Sona İNTİZAR (Nurəliyeva Sona Səyyar qızı) 1990-cı il may ayının 1-də Bakı şəhərində anadan olub.  1996-cı ildə Azərbaycan Respublikasının Milli Qəhrəmanı Faiq Rəfiyev adına 166 saylı tam orta məktəbə daxil olub, 2007-ci ildə həmin məktəbi bitirib. 

      Ədəbiyyata, poeziyaya erkən yaşlarından maraq göstərir. 2007-ci ildən dövri mətbuat səhifələrində “Sona İNTİZAR” imzası ilə şeirləri çıxış edir. Şeirləri “Sözün sehri”, “Azad qələm”, “Kredo” qəzetlərində, “Azad qələm” dərgisində, o cümlədən mədəniyyət və ədəbiyyatyönümlü portallarda dərc olunub.

    2007-ci ildə “Adiloğlu” nəşriyyatı tərəfindən qələm yoldaşı Kənan Aydınoğlunun işıq üzü görən “Ömürdən bir səhifə” adlı ilk şeirlər kitabında Sona İNTİZARın “Dost məktubu”, “Kənan Aydınoğluna” adlı şeirləri nəşr olunub.

    14 fevral 2012-ci il tarixindən etibarən, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının (edebiyyat-az.com) Baş redaktor müavinidir. Süleyman Rəhimov adına Qubadlı rayon ədəbi ictimai birliyinin üzvüdür.   Qardaş Türkiyə Cümhuriyyətinin Kahramanmaraş şəhərində fəaliyyət göstərən “Türkay” aylıq ədəbiyyat dərgisinin Azərbaycan təmsilçisidir.

2023-cü ildə Prezident təqaüdçüsü Nəcibə İlkinin və Prezident mükafatçısı Namiq Hacıheydərlinin zəmanəti ilə Azərbaycan Yazıçılar Birliyinə üzv qəbul olunub.

   AAzərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatı tərəfindən gerçəkləşdirilən “Azərbaycan Aşıq sənəntinin inkişafına dəstək” layihəsi çərçivəsində Qardaş Türkiyə Cümhuriyyətinin Kahramanmaraş şəhərində fəaliyyət göstərən Ebrar Vakfı Kültür Yayın organı “Usare” iki aylık kültür, edebiyat, sanat dergisi 30-cu sayında dərc olunub.

Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının təşəbbüsü ilə gerçəkləşdirilən “İran-Azərbaycan ədəbi-mədəni əlaqələrinin inkişafına dəstək” layihəsi çərçivəsində “Sən hardan biləsən məhəbbət nədir?!”, “Əksin gözlərimin önündə durub”, “Məndən qaçdığını anladım bu gün” adlı şeirləri  İran İslam Respublikasının paytaxtı Tehran şəhərində fəaliyyət göstərən “Xudafərin” elmi-ədəbi, kültür dərgisinin 211-ci sayında fars dilində dərc olunub.