrü addayıb,-
    Mən həmən dəliyəm, sən həmən gözəl.

     

  • İbrahim İLYASLI.Həyatı və Yaradıcılığılı

     

     

    İbrahim İlyaslı (Hacıyev İbrahim Musa oğlu) 1963-cü il mart ayının 10-da Qazax rayonunun İncə dərəsi obasının Aslanbəyli kəndində doğulub.1980-ci ildə Aslanbəyli kənd orta məktəbini bitirərək, Azərbaycan Politexnik İnstitutunun axşam şöbəsinə daxil olub.1990-cı ildə mühəndis-mexanik ixtisası üzrə institutu bitirib.
    Ədəbiyyata, poeziyaya erkən yaşlarından maraq göstərir.Ədəbi yaradıcılığa orta məktəb illərindən başlayıb.Dövri mətbuat səhifələrində şeirləri ilə çıxış edib.Şeirləri Azərbaycan türkcəsindən Türkiyə türkcəsinə tərcümə olunub.Dövri mətbuat səhifələrində haqqında yazılan məqalələr yayımlanıb.Şeirləri Azərbaycan Yazıçılar Birliyinin ədəbi orqanları “Azərbaycan”, “Ulduz” jurnallarında, “Ədəbiyyat qəzeti”, “Sözün Sehri”, “Möhtəşəm Azərbaycan”, “Respublika Gəncləri”, “Elimiz.günümüz”, “Azad Qələm”, “Ədalət”, “Şərq”, “525-ci qəzet” və digər mətbu orqanlarda, müxtəlif ədəbiyyat, o cümlədən mədəniyyət və ədəbiyyat portallarında dərc olunub.
    2012-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən maliyylələşdirilən və Dünya Gənc Türk Yazarlar Birliyi tərəfindən həyata keçirilən “Bölgə yazarlarına dəstək” layihəsi çərçivəsində Salyan və Cəlilabad səfərlərinin iştirakçısıdır.
    ”Bu bahar oldu” adlı ilk mətbu şeiri Azərbaycan Politexnik İnstitutunun “Politexnik” qəzetində dərc olunub.1988-ci ildə Sumqayıtın gənc ədəbi qüvvələrinin yaratdığı “Dəniz” ədəbi birliyinə sədr seçilib və o vaxtdan fəaliyyətini bu şəhərin ədəbi mühiti ilə bağlayıb.1990-cı ildə Əli Kərim adına Sumqayıt şəhər Poeziya klubuna direktor təyin edilib, 1996-cı ildə isə Azərbaycan Yazıçılar Birliyi Sumqayıt şəhər şöbəsinin təsis konfransında şöbənin katibi seçilib.1992-ci ildə “Gənclik” nəşriyyatında çap olunmuş “Sahilsiz Dəniz” ədəbi almanaxını yazıçı Varislə birlikdə tərtib edərək, nəşrə hazırlayıb.1998-ci ildə Azərbaycan Yazıçılar Birliyinə üzv qəbul edilib və “Ağrıdağ” nəşriyyatında “Hamı bir körpüdən keçir” adlı ilk şeirlər kitabı çap olunub.”Mən bir söz bilirəm” adlı ikinci şeirlər kitabı 2004-cü ildə, “Yuxuma söykənmiş adam” adlı üçüncü şeirlər kitabı isə 2011-ci ildə nəşr edilib.
    2008-ci ildə “Qələm-Ofset” nəşriyyatında çap olunmuş dünya xalqlarının nağıllarından ibarət “Yüz sevimli nağıl” seriyalı 25 cildlik kitabı Türkiyə türkcəsindən çevirərək nəşrə hazırlayıb və həmin kitabların redaktoru olub.Şeirləri Türkiyə nəşr olunmuş “Çağdaş Azərbaycan şiiri” antologiyasında və Rusiyada nəşr olunmuş “Sovremennaya Azərbayjanskaya poeziya “ toplusuna daxil edilib.Bir çox Beynəlxalq Poeziya Festivallarında Azərbaycanı təmsil edib.
    Azərbaycan Respublikasıının istedadlı gənc yazıçılarına fərdi təqaüdlər verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 6 dekabr 1999-cu il tarixli sərəncamlı ilə Prezident təqaüdünə layiq görülüb.
    2008-ci ildə “Bilgilər Günəşi”nin qərarı ilə türk uduq Sub-Yeri və Türk budunu yolunda əvəzsiz çalışmalarına görə Mahmud Kaşğari adına fondun və Türk Törə Ocağının təsis etdiyi San Yarlığı ödülünə layiq görülüb və ona bilgə sanı verilib.
    Çağdaş Azərbaycan ədəbiyyatının istedadlı şairi və Azərbaycan Yazıçılar Birliyinin üzvü İbrahim İlyaslı Sumqayıt şəhərində yaşayır.Ailəlidir.İki övladı var.

    BARIŞIR

    Nə sirdi, bu xalq deyilən
    Susub, ünüynən barışır?!
    Yeddi yerə parçalanır,
    Yeddi yönüynən barışır!

    Odlara düşür, buzlayır,
    Dərya içir, susuzlayır.
    Yağı gönünü duzlayır,
    Duzlu gönüynən barışır!

    Qalan şey yalandı, yalan,
    Bir sualdı mənə qalan: –
    Kölənin köləsi olan
    Hansı günüynən barışır?!

    YADINA DÜŞDÜM

    Bu gün hardan doğdu belə? –
    Gör kimin yadına düşdüm!
    Şükür Sənə, görk eləyən,
    Görkümün yadına düşdüm!

    Qoşuldum ağlar səsinə,
    Çəkildim çağlar səsinə.
    Səs verdi dağlar səsinə, –
    Ərkimin yadına düşdüm!

    Aldatdı şeytan nəfəsi,
    Atdım məni sevən kəsi.
    Hər gün məni lənətləsin,
    Hər kimin yadına düşdüm!

    ***

    Oturub ömrün içində
    çiçək şəkli çəkirəm.
    Yalan rəngləri götürüb
    gerçək şəkli çəkirəm.

    Çəkirəm ciyərlərimə
    faniliyin ətrini.
    Məndən əziz tutan varmı
    bu faninin xətrini?!

    Kimsə bilməz nə çəkdirir
    mənə mən çəkdiklərim.
    Ölümlərə cücərirlər
    olmağa əkdiklərim.

    Dəryalar mənə çəkilir,
    tufanlar məndən qopur.
    Canıma odlar ələnir,
    ruhuma sular hopur.

    Şəkillənir qələmimdə
    çoxdan ölmüş bir adam.
    Mən şair deyiləm, yavrum,
    mən bir dəli rəssamam.

    ŞEİR

    Səni
    Qana-qana
    Yazmaq olmur,
    Yaza-yaza
    Qanmaq.
    Sənə yetməyin
    Bircə yolu var:
    Yanmaq!!!
    Yanmaq!!!
    Yanmaq!!!

    ***

    Narkomanlar və dəlilərdir
    Bu məmləkətin ən bəxtəvər
    Adamları.
    Tənbəki, dərman və şərabdır
    bu ölkədə ən gərəkli nemət.
    Bir də dindən xəbərsiz mollalıqdı,
    bir də üzlü üzüyolalıqdı.
    Vəssəlam!

    – Tamammı, əfəndim?
    – Tamam, tamam!

    ***

    Narkomanlar və dəlilərdir
    Bu məmləkətin ən bəxtəvər
    Adamları.
    Tənbəki, dərman və şərabdır
    bu ölkədə ən gərəkli nemət.
    Bir də dindən xəbərsiz mollalıqdı,
    bir də üzlü üzüyolalıqdı.
    Vəssəlam!

    – Tamammı, əfəndim?
    – Tamam, tamam!

  • Nəcibə İLKİN.”Qəddar sevgi”(Poema).Eksklüziv

     

                 Qəddar sevgi

                        (poema)

     

    Görüşünə gəlmişdim,

    qarlı bir qış səhəri.

    Yarıb qaranlıqları,

    Aşaraq sərhədləri.

    Keçib çovgunu, qarı,

    Əldə bayraq eyləyib,

    düz əhdi, düz ilqarı,

    Görüşünə gəlmişdim…

     

    ***

    Elə çıxdın qarşıma

    sanki yad adam kimi,

    Nə “xoş gəldin” eylədin,

    nə də əlimdən tutdun.

    Yanında olduğumu

    sanki tamam unutdun.

    O solğun baxışından

    əridim bir şam kimi.

    Boğdum həyacanımı,

    boğdum acı hissimi.

    Elə sandım bir anda,

    Gələn qarlı qışam mən.

    Könlümüzü sızladan

    Həsrət dolu yaşam mən.

    Qəribə gəldi mənə,

    Belə qarşılanmağım.

    Dərd oldu ürəyimdə,

    Gecə-gündüz yanmağım.

    Elə sandım əbəsmiş,

    Bu sevgi, bu məhəbbət

    Yoxsa qara yel əsmiş?

    Ötüb keçmiş səadət!

    Həmişə gülə-gülə

    Qarşılayardın məni.

    Bir dəstə çiçək kimi

    Bəzəyərdim sinəni.

     

    İndi nə ağlayırdıq,

    nə də ki, heç gülüdrük,

    Axan göz yaşımızı

    dərdimizlə bərabər,

    içimizdə bölürdük.

    ***

     

    Görüşünə gəlmişdim…

    Qarşıladın soyuq məni.

    Öz-özümü çox danladım,

    Niyə bağışladım səni?!

    Budurmu həsrətin şirin vüsalı,

    Alışan o eşqin nə tez sönmüşdü?!

    Sanki sevgimizin isti nəfəsi,

    Odlu baxışında buza dönmüşdü.

     

    Elə bil qəlbinə yağmış yağan qar,

    Yoxsa təbiətlə bəhsə girmişdin?!

    Qəfildən gəldiyim bu gəlişi də,

    Özün də bilmədən sən gətirmişdin.

     

    Mənim başımda tufan,

    Gözümdə leysan yağış.

    Sənin içində boran,

    Gözündə buzlu baxış.

    “Niyə gəldin” söyləyib,

    Tərs-tərs baxdın  üzümə.

    Deyəcəyim sözümü

    Unutdurdun özümə.

     

    ***

    Aman Allah məhəbbət-

    Bir cəllada dönərmiş!

    O gülüşlər, sevinclər

    Ürəklərdə yox olub

    birdəfəlik sönərmiş.

    Məhəbbətin alovu

    çəkilərmiş qınına,

    Həsrət də sevgisini,

    gizlicə haraylayıb

    çağırarmış yanına.

    Sevgi tərsə dönəndə…

     

     

    Eşqin qığılcımları

    qarsalayıb üzünü,

    Deməkdə aciziymiş

    səadət də sözünü.

    Nə buluddan hay olar,

    Nə göz yaşından haray.

    Könül də yetim qalar,

    Sevgi tərsə dönəndə…

     

    ***

     

    Torpağın üstündə ağaran qar tək,

    Qəlbimin telləri ağardı birdən.

    Sakitcə lallaşıb axar sular tək,

    Eşqin dəryasını bəzədim dərddən.

     

    Sən demə sevgimə gəlibmiş bu qış,

    Əlimi əlindən ayırmaq üçün.

    Sən demə bəxtimə yağırmış yağış,

    Həsrətin təşnəsin doyurmaq üçün.

     

    Baxıb gözlərinə

    Günahkar kimi.

    Oldum bu sevdanın

    Qəddar hakimi.

     

    On ili bir günə döndərən sevgin,

    Bəs niyə bu qədər tərsinə döndü?!

    Bir günüm on ilə döndü həmin gün,

    Səndəmi bəxtimin səsinə döndün?!

     

    Bəxtimin qışına, qarına bir bax,

    Ay  mənim ömrümün son baharlısı.

    Yenidən leysan ol gözlərimdən ax,

    Qoyma  bu sevginin bitsin “yarası”.

     

    Bir zaman çalınan həzin bir laylan,

    Bir zaman açılan səhərin idim.

    İndi o yollara həsrətlə boylan,

    Bu eşqdən özümə ölüm dilədim.

     

    Soyuq baxışından elə səksəndim,

    Elə bil ki, dünya uçdu başıma.

    Nə sən sən idin, nə mən mən idim,

    Bir qara bağlandı tale daşıma.

     

    Bu yaşda sevginin dərinliyini,

    Sən ölçüb biçmədin, mənmi günahkar?!

    Bu yaşda sevginin şirinliyini,

    Şərbət tək içmədin, mənmi günahkar?!

     

    Təşnəydim bir kəlmə şirin sözünə,

    Gözlədim, onu da mənə qıymadın.

    Köz basıb vüsalın təşnə gözünə,

    Bu eşqin qanını içib, doymadın.

    ***

    Söylədim:- Budurmu əhdin, ilqarın?

    Ay ilqar yiyəsi, vədə yiyəsi,

    Ömrümü eylədin ömürdən yarı,

    Beləmi sevirlər, sevilən kəsi.

     

    And içib göylərə, and içib yerə,

    Əyləşdin eşqinin şahlıq taxtına.

    Asıb ürəyimi gündə min kərə,

    Qanımdan gül düzdün çiçək baxtına.

     

    Nə yerə sığışdı, nə göyə bu eşq,

    Ruh olub göylərə çəkildi hərdən.

    Dedilər dərmandı ürəyə bu eşq,

    Sən demə, ürəyi sökürmüş dən-dən.

     

    Dinmədin…dediyim acı kəlmələr,

    Toxundu qəlbinin nazik yerinə.

    Gördüm ki, çox yorur məni bəlkələr,

    Qoymadım bu eşqin qəm ilə dinə.

     

    Qayıtdım… Bu eşqin qara yoluyla

    Yolboyu daşlara dedim dərdimi.

    Gözümdən süzülən qanlı yaşlarım

    Düzüldü sinəmə mirvari kimi.

     

    Qayıtdım… dumanlı fikirlərimi,

    Gəldiyim yollara çəpər  eylədim.

    Ən böyük səbrimi sinəmdən asıb,

    Bu acı görüşə sipər eylədim.

     

    Qayıtdım… cavabsız qayğılarımın,

    Göynətdi qəlbimi acı tüstüsü.

    Min yerdən qan verən könül bulağım,

    Oldu bu eşqimin çiçək dəstəsi.

     

    Gileyim, güzarım haray çəkərək,

    Döndü dağ zirvəli dağ şəlaləyə.

    Hər qaya köksündən bir nalə qopdu,

    Dinlədim, eşqimin səsidir deyə.

     

    ***

    Döndü xəyallarım sısqa yağışa,

    İlqarım ağladı, əhdim ağladı.

    Döndüm yollarımda qarlı naxışa,

    Yenicə dil açan bəxtim ağladı.

     

    Sən demə aldanıb yaz vədəsinə,

    İndi də baxıram qışa dönmüşəm.

    Uymuşam eşqimin bülbül səsinə,

    Yuvası dağılmış quşa dönmüşəm.

     

    Yazdığım məktublar düşdü yadıma,

    Danladı üzümü yazdığım sözlər.

    Nələr yazmamışdın mənim adıma,

    Göynətdi qəlbimi qoyduğun izlər.

     

    Eh…həyat yalanmış, sevgi yalanmış,

    Oldum bəyaz ömrün bahar yorğunu.

    Gələn səadət də üzdə olanmış,

    Çəkmədi sinəmdən sevda oxunu.

    ***

    Həsrət varağıma töküldü qan yaş,

    Yenidən közərdi külü dərdimin.

    Dil açdı həsrətim, ürəyində daş,

    Min yerdən ah çəkdi dili dərdimin.

     

    İnlədim vəfalı bircə yar deyib,

    Sevda yolum olub tufan, qar deyib,

    Sığındım mən sənə dünyam var deyib,

    Nə tez yıxdı səni əli dərdimin?!

     

    Döndüm laylasına yar deyən kəsin,

    Sevməyən nə bilər sevgi naləsin?!

    Açdın ürəyimin qəm pəncərəsin,

    Yoxsa tufan oldu yeli dərdimin?!

     

    Ürəyim qəm yeri, dolu daş kimi,

    Sevdam gözlərimdən axdı yaş kimi,

    Asıldım yaxandan bir sirdaş kimi,

    Sənə dərd oldumu əli dərdimin?!

    ***

    İkimiz bu yolda necə yanmışıq,

    Bilir dostlarımız, bilir tanışlar.

    Bu eşqin yolunda alovlanmışıq,

    İndi bu yollarda sevgimiz qışlar.

     

    Söylədin xəyaldı, bu sevgi deyil,

    Bu  yolda hər sözə layiq bilindim.

    Yar deyib sığındım isti köksünə,

    Sən demə yenidən iki bölündüm.

     

    İkiyə bölünmüş sevən ürəyim,

    Min yerdən dağlanıb, aha büründü,

    Mənim tək sevənin, ya sevilənin,

    Taleyi özündən beləmi döndü?!

     

    Mən elə bilirdim, elə bilirdim,

    Bu sevgi ömrümə bahar gətirmiş.

    Tale ağlatdıqca elə gülürdüm,

    Sən demə gülmək də ayrılıq imiş…

     

    Sevirdim…gözümün qorası idin,

    Sevirdim…gözümün qarası idin,

    Sevirdim…qəlbimin parası idin,

    İndi nə təbibimim, nə loğmanımsan.

     

    Sənsiz  Günəş çıxar, nə Ay batardı,

    Sənsiz  gözüm görər, nə də yatardı,

    Sənsiz quru söz də məni tutardı,

    İndi nə səhərim, nə də danımsan.

     

    Bahar da sən idin, yaz da sən idin,

    Ağzımda bir kəlmə söz də mən idin,

    Qəlbimi oxşayan naz da sən idin,

    İndi nə ürəyim, nə də canımsan.

     

    Güldürə-güldürə ağlatdın məni,

    Ağlaya-ağlaya gülürəm indi.

    Sənin həsrətinə neçə can verib,

    Özümü min yerə bölürəm indi.

     

    İndi xəyallarım közə qarışıb,

    Bir ömür göz yaşım gözə qarışıb,

    Düşmüşəm yollara izə qarışıb,

    Açılmış gül idim, soluram indi.

     

    Bir dünya sevgiyəm, bir  ömür yolu,

    Sındı bu eşqimin qanadı, qolu,

    Bir dünya nəğməydim, bir ürək dolu,

    Bulud tək boşalıb doluram indi.

     

    ***

     

    Ölümə nə var ki, gedəcəm bir gün,

    Gəlib məzarıma nə deyəcəksən?!

    Xəyal tək ömründə qalacam hər  gün,

    Bax, onda sevgimə baş əyəcəksən.

     

    Şaxtalı ömrümə əlvida deyib,

    Sığındım mən sənə çətində, darda.

    Bu ülvi sevgimi kəfən eyləyib,

    Rahat yatacağam soyuq məzarda.

     

    Nə məzar ağlayıb, nə də ki, torpaq,

    Mənə yas tutacaq, ağı deyəcək.

    Xəzəl tək üstümə tökülən yarpaq,

    Sevdalı ahıma  baxıb  güləcək.

     

    Bitəcək üstümdə güllər, çiçəklər,

    Bitəcək ömrümün sənli baharı.

    Torpağım üstünə düşən ləçəklər,

    Olar sevgimizin quzeyli qarı.

     

  • Gülten ERTÜRK (Türkiye Cümhuriyyeti, Ankara).Muhteşem şiirler

     

    Göz Yaşartanım

    Efkarlandı deli gönül daraldı
    Sana daldım yine göz yaşartanım…
    Aşkın kanununda bu bir kuraldı
    Sende kaldım yine göz yaşartanım…

    Neler geldi neler geçti gözümden
    Pek çok yaşlar döktüm bu can özümden
    Ne olursa olsun dönmem sözümden
    Sende kaldım yine göz yaşartanım…

    Sensiz dolaşmıyor damarda kanım
    Dinmiyor nedense acır sol yanım
    Göğüs kafesimde sen benim canımmm
    Sende kaldım yine göz yaşartanım…

    Sensizlik duygusu beni kemirir
    Hüznün bile bana mutluluk verir
    Buzlu dağım seni görünce erir
    Sende kaldım yine göz yaşartanım…

    Azrail geldi de gelemem dedim
    Ben yari görmeden ölemem dedim
    Onsuz hiç bir zaman gülemem dedim
    Sende kaldım yine göz yaşartanım…

    03 02 2007

    Ne Olur

    Önceden söndürdüm aşk alevini
    Sorumluluk verdim yap görevini
    Sende anahtarı aç, al evini

    Bana kurşun gibi bakma ne olur
    Küllenmiş aşkımı yakma ne olur…

    Aklımdan silemem o günkü anımı
    Doldurdum senle her bir ânımı
    Kolum yastık, açtım bak sol yanımı

    Bana kurşun gibi bakma ne olur
    Benimle olmaktan bıkma ne olur…

    Aldığım haberler boynumu eğdi
    Bunca olanların sebebi neydi?
    Bu sevdaya yoksa nazar mı değdi?

    Bana kurşun gibi bakma ne olur
    Aklıma sorular takma ne olur…

    Ritmi bozuldu bu kalbin tekliyor
    Parça paça oldu yama ekliyor
    Çam kokulu o yol bizi bekliyor

    Bana kurşun gibi bakma ne olur
    Gönül sarayımı yıkma ne olur…

    29/30.04.2007

  • İbrahim İLYASLI.Şeirlər

     

    YUXUMA SÖYKƏNMİŞ ADAM

    Sevgiyə layiq dostun yox,
    Nifrətə layiq düşmənin.
    Nə layiqsiz adamsan sən –
    Bə sənin nəyin var, nəyin?!

    Nə dərdindən ölənin var,
    Nə öldürmək istəyənin.
    Zalım adam, aciz adam,
    Bə sənin nəyin var, nəyin?!

    Matdım-matdım nə baxarsan,
    Bu Yer sənin, bu Göy sənin.
    Səninkilər sənin deyil,
    Bə sənin nəyin var, nəyin?!

    Nə haqqını tanıyırsan,
    Nə nahaqdan yox köməyin.
    Haqlı adam, haqsız adam,
    Bə sənin nəyin var, nəyin?!

    Nə ağ bayrağın yellənir,
    Nə gəlir qanlı köynəyin.
    Amalın yox, amacın yox,
    Bə sənin nəyin var, nəyin?!

    Yaşa dolmaq yaşamaqmı,
    Yaşanıb tükənmiş adam?
    Yaradandan utanbarı,
    Yuxuma söykənmiş adam!

    GETSİN

    Gəl sənə bir yalan uydurum, könül,
    Adına aldanıb yaşa da getsin.
    Ən böyük yalanmış doğru deyilən,
    Doğruçu olmağı boşla da getsin.

    Dosta yalan danış, yara yalan de,
    Dağa dərə söylə, quşa ilan de.
    Baxıb olmazlara: budu olan,- de,
    Oxunu daşlara tuşla da getsin.

    Təpil yarğanlara, çəkil çallara…
    Boylan məzə kimi qeylü-qallara.
    Çürük matahını bürü şallara,
    Bəh-bəhnən alınsın, xoşa da getsin.

    Nə gözəl toxunub fələyin toru?-
    Adam özü qaçır ağzına doğru.
    İçində quldurdu, çölündə oğru,
    İçini-çölünü xışla da getsin.

    Ömür deyiləni qılıqla, yanla,
    Fanidə oyun qur cisimlə, canla.
    Bir zaman qapına gerçək yalanla
    Qoşa gəlmişdimi? – Qoşa da getsin!

     

  • Əlirza HƏSRƏT.Yeni şeirlər

    QAPIMIZA ELÇİ DÜŞÜB EHTİYAC

    Haradandır bu hıçqırıq neydə ki?
    Şirinləşdi dilim bu gileydə ki.
    Tənha quşdan qatar olmaz Göydə ki,
    Durnaları sevdim dəstə şəklində.

    Xatirənlə oynayıram “gizlən-qaç”,
    Gəl saçına düyün vurum,sən də aç.
    Qapımıza elçi düşüb ehtiyac,
    Bir ala göz,boyu bəstə şəklində.

    Gördüm yolum dirənibdir yoxuşa,
    Pöhrə oldum sığındığım koğuşa.
    Hər gün səni nəzmə çəkdim,ay Şuşa,
    İtgin düşmüş bir “Şikəstə” şəklində…

    KİM SƏNƏ OXŞAYIB, SEVMİŞƏM ELƏ

    Kim sənə oxşayıb, sevmişəm elə,
    Kim sənə oxşayıb, bir tutmuşam mən.
    Hər gün bu sevdanı nəzir eləyib,-
    Sənu ürəyimdə pir tutmuşam mən.

    Hicrandır sevginin əli-ayağı,
    Əlsiz-ayaqsızlar neynir dayağı?!
    Dinsəm, açılacaq gülləsayağı,
    Dilimin ucunda sirr tutmuşam mən.

    Hələ yaxınlar var bizdən uzaqda,
    Yol dara şəkilib izdən uzaqda.
    Bir dağam könüldən, gözdən uzaqda,
    Gör belə nə gözəl qar tutmuşam mən.

  • Əlirza HƏSRƏT.Yeni şeirlər

     

    TUT AĞACI

    Aləm yığışardı tamaşasına,
    Könüllər piriydi vallah,bu xar tut.
    Təkcə bir bağın yox,bütün şəhərin,
    Yaraşıq yeriydi bu bəxtiyar tut.

    Pərdəsi olardı hər yay evimin,
    Bu tut ağacının yamyaşıl donu.
    Asılıb,yellənib budaqlarından,
    Uşaqlar at kimi çapardı onu.

    Hər il sinə gərib tufana-qara,
    Ərməğan edərdi bizə barını.
    Bu ağac kökündən qurudu bir gün,
    Qırdı ümidimin qanadlarını.

    İndi həmdəmimdir xatirələrdə,
    Nazını çəkdiyim o yaşıl pəri.
    Payızda tökülən yarpaqlarıyla,-
    Sayardım ömrümdən düşən günləri.

    Əcəb yaraşırdı bu sevgi nəğməm,
    Qonşu qızlarının dodaqlarına.
    Divanə ruhumu məlhəm eləyin,
    Bu tutun qurumuş budaqlarına.

    TOVUZDA

    Äkbär qağa, yar dodağı,
    Batıbdır bala, vaxtında.
    Seyrä çıxmaq nä gözälmiş,
    Tovuzun lala vaxtında.

    Dağladı dağlar könlümü,
    Kim dağa bağlar könlünü?
    Yar da gäräk yar könlünü,
    Oduna sala vaxtında.

    Bura bir cännät gülzarı.
    Aynasıdır zirvä qarı.
    Gälib Tovuz aşıqları,
    Havamı çala vaxtında…

  • İbrahim İLYASLI.Şeirlər

     

    SALAM-ƏLEYKÜM
    Ustad Molla Cumaya

    Salam sahibi haqqdı,
    Haqqa Salam-Əleyküm!
    Ədlü-Adil əyləşən
    Taxta Salam-Əleyküm!
    Küllü-aləm bir ola,
    Bir anı əylədəmməz,
    Vaxt bir Allah görküdü,
    Vaxta Salam-Əleyküm!

    Ötəridi hər nə var –
    Dərddi, məzədi, meydi,
    Onu bir bilən bilir-
    Nə yamandı, nə yeydi.
    Göz görür, ağıl kəsir,
    Baxt-yığval ayrı şeydi,
    Həm olan, həm olmayan
    Baxta Salam-Əleyküm!

    Yaz, İbrahim İlyaslı,
    Söylə sözün ilkini,
    Nə zamandı sinəndə
    Bir həqiqət silkini.
    Ustad, bir əməl yıxır
    Könüllərin mülkünü –
    Saxta Əleyküm-Salam,
    Saxta Salam-Əleyküm!

    İNDİ

    Çəkdim qəmini də, nəşəsini də,
    Tükətdim, dünyada bekaram indi.
    Nə qəlbim ağrıyır, nə könlüm gülür,
    Heç nəynən uyuşmur heç haram indi.

    Yamanı, yaxşısı qalsın özünə,
    Hərə qandığını təpsin gözünə.
    Bir də inanmaram adam sözünə,-
    Öz ali-Ağama nökərəm indi.

    Dərviş olamadım, dərvişmisalam,
    Ayıbıma koram, ağlıma lalam.
    Hörülüb hasarım, qurulub qalam,-
    Adım İbrahimə şikaram indi.

    NƏ BİLMİŞDİN…

    Nə baxarsan ağ varağa umudla –
    Görmürsənmi, ilham səndən qaçaqdı?
    Əlin saza, könlün sözə yatmırsa
    Şair qardaş, demək, ruhun naçaqdı.

    Demək, qəlbin qələminlə düz deyil,
    Deyəcəyin sağəməlli söz deyil…
    Görmürsənmi, göylər «hələ döz»- deyir,
    Qanmırsanmı, qara damın alçaqdı?!

    Niyyətini qat gözüyün yaşına,
    Sürt üzünü torpağına, daşına.
    Bir də dolan, beş də hərlən başına,
    Nə bilmişdin… Şeir – Pirdi, Ocaqdı!!!

  • İbrahim İLYASLI.Şeirlər

     

    ƏSİRLİKDƏN MƏKTUB

    Məmləkətim,- deməm sənə,
    Məni unudan məmləkət.
    Mən də sənin balanıydım,
    Mənə bax, utan, məmləkət!…

    Yağmalanıb yerin, göyün,-
    Göz dağıdı hər gördüyün.
    Üstü xəcalət örtüyü,
    Altı qızıl-qan məmləkət.

    Harın nəfsinə kündəsən,-
    Səfalətə sürgündəsən.
    Sən məndən betər gündəsən,
    Can, məmləkət… Can, məmləkət!

    MƏN BİR DƏLİ RƏSSAMAM

    Oturub ömrün içində
    Çiçək şəkli çəkirəm.
    Yalan rəngləri götürüb,
    Gerçək şəkli çəkirəm.

    Çəkirəm ciyərlərimə
    Faniliyin ətrini.
    Məndən əziz tutan varmı,
    Bu faninin xətrini?!

    Kimsə bilməz nə çəkdirir,
    Mənə mən çəkdiklərim.
    Ölümlərə cücərirlər
    Olmağa əkdiklərim.

    Dəryalar mənə çəkilir,
    Tufanlar məndən qopur.
    Başıma odlar ələnir,
    Ruhuma sular hopur.

    Şəkillənir qələmimdə
    Doğulmamış bir adam.
    Mən şair deyiləm, yavrum,
    Mən bir dəli rəssamam.

  • Debüt: Orxan ZAMAN (Füzuli).Şeirlər

    images

     

    TƏRCÜMEYİ-HAL

    Orxan Zaman (Əlibəyov Orxan Səfər oğlu) 1992-ci il may ayının 23-də Füzuli rayonunda anadan olub.İlk təhsilini Bakı şəhərindəki 260 saylı orta məktəbdə alıb.2009-cu ildə həmin məktəbi bitirib.2009-2013-cü illərdə Sumqayıt Dövlət Universitetinin Filologiya fakültəsində ali təhsil alıb.
    Ədəbiyyata, poeziyaya erkən yaşlarından maraq göstərir.İlk qələm təcrübələri olan poeziya örnəklərini hələ yeddinci sinifdə ikən yazmışdır.Gənc ədibin ilk şeirləri “Ədəbiyyat naminə”, “525-ci qəzet”, “Bizim söz”, “Sumqayıt Universiteti”, “Sözün Sehri” qəzetlərində, “Davamçılar” adlı uşaq antologiyasında, müxtəlif ədəbiyyat portallarında işıq üzü görüb.
    2010-cu illərində Bakı Slavyan Universitetinin nəzdində fəaliyyət göstərən “Kitab aləmi” Nşəriyyat Poliqrafiya Mərkəzi tərəfindən “Sevgi sonatası” adlı ilk şeirlər kitabı işıq üzü gördü.Müəllifin ilk kitabı oxucular tərəfindən yüksək qarşılandı.Hal-hazırda “Gənc Ədiblər Məktəbi”nin üzvüdür.2012-ci il oktyabr ayının 6-da “Ziyalı Ocağı” ctimai Birliyinin elektron orqanı Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Birinci Qurultayında Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Redaksiya, Yaradıcı, Nümayəndə Heyətlərinin üzvü, “Azərbaycan ədəbiyyatı”, “Türkiyə ədəbiyyatı”, “Publisistika”, “Elektron kitablar” bölmələrinin əməkdaşı  seçilmişdir.

    2012-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən maliyyələşdirlilən və Dünya Gənc Türk Yazarlar Birliyi tərəfindən həyata keçirilən ”Bölgə yazarlarına dəstək” layihəsi çərçivəsində “Bölgələrdən səslər” kitabında şeirləri dərc olunaraq ilk dəfə olaraq Respublika səviyyəsində ictiamiyyətin nəzərinə çatdırıldı.

    Yeriyirəm,
    Bom-boş küçələrin qaranlığında…
    Aram-aram,
    Yağır buz yağışı.
    Həm də necə
    Elə bil bu damlalar mənə pıçıldayır:
    “O, dönəcək, o gələcək”.
    Küçənin boş qalmış səkilərində
    Özümü dənizdən uzaqda qalmış
    balıqçı sanıram.
    Qorxuram,
    Səni təkliyimdə itirib tapmaqdan.
    Səkinin işıq dirəklərindən süzülən
    sarı rəngli işığın parıltısında,
    Sənin qayğılı üzünü görürəm.
    Əllərimi işığa uzadıram,
    Sənə toxuna bilmirəm.
    Bəlkə sənsən deyə baxıram
    Baxdıqca uzanan bu boşluqlara…
    Amma sən deyilsən.
    Hər küçədə, hər tində səni görürəm,
    Amma bilirəm ki, bu küçələr kimi
    mənim də ürəyim boşdur.
    Və bilirəm nə yazıq ki,
    Bu kimsəsiz küçələri, nə də
    mənim içimdəki boşluğu dolduracaq
    bir kimsə yoxdu…

    ***
    Qaranlıq gecə…
    Üç şey:
    Ay, sən, xəyyallar,
    Şirin-şirin duyğular.
    Qapıda qışın qarı,
    Ürəkdə hərarətin,
    Nələr söyləyir mənə,
    Sənsiz yaşamaq çətin.

  • Debüt: Elmar VÜQARLI (Gəncə).Yeni şeirlər

    e-vuqarli

     

    Elmar Vüqarlı (Elmar Nurəddin oğlu Əliyev) 1986-cı ildə Gəncə şəhərində doğulub. Mirzə Şəfi Vazehin nəslindəndir. İxtisasca filoloqdur.
    Ədəbiyyata, poeziyaya erkən yaşlarından maraq göstərir.Dövri mətbuat səhifələrində şeirləri ilə çıxış edib.Şeirləri Azərbaycan türkcəsindən Türkiyə türkcəsinə tərcümə olunub.
    İlk şeirlər toplusu “Yanan sükut” 2006-cı ildə “Adiloğlu”nda kitablaşdırılıb. 2006-cı ildə misirli yazar Yusif İzəddin İsadan etdiyi çevrilərə görə “Misir Mədəniyyət Mərkəzinin Təşəkkür Plaketi” ilə təltif edilib.
    Əsasən Batıda sufizmin yayılmasını araşdırır.2010-cu ildə Batının ilk Mövləvi Şeyxi – dr. Kabir Edmund Helminskinin təqdimatı ilə Amerikada fəaliyyət göstərən “Threshold Sufi Cəmiyyəti”nin fəxri üzvü seçilmişdir.
    Hal-hazırda Daşkəsən rayon Zəylik kənd tam orta məktəbində Azərbaycan dili və ədəbiyyat müəllimidir.
    2012-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən maliyyələşdirlilən və Dünya Gənc Türk Yazarlar Birliyi tərəfindən həyata keçirilən ”Bölgə yazarlarına dəstək” layihəsi çərçivəsində “Bölgələrdən səslər” kitabında şeirləri dərc olunaraq ilk dəfə olaraq Respublika səviyyəsində ictiamiyyətin nəzərinə çatdırıldı.

    Hər şey köhnəlib

    Gözlərimi yumub unuduram incikliyi,
    Bağışlayıram sənə bağışlamaq olmazları…
    Susursan!
    Ürəyin soyudumu nifrətdən?
    İstəyincə geyindinmi qarasını hər şeyin?!
    Əndərdinmi qarğışını sükutun qulağına?
    Bunda təzə nə var ki…
    Olanlar da belədi:
    nə göydəndüşmə, nə yerdənqalxma,
    hər şey tanış, doğma…

    Qara yellər ağı oxuyur pəncərələrdə,
    Gözə dəymir kimsə sakinsiz küçələrdə.
    Qaranlıq, səssizlik çöküb hər yana,
    Taleyim qarışıb sisə, dumana.
    Külək xəzəlləri dağıdır, oynadır, uzaqlara atır.
    Hamı mürgüləyir, hamı yatır.
    Bu tənhalığın ortasında özümü asmaq istəyirəm özümdən.
    Çıxartmaq istəyirəm boz surətimi üzümdən.

    Biganə yalnızlığımdan dağılmış dünyamın əsəbləri,
    intihar həddindəki varlığım
    qaranlıq yoxluğa tələsir.

    Qışqırıram gecəyə, –
    amma tənhalığımı duya bilmir o,
    heç nəyi guya bilmir o.

    Bu payız damı göz yaşları…
    Yenə də mi bu küçəni o baş, bu baş gəzəcəm,
    yenə də mi söyəcəm hər şeyi,
    itirib-tapacam özümü,
    siləcəm əlimin arxası ilə üzümü…
    Yığılıb boğaza həsrətim,
    kirlənib üstüm-başım.
    Boşla göz yaşlarını küləklərə.
    Mən ki şeir yazmıram!
    Mən ki hisslərimi danmıram!
    Gəl evinə dön, əzizim, yuvana..
    Bunlar köhnəlib, çox köhnəlib.
    Hər şey köhnəlib!
    Sən də, mən də köhnəlmişik!

    Xəzərlən qəlbimdə

    Bəyaz gecələrin qoynunda
    sevimli körpələrtək
    əzizlən, oxşan!
    Mürgü yuxulardan süzülüb gələn
    zülmətli işıqsan,
    aydınlan, nurlan!

    Gəl susma,
    gül,
    danış,
    unut hər şeyi,
    Xəzərlən qəlbimdə, ey əziz Neva!
    Xəzan gəncliyimi boğub suyunda
    ağlat gözümdəki donmuş yaşları!
    Axı sən bilirsən –
    Ruhumda boşluğu doldurmaq üçün
    qəlbimdən nəyisə boşaltmalısan,
    ağlat,
    göz yaşlarım qoy yusun onu,
    bu hissin nə adı,
    nə ünvanı var…

    Bu tutqun səmanın altında səssiz
    öpüşək, dərdləşək qərib dost kimi.
    Keçib hər şeyimdən alt-üst dünyamla
    atıram ruhumu sənə daş kimi!
    Xəzərlən qəlbimdə, ey əziz Neva!

    Məndəsən bu səhər

    Məndəsən bu səhər
    tənimdə can kimi,
    məndəsən bu səhər
    yaşanmış zaman kimi…
    Yerdə, göydə – hər yanda
    səni görürəm gözsüz,
    mənimlə danışırsan
    həm kəlməsiz, həm sözsüz.

    İçimdə yollar gedər
    yoluna qovuşmağa,
    ürək atar qəmini
    sonuna qovuşmağa.
    Ey mənim varlığım,
    yoxluğum qidası,
    sevincimin, kədərimin,

    əzabımın, fərəhimin
    Mayası!
    Dünyanı əldən salan
    qanlı müharibələrdən,
    “izm”lərə dolaşmış
    yarıtmaz nitsşelərdən,
    qafamı alt-üst edən
    bayağı nəğmələrdən,
    özünə tərif deyən
    kişicik gədələrdən,
    zəhlətökən, içiboş,
    çürük düşüncələrdən,
    açılması zor olan,
    düyünsüz düyünlərdən
    rahatlıq tapmaq üçün
    üz tutmağa yerim var:
    ora nə çayxana,
    nə bar,
    nə sauna-masajdır;
    nə məsciddir,
    nə kilsə,
    nə də başqa kitabdır!
    Ovunduğum o məkan –
    Sənlə dolu ürəyim!
    Həm varlığın özüdür,
    həm Özüdür ürəyim!
    Quşların cəh-cəhinə,
    burax, qarışsın səsim,
    oxusun əsim-əsim:
    Məndəsən bu səhər
    tənimdə can kimi,
    məndəsən bu səhər
    yaşanmış zaman kimi…

    Amma sən yoxsan

    İlk kəz bu şəhərdəyəm,
    bu şəhər sənin şəhərindir;
    yollarında izlərin,
    səslərində sözlərin,
    havasında nəfəsin var…
    Bu şəhərin hər yerində sən varsan,
    bu şəhər sənin şəhərindir.
    Yanlızlığıma lay-lay deyən
    köhnə qramafon səslənir
    yaxın məhəllələrin dərinliyində,
    yuxuya dalıb bu şəhər
    gecənin mürgüləyən həzinliyində.
    Qulaqlarımda uğuldayan küləklərlə danışır
    xəyallarım,
    sıxır məni həsrət dolu,
    sürgün dolu suallarım.
    Yanaqlarımda yaşlar,
    ürəyimdə illər ağrısı,
    ciyərlərimdə vərəm….
    darmadağın, pərən-pərən
    səni gəzirəm bu şəhərdə,
    amma sən yoxsan!

    Öskürək kimi boğur sənsiz arzular,
    tövşüyən nəfəsim gecəyə, çənə qarışır,
    həsrət mahnısı qoparır ayaqlarım toxunan yollar,
    ürək yoxluğunla necə barışır?!
    Amma sən yoxsan…
    Axı bu görüşə gəlmədin

    son dəfə də olsa, halımı görmək üçün,
    demək mən gecikmişəm mən
    əlvida demək üçün!

    Tablo

    Gözəgörünməz,
    sözəgörünməz
    bir çərçivədəyəm…
    Ayaqlarımın altında
    həyat qarışıq torpaq,
    başımın üzərində
    sonsuzadək uzanan
    boşluqlar,
    düşüncəmdə
    iztirablar…
    Bu tabloya baxıb
    nə sevinir,
    nə də kədərlənirəm,
    nə dəlicəsinə ağlayır,
    nə də gülürəm;
    aldığım təəssüratdan
    bir şeyi bilirəm ki,
    parça-parça
    ölürəm!

    Mələklər qapına təzimə gələr

    Bu dərdli sinəmdə qapında hər gün
    Ahu-zar eylərəm, ya Rəsulullah!
    Dalıb nurundakı rəhmət selinə
    Sevgidən ağlaram, ya Rəsulullah!

    Xəstə könüllərə məlhəm bəxş edən,
    Səninlə aləmi gözəllik sardı.
    Ey xəlq olmuşların ən xeyirlisi,
    Rəhmətin qəməri ikiyə yardı.

    Heyranın olmayan varmı birisi?!
    Gecə də, gündüz də adını söylər.
    İçməkçün qəlbindən kövsər suyunu
    Mələklər qapına təzimə gələr.

    Titrədər yerləri, göyləri səssiz,
    Qəlbimdə çağlayan kədər ağrısı.
    Ruhuma qanad ver, ruhuma ruh ver,
    Odlanar içimdə həsrət yanğısı.

    Sadiq qul-kölənəm, unutma məni,
    Səslərəm, ya Rəsul, səni yaralı.
    Diz çöküb, yalvarıb, şəfaət dilər
    Qarşında vüqarsız yazıq Vüqarlı.

  • Rafiq ODAY.Yeni şeirlər

     

    GÖTÜRMÜR

    Əsmə hər bir yarpaq üstə,
    Bu ağac balta götürmür.
    Yük olanı torpaq üstə,
    Torpağın altı götürmür.

    Nə sızlarsan, viran könlüm,
    Öz içinə varan könlüm.
    Dərdə könül verən könlüm
    Başqa ovqatı götürmür.

    Bıçaq kürəyə yol tapır,
    Haram – çörəyə yol tapır.
    Çat hər ürəyə yol tapır,
    Ürək hər çatı götürmür.

    Ölümü almam eynimə,
    Əgər batmasa beynimə,
    Dar ağacı, çox öyünmə,
    Bu boğaz çatı götürmür.

    KƏRƏM ET

    Bir gözələ

    Məni kim anlayar de, səndən özgə,
    Dada çağırıram səni, kərəm et.
    Onsuz da vədəsiz qar ələnibdi,
    Artırma saçımda dəni, kərəm et.

    Kim məhkum eylədi bu baxta məni,
    Cismin əsir etdi otaqda məni,
    Bir də kim qaldırar bu taxta məni,
    Gəl salma taxtımdan məni, kərəm et.

    Qəsdləmi canıma qəsd eyləyirsən,
    Yoxsa iradəmi test eyləyirsən?!
    Bircə baxışınla məst eyləyirsən,
    Sarırsan ömrümə çəni, kərəm et.

    Baxmırsan şöhrətə, ada yaxırsan,
    Baxmırsan doğmaya, yada yaxırsan,
    Sanki bilə-bilə oda yaxırsan,
    Ruhdan ayırırsan təni, kərəm et.

    Gün boyu gör neçə dərd məndən keçir,
    Toplu məndən keçir, fərd məndən keçir,
    Bir az da sevgini qat – məndən keçir,
    Bu qədər çətindi yəni? – kərəm et!

  • Məhəbbət KƏLBƏCƏRLİ.Həyatı və Yaradıcılığı

     

    Tərcümeyi-hal
    Məmmədov Məhəbbət Şamil oğlu 1957-ci il oktyabr ayının 7-də Kəlbəcər rayonunun Zəylik kəndində anadan olmuşdur.1976-cı ildə Zar kənd orta məktəbini bitirmişdir.1985-ci ildə Gəncə Dövlət Univeristetinin Azərbaycan dili və Ədəbiyyatı fakültəsinə daxil olmuş, 1990-cı ildə həmin Univeristeti bitirmişdir.1987-ci ildə Zəylik kənd orta məktəbinə ixtisası üzrə müəllim təyin olunmuşdur.1993-cü ildə məlum Kəlbəcər hadisələrinə görə Goranboy rayonunun Qaraçinar kəndində məskunlaşaraq Kəlbəcər rayon 60 saylı orta məktəbinə ixtisası üzrə müəllim təyin olunmuş.
    2004-cü ildə Şəmkir rayonuna köçdüyünə görə, Kəlbəcər rayon 74 saylı əsas məktəbinə ixtisası üzrə müəllim təyin olunmuşdur.
    2009-cu ilin sentyabr ayında Şəmkir rayonun “Varlı həyat” kəndində yerləşən Kəlbəcər rayon 96 saylı əsas məktəbinə direktor təyin olunmuşdur.
    On səkkiz yaşından etibarən şer yazmağa başlamış, şeirləri Respublikanın müəyyən qəzet və jurnallarında dərc olunmuşdur. İlk kitabı “Qürbətdə qalan dağlar” (1999), ikinci kitabı “Xallı təcnisim” (2008) , üçüncü kitabı “Tər bənövşəm sorma məni” (2010) dördüncü kitabı “Mən ki şair deyildim” (2012)-də çap olunmuşdur.Hal-hazırda şairin bir kitabıda Cənubi Azərbaycanda Təbriz şəhərində çapa hazırlanır.2008-ci ildən etibarən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.İki oğlu var ikisi də ali təhsillidir.

    Elman Tovuza
    Vətən deyəndə

    Elman Tovuz üryimin bir dərin,
    Yarası göynəyir Vətən deyndə.
    Oqədər ox dəyib bilmir ürəyim,
    Harası göynəyir vətən deyndə.

    Dadı qaçıb söhbətimin, sözümün,
    Dözümüdə tüknibdi dözümün.
    Qana dönüb qarsında gözümün,
    Qara su göynəyir Vətən deyndə.

    Durmuşam önündə dərdin,əlmin,
    Çarəsi hardadı görən bu qəmin?
    Əlimdə nazilib sınan qələmin,
    Parası göynəyir Vətən deyəndə.

    Səxavət zirvədən baxan şəhidin,
    Əbədi günş tək doğan şəhidin.
    Qanı o torpağa axan şəhidin,
    Anası göynəyir Vətən deyəndə..

     

     

  • Nemət TAHİR QARAXANLI.Yeni şeirlər

     

    ANA

    Sökülməzdi dan yeri
    Açılmazdı heç səhər
    O şirin laylaların
    Olmasaydı gecələr
    Mən dünyaya gəlməmiş
    Tanıdıb bir mələyi
    Mənə əmr etdi Xudam
    Anacan söyləməyi
    Saçmasaydı Günəş nur
    Itərdi zülmətdə Ay
    Ana,sən bir Günəşsən
    Mən sənə nisbətdə A

    * * *

    Daha məni heç nə təəccübləndirmir.
    Daha mənə heç nə qeyri-adi gəlmir.
    Fikirlərim dar beynimə,
    Hisslərim qafiyəyə,
    Ruhum isə “can” adlanan bu qəfəsə sığmayır.
    Sıxılıram, boğuluram..
    “Haqqa” doğru yol gedirəm,
    “Həqiqət”i özləyirəm
    Tamlığından ayrı düşmüş yarpaq üzərində bir şeh damlasıyam.
    Buludlara qovuşmaqçün günəşin doğmağını gözləyirəm
    Mən, keçmişindən xəbərsiz,
    Gələcəyinə biganə manqurtlaşan gəncliyəm,
    Məhvə məhkum bir xalqın son gümanı,ümidiyəm
    Atası şəhid, anası faişə bir uşağın “insanliğ”a nifrətiyəm
    Hər şeyin nəfsinə qurban verən
    əsgərin əzab çəkən vicdanıyam,qeyrətiyəm.
    Əsirlikdə təhqir olan qadınların ismətiyəm.
    “Söz” tapıb ifadə edə bilmədiklərim içimi yandırır, kül eləyir.
    Mən Qarabağda yandırılmış,xaraba qalmış bir yurdam
    Tamahına aldanaraq tələyə düşmüş,qarşısında şikar durmuş,gözləri bərələ qalmış
    Boz qurdam.
    Bədənimi buz kəsibdir,donmuşam,bəlkə,yenidən qış gəlibdir?
    …yox!yox!Deyəsən,elə mən ölmüşəm..
    Ağzımdan çıxaraq havada iz buraxan,
    Nəfəs deyil,içimdəki od-alovun istisidir,tüstüsüdür

    İÇİMDƏN KEÇƏNLƏR

    İçimdən keçənlər…
    Nifrətin əli ilə,şərin özü ilə
    Boynunu vurmuşam parlaq günəşin
    Kainat mat qalıb özü-özlüyündə
    Məni illər boyu uşaq kimi aldadan
    Xoş gələcək arzusu ilə yaşadan
    Yalançı,fırıldaq ümidlərimi qəlbimdən
    qoparıb bir-bir boynunu vurdum edam kötüyündə.
    Acaq ürəyim soymadı,”insani”hisslərim,nəfsim doymadı
    Hamısın yığıb bir yerə onları dəfn elədim
    Keçmişimin dərinliyində…
    Şaxtalı bir qış gecəsi,vaxt dayanıb
    Göydə ay,uduzla da donub…
    Bu sükutu bircə pozan
    Döyünən,arsız ürəyimdi.
    Bircə anda dayanmayan xəyallarım,diləyimdi
    …Yaşamıram,mən yoxam,mən yoxluğam
    Bir günahkar ruh sürünür can yerinə
    Tikə-tikə doğrasanda heç nə çıxmaz
    Damarımda nifrət dolanır qan yerinə
    Unutmuşam kimliyimi,itirmişəm Tanrımı,inancımı…
    Söz deməyə haqqım,yaşamağa yerim yox…
    Aslı qaldım mən göylərin ətəyində

    TÜRKƏM DEYƏNƏ

    Türkəm deyə…
    Pəncərədən düşən günəş
    Elə bil ki,buz bağlayıb.
    İsitməyir könlümü…
    Qarabağda ruhum əsir
    Savalandan külək əsir
    İçimdə boz qurd ulayır…
    Əllerim açılıb göyə
    Taleyim bürünüb göyə
    Tək günahım-Türkəm deyə
    Yasaq edildi Ana dilim
    Qurudulur Urmu gölüm

    YAŞAMAQ BƏHANƏSİ

    Yaşamaq bəhanəsi
    Yaşamaq üçün gərək bu cəmiyyətin
    ritmini tutasan
    Kimliyini,məqsədini unudasan
    Bunların dilində danışasan…
    Yox,mən bu hünərin sahibi deyiləm,bacarmaram
    Ümid edirəm ədalət tərəzisi qurular.
    Kənardan mənə baxıb ,qəhqəhə çəkən ümidlərim.
    Əlacım olsa, içimdən birdəfəlik qovaram sizi
    Əlacım olsa, bir qaşıq suda yox,göz yaşlarımda boğaram sizi
    Önümdə uzun bir tunel.
    Nə işıq görünür, nə qatar gəlir
    İrəli gedim getməyim tərəddütdəyəm
    Yenə ümidlərim irəli səsləyir
    Bu tunelin sonunda məni
    Ya həqiqət,ya ölüm gözləyir
    Yox!ölmək olmaz!
    Axı bir yanda sevdiklərim var
    Digər yanda intiharı günah sayan Tanrım
    Aha! Deyəsən, yaşamağa bəhanə tapdım..

    XATİRƏLƏR

    Xatirələr…
    Sənsizlik,tənhalıq sıxanda məni
    Arzular,ümidlər dayağım olur
    Mən haçan darıxsam,səninlə bağlı
    Şirin xatirələr qonağım olur
    Həsrət fırtınası azdırsa məni
    O ulduz gözlərin mayağım olur
    Mən eşq dənizində üzən bir gəni
    Qolların limantək sığnağım olur

    * * *

    Qorxu – nə isə itirmək hissi…
    Kimisi can itkisindən
    Kimisi mal itkisindən
    Kimisi vəzifə itkisindən
    Qorxar,susar kölələşər
    Yavaş- yavaş ,zərrə-zərrə vəhşiləşər
    İnsan da insanlığın itirməyə yaman qorxar
    Dan danışar,sonra isə qan qusar….
    Yuxu-ruhun azad olduğu an…
    Daş üstündə daş kimi yatan da var
    Yatağında ilan kimi qığrılan da var
    Yarasa kimi qaniçən,gecə həyatı yaşayan da var
    Qula çevrilmiş ruhlar,istəməsə də bu “canları”daşımağa məhkumdurlar
    Ruhlara bu cəzanı niyə vermiş Allah?
    Görən bunların hansı günahı var?…
    Sevgi – vərdişin,bağlılığın ən yüksək pilləsi…
    Yaradana sevgi
    Valideynlərə sevgi
    Vətənə sevgi
    Qadına sevgi
    Vəzifəyə sevgi
    Var -dövlətə sevgi…
    Bu qədər sevgini ürəyimizdə necə gəzdiririk,İlahi?
    Bunlar hamısı insana məxsus ehtiyaclar,istəklərdir…
    Ruhun isə bir arzusu,bir diləyi,bir sevgisi var ancaq,
    Azadlıq !Azadlıq! Azadlıq!!!

    Almaz İldırımın”Məlum bir zamanda,məhkum bir eldə
    Allahım nə ücün şair doğuldum?”
    şerinə cavab yazmışam bu şeiri….

    “Xalq düşməni” deyib təqib etdilər
    Nələr çəkmədi ki,bəlalı başı?
    Dərdini söylədi Araza,Kürə
    Xəzərə yetişdi qanlı göz yaşı

    Dedi;”dəfn edərsiniz üzü vətənə”
    Onun Kəbəsi idi hər vətən daşı
    Adıtək ruhu da qalxdı göylərə
    Qürbətdə gömdülər bir Vətəndaşı

    O Yanvar gecesi qan dənizində
    Əliyalın xalqımla birgə boğuldum
    Arxalı köpəklər cumdu elimə
    Mən də sənin kimi yurdan qovuldum

    Şəhidlər can verib aldı hüriyyət
    Onların ruhutək mən azad oldum
    Azad məmləkətdə,azad bir eldə
    Allahım nə yaxşı şair doğuldum!!!

  • Nemət Tahir QARAXANLI.Yeni şeir

     

    DƏRDLƏRİMİ YAZMIŞAM BUZ ÜSTÜNƏ

    Ümidlər qəbiristanlığıdır sanki
    Daş kimi soyuyub mənim ürəyim.
    Oxa dönmüş başdaşları dəlir sinəmi…
    İnsanlığa həsrət…Vətənə həsrət…
    Azadlığa həsrət… kəfənə həsrət
    diri ikən ölülərik biz…
    nəfəsim içimdə boğulur
    göz yaşlarım yanağımda quruyur
    Dodaqlarım çat-çat olub
    Suya həsrət torpaq kimi…
    Dərdlərimi yazışam buz üstünə
    Gözləyirəm günəşin doğmağını.
    Azalıb inancım,Taqətdən düşmüşəm.
    Zəifləyib əqidəm,odum-alovum,
    təkcə yanır varlığım.
    Nefti qurtarmış,piltəsi közərən çıraq kimi…

  • Hüseyn Arifin arxivindən şeirlər.Eksklüziv

    10335726_630733263662185_1590584312_n

     

    Tələsmə

    Baxıb sola, baxıb sağa
    Tər qoxulu bağça-bağa
    -Vaxtıdır!-deyə açılmağa
    Tələsmə, ay gül, tələsmə!

    Çən-çiskin versə də ara
    Azmı tutulmuşuq qara
    Bel bağlayıb ilk bahara
    Tələsmə, bülbül, tələsmə.

    Çat haraya, yet köməyə,
    Qoyma namərd mərdi əyə.
    Bir sözlə dostdan dönməyə
    Tələsmə, könül, tələsmə.

    Oldu

    Xəyal zirvələrə səslədi məni,
    Torpaqda əzilən dizlərim oldu.
    Alanda üstümü dağların çəni,
    Donub buz bağlayan izlərim oldu.

    Bilmirəm həyatda kimə neylədim,
    Ağlıma gələni aşkar söylədim.
    Yaxını özümdən uzaq eylədim,
    Günahkar günahsız sözlərim oldu.

    Hüseyn Arifəm, saçlarımda dən,
    Bir tərəfim bulud, bir tərəfim çən.
    İçim qan ağladı gördüklərimdən,
    Könlümün düşməni gözlərim oldu.

    Daş üzəngi

    Dağlara getmişdim,
    ulu dağlara.
    Buludlar başımın üstündən aşdı.
    Qayalar qoynunda elə bu ara
    Bir daş üzəngiyə gözüm sataşdı.

    Qədim daş üzəngi…
    Seyr et bir anlıq-
    Onda qoç Koroğlu, Babək zəhmi var.
    Bir canlı tarixdi hər qəhrəmanlıq
    Əsrdən-əsrə qalır yadigar.

    Xəyal haralara apardı məni,
    Yadlar yurdumuza çox bostan əkib.
    Köhlənlər belində ərlər çəkəni,
    Üzəngilər çəkib, yəhərlər çəkib.

    Ürək daşa dönər, demişlər bunu
    Müsibət ucundan, möhnət üzündən.
    Dəmirin dəyişib daş olduğunu
    İlk dəfə görürəm gözlərimlə mən.

    Çoxdur möcüzəsi dövrün, həyatın
    Nə qəribə hikmət, nə qəribə sirr.
    O bəlkə Qır atın, bəlkə Dür atın
    Bəlkə Ərəb atın nişanəsidir…

    Suallar, sorğular beynimdə min-min,
    Aşıq da qarşımda keçir “Cəngi”yə.
    Nə deyim, bəlkə də Ərəbzənginin
    Ayaqları dəyib bu üzəngiyə.

    Nəsillər alovdan, alovdan keçiblər,
    Bir ordu məhv olub bir çathaçatda.
    Bəlkə də Babəki boğanda qəhər
    Dəmir daşa dönüb ayağı altda.

    Daşın daş dözümü, daşın daş ömrü,
    Nə qədər köksünü irəli gərmiş.
    Yüz dağa, düyünə dözməkdən ötrü
    Dəmir də bərkiyib başa dönərmiş.

    Üzümüz nə vaxtdan nə vaxta çatır
    Şimşək nərəsi var haqqın səsində.
    Hələ cilid-cilid kitablar yatır
    Dağlar muzeyinin xəzinəsində.

     

  • Teymur HƏBİBİ.Yeni şeirlər

     

    MƏHƏBBƏT

    Bu qoca dünyada biztək insana
    Ömür verib yaşadandır məhəbbət.
    Bu qoca dünyada qıza, oğlana
    Əmrin verib aldadandır, məhəbbət.

    Can, can deyib çağıran o dillərin,
    Şux qaməti qucaqlayan əllərin,
    Ətir saçan gözəl-göyçək güllərin,
    Təsirindən yaranandır, məhəbbət.

    Bəzən sevindirib, bəzən ağladan,
    Ürək qapısını üzə bağlayan,
    Sevənləri xəyallara daldıran,
    Ağılı başdan alandır, məhəbbət.

    BİRCƏ SƏN YOXSAN, ƏZİZİM

    Gözəl bir qış axşamında,
    Oturmuşam otağımda,
    Siqaret də damağımda,
    Bircə sən yoxsan, əzizim.

    Yazan qələm, coşan ilham
    Mənimlədir indi, bu an.
    Otağı bürüyüb duman,
    Bircə sən yoxsan, əzizim.

    Bu axşamın qonağıdır
    Divardan asılan rəsmin.
    Bir də oxunan ağıdır,
    Bircə sən yoxsan, əzizim.

    Gedişinlə izin qaldı,
    Baxışınla gözün qaldı,
    Bir də quru sözün qaldı,
    Bircə sən yoxsan, əzizim.

  • Teymur HƏBİBİ.Yeni şeirlər

     

    GÜL FİDANI
    Gül fidanı, bəxtimin gülüsən sən,
    Nə tez mehin ətrilə soldun belə?
    Hey nazlanıb, ağlayıb, gülürsən sən,
    Nəğmələr olub düşdün dildən-dilə.

    Gül fidanı, ətirli bir çiçəksən,
    Eşq bağımda birdənəsən, sən təksən.
    Yağışam, ruhuna qidayam, gülüm,
    Bil, həsrətindən döyünən ürəksən,

    Gül fidanı, adın kimi gözəlsən,
    Gül bir yana, qadın kimi gözəlsən.
    Həbibi, hər an şad ol gözəllikdən,
    Fidanım, sən də gül kimi gözəlsən.

     

    SƏN MƏNİM ÜÇÜN…

    (Mənsur şeir)

    Sən mənim üçün tələbəlik illərindən bir xatirə…
    Sən mənim üçün saf-səmimi, ülvi məhəbbət…
    Sən mənim üçün yazdığım cavabsız mesajlar…
    Sən mənim üçün “Gül fidanı…”
    Sən mənim üçün qısa metrajlı bir film…
    Sən mənim üçün telefon zəngi…
    Sən mənim üçün gələcək can yoldaşı…
    Sən mənim üçün gələcək iş yoldaşı…
    Sən mənim üçün gələcək səfər yoldaşı…
    Sən mənim üçün sonda ayrılıq payı…
    Sən mənim üçün sonda dərd dağı…
    Sən mənim üçün həsrətdən ağlayan göz yaşı…
    Sən mənim üçün tufanlı bir dəniz…
    Sən mənim üçün ürəyin son nəbzi!

  • Debüt: Elşad TALEHOĞLU (Ağdam).Yeni şeirlər

    1391757_1403855233180811_1376804781_a

    Elşad TALEHOĞLU

    Elşad Talehoğlu ( Əliyev Elşad Taleh oğlu) 1994-cü il yanvar ayının 16-da Ağdam rayonunun Quzanlı qəsəbəsində anadan olub.1999-cu ildə Ağdam rayon 85 saylı tam orta məktəbin birinci sinfinə dabil olub.2011-ci ildə həmin məktəbi bitirib.2011-ci ildə Sumqayıt Dövlət Universitetinin Filologiya fakültəsinə qəbul olub.
    Ədəbiyyata, poeziyaya erkən yaşlarından maraq göstərir.İlk şeirlərini tələbəlik illərində qələmə alıb.Şeirləri “Sumqayıt Universiteti”, “Sözün Sehri”, “Möhtəşəm Azərbaycan” qəzetlərində, “Ziyalı Ocağı” jurnalında, müxtəlif ədəbiyyat, o cümlədən mədəniyyət və ədəbiyyat portallarında nəşr olunub.Sumqayıt Dövlət Universitetinin elmi məqalələr toplusunda Müasir Azərbaycan dili və Ədəbiyyatı sahəsində elmi məqalələri dərc olunub.”Gənc Yazarlar” Ədəbi Birliyinin üzvüdür.
    2012-ci il oktyabr ayının 6-da “Ziyalı Ocağı” İctimai Birliyinin elektron orqanı Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Birinci Qurultayında Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Redaksiya, Yaradıcı, Nümayəndə Heyətlərinin üzvü, “Azərbaycan ədəbiyyatı”, “Türkiyə ədəbiyyatı”, “Publisistika”, “Elektron kitablar” bölmələrinin əməkldaşı seçilmişdir.
    Gənc yazar Elşad Talehoğlu öncəki şeirlərində dövri mətbuat səhifələrində “Elşad Qarabaği” təxəllüsü ilə çıxış etmişdir.Şeirləri müntəzəm olaraq dövri mətbuat səhifələrində dərc olunur.Bakı və Sumqayıt şəhərlərində müxtəlif mətbu orqanlarla əməkdaşlıq əlaqələri saxlamaqdadır.Gənc yazar Elşad Qarabaği şeirlər, məqalələr müəllifidir.

    QUZANLI

    Qışın zülmətindən yaza girəndə,
    Bağ-bağçası bol olandı QUZANLI.
    XAÇIN çayı şaqqa-şuruq axanda,
    Çeşmələri göl olandı QUZANLI.

    Nazənləri bir baxarsa, yaralar,
    Ürəkləri ağılından aralar.
    Üzlər dönsə, həmən üzlər saralar,
    Gözəllərin qəlb alandı QUZANLI

    ELŞADAM, çox gördüm qaranı, ağı,
    Dolaşdım dünyanı, dolaşdım dağı.
    Nə qədər gəzsəm də, bağçanı, bağı,
    Səndən başqa bil yalandı QUZANLI.

    AY GÖZƏL!

    Sən yaxşısan, mən yaxşının quluyam,
    TANRIM sənə sevinc versin, ay gözəl!
    Sən sadəsən, mən sadənin quluyam,
    TANRIM sənə sevinc versin, ay gözəl!

    Bənzəyirsən dağ döşündə güllərə,
    Yaraşıqsan çəmənlərə, çöllərə.
    Düşməyəsən qanmaz, naşı əllərə,
    Ya mənim ol, ya heç kəsin, ay gözəl!

    ELŞAD deyir çiçək sənə, gül sənə,
    Sevməsən də, sevəcəyəm bil yenə.
    Sevinc sənə, qəmlər gəlsin qoy mənə,
    Hər bir zaman üzün gülsün, ay gözəl!

  • Elşad TALEHOĞLU.Yeni şeirlər

    1391757_1403855233180811_1376804781_a

    GƏRƏK

    Bülbüllər gülsüzdü, yalqız alıbdı,
    Bülbülün gülünü axtaran gərək!
    Erməni torpağı bizdən alıbdı,
    Onu düşmənlərdən qurtaran gərək!

    Düşdüm bülbülümdən, gülümdən ayrı,
    Gözəl AĞDAM kimi elimdən ayrı.
    Gəzib-dolanmadım qəmimdən ayrı,
    Qəmimin dərdini sağaldan gərək!

    Mən məcbur oluban bura gəlmişəm,
    Nə qədər göz yaşı töküb silmişəm.
    Körpəkən haqq-nahaqq nədi bilmişəm,
    HAQQIN meydanında ər duran gərək!

    Erməni AĞDAMDA sərasər gəzir,
    Qaçqın da VƏTƏNİN QIRAQdan süzür.
    Məni də yurd dərdi sızladır, üzür,
    Dərdlinin dərmanın bir tapan gərək!

    Qürbətdə ağlayıb “VƏTƏN!”-deyirəm,
    Ey VƏTƏN, dərdini mən də bilirəm.
    Qaçqınam, qaçqının halın görürəm,
    İndi qisasını hey alan gərək!

    ELŞAD QARABAĞİ-TALEH oğluyam,
    VƏTƏNİN köləsi, sadiq quluyam.
    Eləsə VƏTƏNDƏN niyə ayrıyam,
    Məni VƏTƏNİMDƏ dəfn edən gərək?!

    SUMQAYITIM! SUMQAYITIM!

    Ruhumla canım kimisən,
    Sumqayıtım! Sumqayıtım!
    HAQQ deyən anım kimisən,
    Sumqayıtım! Sumqayıtım!

    Ürəyimin gözü sənsən,
    Məhəbbətin sözü sənsən.
    Gözəlliyin özü sənsən,
    Sumqayıtım! Sumqayıtım!

    Gündən-günə böyüyürsən,
    İgidlərlə öyünürsən.
    Ürək kimi döyüünrsən.
    Sumqayıtım! Sumqayıtım!

    Gözlərimin qarasısan,
    Ürəyiyimin parasısan.
    Dərdimin sən çarasısan,
    Sumqayıtım! Sumqayıtım!

    Yanağımda göz yaşısan,
    Torpağımın bir daşısan.
    Xəzərimin göz, yaşısan,
    Sumqayıtım! Sumqayıtım!

    Candan ruha süzülmüsən,
    Dastanlara düzülmüsən.
    Həsrət çəkib büzülmüsən,
    Sumqayıtım! Sumqayıtım!

    Ruhuma hopub gəlibsən,
    Tufan tək qopub gəlibsən.
    ALLAHI tapıb gəlibsən,
    Sumqayıtım! Sumqayıtım!

  • Şah İsmayıl Xətayi.Həyatı və Yaradıcılığı

     

    Şah İsmayıl Əbülmüzəffər oğlu Şeyx Heydər oğlu Şeyx Cüneyd Səfəvi (d. 23 iyun 1487, Ərdəbil – ö. 23 may 1524, Ərdəbil) və ya I İsmayıl Səfəvi (ingiliscə: Shah Ismail I) – Azərbaycanın və İranın görkəmli dövlət xadimi, Səfəvilər Dövlətinin banisi və Xətai ləğəbi altında yazan tanınmış Azərbaycan şairi. Müasir Azərbaycanın milli dövlətçilik ənənələri məhz Azərbaycan dilini tarixdə ilk dəfə yeganə rəsmi dövlət dili səviyyəsinə yüksəldən Şah İsmayıldan başlanır.

    Həyatı

    Şah İsmayıl Xətai 1487-ci il iyun 23-də Ərdəbil şəhərində kökü tarixin çox-çox uzaq çağlarına gedib çıxan nüfuzlu Azərbaycanlı zadəgan (bəzi ədəbiyyatlarda səhvən kürd mənşəli kimidə göstərilir)türk[1][2] ailəsində anadan olmuşdur. O, ata tərəfdən Şeyx Səfiəddinin nəslindən idi. Şah İsmayılın atası Şeyx Heydər, babası Şeyx Cüneyd olmuşdu. Şah İsmayıl ana tərəfdən də dövrünün hakim və köklü bir ailəsinə mənsub idi. Onun anası Aləmşah bəyim Ağqoyunlu hökmdarı Uzun Həsənin qızı, Sultan Yəqubun bacısı idi.

    Şeyx Heydər döyüşlərin birində xəyanətlə öldürüldükdən sonra (1488), İsmayıl anası və qardaşları – Sultanəli və İbrahim ilə birlikdə İstəxrdə (Şiraz) həbsdə saxlanılır. Onda İsmayılın hələ iki yaşı tamam olmamışdı. Bir müddətdən sonra Rüstəm Mirzə qardaşlardan istifadə etmək məqsədilə onları həbsdən azad edir. Lakin döyüş zamanı İsmayılın böyük qardaşı Sultan Əlinin və «qızılbaşlar»ın necə şücaət göstərdiyini görüb qorxuya düşür, özünü və sülaləsini gələcək təhlükələrdən qurtarmaq üçün Şeyx Cüneyd nəslinə son qoymaq qərarına gəlir. O, Şeyx Sultanəlinin üzərinə qoşun göndərib onu öldürtdürür. Ölümündən öncə Şeyx Sultanəli İsmayılı özünün vərəsəsi təyin edərək Ərdəbilə göndərdi. «Qızılbaşlar» İsmayılın axtarıldığını görüb onu bir müddət Ərdəbildə daha sonra Rəştdə gizlədirlər.

    Sonra onu Lahicana, Gilan hakimi Mirzə Əlinin sarayına gətirirlər. Gilana gələndə İsmayıl yeddi yaşında olur. Burada o, Həsən xanın himayəsi altında Lələ Hüseyn tərəfindən tərbiyə olunur. İsmayıl təqribən 6 il burada qalaraq, tanınmış əmir və alimlərin rəhbərliyi altında özünün dini, dünyəvi və hərbi təlimlərini davam etdirir.

    13 yaşında İsmayıl artıq müstəqil şəkildə siyasi və fəaliyyətə başlayır. 1499-cu ilin avqust ayında İsmayıl özünün yaxın tərbiyəçisi və məsləhətçisi olan bir neçə qızılbaş tayfa başçısı ilə birlikdə qoşun toplamaq üçün Ərdəbilə yollandı. O, 1500-cü ilin yazında Şamlı və Rumlu tayfalarından, habelə Qaradağ və Talış əhalisindən ona qoşulmuş 2 minə yaxın qızılbaşla Qarabağ, Çuxursəd, Şuragil, Kağızman, Tircan yolu ilə Ərzincana gəldi. Burada qızılbaş tayfalarından, habelə Qaradağ sufilərindən təqribən 7 min tərəfdar toplayaraq 1500-cü ilin axırlarında Şirvana hücum etdi və Şirvanşah qoşunlarını məğlubiyyətə uğratdı. Döyüşdə Şirvanşah Fərrux Yasar öldürüldü. 1501-ci ilin payızında Təbrizə daxil olan Ismayıl özünü şah elan etdi. Bununla da paytaxtı Təbriz olan Azərbaycan Səfəvilər dövlətinin əsası qoyuldu.

    I Şah İsmayılın tabe olmaq təklifini rədd edən Ağqoyunlu hökmdarı Muradla 1503-cü il iyunun 21-də Həmədan yaxınlığında döyüş də qızılbaşların qələbəsi ilə nəticələndi. Sonrakı illərdə Şah İsmayıl bütün İranı, Xorasanı, İraqi-ərəbi Səfəvilər dövlətinə qatdı.Onun dövründə Səfəvilər dövləti Yaxın Şərqin qüdrətli dövlətlərindən birinə çevrldi. 1514-cü ildə sultan I Səlimin (1512-20) başçılıq etdiyi Osmanlı ordusu ilə Çaldıran düzündə baş vermiş döyüşdə qızılbaşlar məğlubiyyətə uğradılar.

    Sonrakı illərdə Şah İsmayıl Şəki hakimliyini, Şirvanşahları, gürcü çarlarını Səfəvilərdən asılı vəziyyətə saldı. O, Şəkiyə növbəti səfərdən Ərdəbilə qayıdarkən vəfat etdi. Yerinə oğlu I Təhmasib keçdi.

    Onun ölümü ilə bağlı qaynaqlarda belə bir qeyd vardır ki, Şah İsmayıl ölümündən bir qədər əvvəl ova çıxır. Şahdağda öz adamları ilə cərgə ovu təşkil edir. Ov şənliyi qurtarar-qurtarmaz o, ağır şəkildə xəstələnir və dərhal Ərdəbilə qayıdır. Burada da onun halı yaxşılaşmır. Tələsik Təbrizə yola düşürlər. Yolda Sərab yaxınlığındakı Mənqutay adlı yerdə halı o qədər ağırlaşır ki, düşərgə salmalı olurlar. Həkimlərin müalicəsi bir fayda vermir. Hökmdar şair 1524-cü ildə mayın 23-də vəfat edir. Cəsədini Ərdəbilə gətirib Şeyx Səfi türbəsinin yanında dəfn edirlər.

    Şah İsmayıl Xətai 38 yaşında, həyatının, yaradıcılığının, arzularının ən qaynar bir çağında dünyadan köçür, lakin qısa ömrü müddətində gördüyü işlər ona ölməzlik qazandırmış, onu Azərbaycan xalqının siyasi və mədəni tarixinin ən parlaq səhifələrindən birinin yaradıcısı kimi tanıtdırmışdır. Şah İsmayılın yüksək hərbi istedadı haqqında K. Marks yazmışdır: «Səfəvilər xanədanının banisi Şah İsmayıl fateh idi. O, on dörd illik hakimiyyəti dövründə on dörd əyalət fəth etmi

    Şah İsmayıl şəxsiyyəti, tarixdəki yeri

    Şah İsmayıl çox nadir dühaya malik bir şəxsiyyət olub. O, hələ uşaq yaşlarından idman oyunlarına, cıdır yarışlarına böyük həvəs göstərir, tez-tez ova gedirdi. Sərkərdəliyi dövründə o bir neçə zorxana açdırmışdı ki, burada bayram şənlikləri düzənlənər və pəhləvanlar öz güclərini sınayardılar. Şah İsmayıl həm də rəssamlıq və xəttatlıq bacarığı ilə də seçilir, kitab oxumağı çox sevirdi. Uzun Həsənin Təbrizdə yaratdığı məşhur kitabxananın nəzdində o, yeni tipli geniş bir kitabxana açdırmışdı ki, buradan nəinki öz ölkəsinin əhalisi və alimləri, hətta qonşu ölkələrin alimləri də istifadə edirdilər. Bütün müsbət keyfiyyətlər bu böyük şəxsiyyətdə toplanmışdı. Şah İsmayıl bütün bunlarla yanaşı gözəl səsə də malik idi. Bərbəd adlanan alətdə gözəl çalır və oxuyurdu. O, uşaq yaşlarından şer yazmağa başlamışdı. Şerlərini elə aydın və nəsihətamiz tərzdə yazırdı ki, onu oxuyan hər bir kəs, hətta əhalinin ən savadsız təbəqəsi belə bu şerləri oxuduqda nəsə öyrənir, özü üçün nəticə çıxarırdı.

    Şah İsmayıl dinə bağlı bir insan idi. Lakin bu xüsusiyyət ona reallığı olduğu kimi qəbul etməyə mane olmurdu. Şah İsmayıl heç vaxt tamahkar olmamış, nəfsi ucundan səhvlərə yol verməmişdi və şəxsiyyətini, ləyaqətini hər şeydən uca tutmuşdu. O, insanlığa, gözəlliyə böyük qiymət verir və hər şeydə gözəllik axtarmağa çalışırdı. Şah İsmayıl az həyat sürməsinə baxmayaraq yalnız xeyirxah işlər görməyə can atmış, şərdən, pis əməllərdən uzaq bir insan olmuşdu.

    Şah İsmayıl həm də məğrur, azad fikirli, öz qüdrətinə inanan bir sərkərdə, həqiqət yolundan zərrə qədər kənara çıxmayan nəcib insan idi.

    Şah İsmayıl həmişə xalqının rifahı üçün çalışıb, qurduğu qüdrətli dövlətin daim çiçəklənməsi üçün əlindən gələni əsirgəməyib. Daima xalqın arasında olub və xalqının dərd-sərinə şərik olub. Hətta rəvayətə görə, Şah İsmayıl dərviş paltarı geyinib məmləkəti gəzib dolaşar və xalqın dərd-səri ilə maraqlanarmış.

    O, uşaq yaşlarından sərkərdəlik etməsinə baxmayaraq, dərin düşüncə qabiliyyətinə, sərkərdəlik bacarığına malik idi. Tərəfdarlarına qarşı həmişə sədaqətli olmuşdu və dönüklüyə nifrət edirdi. Bu xüsusiyyətinə görə də tərəfdarları ona dərin hörmət bəsləyir və inanırdılar.

    Hər bir addımında diqqətli, ehtiyatlı olan Şah İsmayıl ağıllı məsləhətlərə də qulaq asır, əqidə, məslək yolunda sədaqətlə hərəkət edirdi. Döyüşə nikbin əhval-ruhiyyə ilə gedərdi. O, böyüklə-böyük, kiçiklə-kiçik olmağı bacarırdı.

    Şah İsmayılın apardığı müharibələr onun vahid Azərbaycan dövləti yaratmaq arzu və istəyindən irəli gəlirdi. O, Azərbaycan dilini dövlət və şer dilinə çevirmiş, ölkənin siyasi, ictimai, iqtisadi və mədəni inkişafı üçün ölçüyəgəlməz dərəcədə bölük işlər görmüşdür.

    Həyatının ilk anlarından daima təhlükə də olmuşdur. Hələ altı yaşı olanda müridlər tərəfindən qaçırılmasaydı öldürüləcəkdi. Lahicanda olduğu müddətdə də daim onu təhlükə gözləyirdi, altı il gizlin yaşadı. On iki yaşında Talış Məhəmməd bəyin əlindən çətinliklə də olsa qaça bildi.

    Ələ keçməməklə özünə yandaş toplayabilmək üçün minlərcə kilometr yol qət etmişdir, ayrı-ayrı iqlimlərə, huyunu-suyunu bilmədiyi tayfalar arasına girir, qarşılaşdığı hər kəsi inandırıb yanına la bilirdi. Anadoludan da minlərcə, on minlərcə insan ayaqyalın bu gənc adam üçün yollara düşürdü. Bu yollara düşməkdə türk inancından əlavə uşaq Şahın kimliyi böyük rol oynamışdır. Osmanlıda axtardığını tapmayan Anadolu xalqı, xüsusilə Ərzican, Sivas (Ustaclı eli), Karaman Türkmənləri şaha doğru yola çıxdılar. Bu gediş illərcə davam etdikcə Sultan Yavuza verilen bir dilekçedə “Budur bir zaman gəldi ki, Rum ölkəsinin xalqının çoxu Ərdəbilli olub kafirə döndü.” deyiləcəkdi.

    Xoca Sadeddin, bu köçü Ol taifenin kalanı dahi terk-i diyar etmek istediler. Ölüsü, dirisine yüklenip cümlesi çıkup gitmek istediler. deyə izzah edir.

    Şübhəsiz bu gedişi, Anadoluda kimsəsiz qalan türkün orada önəm və təhlükəsizlik qazanma istəyinə bağlayanlar da vardır. Ömründe ve diyarında kendüye adem dinmeyen bikarlar tuman (tümen) beyleri olup hadden ziyade itibar buldular. İşiten çıktı gitti. Yerinden ayrılup yurdunu terk idüp çiftin çubuğun dağıttı.

    Osmanlı və Dulkadrlı maneləri bu yürüşü dayandıra bilmirdi. Həcc yerinə Ərdəbili ziyarət edənlər, Biz diriye varırız, ölüye değil.” deyirlərdi. Bu fikri Aşıq Paşazadə, bir söylənti kimi axtarır.

    Sözssüz ki, bu hissə-hissə axının sonunda duran şəxs elə-belə, sıravi bir şəxs deyildi. Öz dövrünə görə mükəmməl təhsil görmüş birisi idi. Bu yaşda ən qanlı boğuşmaların içinə girib çıxmışdır. Çox gözəl bir döyüşçü və ovçüdur. 1500-ci ildə Tercan-Sarıqayasında bir mağarada yaşayan ve insanlara hücum edən ayını oxla vurub öldürə biləcək qədər qüvvətli və cəsarətlidir.

    Azərbaycanda Xətai irsinin öyrənilməsi sovet hakimiyyəti illərindən başlanmışdır. Azərbaycanın tarixçi və ədəbiyyatşünas alimlərindən S. Mümtaz, H. Araslı, M. Quluzadə, Ə. Məmmədov, O. Əfəndiyev, M. Abbaslı kimi mütəxəssislərin bu yöndə apardıqları araşdırmalar və yürütdükləri mülahizələr xüsusilə diqqəti cəlb edir.

  • Debüt: Səbinə DƏNİZ (Sumqayıt).Araşdırma

     

    Səbinə Dəniz (Məmmədova Səbinə) 1989-cu ildə Sumqayıt şəhərində anadan olub.1996-cı ildə Sumqayıt şəhər 26 saylı orta məktəbinə daxil olub.2007-ci ildə həmin məktəbi bitirib.2008-2012-ci illərdə Azərbaycan Universitetinin filologiya fakültəsində ali təhsil alıb.

    Universitet illərindən başlayaraq dövri mətbuatında yazıları çap olunur. Həmçinin əməkdaşlıq etdiyi “168 saat” qəzetində araşdırma və başqa türlü yazılarla ardıcıl olaraq çıxış edir.
    2012-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən maliyyələşdirlilən və Dünya Gənc Türk Yazarlar Birliyi tərəfindən həyata keçirilən ”Bölgə yazarlarına dəstək” layihəsi çərçivəsində “Bölgələrdən səslər” kitabında şeirləri dərc olunaraq ilk dəfə olaraq Respublika səviyyəsində ictiamiyyətin nəzərinə çatdırıldı.

    Yer altından notlar

    Yerin altı… Havasızlıq… Qəribə qoxu… İnsan axını… Yüzlərlə, minlərlə insan, fərqli simalar, bənzərsiz talelər, bənzəyən talelər… yad baxışlar, doğma insanlar, tanımadıqlarımız, tanıdıqlarımız və ya tanımadığımız tanışlarımız, yaralı qəlblər, ümid və sualla dolu gözlər, gözləntilər…
    Hamısı bir arada. Hər gün eyni qatarın içərisinə doluşub, tələsirlər…Qatarlar dolub boşalır, elə insanların qəlbləri kimi, qatarlar tələsir, elə insanların özləri kimi… Yanımdan sürətlə ötüb keçən qatarlar ömrümün günləri kimi, ayaq altda qalmış, külək vıyıltısından vərəqləri çevrilən, kitababənzəyir… Kimisə evinə, kimisə arzusuna, kimisə məqsədinə, kimisə ölümə aparır bu qatralar. Dolub-boşaldıqca o təkcə insanların yükünü çəkmir, həm də, onların qəlblərinin, arzularının, ümidlərinin və günahlarının yükünü çəkir… Daha da içəri keçdikcə hər bir simada fərqli bir “MƏN” görürəm.

    Bir az kinli, bir az soyuq, bir az ilıq, bir az doğma, bir az yad, bir az yüklü… Kimisi əlində qəzet – olmuşları və olacaqları vərəqləyir, kimisi musiqi dinləyir, kimisi yorğunluqdan yuxuya keçib, kimisi düşünür, kimisi gülür, kimisi kədərli, kimisi qeybət edir, kimi də eynəyini gözündə saxlayır, bəlkə də gözlərini, bəlkə özünü ya da bəlkə göz yaşlarını gizlətmək üçün… Biri isə köhnə və cırıq ayaqqabılarını gizlətmək üçün ayaqlarını gizlətməyə çalışır. Kimisi də qarnını sıxaraq aclıqdan gələn səsi gizlətməyə çalışır.. Bir başqası isə yanındakılarının nəzərlərindən qorxub, öz tox qarnını, cibini qabartmış, öz haqqı olmayan bir xeyli pulu gizlətməyə çalışır. Bütün bu gerçəklikləri isə Qatarlar gizlətməyə çalışır..Bu uzunsov qutularin içərisində çox şey baş verir.
    Dispetçerin səsi gəlir:
    – 20 Yanvar staniyası.. Növbəti stansiya Memar Əcəmi!

    Möcüzə

    Saatlarla ona baxmaqdan doymuram. O, çox gözəldir. Füsünkardır, valehedicidir, sakitləşdiricidir… Ona baxdıqca mənə elə gəlir ki, sanki o, ucsuz-bucaqsızdır, sonsuzdur… O, canlılara həm həyat verir, həm də ölüm bəxş edə bilir… O, dərdləri dinləyir… Ən yaxın sirdaş kimi milyonların qəlbindəkiləri bilir… Hələ də açılmayan sirləri bilir…
    O, minlərlə sevginin, ehtirasın, əhd-peymanın şahidi olub… O, aşiqlərin görüş məskəni olub… Fırtınalı, soyuq günlərdə coşub-daşıb… Həddindən artıq yüklüymüş kimi, sanki hər şeydən yorulmuş, bezmiş kimi fəryad edib… Bəzən isə inanılmaz sakitliyi olub… Bu sakitlik həm vahiməli, həm də ürəkaçıcı olub. O, çox şeylərin şahidi olub. Yaşı bilinməyən bu varlıq mənə sadəcə hüzur verir…
    Hər kəs ən pis anında ona qaçır… Çox maraqlıdır – ölümü seçəndə belə insanlar ona üz tuturlar… O, hamıya vəfalı dost və sadiq yoldaşdır. Bir çoxları onun görüşünə gəlir… Bəzilərini bəlkə də çox sevdiyindən o öz ağuşuna alaraq sonsuza qədər içində saxlayır, buraxmır… Çoxları ondan qorxur, hürkür, çəkinir…
    Budur, indi mən onun hüzurundayam …Diqqətlə ona baxıram. Məni özünə tərəf səsləyir, mən isə tərəddüd edərək, sadəcə ətrafı seyr edirəm. O, kimisinə xoşbəxtlik, kimisinə bədbəxtlik bəxş edib. Minlərlə insanın doğmasını özündən ayırıb. O günahkardırmı?! Qatildirmi?! Əsla yox…!
    O, sevdiklərini özü ilə saxlayır. Öz içində milyardlarla canlıya həyat verir. Lakin, hər gün minlərlə insan onu zəhərləyərək damla-damla öldürür, məhv edir. Ona baxdıqca hər damlasında göz yaşı, etiraflar, pıçıltı ilə deyilmiş sevgi sözləri və təəssüf ki, yorğunluq hiss edirəm. Bəli, yorğunluq… O, artıq ağır-ağır addımlayır… Hər gün dünyadakı haqsızlıqları, günahları görür, məzlumların ahını eşidib, özünü sərt qayalara çırpır. Şüşə parçası kimi çiliklənən damlalar, ətrafa səpələnir… Bu isə öz doğmalarından və sevdiklərindən ayrı düşmüş insanlara bənzəyir.
    O da, insanlar kimi bəzən gizlənməyə çalışır… Bəzən bəlkə də gizlicə, biz onu görməyəndə ağlayır. Lakin göz yaşlarını içinə axıdır, damlalara qarışır…
    Dili yoxdur fərz edirik, lakin hər gün görüşünə gələn hər kəslə danışır, dərdləşir, söhbətləşir… O bəşəriyyətin möcüzəsidir. Allahın bizə verdiyi bir lütfüdür. Gəlin onu qoruyaq..!
    Birdən qulağıma bir qadın səsi gəlir:
    – Dəniz, Dəniz qaçma yıxılarsan..

  • Səbinə DƏNİZ.”Hərdən olur…”.

     

    Hərdən olur ki, özünü dünyanın bir küncündə, unudulmuş sayırsan…

    Keşkələrin, təəssüflərin ümidlərinin belini qırır, boğazından yapışıb arzularını nəfəs almağa qoymur.
    Sənin də yaxandan yapışıb, qəm dünyasına sürükləyir.
    Hərdən olur, qışqırsan belə, ən yaxınındakına ünün yetmir.
    Hərdən də olur, səssizliyinlə içindəkiləri bildirə bilirsən.
    Sənin səssizliyin bəzən yatmış duyğuları oyada bilir.
    Sənin səssizliyn içindəki məni ayağa qaldırır.
    Hərdən olur, heç kim köməyinə yetmir.
    Həyat bəzən o qədər insafsız olur, hətta ən kiçik bir boşluğunda səni divara sıxmaqdan çəkinmir.
    Hiss etdirmədən ən zəif anında öz zərbələrini endirə bilir.
    Hərdən olur, gözlərin soyuq bir pəncərə şüşəsinə zillənir, ürəyin isə ümidlərinin dalınca qaçmaq istəyir. Ağlının dediyini qəlbin təkrarlamır.
    Hərdən olur, özünə yer tapa bilmirsən, oyuncağını itirmiş uşaqlar kimi gözüyaşlı axtarırsan… Tapmayacağını bilə-bilə axtarırsan…
    Ehtiyacının qolları o qədər qüvvətli olur ki, səni özünə sıxır, sındırmağa, əyməyə, əyilməyə məcbur edir… Hərdən olur ki, pəncərəni döyəcləyən yağış damlaları göz yaşlarını qəlbinə axıda bilir, qəlb ritmlərinə hakim kəsilir…
    Hərdən olur, taleyinlə barışırsan, dünənində, ən şirin anlarında ilişib qalırsan…
    Hərdən olur, bir anın içindəcə möcüzənin baş verməsini gözləyirsən, içindən
    nağıllara inanmaq gəlir… Daha addım ata bilməmək, nəfəs almaq istəmədiyin anlar da olur.
    Yanı başından axıb gedən, amma sənə heç toxunmayan həyatı seyr edirsən yavaşca…
    Sənə heç toxunub-dəymir həyat. Əllərindən tutub səni içinə çəkmir, çəkə bilmir…
    Hərdən olur, yoruldum deyirsən…
    Həyatın əllərini yavaşca buraxırsan.
    Ürəyində ona qarşı bir hayqırtı olur, ona səslənərək sanki bütün gücünlə qışqıraraq demək istəyirsən:
    -Öz oyunlarına davam et..!
    Ətrafımda rəqs et, məni başdan çıxarmağa çalış…
    Aldanmayacam yalançı gözəlliklərinə!
    Aldanmayacam yavaş-yavaş içimə işləyən, alışdığım qoxuna…

    Hərdən olur, içində olanları tökmək üçün bir kağız, bir qələm, bir də fürsət gəzirsən…

    Hərdən də olur, sadəcə, gözlərini yumub bütün bunları beynində

    düşünmək istəyirsən…

  • Süleyman BABA.Həyatı və Yaradıcılığı

     

    Süleyman Camalov 26 oktyabr 1940-cı ildə Qax rayonunun İlisu kəndində anadan olub.1947-1957-ci illərdə Nizami adına İlisu kənd orta məktəbində oxumuş, 1957-ci ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə profilaktika fakultəsinə daxil olmuş, 1963-cü ildə həmin institutu bitirmişdir.

    1963-1966-cı illərdə təyinat üzrə Zakatala rayonunda Acınohur kənd xəstəxanasının baş həkimi və Qala kənd həkim məntəqəsinin müdiri vəzifələrində işləmişdir.

    1967-ci ildə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun II terapiya kafedrasında aspiranturaya daxil olmuşdur, 1970-ci ildə namizədlik dissertasiyası müdafiə etmişdir.

    Aspirantura dövründə ağciyər və ürək xəstəliklərinin funksional diqanostika üsullarını öyrənmək üçün Moskva şəhərinə ezam olunmuş, akademik B.V.Petrovskinin rəhbərlik etdiyi Kliniki və Eksperimental Cərrahiyə İnstitutunda və akademik B.E.Votçalın rəhbərlik etdiyi II terapiya kafedrasında bu üsulları öyrənmiş və Azərbaycanda ilk dəfə spiroqrafiya, kapnoqrafiya, oksihemometriya, pnemotaxometriya, bronxospirometriya üsulları tətbiq etmişdir.

    1970-1972-ci illərdə Bakı şəhərində Respublika döş qəfəsi cərrahiyyəsi klinikasında həkim terapevt və funksional diaqnostika kabinetinin rəhbəri işləmişdir. Həmin illərdə 2 dəfə Moskva və Stavropol şəhərlərində ixtisasartırma kursunda olmuşdur.

    19 mart 1972-ci ildə Həkimləri Təkmilləşdirmə İnstitunun funksional diaqnostika kafedrasında assistent seçilmiş, 6 may 1972-ci ildə III terapiya kafedrasına assistent vəzifəsinə keçirilmişdir.

    1976-cı ildə Leninqrad şəhərində “hərbi-səhra terapiyası” kursunu, 1978-ci ildə “fiziologiya, biofizika və tibbi kibernetika” kursunu (Moskva şəhəri) bitirmişdir.

    1984-cü ildə Moskva şəhərinə Ümumittifaq kardioloji elmi mərkəzinə ezam olunmuş, orada ürək, qan-damar sistemi xəstəliklərinin müasir diaqnostika və müalicə üsullarını öyrənmişdir.

    1986-1988-ci illərdə doktorluq dissertasiya üzərində iş aparmaq üçün Moskva şəhərinə ezam olunmuş, sonralar 1992-ci ilə qədər ildə 3-4 ay müddətinə xəstələr üzərində dispanser müşahidəsi aparmaq üçün Moskvaya getmişdir.

    1997-ci ildə doktorluq dissertasiyasının aprobasiyası olub.

    Elmi nəticələri Respublikamızda və bir çox MDB ölkələrində keçirilmiş simpozium, konfrans və qurultaylarda müzakirə olunmuşdur. Bu günə qədər 110-a yaxın elmi işin, o cümlədən praktiki həkimlər üçün 3 metodik tövsiyyə və 1 monoqrafiyası dərc edilmişdir.

    1980-ci ildə “SSRİ səhiyyə əlaçısı” döş nişanı ilə təltif edilmiş, 2 noyabr 2000-ci ildə Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə “Əməkdar həkim” fəxri adına layiq görülmüşdür. 26 oktyabr 2010-cu ildə “Qafqaz Media” İB-nin təsis etdiyi “Qızıl Fonendoskop” diplomu ilə təltif olunub.

    SÜLEYMAN BABA
    90 YAŞLI TƏK VƏ TƏNHA YAŞAYAN
    SALEH MÜƏLLİMİN XATİRƏLƏRİ.

    Yayda istirahət etdiyim zaman eşitdim ki, mənə vaxtilə orta məktəbdə dərs demiş Saleh müəllimin 90 yaşı tamam olub, onun yaxın- uzaq qohumları, qonşular, bir çox kənd adamları yığışıb onun yubileyini təntənəli şəkildə qeyd ediblər. Hal-hazırda o, tək və tənha yaşayır. Mənim xatirimdə qalmışdı ki, Saleh müəllim 1922-ci ildə anadan olub, 19 yaşında könüllü şəkildə cəbhəyə gedib, ayağından və çiynindən 2 güllə yarası alıb, sağalandan sonra yenə döyüşlərdə iştirak edib, ancaq müharibə qurtarandan sonra evinə qayıdıb. O, 1946-cı ildə Bakıda Pedaqoji İnstituta daxil olub, 1950-ci ildə oranı bitirib, təyinat üzrə doğma kəndinə qayıdıb orta məktəbdə ədəbiyyat fənnindən dərs deyib. İşlədiyi müddətdə adi müəllim, dərs hissə müdiri, direktor vəzifələrində çalışıb. Onun fədakar əməyi dövlət tərəfindən qiymətləndirilib və ona “Əməkdar Müəllim” fəxri adı verilib.
    Saleh müəllimin dərs dediyi şagirdlərin əksəriyyəti ali məktəb bitiriblər. Onların içərisində “elmlər namizədi”, “elmlər doktoru” adları alanlar da, dövlət idarələrində yüksək vəzifə tutanlar da var.
    Mən Saleh müəllimin yanına getdim, onunla səmimi görüşdüm, yubileyi münasibəti ilə ürəkdən təbrik etdim, ona can sağlığı, özünü idarə edə bilmək şərtilə 100 il ömür sürməyi arzuladım. Çoxdan görüşmədiyimiz üçün bizim söhbətimiz uzun çəkdi. Saleh müəllim mənə öz xatirələrini danışdı. Onun şərəfli, lakin kədərlə dolu həyatı məni həyəcanlandırdı. Saleh müəllim ata-anası, qardaşı, oğlu , ömür-gün yoldaşı barədə ürək yanğısı ilə, göz yaşlarını silə-silə danışdı. Yüksək dünyagörüşü olan bu şəxsiyyətin kitab və texniki vasitələr, müxtəlif xarakterli qonşular, dostlar, qohumlar, gənclər, bir çox adamların vərdiş etdikləri zərərli adətlər haqqında mülahizələri məndə böyük maraq oyatdı. Saleh müəllim qocalıq dövrü və qocalığın əlamətləri barədə bir həkim kimi, dünya və həyat haqqında bir filosof kimi fikirlər söylədi. Düşündüm ki, qocaman müəllimin, müdrik bir insanın xatirələri hər bir yaşda olan şəxs üçün xeyirli ola bilər və onların nəşr edilməsi vacibdir.
    ATA, ANA və QARDAŞIM haqqında.
    Mənim atam çoban, anam isə evdar qadın olub. Atam insultdan, anam isə infarktdan dünyasını dəyişiblər. Onlar məni dünyaya gətirmişdilər, mən onları çiynimdə o dünyaya aparmalı oldum. Allah bütün ölənlərə rəhmət eləsin. Mənim bacım olmayıb. Məndən kiçik bir qardaşım olub. Onun adı Rəsul idi. Rəsul ali təhsilli geoloq idi. O, dağları, daşları gəzib faydalı qazıntılar axtarırdı. Balakən rayonunda filiz yataqlarının aşkar edilməsində iştirak etmişdi. Evlənməmişdi. Deyirdi ki, bu işimi də başa çatdırım, sonra çöllərə getməyəcəm, idarədə oturacağam. O zaman evlənəcəyəm. Qəflətən mənə xəbər gəldi ki, Rəsul dağ uçqunu altında qalıb. O, 40 yaşında faciəli surətdə həlak oldu. Onun ölümü mənə böyük zərbə oldu, axı o mənim həm köməkçim, həm də dayağım idi. Deyirlər, dağ-dağa söykənib durar, tək olsa o da uçub dağılar. Eşitmiş olarsan, qardaşlar haqqında müxtəlif rəvayətlər var. Bir rəvayətdə deyilir;
    Varlı qardaş başqasının qoyun-quzusunu otaran kasıb qardaşa deyir, gəl mənim sürümü otar. Bu zaman kasıb qardaş düşünür, başqaları mənə zəhmət haqqı kimi ildə 6 qoyun verirlər, yəqin öz qardaşım ildə 8-10 qoyun verər. Varlı qardaş isə düşünür, o, başqalarına ildə 6 qoyuna işləyir, yəqin mənə ildə 4 qoyuna işləyər.
    İkinci rəvayəıdə deyilir; İki qardaş birlikdə taxıl əkirlər. Onlardan böyüyü evli, kiçiyi subay imiş. Yığılan buğdanı böləndə heç biri razı olmur ki, ona artıq buğda verilsin. Gecə xəlvət subay qardaş öz buğdasından 4 vedrə götürüb evli qardaşın buğdasının üstünə tökür, ona görə ki, onun ailəsi böyükdür. Həmin gecə evli qardaş öz buğdasından 4 vedrə götürüb subay qardaşın buğdasının üstünə tökür, ona görə ki, o, evlənməlidir. Qoy o buğdanı satsın, onun pulu olsun və evlənsin.
    Biz Rəsulla ikinci rəvayətdəki kimi qardaşlar idik.

    OĞLUM, GƏLİNİM VƏ NƏVƏLƏRİM haqqında.

    Mən institutu qurtarandan sonra evləndim. Allah mənə bir oğul bəxş etdi. Adını Azad qoydum. O, əvvəl orta məktəbi, sonra isə Bakı Dövlət Universitetinin ” Beynəlxalq Münasibətlər” fakultəsini bitirdi. O, Azərbaycanda işə düzələ bilmədi. Dostlarına qoşulub Rusiyanın Kalinin şəhərinə getdi və orada zavodda kolbasa sexinə işə düzəldi. Sonra elə oradaca Lena adlı bir rus qızı ilə evləndi. Onun iki uşağı oldu. Böyügünün adını Svetlana, kiçiyinin adını Ruslan qoydular. İldə bir dəfə oğlum, gəlinim və nəvələrim mənim yanıma gəlir və 1 ay qalırdılar. Bir neçə il bundan əvvəl Azad həmin şəhərdə müəmmalı şəkildə həlak oldu. Qohumlarımın köməyi ilə çox çətinliklə, Kalinin şəhərinə getdim, göz yaşlarımı axıda-axıda oğlumun dəfnində iştirak etdim. Hiss etdim ki, mənim dayağım sındı və çırağım söndü. Allah heç bir valideynə bala dağı göstərməsin. Ata və analar, vaxtı çatanda, qoy oğlunun çiynində o dünyaya getsinlər, oğul atanın çiynində yox. Oğlum öləndən sonra, gəlinim də, nəvələrim də bura gəlməyiblər. Telefonla mən onları axtarıram, onlar məni yox. Üç ay bundan əvvəl onlara zəng etmişdim. Lena və Svetlana evdə yox idilər. Telefonu Ruslan götürdü. Soruşdum, necəsən? Mənə cavab verdi: niyə zəng edirsən, gecə sən, mən yatmışam. Sonra o telefonu asdı. Doğrusu, bu, mənim çox xətrimə dəydi. Düşündüm, onlar mənim yanımda olsaydılar, öyrədərdim, babanız sizi nə qədər çox istəyirsə, siz də onun bir hissəsi qədər onu istəyin. Allah oğluma rəhmət eləsin, indiki bəzi gəlinlərə və uşaqlara ağıl versin.

    ÖMÜR-GÜN YOLDAŞIM haqqında.

    Mən və Mehriban bir-birimizi sevib-seçib evlənmişdik. O, ingilis dili müəllimi idi. Adı da Mehriban idi, özü də. Mən onsuz heç bir şadlığa getməzdim. Bir yana gedəndə onun üçün oxuyardım:

    Haranı bəyənib seçəsi olsam,
    Deyərəm, Mehriban, sən mənimlə get.
    Bir gün bu dünyadan köçəsi olsam,
    Tək onda demərəm, sən mənimlə get.

    Mehriban həm şəkər, həm də müalicəyə çətin tabe olan hipertoniya xəstəliyinə tutuldu. Mən onu çox həkimlərin yanına apardım. Aparılan müalicələr həmişə müvəqqəti effekt verdi. Sonra onda ürək astması və aritmiya baş verdi. Günlərin bir günü Mehriban məni yanına çağırdı, əlimdən tutub uzun müddət danışmadan üzümə baxdı, sonra gözlərini əbədilik yumdu. O, mənim hayqırığımı eşitmədi. Mən sonra başa düşdüm ki, son anda Mehriban öz canının hayında deyildi, o, məni düşünürdü və ürəyində deyirdi, ay Saleh, mən öləndən sonra sənin günün necə olacaq?! Mehribanımı itirəndən sonra mən elə bildim ki, hər şeyimi itirdim. Mən başa düşdüm ki,

    Gücsüzdür, qadın ərsiz, kişi arvadsız,
    Yalqız qalan olur, köməksiz və dayaqsız.
    Baxırsan ətrafa kimsə çatışmır,
    Özün də qalmısan əlsiz, ayaqsız.

    El arasında deyirlər, ər və arvad Simurğ quşunun qoşa qanadlarıdır. Qanadın biri sınsa quş necə uça bilər? Əri olmayan qadın yazıqdır, arvadı olmayan kişi yetim.

    Ey insanlar həyat yoldaşınızın qədrini bilin,
    Bir vaxt gələcək, oğul evlənəcək, qız köçəcək,
    Ancaq siz olacaqsınız, bir-birinizə gərək.
    Allahdan arzum budur, ayırmasın sizi fələk.
    Mən Mehribanımı qoruya bilmədim, ayırdı bizi fələk,
    Yalqız qalmışam, olmuşam boynu bükük bənövşə tək.

    Tək qalandan sonra mən ürəkdən sevinə bilmirəm. Hərdən özüm-özümə dodaqaltı zümzümə edirəm:

    Bağçamızda bar olmasa,
    Alma, heyva, nar olmasa,
    Səni sevən yar olmasa,
    Yaşamağa dəyərmi heç?

    Gündüzlər insanlarla ünsiyyətdə olduğum zaman mənim əhval-ruhiyyəm bir babat olur. Axşamlar tək qalanda özümə qapanıram. Dünya gözümə qara görünür. Elə bilirəm, dəryada gəmilərim batıb, ya da mən dəvəsi ölmüş ərəbəm. Gecələr uzun müddət hərəkətsiz otururam, gedib yerimdə yata bilmirəm. Çox vaxt kresloda oturduğum zaman mürgüləyir və yaxud başımı stolun üstünə qoyub yuxuya gedirəm. Bir deyənim də olmur, dur yerində yat.
    Mehribanın ilini verəndən sonra qohumlarım və dostlarım təkid etdilər ki, mən evlənim. Mənim onlara cavabım belə oldu:
    * Qocalara cavanlıq etmək yaraşmaz.
    * Mənim ömrümə az qalıb. Qarşı tərəfi də yarı yolda qoyub getmək, onu da bədbəxt etmək alçaqlıq olar.
    * Biz qadınları “gözəl cins” adlandırırıq. Amma onların hamısı elə deyil. Onların içərisində “üzü mələk, astarı şeytan ” və yaxud “maskalanmış pis xassəli törəmə” kimi olanlar da var. Sənə sadiq olacağını tanımaq çətindir.
    * Ömür-gün yoldaşım tərk edib məni,

    Onun ruhu göylərdədir,
    Heç kim onu əvəz etməz,
    Ruh başımın üstündədir.
    Heç narahat olmayın siz,
    Hərdən yuxularda görüşürük biz.

    Mən özüm-özümə söz vermişəm ki, evlənməyəcəyəm. Nə qədər sağam, Mehribanın xəyalı ilə yaşayacağam və onu xatirələrdə yaşadacağam.

    KİTAB VƏ TEXNİKİ VASİTƏLƏR haqqında.

    İnsanları tənhalıq hissindən qoruyan vasitələrdən biri kitabdır. Mənim fikrimcə kitab bəşəriyyətin ən böyük kəşfidir. Hər kitab bir xəzinədir. O, evdə müəllimdir. Sənə hər şeyi öyrədir, əvəzində isə heçnə istəmir. Kitab insanın biliyini, savadını, dünyagörüşünü artırır, onu elmli, bilikli və müdrik edir. Müdrik insan isə eldə hörmət qazanır. Nadan adamlarla oturub-durmaqdansa kitab oxumaq daha yaxşıdır. Kitab, nəinki tənha qalanların, hətta uşaqdan tutmuş böyüyə qədər hamının dostu olmalıdır. Kitab oxuyan adam darıxmaz, darıxmağa vaxt tapmaz və özünü tənha hiss etməz. Mən uşaq vaxtından indiyə qədər, yəni gözümün nuru itənə qədər, yüzlərlə, minlərlə kitab oxumuşam. Mənim yüzlərlə kitab olan şəxsi kitabxanam var, onu məktəb kitabxanasına vermək istədim, götürmədilər. Onların mənə cavabı belə oldu; kitablarınız köhnə əlifba ilə yazılıb, indi onları oxuyan yoxdur. Keçmişdə deyirdilər, kitab oğrusu, oğru deyil. Bir çox adamlar getdikləri evdən kitab oğurlayırdılar. Əyər oğurlaya bilməsələr, ev yiyəsindən xahiş edib kitabı bir neçə günlüyə oxumaq üçün götürər və onu heç zaman qaytarmazdılar. Bir çoxları isə kitabxanadan kitabı götürür və “itirmişəm” deyə onu geri vermir, kitabxanaya kitabın üç qat qiymətini ödəyirdilər. Təəssüflər olsun ki, son zamanlar, kitabı satın alanların, kitabxanadan kitab götürüb oxuyanların sayı hədsiz dərəcədə azalıb. Bir lətifədə deyilir: kitab mağazasına girən bir kişi satıcıdan soruşur, kitab satışı necə gedir?. Satıcı deyir, çox pis. Kişi soruşur, niyə?. Satıcı cavab verir, çünki, ağlı olanların pulu yoxdur, pulu olanların ağlı. İndiki uşaqlara deyəndə ki, kitab oxu, deyirlər, ekranlaşdırsınlar, televizorda baxım.
    Gündəlik həyatımıza daxil olan texniki vasitələr insanların başını elə qatıb ki, onlar günlərin, həftələrin, ayların və illərin necə gəlib-keçdiyindən xəbər tutmurlar.
    İnsanların bir-birlərilə ünsiyyət saxlaması üçün telefon əvəzsiz vasitədir. Cib telefonları çıxandan sonra məktublaşmaya demək olar ki, son qoyuldu.
    Biz radio və televizor vasitəsilə son xəbərlərə qulaq asır, xalq mahnılarını, muğamları, saz havalarını dinləyirik. Televizorda, kinoteatra getmədən, müxtəlif filmlərə və verilişlərə baxırıq. Maqnitafonda dünyasını dəyişmiş, əvəzedilməz, Azərbaycan müğənnilərinin lent yazılarına qulaq asırıq. İndi kompyuter əsridir. Respublikamızda uşaqdan tutmuş böyüyə qədər hamı kompyuterin əsirinə çevrilib. Kompyuter getdikcə kitabı, radionu və hətta televizoru sıxışdırıb aradan çıxarır. Mən də, bir çox qocalar kimi kompyuterlə işləməyi bacarmıram. Kompyuter almağa, onun internetə qoşulmağının haqqını ödəməyə də imkanım yoxdur. İndi kompyuterdən, mobil telefondan, rəqəmli və kabelli televizordan istifadə etmək havayı deyil. Onlar müəyyən ödənişlər tələb edir, bu da təqaüdlə dolanan adamlar üçün əlçatmazdır. Onu da qeyd etmək lazımdır ki, hər bir texniki vasitənin müsbət və mənfi cəhətləri var. Bir çox gənclər kompyuterin görməyə, eşitməyə, əsəblərə və beyinə zərərli təsirini dərk etmir, onlardan istifadə qaydalarına əməl eləmirlər. Mənim bir qohumum həmişə zarafatla deyir: “telefon çıxaran ölsün”, ona görə ki, biz həmişə telefonla danışırıq, daha bir-birimizin yanına getmirik və üz-üzə oturub dərdləşmirik.

    QONŞULAR haqqında.

    Yaxşı qonşu bütün adamlar üçün, daha çox isə tənha adamlar üçün lazımdır. Yaxın və yaxşı qonşu qohumlardan daha tez sənə təcili və texniki yardım göstərir. Əlbəttə sən də onun işinə yarayırsansa. Mənim qonşularla münasibətim həmişə yaxşı olub, indi də yaxşıdır. Biz həmişə bir-birimizin kefini soruşmuşuq, qonaq gedib-gəlmişik, bişirdiyimiz xörəklərdən pay vermişik, xeyir-şərdə iştirak etmişik. Problemli məsələlər olanda bir yerə yığışıb müzakirə etmiş, məsələnin asan həllini tapıb, sonra birgə hərəkət etmişik. Ehtiyacımız olanda dükan-bazara getmədən təcili lazım olan şeyi qonşudan almışıq. Son zamanlar lazım olanda qonşularım mənə həkim çağırır, dərman alıb gətirirlər. Onlar tez-tez gəlib məni yoluxur, yanımda oturub söhbət edir, kənddə olan təzə xəbərləri danışırlar. Qohumlarım gəlib çıxmayanda qonşularım mənə bazarlıq da edirlər. Sözsüz ki, pis qonşular da olur. Mənim qonşularımın yaxınlığında bir bədəsil qadın yaşayır. O, hər gün bir bəhanə tapıb qonşuları ilə dava edir. Özü fürsət tapan kimi mal-qarasını qonşunun həyətində otarır. Amma qonşunun toyuğu onun həyətinə keçdikdə o, elə bir haray salır ki, səs-küydən qulaq tutulur. Mən onunla bir neçə dəfə görüşdüm, qonşularla mehriban davranmağı məsləhət gördüm. Lakin xeyri olmadı. Mən əmin oldum ki, xasiyyətə dərman yoxdur. Qanla girən, canla çıxacaq.Yaxşı qonşu haqqında belə bir rəvayət var.
    Bir nəfər başqa bir nəfərdən aldığı borc pulu qaytara bilmədiyi üçün evini satmalı olur. Həmin kişi evi almaq istəyən müştəriyə deyir; ev 7 min manat, qonşum 3 min manat, sən mənə 10 min manat pul verməlisən. Müştəri deyir, mənə qonşu-zad lazım deyil, evi 7 min manata alıram. Onların mübahisəsini eşidən qonşu gəlir. Evi satmağa, qonşusunu burdan köçməyə qoymur. O, gətirib qonşusuna borcun pulunu verir və deyir, olanda pulumu qaytararsan.

    DOSTLAR haqqında

    Dostsuz heç kim olmasın. Mənim orta məktəbdə, cəbhədə, ali məktəbdə, müəllim işlədiyim zaman, hətta təqaüdə çıxandan sonra qazandığım dostlar olub. Onların hamısı vəfalı və etibarlı idilər. Son zamanlar dostlarımın çoxu dünyasını dəyişiblər. İndi bir yaxın dostum qalıb, o da başqa rayonda yaşayır. Mən onunla indi telefonla əlaqə saxlayıram. Dost sözü yoldaş məfhumundan yüksəkdə durur. Bəzən dosta ən yaxın yoldaş, arxadaş da deyirlər. Belə bir fikir də var ki, DOST sözündəki D hərfi dəmir, O hərfi od, S hərfi su, T hərfi torpaq mənasındadır. Yəni, dəmir kimi möhkəm, od kimi qaynar, su kimi saf, torpaq kimi bərəkətli olan adam dostdur.
    Əslində dostluq iki nəfər arasında olan yüksək dərəcədə yaxın münasibətdir. Bu münasibət ruhən yaxınlıq və mənəvi birlikdən yaranır. Əsl dostluq yüksək dərəcədə insanlıqdır. Dostluq münasibəti olan iki nəfər bir-birini sevir, mehriban davranırlar. Biri o birisinin yaxşılığını və xoşbəxtliyini istəyir. Əks tərəfə təmənnasız yardım göstərir, biri o birinin tərəfdarı, müdafiəçisi və havadarı olur. Belə dostluğu hiylə və böhtan asanlıqla poza bilmir.
    Atalar deyib ki, dostlar da cürbəcür olur. Ürək dostu, çörək dostu, dil dostu. Dil dostunu şirin dillə yola sal, çörək dosta sən bolluca çörək ver, ürək dostla hərşeyini böl yarı.
    Yalançı dostlar da olur. Sən kiməsə lazımsansa, o şəxs özünü sənə dost kimi göstərir, işini düzəldəndən sonra səndən uzaqlaşır.
    Yüksək vəzifə tutan varlı şəxslərin “dostları” da çox olur. Lap balın üstünə yığışan qarışqa kimi. Lakin, həmin şəxs vəzifədən çıxan kimi belə “dostlar” yoxa çıxırlar.
    Bəzən belə də olu. Bir nəfər başqası ilə 4-5 gün yoldaşlıq edir və ona dost deyir. Bir də görürsən ki, bir aydan sonra onların “dostluğu” nəinki pozulub, hətta düşmənçiliyə çevrilib. Allah belə “dostları” bizdən uzaq eləsin.

    QOHUMLARIM haqqında.

    Qohumlar da cürbəcür olur. Mən öz qohumlarımı aşağıdakı qruplara bölərdim: 1.Yüksək vəzifə tutan varlı qohumlar; 2. Öz aralarında normal insani münasibətləri saxlamağı bacarmayanlar; 3. Müxtəlif təbiətli gənclər.
    Yüksək vəzifə tutan qohumlarımı mən ancaq əzizlərim rəhmətə gedəndə görmüşəm. Onlar gəlib, mənə başsağlığı verib, ehsan verilən zaman məni ərzaqla təmin edib gediblər. Ondan sonra məni axtaran, heç olmasa halımı telefonla soruşan olmayıb. Mən də onları axtarıb tapa bilməmişəm. Arvadları deyirlər ki, bugün tədbir var, ora gedib, katibələri deyirlər ki, Prezident aparatına gedib. Qohumlarımdan birinin əli çörəyə mənim köməyim sayəsində çatıb. Kobud da olsa deyəcəyəm, it ona çörək verəni xatırlayır, mənim qohumum isə yox. Həmin qohumum vəzifəyə keçəndən sonra təmamilə dəyişib, elə bil başqa adam olub. Eşitdiyimə görə o, indi sərvət yığmaqla məşğulur. Mən çətin vəziyyətdə, kasıb yaşayan bir neçə qohumumu onun yanına göndərmişəm. O isə heç birinə kömək etməyib. İkinci qohumum da vəzifə sahibi olandan, varlanandan sonra öz qohum-qardaşlarından təmamilə üz döndərib. O, yadlarla dostluq edir, gününü kef məclislərində keçirir. Mən bu “cızığından çıxan” qohumlarıma aşağıdakı məzmunda ismarıc göndərmişəm;

    Həqiqəti nə vaxt anlayacaqsan,
    Sən vəzifədə çox qalmayacaqsan.
    Çox pulun, qızılın olsa da belə,
    Bir ömürdən artıq yaşamayacaqsan
    Yığdığın sərvət də burda qalacaq,
    Kəfəndən başqa heçnə aparmayacaqsan.
    Çox varlı olsan da, aşma həddini
    Ehtiyac gələ bilər, bükər qəddini
    Çörəyi tək yeyən, yükün tək aparar,
    İşin çətinə düşsə, de səni kim axtarar?!
    Vaxt gələcək, ömür yetəcək başa,
    Xeyirxah ol, sən də hörmətlə yaşa.

    Mənə elə gəlir ki, mənim varlı qohumlarım, vəzifədən
    çıxandan sonra ağıllanacaqlar.
    Mənim qohumlarımın içərisində öz aralarında normal insani münasibətləri saxlayanlar da var, saxlamayanlar da. İnsanpərvərlər də var, pis xassəlilər də. İstiqanlılar da var, soyuqqanlılar da, dəliqanlılar da . Nəslimizin ağsaqqalı kimi mənim üzərimə düşən vəzifələrdən biri qohumlarımın arasında səmimiyyəti saxlamaq olub. Mənim işim-gücüm onlara düz yol göstərmək, küsülüləri barışdırmaq, çətin problemlərin həllində onlara kömək göstərmək olub. Mən təkcə öz qohumlarıma yox, kəndimizin bir çox adamlarının ailələrində baş verən mübahisəli məsələlərin həllində yardımçı olmuşam. Mən qohumlarıma öz övladlarım kimi baxmışam. Onlara qarşı mehriban, lakin , tələbkar olmuşam. Ancaq ifrat dərəcədə sərt olmamışam. Qohumlarımın içərisində bir ailə var, valideynlərini itirəndən sonra bacı və qardaşlar bir-birlərindən təmamilə soyuyublar, get-gəli kəsiblər, təmamilə yadlaşıblar. Onların içərisində bir nəfər tapılmayıb ki, valideynlik vəzifəsini öz üzərinə götürsün, doğma bacı-qardaşları dağılışmağa qoymasın. Mən onlara demişəm, ocaq yananda onun içərisindəki daşlar qızınır. Ocaq sönəndən sonra daşlar bir-birlərinə söykənib uzun müddət istiliyi saxlayırlar. Daşların hərəsini bir tərəfə atdıqda onlar tez soyuyurlar. Axı isti münasibətin saxlanmasının hamınıza xeyri var. Başqa bir ailədə atadan miras qalmış evi və torpağı bölmək üstündə qardaş və bacılar dalaşıblar, bir-birlərinin başını yarıblar və yaxud saçını yolublar. Sonra da işi məhkəməyə veriblər. Mən onlara izah etmişəm ki, hər bir məsələni zor tətbiq etmədən, dinc yolla həll etmək olar. Orta məktəb dərsliklərində olan aşağıdakı hekayəni onlara danışmışam.
    Bir dəfə külək və günəş mübahisə edirlər, kim yolla gedən atlı kişinin əynindəki kürkü çıxara bilər. Külək nə qədər güclü əssə də heçnə edə bilmir. Kişi kəmərini açıb kürkün üstündən bərk-bərk bağlayır. Günəş öz isti şüalarını yayıb dağı-daşı, o cümlədən atlını qızındıran kimi kişi kürkünü də, pencəyini də, hətta köynəyini əynindən çıxarır. Hekayədən göründüyü kimi bir çox məsələləri isti münasibətlə daha tez və asan yoluna qoymaq olar.
    Damarında bir nəslin qanı axan adamlar necə razı ola bilərlər ki, biri atadan qalmış evdə, o biri isə türmədə yatsın. Ağacı çaya, dənizə atdıqda su onu batırmır, çünki, ağac su içib böyüyüb. Qohumlarımın içərisində bitərəf, laqeyd, xeyrə-şərə yaramayan adamlar da var. Mən onlara aşağıdakı təmsili danışmışam.
    Bir dəfə koramal görür ki, ilan onun dostu qurbağanı ağzına alıb udmaq istəyir. Qurbağa nə qədər geri dartılsa da ilanın ağzından çıxa bilmir. Koramal düşünür, özləri bilsinlər, mən heç kimin işinə qarışan deyiləm. Ancaq o bədbəxt bilmirdi ki, gələcəkdə özü o vəziyyətə düşsə ona da heç kim kömək etməyəcək.
    O, bir olan Allah bilir ki, təkcə qohumlarımın yox, bütün insanlar arasında insani münasibətlərin qorunub saxlanılması üçün mən nə qədər əziyyət çəkmişəm.
    Tək və tənha qalan rusiyalı qonşularımız evdə it və pişik saxlayıb onlarla adam kimi rəftar edirlər. Biz niyə ətrafımızdakılarla insan kimi davranmamalıyıq?.
    Kim-kimə yaxşılıq etsə hökmən onun əvəzi özünə qayıdır. Mən qohum-qardaşa, qonşulara, qəlbi pak insanlara doğma münasibət bəsləmişəm. İndi də onun xeyrini görürəm. Məni əhatə edən şəxslərdən diqqət və qayğı görəndə sevinirəm və mənim ömrüm uzanır. Mənim fikrimcə, tənha qocalığın yeganə dərmanı insanlarla ünsiyyətin saxlanılmasıdır.
    Qohumlarımın arasında gənclər az deyil. Onların hamısı eyni təbiətli deyil. Elə gənclər var oxumaq da istəmirlər, işləmək də. Həyatın mənasını alaq otları kimi yeməkdə, içməkdə və yatmaqda görürlər. Onların içərisində elələri də var, pul qazanmaq üçün əyri yollara əl atıblar, axırda türməyə düşüblər, özlərini də bədbəxt ediblər, valideynlərini də.
    Uşaqlar valideynlərinin tərbiyəsi və müəllimlərinin səyi nəticəsində formalaşır və müstəqil həyata atılırlar. Bundan sonra hər şey gəncin özündən asılı olur. Bir çox gənclər yaxşı oxuyur, müəyyən ixtisas sahibi olur, daim çalışır, müdrik adamlarla oturub-durur, öz dünyagörüşünü artırır, çörəyi zəhmətlə qazanırlar. Çalışqan gənclər zirvəyə yüksəlir, tənbəllər isə yerdə sürünürlər.
    Son zamanlar gənclərdən ingilis dilini bilmək və kompyuterlə işləməyi bacarmaq tələb olunur. Gənclər xarici dil də öyrənməli, bir çox texniki vasitələrdən istifadə etməyi bacarmalıdırlar. Su yaşamaq eşqilə qayaları deşib çıxır, insan ondan ibrət götürməlidir. Yaşlı nəsl təqaüdə göndərildikdə onları əvvəlcədən yaxşı hazırlanmış gənclər əvəz etməlidirlər. Xalqımıza və dövlətimizə ağıllı, savadlı, işgüzar, öz ixtisasını mükəmməl bilən mütəxəssislər lazımdır. Havayı yerə demirlər, avropalılar ona görə bizdən irəlidədirlər. Onlar işi bacarana tapşırırlar. Yaxşı olar ki, hökumətimiz gəncləri işlə təmin etmək barədə proqram hazırlayanda sorğu aparsın və gənclərin rəyini öyrənsin. Mən bir neçə gənclə apardığım söhbətin məzmununu sizə çatdırmaq istəyirəm. * Orta məktəbi bitirmişəm,əsgəri xidmətimi yerinə yetirmişəm, instituta girə bilmirəm, ixtisasım yoxdur deyə iş vermirlər. * İnstitutu bitirmişəm, deyirlər, sənin ixtisasın üzrə boş iş yeri yoxdur * Bir nəfəri təqaüdə göndəriblər. Boş iş yeri açılıb. Müdir məni işə qəbul etmək üçün yüksək məbləğdə “şirinlik” istəyir, verə bilmirəm. * Boş iş yeri açılmışdı. İşə girmək üçün müsabiqədə iştirak etdim. Bir çox suallara cavab verə bilmədim.İnstitutda bu barədə bizə heçnə deməmişdilər. Həmin kafedralardan biz qiyməti satın almışdıq. * Dərman satan xarici firmalar məni işə götürür. Aylıq maaş da pis deyil. Amma əmək kitabçası yazılmır, iş stajın olmur, gündə 8-9 saat işləməlisən, ildə 8-10 gün icazə və ya məzuniyyət verilir. Dekretə çıxsan işdən azad edilirsən. * Müdir məni işə götürür, amma deyir 100 manat maaş alacaqsan, 100 cürə iş görəcəksən. Onun təklif etdiyi maaş heç yol pulumu ödəmir.
    Mən həmin gəncdən soruşdum, sənə amerikalı işçiyə verilen qədər maaş versələr, onu hara xərcləyərsən? Gənc cavab verdi, mən onu xərcləməyə yer taparam. Tamaşa onda olar ki, amerikalı işçiyə mənə təklif edilən qədər maaş verələr.
    Gəlin, boynumuza alaq, gənclərin cəmiyyətdə özünə yer tapa bilməməsinin səbəbkarı həmişə gəncin özü olmur. Bir çox məsələlər var ki, onlar, dövlət tərəfindən tənzimlənməlidir.

    ZƏRƏRLİ ADƏTLƏR haqqında

    Son zamanlar bir çox adamlar Səhiyyə Nazirliyinin xəbərdarlığına baxmayaraq həm siqaret çəkir, həm də spirtli içki qəbul edirlər. Mən heç vaxt siqaret çəkməmişəm. Cavan vaxtlarımda və sonralar ancaq toyda-bayramda, az miqdarda spirtli içki qəbul etmişəm. Məni çox zaman masabəyi seçiblər. Sağlıqlar dediyim zaman çox vaxt rumkanı “öpüb” yerə qoymuşam. Mən həmişə gənclərə məsləhət görmüşəm ki, bu zərərli adətlərə öyrənməyin. Bu adətlər də narkotiklər kimi adamda asılılıq yaradır. Onlara öyrəndikdən sonra tərgitmək çətin olur. Əgər öyrənmisinizsə sağlamlığınızı itirməmiş onları tərgidin. Ətrafımdakılara mən həmişə aşağıdakı məsləhətləri vermişəm: * Siqaret çəkmək cana və cibə ziyandır. O, ürək və ağciyər xəstəliklərini törədən səbəblərdən biridir. * Siqaret çəkəndə “dərd tüstü kimi yayılır” fikri düz deyil. * Spirtli içkinin ləzzəti bir neçə saatlıqdırsa, zərəri bir neçə günlükdür. * “Araq stresi aradan götürür” fikri yanlışdır. O, ancaq müvəqqəti unutqanlıq yaradır . Stresi törədən səbəb aradan götürülməlidir. * Spirt daha çox qaraciyər, ürək və beyin toxumasını zədələyir. * Yaşlı adamlar spirtli içki qəbul etdikdə çox vaxt müvazinətini saxlaya bilmir, yıxılıb qol-qıçını sındırırlar.
    Belə bir ifadə var: 100 qram araq içdikdə, adamın ağlı 100 qram azalır. El arasında belə deyirlər ; siqaret çəkənlər və spirtli içki içənlər qocalmır, çünki qocalana qədər qalmır. Onlar vaxtından tez ölürlər, təqaüd üçün yığılan pul da hökümətə qalır.

    QOCALIQ DÖVRÜ VƏ QOCALIĞIN ƏLAMƏTLƏRİ.

    Insanın ömründə uşaqlıq, gənclik, orta yaş, ahıllıq və qocalıq dövrləri olur. Bir çox adamlar ahıllıq dövründə dünyasını dəyişirlər. Qocalıq dövrünü ancaq uzun ömür sürən adamlar yaşayırlar. Hər gün hər hansı bir işlə məşğul olan adam çox zaman qocalığın gəlməsini hiss etmir. Təqaüdə çıxan, lakin əmək qabiliyyətini saxlayan şəxslər, ürəyinə yatan bir işlə məşğul olduqda gec qocalırlar. Evdə oturan, heç bir işlə məşğul olmayan, övladlarının və ya nəvələrinin əlinə baxan şəxslər tez qocalırlar. Ömründə kədərli günlərin sayı çox olan, xroniki xəstəliklərə tutulan, ehtiyac içində yaşayan, dərman alanda pulu çörəyə çatmayan, yardımçısı olmayan köməksiz insanlar lap tez qocalırlar. Bir də görürsən ki, sona göldən, ətir güldən, sağlıq da əldən gedib, cavanlıq özü gedib, qocalıq özü gəlib. İş görmə qabiliyyətim azalanda mən duydum ki, qocalmışam. Güzgüyə baxanda gördüm ki, saç və saqqal ağarıb, dəridə qırışlar artıb, boyum balacalanıb, belim bükülüb. Sonralar qocalığın başqa əlamətlərini də hiss etdim. Gözlərimin nuru azalıb kitabda hərfləri seçə bilmirəm, ətrafımdakılar ucadan danışmasa eşitmirəm, kiməsə nə isə deməliydim, yadımdan çıxıb. Damaqlarım nazikləşdiyindən diş protezlərim tez-tez ağzımdan düşür. Hərəkət edən zaman gördüm ki, taqətim qalmayıb, yerimdən duranda və yol gedəndə yıxılıram, dizlərimdə güc yoxdur, əllərim əsir, olmuşam adamın boynundan asılan, heçnəyə yaramayan sınıq qol kimi.Yıxılanda özüm-özümə deyirəm, Saleh, sən ki belə deyildin, yıxılıb qalma, gücünü topla ayağa dur. Sonra zorla dururam ayağa. Gündüzlər oturduğum yerdə mürgüləyirəm, gecələr yuxum ərşə çəkilir. Çox vaxt gecələr düz uzana bilmirəm. Havam çatmır. Bəzən öskürək tutmaları baş verir, durub otururam. Gəlbim olur qəm məskəni. Mən özümü gah şöləsi azalmış, yanıb qurtarmaqda olan şama, gah da atılmış, unudulmuş, Arktika gitəsinin buzlaqlarına bənzədirəm. Qocalığın pis cəhətlərindən biri odur ki, həyata maraq azalır, məhəbbət və inam ölür, qalır azacıq ümid. Düşünürsən, bəlkə möcüzə baş verdi, bəlkə əvvəlki aktiv həyat bərpa olundu. Mən həkimlərdən 100 dəfə xahiş etmişəm, imdad edin, mən sağalım, özüm-özümü idarə edə bilim, heç kimə möhtac olmayım. Ancaq sıradan çıxmış üzvləri bərpa etməyə onların gücü çatmayıb. Məlum məsələdir, hələlik insanlar üçün “ehtiyat hissələr” yoxdur və satılmır. Lap satılsa da bütün üzvləri təzələmək olmaz ki. Bu yaxınlarda dostum Sadiq mənə zəng edib, halımı soruşdu. Mən ona aşağıdakı cavabı verdim:

    Əvvəlki şirin həyat, zəhrimara dönübdür
    Deyəsən, yolum da mənim, o tərəfə dönübdür.
    İndi sən məni görsən, yəqin, gözüvə inanmazsan,
    Mən əvvəlki Saleh deyiləm.
    Ucalıqdan qocalığa enmişəm,
    Qəlbi kövrək bir uşağa dönmüşəm,
    Yumulmuşam, bir yumağa dönmüşəm,
    Kənar adamlara möhtac olmuşam. Sadiq mənə dedi:
    Sən dünyanın hər üzünü görmüsən,
    Çox çətinliklərə sinə gərmisən,
    Bizim hamımıza örnək olmusan,
    Sən azı 100 il yaşamalısan.

    Mən Sadiqə dedim, həyatda ən şirin şey candır, ən qiymətli şey ağıldır. Canım sağlam olsa, ağlım da yerində qalsa, sənin dediyin qədər yaşamağa dəyər.
    Nəyə lazım mənə 100 yaş,
    İşləməsə ürək və baş.
    Mən həyatda çox qocalar görmüşəm. Onlar ümidsiz və çarəsiz qaldıqda əllərini göyə qaldırıb allaha yalvarırlar ki, onlara ölüm göndərsin.
    Mən isə etmirəm fəğan,
    Olacaqdır allah yazan.
    Bir neçə dəfə mənim yanıma rayon İcra Hakimiyyətinin ağsaqqallar şurasından nümayəndələr gəlib. Onlar mənə deyiblər: sən hökümətin və xalqın yolunda can qoymusan. Razı ol, səni Qocalar Evinə göndərək. Orada sənin üçün gözəl şərait yaradılacaq.Mən onlara etiraz etdim və dedim: burada hərdən qohumlarım, hərdən qonşularım dadıma çatır, orada olsam məni kim axtaracaq. Bəlkə qohumlarım mənim ölməyimdən, harada basdırılmağımdan da xəbər tutmadılar. Onda qəbrimin üstünə gələn və məni xatırlayan olmayacaq. Tarixdən izim çox tezliklə silinəcək.

    DÜNYA VƏ HƏYAT haqqında

    Dünyaya gələn hər bir şəxs, əvvəl valideynlərinin himayəsində yaşayır, sonra müstəqil həyata atılır. O, ailə qurur, uşaqlarını böyüdür, onları müəyyən sənət sahibi edir , evləndirir. Nəvələri böyüdüb boya-başa çatdırmağın əziyyəti də çox zaman baba və nənənin üzərinə düşür. Saydığımız vəzifələri yerinə yetirərkən insan xoş günlər də görür, əzablı günlər də. Kef də görür, kədər də. O, şahid olur ki, bu dünyada bahar da var, qış da, günəşli günlər də var, dumanlı günlər də, cənnət də var, cəhənnəm də. İnsanın ömrü, riyaziyyatçıların dediyi kimi, cavabı sıfır olan çox məçhullu məsələnin həllinə bənzəyir. Məsələnin həllində olduğu kimi, insanın da həyatında toplama, çıxma, vurma, bölmə, qüvvətə yüksəltmə və kök alma olur. Hamı istəyir ki, onun həyatında toplama, vurma və qüvvətə yüksəltmə çox olsun. Çıxma, bölmə və kök alma heç olmasın. Lakin belə olmur. İnsanın tükənməz arzularının hamısı həyata keçmir, ümidlərinin hamısı doğrulmur.
    Olur insanların çərxi-fələkdən gileyi.
    Çünki həyata keçmir, hər arzu və diləyi.
    Nəticədə insan qərara gəlir ki, mənim qismətim beləymiş. Deyirlər, bir dəfə bir qız, müqəddəs günlərin birində üzünü göyə tutub Allaha yalvarır, tale yazan insaf et, mənə yaxşı tale yaz. Anası bunu eşidib ona deyir: ay qız, özünü öldürmə, sənin talehin çoxdan yazılıb qurtarıb. Əslində biz elm tərəfindən hələ aşkarlanmamış və tam sübut olunmamış hər bir şeyi tale ilə bağlayırıq.Yaşadığı dövrdə hər bir insan sevinc də görür, qəm də görür. Bir filosof deyirmiş “ mən varam , dünya da var, mən yoxam, dünya da yoxdur”.Yəni dünya yaşayanlar üçün var. Ölənlər üçün dünya da yoxdur, bu dünyanın əzab-əziyyəti də.

    Həyat bir gün sevir, bir gün dağlayır,
    İnsan bir gün gülür, bir gün ağlayır.
    Güzəranı xoş keçən həmişə şad,
    Pis keçən, daima peşiman olur.

    Bütün adamlar bilirlər ki, onlar da başqa canlılar kimi öləcəklər. Ancaq nə vaxt öləcəyini heç kim bilmir. Ona görə məsləhət görülür ki, nə qədər sağsan işlə, çalış, uğur qazan, yüksəl, müdrik ol, yaxşılıq et, savab qazan.

    Dünya birinə toyxanadır,
    O birinə qəmxanadır.
    Heç kimi daim saxlamayan
    Adicə mehmanxanadır.

    Fələk adamın qolundan tutub aparır, mənzil başına çatanda gülü tək qoparıb atır. Öküzün axırı ət şorbası, insanın axırı torpaq altı olur. Ömür boyu çalışıb vuruşan insan, ancaq öləndən sonra əbədi sakitlik tapır.

  • İlahə BAYANDUR.Yeni şeirlər

     

    Sızlama qəlbim, sızlama

    Bu ürəyin nə günahı,
    Sızlama qəlbim, sızlama.
    Unut bu fəryadı, ahı,
    Sızlama qəlbim, sızlama.

    Yarpağın solur deyəsən,
    Ümid puç olur deyəsən.
    Bahar saç yolur deyeəsən…
    Sızlama qəlbim, sızlama.

    Açılmayır qaş-qabağın,
    Pərişandır keyfin, halın.
    Ağı deyir baxışların,
    Sızlama qəlbim, sızlama,

    Nadana könül bağlama,
    Onu yadında saxlama.
    Baxıb rəsminə ağlama,
    Sızlama qəlbim, sızlama,

    O sən təki səni sevməz,
    Səni qəlbində gəzdirməz.
    O zalımdır, sevə bilməz,
    Sızlama qəlbim, sızlama,
    Sızlama qəlbim, sızlama.

    Niyə gəlmədin?

    Səndən ayrılalı günlər il oldu,
    Həsrət yağmurları qəlbime doldu.
    Qara saçlarımı küləklər yoldu,
    Gözlərim dörd oldu, niyə gəlmədin?

    Mənə gəl-gəl dedin, özünsə getdin,
    Zülmətə, dumana qarışıb itdin,
    Yenə xəyallardan mənə əl etdin,
    Gözlərim dörd oldu, niyə gəlmədin?

    Rəsmini həsrətlə basdım bağrıma,
    Məlhəm idi qasnax tutmuş yarama.
    Bar vermədi becərdiyim barama,
    Gözlərim dörd oldu, niyə gəlmədin?

    Dəryada tufana qərq oldu gəmim,
    Ondan sonra coşdu, çağladı qəmim.
    Ağılar söylədim, tutuldu dilim,
    Gözlərim dörd oldu, niyə gəlmədin?

    Yaralı qəlbimə qəm gülü əkdin,
    Nə vaxt çiçəkləyər? Gözümü dikdim,
    Dərdi dərd üstdən yüklədin, çəkdim,
    Gözlərim dörd oldu, niyə gəlmədin?
    Gözlərim dörd oldu, niyə gəlmədin?

     

  • İlahə BAYANDUR.Yeni şeirlər

     

    SEN DEYİR

    Hisslərim ağlımı üstələyəndə,
    Ürəyim sən deyir, dilim sən deyir.
    Leysan yağmurları çırpıb döyendə
    Ürəyim sən deyir, dilim sən deyir.

    Gözümü qırpmağa qorxuram bilsen…
    Qorxuram gözümdən tez çəkilərsən.
    Neylərəm əksini gözümdən silsən,
    Ürəyim sən deyir, dilim sən deyir.

    Yaralı ruhumun mehəmisən bil,
    Yollar ayrıcının yolçusuyam, gül,
    Bilirem başıma sovrulacak kül,
    Ürəyim sən deyir, dilim sən deyir.

    Mələyir ağzımda qurumuş dilim,
    Deyirsən adını dilimdən silim?
    Unutmaq asanmı? Söylə nə bilim?
    Ürəyim sən deyir, dilim sən deyir.

    Şirin bir yuxusan, bəlkə də xəyal,
    Gəl məni yuxumun qucağından al,
    Ya özünle apar, ya göylərdən sal,
    Ürəyim sən deyir, dilim sən deyir.

    Görünmür gözümə nə insan, nə cin,
    Bax, nə havalıyam tək sənin için,
    Deyirsən dünyadan sürünüm, köçüm?
    Ürəyim sən deyir, dilim sən deyir.

    Dondu, bitdi ümidlərim

    Narın payız axşamında,
    Bir oğlanın qarğışında,
    Bir ananın baxışında,
    Dondu, bitdi ümidlərim.

    Bəyaz, qarlı qış axşamı,
    Tanrı yandırsın yaşımı?
    Mənim bələdçim naşımı?
    Dondu, bitdi ümidlərim.

    Körpə, fidan mələklərdə,
    Cücərməyən diləklərdə,
    Azman, güclü biləklərdə,
    Dondu, bitdi ümidlərim.

    Dodağında gözüm qaldı,
    Deyiləcək sözüm vardı.
    Hanı,məndə dözüm qaldı?
    Dondu, bitdi ümidlərim.

  • Əziz MUSA.”QANLI YANVAR GECƏSİ” ( Poema).

    QANLI YANVAR GECƏSİ
    (poema)

    O gecə , qanlı gecə,
    Güllələndi bir səhər.
    Bakı qana büründü,
    Azadlıq doğdu səhər.

    Bakının üstə gəldi,
    O gecə qan içənlər.
    Durdu şərlə üz-üzə,
    Vətənə and içənlər.

    Güllələr yağış kimi,
    Yağırdı hər tətəfə.
    Düşmənlərin əlinə,
    Keçmişdi bir girəvə.

    Soxulmuşdu şəhərə,
    Ağır tanklar, maşınlar.
    Şəhərə axışırdı,
    Dörd tərəfdən qoşunlar.

    Haqq deyən adamlara,
    Yox idi rəhm eyləyən.
    Qanına bələnirdi,
    Azadlıq, Vətən deyən.

    Qoşun hücum edirdi,
    Dənizdən, həm qurudandan.
    Od-alov tökülürdü,
    Qış gecəsi havadan.

    O gecə hava soyuq,
    Göylər əl çatmaz idi.
    Yollara qəm yağırdı,
    Insaf, mürvət az idi.

    O gecə bu millətin,
    Şər gəlmişdi üstünə.
    Əli yalın kütlənin,
    Qəm durmuşdu qəstinə.

    Bakının küçələri,
    Dönmüşdü qan selinə.
    Cəlladlar öldürürdü,
    Kim keçirdi əlinə.

    O gecə sinələrdən,
    Qızıl qan fışqırırdı.
    Körpələr top səsindən,
    Oyanıb qışqırırdı.

    Göylərdə uçuşurdu,
    Ölüm saçan qəlpələr.
    Barıt iyi verirdi,
    Qorxunc səsli güllələr.

    Vətən deyən oğullar,
    Durmuşdu şərə qarşı.
    O gecə qurumurdu,
    Anaların göz yaşı.

    Kafirlər baxmırdılar,
    Nə qocaya, nə gəncə.
    Görünməmişdi hələ,
    Belə zülüm, işgəncə.

    Göylər çaşıb qalmışdı,
    Ucalan ah-nalədən.
    Ya azadlıq, ya ölüm,
    Söyləyirdi hər yetən.

    Qorxu bilməz igidlər,
    Vermişdilər əl-ələ.
    O qanlı müsibəti,
    Gətirmək olmur dilə.

    Ölümdən qorxmurdular,
    Vətən deyən oğullar.
    O gecədən keçirdi,
    Haqqa uzanan yollar.

    Daha bu haqsızlığa ,
    Dözəmmirdi igidlər.
    Onları bezdirirdi,
    Yalan sözlər, boş vədlər.

    Hamı bir nəfər kimi,
    Atılmışdı meydana.
    O gecə qatillər də,
    Susamışdı al qana.

    O gecə haqla nahaq,
    Dayanmışdı üz-üzə.
    O gecə qeyrət dərsi,
    Keçirdi zaman bizə.

    Silirdi qorxuları,
    Ürəklərdən şəhidlər.
    Ürəklərə köçürdü,
    Qurban gedən şəhidlər.

    Moskva anlamırdı,
    Görmürdü bu axını.
    Caynağından buraxmaq,
    Istəmirdi Bakını.

    Qorbaçov düşünürdü,
    Erməniləri ancaq.
    Bilmirdi yansa sönməz,
    Türkün qəlbində ocaq.

    Qarabağda erməni,
    Bildiyini edirdi.
    Moskvanın əliylə,
    Torpaq əldən gedirdi.

    Topxanada ağaclar,
    Doğranıb, kəsilirdi.
    Əskərandan, Laçından,
    Bəd xəbərlər gəlirdi.

    Zəngəzurdan, Göyçədən,
    Adamlar qovulurdu.
    Xalq qalxmışdı ayağa,
    Hər gün meydan dolurdu.

    Çadırlar qurulurdu,
    Azadlıq meydanında.
    Orda gecələyirdi,
    Çoxlu adamlar onda.

    Etiraz edirdilər,
    Haqsızlığa adamlar.
    Dəstə-dəstə gedirdi,
    Qarabağa adamlar.

    Tonqallar alışırdı,
    Azadlıq meydanında.
    Qan coşub, qaynayırdı,
    O gün ürəkdə, canda.

    Millət öz qəzəbini
    Beləcə bildirirdi.
    Saqqallılar mərkəzin,
    Qərarını bilirdi.

    Iki başlı oyunlar,
    Çaşdırmışdı milləti.
    Sual altında idi,
    Şuşanın aqibəti.

    Azadlıq meydanında,
    Xalqın istəyi coşdu.
    Millətin qəzəbindən,
    Moskva özü çaşdı.

    Qarabağ dedi hamı,
    Azadlıq dedi millət.
    Şərə üsyan eylədi,
    Xalq meydanda nəhayət.

    Əsarətə yox dedi,
    Xalqımız gur səsiylə.
    Belə birlik, həmrəylik,
    Görünməmişdi hələ.

    Millət ayağa qalxdı,
    Qarabağ deyiləndə.
    Moskva aciz qaldı,
    Bu birliyin önündə.

    Qərar verdi Qorbaçov:
    -Söndürün yanar odu.
    Bu istəyi beşikdə,
    Qoy boğsun qızıl ordu.

    Dünya susdu, dinmədi,
    Bu qanlı olaylara.
    Millətin sinəsinə,
    Vurulanda yüz yara.

    Dostlar haya gəlmədi,
    Ucalanda səsimiz.
    Əli yalın döyüşə,
    Atıldıq bax, onda biz.

    O gecə məhəbbətə,
    Sevgiyə güllə dəydi.
    Güllələnən körpənin,
    Axı günahı nəydi?

    Beşiklər al qan oldu,
    Soldu qönçə çiçəklər.
    O soyuq qış gecəsi,
    Əsdi qara küləklər.

    Ilhamın sevən qəlbi,
    Qanına qəltan oldu.
    Səxavətin istəyi,
    Qəlbində qönçə qaldı.

    Larisanın köksünə,
    Sancıldı odlu güllə.
    Fərizənin harayı,
    Bizi göynədir hələ.

    Qanlı Yanvar gecəsi,
    Millət döndü özünə.
    Qalxıb sözünü dedi,
    Moskvanın üzünə.

    O gecə qurd uladı,
    Azadlıq dedi hamı.
    Birliyə şahid oldu,
    O günlərin adamı.

    O gecə qan-qadaya,
    Şəhidlər gərdi sinə.
    Bütün dünya mat qaldı,
    Bu xalqın hünərinə.

    Qızıl qana boyandı,
    Bakının hər küçəsi.
    Kəsilmədi, susmadı,
    Mirzə Xəzərin səsi.

    Xəzərə qan çiləndi,
    Dalğalar şahə qalxdı.
    Boğuldu göz yaşından,
    Kür, Araz qanlı axdı.

    Türkmənçay dilə gıldi,
    Gülüstan dindi o gün.
    Təbriz ah-nalə çəkib,
    Ağladı için-için.

    Şəhid oldu o gecə,
    Yüz otuz yeddi insan.
    Yeddi yüz insan isə,
    Yaralandı o zaman.

    Öldü çox uşaq, qadın,
    Dağıdıldı bir şəhər.
    Qan rənginə boyandı,
    O günaçılan səhər.

    Şəhidlərin adını,
    Vətən yazdı qəlbinə.
    Şəhidlər bir tac oldu,
    Bu yurda, bu Vətənə.

    Şəhidlərə baş əydi,
    O gün bütün xalqımız.
    Vətən dedik, yurd dedik,
    Bir ağızdan hamımız.

    Qorxu, hürkü bilmədi,
    Od-alovdan keçənlər.
    Ölməzlik qazandılar,
    El yolunda köçənlər.

    Yağdı çiçək yağışı,
    Səhər-səhər o günü.
    Qərənfilə büründü,
    Bütün şəhər o günü.

    Döndü qərənfil o gün,
    Azadlıq simvoluna.
    Nur çilədi günəş tək,
    Igidlərin yoluna.

    Qərənfillər ağladı,
    O səhər yollar boyu.
    O səhər yasa döndü,
    Neçə igidin toyu.

    Anaların ahından,
    Dağ da, daş da ağladı.
    Baxıb axan qanlara,
    Qar da, qış da ağladı.

    Məmməd Aslan ağladı,
    Məmməd Araz ağladı.
    Bəxtiyarın harayı,
    Ürəkləri dağladı.

    Şəhidlər xiyabanı,
    Döndü Bəzz qalasına.
    Analar ağı dedi,
    Öz şəhid balasına.

    Qalama bax, qalama,
    Sinəmə od qalama.
    Ay Allah, necə qıydın,
    Mənim bircə balama.

    Əziziyəm bu dağı,
    Dolan gəl bağça, bağı.
    Namərd əlin qurusun,
    Getməz sinəmin dağı.

    Ana fəryad qoparır,
    Atasız oğul qalıb.
    Bu dərd ürəyə sığmır,
    Yarımçıq nağıl qalıb.

    Vətən başın sağ olsun,
    El-oba batıb yasa.
    Bu dərdi çəkə bilməz,
    Dağ da, daş da ağlasa.

    Yumruq kimi birləşir,
    Bütün millət, bütün xalq.
    Narahatdır Moskva,
    Işlər olub baş-ayaq.

    Laxlayır Qorbaçovn,
    Səltənəti, taxt-tacı.
    Baxıb sevinir yağı,
    Əsən küləklər acı.

    Azadlığa gedən yol,
    Ürəkdən, qandan keçir.
    Şəhidlər yatan yerdə,
    Millət indi and içir.

    Bu gün qeyrət yolumuz,
    Zirvələrə ucalır.
    Vətən deyən oğullar,
    Bu torpaqdan güc alır.

    Gül-çiçəyə bürünür,
    Qara mərmərlər hər gün.
    Şəhidlər xiyabanı,
    Əzizdir hamı üçün.

    Qanla suvarılsa da,
    Müqəddəs torpağımız.
    Hər zaman ucalacaq,
    Üç rəngli bayrağımız.

    Bu millət azadlığı,
    Əldən verməz heç zaman.
    Hər qızımız bir igid,
    Hər oğlumuz qəhrəman.

    Vətənin hər qarışı,
    Candan əzizdir bizə.
    Tanrı gözəllik verib,
    Bu torpağa, bu düzə.

    Bu yurdun altı qızıl,
    Bu yerin üstü cənnət.
    Niyə yada baş əysin,
    Bu millət, bu məmləkət.

    Şəhid olmaq şərəfdi,
    Qılınc çalmaq hünərdi.
    Biz Vətəni sevməsək,
    Günəş çoxdan sönərdi.

    Şəhid el balasıdı,
    Şəhidlər ölməz heç vaxt.
    Şəhid qurban gedir ki,
    Daim yaşasın həyat.

    Qanlı Yanvar gecəsi,
    Unudulmaz heç zaman.
    Bizim azadlığımız,
    Keçib ölümdən, qandan.

    Şəhidlər xiyabanı,
    Bir tarix kitabıdı.
    Günəş doğan bu zirvə,
    Azadlığa qapıdı.

    Şəhidlər xiyabanı,
    Nur saçan bir mayaqdı.
    Vətənin qürur yeri,
    Haqqa, sülhə dayaqdı.

    Şəhidlər uca zirvə,
    Düşmənə göz dağıdı.
    Şəhidlər xiyabanı,
    Bir qərənfil bağıdı.

    Vətən hələ dardadı,
    Hələ də tökülür qan.
    Ey igidlər birləşin,
    Böyüməsin xiyaban.

    Burda səfərbər olaq,
    Burdan çıxaq səfərə.
    Atılaq döyüşlərə,
    Imza ataq zəfərə.

    Qarabağ alınmasa,
    Gülməz şəhid ruhları.
    Gəlin azad eyləyək,
    O doğma torpaqları.

    Qarabağ yol gözləyir,
    Yolu tutub duman, çən.
    Indi gecikmək olmaz,
    Bizi çağırır Vətən.

    Gəlin səfərbər olaq,
    Gəlin verək əl-ələ.
    Gəlin bir gün ağlayaq,
    Bu torpağa, bu elə.

    O gecə alovlanan,
    Məşəl sönməz heç zaman.
    Həmişə yaşayacaq,
    Müstəqil Azərbaycan.

  • Rafiq ODAY.Yeni şeirlər

    YƏQİN

    Haray yox, bir titrək havaram sənsiz,
    Çatmaram arzuma – ha varam – sənsiz.
    Fərqi nə, ya yoxam ya varam sənsiz,
    Silinməz bu qəlbin yarası yəqin.

    Səhv etsəm, el-aləm yamanlar məni,
    Tərk etməz qəlbimə damanlar məni.
    Alar ağuşuna dumanlar məni,
    Bilmərəm dünyanın harası yəqin.

    Əyilməz – bu yurdun nər manı varsa,
    Tanrının haqq adlı fərmanı varsa.
    Bir dərdin minbir də dərmanı varsa,
    Tapılar bunun da çarası yəqin.

    Boş qalmış ələyin yiyəsi mənəm,
    Oxlanmış kürəyin yiyəsi mənəm.
    Bu sınıq ürəyin yiyəsi mənəm,
    Parası gümandı, parası yəqin.

    Doğmadan yan qaçıb yada varalı,
    Yurdumun hasarı yaman daralır.
    Bir ömür yaşaram – ağlı, qaralı,
    Ağı müəmmadı, qarası – yəqin!

    ARXA DAN GƏLİR

    Dərdi dərd edəndə dərdə çevrilir,
    Ürəkdə boy atır, sərdə çevrilir,
    Dərd var, öndə dürür – mərdə çevrilir,
    Dərd var namərd kimi arxadan gəlir.

    Haçandı bu çax-çax baş aparmayır,
    Zirvənin gözünü yaş aparmayır,
    Sel gəlib gərədən daş aparmayır,
    Daşlar kövrək vurur, çarxa qan gəlir.

    Qanqallar calanır yolumun üstə,
    Tonqallar qalanır yolumun üstə,
    Ümidim can verir qolumun üstə,
    Mən candan oluram, xalxa can gəlir.

    Tufandı, şimşəkdi, qasırğalı el,
    Firon qulağında bir sırğalı el,
    Buğdanın ətrinə yadığardı el,
    Bəs bu nə tamdı ki, arpadan gəlir.

    Vaxtdı, qara ruhu odandan ayır,
    Bəxtdə uduzanı, udandan ayır.
    Buyur bu şəfəqi o dandan ayır,
    Suya şəfəq düşür, arxa dan gəlir.

  • Rafiq ODAY.Yeni şeirlər

    QAYITMAZ

    Dərd məndən elə bezib ki,
    Bir də üstümə qayıtmaz.
    Durum bir boylanım baxım,
    Birdən üstümə qayıtmaz.

    Şahım gözlər qiyaməti,
    Ahım gözlər qiyaməti,
    Ruhum göylər əmanəti,
    Yerdə üstümə qayıtmaz.

    Hanı ötən o kef-damaq,
    Niyə mən səni sevdim, ah…
    Can çıxdımı – örtün dümağ,
    Pərdə üstümə – qayıtmaz.

    NEYLƏYİB AXI

    Yuvası pərən leyləyik,
    Nə məcnun, nə də Leyliyik.
    Yenə qışdan gileyliyik, –
    Qış bizə neyləyib axı?

    Oyandıq daş yuxusundan,
    Çıxdıq qara-qorxusundan,
    Sən allah düş yaxasından,
    Yaş bizə neyləyib axı?

    Dünya sirdi, sirdaş deyil,
    Bizlə bağrı-badas deyil,
    Ağaran saçdı, baş deyil, –
    Baş bizə neyləyib axı?

    Nə yük var kotana düşür,
    Bəlkə kəl utana – düşür.
    Lənət daş atana düşür, –
    Daş bizə neyləyib axı?

    Çoxu yad bəhsinə yanar,
    Uyar öz nəfsinə, yanar,
    Quru əvəzinə yanan,
    Yaş bizə neyləyib axı.

  • Rafiq ODAY.Yeni şeirlər

    QUBA «SOYQIRIM MƏZARLIĞI» ÖNÜNDƏ DÜŞÜNCƏLƏR

    Səninləyəm, Türk oğlu,
    Ruhunu oyaq saxla,
    Bu yerdən keçən zaman
    Bir anlıq ayaq saxla.
    Silahını əldə tut,
    Patrondaşı saz eylə,
    Yannıda daraq saxla.
    Bu dərdləri sözbəsöz,
    Misra-misra yazmağa
    Qələm və varaq saxla.
    Mürəkkəbi heç zaman
    Qurumasın qələmin,
    Bir sonluğu olmalı
    Bu yaşın, bu ələmin!

    Sonsuz fitnə-fəsaddan,
    Bəd niyyətdən danışaq.
    Başımıza açılan
    Müsibətdən danışaq.
    Bəndlər birmi, beşmidir,
    Hansı bənddən danışaq?!
    Ki, səsimiz dünyanı
    Yuxusundan oyatsın,
    İnsanların qəlbində
    Bu vəhşi quldurlara,
    Bu allahsız kəslərə,
    Nifrət hissi boy atsın.

    Gör neylədi bir ovuc
    Qaçaq-quldur erməni.
    Xeyirə üz bozardan,
    Şərə – quldur erməni!
    Dünyanın tüpürdüyü,
    Tapdaq yoldur erməni.
    Siz də keçir tüpürün
    Sifətinə nakəsin.
    Addımları bərk vurun,
    Yerlər, göylər titrəsin.

    Onla dostluq edilməz,
    Harda gördüz uzaq dur.
    O, şərəfdən kənardır,
    O, mənlkdən uzaqdır.
    Dünyanın qarşısında,
    Diz çöküb gecə-gündüz,
    Zarın-zarın ağlayır –
    Desinlər ki, yazıqdır.
    Bu yazıqlıq oyunu,
    Bu məzlumlüq pərdəsi.
    Yırtılır yavaş-yavaş.
    Hayların ittək ipi,
    Dartılır yavaş-yavaş.

    Bulaq kimi qaynayıb,
    Sellənib axmaq gərək.
    İldırımtək gavurun
    Başında çaxmaq gərək!
    Gələcək nəsillərin
    Gözlərinin içinə
    Alnıaçıq, üzüağ,
    Yalan-palandan uzaq
    Şax durub baxmaq gərək.
    Yoxsa gələn nəsillər
    Bağışlamaz bizləri.
    Silinər babaların
    Yer üzündən izləri.

    Artır saatbasaat
    Ordumuzun qüdrəti.
    Heç kim saxlaya bilməz
    Azğın, yağı düşmənə
    Aşıb-daşan nifrəti.
    Qaynayır igidlərin
    Damarında qeyrəti.
    Qoy dığalar anlasın
    Artıq bu həqiqəti:
    Ali Baş Komandanın
    Bir əmri bəsdir bizə.
    Vətən – görən göz bizə,
    Vətən nəfəsdir bizə.
    Bircə həmlə yetər ki,
    Düşmən payimal olsun.
    Diz çöksün qarşımızda,
    Dili bağlı mal olsun.
    Haydı, qandal vurulsun.
    Düşmənin qollarına.
    Eşq olsun sabahımın
    Zəfərini yazacaq
    Vətən oğullarına,
    Vətən oğullarına!!!

    GƏLİR

    Zülmətləri yarıb gəldim,
    Zəncirləri qırıb gəldim.
    Öz içimə varıb gəldim,
    İçinizə varın, gəlin.

    Bu köçünüz keçən izdi,
    Göz yaşında köçün üzdü.
    Bu köç sizin köçünüzdü,
    Köçünüzə varın gəlin.

    Sinəm uyuyur dağında,
    Sol gərdi var hər sağın da.
    Yayın cırhacır çağında,
    Ustumuzə boran gəlir.

    Sahibi var bu mizanın,
    Onun rizasın qazanın.
    Haqqın yolunu azanın,
    Harayına «Quran» gəlir.

  • Rafiq ODAY.Yeni şeirlər

    SƏNƏ EHTİYACIM VAR

    Yaxamı ruzgarların
    Əlində qoyub getdin.
    Elə bil ki, vüsalın
    Gözünü oyub getdin.
    Mən səndən doymamışdım,
    Sən nə tez doyub getdin?!
    Duymadınmı sinəmdə
    Neçə ağrım-acım var?!
    Sənə ehtiyacım var.

    Suvar oldu xoş günüm
    Yel qanadlı atına,
    Bülənd oldu fəğanım
    Göyün yeddi qatına.
    Daha kim anar məni,
    De, kim salar yadına?!
    Dərd birdimi, beşdimi –
    Durum hara qaçım – var,
    Sənə ehtiyacım var.

    Zalım həsrət ayırdı
    Ağuşunda yer mənə,
    Bu dərd hələ nədir ki,
    Varsa yenə ver mənə.
    Bu qədər zülm az kimi,
    Hicran baxıb der mənə:
    -Yandırmağa, yaxmağa,
    Pul-pul olmuş sacım var,
    Sənə ehtiyacım var.

    Bu elə bir dərddi ki,
    Nə qohuma danışmaq,
    Nə yada demək olmur.
    Bu elə bir dərddi ki,
    Nə suya pıçıldamaq,
    Nə oda demək olmur.
    Bu elə bir dərddi ki,
    Nə kamana söyləmək,
    Nə uda demək olmur.
    «Nə»lər səltənətində
    Möhtəşəm taxt-tacım var,
    Sənə ehtiyacım var.

    Qoşun-qoşun dərdlərin,
    Səfini yarıb gəlim,
    Ruhsuz nəyə gərəyəm,
    Ruhuma varıb gəlim.
    Bir himə bəndəm, gülüm,
    Dünyanın o başından –
    Sən səslə – durub gəlim,
    Zalım fələk əlində
    Didim-didim saçım var,
    Sənə ehtiyacım var.

    Halım dərya misallı –
    Kükrəmədə, daşmada,
    Dalğa-dalğa qabarıb
    Sahilini aşmada,
    Mən sənə can atmada,
    Sənsə uzaqlaşmada;
    Gedirsən, get – nə qəm ki,
    Ta yalnız deyiləm ki, –
    Dərd adında qardaşım,
    Nisgil adlı bacım var…
    … Amma yenə, yenə də,
    Sənə ehtiyacım var.

    BÖYÜK

    Bir nadana

    Fərqi yox – xan ol, ya paşa,
    Dərd varsa dərdlə tapışar.
    Yaxandan bir əl yapışır,
    Yapışar yaxandan böyük.

    Dən varsa, bir dənlik də var,
    Hər qəmdə bir şənlik də var.
    Unutma bir mənlik də var, –
    Paşadan, yan xandan böyük.

    Ümmanıq, ya heçik – hər nə,
    Böyüyük, ya kiçik – hər nə.
    Uzaqdan kiçik görünən,
    Görünər yaxından böyük.

    Xan Araz da, Kür də vətən,
    Yaşayar hər sirdə vətən.
    Bir ANAdır, bir də VƏTƏN,
    Varından, yoxundan böyük!

    Yetər, az dalımca daş at,
    Kainatla sevgi yaşıd.
    Qəlbində bir sevgi yaşat,
    Tanrıya, qorxundan böyük!

  • Rafiq ODAY.Yeni şeirlər

    YAZIĞIM GƏLİR

    Bir dərdinə, yüz dərdinə,
    Vermə belə üz dərdinə.
    Adam dura öz dərdinə
    Oynaya – yazığım gəlir.

    Danda, qürubda baxdığım,
    Nədən? – sorub da, baxdığım,
    Hərdən durub da, baxdığım
    Aynaya yazığım gəlir.

    Söz kar etməz utanmaza,
    Yaşarmı haqqı danmasa?
    Nola, qanım bu qanmaza
    Qaynaya – yazığım gəlir.

    OLUNCA

    Ömür-gün vədədən keçir,
    Qorxudan, hədədən keçir.
    Bütün güc mədədən keçir, –
    Dişin tamahı olunca.

    Bağ-bağçam xəzəl görünür,
    Xəzəl nə gozəl görünür.
    Dağ olmaq əfzəl görünür,
    Yetimin ahı olunca.

    Dağ ol, duman-sisin olum,
    Yaxşın olum, pisin olum.
    Yurdun dilənçisi olum,
    Qürbətin şahı olunca.

  • Rafiq ODAY.Yeni şeirlər

    ÖLDÜ «SONA BÜLBÜLLƏR»

    Qədir Rüstəmov öldü deyən bir xanıma

    Özünə yağı deyən,
    Bir sinə dağı deyən,
    Dərdinə ağı deyən
    Dildi «Sona bülbüllər».

    Tüm sirlərə çəm olan,
    Həm olmayan, həm olan,
    Bir yumruqda cəm olan,
    Eldi «Sona bülbüllər».

    Ümid yeriydi sanki,
    Zəfər şeriydi sanki,
    Tanrı sirriydi sanki,
    Soldu «Sona bülbüllər».

    Axdı gözün qorası,
    Hanı ağı-qarası?!
    Kanla Məkan arası
    Yoldu «Sona bülbüllər»
    .
    Könlündə dağlar qalan,
    Göz yaşı çağlar qalan,
    Sonası ağlar qalan,
    Göldü «Sona bülbüllər».

    Dünya kiçik nöqtədir,
    İnsan ona müqtədir.
    Merac eylədi Qədir,
    Öldü «Sona bülbüllər».

    KİM SEVƏR Kİ…

    Mən haqqa aşiq biriyəm,
    Haqqım yox susam, kirirəm,
    Açılmaz tanrı sirriyəm,
    Məni özgə kim sevər ki…

    Xəzan aldı ilk baharı,
    Puç eylədi arzuları,
    Saçımdakı dümağ qarı,
    Dəni özgə kim sevər ki…

    Yelə verdik son gümanı,
    Baş çəkir qəlbə damanı.
    Ruhlara çökən boz dumanı,
    Çəni özgə kim sevər ki…

    Bir «yox» var, bir də «bəli» var,
    Çiynimdə bir dost əli var.
    Yer üzündə bir dəli var –
    Səni özgə kim sevər ki…

  • Rafiq ODAY.Yeni şeirlər

    OLMAZ

    Bir gün belə sənsizliyə, Ruhum, tabım olmaz,
    İnnən belə bir ayrı sitəmkar tapım, olmaz!

    Haqqa və mürüvvət deyilən ülvi məkana,
    Girməkçün, inan, sevgidən özgə qapım olmaz.

    İman işığı yollarıma nur ələməkdə,
    Bu nurda durum öz yolumu mən sapım, olmaz.

    Qəlblərdə barış saxlamağın fürsəti varkən,
    Nifrət və ədavət toxumu mən səpim olmaz.

    Ülfətdi, məhəbbətdi, inan, ali vəzifəm,
    Bundan uca, bundan ötə bir mənsəbim olmaz.

    Oday belə bir düstura qail ola bilməz –
    Bu işmi ki, sən sevmə, amma mən sevim – olmaz!

    ELƏ QOVDUM

    Əymə başını sən kədərə, yar, elə qovdum,
    Gəlməz bu könül gülşəninə sar, elə qovdum.

    Hicran bizi ağlatmaq üçün gəldi də, amma,
    Oldu özü aləmlər içrə xar, elə qovdum.

    Çox söylədim, aşiqləri üzmə – bu günahdır,
    Əl çək bu əməldən, bir utan, ar elə – qovdum.

    Yaydı bütün ərşə xəbəri göydə mələklər,
    Yəqin ki, sənin də xəbərin var, elə qovdum.

    Düşməz ki, ələ bir belə imkan daha, yavrum,
    Sən də sağına, həm soluna car elə – qovdum.

    Gəldin, Odayın dünyasına nur ələdin sən,
    Olmaz ta ona cümlə-cahan dar, elə qovdum.

  • Rafiq ODAY.Yeni şeirlər

    HİCRAN MƏNƏ QALDI

    Getdi yenə vüsal dəmi, hicran mənə qaldı,
    Tərk etdi könül həmdəmi, hicran mənə qaldı.

    Sanki yönünü tərsə salıb öz mayakından,
    Dəryada üzən bir gəmi, hicran mənə qaldı.

    Aləmlər içrə bir o idi zəndi-gümanım,
    Güldürdü mənə el-aləmi, hicran mənə qaldı.

    Heç bilməz idim bir belə sədd var aramızda,
    Həm həmdəmi, həm də əmi, hicran mənə qaldı.

    Eşqin əgər ortaq dili varsa bu cahanda,
    Anla məni, ey əcəmi, hicran mənə qaldı.

    Ruhum, bu bəşər içrə mənə düşdü ələmin,
    Həm hasili, həm də cəmi, hicran mənə qaldı.

    Oday, nə qədər həsrət olar bir ömür içrə,
    Dəvət eləyər qəm-qəmi, hicran mənə qaldı.

    VƏTƏN AĞLAR

    Köçdü yenə yurdundan oba, el – vətən ağlar,
    Bir səhv eləsək, səhvimizə bil, vətən ağlar.

    Gördükcə vətən mülkünü viran, aman allah,
    Sızlar ürəyimdə nə ki var tel – vətən ağlar.

    Minlərlə şəhid övladının ruhu önündə,
    Göz yaşı olar dalğa-dalğa sel – vətən ağlar.

    Gördükmü səmər bir belə ATƏT səfərindən,
    Böylə calanar bir-birinə il, vətən ağlar.

    Gər cihada yox, ağlamağa qalxsa oğullar,
    Bil, onda olar ağı deyən dil, vətən ağlar.

    Bəsdir, Oday, at sızlamağın daşını sən də,
    Gözündə donan yaşları tez sil, vətən ağlar.

  • Rafiq ODAY.Yeni şeirlər

    GENOSİDDƏN

    Ermənilərin saxta, qondarma soyqırım iddialarına cavab

    Dəm vur, Karapet, sən yenə saxta genosiddən,
    Adətdi, salar hay-həşir axta, genosiddən.

    Əsla bu kötü vərdişini sən yerə qoyma,
    Bir gör nə qədər yal düşür baxta genosiddən.

    Əyləşmədiyin qaldımı bir kimsə qucağı? –
    Gördüm ki, olub qan gölü latxa genosiddən.

    Andın keçi andı, uzağı qırx günə bağlı,
    Səbrinmi çatar bir belə vaxta genosiddən?!

    Ömrün ki sənin yaz nədi, bahar nədi bilməz,
    Çünki büyürüb ruhunu şaxta genosiddən.

    Dad eylər əlindən o «böyük qardaşın» artıq,
    Onçün keçirib ağzına noxta genosiddən.

    Salma özünü bir belə zülmə, abır eylə,
    Bir dər nəfəsin, bir otur, toxta genosiddən.

    Getdi qürurun da, o şərəfsiz şərəfin də,
    Mənliklə vüqar, var ilə yox da genosiddən.

    Tərif dedi Oday da sənin «şən»inə bunca,
    Qaldırdı səni gör necə «taxt»a genosiddən.

    DƏYİŞMƏZ

    Haqqa yol alan səmtini hər yanə dəyişməz,
    Eylər özünü şamına pərvanə, dəyişməz.

    Dinclik nədi bilməz vətəni darda olanlar,
    Cumar kişitək meydana mərdanə, dəyişməz.

    Ərlər – nə sınar, nə əyilər düşmən önündə,
    Bağrın başını eyləyələr şanə, dəyişməz.

    Günəş nurudur dövr eləyən damarımızda,
    Oddan törəyən qanını hər qanə dəyişməz.

    Bu çərxi-fələk tərsinə dövran eləməkdə,
    Yoxsa arada bir belə fərq, anə dəyişməz.

    Azmı dəyişən xislətini min kərə gündə,
    Fəxr eylə, Oday, əsla ki, Fərqanə dəyişməz!

  • İlahə BAYANDUR.Yeni şeirlər

    Meni basdır gözlərində

    Gözlərinə qurban olum,
    Meni basdır gözlerinde.
    Qoyma bulud teki dolum,
    Qebir qazdır gözlerinde.

    Apar meni öz yanına,
    Hasret kalmışam canına.
    Susamışam al qanına,
    Meni basdır gözlərində.

    Bağlanıb uzanan yolum,
    Qırılıb qanadım-qolum.
    Düşmən olub sağım-solum,
    Meni basdır gözlərində.

    Dəymiş durub, yaş tökülüb,
    Şahanə mülküm sökülüb.
    Ayağım altdan yer çöküb,
    Meni basdır gözlərində.

    Qebrimi tapan olmasın,
    Seven dostlarım solmasın.
    Doğmalarım saç yolmasın,
    Meni basdır gözlərində.

    AZMIŞ XƏYALLAR

    Bədirlənmiş ay kimi,
    Çətirlənmiş humay kimi,
    Oxundan çıxmış yay kimi,
    Səni gördüm, vuruldum…

    Sevinirdim, nəşəliydim,
    Dünya mənim sanırdım,
    Mən eşqimin alovunda zərrə-zərrə,
    gilə-gilə yanırdım…

    …Nə gözəldi, necə şəndi,
    o dəmlərim, çağlarım,
    Sənin ilə qurduğum xəyallarım,
    Gəlib çıxmadı, nədən?
    Harda qaldı, azdılar?..
    Sevgi çeşmən tez qurudu,
    su tükəndi, kor quyuynu qazdılar?
    Sənin sevgin öldü, getdi…
    köksün üstə,
    başdaşısız,
    ona məzar qazdılar?

    Gün gələcək, geydiyin don süzüləcək,
    Yanağına yalanlardan isti damla düzüləcək.
    Bilməlisən, sevənlərə əzab verən,
    özünü qəhrəman bilən,
    Gün gələcək, mütləq ayağa düşəcək,
    Mütləq ayağa düşəcək!

  • Əlirza HƏSRƏT.Yeni şeirlər

    SEVDİYİM GÜNAH

    Gəl ah göndərək dağlara,
    Dağları bu ah saxlasın.
    Kasıb daxması könlümdə,
    Səni də allah saxlasın.

    Hava eşq,torpaq eşq,su eşq,
    Ölümə oxuyan Qu eşq.
    Sevdiyim günahdı bu eşq,
    Bizi bu günah saxlasın.

    Ayna tutub ötən çağa,-
    Belə kim girsə bu bağa,
    Gözümdə suya qoymağa,
    Bir cüt ətirşah saxlasın.

    AHIMLA VERDİM EŞQƏ CAN

    Dağılıb saçın üstünə,
    Əl elə qaçım üstünə.
    Çılpaq ağacın üstünə,-
    Sən də budaq-budaq yeri.

    Ahımla verdim eşqə can,
    Aramıza düşmədi qan.
    Hər tərəfi alıb duman,
    Nə düz qalıb,nə dağ yeri.

    Gözüm zəvvar,yaxan da pir,
    Düymələri açdım bir-bir.
    Bir öpüşün heykəlidir,-
    Üzümdəki dodaq yeri.

    ZALIM GÖZƏL ŞAİRİ DƏ QINAYAR

    İstəmirəm qarşılaşaq yalandan,
    İstəmirəm yolun məndən yan düşə.
    Ömür boyu üzü gülməz bu eşqin,
    Yar könlünə şöhrət düşə,şan düçə.

    Saz sinəmdə pərdə-pərdə oynadı,
    Gözüm tutan bəxtəvər də oynadı.
    Qol götürüb hamı dərdə oynadı,
    Az qaldı ki aralığa qan düşə.

    Kirpik çaldın,könlüm batdı qana yar,
    Ayna tutsam,baxışların qanayar.
    Zalım gözəl şairi də qınayar,
    Vay halına belə vaxtda can düşə.

  • Təranə ŞƏMS.”MƏNİM ANASIZ DÜNYAM!”(Esse).Eksklüziv

    MƏNİM ANASIZ DÜNYAM!

    Elə anlar olur ki, insan özünü tək – tənha hiss edir və özünü tanıya bilmır. Lakin bu tənhalıq onun daxili dünyasını tanıyacaq qədər yardımçı olur və hiss edir ki, sonu olmayan boşluqlar onu çəkib aparır. Bu boşluqlar içərisində yşaqlıq illəri istər – istəməz yadına düşür, göz önündə ata – ana sevgisi canlanır və özünü o illərdə hiss edir. Belə hisslər insanı özünə hesab verməyə vadar edir. Həyatında hesablaşa bilmədiyin anlar elə yaş dövrünə düşür ki, yaddaşında silinməz izlər qoyur. Sizinlə bölmək istədiklərim uşaqlığımdan bu günə kimi qəlbimdə yaşatdığım ANA məhəbbətinin qüdrətindən yaranan incə, nəfis duyğularımdı, o duyğular ki,insanı yaşadır, həyata bağlayır. Lakin bu tükənməz duyğuların bitəcəyiyi günü heç düşünmürsən. Boy atırsan, həyata pərvaz edirsən, ATA – ANA sevgisinin əhatəsində ətrafına naz edirsən, həyatsa səni çəkib aparır, amma bilmirsən hara…! Zamam – zaman həyatın qaranlığına doğru irəlləyirsən. İlk büdrədiyin an uzaq olmur sənə. Gözlərin həyata açılar – açılmaz fələyin ilk zərbəsi səni silkələyir. Dəyərsiz, əvəzolunmaz valideynlərini itirirsən. Bu sarsıntıların acısını yalnız yaşayan bilər, bu ağrı – acını bir ömür boyu daşımalı olursan və sanki həyata gözlərin qapanır. Mən də yaşadım, o barışa bilmədiyim anları. Artıq anayam, nənəyəm, yaş yetirmişəm, lakin gözlərim daima məni yaşamaq üçün dünyaya gətirən ANANI axtarır. Bu səslənən üç hərfin sədası insana nələri bəxş etmir ki…?
    ANA! elə möcüzə baş verəydi ki,mən uşaqlığıma qayıda biləydim. KAŞ Kİ…! Kaş ki, sənin südqöxulu nəfəsini duya biləydim. Yuxuya gedəydim qollarında, mənə həzin səsinlə lay – lay calaydın ANAM! Bəlkə indi hiss edərdim səsinin məlahətini. ANA qarşında diz çöküb gözlərinə baxmaq istərdim. Gözlərinin dərinliyində hiss edəydim qəlbinin ağrı – acısını. Hansı ki, çəkdiyin acılar qəlbindən silmədi heç, heç övlad məhəbbətini. Sevdin bizi ANAM! Sevdin aşiqanə məhəbbətin möcüzəsi kimi sevdin! Çünku bizlər məhəbbət bulağından çağlayan çeşmələr idik sənin üçün! ANA qayğısız yaşayaraq bu çeşmənin daima axar olacağına unanmışdıq. AMMA… əfsuslar olsun ki, bu çeşmənin suyu daima qaynaya bilmədi. Niyə deyə bilmirəm, çünki yaradana üsyan etmiş olaram. ANA bilirsən sən gedəli nələr oldu? ANA sənin yoxluğun məni həyatımdan küsdürdü. ANA barışa bilmirəm yoxluğunla. Gülüşümü nazı – qəmzəmi, sevgimi, aşıb – daşan qəlbimi apardın özünlə ANA…! Hayqırmaq bağırmaq istəyirəm: Qaytarın məni analı günlərimə, qaytarın məni dərd ortağıma! Qucağına baş qoyum çiləli qəlbimi onunla bölüşüm. Həyat, qaytar Anamı! Qaytar onun titrəyən əllərini saçlarımda gəzdiyini duyum, hiss edim. ANA həyatla barışmayan qəlbim bilirsən, mənə nələri bəxş etdi? Qəlbim sənin pıçıltınla ehtizaza gəlir, sənə deyə bilmədiklərim könlümün süzgəcindən süzülür sətir – sətir. ANA mənim könül təranələrim ağrılı – acılı səsə – sədaya çevrilib. ANA, sənin pçıltıların qəlbimin nidasına dönüb, o nida ki, mən onu insanlarla bölüşürəm. Bircə duymayan sənsən ey mənum könül rübabım! Sənsiz nə varsa heçdir bilirsən? Sənsiz dunyam boşdur, amma könlüm boş deyil.Sənin məhəbbətin mənimlə yaşayır,məni oxşayır,qoxlayır, xəyalların yaşadır məni ANA…! Bu böşluğu dolduracaq elə bir qüvvə yoxdur. ANA görürsən, sanki şıltaq uşaq kimiyəm heç, heç dəyişmədim. Yenə dəlilər kimi aşıram daşıram, kişnəyib şahə qalxan ayğıra bənzəyirəm. Hərdən də aram – aram yayılan ləpələr təki səssiz oluram. Bu zaman görəydin məni. Görəydin axıtdığım göz yaşlarımı. Bu çilələr şerə sözə dönür sənin üçün. ANA necə edim ki, duyasan məni. Bax, eşidirsən, könlümün səsi necə vəsf edir səni. ANA sənsizdi, səssizdi düyam! Dünyam, gözlərim sənsiz, dilim, ağzım dadsız qalsa da, qəlbim vicdanım qarşısında çöx
    rahatdı ANA! Sənin xəstə gözlərin gözümə baxanda oxşadım o gözləri, dilimə şəkər qatıb oxşadım dilindəki sözləri, yana- yana hiss etdim, qəlbindəki közləri. Qəlbin yanırdı ANA! Hiss etmişdin, duymuşdun ki, sənin cik – cik sərçələrin bir gün qanadsız qalacaq. Düşünmürdün, çiçəklərim mənsiz solacaq? Solduq, ANA solduq, solduq gülüzlu çiçəklər təki,üzüldük, üzüldük budaqdan ləçəklər təki!
    Qeyd: Oxuyun, bur övladın həsrətli könül sevdasını. Onun necə üzüldüyünün şahidi olun. Sizlər də üzülün, düzülün onların enişli – yoxuşlu yollarında! Məncə ATA – ANA övlad üçün heç vaxt qoca sayıla bilməz: Sağlığında onları sevin, sevin ki, ahıl yaşda sizi də sevsinlər. Elə edin ki, daima vicdan rahatlığı tapasınız. Mən nə qədər yanıb, ANA həsrəti şəksəmdə ALLAH qatında qəlbim, ürəyim çox rahatdı, ən azı ona görəki, anama balam kimi baxmışam. Xəstə yatanda ürəyimə daş basıb, gözümün yaşını qəlbimə, təbəssüm dolu baxışlarımı gözlərimə taxmışam. Necəki zamanında bu təbəssümləri ANAM mənə bəxş etmışdı. Anaları oxşayın, ağaran saçlarına sığal çəkin, yaşadın önları, qırmayın onların kövrək qəlblərini. Analar həyatdır, analar bin – bərəkətdir, analar qapıları üzünüzə açılan cənnətdir. Cənnətə gedən yol anaların qəlbindən keçir. Fət edin bu CƏNNƏTİ…!

  • Debüt: Şahinə KÖNÜL (Ağsatafa).Yeni şeirlər

    Şahinə Könül Ağstafada doğulub.İbtidai və orta təhsilini Ağstafada alıb.Bakı Slavyan Universitetinin Yaradıcılıq fakültəsinin məzunudur.
    Ədəbiyyata, poeziyaya erkən yaşlarından maraq göstərir.Dövri mətbuatda şeirləri ilə çıxış edib.Şeirləri “Sözün Sehri”, “Möhtəşəm Azərbaycan”, “Elimiz.günümüz”, “Yenilik Press”, “Respublika Gəncləri”, “Təzadlar”, “Azad Qələm”, Qədim Oğuz”, “İlham Çeşməsi”, “Elin sözü”, “Kaspi” qəzetllərində, “Ziyalı Ocağı”, “Azərbaycan”, “Ulduz”,”Məshəti” jurnallarında, “Ana” antologiyasında, müxtəlif ədəbiyyat, o cümlədən mədəniyyət və ədəbiyyat portallarında dərc olunub.Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.Prezident təqaüdçüsüdür.
    Şeirləri Azərbaycan türkcəsindən Türkiyə türkcəsinə tərcümə olunmuşdur.Çağdaş Azərbaycan ədəbiyyatında kifayət qədər tanınan şair Məmməd İsmayılın köməyi ilə şeirləri Qardaş Türkiyənin müxtəlif mətbu orqanlarında işıq üzü görüb.
    2012-ci il oktyabr ayının 6-da “Ziyalı Ocağı” İctimai Birliyinin elektron orqanı Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Birinci Qurultayında Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Redaksiya, Yaradıcı, Nümayəndə Heyətlərinin Fəxri üzvü, “Azərbaycan ədəbiyyatı”, “Türkiyə ədəbiyyatı”, “Publisistika”, “Elektron kitablar” bölmələrinin əməkdaşı, “Qərb bölgəsinin ədəbiyyatı” bölməsinin ( Gəncə, Şəmkir, Tovuz, Qazax, Ağstafa) xüsusi müxbiri seçilmişdir.
    2012-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən maliyyələşdirlilən və Dünya Gənc Türk Yazarlar Birliyi tərəfindən həyata keçirilən ”Bölgə yazarlarına dəstək” layihəsi çərçivəsində “Bölgələrdən səslər” kitabında şeirləri dərc olunaraq ilk dəfə olaraq Respublika səviyyəsində ictimaiyyətin nəzərinə çatdırıldı.
    Gənc yazar Şahinə Könülün şeirləri dövri mətbuat səhifələrində müntəzəm olaraq dərc olunur.

    ***

    Eşqdir ürəyin dini,
    Eşqə tut ürəyini.
    Eşqdən at ürəyini,
    Nəsimilik yayılsın.

    Qəza-qədərə tuşdan,
    Təzə kədərə tuşdan.
    Gərəkdir Eşqə tuncdan
    Nəsimilik qoyulsun.

    Kafirdir Eşqə asi,
    Küfrdür Eşqin yası.
    Hər yanı yuxu basıb,
    Nəsimilik ayılsın.

    Gərək təzə gün yaxa,
    Günəş qabıqdan çıxa.
    Çəkin, çəkin çarmıxa,
    Nəsimilik soyulsun!

    ***

    Min yol gedir bir yerə,
    Bir gedir minə doğru.
    Hamının yönü birdir,
    Hərə bir yönə doğru.

    Baxdım içimdə çoxdum,
    Çıxdım çölümə, yoxdum.
    Dünəndən bəri baxdım,
    Sabahkı günə doğru…

    Axtar, gəz, gör hardayam,
    Gizlində, aşkardayam.
    Sən hardasan, ordayam,
    Gəlmə sən mənə doğru.

    ***

    Gəlsənə, sənə danışam,
    Bir qaragöz qız nağılı.
    Gözlərindən axıb getsin,
    Bir şıdırğı yaz nağılı.

    Söyləyim, öyrən qədərin
    Şahididir gör nələrin –
    Qara-qara gecələrin
    Dümağ, bəmbəyaz nağılı.

    Köksü üstdə buludu var,
    Köksü altda umudu var.
    Birdən ölər, unudular,
    Götür, qardaş, yaz nağılı.

    ***

    Astarlar üzə çıxdı,
    Üzlər daşa dirəndi.
    Yol gəlib dizə çıxdı,
    Yol yoxuşa dirəndi.

    Heç bilmədim ki, niyə
    Ömrüm qaldı indiyə…
    Daha bıçaq sümüyə,
    Balta başa dirəndi.

    Gözdən itdi son gəmi,
    Qaldı dəryaca qəmi.
    Gəldi ayrılıq dəmi,
    Gözüm yaşa dirəndi.

    ***

    Mən sizi öldürmürəm,
    Yaşayın, qarışqalar.
    Sizin də bu dünyada
    Yaşamaq haqqınız var.

    Sizin də istəyiniz,
    Sizin də sevginiz var.
    Yox, sizi öldürmərəm
    Dünya sevgisiz qalar.

    Bu dünyanın ən duru,
    Ən təmiz sevgisi – siz.
    Bəlkə də siz Allahın
    Ən əziz sevgisisiz.

    Bəlkə də sizi yerə
    Qəsdən göndərib Allah…
    Göndərib, biz bəndələr
    Sevginizdən dərs alaq.

    Bir qarışqa hayına
    Qarışqa qoşun gəlir.
    Baxıram bu sevgiyə,
    Baxıram, xoşum gəlir.

    İnsan olan insanın
    Hayına çatmır, bacım.
    Bəlkə əl tutmaq üçün
    Qarışqaya əl açım?

    Dünyanın sevgi yolu
    Desələr hardan keçir?
    O burda – Yer üzündə
    Qarışqalardan keçir.

    Yox, sizi öldürmərəm,
    Yaşayın, qarışqalar!
    Siz ölsəz Yer üzündə
    Fikirdən qırış qalar.

    ***
    Baxtına gün doğmadı,
    Endi qüruba ömrüm.
    Məndə mənsiz yaşadı,
    Mənim qəribə ömrüm.

    Könlünü daşa verdi,
    Sevdi gömgöy otları.
    Xatirələr yeriydi,
    Ürəyinin çatları.

    Gözü nələr görmədi,
    Nələr çəkmədi başı…
    Dost dediyi yağıydı,
    Qənimiydi qardaşı.

    Of… ömrüm, yazıq ömrüm,
    Qədrini kimsə bilməz.
    Bu elə ömürüydü,
    Getdisə, bir də gəlməz…

    ***
    Haqqa düz yol hardan olur?
    Axtar, gəz, yol hardan olur.
    Gündə yüz yol vardan olur,
    Bu yoxluqdan var olanlar.

    Döyüşdü – öz qəlbi boyda,
    Döyüşməyir sel bu boyda.
    Genişdi öz qəlbi boyda,
    Öz əyninə dar olanlar.

    Könül dindi: Könül, dedi,
    Bütün yollar könüldədi.
    Məcnunla bir könüldədi
    Yaradanla yar olanlar.

    ***

    Hardadı dünyanın düz adamları,
    Düzlərin üstündə göz adamları?
    Ocaq adamları, köz adamları
    Yamanca seyrəlib, seyrəlib, Allah.

    Qırılıb dünyanın yuxu damarı,
    Yuxusuz qoymuşuq çox ağşamları.
    Qaralıb dünyanın ağ-ağ şamları,
    Odalar göynəyib, göynəyib, Allah.

    Bu da bir ömürdü yaşıyır Könül,
    Birtəhər yükünü daşıyır Könül.
    Bir “Cəngi” çaldırın, üşüyür könül
    Ürəyim köyrəlib, köyrəlib , Allah.

    ***

    Allah, bu nə sitəmdi,
    Məni özümə qaytar.
    Qismətimdən qaçmışam,
    Alın yazıma qaytar.

    Sirrimi quşdan çıxart,
    Ağacdan, daşdan çıxart.
    Bu qarlı qışdan çıxart,
    Güllü yazıma qaytar.

    Məni bu məndən qopar,
    RUHu bədəndən qopar.
    Görsən lazımam, apar,
    Görsən lazımam, qaytar.

    ***
    Şirin, acı dostlarım,
    Sağ olun, mən də getdim.
    Ömrü-günü yığşırıb,
    Dan söküləndə getdim.

    Sizi çox sevdim, bilin,
    Öldüm, sevinin-gülün.
    Hərdən yığılın gəlin
    Dalımca kəndə, getdim.

    Ta sözdən məst olmuram,
    Sözlə nəfəs almıram.
    Ta sizə dost olmuram,
    Allaha bəndə getdim.

    ***
    Ömür ölüm yuxusu,
    Keçib getdi çoxusu.
    Ayılanlar oxusun
    Hər səhər bu şerimi.

    Özündən çıxan ruham,
    Özünü yaxan aham.
    Savabam, ya günaham?
    Bilən yoxdu sirrimi.

    Səndə, məndə, ondayam,
    Ancaq bircə dondayam.
    Əvvəldəyəm, sondayam?
    Yanılmışam yerimi.

    ***
    Tanrım, yerə sığmıram,
    Göyünə qaldır məni!
    Bu gen ömrə sığmıram,
    Ömür daraldır məni.

    Çaşıb gəldim dünyaya,
    Mənim yerim deyilmiş.
    Yazdığım bu şeir də,
    Mənim şerim deyilmiş.

    Tanrım, eşit səsimi,
    Mən ki, sənin bəndənəm.
    Yalanmış atam, anam,
    Ruh Səninsə, Səndənəm!

    Məni Özünə qaytar –
    Özünə çatsın ruhum.
    Bəsdi, bu boyda yatdım,
    Məni oyatsın ruhum.

    ***
    Dünyanın sonu gəldi,
    Doyunca güldüm bu gün.
    Tanrı sirr saxlayırdı,
    Sirrini bildim bu gün.

    Toz tutmuşdu izimi,
    Kül örtmüşdü közümü.
    Unutmuşdum özümü,
    Yadıma gəldim bu gün.

    Bir sehirli yuxuydum,
    Bir deyildim, çoxuydum.
    Bu fənada yoxuydum,
    Var oldum, öldüm bu gün.

    ***
    Ruhum dara çəkilir,
    Bu dardan qurtar məni.
    Gəl apar uzaqlara,
    Gəl, burdan qurtar məni.

    Buralar qan qoxuyur,
    Qanlı qəfəs toxuyur.
    Bir anadil oxuyur:
    Ağar dan, qurtar məni.

    Dolmuşam, yağım gedim,
    Abrımı yığım gedim.
    Gəlmişəm, çıxım gedim
    Yaradan, qurtar məni!

    ***
    Bahar çiçək ömrüdü,
    Gömgöy dilək ömrüdü.
    Bahara çək ömrünü,
    Qışına bel bağlama.

    Aydı, gündü, saatdı,
    Ömürlə zarafatdı.
    Bu dünya amanatdı,
    Daşına bel bağlama.

    Varıb görmüşən sonu,
    Görüb, bilmişəm bunu:
    Tanısan da dostunu,
    Aşına bel bağlama.

    ***
    Dünyaya dünən gəldi,
    Bu gün köç etdi ömrüm.
    Gələndə mənnən gəldi,
    Küsdü, tək getdi ömrüm.

    Ruhuydu, uçdu getdi.
    Safıydı, suçlu getdi.
    Əlimdən qaçdı getdi,
    Gözümdən itdi ömrüm.

    Oxşamadım bircə gün,
    Hər günü qəmə sürgün.
    Məndə məndən didərgin
    Yaşadı, bitdi ömrüm.

    ***

    Hara gedim, mən bəndən
    Bu yer üzündən, Allah?
    Bu yer üzü yaş olub,
    Axır gözümdən, Allah!

    Sonuncu ümidimin,
    Sonuncu şamı söndü.
    Yaşamaqdan, yazmaqdan
    Könlümün üzü döndü.

    Of… Necə də zalımmış,
    Zalımmış bu adamlar.
    Bu adamlar içində,
    Ürəyimə qan damar.

    Hardan gəldim dünyaya,
    Gəldiyim günə lənət!
    Bu dünyanı dərk edib,
    Bildiyim günə lənət!

    Bu adamlar qoymadı,
    Ömrümü yaşayım mən.
    Ömür də bəhanədir,
    Özümü yaşayım mən.

    Bu adamlar içində,
    Adam ola bilmədim.
    İntihar edə bildim,
    Edam ola bilmədim.

    ***

    Dünya yaman soyuqdu,
    İstilər, ay istilər.
    Başım üstən küləklər,
    Əsdilər, ay, əsdilər.

    Yordu məni o ki, var,
    Boş-bekara qayğılar.
    Təmiz hisslər, duyğular
    Küsdülər, ay, küsdülər.

    Ha dedim, ürək, qorun,
    Çiçəksən, çiçək, qorun.
    İndi də korun-korun
    Tüstülə, ay, tüstülə

    ***
    Darıxmışam səninçün,
    Ay təmiz, ağ ürəyim.
    Hardasan, ay bənövşə,
    Nərgiz, zanbağ ürəyim?

    Kimdi sənə daş atan,
    Kimdən gəldi xoş xatan,
    Eşqi qanına qəltan,
    Köksü dağ-dağ ürəyim?

    Ağlama, bəsdi, kiri,
    Dedimmi, sevmə şeri,
    Ay bir zaman dipdiri,
    Ay sappasağ ürəyim?!

    İndi yan-yaxıl belə,
    İndi çox sıxıl belə.
    Mərd Şahinə Könülə,
    Namərd, alçağ ürəyim…

  • Şahinə KÖNÜL.Yeni şeirlər

    Tanrım, yerə sığmıram

    Tanrım, yerə sığmıram,
    Göyünə qaldır məni!
    Bu gen ömrə sığmıram,
    Ömür daraldır məni.

    Çaşıb gəldim dünyaya,
    Mənim yerim deyilmiş.
    Yazdığım bu şeir də,
    Mənim şerim deyilmiş.

    Tanrım, eşit səsimi,
    Mən ki, sənin bəndənəm.
    Yalanmış atam, anam,
    Ruh Səninsə, Səndənəm!

    Məni Özünə qaytar –
    Özünə çatsın ruhum.
    Bəsdi, bu boyda yatdım,
    Məni oyatsın ruhum.

    Bu gün

    Dünyanın sonu gəldi,
    Doyunca güldüm bu gün.
    Tanrı sirr saxlayırdı,
    Sirrimi bildim bu gün.

    Toz tutmuşdu izimi,
    Kül örtmüşdü közümü.
    Unutmuşdum özümü,
    Yadıma gəldim bu gün.

    Bir sehirli yuxuydum,
    Bir deyildim, çoxuydum.
    Bu fənada yoxuydum,
    Var oldum, öldüm bu gün.

    Məni

    Ruhum dara çəkilir,
    Bu dardan qurtar məni.
    Gəl apar uzaqlara,
    Gəl, burdan qurtar məni.

    Buralar qan qoxuyur,
    Qanlı qəfəs toxuyur.
    Bir anadil oxuyur:
    Ağar dan, qurtar məni.

    Dolmuşam, yağım gedim,
    Abrımı yığım gedim.
    Gəlmişəm, çıxım gedim
    Yaradan, qurtar məni!
    Bel bağlama

    Bahar çiçək ömrüdü,
    Gömgöy dilək ömrüdü.
    Bahara çək ömrünü,
    Qışına bel bağlama.

    Aydı, gündü, saatdı,
    Ömürlə zarafatdı.
    Bu dünya amanatdı,
    Daşına bel bağlama.

    Varıb görmüşən sonu,
    Görüb, bilmişəm bunu:
    Tanısan da dostunu,
    Aşına bel bağlama.

    Ömrüm

    Dünyaya dünən gəldi,
    Bu gün köç etdi ömrüm.
    Gələndə mənnən gəldi,
    Küsdü, tək getdi ömrüm.

    Ruhuydu, uçdu getdi.
    Safıydı, suçlu getdi.
    Əlimdən qaçdı getdi,
    Gözümdən itdi ömrüm.

    Oxşamadım bircə gün,
    Hər günü qəmə sürgün.
    Məndə məndən didərgin
    Yaşadı, bitdi ömrüm.

    Mən

    Ya Rəbb, sirrimi söylə,
    Özümü tanıyım mən.
    Bircə şerimi söylə,
    Sözümü tanıyım mən.

    Görüm hardan gəlirəm,
    Hansı dardan gəlirəm.
    Yoxdan, vardan gəlirəm?
    İzimi tanıyım mən.

    Görmürsənmi günümü,
    Göy əskiyə düyülüb.
    Ya Rəbb, göstər yönümü,
    Üzümü tanıyım mən.

    Allah

    Hara gedim, mən bəndən
    Bu yer üzündən, Allah?
    Bu yer üzü yaş olub,
    Axır gözümdən, Allah!

    Sonuncu ümidimin,
    Sonuncu şamı söndü.
    Yaşamaqdan, yazmaqdan
    Könlümün üzü döndü.

    Of… Necə də zalımmış,
    Zalımmış bu adamlar.
    Bu adamlar içində,
    Ürəyimə qan damar.

    Hardan gəldim dünyaya,
    Gəldiyim günə lənət!
    Bu dünyanı dərk edib,
    Bildiyim günə lənət!

    Bu adamlar qoymadı,
    Ömrümü yaşayım mən.
    Ömür də bəhanədir,
    Özümü yaşayım mən.

    Bu adamlar içində,
    Adam ola bilmədim.
    İntihar edə bildim,
    Edam ola bilmədim.

  • Şahinə KÖNÜL.Yeni şeirlər

    DÜNYA YAMAN SOYUQDU

    Dünya yaman soyuqdu,
    İstilər, ay istilər.
    Başım üstən küləklər,
    Əsdilər, ay, əsdilər.

    Yordu məni o ki, var,
    Boş-bekara qayğılar.
    Təmiz hisslər, duyğular
    Küsdülər, ay, küsdülər.

    Ha dedim, ürək, qorun,
    Çiçəksən, çiçək, qorun.
    İndi də korun-korun
    Tüstülə, ay, tüstülə

    ***
    Darıxmışam səninçün,
    Ay təmiz, ağ ürəyim.
    Hardasan, ay bənövşə,
    Nərgiz, zanbağ ürəyim?

    Kimdi sənə daş atan,
    Kimdən gəldi xoş xatan,
    Eşqi qanına qəltan,
    Köksü dağ-dağ ürəyim?

    Ağlama, bəsdi, kiri,
    Dedimmi, sevmə şeri,
    Ay bir zaman dipdiri,
    Ay sappasağ ürəyim?!

    İndi yan-yaxıl belə,
    İndi çox sıxıl belə.
    Mərd Şahinə Könülə,
    Namərd, alçağ ürəyim.

  • Şahinə KÖNÜL.Yeni şeirlər

    NAĞIL

    Gəlsənə sənə danışam,
    Bir qaragöz qız nağılı.
    Gözlərindən axıb getsin,
    Bir şıdırğı yaz nağılı.

    Söyləyim, öyrən qədərin
    Şahididir gör nələrin-
    Qara-qara gecələrin
    Dümağ, bəmbəyaz nağılı.

    Köksü üstdə buludu var,
    Köksü altda umudu var.
    Birdən ölər, unudular,
    Götür, qardaş, yaz nağılı.

    ALÇAQ ÜRƏYİM

    Darıxmışam səninçün,
    Ay təmiz, ağ ürəyim.
    Hardasan, ay bənövşə,
    Nərgiz, zanbağ ürəyim?

    Kimdi sənə daş atan,
    Kimdən gəldi xoş xatan,
    Eşqi qanına qəltan,
    Köksü dağ-dağ ürəyim?

    Ağlama, bəsdi, kiri,
    Dedimmi, sevmə şeri,
    Ay bir zaman dipdiri,
    Ay sappasağ ürəyim?!

    İndi yan-yaxıl belə,
    İndi çox sıxıl belə.
    Mərd Şahinə Könülə,
    Namərd, alçağ ürəyim.

    QARIŞQALAR

    Mən sizi öldürmürəm,
    Yaşayın, qarışqalar.
    Sizin də bu dünyada
    Yaşamaq haqqınız var.

    Sizin də istəyiniz,
    Sizin də sevginiz var.
    Yox, sizi öldürmərəm
    Dünya sevgisiz qalar.

    Bu dünyanın ən duru,
    Ən təmiz sevgisi – siz.
    Bəlkə də siz ALLAH-ın
    Ən əziz sevgisisiz.

    Bəlkə də sizi yerə
    Qəsdən göndərib ALLAH.
    Göndərib, biz bəndələr
    Sevginizdən dərs alaq.

    Bir qarışqa hayına
    Qarışqa qoşun gəlir.
    Baxıram bu sevgiyə,
    Baxıram, xoşum gəlir.

    İnsan olan insanın
    Hayına çatmır, bacım.
    Bəlkə əl tutmaq üçün
    Qarışqaya əl açım?

    Dünyanın sevgi yolu
    Desələr hardan keçir?
    O, burda – Yer üzündə
    Qarışqalardan keçir.

    Yox, sizi öldürmərəm,
    Yaşayın, qarışqalar!
    Siz ölsəz Yer üzündə
    Fikirdən qırış qalar.

    ALDI, NƏ ALDI?!

    Dünyanın kəc yolu gətirib məni,
    Bu səhra ömrümün qumuna saldı.
    Anamın qoynundan götürüb məni,
    Atamın əlindən aldı, nə aldı.

    Mən ki, bu yollara bələd deyildim,
    Enişi-yoxuşu görmüşdüm harda?
    Qonşudan gəlməyib, evdə bişməyib,
    Könlümə uyuşmur hələ yollar da.

    Məni heç açmadı bu dünya evi,
    Qaranquş köksündə yaşadım ömrü.
    Harda bir dağılmış yuva görəndə,
    Çör-çöp qırığıtək daşıdım ömrü.

    Ömürdən ölümə gedən yollara
    Addadım dünyanın içindən keçib.
    Dünyanı tərk edib getmək istəyim
    Mənə durnaların köçündən keçib.

    Dünyanın fırlanan oxu kimiyəm,
    Dolana bilmədim, Anam, başına.
    Mən də insanların çoxu kimiyəm,
    Gəlib yalvarıram, Atam, daşına.

    Dünyanın kəc yolu gətirib məni,
    Bu səhra ömrümün qumuna saldı.
    Anamın qoynundan götürüb məni,
    Atamın əlindən aldı, nə aldı…

    BU GÜN…

    Dünyanın sonu gəldi,
    Doyunca güldüm bu gün.
    Tanrı sirr saxlayırdı,
    Sirrimi bildim bu gün.

    Toz tutmuşdu izimi,
    Kül örtmüşdü közümü.
    Unutmuşdum özümü,
    Yadıma gəldim bu gün.

    Bir sehirli yuxuydum,
    Bir deyildim, çoxuydum.
    Bu fənada yoxuydum,
    Var oldum, öldüm bu gün.

  • Nəcibə İLKİN.”DEYİRLƏR, NƏVƏ ŞİRİN OLUR!”.Uşaq şeirləri

    Deyirlər, nəvə çox şirin olur

    Deyirlər ki, nəvə çox şirin olur,
    Həyatın ən gözəl mənasıdı o.
    Ömür bağçasının təbi, loğmanı,
    Məhəbbət gölünün sonasıdı o.

    Deyirlər ki, nəvə çox şirin olur,
    Bənzəmir bu sevgi, ülfət heç nəyə.
    Dərddən qüssələnib, əsib coşanda,
    Onun bir gülüşü gəlir köməyə.

    Deyirlər ki, nəvə çox şirin olur,
    Atadan, anadan, övladdan şirin.
    Hər biri, bir isti ocaq olsa da,
    Onun ürəklərdə ayrıdır yeri.

    Nəvə qucağında olanda Allah!
    Sanırsan qucağın pirdi, ocaqdı,
    Kədərin sonudu, sevincin şahı.
    Bir dünya, bir sevgi dolu qucaqdı.

    Çox eşitdim bu deyilən sözləri,
    Allah dərgahına açıldı əlim.
    Nəvə istəyiylə yandı gözlərim.
    Min yerdən dualar eylədi dilim.

    Diləklər dilədim Ulu Tanrıya,
    Bir nəvə payını istədim ondan.
    Gözümün həsrəti çəkildi aya,
    Şükür, diləyimi verdi Yaradan.

    İlahi bir ada bağladım adın,
    Hamı bir ağızdan söylədi Amin!
    Müqəddəs Quranla, Amin imdadı,
    Nəvəmin adını etdi QURAMİN!
    Sentyabr 2012

    QURAMİNİM
    Ömürümün ləli-gövhəri,
    Ilk nübarım Quraminim.
    Atılan şeş-qoşa zərim,
    Könül yarım Quraminim.

    Tanrıdan doğan Günəşim,
    Səadətim, pərvərişim,
    Həm gülüşüm, həm yerişim,
    Tək vüqarım Quraminim.

    Baba, nənə sevincimiz,
    Nəğmə dolu söz incimiz,
    Ay bizim könül dincimiz,
    Kaman, tarım Quraminim.

    İlham payım, Tanrı payım,
    Yaz nəfəsli ilim, ayım,
    Şirin sözüm, şirin çayım,
    Bağça, barım Quraminim.
    Noyabr 2012.

    Təzə ilin mübarək

    İlkin oğlumun ilki,
    Təzə ilin mübarək!
    Söz qılncım, söz ərkim.
    Təzə ilin mübarək!

    Gəlişin qəlbimizi,
    Nur, işığa boyadı,
    Fəxrlə yaşat, qoru
    Sən bu müqəddəs adı,

    Ömrünün təzə ili,
    Sənə düşərli olsun!
    Gələn bütün illərin,
    Barlı, bəhərli olsun!
    Yanvar 2013.

    İlk baharın xoş gəlib
    İlk baharın, ilk yazın,
    Xoş gəlibdir ömrünə.
    Var olsun uca Tanrım!
    Çükür olsun bu günə.

    İlk çiçəyin, ilk gülün,
    Sənə xoş bahar olsun.
    Arzumdur ömür bağçan,
    Həmişə gülzar olsun!

    Tər qönçə arzuların,
    Sel kimi aşıb daşsın.
    Ümidlərin boy atsın,
    Səni xoşbəxt yaşatsın!

    Bir yaşı münasibəti ilə

    Şükür olsun nəvəmin
    Bir yaşı tamam olur.
    Yeridikcə, güldükcə,
    Qəlbim fərəhlə dolur.

    Oxşadıqca könlümdə,
    Arzudan arzu doğur.
    Ömrümün hər fəslinə
    Səadətli gün yağır.

    Böyüdükcə oxşayır,
    Atasının özünə.
    Baba, nənə deyəndə,
    Bal qatılır sözünə.

    O gün olsun nər, igid,
    Böyük oğlan olasan.
    Tanrının köməyiylə,
    Könüllərdə qalsan.

    Əzizi nəvəm QARAMİNİ I yaşı tamam olması münasibəti ilə babaları Əhməd müəllim, Adil müəllim, nənələri Nəcibə İlkin, Zeynəb xanım, atası İlkin müəllim, anası Günel xanım, bibisi Günel xanım, əmisi Elmir bəy, Fazilə xanım, Gövhər xanım, bütün qohumları, əzizləri təbrik edir. Ona möhkəm can sağlığı, işıqlı gələcək, sağlam həyat, mənalı ömür arzulayırlar.
    Bu təbrikə “Azad Qələm” qəzetinin bütün əməkdaşları da qoşulur.
    Mübarəkdi bir yaşın,
    Əziz nəvəm Quramin,
    Tanrı sənə yar olsun,
    Qəlbən deyirik AMİN!

  • Təranə ŞƏMS.Həyatı və Yaradıcılığı

    [center][img]http://gundelik.info/uploads/posts/2014-03/1394111443_1378745_1401638060069638_1083618525_n.jpg[/img][/center]

    Abidova Təranə Nazim qızı 1958- ci ildə Şəkidə şəhərində anadan olub. İbtidai və orta təhsilni öz doğma şəhərlərində alıb.
    Ədəbiyyata, poeziyaya erkən yaşlarından maraq göstərir.Dövri mətbuat səhifələrində şeirləri və məqalələri dərc olunub.Şeirləri “Elimiz.günümüz”, “Ocaq”, “Pillələr”, məqalələri “Elimiz.günümüz”, “Təzadlar”, “Ədalət”, “Respublika”, “Vaxt”, “Zaman”, “Bütöv Azərbaycan”, “Şəki Bələdiyyəsi” qəzetlərində, “Kirpi” jurnalında, müxtəlif ədəbiyyat, o cümlədən mədəniyyət və ədəbiyyat portallarında dəc olunaraq ictimaiyyətin nəzərinə çatdırılıb.
    2012-ci il oktyabr ayının 6-da “Ziyalı Ocağı” İctimai Birliyinin elektron orqanı Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Birinci Qurultayında Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Redaksiya, Yaradıcı, Nümayəndə Heyətlərinin üzvü, “Şimal bölgəsinin ədəbiyyatı” bölməsinin Redaktoru seçilmişdir.
    2011- ci ildən TƏRANƏ ŞƏMS təxəllüsü ilə mətbuat səhifələrində gündəlik aktual, publist məqalələri ilə çıxışlar edir. Yazdığı məqalələrlə yanaşı, öz ürək çırpıntılarını sözün sehrinə əlavə edərək çox sayda şerlərin müəllifidir.
    2013-cü ildə “Araz” nəşriyyatı tərəfindən “Sevdalıyam bu həyata” adlı ilk kitabı nəşr olundu.Şeirləri Azərbaycan Türkcəsində Türkiyə türkcəsinə tərcümə olunub.Dövri mətbuat səhifələrində müntəzəm olaraq şeirləri və məqalələri ilə çıxış edir.

    AĞLAYAN KÖNÜL !

    Buludlarla səs – səsə
    Coşub ağlayan könül!
    Sən ol məni həyata,
    Sevib, bağlayan könül!

    Məni qəmə batırıb
    Qəmdən doymayan könül
    Qəmi – qəmə köç edib
    Mənim olmayan könül.

    Ağla neyin səsilə
    Yanıb ovunan könül
    Gözün leysan töksə də,
    Oda sığınan könül.

    Xəfif mehin eşqinə
    Çıtır – çıtır yanma gəl,
    Qınaq edib özünü
    Heç gileyli sanma sən.

    Könlünün yanan odu
    Gün gələr, dönər külə
    Qəmdən bağça salarsan
    Külü döndərib gülə!

    Təranə Şəms. 20. 03.2013
    Analar belə ağlar

    Analar belə ağlar
    Sözünü sarı simə
    Belini elə bağlar,
    Ağılar deyib ağlar.

    Ürəklərə od qoyar
    Zəminxarə havası
    Analar dilə gələr
    Çalar Şəhid laylası.

    Laylay sevdalı balam,
    Könlü vəfalı balam
    Laylay balam a laylay,
    Şəhid balam a laylay.

    Varlığını unudub
    Şəhid, nigaran balam
    Torpağı öz qanıilə
    Yuyub ,suvaran balam.

    Haqq adıilə haqqına
    Tanrıya yetən balam.
    Torpağında gül olub
    Solmayıb bitən balam.

    Sərvi boyuna baxdım,
    Odu canıma yaxdım
    Xəyalına sarılıb,
    Mən günlərcə alışdım.
    Laylay balam a laylay,
    Şəhid balam a laylay

    Torpağına bağlılıq
    Ana – bacı sevdası,
    Balana qucaq açıb
    Vətən adlı anası.
    Kiri Şəhid anası,
    balan elin balası
    Ürəyimə od vurub,
    Qəlbimi sən dağlama,
    Ağlama sən ağlama!

    Onu ağlar qız, gəlin
    Balan, elin balası
    Sən tək ona ağlama,
    Ona ağlar –
    Vətən adlı anası! 25.03.2013. Təranə Şəms
    Dönməyəcəksən!

    Odunsuz, ocaqsız, külə dönüb mən
    Sevərək eşqinə, vida söylədim.
    Səni yanmaq üçün sevmədim axı,
    Bilirəm vəfasız, dönməyəcəksən.

    Bilirəm, bilirəm dönməyəcəksən
    Gözlərim bulud tək, leysan töksə də.
    Sevgi mi, nifrət mi bilməyəcəksən,
    Donüşdə sən məni, görməyəcəksən.

    Bahar gələr mənsiz, gözlərin gülməz
    Qəlbin buz olsa da, əriyə bilməz.
    Baxışlar lal olar, dilin də dönməz,
    Ürəklər danışar, yollar ayrılar.

    Ayrılan o yollar qismət payımdı
    Dönsən, dönməsən də qışın yayımdı.
    Ötüşən hər günüm ömür sayımdı
    Qovuşmaz yollar da, izlər ayrılar.

    Sevənlər ayrılıb, bölünsə yarı
    Zamanla qovuşar yarıyla- yarı
    Aşiqlər gözləsə gələn baharı,
    Bülbülü gül oxşar, güli isə arı.

  • Təranə ŞƏMS.Yeni şeirlər

    Unudacaqsan

    Mənə sevirəm desən də,
    Getmə, səninəm desən də,
    Gəl xəyala dalma sən,
    Səni mən unudacağam,
    Səni mən unudacağam!

    Məni vəfasız sansan da
    Hicran oduna yansan da
    Yollarımız ayrıdır
    Səni mən unudacağam,
    Səni mən unudacağam!

    Gözlərim yollarında,
    Alışdım sənsizliyə.
    Unutdum mən illəri
    Dönməz olan günləri,
    Amma yaman qorxuram
    Fələk məni səsləyər,
    Sənə vida deməmiş
    Bitib ömrün, bəs deyə!

    AĞLA GÖZLƏRİM

    Çırpın ey ürəyim, ağla gözlərim,
    Gözlərim, ağla sən, bulud tək ağla,
    Ağrılar, acılar qəlbimi sökür,
    O məğrur vicudum alçalır çökür.

    Ağla sən, qəlbinin səsilə ağla
    Dinləyib qəlbini yamanla- danla,
    Ağla, sən, Leylinin səsilə ağla
    Ağla sən, gözlərim, ölüncə ağla.

    Qəlbinə dərd verər, incə ney səsi
    Ağladar könlünü, sevgi naləsi
    Leysan tək üzünə tökülən yaşlar,
    Ömrünü gödəldər, ağarar saçlar.

    Ağla sən, gözlərim ağla sən ağla,
    Qaynayan bulaq ol, çağla sən çağla,
    Gilələn yanaqda mirvari kimi,
    Ağlayan könlümün dildarı kimi.

    Yanırsan, ürəyim odsuz, ocaqsız
    Bilirəm yanmağın, yaşamağındır.
    Şam kimi əriyib, yanmırsa ürək
    Yaşamır o ürək, yanmırsa demək.
    Ağla sən gözlərim, ağla, sən ağla
    Çağla leysan tək, çağla, sən çağla.

  • Kamran ŞEYXZAMANLI.Yeni şeir

    Uşaqlıqda
    Allah baba vardı.
    Gecədən biraz keçən kimi
    Gerçək həyatlar yaşanır
    Şairlər üzünü göz yaşı ilə yuyur
    Tənha qadınlar oyuncaqlarıyla
    Baş-başa verərək uyuyur.
    Gözləri dolmuş buludlar
    Ağlamaq üçün gecəni gözləyir.
    Heçkəs görməsin, bilməsin deyə
    Dərdini dünyaya gecələr söyləyir.
    Uşaqlığımı düşünürəm gecələr
    Ey, o zamanlar
    Allah baba, oyuncaqlar
    Cizgi filmlər vardı.
    Sənə yalvardığım vaxtlar
    Atamın sərxoş olub
    Anamı döydüyü zamanlardı
    Uşaqlıqda Allah baba vardı.
    Anamın ətəyindən yapışıb
    burnumun suyunu axıdarkən
    Anama dəyən zərbələr məni
    Atamın şilləsindən qoruyardı
    Anamın Tanrı olduğu vaxtlardı.
    Əvvəl oyuncaqlarımı
    Sonra Uşaqlığımı
    Ən sonda Allah babanı
    İtirdim
    Tək qaldım
    yoruldum.

  • Rafiq ODAY.Yeni şeirlər

    RUHUM, XOŞ GƏLDİN, XOŞ GƏLDİN

    Haçandı quru cisməm mən,
    Ruhum, xoş gəldin, xoş gəldin!
    Yaşaram tam yox, qismən mən,
    Ruhum, xoş gəldin, xoş gəldin!

    Məni mən qədər anlayan,
    Bəzən ərk ilə danlayan,
    Sən dərya, mənsə damlayam,
    Ruhum, xoş gəldin, xoş gəldin!

    Ömür fani, yaşam yalan,
    Sən quru, mən yaşam – yanan.
    Sənsiz qara daşam, inan,
    Ruhum, xoş gəldin, xoş gəldin!

    Saçımdakı dəni sevdim,
    Gözümdəki çəni sevdim,
    Təkcə səni, səni sevdim,
    Ruhum, xoş gəldin, xoş gəldin!

    KAMIL BİR İNSANDİ ƏBÜLFƏZ ÜLVİ

    İstedadlı şair, dostum, qardaşım Əbülfəz Ülviyə

    Haqqa kəc baxanın kor olar gözü,
    Şər dərs şər gətirər, ülvi dərs ülvi.
    Tanrısız olanın sevilməz sözü,
    Tanrıdan gələnlər müqəddəs, ülvi.

    Dedin gül göyərməz qanqal içində,
    Di gəl bu hikməti qan, qal içində,
    Şişə çəkilərəm manqal içində, –
    Olmasa içimdən qopan səs ülvi.

    Doğulduq, dünyanı, aləmi gördük,
    Neçə dərdi gördük, ələmi gördük,
    Əlinə alandan qələmi gördük,
    Qələm sahibində bu həvəs, ülvi.

    Qopdu Əlincədən Nuhun tufanı,
    Ərzi lərzə saldı bu hun tufanı,
    Şerin tufanıdı ruhun tufanı,
    Gətirər özüylə o, nəfəs ülvi.

    Şeirdən alınmaz qala yaratdı,
    İstədi əbədi qala, yaratdı,
    Demirəm Sokratdı, Hippokratdı, –
    Kamil bir insandi Əbülfəz Ülvi.

  • Rafiq ODAY.Yeni şeirlər

    ÇAT GÖRÜM

    Haqq danışan dilə, qardaş, nə divan,
    Nədi Göygöl, nədi Göyçə, nədi Van?
    Araz olub vüsalına nərdivan,
    Oğulsansa, bircə addım at görüm.

    Nə vecinə, kim alışa, kim yana,
    Bir ah çəkdim az qaldı ki, sim yana,
    Könül versən Mıkırtıca, Semyona,
    Min il belə istəyinə çat görüm.

    Bu dərd vaxtsız saçlarıma qar salar,
    Söz var, desəm, ürəkləri qarsalar,
    Araz axar damarımdan yarsalar,
    Bu zülümlə Savalanda yat görüm.

    Çətin bir də hicran bizdən gen düşə,
    Könül gülə, arzulara gün düşə,
    Gözləmə ki, ay dolana, gün düşə…
    Çalış özün günü-günü qat görüm.

    DÜNYANIN DƏRDINI DAŞIDIN…
    Xeyirxah insan, təmannasız cərrah, M.Arazın və
    bütövlükdə Azərbaycan poeziyasının yaxın dostu Hacı Cəfər həkimə

    Bircə yol şöhrətə, şana uymadın,
    Bir bölük dərd yatır sinənin üstə.
    Dünya bax beləcə namərd dünyadı,
    Çəkir qılıncını enənin üstə.

    Çoxuna bu dünya sirli, müəmma,
    Çoxuna yüyənsiz, yəhərsiz oldu.
    Dünyanın dərdini daşıdın, amma,
    Dünya dərdlərindən xəbərsiz oldu.

    Mizan-tərəzisən əyriyə, düzə,
    Hərə bir gözündə ələnib gedir.
    Haçandı qarışıb gecən-gündüzə,
    Hər anın min dərdə bələnib gedir.

    Adın milyonların ümid nöqtəsi,
    Ünvanın çoxuna qibləgah oldu.
    Atadan, anadan, qardaşdan öncə,
    Çoxunun dərdindən sən agah oldun.

    Güvəndin həmişə öz adına sən,
    Seçmədin uzağı yaxınlarından.
    Son anda yetişdin imdadına sən,
    Sənə xoflu-xoflu baxanların da.

    Xəbis tab gətirməz bu böyüklüyə,
    Içini, çölünü didər kin, ağlar.
    Səninsə sübhədək yuxularında,
    Milyon qaçqın ağlar, didərgin ağlar.

    Bir qismi cənabdı, bir qismi paşa,
    Bir qismi ivançı bu məmləkətin.
    Yaşaya bilirsən oğlu ol, yaşa,
    Oğrusu divançı bu məmləkətin.

    Yaşaya bilirsən, di, buyur yaşa,
    Bu qədər ah, nalə, fəğan içində.
    Neçə nakam ömür vurulur başa,
    Hər gün göz yaşları və qan içində.

    Çoxunun kürsüsü ah-nalə üstə,
    Çoxunun taxt-tacı qan üstündədi.
    Üz tutub tanrıdan bir nicat istə,
    Istə ki, məmləkət can üstündədi.

    Nadana əyilən qəddin yox sənin,
    Dosta baş verməyə hazır görmüşəm.
    Qəlbin geniş olub, gözün tox sənin,
    Səni öz nəfsinə nazir görmüşəm.

    Sarsılma, ruhunu sarmasın kədər,
    Qoluna, dizinə köməklərik biz.
    Haqq üçün dünyanın sonuna qədər,
    Düşüb dizin-dizin iməklərik biz.

    Min karvan yolu var qaşının üstə,
    Səni tanıyanlar bundan halıdı.
    Bütün dostlarının başınan üstə,
    Haqqın, ədalətin simvolu kimi
    Sənin şəkillərin asılmalıdı.
    1992-1993
    HAVADAN AYRILIQ QOXUSU GƏLİR

    Əbəsmiş dayanmaq bu yağış altda,
    Qismətim yenə də qəhər olacaq.
    Göyün ulduzları yır-yığış altda,
    Yəqin ki, bir azdan səhər olacaq.
    Gecədi, birtəhər sovuşub gedir,
    Qarşıdan səhərin qorxusu gəlir.
    Özümü öyrədim ayrılıqlara,
    Havadan ayrılıq qoxusu gəlir.

    Dan yeri ayrılıq doğdu bu səhər,
    Bu sərsəm doğuşdan, qəfil doğuşdan
    İçimə ayrılıq toxumu düşdü,
    Bilmədim azımı, çoxumu düşdü.
    Gözümdən süzülən göz yaşıdımı,
    Yoxsa ki, bir əlçim yuxumu düşdü.
    Bəlkə ona görə səkilərin də,
    Otun da, daşın da, kol-kosların da.
    Gecəni yatmayan bu «dostlar»ın da
    Qapanır gözləri, yuxusu gəlir.
    Özümü öyrədim ayrılıqlara,
    Havadan ayrılıq qoxusu gəlir.

    Ağlaya bilmirəm ağac gözüylə,
    Çiçək gülüşüylə gülə bilmirəm.
    Nə məndən bir yolluq sağ qalan olmaz,
    Nədəki, bir yolluq ölə bilmirəm.
    Göz yaşım gözümdə donub haçandı,
    Çətini hər şeyin sonunacandı.
    Ölməyin, qalmağın sonu bəllisə,
    Hər şeyin cilidi, donu bəllisə,
    Bəs niyə hayana əl ətıramsa,
    Əlimə hicranın yaxasa gəlir?
    Özümü öyrədim ayrılıqlara,
    Havadan ayrılıq qoxusu gəlir.

    Rafiq ODAY

    TƏCNIS

    Sinəmi bir atəş yandırıb yaxır,
    Haçandı bir nazlı gözəldən düşüb.
    O gündən günlərim saçım rəngində,
    O gündən saçıma gözəl dən düşüb.

    Vəsf etdim hüsnünü gəlincə, gülüm,
    Gəz sinəm üstündə gəl, incə, gülüm.
    Dönüb bu yerlərə gəlincə, gülüm,
    Baxıb görərəm ki, göz əldən düşüb.

    Vurula bildinsə dərdindən belə,
    Xoş olar soysalar dərimdən belə.
    Oday, bar-bəhrini dər indən belə,
    Sevgi bağçasına gözəl dən düşüb.