“Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, Azərbaycan Respublikası Prezidenti təqaüd fondunun təqaüdçüsü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının GƏNCƏ Bürosunun Rəhbəri
* * *
İnsanın ən axırıncı yoludu Kişi çiyninin üstü. Bu ölümlü dünyada Təkcə ölüm ölümsüzdü. Hansı dünya qorxuludu?- Bir can ki öz bədənindən Qurxub əsə-əsə çıxır. Torpağın qanına Bulaşan ömürlər var orda- Yaşanmamış, köhnəlməmiş, Göy üzünə təzə çıxır. Harda qaldı torpaq haqqı? Andımızı, ahımızı Cəsəd-cəsəd sərib torpaq. …Kim bilir, Bəlkə elə xəcalətindən Ölüb yerə girib torpaq.
Səni hər gün öldürürəm
Gözüm açıq qalıb sənə, Gözümü qarət edirəm. Öldürüb ümidlərimi, Sonra ziyarət edirəm.
Susub atdım dodağımdan, Kiçiltdim içimdə səni. Həzin bir xatirə kimi, Gətirdim köçümdə səni.
Heçmi sevmədin məni?… Əlim üzümün yasında. Səni hər gün öldürürəm, Başqasında… Başqasında…
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktor müavini
İtirilmiş krallıqdı uşaqlıq… “Cızza” sözünə gülən, Palçıqda ayaqyalın yüyürən, Qumda yuvarlanan, Şirni üçün ağlayan kral idik biz… …Cığallığımız “Beşdaş”dakı Beşinci daş boydaydı… Küskünlüyümüz çəkilən çeçələ barmaq qədər… Kədərimiz boyumuzdan kiçikdi… Gülüşümüz göy qədər… …Nənəmin corabının başından çıxardığı “saqqız pulu”ydu “sevinc” deyə ölçdüklərimiz… Böyüdük… …İtirdik krallığımızı… …Əcəl aldı nənəmizi… Böyüdükcə yanlış çıxdı Həyata dair bütün bildiklərimiz…
Nizami muzeyinin direktoru, akademik Rafael Hüseynov böyük türk şairi Nazim Hikməti şəxsən tanıyan, ünsiyyətdə olan və haqqında yazan ziyalıların əksəriyyətini dəvət edib, yadda qalan, gözəl bir tədbir keçirdi.
Salon əl çalırdı Nazim Hikmətə,
Tanrı töhfəsiydi bu görüş ona.
Üz tutub Bakıdan bəşəriyyətə,
natiq,
and içirdi türk dünyasına.
Natiqin imkanı olsaydı, inan,
Nazimi dünyayala barışdırardı.
Çıxardıb Bursadan –
həbsxanadan,
dustaq dostlarını danışdırardı.
Dəyişdi səmtini söz də, şeir də,
ayrıldı yollardan o yolun, yolu.
O yolun yolçusu oldu gənclər də,
Nazimin yoluydu,
Rəsulun yolu.
Hər könül havası bir səsdə keçdi,
bəlkə də çəkmədi, sonra heç aya, –
Vaqif Səmədoğlu sərbəstə keçdi,
Anar sadiqiydi
yenə hecaya.
Füzuli verdiyi salamı bir vaxt,
rüşvət deyil deyə alan olmadı.
Nazim Füzulidən salam alaraq,
Bakı torpağında,
ilk salamladı.
Şəklinin önündə durdu farağat,
Nazimlə birlikdə dayandı zaman.
Aldı salamını:
– Əssalam, Ustad!
Beş yüz il sonraydı, bəli, sonradan!
Nazim sual verdi özü də o gün,
susdu Türkiyədən gələn bir qonaq.
Yer susdu,
göy susdu,
o dəmdə bütün,
mən özüm ordaydım, o zalda, o vaxt.
Nazim, Türkiyədən gələn o qonaq,
sənin salamını nə vaxt alacaq?
Onda
ürəyimdə deyirdim bunu,
bilmirdim dünyanın kar olduğunu.
Demə, ən ağır şey mənəvi yükmüş,
demə,
dahilərin səbri böyükmüş.
Təhsil illəriydi, çıxmır o yaddan,
gördüm Moskvanın buz nəfəsini, –
Biri də mən oldum
yerdən qaldıran.
o canlı tarixin cənazəsini.
Oğlu gəlməmişdi onda Polşadan,
orda tələbəydi, bilmədik niyə.
Nazim bu dünyadan getdi nigaran,
oğlum Mehmet, – deyə,
Türkiyəm! – deyə.
Nazimi, Rəsulu unutmamışam,
iki canda bir ilahi məhəbbət.
Allahım,
İndi də Ərdoğan, İlham,
iki qardaş: bir millət, iki dövlət.
Orda Çanaqqala, burda Qarabağ,
qan-qana qarışdı, səngər-səngərə.
Qoşa: Ay-ulduzlu,
Üçrəngli bayraq,
əbədi sancıldı o gündən yerə.
Burda xatırladım Ulu Öndəri,
sizə də qoy deyim
bu şad xəbəri:
Füzulinin İraqdakı nəşini,
Nəsiminin Hələbdəki nəşini
Qoca Şərqin bu iki günəşini
gedib yazıçılar gətirsin gərək,
onları
Vətəndə ziyarət edək.
Öndərin növbəti bir töhfəsiydi,
Yerdə gülümsəsin paklıq, gözəllik.
Səddam Hüseynin zəmanəsiydi,
özü asılınca qaldı,
hələlik.
Bakıya gələndə dəyişdi həyat,
boyu uca şair, ucaldı, getdi.
Ünvanı könüllər olan o ustad,
bir gənc şairə də,
ev aldı, getdi.
Dünya maraqlıdır, nə xeyir, nə şər,
həyatın hər anı bir hikmət imiş.
Mən indi bildim ki, çoxdu görüşlər,
şairlə hər görüş
bir qismət imiş.
Yox, şair Bakıdan getdi, – deməyin,
onun hər addımda bir izi qaldı.
Hikmətli sözləri –
Nazim Hikmətin,
bir də Nazim Hikmət sevgisi qaldı.
Kişilər
“Kişiləri dəmir özü çağırır”
Homer
Kişilərin torpaq andı, şüarı
qəlbindədi bütün elin-ulusun.
Kişiləri dəmir niyə çağırır,
kişiləri Allah özü qorusun.
Kişilərdən nə istəyir bu dünya? –
tez açılsın qoy günəşli bir səhər.
Bayraq altda himn oxuya-oxuya,
gedir hərbi nümayişə kişilər!
Kişilərin – Vətən boyda səngəri! –
hər fəsilin qışı-qışdı, yazı-yaz.
Kişilərin sayı qədər, əsgəri, –
sərhəd boyda bir sərhəddi, basılmaz!
Ayağıyla yol axtardı kişilər,
əlləriylə Qalaya dırmaşdılar.
“Gözəl Şuşa, sən azadsan!” dedilər,
orda Vətən bayrağını sancdılar.
Kişilərin torpaq andı, şüarı,
qəlbindədi bütün elin-ulusun.
Kişiləri qılınc, qurşun çağırır,
kişiləri Allah özü qorusun.
“Şükriyyə!.. Şükriyyə!..”
“…Mən yaza bilmədim, əllərim bağlı
yoxmu, bu dərdimi yazan, ay ellər?!”
Əhməd Cavad
1924-cü il, yanvar
Xalq artisti Azər Zeynalova
Mən, ağlım kəsəndən o nalə susmur,
“Şükriyyə… Şükriyyə…” çağırır o səs.
Kimi çağırırsa, o qulaq asmır,
harda buza dönüb
o isti nəfəsi?!
Ayıla bilmədik biz hələ yerdə,
şair ürəyindən qopan o səsə.
Yeri silkələyir o nalə, yerdə,
göyə də üsyandı,
göy biganəsə!
Mənim müasirim xəcalət çəkir
onun əvəzinə,
öz yerinə də.
O səs – Diktatorun üstən xətt çəkir,
o səs – lənət deyir o birinə də.
Varaqla tarixi, haqq səsi susmur,
üz-üzə dursa da şər ilə xeyir.
Ekranda “Şükriyyə” naləsi susmur,
yerdə bir sağlığa,
kimsə “dost” deyir.
Bu dünya qəribə bir əyləncədir,
nə sevinci artıq, nə qəmi yersiz.
Bəla da,
görürsən, gələndə gəlir, –
səndən xəbərsizdi, məndən xəbərsiz.
Deyirlər, şairin düşməni olmur,
yalnız qatili var – öz istedadı!
Misalmı göstərim: bax, biri budur,
Cavadın həyatda –
qanlı həyatı…
Dünya yuxuydu
O necə sadəydi, necə mülayim, –
o qadın ölürdü məndən ötəri.
Gözü üstümdəyidi daima mənim,
özü də Tanrının
bir şah əsəri!
Hamıdan safıydı, hamıdan böyük,
mənlə danışardı mənim dilimdə.
Ona bağlanmışdım mən də ömürlük,
oydu sevdiyim də,
istədiyim də.
Mənim nəfəsimlə nəfəs alardı,
başı götürərdi səs-küyümü də.
Hər yerdə, hər zaman yada salardı,
mənim,
unutmazdı ad günümü də.
O nəfəs olmasa, mən üşüyərdim,
düşmüşdüm o duman, o çən yollara.
Mən daş əvəzinə söz döşəyərdim
o gedən yollara,
gələn yollara.
Deyirdi ölərəm səndən ötəri,
o qədər dedi ki, söndü həyatı.
Gəldi,
əsgəriydim,
ölüm xəbəri.
Qaçdım mən, dilimdə ana fəryadı.
Daha məndən ötrü ölən yoxuydu,
onda ayıldım ki, dünya yuxuydu…
“İslam”a töhfə
Nərminə xanıma
Deyirlər, sərtiymiş o ilki payız,
çöllər bürünübdü yağışa, qara.
Yüz il sonra gəlib dünyaya o qız,
Seyid Həmzə Nigaridən
O, sonra.
Deyirlər, gözündən qaçıbmış yuxu,
gecəni-gündüzü o, unudubmuş.
Xədicənin, Ayişənin pak ruhu
o qızın,
qəlbində qərar tutubmuş.
Amaysa, Türkiyə, doğma bir ocaq,
demə kimdən ötrü, ya nədən ötrü? –
qızın fəhminə bax, diqqətinə bax,
yerdə də –
yer seçib Türbədən ötrü.
Deyirlər, yuxuymuş onun əvəzi,
özü tək – həyatda öz yiyəsiymiş.
Amasyada Seyid Həmzə Türbəsi,
o qızın,
“İslam”a bir töhfəsiymiş.
Tökülüb gəliblər ziyarətgaha,
bu istək, bu sevgi hardandı, nəydi?
Türklərin dilində qədim bir dua, –
Həzrət Peyğəmbərin şərəfinəydi.
Səni dostun-yadın tanıyır, – desəm,
sözümə səpdiyin duz kəm olardı.
Mən səni özünə tanıda bilsəm,
mənim də,
“İslam”a töhfəm olardı.
Gördüm səadəti
Oğlum Nazimə
Alməhəmməd – körpə nəvəm,
bu körpə Qibleyi-Aləm,
atasını qucaqladı,
o, ağladı.
Bir damcı da kirpiyindən
düşdü yerə.
Elə bildim, sarmaşıqdı,
sarılmışdı, o, çəpərə.
Qarşımda bir ata-bala
abidəsi.
O körpənin əlindəydi,
bu dünyanın
bir qitəsi!
Mən ilk dəfə gördüm, nədir
səadəti, –
körpələrin tanrısına
itaəti.
Arzum mənim
“O güllərin gülü hanı?”
Başımızın şərəf tacı,
Boyu-şah çinar ağacı.
Həm anadı, həm də bacı,
Gülnarədi qızım mənim.
Elə ki, gəlir, görünür,
Bir ətirli bağa dönür.
İpəyə-şala bürünür,
Qışım mənim, yazım mənim.
Gül ol, çiçək ol, bulaq ol,
Yatan görsən, sən oyaq ol.
Arifdən də göz-qulaq ol,
Bircə budur arzum mənim.
19.09.2022
Gör kimlərin varisiyik!..
Mir Cəlalı xatırladım, Ələddin,
sənin əmin mənə ata əvəzi.
Onun sənə – bir doğmalıq ülfəti,
onun mənə –
mən özüməm, töhfəsi.
Mən görmüşəm, götürmüşəm, Ələddin,
həyat məni silkələyib, əsdirib.
Sirrini də açıb şerin-sənətin,
sonra məni
könül-könül gəzdirib.
Həyat nədir? Mən gördüyüm xeyir-şər,
İnsan nədir? Bir qayadır o mətin!
Sənə Miri, mənə Müşfiq deyiblər,
gör kimlərin
varisiyik, Ələddin.
Alovlardan, tufanlardan keçdilər,
qərar qəti, mənzil uzaq, yol çətin.
Vaxtsız əcəl şərbətini içdilər,
içmədilər,
içirtdilər, Ələddin.
Dünya gördü əsrimizə bu qəsdi,
mən də gördüm, sən də heyrət elədin.
Unutma ki,
“Bir gəncin manifesti”, –
bir nəsilin üsyanıydı, Ələddin.
Həyat nədir? Mən gördüyüm xeyir-şər,
İnsan nədir? Bir qayadır o mətin!
Sənə “Miri”,
mənə Müşfiq deyiblər,
gör, kimlərin varisiyik, Ələddin.
Özünə tək demə
“Nəriman müəllim, siz atam Cümşüdün yasına da gəlmişdiniz. Onda sizi qardaşımla
Leyla NƏSİROVA (Nəsirova Leyla Həbib qızı) 1970-ci il iyul ayının 6-da Salyanda fəhlə ailəsində anadan olub.
Orta təhsilini Salyan şəhəri 3 saylı orta məktəbdən başlayib. 1987-ci ildə orta məktəbi bitirib. 1989-cu ildə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin qiyabi şöbəsinə daxil olub. Məktəbi bitirən ili yerli radio verilişləri redaksiyasında əvvəlcə texniki işçi, sonra müxbir kimi çalışmağa başlayıb. 1998-ci ildən Salyanın yerli «Qələbə» qəzetində müxbir işləyirəm. Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. İlk hekayəsi «Torpağın bağrı, lal sükut, bir də ikinici dəfə «can alanlar»ın bayramı» Azadlıq radiosunun keçirdiyi müsabiqədə top onluqda yer alıb. Hekayələri yerli mətbu orqanlarında çap olunur.
Qazların qəfil qaqqıldaşması onu yuxudan ayıltdı. Qonşusu Nəriman neftdə işlədiyindən hər səhər obaşdan durub şap-şuplarını sürüyə-sürüyə ayaqyoluna gedəndə onu görən Musanın ayıq-sayıq qazları qaqqıldaşır, Nərimanın oyanmasını ətrafdakı qonşulara bildirirdilər.
Mənim «zəngli saatıma bax ha…»,-deyib gülümsədi. Ehmalca qalxdı. Divanda yatdığından paltarlı idi. Xalidə kresloda oturaq vəziyyətdə yatmışdı. Üstünə adyal salmışdılar. Yun, cibli gödəkçəsini çiyninə salıb sakitcə həyətə endi. Təmz payız havası ciyərlərinə doldu. Bağa keçib tut ağacının dibində qoyduğu daşın üstündə oturdu.
Axşamdan əsən külək yarpaqları yerə tökmüşdü. Necə sovurmuşdusa, yarpaqlar bir yerə cəmlənmişdi. Arvadının onları bir yerə yığıb yandırmaq sarıdan işi asanlaşmışdı. Saplağından üzülmüş bir yarpaq da sakitcə onun qoluna düşdü. Yarpağı götürdü. Bir tərəfi quruyub rəngini dəyişsə də, yarı hissəsi hələ də yaşıl idi. «Sən də xəstələndin, sən də duruş gətirə bilmədin?!»- sualı keçdi beynindən. Ovcuna qoyub diqqətlə baxdı, sonra üfürdü. Yarpaq bir neçə dəfə havada dövrə vurub yerdəki qurumuş xəzəllərə qarışdı. Başını əlləri arasına aldı. Barmaqları ağ saçlarında daraqlandı. Bir xeyli beləcə dayandı. Axşamkı əhvalatı xatırlamağa çalışdı…
Şam yeməyindən sonra divanda oturub televizora baxırdı. Birdən onu qəfil öskürək tutdu. Fasiləsiz öskürək ağzından köpük gətirdi. Rəngi qapqara qaraldı. Böyük oğlu ilə qızı yaxınlıqda olduqlarından arvadı Xalidədən tez yetişdilər. Stolun üstündəki qrafindən su süzüb atalarına verdilər. Suyu da içə bilmədi. Sanki boğulurdu, gözləri hədəqəsindən çıxmış, yanaqları boyunca yaş axırdı. Xalidə ərinin kürəyini sürtür, qızı Əsmər atasının bir əlini tutub sığallayır:
-Ata, sənə nə oldu, özünü ələ al, nə olar,-deyib hey yalvarırdı.
Xalidə özünü təmkinli aparır, oğlu Tərlan isə çaş-baş halda döşəməyə sarı əyilib öskürəkdən az qala ikiqat olub qaralan atasına baxırdı.
Birdən hər şey dondu. Musa heç nə eşitmədi. Gözlərinə qaranlıq çökdü. Sanki çəkisizliyə düşdü…
…Gözlərini açdı. Bədəni key kimiydi. Başında, sinəsində küt ağrıları vardı. İstədi Xalidəni çağırsın. Dodaqları bir-birindən aralanmadı. Qolu keyimişdi, qaldırmaq istədi. Dirsəyindən büküyü yaman ağrıtdı. Baxıb gördü ki, damarına iynə vurublar, yerindən qan gəlməsin deyə yapışqan yapışdırıblar. Balaca jurnal stolunun üstündə ürək damcısı, pambıq, spirt, bir neçə flakon dərman, iynə vardı.
Fikirlər beynindən ildırım sürətilə gəlib keçdi. Deməli təcili yardım gəlibmiş. Gözləri onun ayaq tərəfində yerə oturub başını divanın üstünə qoyaraq mürgüləmiş oğlu Tərlana sataşdı. Görəsən nə vaxtdan bu vəziyyətdə oturub. Bu dəfə özü tərpənmədi. Tərpənsəydi Tərlanı oyadacaqdı. Ona nə olmuşdu, hələ də kəsdirə bilmirdi.
Mətbəxdən hıçqırıq səsləri gəldi. Diqqətini cəmləşdirib qulaq asmağa başladı. Xalidə burnunu çəkə-çəkə söylənirdi:
– Düz 23 ildir ailə qurmuşuq. Zəhrimar siqareti məndən, ailəsindən çox istəyir. Min dəfə yalvarmışam, Musa, qadan alım, nə olar, at daşını bu zəhərin. Canına yazığın gəlsin. Həm cibinə ziyan vurursan, həm də canına. Yəni bu acı tüstü bizdən əzizdir sənə?! Sənə bir şey olsa, bizim halımız necə olacaq? Uşaqların institutda oxuyurlar. Bir ətək xərcləri var, mən savadsız, heç yeri tanımıram. Necə gələrəm bu firon balalarının öhdəsindən.
Ara verib, burnunu sildi. Sonra yenə başladı:
-Bəzən onsuz necə yaşamağımızı təsəvvürümə gətirəndə özümü qatıq satanlar cərgəsində görürəm. Axı əlimdən nə gəlir. Mən də gərək Bakıya qatıq daşıyıb satam ki, sizi bir yana çıxara biləm.
-Elə danışma, nə qardaşlarım, nə də mən razı olmarıq ki, sən əziyyət çəkəsən. Bir də atama nə olub axı, səhər durar, birlikdə danışarıq. Həkimin söylədiklərini ona çatdırarıq. Tərgini qılar, inanıram ki, ata bizi eşidəcək.
-Yox, heç inanmıram, bu mövzuda söhbət düşəndə həmişə deyir ki, bacarmıram, gücüm çatmır.
Deyəsən Əsmər anasının boynunu qucaqladı. Çünki hər ikisi birdən hönkürdü…
Kiçik oğlu Tərlan dərinliyə varmasa da, qızı Əsmər çox həssas idi. Hər şeyi ürəyinə salıb, dərd eliyəndi. «Eh, Xalış, axı niyə ürəyindəkilərini açıb balaca qızcığaza deyirsən? Niyə onun da körpə qəlbini param-parça edirsən?»,-fikri keçdi beynindən.
Yenə gözlərini yumdu. Hiss etdi ki, anası Tərlanı oyadıb yerinə göndərir: «Get yerində yat, şükür Allaha, atan da yatıb». Tərlan səssiz o biri otağa keçdi. Musa özünü yuxuluğa vurdu. Əsmər kresloda oturub atasına qayğılı-qayğılı baxan anası üçün də adyal gətirdi. Bilirdi ki, anası ərinin keşiyini çəkəcək…
Musa rayonda ad-san qazanmış fizika müəllimlərindən biri, bəlkə də birincisiydi. Məktəbdə dərsi qurtarandan sonra evdə ali məktəblərə uşaq hazırlayırdı. Repetitorluq fəaliyyətində hələ bir qüsuru olmamışdı. Hazırlaşdırdığı uşaqlardan onun fənnindən heç bir nəticə göstərməyəndə valideyni çağırıb aldığı aylıq pulları geri qaytarırdı. Haqq, ədalət tərəfdarı, düzün, doğrunun dostu idi. Xalidəni də sevib evlənmişdi. Amma onu oxumağa qoymamışdı. Əslində özü yox, atası qoymamışdı ki, gəlini oxusun. İki oğlu, bir qızı vardı. Böyük oğlu Tural ali məktəbi bitirəndən sonra əsgər getmişdi. Ortancıl oğlu Tərlan Texniki Universitetdə dördüncü kursda, qızı Əsmər isə Tibb Universitetinin birinci kursunda oxuyurdu.
Balaları tətilə gələndə Xalidə əldən-ayaqdan gedirdi. Onlar üçün çətin başa gələn xörəkləri–düşbərə, qutab, plov, balıq ləvəngisi belə hazırlayardı. Şirniyyatlara da ki, söz ola bilməz. Böyük həvəslə hazırladığı naz-neməti hər dəfə süfrəyə düzəndən sonra mətbəxə keçib: «Görəsən, indi Tural balam nə yeyir?»-deyib kövrələrdi. Musa da onun bu xasiyyətini bilib arxasınca mətbəxə gələr, «Burnunun suyunu axıtma, ay Xalış, uşaqların haramı olar. Nə qalıb, Allaha şükür. İli başa vurmağa nə var ki, bir az da səbr elə»,-deyib arvadını ovundurardı.
İndi də uşaqlar Qurban bayramı münasibətilə verilən tətilə gəlmişdilər. Musa axşamkı əhvalatdan sonra onların da halının fəna olduğunu bilirdi.
Bu andıra qalmış xəstəliyi (ağ ciyərlərində plevrit) düz dörd il idi ki, onu narahat edirdi. Dava-dərman qəbul eləsə də, həkim dəfələrlə ona siqareti tərgitməyi məsləhət görmüşdü. Əslində «məsləhət görmüşdü» bir az yumşaq səslənir. Lap qorxutmuşdu da. Di gəl Musa bu «uşaqlıq dostundan» heç cür ayrıla bilmir, biri qurtarmamış o birini yandırırdı. Gör neçə vaxtdı onunla yol-yoldaşlıq edirdi. Nələr gəlmişdi başına onun ucbatından. Siqaretlə ilk tanışlığını, dadına baxmağının şirin xatirəsini yadına salanda həmişə gülürdü…
Qonşuları Məmmədağa müharibədə sağ qolunu itirmişdi. Arvadlar deyirdilər Hitlərnən savaşanda olub. Ancaq təkqol Məmmədağa siqareti bir əlli elə yandırardı ki, bütün məhəllə uşaqları ona sirkdə nömrə göstərən janqlyora baxan təki baxardı. Məmmədağa sol qolunun büküyünə kibrit qutusunu sıxar, ağzında tutduğu kibrit çöpünü qutunun qara yerinə sürtərdü. Kibrit alışan kimi sol əlinin barmaqları arasında əvvəlcədən hazır tutduğu siqaretini yandırardı. Özü də elə məharətlə, tez yandırardı ki, bığı heç vaxt alışmazdı. Sonra da ləzzətnən içinə çəkib, tüstünü göyə buraxar, hökmən də yerə tüpürərdi.
Məhəllə uşaqları özlərini bir neçə dəfə Məmmədağa kimi aparmağa çalışsalar da, onlarda alınmazdı.
Ancaq bir gün kişi kimi siqaret çəkməyin ləzzətini dadmaq istədilər. Əvəz atasının çəkdiyi «Əfsanə»ni, Fazil nənəsinin çəkdiyi «Astra»nı, Musa da əmisinin «Kosmos»unu ortaya qoydular. Hər üçü oğurluq eləmişdi. Üstəlik Musa xaricdən gətirilmiş bəzəkli alışqanı da gətirmişdi. Qalırdı bircə bunların dadına harada baxmaq məsələsi. Xeyli götür-qoydan sonra Musagilin ayaqyolunda siqaret çəkməyi qərarlaşdırdılar. Çünki onların ayaqyolusu evin arxasında, qoyunların pəyəsinə gedən yolda idi.
Taxtadan düzəldilmiş ayaqyoluna balaca kətil də gətirdilər. Əvvəlcə hər üçü «Əfsanə»nin dadına baxmağa başladı. Acı tüstünü ayaqyolunun qoxusuna qarışdırıb üfürürdülər. Hərəsi öz evində papiros çəkəni yamsılamağa başladı. Dodaqlarını irəli uzadıb ağızlarındakı tüstünü tualetin şiferinə doğru fısqırırdılar. Fazil tüstünü burnundan çıxarmaq istədi. Gözləri yaşardı. Öskürək tutdu.
-Heyf, külqabı yadımızdan çıxıb, olmasa göstərərdim, atam necə barmağıyla külü qoparır,-deyə Əvəz yekə-yekə öyündü.
Musa da onda özünün uydurduğu tapmacanı söylədi: Aldım bir dənə, açdım iyirmi dənə. Xeyli gülüşdülər.
«Astra» yaman acı oldu. Dil-dodaqlarına yapışan tütünü tez-tez tüpürürdülər. Kötükləri də düz tualetin deşiyinə atırdılar. «Balaca kişilər» özlərini necə unutmuşdularsa, «Kosmos»un yarısını boşaldanda artıq ayaqyolunda göz-gözü görmürdü. Qonşu Rəhimə xalanın tualetin taxtaları arasından çıxan tüstünü görüb: «Ay Nazilə, zaxodunuz yanır», -deyib hay-həşir qoparmasından da xəbər tutmamışdılar. Musanın atası Mirzağa qapını döyəcləyəndə özlərinə gəldilər ki, onda da artıq gec idi…
İllər keçdi. Musa ali məktəbi bitirib doğma rayona qayıtdı. Orta məktəbdə fizika müəllimi kimi işləməyə başladı. Hərdən çətin məsələnin həlli üzərində baş sındıranda həmkarı Abasağa ilə otaqların birində oturar, fikir mübadiləsi edə-edə o qədər siqaret çəkərdilər ki, katibə Alimə otağa girib onlara baxar, başını bulayardı.
-Tüstüsüz məsələ həll eləmək olmur?
Abasağa da əvəzində gülərək:
-Ay Alimə, tüstünü üfürürsən, sonra dalınca baxıb fikirləşirsən. Görürsən ki, paho, sən demə hamısı tüstünün dalınca gəlirmiş e…
Həmkarının bu cavabı uzun illər müəllimlər arasında sitata çevrilmişdi.
Dostu Təvəkkülün bu zəqqum siqaretin ucbatından başına gələnlərini yadına salanda isə özünə təsəlli verib, bəraət qazandırırdı.
Təvəkkül yaman siqaret çəkən idi. İstədiyi qızla nişanlanandan sonra Musaya dedi ki, bilirsən, tərgini qılacam bu şoğəribin. Şəlalə deyir, az atmosferi zəhərlə. (Guya bu boyda atmosferi bircə Təvəkkül korlayır?!) Ya mən, ya da siqaret.
Ancaq çox sürmədi ki, Təvəkkül yaman xəstələndi. Lap yatağa düşdü. Həkimlərin dava-dərmanı da kömək eləmədi. Bir gün dərsdən sonra Təvəkkülə dəyməyə gələn Musa «Bəlkə bir siqaret çəkəsən. Birdən-birə tərgitmisən, elə bilirəm, onun ağrılarıdır çəkirsən».
Evdəkilər bilməsin deyə siqareti özü yandırdı. Bir-iki qullab vurandan sonra Təvəkkülə verdi. Təvəkkül acı tüstünü görməmişcəsinə ciyərlərinə çəkdi…
Səhər onlara gələndə Təvəkkülün evdə son qərarını verməsini Musaya çatdırdılar.
-Çəkəcəm. Ə, bu imiş e, məni yorğan döşəyə yıxan. Dünən sən gedənnən sonra özümü elə yaxşı hiss elədim ki. Hələ bir kasa küftə-bozbaş da yedim. Musa, Allah ölənlərü rəhmət eləsün. Nə yaxşı yadua düşdü. Şəlaləni də yola gətirmişəm. Dedim ki, ölməyimi istəyirsən, ya siqaret çəkməyimi.
O vaxtdan xeyli keçməsinə baxmayaraq Təvəkkül hələ də özü demişkən «köhnə paravoz kimi tüstülüyür».
Bu nədir? Niyə xatırlayır bu olanları. Siqaretəmi tərəfdaş çıxır, ya özünə haqq qazandırır. «Bu lap fizika məsələsindən də çətin oldu ki»,-fikri keçdi beynindən …
İstər-istəməz əlini gödəkcəsinin yan cibinə apardı. Qara «Kent-4» siqaretini götürdü. Üzərindəki xəbərdarlıq kağızına baxdı. «Səhiyyə nazirliyi xəbərdarlıq edir: Siqaret çəkmək sizin sağlamlığınıza ziyan vurur». Şriftinə bax. Adamın lap gözünə soxurlar. Dolayısı yolla deyirlər ki, kor olasan, görmürsən bura nə yazılıb? Təvəkkül demişkən, «Ə, necə də sığortalanırlar?! Yəni bizdən demək. Özün bilərsən, sümürərsən ölərsən, sümürməzsən qalarsan».
Qapağını qaldırdı, istədi birini götürüb yandırsın. Xalidənin qızına dedikləri, qızının söylədikləri yadına düşdü. Həmişə eşitdiyi sözlər bu gecə ona başqa təsir bağışlamışdı. İllərlə yol-yoldaşı olduğu tüstülü-qoxulu bürmələnmiş tütünündən necə əl çəkəcəkdi? Barmaqları, dodaqları darıxmayacaqdımı onunçün.
Xalidə demişkən sormalı şüşə konfet, iris, kişmiş, qovrulmuş fındıq, ya da ki, tum tökəcəkdi cibinə.
Qəti qərar vermək asandır. Görəsən iradəsi çatacaqdımı bu qərarı yerinə yetirməyə.
Elə bu vaxt Xalidə hövlanak həyətə endi. Musa oturduğu daşın üstündən qalxdı. Xalidə onu bağda görüb dayandı. Hər ikisi dinməz bir-birinə baxdılar. Musa əlindəki siqaret qutusunu əzib qalaqlanmış xəzəlin üstünə tolazladı. Sanki arvadına bir mesaj verdi bu hərəkətiylə. «Bax, gördün tulladım, bir də əlimə almıyacam bu zəhrimarı». Daxilinə verdiyi komandanı sanki qulaqları eşitdi. Yəni bu qədər sadə imiş hər şey. Sevindi. Sevindi ki, lap azacıq da olsa, iradəsi varmış. Gözucu illərlə yoldaşlıq etdiyi, indisə atdıği “sevgili”sinə baxdı. Elə bildi siqaret qutusu onu lənətləyir, “vəfasız” deyib nalə çəkir. Ürəyində: “Yoox, sən xəyanət edirdin dostluğumuza. Az qalmışdın canımı da alasan”-deyib üzünü çevirdi.
Həyətin o başında Xalidənin tum gözləri qıyıldı. Göydə tutdu ərinin mesajını. Evə girməyi ilə çıxmağı bir oldu. Tələsik Musanın yanına gəldi. Əyilib onun yanındakı xəzəllərə kibritlə od vurdu. Bir anda qıvrılan tüstü göyə qalxmağa can atdı. Siqaret qutusu da içindəkilərlə alışdı.
Musa gülümsədi. Fikirləşdi ki, Xalidə qorxdu. Ona görə tez yandırdı xəzəlləri. Qorxdu ki, birdən əri əyilib yenə götürər xəzəllərin üstünə atdığını…
“Ədəbiyyat və incəsənət” portalı Nargisin “Gəlsən gələrdin…” hekayəsini təqdim edir. Hekayə fərqlidir, cəsarətlidir, hətta bir qədər risklidir, onun müzakirələrə və mübahisələrə səbəb olacağı şübhəsizdir. Əsl sənət nüminələri həmişə müzakirə və mübahisələri sevir.
-Fa’nın insanlaşması məni niyə qorxudurdu?
Bir dəfə yenə kitabxanalara sığındığım günlərdə əlimə keçən köhnə əlyazmada insanın insana duya biləcəyi eşq qavramı ilə tanış oldum. Hələ də məni özümə gətirə bilməyən bu eşq qavramını yaşayanlar neçə dəfə ölürlərmiş ilahi? İnsan insanı tanrısayağı sevə bilərdimi?
Eşqi bir neçə yerə bölmüşdüm o zamanlar. Ancaq həmin əlyazmada təsvir olunan tamam başqa şey idi. Burada insanın insana duyduğu tanrısal bağ haqqındakı fikirlər var idi. Fikrimcə bu cür sevmək bacarığını Tanrı çox adamın qəlbinə qoymur. Bunu yaşayan şəxs kitabda bu hisləri dərinliyinə qədər təsvir etmişdi.
-Mən onu bir qəpiksizkən də, dünyanın maddi zənginliyinin içində boğularkən də eyni hislərlə sevirdim. Mən onu görən kimi tanımışdım. Gözləntim sadəcə məni anlaması və sevməsi idi. Sevdiyini deyirdi də. Beləliklə, illərə yayılan böyük bir sevgi, tutqu ikimizi də qırılmaz bağlarla bir-birimizə bağlamışdı. Həm də necə bağlamışdı. Mən bir-birini tanrısal eşqlə sevən iki nəfəri necə anladım axı sizə? Dodaqlarımı ona toxunduranda Tanrıya toxunur kimi soyunurdum fiziki mənliyimi… Ruhum uçurdu tanımadığım məkanlara…
Hər zaman deyilən o idi ki, insan ki, bir-birinə toxunur, sevişir, artıq bu eşq davam etmir. Hər şey adiləşir… Bəlkə də, insani sevgilərdə elə bu cür də olur. Ancaq bizdə elə deyildi. Bir-birimizə toxunmağımız bu hissi daha da gücləndirirdi. Ey insan oğlu, istəyirsən gül, istəyirsən başla, hazıram, yenə danış öz doğruluq nəzəriyyələrini… Çək silahı vur ürəyimdən, zəhərlə məntiqimi uydurma konsepsiyalarınla. Ruhum, ruhumla bacara bilməyəcəksən. Mən onu ruhumla sevirəm. Bu sadəcə bədənlərin görüşməsi deyil, ruhların rəqsidir. Tanrısayağı eşqdir.
Mənə heç kim o cür toxunmağı bacarmadı. Heç kimin baxışları ağlımı başımdan o cür almadı. Heç kimin gülümsəməsi ruhumu o cür sığallamadı, ağrılarıma antidepresant olmadı.
Bəlkə də mən demiseksual idim… Amma yox, bu başqa bir şey idi. Bu haqda düşüncələrimi yazanda belə təkrar-təkrar yaşayıram hər şeyi, küllərindən yenidən doğulur yaşadıqlarım. Bu çox ağrılı prosesdir. Dözmək mümkün deyil… Yaşamaq da olmur, ölmək də… Başqası ilə deyib gülmək də… Ona duyduğum eşq digər bu tərz münasibətlərə qarşı həm məntiqimi, həm ruhumu, həm qəlbimi, həm də vücudumu bloklayırdı. Mən onun ovuclarına buraxmaq istəyirdim bütün aqibətimi…
Nəfəsim kəsilirdi ona doğru atdığım hər addımda. Əlləri saçlarımı hər sığallayanda, ruhumu könüllü təslim etmək keçirdi içimdən… Saatlarca susurduq. Susaraq sevirdik. Susmaq böyüklükdür deyirlər… Qızıldır deyirlər… Fikrimcə susmaq həm də labüd sonu gecikdirməkdir, susmaq həm də itirmək qorxusudur, incitmək qorxusudur…
Susmaq həm də boğulmaqdır, səssizcə hıçqıraraq ağlamaqdır. Susmaq onun adını qeyri-iradi bağırmaqdır, boşluğa baxıb onu səsləməkdir. Susmaq ağlını getdikcə qaçırmaqdır… dəli olmaqdır… Boşluğa təslimiyyətdir…
-Mənə görə eşq də, ədəbiyyat da tabutdakı ölüdür, o ölünü tabutda daşımaq ürküdücü deyil. Nə qədər ki, o, tabutdadır mühafizə olunur, qorunur… Düzü də budur bəlkə də… Ancaq bunu hədəflənən nöqtəyə çatdırmaq üçün güvənilən çiyinlər, qeyri-toksik münasibətlər gərəkdir. Çiynin biri xəfif büdrərsə tabut yerə dəyib parçalanar, bu isə ürküdücü olar… Bütün hislər muncuq ədası ilə laqeyidcə çıxmazlara səpələnər…
-Hər dəfə çiynin büdrəyir sənin. Bilirsən axı, mən hər dəfə yaralanıram. Hər şeyi hər kəslə rahatlıqla müzakirə etməyə adət etmiş mən, səni heç bir şəkildə paylaşa, danışa bilmirəm. Tanrısal eşqi bir-birini insan sevgisi ilə sevən cəmiyyətdəki fərdlər anlayarmı? Anlamaz, əlbəttə anlamaz. Məni əxlaq, din, doğru, yanlış konsepsiyaları ilə zəncirləyəcəkdilər əzizim… Bundan qorxmuram əlbəttə, sənə olan eşqim mənim ruhuma, məntiqimə, iradəmə, duruşuma hər gün sıxılan qurşundur. Ancaq o zəncirlər ya sənə gəliş yollarıma əngəl olarsa? Bizi nakam bir sona məhkum edərsə? Bəlkə də elə istədiyin budur. Susmaq bax qorxmaqdır, reallığı öyrənməkdənsə bir uydurmaya təslimiyyətdir… Susmaq əzizim, imitasiya olunmuş cəmiyyətin nəzəriyyəsinə əlimdən axıb gedərkən əllərin danışmamaqdır…Qürurundan ürəyini, mənliyini mühafizə edərək ruhunu deşik-deşik etmək, lezvalamaqdır… Hiss edirəm axan qanın istiliyini… Tükəndiyimi…
Tanrısal eşqdə belə bir tərəf daha məntiqli olurmuş. O bir tərəf digər tərəfdə unutmurmuş bütün mənliyini. Ara-ara yox, elə tez-tez oyanırmış bu “qəflət” uyqusundan. Sorğulamırmış belə bu oyanışını… Fiziki dünyaya daha çox aludəçiliklə də əlaqələndirmirmiş…
Digər yarısını yuxulu-yuxulu uçurum kənarında unudub gedirmiş öz düzlər nəzəriyyəsinin ardınca.
-Bəli, əlbəttə haqlısan, əziz oxucum… Yuxulu olan, oyanmaq istəməyən, mənim kimi yuxularında qalmağı seçən düşürmüş uçurumun dibinə… Yaralanırmış, məhv olurmuş, qan itirirmiş, hər gün ölüb dirilirmiş… Bir müddət sonra qartalların zirvələri sevdiyi kimi sevirmiş uçurumun ən dibini… Qorxulu gəlmirmiş artıq ona bu dərinliklər. O ruhunu bu dərinlikdə sakitləşdirir, ovundururmuş. Qayıtmaq istəmirmiş insani sevginin hegemaniyasına, qeyri-səmimiliyinə… Onu artıq maraqlandırmırmış zirvələr, o uçurumun dərinliklərinə məhkum edirmiş könlünü… İnanırmış ki, bu, əslində ikisini də qorumağın ən gözəl yoludur.
Çoxları eşqi daddığını iddia edir. Ancaq uçurumun dibini görmək, fiziki bədəni soyunub birini ruhunla sevə bilmək hər insana nəsib olmur. Çoxları sevir, bəli, ancaq onlar uçurumun kənarlarından baxır diblərə, dərinliklərə… Tanrısal sevgidə hər şey başqa cür olur… Fiziki dünyada qazanılan bütün kimliklərindən soyunur insan, ruhu səmalaşır. İnsanı Tanrıya duyulan eşqlə sevir… Tanrı da Liliti elə sevməmişdimi? Tanrısal eşq həm də yaşayarkən ölmək deyilmi?
Bəli tanrısal eşqdə belə bir tərəf daha məntiqli olur… Öncəlikləri fərqli olur… Gedir, gəlir, gəlir, gedir, gəlmir, gəlmir, gəlmir və gəlmir… Gəlsə belə, gəlmir… Gəldiyini düşünsə belə gəlmir…
Gəlmirsən, əzizim, çoxdandır gəlmirsən… Hiss edə bilmirəm səni… Harda qoymusan ruhunu… Bu fani vücud mənə gərək deyil… Soyuqsan… Ölüm soyuqluğu sığınıb barmaqlarına,..
Tanrısal eşqdə belə bir tərəf daha qəddar olurmuş…
Düşünməzmiş bəs o nə haldadır? Necədir?
– Axı bütün yollarımı əzbər bilirsən…Məni ən çox sən tanıyırsan. Özüm kimi olduğum yeganə yer də, ev də, insan da, dünya da, vətən də sənsən deyilmiydin?
Sənə duyduğum hislər məni aşıb, okeanlaşıb… səmalaşıb…
-Mənim qədər sevir inancı ilə hər gün yemləyirəm məntiqimi. Bağlasam da yollarımı sənə… Bilirsən bütün gizli keçidlərimi… Mən o keçidlərdə hər gün gözləyirəm səni… Ruhunun zindanlarına qapatmışam ruhumu…
Ölüm də diləmək olmur.
-Ölüm ruhun gedişi deyilmi? Getmək istəməyən ruhu Tanrı aparmaq iqtidarındamı?
-Bağlasam da yollarımı sənə… Bilirsən bütün gizli keçidlərimi…
“Poetik qiraət” rubrikasında bu dəfə sizlərə şair Əkbər Qoşalının yeni yazdığı şeiri təqdim edirik. İctimai motivli bir şeirə üstünlük verib Əkbər bəy, adətən lirikaya meyillənsə də.
Qatlaşdıqlarından yarıbayarı az əziyyətə qatlaşsaydılar, çoxları cəhənnəm əvəzinə cənnətə düşə bilərdi.
Ben Conson
Qırmızı avtobusun qapısı açıldı və bir anda dayanacaqdakı bütün gözləyənləri, içi O qarışıq uddu. Bu nəhəngin salonu isti idi, Onun donmuş sifətinə və əllərinə hərarət hopdu. Ağzındakı maskanı azacıq aşağı salıb burnunu azadlığa çıxardı.
Bir anda sanki hərəkətini sürətləndirən bu qırmızı nəhəng hamını çalxaladı, həmin anda Onun yadına son kitabının personajı olan azman Dev düşdü. Həmin Dev də bu avtobus kimi adamları udurdu, amma avtobusdan fərqli olaraq sonra buraxmırdı, həzm edib özünün ətinə-qanına çevirirdi.
Devlər nə rəng olurlar? Nağıllarda qarasına daha çox rast gəlmişdi, bozu, qəhvəyisi də kifayət qədər olmuşdu, hətta bir impressionist fransız şairin Devi masmavi idi. Amma Onun aləmində Devlər rəngsiz, şəffaf idilər, yellərindən, hənirtilərindən duyurdun onları. Eynən Dərd kimi. Gözəgörünməz, həcmsiz və çəkisiz olsa da ən çox gözə görünən, ən nəhayətsiz və ən ağır olan Dərd barədə bir ara bir interpretasiya da etmişdi ki, Dev nağılların, Dərd reallığın Əzrayılıdır, adamı hop deyərək udurlar.
Üzbəüz oturan iki qız – idimlərindən tələbəyə oxşayırdılar – ona baxıb nəsə pıçıldaşanda üzünə xəfif qızartı çökdü. Heç istəməzdi küçədə-bayırda tanınsın. Cəld maskasını lap yuxarı, gözlərinəcən dartdı. Əlbəttə, yazıçı müğənni, yaxud idmançı deyil ki, onu küçə-bayırda tanıyalar. Müğənniylə idmançı bu məmləkətdə yazıçıdan daha urvatlı peşədi, onları yüz minlər sevir, yazıçının isə sevənləri tək-tük olur. Üzlərinə televiziyaların qapıları bağlı olduğundan, vizual olaraq da onları əksəriyyət tanımır. Amma bu qızlar deyəsən tanımışdılar. Olsun ki, hansısa imza gününə gəlmişdilər, yeni kitabını alıb imzaladanda bəlkə bir foto da çəkdirmişdilər.
İmza günləri ildə bir dəfə baş tutan bayram idi Onun üçün. Həmin gün həmişəkindən fərqli, xeyli mehriban olan arvadının şifonerdən çıxarıb ütülədiyi bəylik kostyumuyla ağ köynək geyinir, bir cüt qalstuku var, onlardan da birini seçib taxır, vaskılanmış ayaqqabısının parıltısından feyziyab ola-ola, hələ üstəlik, məktəbli oğlunun ucuzvari ətrindən də üstünə pısıldadıb oxucularının görüşünə gedirdi. Həm mənəvi dinclik, rahatlıq tapırdı, diqqət mərkəzində olması, populyarlığı Ona qol-qanad açdırırdı, üstəlik, beş-on manat da qazana bilirdi. Amma əfsus ki, növbəti günlərin adi axarı pusqudan üstünə atılınca yenə əvvəlki köhnə hamam-köhnə tas reallığına qayıdası olurdu. Nimdaş, yaxası və biləkləri süzülmüş pencək, balaqları göydə qalan şalvar, boyunluğu qart bağlamış əzik-üzük köynək, ağzı açılmış ayaqqabı… Və çiynində də “bu gün çörək pulum olacaqmı” sualının yüz pudluq ağırlığı.
Ötən il pandemiya heç imza günü keçirməyə də qoymamışdı. O məsəl var, deyir, Həştərxanda dəvə az imiş kimi, birini də bərəylə gətirdilər, onun sözü olmasın, bu koronavirus da bu yandan gəlib çıxdı.
Maskasını bir az da yuxarı dartışdırdı. Maskanın mavi rəngi solub ağappaq olmuşdu, üstəlik, kirlənmişdi. Arvadına keçən həftə “Bunu bir əl yaxala” deyəndə “Maska almağa iyirmi qəpik də tapmırsan?”ın müqabilində istəyi gözündə qalmışdı. Əslində, iyirmi qəpik tapa bilərdi, söhbət bundan getmir, amma iyirmi qəpik də iyirmi qəpikdir, üstünə iki özü kimisini qoysan, bir çörəyin pulu eləyər.
Başını yana çevirdi, qızlarda O olmasına azacıq da olsun ümid yeri qoymadı. Növbəti dayanacaqda düşməliydi, durub qapıya tərəf getdi, avtobus dayananda ilk olaraq oradan özünü bayıra tullayan O oldu. Sanki həqiqətən Devin ağzından qurtulurdu.
Bura metro çıxışının yanı idi, bir aya yaxın idi ki, bura dadanmışdı. Qeyri-rəsmi adı “əmək birjası” olan bu məkanda özü kimi işsizlər təsadüfi qazanc ümidi ilə yol kənarında dayanır, yaxınlaşan avtomobillərin işçiaxtaran sürücülərindən “kaş məni seçəydi” imdadını umurdular. İşçiaxtaranlar adətən gəncləri, cüssəliləri seçirdilər. O və Onun kimilər Allahümidinə qalanlar idilər, daha çox bağ belləməyə, yüngül yük daşımağa, zibil yığmağa yarıyırdılar. O, bağ belləməyi və yük daşımağı sevmirdi, onurğasından qopan ağrı uladırdı onu həmin gün də, növbəti gün də. Qazandığı 20-30 manata elədiyi bazarlığı könül xoşluğu ilə yeyə də bilmirdi. Amma zibil yığmaq yüngül iş idi, əlinə əlcək taxıb vurhavur girişirdi bu işə. Zibil yığmaq sanki həm də onun əsas işinə – yazıçılığına yaxınlaşan iş idi, ağırlığını-filanı duymazdı. Hətta bir dəfə iş sorağı ilə bir müdirin qəbulunda olanda Fərqlənmə Diplomunu masanın üstünə qoyub, xeyrinə olacağını zənn edərək bir kitabını da müdirə hədiyyə etmək istəmişdi. Müdir də demişdi ki, bu nədi e, yazıb zibilləyirsiz ətrafı.
Özükimilərlə salamlaşdı, çoxunun onun kimi palto və gödəkçəsi yox idi, titrəyirdilər.
Burdakılar bir-birini sevməzdi, hamı hamıya çörəyinə bais ola biləcək rəqib gözü ilə baxırdı. Onun salamına bir-iki yerdən dilucu “əleykümə” cavabı gəldi. Büzüşüb özünü küncə – küləktutmaza verdi. Burdakılardan heç kəs Onu tanımırdı deyə burda rahat idi. Bir küncə çəkilib dururdu, digər əksəriyyət kimi özünü maşınların qabağına atıb iş istəmirdi, abrından-həyasından utanırdı. Digərləri isə ünsiyyətcil idilər. Hər kəs hər kəsin yeddi nəsil dönənini belə tanıyırdı. Bu rayonludur, əkib-becərdiyini satmağın müşküllüyü onu bir tikə çörək eşqiylə bura gətirib. Bu birisi rejissordur, Stanislavski deyə çağırırlar onu. Teatrları bağlanıb deyə əlacsızlıqdan bura üz tutub. Bu da ali təhsillidir, neyrofizikdir, bu ixtisasa çörək olmadığı üçün bir ara bərbərlik edib, rəqabət böyük olduğundan sonra da yolunu bura salıb…
Qara maşın. Kök, qırmızımtıl sifət. “İki nəfər lazımdır, on sot torpaq bellənəcək” nidası. İrəli şığıyan kəslərin bir-birini itələməsi. Uğultu və səs-küyün həmləsi. “Sən, bir də sən, gedək” kəlmələri ilə qurbağa gölünə daş atılması. Sonra mühərrikin səsi, maşının çıxıb getməsi. Sonra növbəti mənzərə. Boz maşın, zabitəli və acıqlı sima. “Pianino daşımağa dörd nəfər” kəlmələri. Yenə çarpışma, mübarizə. Yenə seçilmişlərin qalib ədası, seçilməmişlərin məyusluq demarşı…
Döş cibində arvadının yazdığı siyahı hər gəlib-gedən maşından sonra sanki bir az da ağırlaşırdı, ürəyindən sallaq qalırdı. “Çörək – 2 dənə. Kartof – 2 kilo. Soğan – 2 kilo. Ət – 1 kilo. Göyərti – 2 dəstə. Marqarin yağı – 1 paçka. Qənd-çay da tükənib. Mütləq al. Ətə pulun çatmasa makaron alarsan, 1 paçka. 5 manat da uşağın məktəbi üçün saxla, pul yığırlar.”
Ət ehtimalı həmişə makaron ehtimalının səkkizdə biri, onda biri qədər olurdu. Amma arvadı nikbin idi, həmişə əti inadla qeyd edirdi, bəzən hətta dərinə gedib “dolmalıq çəkiləsi ət”, “bozbaşlıq sümüklü ət” xırdalıqlarına da varırdı. Arvadı nişanlanan vaxtlardan nikbin idi. Gələcək evlərini dənizə baxan Neftçilər prospektindən seçərdi, gələcək maşınlarını sovet sənayesindən deyil, alman sənayesindən manşırlayardı, hətta “Bilgəhdə bağ evi” deyə cəh-cəh vurması da var idi. Belə zamanlarda arvadının üzü işıq saçırdı, sanki rəngbərəng işıq zərrəcikləri üzü boyunca qaçışırdı. Əhmədlidə kirayələnmiş birotaqlı, şəraitsiz mənzilə gəlin köçəndə də “müvəqqəti çətinlikdir, hər şey yaxşı olacaq” deyibən səbrini təsbeh dənələri kimi düzüb çəkməyə başlamışdı. Düz on ilin tamamında daha müvəqqətinin daimi olmasına inandı, üzündəki işıq qeyb oldu, optimistliyi milyonlarla qiyməti olan mülklər, avtomobillər istəyindən on iki manatlıq ət istəyi sayaq istəklərə transfer edildi.
Yeni, 2022-ci il girəndən hava 2021-in dekbabrındakı sələfinin zamanındakı mülayimliyindən elə də uzağa getməmişdi, amma sübh tezdən bir qədər sazaq duyulur, adamın sümüklərinə işləyən sübh soyuğu “sabahın xeyir” deyirdi. Birdən, elə bil, günəş doğdu, “çeşka” deyilən bir köhnə maşınla gələn orta yaşlı kişi üstünə cumanları kənara itələyib əli ilə Onu yanına çağırdı:
-Qardaş, təzə evə köçürük, veşlər daşınmalıdır. Veş deyəndə, elə bir şey də yoxdur. İyirmi manat verəcəm. Gedirsən?
Gedirsən də sözdür? O, bir göz qırpımında özünü “çeşkaya” saldı. Yola düzəldilər.
Həsəd və qibtə obyekti kimi parıldadığı tələbəliyi gəldi düşdü yadına. Onda ki, hekayələri jurnalda dərc edilmişdi, ədəbi tənqid Onun tərifini göyə qaldırmışdı, onda ki, universitetdə hamı Onun şəninə təriflər deyir, Onu barmaqla göstərirdi, içi Ona sevgi məktubları yazan, ailə qurmayacaqları təqdirdə özünə qıyacağını göz yaşları içində izhar edən arvadı qarışıq bütün tələbə yoldaşları, bütün patok, bütün universitet ”Məşhur yazıçı olacaq, Markes kimi əllər üstündə gəzdiriləcək, pula pul deməyəcək” düşüncəsiylə Ona paxıllıq edirdi.
İndi isə “birja” yoldaşları yəqin paxıllıq etməkdədirlər. İyirmi manat onların yox, Onun qisməti olacaq.
Sürücünün olduqca iri əlləri var idi, rulu fırlatmaq üçün düydüyü əlləri rulu tam görünməz etmişdi.
“Sən fağır adama oxşayırsan. O birilər sırtıqdılar, adamın üstünə atılırlar. İşləyib qurtaranda da əlavə pul istəyirlər” kəlmələriylə sürücü söhbətə körpü saldı, ardınca da nəsə bir əhvalat danışmağa başladı:
-İnişil qaynatamın bağını belləməyə ikisini aparmışdım. Səkkiz sota əlli manat danışmışdıq. Qardaş, bunlar elə ki işə başladılar, daş atıb başlarını altına tutdular ki, yox, burda iş deyiləndən artıqdır, əllinin üstünə otuz da qoymalısan. Nə qəqər and-qəsəm elədim…
Yeni romanını yazıb qurtara bilmirdi. Səhərdən axşama kimi bu işlə məşğul olurdu, evə gedəndə iş olan günlərdə yorğunluq, iş olmayan günlərdə məyusluq və ümidsizlik əlindən qələmi alırdı.
Abidi gətirmişdi spartalıların istehkamlarına. İstəyirdi Abid ordakı yatmış həyatı oyatsın, çürümüş təfəkkürü yeniləsin. Orda Abid döşünə döyüb qarşısına çıxa biləcək qladiator istəmişdi. Qarşısına növbə ilə dördü çıxmışdı, hamısı peşman olmuşdu. Ən güclüsünü – Kostakurtu tələb eləmişdi.
İmperatorun qızı Elina seyrangahdan qayıdarkən Abidi görüb onun yaraşığına, əzələlərinin əzəmətinə heyran qalmışdı. Nişanlısı Kostakurt ilə Abidin döyüşəcəyindən xəbər tutunca döyüşü izləmək fikrində bulunmuşdu. Və elə ki, başlar kəsən, qanı su kimi axıdan Kostakurt Abidin qarşısına çıxmışdı, onda zorla nişanlandığı Kostakurta nifrət duyan Elinanın vücudunu müdhiş bir sarsıntı bürümüşdü. Birdən Kostakurt Abidə qalib gəlsəydi necə olacaqdı? İlk baxışdan əsiri olduğu bu gəncin ölümünə o necə dözüm gətirə bilərdi axı?
Amma gerisini yaza bilmirdi heç cür.
Əslində, məmləkətdə kitablar yaxşı satılsaydı elə kitabların gətirdiyi qazancla dolanardı, ailəsinin yanında üzüqara olmazdı. Amma kitab oxuyan tək-tük idi, varlı-hallıların əksəriyyəti kitab görəndə üzünü turşudurdu, üzünü turşutmayan varsız-halsızlar idi ki, onları da ciblərinin boşluğu kitablardan yan keçirirdi. İnsafən, O yaxşı yazırdı, bir-iki dəfə – onda ki, həyat hələ bu qədər sıxılıb öz məngənəsində adamların suyunu tam çıxarmamışdı – iki romanının sinopsisini tərcümə etdirib xaricə göndərməyə 200 dollar pul da xərcləmişdi, ordan da müsbət rəylər gəlmişdi, amma bu romanları tam halda tərcümə etdirməyə lazım olan pul yatsa yuxusuna da girməzdi, 5 rəqəmi görcək xaricdə məşhurlaşmaqla kasıblığın daşını atmaq fikrinin fatihəsini vermişdi.
İş verəni Ona “Nu poqodi” cizgi filminin qəhrəmanları olan Canavarla Dovşan haqqında lətifə danışırdı. Bir dəfə Canavar Dovşana deyir ki sən niyə karantin qaydalarını pozub…
Ailəsini dolandıra biləcək iş tapmaq atlı idi, O piyada. Hara gedirdisə üzüqara qayıdırdı. Ünvan qalmamışdı ki, ora məktub yollamasın: “Ali təhsilli dilçiyəm. Kitab redaktorluğunu, tərcümə işini də əla bilirəm. Hamısı bir yana, üstəlik, yazıçıyam…”
Arvadını təzə evlənəndə şəhər məktəblərindən birinə müəllim düzəltmək fikri də illər ötdükcə xülya olaraq qalmışdı.
Baho, fikir onu nə uzaqlara aparıb belə, çatıblar ki. Köhnə Yasamaldaydılar.
İş verəni onu içəri saldı, həyət evi idi, deməzsənmiş, burdan çoxmərtəbəli binaya köçürmüşlər. Evdə iki qadın xeylağı var idi, iki 10-12 yaşlı uşaq, bir nəfər də ahıl kişi. Kimin kim olmasının fərqində deyildi, dərhal qəlbini riqqətə gətirən işə girişdi: divar boyu qalaqlanmış, çoxu kirilcə olan kitabları qutuda üst-üstə yığıb qutunun ağzını skotçlamaqdan ibarət idi onun işi. Ardınca qutuları yük maşınına daşıyacaqdı. Sonra da iş verəni və bu ahıl kişiylə köməkləşib iri əşyaları – şifoneri, stol-stulu və çarpayıları maşına yükləyəcəkdilər.
Köhnə kitablar tozlu idilər, tez-tez onu asqırdırdılar. Ahıl kişinin birinci dəfəsində “Korona deyilsən ki?” sualının və növbəti hər dəfəsində “Ya haqq səbir” nidasının müşayiəti ilə kitablarla işləməyində idi, aralarındakı latın əlifbasıya olan təzələrlə işləmək daha rahat idi. Hər bir kitabı əlinə alanda diqqətlə baxırdı, adına, müəllifinə göz yetirirdi. Bəzən nəfsini saxlaya bilməyib kitabın içini də açır, acgözlüklə bir-iki abzas oxuyurdu da.
-Burda oxu zalı açmamışıq, -deyə ahıl kişi müdaxilə edib onun qəlbini sındırdısa da sonradan kitab həzzi yenə davam etdi. Onsuz da bu cür sınmalara öyrəşmişdi, xüsusən, arvadının tez-tez təkrarladığı “sən nə kişisən ki, bir ailəni dolandıra bilmirsən” kəlmələrinə alışdıqdan sonra istənilən təhqiri udub, dərhal üstündən rahatca toxtama suyu içə bilirdi. Alışmaq – böyük qəlibdən artıq qalan əzalarını kəsib atmaqla kiçik qəlibə sığışmaq deməkdir.
Ara-sıra ev sahibi yerindən çıxardılmış taxta qapının astanasında durub Onu işə ruhlandırır, hökmən də hər görünüşündə rusların vətəndaş müharibəsi qəhrəmanları olmuş Çapayevlə Petka haqqında bir lətifə söyləyirdi:
-Bir gün də Çapayevlə Petka Ural çayını keçəndə…
Ev sahibi özü uğunub gedirdi, Onun donuq simasını görüncə başını bulayırdı: -Çatmadı sənə?
Əlbəttə ki, Ona çatırdı, amma fikri kitablarda idi. Brayan Treysinin sabahkı günlərin planlarını necə qurmaq barəsindəki “Komfort zonasından çıx” kitabı…
Tələbəliyində sabahkı günlər barədə o qədər planlar qurardı ki. Əsil serial olardı bu xəyal planları, dəbdə olan “Varlılar da ağlayırlar” teleserialı kimi uzandıqca uzanardı. Xəyali şöhrətin ləzzəti realdakı sənə mütləq sirayət edir, özünəgüvənin artır, daha həvəsli olursan, qoltuqlarının altı qarpızlanır. Xəyalları təltiflərdə, Nobel ödülü mərasimində dolaşırdı o vaxtlar. Amma indisində sabahkı günlə bağlı serial nədir, çox kiçik qısametrajlı film qurur. Uşaqlar böyüyürlər, xərclər artır. Gümanın yalnız təsadüflərə çatırsa, zərurətlərdən uzaqdasansa, hara kimi gedə biləcəksən axı?
İohann Hötenin “Faust” kitabı…
Bir dəfə bir tanışına qoşulub Almaniyaya getmək fikri bir müddət onu rahat buraxmamışdı: tanışı yaz-yay mövsümündə meyvə yığmaqla qəşəng güzəran vəd edirdi. Di gəl, tərəddüdlər Ona mühacir olmağa imkan verməmişdi. Xaricə göndərdiyi romanlarının sinopsislərinə müsbət rəy yazan ədəbi tənqidçilərdən biri də alman idi, gərək ki, Hofman soyadında. Həmin Hofmanın “Dünya ədəbiyyatında fikir və ideyanın bədiiliklə vəhdəti konteksini kökündən dəyişə biləcək yazar” adlandırdığı yazıçının gəlib onun vətənində taxta yeşiklərə vişnə doldurmasını yolverilməz hesab etmişdi, bununla vətəninə utanc gətirəcəyini düşünmüşdü.
Arabir belini dikəldirdi.
Kitablar… Qalın, nazik… Böyük, kiçik… Nadan üçün görünüşcə, aqil üçün məzmunca fərqlənən nəsnələr…
Birdən sanki gözünə işıq gəldi. Latın əlifbasıyla olan kitablardan birinin üstündən saplağından üzülmüş qızılgül rəsmi və “Bir intiharın prelyudiyası” kəlmələri onun üzünə gülümsədi. Elə bil, uzaq, qərib bir ölkədə yüz ildir görmədiyi ən doğma bir adamını gördü, kitabı götürüb sinəsinə sıxdı, onu qoxuladı. Bu ətir dünyanın ən gözəl ətri idi onun üçün.
Ürəyində kitabıyla salamlaşdı, “necəsən, nə var-nə yox” xəbərini aldı. “Necə məskunlaşmısan burda? Çayını-çörəyini verirlərmi? Darixib eləmirsən ki?”
Bu münvalla xeyli zaman keçmişdi, sən demə. İş verəni Onun qoluna toxundu, “Deyəsən kitablarla maraqlanırsan” söylədi. “Binə bazarında alverilə məşğul olsam da ali təhsilliyəm, kitab oxuyanam” aydınlaşdırmasını gətirib, sonra da həmin kitabı onun əlindən aldı, qürurla dedi:
-Kitabxanamın ən gözəl kitablarındandır. Çox sevirəm bu yazıçının kitablarını. Çox içdən yazır. Oxumamısan?
Gözləri yaşardı. Bu boyda oxucu sevgisi qazanmışdı, necə də təkrarsız hisslər idi. Gözləri yaşardı da sözdür, əməlli-başlı ağlamaq idi bu. Üzünü yana tutdu ki, halını gizlətsin. Axırıncı dəfə marketdə ərzağın qiymətinin günbəgün qalxması müqabilində bu hala düşmüşdü. Amma halların aralarında çalar fərqi var idi. O qara çalar idi, busa ağ çalardı.
İş verəni dil boğaza qoymurdu:
-Bu qədər ağıllı, dərrakəli olmaq, insanın iç dünyasını bu cür, rentgendəki kimi açıb göstərə bilmək. Nə deyim e. Bunlar hünər, fitri istedad tələb edir. Sanki bu yazar bizim dünyanın adamı deyil. Elə istəyərdim ki, onunla şəxsən tanış olum.
Sözlər necə də gözəl sözlər idi. Şirin çay idi, mürəbbə idi, bal idi… Dadırdı, ləzzətini bütün vücudu ilə hiss edirdi, sonra da udurdu.
Titrək, qəhərli səslə çətinliklə soruşdu:
-Tanış olsaydız, Ona nə deyərdiz?
İş verəni gözlərini yumub sanki düşündüyü səhnəni gözlərinin qabağına gətirirmiş kimi sifətinə təbəssüm qonduraraq söylədi:
-Deyərdim ki, siz dünyanın ən xoşbəxt adamısız. Onun əllərini sıxandan sonra üç gün əlimi yumazdım. Bilirsiz, onun necə qulluğunda durardım?
Hətta bu qədər?
Allah bəzən adamı necə də gözlənilməz sürprizlə rastlaşdırır. Əlbəttə desin ki, o adam mənəm. “Di sıx əllərimi, sonra da üç gün əlini yuma. Di dur qulluğumda, nə qədər istəyirsən”.
Nə yaxşı rastlaşdılar?
Kitabdan ayrı-ayrı hissələri hətta əzbər söyləməyə başlamışdı ev sahibi: “Orda, uzaqlarda – dənizlə üfüqün qovuşacağında parıltısından göz qamaşan bir mücrü asılıb qalmışdı. O mücrü qapağını açaraq onun ölü arzularını bir-bir içinə ötürürdü, orada arzular sirli-sehirli səthə toxunan kimi canlanır, dirilirdilər…”
Çətinliklərini də açıb söyləsin. İyirmi manat nədir, bu şəxs ona mütləq ciddi köməklik edə bilər. Binə bazarında alver edirsə, ev ala bilirsə, demək, imkanlı adamdır. Bir neçə günə evkirayəsinin vaxtıdır, son üç ayı ödəyə bilməyib, üst-üstə yığılıblar. İşıq, qaz, su çekləri əli qılınclı başının üstünü kəsdiriblər. Kiçik uşaq da inkişafdan qalır, ciddi müayinə, müalicə lazımdır.
Görəsən nə qədər verər? Bir yüzlük verərmi?
Amma yox, kimdənsə sədəqə istəmək yaxşı deyil.
“Ölülərin dirilməsi və dirilərin sırasına qatılması dirilərin yerini daraldırdı. Dirilmək istəyən ölülər qədər ölmək istəyən dirilər də var idi, yetərdi ki, onları tapıb yerlərini dəyişəydin…”
Bu sədəqə istəmək deyil axı?
Tərəddüdlər içində gah qanad açıb ənginliklərə uçurdu, gah da qanadları qırılır, yerə çırpılırdı…
Axı belə bir şans bir də çətin əlinə düşə. Təsadüfən heç nə olmur. Əgər bu boyda Bakıda tale gətirib Onu kitablarına bu qədər vurğun bu şəxslə qarşılaşdırıbsa, demək, bəxt üzünə gülməyə başlayıb. Bu şansdan yararlanmasaydı, bunu ömrü boyu özünə bağışlaya bilməyəcəkdi…
Axır ki, kəlmələr özündən icazəsiz ağız qıfılını yarıb çölə atıldılar:
-O adam mənəm…
Deyib də gülümsədi.
Ev sahibi ilk dəfəsində söhbətin nədən getdiyini ayırd edə bilmədi:
-Hansı adam?
Gülümsəməkdə davam edib aydınlıq gətirdi:
-Həmin yazıçı, bu kitabı yazan adam.
Qarşı tərəfin qaşlarının düyünlənməsi, gülümsəyən çöhrəsini qara buludların alması elə sürətlə baş verdi ki.
-Sən xəstəsən?!
Çığırtı idi əsil, servantdakı qablar belə cingildədilər.
Ev yiyəsi sifətində anlaşılmaz ifadə təpədən dırnağa onu süzəndə O özü də sanki birdən ayıldı, lapdan öz görkəminə tamaşa etdi. Nimdaş paltarda onun-bunun qapısında yük daşıyan dünyanın ən xoşbəxt adamı… Təzaddan diksindi.
“O yazıçı mənəm” etirafının qarşısındakı insanda doğurduğu təəccüb, heyrət anını ən xırda, gözlərin bərəlib hədəqəsindən çıxması, dilin tutulub söz demək əvəzinə kəkələməsi halınacan müşahidə etdi bir anda.
“Sən məzələnirsən mənimlə?!” kəlmələrinin səslənməsi ilə ev yiyəsinin iri yumruğunu düyünləməsi bir-birini izlədilər. Bir anda çox uca, qızılı qübbələri bərq vuran əzəmətli sarayın yerlə yeksan olması səhnəsi canlandı Onun gözləri önündə, hətta qulaqbatırıcı gurultunu da eşitdi, hətta uçqunun yaratdığı toz dumanına da bələndi. Kaş ki deməzdi. Niyə dedi axı?
-Sən müqəddəsliklərə niyə çirkab ələyirsən ki?, -deyib ev yiyəsi iki addım atıb onunla burunburuna dayandı.
Bəlkə desin, zarafat eləyirdim? Eşşəyə minmək bir eyib, düşmək iki eyib. Belədə lap işləri korlamazdımı?
-Vallah o adam…mənəm… – deyib də durdu. Geriyə yolu yox idi. Mağıl, kitabları təxəllüslə yazmasaydı, şəxsiyyət vəsiqəsini göstərib bu tərs oğlu tərsi inandıra bilərdi ki həmin yazıçı özüdür.
-Belə lox sayırsan məni?!!!
-Allah eləməsin. Sizi necə inandırım ki…
-Ə, düdük, sən bilirsən, qabağındakı kimdi?!
Birdən başı boyda olan yumruq sifətinə necə açıldısa arxaya üç-dörd metr uçub yerə dəydi. Ağrıdan qovrula-qovrula qaldı. Dərhal ağzında metal tamı hiss etdi, yaxasını yaş edən isti maye üzüaşağı axmağa başladı.
Tappıltı səsinə gələn ahıl kişi mənzərəni görüb ev sahibinə sual etdi:
-Neynədi, oğurluq elədi?
Ev sahibi başını buladı:
-Kaş ki elə oğurluq edəydi.
Söyüşün biri bir qəpiyə çıxmışdı. “Bu dəqiqə rədd ol get burdan, sənin murdar simanı görməyim” tapşırığına riayət etməliydi. On səkkiz qutu kitab bağlayıb, maşına daşımışdı. İşin əsasını görüb qurtarmışdı. Amma belə görünür, heç iyirmi manatını da ala bilməyəcəkdi.
İçinə elə bir qəhər dolmuşdu ki, axan qanını laxtalanmağa qoymurdu, biləyi ilə burnunu silirdi, amma qan şırıltıyla gəlməyindəydi.
-Demədim, rədd ol burdan?!
Son üç ayın pulunu ödəyəcəyi ev sahibəsinin pula uzalı əlini boş qoyaraq, marketdəki qırmızı “milliön” cihazının qarşısında işıq, qaz, su çeklərini qaytarıb cibinə dürtərək, kiçik uşağı apardığı poliklinika kabinəsinin qapısından məyus halda geri dönərək bu evdən çıxdı. Gücü ancaq bir tin getməyə çatdı. Bir hündür hasara kürəyini söykəyib yerə oturdu. Acı-acı ağlamağa başladı.
Döş cibindəki qırmızı rəngə boyanmış bazarlıq siyahısının altından kəskin ağrı duyurdu.
Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Respublikası Prezidenti Təqaüd Fondunun təqaüdçüsü, “Azad qələm” ədəbi-bədii, ictimai-publisistik qəzetinin və “Ali Ziya” ədəbi-bədii, elmi-publisistik jurnalının təsisçisi və baş redaktoru
(Ad günündə şəhid olmuş milliyətcə tatar olan Adek Sepxanova həsr edirəm)
Dünən bir ana gördüm, qəlbi qaynar, od-alov, Sinəsində qarlı qış, kirpiklərində qırov. Dünən bir ana gördüm, gözlərində qəm-qüssə, Fəryadından ürəyi olmuşdu hissə-hissə. Alnında düyün-düyün olmuşdu qırışları, Həsrətdən yoğrulmuşdu o solğun baxışları. Odlara qalamışdı, oğul dərdi ananı, Od içinə atmışdı oğul, dərdə yananı. Ölüm günü, ad günü bir tarixə yazılmış, Ananın sinəsindən bir daş kimi asılmış. Qarşımda ana sanki buz heykələ dönmüşdü, Yaşamaq, həyat eşqi gözlərində sönmüşdü. İntizardan, xiffətdən ana saralıb solmuş, Həsrət seli qəlbindən axıb gözünə dolmuş. Danışdıqca ananın dodaqları əsirdi, Oğul dərdi ananı şaxta kimi kəsirdi. Başında qara örpək, əynində qara paltar, Oğlum özü alıbdı,-dedi məndən yadigar. Hər gün bu geyim ilə görüşünə gəlirəm, Nisgilmi, dərdimi soyuq daşla bölürəm. Evim muzeyə dönüb onun şəkillərindən, Təkcə o şəkillərdən təsəlli tapıram mən. Oğlum bir oğul idi, istiqanlı, mehriban, Dediyim hər kəlməmə cavabı olurdu “can”. Ad gününə az qalmış adına hədiyyə aldım, Şirin qoğal bişirib, adına sürfə saldım. Gözləyirdim yolunu əziz xələf oğlumun, Adı özündən şirin, sözü şəkər noğlumun. Səhər-səhər həyətdən gələn səsə boylandım, İki əsgər soruşdu, adımı dərhal andım. Tələsik qaça-qaça tez yüyürdüm həyətə, -Kimsiniz? Kim lazımdır?- tez qarışdım söhbətə. Biri ürkək baxışla üzümə baxıb xeyli, Gözlərin dikib yerə, axır dindi gileyli. -Biz cəbhədən gəlmişik, necə dedyim ki, Adik- Agır yaralanıbdı… -Necə? Nə dedin? Yox, yalandı balama, Güllə dəyməz heç zaman o qəhrəman oğluma. Düşündüm bu zarafat, dostların haqq səsidi, Mənə muştuluq üçün əsgər hədiyyəsidi. Sevincimdən gözlərim doluxsunmuş, dolmuşdu, Oğlumu görmək üçün ürəyim od olmuşdu. Yaşarmış gözlərimə göründü tabut bu an, Anasız da hər şeyi həll eləyirmiş zaman. Yenə də gözlərimə inanmadım hayqırdım, Özüm öz səsimə hərgah, sanki birdən ayıldım. Ahım çıxdı göylərə, dağılmadı göy nədən?! Amansız ölüm idi, məni belə göynədən. Oğul verdin ay Allah, neçə il bundan öncə, Sənə dualar edib bürünmüşdüm sevincə. İndi bu ad günündə mənə paymı göndərdin, Bəslədiyim qönçəmi qıyıb necə tez dərdin?! Ahım çatmadı əfsus, nə yerə, nə də göyə, Tabutu qucaqladım, -Yaşın mübarək,-deyə. Oğul deyən dillərim dilim-dilim soyuldu, Yandı bağrım nalədən, için-için oyuldu. Yenidənmi doğuldun, Şəhid qoyuldu adın, Vətən! Qoy sənin olsun bu qəhrəman övladın. Dan yeri tək söküldü ürəyimin telləri, Son nəfəsdə oğlumun nə söyləyib dilləri. O susuz dodaqları pıçıldayıb, nə deyib, Ürəyindən nə keçib, görəsən nə söyləyib?! Necə dözüm ay Allah, necə dözüm bu dağa, Ad günündə oğlumu tapşırıram torpağa. İgid doğuldu oğul, şəhid doğuldu oğul, Vətənin göylərində yanıb kül oldu oğul. Yığışdı dostları, qonşular ad günündə, Ehsan verdilər ona, balamın şad günündə. Qoy sevinməsin düşmən, oğlum ölməyib mənim, Oğlum şəhiddir deyə, ana kimi öyünüm!!! 20. 01. 2008 NƏCİBƏ İLKİN
Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Respublikası Prezidenti Təqaüd Fondunun təqaüdçüsü, “Azad qələm” ədəbi-bədii, ictimai-publisistik qəzetinin və “Ali Ziya” ədəbi-bədii, elmi-publisistik jurnalının təsisçisi və baş redaktoru
Düz otuz üç ildi, az deyil, vətən. Axır gözlərindən azadlıq yaşı. Səni ürəyimin içinə çəkdim Bitdi gözlərimdə şəhidlik daşın.
Hər şəhid daşında dil açdı haqqın, Ədalət ummadın heç bir kimsədən. Sənin vətən andın, vətən harayın, Tırtıllar altında əzildi nədən..
Sərdin azadlığı qolların üstə, Qərənfil rəng aldı şəhid qanından. Baxdı gözlərini yumub sevənlər, Utandı sevgili çiçək adından.
Bu qan illərimin donmuş qanıydı, İsindi azadlıq nəfəsində o. Şəhid köynəyini geyib əyninə, Hayqırdı vətənin haqq səsində o.
Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Respublikası Prezidenti Təqaüd Fondunun təqaüdçüsü, “Azad qələm” ədəbi-bədii, ictimai-publisistik qəzetinin və “Ali Ziya” ədəbi-bədii, elmi-publisistik jurnalının təsisçisi və baş redaktoru
Gör nə vaxtdı görüşmürük əzizim, Nə var, nə yox, söylə halın necədi? Sənsiz keçən günlərimi sel yuyur Mənsiz keçən qeylü-qalın necədi?
İncələnib ürəyimin telləri, Həsrətimin ayağı yalın qalıb. Səndə mənim nəyim qalıb biımirəm, Məndə sənin bir ovuc gülün qalıb.
Ətrin qalıb hər qurumuş ləçəkdə, Xatirələr dağıdıb didir məni. Dur qarşıla, qapında dayanmışam, Son görüşdü, bir azca dindir məni.
Nə sehrdi bu qurumuş güllərdən, Əl götürüb ayrıla biləmmirəm. Bu nə sevda, bu nə əzab,nə dərddi, Nə yaşaya billəm, nə öləmmirəm.
Baxışlarım qonağındı hər gecə, Ümidlərim od tutub yanır indi. Mənim ürəyimdə qoyduğun sevgi.. Tək sənin başına dolanır indi.
“Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, Azərbaycan Respublikası Prezidenti təqaüd fondunun təqaüdçüsü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının GƏNCƏ Bürosunun Rəhbəri
Hansı ölüm yaxşıdı Ölümlərin içində? Bir dinclik tapmayıb Yorulub ölmək? Yoxsa Onun gözlərinə, baxışlarına Vurulub ölmək?
Ürəyimin içindədi, Əlimin çölündə yoxdu, İlahi, məni başa sal, İlahi, bilim dəə, yoxdu.
Ayağımdan çəkildi yol, Yıxıldım ürəyin üstə. Mən onun məhəbbətinə Tutuldum, heç nəyin üstə.
Kimsən, kiminləsən, Kimə aidsən? Səni sevmək istəyirəm, Müsaitsən? Sevgi nədir ki, guya? Bir şeyin ki axırı Əvvəlindən bəllidi. Amma, yenə Bu darısqal dünyamızın içində Bir qırıq təsəllidi. Ömür bölüşməli yaşımız deyil, Gəl ürək bölüşək, Gəl söz bölüşək. -Bir hüzün var ürəyimdə, Bilmirsən, Azalmaz, yüz bölüşək. Hə, nə deyirsən? Bir sən, bir də mən varam Bu tapmaca oyunumda, Əllərimi gizlətmişəm qoynumda, Taparsanmı itirsəm?
Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident mükafatçısı, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının BAKI Bürosunun Rəhbəri
Salam, Ömrüm biz tərəfə qar yağır, Don vurubdu üst qatını dənizin. Adam elə köpək kimi darıxır, Adam elə darıxır ki, əzizim…
Baxırsan ki, quş yuvası yiyəsiz, Baxırsan ki, ağacların barı yox. Yaşayırsan “bəlkə”lərsiz, “niyə”siz, Yaşayırsan, yarı varsan, yarı yox.
Bürünürsən keçən ilki pencəyə, “Üşüyərsən” – deyənin yox sazaqda. Gizli-gizli ağlayırsan gecəyə, Gülür sənə küçədəki uşaq da.
Baxırsan ki, dağınıqsan, pintisən, Yaşadığın qəfəsmidir, odamı? Tanımırsan öz özünü indi sən, Tanımırsan güzgüdəki adamı.
Salam, Ömrüm biz tərəfə qar yağır, Don vurubdu üst qatını dənizin. Adam elə köpək kimi darıxır, Adam elə darıxır ki əzizim…
Demirəm ki, dərin sular dayazdı, Balığın da ürəyi var demirəm. Xatirələr on iki ay payızdı, Yağışı var, küləyi var demirəm.
İnandırma “gün gələcək bir zaman”. Nə gün gəldi, nə o zaman-zamandı. Demirəm ki, həyat özü bir yalan,
Hər birimiz o yalana inandıq. Demirəm ki, duman oldu, çən oldu. Ona görə dönmədilər gedənlər. Hər gülüşün arxasında qəm oldu,
Ruhlarını uduzdular bədənlər. Demirəm ki, dar ağacı gül açıb, Budağını sinəm üstə əyirəm. Tanrı, sənə bu dəfə də əl açıb, Demirəm ki, demirəm ki… Deyirəm…
-Ad gününə anan qurban, ay oğul, bircə sağ-salamat gəlsəydin. Ürəyim yamanca darıxır, heç özümə yer tapa bilmirəm. Sona xala öz-özünə danışırmış kimi həm sevinir, həm də gözləri dolurdu. Gözünün ağı-qarası Nurlanın ad günü idi. Hələ ötən 25 ildə bir dəfə də olsun Nurlana ad günü keçirməmişdi. Nurlanın bir yaşı yox idi ki, atası Fərhad 1992-ci ildə Birinci Qarabağ müharibəsində Şuşa yaxınlığında qəhrəmancasına döyüşərək şəhid olmuşdu. Fərhad Rusiyada hərbi xidməti başa vurub gəlmişdi. Ancaq gələn kimi könüllü batalyona yazılmış, heç Rusyadan əynində gətirdiyi hərbi formanı soyunub dəyişməmiş ön cəbhəyə yollanmışdı.
Ay qızım, Nurlanın atası da getdiyi gündən bir dəfə də olsun evə gəlmədi. Qonum-qonşudan gedənlər aradabir gəlir, bir gün qalıb əyin-başların dəyişib gedirdilər. Nurlanın atası isə ağır yaralanana qədər bir dəfə də evə gəlmədi. Eh, sən mənə fikir vermə,- deyə Sona xala Aytənə tərəf döndü. Nurlan da eynən atası kimi, bu müharibə başlayandan nə yerini deyir, nə də bir dəfə evə gəlirdi. Çox şükür, indi deyəsən, müharibə qurtardığı üçün evə gəlir. Amma zabit yoldaşı var, deyir o məcbur edir ki, Ad günün çox yaxşı tarixə düşüb: gedək Zəfər günümüzün şadlığını sənin Ad gününə qatıb evdə şadyanalıq edək, anamızı sevindirək: bu 25 ilin nisgilini silək qəlbindən. Sona xala üzünü Aytənə tutub, fikrini davam elədi: -Görək Saşa Nurlanı gətirəcəkmi? Oğlumdan olsa, bilirəm ki, gələn deyil. Sənin gələcəyini də Nurlan dedi, ay qızım. Səninlə heç olmasa danışıb. -Hə, Fərhad əmi haqqında Nurlan danışıb. Sona xala, heç xatırlamadığım atamın arzusunu yerinə yetirir Nurlan. Atam deyərmiş ki, “Bircə o Bayrağı da sanca bilsəm Şuşamızın zirvəsinə…” Şükür ki, onu da indi yerinə yetirdi, ay Sona xala .Oradan mənə zəng vurmuşdu. Bayrağı taxdığı yerdən. Dedi ki, anamla danışa bilmirəm, dayım Sabirlə danışdım . -Hə, ay qızım, bacısı ölmüş sevindiyindən o qədər də ağlamışdı. Sabiri deyirəm, ey, qardaşımı. Dedi: “Ay bacı, çox şükür, Nurlan atasının o arzusunu , nəsiyyətini yerinə yetirdi: Bayrağımızı sancdığı yerdən zəng eləmişdi. Sonra şəkil də çəkiblərmiş, atmışdı mənə. Bax,Fərhadın o arzusu hər birimizin yadındad. O zaman Nurlanın 1 yaşı yox idi. Fərhad ağır yaralandığına görə gətirmişdilər. Nurlan kimi, atası da çox tərs idi – dediyinin üstündə durardı. Nə qədər çalışdılar, onu maşına mindirib həkimə apara bilmədilər. Eləcə Nurlanı qucağına alıb “dilsiz-ağızsız” körpəynən danışırdı elə bil. Nurlana sanki vəsiyyət edirdi: “Oğlum, igid balam, səni mən böyüdə bilmədim, bu, mənə qismət olmadı. Səni yaradanımız saxlayacaq. Sən hərbiçi, özü də zabit olacaqsan! Bax, ən böyük ata arzusu budur: mən uğrunda şəhid olduğum Şuşaya bayrağı sən sancasan! Mən əminəm ki, mənim balam qəhrəman olacaq. Sən igud bir oğul olmalısan Vətənimizə. Ananın qorunması, dərd çəkməməsi üçün Tanrım səni ona verib. Sən də onu qoru, oğlum! Anan Vətənindi, Vətənin də Anandı, oğlum! Bu müqəddəsləri qorumaq sənə ən vacib borcdu, oğlum! Sən ata qayğısı hiss etmədin, ata qucağında olmadın. Amma Ana ilə Vətən səni qoruyacaq, böyüdəcək, sən də onlara layiq oğul olacaqsan, buna inanıram!” O, Nurlanın üzündən, alnından , gözlərindən öpüb mənə uzatdı və dedi:
Nurlanı sənə , səni də Allaha əmanət edirəm! Şükür, oğlumla görüşdüm, amma, ona olan istəyimi çatdıra bilmədim: böyüyəndə nə biləcək atası onu necə çox istəyirdi?! Allaha əmanət olun, Sona … Nə deyəcəkdisə, sözünün arxasını gətirə bilmədi. Aytən, qızım, Nurlan bilinçiki çox xoşlayır. Sən bilinçik bişir, mən də aşı dəmə qoyacam, -deyib Sona xala qızılquş kimi qalxıb mətbəxə keçdi.
Hə, ana, Nurlan danışanda da mənə dedi ki, “bilinçiklə dovğa da hazırlayarsan. Yaman darıxmışam anamın bişirdiyi aş üçün”. Aytənin ona ana deməsi Sona xalanı daha da kövrəltdi. Sona xalanın Nurlandan başqa övladı olmadığı üçün qız uşağının ilk dəfə ona ana deməsi qəribə, maraqlı gəldi və həm də kövrəldi. Axı, Aytən də ana üzü görməyib… Nurlan qısa da olsa, Aytən haqda anasına danışmışdı.
… Nurlan xəstələnmişdi, hərbi hospitalda yatırdı. Aanası ona baş çəkməyə gəlmişdi. Aytəndən razılıq etdiyinə görə anada maraq oyanmışdı. Nurlan isə Aytən haqqında anasına danışmaq, dərdinin üstünə dərd artırmaq istəmirdi. Ana məcbur edib Aytənin kim və haralı olduğunu təkidlə tələb edəndə Nurlan danışmağa məcbur oldu. Axı, o, bu qıza yazığı gəlib, onu ömrünə yaxın duyduğunu, ona görə də ömür-gün yoldaşı seçmək istədiyini anasına necə danışacağına da çətinlik çəkirdi. …Aytənin atası da hərbiçi idi. Qarabağda münaqişə başlayandan silaha sarılıb kəndlərinin müdafiəsinə qalxmışdı. Onların kəndi ermənilər yaşayan ərazilərə yaxın olduğu üçün həmişə erməni quldurlarının basqınına məruz qalırdı. Buna görə də gecə-gündüz camaat ayıq-sayıq olmağa çalışırdı. Ancaq qışın soyuq, şaxtalı günlərinin birində erməni quldurları yenə gecəikən kəndə hər tərfdən hücuma keçdilər. Xeyli çəkən atışmadan sonra hərbi texnikanın gücü ilə erməni quldurları kəndi darmadağın edərək əliyalın kənd əhalisini öldürdüklərini öldürüb, əllərinə keçən dinc camaatını girov götürürlər. O zaman yeddiaylıq olan körpə Aytən anasının qucağlnda qarlı yollarla gecənin yarısı qardaşı Sabirin köməyi ilə Ağdama gəlib çıxırlar. Kəndin özünümüdafiə dəstəsindən bir xəbər-ətər yox idi. Aytənin atası Arifdən və digər postda olan döyüş yoldaşlarından da bir xəbər yox idi. Ermənilər həmin əraziləri tamamilə darmadağın edərək yandırmışdılar. Bir həftədən sonra Arifin və başqa üç nəfərin qəhrəmanlıqla sona qədər döyüşüb şəhid olduqları xəbərini gətirirlər. Ancaq onların şəhid olmaları da dəqiq məlum deyildi. Hamı fikirləşirdi: ya girov götürüldülər, ya da şəhid oldularsa da, ermənilər onların meyitlərini də apardılar. Kiçik körpəsi ilə qohum himayısinə sığınan Arifə ana balaca Aytəni atasız necə böyüdəcəyini ürəyinə salmışdı. İşə bax ki, hələ Aytənin 2 yaşı yox idi, anası ağır xəstələndi. Hara aparıldısa da, əlac olmadı. Müalicəsi mümkünsüz olan ağır xəstəlik Aytəni anasız qoydu. Aytəni tənha yaşayan bibisi Səmayə götürüb təsəllisini ondan alacağını dedi. Səmayə də dərd içində olmuş, yenicə evlənmişdilər. Heç bir ay deyildi ki, yoldaşı şəhid olmuşdu. Səmayə Arifin kiçik bacısı idi. Aytəni özünün övladı kimi saxladı. Aytən Tibb Universitetini əla qiymətlə bitirib hərbi hospitalda tibb bacısı işləməyə başladı…
Nurlan Hərbi Akademiyaya qəbul olub bu ali məktəbi bitirdikdən bu günə qədər bir dəfə də olsun hospitala ayağı dəyməmişdi. Bir balaca xəstələnmişdi. Komandir onu məcbur edib demişdi ki, get hospitalda müalicə al -Həm də təlimlərdə çox əziyyət çəkən sən olubsan. Bəlkə bir azca da dincini alasan orada. Nurlangil – bir qurup zabit xarici dövlətlərdə birgə keçirilən təlimlər və kursda iştirak etmişdilər. Nurlan hospitala gəldiyi iki gündə bu tibb bacısında o qədər doğmalıq hiss etmişdi ki, az qalırdı ki, onun yaxın qohumu olduğunu desin və sübut etsin. Üçüncü gün tibb bacısı onun təyinatı üzrə dərmanını verib gedəndə Nurlan özünü toplayıb onu yolundan saxladı: -Xanım qız, sizdən bir söz soruşummu? Siz haralısız?! Bəlkə də biz qohumuq, ya da bir bölgədənik, mənə yamanca doğma gəlirsən… Aytən duruxub Nurlana baxdı. Çaşlb qalmışdı. Nə deyəcəyini bilmədi. Sadəcə, gözləri doldu. Heç nə demədən çıxıb getdi. Nurlan bir həftə burada qaldı, daha doğrusu, qalmaq da istəmirdi. Amma o gündən bir də həmin tibb bacısını görmək istəyi də gücləndiyi üçün çıxıb getmək həvəsi yox idi elə bil. Çox maraqlı gəldi ona. Sonuncu gün həkimdən o tibb bacısının kimliyini soruşdu. Həkim gülümsündü: -Yoxsa… Nurlan həkimin nə deyəcəyinə imkan vermədi, tələsik dedi: -Həkim, yox, mənə çox doğma gəldi, vallah, dedim bəlkə biz tərəfdəndi. -Hə, siz tərəfdəndir, cənab mayor. İcazə alıb rayona getmişdi. İndi gələcək, bu gün işə çıxacaq. Amma çox ağıllı, savadlı, mehriban, həm də deyim də, çox qəlbiqırıq, nisgilli qızdı. Qəlbi çox yuxadı, söz deməmiş, göz yaşı axıdır… Bu zaman Aytən qapını döyüb içəri girdi. O, xəstəni indi mayor rütbəsində, baş həkimin otağında görüb geri qayıdıb çıxmaq istədi. Baş həkim ona qayıdıb otaqdan çıxmağa imkan vermədi: -Gəl, gəl, Aytən, qızım, gəl, yad adam deyil, mayor, həmyerlindi, bəlkə də qohumsuz. Aytən azca qızaran kimi oldu, başın aşağı saldı. Nurlan həkimə tərəf dönüb icazə istədi: -Həkim, biz palatada beş-on on dəqiqə danışa bilərikmi Aytənlə? Həkim də xəstənin istəynə cavab olaraq: -Buyurun, cənab mayor,-deyib, həm də yarızarafat hərbi vəziyyət aldı. Aytən qabaqda, Nurlan arxada palataya qayıtdılar. İllərin tanışı kimi Nurlan əvvəlcə kimlərdən olduğunu soruşdu ondan. Aytən bu günə qədər başına gələn bütün işləri təfsilatı ilə xəstəsinə danışdı. Vaxtilə ona da bunları bibisi Səmayə ona danışmoşdı. İndi də o, taleyini göz yaşları ilə Nurlana danışırdı. Nurlan dərindən bir ah çəkərək dilləndi: -Deyəsən, həyatımız oxşardı… Artıq hər ikisi də eyni talenin yolçuları olduğunu anlayırdılar. Aytənlə Nurlan illərin həsrətlisi kimi hiss edirdilər özlərini. Buna görə də Aytən başını söykəyib Nurlanın çiyninə göz yaşları ilə onun sinəsini islatmışdı: -Nədən oxşar talelərimiz var, cənab mayor” – deyə Aytən çəkilib ciddi bir vəziyyət aldı. -Bəs mənim də həyatım səninkindən həyatından ağrılı olub. Mənim də gənc anam saçının birini ağ, birini qara hörüb məni atamın arzuladığı hərbi məktəblərdə bu günə qədər oxudub, tək tənha yaşayıb… -Eh, nə yazıqlar ki, mən nə ata üzü görmüşəm, nə də ana nəvazişi. Çox şükür, bibim məni anam qədər sevub. Dərd budur ki, heç onun da həyatı düz gətirməyib…
-Aytən, qızım, yadındamı, nişanda da heç Nurlanın üzü gülmürdü? Elə hey gözü sənin axan göz yaşında idi. Bibin o tərəfdə göz yaşında, mən bu tərəfdə… Nə deyim, qızım, təki axırınız yaxşı olsun. Sona xalanın qəfil danışmağı Aytəni iki il bundan əvvəlki xəyallarından, fikrindən ayırdı: -İki ilə yaxındı ki, siz nişanlısız, vallah, anası ölmüş Nurlan heç elə bil nişanlı deyil – bir dəfə də olsun toy haqqında bir söz açmır. Eləcə “…bu işlərimiz yoluna düşsəydi, bircə əmr verilsəydi, bu murdarlardan qisasımızı alardıq”,-deyir. Ay qızım, daha mənim də ümidim yoxdu yaşamağa, Allah qoysa, bu yaydan o yana qoymuyacam sizin toyunuzu. Aytən utanırmış kimi aradan çıxmaq istədi, amma Sona xala buraxmadı: -Dayan, qızım, bu gecə də elə axşamdan səninlə Sabir dayınla çox uzaq keçmişdən danışdıq. Bir maraqlı və qorxunc yuxu gördüm. Allah xeyir eləsin, qızım, amma yaman darıxır ürəyim anası ölmüş üçün. Bircə gəlib çıxsaydı… Allah xeyir eləsin, qızım, buralarda axar çay da yoxdu, həmişə belə yuxunu axar suya söyləyərdilər. Həə, bu gecə o bədbəx Fərhadı gördüm – Nurlanın atasını deyirəm. Heç elə bil illər keçməyib ey, lap o cavan vaxtlarındakı kimiydi – gözəl, gümrah. Nurlan da gəlmişdi, həm də hərbi geyimdə idi ikisi də. Nurlanı qucaqlayıb elə ağlayırdı, elə ağlayır və deyirdi: “…Sənə qurban olum oğlum. Sənin igidlərin səninlə o qayalarla, o keçilməz sədlərlə Şuşaya necə çıxdı?! Biz hamımız sizi görürdük, oğlum, hər kəs mənə gözaydınlığı verir, səni göstərirdi. Sənin igidliyin hər birimizi ruhlandırırdı. Səninlə fəxd etdiyimizi sənə çatdırmağı deyirdilər. Sənə qurban olum, oğlum, sən ata vəsiyyətini necə eşitmişdin? O zaman çox körpə idin axı. Həə, yəqin bunu sənə anan və səni yaradan Allahımız deyib. Sən mənim qəhrəman balamsan! Üçrəngli bayrağımızı ora sancanda əlacımız olsaydı, səni başımız üzərində bu evə gətirərdik. Diqqətli ol, oğlum, sənə hiylə işlədərlər. Sənə tələ qurarlar, hər addımını diqqətli at. Səni canından çox sevən şəhid qardaşlarının ildönümündən sonra toyunu edərsən. Anana muğayat ol. Aytəni anana qız balası verib, Allaha qurban olum. Bu ərəfələrdə sənin həyatına qəsd etmək istəyənlər var, oğlum, diqqətli ol. Çox ehtiyatla hərəkət edərsən. Bax, o yüksək zirvədə sənə bir ev tikmişəm, oğlum, Aytən balamla, ananla orada xoşbəxt yaşayın! Anana muğayat ol…” Bir də baxdım kimsə yoxdu bu nə yuxu idi məni tutdu? Vallah elə darıxıram. Bircə dəfə anası ölmüş gəlsəydi…
…Hava qaralırdı, amma Nurlan hələ də gəlmirdi. Özü də zən edəndə Saşa ilə birgə danışırdı. İlk hərbi məktəbə gedən gündən Saşa ilə dostluq edirdi. Heç adını mənə demədi. Nurlan eləcə Saşa deyirdi. Aradabir onun maşını ilə gəlmişdilər . -Ay qızım, heç nişan mənim ürəyimcə olmamışdı. Amma, bax, bu AD GÜNÜ Nurlanın özünün və Saşanın fikri idi. Nurlan dedi ki, “ana, bax, mənim 25 yaşımdır – subaylığın yubiley yaşı. Unutmamısan ki, atam 25 yaşında şəhid olub. Ona görə də mənim bu 25 illiyim yaddaqalan bir gün kimi olsun. Ürəyimdən keçib ki, atam 25 yaşında şəhid oldu, mən qalib komandir. Bu, bizə bir xatirə kimi qalsın, şəkillərimiz olsun”. Gör nələr fikirləşir bu yaşda oğlum, ay bala,-deyə Sona xala dərin köks ötürdü…
…Keçmiş məcburi köçkünlərin məskunlaşdığı yataqxananın həyəti böyük olduğu üçün gələn maşınlar çox zaman nəzərə o qədər də çarpmırdı. Həyətə bir hərbi maşın, arxasınca hərbi ambulans, onun arzşxasınca bayraqlarla bəzədilmiş mülkiavtomobillər həyətin ortasında dayandı. Sona xala çoxmərtəbəli binanın birinci mərtəbəsində yaşayırdı. Pəncərədən həyətə toplaşan maşınları görüb Aytəni səslədi: -Ay qızım, Nurlangil gəldilər, gəl bir çıxaq qabağına, amma, deyəsən, çox adam gəlib onlarla birlikdə. Anası ölmüş niyə də xəbər eləməyib əvvəlcədən ki, yaxşı hazırlıq-zad görək. Birinci dəfədir ki… Ana tələsik əllərini yaxasına bağladığı önlüyə silib özünü çölə atdı. Aytən də Sona xalanın ardınca. Ancaq nə hərbi, nə də mülki maşınlardan bir nəfər yerə düşmək istəmirdi. Sona xala əvvəl hərbi maşına baxdı. Kimsə düşmürdü, sonra hərbi ambulansa baxdı. Yenə kimsə düşmürdü. Çaşıb ortada dayanan çarəsiz ana heç nə başa düşmürmüş kimi birdən hərbi maşına tərəf yüyürdü. Axı, Nurlanı axı iki aydı heç gözü ilə görmürdü.
Oğlum! Nurlan, hardasan?! Niyə məni üzürsən?! Düşsənə! Saşa, ay Saşa, sən hardasan?! Sona xala hərbi maşına yaxınlaşanda Saşa onu qucaqladı. Ana heç nə başa düşmürmüş kimi qıyya çəkdi: -Ay oğul, bəsdir mənim ürəyimi partlatmayın axı! Nurlan! Ay Nurlan, hardasan, düş görüm?! Saşa Sona xalanı bərk-bərk qucaqlayıb hönkürdü. Aarada onun qulaqlarına bir fəryad gəlirdi. Bu, oğlunun 25 yaşını ömründə ilk dəfə təmtəraqla keçirmək üçün hazırlıqları bitirib yolunu gözləyən bir ananın səsi, harayı, nifrini idi: -Ay elim-obam, Nurlanımın və atasının 25 illiyidir! Yubileyidi, gəlin! Özü də başda oturacaq! AD GÜNÜdü balamın, niyə durdunuz, Saşa, oğlum!? Keçin, keçin içəri, süfrəmiz hazırdı. Sizi gözləyir oğlum…. O gecə yataqxana həyətində bayrağa bükülmüş üç əziz cənazə vardı. Bu əziz insanları doğma eli yana-yana qoyub ağı deyib ağlayırdı.. Ananın ürəyi dayanmış, qara taleli Aytən də zəhər içib Nurlanla “eyni ev”də yaşayacağından ayrılmamışdı. Axı, atası o Uca Zirvədə onlara bir ev tikdiyini demişdi anasına… SON
Anamı yuxuda görmüşəm dünən, Yuxuda bir ömür sürmüşəm dünən Anam evimizə dönmək istəyir, Görünmək istəyir, görmək istəyir, İpək kəlağayı salıb başına Qayıdıb gəlinlik, qızlıq yaşına Bəzənib elə bil, o, toya gəlib Mənim ad günümdə Poyluya gəlib.
Analar unutmur balalarını, Tanrım, anaların dualarını, Bizim üstümüzdən əskik eləmə, Qadın kəsik olur, kəsik eləmə. Anam gördüyünə məəttəl qalıb Nə ocaq yeri var, nə çəpər qalıb, Nə qapı bacadan əsər əlamət, Kimdən soruşsun ki, kimindi həyət Qalxıb pəncərədən baxır yuxarı Nə ev var, nə evin köhnə şeyləri.
Sənəyi var idi götürübdülər, Su daşı var idi itiribdilər, Divardan gəvəni qoparıbdılar Söküb taxtımızı aparıbdılar Üstü müşəmbəli çörək stolu O da gözə dəymir yerində yoxdur
Deyirəm ay ana, ev bizimkidir, Divarlar bir idi, indi ikidir, Mebel alıbdılar təzə, qət-təzə, Parket döşəyiblər kənd evimizə Kran çəkibdilər təzə su gəlir, Dağların kəndlərə havası gəlir. Bir az aralıda bizim doqqaza Qızılgül əkiblər bizim doqqaza.
Anam evini tanıya bilmir, Anam yolu-izi tanıya bilmir. Yol onu tanıyıb gətirib evə Tale talesizi tanıya bilmir Evinin yerində evini gəzir Mən onu gəzirəm, o məni gəzir Anam baxa-baxa qayıdıb gedir Məni də yuxudan ayıldıb gedir…
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Qazax Bürosunun Rəhbəri.
Allah eşqinə, bundan sonra bir-birimizin əlini buraxmayaq!
– Biz səninlə zamansız rastlaşdıq, Yusif.
– Zamansız deyil. Vaxtında rastlaşdıq. Sən zamansız deyirsən.
– Gecdi artıq. Qatar keçib. Nə qədər qaçsaq da, çata bilməyimiz mümkün deyil. Mən sizin evdə arzuolunmayan insan kimi yaşaya bilmərəm.
– Həyatda mümkün olmayacaq iş yoxdur – tək ölümdən başqa. Mən səni ölümünə sevdim.
Onlar söhbətlərini davam edirdilər. Ürəklərində olan nisgilə, həsrətə etdikləri söhbət dərman deyildi.
– Sənin şərəfin, amalın o qədər müqəddəsdir ki, Yusif!
– Sənin dürüstlüyünün heyranıyam! Əlini tut əlimdən. Söz verirəm, səni xoşbəxt edəcəm!
– Gecikmiş sevgi əlçatmaz qalmalıdır.
– Heç nə gec deyil!
Artıq şər qarşmışdı. Göz-gözü görmürdü. Parkda onlardan başqa kimsə qalmamışdı. Hamı evinə getmişdi. Onlar isə nə əl-ələ tuta bilirdilər, nə də ayrıla bilirdilər.
“Bu sevgi hardan gəldi başıma, bu, nə iş idi düşdüm”, – deyə-deyə Aydan ayağa durdu. Yusif isə gözlərini Aydanın gözündən ayırmırdı.
– Demək sən məni sevmədin, ay üzlüm.
– Mən sənə aşiq oldum. Vuruldum. Sən mənim Vətən Eşqim, yurd sevgimsən! Bundan gözəl sevgimi var?
– Əgər sevsəydin…
– Axı sən nə biləsən mən nələr çəkirəm. Bu eşq məni xəstə saldı. Sən yenə də inanmadın.
– Mən sənə özüm kimi inanıram. Ay üzlüm, sənə söz verirəm, biz xoşbəxt olacağıq.
– Bu, mümkün deyil. Sən də yaxşı bilirsən!
– Niyə mənə inanmırsan? Mənə inan. İnan ki, səni çox sevirəm.
– Sənə inanıram, Yusif. Ancaq ailənizdəki istək sən deyəni demir.
– Yaxşı, sabah ön xəttə yollanıram. Söz ver ki, yolumu gözləyəcən.
– Qartal baxışlım, mən səni tək bu dünyam üçün deyil, o dünyam üçün də sevdim. Əgər o dünyada mənə öz yarını seç deyə, bir seçim verilsəydi, yenə də səni seçərdim.
Yusif Aydanı evlərinə kimi ötürdü. Qapının önündə Aydan Yusifin boynuna sarıldı:
– Vətən qoxulum, qartal baxışlım, yolunu gözləyəcəm. Səni çoooox sevirəm. Mən səni sevdiyim qədər kimsəni sevə bilmədim. Yenə də səni düşünərək ayrı yaşamağımıza qərar verirəm. Elə bilirsən mənə asandır? Xeyr, çətindir! Çox çətindir. Mən sənin yolunda fədakarlıq edirəm, Yusif! Axı sənin…
– Heç nə söyləmə, ay üzlüm. Səni çooox sevirəm!
Onlar sağollaşıb ayrıldılar. Yusif siqareti yandırıb maşına əyləşdi. Aydan isə liftə necə daxil olduğunu, evin qapısını necə açdığını belə, unutdu. Bir də o zaman ayıldı ki, hamam otağında əllərini yuyur, güzgüyə nəzər edəndə qızaran gözlərindən yağan həsrət yağışını müşahidə etdikcə daha da bərkdən ağlamağa başladı.
Yusif isə maşında siqareti siqaretin arxasınca yandırır. Hər siqaret bitəndə özünü bitmiş hesab edir. Həyata tutunmaq üçün yenidən siqaret yandırırdı. Maşını həyətdə saxladı. Yavaş-yavaş pilləkanları qalxmağa başladı. Anası gülə-gülə qapını açdı.
– Balama qurban olum, nə yaman gec gəldin?
– İşim var idi, ana.
– Görürsən bunları?
– Bunlar nədir ana?
Yusif qonaq otağında bəzədilmiş xonçalara baxanda sanki onu ildırım vurdu.
– Anan boyuna qurban, sabah dayıngilə gedəcəm. Nigarın ad günüdür. Həm təbrik üçün, həm də üzük taxacam. Əlimizdə böyüyüb. Tərbiyəli qızdır. Dayınla da danışmışıq. Nigar da razıdır.
– Ana, sabah elçi gedirsən, ancaq mənim razılığım olmadan.
– Sən ananın ağıllı balasısan. Sözümdən çıxmazsan.
– Ana, mən bu evliliyə razı deyiləm.
Yusif sözünü deyib yataq otağına keçdi. Ağzıüstə necə uzandısa, elə də yuxuya getdi. Gecə saat 3-də həyacan siqnalı verildi. Yusif cəld oyanıb hazırlaşdı. Ailə üzvləri ilə sağollaşıb yola düşdü. Hərbi heyət Cəbrayıl istiqamətinə göndərildi.
Aydan yuxudan oyandı. İnternetə baxdı. Dostlarından biri “Qarabağda döyüş başlayıb” yazısı adı altında xəbər paylaşmışdı. Xəbəri oxuyub qurtardıqdan sonra diksindi. “Yusif!Yusif! Yusif!”, – deyə öz-özünə qışqırmağa başladı. Telefonu götürüb Yusifə zəng etdi. Yusifə zəng çatmırdı. Aydan ağlayırdı. Necə də olsa, Yusifdən xəbər tumağa çalışırdı. Onun ən yaxın dostlarına zəng
etdi. Nə Aqşinə, nə də Rüstəmə zəng çatdı. Aydan təkrar qayıtdı ki, internetdən xəbərləri oxusun. Artıq internet də kəsilmişdi. Evdə dəli olacaqdı sanki.
Həyətə düşdü. Qonşulardan yeni bir xəbər öyrənməyə çalışdı. İnsanlar müharibə başlayıb deyə, sevinirdilər. Hamı bir nəfər kimi: “Müharibəyə aparsalar, mən də gedərəm” deyirdi. Aydan həyətdə olan insanlardan da Yusifin yerini öyrənə bilməyəcəyini anladı və evə döndü. Televizoru açdı. Xəbərlər başlamışdı. Jurnalist xanım sevinclə, göz yaşları içində Füzuli və Cəbrayılın kəndlərinin işğaldan azad olunması xəbərini deyirdi: Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində Füzuli rayonunun Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Əbdürrəhmanlı kəndləri Cəbrayıl rayonunun Böyük Mərcanlı, Nüzgar kəndləri, Ağdərə və Murovdağ istiqamətlərində yüksəkliklər işğaldan azad olunub. Aydan sevinirdi. İnanırdı ki, qazanılan qələbədə Yusifin də payı var.
Xəbərlər bitər-bitməz Yusifdən mesaj gəldi: “Salam, ay üzlüm. Narahat olma, düşməni məhv edirik. Qələbə bizimdir”.
Aydanın üzü güldü. Əllərini Göyə açıb dualar etməyə başladı. Rəfiqələri ilə əlaqə saxladı.
– İnternet kəsildiyi üçün narahatam. Cəbhədən gələn xəbərlərdən məlumat almaq çətin olur.
– Aydan, yəqin xəbərlərdə deyiləndə eşitdin. Vəziyyətlə əlaqədər Azərbaycanda internetə məhdudiyyət qoyulub. Ancaq xarici şəbəkələr üzərindən internetə qoşulmaq mümkündür.
Aydan Gülçindən intenetə qoşulmağı öyrəndi. Hər an, hər dəqiqə internetə daxil olur, xəbərləri öyrənməyə çalışırdı.
44 gün Aydanın ömrünə 44 il kimi yazıldı. Canından çox sevdiyi Yusif üçün hər an dua edirdi. Hər Şəhid xəbəri eşidəndə Aydanın dizləri əsir, taqətdən düşürdü. Ali Baş Komandan İlham Əliyevin çıxışlarını diqqətlə izləyir. Rayonlar işğaldan azad olunduqca Aydanın sevinci aşıb-daşırdı.
8 noyabr 2020-ci il. Prezident İlham Əliyevin çıxışını Aydan səbrsizliklə gözləyirdi. Yusifdən 20 gündən artıq idi ki, heç bir xəbər yox idi. Aydan həyacanla televizorun qarşısında gözləyirdi. Ali Baş Komandan çıxışa başladı: “Əziz həmvətənlər, əziz bacılar və qardaşlar, böyük fəxarət və qürur hissi ilə bəyan edirəm ki, Şuşa şəhəri işğaldan azad edildi. Şuşa bizimdir! Qarabağ bizimdir! Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Bütün şuşalıları ürəkdən təbrik edirəm! İyirmi səkkiz il yarım işğalda olan Şuşa azad edildi. Şuşa indi azaddır. Biz Şuşaya qayıtmışıq. Biz bu tarixi qələbəni döyüş meydanında qazandıq”.
Aydan sevincdən hönkürtü ilə ağlamağa başladı. Öz-özünə Yusiflə danışmağa başladı: Yusif, 44 gündür sənin adına yazdığım sətirlər hərdən yaş olub gözlərimdən axır, hərdən də ox olub ürəyimə batır. Yolunu gözləyirəm. Hardasan?
Göz yaşları içində telefonu əlinə götürdü. Yusifə mesaj göndərdi: “Qartal baxışlım, hamıdan xəbər çıxdı. Səndən xəbər çıxmadı”.
Şərəfli döyüş yolu keçmiş Yusif Şuşada idi. Azad olunan evlərin birində döyüş dostları ilə bərabər oturmuşdular. 30 illik həsrətdən sonra Şuşadakı evlərə Azərbaycan oğullarının qədəm qoyması tarixi hadisə idi. Telefonun enejisi bitdiyindən Aydanın mesajı Yusifə çatmamışdı. Dostlarından “powerbank” aldı. Telefon enerji yığdı. Yusif telefonu açdı. Aydanın mesajı gəldi. Dərhal cavab yazdı: “Məndən nigaran qalma, Aydanım. Çox Şükür. Şuşamız!” Aydan mesajı oxuyan an gözlərinə işıq gəldi. Dərindən nəfəs aldı. Sanki dünyaya yenidən gəldi. Allaha dualar etməyə başladı.
Müharibə bitdikdən bir ay sonra Yusif gəldi. Şuşanın qarlı, əzəmətli dağlarından Aydana bir ovuc Vətən torpağı gətirmişdi. Aydan Yusifi möhkəm-möhkəm qucaqladı: “Daha sənin əlini buraxa bilmərəm, Yusif!”
Elə bu vaxt anası Yusifə zəng etdi.
– Hardasan ay oğul, qohum-əqraba yığışıb səni gözləyir.
– Gəlirəm, ana.
– Gəl, anan qurban. Sənə elçi gedəcəm.
– Ana, bu dəqiqə o söhbətin yeri deyil.
– Bilirəm oğlum, niyə elə deyirsən? Əsəbləşmə. Niyyət etmişdim döyüşdən sağ-salamat qayıt, sevdiyin qızı alacam sənə. Şükür Allaha sağ-salamat qayıtmısan. Gəl, elə bu saat Aydangilə elçi gedəcəm.
– Gəlirəm, ana!
“Sən mənim aşiq olduğum insansan. Allah eşqinə, bundan sonra bir-birimizin əlini buraxmayaq”, – deyən Yusif Aydanı bərk-bərk qucaqladı!
Yola salmaqda olduğumuz ilin əsas ədəbiyyat hadisələrindən biri də Qubada keçirilən SilkWay Beynəlxalq Ədəbiyyat Festivalının Azərbaycan turu oldu ki, 32 finalçının əsərlərindən ibarət Antologiya üzümüzə gələn il “Azərkitab” Yayınlarında nəşr olunacaq. Festivalın rəsmi media dəstəkçisi olan “Ədəbiyyat və incəsənət” portalı antologiyaya daxil ediləcək əsərlərlə oxucularını tanış edir.
Nigar Arif ( Ağalarova İlqar qızı)
1993-cü il 20 yanvarda Mingəçevir şəhərində anadan olub.
2003-2009- cu illərdə Mingəçevir şəhər Üzeyr Hacıbəyov adına 3 saylı “Uşaq Musiqi Məktəbi”ndə piano üzrə təhsil alıb.
2010-2014- cü illərdə ADPU- nun filologiya fakultəsində “ingilis dili müəllimliyi” üzrə təhsil alıb.
2016–2018- ci illərdə fəaliyyət göstərən Azərbaycan YazıçılarBirliyi və Mədəniyyət Nazirliyinin birgə layihəsi olan III “Gənc Ədiblər Məktəbi”nin məzunudur.
2017-ci ildən “Dünya Gənc Türk Yazarlar Birliyi”nin üzvüdür.
2020- ci ildən Mərakeşdə “Beynəlxalq İnsanlıq və Yaradıcılıq Forum”unun üzvüdür. Dünyada sülhün təminatında yaradıcılıq xidmətlərinə görə bu forum tərəfindən 2022-ci ildə “Dünyanın ən yaxşı medalı”na layiq görülüb.
2021-ci ildən Özbəkistanda “Orta Asiya Yazarlar Birliyi”nin üzvüdür. Həmçinin bu birlik tərəfindən ‘Yangi Ovoz” ordeni ilə təltif olunub.
2022-ci ildən Çində “CHINA POETRY CIRCLE” beynəlxalq jurnalının redaksiya heyətinin üzvüdür. Çin festivalında “Mükəmməl Gənc Yazar “ adına layiq görülüb.
2022-ci ildən Qırğızıstanda “Beynəlxalq Yazarlar Birliyi”nin üzvüdür.
2019-cu ildə Bakıda ədəbiyyat üzrə IV LİFT Festivallar Festivalının, 2020- ci ildə Kolumbiyada keçirilən məşhur “Medelyin Dünya Şeir Festivalı”nın iştirakçısı, eləcə də Hindistan, Çin, İtaliya üzrə bir çox dünya şeir festivalları və layihələrinin iştirakçısı olub, mükafat və sertifikatlarla təltif edilib. Şeirlərindən bəziləri türk, rus, ingilis, ispan, ərəb, fars, çin, hind, portuqal, italyan, urdu kimi dillərinə tərcümə edilərək dünyanın bir çox ölkələrində dərc olunub, “ Barış” şeirinə İtalyada mahnı bəstələnib.
Həqiqətən də xanım yazarların şeirləri daha səmimi, daha kövrək, daha duyğusal olur. Yalnız onlar deyə bilərlər ki, div boyda arzuların cırtdan ayaqları var…
“Ədəbiyyat və incəsənət” portalının “Güneydən gələn səslər” rubrikası çox sevilir. Burda dərc edilən şeirlərin müəllifləri həmin şeirlərin əksəriyyətini İranda dərc edə bilmirlər. Təbii ki, hakim fars rejimi türklərin bu azadlıq hayqırtılarından qorxur.
Portalımızın əslən Təbrizdən olan Güney Azərbaycan təmsilçisi Əli Çağla bu dəfə sizlərə Sürəyya Xəliq Xiyavinin şeirlərini təqdim edir.
Qeyd edək ki, yazıların orfoqrafiyasına toxunulmur.
Sürəyya xanım Xəliq Xiyavi 1974-cü ildə Xiyox şəhərində dünyaya göz açmışdır. Xiyov, Təbriz, Ərdəbil şəhərlərində təhsil etmiş və Ədəbiyyat fakültəsini Yüksək maqistra qədər oxumuş və ədəbiyyat öyrətməni kimi çalışmışdır. Sürəyyanın iki kitabı nəşr edilmiş, birinin adı isə “Şəhər yeri qızı” adında olmuşdur. 2018-ci ildə Pərvin Etisami adına qurulan ədəbi beynəlxalq festivalında birinci ödülü qazanmışdır. O, İndi isə Ərdəbil şəhərində yaşayır.
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Qazax Bürosunun Rəhbəri.
“Oxucuların yaradıcılığı” rubrikasında Səbinə Yusifin “Onun adı nə idi?” hekayəsini təqdim edirik.
Bu hekayəni sevgilisini, nişanlısını Vətən uğrunda itirmiş qızlarımıza həsr edirəm.
-Siz heç sevdinizmi?
-Bəli, sevdim. Vətən kimi müqəddəs, torpaq kimi əvəzolunmaz bir sevgi ilə sevdim.
-Bəs indi nədən tək yaşayırsınız? –deyə tələbələr ona sual etdilər.
Gülzar müəllimə eynəyini çıxarıb göz yaşlarını silməyə başladı.
-Bizi bağışlayın, müəllimə.
-Elə deməyin, övladlarım. Məni siz ağlatmadınız.
İşlədiyi kollektivdə istiqanlılığı, diqqətcilliyi, mehribanlığı ilə seçilən Gülzar xanım tələbələrin də sevimlisi idi. Nə qədər gülərüz olsa da, bir o qədər zəhmli idi. Tələbələr onun dərsinə həmişə hazır olardılar. Tədris etdiyi ədəbiyyat fənninə böyük sevgi qatıb öyrədərdi tələbələrinə. İmtahan vaxtı Gülzar xanımın dərs dediyi tələbələr xüsusilə seçilərdi. Bu il onlar sonuncu kurs idilər. Gülzar xanım onlarla həm ana, həm bacı, həm dost idi. Bu səmimiyyətdən istifadə edib tələbələr Gülzar xanıma bu sualı ünvanladılar. Yeni dərsin mövzusu məhəbbət dastanları idi. Dərsi izah edən müəllimə ona qəfil ünvanlanan sualın təsirindən istər-istəməz 30 il əvvəli xatırladı. Müharibənin odlu-alovlu illərini. Qarabağın işğal olunduğu o ağrılı-acılı illəri xatırladı.
-Əzizlərim, siz həyatınızın ən gözəl illərini – gənclik illərini yaşayırsınız. Siz baxdığınız hər nə varsa, sizə bir söz söyləyir: “Sevgi”! Siz xoşbəxt gənclərsiniz ki, artıq Qarabağ işğaldan azad olunub. Allah Şəhidlərimizə rəhmət eləsin. Qazilərin, zabitlərin, əsgərlərin canları həmişə sağlam olsun. Mənim sevdiyim insan da zabit idi. Vətən üçün hər an ölümə getməyə hazır idi. Qarabağ işğal olunmuşdu. Qarabağın işğalına dözə bilmirdi. Müstəqil Azərbaycan Respublikasında təhsil alan ilk zabitlərdən idi. Biz onunla eyni yurdun övladları idik. İnstitut illəri Bakıda tanış olmuşduq. O vətənpərvər gənc idi. Qarabağın işğalı ona da ağır təsir etmişdi. Bu itki ilə barışa bilmirdi.
-Müəllimə, olar bir sual verim?
-Buyur, qızım.
-Onun adı nə idi? Niyə öz adını demirsiniz?
-Bilirsən qızım, onun haqqında niyə öz adı ilə danışmıram? Çünki o Vətən amalı ilə yaşayan Qəhrəman idi. Onun özü bir yana, adı da mənim qibləmdir. Mən onu öz adı ilə çağırmadım. Mən ona Vətən Sevgim deyirdim. Elə siz də onu bu adla tanıyın. Bizi bir dəyər birləşdirmişdi – Vətən! Hərbi Akademiyanı bitirdi və ön cəbhəyə təyinat aldı. İkimiz də çox xoşbəxt idik. İkimiz də ali təhsilimizi başa vurmuşduq. 4 il idi tanıyırdıq bir-birimizi. O, mənə sevməyi öyrətdi. Yadınızda saxlayın, Vətəni sevən kişilər sevgilərinə sadiq olurlar. Həm də çox mərhəmətli olurlar hər kəsə qarşı. Mən sevgini də ona görə sevdim. O məni həmişə qorumağa çalışdı. Bakıda oxuduğumuz illərdə mən özümü kəndimizdə yaşayırmış kimi hiss etdim. Çünki mənim arxamda o dayanmışdı. Onunla bir yerdə addım atanda elə bilirdim, əl atsam göydəki ulduzları belə dərə bilərəm. Çünki onunla Göylər də əlçatan idi. Hərdən öz-özümə deyirdim: Yatsaydım, belə bir xoşbəxt həyat yuxuma da gəlməzdi. Bəlkə də öz sevgimə özümün gözü dəydi. Çünki bizim sevgimiz bir başqa idi. O, mənimlə görüşə elə gəlirdi ki, heç yolun da xəbəri olmazdı. Elə Abbas Tufarqanlının dediyi kimi:
Qədəm qoyub yar bağına gələndə,
Elə gəl, elə get, yol inciməsin.
Şəkər ləblərindən mənə busə ver,
Dodaq tərpənməsin, dil inciməsin.
O da görüşə elə gələrdi ki, yol da inciməzdi. Hamıdan xəbərsiz, bəxtəvər bir sevgi yaşadıq. İnstitutu bitirdik. O, ön cəbhəyə yollandı. Mən də kəndimizə. O vaxtlar mobil telefonlar satışa yeni gəlmişdi. Hər adamda yox idi. Yanvar ayı idi. Ev telefonumuza zəng gəldi. O, idi. Məzuniyyətə gəldiyini, məni görmək istədiyini dedi. Mən də evdən rəfiqəmlə görüş adı ilə çıxdım. Məhəlləmizin qurtaracağında görüşdük. Elə bil dünyanı mənə verdilər. Çox az söhbət etdik. Dedi, birdən görən olar, sonra atangilə deyən olar. O, istəmirdi ki, mənim haqqımda kimsə bir kəlmə artıq söz danışsın. Sevgisinin ucalığından idi. Məni hər addımda qorumağa çalışırdı. Əlindəki hədiyyə qutusunu mənə verib sağollaşdı. Onu elə möhkəm qucaqladım ki. Polad kimi möhkəm idi. Ətrini hələ də unutmamışam. Cənnətin ətri var idi onda.
Müəllimə gözünü qurulayıb davam etdi:
-Evə gəlib hədiyyəni açanda gördüm ki, bir mobil telefon var, bir də bir məktub. Məktubda yazmışdı: “Sən bu dünyada ən çox güvəndiyim insansan. Sənə inanıram. İnanıram ki, sən sevgimizə sadiqsən. Sən mənim nəfəsimsən. Nəfəssiz durmaq olmur. Bu telefonu sənə hədiyyə etdim ki, heç olmasa həftədə bir dəfə də olsa sənin səsini, nəfəsini eşidim”.
Hamıdan gizlin, hamıdan xəbərsiz həftədə bir dəfə ona zəng edərdim. Ayrılmaq istəməzdim. Vaxt elə tez gələrdi ki. Onunla danışdığım dəqiqələr elə qiymətli idi ki. Telefonda onun nəfəsini duyanda dünyanın ən xoşbəxt insanı olurdum. Həmin gün anam mənə nə qədər ev işi gördürsə belə yorulmazdım. Bilirsinizmi, sevgi insanı güclü edir. Mən onunla birlikdə elə güclü idim ki…
Böyük ümidlə, böyük arzu ilə gözləyirdim qovuşacağımız günü. Bir gün axşam saat 8-də atam xəbərlərə baxırdı. Aparıcı xanımın dediyi cümlələri eşidəndə dünya gözlərimdə qaraldı: “Bu gün səhər saatlarında ermənistan ordusu tərəfindən atəşkəs yenidən pozulub. N saylı Hərbi Hissənin zabiti düşmənin açdığı snayperdən Şəhid olub”.
Gözümü açanda xəstəxanada idim. O zaman artıq hər kəs xəbər tutdu bizim sevgimizdən.
Ondan mənə bir məzarı yadigar qalıb, bir sevgimiz, bir də Vətən.
O mənim dünyam idi. Dünyamı da apardı özü ilə.
Onunla birlikdə addımladığımız küçələr indi mənim ən isti yuvamdır. Sizə bir məsləhətim var: Elə sevin ki, heç vaxt heyf deməyin.
-Müəllimə, siz heyslənmədiniz? Tək qaldınız. Tək yaşlandınız.
-Bir dəfə də olsun heyf demədim. Çünki mən bir Qəhrəmanı sevdim. Kim deyir ki, mən tək qaldım. Mən Vətən boyda bir sevgiyə sahibəm!
Dışarıda yağmurlu sisli Bakü havası Dalıp gittiğim penceremden Uzattığım ellerimde Islanan yağmurun kokusu Biraz serin, biraz soğuk Biraz da keyifli doğrusu… İşte tam da Sonbaharın bittiği yer burası Ağaçlardan yavaş yavaş Yaprakların süzülerek dökülüşü, Biraz ürkek, biraz yaslı, Biraz da hüzünlü kokusu… Nasıl da ters hayat böyle Tabiat yapraklarını dökerken İnsanlar giyiniyor Anlamak güç doğrusu…
Ömrümün ayazında, bakıp yıldızlara Sayrışıp görüşürüz Görmesem ben uzakları, içimde dertleşir Uzaklaşır uzaktan uzaklar Paylaşır içimde uzağın sevgisini Bir yaz nağmesi yaz teravati Aşkı çiçeklendi ömrümün sonbaharında Bulutlar almış başınıAnlıma konmuş duman Büyük umman deniz derya Cefalar içinde süren canım Uzaklarda bir aşk gözlerimde yaş Bekler seni Olmadı yan yana Koyduk adımızı hep bir an Kitaplar üzerinde yan yana Biz yandık uzaklara Pervane gibi şamlara mumlara Hasreti sokakların şehir bohçasında bitirdik Adımızı ömür duvarı kitaplara, Kitap sayfalarına yazdık Sihirli bir meleğin verdiği vahden Kurtulmuş ölümden bir canın Hırsla seyrettiği dünyadan Bir nağme koşup aldı canımı Baharın sonbaharın ömrümde Baharlarımda gezdin can damarlarımda Süzdün rüyalarımda Adını yazdırdım Yüreğimin köşesine Ebediyen duvarlarda değil Kitap kapaklarında, Kitap sayfalarında okuyup Ferhat ve Şirin Leyla ve Mecnun beraber koşacaklar Bu aşkı bidâr-ı pinhandan gelen Söz nedir ki ne halince yanan o kalp de Bülbül-ü Şeydâdır figan eden Kısmet böyle gelmiş yazılmış Goşa’dan İki isim bir anda nasıl oluyor Çok yere yazarlar ismini istemeden Bak Allah ismini nerelere yazarmış Ve herkes böyle bilir Böyle anarmış!…
ANAR Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin sədri
…Hərdən-birdən “şairlik azarına tutulanda” şeir yazıram… Elə bil şeir hansısa sıxılmış, bir neçə misraya, beytə, bəndə sığdırılmış müxtəlif hisslərin, düşüncələrin əksidir. Bəlkə hər misranı açsan, həll eləsən, daha ətraflı danışmaq istəsən, başqa janrlarda nə isə də alınar. Amma nədirsə, ilin sonu yaxınlaşdıqca izahsız bir şeir ovqatı yaranır. Yenisi yaranmasa da, nə zamansa yazılmış müxtəlif misralar beynimi qurcalayır. Həm öz yazdıqlarım, həm də atamın, anamın və başqa sevdiyim şairlərin…
Zəngin ilin axırında lap əvvələ, dünyanı təzə-təzə öyrənməyə başladığım günlərə, aylara, illərə gedirəm sanki… Balacayam, indidən baxanda lap balaca; gənc, gözəl qadının, anamın əlindən tutub gəzirəm bağın içində, birdən sakitcə çağırıram onu – mənim neçə yaşım var?! – soruşuram. Əynindəki zövqlü geyimi də, üzündəki mehriban ifadə və gözlərindən daşan işıq da indiki kimi yadımdadı. Elə uzun gəzintilərimizdə bir yandan suallarım, o biri tərəfdən də anam dediyi kimi – “qart” uşaq ədalarımla, tələblərimlə yorurdum da onu… Niyal, götür də məni qucağına, axı balaca ayaqlarım yoruldu?! Bunu da mən deyirəmmiş… Anamın mənə həsr elədiyi şeirdəki – “Körpə ayaqların yaman yorulmuş” – misrası bu ərköyünlüyümdən gəlir. Nəslimizdə uzun illər balaca uşaq olmadığından lap çox əzizləyərdilər məni. Bağda cavan qızların – anamın, bibilərimin əlinə balaca oyuncaq kimi düşmüşdüm elə bil. Bir dəfə hətta sözü bir yerə qoyublarmış ki, mən otağa girəndə özlərin elə aparsınlar, sanki məni tanımırlar… Mən də hər zaman bu cavan xanımların – doğmalarımın mehriban, nəvazişli münasibətinə alışmış balaca, “bu kimdi, kimin uşağıdı, hardan gəlib bura?!” – kimi suallarını eşidəndə dodağımı büzmüşəm. “Mənəm də, öz Anarınızam da, tanımırsız məni?!” – deyib ağlamsınmışam… Cavabıma necə ürəkdən gülmələri də, məni bağırlarına basıb könlümü almaları da yadımdadı. Əslində bu yaddaş məsələsini hələ də özüm üçün tam həll etməmişəm; beyin izahsız məntiqlə nələrisə silib atır, nələrisə lap dünən olmuş kimi kino fraqmentinə çevirir xatirimizdə; bəzən elə dünən gördüyüm bir adamın, ən adi məişət əşyasının adını yada salmaqda çətinlik çəkirəm, amma əlli il əvvəl oxuduğum əsərin cümlələri kitabın səhifəsində olduğu kimi gözümün önünə gəlir… Uşaqlıq xatirələrim də belədir. İlin son ayında gecə yarısında uzaq illərin o tayına xəyalən səfərə çıxanda qapqara buz soyuq da kəsir əl-ayağımı… Xalqın soyuq haqqında “qara buz” ifadəsini niyə işlətdiyini də dəqiq anlayıram.
Müharibə yadıma düşür, 1418 gün, dörd il davam edən dünya savaşı. Üç yaşımdan üç ay keçmişdi. Müharibə iyunun 22-də, ilin ən uzun günündə başlamışdı, amma mənim yadımda müharibənin ilk dövrü nə isə qaranlıq və çox soyuq bir dövr kimi qalıb. Yəqin ona görə ki, müharibənin bütün qorxusu ailəmizə payız aylarında atamın cəbhəyə getdiyi vaxtdan daha kəskin duyulmağa başladı. Qış aylarının soyuğunda qoşunlarımızın şəhər-şəhər geri çəkilmələri, atamın yoxluğunun sazağı qarışmışdılar, qaranlıq hissi də tezliklə bütün pəncərələrimizin qara ilə örtülməsi, küçəyə hardansa bir azacıq işıq sızardısa, buna görə cəzalandırılmaq xofu əlavə olunurdu. Küçələrdə zülmət qaranlıq idi. Anamın uzunsov cib fənəri yadımda qalıb. Hərdən məni də özüylə axşamın gec saatlarında radio komitəsinə aparırdı. Amma məni verilişləri canlı səsləndirdiyi üçün, studiyaya girməyə təbii ki, qoymurdurlar. Ora girmək inadımı, şıltaqlığımı yenmək üçün anam məni inandırardı ki, studiyanın içi işıqsızdır, ora qapqaranlıq bir otaqdır.
Qapqara otaqdan çıxan səslər qara boşqab reproduktorlara ötürülürdü, ordan hamıya çatırdı. Həm rus, həm də Azərbaycan dilində xəbərlər verilirdi. Bunu böyüklərin köks ötürmələrindən anlayırdıq – filan yer, filan şəhər də faşistlərin əlinə keçdi. Qara boşqabdan gələn xəbərlər sanki dəhşətli, qorxunc bir zülmət dünyasından gəlirdi, nənəmin danışdığı nağıllardakı zülmət dünyasından, Məlik Məmmədin düşdüyü dərin quyunun dibindən. Kinoxronikalarda xəritə göstərilirdi və bu xəritələrdə qara bir sel kağıza yayılmış mürəkkəb ləkəsi kimi ağ ərazilərin üstünü qarış-qarış tuturdu. Odur ki, qaranlıq, zülmət – müharibə dövründən indiyəcən şüuraltı varlığımda qalıqları yaşayan bir vahimədir. Hərdən anam məni də özüylə evimizin damına qaldırırdı. Yaşadığımız evin sakinləri damda sırayla növbə çəkməli idilər. Nəyin növbəsini çəkirdilər, hələ mənə tam aydın deyil. Əgər təxribatdan qorxurdularsa, belə bir təxribatın qarşısını zərif qadın və üç yaşında uşaq necə ala bilərdi, düşmən təyyarələrinin hücumu nəzərdə tutulurdusa, yenə bu növbələrin nə əhəmiyyəti vardı?!
Bu soyuğun və qaranlıq xatirələrin içində atamın müharibədən qayıtmağı, küçədə durub onun gəlişini gözləməyimiz və məhz mənim onu birinci görməyimin fərəhi gur işıq kimi gözlərimi qamaşdırır, ipisti məlhəm kimi canıma yayılır. İndi atamın müharibədən mənə yazdığı şeirləri də ayrı cür oxuyuram…
Beş yaşımda böyük bacım Fidan, on yaşım olanda Təranə dünyaya gəliblər. Yəqin mənim uşaqlıq “monopoliyam” da elə bununla bitib. Bacılarımla Buzovna bağımızdakı qayğısız uşaqlığımızın min bir oyunları, zarafatları, şıltaqlıqları yaxşı yadımdadı… Yəqin o xatirələrin bəziləri yazılarıma da hopub, onlara da təsir edib. Yaşca Fidandan böyük olduğumdan sui-istifadə edərək: belə geyinmə, elə geyin, ora getmə, bura get – deyə bacımı yersiz incitdiyim məqamlar da yadıma gəlir. Hələ bağda bir axşam işığı yandırarkən elektrikin Fidanı yüngülvarı gizildətməyi və dərhal: Anar di sağ ol, mən öldüm – deyə tam ciddiliklə mənimlə “vidalaşmağı…”
Yaş fərqimiz elə çox olmasa da, bacılarıma övladım kimi baxırdım sanki… Mən orta məktəbin son sinfində oxuyanda Təranə birinci sinfə daxil olmuşdu. Çox vaxt onu məktəbə mən aparırdım. Bəzən mənim yeyin addımlarımla ayaqlaşa bilməyib geri qalırdı. Olurdu ki, hövsələsizlik edərək onu qucağıma alıb aparırdım. Təxminən on ildən bir az artıq zaman keçəcəkdi və mən elə məktəb illərimdən, daha doğrusu, 7 yaşımda sevib seçdiyim ömür-gün yoldaşım Zemfira ilə birgə ilk balamızı – Turalı böyütməyə başlayacaqdıq. Və mən leysan yağışlı günlərin birində balaca Tural qucağımda sel suyun içiylə Ənvər Məmədxanlının evinə tələsəndə çətinliklə, üst-başımız da, ayaqlarımız da islana-islana getdiyimiz məqamda oğlum gözləmədiyim bir söz deyir: Yuka (uşaqlar Ənvəri belə çağırırdılar) da elə bilir biz kefdəyik… İndi ən müxtəlif vəziyyətlərdə bu replika elə yerinə düşür ki… Hə, bir də Turalın yəqin beş yaşı olardı, ona söz vermişdim ki, səhər Bir may nümayişinə aparacam. Amma gecə gec yatdığımdan səhər yuxuya qalmışdım, heç cür yerimdən durmaq istəmirdim. Turaşa elə hey gəlib məni dümsükləyirdi. – Dur, dur – bir may qurtarır axı…
Tural Rəsul babasının, Nigar nənəsinin ilk nəvəsiydi. Atam ensiklopediyada işləyəndə hər fasilədə nəvəsin yanına gətizdirir, ya da Bulvara gedib orda görüşürdü onunla. Səkkiz il sonra Günel dünyaya gələndə də Nigar Rəfibəylinin yazdığı kimi “Məhəbbətləri bölünmədi”…
Görünür, xarakter elə lap erkən uşaqlıqdan özünü büruzə verir. İki yaş, ya iki yaş yarımındaydı Günel, təzəcə dil açmışdı. Turalla Zemfira məndən danışıb gileylənirmişlər: yaman çox işləyir, dincəlmək nədir bilmir, səhhətinə, yeyib-içməyinə, geyinib-keçinməsinə heç fikir vermir… Bu söhbətə fikir verməmiş kimi dinib-danışmayan Günel birdən dözə bilmir: – Ataşka bir az yaxşıdır – deyir. Bu, qızımın həyatda məni ilk müdafiəsi idi.
1981-ci il ailəmizin ən ağır iliydi. Yüz günün içində atamı və anamı itirmişdik. Təxirə salınması mümkün olmayan bir məcburiyyətlə Şuşada “Üzeyir ömrü” filmini çəkirdim. Hər cümə axşamı Bakıya uçur, ehsanı verir, yenə çəkilişə qayıdırdıq. Mən filmlə məşğul olduğum saatlarda Zemfira Güneli şəhərdə gəzdirir, Cıdır düzünə, Üzeyir bəyin, Natəvanın evlərinə aparırdı, Zemfira o vaxt Mir Möhsün Nəvvabın tədqiqatıyla məşğul idi. Hər dəfə yollarını Nəvvabın evinin yanından salanda Günel: Yenə Nəvvabdan danışacaqsan? – deyə soruşurmuş. Balaca Günel “Üzeyir ömrü” filmində bəstəkarın ailə üzvləri sırasında çəkilib. Bəzən axşam gəzintilərinə mən də qoşulurdum. Məni fikirli görən Günel böyrümə qısılıb: – “Nədi ata, babayla nənə yadına düşdü?” – deyirdi. Doqquz yaşlı qızcığazın bu həssaslığını heç vaxt unutmuram. Yeni il ərəfəsində bu adda-budda işıqlı xatirələr həm də ömür yolunda düzülmüş fənərlər təsiri bağışlayır. Turalın və Günelin uşaqlığını dünənki kimi xatırlayıram. Və yaddaşımda onların da balalarının Rəsulun, Anarın, Dənizin, Sezenin balacalığını valideynlərinin uşaqlığı ilə yanaşı görürəm sanki. Mənim düşüncəmdə onlar yaşıddılar elə bil, uşaqlıqları da yanaşı, birgə keçib.
Yadımdadı günlərin birində balaca Anarı böyük marketlərdən birinə aparıb, nə istəyirsən seç alaq – demişdim. Gözütox adaşım, bəlkə mənə qıymadığı üçün, bəlkə utandığından nəsə götürmək istəməyəndə, onu ürəkləndirməkdən ötrü – mən Turalın atasıyam axı, ona aldırırsan nə istəsən, məndən də çəkinmə – demişdim. Uşağın üzündəki təəccüb yadımdan çıxmır. Sonralar valideynlərinə irad tuturdu – bəs mənə niyə deməmisiz Anar baba Turalın atasıdı?! – deyə. İndi Anar ingiliscə roman yazır, özü bəstələdiyi musiqilərə rep qoşur, mənimlə bərabər imza günündə oxucularla görüşür. Baxıb düşünürəm bu uşaqlar nə tez böyüdülər belə?!
…Yayda Zuğulbada bağda Əhməd bəy Ağaoğlunun “Mən kiməm” adlı essesini oxuyurdum. Füzulinin və Əhməd bəyin “Mən kiməm” sualıyla rastlaşdığım gündə bu sualı elə tez-tez eşidirdim ki… Bap-balaca, təzə-təzə dil açan bir qızcığazın, Dənizin dilindən. İki yaş dörd aylıq qız nəvəm Dəniz mənə yanaşır və birdən soruşurdu:
– Mən kiməm?
– Sən mənim ceyranımsan – deyirdim, – maralımsan, qəşəngimsən, gözəl-göyçək nəvəmsən – deyirdim.
Dediklərimin mənasını dərk edərək məmnun-məmnun dinləyir və mən onu sınamaq üçün səsimi dəyişmədən, eyni tonda, eyni intonasiyayla:
– Meymunumsan – deyən kimi dərhal:
– Omaz – deyir. “Omaz” – olmaz onun dilində ən qəti, ən ötkəm, təkzibolunmaz “yox” idi. Yamanca hikkəli qız idi. Anası ona laylay çalır, yatızdırırdı – “laylay dedim yatasan, qızıl gülə batasan”. Heç də yatmaq fikrində olmayan Dəniz başını qaldırıb qeyzlə: – yatmıram, qızıl gülə də batmıram – deyirdi. İndi Dənizin oğlu, mənim ilk nəticəm Murad da eyni cür xarakter göstərir… Günel nənəsiylə birgə çəkildiyi reklam çarxının rejissoruna irad tutur: bir, iki, üç demə, motor de – biləcəm də çəkilişə başladığını. İşdən bağa gələndə görürəm ki, heç kəs yoxdu, harasa gediblər… Bir azdan gələndə Murada onun yaşına uyğun küskünlüklə – bəs məni qoyub hara getmisən? – deyirəm. Ay Anar baba, guya mən evdə olanda neynirsən ki, elə otağında oturub işləyirsən də – deyə cavab verir. Bir azdan otağıma gəlib ağ vərəqlərdən götürür, öz aləmində əsər yazır. Bakı Kitab Mərkəzinin çap etdiyi “Muradın nağılları”ndan parçaları oxuyanda da yaman tələbkarlıqla qarşılayır… Yer üzündə yeganə çəkindiyi adam Rəsulun qızı Sevincdir. Sevinc gələn kimi onu elə bağrına basır ki, Muradın təslim olmaqdan savayı əlacı qalmır. Amma Sevinc də indiki uşaqların dediyi kimi – yaman özgüvənlidi, əllərin açıb Allaha şükür edir – Ay Allah, nə yaxşı sən bizə Sevuşu verdin! Uşaqlara aid xatirələrimin hər birinin sonunda – düz deyir – ifadəsi gəlir dilimə. Min-min illərdir insanlığın axtardığı bütün həqiqətlər elə uşaqların dilindən səslənir ömrümüz boyu…
Bir vaxt müsahibələrimdən birində – uzun ömrün bir kədərli tərəfi var ki, dostlarını, doğmalarını itirə-itirə gedirsən – demişdim. İndi öz uşaqlığımdan başlayıb ta ki ailəmizin ən balacası Sevincə qədər xatirələrlə keçib getdiyim yol uzun ömrün ən böyük məziyyətini anladır mənə; bu uşaqları tanımaq, onları dinləmək, müşahidə etmək və onlar üçün yaşamaq, yazmaq…
XX əsrin son bədbin şeirini sualla başlamışdım – Kimdir döyən qapmı?! İndi isə “Qobustan”ın Uşaqlar sayı üçün yazdığım essenin sonunda bu sualın ardı kimi arzumu dilə gətirirəm, təki qapılarımızı döyən balalar olsun!
ANAR Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin sədri
Son vaxtlar İranda cərəyan edən hadisələr – bir yandan molla rejiminin ölkəmizə qarşı təxribatları, təcavüzkar Ermənistanı açıq şəkildə dəstəkləməsi, o biri tərəfdən bütün ölkəni bürüyən etiraz dalğası, Arazın o tayında yaşayan soydaşlarımızın öz hüquqları uğrunda mübarizəsi 75-76 il bundan əvvəl baş vermiş hadisələri yada saldı.
“Yaşamaq haqqı” kitabında bu olaylara həsr olunmuş səhifələri bir daha oxuculara təqdim edərkən günümüzdə baş verənlərin daha uğurla nəticələnəcəyinə ümid bəsləyirəm.
1945-ci ilin noyabrında Təbriz teatrı “Şiri Xurşud”da 700-ə yaxın nümayəndənin iştirakı ilə Birinci Azərbaycan xalq konqresinin açılışı oldu. Konqresi Səttərxanın qardaşı, qocaman inqilabçı Hacı Əzim xan açdı. Demokrat partiyasının sədri Pişəvəri onunla yanaşı əyləşmişdi. Konqres Milli Məclis – Milli Məşvərət seçilməsi, Azərbaycan muxtariyyəti və Milli hökumət yaradılması haqqında qərar çıxartdı. 6 yanvar 1946-cı ildə Muxtariyyatın bütün idarələrində Azərbaycan dilinin istifadəsi haqqında qərar qəbul olundu:
“Bu gündən Azərbaycan dili Azərbaycanda rəsmi dövlət dilidir”.
12 dekabr 1945-ci il (İran təqvimi ilə Azər ayının 21-di) Azərbaycan xalqının mübarizə tarixinə əbədi daxil oldu. Azərbaycan Milli Məclisinin Birinci toplantısı öz işinə başladı. Baş nazir təyin olunmuş Seyid Cəfər Pişəvəri öz hökumətinin heyətini millət vəkillərinə təqdim etdi. Bu hakimiyyətdə xarici işlər naziri yox idi və bununla da tam müstəqilliyə iddialı olmadıqlarını, İran dövləti çərçivəsində fəaliyyət göstərdiklərini vurğulayırdılar. Amma buna baxmayaraq – himn (sözləri M.M.Etimadın, musiqisi C.Cahangirovun), bayraq, gerb, “Səttərxan”, “Azərbaycan” ordeni, “21 Azər” medalı və başqa dövlət atributları təsdiq olundu.
Mirzə Əli Şəbüstəri Milli Məclisin sədri seçildi. Ali Məhkəmənin sədri Qiyami, prokuror isə Firudin İbrahimi təsdiq olundu.
Pişəvərinin Milli hökuməti qısa müddətdə bir çox mühüm və faydalı işlər gördü.
Fədai dəstələri nizami orduya çevrilərək Şah İsmayıl Xətai qızılbaşlarının şərəfinə qızılbaşlar adlandılar. Yeni pul kəsildi, torpaq islahatına başlandı, qaçmış mülkədarların torpaqları kəndlilərə paylandı. Yollar qaydaya salındı, yetimxanalar açıldı, narkotik maddələr qadağan olundu, məşhur “Qorxulu Tehran” romanından oxuduğumuz fahişəxanalar bağlandı. Təbrizdə yazıçıların və şairlərin, aşıqların, rəssamların cəmiyyətləri yaradıldı. Dram teatrı və Filarmoniya işləməyə başladı, milli orkestr və xor yaradıldı. Təbrizdə, başqa şəhərlərdə və kəndlərdə ana dilində təlim verən yüzlərlə məktəb açıldı.
Təbrizdə ilk dəfə tədris Azərbaycan-türk və fars dilində olan müasir universitet yaradıldı. Bu universitet bu gün də mövcuddur, amma dərslər yalnız fars dilində keçirilir. Hərbi Məktəb və Tibb Texnikumu da Milli Hökumətin dövründə yaradılmış xüsusi təhsil ocaqlarındandır.
Təbrizdə Səttərxan və Bağır xana abidə ucaldıldı. Onlarla qəzet və xeyli sayda kitab ana dilində çap olunmağa başladı.
Hətta Qərb qəzetləri də yazırdılar ki, Pişəvəri hökuməti 50 ildə edilənlərdən daha böyük işlər görür. Pişəvəri qürur hissi ilə – “Azərbaycan Milli Dövləti gerçəkliyə çevrildi”, – deyirdi.
Cənubi Azərbaycan Şimalla yalnız humanitar deyil, iqtisadi planda da bağlanırdı. 10 iyun 1945-ci ildə Stalin İranın şimalında Sovet sənaye müəssisələrinin təşkil olunması haqqında sənəd imzaladı. Neft yataqlarının aşkara çıxarılması üzrə kəşfiyyat işləri Sovet hökumətinin neft sənayesi mütəxəssislərindən keçmiş bakılı N.Baybakova və “Azneft”in rəhbəri Süleyman Vəzirova həvalə olundu. Bu, yaxın zamanda Azərbaycanın iki hissəsinin birləşəcəyindən xəbər verən zəruri amil idi. Londonun və Vaşinqtonun siyasi dairələrində Cənubi Azərbaycanın ya tam müstəqil elan olunmasını, ya da Sovet Azərbaycanı ilə birləşməsini gözləyirdilər.
Düzdü, hər şey Stalinlə razılaşdırılırdı, amma SSRİ rəhbərliyinin digər üzvlərinin ciddi müqavimət göstərməsi ucbatından Bağırov hər hansı bir sanksiya almağa çətinliklə nail olurdu. Moskva artıq hiss edirdi ki, İrandakı hadisələr yavaş-yavaş onun nəzarətindən çıxır və müəyyən mənada müstəqil şəkil alır. Bununla yanaşı, ölkənin Ali rəhbərliyində L.Beriya və A.Mikoyan faktorları ilə də hesablaşmaq lazım idi. Beriyanın Bağırovla dostluq münasibətlərinə baxmayaraq, o, Azərbaycanın Qafqazda inanılmaz dərəcədə güclənməsinə heç vədə sevinməzdi. Mikoyandan isə heç danışmağa dəyməz.
Moskvadan tapşırıq gəldi ki, Milli Məşvərətə seçimləri dayandırmaq lazımdır. Bununla da Cənubi Azərbaycanın müstəqilliyi uğrunda hərəkata ciddi zərbə vurulurdu. Bunu yaxşı anlayan Bağırov böyük risk edərək Stalinə bu qərarla razılaşmadığını bildirdi: “Onlara seçkilər keçirməyə mən icazə vermişəm, xahiş edirəm, icazə verin, parlament seçkiləri yekunlaşsın”.
Bağırov buna nail oldu. Seçkilər keçirildi və o gün Tehranda çıxan “İran nou” qəzeti qara matəm çərçivəsi ilə yayımlandı. İranın o zamankı Baş naziri Hakimi bəyan etdi ki, Tehran nə Azərbaycan hökumətini tanıyır, nə onun parlamentini. Sovet qoşunları ölkədən çıxan kimi hərbi güclə İranın ərazi bütövlüyü bərpa olunacaq.
İran nümayəndəsi S.N.Tağızadə BMT-nin sessiyasında Sovet İttifaqının İranın daxili işlərinə qarışması haqqında məsələ qaldırdı.
Siyasi vəziyyətin qəlizliyini dərk edən Bağırov öz nümayəndələrini Təbrizə göndərdi: “Tələsmək lazımdı, hər saat qiymətlidir. Ya indi, ya da heç vaxt”.
Həqiqətən, tarix bizim xalqa nadir imkan vermişdi: Şimali və Cənubi Azərbaycanın birləşməsinə sanki bir addım qalırdı. 125-130 il ərzində keçilməz sədd sayılan Araz, birdən-birə üstündən asanlıqla adlamaq mümkün olan kiçik arxa dönürdü.
Pişəvəri sayıq siyasi xadim kimi, həmişə Azərbaycanın muxtariyyətinə İranın ərazi bütövlüyü çərçivəsində baxırdı. Amma əslində o, bu prosesi üç mərhələdə təsəvvür edirdi. Birinci mərhələdə Cənubi Azərbaycan İranın tərkibində muxtariyyət almalı, öz daxili işlərini sərbəst başa çatdırmalı və öz mənfəətlərini təyin etməli idi. İkinci mərhələdə müstəqilliyini, suverenliyini elan etməli və üçüncü mərhələdə də Şimali Azərbaycanla birləşməli idi.
Azərbaycan xalqının sərbəstlik, müstəqillik və azadlıq, yaşamaq haqqı uğrunda mübarizəsinin bütün mərhələlərində, ana dilinin qorunması, təsdiqi və ana dilinə qayğı önə çəkilib. İran şəraitində bu, böyük əhəmiyyət kəsb edirdi. Həm də o səbəbdən ki, Azərbaycan türkləri yalnız Cənubi Azərbaycan ərazisində yox, İranın digər bölgələrində də kompakt halda yaşayırdılar və Tehran şəhəri əhalisinin demək olar ki, yarısını təşkil edirdilər. Dil bütün İran azəri türklərini birləşdirən faktor ola bilərdi və Sovet Azərbaycanı ilə birlikdə ümumi linqvistik məkan yaradardı.
Qeyd etdiyim kimi, Pişəvəri hakimiyyətinin ilk qərarlarından biri, Azərbaycan dilinin muxtariyyətin bütün idarə və müəssisələrində tətbiq olunması idi. Pişəvəri yazır: “Ana dilinin əsasları anaların südü ilə mənimsənilir, xalqın mənəvi həyatının ocaqlarında şölələnir. Nə qədər analar yaşayır və nə qədər ki, bu ocaqlar yanır, ana dilini dəyişmək və ya məhv etmək mümkün deyil”.
Elə bu ərəfələrdə Məhəmməd Rza şahın məhbuslara verilən işgəncələri izləyərək həzz alan əxlaqsız bacısı şahzadə Əşrəf Pəhləvi Təbrizdə açıq şəkildə “sorğu keçirirmiş”: “Deyin görüm Azərbaycanda türk dilinin kökünü necə kəsmək olar?”
1976-cı ildə Təbrizdə, mitinqdə isə şah özü belə söyləyib: “Azərbaycanın belə iri addımlarla irəliləməsi bizim bütün arzularımıza uyğundur, qəlbimizi iftixar hissilə coşdurur”.
Bu məqamda “əziz Leonid İliçin” “Azərbaycan iri addımlarla irəliləyir” sözlərini necə yada salmayasan.
Ya Azərbaycana qarşı “həddindən artıq ilıq” münasibətinə görə, ya Azərbaycan türkləri ilə ailəvi yaxınlıq naminə, ya da sadəcə qızının yeniyetmə rəfiqəsinin gözəlliyinə məftun olduğundan, Məhəmməd Rza şah üçüncü nigahını Azərbaycan əsilli Fərəh Diba ilə qurur.
Milli ruh yüksəkliyi, əsrlərin gerçəkləşmiş arzuları, öz vətənində özünü müstəqil hiss etməyin iftixarı – bütün bu sevinclər Cənubi Azərbaycanda cəmi bircə il sürdü – Şimalda Demokratik Respublikanın (1918-1920) müstəqil varlığından bir il az.
1946-cı ilin fevralında İranın yeni Baş naziri Əhməd Kavam us Səltənə – “tülkü Əhməd” Stalinlə görüşmək üçün Moskvaya uçur. 16 fevraldan 3 marta qədər, iki həftə sürən bu rəsmi səfərdə hər şey – Stalinlə görüşlər və söhbətlər də, qonağın şərəfinə Kremldə qəbul da, bir-birinin sağlığına tostlar da razılaşdırılmış protokol əsasında keçirilir. Deyirlər ki, hətta Kavam Stalinin əlindən öpüb. Moskva səfərini başa vuranda deyib: “Mən bizim ölkələrimiz arasındakı bütün anlaşılmazlıqların tez bir zamanda həll olunacağı ümidi ilə gedirəm”.
Kavamın bu optimizminə səbəb nə idi? Təxmin edilirdi ki, şah hökuməti Cənubi Azərbaycanın İranın tərkibində muxtariyyəti ilə razılaşacaq, SSRİ ilə xeyirli şərtlərlə neft müqavilələri imzalanacaq və Sovet qoşunu bu ölkədən çıxacaq.
Stalini aldatmaq həm çətin idi, həm asan. Bəs görəsən, Sovet-İran danışıqlarında kim kimi barmağına doladı – “Co dayı” (Stalini Qərbdə belə adlandırırdılar) “Tülkü Əhmədi” yoxsa, “Tülkü Əhməd” “Co dayını”.
Üstündən bir neçə ay keçəndən sonra razılaşmanın yalnız birinci maddəsi – Sovet qoşunlarının İrandan çıxarılması həyata keçirilir. Bu, İngiltərənin və ABŞ-ın tələbi idi. Kavama da elə bu lazım idi. Yerdə qalan şeylər zamanla bağlıydı. Bəzi məlumatlara əsasən, Stalinlə Kavam arasındakı razılaşmada xüsusən Pişəvəriyə aid gizli maddələr var idi.
13 iyun 1946-cı ildə Kavam us-Səltənə özünün siyasi məsələlər üzrə müavini Firuqinin rəhbərliyi altında Pişəvəri ilə danışıqlar aparmaq üçün nümayəndə heyəti göndərir. Danışıqlar nəticəsində hər iki tərəfin güzəştə getdiyi bəyanat imzalanır. Belə görünürdü ki, İran hökuməti Azərbaycanın bir sıra tələblərini qəbul edib. Azərbaycan muxtariyyəti İranın tərkibində tanındı, onun hakimiyyəti isə yerli idarəetmə orqanı kimi qəbul olundu. Razılaşmaya əsasən, orta və ali məktəblərdə tədris həm Azərbaycan, həm də fars dilində keçiriləcəkdi. Maraqlıdır ki, bu sənədə əsasən kürdlər də, aysorlar da və ermənilər də beşinci sinfə qədər öz dillərində dərs keçə bilərdilər. Bu da tarixin müxtəlif mərhələlərində Azərbaycan türklərinin milli azadlıq hərəkatının xarakterik xüsusiyyətlərindəndir. Səttərxan zamanında, Məşrutə inqilabında da, azərbaycanlılar yalnız özləri üçün yox, həm də İranın digər xalqları üçün hüquq qazanmışdılar.
Tehranın bütün güzəştləri İranı tərk etməkdə olan Sovet ordusunun addım səslərinin sədası imiş. Tezliklə bu addımların əks-sədası batmalı idi. Yerli əhali ilə Cənubi Azərbaycanı tərk edən Sovet qoşunlarının vidalaşma səhnələrini Rəsul Rza “Əsir dost” oçerkində təsirli şəkildə təsvir edib. Təbrizli dostun: Biz yenədəmi görüşəcəyik, sualına, şair inamla cavab verir: mütləq görüşəcəyik. Amma Təbrizə getmək Rəsul Rzaya bir daha qismət olmadı. Onun şeirlərindən birində deyildiyi kimi, Təbrizi o, ancaq yuxularında görürdü.
Müttəfiqlərin qoşunlarının İrandan çıxarılması haqqında SSRİ, ABŞ və Böyük Britaniya başçıları – Stalin, Ruzvelt (sonra Trumen), Çörçill Tehranda, Yaltada və Potstamda razılığa gəlmişdilər.
Sovet İttifaqının dünya müharibəsi dövründə Qərb müttəfiqləri ilə qarşıdurması müharibədən sonra da müxtəlif illərdə kəskin siyasi və hərbi böhran xarakteri alırdı (Koreyada, Berlində, Vyetnamda, Kubada). İlk dəfə bu qarşıdurma Cənubi Azərbaycan məsələsində özünü büruzə verdi.
Martın 4-də SSRİ-nin Cənubi Azərbaycan siyasətini ABŞ Prezidenti Trumen və dövlət katibi C.Birns müzakirə edirlər. Ertəsi gün – 5 martda Fultonda Trumenin iştirakı ilə Uinston Çörçill çıxış edir. “Soyuq müharibənin” məhz Çerçillin Fulton nitqi ilə başlandığı hesab edilir. Çörçill Sovet İttifaqının təcavüzkar niyyətlərinin yaratdığı təhlükə haqqında Qərbə xəbərdarlıq edir və heç nədə güzəştə getməməyə çağırır.
Stalin öz növbəsində qoşunların İrandan çıxarılması məsələsində ABŞ və İngiltərəyə güzəştə getmir, halbuki bu məsələ sazişlərdə nəzərdən keçirilmişdi, Ali görüşlərdə razılaşdırılmışdı. SSRİ-nin öz qoşunlarını çıxarmaq fikrində olmadığını C.Birns Prezidentə xəbər verir, Trumen öz gündəliyində yazır: “Mən Stalinin nazı ilə oynamaqdan yoruldum”.
O, Birnsə göstəriş verir: “Marşal Stalinə çatdırın ki, mən onu sözünün ağası bilirəm. Əks halda biz cavab tədbirləri görəcəyik”.
ABŞ prezidenti hansı addımları atmağa hazırlaşırdı? C.Birns məsləhət gördü ki, “Azərbaycan məsələsi”ni BMT-nin müzakirəsinə çıxartsınlar. Amma Stalin üçün BMT-nin hər hansı bir qətnaməsi əhəmiyyət daşımırdı. Və ABŞ başa düşürdü ki, SSRİ-yə təsir göstərmək üçün kifayət qədər güclü deyil. Stalini sıxışdırmaq üçün yeganə vasitə – atom şantajı idi. ABŞ iki yapon şəhərini məhv etməklə atom bombasını sınaqdan çıxarmışdı artıq. Onda Sovet İttifaqının belə bombası yox idi, bu səbəbdən də ABŞ-la eyni səviyyədə danışa bilməzdi. Məsləhətçiləri Trumenə təklif etdilər: Vaşinqtondakı Sovet səfirini çağırıb demək lazımdır ki, əgər Sovet qoşunları İrandan çıxarılmasa, ABŞ SSRİ-yə nüvə zərbəsi endirəcək.
Şantaj öz təsirini göstərdi. Stalinin qoşunların çıxarılmasına razılıq verməsi hətta Moskvada və Tehranda işləyən Amerika diplomatlarını da təəccübləndirdi. O isə sadəcə qorxmuşdu. Görünür, Beriya ilə Mikoyanın da xəlvəti “məsləhətləri” rol oynamışdı: hansısa Azərbaycandan ötrü öz ölkəsini təhlükə qarşısında qoymağa – risk etməyə dəyərmi?
Qoşunların çıxarılması barədə qərar qəbul olundu və Pişəvəri buna kəskin etirazını bildirdi: “Kavam Sizi aldadır. Əgər Siz Kavamın hakimiyyətinə güzəştə gedirsinizsə, deməli, biz öz məqsədimizdən, prinsiplərimizdən və nəhayət, İranda nəyə nail olmuşuqsa, hamısından əl çəkirik.
…İndi artıq mən Sizə qətiyyən inanmıram. Təkrar edirəm: mən daha Sizə inanmıram”.
Bağırov Cənubi Azərbaycan məsələsi ilə bağlı yenidən Stalinə müraciət edir: “Martın 28-də biz Sovet Culfasında İran Azərbaycanı Milli hökumətinin rəhbərləri – Pişəvəri, Şəbüstəri və doktor Cavidlə görüşdük.
…Onlar Kavama inanmırlar, gözəl bilirlər ki, o, bütün vədlərini, hətta Azərbaycan xalqının hüquqları haqqında yazılı razılaşmaları da, İran konstitusiyasına əsaslanaraq tədricən ləğv edəcək, xalqın hüquqlarını yox, mürtəce rejimi qoruyacaq. Bunları nəzərə alan Pişəvəri, Şəbüstəri və Cavid bizim qoşunların geri çəkilməsiylə, heç olmasa, Şimali İranın digər əyalətlərindəki tərəqqipərvər demokratik qüvvələrlə mürtəce Tehrana qarşı mübarizə aparmaqdan ötrü əlaqəyə girmələrinə izn verməyinizi xahiş edirlər.
Onlar hesab edirlər ki, Azərbaycan xalqının ən azı minimum hüquqlarını qoruması üçün yeganə real sığorta Sovet İttifaqının vasitəçiliyidir”.
29 mart 1946-cı il tarixli bu məktubu Bağırovla yanaşı, Bakı hərbi dairəsinin komandanı, general İ.İ.Maslennikov da imzalayıb.
Ola bilsin ki, Kavam və Stalin arasındakı razılaşmada, Pişəvəriyə aid gizli və ya şifahi maddələr var imiş. Çünki bu saziş imzalanandan dörd gün sonra “Pravda” qəzetində SİTA-nın Pişəvərinin hökumət vəzifəsindən (daha doğrusu, nazirlər şurasının sədri vəzifəsindən) azad olunması xahişini ifadə edən məlumatı dərc edilib. “Onun xahişini yerinə yetirən əncümən (Sovet) irticaya qarşı mübarizəsinə və demokratiyanın təntənəsindəki roluna görə ona təşəkkürünü bildirib. Pişəvəri Azərbaycan Demokrat Partiyasının lideri olaraq qalır”.
Bu nə deməkdir? Pişəvərini fəal siyasi fəaliyyətdən uzaqlaşdırmaq? Yoxsa artıq məhvi labüd hökumətin rəhbərliyindən azad etmək? Yaxud bu, əslində də, Kavamla Stalinin razılaşmasına etiraz əlaməti olaraq Pişəvərinin öz təşəbbüsü, öz qərarı idi?
1946-cı ilin iyul ayında Cənubi Azərbaycanın milli hökuməti buraxıldı.
Dünya müharibəsi başlananda hitlerçilərlə xoşallanan, sonra Stalinə quyruq bulayan Kavam Sovet qoşunları İranı tərk edəndən sonra Qərbə üz tutdu. Kimə qulluq etmək ondan ötrü mühüm deyildi, o, yalnız İranın hakim millətçilik iddialarına xidmət edirdi. O, İranın qüdrətinə və bütövlüyünə başlıca əngəl Azərbaycanı hesab edirdi və elə ona görə də bütün varlığı ilə türklərə nifrət bəsləyirdi. O, Səttərxanın Məşrutə inqilabının əzilməsinin və Xiyabaninin Azadstan hökumətinin məhv edilməsinin ən fəal iştirakçısı olmuşdu. Və indi onun üçün Pişəvəri ilə birlikdə Azərbaycan muxtariyyətini cəzalandırmaq zamanı çatmışdı.
9 dekabrda – 12 dekabra (21 Azərdə), müqəddəs bayrama üç gün qalmış – Kavam öz həqiqi məqsədini açıqladı: Nəyin bahasına olur olsun, İranın ərazi bütövlüyünü və Mərkəzi hökumətin hakimiyyətini bərpa etmək.
Pişəvəri bu zaman Bakıda idi, Bağırovu məlumatlandırdı, o da Stalinlə danışdı və məlum oldu ki, “böyük sülh keşikçisi” növbəti dəfə Böyük geosiyasi strategiya naminə Azərbaycanın maraqlarına etinasızlıq göstərib.
Bağırov Cənubi Azərbaycan məsələsi ilə bağlı Stalinə sonuncu dəfə müraciət edir: “Təbrizdən alınmış məlumatı çatdırıram. 4 oktyabrda İran qoşunları Zəncan rayonundan Miyanəyə doğru hərəkətə başlayıblar. Azərbaycanlıların ön hərbi hissələri ilə İran qoşunu arasında bir neçə saat sürən döyüş baş verib. Azərbaycanlıların Miyanə dəstəsinin komandiri Danisian (general Qulam Yəhya – A.) Pişəvərinin adına teleqram göndərərək pulemyotlu tankları və ixtisaslı zabitləri təcili köməyə göndərməsini xahiş edir.
Pişəvəri İran qoşunlarının Azərbaycana hücumunun başlaması haqqında əhaliyə radio ilə xəbər verib. Azərbaycan Demokrat Partiyasının rəhbərliyi yenə kömək üçün heç olmasa minimal miqdarda yardım xahiş edir: 16 top, 5 min tüfəng, tank əleyhinə müvafiq mərmiləri və patronları ilə birlikdə 29 tank əleyhinə tüfəng.
M.C.Bağırov. 5 dekabr 1946″.
Cavabında Stalin Bağırova zəng vurub deyir: “Mən 5 milyon azərbaycanlıdan ötrü Üçüncü Dünya müharibəsinə başlaya bilmərəm”.
Şahidlərin dediyinə görə, Bağırov bu telefon söhbətindən sonra hönkür-hönkür ağlayırmış.
…Stalinin qoşunları İrandan çıxarmaq barədə göstərişi Cənubi Azərbaycan rəhbərlərinə çatdırılmışdı: “Kavam Baş nazir kimi İranın istənilən yerinə, o cümlədən, Azərbaycana ordu göndərmək hüququna malikdir. Buna görə də, silahlı müqavimət məqsədəuyğun, lazımlı və faydalı sayılmır. Elan edin ki, Siz seçkilər zamanı nizam-intizamı təmin etmək məqsədilə Azərbaycana hökumət güclərinin göndərilməsinə qarşı deyilsiniz”.
Bu qərarla razılaşmayan Pişəvəri Azərbaycan Demokrat Partiyasının sədri vəzifəsindən istefa verir və Təbrizi tərk edir.
10 dekabrda Azərbaycan Demokrat Partiyası MK radio ilə Təbriz xalqına müraciət edir:
“Əziz həmvətənlər! Azərbaycan heç zaman İranın qalan hissəsindən ayrılmaq istəməyib. Biz heç zaman hökumət qoşunlarının Azərbaycana girməsinə mane olmamışıq. Azərbaycanın qapıları Baş nazir Kavamın əmri ilə buraya gələn hökumət qoşunlarının üzünə açıqdır. Amma biz istəyirik ki, Azərbaycanda seçkilər baş tutsun və qısa bir zamanda sona çatsın. Yaşasın müstəqil İran!”
Əslində tarix təkrar olunur. 1920-ci ilin aprelində Şimali Azərbaycanda nələr olmuşdusa, Cənubi Azərbaycanda 12 dekabr 1946-cı ildə baş verən hadisələr onun güzgüdəki kimi əksidir. Şimalda heç olmasa xalqa az qala iki il azad yaşamağa aman vermişdilər. Cənubda isə “ağaların” səbri bir ildən sonra tükəndi. Tehran orduları Təbrizə xain hikkəylə məhz 21 Azərdə (12 dekabrda), xalqın bir il qabaq müstəqilliyini bayram etdiyi gündə daxil oldu. 20-ci ildə bolşeviklər Şimali Azərbaycanda necə qudurğanlıq edirdilərsə, indi də Cənubda xalqa qarşı eləcə amansızcasına davranırdılar və çox təəssüflər olsun ki, bu qatillərin arasında azərbaycanlılar da var idi. Milli hökumət zamanı, arabaya yüklənmiş ot tayasının içində aradan çıxan mülkədar Zülfüqari (Azərbaycan türkü) Təbrizə iki min nəfərlik qoşunla qayıdaraq qarşısına çıxanı qətlə yetirirdi, evləri bir-bir yandırırdı. Şah qoşunları Miyanəyə daxil olanda 53 adamı edam etdilər, Urmiyada (Rezayedə) 30, Mərənddə isə 90 adam edam olundu. Təbrizdə qan su yerinə axırdı, Azərbaycan silahlı qüvvələrində xidmət etmiş fars zabitlərini də edam edirdilər.
Bir həftə ərzində 3000 nəfər öldürüldü, 11000 adam məhkum olundu, onların 8000-i İranın cənubuna sürgün edirdi. Təbii ki, baş tutmayan seçkiləri Tehran qoşunları belə “müşahidə” etdilər.
Çoxları edamdan əvvəl “Yaşasın Azərbaycan Demokratik Partiyası!” deyə qışqırır, himni və Səttərxana həsr olunmuş vətənpərvər şeirlər oxuyurdular. Onları tikə-tikə doğrayırdılar və qalıqlarını da şəhərin küçələri ilə gəzdirirdilər. Təbrizdə milli ordunun cavan leytenantı öz həyətində mühasirədə qalanda, ələ keçməsin deyə arvadını, azyaşlı uşağını öldürəndən sonra bir neçə düşməni də güllələdi, sonuncu gülləni isə öz başına çaxdı. Milli ordunun beş döyüşçüsü Təbrizdə Ərk qalasının zirvəsinə qalxaraq, üç gün düşmən qoşunlarını atəşə tutaraq duruş gətirdilər, patronları tükənəndən sonra isə “Yaşasın Azad Azərbaycan!” deyə özlərini qalanın zirvəsindən atdılar.
Muxtariyyətin prokuroru Firudin İbrahimi cənubda azadlıq hərəkatının ən işıqlı və parlaq fiqurlarından biri idi. 28 yaşında muxtariyyətin prokuroru təyin edilən İbrahimi oğrulara və quldurlara, rüşvətxorlara və terrorçulara qarşı amansız mübarizə aparırdı. O da bu günlərdə dörd yoldaşı ilə birlikdə Demokratik Partiya MK-nin binasını qorudu, sonra ələ keçdi və asıldı. Edamdan qabaq onu sorğu-suala tuturlar: Sən hansı hökumət qanunları ilə insanlara iş kəsirdin? – Azərbaycan hökumətinin, – deyə Firudin cavab verir, – mənim milli hökumətimin qanunları ilə.
Stalin Cənubi Azərbaycan məsələsində geri çəkildiyinə və acizlik göstərdiyinə görə özünə haqq qazandırmağa çalışaraq Pişəvəriyə məktub yazır. Bu məktubda o, adəti üzrə şəxsən öz günahlarını başqalarının üstünə atır. Məktubdan görünür ki, Stalin hələ də Pişəvərini Cənubi Azərbaycanın lideri sayır və eyni zamanda onun “səhvlərindən” çəkindirmək istəyir. 8 may 1946-cı ilin bu məktubu ilk dəfə yalnız 1996-cı ildə İsveçdə nəşr olunan “Araz” jurnalında işıq üzü görüb. Stalin bu məktubda Pişəvərinin başına ağıl qoyur, ona inqilabın nəzəriyyəsindən və Lenin taktikasından dərs deyir. Və dərhal da mətləbə keçir: “Mənə elə gəlir ki, Siz beynəlxalq nöqteyi-nəzərdən, İrandakı vəziyyəti düzgün qiymətləndirmirsiniz”. Stalin məktubunda Leninin nəzəri tezislərinə əsaslanaraq, qeyd edir ki, İranda 1905, ya da 1917-ci illərdə Rusiyadakı kimi inqilabi vəziyyət yox idi.
Əlbəttə, böyük nəzəriyyəçi haqlı deyildi. Əvvəla hələ 1905-1908-ci illərdə İranda inqilabi vəziyyət var idi və o, rus kazakları tərəfindən əzilmişdi, ikincisi, bəyəm hər ölkə başqa bir dövlətin, indiki halda Rusiyanın spesifik xüsusiyyətlərini təkrar etməlidir?
Stalin məktubunda Pişəvərinin səhvlərini maddə-maddə sadalayır. Bu, faktiki olaraq Pişəvərini günahlandırmaq və özünə haqq qazandırmaq üçün idi. Görünür, bu məktub da Azərbaycan liderinin gələcək taleyində rol oynayıb.
Pişəvərinin həlak olduğu avtomobil qəzasının çekistlər tərəfindən təşkil edilməsi tamamilə ağlabatandır və əgər Bağırovun, məhkəmə prosesində etiraf etdiyi kimi, bu aksiyada əli yoxdursa, onda belə bir sui-qəsdin Stalinin sanksiyası olmadan həyata keçirilməsinə inanmaq çətindi.
O dəhşətli gündən əvvəl Pişəvəri həkiminə özünə qarşı sui-qəsd hazırlanmasından şübhələndiyini deyib. – Moskvaya gedin, – deyə həkim məsləhət görür.
– Sui-qəsdi hazırlayan elə Moskvadır da, – deyə Pişəvəri kədərlə cavab verir.
Yüreğinde gezdirdiğin bayrak Toprağa düşen şehidin bir damla kanıdır Anaların ağarmış saçlarıdır Bembeyaz üzerinde şiir yazdığın ak kâğıtlar Kaleminden işkence bağırtısı gibi fışkıran yazı Anaların damarlarından akan utanç Ataların damarlarından akan utanç Gururu tabdalanmış şeref namus duygularıdır Büyüdükçe içinde volkana çevrilen vatan yangısı Her zaman da utanç nağmesi Bil ki toprak gibi fişek gibi Hem de boyalar gibi hırstan kızaran gözünde Kan rengi perde olacak Ben de bu hisleri yaşadım Hem de satılmadan susmadan Kahramanca toprak olmaya can attım Mezarımı kaza kaza ömrümü harap ettim Bir tek zincirleri kırmak için Şimdi senin üzerinde taşıdığın bayrak için Her gün ruhumdan akan sıkıntıları Dakikalarca sevdiğimi göreceğime İçimde fırlattığım ok gibi Varımı yok yoktan varlık edene Yüreğimde kin alnımda hırsın kırışıklıkları Esef çizgilerini karanlık gecenin yarılan bağrı Su içmemiş çatlak çatlak olan Kuru topraklardan çıkan bir fidanda olsa şimdi Göğüs cebinde doğrudan Yüreğinin üzerinde taşıdığın bayrak oldum Oldum ki bayraksız seni kimse tanımayacak Seni tanıtmak için ben canımı bayrak ettim Borcumu ödemiş oldum Sel olup sökebilsen köprü olmaya ne gerek Mavi göklerde eserken Bohçalarda katlı durmak ne demek Ben ödemiş oldum borcumu Bütün cepheler boyu İnanmazsan aç bak… İnanmazsan aç bak Paslı tarihin yaslı günlerini Mayına bastığım meftinlere ilişkin Dik dağlardan, taşkın çaylardan geçtiğimi Senin üzerinde taşıdığım bayrak için Yâdım da al kan olmuş gömleğimi cırarken Kanımla boyadığım bayrağı İnanıyordum sana emanet edeceğimi Nefret denizinden aydın sabahlara Boyanırken size yakışmayan acıları düşünürken Bir gün dibinde hasretleri giderecek kadar dalgalanan bayrağı Sana armağan etmeyi düşünürdüm Savaşta en yiğit asker Bayrağı en yüceye takar Kendi kanı pahasına Tuşyeler düşman güllesine o güle güle Çünkü o inanır ve sever Bereketli baharı önceden görür O bayrağı sançmı, sanki öz bayrağı olur Bize bayrak dersi vermek için Bin yıllar boyu süren törelerin sükût içinde Tarih o yanında, felsefe anlayışı ment bağdaşı Doğru girip toprağı kucaklarken Yalnız, düşmanlardan geri alınan Toprak tozcukları bile üzerinde vatan haritası çekmiş Şehitlik erenlik senfonisi çalarak çalkalanan Çalkana ilerleyen uzanan yol Gül yüzlü çiçeği burnunda Kınalı kuzuların sana hediyesidir bayrak
Azərbaycan Yazıçılar Birliyinin üzvü, “İlin gənci” mükafatçısı, Prezident təqaüdçüsü
Sənsizliyin dadı… Dözülməz bir ağrıdır o. İşıq yoxdur, qaranlıqdır. Küləklər də sazaqlıdır. Çox acıdır… Sənsizliyin dadı… Əlacsız bir dərd kimidir, Daldalanmış ər kimidir. Tapdalanmış mərd kimidir. Sənsizliyin dadı… Bütün naləm, ah-fəryadım, Dərdlə açılan sabahım. Bu dərdi mən necə yazım? Sənsən ən böyük günahım.
Azərbaycan Yazıçılar Birliyinin üzvü, “İlin gənci” mükafatçısı, Prezident təqaüdçüsü
Gizlənərəm özümdən, Həyatımdan küsərəm. Unudaram keçmişi, Mən təzədən sevərəm. Qoşulub buludlara Yağış olub yağaram. Çəkilib ulduzlara Sənə göydən baxaram. Açdığın yaralara, Məlhəm tapıb sürtərəm. Sən çıxanda yoluma, Nə bir salam alaram, Nə bir salam verərəm…
Azərbaycan Yazıçılar Birliyinin üzvü, “İlin gənci” mükafatçısı, Prezident təqaüdçüsü
Düşünürsən gecələr, Soyuğu, yalnızlığı. Pəncərədən içəri Dolur gecə sazağı. Kimsə yoxdur otaqda, Yalnızlıq içindəsən. Narahat çarpayıda Qıvrılır sakit bədən. Dəli bir düşüncə var Ürəyinin içində. İllərdi gələn nəfəs Dolaşırmı köksündə? Axı, bu itən nəfəs Hara gedir, görəsən? Gecə pozur sükutu, O, danışır, deyəsən: “Bax, səmaya, dolanır, Yerdə, göydə fırlanır. Ürək durmur yerində, O dayanmır, çırpınır. Gözlər dikilib yola, Kimi isə gözləyir. Yola baxırsa gözlər, Bəs niyə kədərlidir? Yetdi zaman bu anda, Qaraltı var uzaqda. Bu son nəfəs, bu son söz: “Nə gördüm ki, həyatda?”.
Azərbaycan Yazıçılar Birliyinin üzvü, “İlin gənci” mükafatçısı, Prezident təqaüdçüsü
Nağıla bənzəyir həyatım mənim, Sən nağıl ömrümün qəhrəmanısan. Nağılda harada axtarım səni, Əvvəldə, ortada, yoxsa sondasan? Biri var, biri yox, biri də heç yox, “Yox”da var, “var”da yox – hansı gözəldir? Vüsalın qarşıma indi çıxsa da, Həsrətin milyon il səndən əzəldir. Şirindi, şit deyil, bir az da duzlu. Bir azca məzəli, sözlü nağılım. Hisslərlə yoğrulub, ürəkdə bişən, Ay mənim həyatda güzgü nağılım..
Şərab və qadın Ruh əkizi, Günəş və Ay kimidir Qadını anlamaq şərabdan dadmaq kimidir, biraz yanağın allanacaq, dodaqların ballanacaq, başın fırlanacaq, dünya ətrafında dörd dönəcək… Dilin astaca keyləşəcək, sözləri necə gəldi deyəcəksən ilk badədən sonra yenə içmək istəyəcəksən yenə yenə dadından doymayacaqsan şuşə bitəcək, sərxoş olub qalacaqsan bunu da içək vəfasızların sevgidən qorxanların, xəyanətkar oğlanların toruna düşən saf qadınların sağlığına…
* * *
İlk sevgi unudulmur, illər keçsə də, İlk sevdiyin yaddan çıxmır aradan xəzan yeli əssə də… Xatirindən heç çıxmır dəniz kənarı, çörək qırıntısı axtaran qağayılar, həzin dalğa səsi və sevgililərin pıçıltısı… Ahh, offf… Soyuqdan üşüyüb qısılarsan sevdiyinə, ürəyinin döyüntüsünü dinlərsən, dodaqlarına ilk busə qonar, üzün qızarar, yanaqların allanar. Bu anın heç bitməsini istəməzsən, elə sahildəcə heykəl olub qalmaq istərsən… İlk sevgi unudulmur, İlk öpüş də…
* * *
Qar yağır, qar, qar… bir həsrətim var. gecələr zülmət olar, günsüzlər dar.
Qar yağır, qəlbimə gedən cığır, dərd yığır, qəm yıxır. Məni yaman sıxır.
Qar yağır, Gəl məni apar, Kədərdən qopar. sən itirsən, başqası tapar…
Azərbaycan Yazıçılar Birliyinin üzvü, “İlin gənci” mükafatçısı, Prezident təqaüdçüsü
Onu görəndə qəlbimdən qəribə hisslər keçdi. Hələ də bu hisslərə ad qoya bilmirəm. Bizim adətlərə görə evli qadınların başqa kişilərə baxması günahdır, amma özümü saxlaya bilməyib ona ara-sıra diqqətlə baxırdım. Orta yaşlı, hündürboy, kürən bir kişi idi. Yanaqları da qıpqırmızı. Heç ukraynalılara bənzətməsəm də, dedilər ki, Ukrayna səfirliyinin əməkdaşıdır. Arada öz həmvətənlərinı yaxınlaşıb nə isə deyir, yardım maşınına yüklərin yığılması üçün göstəriş verir, arada yox olurdu. Hava çox soyuq idi. Lap adamın iliyinə işləyirdi. Yanımızda çay satan arabaya yaxınlaşıb çay almaq istədim, bir cavan oğlan dedi ki, ehsandır, pulunuzu cibinizə qoyun! Sonra məlum oldu ki, ehsanı verən yaxınlıqdakı otelin sahibi imiş. Ukrayna səfirliyinin qabağında müharibə qurbanlarının şəkilləri asılmışdı. Baxdıqca göz yaşlarımı saxlaya bilmirdim. Birdən yanımdan kimsə sürətlə keçib getdi. Geri dönəndə gördüm, bu, həmin ukraynalıdır. Məncə, o məni ağlayanda görmüşdü, amma özünü görməməzliyə vurmuşdu. Sürətlə tini buruldu, mən də onun arxasınca getdim. O yenə yoxa çıxmışdı. – Ay allah, bu kişi quş olub uçmadı ki? – öz-özümə dedim. Sonra əlavə etdim – Axı sənə nə düşüb tanımadığın kişinin arxasınca düşmüsən. Bu qədər işin arasında indi durub onu axtarmalıyam? Yolumu dəyişib sağdakı səki ilə geri qayıdırdım, gözüm gözdən-könüldən uzaq bir tində oturan adama sataşdı. Deyəsən, aradabir tərpənirdi. Başını dizlərinin arasına alan bu adam bəlkə də son nəfəsini verirdi. Yox, mən onun yanından etinasız keçib gedə bilmərəm. Ən azı təcili yardım çağıra bilərdim. Yaxınlaşanda gözlərimə inanmadım. Bu həmin ukraynalı idi. Başını dizlərinin arasına alıb çarəsizcəsinə ağlayırdı. O, həyatım boyu ağladığını gördüyüm ilk kişi idi. Bizdə belə bir məsəl var: “Kişilər ağlamaz”. Doğurudan da mən heç vaxt atamı ağlayan görməmişdim. Ən ağır xəstəliklə çarpışanda da gözündən bir damla yaş çıxmamışdı. Heç ərimi də müflis olan zamanlarda ağlayan görmədim. Bir anın içində kəşf etdiyim o ukraynalı isə elə sakitcə ağlayırdı ki. Bir anlıq quş olub onun yanına uçmaq, göz yaşlarını silmək istədim. Yəqin məni ağlayan görüb təsirlənmişdi. Ya da arvadı və indi Ukraynada döyüşən oğlu üçün ağlayırdı. Ola bilər anası orada olsun, nə qədər bura gətirməyə çalışsa da qadın öz el-obasından aralaşmaq istəməsin. Bəlkə də, gizli eşqi, hansısa ağıla gəlməyən əzizi üçün ağlayırdı. Bir dəqiqənin içində ağlıma yüz fikir gəldi. Amma yalnız birində özümü onun yerinə qoya bildim. Əgər mənim yaşadığım əraziyə bomba düşsəydi ən çox nə üçün ağlayardım? – Nə qədər təəccüblü səslənsə də, həyətimizdəki qocaman tut ağacı üçün ağlayardım. Anamdan tutmuş övladıma kimi hamı yadıma düşmüşdü. Ən azı bir təskinlik kimi onun yox olmasını istəmərəm. Tutaq ki, müharibə qurtarandan sonra o ağacın yerində yenisini və daha möhkəmini əkdilər, bəs xatirələr? Onları nə ilə əvəz edəcəyik? Bəlkə də, atamı itirəndən sonra təskinlik üçün o ağaca sarılar, həmişə yıxılanda əlimdən tutub qaldıran o adamın yoxluğu üçün köks ötürərdim. Hələ bəxti qara məhəlləmizi demirəm. Məktəbdə ayaqqabılarımızın palçığı ilə başqa məhəllələrin uşaqlarından seçilərdik. Mən uşaq olanda rəsmilər deyirdi ki, az qalıb, sizin də məhəlləyə yol çəkiləcək. İndi mənim öz uşağım var, amma hələ də məhəllənin yolu düzəlməyib. Hər o yoldan keçəndə uşaqlığımın acı və şirin xatirələrini yada salıram. Bəlkə də, bombardman olsaydı, hökumət sonradan bura şüşə kimi son model yol çəkərdi. Amma o yeni yolda mənə aid heç nə olmayacaqdı. Beləcə özümü ukraynalının yerinə qoyub beynimdə xatirələrimi canlandırırdım. Onu utandırmamaq üçün yanından etinasızca keçdim. Addımlarımı sürətləndirib arabadan bir stəkan çay götürdüm və geri döndüm. Çayı onun qarşısına qoyanda cibindən dəsmal çıxarıb üzünü sildi. Mən dərhal ondan uzaqlaşdım. Yardım üçün gətirdiyim tibbi məhsulları təhvil alan xanım mənə dedi ki, onların bəzilərini geri qaytaracaqlar. Belə də iş olar? Mən onları öz əllərimlə alıb qaça-qaça bura gətirmişəm. Müharibənin bu ağır vaxtı niyə götürməsinlər? Səbəbi isə çox sadə imiş: aldığım məhsulların bəzisi Rusiya istehsalı idi! Hər gün ölümlə çarpışan Ukrayna xalqı düşmən binti ilə yarasını sarımaqdansa ölməyi üstün tuturmuş! Səfirlikdən təzə uzaqlaşırdım ki, arxadan kimsə məni çağırdı. Həmin ukraynalı idi. Mənə minnətdarcasına boş çay stəkanı göstərdi və tələsik yaxınlıqdakı tırın sürücüsünə yaxınlaşdı. Sonra isə yardımlar yığılan otağa daxil oldu. Ukraynalı kişi kənarda ağlasa da, öz işçilərinin – ona güvənənlərin yanında məğrur görünürdü. Sonuncu ölən ümidlərdir. Azadlığın bütün dillərdə adı eynidir!
Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Respublikası Prezidenti Təqaüd Fondunun təqaüdçüsü, “Azad qələm” ədəbi-bədii, ictimai-publisistik qəzetinin və “Ali Ziya” ədəbi-bədii, elmi-publisistik jurnalının təsisçisi və baş redaktoru
Şəhid General Bu gün Şəhid Generalımız Polad Həşimovun doğum günüdür.. Ruhu şad olsun..
Torpaq şəhid qanı içdi yenə də, Boyandı ürəklər şəhid qanına. Vətən şəhidliyin zirvəsində o- And içdi vətənin şəhid canına.
General adına ilk layiq olan Aprel döyüşlərin qəhrəman oğlu. Polad iradəlim, polad hünərlim, Getdin bu yolunla sən haqqa doğru.
Neçə ürəklərdə heykəlin qurub, Bir şanlı tarixi yaşatdı bu ad. General adından qəhrəman kimi Şəhidlik adına ucalan Polad.
“Salam Generalım” deyən əsgərlər Aldı generalı çiyinlər üstə. Millət dalğa-dalğa, xalq axın-axın. Hamı bir diləkdə, hamı bir səsdə.
Qisas tətiklərin çəkən ürəklər, Asdı başı üstdən general şəklin. Donan baxışlarda azadlıq odu. Bürüdü hər yanı, bir alov təki.
Qarabağ sevdalım, vətən igidim, Şəhid Generalım, Sən yaşıyırsan! İgidlik məktəbin, müqəddəs adın, Andınla əbədi Sən daşıyırsan!
“Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Prezident təqaüdçüsü, “İlin gənci” müfakatçısı, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru
Yenəmi yeni ildi? Yenəmi sənsiz gəlib? Adın olan ümidim Köhnələn ildə qalıb…
Unutmuşam, incimə, Aylara doğmalığı… Iyulda gözlərimə Düşübdü gün işığı…
Oktyabr sevdiyim… Aprel küsdüyüm aydı… Bu aylar bir-birindən Gör nə qədər uzaqdı…
Səndəmi qaldın orda? O keçib gedən ildə? Hansı gün, hansı ayda? Bəlkə ötən həftədə?
İndi bu yeni ili Özümə həsr edəcəm. Təqvimdə rəqəmləri Qar rəngiylə örtəcəm…
Özün qayıdıb gəlsən… Gəlsən əgər bir zaman… Ağartdığım təqvimə Günəş rəngi taxarsan…
Sevirdim ötənlərdə Rəngarəng təqvimləri… Gizlətdim ürəyimdə Qırmızı rəqəmləri…
Yeni il… yeni-yeni… Mən səni istəyirəm… Həmişə tər sevgimi- Köhnəni istəyirəm…
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Özbəkistn Resbulikasındakı xüsusi və səlahiyyətli nümayəndəsi, səfiri, Oʼzbekiston va Qoraqalpogʼiston Yozuvchilar uyushmasi aʼzosi, shoir-jurnalist
2022 yil Ozarbayjon Respublikasiga adabiy safar uyushtirdim. Safar davomida xayollarim kun-tun oʼzgardi. Nedanki xotiramda tarix uygʼonaerdi.
Men goʼyo Ozarbayjon tuproqlariga ming yil oldin kelib qolgandekmanu, hamon bu yerlarda kezib yuribman, ruhoniy bir shamoldek…
Men bu yerlardan ketib qolgandekmanu qardosh qavmu qarindoshimning hol ahvoldidan 25 yil, chorak asr xabarsiz qolib ketgandekman.
Men bu yerlarda aslida dunyoga kelganimdan beri yashayman, nainki bu yer butun Turkiylar dunyosida men mavjudman, ularning tanasida oqqan har bir tomchi qon mening tanamdagi qonga payvanddir aslida.
Nasimiy rayonaidagi “Mildom” mehmonxonasida tunlari bedor yotib ulugʼlar Nizomiy, Xoqoniy Shirvoniy va boshqa koʼplab ulugʼlar ila xayolan suhbatlar qurdim.
Meni iztirobga solgan narasa, Ozarbayjon yoʼqotgan shahid farzanlar edi…
Ozarbayjonga borganimda men goʼzal bir sanoat va industuriyaning namunasini koʼrdim. Goʼzal chehralar, goʼzal odamlar samimiyati va har yerda “sen haradan galding qardash?!” deya uzun-uzun kiprikli koʼzlarini pirpiratgan vatandoshlarimiz, “Ota yurting Oʼzbekistondan Salom!” deganimda, porlagan, sevingan, yoʼqotgan jigarin topgandek quvongan har bir Ozarbayjonlikni men yaxshi koʼrdim, eʼzozladim.
Bozoru supermarketlarda, metro, aftobus, koʼchalarda odamlar meni, his qildi, tushindi. Nedan his qildi, nedan tushundi. Chunki bu xalq 1988-yildan 2021 yilgacha urush nafasin sezib turdi, mamlkatning boshidagi ayovsiz kunlar, beomon janglar xalqqa, odamlarning yuragina kirib bordi.
Bu urush butun Ozarbayjon Vataniga oʼzining tasvirini chizib ketdi. Bu mudhish urush guldek oʼgʼlonlarni olib ketdi. Ular nechun ketdi, Vatan uchun ketdi! Vatanning boshiga yogʼiy kelsa erlar shahid boʼladi, mardlar gʼoziy boʼladi. Аskar boʼlib janglarda jon bermoq shon-sharafdir aslida.
Ozarbayjon koʼchalarida bayroqlar hilpirab turibdi. Аeroportdan chiqib moshinada ketar ekanmiz, u bayroqlarga koʼchalarda duch kelganimda “shukur-ming shukur” dedim.
Negaki shu bayroq ostida, mustaqil, ozod va obod Ozarbayjonga tashrif buyurdim.
Men 2005-yilda Toshkentga “Urganch-Toshkent” poezdida kelar ekanman, Navoiy shahridan bir yigit va keksaroq ota-onasi mindi. Ular bilan bir kupeda ketar ekanman, ularning Ozarbayjon millatiga mansub ekanligini, 1989 yilda urushlar paytida Oʼzbekistonga kelib qolganin va eri Togʼli Qorabogʼdan, oʼzi Yerevandan ekanligini aytib uzun hikoyalar qilib berdi u ayol. Toshkentga kelar ekanmiz, menga kichkinagina Ozarbayjon bayrogʼi rasmi tushirilgan tuz idishi sovgʼa qildi. “Biz Moskvaga borib keyin Ozarbayjonga uchamiz, Vatanni juda sogʼindik, bir koʼrib kelaylik dedik, oʼgʼlim kon zavodda ishlaydi, u tatilga chiqdi, iltimos etdik bizlarni Bakuga olib borib kel, dedik, mana ketayapmiz, sen Ozarbayjon haqida yoz, urushning nomi oʼchsin, bu urush tezroq bitsin, mehmonga bor Ozarbayjon goʼzal oʼlka” deb menga dastlab xabarlar bergan edi. Oʼshanda men oʼylagan edimki nasib qilsa bir kun albatta boraman. 2005 yil edi bu.
2013 yil men bir muddat Qozogʼistonda xalqaro Xoʼja Аhmad Yassaviy nomidagi turk-qozoq universitetida oʼqidim. Talabalar yotoqxonasida yonma-yon xonada 2 ta Ozarbayjon yigit turardi. Ularning hammasining yoshi mendan kichkina edi. Ular Qorabogʼdan Qozogʼistonga koʼchib kelgan oilalarning farzandlari ekan. Kunora ularning xonasiga butun Ozarbayjonliklar toʼplanardi. Uzun-uzun suhbatlar, tonggacha, togʼli Qorabogʼni ozod etish xayolidagi suhbatlar edi. Men yoshim katta boʼlganim uchun hamda talabalar prezidentiligim uchun, birinchi kurslarni har kuni kechqurun jurnalga talabalar yotoqxonasida bor-yoʼqligini belgilab, qayd etib chiqar edim. Ular meni “ana buyuk prezdent geldi, xarkas burdadir”, deb qarshilardi. Soʼngra gal-gal der edi. Shunday suhbatlarimiz chogʼida, “Ey qardosh, biz qachon evimizga boramiz, qachon bizning tuproqlarimiz ishgʼoldan ozod, xatarsiz boʼladi”, deb yelkamga boshini qoʼyib yigʼlab, koʼz yoshlarin artib, oʼzlari yigʼlab, oʼzlari ovunar edi. Bir uxlasak, uygʼonsak Ozod Ozarbayjonda boʼlsak, shungacha oʼzimizni unutsak, der edi. Men qoʼlimdan kelgunicha taskin-tasalli berar edim.
Men ularning iztirobini, his-hayajonini, qaygʼu va alamlarini har kuni hamnafaslik ila his qilardim.
Shuning uchun ham oʼsha yillar yozilgan “Turkiylar dunyosi” sheʼrimda yozganman:
“Nizomiy, Nasimiy, Fuzuliy agar,
Madhu nolasin aytsin Ozarbayjonni.
Bobo oqin soʼylangiz tonglarga qadar,
“Аlpomish”, “Manas”-u Goʼroʼgʼlisultonni”…
Oʼshanda xalqaro ilmiy anjumanda bu sheʼrni oʼqiganida butun Ozarbayjon yigitlari oʼrnidan turib ketgan edi. Ozarbayjon nomi aytilgan yerda biz tikmiz deb.
Ularning hammasi 16-18 yosh yigitlar edi. Unversitetga ilm tahsil uchun kelgan. Ularning hech qaysisi Vatanni shunchaki his qilmas edi. Ular Vatanni qoni, jon-tani bilan sevar, ulugʼlar, ardoqlar edi.
Baʼzi kunlar yotoqxona xovlisida millatlar raqsi boʼlardi. Har millat qoʼshigʼi yangraganda oʼsha millatga mansub talabalar chopib chiqib oʼrtani egallab raqsga tushardi. Shunda ham ozarbayjon yigitlar jon-tani bilan oyoq oʼyinlargiga tushardi.
-Oyoq raqsidagi harakatlarni nima maʼnosi bor, tushuntirib berolaslarmi?-deb soʼradim bir kuni, bir talabadan.
“-Nima maʼnosi borligini bilmaymanu, lekin Ozarbayjon raqsi yoʼq boʼlib ketmasligi kerak shuning uchun, Vatanim nomi yangraganda maydon boʼsh qolmasligi uchun Ozarbayjoncha raqsga tushaman!” deb goʼzal javob bergan edi.
Ha, ular Ozarbayjon tilini, sanʼatini maʼdaniyati va qadriyatlarini jon dildan sevguvchilar, Ozarbayjonning parcha yuraklari edi.
Menda Ozarbayjon millati deganda, mehribon, samimiyatli, gʼururli yigitlar timsoli xotirimda qolgan.
Men oradan yillar oʼtib Bakuga kelsam, devorlarda, Shumgʼoyatga borsam, shahidlar qabristonida, Ganjaga borsam butun yoʼl boʼylarida minglab shahid yigitlarning fotolari, bayroq bilan qoʼyilgan. Oʼlmas bayroqlarga aylangan yigitlar, oʼlmas Vatanga aylangan shahid, gʼoziy oʼgʼlonlar…
“Mening Ozarbayjonimga xush kelibsan qardosh” deya kutib olayotgandek, ketayotsang “yaxshi bor, safaring bexatar boʼlsin, oq yoʼl senga qardosh”, deyayotgandek kuzatib, jilmayib turgan shakllar-fotolar.
Ularning timsolida, biz bunday qoʼriqladik Vatanni, qoʼlimizdan kelgani shu boʼldi, bundan ortigʼi boʼlsa ham biz tayyor edik, degan soʼz uqiladi u tirik nigohlarda. Bu oʼlmas nigohlar, oʼlmas bayroq koʼtarib abadiyatga ketdi! Oʼlmas shon, oʼlmas sharaf bilan Vatanni quchdi. Ozarbayjon sharafli Vatan ularga! Ozarbayjonning abadiy tuproqlarida mangu orom topmoqda. Vatan oʼgʼlonlariga, oʼgʼlonlari Vatanga aylangan yurt.
Nigohlardan biroz ruhing seskanadi. Bu tirik koʼzlar, shakllar, koʼchaga qadalgani bilan nima taskin, nima tasalli berdi ekan bu xalqqa deb oʼylaysan. Oʼylamay iloj yoʼq. Faqat gʼurur-iftixor uchun emas albatta bu! Burchdorlik hissi ham bor. Bu farzandlarni tugʼib voyaga yetkazib, harbiy xizmatga otlantirgan har bir ota-ona oldida Vatanning burchdorligi.
Vatan sen, Vatan men, Vatan har bir oila va unda tugʼilgan voyaga yetgan avloddir. Bu avlod oʼz elin himoyasi yoʼlida buyuk muhorabalarda jon bersa demak bu ulugʼ sharaf, unga taraf yoʼq, soʼz yoʼq!
Men Ganja shahriga borib Imomzodani, Nizoiy Ganjaviyni ziyorat etganimda jurnalist doʼstimiz Elnur Baxish va Ganja madaniyat idorasining fidoiy xodimi Rohib Husainov hamrohlik qilar ekan, yoʼl boʼylaridagi shahidlar rasmlari haqida suhbatlashdik.
Men aytdim-ki, ikkinchi jahon urushida 20 yil muhlat qoʼygan ekan, soldatlar uylariga kelgach urush haqida soʼz ochmaslik haqida.
Bir odam oʼlgach 31 yil Qurʼon oʼqitish vojib, undan keyin unchalik majburiy emas deyishardi. Bu askarlarning rasmlarini oʼrnatish toʼgʼrisida yoki, ular qachongacha turishi haqida biron rasmiy hujjat bormi? deya soʼradim. -Xabarimiz yoʼq. Hozircha ular faqat qahramon sifatida qoʼyilgan, dedi.
-Ha, qachonlardir Ozarbayjon bu haqida ham saranjom qabul qiladi, dedim.
Ganja madaniyat idorasi markaziy kutubxonasida kitob taqdimoti oʼtkazib qaytar ekanman uzun yoʼl, kelish va ketish yoʼlini ikkiga boʼlgan temir chizziqda uzundan-uzoq shahid askarlarning suratlari saf tortgan, xuddi ular tirikdek, kulimsirab, xoʼshlashib qolmoqda. Yuraginga yana ogʼriq kiradi. Negaki, Vatan bu janglarda oz farzandini boy bermadi.
Lekin har kuni bu yoʼldan oʼtmaga bu odamlarning yuragi qanday dosh berayotgan ekan. Har kuni shahidlar xotirasi bilan yuzma-yuz kelish, bu juda oson ish emas. Xar kuni oʼlganlar xotirasi bilan yashash ham ogʼirlik qiladi. Har kuni ezilib yashash, odamni oʼzidan ham bezdirib yuborishi mumkin.
Xotira muqaddas, xotira ulugʼ. Lekin tiriklar dunyosining tashvishlari ham, iztiroblari ham yetarli. Men mana shuni ham koʼnglimdan kechirdim.
Chunki biz yozuvchi sifatida hamisha inkor va iqrorlar dunyosida, yoʼqlik va borliq taloshida, mavjud va nomavjudlik, oʼtkinchilik va abadiylik qarashlarida, zamon va makon sarhadsizliklarida fikr bilan, his-tuygʼu, iztirob va qaygʼu bilan birga quvonch va goʼzallik, tasavvur va tafakkur bilan yashaymiz. Mana shu narsalarning hammasini egallab olgan Ozarbayjon askari, Ozarbayjon shahidlari xotirasi, yodidir.
Biz kaspiy dengizi deb oʼrganib ketganmiz. Ozarbayjonda oʼsha tarixiy-turkiy nomi bilan hamon atalib kelayotgan Xazar dengizi sohillarida har kuni kezdim. Men har oqshom dengiz bilan suhbatlashdim. Dengizning toshib-toʼlib shovvullashiga, qirgʼoqlarga urilib qaytib ketishiga quloq osdim. Tungi Ozarbayjon osmonida nion chiroqlar yorugʼida Ozarbayjon askari Ozarbayjon bayrogʼini hilpiratib turgan tasviri gavdalanadi.
Meni oldindan orzuyim bor edi, Qozogʼistonga oʼtib, undan Xazar dengizidagi kema bilan Bokuga borish… Kemalar idorasi bor oʼsha tomonda deganiga Bulvardan 15 kilometrga yayov, piyoda yurip bordim. U yerda bir yigit navbatchi ekan.
-U boshqa rayonda xalqaro qatnovlar, bu yerda emas. Bu yer yozda quyoshli kunda kelsangiz mana shu sohil atrofida kemada kezdiramiz, shunga ixtisoslashgan, kichik idoramiz biz, deb, javob berdi.
Men qaytar ekanman yer ostidagi katta bir saroy kabi aftoturargohga tushdim. U yerda ham qoʼriqchi kuzatuvchilar yoʼl koʼrsatdi. Salqin kuz havosida, issiq yer osti tunel aftoturargoh yoʼli bilan ham ancha mashinalarni tomosha qilib qaytdim.
Yana sohildan chiqib mehmonxonaga qaytar ekanman, oʼylayman, qachondir, nimadir yozishim kerak. Men ruhiy jihatidan oʼzimning qishlogʼimga kelgandek yerlarda yuripman, meni hech kim begonasiramayapti. Turkiy qadim yurtim tuproqlaridaman men.
Bir paytlar akademik Аziz Poʼlatovich Qayumov Ozarbayjon shoiri va yozuvchisi Moqsud Shayxzoda Oʼzbekistonga qanday kelganlarin va faoliyatin aytib bergan edi. Uning boshiga tushgan achchiq qismat va siyosati ogʼir davrlar haqida qiynalib gapirib berganlarin xotirlayman.
Men Ozarbayjonga otlanar ekanman, Maqsud Shayxzodaning avlodlaridan kimdir bor ekanmi, koʼrarmikanman degan oʼy xayolimdan kechgan edi. Tasodifni qarangki, Men Ganjadan Bokuga kelar ekanman, menga Moqsud Shayxzodaning urugʼ-aymogʼidan boʼlgan Аfet Shayxzoda yoʼliqdi. U meni Muhammadiy kenti, Yonartogʼdagi Xolchali uyga hamrohlik qilib, elitib qoʼydi. U yerda bizni Ganiraxonim Pashaeva kutib olib, androlog vrach bilan birga meni tugʼilgan kunim sharafiga choy berdi.
Аfat Shayxzoda bilan ham ajdodi Moqsud Shayxzoda haqida suhbatlashdik.
Yakshanba kuni men Ichkari shaharni kezdim. Menga Yevroosiyo unversiteti filologiya fakulteti talabasi Yemin Zaynalov hamrohlik qildi. Men kitob doʼkonlarini kezdim. Sayyid Imomiddin Nasimiy devonini izlab topib sotib oldim.
Taqdirning ajoyibotini qarang, bir oshxonaga kirib biz kurtuk, toshkentliklar beshbarmoq deydigan ovqatning Ozarbayjoncha variantini yedik. U yerda bizga ajoyib ozarbayjon yigiti garsonlik qildi. Va u “mehmonmisiz?” deb, soʼrab, Yeminning tanishtiruvidan keyin, ha, bizda ham bir yozar arqadash chalishir, chaqirayinmi tanishasizlarmi dedi. Ha, albatta dedim. Dunyodagi ijodkorlar qalban qarindoshdirlar.
Аjoyib bir yigit biroz tortinib keldi. Ismi Ismoil Sobir ekan. Detiktiv asarlar yozar ekan. -Ha, bu tirikchilik uchun ishlar bilan ham shugʼillanib turamiz, dedi. -Buning hech aybi yoʼq, bu yaxshidir dedim. Chunki adabiyot oʼzi bir kunda boʼladigan ish emas, ijodkorlik oʼzi mehnatkashlikni sevadigan soha va sizlardagi bu urushlar tufayli vujudga kelgan iqtisodiy oʼzgarishlar har bir insonning hayotiga katta taʼsir qilmay qolmaydi, deb aytdim. -Toʼgʼri tushunganingizga raxmat qardosh, men senga pdf.asarlarimni elektron yuboraman deb, xursand boʼldi, adabiy rejalari haqida suhbatlashdik.
Yana bir kun, 2021-yilda koʼp bora onlayn yigʼilishlariga qatnashganim, “Oshiq Аli Аskar Markazi”ga ham bordik. Bu yerga Boku davlat unversiteti talabasi Husayn Muradov bilan , Yemin hamrohligida bordik. U yerda Olmaz Ulvi xonim va Xatoiy Аlaskar bilan uchrashdik. Аjoyib bir diydor bayrami boʼldi. Bu yerdagi tadbirda ham “Kalbajarlisan sen-Kalbajarli”, yoki boʼlmasa “Ozarbayjon goʼzali”, “Ozarbayjon bizimdir, Qorabogʼ bizimdir, Shusha bizimdir…” kabi saslangan sadolar meni qulogʼimda necha kun-ki sadolanib yurdi. Shahid oʼgʼlonlar yodi har nafas, har yerda tadbirda soʼzlandi. Bu oʼgʼlonlar xotirasi oʼlmas, oʼchmasdir.
Faridaxonim, Ganja markaziy kutubxonasida ishlab nafqaga chiqqan ayol. Meni zoʼmda oʼtkazilayotgan koʼpgina tadbirlariga taklif havolasini tashlab doimo, suhbatlashib kelgan. Mana shunday opalarimizdan yana biri olima Tahmina Badalovadir. Bu ikkalasi doimo nimayki tadbiri boʼlsa xabardor qilib va mslahatlar berib keladi. Аytmoqchi boʼlganim Farida xonim oʼzining feysbuk sahifasida deyarli har kuni Ozarbayjondagi janglarda shahid boʼlgan oʼgʼlonlarni, oʼzining bolasidek qaygʼurib, yigʼlab yozib foto-shakllarin joylashtirib kelgan. U shahid askar oʼgʼlonlarning hammasini oʼzining bolasidek yaxshi koʼradi, ayol qalbi, onalik mehri bilan ular xaqida xotira soʼzlari yozib keladi. Men Ganjaga borganimda uningdek bir doʼstimni koʼrganimga shunchalar quvondimki, bu Faridaxonimni koʼrganda yaqin jigrimni, ozarbayjon onalarini koʼrgandek boʼldim.
Shu tadbirda yana bir oʼtkir soʼz qurolina ega boʼlgan ayol bu Xazongul Xusayinovani koʼrdim. Uning ham koʼngil sandigʼinda hali koʼrinmay yotgan olmos soʼzlari bor ekan.
Ozarbayjonga borib koʼplab doʼstlar topdim, ularning hammasida urushning asorat sezgilari bor. Negaki ular urush iztirobi bilan yashagan odamlar. Bu urushdan seskanish asorati hali ketishiga oʼnlab yillar borligini men payqadim. Urush oʼz aksini bu odamlarning yuragina ongina chizib ketgani kunday ravshan.
Lekin bu xalqning sabr matonatiga, gʼururiga va bardoshiga qoyil qoldim.
23 yillik urush ogʼrigʼi, ingrogʼi bilan yashash ham chakana gap emas. Xalyam bu urush turkiylar gʼalabasiga hal boʼlgan. Boʼlmasa bu ingroq va iztirob bitmas tuganmas bir izi soʼngi yoʼq dardga, ogʼriqqa aylanar edi.
Gʼalaba, boy berilgan umrlar, yillar va qolgan asoratlarni men kelib koʼrib turganimni bilaman…
Hali aytganimdek shahidlar qabristoni, va qabrlar boshidagi bayroqlar va gullar, marmar toshlardagi shakllar qanchalik va qadrlik boyliklar boy berilganin unsiz, soʼzsiz isbotlab turibdi.
Oʼlmas bayroqdor bolalarin koʼrdim Ozarbayjonning. Bu bolalar Ozarbayjon tuprogʼini mangu quchoqlab, qoʼriqlab yotibdi. Ularning tirik ruhi quvonch bilan ozod Ozorbayjon osmonlarida uchib yuribdi.
“Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, Azərbaycan Respublikası Prezidenti təqaüd fondunun təqaüdçüsü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının GƏNCƏ Bürosunun Rəhbəri
Tüstüsü gözümü yaşardır indi, Özüm qalamışdım bu ocağı da. Guya ağlım kəsir, guya böyüdüm, Sındırıb tulladım oyuncağı da. Nə yoxsan, nə varsan, baş açammadım, Ümidim nə yoxa, nə vara qaldı. Elə hey gözlədim, eh… ara yerdə Gözlərim yollarda avara qaldı. Ürək xatirənə qəm torbasıdı, Nahaq yırğaladım bu boş beşiyi… Sən kimsən? Özüm də bilmirəm daha, Heç nəyim, heç kimim, yoxsa, hər şeyim?
“Yaxşı ki varsan” dediyim
Günəş divar saatıdı göy üzündə- Saat üçü vurur. Nəylə ovudum könlümü? Qarşıda gecə durur. Heç bilmirəm kimin üçün Bu dünyadan gen düşürəm. Səhər durandan darıxıb Axşama yorğun düşürəm. Orda biri var deyirlər, Hələ təzə bilmişəm ki, Arzusu mənəm büsbütün. İstəyirəm yaxınlaşım: Darıxırsan? Ölmüşəm ki?.. İstəmirəm, Hamı getsin, Qoy hamı yoxsa çıxsın. Sinəm edam kürsüsüdü, Ürək çarmıxa çıxsın. …Ürəyimdə gizli-gizli Tez-tez çəkilir adı. “Yaxşı ki varsan” dediyim Hardadı?
Kənan AYDINOĞLU (Murquzov Kənan Aydın oğlu) 1989-cu il oktyabr ayının 25-də Bakı şəhərində ziyalı ailəsində anadan olub. 2008-2012-ci illərdə Sumqayıt Dövlət Universitetinin Filologiya (Azərbaycan dili və ədəbiyyatı müəllimi) fakültəsində bakalavr dərəcəsi üzrə ali təhsil alıb. “Ömürdən bir səhifə” (Bakı, “Adiloğlu”, 2007) və “Ömrün yarı yolunda” (Bakı, “MK”, 2010) adlı şeirlər kitabının müəllifidir. Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının (edebiyyat-az.com) təsisçisi və baş redaktorudur. Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvüdür. Azərbaycan Respublikası Prezidenti Təqaüd Fondunun təqaüdçüsüdür. Təhsildə Araşdırma və İnkişaf Mərkəzi (TAİM) Əlavə Təhsil Müəssisəsinin müdavimidir.
Kamran MURQUZOV (Murquzov Kamran Aydın oğlu) 1989-cu il oktyabr ayının 25-də Bakı şəhərində ziyalı ailəsində anadan olub. 2008-2013-cü illərdə Azərbaycan Dövlət İqitisad Universitetinin Mühasibat Uçotu və Audit fakültəsində bakalavr dərəcəsi üzrə ali təhsil alıb. 2013-cü ilin avqust ayının 28-də etibarən, Gündəlik Analitik İnformasiya Agentliyinin Baş redaktorudur. 2012-ci il fevral ayının 14-dən etibarən, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidmətinin rəhbəri və İctimaiyyətlə əlaqələr şöbəsinin müdiridir. Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür.
TOŞAYAD (Tokat Şairler ve Yazarlar Derneği yayın organı “Kümbet” eğitim, kültür, sanat ve edebiyyat dergisi və EBRAR VAKFI Kültür yayın organı “Usare” iki aylık kültür sanat ve edebiyat dergisinin Azərbaycan təmsilçisidir. Şeirləri, məqalələri, hazırladığı xəbərlər, araşdırmalar “Möhtəşəm Azərbaycan”, “Sözün sehri” “Azad qələm”, “Azad Azərbaycan” “, “Olaylar”” “, “Təzadlar”, “Kaspi, “Şərq”, “Kredo”, “Respublika gəncləri” qəzetlərində, “Azad qələm” dərgisində, “kenanaydinoglu.com“, “edebiyyat-az.comв”, “gundelik.info” “koseyazilarimiz.com” “olaylar.az“, “kultur.az“, “artkaspi.az“, “sherg.az“, “carci.az“, “edebiyyatqazeti.az“, “mediaxeberleri.az” “azxeber.com“, “oxu.az” və s. saytlarda yayınlanıb. Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının təşəbbüsü ilə gerçəkləşdirilən “Yeni nəsil Azərbaycan gəncliyinin inkişafına dəstəkв” ” layihəsi çərçivəsində şeirləri, məqalələri “Kümbet”, “Usare”, “Kardelen”, “Hece Taşları”, “Alkış” dərgilərində, “Önce Vatan” qəzetində dərc olunaraq, ictimaiyyət nümayəndələrinin nəzərinə çatdıırlıb.
Şəfa Vəli (Vəliyeva Şəfa Elxan qızı) 1988-ci ildə Göyçə mahalının Basarkeçər rayonu Dərə kəndində anadan olub. Azərbaycan Müəllimlər İnstitutunun “İbtidai təhsilin pedaqogikası və metodikası” fakültəsini bitirib (2005-2009). “Buta-II” “Regionlardakı yazar qadınlarla görüş” seminarının (2012) və DGTYB-nin təşkil etdiyi “Regionlardakı gənc yazarların Bakı görüşü” adlı festivalın (2013, 2014), DGTYB-nin “Ədəbiyyat, təsviri sənət, musiqi və gənclik” layihəsinin iştirakçısıdır. 1-4 may 2014-cü ildə Eskişehirdə keçirilən “Yunus Əmrə buluşması” elmi simpoziumunun iştirakçısıdır. “Gənc qələm sahibləri-2014” layihəsində “Ən adi şəkil…” hekayəsi ilə qaliblərdən biri olub. AYB-nin nəzdində fəaliyyət göstərən “Gənc ədiblər məktəbi-2”nin dinləyicisi olub (2013-2015). Azərbaycan Yazıçılar Birliyinin (2014) və Dünya Gənc Türk Yazarlar Birliyinin (2014) üzvüdür. Prezident təqaüdçüsüdür. Gənclər və İdman Nazirliyinin “İlin gənci” mükafatına layiq görülüb (2016). İki kitab-“Ümiddən olan qurbanlar” (esse və hekayələr, 2009), “Poçtalyona məktub” (şeirlər, 2017) kitablarının müəllifidir. “525-ci qəzet”in 20 Yanvar şəhidi, şair Ülvi Bünyadzadənin anadan olmasının 50 illiyi münasibətilə vətənpərvərlik mövzusunda keçirdiyi “Ülvi Bünyadzadə-50” şeir və esse müsabiqəsində “Anamın boyat dərdi” essesi ilə qalib olub (2019). AYB Gənclər Şurasının üzvüdür. AYB-nin mətbu orqanı olan “Ulduz” dərgisinin redaksiya heyətinin üzvüdür. AYB-nin XIII qurultayının iştirakçısıdır (2022).
Şəfa EYVAZQIZI (Kazımova Şəfa Eyvaz qızı) 1987-ci il iyulun 21-də Gədəbəy rayonunun Qoşabulaq kəndində dünyaya gəlmişdir. İlk təhsilini doğma kəndində almışdır. 2003-cü ildə Bakı Qızlar Universitetinə daxil olmuş, həmin universiteti fərqlənmə diplomu ilə bitirmişdir. 2007-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinə magistraturaya qəbul olmuş və 2009-cu ildə həmin universiteti də fərqlənmə diplomu ilə bitirmişdir. 2012-ci ildən Azərbaycan Dövlət Pedaqoji Universitetinin dissertantıdır. Təhsil Problemləri İnstitutunun Kurikulum Mərkəzinin böyük elmi işçisidir. 14 fevral 2012-ci il tarixindən etibarən Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Məsul katibidir.
2020-ci ildə Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatı tərəfindən gerçəkləşdirilən “İran-Azərbaycan ədəbi-mədəni əlaqələrinin inkişafına dəstək” layihəsi çərçivəsində “Bu axşam” şeiri İran İslam Respublikasının Təbriz şəhərində fəaliyyət göstərən “Ədəbi Körpü” aylıq ədəbiyyat dərgisinin 19-cu sayında Azərbaycan və fars dillərində dərc olunub.
2021-ci ildə Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatı tərəfindən gerçəkləşdirilən “Gənc yazarların əsərlərinin Qardaş Türkiyə mətbuatında yayınlanmasına dəstək” layihəsi çərçivəsində “Elə tez alışanam” adlı şeiri Qardaş Türkiyə Cümhuriyyətinin Kahramanmaraş şəhərində fəaliyyət göstərən Ebrar Vakfı Kültür Yayın Organı “Usare” ikiaylık kültür sanat ve edebiyat dərgisinin 25-ci sayında Azərbaycan dilində dərc olunub.
2021-ci ildə Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatı tərəfindən gerçəkləşdirilən “Gənc yazarların əsərlərinin Qardaş Türkiyə mətbuatında yayınlanmasına dəstək” layihəsi çərçivəsində “Qapı, pəncərənin dili olurmuş” adlı şeiri Qardaş Türkiyə Cümhuriyyətinin Kahramanmaraş şəhərində fəaliyyət göstərən “Hece Taşları” dərgisinin 76-cı sayında nəşr olunub.
2021-ci ildə Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatı tərəfindən gerçəkləşdirilən “Gənc yazarların əsərlərinin Qardaş Türkiyə mətbuatında yayınlanmasına dəstək” layihəsi çərçivəsində “Körpəm”, “Çoxmu maraqlıdır səndən sonra nəyim var?!”, “Çıxıb getmək var… bacarsan”, “Tənhalar”, “Sən yağış deyilsən ki?!!” şeirləri Qardaş Türkiyənin ən ünlü mətbu orqanlarından biri “edebiyatgazetesi.net”də dərc olunub.
Şəlalə ADİLQIZI (Rəhimova Şəlalə Adil qızı) 1992-ci ildə Ucar şəhərində anadan olub. Bədii yaradıcılığa erkən yaşlarından maraq göstərir. Dövri mətbuat səhifələrində şeirləri ilə çıxış etməkdədir. 14 fevral 2012-ci il tarixindən etibarən Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktor müavinidir. 2015-ci ildə Bakı Slavyan Universitetinin Yaradıcılıq fakültəsinə qəbu olub. 2016-cı ildə həmin ali təhsil müəssisəini bitirib. 2016-2018-ci illərdə Azərbaycan Yazıçılar Birliyi ilə Mədəniyyət Nazirliyinin birgə layihəsi olan “Gənc Ədiblər Məktəbi3″ün məzunudur, təhsili üzrə diplom alıb.
Sona İNTİZAR (Nurəliyeva Sona Səyyar qızı) 1990-cı il may ayının 1-də Bakı şəhərində anadan olub. 1996-cı ildə Azərbaycan Respublikasının Milli Qəhrəmanı Faiq Rəfiyev adına 166 saylı tam orta məktəbə daxil olub, 2007-ci ildə həmin məktəbi bitirib.
Ədəbiyyata, poeziyaya erkən yaşlarından maraq göstərir. 2007-ci ildən dövri mətbuat səhifələrində “Sona İNTİZAR” imzası ilə şeirləri çıxış edir. Şeirləri “Sözün sehri”, “Azad qələm”, “Kredo” qəzetlərində, “Azad qələm” dərgisində, o cümlədən mədəniyyət və ədəbiyyatyönümlü portallarda dərc olunub.
2007-ci ildə “Adiloğlu” nəşriyyatı tərəfindən qələm yoldaşı Kənan Aydınoğlunun işıq üzü görən “Ömürdən bir səhifə” adlı ilk şeirlər kitabında Sona İNTİZARın “Dost məktubu”, “Kənan Aydınoğluna” adlı şeirləri nəşr olunub.
14 fevral 2012-ci il tarixindən etibarən, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının (edebiyyat-az.com) Baş redaktor müavinidir. Süleyman Rəhimov adına Qubadlı rayon ədəbi ictimai birliyinin üzvüdür. Qardaş Türkiyə Cümhuriyyətinin Kahramanmaraş şəhərində fəaliyyət göstərən “Türkay” aylıq ədəbiyyat dərgisinin Azərbaycan təmsilçisidir.
2023-cü ildə Prezident təqaüdçüsü Nəcibə İlkinin və Prezident mükafatçısı Namiq Hacıheydərlinin zəmanəti ilə Azərbaycan Yazıçılar Birliyinə üzv qəbul olunub.
Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının təşəbbüsü ilə gerçəkləşdirilən “İran-Azərbaycan ədəbi-mədəni əlaqələrinin inkişafına dəstək” layihəsi çərçivəsində “Sən hardan biləsən məhəbbət nədir?!”, “Əksin gözlərimin önündə durub”, “Məndən qaçdığını anladım bu gün” adlı şeirləri İran İslam Respublikasının paytaxtı Tehran şəhərində fəaliyyət göstərən “Xudafərin” elmi-ədəbi, kültür dərgisinin 211-ci sayında fars dilində dərc olunub.
Banu Muharrem- Sadıqova Banu Məhərrəm qızı 20 aprel 1993-cü il tarixində doğulmuşdur. 1999-2011-ci illərdə Bakı şəhəri Nərimanov rayonundakı 45 saylı orta məktəbdə təhsil almışdır. 2012- 2015-ci illərdə ali təhsil üzrə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Rejissorluq fakültəsini bitirmişdir. 2015-ci ildə isə həmin Universitetin “Mədəniyyətin tarixi və nəzəriyyəsi ” ixtisası üzrə magistr tam ali təhsilinə yiyələnmişdir. 2016-2022-ci illər arası Bakı şəhəri Hacıağa Abbasov adına Mədəniyyət Mərkəzinin rejissoru, xalq teatrı rejissoru vəzifəsində çalışmış, dram dərnəyinin rəhbəri kimi işləmişdir.. 2022-ci ildən etibarən Bakı şəhəri Bir Səhnə Produsser Mərkəzində rejissor olaraq fəaliyyət göstərir. Şeir və qısa hekayələr əhatəsində yaradıcılığına məktəb illəri dövründən başlamışdır. “Ədəbiyyat” qəzetində, “525-ci qəzet”də, “Xəzan” jurnalında, “Gəncliyin Səsi” ensklopedik kitabında, “Müəllim sözü” qəzetində, Sungurlu( Türkiyə) “Kültür- sanat qazetesi”ndə, “Kırımın Sesi” qəzetində onlarla şeirləri, Kulis.az , Sonnoktahaber.com, Ədəbiyyat- Azərbaycan.az kimi xəbər portallarinda şeirləri, məqalələri, sim-sim.az və Ədəbiyyət və İncəsənət.az portlarında hekayələri dərc olunmuş,yayımlanmışdır. Ailəlidir, 2 oğlan övladı var