Blog

  • Xalq şairi Hüseyn ARİF

    Hüseynzadə Hüseyn Camal oğlu (Huseyn Arif) — azərbaycanlı şair, 1949-cu ildən AYİ-nın üzvü, “Qızıl oraq” mükafatı, (1971), Azərbaycan SSR Dövlət Mükafatı laureatı (1978), Azərbaycanın xalq şairi (1989).

    Həyatı

    1924-cü il iyunun 15-də Ağstafa rayonunun Yenigün kəndində anadan olub. Əslən rayonun Qıraq Kəsəmən kəndindəndir. Bakı pedaqoji məktəbində (1937-1940), Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində (1946-1951) təhsil almışdır. Moskvada Maksim Qorki adına Ədəbiyyat İnstitutunun aspiranturasına daxil olmuşdur (1951-1952). Azərbaycanın Xarici Ölkələrlə Dostluq və Mədəni Əlaqələr Cəmiyyətində şöbə müdiri (1957-1959), “Azərnəşr”in Bədii Ədəbiyyat Redaksiyasında böyük redaktor (1965-1967), “Gənclik” nəşriyyatında bədii ədəbiyyat redaksiyasının müdiri (1967-1968), Azərbaycan Aşıqlar Birliyinin sədri (1984-1992) vəzifələrində işləmişdir. 1991-ci ildə Azərbaycan Yazıçılar Birliyi Ağsaqqallar Şurasının üzvü seçilmişdir.
    1992-ci il sentyabrın 14-də Bakıda vəfat etmiş, doğulduğu kənddə dəfn olunub

    Ədəbi fəaliyyəti

    Ədəbi fəaliyyətə İkinci dünya müharibəsi illərində başlamışdır. Onun liberettosu əsasında 1957-ci ildə “Azad” tamaşası M.F.Axundov adına Opera və Balet teatrında, “Yolda” poeması əsasında yazdığı eyniadlı pyesi 1974-cü ildə M.Qorki adına Gənc Tamaşaçılar Teatrında tamaşaya qoyulmuşdur.
    1971-ci ildə “Dağ Kəndi” poemasına görə “Qızıl Oraq” mükafatina layiq görülmüşdür. Əsərləri keçmiş SSRİ və bir sıra xarici ölkə xalqlarının dillərinə tərcümə olunmuşdur. Mahnılarına musiqi bəstələnmişdir. 1976-cı ildə Yuqoslaviyada (Sarayevo) Beynəlxalq poeziya günlərinin, 1979-cu ildə Liviyada SSRİ gunlərinin iştirakçısı olmuşdur.
    Hüseyn Arif Ağstafa rayonunda vəfat edib.

    Mükafatlarığ
    Azərbaycan SSR Dövlət mükafatı — 1978[1]

    Əsərləri

    Yeni həyat yollarında (şerlər). Bakı: Azərnəşr, 1950, 45 səh.
    Mən sülhə səs verirəm. Bakı: Azərnəşr, 1951, 31 səh.
    Rus dili müəlliməsi (şerlər). Bakı: Uşaqgəncnəşr, 1954, 52 səh.
    Məhəbbət nəğmələri. Bakı: Azərnəşr, 1956, 22 səh.
    Dostluq telləri (şerlər). Bakı: Uşaqgəncnəşr, 1960, 80 səh.
    Yolda (poema). Bakı: Azərnəşr, 1962, 111 səh.
    Ömür çeşməsi. Bakı: Azərnəşr, 1963, 112 səh.
    Sibir töhfələri (şerlər). Bakı: Azərnəşr, 1964, 56 səh.
    Torpaq eşqi. Bakı: Azərnəşr, 1964, 84 səh.
    Yollar və xatirələr. Bakı: Azərnəşr, 1966, 334 səh.
    Duru göl əfsanəsi. Bakı: Gənclik, 1969, 74 səh.
    Seçilmiş əsərləri (şerlər və poemalar). Bakı: Azərnəşr, 1969, 230 səh.
    Bahar gələndə. Bakı: Azərnəşr, 1969, 120 səh.
    Sən mənimlə get. Bakı: Gənclik, 1970, 248 səh.
    Söylə, yadındamı? Bakı: Gənclik, 1972, 205 səh.
    Qocalan deyiləm. Bakı: Gənclik, 1978, 351 səh.
    Seçilmiş əsərləri (iki cilddə). I c. Bakı: Azərnəşr, 1975, 300 səh.
    Seçilmiş əsərləri (iki cilddə). II c. Bakı: Azərnəşr, 1975, 283 səh.
    Ömür gözəlsə. Bakı: Gənclik, 1978, 351 səh.
    Şamxor su-elektrik stansiyası (şerlər). Bakı: İşıq, 1979, 24 səh.
    Ömür deyir (şerlər). Bakı: Gənclik, 1981, 138 səh.
    Ayrı düşəli (şerlər). Bakı: Gənclik, 1983, 280 səh.
    Dilqəm (şerlər və poemalar). Bakı: Yazıçı, 1984, 240 səh.
    Seçilmiş əsərlər (2 cilddə). I c. Bakı: Yazıçı, 1985, 408 səh.
    Seçilmiş əsərlər (2 cilddə). II c. Bakı: Yazıçı,
    1985, 252 səh.

    Məqalələri

    Aşıq Alını axtarıram. “Elm və həyat” jurnalı, Bakı, 1968, №2, səh.12.
    Aşıq Alı. “Azərbaycan” jurnalı, Bakı şəhəri, 1969, №9, səh.199-203.

  • Rahilə DÖVRAN.Yeni şeirlər

    rahileanam

    Şairə-jurnalist-publisist
    Azərbaycan Yazıçılar Birliyinin üzvü,
    “Qızıl qələm” media mükafatı laureatı,

    AĞ GÖYƏRÇİNİM

    Sülh quşu deyirlər adına sənin,
    Hüdudsuz göylərdir yerin,məskənin.
    Ümidi olmusan hər bir ölkənin,
    Azadlıq,sülh quşum, ağ göyərçinim.

    Yox dedin cahanda,yurdda savaşa,
    Ey barış carçısı,səni min yaşa.
    Sevinclə bağdaşsan,fərəhlə qoşa,
    Azadlıq,sülh quşum, ağ göyərçinim.

    Sanki bir mələksən,bəmbəyaz qarsan,
    Qartaltək hünərlə dağlar aşarsan.
    Hey xoş məramlara qanad açarsan.
    Azadlıq sülh quşum,ağ göyərçinim.

    Mənim də ölkəmə barış,sülh gətir,
    Hicranı,həsrəti yurdumdan götür,
    Dövranın Qarabağ dərdini bitir,
    Azadlıq,sülh quşum,ağ göyərçinim.

    OXŞA MƏNİ

    “Könül dəftərim” – silsiləsindən

    Dərdə, sərə boyanmışam,
    Kül olmuşam, lap yanmışam.
    Boynu bükük dayanmışam,
    Dön gəl, özün oxşa məni.

    Dünya sərxoş, dünya yatıb,
    Dərd yükünü mənə çatıb.
    Doğmalar da məni atıb,
    Dön gəl, özün oxşa məni.

    Zindan kimi, zülmət otaq,
    Buz kimidir sənsiz yataq.
    Dön, fələyə meydan açaq,
    Dön gəl, özün oxşa məni.

    Gör haradan əsir yellər?
    Xəndan olub qızıl güllər.
    İnlər “Yanıq Sazda” tellər,
    Dön gəl, özün oxşa məni.

    Olammazsan bunca zalım,
    Düşün, sənsiz necə qalım?
    Dön yanıma, qadan alım,
    Dön gəl, özün oxşa məni.

    Dövran tutsun gül əlindən,
    Keçək həsrət, qəm selindən.
    Seçilməyək “bəy- gəlindən”,
    Dön gəl, özün oxşa məni…

  • Abdulla MƏMMƏD.Yeni şeirlər

    abdullamuellim

    Dünyanı çiynində daşıyan şair,
    Bir könül qırmadı,qəlb dağlamadı.
    Özgə ürəklərdə yaşayan şair,
    Özünə bir gün də gün ağlamadı!

    Abdulla Memmed

    Mərhum ürək dostum,şair qardaşım Adil Mirseyidin əziz xatirəsinə

    YEDİRMƏ ÜRƏYİ ŞEİRLƏRİNƏ.

    Ayağın altında Vətən yanğısı,
    Başının üstündə zaman-hörümcək.
    Köksünün altında qürbət ağrısı,
    Gözünün içində qərib bir istək.

    Yığmısan gözünə bəyaz yolları,
    Gəzib-aradığın bəşər oğlu yox.
    Özündən qabağa qaçan yolların
    Üzünə açılan çıxış yolu yox.

    Bu qərıb yollarda hər günün qəılb,
    Sabahın hər gecə dərdə satılır.
    Sözü qəribliyə salana-qərib
    Gözündə həsrətdən ocaq çatılır.

    Sözünü salsalar ayaq altına,
    Tanrı dərgahından əlini üzmə,
    Uzadib əlini əcəl atına,
    Sözünü arama özündə-gəzmə…

    Gizlət gözlərində gül açan qəmi,
    Ölümü özünə güldürmə,qardaş.
    Kağız üzərində dil açan qəmi.
    Kökləyib özünü öldürmə, qardaş.

    Gözləri nəmlənən ümidin baha
    Dərdini bələyib şeirlərinə.
    Ürəkdə ürəklik qalmayib daha.
    Yedirmə ürəyi şeirlərinə!

    Azərbaycan.Quba.
    14.02.2000.

    DALĞIN BAXIŞINA BAXA BİLMİRƏM!

    Dalğın baxışına baxa bilmirəm,
    Sənin ki, gözlərin dan işığıydı.
    Dünən gözlərində dinən sözlərin,
    Sevən ürəyinin danışığıydı.

    Daha düz oxumur özündə sözün,
    Sözündə məhəbbət dağım-dağımmış.
    Nifrətin gözündə peşiman qüssə,
    Dilinin riyası röya dağımmış.

    Sən demə susarmış gözündə sözün,
    Gözümün dünyası sözümün canı.
    Çətin kimsə sevə mənim tək səni,
    Salma qəribliyə sözümü, canım.

    Çılğın dəniz kimi coşqun dalğalı,
    Sevdalı qəlbimdə qədərim sənsən.
    Yapışıb yaddaşın yaş yaxasından
    Sızlayan sözümdə qəhərim sənsən.

    Sən demə bu sevda alın yazısı,
    Qüssəsi ölüncə bəs edər mənə.
    Ümidim üzülməz nazilsə belə
    Qədər toy tutsa da bəs qədər mənə.

    Gülüm, üz çevirib o gül üzündən
    Tale gül üzünü səndən, sən məndən.
    Bəlkə bağışlayım günəşi sənə,
    Barı uzaq olsun çisən,çən səndən.

    Dalğın baxışınla baxsam dünyaya,
    Başını itirər bu dünya belə.
    Səni sevəcəyəm son nəfəsəcən,
    İçimi göynədən nisgilin ilə!

    Bülbül yuvasıyam kövrək budaqda,
    Sevdalı ürəyim bübülə həsrət,
    Qənim kəsildiyin göz yaşlarınla
    Dərdim çiçəkləyir tər gülə həsrət…

    Dalğın baxışına baxa bilmirəm,
    Sənin ki gözlərin yar işığıydı.
    Dünən gözlərində dinən sözlərin
    Sevdalı qəlbimin yaraşığıydı.

    Azərbaycan.Quba.
    23.05.2016.

  • YAP Sumqayıt şəhər təşkilatı üçün yeni inzibati bina tikilir

    Yeni Azərbaycan Partiyası (YAP) Sumqayıt şəhər təşkilatı üçün yeni inzibati binası tikilir. Sumqayıt şəhərinin 6-cı mikrorayonu ərazisində tikilən bina ümumilikdə 3500 kvadratmetr sahəni əhatə edəcək. Təşkilatının hazırda fəaliyyət göstərdiyi bina qəzalı vəziyyətdədir.

    Sumqayıt Şəhər İcra Hakimiyyətindən AZƏRTAC-a bildirilib ki, iki mərtəbədən və mansardan ibarət inzibati binanın foyesində ümummilli lider Heydər Əliyevin büstü qoyulacaq.

    Burada ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin həyat və fəaliyyətini, həmçinin YAP-ın müxtəlif tədbirlərində iştiraklarını əks etdirən fotolardan ibarət guşələr yaradılacaq.

    Müasir avadanlıqla təchiz ediləcək ikimərtəbəli binada 300 nəfərlik konfrans zalı, iş və texniki otaqlar da olacaq. Binanın tikildiyi ərazi abadlaşdırılacaq, yaşıllıq zolağı və park salınacaq. Park ərazisində fontan quraşdırılacaq və avtomobillərin park edilməsi üçün avtodayanacaq fəaliyyət göstərəcək.

    Qeyd edək ki, bu ilin sonlarına kimi yekunlaşdırılması nəzərdə tutulan bu möhtəşəm bina Sumqayıt şəhər Memarlıq və Şəhərsalma İdarəsinin layihəsi əsasında tikilir.

    Mənbə: http://www.azertag.az

  • Şuşa rayon nümayəndəliyində uşaq incəsəsənət və musiqi məktəbləri müəllimlərinin zona müşavirəsi keçirilib

    Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin rəisi Mehman Şükürovun iştirakı ilə Şuşa rayon nümayəndəliyində uşaq incəsəsənət və musiqi məktəbləri müəllimlərinin zona müşavirəsi keçirilib. Müşavirəni giriş sözü ilə Şuşa rayon İcra başçısının müavini Vüsalə Əzizova açıb. O, Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin rəisi Mehman Şükürovu Şuşa rayon mədəniyyət işçiləri adından təbrik edərək fəaliyyətində uğurlar arzulayıb. “Şuşa Azərbaycanın musiqi beşiyidir” deyən natiq Şuşanın maddi-mənəvi sərvətləri, rayonun işğalından sonra mədəniyyət müəssisələrinin bərpası və fəaliyyəti, mədəniyyət işçilərinin qazandıqları uğurlar və nailiyyətlər, respublika əhəmiyyətli, eləcə də beynəlxalq müsabiqə və festivallarda iştirakları haqqında geniş məlumat verib. Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin rəisi Mehman Şükürov müşavirədə çıxış edərək “Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin strukturunun təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 29 mart 2016-cı il tarixli 1932 nömrəli Sərəncamının icrasının təmin edilməsi, Sumqayıt Regional Mədəniyyət və Turizm İdarəsinin fəaliyyətinin təşkili istiqamətində qarşıda duran vəzifələr, həmkarlar təşkilatı, maliyyə, kadr islahatı, daxili subardinasiya məsələləri, o cümlədən müəssisələrdə aparılan yoxlama işlərinin vəziyyəti, beynəlxalq və yerli müsabiqə və festivalların keçirilməsi, mədəniyyət işçilərinin qarşılıqlı əməkdaşlığı, fəxri adlarla təltifi, mətbuat və kütləvi informasiya vasitələri ilə əlaqələrin qurulması barədə geniş məlumat verib, irad və təkliflərini bildirib. Sonda Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin Şuşa rayon nümayəndəliyinin baş məsləhətçisi Zahid Abbasov, uşaq incəsənət və musiqi məktəblərinin direktorları Raqif Məhərrəmov, Mirkamil Ağamirov, Fikrət Mikayılov, Gülşən Əzizova çıxış edərək toplantıda 7 musiqi məktəbinin müəllim kollektivinin iştirak etdiyini qeyd edib, məktəblərin fəaliyyəti haqqında qısa arayış verərək perspektiv planlar barədə danışıblar. Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin Mətbuat xidməti” alt=”null” />

    Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin rəisi Mehman Şükürovun iştirakı ilə Şuşa rayon nümayəndəliyində uşaq incəsəsənət və musiqi məktəbləri müəllimlərinin zona müşavirəsi keçirilib.
    Müşavirəni giriş sözü ilə Şuşa rayon İcra başçısının müavini Vüsalə Əzizova açıb.
    O, Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin rəisi Mehman Şükürovu Şuşa rayon mədəniyyət işçiləri adından təbrik edərək fəaliyyətində uğurlar arzulayıb.
    “Şuşa Azərbaycanın musiqi beşiyidir” deyən natiq Şuşanın maddi-mənəvi sərvətləri, rayonun işğalından sonra mədəniyyət müəssisələrinin bərpası və fəaliyyəti, mədəniyyət işçilərinin qazandıqları uğurlar və nailiyyətlər, respublika əhəmiyyətli, eləcə də beynəlxalq müsabiqə və festivallarda iştirakları haqqında geniş məlumat verib.
    Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin rəisi Mehman Şükürov müşavirədə çıxış edərək “Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin strukturunun təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 29 mart 2016-cı il tarixli 1932 nömrəli Sərəncamının icrasının təmin edilməsi, Sumqayıt Regional Mədəniyyət və Turizm İdarəsinin fəaliyyətinin təşkili istiqamətində qarşıda duran vəzifələr, həmkarlar təşkilatı, maliyyə, kadr islahatı, daxili subardinasiya məsələləri, o cümlədən müəssisələrdə aparılan yoxlama işlərinin vəziyyəti, beynəlxalq və yerli müsabiqə və festivalların keçirilməsi, mədəniyyət işçilərinin qarşılıqlı əməkdaşlığı, fəxri adlarla təltifi, mətbuat və kütləvi informasiya vasitələri ilə əlaqələrin qurulması barədə geniş məlumat verib, irad və təkliflərini bildirib.
    Sonda Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin Şuşa rayon nümayəndəliyinin baş məsləhətçisi Zahid Abbasov, uşaq incəsənət və musiqi məktəblərinin direktorları Raqif Məhərrəmov, Mirkamil Ağamirov, Fikrət Mikayılov, Gülşən Əzizova çıxış edərək toplantıda 7 musiqi məktəbinin müəllim kollektivinin iştirak etdiyini qeyd edib, məktəblərin fəaliyyəti haqqında qısa arayış verərək perspektiv planlar barədə danışıblar.

    Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin Mətbuat xidməti

  • Əsgər anası Nisə Qədirovadan şəhid Çingiz Qurbanovun əziz xatirəsinə!

    11153468_731421923638953_1561011028_o

    Azərbycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    “Qızıl Qələm” Media Mükafatı laureatı,
    “Möhtəşəm Azərbaycan” müstəqil ictimai-siyasi, ədəbi-bədii qəzetinin redaktoru,

    Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin səyi nəticəsində Azərbaycan-Ermənistan Dövlət sərhəddində düşmən təxribatının qarşısını alarkən 2016-cı ilin dekabrın 29-da şəhid olmuş əsgər Qurbanov Çingiz Salman oğlunun nəşi 2017-ci ilin fevralın 5-də geri qaytarılıb.

    Ana-bala görüşü
    -Qayıtdım, Ana!
    -Boyuna qurban ay oğul, Allaha şükürlər olsun! Mənə həsrəti sevdirən, balam! Bilirdim qayıdacaqsan…
    -Ağlamısan, Ana?
    -Çarəsiz qalmışdım…Sənin üçün ağlayan bu qədər gözlərin arasında mənim gözlərim necə dayanaydı…
    -Yadındadı, ana, bir dəfə ağlayanda sənə dediyim sözlər?
    -Kişilərin anası ağlamaz, mən səni heç vaxt ağlamağa qoymayacağam, demişdin…
    -Ağlama ana! Ağlasan düşmən sevinəcək, torpaq göz yaşıyla suvarılacaq, analar oğul itirmək qorxusu ilə yaşayacaqlar…Vətənə oğullar gərəkdi, “Torpaq uğrunda ölən varsa Vətəndir”!
    -Ağlamıram…boyuna qurban, özünü incitmə, yaraların incıdər. Layla deyim sənə… yorğunsan…rahat
    uyu…dincini al bala!!!

    Əzizinəm, nər oğlum,
    İgid oğlum, nər oğlum.
    Bitsin qara gecələr,
    Sevinsin səhər, oğlum.

    Aşiqəm apar məni,
    Gedirsən, apar məni.
    Dərd yaxamı tanıyır,
    Axtarıb tapar məni.
    Əzizim yol gözlədim,
    Yatmadım, yol gözlədim.
    Ay ellər, balam gəldi,
    Görüşdüm, əzizlədim…

    Əsgər anası Nisə Qədirovadan şəhid Çingiz Qurbanovun əziz xatirəsinə!

  • Rahilə DÖVRAN.Yeni şeirlər

    rahileanam

    Şairə-jurnalist-publisist
    Azərbaycan Yazıçılar Birliyinin üzvü,
    “Qızıl qələm” media mükafatı laureatı,

    MƏHƏBBƏTLƏ ANIRIQ

    Ustad şairimiz ,unudulmaz Vaqif Məmmədovun
    əziz xatirəsinə.06-fevral dəyərli şairimizin vəfatının ildönümüdür

    Andıqca insanın gözləri dolur,
    Oyadır hər sözü neçə xatirə.
    Hər kəlam canlanıb, bir lövhə olur,
    Bəlkə xoş anılar kədər bitirə.

    Şairmi, alimmi, müəllimmi deyim?
    Necə adlandırım, bu sənətkarı?
    Vəsf edib, öyməkçün, nələr söyləyim?
    Xalqın mirasıdır, “əqlinin varı”.

    Məktəbli, tələbə, gənc şair, ədib,
    Dəyərli Ustadın öyrəncisidir.
    Hər şagird dinləyib, zəka əxz edib,
    Yazdığı hər əsər könül səsidir.

    Ruh qatıb, can verib yazdıqlarına,
    Qələmi toxunan, hər söz bal dadır.
    Təşnələr üz tutar qüzey qarına,
    Könül kəlamları dağlar boydadır.

    Neməti olubdur halal duz- çörək,
    Riyasız,hiyləsiz, sözün düz deyən.
    Elinə- gününə, açıq bir ürək,
    Olmayıb kimsənin qəlbinə dəyən.

    Bax belə qalacaq xalqın yadında,
    Dövran,- yurdumuzun Ustad şairi.
    Ölməz bir şair var, -Vaqif adında,
    Şairlər hər zaman, diridir- diri!..

    HƏYATIN VƏFASI

    “Mənim dünyam”- silsiləsindən

    Həyatın insana vəfası yoxmuş,
    Anladım mən bunu xəstə olanda.
    Həyatda insanın cəfası çoxmuş,
    İnsan bunu anlar yaşa dolanda.

    Bir anda çevrilir dünyanın üzü,
    Gözlərə zillənir fələyin gözü.
    Dildə donub qalır kəlməsi,sözü,
    Əzrayıl başının üstün alanda.

    Əqli də,nitqi də,düsür didərgin,
    Gözə zülmət çökür,dəyişir rəngin.
    Ürək çaş-baş vurur,nəbizlər gərgin,
    Damarda qaralır qırmızı qan da.

    Göz yaşı qarışır acı qəhərə,
    Yediyi,içdiyi dönür zəhərə.
    Gümanı qalmayır sübhə,səhərə,
    Gözləri qapıda,yolda qalanda.

    Ağrılar,acılar çətindən-çətin,
    Can dərdi əridir qürur,qüdrətin.
    Olur dilənçisi şəfa,şəfqətin,
    Bənizi çiçəktək sönüb,solanda.

    Həkim olur ona qardaş,həm bacı,
    Həkim olur dərdin, çarə,əlacı.
    Həkim həmin gündən, başının tacı,
    Dövran dərk eylədi, fəna olanda.

  • Harika UFUK.”AŞKLA BAŞLADI MEVSİMLER

    h

    Azerbaycanın Kültür ve Edebiyat Portalının Türkiye temssilcisi

    Senden soğudukça değişti mevsimler,
    Tanıştığımız gün ilk bakışta
    Sevdalandık delicesine
    Kıpır kıpırdı yüreğimiz
    Kabımıza sığmaz olmuştuk.
    İlkbahar başladı o arada…
    Derken aşk bacayı sarmaya,
    Özlem yakıp kavurmaya başladı
    Anladım ki mevsim yaz…
    Evlendik,
    İşte o günden beri
    Düğünler yaza rast geldi.
    Sonbahar başladı
    Aşkın sıcaklığı güneşle yarışmayı bıraktığında…
    Üşütmeyen ama için için ürperten
    Yağmurlar yağdı gözlerimizden…
    Ömrümüzden sarı yapraklar gibi
    Kopan, dökülen, savrulan mutluluk…
    Güneş ısıtmaz oldu aşkımız bittiğinde
    Yalnızlaştık,
    Issızlaştık köşemize çekilirken…
    Ayrılık vaktiydi kış…
    Sevgimiz, saygımız eksilmeseydi
    Kaybolmasaydı güven duygumuz
    Hep bahar ve yaz olacaktı ömür…
    İşte bizimle başladı
    Bizimle bitti bütün mevsimler…

    Adana.1 AĞUSTOS 2016.SAAT: 08.50

  • Yalçın YÜCEL.”Zaman”

    175054_178868168822977_4360000_o

    Azerbaycanın Kültür ve Edebiyat Portalının Türkiye temssilcisi

    Bir kuş sesidir zaman
    Bir elmadır dalından sarkan
    Atışıdır yüreğin
    Zaman gökyüzüdür uzar sonsuza
    Bir renk cümbüşüdür dağlarda, ovalarda
    Bir öpüştür anılarda kalan
    Zaman gurbettir, sıladır
    Sevdadır, umuttur biraz
    Seni de yanıltır, beni de
    Zaman bir çocuktur doğan
    Ölümdür gömütlerde
    Açılan bir güldür, batan bir diken
    Zaman bakışındır senin
    Gidişindir yollardan
    Acılı, sevinçli, hüzünlü
    Nice yıllar geçse de
    Hepsi bir dakika kadar

    Şevket Yücel(02.03.1930-03.02.2001)
    Unutulmayan insanlar, geride derin izler bırakmışlardır. Bu yüzden unutturulamazlar. Gün gibi belki… Dokunurlar yürek penceremizin camına…

  • Sumqayıtda Gənclər Günü münasibətilə silsilə tədbirlər keçirilib

    Sumqayıt Regional Mədəniyyət və Turizm İdarəsinin tabe müəssisələrində 2 fevral Gənclər Günü münasibətilə silsilə tədbirlər keçirilib.
    Qubadlı rayon nümayəndəliyinin Mahmudlu kənd mədəniyyət evində keçirilən tədbirdə mədəniyyət evinin rəqs dərnəyi üzvlərinin ifasında Azərbaycan rəqsləri, qiraət dərnəyi üzvlərinin ifasında şeir nümunələri və gənc müğənnilərin ifasında musiqi nömrələri tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb. Sonda mədəniyyət evinin özfəaliyyət kollektivinin üzvlərinin ifasında teatrlaşdırılmış səhnə nümayiş olunub.
    Xızı rayon nümayəndəliyinin Mədəniyyət Mərkəzində “dəyirmi masa” keçirilib. Xızı rayon Gənclər və İdman Baş İdarəsi və rayon təhsil müəssisələri işçilərinin qatıldığı tədbirdə “Gənclər günü” nün yaranma tarixi, bu gün dövlət siyasətində gənclərə verilən dəstək, gənclər siyasəti, eyni zamanda gənclərin mədəni-siyasi həyatda tutduğu mövqe, oynadığı rol və asudə vaxtının səmərəli təşkili istiqamətində geniş fikir mübadiləsi aparılıb. Sonda Xızı rayon Gənclər və İdman Baş İdarəsi tərəfindən rayonun ictimai-siyasi,mədəni həyatında fərqlənən gənclərə fəxri fərman və hədiyyələr təqdim olunub.
    Sumqayıtın Şəhər Mədəniyyət Evində keçirilən bayram konsertində müğənnilər Elşən Quliyev, Vüsalə Hüseynova, Fidan Nağıyevanın ifasında xalq və bəstəkar mahnıları, eləcə də “Buta” ritm qrupunun ifasında “Azərbaycan ritmləri” adlı kompozisiya tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb. Mədəniyyət evinin özfəaliyyət kollektivi üzvlərinin gənc ifaçıları İlkin Əlizadə, Kamil Ağazadə, Zaur Yusifli, Sevda Akkaya, Şahin Qədirsoyoy gəncləri öz ifaları ilə təbrik ediblər.
    Sonda gənc ifaçılara mədəniyyət evində təşkil olunan mədəni-kütləvi tədbirlərdə fəal iştiraklarına görə Şəhər Mədəniyyət Evinin direkltoru Elnarə Rəşidova tərəfindən Diplom təqdim olunub.

    Sumqayıt Regional Mədəniyyət və Turizm İdarəsinin Mətbuat xidməti

  • «Azərikimya» İB-də növbəti xeyriyyə tədbiri keçirilmişdir

    Fevralın 2-də «Azərikimya» İstehsalat Birliyinin akt zalında növbəti xeyriyyə tədbiri keçirilmişdir.
    Keçirilən xeyriyyə tədbirində 4-7 yaşarası valideynlərini itirmiş, valideyn himayəsindən məhrum olmuş və aztəminatlı ailələrdən olan uşaqlara isti qış geyimləri – gödəkcələr təqdim olunmuşdur.
    Şəhid atası Müslim Abbasaov aztəminatlı ailələr adından belə bir xeyirxah təşəbbüsə qoşulduqlarına görə xeyriyyəci iş adamlarına minnətdarlığını ifadə etmişdir.

    Gündəlik Analitik İnformasiya Agentliyinin Mətbuat xidməti

  • Xalq şairi Süleyman Rüstəmin şeiri “Kardelen” dərgisində çap olunub

    Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının təşəbbüsü və dəstəyi ilə həyata keçirilən “Çağdaş Azərbaycan poeziyasının inkişafına dəstək” layihəsi çərçivəsində Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycanın Əməkdar incəsənət xadimi, Azərbaycan Dövlət mükafatı laureatı, Sosialist Əməyi Qəhrəmanı, Azərbaycanın xalq şairi Süleyman Rüstəmin “Təbrizim” şeiri Qardaş Türkiyə Cümhuriyyətinin Sakarya şəhərində fəaliyyət göstərən “Kardelen” dərgisinin (http://kardelendergisi.com/yazi.php?yazi=2267) 91-ci sayısında Türkiyə türkcəsində çap olunub. Layihənin rəhbəri və müəllifi Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının sədri, respublikanın Əməkdar jurnalisti, AJB Sumqayıt şəhər təşkilatının sədri, Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının təsisçisi və direktoru, “Kümbet” eğitim, kültür, sanat ve edebiyat dergisinin Azərbaycan təmsilciliyinin rəhbəri Rafiq Odaydır.
    Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevin “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” 12 yanvar 2004-cü il tarixli sərəncamı ilə 2005-ci ildə respublikanın paytaxtı Bakı şəhərində fəaliyyət göstərən “Şərq-Qərb” nəşriyyatı tərəfindən kütləvi tirajla (25000) işıq üzü görən “Seçilmiş Əsərləri”nin 3 cildliyinin ikinci cildində “Cənub həsrətli şeirlər” silsiləsində yer alan şeirləri “Kümbet” eğitim, kültür, sanat ve edebiyat dergisinin Azərbaycan təmsilciliyinin xətti ilə göndərilmişdi.

    Kamran MURQUZOV,
    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının
    Mətbuat xidmətinin rəhbəri,
    Azərbaycan Jurnalistlər Birliyinin üzvü

  • Görkəmli Azərbaycan şairi Əliağa Kürçaylının şeiri “Kardelen” dərgisində çap olunub

    Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının təşəbbüsü və dəstəyi ilə həyata keçirilən “Çağdaş Azərbaycan poeziyasının inkişafına dəstək” layihəsi çərçivəsində Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan SSR əməkdar incəsənət xadimi, şair, dramaturq, tərcüməçi Əliağa Kürçaylının “Azərbaycan” şeiri Qardaş Türkiyə Cümhuriyyətinin Sakarya şəhəri fəaliyyət göstərən “Kardelen” dərgisinin (http://kardelendergisi.com/yazi.php?yazi=2258) 91-ci sayısında Türkiyə türkcəsində çap olunub. Layihənin rəhbəri və müəllifi Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının sədri, respublikanın Əməkdar jurnalisti, AJB Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının təsisçisi və direktoru, “Kümbet” eğitim, kültür, sanat ve edebiyat dergisinin Azərbaycan təmsilciliyinin rəhbəri Rafiq Odaydır.
    Qeyd edək ki, Çağdaş Azərbaycan poeziyasının inkişafına dəstək” layihəsi çərçivəsində görkəmli Azərbaycan şairi Əliağa Kürçaylının ədəbi-bədii nümunələri, poeziya örnəkləri eyni zamanda “Kümbet” eğitim, kültür, sanat ve edebiyat dergisinin Azərbaycan təmsilciliyinin xətti ilə Qardaş Türkiyə Cümhuriyyətinin Tokat şəhərində fəaliyyət göstərən TOSAYAD (Tokat Şairler ve Yazarlar Derneği) yayın organı “Kümbet” eğitim, kültür, sanat ve edebiyat dergisinin yeni sayı üçün də göndərilib.

    Kamran MURQUZOV,
    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının
    Mətbuat xidmətinin rəhbəri,
    Azərbaycan Jurnalistlər Birliyinin üzvü

  • “Kardelen” dergisi 91. sayısı yayında

    Kardelen dergisi, yeni sayısında (91), Osmanlı Devleti’nin, üzerinde en çok tartışılan padişahı II.Abdülhâmid’i ele alıyor. Dergi kapakta okuyucuya; “Abdülhâmid’i anlamak her şeyi anlamak olacaktır” diye sesleniyor.
    Bu sayıda dergi editörü, Abdülhâmid Han’ın ruh köküne bağlılığı ve üstün fikir sayesinde devleti ayakta tuttuğuna değinirken Ulu Hakan’ın Bilecik ve çevresine gösterdiği yakın alâkanın dergi sayfalarında genişçe işlendiğini ifade ediyor. Site editörü yazısında ise derginin bu sayısında Sultan II.Abdülhâmid’i daha iyi tanımaya, anlamaya ve anlatmaya çalışıldığını dile getiriyor. Üstâd Necip Fazıl’ın “Ulu Hakan II. Abdülhâmid Han” adlı kitabının önsözüyle başlayan dergide her zaman olduğu gibi fikir yazılarına, şiirlere ve hikâyelere de yer veriliyor.
    Dergide yer alan yazılardan bazıları;

    -Ulu Hakan’ı, askerinden öğrendim (Ali ERDAL)
    -Abdülhamid Han’dan alacağımız dersler (Muhsin Hamdi ALKIŞ)
    -Cennetmekân Hemşehrimiz II.Abdülhâmid (Kadir BAYRAK)
    -Bir Derviş Sultan (Mustafa KINIKOĞLU)
    -Bir gelinlik kaldı (Ali ERDAL)
    -Biz Bilecikliler II.Abdülhamid’in öz hemşehrileriyiz (Mustafa TURAN)
    -Zaman ve mekân üstü biricik rejime hasretiz (Mustafa BÜYÜKGÜNER)
    -Medya sepeti (Bahadır KAYA)
    -Mizah köşesi (Murat YARAMAZ)

    Dergi ile ilgili detaylı bilgilere www.kardelendergisi.com adlı internet sitesinden veya kardelen@kardelendergisi.com adlı e-posta adresinden ulaşılabilir. İyi okumalar…

  • Rahilə DÖVRAN.Yeni şeirlər

    rahileanam

    Şairə-jurnalist-publisist
    Azərbaycan Yazıçılar Birliyinin üzvü,
    “Qızıl qələm” media mükafatı laureatı,

    İSTƏDİM

    “Mənim dünyam” – silsiləsindən

    Dünyanı dərk edib, anlayan andan,
    Tanrıdan dağlartək,vüqar istədim.
    Diləyi dilədim ürəkdən, candan,
    Ömürlük vəfadar, ilqar istədim.

    Heç zaman sevmədim bəzəyi, zəri,
    Hüsnümü süslədi anlımın təri.
    Olsa da üstümdə Haqqın nəzəri,
    Rəbbimdən nə sərvət, nə var istədim.

    Çox çıxdı yoluma, “halay pozanlar”,
    Ayağım altında,”quyu qazanlar”.
    Hey sitəm etsə də, “yolun azanlar”,
    Onlara meydanı, mən “dar” istədim.

    Ürəkdən bağlandım doğma torpağa,
    Mehr etdim hər kola, gülə, yarpağa.
    Əzmimlə can verdim bağcaya, bağa,
    Halal zəhmətimlə, bol bar istədim.

    Aylarım, illərim getmədi bada,
    Haqqımda duyuldu, ancaq xoş səda.
    Kimsəyə vermədim dərd, bəla, qada,
    Dövranam, hər qəlbə, bahar istədim…

    OLMAQ İSTƏRƏM

    “Könül dəftərim” – silsiləsindən

    Ala gözlərinin dərinliyində,
    Ömürlük qərq olub, dalmaq istərəm.
    Buz tutmuş qəlbinin sərinliyində,
    Qüzey qarı kimi, qalmaq istərəm.

    Ey mənim yeganəm, ürkək sevgilim,
    Sevən- sevdiyinə, eyləməz zülüm.
    Bilirəm qəlb evin, bom- boşdur, gülüm,
    Eşq olub könlünə, dolmaq istərəm.

    Sevdasız ağartmam saçı, birçəyi,
    Artıq açacağam, sənə gerçəyi.
    Düzüb tellərinə gülü, çiçəyi,
    Qolumu boynuna, salmaq istərəm.

    Qoy duysun hər kəsin, qohumun-yadın,
    Daha yeri yoxdur höcət, inadın.
    Dilimdə bitibdir, mübarək adın,
    Nəğməkar Dövranın, olmaq istərəm.

  • Güldərən VƏLİYEVA.Bayatılar

    Əziziyəm, ha sarı,
    Aşmaq olmur hasarı.
    Yaramı yar qanadıb,
    Ha düyünlə, ha sarı…
    ***
    Əzizim, bilməyənin,
    Öyrənib bilməyənin.
    Dərdini mənə verin,
    Dərd çəkə bilməyənin.
    ***
    Əziziyəm, bilməzdim,
    Ağlayardım, gülməzdim.
    Səndə də vəfa yoxmuş,
    Mən ki, belə bilməzdim.
    ***
    Əziziyəm, gül balam,
    Çiçək balam, gül balam.
    Gecə-gündüz iylərəm,
    Mənim qızılgül balam.
    ***
    Əziziyəm, o damda,
    Kimlər yaşar o damda?
    Mənə atəş nə lazım?
    Atəşəm də, odam da!
    ***
    Əziziyəm, o damda,
    Gözüm qaldı odamda.
    Yarım elə yandırıb,
    Çınqıyam da, odam da!

  • Zeynəb DƏRBƏNDLİ.Yeni şeirlər

    11665411_1690704784490598_9087155491968421030_n

    Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyi və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının “Cənubi Qafqaz Xalqları üzrə xüsusi müxbir”i,
    İraq Türkmən Yazarlar Birliyinin, Dərbənd Ədəbiyyatçılar Birliyinin, Azərbaycan Yazıçılar Birliyinin üzvü

    ALIB GEDİR

    Bu dünya çox dayazlaşıb,
    Elə hey boşalıb gedir.
    Nə etsəkdə düzəliş yox,
    Paxıllığ baş alıb gedir.

    Sevgisi az, nübarı az,
    Zəhimi çox, vüqarı az.
    Gözlənilən baharı az,
    Ömrü qar, qış alıb gedir.

    Çoxalıb müh yeyənlərdə,
    Özün lovğa üyənlərdə.
    Şeytanı görməyənlər də,
    Əlində daş alıb gedir.

    Bu nə dövr, bu nə zaman?
    Bilinməyir yaxşı yaman.
    Dərd içində qoca, cavan,
    Üzünə yaş alıb gedir.

    Nə yer dindi, nə göy dindi,
    Hamı deyir, bu mənimdi.
    Bilimmir qızdı, gəlindi,
    Hamısı qaş alıb gedir.

    Zeynəbdə gəlibdi dilə,
    Dərddən içi dönüb külə.
    Dalaşıb bu həyat ilə,
    Dünyadan baş alıb gedir.

    MƏHƏBBƏT KAZIMOVUN

    XATİRƏSİNƏ

    Səsi ilə ürəkləri oxşayıb,
    Ürəklərdə yuva qurdu Məhəbbət.
    Bu dünyada bir bəy kimi yaşayıb,
    Muğamata möhür vurdu Məhəbbət.

    Laçınım deyirdi, Laçınsız getdi,
    Ürəyində Vətən dərdi apardı.
    Məhəbbəti sevənlərin qəlbindən,
    Acı ölüm, yaraları qopardı.

    Zeynəbəm, səsinin vurğunu idim,
    Vətən naləsi idi, onun səsində.
    Elə ah çəkirdi, fəryad edirdi,
    Muğam ağlayırdı, qəm nəfəsində.

    25 01 2016.

  • İsmail Bingöl.”SÖYLENİR SÖZÜ EMRAHIN”

    Çağdan çağa sesi gelir
    Şu bizim Koca Emrah’ın
    Niksar’dan kokusu gelir
    Şu bizim Koca Emrah’ın

    Palandöken ona kucak
    Âşıklıkta sönmez ocak
    Yedi köşe, dört bir bucak
    Bilir ününü Emrah’ın

    Aşk oduna yanmış her an
    Türkülerde olmuş nihan
    Can özünde tütmüş canan
    Savrulmuş külü Emrah’ın

    Her güzele meftûn olmuş
    Gün be gün sararmış solmuş
    Feryadı cihânı tutmuş
    Kulakta sesi Emrah’ın

    İnci dökülmüş dilinden
    Kimse bilmemiş halinden
    Çekmiş nâdânlar elinden
    Büyümüş derdi Emrah’ın

    Çöllerdeki vaha gibi
    Âşıklıkta dehâ gibi
    Erişilmez bahâ gibi
    Şiirde sözü Emrah’ın

    Türkülerde sesimizdir
    Şarkılarda sözümüzdür
    Yürekteki özümüzdür
    Bu yolda dili Emrah’ın

    Aşk için gelmiş nevbete
    Göçmüş gitmiş ahrete
    Bundan böyle kıyamete
    Söylenir sözü Emrah’ın

    Ay Düşleri s:154

  • «Azərikimya» İB-də 2 fevral – Azərbaycan Gəncləri gününə həsr olunmuş tədbir keçirilmişdir

    «Azərikimya» İB-nin akt zalında 2 fevral – Azərbaycan Gəncləri gününə həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdən öncə kimyaçı gənclər – “Azərikimya” İB-nin və Karbamid zavodunun əməkdaşları Ulu öndərin adını daşıyan parkdakı abidəsini ziyarət etmiş və abidə önünə gül dəstələri düzmüşlər. Gənclər həmçinin yeni istifadəyə verilmiş Heydər Əliyev Mərkəzi ilə də tanış olmuşlar.
    Sonra tədbir “Azərikimya” İB-nin akt zalında davam etdirilmişdir. Tədbirdə çıxış edənlər qeyd etmişlər ki, Ulu öndər Heydər Əliyev tərəfindən 1997-ci il fevralın 1-də imzalanmış Sərəncamla hər il 2 fevral günü Azərbaycan gənclərinin bayramı kimi təntənəli şəkildə qeyd olunur. Bu gün Azərbaycan gəncliyi ictimai həyatın bütün sferalarında aktiv fəaliyyəti ilə seçilir və siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynamaqla bərabər, dövlət orqanlarında, parlamentdə, bələdiyyələrdə, biznes strukturlarında və digər sahələrdə təmsil olunaraq, cəmiyyətin inkişafına öz töhfələrini verirlər.
    Natiqlər vurğulamışlar ki, Prezident İlham Əliyev tərəfindən Azər¬baycan gəncliyi ilə bağlı Dövlət Proqramı haqqında sərəncamların imzalanması, bununla əlaqədar həyata keçirilən çoxsaylı tədbirlər gənclərin hərtərəfli inkişafının təmin olunması üçün siyasi, sosial-iqtisadi, təşkilati-hüquqi şərait və təminatların yaradılmasını sürətləndirmiş, onların ictimai-siyasi fəallı¬ğının artmasına kömək etmişdir.
    Tədbirdə eyni zamanda “Azərikimya” İB-nin idarə və müəssisələrində çalışan gənclərə SOCAR tərəfindən göstərilən diqqət və qayğıdan, onlara yaradılmış normal iş şəraitindən və karyera yüksəlişi üçün verilən dəstəkdən məmnunluq hissi ilə söhbət açılmışdır.
    Tədbirin sonunda 5 nəfər Etilen-polietilen zavodunun, 3 nəfər Təmir-tikinti İdarəsinin və 2 nəfər İdarəetmə aparatının işçisi olmaqla, ümumilikdə 10 nəfər gəncə fəxri fərman və pul mükafatları təqdim olunmuşdur.

    Gündəlik Analitik İnformasiya Agentliyinin Mətbuat xidməti

  • Xarici qonaqlar Zəngilan rayon Tarix Diyarşünaslıq Muzeyinə səfər ediblər

    Sumqayıt Regional Mədəniyyət və Turizm İdarəsinin Zəngilan nümayəndəliyinin Tarix Diyarşünaslıq muzeyində tədbir keçirilib.
    Belə ki, Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK)-ın Cənubi Qafqaz üzrə regional nümayəndələri Abşeron rayon Masazır qəsəbəsində qaçqınlar üçün inşa edilən yeni yaşayış massivinə səfər edib.
    Səfər çərçivəsində qonaqlar Zəngilan rayon Tarix Diyarşünaslıq Muzeyində rayonun tarixini əks etdirən eksponatlarla, nümayiş olunan foto-stendlə yaxından tanış olublar.
    Qonaqlara Zəngilan rayonunun tarixi, maddi-mədəni sərvətləri haqqında geniş məlumat verilib.
    Tədbirdə qonaqları Zəngilan rayon icra Hakimiyyətinin başçısı Ramiz Həsənov, Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin Zəngilan nümayəndəliyi üzrə baş məsləhətçisi Mehman Nəsirov müşayiət edib.

    Sumqayıt Regional Mədəniyyət və Turizm İdarəsinin Mətbuat xidməti

  • «Azərikimya» İB-də Dünya Bankının Avropa və Mərkəzi Asiya üzrə nümayəndə heyəti ilə görüş keçirilmişdir

    Fevralın 2-də «Azərikimya» İstehsalat Birliyində Dünya Bankının Avropa və Mərkəzi Asiya ölkələrinin Ətraf mühitin və təbii sərvətlərin qorunması üzrə yeni təyin olunmuş nümayəndəsi, xanım Valeri Hikinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilmişdir.
    Qonaqları səmimi salamlayan «Azərikimya» İstehsalat Birliyinin Müşahidə Şurasının sədri, Milli Məclisin deputatı Muxtar Babayev «Azərikimya» İB-də son illərdə həyata keçirilən yenidənqurma, modernizasiya və abadlıq işləri, həmçinin perspektiv layihələr haqqında qonaqlara geniş məlumat vermişdir.
    Görüşdə həmçinin sənaye zonasında davamlı olaraq həyata keçirilən ekoloji layihələr, Sumqayıt şəhərinin ekoloyi vəziyyəti və ekoloji sağlam mühitin yaradıl¬masında «Azərikimya»nın rolu, eko¬loyi maarifləndirmə və digər tədbirlərlə bağlı geniş fikir mübadiləsi aparılmışdır.
    Xanım Valeri Hiki öz növbəsində, təmsil etdiyi Dünya Bankının yeni nümayəndəsi olaraq Azərbaycanla tanış olmaq, buradakı tərəfdaşlarla görüşmək, dayanıqlı inkişaf və ətraf mühitin yaxşılaşdırılması sahəsində əməkdaşlığın genişləndirilməsi imkanlarını araşdırmaq məqsədi ilə Bakıya səfər etdiklərini bildirmişdir.
    Xanım Hiki təmsil etdiyi Dünya Bankının SOCAR-ın digər strukturları ilə yanaşı «Azərikimya» İstehsalat Birliyinin seçilmiş ərazilərində də kimyəvi çirklənmələrnin qiymətləndirilməsi və qısa zamanda bərpa tədbirlərinin həyata keçirilməsi üçün nəzərdə tutulan layihələrdə iştirak etməkdə maraqlı olduğunu vurğulamış, bu məqsədlə müraciətlərə müsbət baxılmasına, maliyyə və digər dəstəklərin göstərilməsinə hazır olduqlarını dilə gətirmişdir.
    Görüşdə Kimya sənaye Parkında icra olunan layihələrə də toxunulmuş, bir sıra digər məsələlər ətrafında da müzakirələr aparılmışdır.

    Gündəlik Analitik İnformasiya Agentliyinin Mətbuat xidməti

  • “Azərikimya” İB tərəfindən keçirilən “Mənim Sumqayıtım” adlı rəsm müsabiqəsinə yekun vurulmuşdur

    “Azərikimya” İstehsalat Birliyinin 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi günü münasibətilə məktəblilər və tələbələr arasında elan etdiyi və bir ay davam edən “Mənim Sumqayıtım” adlı rəsm müsabiqəsinə yekun vurulmuşdur.
    Müsabiqə Sumqayıtda və sumqayıtətrafı ərazilərdə geniş əks-səda doğurduğundan, bir ay ərzindəmüsabiqəyə Sumqayıt, o cümlədən Hacı Zeynalabdin Tağıyev, Corat, Saray qəsəbələrində yerləşən orta məktəblərin şagirdlərinin, respublikamızdakı ali məktəblərin nəzdində fəaliyyət göstərən liseylərin tələbələri tərəfindən 150 iş daxil olmuşdur.
    Təqdim olunan əl işləri Azərbaycan Rəssamlar İttifaqının üzvləri – Mikayıl Abdullayev, Elxan Ağayev, İntiqam Ağayev, Sumqayıt şəhər İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Gündüz Əliyev, Sumqayıtın Tarixi Muzeyinin direktoru Olya İslamova, AzərTAc-ın xüsusi müxbiri Ətrabə Rzayeva, “Azərikimya” İstehsalat Birliyinin Həmkarlar İttifaqı Komitəsinin sədri Vaqif Ömərov və İdarəetmə aparatının Sosial-inkişaf şöbəsinin müdiri Fikrət Əliyevin təmsil olunduğu münsiflər heyəti tərəfindən diqqətlə araşdırılmış və ilkin mərhələdə 30 şagirdin əl işi seçilmişdir.
    Növbəti mərhələdə 30 əl işinin içərisindən fəxri yerlərin sahibləri seçilmiş, münsiflər heyətinin ümumi rəyi ilə bir I yerin, bir II yerin və iki III yerin qalibləri bəlli olmuşdur.
    Müsabiqənin qalibləri “Azərikimya” İstehsalat Birliyi tərəfindən pul mükafatları və diplomlarla təltif olunacaqlar. Eyni zamanda birinci mərhələdə seçilmiş 30 əl işinin sahiblərinə diplomlar təqdim ediləcəkdir. Bunlardan başqa 1 əl işi də Sumqayıtın Tarixi Muzeyi tərəfindən bəyənilmiş və muzeyin diplomuna layiq görülmüşdür. Qaliblərə mükafatların təqdim olunması mərasimi 3 fevral 2017-ci il tarixində “Azərikimya” İB-nin akt zalında keçiriləcəkdir.

    Gündəlik Analitik İnformasiya Agentliyinin Mətbuat xidməti

  • Kamran MURQUZOV.”Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasəti dünya mətbuatının diqqət mərkəzindədir”

    10730926_708473925888118_1815156677351752954_n

    2003-cü il oktyab ayının 15-də respublikanın paytaxtı Bakı şəhərində keçirilən prezident seçilərində qələbəni təmin edən cənab Prezident İlham Əliyev ilk dəfə olaraq, Azərbaycan Respublikasının Prezidenti seçildi.Dövlət müstəqilliyimizin bərpa olunmasının 12-ci il dönümünün tamam olmasına iki gün qalmış belə bir möhtəşəm hadisənin baş verməsi ictimaiyyət nümayəndələri və media təmsilçilərinin diqqət mərkəzində saxladığı ilk və önəmli məsələ oldu.Şəffaf və demokratik şəraitdə keçirilən seçkilərdə iştirak edən seçicilərin 97.5%-ni toplayan cənab Prezident İlham Əliyev Azərbaycan Respublikasının Konstitusiyasının tələblərinə uyğun olaraq, andiçmə mərasimində mənsub olduğu xalqa sədaqətlə xidmət edəcəyini bəyan etdi.Dövlətimizin iqtisadi, siyasi cəhətdən inkişad edərək dünyanın ən aparıcı və qabaqcıl ölkələri ilə sıx və qarşılıqlı əməkdaşlıq əlaqələrinin uğurla qurulmasının təminatçısı oldu.Ən qısa zaman kəsiyində dövlətimizin başçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı Heydər Əliyev siyasi məktəbinin layiqli davamçısı və yetirməsi cənab Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə aparılan uğurlu daxili və xarici siyasət nəticəsində müxtəlif sahələrdə, o cümlədən elm, mədəniyyət, incəsənət sahəsində müsbətə doğru köklü dəyişikliklər müşahidə olunmağa başladı və ölkəmizin imicinin beynəlxalq təşkilatlar tərəfindən diqqətinin cəlb olunmasına səbəb oldu.Ölkəmiz iqtisadi inkişaf səviyyəsinə görə ən inkişaf etmiş avropa ölkələri ilə yanaşı addımlamağa başladı, dünyanın ən önəmli tədbirlərinə ev sahibliyi etməyə müəssər oldu.2015-ci ilin iyun ayında Bakıda keçirilən Birinci Avropa Oyunları buna ən bariz nümunədir.Dünyanın müxtəlif ölkələrindən gəlmiş minlərlə idmançının idman yarışlarında yüksək səviyyədə iştirakını və təhlükəsizliyini tam təmin etmək məqsədilə gücləndirilmiş iş rejiminə keçid aldı.Cənab Predientin rəhbərliyi və nəzarəti altında Birinci Avropa Oyunları yüksək səviyyədə təşkil olundu.
    Dünyanın ən aparıcı telekanallarının və mətbuat orqanlarının nümayəndələrinin diqqətini respublikanın paytaxtı Bakı şəhərinə yönləndirdi.Dövlətimizin başçısı cənab İlham Əliyevin uğurlu daxili və xarici siyasətini özündə əks etdirən müxətlif adlarda məqalələr çap olundu.Ölkəmizin dinamik inkişafı üçün böyük əhəmiyyət kəsb edən Birinci Avropa Oyunları tarixdə silinməz izlər buraxdı.İllərlə toplanan təcrübə bu yönümdən öz sözünü demiş oldu.
    Hakimiyyətə gəldiyi ilk gündən etibarən müxtəlif dünya liderlərinin başçılıq etdiyi nümayəndə heyətini yüksək səviyyədə ölkəmizdə qəbul edən cənab Predizent İlham Əliyev humanizm prinsiplərinə sadiq qalaraq, qarşılıqlı əməkdaşlıq əlaqələrinin sürətlə inkişafı üçün böyük əhəmiyyət kəsb edən görüşlərdə iştirak etdi.Rəhbərliyi altında ölkəmizin dünya arenasında tanınması üçün lazımi səviyyədə işlərin görülməsinə nəzarət etdi.Dünyanın müxtəlif ölklərindən ölkəmizə təşrif buyurmuş nümayədə heyətlərini son dərəcə səmimiyyət və qonaqpərvərliklə qəbul edərək, ölkəmizin zəngin tarixi, mədəniyyəti, adət-ənənəsi haqqında ətrfalı məlumat verdi.Dövlətimizin başçısı cənab İlham Əliyev tərəfində uğurla davam etdirilən daxili və xarici siyasət çağdaş dönəmdə də dünya mətbuatının diqqəi mərkəzindədir.

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının
    Mətbuat xidmətinin rəhbəri,
    Azərbaycan Jurnalistlər Birliyinin üzvü
    Bakı şəhəri.13 oktyabr 2016-ci il

  • Kənan AYDINOĞLU.”Məni haqq yoluna döndər, İlahi!”

    1902788_614529541965133_896121757_n

    Könlümdə yurd salan kin tonqalını,
    Dumduru çeşməylə söndür, İlahi!
    Ulu dərgahında mərhəmətindən,
    Sən bu yer üzünə endir, İlahi!
    Məni haqq yoluna döndər, İlahi!

    Döyüşsəm şeytanla mən ömrüm boyu,
    Köməyə min mələk göndər, İlahi!
    Çoxalıb artdısa günahım mənim,
    Sən mənim özümü dindir, İlahi!
    Məni haqq yoluna döndər, İlahi!

    Sentyabr.2009.

  • Ramiq Vəliyev: “Müsəlmanların tək vücud olmalarının zamanıdır”

    Birinci Dünya müharibəsi zamanı Osmanlı imperiyasına qarşı İngiltərə və Fransanın öncüllüyü ilə həyata keçirilən gizli Sayks-Piko sazişi bütün İslam coğrafiyasının işğal edilərək bölüşdürülməsini nəzərdə tuturdu. Sazişin böyük bir qismi, demək olar ki, həyata keçirildi. Lakin türk millətinin yüz minlərlə övladını şəhid verməsi bahasına apardığı qəhramanlıq mübarizəsi və Atatürkün bir lider olaraq ortaya çıxması sazişdə yer alan planın tam başa çatmasına maneə törətdi. Qərb İttifaqı Türkiyə Cümhuriyyətinin bir dövlət kimi varlığını qəbul etmək məcburiyyətində qaldı. Bu gün Sayks-Piko gizli sazişindən 100 il keçməsinə baxmayaraq, eyni qüvvələr sazişin tamamlanması əzmi ilə yenidən hərəkətə keçmişlər. Bu mənfur plana görə Türkiyə bir neçə hissəyə bölünməli, türk milləti isə öncə Mərkəzi Anadoluya sıxışdırılmalı, növbəti mərhələdə isə tamamilə Orta Asiyaya sürgün edilməlidir.

    Türkiyədə baş verən son dövlət çevrilişi cəhdi də məhz Fətullah Gülən və tərəfdarlarını bir maşa olaraq istifadə edən İngiltərə öncüllüyündəki Qərb İttifaqının Türkiyəni yenidən işğal etmə planının tərkib hissəsidir. Türkiyənin işğalı ilə nəticələnə biləcək ilk çevriliş cəhdi geri püskürdüldü. Lakin türk milləti yaranmış təhlükənin keçdiyinə əmin olmadığı üçün bu günə qədər meydanları tərk etməyib. Burada diqqət çəkmək istədiyim məqam hazırda davam edən təhlükənin yalnızca Türkiyə üçün olmamasıdır. Çünki hədəf hər nə qədər Türkiyə olaraq görünsə də, əsl hədəf türklük və İslam aləminin yox edilməsidir. Türkiyə İslamın son qalasıdır və bu savaş artıq Türkiyənin mübarizəsi olmaqdan çıxmışdır. Bunun üçün dünyanın harasında olmasından asılı olmayaraq, müsəlmanların İslam dünyasının məhv edilməsi üçün başladılan bu həmləyə qətiyyətli şəkildə qarşı çıxması və müsəlman ölkələrin Türkiyəni birmənalı olaraq dəstəkləməsi lazımdır. Müsəlmanların tək vücud olmalarının zamanıdır. Allah Türkiyəmizi və bütün müsəlmanları qorusun.

    Ramiq VƏLİYEV,
    Gənclərin Mənəvi İnkişafı İctimai Birliyinin sədri

  • Nobel sülh mükfatının qəribə hekayəsi

    Nobel mükafatı bildiyimiz kimi, kimya, fizika, tibb-fiziologiya, ədəbiyyat, sülh və iqtisadiyyat sahələri üzrə təqdim edilən ən ali mükafat sayılır.

    Nobel mükafatı bildiyimiz kimi, kimya, fizika, tibb-fiziologiya, ədəbiyyat, sülh və iqtisadiyyat sahələri üzrə təqdim edilən ən ali mükafat sayılır. Mükafatın təsisçisi kimyaçı, tacir, milyarder Alfred Nobel olmuşdur.Mükafatın yaradılma səbəbi isə Alfred Nobelin özü haqqında qəzetdə gördüyü bir başlıq olmuşdur. Qardaşı Lüdviq Nobelin ölüm xəbərini fransalı jurnalist səhv anlayaraq Alfred Nobelin ölümü kimi başa düşüb.Bununla bağlı öz məqaləsində bu xəbəri “Ölüm taciri dünyasını dəyişdi” kimi təqdim edib. Jurnalistin Nobeli “ölüm taciri” adlandırmasının səbəbi isə dinamitin kəşfi idi. A. Nobel məlum olduğu kimi, bu partlayıcı maddəni kəşf etmiş və bunun satışından da xeyli gəlir əldə etmişdi. Bu səbəblərdən dolayı o dövrlərdə Nobelə “ölüm taciri” ləqəbi qoyulmuşdu. Bu pis şöhrətdən qurtulub arxasında yaxşı bir miras qoymaq adına A. Nobel vəsiyyətnamə yazaraq sərvətinin böyük qisminin öz adına bir mükafatın tərtib edilməsi üçün ayırlmasını vəsiyyət edir. Vəsiyyətnamədə mükafatların hansı sahələr üzrə, hansı şərtlər daxilində verilməli olduğunu, mükafatı hansı qurumların verəcəyini, mükafatın maliyyə mənbəyinin necə təmin olunacağını və s. hamısını qeyd edir. Vəsiyyətnaməyə əsasən, mükafatı elm sahələri üzrə İsveç Kral Elmlər Akademiyası, sülh mükafatını isə Norveç Nobel Komitəsi təyin etməlidir. Mükafatın dəyəri isə bir medal, diplom və təxminən 1.5 milyon ABŞ dolları məbləğində pul vəsaitini əhatə edir.Mükafatın maliyyə olaraq daimi şəkildə təmin edilmə mexanizmi isə Nobel fondunun ortaq olduğu və hissədar olduğu şirkətlərin gəlirlərindən gələn illik faizlər əsasında qarşılanmalıdır.

    Mükafatın təsis edilməsi ilə bağlı standart məlumatları təqdim etdim. İndi isə gəlin bu mövzu ilə bağlı maraqlı bəzi məqamlara göz gəzdirək. Alfred Nobelin gəlir mənbəyi nə idi və Nobel fondu necə qurulmuşdu?

    A. Nobelin atası 1842-ci ildə Finlandiyadan Rusiyaya köçür. İmkanlı olan ailə bir müddət kasıblasa da, Krım müharibəsində ordunun mina ehtiyacını qarşılayaraq yenidən zəngin olur. A. Nobelin atası yaxşı təhsil alması üçün onu xaricə göndərir. A. Nobel xüsusi müəllimlər tərəfindən yetişdirilərək bir neçə xarici dili mükəmməl öyrənir, ədəbiyyata meyil edir. Lakin daha sonra kimya ilə maraqlanmağa başlayır. Kimya təhsili üçün bir neçə ölkəni gəzdikdən sonra Parisdəki tanınmış kimyagər T.J.Pelouzenin labaratoriyasında nitroqliserinin ixtiraçısı Askanio Sobrero (Ascanio Sobrero) ilə birlikdə araşdırmalar aparır. Krım müharibəsi bitdiyinə görə silah sifarişi də sona çatır və Nobel ailəsi yenidən müflis olur. Ailə Stokholma qayıdır, Robert və Lüdviq Nobel Qardaşları isə Peterburqda qalırlar.Nitroqliserin üzərində apardığı araşdırmalarda baş verən partlayış zamanı bacısı Emili (Emily) və 4 nəfər həyatını itirir. Lakin A. Nobel araşdırmalarına davam edib, nitroqliserini idarə edilə bilən hala salaraq dinamit partlayıcısını yarada bilir. Bu partlayıcının patentini alır. Növbəti illərdə yeni bir partlayıcı barut kəşf edir. A. Nobel bu illər ərzində 355 patent alır. 20 fərqli ölkədə 100-ə yaxın şirkət qurur. Bu şirkətlərin hamısı silah və partlayıcı istehsal edirdi. O dövrdə bir çox ölkənin silah və partlayıcı ehtiyacı A. Nobelin şirkətləri tərəfindən qarşılanırdı. Rusiyada qalan Robert və Lüdviq qardaşları isə A. Nobelin dinamitlərindən istifadə edib neft yataqları tapmağa nail olmuşdular. Nobel qardaşları Rusiyada, Azərbaycanda və başqa bir çox ərazilərdə neft çıxarmaqla məşğul idilər, A. Nobel isə patentini aldığı partlayıcılar və qurduğu silah və partlayıcı istehsal edən şirkətləri hesabına milyarder olmuşdu.

    Nobel mükafatını verən Nobel fondu isə Nobel qardaşları tərəfindən qurulmuşdu. O Nobel qardaşları ki, 1800-cü ilin sonlarında Bakıda “BraNobel” adlı bir neft şirkəti qurmuşdular. O illərdə Rotşild (Rothschild) tərəfindən qurulan “BNİTO” və Rokfeller (Rockfeller) tərəfindən qurulan“Standart Oil” adlı neft şirkətləri ilə birlikdə çalışan Nobel qardaşları Bakıdan hər yerə neft daşıyırdılar. 1900-ci illərdə bütün dünyada Bakı neft məhsulları satılırdı. Yəni nəticə etibarı ilə Nobel Fondunun mükafatlarının faizlərini təmin edəcək o qurumların sahibləri olan Rotşild və Rokfeller, yəqin ki, sizlərə də tanış gəldi. Bu şəxslərin XX əsrin formalaşmasındakı və milyonlarla insanın ölümündəki rolunu nəzərə alsaq, bu şəxslərin bu mövzuya aidiyyatının mənasını anlaya bilərik.

    Nobel Fondunun ortaya çıxma tarixi barəsində ona görə məlumat verdim ki, Nobel Sülh mükafatının qəribə təltiflərinin hikmətini anlamaq bizə biraz asanlaşsın. Nobel Sülh mükafatının təltif edilmə qaydasına görə, mükafat “xalqlar arasında qardaşlığın təbliği, daimi qoşunların azaldılması, yaxud tamamilə aradan qaldırılması və ya sülh konqreslərinin keçirilməsinin irəli sürülməsi və həvəsləndirilməsi sahəsində görülmüş ən yaxşı işlərə görə” verilir. Lakin gəlin tarixdə və son illər ərzində Nobel mükafatı ilə təltif edilmiş, yaxud bu mükafata namizəd göstərilmiş maraqlı şəxslərlə tanış olaq.

    Hitlerin necə bir qatil olması, milyonlarla insanı öldürməsi, dünyaya gətirdiyi müharibələr və s. haqqında ətraflı məlumat yazmağıma, yəqin ki, ehtiyac yoxdur, bu barədə hər kəs məlumatlıdır. Maraqlı olan isə 1939-ci ildə Hitlerin Nobel sülh mükafatına namizəd göstərilməsi və müəyyən Qərbli çevrələr tərəfindən bu namizədliyin dəstəklənməsi olmuşdur.E.G.C Brandt adlı İsveç Parlamentinin deputatı 1938-ci ildə Hitleri Nobel Sülh mükafatına namizəd kimi göstərmişdir. Bu barədə Nobel mükafatı laureatının rəsmi saytında da məlumat yerləşdirilmişdir.Saytdakı məlumatın şəklini məqalədə də görə bilərsiniz.

    Bu namizədliklə bağlı o dövrdə “New York Times”, “Times” və s. media orqanlarında dəstək məqalələri yazılsa da, Hitlerə mükafat verilməmişdir.

    Hitlerin necə bir qatil olması, milyonlarla insanı öldürməsi, dünyaya gətirdiyi müharibələr və s. haqqında ətraflı məlumat yazmağıma, yəqin ki, ehtiyac yoxdur, bu barədə hər kəs məlumatlıdır. Maraqlı olan isə 1939-ci ildə Hitlerin Nobel sülh mükafatına namizəd göstərilməsi və müəyyən Qərbli çevrələr tərəfindən bu namizədliyin dəstəklənməsi olmuşdur.E.G.C Brandt adlı İsveç Parlamentinin deputatı 1938-ci ildə Hitleri Nobel Sülh mükafatına namizəd kimi göstərmişdir. Bu barədə Nobel mükafatı laureatının rəsmi saytında da məlumat yerləşdirilmişdir.Saytdakı məlumatın şəklini məqalədə də görə bilərsiniz.

    Bu namizədliklə bağlı o dövrdə “New York Times”, “Times” və s. media orqanlarında dəstək məqalələri yazılsa da, Hitlerə mükafat verilməmişdir.

    2004-cü ildə İraqdakı sözdə “kimyəvi silahları” zərərsizləşdirdiyi, terrorizm təhdidini və beynəlxalq problemləri “sülh yolu” ilə həll etdikləri üçün İraqda müharibə başladıb 2 milyondan çox insanın ölümünə səbəb olan və bir ölkəni işğal edən bu iki tanınmış şəxs Nobel Sülh mükafatı verilməsinə namizəd göstərilib. Həm də Alfred Nobelin bu mükafat üçün ixtiyar sahibi təyin etdiyi Norveç Parlamentinin bəzi üzvləri tərəfindən.Halbuki İraqda kimyəvi silahlar yox idi. Bunu Toni Bleyr də, Buş da bilirdi.Kimyəvi silahlar böyük bir yalan idi.Müharibəni başlada bilmək üçün uydurulmuş böyük bir yalan. Bunu bu yaxınlarda Bleyrin özü də etiraf edərək üzr istədi. Lakin maraqlı məqamlardan biri də budur ki, müharibədə ölən milyonlarla iraqlıdan deyil, sadəcə orada ölən ingilis əsgərlərin valideyinlərindən üzr istədi və eyni zamanda verdiyi qərardan peşman olmadığını da dedi. Beləliklə də, İraqdakı insanları insan olaraq görmədiklərini, sırf o ölkəni işğal etmək üçün müharibə törədib milyonlarla insanı öldürdüklərini, milyonlarla insanı da şikəst qoyduqlarını, bütün İraqı məhv etdiklərini etiraf etmiş oldu. Eyni zamanda bu etirafın başqa bir tərəfi də, 11 sentyabr hadisələrinə dayanır.İraq müharibəsi bu hadisə ilə başladı. Toni Bleyrin etirafına əsasən, onların İraqda hansısa kimyəvi silah deposu barədə məlumatları yox idi və ümumiyyətlə,orda belə bir silah anbarı da aşkarlanmamışdı.Mütəxəsislərin araşdırmalarına görə də, 11 sentyabr terroru da məhz bu müharibəyə səbəb yaratma cəhdlərindən biri idi.Yəni bu insanlar öz xalqına qarşı süni terror aktı təşkil edərək İraqa hücum bəhanəsini hazırlamaq məqsədi ilə və buna xalqda razılıq yaratmaq üçün minlərlə vətəndaşının ölümünə razılıq verəcək dərəcədə “sülh” tərəfdarı idilər.

    Bir çox insan tərəfindən davranışları, intellekti insanlarla rahat ünsiyyətcilliyinə görə Obamaya qarşı sevgi duyulur. Obama məşhurluq, dəstəklənmə və s. baxımından Amerikanın ən öndə gələn prezidentlərindən biri oldu.Lakin sülh məsələsində də kamera önündə göstərdiyi qədər bacarıqlı idimi?Statistikalara əsasən, xeyir. Obama 8 il prezidentlik etdi. Prezident seçkilərində seçicilərə verdiyi vədlər var idi.Vədlərin içindəki ən əhəmiyyətli maddələr, silah-sursatın azaldılması, sülh sahəsində işlər görüləcəyi, İraq və Əfaqnıstandakı amerikan varlığına son qoyulacağı, müharibənin sona çatacağı idi. Bu vədlər gerçəkləşdimi?

    Nəinki bu vədlər gerçəkləşdi, əksinə Amerika Obamanın dövründə vəd verdiyi sahələrdə daha da geriyə getdi. Obama hökümətinin rəhbərliyi ilə ABŞ təkcə 2016-cı ildə başqa ölkələrə saata 3 bomba atıb. Günə 72, həftəyə 504, ilə isə 26 172 bombalama deməkdir. Bir il ərzində ABŞ bu qədər bombanı 7 ölkəyə atmışdır. Bu bombaların 93% -i Suriya və İraqa atılmışdır.Bu bombalar nəticəsində isə ölmüş, zərərçəkmiş insanların sayını, hesabını təxmin etmək çox çətindir. Obama müharibəyə son qoyacağını söz verdiyi halda, arxasında dronlarla, bombalarla, hava hücumları ilə müşaiət olunan müharibə ilə keçən 8 ili miras qoydu. Sonda isə digər bütün Amerika prezidentlərindən daha çox müharibəyə zaman sərf edən Obamaya da Nobel Sülh mükafatı təqdim edildi.

    Mixail Qorbaçov

    Mixail Qorbaçov da Nobel Sülh mükafatına layiq görülmüş şəxslərdən biridir. Qorbaçovun Nobel Sülh mükafatına nə qədər layiq olduğunu müzakirə etməmişdən öncə sizə Qorbaçovun adı ilə bağlı bir bənzətmədən nümunə vermək istəyirəm.

    Elm aləmində hansısa fikrindən, əqindəsindən dönən insanlara adətən o sahənin Qorbaçovu deyirlər.Bir nümunə verim; təkamül fərziyyəsi içində növlərin təkamülünü klassik darvinizmdən, yəni mərhələli şəkildə təkamül fərziyyəsindən başqa birdən-birə, anidən dəyişilmə – “Sıçrayışlı təkamül fərziyyəsi” modeli var. Bu modeli 1970-ci ilin əvvələrində tanınmış təkamülçülər Nayls Eldrik və Stefen Cey Quld ortaya atmışdılar. Təkamül fərziyyəsinə görə, canlılar təkamül keçirmişdilərsə, palentoloji qalıqlar arasında bunun milyonlarla nümunəsi tapılmalı idi. Lakin paleontoloqların tapdığı 600–700 milyon fosilin arasından bircə dənə də olsun Darvinin “mütləq tapılmalı olduğu”nu dediyi “ara-keçid formaları” tapılmırdı. Bu boşluğu görən Stefen Cey Quld və Nayls Eldrik də təkamül fərziyyəsinin bu müəmmasına alternativ bir cavab tapmaq üçün iddia etdilər ki, bəs canlılar, əslində, mərhələli deyil, “sıçrayışlı”, yəni birdən-birə təkamül ediblər. Mövzuya aidiyyatı olmadığı üçün fərziyyənin ətraflı izahını burda verməyəcəm. Lakin genetik olaraq bu yeni izahın da doğru olmadığı qısa bir müddətdə kəşf olundu.Bundan sonra bir çox klassik təkamülçülər bu mövzu ilə bağlı S.C. Quldu qınamağa başladılar. Təkamül fərziyyəsinin ən öndə gələn tənqidçilərindən biri Filip Conson S.C. Quldu “darvinizmin Qorbaçovu” adlandırdı. Qorbaçov Sovet İttifaqının kommunist dövlət sistemində çatışmazlıqlar olduğunu düşünərək sistemdə “islahatlar” etməyə çalışmışdı.Lakin çatışmazlıq hesab etdiyi problemlər, əslində, sistemin öz təbiətindən irəli gəldiyi üçün kommunizmi öz əllərilə məhv etmişdilər.

    Verdiyim nümunə biraz uzun olsa da, gətirmək istədiyim məqam bu idi ki, Qorbaçovun tarixdəki yerinin siyasi motivi çox vacib idi. Sovet İttifaqı Dövləti, təbii ki, sadə formada çökdürülmədi. Məhz Nobel mükafatı da o “mürəkkəb” siyasi motivin bir qarşılığı ola bilərdi.

    Qorbaçov və Sülh mükafatı anlayışına ən zidd olan amil isə 1990-cı il 20 yanvar gecəsi Bakıda azərbaycanlılara qarşı edilmiş soyqrım idi. Məlum olduğu kimi, Qorbaçovun əmri ilə kommunist Qızıl Ordu 20 yanvar gecəsi Bakıya daxil olur və dəhşətli bir qırğın törədir. Tanklarla, zirehli hərbi maşınlarla dolu ordu Bakıya daxil olur, bir gecədə 200 nəfərə yaxın Bakı sakini şəhid edilir, 1000 nəfərə yaxın insan da ölümcül yaralanır.Bu qanlı qırğının əmrini Qorbaçov vermişdi.Qorbaçov eyni zamanda sonrakı illərdə Ermənistan – Azərbaycan arasında Azərbaycanın xeyli sayda ərazilərini itirməsi ilə, minlərlə günahsız insanının qətlə yetirilməsi kimi böyük faciələrlə yekunlaşan bir münaqişənin əsasını qoymuş, bu prosesdə rol oynamışdır. Bundan əlavə Qorbaçov Vilnüsdə, Tbilisidə, Çeçenistanda, Tacikistanda, Abxaziya və Osetiyada da çoxsaylı insanın tələf olduğu hadisələrin baş verməsinə səbəb olmuşdur.Yəni dolayısı ilə siyasi fəaliyyəti ilə heç də sülh tərəfdarı bir mövqe sərgiləməmişdir.Bütün bunlara baxmayaraq isə Qorbaçov Nobel “Sülh” mükafatına layiq görülmüşdür.

    Bu mükafatın Ədəbiyyat sahəsində təltifləri zamanı da adətən öz ölkələri əleyhində yazılar yazan şəxslərə verildiyini müşahidə etmək mümkündür.

    Mövzunu digər müəyyən şəxslər, hadisələr əlavə edərək genişləndirmək olar, lakin nəticə ortadadır. Elm sahələri üzrə təqdim edilən Nobel mükafatları adətən şübhəli məqamlarla yadda qalmasa da, bu mükafatın sülh üzrə laureatının təqdimində ciddi problemlərin olduğu dəqiqdir.Bu mükafatın təqdim edilməsinin dərin siyasi bağları ortadadır. Görünür ki, mükafatı təyin edən qurumlara İngilis Dərin Dövləti kimi qüvvələrin təsir gücü güclüdür.Bunu necə bilə bilərik? Məqalənin əvvəlində mükafatı təqdim edən Fondun yaranma prosesindən bəhs etmişdim.Xatırlayırsınızsa hal – hazırda Nobel mükafatını təqdim edən Nobel Fondununun əsasını Rokfeller və Rotşild ailəsinin şirkətlərində hissələri olan Nobel Qardaşları qoymuşdu. Nobel mükafatının maliyyəsi də Alfred Nobelin silah şirkətləri ilə Nobel Qardaşlarının hissədarı olduğu Rokfeller və Rotşild şirkətlərinin gəlirindən gələn faizlər (hissələr) hesabına qarşılanır.Dolayısı ilə bu su hansı quyuduan gəlir aydındır. Bu təqdirdə “sülh” mükafatının niyə ən çox müharibə etmiş, qan tökmüş adamlara getdiyinin hikmətini də anlamaqda çətinlik çəkmirik.

    Bu mövzudan alınacaq dərs :bir qrup siyasi qüvvənin təsiri, yaxud idarəsində olan bir qurumun təltifi bizim şəxsləri dəyərləndirməyimizə meyar olmamalıdır. Meyar olaraq bu cür mükafatları seçiriksə, o zaman bu mükafatların çox zaman necə və nə üçün verildiyini də unutmamaq lazımdır.

  • Xalq şairi Xəlil Rza ULUTÜRK

    Xəlil Rza Ulutürk (d. 21 oktyabr, 1932, Pirəbbə, Salyan rayonu (kənd indi Neftçala rayonuna daxildir), Azərbaycan SSR – ö. 22 iyun, 1994, Bakı, Azərbaycan) — azərbaycanlı şair, tənqidçi, ədəbiyyatşünas, tərcüməçi, 1954-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri doktoru (1969), Azərbaycanın əməkdar incəsənət xadimi (1986), M.F.Axundov adına ədəbi mükafat laureatı (1991), Azərbaycanın Xalq şairi (1992)[1]. “İstiqlal” ordeni ilə təltif olunub.

    Həyatı

    Xəlil Rza Ulutürk 1932-ci ildə Salyanın Pirəbbə kəndində dünyaya gəlmişdir. 2 saylı şəhər orta məktəbində təhsil almışdır. Salyan şəhər kitabxanasının ədəbiyyat dərnəyinin üzvü olmuşdur. İlk mətbu şeri “Kitab” 1948-ci ildə “Azərbaycan pioneri” qəzetində işıq üzü görmüşdür. 1948-ci ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinin jurnalistika şöbəsinə daxil olub. Universitetdə ədəbiyyatşünas-alim Cəfər Xəndanın, sonralar şair Bəxtiyar Vahabzadənin rəhbərlik etdiyi ədəbi dərnəkdə, Azərbaycan Yazıçılar İttifaqında xalq yazıçısı Mirzə İbrahimovun başçılığı ilə keçirilən “Gənclər günü” məşğələlərində fəal iştirak etmişdir.

    1954-cü ildə Azərbaycan Dövlət Universitetini bitirən Xəlil Rza əmək fəaliyyətinə “Azərbaycan qadını” jurnalı redaksiyasında başlamışdır. O burada ədəbi işçi vəzifəsində çalışdığı iki ildə (1955-1957) dövri mətbuatda çap etdirdiyi məqalə və şerlərlə ədəbi ictimaiyyətin diqqətini cəlb etmişdir. 1954-cü ildə Xəlil Rza SSRİ Yazıçılar ittifaqının üzvü seçilir. Onun ilk şerlər toplusu – “Bahar gəlir” (1957) kitabı da nəşr olunur. 1957-ci ilin avqust ayında Azərbaycan Yazıçılar İttifaqı Xəlil Rzanı Moskvaya, M.Qorki adına Dünya Ədəbiyyat İnstitutu nəzdində olan ikiillik Ali Ədəbiyyat kurslarına göndərməsi də gənc şairin gələcəyinə inamla bağlı idi. Xəlil Rza Institutda rus ədəbiyyatının görkəmli sənətkarı Pavel Antokolskinin rəhbərlik etdiyi bölmədə poeziyanın nəzəri əsaslarını öyrənməklə yanaşı, dünya xalqlarının mədəni irsi ilə yaxından tanış olmuşdur. Moskvada təhsil illərində görkəmli rus şairi Samuil Marşakın evində və Yasnaya Polyanada dahi Lev Tolstoyun xatirə muzeyində olması, Leninqrada Ermitaj xəzinəsinə kollektiv səfəri, Nazim Hikmət və Mixail Şoloxovla görüşləri gənc şairin xatirəsində dərin izlər buraxmışdır.

    1959-cu ildə Xəlil Rza Bakıya qayıtdıqdan sonra Azərbaycan Dövlət Pedaqoji İnstitutunun aspiranturasında təhsilini davam etdirmişdir. O, 1963-cü ildə “Müharibədən sonrakı Azərbaycan sovet ədəbiyyatında poema janrı (1945-1950)” mövzusunda yazdığı dissertasiyanı uğurla müdafiə etmiş, fılologiya elmləri namizədi elmi dərəcəsinə layiq görülmüşdür. Onu institutda müəllim kimi saxlamışlar. Tələbə auditoriyasına müəllim kimi daxil olduğu gündən Xəlil Rza dərs proqramı çərçivəsi ilə məhdudlaşmamış, vətənpərvərlik ruhlu mühazirələrində qədim milli bəşəri dəyərlərimizdən və doğma dilimizdən ürək yanğısı ilə söhbət açmışdır.

    Xəlil Rza Azərbaycan dilinin saflığı, əcnəbi dilin təsirinə məruz qalmaması üçün özünəməxsus mübarizə yolu da seçmişdi. Harada olursa-olsun doğma dilində təmiz danışmayan müsahibindən eşitdiyi hər yabançı kəlmə üçün 5 qəpik cərimə tələb edər, “danışığından məmnun qaldığı soydaşlarını bir manat məbləğində mükafatlandırardı”. Beləliklə, o, müasirlərinin diqqətini ana dilinin safhğını qorumağa cəlb etməyə, digər tərəfdən ruslaşdırma siyasətinə qarşı mübarizə aparmağa çalışardı. Əlbəttə, bütün bunlar dövlətin hakim dairələrinin nəzər-diqqətindən yayınımr, çox çəkmir ki, onun ictimai-pedaqoji fəaliyyəti məhdudlaşdırılır. “Bilik” cəmiyyəti yolu ilə Azərbaycan rayonlarına göndərilməsi qadağan olunur. Şair Sabir Rüstəmxanlı yazır:

    “Xəlil Rzanı başa düşməyənlər çox idi. Onun cəsarətli vətəndaşlıq şerlərini dinləməkdən belə qorxanların sayı min-min idi. O, kürsüyə qalxanda durub salonu tərk edirdilər. Xəlilin antisovet, antiimperiya çıxışlarına dəlilik kimi baxanlar, onun səsini kəsməyə çalışan, yüksək kürsülərə yolunu bağlayan, onu kiçiltmək istəyənlər Xəlil Rza istedadının Allah vergisi olduğunu, şairin Allah hökmü ilə danışdığını dərk edə bilmirdilər”[2].

    Xəlil Rza Azərbaycan Dövlət Pedaqoji İnstitutundan uzaqlaşdırılır. Onu Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutuna dəvət edirlər. Burada Xəlil Rza bütün qüvvəsini elmi-tədqiqat işinə və bədii yaradıcılığa həsr edir. Azərbaycan-Özbək ədəbi əlaqələri, Maqsud Şeyxzadənin həyat və yaradıcılığı haqqında monoqrafık əsərlər üzərində çalışır. Buna baxmayaraq, Xəlil Rza yenə də “şübhəli şəxs” kimi təqib olunur, onun imkanlarını məhdudlaşdırır, “təhlükəli ictimai mübarizə” yolundan çəkindirməyə çalışırlar.Xəlil Rza Ulutürkün atası Rza Ulutürkdür.

    Yaradıcılığı

    1984-cü ildə şairin “Ömürdən uzun gecələr” adlı kitabı və SSRİ xalqlarının dillərindən tərcümə edilmiş poetik əsərlərdən ibarət “Qardaşlıq çələngi” toplusu ictimaiyyət tərəfindən Azərbaycan SSR Dövlət mükafatına təqdim olunsa da, hakim dairələrin etinasızlığı ilə qarşılandı. Bu soyuq münasibət onu sarsıtmadı. Şairin ən böyük vəzifəsini yazıb yaratmaqda görən Xəlil Rza yorulmadan var qüvvəsi ilə çalışır; yeni şerləri, elmi araşdırmaları ilə təsəlli tapır. 1985-ci ildə “Maqsud Şeyxzadənin bədii yaradıcılığı və Azərbaycan-Özbək ədəbi əlaqələrinin aktual problemləri” mövzusunda doktorluq dissertasiyası müdafiə edir. 1986-cı ildə Azərbaycan ədəbiyyatının inkişafındakı xidmətlərinə görə ona əməkdar incəsənət xadimi fəxri adı verilir.

    Xəlil Rzanın azadlıq səsi

    1980-ci illərin axırlarında xalq azadlıq hərəkatı genişləndiyi zaman Xəlil Rzanın gur səsi Azərbaycanın bütün regionlarında eşidilirdi. O, bütün varlığı ilə xalq hərəkatına qoşulmuşdu, hər yerdə rus şovinist siyasətini, Dağlıq Qarabağ torpağına təcavüz edən erməni daşnaklarını odlu-alovlu çıxışları ilə ifşa edirdi.

    Biz Türküstan elləriyik,
    Qeyrət, qüdrət selləriyik.
    Daşnakları qovan bizik,
    Dar gözləri ovan bizik.
    Yetər meydan suladılar,
    Yurdumuzu taladılar.
    Bakımızı əzizləyək.
    Əqrəblərdən təmizləyək!
    Şölə versin bu ləl, mərcan –
    Ermənisiz Azərbaycan! murad

    Son günlərini yaşayan sovet imperiyası ömrünü uzatmaq üçün 1990-cı ilin yanvarında Azərbaycanın paytaxtı Bakıda dinc əhaliyə vəhşicəsinə divan tutdu. Bu qətliam, soyqırım siyasəti Qorbaçovun və onun əlaltılarının iradəsi ilə icra edilirdi. Bütün dünyanın açıq fikirli adamları bu aksiyanı, bəşər tarixində misli görünməmiş qətliamı lənətlə qarşıladılar. Sovet ordusu tərkibində zirehli tanklarla, hərbi gəmilər və müasir silah növləri ilə yaraqlanıb xüsusi tapşırıqla Bakını gülləbaran edənlərin törətdiyi cinayətlər Xəlil Rzanı sarsıtmışdı. O, bütün qüvvəsi ilə gecə-gündüz dinclik bilmədən, ürəyini məşələ çevirib xalqı düşmənlərə qarşı mübarizəyə səsləyirdi: xarici ölkə jurnalistlərinə verdiyi müsahibələrdə 20 yanvar hadisələrini, Qorbaçovun və onun əlaltılarının qanlı əməllərini dünya ictimaiyyətinə çatdırmağa çalışırdı.

    1990-cı il yanvarın 26-da Xəlil Rza SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin əməkdaşları tərəfindən həbs edilib Moskvaya – Lefortovo həbsxanasına göndərilir. Aramsız sorğu-sual, ağır ittiham şairin iradəsini qıra bilmir, o, zindanda da mübarizəsini davam etdirir. 8 ay 13 gün öz mühitindən təcrid olunmuş şair odlu-alovlu qəlbinin işığında “Lefortovo gündəliyini, 200-dən çox, şeir, poema və məktubunu qələmə alır. Bu əsərlər mübariz şairin ictimai-siyasi dünyagörüşünü əks etdirməklə yanaşı, öz siqləti, bədii dəyəri, məzmunu cəhətdən milli poetik fikri zənginləşdirən misilsiz abidədir. “Lefortovo gündəliyi” şairin qəbul etdiyi Ulutürk təxəllüsünün vəsiqəsidir.

    Xəlil Rza 1990-cı il yanvarın 29-dək – 40 illik ədəbi-bədii yaradıcılığı dövründə öz əsərlərini “Xəlil Xəlilov”, “Xəlil Xəlilbəyli”, “Xəlil Odsevər”, “Xəlil Rza” təxəllüsləri ilə çap etdirmişdi. “Xəlil Rza Ulutürk” təxəllüsü isə şairin keçdiyi mübarizə yolunun, ədəbi-mənəvi axtarışlarının məntiqi nəticəsi idi. Şair ömrünün son illərində, dörd il beş ay, 22 gün – 1994-cü il iyun ayının iyirmi ikisinədək, dünyasını dəyişən günədək yazdığı şerlərdə və nəşr etdirdiyi kitablarda Xəlil Rza Ulutürk imzasını qoymuşdur. Şairin vəfatından sonra, onun ömür-gün yoldaşı, vəfadar Firəngiz xanım XX əsrin axırlarından bu günədək Xəlil Rzanın şerlərini, gündəliklərini və tərcümələrini sahmana salıb sanballı kitab halında Xəlil Rza Ulutürk imzası ilə nəşr etdirməkdədir. O, Xəlil Rzanın yarımçıq işlərini – “işıq üzü görməyən küll halında qalmış əsərlərini” nəşr etdirməklə “onunla nəfəs alır”, onu yaşadır, onu ölməzliyə, əbədiyyətə qovuşdurur.

    Lefortovo həbsxanasında şəkər xəstəliyi olan Xəlil Rzanın səhhəti pozulmuşdu. 1990-cı il oktyabrın 9-da yatab qatarında Moskvadan Bakıya gətirilən Xəlil Rza, bir ay davam edən məhkəmə prosesindən sonra azadlığa buraxıldı.

    1991-ci il mayın 6-da Xəlil Rza “Türk milləti mükafatı laureatı” fəxri adına layiq görülür. Bir ildən sonra, 1992-ci ildə ona Azərbaycan Respublikasının Xalq şairi fəxri adı verilir. Süleyman Dəmirəlin tapşırığı ilə cərrah Paşa adına Şəfa evində onun şəkərini və gözlərini müalicə edirlər. May ayının 19-da Həsaki Qəlb xəstəxanasında Xəlil Rzanın ürəyində cərrahiyyə əməliyyatı aparılır. 1993-cü il fevral ayının 11-də Bakıya qayıdan Xəlil Rza ayağından çıxarılan şırımın yeri bitişmədiyindən müalicə komissiyasında həkimlərin nəzarəti altında saxlanılır. Lakin çox çəkmir ki, həkimlərin məsləhətinə görə, şairi Almaniyaya göndərirlər. 1993-cü il avqust ayının 23-də Xəlil Rza Firəngiz xanımla Bakı-İstanbul-Köln təyyarə marşurutu ilə Almaniyaya gedir, Zolenger şəhər klinikasında müalicəsini davam etdirir. Bakıya qayıdan Xəlil Rzanın bir müddətdən sonra yenə vəziyyəti ağırlaşır, onu Kardiologiya İnstitutunda müalicə edirlər.

    Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Fransaya rəsmi səfəri zamanı Xəlil Rza və Firəngiz xanım da nümayəndə heyətinin tərkibinə daxil edilmişdi. Bu tarixi səfər Xəlil Rzanın son səfəri oldu. Fransa səfərindən sonra tez-tez ön cəbhə bölgələrində, məktəb və mədəniyyət ocaqlarında, görüşlərdə çıxışlar edib şerlər oxuması, narahat həyat tərzi, yaradıcılıqla ciddi məşğul olması onu haldan salıb vəziyyətini ağırlaşdırdı. Sonrakı müalicə nəticə vermədi. 1994-cü il iyunun 22-də bədii yaradıcılığının barlı-bəhərli çağında şairin vətən eşqi, xalq məhəbbəti ilə çırpınan ürəyi döyünməkdən qaldı.

    Xəlil Rza Ulutürk Fəxri Xiyabanda dəfn olundu, onun məzari üstündə şairin əzəmətli heykəli yüksəldildi.

    Azərbaycan xalqının milli mübarizəsində xüsusi xidmətlərinə görə xalq şairi Xəlil Rza Ulutürk (ölümündən sonra) “İstiqlal” ordeni ilə təltif edildi.

    Əsərləri

    Bahar gəlir. Bakı: Uşaqgəncnəşr, 1957, 40 səh.
    Sevən gözlər. Bakı: Azərnəşr, 1959, 84 səh.
    Məhəbbət dastanı. Bakı: Uşaqgəncnəşr, 1961, 92 səh.
    Mənim günəşim. Bakı: Azərnəşr, 1963, 52 səh.
    Qollarını geniş aç. Bakı: Azərnəşr, 1965, 115 səh.
    Krasnodon qartalları. Bakı: Gənclik, 1967, 128 səh.
    Yeni zirvələrə. Bakı: Azərnəşr, 1971, 180 səh.
    Ucalıq. Bakı: Gənclik, 1973, 168 səh.
    Doğmalıq. Bakı: Azərnəşr, 1977, 184 səh.
    Məqsud Şeyxzadə. Bakı: Bilik cəmiyyəti, 1978, 67 səh.
    Taparam səni. Bakı: Yazıçı, 1980, 268 səh.
    Məqsud Şeyxzadənin bədii yaradıcılığı. Bakı: Elm, 1981, 233 səh.
    Marallar da duz yeyərmiş. Bakı: Gənclik, 1981, 155 səh.
    Ömürdən uzun gecələr. Bakı: Gənclik, 1982, 152 səh.
    Hara gedir bu dünya. Bakı: Yazıçı, 1983, 280 səh.
    Daşdan çıxan bulaq. Bakı: Gənclik, 1986, 190 səh.
    Məndən başlanır vətənim. Bakı: Yazıçı, 1988, 338 səh.
    Davam edir 37. Bakı: Gənclik, 1992, 528 səh.
    Ayla günəş arasında. Bakı: Yazıçı, 1992, 548 səh.
    Qəhrəman Təbrizim. Bakı: Gənclik, 1994, 348 səh.
    Uzun sürən gənclik. Bakı: Azərnəşr, 1994, 435 səh.
    Türkün dünyası. Bakı: “Qorqud” nəşriyyatı, 1994, 351 səh.
    Mən Şərqəm. Bakı: Elm, 1994, 766 səh.
    Bağışla, ey vətən. Bakı: “Qorqud” nəşriyyatı, 1996, 146 səh.
    Ömür kitabını yazan şairə. Bakı: “Mütərcim” nəşriyyatı, 1998, 110 səh.
    Lefortovo zindanında. Bakı: “Azərbaycan” nəşriyyatı, 1998, 240 səh.
    Xəlil Rza seçilmiş əsərləri iki cilddə ,,Şərq-Qərb,, 2005 Xəlil Rza Seçmələr ,,Bakı Kitab Klubu,, 2015

    Səsləndirilmiş əsərləri

    Laləzar Mustafayeva – “Azadlığı istəmirəm zərrə-zərrə, qram-qram”

  • Əziz Musanı doğum günü münasibətilə təbrik edirik! (2 fevral 1951-ci il)

    em

    Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin Rəhbərliyi Sizi, Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsini, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvünü, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsünü, “Qızıl qələm” media mükafatı laureatını, pedaqogika üzrə fəlsəfə doktorunu, şair-jurnalisti doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, ədəbi-bədii yaradıcılığınızda bol-bol uğurlar diləyir! Sevib, sevdiyiniz insanların əhatə dairəsində olun!

    Mətbuat xidməti

    Əziz Musa ( Musayev Əziz Həsən oğlu) 1951-ci il fevral ayının 2-də Cəbrayıl rayonunun Çərəkən kəndində anadan olub.İbtidai və orta təhsilini Cəbrayıl rayon Maksim Qorki adına orta məktəbdə alıb.1968-1972-ci illərdə Gəncə Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirib.1972-ci ildə dövri mətbuatda Əziz Musa imzası ilə çıxış edir.Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin, Respublika Yaradıcı Müəllimlər Birliyinin üzvüdür.Qırxa qədər kitabın müəllifidir.Şeirləri “Azərbaycan”, “Ulduz” jurnallarında, “Ədəbiyyat”, “Ədəbiyyat naminə”, “Kaspi”, “Azərbaycan Gəncləri”, “Respublika Gəncləri”, “Kommunist”, “İlham Çeşməsi” və s. qəzetlərdə dərc olunub.
    2012-ci il fevral ayının 14-də Bakı şəhərində “Çağdaş Azərbaycan ədəbiyyatının inkişafına dəstək” layihəsi çərçivəsində istifadəyə verilən Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının “Qarabağ bölgəsinin ədəbiyyatı” bölməsinin Redaktoru seçilmişdir.Pedaqogika üzrə fəlsəfə doktorudur.”Azərbaycan” Nəşriyyatında “İlham Çeşməsi” qəzetinin təsisçisi və baş redaktorudur.Qarabağ müharibəsi veteranıdır.2008-ci ildə müqəddəs Həcc ziyarətində olub.
    2009-cu ildə Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdünə layiq görülüb.

    PAPAQ ATDI OYUNU

    Təbiət nurlanır, ürək sevinir,
    Bayram eyləyirik hər yaz gələndə.
    Xonçalar bəzənir, nəğmələr dinir,
    Deyirik, gülürük Novruz gələndə.

    Ruzi-bərəkətdi, sevgidi bahar,
    Səməni bəzəyir evlərimizi.
    Hər evdə sübhəcən çıraq, şam yanar,
    Bahar xoş günlərə səsləyər bizi.

    Qeyrət, hünər qalıb Qorqutdan bizə,
    Kosa da, keçəl də bizimki deyil.
    Dünya göz qoyursa adətimizə,
    Sayıq olmalıdı indiki nəsil.

    Kim bizə öyrədib papaq atmağı,
    Papaq ata-ata millət uduzdu.
    Birləşək, barışaq bayram axşamı,
    Papaq qeyrətimiz, namusumuzdu.

    Pay verib, pay alıb babalarımız.
    Papağı başından salmayıb heç kim.
    Bağlı olmayıbdı qapılarımız,
    Bayramda naümid qalmayıb heç kim.

    Qeyrəti atmayaq ayaq altına,
    Bir ovuc şirnidən, noğuldan ötrü.
    Ləkə gətirməyək xalqın adına,
    Qapılar gəzməyək nağıldan ötrü.

    Gəlin yallı gedək ocaq başında,
    Oxuyaq hamımız birlik nəğməsi.
    Papağa and içək, oda and içək.
    Bir də talanmasın Odlar ölkəsi.

    XOCALINI AĞLAMAYIN

    Doğma şəhər qəltan oldu qanına,
    Neçə ildir getmək olmur yanına.
    And verirəm qalanların canına,
    Xocalını ağlamayın təzədən.

    Innən belə göz yaşından nə fayda,
    Alan aldı, satan satdı sarayda.
    Millət susdu o hayda, o harayda,
    Xocalını ağlamayın təzədən.

    Ağacların meyvəsini yad dərir,
    Düşmən ordan bizə acıq göndərir.
    Suyumuzu başqa arxa döndırir,
    Xocalını ağlamayın təzədən.

    Qan içində boğulubdu o çöllər.
    Bir də dinməz bizim dildə bülbüllər.
    Vaxt ötüşüb, dəyişibdi nəsillər,
    Xocalını ağlamayın təzədən.

    Dağlar gördü gürşadı da, seli də,
    Yel sovurdu yerdə qalan külü də.
    Özgələrə ümidliyik hələ də,
    Xocalını ağlamayın təzədən.

    Ağlamaqla dərd azalmaz ay qağa,
    Dağ çəkilib o torpağa, o dağa.
    Qisas deyib el qalxmırsa ayağa,
    Xocalını ağlamayın təzədən.

    QARABAĞA GEDƏSƏN

    Dönəsən Ağatlı oğlana bir gün,
    Atını çapasan doğma dağlara.
    Bir gün ağlayasan el-oba üçün,
    Daha baxmayasan yağışa, qara.

    Dörd nala çapasan sehirli atı,
    Əlinlə boğasan qarı düşməni.
    Qovasan bir yolluq dağlardan yadı,
    Azad eyləyəsən doğma Vətəni.

    Işığa dönəsən, nura dönəsən,
    Səni qarşılaya Ağoğlan dağı.
    Doğma Cəbrayıla yol götürəsən,
    Səni qucaqlaya Araz qırağı.

    Asasan Laçında bayrağımızı,
    Alasan Ağdamı yadlardan geri.
    Gəzəsən o cənnət torpağımızı,
    Verəsən ellərə bir xoş xəbəri.

    Başına yığasan eli-obanı,
    Bir çadır qurasan Cıdır düzündə.
    Şəhid oğulların yuyub qanını,
    Haqqı qoruyasan bu yer üzündə.

    Payız

    Qüruba sarıdı günün yönümü,
    Bir qu nəğməsidi mən oxuduğum.
    Ömrə calayıram payız ömrümü,
    Qışdı, ayrılıqdı indi qorxduğum.

    Qəhərdən titrəyən dodaqlar kimi,
    Bu bomboz günlərin havası acı.
    Göylərdə uçuşan yarpaqlar kimi,
    Tay məni saxlamır ömür ağacı.

    Aldadır qızılı naxışlar məni,
    Gözüm çiçək gəzir, gözüm nar gəzir.
    Məni utandırır saçımın dəni,
    Alışan ürəyim soyuq qar gəzir.
    Həsrətdən, hicrandan rəngim saralıb,
    Göylərdən qəm yağır hey gilə-gilə.
    Quzeyi çoxdandı duman-çən alıb,
    Güneydə göy otlar oynayır hələ.

    Gecəsi uzanıb günün, gündüzün,
    Sözümü üşüdür narın yağışlar.
    Buludlar alıbdı göyün üzünü,
    Köçür dəstə-dəstə köçəri quşlar.

    Ürəyim diksinir durna səsindən,
    Urvatlı bir şeir yaza bilmirəm.
    Zirvəyə qar düşür qış nəfəsindən,
    Tanrı yazdığını poza bilmirəm.

    Axı mən nə umum qəmli payızdan,
    Qələmim əlimdə durna lələyi.
    Mən ki, doymamışam bahardan, yazdan,
    Əsir xəzan yeli, payız küləyi.

    Yaman kövrək olur payızlı şeir,
    “Vağzalı” çalınır, ümid göyərir.
    Hanı bənövşəli, o nazlı şeir,
    İndi Əziz Musa bayatı deyir.

  • Əliağa KÜRÇAYLI.Şeirlər

    SAVALANIN ZİRVƏSİNDƏ QAR GÖRÜRƏM

    Savalanın zirvəsində qar görürəm,
    Yellər əsir soyuq-soyuq, sərin-sərin.
    Köhnə qardan tar bağlamış o yerlərin
    İlk bahara ehtiyacı var, görürəm,
    Savalanın zirvəsində qar görürəm.

    Güneyi də kölgəlidir quzey kimi,
    Bəli, dağ da tablamazmış həsrətlərə.
    Nəfəsini xəstə kimi dərə-dərə
    O inləyir, o sızlayır bir ney kimi,
    Güneyi də kölgəlidir quzey kimi.

    Gah gizlənir, gah da çıxır buludlardan;
    Seyr edirəm, zirvələri qardı yenə.
    Camalını bir tutqunluq sardı yenə,
    Görünmədi, yoxsa onu örtdü duman?
    Gah gizlənir, gah da çıxır buludlardan.

    Seyr edirəm, görmədiyim cəlalını,
    Qəlb donduran soyuqdanmı küsmüş həyat!
    Savalanın qarı qat-qat, dərdi qat-qat,
    O gözləyir qardaşının vüsalını,
    Seyr edirəm, görmədiyim cəlalını.

    Dağ olsan da dözməyirsən bu dərdə sən,
    De, Savalan, mən bu dərdə neçə dözüm?
    Nə müddətdir baxır sənə həsrət gözüm,
    Saralıram qardaşımın firqətindən,
    Dağ olsan da dözməyirsən bu dərdə sən.

    Sənin başın ağarıbdır, mənim saçım,
    Ayrılığın meyvəsidir bu qəm-qubar.
    Deyirlər ki, dərdli olan dərdi duyar:
    Gəl, Savalan, ürəyimi sənə açım,
    Sənin başın ağarıbdır, mənim saçım.

    Dağlar, düzlər sanki ovcum içindədir,
    Əl uzatsam, o sahilə çatar, baxın.
    Torpaq doğma, yerlər tanış, mənzil yaxın,
    Bəs aranı xəncər kimi kəsən nədir?
    Dağlar, düzlər sanki ovcum içindədir.

    Öz yurduna uzaqlardan baxan oldum!
    Əlim çatmır, ünüm yetmir indi sənə.
    Araz boyu dolaşdıqca dönə-dönə
    O sahili küləklərdən xəbər aldım,
    Öz yurduna uzaqlardan baxan oldum!

    … Savalanın zirvəsində qar görürəm,
    Yellər əsir soyuq-soyuq, sərin-sərin,
    Köhnə qardan tar bağlamış o yerlərin
    İlk bahara ehtiyacı var, görürəm,
    Savalanın zirvəsində qar görürəm.

    1959

    “Yağışdan qorxuram…”

    Yağışdan qorxuram,
    Güclü yağışdan…
    Göylər kiprik çalıb ağlamamışdan
    Qorxudur yağacaq leysanlar məni.
    Yox, yox, qınamasın insanlar məni.
    Sönməkdən qorxuram,
    Sönmək yamandı!
    Bir ovuc boz külə dönmək yamandı…
    Lalədən rəng alan parlaq közəm mən,
    Nəfəsi atəşli, odlu sözəm mən,
    Alışan tonqalam, yanan tonqalam,
    İstərəm ömürlük bu sayaq qalam, —
    Onunçün qorxuram güclü yağışdan…

    Bir də ki, buz rəngli soyuq baxışdan.
    Ah, soyuq baxışlar,
    Soyuq baxışlar!
    Sizdən gileyim var, şikayətim var.
    Uçmaq istəmişəm – endiribsiniz,
    Yanmaq istəmişəm – söndürübsünüz,
    Dinmək istəmişəm –susdurubsunuz,
    Siz məni öldürüb, basdırıbsınız
    Sözsüz, hərəkətsiz –
    Soyuq baxışla!
    Təmiz bir duyğuyla, saf anlayışla
    Günəş hərarətli gözə dönmüşəm,
    Lakin sizi görcək buza dönmuşəm.
    İçimdə boğulub qalıbdır səsim,
    Sönübdür alışmaq, yanmaq həvəsim.
    Onunçün qorxuram soyuq baxışdan.
    Yağışdan qorxuram…
    Güclü yağışdan!

    1969

  • Rahilə DÖVRAN.Yeni şeirlər

    rahileanam

    Şairə-jurnalist-publisist
    Azərbaycan Yazıçılar Birliyinin üzvü,
    “Qızıl qələm” media mükafatı laureatı,

    OXŞA MƏNİ

    “Könül dəftərim” – silsiləsindən

    Dərdə, sərə boyanmışam,
    Kül olmuşam, lap yanmışam.
    Boynu bükük dayanmışam,
    Dön gəl, özün oxşa məni.

    Dünya sərxoş, dünya yatıb,
    Dərd yükünü mənə çatıb.
    Doğmalar da məni atıb,
    Dön gəl, özün oxşa məni.

    Zindan kimi, zülmət otaq,
    Buz kimidir sənsiz yataq.
    Dön, fələyə meydan açaq,
    Dön gəl, özün oxşa məni.

    Gör haradan əsir yellər?
    Xəndan olub qızıl güllər.
    İnlər “Yanıq Sazda” tellər,
    Dön gəl, özün oxşa məni.

    Olammazsan bunca zalım,
    Düşün, sənsiz necə qalım?
    Dön yanıma, qadan alım,
    Dön gəl, özün oxşa məni.

    Dövran tutsun gül əlindən,
    Keçək həsrət, qəm selindən.
    Seçilməyək “bəy- gəlindən”,
    Dön gəl, özün oxşa məni…

    MÜBARİZ DOĞULMUŞAM

    Yenə dərdlər qövr edir,
    Qüssə, kədər qəlb didir.
    Fərəh, sevinc gen gedir,
    Saralmışam, solmuşam.

    Qayda budur əzəldən
    Qaçmaq olmaz əcəldən.
    Xoş günlər çıxıb əldən,
    Bulud kimi dolmuşam.

    Bəxt, tale qurub tuzaq,
    Düşmüşəm eldən uzaq.
    Zaman qanlı yalquzaq,
    Tənha, naçar qalmışam.

    Fələk meydan sulayır,
    Ac qurd kimi ulayır.
    Mən susmuşam, o sayır,
    Suçsuz şikar olmuşam.

    Torpaq- vətən, həm anam,
    Ona layıq Dövranam.
    Gərək məğrur dayanam,
    Mübarız doğulmuşam…

  • Nəcibə İLKİN.Yeni şeirlər

    ni

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    “Azad qələm” ədəbi-bədii, ictimai-publisistik qəzetinin və
    “Ali Ziya” ədəbi-bədii, elmi-publisistik jurnalının təsisçisi və baş redaktoru

    Gətirdiyin sevda güllərinin solmuş ləçəklərini hələ də saxlayıram…….

    Gör nə vaxtdı görüşmürük əzizim,
    Nə var, nə yox, söylə halın necədi?
    Sənsiz keçən günlərimi sel yuyur
    Mənsiz keçən qeylü-qalın necədi?

    İncələnib ürəyimin telləri,
    Həsrətimin ayağı yalın qalıb.
    Səndə mənim nəyim qalıb biımirəm,
    Məndə sənin bir ovuc gülün qalıb.

    Ətrin qalıb hər qurumuş ləçəkdə,
    Xatirələr dağıdıb didir məni.
    Dur qarşıla, qapında dayanmışam,
    Son görüşdü, bir azca dindir məni.

    Nə sehrdi bu qurumuş güllərdən,
    Əl götürüb ayrıla biləmmirəm.
    Bu nə sevda, bu nə əzab,nə dərddi,
    Nə yaşaya billəm, nə öləmmirəm.

    Baxışlarım qonağındı hər gecə,
    Ümidlərim od tutub yanır indi.
    Mənim ürəyimdə qoyduğun sevgi..
    Tək sənin başına dolanır indi.

    OLMASIN SƏBRİN, VƏTƏNİM!

    Sənə baş sağlığı verdim o gecə,
    Dedim ki, olmasın səbrin, Vətənim!
    Gör neçə günahsız oğullarının,
    Qazıldı qoynunda qəbri, Vətənim!

    Hayqırdı azadlıq istəyi, eşqi,
    Qan boğa bilmədi bu qızıl teşti,
    Sinənin üstündən zalımlar keçdi,
    Kim verdi bu qanlı əmri, Vətənim!

    Çökdü sinəm üstdə dumanlar,azdım,
    O gecə susmadım, qəmli avazdım,
    Biımirəm ömrümə mən necə yazdım,
    “20 YANVAR” adlı ömrü, Vətənim!

  • Nisə QƏDİROVA.Yeni şeirlər

    11153468_731421923638953_1561011028_o

    Azərbycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    “Qızıl Qələm” Media Mükafatı laureatı,
    “Möhtəşəm Azərbaycan” müstəqil ictimai-siyasi, ədəbi-bədii qəzetinin redaktoru,

    Məni

    Gözlərim buludtək dolub,
    Qınama, qınama məni.
    Allah, dözümüm qalmayıb,
    Sınama, sınama məni.

    Bir eşqim var adı xəta,
    Mən yandıqca yanır o da.
    Ay ellərim, yetin dada,
    Bürüyün ahıma məni.

    Haqq adlanan divandayam,
    Usandığım bir candayam.
    Gecələr ah-fəğandayam,
    Gömün sabahıma məni.

    QƏRƏNFİL

    Dağ dözməzdi bu dərdə,
    Dözdü qərənfil, qərənfil.
    Dərdləriylə qol götürüb,
    Süzdü qərənfil, qərənfil.

    Məzarların tacı oldu,
    Ana oldu, bacı oldu.
    Bu dünyaya carçı oldu,
    Sözdü qərənfil, qərənfil.

    Tarixin qan yaddaşıdır,
    Şəhidin məzar daşıdır.
    Ləçəyində od daşıdı,
    Közdü qərənfil, qərənfil.

    Çiçəkdi, haqqın səsidi,
    Ürəkdi, duydum səsini.
    Azadlığın nəğməsini,
    Yazdı qərənfil, qərənfil.

  • Polad SABİRLİ.Yeni şeirlər

    Polad Sabirli

    İstəmirəm təm-tarağı

    İstəmirəm təm-tarağı,
    Könlüm, gözüm toxdur, Allah.
    Sözdür qəlbimin çırağı,
    Var-dövlətim çoxdur, Allah.

    Sən ilham ver, mən də yazım,
    Qoy yayılsın xoş avazım.
    Xoşbəxt olsun oğlum, qızım,
    Başqa arzum yoxdur, Allah.

    Daşdan-daşa dəydi başım,
    And yerimdi damım,daşım
    İti sözüm, sərt baxışım,
    Yaydan çıxan oxdur, Allah.

    Haram tikə götürənin,
    Ömrə dərd-qəm gətirənin,
    Haqqı-sayı itirənin,
    Qarşısına çıxdı, Allah.

    23.10.2016.

    Baba

    Yaxın dostumun şərəfinə baba olması münasibətilə

    Nə yaxşı hiss imiş babalıq hissi,
    Balamın balası, şirindən şirin.
    Adamın həyata artır həvəsi,
    Görəndə övladın barın, bəhərin.

    Uşaqla uşaqdı müdrik babalar,
    Nəvənin önündə uşaqlaşırlar.
    Göstərə-göstərə mərdlik, babalar,
    Artıq cavanlıqdan uzaqlaşırlar.

    Nəvənin xoş günü, adı naminə,
    Ocaq altda yanar, oda köz olar.
    Hər vaxt sinə gərər, o çətin günə,
    Zülmətə nur saçan bir cüt göz olar.

    Şam kimi əriyər, od kimi yanar,
    Babadan hümmətdi, nəvədən xidmət.
    Ahıl vaxtında da, dincliyin danar,
    Nəvəyə ömrünü verər əmanət.

    Qədrini bilənə olaydı qismət,
    Kaş bu müqəddəs ad, bu şərəfli ad.
    Tanrının verdiyi şipşirin nemət,
    Babaya nəvədi, ataya övlad.

    Kəsdiyi çörəyin halallığını,
    Nəvənin qanına hopdurar baba.
    Saxlayar adının cəlallığını,
    Həqiqət yolunda mərd durar baba.

    29.01.2017.

  • Əziz MUSA.Yeni şeirlər

    em

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru,
    Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

    DÜNYA

    “Ol” dedi Yaradan, bircə sözündən,
    Gül kimi boy atdı, böyüdü dünya.
    Bəzəndi, düzəndi, al-yaşıl oldu,
    Bitirdi almanı, söyüdü dünya.

    Adəmi, Həvvanı gətrdi cana,
    Bəşər övladını verdi cahana,
    Müqəddəs ad verdi ata, anaya,
    Yetirdi qorxağı, iyidi dünya.

    Verdi bəndəsinə min bir əzabı,
    Hər kəsi sınadı, çəkdi hesabı,
    Yendirdi göylərdən neçə kitabı,
    Tanıdı mollanı, seyidi dünya.

    Böldü torpaqları, milləti, eli,
    Ayırdi insanı, ayırdı dili,
    Oynadı şimşəyi, kükrədi seli,
    Verdi məsləhəti, öyüdü dünya.

    Birini qul etdi, birini ağa,
    Bükdü hər insanı axırda ağa,
    Girdi şeytan qəlbə, cin aralığa,
    Batdıq biz günaha “ay gidi” dünya.

    GÖZƏL

    Gülümsə üzümə, qoy mən də gülüm,
    Tay sənsiz yaşamaq zülümdü, zülüm,
    Qoyma həsrətindən, dərdindən ölüm,
    Çəkmə gözlərimdən gözünü, gözəl.

    Baxışın Günəştək nur saçır hər an,
    Qəlbimdi eşqinlə alışıb yanan,
    Məni naz-qəmzənlə üzmə ey canan,
    Eşidim mehriban sözünü, gözəl.

    Sən mənə nə olar, mərhəmət eylə,
    Bəzə bu dünyanı qiyamət eylə,
    Eşqini sən mənə əmanət eylə,
    Görüm camalını, üzünü, gözəl.

    Nolar bu dünyanı sən mənə qıysan,
    Canımsan, gözümsən, mənə həyansan,
    Sən mənim ruhumu qəlbimi duysan,
    Deyərəm sözlərin düzünü, gözəl.

    Sinəmdə quş kimi çırpınır ürək,
    Dərdindən dəliyəm, sevimli mələk,
    Gül ki, gülsün dünya, açılsın çiçək,
    Alışdır bu eşqin közünü, gözəl.

  • Rizvan CƏFƏRLİ.”Sabah o qızın toyudur…”

    Ceyhun onun yanına gəlmiş bacısını görmək üçün tələsirdi. O,iki ildən çox üzünü görmədiyi böyük bacısını görmək,onunla ürək dolusu söhbət etmək istəyirdri. Axı, uşaq vaxtlarından Ceyhuna ana kimi qayğı göstərən, min bir əziyyətinə qatlaşan bacısı olmuşdur. Kənddə-kəsəkdə olanlardan xəbər tutmaq istəyirdi. Hərbi xidmətə gedəndən, doğma kəndində nələr olduğundan xəbərsiz idi. Kəndləri cəbhə bölgəsindən elə də uzaq deyildi. O da vətənini çox sevən gənclər kimi vətənin bu dar günündə kənarda qala bilməzdi…Orta məktəbi əla qiymətlərlə qurtarsa da, universitetə gəbul ola bilməmişdi…..
    O, görüş otağının qarşısında var-gəl edən bacısını görəndə sanki qanadlanıb uçmaq istədi, elə bil bütün dünyanı ona bağışladılar. Gözlərinə inanmaq istəmirdi. Axı, bu iki ildə onu kimsə yad etməmiş, hal-əhval tutmamışdı. Onun çoxlu qohumları, uşaqlıq dostları olsa da sanki hamı Ceyhunu unutmuşdu…..Amma bir şeyi də unutmuşlar ki, onların isti mənzillərində rahat yatmaqları, rahat yaşamaları Ceyhun kimi yuxusuz qalan, soyuqda, çovğunda silah əllərində bu gündən sabaha çıxmağa ümidi olmayan, vətən keşiyi çəkənlərin sayəsindədir.
    Ceyhun bacısı ilə qucaqlaşıb öpüşdülər. Bir müddət hər ikisi susdu. Bu susqunluğu Ceyhun pozub, yaxınlıqda olan qoca tut ağacının altındakı oturacağı göstərərək:
    – Bəlkə oturaq?
    Hicran başı ilə “hə”,- deyərək razlığını bildirdi. Ceyhunla yanaşı oturacaqda əyləşdilər…
    Ceyhun sevincindən qaça-qaça gəldiyindən tərləmiş,nəfəsi bir az təngimişdi. Yayın günəşli günü olsa da, günəşin qaynar şüaları hər tərəfə qol-budaq açmış qoca tut ağacının yarpaqlarından keçib oturacağa çatmırdı. Ağacın bu kölgəsindəki sərinlik ona xüsusi bir ləzzət verdi, nəfəsini dərindən alıb söhbətə başladı. Əvvəl evdəkiləri soruşdu, anası haqqında daha çox suallar yağdırdı.
    Bacısını uşaq kimi sorğu-suala tutmuşdu, çunki bilirdi ki, görüş vaxtı çox az idi. Həm də bacısı rayona gündə bir dəfə gedən avtobusa çatmalı idi.
    Hicran qardaşının bütün suallarına həvəslə cavab verir, arada bir onun vəziyyəti ilə də maraqlanırdı. Ceyhunu maraqlandıran isə başqa bir sual da vardı. Amma bilmirdi ki, onu bacısından necə soruşsun.
    Bir az fikirləşib:
    -Hicran, kənddə təzə nə xəbər var? Toy edən, gəlin gətirən, gəlin köçən varmı?
    Hicran gülə-gülə :
    -Niyə yoxdur, qadasın alım. Bacın sənə qurban , müharibə hamı üçün deyil ki, kimi vətən qoruyur, kimisi öz kefindədir. Allahın köməyi ilə müharibə tezliklə qurtarar, sən də sağ-salamat evimizə dönərsən, belə toylardan biri də səninçün olar. Hələ bir instituta da girərsən, təhsilini davam etdirərsən. Sağlıq olsun.
    Ceyhun hələ uşaqlıqdan bacısından heç bir sirr saxlamazdı. Hicran onun həm ən əziz bacısı, həm də yaxın dostu, sirdaşı idi. Amma, ondan da gizli saxladığı bir sirri var idi. Aça bilmirdi. Bu onun Sevda ilə aralarında olan məhəbbəti idi. O, hələ uşaq vaxtlarından Sevdaya sonsuz məhəbbət bəsləmiş, böyüdükcə bu məhəbbət daha da artmışdı. Sevda ilə son görüşdə əhdi-peyman kəsmiş, bu sevgiyə ölənə qədər sadiq olacaqlarına söz vermişdilər. Sevda onunçün hər gün dualar edəcəyini, yolunu gözləyəcəyini vəd etmişdi. Hətta ona uğurlar diləmiş, ondan göz yaşları ilə ayrılmışdı.
    İndi qəlbini köz kimi yandıran bu sevgisi haqqında bacısına nə dyəcəyni, sevdiyi Sevdanı necə soruşacağını götür-qoy edirdi……Ancaq qəribə idi ki, ürəyində Sevda sarıdan bir narahatçılq yaranmışdı son zamanlar. Bu hisslərin nə olduğu özünə də aydın deyildi..
    – Hicran, bəs toyu olan kimlərdir?
    Hicran başladı bir-bir sadalamağa:
    – Naziləni Həsənin oğlu qaçırdıb, deyirlər qız özü razı imiş. Sevda tuz Məmmədin oğlu Vasiflə nişanlıdı idi. Sabah toylarıdır…..
    Ceyhun bu sözdən sonra artıq heç nə eşitmirdi, sanki gözləri önündə dunya zülmət qaranlığa qərq olmuşdu, göy üzünü bulud almışdı, qulaqlarında elə bil şimşək çaxırdı. Hər yerdən vahiməli səs gəlirdi , sanki canlı və cansız nə vardısa qışqırırdı: -Sevdanı tuz Məmmədin oğlu Vasifə veriblər, sabah toylarıdır.. Bu səs dönüb-dönüb onun qulaqlarında əks-səda verdi. Beyni uğuldamağa başladı. Nə deyəcəyini bilmədi. Hətta harda olduğunu belə unutdu. Sanki donmuşdu. Deməli, hissləri onu aldatmamaışdı.
    Hicran danışırdı, Ceyhun isə öz aləmində idi. Eşitdiklərinə inanmaq istəmiirdi. Bir anlıq qəlbində, baxışında həyata, onun yazılmamış amansız qanunlarına nifrət yağdırmağa başladı.
    Hicran kənd haqqında bildiklərini danışdıqdan sonra, qardaşına dönüb:
    – Bəs sənin vəziyyətin necədir? Bir az da sən danış!
    Ceyhun sanki yuxudan oyandı. Bacısının verdiyi sualı ayıq başla yadına salmaq istədi.
    Onun bu halından xəbər bilməməsi üçün özünü ələ almağa çalışdı. Elə kövrəlmişdi ki, sanki qara buluda dönmüşdü, yağmaq üçün məqam axtarırdı. Xəyalları onu çox uzaqlara aprmışdı. Birdən qəflət yuxusundan ayılan kimi:
    – Hə,.. nə dedin bacı?
    – Hicran sualını təkrar etdi. Ceyhun:- “hər şey qaydasındadır”,- deyə, könülsüz cavab verdi.
    Hicran saatına baxıb: -Artıq gecdir, avtobusun vaxtına az qalıb, – deyib, ayağa durdu.
    Ceyhun bacısı ilə vidalaşıb fikirli-fikirli bölməyə qayıtdı. Heç kəslə danışmadan öz aləminə qapanmışdı. Fikirləri dolaşıq, əhvalı bulanıq idi. Özünü fikirlərin əlindən ala bilmirdi. Gözünün önündən Sevdanın əksi getmirdi. Qırıq-qırıq olmuş ümidləri onu əzirdi.
    Artıq şər qarışmış, əsgərlərin yatma vaxtı çatmışdı. Bölük növbətçisi ,,Yatmaq,, əmrini verdi və yataqxananın işıqlarını söndürdülər. Ceyhun yerinə uzansa da, yata bilmədi. Olanların hamısı sanki dünən olmuş kimi gözləri önündə canlandı. Taleyin bu amansız qanunu ilə barışmaq istəmir, dişi dodağını bıçaq kimi kəsirdi. Xəyalı onu uzaq keçmişə aparmışdı. Sevdalı xatirələr onu ağuşuna almışdı.
    Hələ məktəb illərində Ceyhun yay tətilini yaylaqda keçirərdi. Sevdanın nənəsi də həmin yaylaqda olardı. Sevda da bəzən nənəsinin yanına gələrdi….Sevdanın gəlməsi Ceyhun üçün toy-bayram idi. Nədəsə onda Sevdaya qarşı qəribə bir hiss yaranmışdı. Get-gedə bu hiss onun içində alova dönmüşdü. Elə hey onu görmək istəyirdi..
    Bir dəfə Ceyhun su gətirmək üçün bulağa getmişdi, bulaq binələrdən bir az uzaqda yerləşirdi. Bulağın suyu diş goynədən olduğu üçün adını “Daş bulaq” qoymuşdular. Doğrudan da su o qədər soyuq, bumbuz idi ki, adamın əlini belə dondururudu. Sevda da bulaq başında idi. Onun Sevda ilə bir-birinə sevgi etirafı həmin o gündən başladı. O gün Ceyhun üçün ən unudulmaz və əziz gün idi. Qəlbini sevdiyi Sevdasına açmışdı. O da razı olmuşdu.
    Sevdanın atası sovxoz direktoru idi. Ceyhun siravi bir müəllim övladı idi.
    Sevdagil dəbdəbəli yaşadığından Ceyhun ürək edib bu sievgisini kimsəyə açmamışdı.. Ailələri çoxuşaqlı idi.. Axı, onun nə evi-eşiyi, nə pulu, nə təhsili var idi. Ceyhun bunları Sevdaya desə də, Sevda onu inandırmağa çalışırdı ki, mən səni dünya varına dəyişmərəm.
    Qapılarına çoxlu elçilər gəlsə də, Sevda oxumaq bəhanəsi ilə hamıya yox deyirdi.
    Ceyhun inana bilmirdi …..
    İndi Ceyhun vətən qoruyur,Tuz Məmməd kimiləri isə pul gücünə uşaqlarını hərbi xidmətə yararsız çıxarmış, maşın altlarında orda, burda keyf edirlər, Ceyhun kimilər isə vətəni yağı düşmənlərdən qoruyur, canlarından belə keçməyə hazırdırlar.Tuz Məmmədlər özləri və övladları vətənin köksündə gəzir, natəmiz ayaqları ilə onsuz da qəlbi qan sızlayan torpağı ləkələyirlər. Ceyhunların məhəbbətini öldürür, arzularını gözlərində qoyurlar.
    Ceyhun Tanrıya yalvarırdı, səhər açılmasın deyə… Yatmaq istəsə də yata bilmir, yerində gah o üzünə, gah bu üzünə çevrilir, fikirlər onu sanki bir şahmar ilan kimi çalırdı.
    -Bəlkə də Sevdada günah yoxdur, mənim kimi kasıb bir oğlan onun nəyinə lazımdır? Evim yox,eşiyim yox, üstəlik bilinmir geri sağ dönə biləcəm, ya yox?….Vasifin isə evi, pulu, təhsili, maşını…..
    Ceyhunun dili gəlmirdi Sevdaya vəfasız desin,etibarsız desin….Axı onun sevdiyi Sevdası dünyanın ən gözəli, vəfalısı idi….Ceyhun Sevdaya xöşbəxtlik arzu etsə də, Allaha yalvarırdı səhər açılmasın……Çünki o səhər onun üçün ən ağrılı gün kimi ömrünə yazılacaqdı.
    Artıq dan sökülürdü. Ceyhun xəzan vuran qönçə məhəbbətinin yasını tuta-tuta bir mahnını zümzümə edirdi:
    – Sabah o qızın toyudur, toyudur,
    Açılma sabahım, açılma,açılma!!!!

    Gədəbəy-Moskva

  • Mehman Şükürov müşavirə keçirdi-FOTOLAR

    Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin rəisi Mehman Şükürovun iştirakı ilə Zəngilan və Qubadlı rayon nümayəndəliklərində mədəniyyət işçilərinin zona müşavirəsi keçirilib.
    Müşavirədə hər iki rayonun klub, muzey və kitabxana işçiləri, o cümlədən, musiqi məktəblərinin müəllim kollektivi iştirak edib.
    Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin rəisi Mehman Şükürov müşavirədə çıxış edərək “Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin strukturunun təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 29 mart 2016-cı il tarixli 1932 nömrəli Sərəncamının icrasının təmin edilməsi, Sumqayıt Regional Mədəniyyət və Turizm İdarəsinin fəaliyyətinin təşkili istiqamətində qarşıda duran vəzifələr, həmkarlar təşkilatı, maliyyə, kadr islahatı, daxili subardinasiya məsələləri barədə geniş məlumat verib.
    Müəssisələrdə aparılacaq islahatlara toxunan idarə rəisi davamiyyəti zəif olan, nizam-intizam qaydalarına əməl etməyən işçilər haqqında ciddi ölçü götürüləcəyini bildiriərək qeyd edib ki, hər kəs işinə məsuliyyətlə yanaşmalı, göstərilən etimadı doğrultmalıdır. İncəsənət sahəsi elə bir sahədir ki, istedadlı insanlar məhz bu sahədə yetişir və ölkəmizin təbliğatçısına çevrilir. Bu mənada biz kəmiyyətə deyil, keyfiyyətə üstünlük verməli, xüsusi istedadı olan uşaqları kənarda qoymamalıyıq.
    O, bildirib ki, regional idarələrin yaranması struktur dəyişikliyi ilə bərabər həm də qarşılıqlı əməkdaşlığa şərait yaradır. Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinə daxil olan altı rayonun şair və rəssamları, eləcə də musiqiçiləri bir-biri ilə səmimi, mehriban əməkdaşlıq qurmalı, birgə tədbirlər keçirməlidirlər. Bundan əlavə, mətbuatla əlaqə daha da genişlənməli, keçirilən tədbirlər mətbuat səhifələrində dərhal işıqlandırılmalıdır.
    Mehman Şükürov hər kəsə fəaliyyətində uğurlar diləyib, tövsiyə və tapşırıqlarını verib.
    Sonda müşavirə iştirakçıları idarə rəisinə səmimi münasibəti, xoş ünsiyyətinə görə təşəkkür edərək təbriklərini çatdırıblar.

    Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin Mətbuat xidməti

  • Şəfa VƏLİYEVA.”Bu gecə qatarla bir şair gedir”

    sv

    “Gənc Ədiblər Məktəbi”nin müdavimi, AYB və AJB üzvü,
    Prezident təqaüdçüsü, Gənclər müfakatçısı

    Gülnar Səmaya

    Bu gecə qatarla bir şair gedir,
    Bu gecə gül rəngi gülümsəyir ay…
    Qatar aynasında gecə rəqs edir,
    Başına bürüyüb qara kəlağay…

    Bu gecə qatarla bir şair gedir,
    Axır misra-misra yol işıqları…
    Hardasa bir sevda dolaşıq düşür,
    Üşüdür xatirə-dolaşıqları…

    Bu gecə qatarla bir şair gedir,
    Bütün gedişlərin sonu üç nöqtə…
    Üst-üstə toplasan bir şeir edir,
    On iki kəlmənin onu üç nöqtə…

    2016

  • Ceyhunə Hüseynovanı doğum günü münasibətilə təbrik edirik! (31 yanvar 1980-ci il)

    Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyi Sizi, yeni nəsil Azərbaaycan gəncliyinin istedadlı nümayəndəsini, gənc xanım yazarını, Gündəlik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Yönətim Kurulunun Fəxri üzvünü və əməkdaşını doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, ailə səadəti, ədəbi-bədii yaradıcılığında bol-bol uğurlar diləyir! Sevib, sevdiyiniz insanların əhatə dairəsində olun!

    Mətbuat xidməti

  • Fidan ABBASOVA.”Keçmişin ən gözəl qalığı sənsən”

    Keçmişin ən gözəl qalığı sənsən
    düşür xəyalımdan bir bir üzlərin
    sanırdım tapmışam ikinci mənsən
    yalana çox doydum görmür gözlərim…

    Artıq nə xatirən nədə izin var
    deməyə bir adi doğru sözün var?
    çox peşman olmuşam şübhələrim var
    boğur əllərində məni düzlərim…

    Həsrət ağır gəldi elə ağır ki.
    nə ilki göründü nə sonu bəlli
    ayrılıq bir yoldu ölüm deyil ki,
    silir yadaşımdan səni düzlərim…..

    Toxunma qoy qalsın gecdir daha gec
    dənizdə coşarkən enər er ya gec
    en sert kulek bele getirsede guc
    qırır budağını əzir düzlərim…..

    Eksik qaldı rəsim çərçivəsində
    o xoşbəxt görünüm o xoşbəxt üzüm
    səni dəyişənlər əhatəsində
    göründü gözümə ən doğrum düzüm…

    Daha bəhanəm yox heçnə dəyişmir
    Səslərdə dəyişmir əldə dəyişmir
    Fidana nə etsən artıq eşitmir
    qoruyur qollayır məni düzlərim..
    Sən artıq xəyalsan bitdi sözlərim……

  • Xalq şairi Məmməd ARAZ

    Məmməd Araz (tam adı: İbrahimov Məmməd İnfil oğlu) — şair, tərcüməçi, publisist, 1957-ci ildə[1]n AYİ-nın üzvü, Azərbaycan SSR Əməkdar mədəniyyət işçisi (1979), Azərbaycan Əməkdar incəsənət xadimi (1984), Azərbaycan Dövlət mükafatı laureatı (1988), Azərbaycanın xalq şairi (1991[1])

    Həyatı

    Məmməd Araz 1933-cü il oktyabr ayının 14-də Şahbuz rayonunun Nursu kəndində anadan olub. Burada orta məktəbi bitirdikdən sonra Azərbaycan Pedaqoji İnstitutunda təhsil alıb. Tələbəlik illərində institutda yazıçı İsmayıl Şıxlının rəhbərlik etdiyi ədəbiyyat dərnəyiinin məşğələlərində fəal iştirak etmişdir. Burada bəyənilən “Yanın, işıqlarım” şeiri 1952-ci ildə çap edilib. 1954-cü ildə ali təhsilini başa vuran Məmməd Araz əmək fəaliyyətinə doğma kəndindəki orta məktəbdə müəllimliklə başlayıb, sonra Bakıya köçüb Azərbaycan SSR Nazirlər Soveti yanında Baş Mətbuat İdarəsində müvəkkil işləyib. 1959-1961-ci illərdə Moskvada Yazıçılar İttifaqı nəzdindəki Ali Ədəbiyyat Kurslarının müdavimi olub. Sonra “Ulduz” jurnalının məsul katibi, “Ədəbiyyat və incəsənət” qəzetində, Azərbaycan Dövlət Nəşriyyatında baş redaktorun müavini olmuşdur.

    1974-cü ildən ömrünün sonuna kimi “Azərbaycan Təbiəti” jurnalının baş redaktoru olub. Uzun müddət Azərbaycan Yazıçılar İttifaqının poeziya bölməsinə rəhbərlik edib. Xidmətlərinə görə Azərbaycan Respublikasının İstiqlal ordeni (1995), bir medalla və Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanları ilə təltif edilmişdir. Hacı Zeynalabdin Tağıyev adına milli mükafatın laureatıdır (1992). Onun adına “Məmməd Araz” mükafatı təsis olunmuşdur (1993-cü ildən).

    2004-cü ilin 1 dekabrında Bakıda vəfat edib və Fəxri Xiyabanda dəfn olunub.

    Məmməd Arazın adının əbədiləşdirilməsi ilə bağlı Azərbaycan Respublikası Prezidenti iki dəfə Sərəncam imzalayıb. Bakının “Gənclik” metro stansiyası yaxınlığında, Atatürk prospekti ilə kəsişən Teymur Əliyev küçəsi bundan sonra Məmməd Arazın adını daşıyacaq.[2]

    Publisist İradə Tuncayın atasıdır.
    Yazıçı-jurnalist Millət Vəkili Aqil Abbasın qaynatasıdır.

    Mükafatları

    Azərbaycan SSR əməkdar mədəniyyət işçisi— 30.07.1979[3]

    Əsərləri

    #Sevgi nəğməsi. Bakı: Azərnəşr, 1959, 68 səh.
    #Üç oğul atası. Bakı: Uşaqgəncnəşr, 1961, 63 səh.
    #Araz axır. Bakı: Azərnəşr, 1964, 76 səh.
    #Mən səni taparam. Bakı: Azərnəşr, 1963, 59 səh.
    #Anamdan yadigar nəğmələr. Bakı: Azərnəşr, 1966, 152 səh.
    #Ömür karvanı. Bakı: Azərnəşr, 1967, 136 səh.
    #İllərdən bəri. Bakı: Gənclik, 1969, 114 səh.
    #Qanadlı qayalar. Bakı: Azərnəşr, 1973, 190 səh.
    #Atamın kitabı. Bakı: Gənclik, 1974, 168 səh.
    #Həyatın və sözün rəngləri. Bakı: Gənclik, 1975, 135 səh.
    #Oxucuya məktub. Bakı: Gənclik, 1978, 234 səh.
    #Aylarım, illərim. Bakı: Yazıçı, 1979, 224 səh.
    #Dünya sənin, dünya mənim. Bakı: Yazıçı, 1983, 310 səh.
    #Seçilmiş əsərləri (bircildlik). Bakı: Azərnəşr, 1986,
    #Dünya düzəlmir. Bakı: “Azərbaycan” nəşriyyatı, 1992, 81 səh.
    #Daş harayı. Bakı: Yazıçı, 1993, 254 səh.
    #Qayalara yazılan səs. Bakı: Azərnəşr, 1994,
    #Yol ayrıcında söhbət. Bakı: “Azərbaycan” nəşriyyatı, 1997, 318 səh.
    #Sənətdə son mənzil olmur. Bakı: “Adiloğlu” nəşriyyatı, 2001, 440 səh.
    #Ağlayan qayalar. Bakı: “Araz” nəşriyyatı, 2002, 144 səh.
    #Vətən deyin. Bakı: “Adiloğlu” nəşriyyatı, 2003, 149 səh.
    #Əsgər andı. Bakı: “Araz” nəşriyyatı, 2003, 98 səh.
    #Seçilmiş əsərləri (dörd cilddə). I c. Bakı: “Ozan” nəşriyyatı, 2003, 337 səh.
    #Seçilmiş əsərləri (dörd cilddə). II c. Bakı: “Ozan nəşriyyatı, 2003, 360 səh.
    #Seçilmiş əsərləri (dörd cilddə), III c. Bakı: “Ozan” nəşriyyatı, 2003, 376 səh.
    #Seçilmiş əsərləri (dörd cilddə), IV c. Bakı: “Ozan” nəşriyyatı, 2003, 365 səh.

    Tərcümələri
    (ruscadan)

    #S.V.Mixalkov. Foma. Bakı: Azərnəşr, 1964, 16 səh.
    #G.Ağacanyan. Narahat ürək. Bakı: Gənclik, 1974, 83 səh.
    #M.Svetlov. Şeirlər. Bakı: Azərnəşr, 1975, 204 səh.
    #N.A.Nekrasov. Rus qadınları. Bakı: Yazıçı, 1983, 124 səh.
    #Ocaq başında (dünya şairlərinin şeirləri). Bakı: Yazıçı, 1988, 241 səh.
    İstinadlar[redaktə | əsas redaktə]
    ↑ Jump up to: 1,0 1,1 “M. İ. İbrahimov (Məmməd Araz) yoldaşa “Azərbaycan Respublikasının xalq şairi” fəxri adının verilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 7 dekabr 1991-ci il tarixli, 486 nömrəli Fərmanı (azərb.)
    Jump up ↑ http://www.publika.az/index.php?action=static_detail&static_id=9630
    Jump up ↑ Respublikanın ədəbiyyat xadimlərinə Azərbaycan SSR fəxri adlarının verilməsi haqqında Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 30 iyul 1979-cu il tarixli Fərmanı — anl.az saytı

  • Şair Mais Təmkinin şeiri “Kümbet” dərgisində çap olunub

    Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının təşəbbüsü və dəstəyi ilə həyata keçirilən “Çağdaş Azərbaycan poeziyasının inkişafına dəstək” layihəsi çərçivəsində Azərbaycanlı şair Mais Təmkinin şeiri “Kümbet” dərgisində Azərbaycan türkcəsində çap olunub.
    Qeyd edək ki, “Çağdaş Azərbaycan poeziyasının inkişafına dəstək” layihəsinin rəhbəri və müəllifi Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının sədri, respublikanın Əməkdar jurnalisti, AJB Sumqayıt şəhər təşkilatının sədri, Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının təsisçisi və direktoru, “Kümbet” eğitim, kültür, sanat ve edebiyat dergisinin Azərbaycan təmsilciliyinin rəhbəri Rafiq Odaydır.

    Azərbaycanın Mədəniyyət və Portalının Mətbuat xidməti

  • Şair Müzəffər Məzahimin şeiri “Kümbet” dərgisində çap olunub

    Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının təşəbbüsü və dəstəyi ilə həyata keçirilən “Çağdaş Azərbaycan poeziyasının inkişafına dəstək” layihəsi çərçivəsində Azərbaycanlı şair Müzəffər Məzahimin şeiri “Kümbet” dərgisində Azərbaycan türkcəsində çap olunub.
    Qeyd edək ki, “Çağdaş Azərbaycan poeziyasının inkişafına dəstək” layihəsinin rəhbəri və müəllifi Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının sədri, respublikanın Əməkdar jurnalisti, AJB Sumqayıt şəhər təşkilatının sədri, Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının təsisçisi və direktoru, “Kümbet” eğitim, kültür, sanat ve edebiyat dergisinin Azərbaycan təmsilciliyinin rəhbəri Rafiq Odaydır.

    Azərbaycanın Mədəniyyət və Portalının Mətbuat xidməti

  • Abdulla MƏMMƏD.”Sınan deyiləm”

    Məni sarsıtsan da sınan deyiləm,
    Hələ sınmaq deyil qırılmağım da.
    Yapış əllərimdən saman deyiləm,
    Gözlərin qorxmasın qırılmağımdan.

    Külümü sovurma,qorum alışar,
    Qoruna bilməzsən qorun əlindən.
    Qaçmasam ağ olar gorum alışar
    Eybinə kor olan “kor”un əlindən.

    Bu dünya qədərdir qədərinəcən,
    Hər ks ədər qədərlə yoğrulan dərddir.
    Mənə qəm yedirmə yetərinəcən,
    Onsuz da yerimə doğulan dərddir.

    Buraxıb ağlımı başlı-başına,
    Gözünün yaşıyla bulanan çayam.
    Oxu daşa dəyib daşdan yaşınan
    Əsəbi tarıma çəkilən yayam.

    Mən ki sən deyiləm yayı gizləyim,
    Bu oxun yiyəsi özüməm,canım.
    Üzündən keçmədim həya gözləyib,
    Özümə toy tutdu-özumə canım.

    Qəlbimdən keçənlər gözümdən bəlli,
    Qəlbimə girənlər bağrımı dəlir.
    Mən kiməm,nəçiyəm-sözümdən bəlli,
    Sənin kimliyini bir Allah bilir.

    Gözünün kökünü saraldar bir gün,
    Gözünün rənginə çalar baxtın da.
    Nə qədər düşməyib ümidin ölgün,
    Özünü dərk elə bir yol vaxtında.

    Nə məni sarsıtsan sınan deyiləm,
    Nə də sarmaşığam,sarmaşım sənə.
    Yapış əllərimdən saman deyiləm,
    Dərdinə təsəlli göz yaşın,mənəm!

    Abdulla Memmed
    27.01.2017.

  • “Atabəy və xaşxaşilər”- YENİ ROMAN

    Yazıçı-publisist, tarixi romanlar müəllifi cn yeni tarixi romanı işıq üzü görəcək.
    Bu barədə Yunus Oğuzun özü məlumat verib. “Atabəy və xaşxaşilər” adlanan kitab Eldənizlər dövlətinin başçısı Atabəy Eldəniz və həyat yoldaşı Möminə Xatundan bəhs edir. O, hələlik romanı bitirdiyini deyib.
    Qeyd edək ki, Yunus Oğuz bundan başqa daha 19 kitabın müəllifidir. “OLAYLAR”İA

  • Sumqayıt Regional Mədəniyyət və Turizm İdarəsinin fəaliyyətinə həsr olunmuş zona müşavirəsi keçirilmişdir

    Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin 2017-ci ilin birinci yarısı üçün iş planına əsasən 25 yanvar 2017-ci ildə Sumqayıt Regional Mədəniyyət və Turizm İdarəsinin fəaliyyətinə həsr olunmuş zona müşavirəsi keçirilmişdir.

    Müşavirədə Mədəniyyət və Turizm Nazirliyinin Regionlarla iş sektorunun müdiri Pərviz İsgəndərli, Sumqayıt Regional Mədəniyyət və Turizm İdarəsinin rəisi Mehman Şükürov, İdarənin Qubadlı, Zəngilan, Şuşa, Abşeron, Xızı rayonları üzrə nümayəndələri və mədəniyyət müəssisələrinin rəhbərləri iştirak etmişlər.

    Müşavirədə “Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin strukturunun təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 29 mart 2016-cı il tarixli 1932 nömrəli Sərəncamının icrasının təmin edilməsi, Nazirliyin Regional Mədəniyyət və Turizm İdarələrinin fəaliyyətinin təşkili istiqamətində qarşıda duran vəzifələr müzakirə edilmiş, regional idarələrin yeni əsasnamələri və ştat cədvəlləri barədə geniş məlumat verilmişdir.

    Bildirilmişdir ki, Dövlət başçısının müvafiq Sərəncamına əsasən şəhər (rayon) mədəniyyət və turizm idarələrinin (şöbələrinin) bazasında Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsi və Nazirliyin 15 Regional İdarəsi yaradılmışdır. Sumqayıt Regional Mədəniyyət və Turizm İdarəsinə Sumqayıt şəhəri və Abşeron, Xızı, Qubadlı, Zəngilan, Şuşa rayonları daxildir.

    Müşavirədə işə qəbulu zamanı ixtisas təhsilli kadrlara üstünlük verilməsi, mədəniyyət müəssisələrinin fəaliyyətinin müasir dövrün tələbləri əsasında qurulması, mədəniyyət və turizm müəssisələrinin əlaqəli fəaliyyətinin təşkil edilməsi, təcrübə mübadiləsinin aparılması, maliyyə intizamına nəzarət və digər aktual məsələlərə diqqətin artırılmasının vacibliyi vurğulanmışdır.

    Mənbə: http://mct.gov.az

  • Esmira RƏHİMLİ.”Solmaz” (Hekayə)

    Solmaz Rəcəbin çayına şəkər salib qarışdırdı:
    – Qoy köynəyini zivədən yığım… İndicə ütüləyib verəcəyəm. Sən yeməyini yeyənə kimi hazır olacaq.
    O həmişə belə eləyərdi. Ərindən tez yuxudan oyanıb səhər yeməyini hazırlayar, ütülənəsi bir şey varsa ütüləyər, əyin-başını səliqəyə salardı. Sonra birlikdə səhərin şehli havasında qol-qola verib işə gedərdilər. Kənddə hər bir kəs onların ardından həsədlə baxardı. Onlar bu kəndin qoşa bülbülləri, Leyli və Məcnunu idilər. Bir-birlərini hələ Bakıda Pedoqoji universitetden, tələbəlik illərindən tanıyırdılar. Lakin Rəcəb Solmazdan iki kurs yuxarı, həm də riyaziyyat fakültəsində oxuduğu üçün yaxından tanış olmasalar da bir-birlərinin eyni kənddən olduqlarını bilirdildilər. Solmaz rus dili müəlliməsi kimi kənd orta məktəbinə işə düzələndə Rəcəb artıq həmin məktəbdə riyaziyyat müəllimi kimi işləyirdi. Bir-birlərinə aşiq olsalar da çəkinir, yalnız üz-üzə gələndə salamlaşırdılar. Lakin bir gün Rəcəb salamlaşdıqdan sonra ayaq saxladı:
    – Eşitdim nişanlanmısan?
    Solmaz baxışlarını yerə endirib etinasızlıqla: – Hə… – dedi.
    – Xoşbəxt ol, Solmaz! Görəsən kimdir o bəxtəvər? Həsəd aparıram ona! Kaş onun yerində mən olaydım…
    Solmaz soyuqqanlılıqla gülümsədi:
    – Doğrudan da, kaş elə onun yerində sən olaydın…
    Elə bil qızın dilinə vurulmuş qıfılı açıb götürmüşdülər. Rəcəb onun bu sözündən bir az da cəsarətləndi:
    – Onun yerində mən necə ola bilərdim? Sən heç vaxt mənə gəlməzdin. Mən atasız, yetimçiliklə böyüyən oğlan, sən isə bu kəndin ən varlı ailəsinin qızı! Yox, sən mənə gəlməzdin!
    Həmişəki utancaq Solmazın indi daha dünya vecinə deyildi. Ötkəm xasiyyətli atası Qulam kişi artıq onu sevmədiyi bir oğlana nişanlamışdı. Onun köhnə dostunun oğlu olan bu gənc Moskvada təhsil almış, hələ də orada yaşayan uğurlu iş adamı idi. Odur ki Qulam kişi qızın fikrini öyrənməyi lazım bilməmişdi. Bir də axı Solmaz heç vaxt atasının üzünə ağ olmamış, sözünün üstünə söz danışmamışdı. İndi nə deyib razı olmayacaqdı? Oğlan da ki yarlı-yaraşıqlı! Qız onu görən kimi könül verəcəkdi! Solmazın isə könlü kimdə olsa yaxşıdır? Rəcəbdə! Tələbəlik illərindən bəri onu uzaqdan-uzağa hər gördüyündə ürəyi titrəyirdi. Lakin atasının qərarından sonra bu ürək bütün ümidlərini üzmüşdü. İndi söhbətin belə yön alması nəticəsində ürək sözünü Rəcəbin düz üzünə deməklə sanki taleyindən qisas alırdı.
    – Nahaqq elə fikirləşirsən. Elə gələrdim ki…! Məni nişanladıqları o oğlanı heç tanımıram. Heç üzünü də görməmişəm. Adama elə ağır gəlir ki! Özümü əşya kimi hiss edirəm. Atam bu haqda mənə deməyi heç lazım da bilmədi. Həmişə mənə aid hər şeyə mənsiz qərar verib, elə indi də…
    Rəcəb ürəkləndi:
    – Elə isə sevmədiyin adamla ailə qurub özünü niyə bədbəxt eləyirsən?
    – Bəs neyləyim, çarəm nədir?
    – Anana de, atanla danışsın. Etiraz elə! De ki, istəmirəm! Sən üzüyü qaytaran kimi anamı sizə elçi göndərəcəyəm!
    Solmaz gözlərini qıyıb ümidsizliklə uzaqlara baxdı:
    – Rəcəb, sən mənim atamı tanımırsan. Onun sözünün üstünə söz demək mümkün deyil. Bu ölümə getmək kimi bir şeydir. Hələ indiyə kimi evdə onun bir sözü iki olmayıb.
    – Solmaz, indi hər şey sənin əlindədir. Əgər xoşbəxtliyimizi istəyirsənsə bunu eləməlisən.

    ***
    Solmaz elə həmin gün bu barədə söz düşməyini gözləmədən anasına etirazını bildirdi. Çünki onunla bu barədə heç danışmaya bilərdilər. Elə bir başa toy gününü təyin eləyərdilər, vəssəlam. Solmaz içəri girib əyin-başını dəyişən kimi ona yaxınlaşdı:
    – Ana, atamla danış, üzüyü qaytarsın. Mən o oğlana ərə gedən deyiləm.
    – Ay qız sən nə danışırsan? Dəlisən nəsən? Mən ona elə söz deyə bilərəm?!
    – Onda özüm deyərəm!
    – Sən Allah, onu tərsləşdirmə, ikimizi də qana salarsan! Bu gün yenə evə əsəbi gəlib.
    Solmaz anasına məhəl verməyərək otağın qapısını açıb içəri girdi. Qulam kişi siqaret çəkə-çəkə qəzetlərə baxırdı. Qızının içəri girdiyini görüb baxışlarını qəzetden ayırdı.
    – Salam, ata, sənə vacib sözüm var.
    Qulam kişi sərt xasiyyətli, tərs, inadkar adam idi. Ömründə bir dəfə də olsun ailəsilə oturub ürəkdən söhbət eləməmişdi. Adətən o özü dindirməyənə qədər arvadı və qızı onunla danışmağa cəsarət eləməzdilər. Elə ona görə də təəccüblə soruşdu:
    – Nə olub ki?!
    – Ata, mən demək istəyirəm ki, tanımadığım bir adama ərə gedə bilmərəm.
    – Mən tanıyıram yetər. Sən tanımasan da olar. Biz onun atası ilə gənclik illərindən dostuq. Bu kişi dostluğudur. Sənin ağlın arvadların dostluğuna getməsin.
    – Ata, xahiş eləyirəm, üzüyü geri qaytar.
    – Nə?! Sən nə danışırsan?! Mən heç vaxt tüpürdüyümü yalamaram! Sözümü geri götürüb şərəfimi iki paralıq eləmərəm!
    Qulam kişi ayağa qalxaraq əlindəki qəzeti ortadan qatlayıb hirslə masanın üstünə çırpdı:
    – Ay arvad, ay Minəvvər! Gəl bu qızı burdan apar! Yoxsa özümə cavabdeh deyiləm! İndi bunun başını urus qibləsinə kəsərəm!
    Minəvvər cəld içəri girib Solmazın qolundan tutub dartmağa başladı:
    – Gəl, gəl! Çıx çölə! Əsəbiləşdirmə, atanı!
    Anasının onu otaqdan çıxartmasına baxmayaraq Solmaz otağa geri qayıtmağa cəhd göstərərək bir daha yalvardı:
    – Nə olar, ata, sənə yalvarıram… Axı mən sənin yeganə övladınam. Bir də heç vaxt səndən heç nə istəməyəcəyəm, heç nə üçün xahiş eləməyəcəyəm!
    – Mən sözümün üstündən keçə bilmərəm!
    – Ata, axı mən də sözümün üstündən keçə bilmərəm! Sən öz dostuna söz vermisən, mən də bir başqasına! Nolar, qaytar o üzüyü!
    Qulam kişiyə sanki sillə vurdular. Necə yəni “bir başqasına?” O stulu çəkib oturdu. Dirsəyini masaya qoyub üzünü yana çevirdi. Çox hirsli olmasına baxmayaraq aşağı səslə dedi:
    – Mən daha sənin işinə qarışmayacağam. Kimə gedirsən get! Üzüyü də günü bu gün qaytaracağam. Amma onu da bil ki, mənim daha sən adda qızım yoxdur! Sən məni adamların içində hörmətsiz elədin! Daha o kişinin üzünə də baxa bilmərəm. Ölsən meyidini də yerdən qaldırmayacağam. Heç üstünə də gəlməyəcəyəm! Qəbrin torpaqla bir olub itsə də üstünü götürməyəcəyəm! Qoy sən deyən olsun! Di get…!
    ***
    Bəli, Solmaz Rəcəbin çayına şəkər salib qarışdırdı:
    – Qoy köyneyini zivədən yığım… İndice ütüləyib verəcəyəm. Sən yeməyini yeyənə kimi hazır olacaq.
    O həmişə belə eləyirdi. Sonra birlikdə işə gedirdilər. İndi yeddi aylıq hamilə olduğu üçün işə getmirdi. Eləcə Rəcəbi işə yola salmaqla kifayətlənirdi. Xoşbəxt idi. Tezliklə övladları dünyaya gələcəkdi. Köynəyi zivədən yığmaq üçün pilləkənlərlə aşağı, həyətə enməli idi. Üşüməsin deyə uzun, isti xalatını əyninə geyindi. Elə bir-iki pillə enmişdi ki, qəflətən ayağı xalatının ətəyinə ilişdi. İkinci mərtəbədən daş pilləkənlərlə aşağı yuvarlandı. Rəcəb onun qışqırığına çölə çıxdı. Solmaz arxası üstə həyətin ortasında uzanmışdı.
    ***
    Çox çəkmədən bütün kəndin camaatı Rəcəb gilin qapısına yığıldı. Solmaz çətinliklə nəfəs alırdı. Gözlərini elə yanındaca dizi üstə dayanmış həkimin gözlərinə zilləyib iniltili səslə yalvardı:
    – Həkim, mən ölmək istəmirəm, mənə kömək elə…
    Həkim Solmazın başının üstündən qalxdı:
    – Vəziyyəti ağırdır. Təcili rayon mərkəzindən Mütəllim həkimi tapıb gətirmək lazımdır.
    Rəcəbin qardaşı Kamil qonşunun maşını ilə vaxt itirmədən Mütəllim həkimin dalınca rayon mərkəzinə yollandı.
    Rəcəb heç özündə deyildi. Bu yıxılan insan deyil, onun dünyası idi. Dizləri əsir, başı hərlənirdi. Üzünün rəngi kağız kimi olmuş, əl-ayağı süstləşmişdi. O Solmazın yanında dizi üstə yerdə oturub əllərini öpür, onu sakitləşdirməyə calışırdı.
    – Bir az döz, Solmaz, indi Kamil Mütəllim həkimi gətirəcək.
    Solmazın gözlərində dəhşət var idi. O böyümüş gözlərini Rəcəbin gözlərinə zilləyib yalvardı:
    – Rəcəb, ölürəm, qoyma…! Əllərimi buraxma…! Yoxsa gedəcəyəm…!
    Rəcəb Solmazın iniltisinə dözə bilmirdi. Onun hönkürtüsünün səsini anasının səsi batırdı:
    – İndicə Mütəllim həkim gəlib nə lazımsa edəcək!
    Yarım saat sonra Kamil Mütəllim həkimlə gəlib çıxdı. Rəcəbin anası qəhərdən boğula-boğula ona yalvardı:
    – Həkim, qurban olum, nə yaxşı ki gəldin! Mən gözlərini yumuram, oğlum qoymur. Deyir ölməyib ki! Bayılıb, həkim gəlib ayıldacaq.
    Mütəllim həkim həyətin ortasında səssiz uzanmış Solmaza yaxınlaşdı. Əyilib barmaqlarını boynundakı şah damara qoyduqdan sonra heç kəsin üzünə baxmadan təəssüflə dedi:
    – Artıq gecdir. Təxminən yarım saat bundan əvvəl keçinib. İndi sizdən ancaq möhkəm olmaq tələb olunur. Allah səbr versin!
    Rəcəb yerindən qəfil sıçrayıb Solmazın yıxılarkən ayaqlarından çıxıb düşmüş başmaqlarını gotürdü. Dodaqlarını başmaqların altına yapışdırıb öpdükcə öpdü: – Solmaz…!!! – deyə yeri-göyü titrədən bir nalə çəkdi. Adamların onu sakitləşdirmək üçün yaxınlaşdığını görüncə əlindəki başmaqları sinəsinə sıxıb küçəyə qaçdı.
    ***
    Rəcəb elə o qaçan oldu. Dağlarda, çöllərdə yorulub əldən düşənə qədər ağlayıb qışqırdı, Solmazı çağırdı. İpə-sapa yatmadığı üçün heç kəs onu dilə tutub evə gətirə bilmirdi. Havalanar deyə məcbur eləmirdilər. Aclıqdan, susuzluqdan zəifləməsinə baxmayaraq heç kimlə kəlmə kəsmir, heç kimə yaxınlaşmırdı. Axırda Minəvvər onu evə gətirmək istəyən yaxınlarına dedi:
    – Siz dayanın. Mən özüm gedib onunla danışaram.
    Minəvvər Rəcəbin sonuncu dəfə göründüyü yerə getdi. Haralarda olduğunu bilmirdi. Dayanıb eləcə qışqırdı:
    – Rəcəb…! Bura gəl, sənə sözüm var…!
    Rəcəb hardansa peyda olub Minəvvərin düz qarşısında dayandı. Hələ də Solmazın başmaqlarını sinəsinə sıxmışdı. Çox arıqlamışdı. Halsız idi. Bir dəqiqə Minəvvərin üzünə baxdıqdan sonra başını aşağı salıb susdu.
    – Rəcəb, bu dərd təkcə sənin dərdin deyil. Gözlərini qaldır üzümə bax. Mən yeganə övladını itirmiş anayam! Bəs mən necə dözürəm, necə dayanıram? Sən də mənim kimi möhkəm ol! Bəsdir daha, evə gəl!
    ***
    Kamil həyətdə xarab olmuş su kranını dəyişirdi. Ona görə də yanından sakitcə ötüb keçərək ikinci mərtəbəyə qalxan adama çox da fikir vermədi. Yeni qurulmuş ailənin faciəsindən sonra onların ikinci mərtəbədəki mənzilinə heç kim getmirdi. O işini qurtardıqdan sonra ayağa qalxdı. Diqqətini cəmləşdirdi: “Elə bil Rəcəb idi axı!”
    Kamil səssiz olmağa çalışaraq pilləkənləri qalxdı. Astaca qapını aralayıb otağa keçdi. Şefonerin qapısı açıq idi. Rəcəb dizi üstə hərəkətsiz dayanaraq üzünü çarpayının üstünə sərdiyi Solmazın çəhrayı köynəyinə söykəmişdi. Kamil onu çarpayıdan araladı. Rəcəbin göz yaşları çəhrayı köynəyin yaxasını islatmışdı. Kamil qardaşını ehtiyatla özünə doğru çəkib başını sinəsinə söykədi. Rəcəbin nitqi çətinliklə seçilirdi:
    – Solmazı gördüm… Dağlarda… Soruşdum, niyə ağ geyinmisən? “Cəhrayı köynəyim evdə qalıb, gələndə onu da gətir” – dedi.
    Kamil: – Rəcəb, gözlə sənə su gətirim, iç bir az sakitləş – deyib mətbəxə keçdi. Qayıdıb gələndə Rəcəb artıq keçinmişdi. Rəcəbi torpağa tapşıranda Solmazın çəhrayı köynəini qatlayıb onun sinəsinin üstünə qoydular. Çünki Solmaza gələndə köynəyini gətirəcəyini söz vermişdi.
    ***
    Rəcəbin nə qardaşının, nə də anasının pulu olmadığından qəbirlərin üstünü götürə bilməmişdilər. Solmazın atası isə pulu olduğu halda içdiyi andı tutmuş, hikkəsindən qızının qəbrinə heç yaxın da getməmişdi.
    Üstü götürülmədiyindən təpələnmiş qəbirüstü torpaq sovrularaq yerlə bir oldu. Üstəlik ot da basdığından qəbirlər vaxtından tez itib-batdılar. İndi kənd qəbristanlığında boş qalmış sahə var. Kənd camaatı orada iki qəbir olduğunu bilirlər. Bu Rəcəblə Solmazın itib batmış qoşa qəbirləridir.

    18-XII-2016

  • KÜMBET DERGİSİ 43. SAYISI BÜTÜN SAYILARI GÖSTEREN KAPAĞI İLE ÇIKTI

    Kümbet Dergisi 43. sayısı bütün eski sayılarının kapak resimlerinin yer aldığı kapağı ile 2017 yılının ilk sayısı olarak okuyucuları ile buluşuyor. Bu sayımızda nelerin yer aldığını editör yazısından şöyle okuyoruz:

    Yeni bir yıl ve yeni bir sayımızla siz değerli okurlarımız kültür-sanat dostlarının karşısındayız. 2016 yılında beklenmedik bir şekilde vuku bulan sıkıntılı olaylar bir müddet kültür–sanat faaliyetlerinin de aksamasına ya da yavaşlamasına sebep oldu. Ancak Türkiye Cumhuriyeti Devleti’nin demokrasi çerçevesinde halkıyla bütünleşmesi ile bu badireler atlatılarak yeniden normal hayatına geçiş yaptı. Bu bütünleşmelerde milli birlik ve beraberliğimizin kısa sürede tesis edilmesinde halkımızın kültürel değerlere olan bağlılığının da payının olduğunu unutmamamız gerekir.
    Dergimizin kapağında da görüldüğü üzere bir kilimin nakışları gibi işlenmiş bu sayımızda birbirinden değerli akademisyenlerimiz, araştırmacı yazarlarımız sizler için farklı konuları çalışarak gün yüzüne çıkardılar. Şairlerimiz de gül bahçelerinden derledikleri rengârenk çiçekleri yürekleriyle birleştirip sizlere sunma zarifliği gösterdiler.
    Geride bıraktığımız 2016 yılı içerisinde gerçekleştirilen etkinliklerden biri de hiç şüphesiz ki 28-29 Ekim 2016 tarihleri arasında Niksar Kaymakamlığı-Niksar Belediyesi ve Tokat Şairler ve Yazarlar Derneği işbirliği gerçekleştirilen Erzurumlu Emrah’tan Cahit KÜLEBİ’ye Kültür Sanat Şöleni idi. Bu çerçevede Niksar’da yedincisi yapılan “Cahit KÜLEBİ Memleketime Bakış Şiir Yarışması”nda dereceye girenler ödüllerini aldılar.
    Bir diğeri de Tokat Belediyesi ve TOŞAYAD işbirliği ile Tokat’ta düzenlenen “Yeşilırmak Şiir Şöleni” oldu. Ülkemizin değişik yörelerinden gelen halk âşıkları, devlet sanatçıları ve şairlerimiz en güzel şiirlerini sanatsever halkımızla paylaştılar.
    Bu etkinliklerin gerçekleşmesinde hiçbir desteği esirgemeyen Tokat Belediye Başkanlığına, Niksar Kaymakamlığına, Niksar Belediye Başkanlığına ve emek sahibi çalışanlarına ayrı ayrı teşekkür etmeyi bir borç biliyoruz.
    Bu sayımızda makale, araştırma ve yazıları ile Prof. Dr. Tamila Abbashanlı, Prof. Dr. Ertuğrul Yaman, Yard. Doç. Dr. Mehmet Yardımcı, Bedrettin Keleştimur, Abdullah Satoğlu, Böyükbey Elekberoğlu, Mustafa Ceylan, Yard. Doç. Dr. Necati Çavdar, İbrahim Düğer, Ülkü Taşlıova, M. Necati Güneş, Nihat Aymak, Gülden Taş, Ahmet Divriklioğlu, Levent Konyar, Kutluhan Saygılı, Sündüs Akça, Semra Meral, Harika Ufuk, Zübeyde Gökbulut, Şerare Kıvrak, Burhan Kurddan, Nihat İmaç yer alırken;

    Halil Soyuer, Halistin Kukul, Vedat Fidanboy, Ayhan Nasuhbeyoğlu, Celaletin Kurt, Deniz Garipcan, Recep Yılmaz, Celalettin Çınar, Hanefi Işık, H. İrfan Önder, Hüseyin Koç, İsmail Bingöl, Doğan Kaya, Âşık Eşref Tonbuloğlu, Nermin Akkan, İbrahim Sağır, Öz Ali Yılmaz, Kumrugül Akın, Mücella Pakdemir, Mais Temkin, Muzaffer Mezahim, Mahir Gürbüz, Nezihe Güler, Dilek Yeğnidemir, Orhan Tamtürk, Osman Sağbaş, Ömer Micingirt, Tülay Aydın, Bekir Aksoy, Hasan Koçak, Ahmet Özeke bir arı gibi yüreklerinde bal eyledikleri duygu yüklü şiirlerini sizlerle paylaştılar.
    Dergimizin etkinlikler bölümünde şair ve yazarlarımızın katıldıkları programlar yer alırken, “Bize Gelenler Dosyası”nda da elimize geçen değerli araştırmacı, yazar ve şairlerin eserlerine yer vermeğe gayret ettik.
    Yeni sayımızda buluşmak dileğiyle…..

    Remzi ZENGİN/TOŞAYAD Başkanı

  • Rahilə DÖVRAN.Yeni şeirlər

    rahileanam

    Şairə-jurnalist-publisist
    Azərbaycan Yazıçılar Birliyinin üzvü,
    “Qızıl qələm” media mükafatı laureatı,

    DEYİLMİ

    Ömür başdan-başa beşikdən-qəbrə həyatın sevinci, qəmi deyilmi?
    B.Vahabzadə

    Ömür həyat adlı-sonsuz ümmanda,
    Sükanı olmayan gəmi deyilmi?
    Təlatüm, fırtına gəldiyi anda,
    Dəryalar fələyin camı deyilmi?

    Zamandır insanı ələyən ələk,
    Fəhm edək hikmətin, dərk edək gərək.
    Ümidlər, istəklər, azrzular, dilək,
    Həyatın ləzzəti, tamı deyilmi?

    İnsanın həm gülər, həm ağlar bəxti,
    Sevgidir, ülfətdir könlünün taxtı.
    İstəklə murada yetdiyi vaxtı,
    Həyatdan aldığı kamı deyilmi?

    Coşuruq, daşırıq bəzən heç nədən,
    Az qalır qəlbimiz çıxsın sinədən.
    Dünyanı özünə zindan, dar edən,
    Zamanın naşısı, xamı deyilmi?

    Gənclikdir ömürün baharı, yazı,
    Dünyaya ün salar sözü, avazı.
    Yaşamın hər fəsli alında yazı,
    Payızı kövrəklik dəmi deyilmi?

    Heç yatmaz qəlblərin havarı, hayı,
    Tükənməz diləyin, istəyin sayı.
    Dövranın qismətdən verilən payı,
    Ömrünün, günün şamı deyilmi?

    VƏFASIZ YARIM

    “Könül dəftərim” – silsiləsindən

    Arxanca hey baxa- baxa keçmişəm,
    Həsrəti ,hicranı yuva seçmişəm.
    Kədərdən özümə köynək biçmişəm,
    Vəfasız dünyada, vəfasız yarım.

    Dərdlərim başımda qalaq- qalaqdır,
    Gözümdən yaş axır, qanlı çanaqdır.
    Talehim ömrümə, sanki yamaqdır,
    Vəfasız dünyada, vəfasız yarım.

    Keçilməz sədləri aşıb gəldim mən,
    Dostu- düşmənləri, seçib gəldim mən.
    Əynimə ağ kəfən, biçib gəldim mən,
    Vəfasız dünyada, vəfasız yarım.

    Bu zalim dünyada tənhayam, yadam,
    Divarda toz basmış sahibsiz udam,
    Leysana köklənmiş, dolu buludam,
    Vəfasız dünyada, vəfasız yarım.

    Yoxdur gələcəyə heç ümid, güman,
    Kəsib yollarımı, görünməz duman.
    Dövran, acımadı sənə bu zaman,
    Vəfasız dünyada, vəfasız yarım.

    27.01.2017.

  • Əliağa KÜRÇAYLI.Şeirlər

    AZƏRBAYCAN

    Mən könlümü təzəcə eşqə düşənlər kimi
    Pıçıldamaq istərəm – eşidilməsin səsim.
    Sevgi etirafımı, bu vurulan qəlbimi
    Elə açmaq istərəm bir kimsə eşitməsin.

    Eşqimi ovuc-ovuc torpağına, daşına
    Səpərəm, qız başına şabaş səpənlər kimi.
    Səni öpmək istərəm – düz on səkkiz yaşına
    Təzəcə qədəm qoyan qızı öpənlər kimi.

    Uğrunda həyatımı qurban vermək istərəm,
    Eşqin təntənəsiyçün can qurban edən kimi.
    Səni bütün dünyaya mən göstərmək istərəm
    Sevdiyim qız kimi yox – sevdiyim Vətən kimi.

    GECƏLƏR AY OLMAQ İSTƏYİRƏM MƏN

    Gecələr ay olmaq istəyirəm mən,
    Pərdəli-pərdəsiz pəncərələrdən
    Dolmaq istəyirəm neçə otağa.
    Mən neçə süfrəyə, neçə çırağa
    Baxmaq istəyirəm hamıdan pünhan
    Səma tağlarının ucalığından.

    Gecələr ay olmaq istəyirəm mən…
    Şirin laylaları ana dilindən,
    Ana dodağından eşidim deyə.
    Mən ağlı-qaralı neçə taleye
    Baxmaq istəyirəm ağarınca dan
    Səma tağlarının ucalığından.

    Gecələr ay olmaq istəyirəm mən…
    Bir günlük işindən qayıdıb gələn
    Qabarlı əlləri öpmək eşqinə.
    Yorğun röyaların şirinliyinə
    Keşik çəkmək üçün sakit, mehriban
    Səma tağlarının ucalığından.

    Gecələr ay olmaq istəyirəm mən…
    Sevən ürəklərin məhəbbətindən
    Səma ucalıqda pay almaq üçün,
    Ən yüksək qübbəyə ucalmaq üçün…
    Ordan nur səpərəm mən incə-incə
    Bu ana torpağa dan sökülüncə.

    Nahaq yaranmayıb bu arzu məndə.
    Bəzən gecələrin sakitliyində
    İnsan öz qəlbiylə edir həsb-hal,
    Keçir ürəyindən min arzu, xəyal.
    Bununçün ayrılıb öz xislətimdən
    Gecələr ay olmaq istəyirəm mən.

  • “Elm mənim üçün qeyri-adi dünyadır”

    Gülüstan Füzuli qızı Kərimova Sumqayıt şəhər 14 nömrəli tam orta məktəbin IX a sinfində təhsil alır. Ən böyük arzusu Baki Ali Neft Məktəbinə daxil olmaq, mühəndis ixtisasına yiyələnməkdir. Dəqiq elmlərə daha diqqətlə yanaşan Gülüstan Kərimova fizika fənninə xüsusi diqqət ayırır. Məktəbdə nizam-intizamı, səmimi münasibəti, bütün fənnlərə marağı və hazırlığı ilə fərqlənən Gülüstan Kərimova çalışır ki, sinif rəhbəri Yeganə Süleymanovanın, ona dərs deyən müəllimlərin verdiyi tapşırıqlara daha diqqətlə, yaradıcılıqla yanaşsın.
    Məktəbin fizika müəllimi Leyla Bayramova fizika dərsində Gülüstanın xüsusi yaradıcılıq qabiliyyətindən böyük məmnunluq hissi ilə danışdı: “Çalışıram ki, şagirdlərim yalnız dərslərini öyrənməklə kifayətlənməsinlər, eyni zamanda fənn kurikulumlarının bizi istiqamətləndirdiyi kimi yaradıcılıq hissi ilə çalışsınlar. Çünki, şagird aldığı biliyi və eşitdiyi məlumati özününküləşdirməyi, qavramağı, şifahi və yazılı şəkildə ifadə etməyi bacarmalı, tədris prosesində qazandığı bilik və bacarıqları öz həyat tərzinə, həyati ehtiyaclarına yönəltməlidir. Hər bölmənin sonunda fizikadan keçdiyimiz dərslərə əsasən butun sinfə təqdimat hazırlamağı tapşırıram. Bu günlərdə növbəti təqdimatın nəticələri məni ürəkdən sevindirdi. Sinfin böyük əksəriyyəti verilən tapşırığı müvəfəqiyyətlə yerinə yetirmişdi. Gülüstanın hazırladığı təqdimat yaradıcılıq baxımından ən yaxşı təqdimat elan olundu. Təqdimat fizikadan Qravitasiya sahəsi, Elektrik sahəsi və Maqnit sahəsi haqqında məlumat, onların müqayisəsi və təhlili idi. Gülüstan həmin sahələrin təsirini, onların mənbəyini, bu sahələrin hər birinin yer kürəsinin hərəkətinə, inkişafına təsir edən sahə olduğunu özünəməxsus yaradıcılıqla izah etdi. Ümumiyyətlə, Gülüstanın dərslərin izahında, müxtəlif sualların cavabında öz müstəqil, yaradıcı fikirlərinin olması bir müəəllim kimi məni çox sevindirir.
    “Elm mənim üçün qeyri-adi bir dünyadır. Qarşıda enişli-yoxuşlu bir yolun olduğunu, həmin yolla addımlamağın çətinliyini, məsuliyətini hiss edirəm. Amma bu çətinlik məni qorxutmur, əksinə daha maraqlı tədqiqatlara, kəşflərə səsləyir. Bu yolda zəhmətimi çəkən valideynlərimə – anam Sürəyya xanıma, atam Füzuli Kərimova, eyni zamanda bütün müəllimlərimə dərin minnətdarlığımı bildirirəm. Onların etimadını doğrultmaq mənim üçün hər zaman böyük məsuliyyət olub və həmişə də belə olacaq.”
    Onu da qeyd etmək istəyirəm ki, Gülüstanın tərbiyə aldığı ailədə elmə, təhsilə, mütaliəyə, milli dəyərlərimizə böyük diqqət və sevgi var. Gülüstan Kərimovanın bacisi Xuraman Cəfərova Bakı Dövlət Universitetinin riyaziyyat fakültəsini bitirib, Bakı şəhər Binəqədi rayonundakı 13 nömrəli Laçın kənd orta məktəbində riyaziyyat müəllimi işləyir. Qardaşı Elməddin Kərimli Azərbaycan Dövlət Sənaye Universitetinin neft və qaz mühəndisliyi fakültəsinin 4-cü kursunda təhsil alır.
    Respublika prezidenti İlham Əliyevin dediyi kimi təhsildə ilk növbədə tərbiyəni daha da inkişaf etdirmək, cəmiyyət üçün savadından asılı olmayaraq gərəkli vətəndaşlar yetişdirmək, şagirdlərə şəxsiyyət kimi yanaşmaq, onlarda bacarıqları, fərdi xüsusiyyətləri aşkar edərək inkişaf etdirmək təhsilimizə, dövlətimizə verilən ən yaxşı töhfələrdəndir. Bu yolda çətin və şərəfli peşə sahiblərinə, bütün təhsil işçilərinə, Gülüstan Kərimova ilə bərabər bütün Azərbaycan övladlarına uğurlar arzulayıram.

    Nisə QƏDİROVA
    Azərbycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    “Qızıl Qələm” Media Mükafatı laureatı,
    “Möhtəşəm Azərbaycan” müstəqil ictimai-siyasi, ədəbi-bədii qəzetinin redaktoru,

  • Rahilə DÖVRAN.Yeni şeirlər

    rahileanam

    Şairə-jurnalist-publisist
    Azərbaycan Yazıçılar Birliyinin üzvü,
    “Qızıl qələm” media mükafatı laureatı,

    MUĞAM

    “Mənim dünyam” – silsiləsindən

    Muğam- türkün haqq səsi,
    Təmiz ruhu, nəfəsi.
    Oğuz, Qorqud töhfəsi,
    Qaval, kaman, həm tarım,
    Milli sərvətim, varım.

    Muğam-ana laylası,
    “Muğam-ruhun qidası”.
    Muğam-qəlbin sədası,
    Segah, şüştər, qatarım,
    Milli sərvətim, varım.

    Muğam-xalqın güzgüsü,
    Sevinci, üzüntüsü.
    Ocağımın tüstüsü,
    Muğam-bülbülüm, xarım,
    Milli sərvətim, varım.

    Muğam- xalqın varlığı,
    Özünə oxşarlığı.
    Çiçəkli cənnət bağı,
    Sevincim, intizarım,
    Milli sərvətim, varım.

    V A R

    “Qəzəllərim” – silsiləsindən

    Edirəm Rəbbə dua ki, sənintək bir yarım var,
    Əhdi – peymana sadiq, vəfalı nigarım var.

    Olsa da eşq yolunun min acısı, min cəfası,
    Sonunda gülüb bəxtim, vüsaltək nübarım var.

    Hər bəşər meyl eyləyər, sərvətə, cah- cəlala,
    Sevmirəm dünya malın, çün eşq adlı varım var.

    Keçsə də ömrüm- günüm, hey tufanda, qasırğada,
    Zirvəsi sis, dumanlı, dağ kimi vüqarım var.

    Düşmüşəm gur selinə, sirli şeiriyyətin,
    Təcnisim, müxəmməsim,qəzəl adlı barım var.

    Yaradan qismət edib, dürüst söz sərrafıyam,
    Şairə Dövranam mən, sehirli əfkarım var.

  • Nisə QƏDİROVA.Yeni şeirlər

    11153468_731421923638953_1561011028_o

    Azərbycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    “Qızıl Qələm” Media Mükafatı laureatı,
    “Möhtəşəm Azərbaycan” müstəqil ictimai-siyasi, ədəbi-bədii qəzetinin redaktoru,

    Aç gözünü

    Tək- tənha oturmusan xəbərin yox olanlardan,
    İstəsən zövq alarsan bu günlərdən, bu anlardan.
    Yox- yox, avamlıq edib olma dərdə qalanlardan,
    Ayılıb millət balam, tanıyır özü-özünü,
    Kişi, vallah dəlisən, aç bu dünyaya gözünü!

    Qaynayır bir qazanda neçə qoçun başı indi,
    Fərqi yox bilinməyir sevənlərin yaşı indi,
    Haqq itib, yaxşı edib haqqı udub naşı indi,
    Ayılıb millət balam, tanıyır özü-özünü,
    Kişi, vallah dəlisən, aç bu dünyaya gözünü!

    Axıb ulduzların seli, yerimiz cənnət olub,
    Şou-biznes yaranıb öndə gedən sənət olub,
    Tikilib şadlıq evləri, işimiz rahat olub,
    Ayılıb millət balam, tanıyır özü-özünü,
    Kişi, vallah dəlisən, aç bu dünaya gözünü!

    Əcnəbi seriallar dərdlərə dərman kimidi,
    Avropa məhəbbəti eşqlərə fərman kimidi,
    Sağ-solun başqa tipdə, yeni müsəlman kimidi,
    Ayılıb millət balam, tanıyır özü-özünü,
    Kişi, vallah dəlisən, aç bu dünyaya gözünü!

    Sözümü kim eşidib, kim qanacaq, nə işinə,?
    Qurunun oduna yaş da yanacaq, nə işinə?
    Bu çərxi-fələk ha tərəfə fırlanacaq, nə işinə?
    Ayılıb millət balam, tanıyır özü-özünü,
    Kişi, vallah dəlisən, aç bu dünyaya gözünü!

    QƏRƏNFİL

    Dağ dözməzdi bu dərdə,
    Dözdü qərənfil, qərənfil.
    Dərdləriylə qol götürüb,
    Süzdü qərənfil, qərənfil.

    Məzarların tacı oldu,
    Ana oldu, bacı oldu.
    Bu dünyaya carçı oldu,
    Sözdü qərənfil, qərənfil.

    Tarixin qan yaddaşıdır,
    Şəhidin məzar daşıdır.
    Ləçəyində od daşıdı,
    Közdü qərənfil, qərənfil.

    Çiçəkdi, haqqın səsidi,
    Ürəkdi, duydum səsini.
    Azadlığın nəğməsini,
    Yazdı qərənfil, qərənfil.

  • Saqif QARATORPAQ.Yeni şeirlər

    s

    * * *

    Necə girdin ürəyimə,
    Xəbərim olmadı bundan.
    Gözümü açınca gördüm
    Elə min ildi ordasan…

    Axı,kim öyrədib sənə
    Bu cadunu,bu ovsunu?
    Sən gəldin,anlatdın mənə
    eşqin gözəl olduğunu.

    Quruyub qalmışam elə,
    Söz də tapmıram deməyə.
    Bilmirəm,necə “get” deyim,
    Yerin varmı ki getməyə…

    * * *

    ünən də öldü belə…
    torpaq tökdüm gözünə.
    Durub kənardan baxım
    indi özüm özümə.

    Yapışmışam yenə də
    keçmişin ətəyindən.
    Bu gün kirlənir,çıxır
    köynək kimi əyindən.

    Eh…məni də düşürər
    zalım zamanın atı.
    Dünəndən xatirədi
    yolda qalan saatım..

  • Polad SABİRLİ.Yeni şeirlər

    Polad Sabirli

    Özünün özünə varsa dəyərin

    Haram var-dövlətin səməri olmaz,
    Bir az fikirləşib düşünsək dərin.
    Misgər bazarında dəyəri olmaz,
    Qızılın, daş-qaşın, nədəki zərin.

    Vicdan ucuzlaşıb aradan getsə,
    Hörmət yoxa çıxsa, ləyaqət itsə,
    Arvad da bir yandan kişilik etsə,
    Olmaz el içində hörməti ərin.

    Düşməndən dost olmaz, dostdan da qardaş,
    Ayaq başa çıxsa, başsız qalar baş.
    Göz də xarab olar, düzələndə qaş,
    Bilinər yalanın, böhtanın, şərin.

    Polad, hər əzaba gərməsən sinə,
    Onda tuş gələrsən qəzəbə, kinə.
    Hamı diqqətini artırar sənə,
    Özünün, özünə varsa dəyərin.

    17.12.2014.

    Olaydı

    Açıq hava, aydın səma,
    Bağ-bağçada bar olaydı.
    Qəlbdə iman, dildə dua,
    Bir vəfalı yar olaydı.

    Övlad qarşısında üz ağ,
    Güvənməyə uca bir dağ,
    Bir az sevgi, canımız sağ,
    Bir az dovlət var olaydı.

    Düzü atıb səhvi tutan,
    Halal mala, haram qatan,
    Söz gəzdirən, böhtan atan,
    Utanaydı, xar olaydı.

    Yaxşıdan gen dursun yaman,
    Beyinlərdən getsin duman,
    Kök salaydı qəlbdən iman,
    Üzdə həya ar olaydı.

    Kim qoruyur ədaləti,
    Onda var haqq əlaməti,
    Sevənlərin xoş niyyəti,
    Yer üzünə car olaydı.

    Hər istəyi gözdən duyan,
    Uca tutan, böyük sayan,
    Qəlb ovudan, göz oxşayan,
    Bir cüt qoşa nar olaydı.

    9.12.2014.

  • “Yaqub Zurufçunun 60 illik yubileyidir”

    O səs nə səs idi, Allah?!
    100 yaşayın, var olun, Yaqub bəy!

    Azərbaycanın böyük, sevimli sənətkarı Yaqub Zurufçu ölkəmizin ən ağır, çətin, həyəcanlı günlərində – ötən əyyamın 89-90-cı illərində özünün əzəmətli, ağrılı-yanıqlı, vətən sevgili “Ayrılıq” mahnısı ilə xalqımızı birliyə, yekdil olmağa, mübarizəyə, Qələbəyə səsləyirdi.

    Bütün xalqımızın, o taylı-bu taylı Azərbaycanımızın, bütün Türk dünyasının sevdiyi bu böyük sənətkarla mənim tanışlığımın fikrə gəlməyəcək bir tarixçəsi var.
    …2009-cu ilin fevralında Sumqayıtdan paytaxta – dahi şairimiz Bəxtiyar Vahabzadənin yas məclisinə getmişdim. Sevimli şairlə mənim də iştirak etdiyim izdihamlı vidalaşmadan iki gün sonra yas məclisinə gələnləri iki böyük çadır da tutmurdu. Bizim oturduğumuz çadırda Azərbaycanın elit ziyalıları – şairlər, yazıçılar, görkəmli alimlər, deputatlar, şairin bir-birindən dəyərli şeirlərinə musiqi bəstələmiş bəstəkarlar, ustad xanəndələr, müğənnilər və adi, sadə adamlar – şairin poeziyasının pərəstişkarları toplaşmışdılar.
    Bakı Dövlət Universitetinin yanaşı oturduğum iki professoru uzun illər bir yerdə çalışdıqları, mənim də taleyimə həm Bakıda və Sumqayıtda, həm də Azərbaycan nümayəndə heyətinin tərkibində Tehranda görüşmək nəsib olmuş Bəxtiyar Vahabzadə haqqında xatirələrini söyləyir, mən isə diqqətlə onlara qulaq asır, hərdən də söhbətə qoşulurdum. Məclis dolub-boşalırdı. Təxminən bir saatdan sonra həmsöhbət olduğum hörmətli professorlar da durub getdilər. Mən isə məclisə gəlməli olan bir şair dostumu gözləməli idim. Bir qədər keçmişdi ki, çadırın girəcəyində görkəmli müğənnimiz Yaqub Zurufçunu gördüm. Bir anlığa elə bildim ki, bütün Güney Azərbaycan Quzey Azərbaycanın böyük dərdinə şərik olmaq üçün Bakıya gəlib. Nədənsə o anda Bəxtiyar müəllimin xalqımızı on illərlə mübarizəyə səsləyən “Gülüstan” poemasıı və Yaqub Zurufçunun ürəklər dağlayan “Ayrılığ”ı eyni anda göz önümə gəldi və istər-istəməz kövrəldim…
    Yaqub bəy bir anlığa ayaq saxlayıb, çadırdakılara nəzər saldı. Hiss etdim ki, məclisdə olanlardan kimlərin yanında oturmağı götür-qoy edir. Əlbəttə, çoxları istərdi ki, xalqın sevimlisi olan Yaqub Zurufçu kimi bir sənətkar onun yanında əyləşsin. Ani olaraq məclisə göz gəzdirdim. Ancaq, deyəsən, məndən başqa heç kəsin yanında boş yer yox idi. Bir qədər tərəddüd etsəm də (kiminsə qabağına keçməmək, Yaqub bəyi onun “əlindən almamaq” üçün), ayağa qalxaraq, müğənniyə tərəf gedib, görüşdüm və onu ehtiramla öz yanıma dəvət etdim. Sağ olsun ki, xahişimi yerə salmadı, məni – tanımadığı adamı pərt etmədi. Bəxtiyar müəllimin çadırda asılmış düşüncəli-fikirli iri portretinə nəzər salıb, gözlərinin nəmini büruzə verməməyə çalışaraq, yanıqlı-yanıqlı Bəxtiyar müəllimlə görüşləri, mahnılarını sevə-sevə oxuduğu barədə danışdı. Məclisdə bütün söhbətimiz Bəxtiyar Vahabzadə, onun böyük azadlıq carçısı olması, doğma xalqına olan intəhasız sevgisi, döyüşkən, fəlsəfi-mübariz poeziyası ilə Vətən qarşısında xidmətləri, hər zaman Azərbaycanla bağlı olan zəngin yaradıcılığı barədə oldu. Məclisdən çıxdıqdan sonra bəstəkar Oqtay Zülfüqarovla, Teleradio Şurasının sədri Nuşirəvan Məhərrəmli, estrada müğənnimiz Cavan Zeynallı ilə görüşüb, söhbət etdik.
    Yaqub bəylə yaxından tanışlığı isə mən bilərəkdən gecikdirirdim. Və, nəhayət, bir “sirri” açmaq qərarına gəlib, bildirdim ki, Yaqub bəy, bizim tanışlığımız indi yox, çoxdan başlayıb və ümumi olan bir “tanışımız” da var.
    – Necə ki? – deyə təəccüblə mənə baxdı.
    Nə reaksiya verəcəyini maraqla gözləyərək:
    – Yaqub bəy, Siz Azər Rəhmanoğlunu tanıyırsınız? – soruşdum.
    Sifətinə xoş bir təbəssüm qondu:
    – Tanıyıram da sözdü? O, mənim mahnı disklərimdən birinin dizayneri olub. Özü də o diskin tərtibatını çox gözəl, məharətlə işləmişdi. Yaxşı oğlandır, xətrini çox istəyirəm… – birdən duruxub, soruşdu. – Hardadır o? Çoxdandır görmürəm, telefonu nədənsə bağlıdır, ona görə də disklə bağlı ona əməlli-başlı təşəkkür də edə bilməmişəm. Siz onu hardan tanıyırsınız?
    Məsələni bilib (oğlum Azər sonralar bu böyük sənətkarın daha iki mahnı albomunun dizaynını vermişdi – tam təmənnasız olaraq!), mənimlə daha səmimiyyətlə qucaqlaşdı və dərhal da Azərin telefon nömrəsini istədi…
    Beləcə bizim dostluğumuz başladı. Bu yaxınlarda isə Amerika və Kanadaya qastrol səfərindən qayıtdıqdan sonra mənə zəng vurdu:
    – Rəhman bəy, Sizə Amerikadan kiçik bir hədiyyəm var, mümkünsə, gəlin, Bakıda görüşək, həm də oturub bir çay içib-söhbət edək.
    Xalqımızın görkəmli oğlunun belə bir xoş dəvətini məmnuniyyətlə qəbul etməmək olardımı? Bir-neçə gün sonra görüşməyi razılaşdıq. Vədələşdiyimiz vaxt qəzet redaktor¬larından biri onu “Azərbaycan” nəşriyyatına dəvət etdiyindən orda görüşməli olduq.
    …Gedəcəyimiz yeri soruşmadım. Bir saatdan artıq getdiyimiz yol boyu Yaqub bəyin okeanın o tayına qastrol səfərindən, o yerlərdə həmyerlilərimizlə görüşlərindən, Azərbaycanın bugünündən, sabahından söhbət etdik. Yaqub bəy bir vaxtlar Ulu öndərimiz Heydər Əliyevlə Bakıda, sonralar Amerikada – Klivlend klinikasında görüşlərini həyəcanla yada salıb, dahi rəhbərin onun sənətinə, xüsusilə “Ayrılıq” mahnısına olan heyranlığı barədə kövrəkliklə danışaraq, o unudulmaz görüşlərin onun xatirində əbədi iz qoyduğunu söylədi. Ölkə prezidenti İlham Əliyevin də Azərbaycan mədəniyyət və incəsənətinə göstərdiyi diqqət və qayğıdan məmnunluqla danışdı. Özünün hər zaman böyük ehtiramla yad etdiyi dahilərimiz, korifey sənətkarlarımız Üzeyir Hacıbəyov, Bülbül, Rəşid Behbudov, Müslüm Maqomayev, Zeynəb Xanlarova, Şövkət Ələkbərova, Rübabə Muradova, Gülağa Məmmədov haqqında da fikirlərini bölüşərək, son zamanlar böyük perspektivləri olan istedadlı gənc musiqiçilərin də yetişdiyini razılıqla qeyd etdi.
    Söhbət zamanı yeni mahnı albomunu hazırladığını bildirərək, dedi ki, ora özünün aranjeman etdiyi “Apardı sellər Saranı” mahnısını da daxil edib. Mənim xahişimlə diski maşının maqnitofonuna saldı…
    Allah, bu necə musiqi idi, bu nə ilahi səs, necə oxumaq idi!… Yaqub bəyin səsinin, oxunuşunun ecazkarlığını, möcüzəsini özünün təşəbbüsü ilə daxil etdiyi xor ifası daha da artırır, əzəmətli edirdi. Mahnı onun təkrarsız ifasında elə təsirli idi ki, sanki Arpa çayı elə indicə aşıb-daşmışdı və sanki ellər gözəli Saranı hamıya qısqanaraq, elə mənim gözlərim önündəcə çağlayan sularının qoynuna alıb, uzaqlara aparmışdı. Və bu fəlakətə təkcə Xan Çoban və Yaqub Zurufçu yox, bütün el-oba haray qopararaq, ağlayırdı. Deyərdim ki, “Ayrılıq”dan sonra bu, Yaqub bəyin ikinci, daha bir əzəmətli, ürəklər dağlayan ayrılıq mahnısı idi: “Gedin deyin Xan çobana, gəlməsin bu il Muğana, Muğan batıb nahaq qana…” Gözlərim önünə Qarabağ gəldi, elə bildim ki, mahnıda Muğan yox, Qarabağ deyilir: “Gedin deyin Xan çobana, gəlməsin heç Qarabağa, o batıbdır nahaq qana…”
    Köksümü ötürüb, mahnını təkrar qoymasını xahiş etdim. Yeni, orijinal bir aranjemanla səslənən bu mahnının ovsununa düşmüşdüm. İfa haqqında fikrimi bildirəndə Yaqub bəy ustada ehtiramını ifadə edərək bildirdi ki, bu mahnının ən gözəl ifaçısı xalqımızın görkəmli sənətkarı, böyük muğam ustası Arif Babayevdir.
    – Arif müəllim bu mahnını böyük ürək yanğısı ilə, çox gözəl oxuyur, – dedi. – Mənim ifamda da yaxşı alınıbsa, heç şübhəsiz ki, burda Arif Babayev zəngulələrinin də böyük təsiri olub.
    …Yaqub bəyin dəvəti üzrə paytaxtın restoranlarından birində oturub, həyat yoldaşı Aynur xanımın və 5 yaşlı oğlu Atillanın da qoşulduğu çay və yemək süfrəsi arxasında yenə də sənətdən, görkəmli sənət adamlarından söhbət aşdıq.
    Ziyafətlə, çal-çağırla başa çatan görüşümüz yanvarın ilk günlərindən birində olduğundan öz-özümə düşündüm ki, deyəsən, yeni il yaxşı, maraqlı başlayır.
    Xudahafizləşərkən Yaqub bəy mənə Amerikadan xüsusi olaraq gətirdiyi hədiyyəni bağışladı. Ancaq yəqin özü də hiss etdi ki, mənim üçün həmin gün ən böyük hədiyyə özünün əsl sənətkarlıqla, məharətlə, ecazkarlıqla oxuduğu, məni məftun etmiş “Apardı sellər Saranı…” mahnısı və həmin mahnının yazıldığı, ilk olaraq mənə bağışladığı disk idi. İndi həmin mahnını imkan olduğca təkrar-təkrar səsləndirir və hər dəfə də sanki ilk dəfə eşidirəmmiş kimi yenə də heyranlıqla qulaq asıram.
    Var olun, Yaqub bəy, öz təkrarsız səsiniz-ifanızla, milyonlarla ürəkləri fəth edən böyük sənətinizlə! 60 illik yubileyiniz mübarək!
    Gün o gün olsun ki, dahilərimiz Üzeyir Hacıbəyovun, Bülbülün, Mollla Pənah Vaqifin, Xurşid Banu Natəvanın ata-baba yurdu olan Qarabağda, 25 ildir ki dərdini-həsrətini çəkdiyimiz Şuşanın Cıdır düzündə ceyran gözlü bir Qarabağ atının belində oturub, heyranlıqla, sevinclə o müqəddəs yerlərin gözəlliklərunə göz gəzdirərək, yaşıl meşələrini, dağlarını, düzlərini qəlbin doymadığı bir məftunluqla seyr edərək, bir arxayınlıqla, rahatlıqla sinə dolusu nəfəs alıb, bütün Qarabağ elatına yayıla biləcək səsinizlə zəngulə vurub, “Şuşanın dağları” mahnısını oxuyasınız!
    Qoy qadir Allah o xoşbəxt, sevincli günləri xalqımıza tezliklə nəsib eləsin!

    Rəhman ORXAN,
    Respublikanın Əməkdar jurnalisti,
    Osman Mirzəyev adına
    Respublika mükafatı laureatı.

  • Rahilə DÖVRAN.Yeni şeirlər

    rahileanam

    Şairə-jurnalist-publisist
    Azərbaycan Yazıçılar Birliyinin üzvü,
    “Qızıl qələm” media mükafatı laureatı,

    ZALİM GƏLİN

    Həyat amansızdır.
    Gözümlə gördüyüm gəlinin öz qaynatasına zülmü, baldızının az yaşlı uşaqlarının yetim qalmasına sevinməsi,daha nələr.. Bu gəlinin rəzil ədalarına dözə bilməyib yazdım.Qaynnası yox idi.Oğlunun toyunu görməyən ana çoxdan dünyasnı dəyişmişdi.Meydan o zalim ğəlinə qalmışdı…

    Lal, sakit çay kimi dinməz axardın,
    Naz, qəmzə, ədanla qəlblər yaxardın.
    Balamı al dillə başdan çıxardın,
    Əfi ilan çalsın dilini, gəlin.

    Elə ki, bağlandın kəbin, nigaha,
    Sahib, yiyə oldun dəmə-dəsgaha.
    Sən demə bitməmiş məqsədin daha,
    Niyyətin sındırsın belini, gəlin.

    Kirşan altındaymış əsil sifətin,
    İrinli çibanı oldun külfətin.
    Püskürdü vulkantək kinin, küdrətin,
    Sovurdun ocağın külünü, gəlin.

    Döndün sən boz daşa, bomboz qayaya,
    Ağ oldun qaynata, həm qaynanaya.
    Çevrildin vəbaya, qara bəlaya,
    Yaradan qurutsun dölünü, gəlin.

    Qapın açılmadı dosta, sirdaşa,
    Hey dirsək göstərdin qohum-qardaşa.
    Gəlinkən dönəydin kaş qara daşa,
    Qurutdun bu yurdun selini, gəlin.

    Nə əldən buraxdın, nə də ki, doydun,
    O, nakam baldızın məzarın oydun.
    Bacını-bacıya sən həsrət qoydun,
    Yandırdın gorunda ölünü, gəlin.

    Dağ kimi ərini mumtək əritdin,
    Güllü bağçasında qanqaltək bitdin.
    Nə çiçək açdın sən,nə gül bitirdin,
    Soldurdun o bağın gülünü, gəlin.

    Qəlblərə vurduğun dərin yaradır,
    Hamının yanında üzün qaradır.
    İndi bəs mənzilin, yolun haradır?
    Xərclədin ayını, ilini, gəlin

    QİSMƏT OLA

    “Vətənimdir” – silsiləsindən

    Hər möhnətə dola-dola,
    Qarlı qışı saldıq yola .
    Bu novruzu Qarabağda,
    Kaş keçirmək qismət ola

    Çox söylədik Allah Kərim,
    Qəribsəyib yurd yerlərim.
    Könül istər o dağlarda,
    Çəmənlərdən çiçək dərim.

    Torpağımda gəzir yadlar,
    Dəyişibdir mərhəm adlar.
    Dağıdılmış məzarlarda
    İncik ruhlar bizi odlar.

    Yelkənsizdir gəmilərim,
    Çölə dönüb zəmilərim.
    Barsız,bəhərsiz ötübdür
    Üzü qara,bəd illərim.

    Çox gözlədik,bəsdir daha,
    Son qoyulsun dərdə,aha.
    Dövran,bu gün hamı deyir:-
    “Güman vardır xoş sabaha.”

  • Kamran MURQUZOV.”Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasəti dünya mətbuatının diqqət mərkəzindədir”

    10730926_708473925888118_1815156677351752954_n

    2003-cü il oktyab ayının 15-də respublikanın paytaxtı Bakı şəhərində keçirilən prezident seçilərində qələbəni təmin edən cənab Prezident İlham Əliyev ilk dəfə olaraq, Azərbaycan Respublikasının Prezidenti seçildi.Dövlət müstəqilliyimizin bərpa olunmasının 12-ci il dönümünün tamam olmasına iki gün qalmış belə bir möhtəşəm hadisənin baş verməsi ictimaiyyət nümayəndələri və media təmsilçilərinin diqqət mərkəzində saxladığı ilk və önəmli məsələ oldu.Şəffaf və demokratik şəraitdə keçirilən seçkilərdə iştirak edən seçicilərin 97.5%-ni toplayan cənab Prezident İlham Əliyev Azərbaycan Respublikasının Konstitusiyasının tələblərinə uyğun olaraq, andiçmə mərasimində mənsub olduğu xalqa sədaqətlə xidmət edəcəyini bəyan etdi.Dövlətimizin iqtisadi, siyasi cəhətdən inkişad edərək dünyanın ən aparıcı və qabaqcıl ölkələri ilə sıx və qarşılıqlı əməkdaşlıq əlaqələrinin uğurla qurulmasının təminatçısı oldu.Ən qısa zaman kəsiyində dövlətimizin başçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı Heydər Əliyev siyasi məktəbinin layiqli davamçısı və yetirməsi cənab Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə aparılan uğurlu daxili və xarici siyasət nəticəsində müxtəlif sahələrdə, o cümlədən elm, mədəniyyət, incəsənət sahəsində müsbətə doğru köklü dəyişikliklər müşahidə olunmağa başladı və ölkəmizin imicinin beynəlxalq təşkilatlar tərəfindən diqqətinin cəlb olunmasına səbəb oldu.Ölkəmiz iqtisadi inkişaf səviyyəsinə görə ən inkişaf etmiş avropa ölkələri ilə yanaşı addımlamağa başladı, dünyanın ən önəmli tədbirlərinə ev sahibliyi etməyə müəssər oldu.2015-ci ilin iyun ayında Bakıda keçirilən Birinci Avropa Oyunları buna ən bariz nümunədir.Dünyanın müxtəlif ölkələrindən gəlmiş minlərlə idmançının idman yarışlarında yüksək səviyyədə iştirakını və təhlükəsizliyini tam təmin etmək məqsədilə gücləndirilmiş iş rejiminə keçid aldı.Cənab Predientin rəhbərliyi və nəzarəti altında Birinci Avropa Oyunları yüksək səviyyədə təşkil olundu.
    Dünyanın ən aparıcı telekanallarının və mətbuat orqanlarının nümayəndələrinin diqqətini respublikanın paytaxtı Bakı şəhərinə yönləndirdi.Dövlətimizin başçısı cənab İlham Əliyevin uğurlu daxili və xarici siyasətini özündə əks etdirən müxətlif adlarda məqalələr çap olundu.Ölkəmizin dinamik inkişafı üçün böyük əhəmiyyət kəsb edən Birinci Avropa Oyunları tarixdə silinməz izlər buraxdı.İllərlə toplanan təcrübə bu yönümdən öz sözünü demiş oldu.
    Hakimiyyətə gəldiyi ilk gündən etibarən müxtəlif dünya liderlərinin başçılıq etdiyi nümayəndə heyətini yüksək səviyyədə ölkəmizdə qəbul edən cənab Predizent İlham Əliyev humanizm prinsiplərinə sadiq qalaraq, qarşılıqlı əməkdaşlıq əlaqələrinin sürətlə inkişafı üçün böyük əhəmiyyət kəsb edən görüşlərdə iştirak etdi.Rəhbərliyi altında ölkəmizin dünya arenasında tanınması üçün lazımi səviyyədə işlərin görülməsinə nəzarət etdi.Dünyanın müxtəlif ölklərindən ölkəmizə təşrif buyurmuş nümayədə heyətlərini son dərəcə səmimiyyət və qonaqpərvərliklə qəbul edərək, ölkəmizin zəngin tarixi, mədəniyyəti, adət-ənənəsi haqqında ətrfalı məlumat verdi.Dövlətimizin başçısı cənab İlham Əliyev tərəfində uğurla davam etdirilən daxili və xarici siyasət çağdaş dönəmdə də dünya mətbuatının diqqəi mərkəzindədir.

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının
    Mətbuat xidmətinin rəhbəri,
    Azərbaycan Jurnalistlər Birliyinin üzvü
    Bakı şəhəri.13 oktyabr 2016-cı il.

  • Kənan AYDINOĞLU.”Bəlkə səni axtardım”

    1902788_614529541965133_896121757_n

    Bəlkə səni axtardım,
    Qızların sırasında.
    Deyəsən, qocalıram,
    Bu ömrün yarısında.

    Gözüm qalmayıb fikrin,
    Ağında, qarasında.
    Gör ki, itib-qalmışam,
    Dünyanın harasında?!

    Bir insan qanı gördüm,
    Mən ömrün yarasında.
    Qayğıya bürünmüşəm,
    Şeirin arasında

  • Əziz MUSA.Yeni şeirlər

    em

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru,
    Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

    BOYNUNU BÜKMƏ

    Sən kədərli olanda bənövşələr üşüyür,
    Günəş saralıb, solur, əsən mehlər töyşüyür,
    Ruhum canımdan küsür, ürəyimə xal düşür,
    Gülüm, boynunu bükmə, sənə kədər yaraşmır.

    Ana deyib ağlayan , körpə bir uşaq kimi,
    Budağından ayrılan, yşıl bir yarpaq kimi,
    Barını şaxta vuran, qəmli bir budaq kimi,
    Gülüm, boynunu bükmə, sənə kədər yaraşmır.

    Şehdə-suda islanan bir nazlı sümbül kimi,
    Meh əsəndə titrəyən bir ətirli şeh kimi,
    Ahı göyə ucalan, bir şeyda bülbül kimi,
    Gülüm boynunu bükmə, sənə kədər yaraşmır.

    Sən kədərli olanda qəlbim, gözüm ağlayır,
    Duman tutur yolumu, çən gözümü bağlayır,
    Həsrət odlu sinəmi çalın-çarpaz dağlarır,
    Gülüm boynunu bükmə, sənə kədər yaraşmır.

    DÜNYA

    Hər çəkininin tərəzisi, daşı var,
    Hər üzüyün qiyməti var, qaşı var
    Şirinimə acı qatır naşılar,
    Gözəlliyə nəğmə qoşa bilmirəm.

    Vaxt ötdükcə məni oda salırsan,
    Gah mənə dost, gah da yağı olursan,
    Verdiyini hər gün geri alırsan,
    Haqq işinə mən qarışa bilmirəm.

    İşığını qaranlıqla boğursan,
    Selə dönüb gözlərimdən axırsan,
    Dərd gələndə söylə hara baxırsan,
    Dərd-qəm ilə mən yarışa bilmirəm.

    Niyə başa keçirirsən haqsızı,
    Qar, yağışla sınayırsan sən yazı,
    Aramızdan axıdırsan Arazı,
    Bu hasarı vallah aşa bilmirəm.

    Əziz Musa haqqı danmaz heç zaman,
    Neyləsin ki, nahaqqındı bu meydan,
    Ayaq açıb yeriyirsə şər, yalan,
    Dünya, sənlə mən barışa bilmirəm.

  • Abdulla MƏMMƏD.Yeni şeirlər

    abdullamuellim

    GƏL SÖYLƏMƏ NAĞIL MƏNƏ!

    Baxışlarım buludlanıb,
    Gözümün qanı qaralıb.
    Dərd üstümə qanadlanıb,
    Sözümün canı qaralıb.

    Yazımda selə dönməyən
    Gözləmə-gələ dünənin.
    Payızda gülə dönməyən,
    Gözündən ələ dünəni.

    Gəl,söyləmə nağıl mənə,
    Tərifləmə yağını,yar.
    Yağı verməz ağıl mənə,
    Dost çıxartsa ağını,yar.

    Yumruq boyda bir ürəkdə,
    İki sevgi necə sığar?..
    Nərgiz qoxulu çiçək də
    Həsrətinə gecə sıxar.

    Göz yaşı-payız yağışı
    Muncuqlar yar yanağında.
    Yol çəkər qəlbin baxışı
    Öpüb susqun dodağından.

    Qüssəyəm başdan ayağa,
    Gözüm tək bəxtim qaralıb.
    Yar verib məni ayağa,
    Güvən dağımı qar alıb.

    Hər çiçəkdə şeh ağlayar,
    Ləçək-ləçək gülər dərdim.
    Qapını gecə bağla,yar,
    Birdən qonaq gələr dərdim…

    Azərbaycan.Quba.
    17.01.2017.

    GƏL SÖYLƏMƏ NAĞIL MƏNƏ!

    Baxışlarım buludlanıb,
    Gözümün qanı qaralıb.
    Dərd üstümə qanadlanıb,
    Sözümün canı qaralıb.

    Yazımda selə dönməyən
    Gözləmə-gələ dünənin.
    Payızda gülə dönməyən,
    Gözündən ələ dünəni.

    Gəl,söyləmə nağıl mənə,
    Tərifləmə yağını,yar.
    Yağı verməz ağıl mənə,
    Dost çıxartsa ağını,yar.

    Yumruq boyda bir ürəkdə,
    İki sevgi necə sığar?..
    Nərgiz qoxulu çiçək də
    Həsrətinə gecə sıxar.

    Göz yaşı-payız yağışı
    Muncuqlar yar yanağında.
    Yol çəkər qəlbin baxışı
    Öpüb susqun dodağından.

    Qüssəyəm başdan ayağa,
    Gözüm tək bəxtim qaralıb.
    Yar verib məni ayağa,
    Güvən dağımı qar alıb.

    Hər çiçəkdə şeh ağlayar,
    Ləçək-ləçək gülər dərdim.
    Qapını gecə bağla,yar,
    Birdən qonaq gələr dərdim…

    Azərbaycan.Quba.
    17.01.2017.