* * *

Şərab və qadın
Ruh əkizi, Günəş və Ay kimidir
Qadını anlamaq şərabdan dadmaq kimidir,
biraz yanağın allanacaq,
dodaqların ballanacaq,
başın fırlanacaq,
dünya ətrafında dörd dönəcək…
Dilin astaca keyləşəcək,
sözləri necə gəldi deyəcəksən
ilk badədən sonra
yenə içmək istəyəcəksən
yenə yenə
dadından doymayacaqsan
şuşə bitəcək, sərxoş olub qalacaqsan
bunu da içək vəfasızların
sevgidən qorxanların,
xəyanətkar oğlanların toruna düşən saf qadınların
sağlığına…

* * *

İlk sevgi unudulmur, illər keçsə də,
İlk sevdiyin yaddan çıxmır
aradan xəzan yeli əssə də…
Xatirindən heç çıxmır
dəniz kənarı,
çörək qırıntısı axtaran qağayılar,
həzin dalğa səsi və sevgililərin pıçıltısı…
Ahh, offf…
Soyuqdan üşüyüb qısılarsan sevdiyinə,
ürəyinin döyüntüsünü dinlərsən,
dodaqlarına ilk busə qonar,
üzün qızarar, yanaqların allanar.
Bu anın heç bitməsini istəməzsən,
elə sahildəcə heykəl olub qalmaq istərsən…
İlk sevgi unudulmur,
İlk öpüş də…

* * *

Qar yağır, qar, qar…
bir həsrətim var.
gecələr zülmət olar,
günsüzlər dar.

Qar yağır,
qəlbimə gedən cığır,
dərd yığır, qəm yıxır.
Məni yaman sıxır.

Qar yağır,
Gəl məni apar,
Kədərdən qopar.
sən itirsən, başqası tapar…