This image has an empty alt attribute; its file name is sefaeyvaz.jpg

Şəfa EYVAZQIZI (Kazımova Şəfa Eyvaz qızı) 1987-ci il iyulun 21-də Gədəbəy rayonunun Qoşabulaq kəndində dünyaya gəlmişdir. İlk təhsilini doğma kəndində almışdır. 2003-cü ildə Bakı Qızlar Universitetinə daxil olmuş, həmin universiteti fərqlənmə diplomu ilə bitirmişdir. 2007-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinə magistraturaya qəbul olmuş və 2009-cu ildə həmin universiteti də fərqlənmə diplomu ilə bitirmişdir. 2012-ci ildən Azərbaycan Dövlət Pedaqoji Universitetinin dissertantıdır. Təhsil Problemləri İnstitutunun Kurikulum Mərkəzinin böyük elmi işçisidir. 14 fevral 2012-ci il tarixindən etibarən Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Məsul katibidir.

2020-ci ildə Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatı tərəfindən gerçəkləşdirilən “İran-Azərbaycan ədəbi-mədəni əlaqələrinin inkişafına dəstək” layihəsi çərçivəsində “Bu axşam” şeiri İran İslam Respublikasının Təbriz şəhərində fəaliyyət göstərən “Ədəbi Körpü” aylıq ədəbiyyat dərgisinin 19-cu sayında Azərbaycan və fars dillərində dərc olunub.

2021-ci ildə Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatı tərəfindən gerçəkləşdirilən “Gənc yazarların əsərlərinin Qardaş Türkiyə mətbuatında yayınlanmasına dəstək” layihəsi çərçivəsində “Elə tez alışanam” adlı şeiri Qardaş Türkiyə Cümhuriyyətinin Kahramanmaraş şəhərində fəaliyyət göstərən Ebrar Vakfı Kültür Yayın Organı “Usare” ikiaylık kültür sanat ve edebiyat dərgisinin 25-ci sayında Azərbaycan dilində dərc olunub.  

2021-ci ildə Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatı tərəfindən gerçəkləşdirilən “Gənc yazarların əsərlərinin Qardaş Türkiyə mətbuatında yayınlanmasına dəstək” layihəsi çərçivəsində “Qapı, pəncərənin dili olurmuş” adlı  şeiri Qardaş Türkiyə Cümhuriyyətinin Kahramanmaraş şəhərində fəaliyyət göstərən “Hece Taşları” dərgisinin 76-cı sayında nəşr olunub.

2021-ci ildə Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatı tərəfindən gerçəkləşdirilən “Gənc yazarların əsərlərinin Qardaş Türkiyə mətbuatında yayınlanmasına dəstək” layihəsi çərçivəsində “Körpəm”, “Çoxmu maraqlıdır səndən sonra nəyim var?!”, “Çıxıb getmək var… bacarsan”, “Tənhalar”, “Sən yağış deyilsən ki?!!” şeirləri Qardaş Türkiyənin ən ünlü mətbu orqanlarından biri “edebiyatgazetesi.net”də dərc olunub.