Blog

  • Qiyas HƏMİD.Şeirlər

    AMAN KƏKLİK

    Aman kəklik, qəmli ötmə bu yerdə
    Yazılmayan çox varağım var mənim.
    Vətəndən gen bir gülüm də göyərməz
    Vətən adlı bir sorağım var mənim.

    Ayrı salma qəmi qəmdən gəl bir də,
    Bitməz daha solan çiçək, gül bir də.
    Durularmı yaşdan olan göl bir də?
    Qan ağlayan çox bulağım var mənim!

    Çox qəlbləri yandırmasın bu yazı,
    Dərdin qəlbdə olmaz dərin-dayazı
    Vətəndən gen sanma şair Qiyası,
    Gendə yaman qocalmağım var mənim.

    ZAMAN BİR BAŞQADIR, GÜMAN BİR BAŞQA

    Deyirlər təzədən doğulur insan,
    Gözündə nə bulud, nə duman, nə çən.
    Təzədən doğulmaq məqamı gəlsə,
    Gəlmək istəmərəm bu dünyaya mən.

    Zaman bir başqadır, güman bir başqa,
    Ürəkdə yer tapan ocaq, yer başqa.
    Həyata gəlməyin adı başqadır,
    Həyatdan getməyin adı bir başqa.

    Allah, salamına gəlmişəm sənin,
    Görən bu dünyanın ardı vardımı?
    Göz yaşı tökməklə yara bitsəydi,
    Adəm iki yüz il ağlayardımı.

    Dünyanın söz vaxtı çəkilib daha,
    Barışmaq çətindir ömür-gün ilə.
    Dünyaya aldanır hələ adamlar, –
    Dünyanı aldadan olmayıb hələ?!

    HƏYAT VURUŞ, SAVAŞDIR

    Məni qınamasın dostlar, tanışlar,
    Vallah bu həyata alışammıram.
    Bu bir üzü gecə, bir üzü gündüz,
    Dünyayla heç cür mən barışammıram!

    Axı yazılmayan kədər yükünü,
    Bir qəlbdə nə qədər daşımaq olar?
    Nə qədər hər günü arzu-ümidlə,
    Qarşılamaq olar, yaşamaq olar?!

    Yox, yox həyat başdan vuruş, savaşdır,
    Onda sən zarafat etmə yaş ilə?
    Gözüm görə-görə qocalıramsa,
    Mənə ürək-dirək vermək yerinə,
    Siz Allah, deməyin cavanam hələ!?

    Siz Allah, deməyin irəlidədir,
    Xoş günüm, xoş ayım hələ çox yerdə.
    Əllini bu yana keçəndə bildim,
    Dünyaya ən böyük gələn var nədir?
    Dünyadan ən böyük gedən var bir də!

    SƏNİ NECƏ SEVİM

    Həyatım illərin oldu əsiri,
    Ömrümü kaş yolda qıran olmasın.
    Mən hara gedirəm üzüm danlanır,
    Mən hardan keçim ki, görən olmasın.

    Külək də hayandan əsdi bilmirəm,
    Könlüm də yamanca doldu bu axşam.
    Gözümün yaşını gizlədəmmirəm,
    Gözümün yaşı da yoldu bu axşam!

    Qəmim də əvvəlki qəmə bənzəmir,
    Gəzirəm mən elə könlü yaralı.
    Məni gah ağladır, gah güldürürsən
    Səni necə sevim səndən aralı?!

  • Qaratel AZƏRİ.Yeni şeirlər

    SEVDİYİM

    Gələn bəlli, gedənləri say görüm,
    Dərdi versə, dost əlindən pay görüm,
    Namərd olsam, öz canımdan vay görüm,
    Mərd sözü de sözüm üstə, sevdiyim.

    Özgə dilə, şirin sözə aldanma,
    Düz baxmırsa, qaçan gözə aldanma,
    Yola düşüb, saxta izə aldanma,
    İzini qoy izim üstə, sevdiyim.

    Qor bağlayan ürəyindən köz gətir,
    Sevirsənsə, şair kimi söz gətir,
    Əhd bağlayaq, çörək gətir, duz gətir,
    Öpüm qoyum gözüm üstə, sevdiyim.

    Bağça varsa, bəhər olsun, bar olsun,
    Sözün düzsə, el-aləmə car olsun,
    Qaratelə etibarın var olsun,
    Başını qoy dizim üstə, sevdiyim.
    Sən nə desən gözüm üstə, sevdiyim.
    22.04.2015

    GÖZƏ GƏLDİK

    Bənzəyirdin gül üstə bülbülə sən,
    Mən gül idim, gülə nəğmə deyən sən.
    Yoxsa gözə gəldik, bəd nəzərə tən,
    Ay bəxtimin heç bitməyən dastanı?!

    Hər gün sənin həsrətini çəkmişəm,
    Qara saça bəyaz qarı səpmişəm,
    Aşiqlikdə Züleyxanı keçmişəm,
    Ay bəxtimin heç bitməyən dastanı!

    Qarateləm, köç edirəm, biləsən,
    Kor oluram, gözümdəki gilə sən,
    Karvan gedir, sorağıma gələsən,
    Ay bəxtimin heç bitməyən dastanı!
    03.05.2014

    QOVUŞDUR BİZİ

    Dəli ürək, niyə sevdin, əzildin,
    Ayrı düşdün, çox ağladın, döz indi.
    Umacağın bircə kəlmə söz idi,
    Sevindirsin giryan olan gözləri.

    Sevdiyindən haqsızlığı görəndə,
    Ucuzlaşır yaşadığın ömür də,
    Nə yaxşı ki, ağlım hələ yerində,
    Qaldı məndə, demədim çox sözləri.

    Qadir Allah, adil oldun həmişə,
    Rəva görmə sevgim ondan gen düşə,
    Çəkə bilməm yenə nisgil, əndişə,
    Ürəyindən ərit soyuq buzları,
    Yalvarıram, barışdır ulduzları.
    28.06.2015

    SÖZÜN OLSUN

    Sevgi zarafat deyil ki,
    Onunla oyun oynama.
    Dedim sevgimə əyil ki?
    Şoran suyutək qaynama.

    Ağzından çıxan sözlərin,
    Ancaq özünü öyməkdir.
    Döyənək olub dizlərin,
    Peşən dizinə döyməkdir.

    Aldanma dünya halına,
    Ruhu gözəl qəlbin olsun.
    Dünya dost olmur zalıma,
    Zalıma dağ sözün olsun,
    Haqqı görən gözün olsun.
    28.02.2015

  • Qiyas HƏMİD.Şeirlər

    MƏN SƏNDƏN DƏRDLİYƏM DÜNYA

    Ürəyimdə qalan sözlərim yazıq,
    Həmişə yol çəkən gözlərim yazıq.
    Yağışda islanan izlərim yazıq,
    Mən səndən, mən səndən dərdliyəm, dünya.

    Göylər işıqlaşar gün böyüdükcə,
    Dağlar qəribsəyər, çən böyüdükcə,
    Ömür-gün qısalar mən böyüdükcə,
    Mən səndən, mən səndən dərdliyəm, dünya.

    Qəm səni tutubsa, qal ayrıcında,
    Ayların, illərin ol ayrıcında,
    Durmuşam bir ömrün yol ayrıcında,
    Mən səndən, mən səndən dərdliyəm, dünya.

    SƏN DEMƏ

    Məni qərib görüb payız axşamı,
    Çiynimin üstünə qonar yarpaqlar.
    İsitmək istərəm onları bir-bir,
    Gözündən od alıb yanar yarpaqlar.

    Budaqdan ayrılıb uçan hər yarpaq,
    Yuvası dağılmış quşa bənzəyir.
    Ovcumu tutmuşam quş yuvasıtək,
    Yarpaqlar ovcuma qonurlar bir-bir.

    Bu payız axşamı kövrəlib bir an,
    Şirin xəyalıma qapıllam bir də.
    Yarpaq da insana həyan olarmış,
    Sən demə, həyatda qəribsəyəndə.

    ÜRƏK AĞRIMASA

    Ürək ağrımasa, könül yanmasa
    Gözlər göz yaşıyla dolası deyil.
    Nə qədər torpağı istəsək də biz,
    Yenə də göz üstə qalası deyil.

    Torpaq çörəkdən də irəli gəlib,
    Çörəyə, torpağa çıxmayaq şərik.
    Çörəyi yarıya bölə bilsək də,
    Torpağı yarıya bölə bilmərik.

    Torpaq anamızdır əzəldən bizim,
    Onun havası da birdi, suyu da.
    Elə bir olubdu onunçün hər vaxt
    Günəşdən nur alan övladları da.

    ATAM DEYİR

    Ata bir ağacdır,
    Övladları –
    Budaqları.
    Ata bir ocaqdır,
    Nəfəsinin istisi
    Əridər birdən-birə
    40 dərəcə soyuqda
    Sıxılmış, donan qarı…
    Babam on övlad böyüdüb,
    Biri mənim atamdı.
    Atam deyir:
    -Baban sözlə deməzdi,
    Ürəyindən keçəni.
    Hər axşam
    Süfrəyə qoyulardı
    Əllərinin qabarı.

    BİR DAMLA İŞIQ TƏK

    Bu gecə yuxumda babamı gördüm,
    Baxıb gözlərimə halımı sordu.
    Onun gözlərinə baxa bilmədim,
    İlahi, gözləri necə nurluydu?!

    Tutub əllərindən öpmək istədim,
    Gözüm yolda qaldı, qulağım səsdə.
    Babam əllərindən qoymadı öpəm,
    Məni saxlasa da əlləri üstə.

    Dedi, əziz nəvəm, qəlbini sıxma,
    Ruhum yanındadır onsuz bil ki, sən.
    Əlimi öpməyə qoymasamda mən,
    Məni tapşırdığın torpağı öpsən,
    Elə əllərimi öpmüş kimisən.

    …Ayıldım, gözlərim yaş ilə doldu,
    Hər damla işıqtək göründü, keçdi.
    Babam dünyasına can tapşıranda,
    Mənim oğul kimi yurdunda qoydu,
    Özü ata kimi yurdundan köçdü.

    O yuxu ən şirin bir yuxu kimi,
    Qəlbimin ən dərin qatında bitib.
    Mənim bu dünyada atam olsa da,
    Məni bu dünyada babam böyüdüb!

    09.02.1997

  • Rahilə DÖVRAN.Yeni şeirlər

    rahileanam

    Şairə-jurnalist-publisist
    Azərbaycan Yazıçılar Birliyinin üzvü,
    “Qızıl qələm” media mükafatı laureatı,

    SEVİMLİ DOSTLAR ! UŞAQLARI UNUTMAYAQ!

    XORUZ İLİMİZ

    Neçə vaxtdır yol gəlir,
    Yürüyür, gah dinçəlir.
    Dimdiyilə qar dəlir,
    Yeni Xoruz ilimiz.

    Dayanmışıq üz- üzə,
    Arzu, dilək təp- təzə.
    Səfa gətirsin bizə,
    Yeni Xoruz ilimiz.

    Silsin dumanın, çənin,
    Açsın zəfər yelkənin.
    Şanı olsun ölkənin,
    Yeni Xoruz ilimiz.

    Hərbin işin bitirsin,
    Qan- qadanı itirsin.
    Dövrana sülh gətirsin,
    Yeni Xoruz ilimiz…

    TƏRK ETDİN

    “Sonetlərim” – silsiləsindən

    Tərk etdin qəlb evim tamam boşaldı,
    Bənzədi boş qalmış quş yuvasına.
    İncə duyğularım yiyəsiz qaldı,
    Köhləndi əhvalım qəm havasına.

    İşgəncə,əzabdır yaşamaq sənsiz,
    Gözümü qapatsam,səni görürəm.
    Kabusum tənhalıq,ömür düzənsiz,
    Sevgisiz,sevdasız,həyat sürürəm.

    Həsrətin özündən vəfalı çıxıb,
    Bütün xəyalları devirib,yıxıb.
    Mənə həmdəm olub,sən gedən gündən.

    Hisslərim yuxulu,hisslərim ürkək,
    Hər addım səsinə çırpınır ürək.
    Xilas olmaq üçün hicran yükündən.

    DƏMİR YOLLARI

    Naxçıvan- Bakı Azərbaycan dəmir yolları 28 ildir ki, bağlıdır. Naxçıvan- Təbriz- Tehran- Məşhəd qatarının yola salınması münasibəti ilə bağlı qapılarımızın açılması arzusu ilə…

    Azğın qasırğalar kükrəyib, əsib,
    Lənət çənbəritək yolunu kəsib.
    Bağlanıb yurdumun dəmir yolları,
    Namərdcə kəsilib polad qolları.

    Susub qatarların ritmik nəğməsi,
    Sükuta qərq olub nəşəsi, səsi.
    Lal olub,kişnəmir dəmir kəhərlər,
    Oxumur nəğməsin metal təkərlər.

    Bu nəbzi kəsibdir daşnak qayçısı,
    Qafqazın dığası, xain “hay”çısı.
    Illərlə giribdir min dondan-dona,
    Xalqımız yer verib qoynunda ona.

    Qara niyyətlərin gizli saxlayıb,
    Şirin xülyalara ümid bağlayıb.
    Arxalı köpəktək qıcırıb dişin,
    Saman altından o , görüb öz işin.

    Qanlı çəpər olub bu ulu yurda,
    Sanır ki, Naxçıvan qalacaq darda.
    Eşitsin o, zalım, rəzil qəsbikar,
    Bu yurdun, bu elin Ər yiyəsi var.

    Olsa da qapalı dəmir yolları,
    Namusdur, qeyrətdir sərvəti, varı.
    Pak qəlbi sevgiylə,hünərlə dolu,
    Kəhkəşan yoludur bu xalqın yolu.

    YENİ İLİNİZ MÜBARƏK DOSTLAR !

    XOŞ GƏLDİ YENİ İL

    Budur – sıfırlanır saatın mili,
    Səslənir son ilin əlvida zili.
    Dostlar, qarşılayaq mübarək ili,
    Süzün badələri, hamısı dolsun,
    Xoş gəldi yeni il, – mübarək olsun!

    Özüynən xoş günlər, səfa gətirsin,
    Özüynən sağlamlıq, şəfa gətirsin.
    Xoşbəxtlik, səadət, vəfa gətirsin,
    Arzular, istəklər, diləklər gülsün,
    Xoş gəldi yeni il, – mübarək olsun!

    Hər üzdən, çöhrədən təbəssüm yağır,
    Yurdumda olmasın, kimsə qan- bağır.
    Hökm etsin il boyu, eldə çal- çağır,
    Ən gözəl il kimi, yaddaşda qalsın,
    Xoş gəldi yeni il, – mübarək olsun!

    Dövranın dərgaha çatsın duası,
    Yağıdan alınsın, xalqın qisası.
    El- obam geyinsin zəfər libası,
    Mənfur, asi düşmən yurddan qovulsun,
    Xoş gəldi yeni il, – mübarək olsun!

  • Dünya azərbaycanlılarına

    Əziz həmvətənlər!

    Hörmətli soydaşlar!

    31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü bütün soydaşlarımızın mənəvi birliyinin rəmzi kimi hər il geniş qeyd olunur. Bu sevimli bayram ərəfəsində sizi ürəkdən salamlayır, hamınıza xoşbəxtlik və əmin-amanlıq arzulayıram.

    Ümummilli lider Heydər Əliyevin nəsihətlərinə əməl edən Azərbaycan dövləti başqa ölkələrdə məskunlaşmış həmvətənlərimizin taleyinə diqqətlə yanaşır, onların hüquqlarının qorunmasına, milli-mənəvi birlik ideyaları ətrafında təşkilatlanması məsələsinə xüsusi əhəmiyyət verir. Təqdirəlayiq haldır ki, xarici ölkələrdə yaşayan soydaşlarımız da Azərbaycan Respublikası ilə əlaqələrini gücləndirir, doğma Vətənə məhəbbət və sədaqət nümayiş etdirirlər. 2016-cı ilin iyununda Bakıda keçirilmiş Dünya Azərbaycanlılarının IV Qurultayı xaricdə yaşayan həmvətənlərimiz arasında birliyin daha da möhkəmləndirilməsi, diaspor təşkilatlarının fəaliyyətinin genişləndirilməsi yolunda mühüm hadisə oldu. Şübhə yoxdur ki, soydaşlarımız qurultayın qarşıya qoyduğu vəzifələrin yerinə yetirilməsi istiqamətində əzmlə çalışacaq, öz qüvvə və bacarıqlarını əsirgəməyəcəklər.

    Qürur hissi ilə qeyd edirəm ki, bu ilin oktyabrında Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirmi beş ili tamam olmuşdur. Ötən dövr ərzində yaradılmış iqtisadi potensial, nail olduğumuz sosial tərəqqi və ictimai-siyasi sabitlik dünyada hələ də davam edən qlobal maliyyə-iqtisadi böhranın təsirlərini azaltmağa, ölkəmizi risklərdən qorumağa imkan verir.

    Cəmiyyətimizin inkişaf səviyyəsini bu il sentyabrın 26-da keçirilmiş Konstitusiyaya dəyişikliklərlə bağlı referendum bir daha bariz şəkildə göstərdi. Azərbaycan vətəndaşları yüksək siyasi yetkinlik nümayiş etdirərək, dövlətimizin möhkəmlənməsinə, insan hüquq və azadlıqlarının qorunmasına yeni imkanlar açan həmin dəyişikliklərə səs verdilər.

    İnanıram ki, bütün soydaşlarımızın əlbir fəaliyyəti, doğma Azərbaycan torpağına sarsılmaz sədaqəti gücümüzü daha da artıracaq, inkişafımıza əngəl törədən yeganə ağrılı problemi – Ermənistanın hərbi təcavüzünü tezliklə aradan qaldırmağa, ölkəmizin ərazi bütövlüyünü bərpa etməyə imkan yaradacaq. Bu ilin aprel ayında Ermənistanın hərbi təxribatı nəticəsində cəbhədə baş vermiş hadisələr zamanı Azərbaycan Silahlı Qüvvələri düşmənin məkrli niyyətlərinin qarşısını qətiyyətlə aldı və torpaqlarımızı istənilən an işğaldan azad etməyə hazır olduğunu sübut etdi.

    Azərbaycanın haqlı mövqeyi getdikcə beynəlxalq ictimaiyyətin daha çox dəstəyini qazanır. Ölkəmizin mədəniyyətlərarası dialoqun təşviqinə və qlobal humanitar problemlərin həllinə verdiyi töhfələr, multikultural dəyərlərə hörməti və tolerantlıq ənənələri xalqımıza dünyada dərin rəğbət oyatmışdır.

    Hazırda Azərbaycan Respublikası öz inkişafının çox məsuliyyətli bir dövrünə qədəm qoymuşdur. Biz Vətənimizin çiçəklənməsi, qüdrətinin artırılması və suverenliyinin möhkəmləndirilməsi məqsədilə qarşımıza böyük vəzifələr qoymuşuq. Həmin vəzifələrin həlli üçün bütün həmvətənlərimiz, o cümlədən xaricdə yaşayan soydaşlarımız sıx birləşməli, harada yaşamalarından asılı olmayaraq, milli maraqlarımızı qətiyyətlə qorumalı, anti-Azərbaycan dairələrin təxribatçı əməllərinə qarşı prinsipial mübarizə aparmalıdırlar.

    Sizi Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə səmimi qəlbdən təbrik edir, hər birinizə səadət, firavanlıq və bütün işlərinizdə uğurlar diləyirəm.

    İlham Əliyev
    Azərbaycan Respublikasının Prezidenti
    Bakı şəhəri, 24 dekabr 2016-cı il.

    Mənbə: president.az

  • Sumqayıt mədəniyyət müəssisələrində silsilə bayram tədbirləri keçirilib

    Sumqayıt şəhər mədəniyyət müəssisələrində 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə silsilə tədbirlər keçirilib.
    Q.Qarayev adına Uşaq musiqi məktəbində keçirilən tədbirdə bayram əhval ruhiyyəli və vətənpərvərlik ruhunda oxunan mahnılar, müxtəlif musiqi alətlərində ifalar və rəqslər dinləyicilər tərəfindən maraqla qarşılanıb.
    F.Əmirov adına uşaq musiqi məktəbində skripkaçılar ansanblının ifasında “Jingle Bells” (Zınqırovlar), böyük və kiçik xor qruplarının ifasında V.Mustafazadənin “Yollar”, M.Vəkilovun “Ey Azərbaycanım” mahnıları, fotepianoda Fidan Şirinovanın ifasında R.Şumanın “Şaxta Baba” və Nəzrin Abdullayevanın fortepianoda müşayiəti ilə tarda Məhəmməd Abdullayevin ifasında Əmirovun “Qatar” və s. əsərləri ifa olunub.
    S.Rüstəmov adına uşaq incəsənət məktəbində keçirilən tədbirdə məktəbin orkestri, böyük və kiçik xoru , “Cəsur şahinlər” rəqs ansamblı, skripkaçalanlar və nağaraçalanlar ansamblı, fortepiano və xalq çalğı alətləri şöbəsi şagirdlərinin ifasında maraqlı əsərlər səslənib.
    S.Vurğun adına Mərkəzi kitabxananın Uşaq şöbəsində Yeni ilin gəlişi ilə əlaqədar ” Qış baba gəlib, sizə payı var…” adlı tədbir keçirilib. Tədbirdə balaça oxucuların ifasında şeirlər, mahnılar dinlənilib.
    C.Cabbarlı adına mədəniyyət evi Sumqayıt Dövlət Rəsm Qalereyasında təşkil etdiyi tədbirdə mədəniyyət evində fəaliyyət göstərən rus icması iştirak edib. Qonaqlar yeni il süfrəsində rus mətbəxindən nümunələr nümayiş etdiriblər. Tədbirdə mədəniyyət evinin “Turan” rəqs qrupunun üzvlərinin ifasında Azərbaycan milli rəqsləri izlənilib.
    C.Cabbarlı adına mədəniyyət evi daha bir tədbiri Nizami Gəncəvi adına kitbaxana klubla birgə təşkil edib. Tədbirdə hər iki mədəniyyət müəssisənin rəsm dərnəyi üzvlərinin əl işlərindən ibarət sərgi təşkil olunub, bayram atributlarının iştirakı ilə uşaqlar üçün maraqlı, əyləncəli şoular nümayiş olunub.
    N.Nərimanov adına mədəniyyət mərkəzində də bayram şənliyi keçirilib. Şənlikdə nağıl qəhrəmanlarının və yeni il personajlarının çıxışı balacalar tərəfindən maraqla qarşılanıb. Tədbirin sonunda uşaqlara bayram hədiyyələri paylanılıb.
    Şəhər Mədəniyyət Evinin təşkil etdiyi bayram tədbirində rəqs kursunun dinləyicilərinin ifasında müxtəlif rəqslər və şeirlər, gənc müqənnilər Sevda Akkaya və Aqil Quliyevin ifadında rənqarənq mahnılar tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb. Şaxta baba və Qar qızın iştirakı, Tilsim şounun, klounlar Maşa və Ayının çıxışı tədbiri daha da rövnəqləndirib.
    Qeyd edək ki, Şəhər mədəniyyət Evində daha bir bayram şənliyi keçiriləcək. Şənlikdə “Narbala” kukla tetarının ifasında uşaqlar üçün tamaşa göstəriləcək, maraqlı, əyləncəli şoular nümayiş olunacaq.

    Sumqayıt şəhər Mədəniyyət və Turizm İdarəsinin Mətbuat xidməti

  • Şagirdlərin bilik və bacarıqlarının önə çıxarılması

    Fəal təlim metodlari ilə keçirilən dərslər ənənəvi dərslərdən bir çox üstünlükləri ilə fərqlənir. Belə dərslərdən biri də Sumqayıt şəhər 14 saylı tam orta məktəbin ibtidai sinif müəllimi Sədayə Həmidovanın 3 d sinfinin şagirdləri ilə Azərbaycan dili fənnindən “İsim” mövzusunda hazirladığı açıq dərsdir.
    Dərsin ilk dəqiqələrində şagirdlər qonaqları salamladılar. Müəllim şagirdlərdə biliyi, məntiqi, şifahi nitq mədəniyyətini, ana dilimizə məhəbbəti, bacarığı inkişaf etdirmək məqsədilə dərsin motivasiyasını olduqca maraqlı şəkildə qurdu. Məqsəd əsas nitq hissəsi olan isim haqqında bilik, bacarıq və vərdişləri aşılamaq, tək və cəm isimlərin yaranma yolunu izah etmək, ümumi və xüsusi isimləri bir-birindən ayırmaq, mürəkkəb isimləri ayırd edə bilmək, gözlə görünməyən varlıqları ayırmaq, Azərbaycan dilinə aid terminləri tanımaq idi.
    Müəllim şagirdlərə ilk olaraq tədqiqat sualı ilə müraciət etdi: Ətrafımızda hansı varlıqlar var? Biz bütün varlıqları gözlə görə bilirikmi? Sagirdlər müxtəlif versiyalarla sualları cavablandırdılar. Cavablar dinlənildikdən sonra sinif 3 qrupa ayrıldı. Hər qrupa işi və rəqəmləri paylanıldı. Qruplar tədqiqata başladı. Müxtəlif faktlar, axtarışlar qrupların arasında müzakirə olundu. Araşdırılmalardan nəticə çıxarıldıqdan sonra yaradıcı tətbiqetməyə başlanıldı. Hazırlanmış işləri sinif qarşısında qrupların liderləri təqdim etdi. İşin nəticələri qiymətləndirmə tablolarında öz əksini tapdı.
    Dərsin ikinci mərhələsində hər qrup üçün ayrıca tablolar ayrıldı. Qruplara aşağıdakı tapşırıqlar verıldi:
    1-ci qrupunun işi: Varlıqlara sözlər qoşaraq söz birləşmələri yaratmaq.
    2-ci qrupunun işi: Cəm səklində işlənmiş sözlərin tələffüzünü yazmaq (bir cür deyilib, başqa cür tələffüz olunan sözlər).
    3-cü qrupunun işi: Ümumı isımlərdən xüsusi isim yaratmaq.
    Qruplardakı şagirdlər bir-birini əsəz edərək lövhəyə çıxdi və hərə növbəti sözü yazdı. İşlər tamamlandıqdan sonra təqdimat olundu. Hər qrupun düz və səhv işləri araşdırıldıqdan sonra təqdimat əsasında qiymətləndirmə aparıldı və cədvələ qeyd olundu.
    Hər üç qrup lövhədə asılmış sözlərdən mürəkkəb sözlər düzəltdilər (bitişik, ayrı və defislə yazılan mürəkkəb sözlər). Qruplara bir neçə dəqiqə fıkırləşmək üçün vaxt verildi. Şagirdlərin cavabları dinlənildi və kollektivin ümumi fikri əsasında nəticələr əldə edildi. Tapşıırığın icrası zamanı uşaqların fikri dərslikdəki tapşırıq 4-ə yönəldildi: Burada defislə bir mürəkkəb söz yazılıb. Müəllim soruşur: Sizin yaratdığınız, məsələn, “gecə-gündüz“ ilə “kasıb-kusub” sözünün arasında nə fərq var? Cavablar dinlənildi. Şagirdlər defislə yazılan bu cür mürəkkəb sözlərin 2-ci tərəfinin bəzən ayrılıqda heç bir məna bildirmədiyini və müstəqil işlənə biıməməsini önə çəkdilər. Mürəkkəb sözlərin içərisində qış, şaxta və s. sözlər olduğu üçün müəllim hansı fəslin olduğunu, əlamətlərini, neçə ay sürdüyünü soruşdu, həyat bilgisi fənninə inteqrasiya edildi. Musiqi dərsində öyrəndikləri “Yeni il” mahnısı oxundu. Qarşıdan daha hansı bayramların gəldiyi soruşuldu. Cavab belə oldu: Dünya Azərbaycanlılarının Həmrəylik günü.
    Üçüncü mərhələdə kollektıv iş tapşırıldı. Lövhədə qoyulmuş bir tablonun üzərində müəllimin çəkdiyi şam ağacı var. Şagirdlər həmin tabloya öz əlavələrini etdilər. Hər şagird tabloda öz təsəvvürü əsasında fikirərini əks etdirdi. Tabloda keçirilən mövzu ilə bağlı gözəl bir qış mənzərəsi canlandı.
    Alınan nəticələrdən məlum oldu ki, varlığın adını bildirən sözlər isim adlanir. Gözlə görünən və görünməyən varlıqlar var. Varlıqlar tək və cəm olur. Ümumi və xüsusi olur. Sadə, düzəltmə və mürəkkəb olur. Mürəkkəb isimlər üç cür yazıla bilir: bitişik, defislə, ayrı.
    Sonda şagirdlər meyarlar cədvəli əsasında qiymətləndirildi və qalib komanda elan edildi. Fəal və bacarıqlı şagirdlər elan edildikdən sonra onların gündəliklərinə qeydlər olundu.
    Açiq dərs zamanı oxu, həyat bilgisi, musiqi, təsviri incəsənət dərslərinə inteqrasiya, İKT avadanlıqlarından istifadə, qruplarla iş, iş vərəqləri, slaydlar, iş vərəqlərindən istifadə dərsin əsasını təşkil etdi. Dərsdə məkəbin derektoru bir qrup ibtıdai sinif müəllimi və ayrı-ayrı fənn müəllimləri iştirak etdilər. Dərsin rəngarəngliyi, şagirdlərin fəallığı, əyani vəsaitlərin qeyri-adi gözəlliyi, iştirakçılara xoş, yeni il əhval-ruhiyyəsi bəxş etdi.
    Məktəbin direktoru Xanım Həsənova şagirdlərin bilik və bacarıqlarının önə çıxarılması istiqamətində görülən işlərin təhsilimizə verilən ən böyük töhfə olduğunu vurğulayaraq sinif müəllimi Sədayə Həmidovanın açıq dərsini, eyni zamanda fəaliyyətini xüsusilə qiymətləndirdi.

    Nisə Qədirova

  • “Azərbaycan onun bizə əmanətidir”

    İnsan mənafeyi etibar, cəsarət, qürur, iftixar və digər bu kimi ülvi hisslər ilə formalaşır. Xoşbəxt o xalqdır, o cəmiyyətdir ki, öz içərisindən həmin hissləri yaşaya biləcəyi şəxsiyyətləri yetişdirmiş olsun. Bu baxımdan zamanın bütün sınaqlarından çıxmış və həyatın hər üzünü görmüş Azərbaycan xalqı sözün həqiqi mənasında xoşbəxt xalqdır. Çünki əgər biz bu gün iftixar hissi ilə danışa biləcəyimiz şəxsiyyət varsa bu da Azərbaycan xalqının tarixi qələbəsi, xoşbəxtliyidir. Öz ölkəsinin dar günündə ona sahib çıxa bilən, xalqını, millətini, dövlətini çətin durumdan xilas etmək üçün heç bir təhlükədən çəkinməyən insanlara qəhrəman, tarixi lider deyilər. Xalqımız zaman-zaman öz tarixi şəxsiyyətləri ilə fəxr etmişdir. Onların yaratdığı irsə böyük ehtiramla yanaşır. Müasir Azərbaycan dövlətinin memarı və qurucusu, dövlətin müstəqilliyi, inkişafı naminə böyük və əvəzedilməz işlər görmüş, Heydər Əliyev hər zaman fəxr edəcəyimiz, qürur duyacağımız dahi şəxsiyyətdir. Heydər Əliyev xalqına, millətinə yüksək səviyyədə xidmət etmiş, torpaqlarımızın bütövlüyü uğrunda fədakarlıqla çalışmış, dövlətimizin inkişafı, demokratiyasının genişləndirilməsi xalqın rifah halının daha da yaxşılaşdırılması istiqamətində bütün lazımı tədbirləri həyata keçirmişdir. Çətin, keçməkeçli və bir o qədər də şərəfli tarixi yollar keçmiş Azərbaycan xalqı öz tarixi xilaskarını, fədakar liderini məhz ən çətin günlərində tapdı. Elə həmin məqamlardan da xalq-prezident birliyi, sədaqəti, intizamı formalaşdı. Azərbaycançılıq ideyaları, Milli mental dəyərlərin möhkəmləndirilməsi istiqamətində ciddi irəliləyişlər əldə edildi. Xalqın istəyi ilə 1993-cü ilin 9 iyununda siyasi hakimiyyətə qayıdan Heydər Əliyev qətiyyət və bacarıqla vətəndaş müharibəsinin qarşısını aldı. Bu ondan irəli gəlirdi ki, artıq xalq inam bəsləyəcəyi, etibar edəcəyi bir lider tapmışdı. İnam və etibar sayəsində sabitlik əldə edildi. İyulun 15-də isə Ulu öndər Azərbaycan Respublikasının ali Sovetinin sədri seçildi. Bu tarixi hadisə Respublikamızın müstəqillik həyatında yeni bir başlanğıc oldu. Ulu öndərin 1993-cü ilin oktyabrında dövlət başçısı seçilməsi ilə Müstəqil Azərbaycan dövlətinin hüquqi və siyasi-iqtisadi suverenliyinin təmin olunması prosesi daha da sürətləndi. 1993-2003-cü illər müasir Azərbaycanın tarixində Sosial-iqtisadi yüksəliş dövrü kimi yazıldı. Genişmiqyaslı islahatların aparılması, iqtisadi inkişafın sürətləndirilməsi, tez bir zamanda bazar iqtisadiyyatına keçid ölkəmizin inkişafını sürətləndirdi. Dövlət idarəçiliyi mexanizmi yenidən yaradıldı, nizami ordu quruldu, tədricən ölkəmiz dünya birliyində öz layiqli yerini tutdu. Azərbaycan regionun ən nüfuzlu dövlətinə çevrilərək böyük beynəlxalq nüfuz qazandı. Mətbuat və söz azadlığı, azad vətəndaş cəmiyyəti formalaşdı. Ulu öndər Heydər Əliyev bu gün cismən aramızda olmasa da, onun ideyaları cəmiyyətin daim yeniləşməsində, Müstəqil Azərbaycanın daha da müasirləşməsində və qüdrətlənməsində aparıcı qüvvədir. Biz cəmiyyət olaraq onun ideyaları əsasında öz milli şüurumuzu bərpa etmişik. Ümummilli Liderin müdrik siyasəti bu gün də mükəmməl şəkildə davam etdirilir. Məhz bu siyasi kurs Azərbaycana yeni-yeni nəaliyyətlər, uğurlar gətirir. Bunun nəticəsi olaraq ötən 23 ildə Azərbaycan yalnız region deyil, həmçinin Avropanın da siyasi cəhətdən ən sabit ölkəsinə çevrilmişdir. Beynəlxalq aləmdə yüksək nüfuz qazanmışdır. İqtisadi inkişaf tempinə görə dünyada lider ölkələr sırasına daxil olmuşdur. Respublikamızın ümumbəşəri dəyərlərə istinad edən mütərəqqi inkişafı, demokratikləşmə, insan hüquq və azadlıqlarının təminatı sahəsində ciddi uğurları göz önündədir.
    Azərbaycan BMT-nin Təhlükəsizlik Şurasına sədrlik etməsi, kosmos ölkəsinə çevrilməsi siyasi, mədəni, iqtisadi sahələrdə dünya ölkələri arasında uğurlar qazanması, 2015-ci ildə İlk Avropa oyunlarına, sonra İslam həmrəylik oyunlarına, Şahmat olimpiadasına və gələcəkdə futbol yarışlarına ev sahibliyi etmək kimi yüksək səviyyəli beynəlxalq layihələrə imza atması sübut edir ki, dövlətimiz davamlı və dinamik inkişafa nail olmuşdur. Bu gün hər bir vətəndaşın qəlbində milli iftixar hissi və ölkəmizin işıqlı gələcəyinə dərin inam hissi kimi ülvi duyğular dərin kök atmışdır. Mövcud vəziyyət bunu deməyə əsas verir ki, Azərbaycan xalqı isə özünün firavan gələcəyinin təminatçısı olan bu siyasətə daim sadiq qalacaqdır. Biz də cəmiyyət olaraq öz üzərimizə düşən işləri, öz vətəndaşlıq borcumuzu layiqincə yerinə yetirməliyik. Dövlətimizin inkişafı naminə gərəkən hər bir zəhmətə qatlaşmalıyıq. Vətəndaş olaraq hər birimiz Möhtərəm cənab prezidentimiz ilham Əliyev cənablarının ətrafında sıx birləşməli, səylə çalışmalıyıq ki, dövlətimiz günü-gündən inkişaf etsin, bütün dünyaya nümunə göstərilsin. Bu bizim həm vətəndaşlıq borcumuzdur, həmçinin də ulu öndər Heydər Əliyevin müqəddəs ruhu qarşısında olan vacib borcumuzdur. Çünki müasir Azərbaycan Heydər Əliyevin xalqımıza miras qoyduğu ən dəyərli əmanətdir.

    Ziba Məmmədova,
    Ağsu rayon Kəndoba kənd tam orta məktəbinin Biologiya müəllimi

  • Elnarə GÜNƏŞ.”Şaxta babaya məktub…”

    Elnarə GÜNƏŞ,
    Gündəlik Analitik İnformasiya Agentliyinin
    İsmayıllı şəhəri üzrə xüsusi müxbiri,
    Azərbaycan Jurnalistlər Birliyinin üzvü.

    Şaxta baba kimdir, insanlar ona nə üçün bu qədər maraqlıdırlar? Çoxlarımız uşaq ikən bircə dəfə də olsa Şaxta babaya məktub yazmışıq. Bəs Şaxta babaya göstərilən bu etimad, sayğı nədən qaynaqlanır. Niyə uşaqlar onun mütləq bu məktuba cavab verəcəyinə ümid bəsləyirlər? Doğrudanmı Şaxta baba uşaqlara bayram axşamlarında hədiyyələr çatdırır? Bu kimi suallar məni çoxdandır düşündürürdü. Elə bu səbəbdən də kiçik bir yazı işləməyi qərara aldım. İnsanın yaşından asılı olmayaraq bəzən hansısa nağıllara inanmaq kimi ehtiyacları olur. Dünyanın bütün problemlərini unutmaq üçün bəzən hansısa nağıllara inanmalı, gözəl anları, gözəl məqamları yaşamalıyıq. Elə Şaxta baba məsələsi də həmin ehtiyaclardan biridir. Bütün dünyanın qəbul etdiyi Yeni ilin bayramını Şaxta babasız təsəvvür etmək olmur. Bütün bayramların öz atributları olduğu kimi Şaxta baba və öz əsasını rus folklorundan götürmüş “Qar qızı” da Yeni ilin milli atributudur.
    Şaxta Babanın dünyanın müxtəlif ölkələrində fərqli adları var. Yeni İl Bayramını, körpələrin öz doğma babalarından belə çox sevdikləri Şaxta babasız təsəvvür etmək mümkün deyil. Saç-saqqalı tamam ağ, başında qardan papaq olan bu mehriban obrazın yaranma tarixi əsrlərin dərinliyinə gedib çıxır və onunla bağlı ta qədimdən bəri yaranan əfsanə və rəvayətlər zaman keçdikcə dəyişikliklərə uğrayaraq şəkildən şəklə düşüb. Hazırda dünyada qeyd olunan “Yeni il” bayramının bir çox ənənələri
    Miladdan qaynaqlandığı üçün Şaxta baba-Santa Klaus obrazının əsli də xristian dünyasında axtarılır.
    Bu günkü Türkiyə Cümhuriyyətinin Muğla(Demre) vilayətinin Patara şəhərində Santa Klaus kilsəsi mövcuddur. Patara antik dövrdə mövcüd olmuş Hiziya dövlətinin şəhərlərindən biridir. Nikolas adlı bu keşiş 3-cü əsrin axırlarında Patara şəhərində varlı tacir ailəsində anadan olmuşdur. Orta yaşlarında rahib Nikolas Patara şəhərinin baş keşişi seçilmişdi. Əfsanəyə görə həmin şəhərdə kasıb bir kişinin 3 qızı vardı. Bu qızlar cehiz üçün pul tapa bilmirdilər. Keşiş Nikolas bundan xəbər tutub bir gecə gizlincə bu qızların evinə gəlir. Pəncərədən və bacadan evə qızlar üçün pul kisəsi atır. Qızların cehiz pulu düzəlir. O gündən xristianlar maddi problemi olanlara müqəddəs Nikolasın kömək edəcəyinə inanırlar.
    Keşiş Nikolas öləndən sonra onun qəbri milyonlar ümid yeri olmuşdur. Nikolas 343-cü ildə 65 yaşında vəfat etmişdir. 1087-ci ildə müsəlman türklər Patara və Mura şəhərlərini fəth etmişdilər. Bundan sonra xristian tacirlər bir gecə gizlicə keşiş Nikolasın qəbrini açmış, sümüklərini oğurlayaraq, Barı adasına aparmışdılar. Xristian dünyasında Şaxta baba Müqəddəs Nikolay kimi tanınır.. Avropalı mühacirlərlə Birləşmiş Ştatlaradək gedib çıxan Müqəddəs Nikolay burada artıq Santa Klausa çevrilib.
    Ölkəmizdə də hər Yeni ilin gəlişi ilə barabər küçələrdə qırmızı əbalı, üzlərinə uzun ağ saqqal qoyan “Şaxta babaları” da görürük. Cəmiyyətimizin yaşca ən kiçik nümayəndələri olan uşaqlar, məhz bu “Şaxta babanın” gəlişini çox səbirsizliklə gözləyirlər.
    Dünyanın hər yerində bütün insanlar Yeni ili eyni ümidlərlə – xoş möcüzələr, yeni uğurlar, xoşbəxtlik arzusuyla gözləyirlər. İnşallah ki, yeni il də məhz elə bu xoş arzularla qədəm qoyar. Dünyamız dinclik olar.
    Dünya xalqlarının fərqli vaxtlarda keçirdiyi Yeni il şənlikləri qədim Misirdən qaynaqlanan məhsul bayramı ilə bağlıdır. Yeni il şənliklərinə hər xalq öz əlavələrini edib. Şaxta babaya hər il dünyada yaşayan milyonlarla uşaq məktub yazır. Həmin məktublardan biri də elə bu yaxınlarda mənə rast gəlib. Məktubu birinci sinif şagirdi yazıb.
    – “Salam şaxta baba mən Qasımova Ruhəngiz Rusan qızı İsmayıllı rayonunda yaşayıram. Hər yeni il gəldiyində qardaşım Elgiz və mən sənin gəlişinə çox sevinir, səni görmək üçün səbirsizləşirik. Biz səni çox istəyirik, hər il ən xoş arzularımızı ifadə edən məktublar yazır, səndən arzuladığımız hədiyyələri gözləyirik. Ümid edirəm ki, bu ilki məktubumuzu mütləq oxuyacaq, və yeni ildə gəldiyin zaman bizə bol-bol hədiyyələr gətirəcəksən. Bilirsən ən çox bizi sevindirəcək hədiyyə nə ola bilər? Sən bu yeni ildə Dağlıq Qarabağımıza azadlıq gətir. Düşmənlərimizin işğal etdikləri torpaqlarımızı işğaldan azad elə. Bu sənin bizə edə biləcəyin ən böyük bayram hədiyyəsi ola bilər. Müəlliməmiz bizə öyrədib ki, Vətən sevgisi dünyanın ən ülvi sevgi hissidir. Vətənin azadlığı insanların azadlığı deməkdir. Həm də eşitmişəm ki, Qarabağ çox gözəldir. Mən də oraları gəzib, görmək istəyirəm.”
    Məktubu gördüyümdə çox kövrəldim. Kaş ki, bu uşağın arzuları tezliklə çin olaydı. Deyirlər uşaqların duası daha tez eşidilir. İnşallah ki, Ruhəngizin bu yeni il arzusunu Ulu Tanrı tezliklə gerçəkləşdirər. Amin! Əziz oxucular, qarşıdan gələn 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl bayramlarınız mübarək!

  • Esat ERBİL.”Canan Melis Bayraktarı Yakından Tanıyalım”

    Melis Hanım ( Canan Melis BAYRAKTAR ) Subay bir ailenin kızı olarak Ankarada 15 Ocak 1961 tarihinde dünyaya göz açmıştır, Anne tarafı ise tümü subaylar, bu nedenlede kendisi sıkı bir disiplin içersinde büyümüştür. İlk, orta ve liseyi bitirdikten sonra, İzmir Ticaret Lisesinden mezun olmuştur. Bundan sonra kendi isteği üzre 3 yılık ” Cleopatra güzellik okulunda ” okuyarak Estetik bıranşından mezun olmuştur.
    Böylece kendine özgü güzellik salonu açarak çalışmaya başlamıştır. Evlenmekten sonra eşiniçok sevdiği için ve onun isteği üzere salonu kapatıp ve Sanat, Şiire ağırlık vermiştir. Diye biliriz ki ( 15 ) seneden beri kendisi ( Özel Korolarda ) çalışmaktadır.
    1973 yılından buyana şiir yazmaya başladı, Edebiyat hayatı ona Hayat öyküsünden bir çok dersler ve hikayeler olarak etkilenip böylece ağ kağıtları güzel şiirlerle süslemiştir. Şiirleri çoğu hayat macaralarından ve gerçekleri yazmıştır. Babasını kaybettikten sonra hayatında bir çok acı olaylarla rastlanıp ve bunları hepsi yazdığı şiirlerde uzmanca yansıtmıştır. Bu yazdığı şiiri örnek olarak göstermekteyiz ve onun çektiği elem, sıkıntı ve yanlız yaşam mücadelesi veren bir kadın olarak çok açık göstermektedir ( Tabii evlenmekten önceki hayatı çok sarsılı ve hüzünlü ama evlendikten sonra en mutlu bir eş olarak evlendiği kişiyle mutluluğu elde etmiştir ) :

    BİR TEK SANA KÜSTÜREMEDİLER

    Hani daha ufacik bir çocukken
    Nasıl yürümem gerektiğini göstermiştin ya
    Hala, hala desteğim sensin babam
    Sesin daha dün gibi kulaklarımda
    Önce hanım olacaksın demiştin hayat yollarında..
    Hep seni dinledim
    Işığım oldun bu zalim devranda..
    Zalim dedim de..
    Biliyormusun
    Biliyormusun insanlar dedigin kadar iyi degillermiş.
    Çok kötüymüş..
    Çok zalimmiş be babam..
    Çok zalimmiş..
    Kanatlarına tutunmak isterdim..
    Beni bırakma diye.. Sen gittin ya..
    Sen gittin ya.
    Akbaba misali sardılar dört bir yanımı
    Herşey, herkes tüm sevgiler yalanmış.
    Sahteymiş bu kokuşmuş dünyada..
    Yine beni sen yürüttün
    Vakur, dimdik, bir çınar gibi..
    Kaldım aralarında…
    Seni cok özlüyorum babam.. çok özlüyorum.. Yokluğunda beni üzeceklerini bilsen
    Bırakmazdın, gitmezdin..
    Kimbilir belki beni de alırdın.. alırdın değil mi?
    Güvendiğin dağlar karlıymış bilemedin
    Yokluğunu beklerlermiş meğerse
    Haykırmak için yüzüme..
    Eller dile geldi söyledi.. söyledi de.
    Canım dediklerimden duysam bu kadar üzülmezdim belki de..
    Hala bir umut..ufacık bir umut
    Yalan söylediler değil mi babam
    Yalan de ne olur..
    Bari rüyamda yalan de..
    Senin küçük kızınım hala biliyorum..
    Olsun desinler.. desinler be babam..
    Tufanlar kopsa yıkamaz gönül bağımızı..
    Kanadım kırık uçamazdım belki de
    Sevginle sarmasaydın dört bir yanımı..
    Dünyaya küstürdüler..
    Bir tek sana küstüremediler..
    Küçük kızın seni çok özlüyor
    Bir tek sana küstüremediler babam..
    Bir tek sana küstüremediler..
    Küstüremediler..
    Evlenmeden önce hayatın cilvesini çekerken ve mutluluğun ne olduğunu tatmadan hayata küsüp öz elemleri ile baş başa kalıp, kimse ona yardım eli uzatmadan hayat mücadelesine tek başına çıkıp savaşa devam etmiştir, bir tek eşi harıç, Tüm bu olaylarda Canan’a çok destek oldu.. ve her zaman da yanında durdu..
    İnsan tek başına kalınca ve en yakınlarından ihmal ve hisabini etmezken nasıl bir yaşamda olmasını kimse anlamaz bir tek onu yanlızlığı yaşıyanlardan başka,Mutluluğu evlenmekten sonra bulan Canan Hanım hayatın ne olup olmadığını şiire dökerek ne güzel ifade etmiştir bakınız bir başka şiirinde babasına seslenerek baba sevgisinden uzak kalan, ona çağrıda bulunup ve babasız kaldığında neler hiss ettiğini ne güzel anlatmaktadır :
    GEL BABAM GEL
    Yalniz geldim dünyaya bir melek gibi
    Anilarda yaşanan esrarengiz bir giz gibi
    Hatirlamam hiç birini sanki düş gibi
    Yokluğun kabus oldu gel babam gel..
    Hayat basamağimda koruyanımdın
    Yapayalnız Sahipsiz elimden tutanımdın Okumadiğim hikayemde tek kahramanımdın Yokluğun kabus oldu gel babam gel..
    Önümde siper
    Yolumda Önder oldun
    Duyulmayan sözlerde tek cümle oldun
    Görülmez kalkandın Gönlünde sakladın
    Yokluğun kabus oldu gel babam gel..
    Bir can idim bin cana değer kıldın
    Canıma can damarıma kan kattın
    Ökseden aldin hayat verdin yaşattın
    Yokluğun kabus oldu gel babam gel. .
    Seni arıyor bu yaralı çocuk kalbim
    Tarumar oldu sensiz kaldı geçmişim
    Tuttuğun elim boş kaldi sensizim
    Yokluğun kabus oldu gel babam gel..
    Hasretim dağları bekliyor neredesin
    Kuşlara sordum hangi esen yeldesin
    Bulutlarda Gözlerim hiç yağmazmısın
    Yokluğun kabus oldu gel babam gel..
    Yokluğun.. yokluğun kabus oldu
    Ne olur ..ne olur ..ne olur
    Yine ağlama kızım de
    Varlığına hasretim. .Hasretim varlığına
    Gel babam gel..gel..

    Melis’enin şiirlerinin her bir satrı bir öyküyü ifade etmektedir, baba sevgisine hasret kalan, hayat özlemini yanlız çeken, ve her türlü saadet ve mutluluktan mahrum kalan ve tek başına bırakılan bir insan nasıl hayatta nasıl mücadele ettiğini çok net göstermektedir.
    Melis Hanımın şiirlerinde felsefe dolu anlam bütünlüğü görünmektedir, kendi hisslerini bir yazar ve şair olarak hayatını sanki bir sahnede rol oynayarak anlatmaktadır, şiirini okurken bu macaraları her kes kendi hayatı olarak hiss edilir, buda bir anlam verecek ki Melis Hanım hayatını ustaca ifade etmektedir ve onda bulunan kabiliyet şiirlerinde ap iyi ve açık göstermektedir :
    Ayna
    Ve perde kapanır
    Minik kuş
    Bir tek sana küstüremediler
    Öyle bir çiz ki beni
    Uğraşma benimle hayat
    Ağlamadım anne.
    Bir çok acı olaylarla karşı karşıya gelirken onu çok üzdü ama mücadeleye devam edip, hiç bir güc onun hayat yoluna devam etmeğe durduramadı.. Yasaklara engellere tahammülü olmayan Melise Hanım 1981 yilinda, bu yanlızlık içinde hayat ortağı ( İlhan Bayraktar )’ı bulup evlendiler, bu mutlu evlenmek neticesinin barı iki çocuk dünyaya getirdiler ( Batuhan erkek – Açelya kız ) isimlerinde ve bir torunu ( Alinda ) isminde vardır. Her iki çocuğuda üniversite mezunudurlar . Şimdide ailesiyle mutluluk içinde İzmirde yaşamını sürdiriyor.
    Canan Hanıma sorduğumuz sıralarda sence hayat ve yaşam ne demektir? Kendisi kısaca bu yanıtı verdi :
    ” şiirler anlatılamayan duyguların kelimelerle raksederek dışa aktarımıdır bence…. Edebiyatı ve sanatı hayatımın her alanında sevdim.. lakin okul yıllarımda engellendim..bir kitap çalışmam da var.. şimdilik bekleme de.. Hayatım boyu söylemeyi sevdiğim ve güç aldığım bir söz vardır.. Haya,uğraşma benimle .. Beni yenemezsin .. Ben senden daha güçlüyüm .. Bak hayat yine ben kazandım.Bu sözüleri zaman zaman şiirlerimde de kullanmıştır..” .
    Duygusal olmakla birlikte mantıkla davranir Melise Hanım .. Kendi gururuna düşkün ve şiirlerine de pek yansıtır duygularını :
    BEN DEĞİLİM
    Dönüpte özlemle bakma ardına
    Bıraktığın yerde bil ki değilim .
    Gün gelir de yanarsan kara bahtına
    Kor olmuş közünde bil ki değilim .
    Aşık olup sazını çalarsan birgün
    Vurduğun telinde sen de değilim .
    Islıkla adımı name yaparsan hergün
    Notasında sözünde yaren değilim .
    Yalan sevdalara tuzak kursanda.
    Öksedeki garip kuş ben değilim.
    Dönüp gelsen her gün sazın çalsanda
    Name yaptığın köy ben hiç değilim..
    Yürüdüğüm yollara bahtın düşerse
    Kaderini yazan kalem ben değilim.
    Mehtap yoldaş olunca şu gönlüme
    Karanlıkta kaybolan ben değilim.
    Yitik sevdana ağlıyorsun şimdi.
    Yüreği dağlanan ben değilim
    Gittiğin gün kurudu toprağın
    Okyanusta boğulan ben değilim..
    Demişsin ki uğrunda öleceğim.
    Aldanıp üzülecek ben değilim..
    Aşkımla ömrün bir gün son bulsa da
    Kabrinde ağlayacak ben değilim
    Gördün ya a canım gördünya artık
    Dertlere saldın biçare ben değilim
    Bir zamanlar sevildim sandım amma
    Şimdi yanıp kavrulan ben değilim..
    Sensin.. Sensin.. Sensin…
    Melise Hanımın içinde aşırı bir Vatan ve Millet sevgisi vardır, bu sevgiyi hiç saklamadan şiirlerinde açık göstermektedir. İşte Toprak aşkı Vatan sevgisi, Şehit veren canları anarak hiçte unutmamış onlar her biri bir kanla çizdikleri şeref destanını şiirlerinde göstermektedir :
    Yine şehitler verdik ..
    Yine canlar yandı ..
    Ne diyoruz ..
    ( Başımız Sağolsun )
    Yani ne diyoruz ..
    Bana dokunmayan yılan bin yaşasın ..
    Başımız Sağolsun demekle bunu diyoruz Farkındamısınız ..
    Ateş nasılsa düştüğü yeri yakıyor .. Bize ne değil mi? … Bizim başımız sağolsun ..
    .
    .
    Ben diyorum ki .. Bu duruma .. Savaş mı çıktı da haberiniz yok .. Ne yoluna gidiyor insanlarımız .. Haydi hep birlikte şahlanalım .. Vatan sağolsun ….
    Söylediğimiz gibi ilk önce güzellik salonu açtı sonradan ailesi ile mutluluk içinde salonu kapadıp Tiyatro, Şiir, Müzik ve spor alanlarında iyi ve güzel yıllar hizmet göstermiştir ve şimdi İzmir Şairler ve Bestekarlar Derneğinin yönetim kurulunda üye ve Sayman görevini yapmaktadır. Son olarak Canan dokuz yıl basketbol oynamış, ve şimdi de ” İzmir Sporda ” lisanslı basketbolcudur, son olarak söylemeye değer ki Canan Hanım 15 yıldır özel ” TSM ” korolarında çalışmasını sürdürmektedir.
    Bu arada Canan Hanımdan hayatıyla ilgili sorduğumuzda böyle yanıt verdi :
    “Minik bir şey açıklayacağım .. Hayatımda gizli yönleri ve gerçeği öğrendikten sonra çok araştırdım ilgili kişiyi buldum rol teklifleri aldım.. bu benim özel hayatımdı perdeye yansımasını istemedim. Hayatımı sinema yada dizi yapmak istediler.. benim oynamamıda teklif ettiler, ama ben kabul etmedim. Ve hayatımın acı detayına girmek istemedim . ”
    Son Olarak Canan çok güzel şiirler yazmıştır her iki türde hece hemde Serbest, araştırmamızı bir hece vezinli şiiriyle bitirmek istiyorum. Ve Canan Melis Hanıma özel hayatında mutlu ve saadet dolu bir yaşam geçirmesini can ve gönülden diliyorum :

    DÖN DERSEM BİR DAHA
    Mutlumusun şimdi kaldığın handa
    Dön dersem bir daha namerdim sana
    Hasretinle tükendim şu cihanda
    Dön dersem bir daha namerdim sana..
    Anladım ki gülmeyecek bu yüzüm
    Biliyorum yare geçmiyor sözüm
    Sönmüş yüreğinde aşk geçmiş közüm
    Dön dersem bir daha namerdim sana..
    Güftesiydin yar aşk şarkılarımın
    Bestesiydin ölmez duygularımın
    Vazgeçilmeziydin alın yazımın
    Dön dersem bir daha namerdim sana
    Anladım ki gönlünde kalmamış külüm
    Fırlatıp atılmış kurumuş gülüm
    Yırtılmış resimlerim solmuş yüzüm
    Dön dersem bir daha namerdim sana
    İntizarım yok tüm sitemim bana
    Nasıl kandım sana inandım aşka
    Severken son buldu musalla taşta
    Dön dersem bir daha namerdim sana..

    Esat ERBİL’İN sevgi ve saygısıyla Canan Melis Hanıma Mutlu Yaşam diliyoruz.

  • Şəhla VAHİD.Yeni şeirlər

    \

    SAXLA DÜŞÜM

    Saxla, zaman qatarını,
    Tanrım, burda saxla, düşüm.
    Anam ilə birgə sən də,
    Taleyimə ağla, düşüm.

    Qurdun alaçıq ömrümü,
    Dərdlərə açıq ömrümü.
    Bu yarı uçuq ömrümü,
    Uçur, bür-bük, bağla, düşüm.

    Orda ruhum, burda cismim,
    Qalar intizarda cismim.
    Qalmasın məzarda cismim,
    Yer kürəsi, laxla, düşüm.

    DEYiL

    Üfürmə kül ürəyimə,
    Onsuz da közərən deyil.
    Az get, az gəl ürəyimə,
    Qırılan düzələn deyil.

    Nə sən Allah, nə bəndən mən,
    Qaçdım o sənli gündən mən.
    Nə məndən sən, nə səndən mən,
    Nə bizdən biz olan deyil.

    Ağrıdım bu arzulardan,
    Yaramdakı sızılardan.
    Qırıq-qırıq yazılardan,
    Ömrümə iz olan deyil.

    HAZIRDI

    Hardasa vaxt arasında,
    Məhəbbət payın hazırdı.
    Səninlə bəxt arasında,
    Qurulub oyun, hazırdı.

    İl belə ötür, yüz ildi,
    Gümanlar itir yüz ildi.
    Qamışlar bitir yüz ildi,
    Ölçüyə boyun hazırdı.

    Üz tutdun uçuq göylərə,
    Duan alaçıq göylərə.
    Əllərin açıq göylərə,
    Gözündə suyun hazırdı.

    Görünmür odu sadəcə,
    Əzabdı dadı sadəcə,
    Məzardı adı sadəcə,
    Qazılıb quyun, hazırdı.

    BiR SƏS ELƏ

    Bir səs elə, geri dönüm,
    İzin yox, izin içində.
    Hər gün üzünü gəzirəm,
    Yüzlərlə üzün içində.

    Sənə yürüdüyüm yollar,
    Baxıb kiridiyim yollar,
    Yandı, yeridiyim yollar,
    Yeridim közün içində.

    Qəlbinə yar idi qəlbim,
    Həsrətdən yarıdı qəlbim.
    Eləcə qarıdı qəlbim,
    Bu qədər sözün içində.

    BU YER ÜZÜNDƏN

    Xoşbəxtliyin özü düşə izinə,
    Qəlbinin sevinci çıxa üzünə.
    Bəxtəvər deyəsən özün-özünə,
    Xoş olub gedəsən bu yer üzündən.

    Qara fikirləri atıb başından,
    Dost-tanışı çıxardasan huşundan.
    Hər nə varsa,siləsən yaddaşından,
    Boş olub gedəsən bu yer üzündən.

    Sayılıb,seçilib saya düşəsən,
    Həyatda ən gözəl paya düşəsən.
    Götürüb atalar Aya düşəsən,
    Daş olub gedəsən bu yer üzündən.

    HƏR ŞEY AĞ RƏNGDƏDi

    Bürünüb qar dənəsinə,
    gəlin köçür təbiət.
    Titrəyə-titrəyə gözləyir torpaq.
    Vağzalını xatırladır,
    soyuq küləyin səsi.
    Bu gün hər şey ağ rəngdədi,
    Ağ vüsal, ağ məhəbbət.
    Şahiddi bu nikaha,
    Dağlar, düzlər, yamaclar…
    Qol qaldırıb oynayır,
    ağ paltarlı ağaclar…

    ONUN SAÇLARI RƏNGiNDƏ

    Tamı dəyişib yuxumun,
    Yatanda da acı dadır.
    Gözümə dəyib qayıdır,
    Yuxu da məni aldadır.
    Arzularım, ümidlərim,
    Onun saçları rəngində.

    Sanki hər fəsildə “O” var,
    Qarın rəngi, gülün ətri,
    Lap yaz da ona oxşayır.
    Nəfəsi yayın istisi,
    Payızda ona oxşayır,
    Onun saçları rəngində.

    Bu yeriyən, bu yüyürən,
    Özüm boyda külüm, Allah.
    Heç olmasa xoşbəxt ölüm,
    İstədiyim rəngdə olsun,
    Göndərdiyin ölüm, Allah,
    Onun saçları rəngində.

  • Əliağa KÜRÇAYLI.Şeirlər

    eks

    İstanbullu Kamal
    Londonun tən ortasında,
    Pikadello meydanında
    İstanbullu göygöz Kamal
    Əyləşibdir dükanında.

    O, bir funta aldığını
    Bir funt əlli pensə satır.
    Tiyanında atəş açan
    Qovurduğu şabalıddır.

    -Nə vaxt gəldin?
    -Dörd sənədir.
    -Niyə gəldin?
    -Çörək… para…
    Yüz “thank you” söyləyirəm
    Mən şabalıd alanlara.

    -Evlisənmi?
    -Əvət, əvət,
    Mən evliyəm, çoçuq, qarı.
    Şabalıdla saxlayıram
    Bu yad eldə mən onları.

    -Vətən yada düşürmü heç?
    -Qovruluram şabalıdtək…
    -Yurda nə vaxt qayıdarsan?
    -Tanrı bilər… Görək, görək…

    Türkiyədə qovurmağa
    Şabalıdmı tapılmayır?
    – Mən ki, belə söyləmədim,
    Şabalıq var… Hayır…Hayır…

    – Sənə yasaq etmişdilər
    Orda alıb qovurmağı?
    Kamal susdu. Başa düşdü
    Kinayəni, bu danlağı.

    Bir cinayət eləmiştək
    Gözlərini yerə dikdi,
    Sonra beş-on şabalıdı
    Bir kağıza alıb bükdü.

    – Götür!.. – dedi.
    – Ver, “Thank you!”
    İngiliscə dedim mən də.
    O rəng verdi, o rəng aldı
    Mən bu sözü söyləyəndə.

    – Yox, danış öz lisanında.
    Mən bu dilə tamarzıyam
    Bənzəri var türk dilinə.
    Mən məmnunam, mən razıyam…
    Sən gedərsən bugün, sabah,
    Mən qalaram burda fəqət.
    O göy gözlər dumanlanır,
    Anlayıram nədir qürbət…

    … Londonun tən ortasında,
    Pikadello meydanında
    Şabalıdla bir qovrulur
    Kamal
    həsrət tiyanında.

    KƏNARDAN BAX ÖZÜNƏ
    Saçlarını ağartmış həqiqət var cahanda:
    “Sifət aydın görünməz üz-üzə dayananda.”
    İnsanlar öz yurdunun keçmişini ananda,
    Bu günüyçün övladtək alışanda, yananda –
    Kənardan bax özünə.

    Azərbaycan ölkəsi! Dünya görmüş məmləkət,
    Əzəl eşqi həqiqət, saflıq, düzlük, sədaqət.
    Müsafiri məhəbbət, andı namusla qeyrət.
    Bir gün bəyaz süfrətək ləkələnsə bu xislət –
    Kənardan bax özünə.

    Vətən böyük – şəhəri, məhəlləsi, kəndi var,
    Məhəlləni vətənə döndərənlər indi var.
    Fikrində hər küçəyə çəkir min sədd, min divar.
    Onlar desə: el üçün öldü yoxdur, döndü var –
    Kənardan bax özünə.

    Həyat yollarındadır sınıqlıq da, zəfər də,
    Müsafirdir bizimlə sevinc də, qəm-kədər də,
    Qarşıda düz yol da var, qorxulu döngələr də.
    Onunçun bir uğurlu, bir uğursuz səhərdə
    Kənardan bax özünə.

    Öz qınını kəsməmiş heç vaxt qılınc tiyəsi,
    Ləyaqəti, nöqsanı düşündürsün hər kəsi,
    Haçan, harda oxunsa Sabirin “Fəxriyyə”si
    Sən xəcalət çəkərək dinləməsən bu səsi –
    Kənardan bax özünə.

    Tale iki üzlüdür – biri ağ, biri qara,
    İki möhür də vurur bir elli torpaqlara.
    Desələr ömrünü ver, sağalacaq bu yara,
    Bu vaxt sına özünü, çəkil bir az kənara,
    Kənardan bax özünə.

  • Kamran MURQUZOV.”Heydər Əliyev və yeni nəsil Azərbaycan gəncliyi”

    10730926_708473925888118_1815156677351752954_n

    Son zamanlar dövri mətbuatda yeni nəsil Azərbaycan gəncliyinin nümayəndələrinin yazıları istər mətbu orqanlarda, istərsə də elektron orqanlarda yayınlanaraq facebook və twitter kimi dünyanın ən nəhəng sosial şəbəkələrində ictimaiyyət nümayəndələrinin nəzərinə çatdırılır.
    Bununla da, Çağdaş Azərbaycan ədəbiyyatının tərkib hissəsi olan yeni nəsil Azərbaycan gəncliyinin nümayəndələrinin əsərlərinin təbliği, müasir ədəbi prosesə cəlb edilməsi, dünyanın müxtəlif dillərinə tərcümə olunması, ölkənin hüdudlarından kənarda da müxtəlif mədəniyyət və ədəbiyyat yönümlü mətbu orqanlarda yayımlanmasını təşkil etmək Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı, Azərbaycan xalqının ümummilli lideri, ictimai-siyasi xadim, Azərbaycan dövlətçilik ənənələrinin qorunub saxlanması və inkişaf etdirilməsi üçün Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında 1992-ci ilin noyabr ayının 21-də Yeni Azərbaycan Partiyasının əsası qoyan, uzaqgörən siyasəti ilə dünya ölkələrinin liderlərinin diqqətini cəlb etməyə müəssər olan Heydər Əlirza oğlu Əliyev
    hakimiyyətdə olduğu dönəmdə istedadlı gənc yazarların dövlət tərəfindən diqqət və qayğı ilə əhatə olunması üçün məqsədyönlü tədbirlər planı hazırlayıb, həyata keçirilməsini təmin etmək məqsədilə dövlət əhəmiyyətli sərəncamlar imzalayıb.
    Məhz Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdikdən sonra Ümummilli lider Heydər Əliyevin hakimiyyəti dönəmində yeni nəsil Azərbaycan gəncliyinin nümayəndələrinə qarşı dövlət tərəfindən diqqət və qayğı artdı, yaşadıqları rayon təşkilatları, xüsusilə də Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin idarələri üzrə qeydiyyata alınması, ədəbi-bədii nümunələrinə ədəbi yönümdən qiymət verilməsini və üzv qəbul edilməsini təmin etmək məqsədilə ədəbi birliklərin şöbələri fəaliyyətə başlaması yeni bir uğurlu daxili və xarici siyasətin başlanğıcı oldu.
    Yeni nəsil Azərbaycan gəncləiyinin nümayəndələrinə diqqət və qayğının göstərilməsi Azərbaycan Respublikasının Prezidenti, Heydər Əliyev Məktəbinin layiqli davamçısı cənab İlham Əliyevin diqqət mərkəzində saxladığı əsas və prioritet məsələlərdən biri kimi öz əhəmiyyətini qoruyub saxlaya bildi.Sonrakı illərdə imzaladığı müxtəlif sərəncamlar və fərmanlar mədəniyyət, ədəbiyyat, incəsənət xadimlərinə göstərilən diqqət və qayğının bariz nümunəsi oldu.Bu yönümdə 6 avqust 2007-ci il tarixində Azərbaycan Respublikası Prezidentinin Xüsusi Təqaüd Fondunun yaradılması haqqında imzaladığı fərman böyük əhəmiyyət kəsb edir.Çünki məhz həmin fərmana uyğun olaraq, yaşlı və yeni nəsil Azərbaycan gəncliyinin nümayəndələrinin mədəniyyət və ədəbiyyat sahəsindəki müstəsna xidmətləri nəzərə alınmaqla, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdünə layiq görülmələri uğurlu daxili və xarici siyasətin həyata keçiriliyini göstərən növbəti addım oldu.
    Azərbaycan Respublikasının müxtəlif bölgələrində, o cümlədən paytaxt Bakıda yaşayıb, ədəbi-bədii yaradıcılıqla məşğul olan yeni nəsil Azərbaycan gəncliyinin nümayəndələrinin əsərlərinə olan marağı artırmaq, əsərlərinin təbliğini təşkil etmək məqsədilə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Yazıçılar Birliyinin birgə təşkilatçılığı ilə “Gənc Ədiblər Məktəbi”nin fəaliyyətə başlaması, qısa zaman kəsiyində yüzlərlə müxtəlif yaş qruplarına məxsus istedadlı yazarları ətrafına toplamağa müəssər olması, Azərbaycan Yazıçılar Birliyinin aylıq ədəbi-bədii orqanları “Azərbaycan” və “Ulduz” jurnallarının Azərbaycanın dövlət büdcəsindən maliyyələşdirilməsi, redaksiya heyətinin peşəkarlığı ilə seçilən respublikanın ən ünlü yazarlarından təşkil olunması, yeni işıq üzü görən kitabların təqdimatının Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda keçirilməsi, həyata keçirilən layihələr çərçivəsində antologiyaların işıq üzü görməsi Prezident cənab İlham Əliyevin Azərbaycan gəncliyinə göstərdiyi sonsuz diqqət və qayğının təzahür forması öz silinməz izlərini yaddaşlarda qoydu.Azərbaycan Respublikasının Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun, Azərbaycan Respublikası Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Fondunun yaradılması və inkişaf etdirilməsi yönündə imzaladığı sərəncamların vaxtlı-vaxtında yerinə yetirilməsi isə gənclik siyasətinin əsas istiqamətlərindən birinin formalaşıb, başa çatdığını bir daha təsdiq etdi.
    Müxtəlif vaxtlarda adları çəkilən dövlət qurumları tərəfindən həyata keçirilən məqsədyönlü tədbirlər planına uyğun olaraq, yeni nəsil Azərbaycan gəncliyinin nümayəndələrinin əsərlərinin kütləvi şəkildə nəşrini təşkil etmək məqsədilə müxtəlif layihələr həyata keçirildi və həmin layihələr çərçivəsində yeni nəfis tərtibatda antologiyalar işıq üzü gördü.Sonradan həmin antologiyalarının təqdimat mərasimini yüksək səviyyədə təşkil etmək və kütləvi informasiya vasitələrinin nümayəndələrinin də həmin tədbirlərdə iştirakını təmin etmək məqsədilə Azərbaycanın dövlət büdcəsindən yardım ayrıldı.Beləliklə, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan “Dövlət gənclər siyasəti” çağdaş dönəmdə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı Heydər Əliyev siyasi məktəbinin layiqli davamçısı və yetirməsi cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməkdədir.

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının
    Mətbuat xidmətinin rəhbəri,
    Azərbaycan Jurnalistlər Birliyinin üzvü.
    Bakı şəhəri.11 noyabr 2015-ci il

  • Kənan AYDINOĞLU.”Ortasındayam”

    1902788_614529541965133_896121757_n

    Qüvvətsiz qoluma qüvvət verən o,
    Allahla “Quranın”ortasındayam.
    Ana tək qulağa layla deyən o,
    Allahla “Quranın” ortasındayam.

    Kafiri boynuma şər ata bilməz,
    Qaçsa da arxamca o çata bilməz,
    Söykənsəm Allaha heç bata bilməz,
    Allahla “Quranın” ortasındayam.

    Möminə heç zaman yetirməz xələl,
    Şirin gəlməz ona heç də cah-cələl,
    Tutduğu hər işi yazdırar əməl,
    Allahla ”Quranın” ortasındayam.

    Qoymaz ki,azım mən haqqın yolundan,
    Büdrəsəm hər zaman tutar qolumdan,
    Şeytanı qovar o sağdan, solumdan,
    Allahla “Quranın” ortasındayam.

    “Axirət günündə” bizi söylədər,
    Haqdan azmış olsaq, haqqa yönəldər,
    O, “Saleh” olmağı bizə öyrədər,
    Allahla “Quranın” ortasındayam.

    2008-ci il.

  • Şəhla RAMAZANQIZI.”Gizli xəstəlik” (Hekayə)

    Bu gün də adi günlərdən biridir. Axşamdan yağan şiddətlə yağan yağış sabaha doğru zəiflədi, tədricən kəsildi. Jalə həmişəki kimi bu gün də böyük həvəs və zövqlə işə getməyə hazırlaşır. Küləkli yağan yağış təmirə ehtiyac duyan işıq tellərini sıradan çıxarıb. Ona görə də işıq yanmır. Jalə tədbirli qızdır. O axşamdan işlərini qaydasına qoyur ki, sabah açılanda sürprizlərlə qarşılaşmasın.
    Saat 8 00 –da o evdən çıxdı və işə gəldi. Binanın qabağında iş yoldaşı ilə qarşılaşdı, birlikdə ofisə qalxdılar. Saat 9 –dur və hamı iş başındadır həmişə olduğu kimi. İşçilər qeydiyyat jurnalına qol çəkmək üçün bir yerə yığıdılar. Arada söhbət başladı. Ümumi ortamda gedən söhbətə hərə öz fikrini əlavə edirdi. Gənclərimizin psixoloji təsirlərə tez məruz qalmasından, məktəb psixloqlarının işinin zəifliyindən və s. Söhbət gəlib hal-hazırda bütün İslam dünyasının bəlası olan Vahabilik təliminə gəldikdə işçilərdən biri-Murad hamının tanıdığı gənc idmançı Elşadın və onunla birgə Suriyaya gedənlərin öldüyünü söylədi.
    Hamı susdu. İçində gənclərə ağladı. Elşad barəsində onu deyə bilərəm ki, o ağıllı, savadlı, işgüzar, yaxşı ata və yaxşı həyat yoldaşı kimi hamı tərəfindən tanınıb. O günə qədər ki, Suriyaya gedişini həyata keçirdi. Onun Suriayaya Vahabi olaraq döyüşə getdiyini eşidən hər kəs qınadı, sonra içdən onun üçün ağladı. Bəlkə də əslində o və onun kimilər gələcəkdə haraya gedəcəklərini, başlarına hansı müsibətlərin gələcəyini bilmədən dövrün mən deyərdim ki, ağ ölümü-narkotikdirsə, gizli xəstəliyi –Vəhabiliyə cəlb edilmişlər. Bərli-bəzəkli, cəlbedici sözlər, insanın aciz nəfsini əksər hallarda özünə qul edən pullarla son dəhşətə, fəlakətə aparan bir yola düşmək üçün bu sahədə maarifləndirmə işləri aparan “müəllimlər” şagirdlərini-qurbanlarını həyatada yaşayış səviyyəsinin aşağı olmasından narazılar sırasında axtarıb seçirlər.
    Elşad da yəqin ki, bədəncə güclüolmasına baxmayaraq, psixoloji cəhətdən ən zəiflərdən, acizlərdən biri imiş.
    Sabahını romantik bir ortamda qarşılayan Jalə, gününü acı xəbərlə davam etdirir. Elşadın ölümü hamı kimi onu da sarsıtdı. Ona görə yox ki, Elşad öldü. Daha dəhşətlisi orasındadır ki, o özüylə Suriyaya gedərkən ailəsini- oğlunu, qızını və yoldaşını da aparmışdı. Onun kimsəsiz, yad ölkədə iki övladla qalan qadınının halına acıdı Jalə. Bir an belə özünü o qadının yerində təsəvvür etməsi Jaləni dəhşətə bürüdü.
    Öz özünə səssizliyə qapanıb düşünməyə başladı və içində qəribə suallar baş qaldırmağa başladı. Ölüm ağırdır, amma əlacı olmayan dərddir.Hər kəs öz mənfəətini güdsə, onda insanlıq ölər. Niyə Suriyaya gedənlər yalnız özlərini düşünüb buna müvafiq hərəkət edirlər? Məgər onların qəlbi elə acımasız olur, daşlaşır ki, onlara həyat verən valideynlərini gözü yaşlı buraxırlar? Tnrının özü də “Müqəddəs Qurani-Kərim”-də buyurur ki, valideynlərinizi incitmədən, onlara sevgi verərək yaşasanız ən yaxşı savab əməl olarsınız. Dini bəhanə gətirərək qardaşın qardaşa silah qaldırması nə deməkdir? Məgər döyüşənlərin hər iki tərəfi müsəlman deyil? Hansı din deyir ki, apar ailəni yadların içinə burax? Oğlanlarını, qızlarını qardaşlarının qanına qıyanalarla bir yerdə yaşat?
    Elşad və elşadlar cihad adıyla vuruşub ölürlər. Bəs onların özləriylə apardıqları qadınlarını, qızlarını kimin ümidinə buraxırlar? Aclıq, səfalət, və daha müxtəlif əzabların baş alıb getdiyi bir ölkə yaxşıdır, yoxsa müstəqil, bolluq, sivil yaşam tərzi olan Azərbaycan?! Axı hamıya bəllidir ki, din uğrunda cihad müsəlman qanına susamaq demək deyil. Hamımız bilirik ki, ölkəmiz , xalqımız, milllətimiz bizim üçün daha doğma, daha əzizdir. Yurdumuzun yağı tapdağında, yurddaşlarımızın didərgin olduğu bir vaxtda elimizin oğlanları canını sataraq aldığı pul naminə yad bir ölkə üçün vuruşmalıdırmı?
    “Ana haqqı-Tanrı haqqı” deyib atalarımız. Övlad ona həyat verən, hər şeyin ilkini öyrədən, min bir əziyyətlə böyüdüb boya başa çatdıran valideynləriniövladsızlıa məhkum etməkləmi mükafatlandırmalıdır?! Bütün bu suallar içində az qala itib batan Jalə özündən qeyr-iradi gözlərinin yaşını saxlaya bilmədi. Ağladı gəncliyimizə… Kimsəsiz qalan qadın və azyaşlı körpələrə….
    Beləcə ömür kitabından bir gün də Jalə üçün acılı, həyat dərsi qazandıracaq səhifə kimi yaşanıb örtüldü.Sabah nə olacağını isə kimsə bilmir, Tanrıdan savayı. Çalışın “Gizli xəstəliyə” yoluxmayın. Analarınızın, atalarınızın ahıl çağlarında onların zəifləmiş gözlərini yaş içində buraxmayın. Vallahi-billahi valideynlərini ağladanı Tanrı da bağışlamaz. Ona görə də bu günümüzü ləyaqətlə yaşayaq ki, sabahımızın nur saçan günəşinə kölgə salmasın.
    05.09.2014

  • Fidan ABBASOVA.”Hər sabah günaydın deyərək bizə”

    Hər sabah günaydın deyərək bizə
    günəşdə eşikdən boylanır bu gün
    çəməndə lalələr əyilib dizə
    sanki qirmizi don geyib büsbütün..

    Qoxusu yayılır ətrafa inan
    sanki sənin ətrin sənin baxışın
    qəlbimə düşmüsən sevgilim yaman
    sanki doğma gəlir yenə bu qışım.

    Üşütmür qar məni, dumanda çəndə
    Sənin xəyalına qonaq gedirəm
    Elə bir hiss var ki, görürüəm səndə
    biganə deyilik məni sevirsən..

    Nə olar bu qışı birgə keçirək
    hər gecə bayrama ələnsin yenə
    eşqin şərbətini bizdə içərək
    Yeni il xoş gəldin mənim ömrümə..

    Sən mənim xəyalım, sən mənim özüm
    səni hər halınla sevəcəyəm mən
    Fidan bu dünyanı bir günlük düşün
    Bir gündə gələcək deyəcəyəm mən
    Sən mənim ürəyim gəl yenə deyim
    Sən mənim sevincim sən mənim sevgim…..

  • Mayisə ƏSƏDULLAQIZI.Yeni şeirlər

    mayisexanim

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    “İctimaiyyət və təhsil” qəzetinin təsisçisi və baş redaktoru,
    “Qızıl qələm” media mükafatı laureatı

    ƏNGƏRDƏ DAYANAN ƏSGƏR
    Oyanmışıq top səsinə,
    İgidlərin nərəsinə.
    Murov, Tülküdərəsində,
    Hərdənbir gözün yol çəkər.
    Səngərdə dayanan əsgər.
    Qorxutmur nə qar, nə yağış,
    Səni verənə min alqış.
    Yaman gəldi bu ilki qış,
    Qarda, çəkmənin içində,
    Barmağını şaxta kəsər,
    Səngərdə dayanan əsgər.
    Vətənindi, solun-sağın,
    Ürəyindi Qarabağın,
    İrəvan əzəl torpağın,
    Sən ağasan, “yan”-lar nökər,
    Səngərdə dayanan əsgər.
    Qayıtsanız həsrət bitər,
    Əziyyətin getməz hədər,
    VƏTƏN qiyamətə qədər,
    Bizimdi, çalarıq zəfər,
    Səngərdə dayanan əsgər!!

    Mayisə Əsədullaqızı “Torpaqdan Günəşə”. “Gənclik” nəşriyyatı-2016.

    HƏSRƏT KÖLGƏSİ
    Deyərdin hər zaman zəngimi gözlə,
    Axı həsrət bitməz nə zənglə, sözlə.
    Bircə yol qəlbimin səsini dinlə,
    Onda ürəyimlə barışacaqsan.
    Vüsala bəzəkdi bahar gəlişi,
    Çiçəklər xoşlamaz özgə vərdişi.
    Üzündə görəndə bir yad öpüşü,
    Təpədən dırnağa alışacaqsan…
    Gözünə düşəndə həsrət kölgəsi,
    Dilindən qopacaq bir “ah!” kəlməsi,
    Köksünü oyanda qəlbinin səsi,
    Könlümü almağa çalışacaqsan…
    Mayisə Əsədullaqızı “Torpaqdan Günəşə”

  • Gülnarə İSRAFİL.Yeni şeirlər

    13450803_1754969961387299_7396250293353329998_n

    Dünya Gənc Türk Yazarlar Birliyi və “Gənc Ədiblər Məktəbi3″ün üzvü

    * * *

    Varla yoxun arasında
    sonsuz çalardı insan.
    Rənglər, xarakterlər bitmir
    sinir ucluqlarında.
    Özünü qavrayandan sevgi axtarışında,
    sevgisizlik xətlərinə qədər uzanan yolu qət etməkdə
    fırçalanır, boyanır yeni mənzərələrə.
    0;1 intervalıdı xəyallar.
    klassikləşmiş düşüncələrin təkanı
    nəfəsini içinə çəkməkdi.
    Avanqard sevgilərin əlaməti qucaqlaşmaq
    və öpüşmək,
    qadın yüküdür evlilik.
    Uşaq ətrində evin divarları güllənir
    tamamlanır qığılcımlar yeniliklərə.
    Çoxluqlarda günəş doğur təpədən
    kəndləri, şəhərləri səhərləyir.
    Piano çalır ürəyin damarları
    ritimlərə qarışır ömür.
    Motivasiya doğurur
    istəklərin qətiyyəti.
    İnsanlaşmaq, qəlblərə düşməkdən fərqli.
    Quşun dimdiyində, çiçəyin ləçəyində
    və belə xırdalıqlardadı səadət.

    * * *

    Özünlə baş-başa qala bilməmək,
    tarimar olmuş yuvaların axın dalğalarında
    səssizliyə yuvarlanmaq var
    hamarlanmış yolun o tayında.
    İçləndiyin hıçqırıqların köləsinə çevrilmək,
    ögey baxışların əsr damğası.
    Köhnəldiyin küçələrdə
    ayaq izi təzə.
    Niyələrin ağuşunda uyuyan könülsüzlük.
    Daxmalar cırcıramaların səsinə torpaq töksə də
    eşitmir ümidin hayqırtısını.
    Gedirəm getməməli olduğum yaşlanmağıma.
    Yaşıllıqlar göyərmədi,
    qönçə soldu əriyin gülləri.
    O payız durnalar köç etmişdi,
    o bahar sərçələr qonmuşdu armud ağacına,
    cikkildəşirdi.
    Haçaquyruqlar yuvalanmışdı,
    dimdiyində yoğururdu yuvasını.
    Qollarım yetim qalmış,
    üşüyürdü ruhum.
    Gəlməsin bu baharın çiçəksizliyi.
    Gəlməsin kəpənəklərin iki günlük qanadlanmağı.
    Yalquzaqlığın dağları da qayalaşmış
    bitmək, qopmaq,
    dığırlanmaq istəməzdim qiyamətə.
    Onsuz, sahiblənməkdən qaçacaq
    bir kimsəm yox…

  • Rüfət AXUNDLU.Yeni şeirlər

    AYB və DGTYB üzvü, “Gənc Ədiblər Məktəbi”nin müdavimi,
    Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

    Gizlənmişəm

    Bir yerdə bənd almayan,
    Köçümdə gizlənmişəm.
    Mən bu qamət, bu boyda,
    Biçimdə gizlənmişəm.

    Qaraya ağ demişəm,
    Nahaqqa haqq demişəm,
    Haqqa nahaqq demişəm,
    Suçumda gizlənmişəm.

    Özümdən geri qaçıb,
    Qırxımdan diri qaçıb,
    Yeddimdən bəri qaçıb,
    Üçümdə gizlənmişəm.

    Tarixi daşlaşdırıb,
    Ruhumu yadlaşdırıb,
    Genimi kodlaşdırıb,
    Saçımda gizlənmişəm.

    Çöl üzümdə biçim var,
    Aralıqda seçim var,
    “İki dünya” içim var,
    İçimdə gizlənmişəm!

    Gedirəm

    Taleyimdən söz açandan,
    Hər gün yeni iz açandan,
    Bu dünyaya göz açandan,
    Qoymadılar Tam olmağa.

    Yanır bağrım, yanır niyə?
    Ümid qalıb bu taleyə,
    Pərvanə yaşasın deyə,
    Ürək qaçır şam olmağa.

    Sözümdə haqq, dilimdə haqq,
    Nahaqlara zülümdü haqq,
    Əzəmətli ölümdü Haqq,
    Hazıram edam olmağa.

    Əcəl iş-gücünü atıb,
    Məni yaman dilə tutub,
    Vədə yetib, məqam çatıb,
    Gedirəm adam olmağa.

  • Afət VİLƏŞSOY.Yeni şeirlər

    Afetxanim

    Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü

    Bu şəhər

    Açıb ürəyimi sərdim önünə,
    Bu şəhər sümürdü qanımı mənim.
    O kənddən quzutək fağır gəlmişdim,
    Qurbanlıq elədi canımı mənim.

    Palaza bürüyüb ellə sürüdü,
    Qadına döndərdi təzə-tər məni.
    Əlimi ətəkdən uzun saxladı,
    Yarımcan elədi bu şəhər məni.

    Bir də ayıldım ki, otuz ikim var,
    Kəsdirib böyrümü “çay istəyən”im.
    “Günü gün üstünə, ili il üstə
    Pul kimi qatlayıb say” istəyənim.

    Mən varlı dünyanın fəqir adamı,
    Bir də qayıdarmı baha gəncliyim?
    Bu şəhər çıxacaq mənim axırıma,
    Uzaq kənd kimidir daha gəncliyim.

    10.12.2016

    Gecə düşüncələri

    O gedən gedibdi qayıda bilməz,
    Adamın yuxusu gecə qaçıbsa-
    Əlində olanlar qədirbilməzdən
    Axtarmaq əbəsdir,necə qaçıbsa.

    Dərin adamların yuxusu dayaz,
    Yaşanan çox olar,yaşadığı az,
    Təsəlli verənlər eyin oxşamaz,
    Ondan uzaqlaşan heçə qaçıbsa.

    Bölgülər,qismətlər,”bu mənim,sənin”,
    Qovğalar,növbələr-sıradakı kim?
    Bədəni əlində ruhudu zamin,
    Ayaqlar yol alıb suça qaçıbsa.

    Peşman olmağıdı it kimi canın,
    İt kimi yaşamaq altda bir damın,
    Şeirdi taleyi şair adamın,
    Misra oğurlanıb,heca qaçıbsa…

    8.12.2016

  • Təvəkkül GORUSLU.Yeni şeirlər

    tm

    QƏMƏR ÜZÜDÜ

    Əfsanə yazmıram, nağıl yazmıram,
    Yazdığım şeirdi, qəlbin sözüdü.
    Düşüb labirintə gedib azmıram,
    Nədən bəhs edirəm…onun özüdü!
    Sevməyən ürəyin təpəri olmaz,
    Sevirsə qınağın çəpəri olmaz,
    Sevmirsə sevgidən xəbəri olmaz,
    Deməli, yazdıran eşqin közüdü!
    Gördümsə gözünü, düşdümsə oda,
    Bu odda yanmağa razısa o da,
    Məni xilas edən, yetəcək dada,
    O, maral baxışlı yarın gözüdü!
    Gözlərdən axdıqca düşüb ürəyə,
    Dönübdü bu canı yaxan kürəyə,
    Qələmim ovçudu çöküb bərəyə,
    Hərflər gülləsi, giliz sözüdü!
    Sübhümdə, danımda, bütün günümdə,
    Qiblə səmtimdədi, qiblə yönümdə,
    Röyamda, xəyalada, durub önümdə,
    Gecəmə nur saçan qəmər üzüdü!
    Təvəkkül Goruslu. 22.12.2016

    AY ANA!
    Tanrı səni aldı , bizdən apardı,
    Sənsiz bu ömürün keçdi bir ili.
    Könülü sındırdı , qəlbi qopardı,
    Ağlatdı gözləri, yandırdı dili!
    Hamı anasının dizi dibində,
    Axı, niyə yoxdu, bəs, mənim anam!
    Hamı anasını öpür dönəndə,
    Məndən inciməzmi, bəs, mənum anam!
    Yenə də qış gəldi, ağlar gözüylə,
    Gətirdi şaxtasın, qarın ələdi.
    Qəlbləri dondurdu soyuq üzüylə,
    Ələmə, qəhərə ruhu bələdi!
    Bəlkə qış olmasa yaşayardın sən,
    Gücüm çatmadı ki, yazı gətirim!
    Çıxara bilmədim qəlb- ürəyindən,
    Gücüm çatmadı ki, dərdi itirim!
    Şəklinə söykəyim indi başımı,
    Gülər gözlərini öpüm , AY ANA!
    Mənə irad tutma əlli yaşımı,
    Göz yaşım sinənə səpim,AY ANA!
    Təvəkkül Goruslu. 26.12. 2016

  • Nəcibə İLKİN.Yeni şeirlər

    ni

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    “Azad qələm” ədəbi-bədii, ictimai-publisistik qəzetinin və
    “Ali Ziya” ədəbi-bədii, elmi-publisistik jurnalının təsisçisi və baş redaktoru

    Yuxuma gəlmişdin….

    Yuxuma gəlmişdin yenə bu axşam,
    Gördüm ki, yamanca qaşqabaqlısan.
    İstədim oxşayıb könlünü alam,
    Əsdi güclü külək, şığıdı leysan.

    Bilmədim sən harda, mən harda qaldım,
    Qaçdım gah o yana, gah da bu yana.
    Səni itirdiyimə alışıb yandım,
    Həsrərindən bağrım döndü al-qana.

    Birdən yağış kəsdi, külək dayandı,
    Tələsdim bir anda çatmaqçın sənə.
    Hər tərəf qaranlıq zindana döndü,
    Toxunan zamanda əlim əlinə.

    Qışqırdım! ”Yenə sən harda qalmısan!”
    Özüm-öz səsimə oyandım hərgah.
    Onsuz da bilirəm məni atmısan,
    İnadın gücündən qorxarmış Allah!

    Çox baxacaqsan…

    Küsmüşəm, barışan deyiləm daha,
    Çıxıb gedəcəyəm bir qərib yerə.
    Sənsiz gözlərimdə doğan sabaha,
    Baxıb hönkürəcəm inan, min kərə.

    Boylanıb qəlbimin pəncərəsindən,
    Dikəcəm yoluna həsrət gözümü.
    Diksinib qalxacam qəfil səsindən,
    Yenə axtaracam özüm-özümü..

    Gecələr bürünüb hicran donuna,
    Vüsal yuxumuza lay lay deyəcəm.
    Yenə yuxularda qaçıb yanına,
    Yenə də bir anlıq sənin olacam.

    Ayılıb həsrətin qəm yuxusundan,
    Eh…məni o qədər axtaracaqsan.
    Yapışıb könlümün lal yaxasından,
    Mən gedən yollara çox baxacaqsan..

  • Zeynəb DƏRBƏNDLİ.Yeni şeirlər

    11665411_1690704784490598_9087155491968421030_n

    Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyi və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının “Cənubi Qafqaz Xalqları üzrə xüsusi müxbir”i,
    İraq Türkmən Yazarlar Birliyinin, Dərbənd Ədəbiyyatçılar Birliyinin, Azərbaycan Yazıçılar Birliyinin üzvü

    Yenə məni xeyal aldı apardı

    Yenə məni xeyal aldı apardı,
    Yenə gözlərimdə susdu kainat.
    Həsrət məni məndən çəkdi qopardı,
    Çiynimə ağır yük asdı bu həyat.

    Yenə xeyal məni aldı apardı,
    Yenə gözlərimdən süzüldü yaşlar.
    Eləbil bu dünya dərindi dardı,
    Sanki mənlə söhbət eyləyir daşlar.

    Yenə xeyal məni aldı apardı,
    Yenədə yollara dikildi gözüm.
    Sanki mənim ömrüm borandı qardı,
    Acı göz yaşına yol olub üzüm.

    Yenə xeyal məni aldı apardı,
    Yenədə qıfılda qalıb ürəyim.
    Zeynəbəm, bu qəlbim kədərə yardı,
    Acılar içində üzür taleyim.

    MƏNİ YAŞADACAQ

    O qədər səbirliyəm ki,
    Dözüm məni yaşadacaq.
    Mən nə vaxtsa ölüb getsəm,
    Sözüm məni yaşadacaq.

    Min əziyyətlə qoyduğum,
    İzim məni yaşadacaq.
    Yazmağ üçün alışdığım,
    Mizim məni yaşadacaq.

    Söz damla damla süzülən,
    Dilim məni yaşadacaq.
    Bu yolunda can qoyduğum,
    Elim mənim yaşadacaq.

    Mən ölsəmdə, məni sevən,
    Aləm məni yaşadacağ.
    Şeirimi kağıza düzən,
    Qələm məni yaşadacaq.

    Üstündə addımladığım,
    Torpağ məni yaşadacağ.
    Dövrəsində isindiyim,
    Ocağ məni yaşadacaq.

    Zeynəbəm, dərd bölüşdüyüm,
    Varağ məni yaşadacaq.
    Gözlərimə şölə saçan,
    Çırağ məni yaşadacaq.

  • Əziz MUSA.Yeni şeirlər

    em

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru,
    Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

    ÖYRƏŞDİ
    O dağlardan köç edənlər,
    Gəlib şəhərə öyrəşdi.
    Ömrümüzü puç eyləyən,
    Qəmə, qəhərə öyrəşdi.
    Düşmənlə cəngə girənlər,
    Köksünü dərdə gərənlər,
    O xoş günləri görənlər,
    Acı xəbərə öyrəşdi.
    Dağlarda deyib, gülənlər,
    Torpağın qədrin bilənlər,
    Arana köçüb gələnlər,
    Acı bəhərə öyrəşdi.
    Şuşada, Laçında dinən,
    Bu yerdə neyləsin görən,
    Uca qalalardan enən,
    Soyuq səngərə öyrəşdi.
    Yardıma uzandı əllər,
    Şir biləkl,i igid nərlər,
    Qonaqlı-qaralı ellər,
    Qara xəbərə öyrəşdi.
    Haray çəkdi goğma Vətən,
    Yolu, izi bağladı şən,
    Ayrı düşdü bir-birindən,
    Hərə bir yerə öyrəşdi.
    GƏLƏ
    (təcnis)
    Canımı almağa alagöz mələk,
    Qəlbin gül qoxuyan yarı, dan gələ.
    Mənimlə görüşə ala göz mələk,
    Yarı gecə gələ, yarı dan, gələ.
    Ruhumu oxşaya gözəl gecələr,
    Ala ürəyimi gözəl, gecələr,
    Sübhə tək sevinə göz, əl, gecələr,
    Getsə də qayıda, yarıdan gələ.
    Bir bax, Əziz Musa gülər gül dana,
    Gülü şehli- şehli dər, qoy güldana,
    Qorxuram bu eşqi vallah gül dana,
    Kaş məni eşqiylə yarıdan gələ.
    b

  • Deyişmə: Çingiz KÜRDƏMİRLİ və Nail DAĞLAROĞLU

    n

    Bu qıfılbənd Çingiz Kürdəmirlidən gəldi, açması Nail Dağlaroğludan

    Çingiz Kürdəmirli:

    Sual verim fikirləş cavabını,
    Göstərginən dözümünü, tabını.
    Çəkməginən cəhənnəm əzabını,
    Söylə görüm sən kimə baş əyirsən?

    Nail Dağlaroğlu:

    Sual verdin, mən də verim cavabı,
    Göstərəcəm məndə canımda tabı.
    Çəkməməkçün cəhənnəmdə əzabı,
    Namaz üsdə Allaha baş əyirsən!

    Çingiz Kürdəmirli:

    Dörd ünsürü nə cəmləyir özündə?
    Nə kitabdır min hikmət var sözündə?
    O nədir ki, qulaqları dizində?
    Hansı dərdi heç kimlə bölməyirsən?

    Nail Dağlaroğlu:

    Hava, torpaq, od, su dünya üzündə!
    O qurandır min hikmət var sözündə!
    Çəyirtgədir qulaqları dizində!,
    O dünyanın dərdini bölməyirsən!

    Çingiz Kürdəmirli:

    Əməlini kimlər yazır dəftərə?
    Kimi görə biləcəksən bir kərə?
    De hansı məkana, hansı bir yerə,
    Bəyənib öz xoşunla gəlməyirsən?

    Nail Dağlaroğlu:

    Əməlləri mələk yazır dəftərə!
    Əzrayıldır görəcəksən bir kərə!
    Anadan olanda işıqlı yerə,
    Dünyaya öz xoşunla gəməyirsən!

    Çingiz Kürdəmirli:

    O nədir ki, yaddan çıxmaz heç zaman?
    Nəyindən olmayıb narazı qalan?
    Nə zaman müqəddəs sayılır yalan?
    Bəs nəyi sən bilirsən… bilməyirsən?

    Nail Dağlaroğlu:

    O adındır yaddan çıxmaz heç zaman!
    Namazından yoxdur narazı qalan!
    Ömür xilas etsən danış bir yalan!
    Ölməyinin vaxtını bilməyirsən!

    Çingiz Kürdəmirli:

    Baldan şirin, zəhər kimi nədir, -nə?
    Açılmayan səhər kimi nədir, -nə?
    Belimizdə yəhər kimi nədir, -nə?
    Nəyi qınayırsan, nəyi öyürsən?

    Nail Dağlaroğlu:

    Dəli eşqdir bal kimidir zəhəri!
    O ölümdür açılmayır səhəri!
    Belimizdə gəzir dərdin yəhəri!
    Kədəri yox, sevlncini öyürsən!

    Çingiz Kürdəmirli:

    Yaxındakı nədir əllərin çatmaz?
    Səninlədir, -sən yatırsan o yatmaz?
    O nədir ki, gedir birdə qayıtmaz?
    O nədir ki, bircə dəfə geyirsən?

    Nail Dağıaroğlu:

    Fikir yaxındadı əllərin çatmaz!
    O ürəkdir, sən yatarsan, o yatmaz!
    Cavanlıqdır gedər geri qayıtmaz!
    O kəfəndir bircə dəfə geyirsən!

    Çingiz Kürdəmirli:

    Nəyin cisminilə eyni yaşdadır?
    O nədir ki, əzəl gündən qoşadır?
    Çingiz üçün söylə hansı guşədir?
    Ömür sürə təmənnasız deyirsən?

    Nail Dağlaroğlu:
    Canın cisminilə eyni yaşdadır!
    Xeyirlə şər əzəl gündən qoşadır!
    Nail ücün dünya cənmınət guşədlr,
    Ömür sürə təmənnasız deyirsən!

    25.12.2016.

  • Qalib ŞAMXALOĞLU.Yeni şeirlər

    qsm

    Şaxta baba, sən Allah, gəlmə biz tərəflərə!

    Bizə qaz çəkilməyib, odun da yoxdu vallah
    Tək odun dərdi deyil, qayğımız çoxdu vallah!
    Sənin hənirin gəlir, dəhşət soyuqdu vallah ,
    Bizdə sıfırdı rifah, gəlmə biz tərəflərə ,
    Şaxta baba, sən Allah, gəlmə biz tərəflərə!

    Bir az külək əsəndə işığı söndürürlər ,
    Məmurlar bu milləti soyuqdan öldürürlər!
    Dolları qaldırırla, manatı endirirlər ,
    Xeyirlə açmır sabah, gəlmə biz tərəflərə ,
    Şaxta baba, sən Alla, gəlmə biz tərəflərə!

    Sən gələndə uşaqlar evdə də tir-tir əsir,
    Həyətə düşmək olmur, şaxta qılınctək kəsir
    Onsuz da bu hökumət bizi edibdir yesir ,
    Sən də qazanma günah, gəlmə biz tərəflərə
    Şaxta baba, sən Allah, gəlmə biz tərəflərə!

    Qalib deyir,nədənsə hər işimiz axsayır ,
    «Analoqsuz inkişaf » elə yerində sayır !
    Gəlişinlə kasıblar bir az da kasıblayır
    Әrşə ucalıbdı « ah » , gəlmə biz tərəflərə ,
    Şaxta baba, sən Allah , gəlmə biz tərəflərə !

    Manatla

    ( Tofiq in əvəzindən )

    Sarıb səmamızı qara buludlar,
    Sabaha güman da öldü manatla!
    Heç oldu , puç oldu əllərdə nə var
    Az olan imkan da öldü manatla!

    Qeybə çəkilibdi haqqla ədalət,
    Bürüyür ölkəni zülüm, zəlalət!
    Daha əlli faiz artdı səfalət,
    Ac Azərbaycan da öldü manatla!

    Yenə dağılacaq neçə yuvalar ,
    Bizə qan ağladır zatı yavalar !
    Arxivə gedəcək bütün tavalar ,
    Çömçə də , qazan da öldü manatla !

    Ta verir bu xalqa belə məsləhət,
    Hadı Rəcəbli ki , edin qənaət!
    Daha insanlıq da olacaq qəhət,
    Hörmət , ehtişam da öldü manatla!

    Qalib Şamxaloğlu düşübdü dərdə
    İnsan insan kimi yaşamır Yerdə!
    Kimsə gəlməyəcək insafa bir də ,
    Tərazi mizan da öldü manatla!

  • Rahilə DÖVRAN.Yeni şeirlər

    rahileanam

    Şairə-jurnalist-publisist
    Azərbaycan Yazıçılar Birliyinin üzvü,
    “Qızıl qələm” media mükafatı laureatı,

    GƏZƏCƏK MƏNİ

    “Könül dəftərim” – silsiləsindən

    Görünür sevdamız, bura qədərmiş,
    Bu eşqin nəsibi qüssə, kədərmiş.
    Yaşanmış bunca il, heçmiş, hədərmiş
    Nəfsin eyləsə də, hərcayi səni,
    Gözlərin hər yerdə, gəzəcək məni.

    Uydun mala, mülkə,vara, sərvətə,
    Meyl etdin sevgisiz, cahil şəhvətə.
    Vətəni dəyişdin, uzaq qürbətə
    Qəlbi üşüdəndə saçının dəni,
    Gözlərin hər yerdə, gəzəcək məni.

    Alnın toxunanda əhləd daşına,
    Onda dönəcəkdir, əqlin başına.
    Ümidin qalacaq, hey göz yaşına,
    Könlün istəyəcək könül həmdəmi,
    Gözlərin hər yerdə, gəzəcək məni.

    Zülmətə dönəcək günün, gündüzün,
    Həsrət qalacaqdır gülüşə üzün.
    Dilində donacaq söhbətin, sözün
    Yanaqda qübarın şəbnəmi, nəmi,
    Gözlərin hər yerdə, gəzəcək məni.

    Xəyallar dadına çatmayacaqdır,
    Hicran təlatümün yatmayacaqdır.
    Nəbzin də qüssədən, atmayacaqdır
    Kədər qəsb edəcək, dərdli sinəni,
    Gözlərin hər yerdə, gəzəcək məni.

    Həsrətdən, nisgildən gələssən cana,
    Olacaq sızlayan, könlün qəmxana.
    Asi olmayaydın, kaş ki, Dövrana
    Dolaşıb dağları,çölü, çəməni,
    Gözlərin hər yerdə, gəzəcək məni.

    SEVGİLİM QƏLƏM

    “Mənim dünyam” – silsiləsindən

    Yenə əlimdədir sevgilim qələm,
    Çırpınır, cəhd edir ilhama gələm.
    Bilmirəm axşamdır, gecə, ya gündüz,
    Buraxmır yaxamı , bir an dincələm.

    O sirli çubuğu əlimə alcaq,
    Mən uşaq oluram, sözlər oyuncaq.
    Düzürəm, pozuram,gah da tərsinə,
    Öz nazlı təbimə,tabeyəm ancaq.

    Ilhamım qələmə salıb mehrini,
    Birlikdə çözürlər sözün sehrini.
    Hər hecam, qafiyəm onlara bağlı,
    Çox şükür tapıblar, işin təhrini.

    Onunla açılır hər gün sabahım,
    Onunla sirdaşdır “suçum, günahım”.
    Sevincim,fərəhim,fəxarətimdir,
    Onunla yox olur kədərim, ahım.

    Kim olardım onsuz, düzü bilmirəm,
    Sorunu Dövrana, özüm verirəm.
    Duysun əzizlərim, bilsin dostlarım,
    Yuxumda da kağız, qələm görürəm.

  • Abdulla MƏMMƏD.Yeni şeirlər

    abdullamuellim

    MƏNİM NAĞILIM

    (“GƏRÇƏK YUXULAR SİLSİLƏSİNDƏN”)

    Mənim nağılımın əvvəli ölüm,
    Mənim nağılımın sonu kədərdir,
    Mənim nağılımda sürünmək zülüm,
    Ölərək yaşamaq ondan bətərdir.

    Mənim nağılımda yollar ikili,
    Mənim nağılımda yollar qarışıq.
    Durmuşam gözləri yola dikili,
    Özümdən xəbərsiz dərdlə barışıb.

    Qırxıncı otağı üzümə bağlı,
    Ümid qapısından kilid asılıb.
    Göylər tək qaralıb bəyaz nağılım,
    Mavi səmasından bulud asılıb.

    Mənim nağılımdır gərçək yuxular,
    Gərçək yuxularda nağıldır ömür.
    Ölümdən o yana ağır sorğular,
    Əcəldən bu yana noğuldur ölüm.

    Özümdən çıxmışam özüm olunca,
    Bacarsan, gəl məni sözümdə ara
    Bu nağıl dünyamın özü tapmaca,
    Açması-olumdur, ölümdən sonra.

    Bağışla sən məni, ay abır-həyam,
    Özümdə deyiləm,canım, özümdə
    Gözümdən düşübdür bu gərçək dünya,
    Qorxuram gözümdən düşüm ozüm də.

    DEMIRƏM BIR YOLLUQ GÜNAHIMDAN KEÇ

    Çəkib bu yollardan baxışlarını,
    Dikib bir nöqtəyə nə düşünürsən?
    Ovuda bilmirsən göz yaşlarını,
    Dərdinə qısılıb hey üşünürsən.

    Qınında korşalan xəncərəm sənə,
    Məni çıxarmağa əlin də gəlmir.
    Bilirəm, qəlbində kədərəm yenə,
    Könlümü qırmağa dilin də gəlmir.

    Bəlkə gözlərinə çökən dumanam,
    Çəkilə bilmirəm yolundan sənin?
    Varmı məndən özgə dərdinə həyan,
    Büdrəsən, yapışa qolundan sənin?!

    Adımı tutanlar özümü tutmur,
    Özünü tutanlar bəyənmir məni.
    Neyləyim – ürəyin sözümü tutmur,
    Sözünü tutanlar öyənmir səni.

    Sağ yer arayıram bu canımda mən,
    Sağımda solumda salamat deyil.
    Sağalmaz yaram da canımda sənsən,
    Yolunda can qoymaq – zarafat deyil..
    .
    Tutulan səmayam, dolan buludam,
    Qorxuram islada gözlərim səni.
    Olub keçənlərdən dərd uda-uda,
    Tək səni yaşadır – sözlərim səni.

    Alın yazısıdır səhvimiz demə,
    Demirəm bir yolluq günahımdan keç…
    Yem olub sevgimiz qüssəyə, qəmə,
    Bir çiçək ömrünü yaşamadı heç!

  • Polad SABİRLİ.Yeni şeirlər

    Polad Sabirli

    Dünyanın

    Hər işi görəsən öz zamanında,
    Çox böyük hökmü var hər bir anın da,
    Gör kimlər üyüdü dəyirmanında,
    Sehirli dünyanın, sirli dünyanın.

    Gah bal kimi şirin, gah ilan dişi,
    Gah bir az sərt olur, gah xoş vərdişi,
    Gahdakı baş-ayaq gedir gərdişi,
    Sehirli dünyanın, sirli dünyanın.

    Bəzən də haqsıza verir fürsəti,
    Haqlının boynuna yıxır minnəti,
    Küləyə sovrulur, gedir sərvəti,
    Sehirli dünyanın, sirli dünyanın.

    Polad, öz bəxtindən etmə gileyi,
    Tanrı bəxş eləyib belə taleyi,
    Heç kimə qalmayıb, bil ki, heç nəyi,
    Sehirli dünyanın, sirli dünyanın.

    Görmüşəm

    Ay daşa möhkəm deyənlər,
    Daşdan möhkəm üz görmüşəm.
    Düzü səhv edib əyənlər,
    Əyriləri düz görmüşəm.

    Bir baxışdan qan qaraldan,
    Göz gördü qəlb oldu talan,
    Adamın həm dərdin alan,
    Həm dərd verən göz görmüşəm.

    Yerli-yersiz bax qınağa,
    Dərddən döndüm lap yumağa,
    Söz var ki, qaldırar dağa,
    Dağ da vuran söz görmüşəm.

    Əxlaqım pak, vicdanım saf,
    Bunu görür, duyur sərraf,
    Kaş ki, hər şey olsun şəffaf,
    Kül altında köz görmüşəm.

  • Mais TƏMKİN.Yeni şeirlər

    mt

    Qalsın

    Əhvalını xoş eyləyim,
    Qanad verim, quş eyləyim.
    Sənə günəş bəxş eyləyim,
    Sisliyin qalsın özünə.

    Ələkdən ələyim səni,
    Allahdan diləyim səni.
    Qızıla bələyim səni,
    Misliyin qalsın özünə.

    Didib məni didim-didim,
    Qoyma heç göyərim, bitim.
    Gəl, sənə yaxşılıq edim,
    Pisliyin qalsın özünə.

    Gözlərin

    Xətrini həmişə əziz tutduğum jurnalist xanım dostum,
    Yeganə Bağırova üçün ən xoş və səmimi arzularla!

    Demə, şeir-qəzəlmiş,
    Mənə baxan gözlərin.
    Baxmağı nə gözəlmiş:
    Mənə baxan gözlərin?

    Məni dərdə salandı,
    Gördüm, könlüm talandı.
    Canımdan can alandı,
    Mənə baxan gözlərin.

    Qəmdən dolub axmasın,
    Yağış olub yağmasın.
    Qeyrisinə baxmasın,
    Mənə baxan gözlərin.

    Saçımda dənə gəlsin,
    Kipriyi qəmə, gəlsin.
    Hər dərdi – mənə gəlsin,-
    Mənə baxan gözlərin.

  • Müzəffər MƏZAHİM.Yeni şeirlər

    mm

    ÖMÜR TƏSƏLLİDİR…

    Payız günəşinin dalında qış var,
    İananma yalançı işartısına.
    Sevincin qapısı qəmə açılar,
    Baxmaz gözlərinin yaşartısına.

    Yoxuşa dirənir enişin sonu,
    Ağlı-qaralıdır həyatın özü.
    Uğur gətirməz ki, hər işin sonu,
    Bərabər yaranıb əyrisi, düzü.

    Gülüşün izini yuyur göz yaşı,
    Şirinin yerini acılar tutur.
    Ömür təsəllidir, insanlar naşı,
    Hər kəsin öz dərdi özünə çatır.

    Əli boş gəlirik, boş gedirik biz,
    Dünya alış-veriş dünyası imiş.
    Doğumun bədəli ölümdür, şəksiz,
    Pozulmaz qaydadır bu gediş-gəliş.

    BİR DƏ XƏBƏR TUTURSAN Kİ…

    Bu dünya xəlbir dünyadır,
    İçində saxlamaz bizi.
    Gəlib sahmana salarıq,
    Gedəndə ağlamaz bizi.

    Hər gün keçdiyim yolları,
    Oxuyub bitirəm gərək.
    Daşıdığım qısa ömrü,
    Mənzilə yetirəm gərək.

    Qırılan son umuddan da,
    Sıxılır canı admaın.
    Azca qara buluddan da,
    Qaralır qanı adamın.

    Hər şey verib Tanrı, hətta,
    Aşımızı qarışdırır.
    Ömrü də oyuncaq verib,
    Başımızı qarışdırır.

    Bir də xəbər tutursan ki,
    Bir anlıq aman qalmayıb.
    Ruh da yır-yığış eləyib,
    Qalmağa zaman qalmayıb.

  • Sumqayıtda şair Nüsrət Kəsəmənlinin 70 illiyinə həsr edilmiş tədbir

    Respublikamızda tanınmış şair Nüsrət Kəsəmənlinin 70 illiyinə həsr edilmiş silsilə tədbirlər keçirilməkdədir. Bu silsilədən Sumqayıt şəhər M.Ə.Sabir adına kitabxana filialda da “Bir sevda ağlayır içimdə mənim” adlı tədbir keçirildi. Tədbirdə Azərbaycan Yazıçılar Birliyinin Sumqayıt təşkilatının nəzdində fəaliyyət göstərən “Zərif qadın” ədəbi məclisinin üzvləri, kitabxananın fəal oxucuları iştirak etdilər.
    Tədbiri giriş sözü ilə kitabxananin müdiri Hafizə Əliqızı açaraq N.Kəsəmənlinin həyat və yaradıcılığı haqqında məlumat verdi, kitabxana oxucularının şairin şeirlərinə olah dərin sevgisi və rəbətini xüsusilə vurğuladı.
    Tədbirdə iştirak edən “Zərif qadin” ədəbi məclisinin sədri, şairə Xatirə Fərəcli, “Turan” ədəbi məclisinin sədri, şairə Rəfiqə Şəms, “Möhtəşəm Azərbaycan” qəzetinin redaktoru, şairə-publisist Nisə Qədirova, şairə-publisist Qaratel Azəri, və “Zərif qadın” ədəbi məclisinin üzvləri Çimnaz Cəbrayılqızı, Sevda Kərimli, Sevinc Qərib və kitabxananın kiçik yaşlı üzvləri müxtəlif şeir töhfələri ilə çıxış etdilər. Qeyq olundu ki, bu kimi tədbirlərin keçirilməsinin yeniyetmə və gənclərimizin mütaliə vərdişlərinin formalaşmasında böyük rolu var.
    Sazla sözün vəhdəti tədbiri daha yaddaqalan etdi. Kitabxananın fəal üzvlərinin ifasında şairin şeirləri maraqla dinlənildi.
    Sonda tədbir iştirakçıları kitabxananın müdüri Hafizə Əliqızıya və tədbirdə zəhməti keçənlərə dərin minnətdarlıqlarını bildirdilər.

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti

  • 24 dekabr Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevin doğum günüdü

    001

    İlham Heydər oğlu Əliyev 1961-ci il dekabrın 24-də Bakı şəhərində anadan olmuşdur.

    1967-1977-ci illərdə Bakı şəhərində orta məktəbdə oxumuşdur.

    1977-ci ildə Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutuna (MDBƏİ) daxil olmuşdur.

    MDBƏİ-ni bitirdikdən sonra 1982-ci ildə Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunun aspiranturasına daxil olmuşdur.

    1985-ci ildə dissertasiya müdafiə edərək, tarix elmləri namizədi dərəcəsi almışdır.

    1985-1990-cı illərdə Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunda müəllim işləmişdir.

    1991-1994-cü illər ərzində özəl biznes sahəsində çalışmışdır və bir sıra istehsal-kommersiya müəssisələrinə rəhbərlik etmişdir.

    1994-cü ildən 2003-cü ilin avqust ayınadək Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti, sonra isə birinci vitse-prezidenti olmuşdur. “Heydər Əliyevin neft strategiyası”nın həyata keçirilməsində fəal iştirak etmişdir.

    Suveren Azərbaycanın neft siyasətinin geosiyasi aspektlərinə dair bir sıra tədqiqat işlərinin müəllifidir. Siyasi elmlər doktorudur.

    İki dəfə, 1995-ci və 2000-ci illərdə Azərbaycan Respublikasının Milli Məclisinə seçilmişdir. 2003-cü ildə Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə təyin edilməsi ilə əlaqədar olaraq deputat səlahiyyətlərinə xitam vermişdir.

    1997-ci ildən Azərbaycanın Milli Olimpiya Komitəsinin Prezidentidir. İdmanın və Olimpiya hərəkatının inkişafında böyük xidmətlərinə görə Beynəlxalq Olimpiya Komitəsinin ali ordeni ilə təltif edilmişdir.

    1999-cu ildə hakim Yeni Azərbaycan Partiyası sədrinin müavini, 2001-ci ildə sədrin birinci müavini, 2005-ci ildə isə partiyanın sədri seçilmişdir.

    2001-2003-cü illərdə Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycan Respublikası Milli Məclisinin nümayəndə heyətinin rəhbəri olmuşdur.

    2003-cü ilin yanvar ayında Avropa Şurası Parlament Assambleyası sədrinin müavini, AŞPA-nın Büro üzvü seçilmişdir.

    2003-cü il avqustun 4-də Milli Məclis tərəfindən təsdiq edildikdən sonra Azərbaycan Respublikasının Baş naziri təyin edilmişdir.

    2003-cü il oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti seçilmişdir. Prezident seçkilərində seçicilərin 76%-dən çoxu İlham Əliyevin lehinə səs vermişdir. O, 2003-cü il oktyabrın 31-də vəzifəsinin icrasına başlamışdır.

    2004-cü ilin aprelində AŞPA-nın fəaliyyətində fəal iştirakına və Avropa ideallarına sədaqətinə görə AŞPA-nın fəxri üzvü diplomu və AŞPA medalı ilə təltif edilmişdir.

    2008-ci il oktyabrın 15-də keçirilən seçkilərdə seçicilərin 88,73 % səsini qazanan İlham Əliyev ikinci dəfə Azərbaycan Respublikasının Prezidenti seçilmişdir. O, 2008-ci il oktyabrın 24-də vəzifəsinin icrasına başlamışdır.

    2013-cü il oktyabrın 9-da keçirilən seçkilərdə seçicilərin 84,54 % səsini qazanan İlham Əliyev növbəti dəfə Azərbaycan Respublikasının Prezidenti seçilmişdir. O, 2013-cü il oktyabrın 19-da vəzifəsinin icrasına başlamışdır.

    Azərbaycan, rus, ingilis, fransız və türk dillərini mükəmməl bilir.

    Evlidir. Üç övladı, üç nəvəsi var.

    Prezident Əliyevin təltif olunduğu orden, mükafat və fəxri adlar aşağıdakıları əhatə edir: Heydər Əliyev ordeni (Azərbaycan Respublikası), Beynəlxalq münasibətlər və sülh naminə İhsan Doğramacı mükafatı (Türkiyə), Rumıniya Ulduzu Ordeni (Rumıniya), Kral Əbdüləziz Ordeni (Səudiyyə Ərəbistanı Krallığı), Şərəf Ordeni (Gürcüstan), “Şərəf Legionunun Böyük Xaçı” Ordeni (Fransa), Şeyxülislam Ordeni (Azərbaycan Respublikası), Rusiya Pravoslav Kilsəsinin “Prepodobnıy Serqiy Radonejskiy” birinci dərəcəli Ordeni, “Böyük Kordon” Şərəf Ordeni (Beynəlxalq Hərbi-İdman Şurası), MDB ölkələrin İdman Təşkilatlarının Beynəlxalq Konfederasiyasının “Şərəf Ordeni”, FİLA-nın Şərəf Zalının ən yüksək “İdman Əfsanəsi” ordeni, Polşa Respublikasının “Xidmətlərə görə” Böyük Xaç ordeni (Polşa), I dərəcəli Knyaz Yaroslav Mudrı ordeni (Ukrayna), “Mübarək əl-Kəbir” ordeni (Küveyt Dövləti), Yunanıstan parlamentinin Qızıl medalı (Yunanıstan), Avropa Ədalətli Oyunlar Hərəkatının “Şərəf” nişanı, “Üç ulduz” ordeninin “Böyük xaç kavaleri” dərəcəsi, “Sadiq Xidmət” milli ordeninin Böyük Xaç ranqı (Rumıniya), “İsmoili Somoni” ordeni (Tacikistan), Dövlət nişanı (Türkiyə).

    Linkoln Universitetinin Fəxri Doktoru (ABŞ), Moskva Dövlət Beynəlxalq Münasibətlər Universitetinin Fəxri Doktoru, L.N.Qumilyov – Avrasiya Milli Universitetin Professoru (Qazaxıstan), Bilkənt Universitetinin Fəxri Doktoru (Türkiyə), Vergilər üzrə Milli Akademiyanın Fəxri Doktoru (Ukrayna), Ploesti Neft və Qaz Universitetinin Fəxri Doktoru (Rumıniya), Milli və Dünya İqtisadiyyatı Universitetinin Fəxri Professoru (Bolqarıstan), Kyung Hee Universitetinin Fəxri Doktoru (Cənubi Koreya), İordaniya Universitetinin Fəxri Doktoru (İordaniya), Korvinus Universitetinin ictimai elmlər üzrə Fəxri doktoru (Macarıstan), M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Fəxri professoru (Rusiya Federasiyası), Taras Şevçenko adına Kiyev Milli Universitetinin Fəxri doktoru (Ukrayna), Məxdumqulu adına Türkmənistan Dövlət Universitetinin Fəxri professoru (Türkmənistan Respublikası), Bakı Dövlət Universitetinin Fəxri doktoru (Azərbaycan), Belarus Dövlət Universitetinin Fəxri professoru (Belarus Respublikası), Ankara Universitetinin Fəxri dokrotu (Türkiyə), Çukurova Universitetinin Fəxri Doktoru (Türkiyə), Renmin Universitetinin Tarix üzrə fəxri professoru (Çin).

    Mənbə: http://www.president.az

  • Rafiq ODAY.”Ali Baş Komandanım!”

    001

    Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyev cənablarına

    Bütün türk dünyasının gözü dikilib sana,
    Türk dünyası bir yana, Azərbaycan bir yana,
    Yüz milyonluq millətə Azərbaycan bir ana,
    O mənim görən gözüm, o mənim cismim, canım,
    Ali Baş Komandanım!

    Şəhərlər kəndə dayaq, kəndlər şəhərə arxa,
    Ay gecəyə nur çilər, günəş səhərə arxa,
    Şükür, yenə su gəldi bir vaxt su gələn arxa,
    Azadlıq naxışıyla zinətlənir hər anım,
    Ali Baş Komandanım!

    Yacuc-Macuc «yan»ların – boyuna qibtəsi var,
    Min illik Dədə-Qorqud boyuna qibtəsi var,
    Vətən, millət sevdalı soyuna qibtəsi var,
    İnam, güvənc yerimsən – bunu mən necə danım,
    Ali Baş Komandanım!

    Neçə yüz milyonların çörəyi səndən keçir,
    Cahanın qan paylayan ürəyi səndən keçir,
    İlləri aydan soruş, ayları gündən keçir,
    Gör hansı kürsülərdən təriflənir ad-sanım,
    Ali Baş Komandanım!

    Heydər baba naxşı var yurdun hər qarışında,
    Dünya baş əymiş ona siyasət yarışında,
    Bir çözümü olmalı sülhün də, barışın da,
    BMT-yə, ATƏT-ə nəsə qaynamır qanım,
    Ali Baş Komandanım!

    Bizə dostu düşməndən 20 Yanvar seç dedi,
    Şovinist ocağında neçə «yan» var – seç dedi.
    Önündə bir körpü var – bu körpüdən keç dedi,
    Qoy yazılsın tarixə haqq sədalı ünvanım,
    Ali Baş Komandanım!

    Xocalı faciəsi tarixin dərsi bizə,
    Neçə tale çarxının fırlandı tərsi bizə,
    Bizi ərzə tanıtdı, tanıtdı ərzi bizə,
    Bircə anda yetişdi dada Şahi-Mərdanım,
    Ali Baş Komandanım!

    İyirmi faiz torpağım yağıda qala bilməz,
    Çala, çapa, talaya, dağıda – qala bilməz,
    Bundan artıq millətim ağıda qala bilməz,
    Gülsün artıq çöhrələr, sevinsin dörd bir yanım,
    Ali Baş Komandanım!

    Vətənə layiq oğul, Sənə sadiq əsgərik,
    Haqqa qılınc çalanın qollarını bükərik,
    Yurdun hər kədərinə, sevincinə biz şərik,
    Vətən qürur mənbəyim, Vətən şərəfim, şanım,
    Ali Baş Komandanım!

    Azərbaycan güvənir müzəffər ordusuna,
    Qoymaz yağı önündə bu xalqı ordu, sına,
    İstər tufanda yoxla, yağışda, qarda sına,
    Bir nərə çək, dəniztək aşıb-daşsın meydanım,
    Ali Baş Komandanım!

    Ulu öndər eşqinə qılıncı qından çıxar,
    Gündə min dona girən iblisi dondan çıxar,
    Qanı qanla yuyarlar, bu xalqı qandan çıxar,
    Ucalsın haqq bayrağım, zəfərlə doğsun danım,
    Ali Baş Komandanım!

  • Sabir Sarvanın 60 illik yubiley gecəsi keçirilib

    Sumqayıt şəhər Əli Kərim adına Poeziya evində Sumqayıt şəhər İcra Hakimiyyətinin dəstəyi və şəhər Mədəniyyət və Turizm idarəsinin təşkilatçılığı ilə AYB Sumqayıt bölməsinin sədri, şair Sabir Sarvanın 60 illik yubiley gecəsi keçirilib.
    Gecəni giriş sözü ilə açan şair Əjdər Ol Sabir Sarvanın həyatı və yaradıcılığından danışıb. “Hər bir şair milli ruhun daşyıcısıdır. Sabir Sarvan milli ruhu özündə daşıyan və yaşadan şairlərdəndir” deyən natiq yubilyarı təbriuk edib, xoş arzularını çatdırıb.
    Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının müavini Teymur Səmədov çıxış edərək olkə və şəhər rəhbərliyinin ədəbi mühitə diqqət və qayğısından danışıb, yubilyarı şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun adından təbrik edib, Fəxri Fərman və hədiyyə təqdim edərək yaradıcılıq uğurları arzulayıb.
    Daha sonra AYB-nin katibi İlqar Fəhmi, tənqidçi İlham Abbasov,cənub Azərbaycan ədəbiyyatının nümayəndəsi Sayman Arus, yazışı Varis və digərləri çıxış edərək Sabir Sarvanı təbrik edib, xoş arzularını çatdırıblar.
    Gecədə muğam üşülüyünün ifası, Sumqayıt Dövlət Dram teatrının aktyorlarının ifasında səslənən şeirlər dinləyicilər tərəfindən maraqla qarşılanıb.
    Sonda şair Sabir sarvan gecənin təşkilatçılarına, şəhər rəhbərliyinə və iştirakçılara təşəkkürünü bildirib, müxtəlif illərdə yazdığı şeirlərini oxuyub.

    Sumqayıt şəhər Mədəniyyət və Turizm İdarəsinin Mətbuat xidməti

  • Yaradıcı şəxsiyyət və vətəndaş formalaşdirmaq hər bir müəllimin işinin əsası olmalıdır

    Bu gün respublikamızın təhsil sahəsində müxtəlif istiqamətlərdə islahatlar həyata keçirilir. Bu islahatlardan biri də ibtidai təhsil sistemində artıq təsdiq edilmiş şagirdyönümlü, nəticəyönümlü, tələbəyönümlü təhsil proqramlarıdır (kurikulumlar).
    Azərbaycan Respublikasında ümumi təhsilin Konsepsiyası (Milli Kurikulumu) sənədində şagirdin bir şəxsiyyət kimi formalaşması üçün lazım olan bütün təlim şəraitinin yaradılması əsas məsələ kimi qoyulur. Kurikulumun modeli həyati bacarıq və vərdişlərə üstünlük verildiyi üçün şəxsiyyətyönümlülük xarakterlidir. Kurikulumların tətbiqi müəllimləri fəal təlimin təşkili, yeni interaktiv təlim üsullarının müəyyənləşdirilməsi və təcrübədə tətbiqi sahəsində fəal axtarışlara qoşaraq yaradıcı fəaliyyət göstərmələrinə təkan verir. Nəticələr bir daha sübut edir ki, kurikulumların daha səmərəli tətbiq olunması üçün təhsildə aparılan islahatların fəlsəfəsini dərk etmək daha məqsədəuyğundur. Bunun üçün inkişafımızın müasir mərhələsində məktəbəqədər təhsilin rolu və yeri, məqsəd və vəzifələri cəmiyyətin formalaşmasındakı əhəmiyyəti açıqlanmalı, yeni şəraitdə inkişaf istiqamətləri şəhr olunmalıdır. Eyni zamanda uşaqların psixoloji, fizioloji xüsusiyyətləri öyrənilməli, tədrisin ilk günlərindən başlayaraq təhsilin ən vacib və ana xətti olan şəxsiyyətin formalaşması düzgün istiqamətləndirilməlidir. Psixoloqların da qeyd etdiyi kimi “uşaqları tərbiyə edə-edə və öyrədə-öyrədə öyrənmək lazımdır ki, onları öyrənə-öyrənə tərbiyə edək və öyrədək”. Elə buna görə də hər bir müəllim ilk olaraq şagirdin xüsusiyyətlərini aşkara çıxarmalı, həmin tərbiyəvi tədbiri onlara müvafiq şəkildə tətbiq etməyi bacarmalıdır. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda qeyd olunduğu kimi, yaradıcı şəxsiyyət və vətəndaş formalaşdirmaq bu gün hər bir müəllimin işinin əsası olmalıdır. Bunun üçün hər bir müəllimdən böyük peşəkarlıq və həssaslıq tələb olunur.
    Hər bir yaradıcı təhsil işçisi kimi biz sinif müəllimləri də bu işə öz töhfəmizi verməyə çalışırıq. Gələcəyi bizə əmanət edilmiş gül balaların cəmiyyətimiz üçün hərtərəfli şəxsiyyət kimi yetişdirilməsi məsuliyyətini dərk edərək öz üzərimizdə müntəzəm çalışır, yenilikləri gündəlik dərslərimizdə tətbiq edir, dərslərin rəngarəng, maraqlı, yaddaqalan olması üçün, müxtəlif metod və üsullardan, təlimin texniki vasitələrindən istifadə edirik. Bütün bunlar dərslərin tətbiqi zamanı irəli sürdüyümüz problemli stuasiyanın (motivasiyanın) qoyuluşunda, təhlilində, araşdiirilmasında və nəticələrin alınmasında mühüm rol oynayır. Kurikulum həmçinin şagirdlərin yuxarı siniflərdə daha yaxşı və bacarıqlı təhsil almasına kömək olur.
    “Mən müəllim adından yüksək ad tanımıram” söyləyən Ulu öndər, Ümummilli lider Heydər Əliyev müəllim əməyinə olduqca yüksək qiymət vermişdir. Bu adin şərəfini və qürurunu yaşatmaq, uca tutmaq, təhsil sahəsindəki islahatları, yenilikləri tətbiq etmək üçün var qüvvəmlə işləyir, xalqını sevən hər bir müəllim kimi Allahın mənə bəxş etdiyi bilik və bacarığımı onun övladlarına bəxş edirəm.
    Saysız-hesabsız peşə sahibləri müəllim əməyi ilə səadət tapıblar. Şərəfli, eyni zamanda məsuliyyətli olan müqəddəs müəllimlik peşəsinin sahıbı kimi çox xoşbəxtəm. Xoşbəxtəm ona görə ki, yaşadığım müəllim ömründə həyatımın qayəsi halallıq, vətənpərvərlik, səmimilik və xeyirxahlıq olub və bu gözəllikləri vətənimin hər bir övladına sevə-sevə aşılayıram.

    Sədayə Həmidova,
    Sumqayıt şəhər 14 saylı tam orta məktəbin
    ibtidai sinif müəllimi

  • Rahilə DÖVRAN.Yeni şeirlər

    rahileanam

    Şairə-jurnalist-publisist
    Azərbaycan Yazıçılar Birliyinin üzvü,
    “Qızıl qələm” media mükafatı laureatı,

    İNCİDİR MƏNİ

    “Könül dəftərim” – silsiləsindən

    Məni- məndən alıb, kənara atdın,
    Tökülən xəzantək, tonqala çatdın.
    Şirin, bal dünyama, sən zəhər qatdın,
    Vurduğun yaralar, incidir məni.

    Gəlin saçlarımı, şövqlə hörmədim,
    Könül, qəlb bağından çiçək dərmədim.
    Bu zalım dünyada, nələr görmədim?
    Vurduğun yaralar, incidir məni.

    Zamanla başıma qara bağladım,
    Gecəli- gündüzlü, zar- zar ağladım.
    Qan axan yaramı, özüm bağladım,
    Vurduğun yaralar, incidir məni.

    Görmədim düz ilqar, nə də etibar,
    Ömür- can sirdaşı, nə vəfalı yar.
    Canımda səksəkə, gözdə intizar,
    Vurduğun yaralar, ağrıdır məni.

    Cəfakeş Ozanam, Haqq deyən diləm,
    Göz yaşım mürəkkəb, kədərim qələm.
    Dərdlər heç qoymadı, bir an dincələm,
    Vurduğun yaralar, ağrıdır məni.

    Söylə, fələk verən hökümmüsən- sən?
    Dövrana dağ kimi, çəkilmisən- sən.
    Gözümdən yaş olub, tökülmüsən- sən,
    Vurduğun yaralar, incidir məni…

    D O S T

    “Mənim dünyam” – silsiləsindən

    Vardır dostu, sirdaşı,
    Hər Adəm övladının.
    Dost, sayılar qardaşı,
    Həm kişi, həm qadının.

    Dost odur ki,ürəyi,
    Dost ilə həmdərd ola.
    Dost odur ki, çörəyin,
    Dost ilə hey tən bölə.

    Başı qalda olarsa,
    Dostu çatar dadına.
    Toyu, düyünü varsa,
    Dostu düşər yadına.

    Süfrəsi hesab edər,
    Dostunun süfrəsini.
    Ağır günündə gedər,
    Güldürər çöhrəsini.

    Dost olmaz təmənnada,
    Dosta dəsdək olanda.
    Fürsəti verməz yada,
    Lazım olan zamanda.

    Dostluğun təməlidir,
    Düzlük, sədaqət, vəfa.
    Dövrana da bəllidir,
    Dost-dostçün çəkər çəfa…

  • Şəfa VƏLİYEVA.”Kirkirə” (Hekayə)

    sv

    “Gənc Ədiblər Məktəbi”nin müdavimi, AYB və AJB üzvü,
    Prezident təqaüdçüsü, Gənclər müfakatçısı

    Kənddə Xıdır İlyas gününə möhtəşəm hazırlıqlar gedirdi. Qonşular seçilmiş buğdaları xəlbirləmək üçün bir-birini çəpərin üstündən haraylayırdılar. Usta İbrahim Allahın rəhmətinə gedəndən təkadamlıq xəlbirlər qıt olmuşdu. Usta özündən sonra dünyanın bu üzündə tez qırılan hacatı düzəldə biləcək bir şəyird qoymamışdı. Odur ki, kəndlilər məcburən Namaz kişinin ixtira etdiyi iri, ikiadamlıq xəlbirlərə möhtac qalmışdı. Xəlbirlənən buğdalar qovrulur, bez parçadan hazırlanmış süfrələrin üstündə soyudulur, ovuc-ovuc kirkirənin boğazından tökülmək üçün hazır vəziyyətə gətirilirdi. Qovrulmuş buğda-qovurğa kirkirənin boğazından keçərək üyüdülür, qovut olurdu.
    Xıdır İlyas gününün özəlliyi qovut idi. Bu qovut bütün evlərdə bişirilirdi. Xıdır İlyas günündə axşamdan bir qab qovut dama qoyulurdu. İnanca görə, həmin gecə Xıdır İlyas damları gəzər, o qovutlardan dadardı. Bu isə növbəti məhsul ilinin daha da bolluqla keçməsinə onun verdiyi xeyir-dua olardı.
    Bu il kənddə kirkirə də qəhətə çıxmışdı. Biri yuxarı məhəllədə Nizam arvadgildəydi. Hər ilin bu vaxtlarında Nizam arvadın eyni açılardı, o, babasının ona cehizlik hazırladığı kirkirəni toxunma xurcundan çıxarar, silər, təmizləyər, əzizləyə-əzizləyə qapıya gələnlərə amanat edərdi:
    -Bax, ha, qadan ürəyimə, çalış sındırma. Kirkirə daşı köyrək olur, bircə yerindən oyxalansa, küsər, ovula-ovula gedər.
    İkinci kirkirəni Səməd ötən yay düzəltmişdi. Hələ bu hacatı heç kim siftə eləməmişdi. Hamı güman edirdi ki, hacatın siftəsini Səməd özü edər. Amma, yaşı otuza çatsa da evlənmək fikrində olmayan Səməd tək yaşayırdı. Qonum-qonşunun dediyinə görə, o, bu il heç buğda xəlbirləməmişdi. Kənddə hamının növbəsini gözlədiyi vaxtda yalnız Bəxtiyar özündə Səməddən kirkirə istəmək cəsarətini tapdı. Bir gün axşamçağı Səmədin sevinərək, qürurlanaraq keçəyə bükdüyü təzə kirkirəsini Bəxtiyara verməsi hamının öz evində qovurğasını barmaqlarıyla qarışdırmağına səbəb oldu. Sonrakı gün növbə ona çata bilərdi-deyə hər kəs hazırlıqlı idi.
    Səhər-səhər kəndə düşən hay qovurğaların bez süfrələrdə daha bərk-bərk bükülməsiylə həmahəng qapı və bacalardan içəri girirdi. Bəxtiyar axşam Səmədin kirkirəsini evə aparıb kiçik çadırın üstündə qurmuşdu. Boğazlıqdan tökülən ilk ovucdanca qovurğalar üyünmüşdü. Lakin, kirkirənin ətrafına qovutla birlikdə qan da axmağa başlamışdı. Qanlı qovut evin adamlarını heyrətə salmış, bütün gecəni yatmamışdılar. Obaşdan kirkirəni götürüb bulaq üstünə aparmışdılar. Tər-təmiz yuyulan kirkirəni evə gətirib işə başlayınca həmin hadisə təkrarlanmışdı. Kirkirənin hər fırlanışında çadırın üstünə qovutqarışıq qan axırdı. Kirkirənin bu qanlı hekayətindən sonra heç kimin Nizam arvadgilin doqqazında nöbətə durmaqdan başqa çarəsi qalmamışdı.
    Səməd isə boynunu bükərək kənd camaatından qaçırdı. Bu qanlı qovut əhvalatında özünü nədə günahlandıracağını bilmirdi. Sadəcə, kənddəki qoca arvadların onu dilə-dişə salmaqları artıq onun da bacasından içəri təpilmişdi. Danışırdılar ki, guya Səməd lənətlənib. Hələ on yaşındaykən ata-anası köç yolunda arabanın altında qalıb ölmüşdü. Baxacaq kimsə olmadığından kənd camaatı onu aralıqda böyütmüşdü. Gündüzlər aralıqda dolansa da axşamları öz evlərinə dönən uşağın bəzən səhərədək pəncərəsindən süzülən lampa işığı keçməzdi. Hələ o vaxtdan uşaqlar onun gecələr divlərlə oynadığını uydurmuşdular. Lakin, zamanla Səməd kəndin ən sayılıb-seçilən oğullarından olmuş, ağacdan qaşıqlar, balta sapı, bel sapı, həvəngdəstə hazırlayıb kənd camaatının işinə yaradığına görə uşaqların uydurduğu “divlərin oyun yoldaşı” kimi söyləmələr unudulmuşdu.
    Kirkinənin qanlı əhvalatının ardınca artıq hamı o vaxtkı deyilənləri sözbəsöz xatırlayır, bir-birinə baxaraq Səmədin evini işarə edib başlarını bulayırdılar. Yaxınlaşan Xıdır İlyas gününə gedən qızğın hazırlıq da cavan oğlanı kənd camaatının yadından çıxartmır, söhbətdən kənarlaşdırmırdı.
    Bir gün səhər alaqaranlığında kimsə Səmədin kirkirə çiynində kənddən çıxdığını, üzü dağ yoluna tərəf getdiyini görmüşdü. Kəndə çaxnaşma düşmüşdü. Hər nə olursa-olsun, dillərində söyləmələr böyüyüb dağdan böyük olsa da, bu kənddə hamının ürəyi saf, duyğuları bu gün-sabah qapıya dayanacaq bahar kimi zərif idi. Heç kim Səmədin bu kənddən getməyini, özü də küsüb getməyini istəməzdi. Məsələni kənd ağsaqqalları müzakirə etməyə çalışırdılar. Lakin, “müzakirə” anlayışı hələ bu kəndə gəlib çatmamışdı. Hərə öz fikrini qışqıra-qışqıra deyir, qarşısındakı insanın nə düşündüyünü eşitməyə hövsələsi çatmırmış kimi əsəbiliklə əl-qolunu ölçürdü. Nəhayət, yenə Nizam arvad öz təmkini, “ağır oturub, batman gəlişi” ilə məsələyə müdaxilə elədi. O, bir ucu qurğuşunlu koğasını dizinə dayaq eləyib üzünü dağ yoluna tutdu. Birinci daşlığa çatmamış artıq kənd camaatı Muncuqlu gölünün qarışıq düşmüş muncuqları kimi onun arxasınca yol başlamışdı.
    Kəndlilər Səmədi çox uzaqda tapdılar. Oğlan el arasında “Qanlı daş” deyilən daşın böyründəcə kirkirəsi qarşısında oturub məhzun-məhzun bayatı çağırırdı. Adamları gördükdə ayağa qalxıb köynəyinin biləyilə gözünü silməyə cəhd elədi. Nizam arvad yaşı bilinməyən, əsrlərdir yağışlarda yuyunmuş, qardan kürk geyinmiş, yayın qızmarında dəmirçi kürəsi kimi istidən köyrümüş boz daşların birinin üstündə oturub nəfəsini dərdi. Səsinə bir az mərhəmət, bir az da danlaq qatdı:
    -Bala, adamın ürəyini üzməzlər. Səhərin alatoranından burda nə işin var, a qadasın aldığım? Bəs sən bilmirsən ki, rəhmətliklərin bu kəndə amanatısan? Bizi onların yanına üzüqaramı göndərmək istəyirsən? Deməzlərmi ki, ay camaat, amanata xəyanət edibsiniz?
    Səməd günahkar duruşu ilə adamların ürəyini çoxdan yumşaltmışdı. İndi hamı onun nə söyləyəcəyini eşitmək üçün bir-birini irəli itəliyirdi. Səməd gözünü qanlı kirkirəyə zilləyib sözə başladı:
    -Hər dəfə bu tərəflərə gələndə atam mənə “Qanlı daş” əfsanəsini danışardı. Buraları o qədər həzinliklə sevirəm ki… Atam o əhvalatı danışdıqca özümü bu daşın qarşısında suçlu sanırdım. Bu “Qanlı daş”ın hekayəsinin də söylənti olduğunu güman edirdim. Gerçək imiş…
    Kənd camaatı bir-birini daha səbirsizliklə itələyir, Səmədin sözlərini kəlmə-kəlmə yaddaşlarında heykələ çevirməyə çalışırdılar. Səməd danışırdı:
    -Sarısu da cavan bir ovçu yaşayırmış. Oxundan bir hədəf yayına bilməzmiş. Onun ovçuluq məharətindən cavanlar da, qocalar da ağız dolusu danışarmış. Cavan ovçu qonşu qızı Gülpərinin eşqinə alışır. Necə deyərlər, sinəsi işvəsindən, qəmzəsindən qara daşları əridən gözəllər gözəli Gülpərinin nişangahına çevrilir. Gündüzlər meşələri dolaşan aşiqin gecələr gözlərinə yuxu getmir. Gülpəri əvəzinə ulduzlarla danışır. Ovçu ata-baba adətilə qıza elçi göndərir. Qızın təkidilə atası oğlanı çətin sınaqdan çıxarmağı qərara alır: “Meşədə maralı nənəm də vurar. Kəpəz dağında-Maralgölün qırağında, daşlar arasında məskən salan bir maral var. Əgər onu vurub gətirsə, qızı ona verərəm. ” Cavan ovçu ox-yayını götürüb daşlı-qayalı yerə gedir. Deyilən maralı görüb izinə düşür. Ox atır, amma marala dəymir. Yenə ox atır, yenə maral salamat qalır. Hər dəfə bir qaya sipərə çevrilib maralı qoruyur. Oxlar qayaya dəyir, marala dəymir. Gecə-gündüz maralla ovçu arasında çətin mübarizə gedir. Ancaq ovçu yavaş-yavaş maralı sıxışdırır, ağzını qayalıqdan daşlığa salır. Qayalar kiçilir, sipərlər xırdalanır, maral üçün gizlənmək çətinləşir. Əlacı kəsilən, qayalardan uzaq düşən maral daşlara sığınır. Daşlar da fədakarlığını göstərir, sədaqətini sübuta yetirir. Kiçik sinəsini böyük maralın önünə verir, mahir ovçunun oxuna hədəf edir. Nəhayət, ovçu maralı haldan salır. Maral amansız oxdan yayınmaq üçün getdikcə balacalaşan daşların arxasında çox çətinliklə gizlənir. İşi asanlaşan ovçu maralı yaman yerdə yaxalayır. Bu dağların, meşələrin yaraşığını qoruyan daş maralın özündən qat-qat kiçik olur. Marala sipər olmağa, dayaq olmağa imkanı çatmır. Elə bu dəm ovçu arzusuna çatmaq üçün yayı çəkir. Ox beş addımlıqdakı marala dəyir. Ancaq onun əvəzinə daş inləyir. Son nəfəsdə maralı qoruya bilməyən daşın köksündən al-qırmızı qan axır. Oğlan “Qanlı daş”a baxıb ovçuluqdan da, belə sevdadan da əl çəkir… Mən kirkirəni bu daşdan hazırlamışdım. Bu daşın lənətli olmadığına, elin işinə yarayacağına özümü inandırmaq istəyirdim… Amma, daş məni də yendi. O, hələ də maralın yasını saxlayır.
    Səməd susdu. Kəndlilər “Qanlı daş”dan, bir də onun böyründə almaz quzu axura sığınmış kimi duran kirkirədən heyrət dolu baxışlarını ayıra bilmirdilər. Minilliklərin açılmamış sirri onların anlayacağı dildə deyildi…

  • Abdulla MƏMMƏD.Yeni şeirlər

    abdullamuellim

    BİR DÜNYA QÜSSƏSƏN GÖZÜMDƏ MƏNİM.

    Dedin:”Yol acıqdır üzünə sənin,”
    Dünya gözlərimdən düşdü bir anda.
    Utandım baxmağa gözünə sənin,
    Sözlərin üşütdü həyamı canda.

    Nə idi istəyin,nə idi,de nə?
    Payız tək saraldım bahar gözümdə.
    Qınadım özümü hey dönə-dönə,
    Sanki heçə döndü- nə var gözümdə.

    Oduna qalanıb yolunda yandım,
    Üstümə bir zərrə su çiləmədin.
    Dərdinin önündə sipər dayandım,
    Yaxşı ki səbrimə kül ələmədin.

    Dünyamı yuxulu,mənmi yuxulu?
    Səni sevməyim də yuxuymuş,demə.
    Çiçəyin çırtlayıb yalan qoxulu,
    Zərrəcə insafın yoxuymuş,demə!

    Olan insafın da çəkilib göyə,
    Daş əsri deyil ki,daşa dönəsən.
    Göz də o göz deyil-gözümü döyəm,
    Gözümdə həsrətdən yaşa dönəsən.

    Ömrün payızında saralan güləm,
    Dərdin ümidinə qoymusan məni.
    Çətin ki sevinib ürəkdən güləm,
    Sən ki dar ayaqda saymısan məni!

    Bir dünya qüssəsən gözümdə mənim,
    Dərdimin üzünə gülə bilmirəm.
    Sən elə etmisən özümdən məni,
    Daha özümə də gələ bilmirəm.

    Dedin:”Səni anıb gəzməz ürəyim,
    Daha mənim üçün quruca adsan”.
    Səni ələmədi qüssə ələyim,
    Yaxşı ki dar gündə dərdimə yadsan.

    Azərbaycan.Quba.
    26.12.2002.

    GƏRƏK ÇIXMAYAYDIN YOLUMA BİR DƏ.

    Gərək çıxmayaydın önümə bir də,
    Kaş elə qalaydın dünənimdə sən.
    De,niyə dönmüsən günümə bir də?
    Sən ki sənə bağlı dünənimdəsən.

    Yadıma düşdükcə sənli o çağım,
    Yenə də ürəyim yerindən çıxır.
    Külü də sovrulub sənli ocağın,
    Başımın üstündə şimşəyi çaxır.

    Yeriyir üstümə dərd dönə-dönə,
    Yeyir ürəyimi sənli fikirlər.
    Sən özün-özünü saldın düyünə,
    Dumanlı,çisənli,çənli fikirlə.

    Düşüb şübhələrin bəd qəlibinə,
    Dedin:”Yanılmışam sevən anımdan.”
    Köçürə bilmədin məni qəlbinə,
    Kəsildin məhəbbət imtahanından.

    Getdin,qədərimə yar oldu dünyan,
    Əsdi qara yellər yollarım üstə.
    Payız yarpağı tək saraldı sevdam,
    Eşqin gül tək soldu qollarım üstə.

    Geyib dərd donunu kəsilir qənim,
    Sevdalı dünənim,yaslı bu günüm.
    Məni də salmısan gözümdən-məni,
    Gözümdən düşənlə necə öyünüm?!

    Dəlir ürəyimi məsum görkəmin,
    Gözümə dağ çəkir baxışların da.
    Mənə bəxş etdiyin ayrılıq qəmi
    Sızlayır alnımın qırışlarında.

    Gərək çıxmayaydın yoluma bir də,
    Kaş elə qalaydın dünənimdə sən.
    Söylə necə dözüm sən boyda dərdə,
    Necə zənn eləyim dünənimdəsən?!

    Azərbaycan.Quba.
    09.07.2000.

  • Müzəffər MƏZAHİM.”Atacan”

    mm

    Vardın, ömrüm şirin idi noğultək,
    Həyat mənə görünürdü nağıltək…
    İstəyinə layiqəmsə oğultək,
    Halal eylə onda məni, atacan.

    Zəhmətinlə, qayğın ilə böyüdüm,
    Sevgin ilə, sayğın ilə böyüdüm,
    Ən müqəddəs duyğun ilə böyüdüm,
    Yaşadıram canda səni, atacan.

    Ocağımda hərarətin qalıbdır,
    Saf süfrəmdə bərəkətin qalıbdır,
    Ürəyimdə məhəbbətin qalıbdır,
    Cücərtmişəm sevgi dəni, atacan.

    Sənsizliyə kürəyibdir ömrümü,
    Con dalana dirəyibdir ömrümü,
    Birdəfəlik bürüyübdür ömrümü,
    Ayrılığın qatı çəni, atacan.

    Öz ömrünü ləyaqətlə yaşadın,
    El-obaya sədaqətlə yaşadın,
    Mərhəmətlə, ədalətlə yaşadın,
    Rəhmət sənə qəni-qəni, atacan.

  • “Şagirdlərə şəxsiyyət kimi yanaşmaq lazımdır”

    Peşəsini müəllimlərinin timsalında sevən İlhamə Güləliyeva artıq 30 ildir ki, ibtidai sinif müəllimi işləyir. Bu şərəfli, eyni zamanda məsuliyyətli peşənin yollarında İlhamə Güləliyevanın hər zaman bir amalı, bir məqsədi olub: yalnız təhsilli deyil, kamil, bacarıqlı, sözün həqiqi mənasında vətənpərvər şəxsiyyətlərin formalaşdırılmasının təməlini əsaslı şəkildə qoymaq. Hazırda İlhamə Güləliyeva Sumqayıt şəhər 14 saylı tam orta məktəbin 1а sinfinin rəhbəridir. İllər bir-birini əvəz etdikcə, hər dəfə məktəbə titrək addımlarını atan körpə fidanlara baxdıqda qəlbində min arzu, dilək qatarlanır İlhamə müəllimənin. Qayğıkeş, mehriban ana kimi onlara böyük ümidlər bəsləyən ilk müəllim həyatının qayəsini vətənə şərəflə xidmət etməkdə görür. Böyük əminliklə demək olar ki, İlhamə müəllimənin çəkdiyi zəhmət və gərgin əmək ona hər zaman uğur bəxş edib. Bu gün respublikamızın ali təhsil ocaqlarında təhsillərini davam etdirən, müxtəlif idarə və müəssisələrdə çalışan bir çox gənclər var ki, onların ilk müəllimi İlhamə Güləliyeva olub.
    Adətən ibtidai sinif müəllimləri birinci sinif şagirdlərini bir-birindən fərqləndirməsələr də, sinifdə dərsi mənimsəməsi, xüsusi qabiliyyəti, çalışqanlığı, nizam-intizamı, məntiqi, hazırcavablığı, məsuliyyətliliyi, sürətli oxumaq və yazmaq qabiliyyəti ilə fərqlənən şagirdlər olur. Cəmilə, Həsən, Firudin, Nihad, Orxan, İbrahim, Aylin, Ömər, Qumru, Fatimə, Lalə, Nazlı, Xədicə, Rza, Nuranə, Cəfər, Məryəm, Əli, Mailə, Sabir, Zəhra belə şagirdlərdəndir. Digər şagirdlər Sevinc, Aysu, Tuncay, Amil, Əli, Kənan sinfin çalışqan şagirdləridir. Şagirdlərinin naliyyətlərinə, uğurlarına sevinən müəllimə bu gün də eyni həvəslə, məhəbbətlə, məsuliyyətlə işləyir. İlhamə Güləliyevanın fəal təlimin üstünlükləri barədə maraqlı fikirləri bir daha təsdiq etdi ki, müəllim onu öyrənən şagirdi öyrənməyə formalaşdırmağı, onu müstəqil həyata hazırlamağı bacararır:
    “Müasir dərsin aparıcı prinsiplərindən biri şagirdyönümlülükdür. Bu, ibtidai sinif müəllimlərinin qarşısında daha böyük vəzifilər qoyur. Bilirik ki, məktəbə kövrək addımlarını atan şagird, müəllim-şagird və şagirdlərarası münasibətləri məhz ilk müəllimindən öyrənməyə başlayır. Hazırda bütün ibtidai sinif müəllimləri kimi mən də fəal təlim metodlarından istifadə edirəm. Fəal təlim müəllim-şagird ünsiyyəti üçün geniş imkanlar yaratmaqla yanaşı, münasibətlərin formalaşmasına böyük zəmin yaradır. Şagirdərin arasında elə bir münasibət yaranır ki, bu münasibətlər getdikcə humanistləşərək onların gələcək həyatında daha möhkəm münasibətə çevrilir. Beləliklə, səmərəli bir təlim mühiti yaranması nəticəsində təhsilin keyfiyyətinin bünövrəsi daha əsaslı şəkildə qoyulur.
    İbtidai sinifdə kiçikyaşlı uşaqların əqli inkişafının bünövrəsi qoylduğundan biz müəllimlərdən dözümlülük göstərərərk ilk növbədə şagirdlərə şəxsiyyət kimi yanaşmaq tələb olunur ki, bu yanaşma onların hərtərəfli inkişafına nail olmağın ilkin şərtlərindəndir. Müəllim müasir dərsə verilən əsas tələblərdən biri olan fənndaxili və fənnlərarası inteqrasiyanı düzgün şəkildə qurmalıdır. Fənnlərarası inteqrasiya bir neçə fənnin əhatə etdiyi ortaq bilik və bacarıqların sintezi olmaqla bir fənnə aid anlayışların və metodların digər bir fənnin öyrənilməsində istıfadəsini nəzərdə tutur. Inteqrasiya zamanı şagirdlərin bədii təfəkkürü daha da inkişaf edir, belə ki, şagirdlərin, eyni zamanda müəllimlərin pedaqoji imkanları, yaradıcılıq qabiliyyətləri akara çıxır, tədqiqatçılıq meylləri artmaqla dərsi daha maraqlı və məzmunlu qurmağa zəmin yaranır. Təcrübələr də təsdiq edir ki, interaktiv təlim metodları üçün şagird fəallığı, müəllim-şagird əməkdaşlığı, didaktik oyunların təşkili, məktəbli masalarının düzülüşünün qeyri-ənənəvi yerləşdirilməsi, müasir texniki avadanlıqlardan istifadə olunması səciyyəvidir. Belə ki, dərsdə müasir texniki vasitələrin köməyi ilə mövzular, oyunlar şəklində proqramlaşdırılmalı və dərsin tədrisi şagirdlərin ixtiyarına verilməlidir. Müasir həyatın üstünlüklərini əks etdirən bu metodun cəmiyyət üçün hərtərəfli, bilikli, nizamli, vətənpərvər vətəndaşlar yetişdirdiyinə böyük ümüdlərimiz və inamimiz var.”
    Bu inamın işığında biz də öz növbəmizdə İlhamə müəlliməyə, onun bütün şagirdlərinə, həyat yoldaşı Zeyni Güləliyevlə birgə tərbiyə etdiyi övladları – İlahə Güləliyeveya, Səkinə Güləliyeveya, nəvələri – Sumqayıt şəhər Humanitar və təbiət-riyaziyyat təmayüllü «Istedad» liseyinin 1-ci sinif şagirdi Təzəgülə, Hüseynə can sağlığı, aydın səhərlər, yeni naliyyətlər arzulayırıq!

    Nisə QƏDİROVA,
    Azərbycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    “Qızıl Qələm” Media Mükafatı laureatı,
    “Möhtəşəm Azərbaycan” müstəqil ictimai-siyasi, ədəbi-bədii qəzetinin redaktoru

  • Şair Gülşən Mustafanın “Kəpənək ömrü” adlı yeni şeirlər kitabı işıq üzü görüb

    Çağdaş Azərbaycan ədəbiyyatının nümayəndəsi, istedadlı şair Gülşən Mustafanın”Kəpənək ömrü” adlı yeni şeirlər kitabı “Elm və təhsil” nəşriyyatı tərəfindən 128 həcmində, 300 tirajla işıq üzü görüb. Kitabın redaktoru və ön sözün müəllifi Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, araşdırmacı şair Namiq Hacıheydərli, məsləhətçisi Əbülfəz Ülvi, korrektoru Nadir Qədimli, Dizayner rəssamı Zülfiyyə Əliyeva, Kompüter dizayneri Nərgiz Mustafayevadır.
    Kitaba müəllifin son zamanlar qələmə aldığı şeirlər toplanıb.Kitab müəllifin oxucularla sayca birinci görüşüdür.Geniş oxucu auditoriyası üçün nəzərdə tutulub.
    Poeziyasevərlər və ədəbiyyatşünaslar tərəfindən rəğbətlə qarşılanacağına ümid edirik.

    Gülnarə ŞÖHRƏDDİNQIZI,
    “Möhtəşəm Azərbaycan”.

  • Şair Gülşən Mustafanın “Kəpənək ömrü” adlı yeni şeirlər kitabının təqdimatı mərasimi keçirilib

    Çağdaş Azərbaycan ədəbiyyatının nümayəndəsi, istedadlı şair Gülşən Mustafanın”Kəpənək ömrü” adlı yeni şeirlər kitabının Atatürk mərkəzində təqdimat mərasimi keçirilib. Təqdimatı mərasimini tənqidçi, şair Balayar Sadiq aparıb.Təqdimatda kitabın redaktoru Namiq Hacıheydərli, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “Qızım Qələm” Media Mükafatı laureatı, Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin idarə heyətinin və Qadınlar Şurasının üzvü şairə jurnalist Nəcibə İlkin, araşdırmaçı esseist İradə Əlili, dəyərli şairlərimiz Məmməd Abdullayev, Nəcibə İlkin, Rafael Həbiboğlu, Şərafəddin İlkin, Nadir Qədimli, İlqar Türkoğlu, Rafiq Göyçəli, Fəxrəddin Meydanlı, Məhərrəm Şəmkirli, Mayıl Məmmədli, Xuraman Camalqızı, Aygün Hüseyn, Ədalət Bədirxanlı, Telli Sənəm Borçalı müəllifin yaradıcılığından söhbət açdılar və onun qələminin özünə məxsusluğundan danışdılar. Şeirlərinə müraciət edərək yeni fikirlər, gözəl poetik ifadələr olan misralar nümunə gətirdilər. Bundan başqa tədbirdə iştirak edən gənc qələm sahiblərindən Vüsalə Süleyman, İltimas Səmimi, Məhərrəm Biləsüvarlı, Nuru Abdullayev, Mütalib Tahiroğlu , Şəfaqət Cavanşirzadə, Gülər Eldarqızı, Məlahət Fərəcova, Ənvər Məsud öz qələm dostlarını təbrik edib, ona yaradıcılıq uğurları arzuladılar.
    Tədbirdə Gülşən Mustafanın hekayə, məqalə və şeirlərlə çıxış etdiyi qəzet və jurnalların nümayəndələrindən də iştirak edirdilər. “Təhsil və zaman” qəzetinin redaktoru Böyükağa Mikayıllı, “Təhsil problemləri” qəzetinin və “Azərbaycan məktəbi” jurnalının əməkdaşı İlham Hüseyinli, “Xəzan” ədəbi bədii jurnalının baş redaktoru Əli bəy Azəri də öz növbəsində kitab haqqında öz fikirlərini söylədi və müəllifi təbrik etdilər.
    Gülşən Mustafanın işlədiyi Xətai rayon 64 saylı məktəbin müəllim kollektivi də tədbirdə iştirak edirdi.Onlar da öz həmkarlarına yaradıcılıq uğurları arzuladılar.
    Şairin şeirlərindən söylədilər, şeirə çəkilmiş klip nümayiş etdirildi. Sonda Gülşən Mustafa bütün iştirakçılara öz minnətdarlığını bildirdi. Yaradıcılığının bundan sonrası üçün bu təqdimatın bir stimul olduğunu söylədi.

    Gülnarə ŞÖHRƏDDİNQIZI,
    “Möhtəşəm Azərbaycan”.

  • Qiymət MƏHƏRRƏMLİ.Yeni şeirlər

    qm

    EY BAŞI BƏLALI VƏTƏN!

    Gör kimlər başına nə cür iş açır,
    Əzəldən ey başı bəlalı Vətən!
    Bütün cavabdehlər cavabdan qaçır,
    Kimə ünvanlayaq sualı, Vətən?

    De, sənin haqqını kimlər yeyibdir?
    Kim zərə bürünüb, kim bez geyibdir?
    Elə bil aqillər boşa deyibdir
    Bu qədər öyüdü, misalı, Vətən!

    Səni tox görənlər içdən yanıblar,
    Haqqı batil edib, görüb danıblar.
    Səni tək biliblər, aciz sanıblar,
    Qaldır başın üstdən zavalı, Vətən!

    Özünü təsdiq et, de ki, buyam, bu!
    Azadlıq təşnəsi – tənha quyam, qu!
    Yanan ürəklərə axar suyam, su!
    Ey dili alxışlı, dualı Vətən!

    Tarixlər boyunca Türküm var olub,
    Qeyrəti, cürəti ərzə car olub!
    Bütün zamanlarda bayraqdar olub –
    Bayrağı ulduzlu, hilallı Vətən!

    14.10.2015.

    QALMADI

    Bəyaz örpək salan dağlar,
    Qarın da mənə qalmadı.
    Gəlib çatmadım yaxana,
    Yarın da mənə qalmadı.

    Baxmadın gözü giryana,
    Salıb axıtdın dəryana.
    Buğda dillərin bir yana,
    Darın da mənə qalmadı.

    Bu nə çağrış, bu nə zəngdi,
    Qulaq yağır, qulaq dəngdi.
    Üzümdəki hansı rəngdi,
    Sarın da mənə qalmadı.

    Söz tapmayıb dərd yazaram,
    Qəm alıb-satan bazaram.
    Yoxun əlindən bezaram, –
    Varın da mənə qalmadı.

  • Qaratel AZƏRİ.Yeni şeirlər

    YENƏ GÖZLƏYİRƏM

    Gözləmək olubdur əzəldən peşəm,
    Nə qayğım qurtarır, nə də əndişəm.
    Elə bil dünyaya dərdə gəlmişəm,
    Sevginə deyiləm naşükür, Allah.

    İnsan var, unudur, ölüm günü var,
    Dünyanı düz minib, tərsinə çapar,
    Nə abır saxlayar, nə də ar qanar,
    Sevginə deyiləm naşükür, Allah.

    Hər kəsin yolunu bilib saxlayan,
    Kimsəsiz ömrünə gülüb, ağlayan,
    Qaratelin hər yerdə bəxtin bağlayan,
    Sevginə deyiləm naşükür, Allah.

    24.08.2015

    BİZDƏN EHSAN PAYLAYIRLAR

    Bəxt atımı çapammadım,
    Öz yarımı tapammadım,
    Kitab yazdım, satammadım,
    Sözdən ehsan paylayırlar.

    Dünya qaynar qazan olub,
    İnsanlarla daşıb, dolub,
    Yol dolaşıb, göz tutulub,
    İzdən ehsan paylayırlar.

    Bizləri şeytan çaşdırıb,
    Girib qəlbə, lap coşdurub,
    Düşmən çömçəsin doldurub,
    Bizdən ehsan paylayırlar.

    12.10.2015

    XƏBİSLƏR

    Bütün uğurlarımı görməzdən gəldilər

    Həqiqətə badalaq vurdular,
    Səndələyib yıxılanda,
    Üstündən keçdilər, ayaqladılar,
    görmədik dedilər.
    Şərin ayaqlarına, taxtadan ayaq vurdular,
    Göylərə qaldırdılar,
    haray saldılar.
    Qışqırdılar,
    gördünüz dedilər?!
    Bəs xeyirxah mələklər hara
    baxırlar,
    Bizi nədən, necə qoruyurlar?!
    Həqiqətin ağzına daş basanları,
    qulaqları tutanları,
    Gözləri bağlayanları,
    buynuzlu şeytanları
    görmürlərmi?!
    Hərdən mən acizin,
    yazığı gəlir mələklərə –
    məndən də aciz olanlara.
    Gözlə görə bilsəydim,
    kömək edərdim –
    Bizə həyan duranlara!

    26.04.2014

    SEVGİM UTANCAQDIR

    Sevgim utancaqdır, üzə çıxmır heç,
    Uzaqdan boylanır, sözə çıxmır heç,
    Atəşi yandırır, közə çıxmır heç,
    Alovundan ürəyimə köz düşür.

    Yanağımın cizgilərin dondurur,
    Qızarıram, istisi üz yandırır,
    Mən bilməmiş özgələri qandırır,
    Bədxahların dillərinə söz düşür.

    Anlamazlar, sən də cansan, insansan,
    Ürəyin var, eşq oduna yanasan,
    Qoymazlar ki, yarla kama çatasan,
    İmansızlar ünvanına tez düşür.

    18.04.2014

  • Şəfa EYVAZ.Yeni şeirlər

    1423756700_sefa-xanim

    * * *

    Mən həsrətə bu qədər yaxınkən
    Tutmursansa əllərimdən,
    Uçurum başındayam, ürəyim,
    Hər an yıxıla bilərəm…
    Sənsizliyin ən qaranlıq dibinə
    Nə dəli bir məhəbbətdi bu?!
    Ağlımı alırsa başdan,
    Hələ yaşanacaq illərmi var?!
    İnanmıram ötəm bu yaşdan…
    Gedəm üzə gələn ilinə

    * * *

    Hər şey fərqlidir,
    Bilirsənmi?!
    İndi Günəş belə
    Əvvəlki deyil.
    Arzularımızın işığı tükənib məsələn.
    Ümidlərimiz belə çağırmır sabaha.
    Əslində
    Heç nə
    Əvvəlki deyil.
    Nə yaşımız üstünə yığılan yaşlar,
    Nə də başımıza dəyən daşlar
    Eynidir…
    Əllərimizi uzatdığımız əllər qırışıb,
    Öpdüyümüz saçların da dəyişib rəngi…
    Hətta qapılar var ki, açılmır daha.
    Daha nə deyim sənə?!
    Hər gün bir az daha solur,
    Sənə 10 il öncə yazılan məktub.
    Köhnə şəkillərin üzü qat kəsir,
    Toz tutub sonuncu şeirimi də…
    İndi kəndimizdə evlər dəyişib,
    Nağıllar dəyişib, divlər dəyişib.
    Heç nə əvvəlki deyil,
    Bilirsənmi?!
    Keçmişdən xatirə göz yaşlarımız
    Hətta kədərimizin tonu başqadı.
    Daha nə deyim sənə?!
    Nə əvvəlki şıltaq halım var,
    Nə də cingildəyən şux gülüşlərim…
    Bir az təbəssümüm qalıb,
    Bir az ürəyim.
    Ürəyim, nə deyim axı sənə,
    Nə deyim?!
    Axı heç nə əvvəlki deyil…

    16.11.2016

  • Gülnarə İSRAFİL.Yeni şeirlər

    13450803_1754969961387299_7396250293353329998_n

    Dünya Gənc Türk Yazarlar Birliyi və “Gənc Ədiblər Məktəbi3″ün üzvü

    * * *

    Mehribanlıqda sığallanmaq,
    əzizləndikdə
    canlanmaqdı sevgi.
    Toxunmayan barmaqların
    müqəddəsliyi…
    Fərdilikdə əzməməkdi yaşamaq.
    Ayrılıqdan
    sığındığını qazanmağa addımlayan,
    istəklərin həvəsi…
    Bu sən deyilsən
    bu mənim uğursuzluğumdu.
    Xoş sözlərin ölüşünü
    qollarımda daşımağa alışdım.
    Yad ümidlər,
    öpməməli göz yaşımı.
    Toxunduğum hər şeydə sən olmalı…
    Təsəllim olma!
    Səndə bütövləşmək,
    yarpaqlamaq
    sussuz çiçəyin dirçəlişidi.

    Çilik ağac

    Qorxu sarılıb düşüncələrin xam yerinə.
    bir az vəzifə korlaşdırıb
    əqidənin dilini
    biz az köynək, qalstuk.
    cazibəlidir sarayın üst qapağı,
    çəkib aparır səs dalğasını.
    Həmişəki kimisən kilsə keşikçisi,
    məscid üləması,
    minbər həzrəti.
    O günlə bu günün dəyişməyib
    qum padişahı.
    Troya müharibəsində qadın sehriydi hiyləliyin adı,
    indi sevgilər üzü qara çıxır.
    Prometey zəncirlidi ayaqların hərəkətliliyi.
    Qarğalar dimdiklədiyi ciyərləri,
    neftin mazutuyla yuyur məmurlar.
    Niyə öldün soruşacaqdım babamdan,
    sözüm ürəyimdə qurğuşun ərintili
    asılıb böyük vətən müharibəsinin alt üzündən.
    Oyun oynamağa gəlmişdi Qarabağ qazisi,
    cütləşdirə bilmədi ayaqlarını
    birini snayper aparmışdı çilik ağac oyununda.

  • Nəcibə İLKİN.Yeni şeirlər

    ni

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    “Azad qələm” ədəbi-bədii, ictimai-publisistik qəzetinin və
    “Ali Ziya” ədəbi-bədii, elmi-publisistik jurnalının təsisçisi və baş redaktoru

    EŞQİMİN QIŞ HARAYI

    Payız elə gəldi, qış belə getdi,
    Ayrılıq küləyi əsdi bir ucdan.
    Görüşə bilmədik bu necə dərddi?
    Qar da yolumuzu kəsdi bur yandan.

    Sanki acıq çıxır təbiət bizdən,
    Görüşmək vədəmiz uzanır yaman.
    Həsrət də qar kimi gözlərimizdən-
    Yağıb yolumuzda qoparır tufan.

    Bölündük sevginin fəsillrinə,
    Eşqimiz baharkən, özümüz qışıq.
    Bəlkə ömrümüzün son illərindən,
    Bəxtin yollarına atılmış daşıq?!

    Eh…yenə səbrimin üstünə əsir,
    Sənin gətirdiyin şaxta, qar, boran.
    İnan ki, yolumu eşqimiz kəsir,
    Yoxsa bu yollarda kimidi ki, duran?!

    Məni mənsiz tapan eşqim

    Çiçəklərin qönçəsiydi,
    Sevgilərin öncəsiydi,
    Taleyimin bircəsiydi,
    Məni mənsiz tapan eşqim.

    Əvvəl-əvvəl qan elədi,
    Canımı candan elədi,
    Bəxtimlə üsyan elədi,
    Məni mənsiz tapan eşqim.

    Dağlarımın göy üzüydü,
    Hər gecəmin gündüzüydü,
    Bəlkə bəxtimin özüydü,
    Məni mənsiz tapan eşqim.

    Ay halımdan bixəbərlər,
    Bilin, nələr çəkdim, nələr…
    Məni eylədi ”bəxtəvər”,
    Məni mənsiz tapan eşqim.

  • Rəhim MEHNƏT.Yeni şeirlər

    12584137_533420616825212_752487860_n

    YAXIN GƏL

    Hər gecəni xəyalınla yatıram,
    Yuxulara yuxuları qatıram.
    Dan üzünə həsrətinlə çatıram,
    Paltarımda qalıb ətir qoxun, gəl.

    Hicranınla od qaladım sinəmdə,
    Sənsiz heçəm, qalxıb-enməz sinəm də.
    Bu sevgiyə layla denən sinəndə,
    Dodağınla yanağıma toxun, gəl.

    Sən Tanrıdan mənə düşən payımsan,
    Ulduzumsan, Günəşimsən, Ayımsan.
    Bu qış vaxtı qəlb qızdıran yayımsan,
    Dodağımda eşq nəgməsi oxun, gəl.

    Doğmam sənsən, səndən başqa kimim var,
    Sən olmasan xəyalları alar qar.
    Durar qəlbim, gözlərim də qaralar,
    Kənar durma, gülüm mənə yaxın gəl.

    21.02.2016

    AD GÜNÜN MÜBARƏK

    Sən mənə dost oldun, sən mənə sirdaş,
    Həm ana, həm ata, həm də ki, qardaş.
    Mənimlə yol gedib olmusan yoldaş,
    Sən uca zirvəmsən, başında tacı.
    Ad günün mübarək, mübarək bacı.

    Ağladın mənimlə, güldün mənimlə,
    Dərdini danışıb, böldün mənimlə.
    Yazda yağışnla, qışda çəninlə,
    Bütün dərdlərimin sənsən əlacı.
    Ad günün mübarək, mübarək bacı.

    Ana yadığarı, ömür bəzəyi,
    Ata ərməğanı, qardaş gərəyi.
    Sənsən qardaşının vuran ürəyi,
    Acısı, şirini, tək ehtiyacı,
    Ad günün mübarək, mübarək bacı.

  • Əziz MUSA.Yeni şeirlər

    em

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru,
    Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

    BİR GÜN GECİKƏRSƏN

    Sən bir bəhanə tap, gecik görüşə,
    Ürəyim həsrətlə çırpınsın bir az.
    Gecik əllərimdə solsun bənövşə,

    Qoy məni ağlatsın bu işvə, bu naz.
    Axtarsın gözlərim elə hey səni,
    Xəyalım dalınca yollara çıxsın,
    Gülüm intizarda sən saxla məni,

    Gözümdən dünyanın sel, suyu axsın.
    Gəldiyin yollara sərim kölgəmi,
    Yolların tozu da dəyməsin sənə.
    Öyrət bir az mənə həsrəti, qəmi,

    Ayrılıq dağ çəksin odlu sinəmə.
    Öyrət bu həsrətə, öyrət sən məni,
    Sənsiz bulaq kimi çağlasın gözüm.
    Gülüm, görməyəndə bircə gün səni,

    Sənsiz yaşamağa tablayım, dözüm.
    Sevinclə gedirəm hər gün görüşə,
    Sənsiz darıxıram qonçə çiçəyim.
    Gəlmə sən vaxtında, gəlmə görüşə,
    Bir gün gecikərsən, dözməz ürəyim.

    QAYIDIM

    Torpaq eylə, bir daş eylə sən məni,
    Küləklərə yoldaş eylə sən məni,
    Qanadlanan bir quş eylə sən məni,
    Dağlar, yol ver Cəbrayıla qayıdım.

    Övladınam istəyimə yox demə,
    Bu həsrəti tökmə daha üstümə,
    Qoyma fələk, dursun mənim qəsdimə,
    Dağlar, yol ver Cəbrayıla qayıdım.

    İstəyirəm yurd-yuvaya gedəm mən,
    Çiçək olub bağça-bağda bitəm mən,
    Öz arzuma, diləyimə yetəm mən,
    Dağlar, yol ver Cəbrayıla qayıdım.

    Öyrənmişəm tay yağışa, çiskinə,
    Tanrı niyə əzab verir küskünə?
    Bu ayrılıq məni qoyub pis günə,
    Dağlar, yol ver Cəbrayıla qayıdım.

    Ana yurdum, sən anasan, mən bala,
    Bu ürəyi od-alova qalama,
    Əziz Musa dəli olub az qala,
    Dağlar, yol ver Cəbrayıla qayıdım.

  • “ÖLÜMSÜZ ÖMÜRLƏR”

    (Xalqımızın ürəyində özünə əbədilik taxt quran,
    ölümsüz xalq şairi Məmməd Arazın yaradıcılığına həsr edirəm)

    Ömrünün məhsuldar çağları yataqda keçsə də, yenə yazdın, yaratdın! Ürəyinin “dağ kimi qabaran dərdləri” ürəyini yandırıb kösövə döndərdi, üəryinin qabaran atəşi kösövə od vurdu, təzədən oddadı!
    Qəlbinin əsil dostu, sirdaşı – respublikamızın xalq həkimi, gözümüzün nuru Hacı Cəfər həkim oldu! Həmd olsun Allaha! Sözün gözəlini seçənlər, doğrusunu yazanlar sənə dayaq durdu, yar oldu!
    Ömür-gün yoldaşının – Gülxanım müəllimənin ürəyinin əbədiyyət sevinci əbədi irsinə yenidən həyat verdi, ürəyinin qorxusunu azaltdı! Çünki sənin xəttinin, düzümünün sirrini ondan başqa bir kimsə anlaya bilməzdi! Bu irsi öz xəttiylə vərəqlərə köçürtdü, ibrətkarlar dərs aldı, yurdunun diliylə danışmaq istəyənlər tənində ikinci vətən tapdı!
    Qibtəkarlar əzminə, iradənə mat qaldı, heyran qaldı! Həmd olsun Allaha!

    Elə bil ki, yol üstündə,
    Düşüb qalan Misri qılınc.
    Yüyənsiz bir Qırat olub
    Onun səsi onu gəzir, onu gəzir!

    “Bülbülün səsi” şeirindəki bu heyrətamiz bənzətmələr oxucunu valeh edir. Bülbül sənətinin qüdrətini “Misri qılınc”, “Qırat” kimi böyük mahiyyət daşıyan atributlarla müqayisə edərkən onun ustalıqla yaratdığı Koroğlu obrazı gözümüzün önündə yenidən canlanır. “Koroğlunun monoloqu”nda dahi Bülbülün könülləri şövqə gətirən şaqraq səsi, zəngulələri bu gün belə ruhumuzda qələbə əzmini artırır!
    “Qonşu çəpəri” şeirində deyilir:

    Gözümüzü gözümüzdən qorusaq belə,
    İtlərimiz macal tapıb hövürləşəcək.

    Bu misralarla sevgisiz yaşamın qonşuluqda mümkün olmadığını, düşmənçiliyin cəmiyyətə hüzursüzluq, bərəkətsizlik gətirdiyini vurğulayır. Şairin hər şeiri oxucuya ibrətamiz mesajlar verir. Fani, keçici dünyada sülh içində, sevinclə yaşamın vacibliyini vurğulayır.
    Ulusların ulusu Məmməd Aslana həsr etdiyi “Məmməd Aslana” şeirində şair Araz çayı ilə dərdləşir, Araz çayı dilə gəlib şairə üstündən yol atır, cəsarətlə keç söyləyir!
    Şair Araz çayının danışan dili olduğunu, hətta insanlarla dialoqa girdiyini, Yaradanın canlı və cansız – bütün yaratdıqlarında ilahi hikmət və gözəllik olduğunu nəzərə çatdırır.
    Şairin şeirlərindəki çarpaz təzadlı ifadə və bənzətmələr, sirli və gizli üslub ilahi qanunların kökündə dayanır, köksündə dil açır! Həmd olsun Allaha!
    Hər insan doğulduğu torpağın fitrətiylə yaradılıb, qısaca desəm, insanın fitrəti elə onun vətənidir.
    Əgər xalqımızın fitrətində qaya yarmaq şövqü varsa, bu xalq şairin öz sözləriylə desək, o xalq “qaya dibinə çəkilə bilməz”.
    Şairin yazdığı “Qəfil” şeirindəki misralara nəzər salaq:

    İldırım qəzəblə şığıyır yerə,
    Təbiət qaldırır dağ qalxanını.
    Nə yer kinayəli baxır göylərə,
    Nə göylər Azacıq yerdən utanır.

    Bu misralarla şair “Allahın qoyduğu qanunlarda qüsur tapmazsan, onun hər işi bəyəniləndir” mesajını verir oxucularına!
    İnsanların başına gələn bəla və müsibətlərdə həm də Allahın iradəsi olduğunu, olacaq hadisələrə təhəmmül etməklə, onları təslimiyyətə çağırır. Xalqın, bütün təbəqələrdən olan oxucuların, televiziya tamaşaçılarının qəlbinə yol tapan Məmməd Aslana həsr etdiyi “Məmməd Aslana” şeirində onun ədəbi irsinə olan heyranlığını belə dilə gətirir:

    Qardaş, düzümünün əsiri oldum,
    Xəbərim olmadı özümdən mənim.
    Sənin çiçəyinə, gülünə baxdım,
    Min yarpaq töküldü sözümdən mənim.

    Dağlarda izi itən əcdadlarımızın ləpr izini – Məmməd Aslan poeziyasının¬da tapan şair çox sevinir, bunu ömrünə düşən ən böyük bir ənam kimi dəyərləndirir! Nə böyük ürək, nə böyük eşq, həmd olsun Allaha!
    Məmməd Aslan poeziyasının qüdrətini, hər kəlməsinin kilidini növbəti kəlməsi açıqlayan, növbəti kəlməsinin kilidinə heç açar tapılmayan bu şairi olduğu kimi dəyərləndirməsi – xalq şairinin öz soykökünə bağlılığının, ruhunun ulusların ruhuyla rabitədə olduğunun göstəricisidir! Həmd olsun Allaha!
    Qələm dostu Musa Yaquba həsr etdiyi “Göyərdi” şeirində yazır:

    Kim yalanı calaq vurdu doğruya,
    Hər şivindən oğrubaşı göyərdi?

    Həqiqətən, hər görülən işlərə bir damla belə haram qatılarsa o işin xeyir-bərəkəti qalmaz. Haram yeyənlər haram işlər tutar, bu da öz növbəsində yolxucu xəstəlik kimi cəmiyyəti bürüyər…
    Sələflərinin yaradıcılığına biganə qalmayan şair canlı və cansız hesab etdiyimiz varlıqların fikir və düşüncələrini, gizli və sirli qalan alt qatlardakı misraların məğziylə, öz fərdi yazı üslubunun diliylə açıqlayır. Bu üslub oxu¬cu¬da böyük heyrət yaradır, onu lal və mat qoyur! Həmd olsun Allaha!
    Aşağıdakı misralara nəzər yetirək:

    Bu dünyanı hörümçəkdən almışıq –
    İlməsini kim atdı bu yanlışın?!
    Dedim barı düz toxuyaq qalmışı,
    Önümdəcə neçə naşı göyərdi.

    Bu şeirin məğzində Allahın bütün yaratdıqlarında bir nizamın, düzümün olması, elminin hər şeyi əhatə etməsi fikri dayanır. Onun qüdrətinin nişanə və əlamətlərini görməyənlərin naşı olduğunu, gözlərində tor olduğunu demək istəyir, böyük ağıl və təfəkkür sahibi! Həmd olsun Allaha!
    Şairin ürəyindəki gözəllik və ünsiyyət həsrəti “Dostlar” şeirində daha aydın nəzərə çarpır. Dostlarsız fikirlərinin “dolaşıq düyüçə”yə bənzədir. İlhamının coşması, şeirlərinin bərəkətlənməsi dostlarının köməyinə bağlıdır. Əhli beyt və sünnət qanunlarına bütün ruhuyla, canıyla bağlı olan şair insanın kainat içində necə böyük əzəmətə malik olduğunu dostlarla təmasda anlayır və bunu təvazökarlıqla etiraf edir. İnsan adlı varlığın və kainatın sirləri dostlarla dialoqda açılır, onlarla hüzur tapır, sevinir, dərdlərinin əlacı tapılır! Bunu həlimli ruhuyla etiraf edir, dilə gətirir! Həmd olsun Allaha, onun tövbəkar quluna!
    “İstedad” şeirində deyilir:

    Onu bir damla kimi dənizə tullasalar,
    Damlalar birləşərək dağ yıxan dalğa olar!

    Şair yaradılışın hikmətinə vaqif olmağın sirrini insanların bir-biriylə anlaşma və sülh içindəki təmasında görür. İstedadlı insanların hər ərəfədə yetişmədiyini, onların xalqın milli-mənəvi sərvəti olduğunu yanğıyla dilə gətirir.

    Dağ yıxan dalğa olar ucalar ulduz kimi,
    Kiminin də gözünə sancılar buynuz kimi!

    Həm də “onları qoltuq altında yaşadanlardan” – yəni onları istismar edənlərdən qoruyun! – demək istəyir şair. Həmd olsun doğrunu söyləyib, doğrunu yazanlara!
    Şairin bəşəri sevgisi könüllərdəki səbatsızlıq, imansızlıq, dünyadakı xaos səbəbindən əndişədədir. İlahi qanunların pozulacağı təqdirdə atasız qalan qızlarının taleyi üçün ürəyi sıxıntı və qorxudadır. Bu baxımdan “Sizə yetim deyən olsa” şeiri çox böyük mahiyyət daşıyır və cəmiyyətə güclü təsirini göstərir. Şeirlərinin “atalı” olduğunu söyləyərək insanlarəın onlara isti münasibət göstərmələrini, onlarla mehriban davranmalarını arzu edir. Həyat yollarında qızlarından haqsız iradlara qarşı Nəsiminin “inadını” diriltmələrini tələb edir. Ədalət uğrunda dünyanın özüylə döyüşmələrini, onun məhvərini laxladacaq qədər səbatlı olmalarını hər birindən tələb edir. Onları vətənin əmanətləri kimi vətənin oğul və qızlarına tapşırır.
    “Planetlər məclisində” tanınmağa ərizə verən şair “Bir dövlətəm” şeirində ağ kağız və qələmi öz bayrağının gerbi kimi tanıdır. Bu dövlətin sərhəddi hüdudsuzdur – deyir, ora giriş azaddır. Şair dünyadakı insanlara, əzəl sevgim, son nifrətim söyləyir!
    Söz – Allahın “ol” kəlməsiylə yarandı. Söz bəxş etdi elmi idraka, sevgini ürəyə! Söz dünyanın yaşamı, söz dünyanın ölümü də ola bilər! Lakin əzəl sevgim, son nifrətim söyləyir Allahın qulu, bəndəsi, bəşəri şair!
    Allah üçün çalışır, Allah üçün, haqq üçün kükrəyir! Bu gün belə şeirləri, iblis ilə əlbəyaxa döyüşür! Həmd olsun Allaha!
    Şairliyin nə qədər çətin və şərəfli bir sənət olduğunu siraətedici təsirə malik olduğunu dünyaya mesajlar vermək baxımından nə qədər məsuliy¬yətli bir missiya olduğunu “Biri mənə şair dedi” şeirində bəyan edir:

    Biri mənə şair dedi, dondum yerimdə,
    Hər çiynimdən asıldı bir qurğuşun tayı.
    Dünya məndən yer istədi bəbəklərimdə,
    Elə bil ki, canlı yoxdu məndən savayı.

    Dünya canlı olduğundan doğal təbiəti təcavüzə uğradıqca kədərlənir, dərd çəkir. “İblisin ordusu” gücləndikcə dünya onu sevənlərin köksünə sığınır, salehləri gözlərindən tanıyır. Onların bəbəklərində gizlənib güc toplayır, bəbəklərdən çıxmağa heç həvəsi olmayır.
    Bəlkə dünya təkcə səni canlı bilib, diri sayıb gözlərində gizlənib?! Həmd olsun Məmməd Arazı vətənə bəxş edən Allaha!
    Dünya bu gün dünya dolu ölülərlə qarpışır! Dünyanın diriləri ölülərdən feyz alır, ölülər ölülərlə qarpışır! Allah qorusun! Amin!
    Bir ömür yaşadın – torpaq ətirli əkinçi ömrü!
    Bir ömür yaşadın – “sel ağzında”, köçəri!
    Bir ömür yaşadın – vətəndaş ömrü, qasırğalı, təlaşlı!
    Bir ömür yaşadın – ölümü zəhmə salan, iradəli, hökümlü!
    Bir ömür yaşadın – qorxusuz, müsəlləh əsgər kimi! Ölümə hazırlıqlı!
    Bir ömür yaşadın, aləmi heyrətə salacaq bir ömür, diriykən “diri şəhid” statusu qazandın! Həmd olsun Allaha!

    Böyük rəhmət və məhəbbətlə:

    Ulduzə Süleyman qızı Nəsir,
    respublikanın Əməkdar artisti, şairə, publisist

  • Qaratel AZƏRİ.Yeni şeirlər

    AĞ TUT AĞACIMIZ VARIDI

    Ağ tut ağacımız varıdı,
    Meyvəsi qənd-şəkər, balıdı,
    Babamızdan yadigardı.
    Budaqları elə böyük,
    Götürərdi nə qədər «yük».
    Yetişib bar verən zaman,
    Çırpıb qablara yığardıq,
    Qonşulara paylayardıq.
    Allahdan babama rəhmət,
    Diləyirdi hər tut yeyən.
    Tut paylamaq savabını
    Qazanardı Zeynəb nənəm.
    Tutu qablara yığardı,
    Ev-ev mənə payladardı.
    Uşaqların gözlərində,
    İşıq, sevinc parlayardı,
    Mənə mükafat olardı.
    Çox sevirdim öz «işimi»,
    İndi nənəm, nə ağac var.
    Bir nağıla dönüb onlar,
    Nənəm ömrün bağışladı,
    Ağac kökdən qopammadı,
    Biztək qaçıb qınanmadı.
    Yurdda qaldı şəhid oldu.
    Torpağımız yerlə yeksan,
    Azadlıqdan utanıram.

    25.04.2014

    YALANLARDAN YORULDUM

    Kimə inanım?!

    Göz yaşımla söz yudum mən,
    Bu qadın da yalan dedi.
    Üzündən şər oxudum mən,
    Süfrəmdə duz-çörək yedi.

    Mən dünyadan baş açmadım,
    İnanım bəs de, kimlərə?
    Söz verib, sözdən qaçmadım,
    Misal oldum kişilərə.

    Sadəlik başa bəlaymış,
    Səmimiyyət ondan betər.
    Dünya kirli bir «talaymış»
    Burda çiçək çətin bitər.

    YALAN DÜNYA

    Tüstüsünə qazan asıb,
    İstisinə daş qaynadıb,
    Qabı qaba taqqıldadıb,
    Acı ələ salan dünya.

    Bir dən təki bizi əkir,
    Sünbül kimi yetişdirir,
    Sonra üstdən vəlin çəkir,
    Ömrü edir talan dünya.

    Dərd paylayır, qada verir,
    Alışdırır, oda verir,
    İnsanları bada verir,
    Qarğalara qalan dünya.

    Bizlərdən sirr saxlayaraq,
    Gözümüzü bağlayaraq,
    Xəlbirləyib, çalxayaraq,
    Canımızı alan dünya.

    15.08.2014

    YANDIM AXI

    Aşıq qardaş, bir hava çal, havalanım,
    Halay çəksin Kəpəz, Murov, Savalanım.
    Səsə gəlsin çalpapaqlı Avey dağım,
    Dağlarımın ağsaqqalı Babadağım,
    Aşıq qardaş, elə çal ki, havalanım.
    Çağırıram hay da vermir,
    məndən küsüb Hərtiz dağım,
    Zəngəzurun dağlarıtək
    qəlbim olub dağım-dağım.
    Yanar dağım şahid olub dağlarımın dağlarına,
    İndi bildim niyə yanır dilim-dilim Yanar dağım,
    Aşıq qardaş, yaxşı çal ki, havalanım.
    Gavur deyir: “bizim olub Ağrı dağı,
    Biz nəsillər necə aldıq Qarabağı,
    Gələn nəsil türkdən alsın Ağrı dağı.”
    Aşıq qardaş, tez-tez çal ki, havalanım.
    Aşıq qardaş, “Cəngi” çal ki, oyansınlar,
    Dəli Domrul, igid Nəbim, qoç Koroğlum.
    Misri qılınc şimşək olub şaqqıldasın,
    Dolu kimi güllə yağdırsın Aynalı,
    Görüm necə əl-qol atır bu erməni dığaları?!
    Yandım axı…

    24.12.2014

  • Şükür etməyin əhəmiyyəti

    gy

    İnsanların digər insanlarda sevdiyi və dəyər verdiyi xüsusiyyətlərdən biri də bir insanın qədirbilən olmasıdır, yəni edilən yaxşılığı unutmamasıdır.

    İnsanların digər insanlarda sevdiyi və dəyər verdiyi xüsusiyyətlərdən biri də bir insanın qədirbilən olmasıdır, yəni edilən yaxşılığı unutmamasıdır. Düşünün ki, siz bir insanı çox sevirsiniz, ona nə qədər yaxşılıq etmisiniz, əlinizdən gələn hər cür köməkliyi əsirgəməmisiniz. Ancaq o insan sizin etdiyiniz yaxşılığı unudarsa və sizə dəyər verməzsə, sizin münasibətiniz buna necə olar? Lap yaxşılıq etdiyiniz insan sizə eyni yaxşılıqları etməsə də, ən azından o insanın bu yaxşılıqları unutmamasını, sizə təşəkkür etməsini gözləyərsiniz, elə deyilmi?

    Bir də dünyada ən çox təşəkkür edilməyə layiq olan Allah haqqında düşünməyinizi istəyirəm bu məqaləmdə. Hər birimiz uşaqlıqdan “Allaha şükür” ifadəsini çox eşitmişik. İnsanlar bilərək, yaxud da dildə vərdiş olduğundan bu ifadədən çox istifadə edirlər. Halbuki şükür Allahın Quranda bir çox yerdə əmr etdiyi ibadətlərdən biridir. Şükür etmək verilən hər bir nemətin Allahdan olduğunu bilib bunlara görə Ona təşəkkür etməkdir. Məsələn, sizə belə nümunə verim. Payız fəslindəyik, nə qədər meyvə çeşidləri var indi. Alma, portağal, nar, xurma, heyva, kivi, mandarin və s. Bu meyvələrin hər birini ağlınızda bir an olsun canlandırın. Hər biri fərqli formada, fərqli dadda, hər birində fərqli minerallar və vitaminlər var. Allah narı necə gözəl yaradıb, içinə tək-tək nar dənələrini estetik formada yerləşdirib. Bəs bu nemətlərin haradan gəldiyini heç düşünmüsünüzmü? Bu nemətləri qara torpaqdan bizim üçün elə estetik formada çıxardan, onlara bizim üçün faydalı vitaminlər yerləşdirən kimdir? Əlbəttə, sonsuz lütf sahibi Allahdır. Dünyada bütün insanlar bir yerə toplaşsalar, yenə də Allah diləmədikcə bir meyvə ağacı belə bitirə bilməzlər. Ancaq Allah bizim üçün nə qədər nemətlər bəxş edir. Allah bir Quran ayəsində belə buyurur:

    Siz Məni yad edin ki, Mən də sizi yad edim! Mənə şükür edin, Məni inkar etməyin! (Bəqərə surəsi, 152)

    Biz necə etdiyimiz çox az yaxşılıq müqabilində insanların vəfalı olmasını istəyiriksə, Allah da bizə verdiyi sonsuz yaxşılıqlar qarşında bizdən şükür etməyimizi və vəfalı olmağımızı istəyir. Odur ki, ətrafınıza, özünüzə, sahib olduğunuz nemətlərə yenidən nəzər salın, nə qədər Allaha şükür etməli nemətlərə sahib olduğunuzu görəcəksiniz və bu da sizin Allaha yaxınlığınızın artmasına vəsilə olacaq inşaAllah. Əgər bir insan ona verilən nemətlərə görə Allaha şükür etsə, Allah ona daha çox nemət verər. Allah Quranda bildirdiyi kimi:

    “…Əgər şükür etsəniz, sizə (olan nemətimi) artıraram, yox əgər nankorluq etsəniz, şübhəsiz ki, Mənim əzabım şiddətlidir” (İbrahim surəsi, 7)

    Gülnarə Yadigarova

  • Gələcəyimizə sahib çıxaq

    avx

    İnsanın ən böyük qəfləti: özünü mərkəzdə görmək, öz mərkəzli olmaq, ən çox öz maraqlarını, öz istəklərini tətmin etməyə çalışmaq.

    İnsanın ən böyük qəfləti: özünü mərkəzdə görmək, öz mərkəzli olmaq, ən çox öz maraqlarını, öz istəklərini tətmin etməyə çalışmaq. Öz ailəsi, öz işi, öz övladı və saysız “öz”ləri…

    Hər şey ailədən başlayır. Əvvəl evimizin və işimizin rahatlığını təmin etməyin əndişəsi olur. Sonra övladımız dünyaya gəlir və hər şeyin ən yaxşısını ona verməyə çalışırıq. Bütün bu qaçaqaçların arasında bir də baxırıq ki, ömrümüzün çoxu geridə qalıb . Bəs bu müddət ərzində ətrafımızdakı insanlara qarşı nə qədər həssas ola bilmişik?
    Bu gün dünyada minlərlə uşaq aclıqdan dünyasını dəyişir, müharibə şəraitində, bombardman altında yaşamağa çalışır. Minlərlə uşağın əməyi istismar edilir, uşaqlar maddi imkanları olmadığı üçün məktəbə gedə bilmirlər.

    Dünyada hər 100 uşaqdan 16-sının əməyindən istifadə olunur. Beynəlxalq Əmək Təşkilatının hesablamalarına görə, çox zaman uşaqlar 5 yaşından işləməyə başlayırlar. Təkcə kənd təsərrüfatı sahəsində dünya üzrə 132 milyon uşaq çalışır. Bütövlükdə isə hazırda dünyada 170 milyondan çox uşaq əməyin təhlükəli növləri ilə məşğuldur.

    BMT-nin yayımladığı xəbərdarlığa görə Nigeriyada 75 000 uşaq önümüzdəki aylarda aclıqdan ölmək təhlükəsi ilə üz-üzədir.
    UNİCEF özünün 70-ci ildönümündə hesabat yayımladı. Bu hesabata görə, əgər lazımi tədbirlər görülməsə, 2030-cu ilə qədər 5 yaşdan balaca 69 milyon uşaq öləcək, 167 milyon uşaq yoxsulluq içində yaşayacaq, məktəb yaşındakı 60 milyon uşaq isə məktəbə getməyəcək.

    Bu göstəricilər vicdan sahibi hər kəsi narahat edir. Geniş miqyaslı yardım kampaniyaları keçirilir, yardım təşkilatları fəaliyyət göstərir, amma yenə də məsələ açıq qalır, öz daimi həllini tapa bilmir. Problemin həlli, əslində, o qədər də uzaqda deyil. Nəzərə alanda ki, tonlarla qida istehlak olunmadan zibilə atılır, artıq çəkidən əziyyət çəkənlər aclıqdan əziyyət çəkənlərdən daha çoxdur, problemin səbəbini görmək asanlaşır. Problemin həlli üçün insanlığın daha həssas olması lazım.

    Əgər bu gün dünyada haradasa bir körpə aclıqdan ölürsə, KİV daha çox bu haqda danışmalıdır. Amma bunun əksi daha çox qabardılır, kiminsə geyimi, hansısa futbol matçı saatlarla müzakirə edildiyi halda, çox az sayda insan bu problemlərdən bəhs edir.

    Unutmayaq ki, sahib olduğumuz bütün imkanlarla insanları sevgiyə, mərhəmətə, yardımlaşmağa, şəfqətli olmağa çağıra bilərik. Bu dünya hər kəsin rahat və firavan yaşaması üçün yaradılıb. Mən həyatımı yaşayım, digərləri nə olacaqsa olsun demək, kimsənin haqqı deyil. Dünyanın gələcəyi olan uşaqları qorumaq, onların rifahına çalışmaq hər birimizin vəzifəsi olmalıdır. Zülmü kənardan izləməyin də bir zülm olduğunu unutmadan onların əllərindən alınmış haqlarına qovuşmalarına yardım etməliyik

    Aysel Vəlizadə

  • Zamanda səyahət

    sv

    Bu gecə kitablarımın arasından illərdir yığışıb qalmış lazımsız kağızları, dəftərçələri seçib bir az yır-yığış, təmizləmə aparırdım

    Bu gecə kitablarımın arasından illərdir yığışıb qalmış lazımsız kağızları, dəftərçələri seçib bir az yır-yığış, təmizləmə aparırdım. Təmizləmə əməliyyatı zamanı əlimə orta məktəbin son illərində istifadə etdiyim 2-3 qeyd dəftəri düşdü. Köhnəlmiş dəftərçədən o dövrə aid bəzi qara qələm əl işlərimi və bəzi cızma – qaralarımı tapdım. Cızma – qara dediyim o vaxt yazdığım yarımçıq bir roman və bir neçə hekayə idi. Yarımçıq romanı oxumağa səbrim çatmadı sadəcə göz gəzdirdim, amma hekayələrin hamısını yenidən oxudum. Qəribə hiss idi. İnsan uzun illər sonra o dövrdəki abu – havasına, o dövrdəki düşüncə tərzinə, o dövrdəki daxili aləminə qayıdır. Sətirləri oxuduqca o dövrdə içində olduğum sosial – psixoloji vəziyyəti eyni ilə xatırlayır, o dövrdə beynimdə olan planları, düşüncələri indi də o dövrdəki kimi canlandıra bildim. Bu, həqiqətən də, çox gözəl hiss idi. Bu təcrübə mənə eyni zamanda bir təfəkkür üçün də vəsilə oldu.

    Özümün illər əvvəlki qorxularımı, ideallarımı, arzularımı, hədəflərimi, insanlara, dünyaya baxışımla indiki halımı çox açıq şəkildə müqayisə etmək üçün fürsət yarandı. Sanki o sətirlər zamanda geriyə getməyimi təmin etdi. Çünki illər əvvəl o sətirləri yazarkən nə düşünürdümsə, necə dəyərləndirmələr aparırdımsa, nə duyğular keçirirdimsə hamısını eyni ilə xatırladım və sanki yenidən yaşadım. Bu təcrübəni zamanda səyahət etmək kimi qəbul etmək olar. Bu “səyahət” vəsiləsi ilə özümdə olan dəyişikliyi çox yaxından müşahidə edə bildim. Normal halda bu mövzuya səthi yanaşıb adi təfəkkürlə üstündən az keçməmişəm. Amma bu dəfə sanki o örnək verdiyim müqayisəni özüm yaşamış oldum. Bəs bu “zamanda səyahət” mənə nəyi öyrətdi?

    Bir çox incə məqamları xatırlamağımı və dərin təfəkkür etməyimi öyrətdi. Bu “səyahət” mənə eyni zamanda təlimin nə qədər əhəmiyyətli olduğunu öyrətdi. Bir insanın Allaha iman edib, Ona sonsuz güvənib təslim olmaqla necə dəyişə biləcəyini, öz üzərində necə işləyib inkişaf edə biləcəyini, xarakterini necə təkmilləşdirə biləcəyini öyrətdi. Və bu nümunə eyni zamanda Allaha qarşı yetəri qədər səmimi olunduğunda bir insanın ömrünün sonuna qədər Allah tərəfindən necə təlimə tabe tutulub, yetişdirilə biləcəyini düşündürdü. Bütün bu xülasə olaraq qeyd etdiyim məqamları xırdalıqları ilə təfəkkür etmək insanda gözəl bir həyəcan və şövq yaradır.

    Təmsili olaraq verdiyim “zamanda səyahət” anlayışı mənə eyni zamanda zaman – məkan əlaqəsini xatırlatdı. Zaman necə məkana və şərtlərə görə dəyişkənlik göstərə bilirsə, maddə də zamana görə dəyişkənlik göstərir. Yəni illər əvvəlin real fiziki mühiti indi sadəcə bir görüntü olaraq mənim beynimdədir. İndi o maddi gerçəklik yoxdur, sadəcə hafizəmdə maddi adlandıra bilməyəcəyimiz bir xatirədən ibarətdir. Necə ki müəyyən müddət sonra mənim hal-hazırda bu sətirləri yazdığım real fiziki vəziyyət maddi olaraq mövcud olmayacaq. İndi mənim maddə dediyim, real fiziki mühit müəyyən müddət sonra mövcud olmayacaq, sadəcə hafizəmdə bir görüntü olaraq qalacaq. Qısa olaraq desəm, həyatımızı maddi aləmin qanunlarına uyğun qurmaq doğru olmaz. Çünki, əslində, özü həqiqi mənada mütləq olmayan aləmin hansı qanunları həqiqət ola bilər?

    Varlığımızla bağlı, özümüzlə bağlı, dünyanın, hər şeyin gerçək mahiyyəti ilə bağlı yenidən düşünməliyik, həyatımızı yenidən gözdən keçirməliyik. Mən dediyimiz varlığın kim olduğunu, nədən ibarət olduğunu, necə və nə üçün ortaya çıxdığını və məqsədini araşdırmalıyıq. Bu sualların cavabını tapmadan yaşamaq maddi aləmi mütləq zənn etmək qədər böyük bir aldanış olacaqdır.

    Savalan Məmmədli

  • Bu gün dünyada uşaqlar

    sh

    BMT-nin Uşaq Fondunun yaxın zamanda təqdim etdiyi hesabat vəziyyətin ciddiliyini və həllinin nə qədər təcili olduğunu bir daha xatırladır.

    Bu gün dünyada çox sayda uşaq təhlükə və çətinliklə üz-üzədir, bu gün dünyada uşaqlar:

    – Yaxın Şərqdə davam edən münaqişə və müharibələrdə bombaların hədəfi olurlar.

    – Qaçqın düşərgələrində təcavüzə məruz qalırlar, yaxud pul müqabilində fahişəliyə məcbur edilirlər.

    – Müharibədən qaçıb Avropa sahillərinə çatmağa çalışarkən dənizdə boğulurlar.

    – Cənubi Asiyanın və ya Afrikanın kasıb ölkələrində ərzaqdan, təmiz sudan, səhiyyə və təhsil xidmətlərindən məhrum, səfalət içində yaşayırlar.

    – Kiçik yaşda evləndirilir və ya ağır işlərdə qul kimi işləməyə məcbur edilirlər.

    – Ailəsi və ya dostları tərəfindən zorakılığa məruz qalırlar.

    BMT-nin Uşaq Fondunun yaxın zamanda təqdim etdiyi hesabat vəziyyətin ciddiliyini və həllinin nə qədər təcili olduğunu bir daha xatırladır. UNİCEF-in 70-ci il dönümündə yayımlanan bu hesabata görə bu gün lazımi tədbirlər görülməsə, böyük ehtimalla, 2030-cu ilə qədər 5 yaşdan balaca 69 milyon uşaq öləcək, 167 milyon uşaq yoxsulluq içində yaşayacaq, məktəb yaşındakı 60 milyon uşaq isə məktəbə getməyəcək.

    Möhtac vəziyyətdəki uşaqlara yardım məsələsi gündəmə gəldikdə, adətən, ilk olaraq maliyyə problemi dilə gətirilir. Halbuki lazımi maddi dəstək inkişaf etmiş qərb ölkələri və zəngin islam dövlətləri tərəfindən asanlıqla təmin edilə bilər. İnkişaf etmiş və inkişaf etməkdə olan ölkələrin silahlanmaya ayırdıqları payın çox cüzi hissəsi belə bu problemi həll etməyə artıqlaması ilə kifayət edir. ABŞ-ın müdafiə xərclərinin yalnız mində beşi ilə belə aclıq sərhədindəki 66 milyon uşağın qidalanma problemi həll edilə bilər. Yaxud zəngin ölkələrin yalnız 6 günlük hərbi xərci ilə dünyadakı bütün kasıb uşaqlar məktəbə gedə bilər. Başqa sözlə, problemi həll edəcək maliyyə mənbəyini tapmaq heç də çətin məsələ deyil.

    Əsl problem dünyanı bürüyən bərabərsizlikdə, ədalətsizlik, eqoizm və sevgisizlikdədir, din əxlaqının yaşanmamasındadır. Milyonlarla uşağın çəkdiyi əzab-əziyyətin əsl səbəbi budur.

    Yardıma möhtac uşaqların sosial, iqtisadi və texnoloji dəstəklə birlikdə, mənəvi dəstəyə də ehtiyacı var. Məsələnin bu tərəfi, adətən, ehmal edilir. Onları sevgi ilə qucaqlamaq, şəfqətlə, fədakarlıqla qorumaq lazımdır. Sağlam inkişafları baxımından, şəxsiyyət kimi formalaşmaları üçün onlara dəyər vermək və hörmət etmək, ağlı başında, danışılacaq, fikir mübadiləsi aparılacaq insanlar olduqlarını onlara hiss etdirmək, onlara sevgini öyrətmək vacibdir.

    Uşaqların xoşbəxt, rahat, firavan və sağlam olmadığı bir dünyada sülh, sabitlik də olmayacaq. Onların həyatı təhlükə altındadırsa, deməli, cəmiyyətin və dünyanın gələcəyi də təhlükə altındadır. Bu gün xilas edilə biləcəkləri halda, hələ də hər dəqiqə, dünyada məsum uşaqlar həyatını itirir. Gələcəyin təminatı olan uşaqların yaxşılığı, xoşbəxtliyi, sevinci hər kəsi düşündürməlidir. “İtkin nəsillərin” yetişməsinin qarşısını almaq üçün hər kəs bütün gücü ilə cəhd etməlidir.

    Sevinc Haqverdizadə

  • İslam dini sosial ədalətin təminidir

    av

    Dövrümüzdə insanların böyük hissəsi ağır şəraitdə yaşayır, yaşamaq uğrunda mübarizə aparır.

    Dövrümüzdə insanların böyük hissəsi ağır şəraitdə yaşayır, yaşamaq uğrunda mübarizə aparır. Ən zəngin ölkələrdə belə küçədə yaşayan, zibilliklərdən yemək axtaran insanlar görməyimiz mümkündür. Bu görüntülər vicdan sahibi olan hər kəsi narahat edir. Bu narahatlığı yaşayan insanların arzusu eynidir: aclıq, yoxsulluğun bitməsi, ədalətin, mərhəmətin dünyaya hakim olması.

    Dünyadakı bu vəziyyətin səbəbi ədalətsiz gəlir bölgüsündən qaynaqlanır. Qurulan sistemlər zənginin daha da zənginləşməsinə, kasıbın isə vəziyyətinin daha da ağırlaşmasına səbəb olur. Bəzi statistika nümunələrinə nəzər salaq:

    Dünya sərvətlərinin 80%-ni dünya əhalisinin 17%-i istehlak edir, təqribən 5 milyard insan isə yerdə qalan 20%-lə qane olmağa məcburdur. Bir milyarda yaxın insan gecə ac yatır. Ən zəngin yüz insanın ümumi əmlakı ən kasıb 3.5 milyard insanın, yəni dünya əhalisinin yarısının ümumi əmlakına bərabərdir.

    1,5 milyard insan elektrikdən məhrumdur. Afrikadakı ölümlərin əksəriyyəti malyariya, vəba, tənəffüs yolu və ya doğuş öncəsi infeksiyalar kimi qərb dünyasının çoxdan həll yolu tapdığı xəstəliklərdən qaynaqlanır. 2015-ci ildə hər 7 nəfərdən biri gündə 1,25 dollarla həyatını davam etdirməyə çalışır. Dünyanın 250 trilyon dollar olaraq hesablanan ümumi sərvətinin yarısına əhalinin 1%-i, geri qalan digər yarısına isə 99%-i sahibdir. “Forbes” jurnalının siyahısında dollar milyarderi olaraq açıqlanan 1.200 nəfərin ümumi sərvəti 4,5 trilyon ABŞ dollarıdır. Eyni siyahının başındakı 62 nəfərin ümumi sərvəti dünyada ən kasıb 3,5 milyard insanın sərvətinə bərabərdir.

    Dünyanın ən güclü iqtisadiyyatlarından birinə malik olan ABŞ-ın ən zəngin 20%-i bütün sərvətlərin 85%-nə malikdir. Geri qalan 15% isə 250 milyon nəfər arasında bölüşdürülür.

    Bu nümunələri çoxaltmaq mümkündür, lakin bu durumdan çıxış yolu nədir? Əvvəldə də qeyd etdiyim kimi, hazırkı sistemlər bu durumu daha dərinləşdirməkdən başqa bir işə yaramır. İstər kapitalizm, istər kommunizm sosial ədaləti təmin etmədə uğursuz oldu. Kapitalizm mülkü müəyyən şəxslərin əlində cəmləyərkən , kommunizm insanları zənginləşdirərək deyil, yoxsullaşdıraraq bərabərləşdirdi.
    Sosial bərabərliyin təmin edilməsi üçün ən ideal sistem Quranda bildirilib. Peyğəmbərimizin (səv) dövrü müsəlmanların sevgi, qardaşlıq, yardımlaşma mühitində necə gözəl şəkildə yaşadıqlarına nümunədir. Hər birimizin bildiyi kimi, Məkkədən müsəlmanlar Mədinəyə hicrət edərkən mədinəlilər evlərini məkkəli qardaslarına açmış, sahib olduqları hər şeyi onlarla bölüşmüşlər. Özləri ehtiyacı olduqları halda, mallarını mədinəli qardaşları ilə paylaşmışlar.

    (Mühacirlərdən Mədinədə) əvvəl (orada) yurd salmış və iman gətirmiş kimsələr öz yanlarına hicrət edənləri sevir, onlara verdiklərinə görə qəlblərində peşmançılıq hissi duymurlar. Hətta özləri ehtiyac içində olsalar belə, onları özlərindən üstün tuturlar. (Həşr surəsi, 9)

    Quranın müxtəlif ayələrində, müxtəlif hədislərdə paylaşmağa və yardımlaşmağa təşviq edilir. Sadəcə müsəlmanlara deyil, xristianlara, yəhudi və ya bütpərəstlərə də yardım etməyə dəvət edilir.

    Lakin buna baxmayaraq, insanlar arasında sevgi və mərhəmət birliyi olmadığı üçün ildə təqribən 2 milyon uşaq aclıq və aclıqla bağlı səbəblərdən həyatını itirir. Ərəb ölkələri müsəlmanlara yardım etmək əvəzinə, milyonlarla dollarları idman klublarına və əyləncə mərkəzlərinə xərcləyir. Afrika dünyanın ən zəngin qitəsi olmasına baxmayaraq, insanların ən yoxsul şəkildə yaşadığı qitədir. Bunun səbəbi Avropanın müstəmləkə siyasətini hələ də davam etdirməsidir.

    Dünyada 7 milyard insan yaşayır. Heç kim “mən öz həyatımı yaşayım, digərləri məni maraqlandırmır” deməməlidir. Dünyadakı ədalətsizliyə,zülmə laqeyd qalmaq Quran əxlaqına uyğun davranış deyil. İnsanlar vicdanlı şəkildə davranıb möhtac olanlara yardım etməli, ətraflarındakılara sevgi və mərməhətlə münasibət göstərməlidirlər. Dünyada eqoizm deyil, sevgi hakim olarsa, yoxsulluq problemi də ortadan qalxar.

    Aysel Vəlizadə

  • İnsanı ucaldan xüsusiyyət – təvazökarlıq

    fh

    İnsanların bəzən fərqinə varmadan yoluxduqları mənəvi xəstəliklərdən biri də təkəbbürdür

    İnsanların bəzən fərqinə varmadan yoluxduqları mənəvi xəstəliklərdən biri də təkəbbürdür. Bəlkə də, bu xüsusiyyətə çox fikir vermirik, ancaq bu hər bir insanın çox diqqətlə çəkinməli olduğu və geniş yayılmış xəstəlikdir. Ona görə də bu dəfəki məqaləmdə bu xüsusiyyəti təhlil etməyə çalışacağam.

    İlk öncə “təkəbbür” deyərkən ağlımıza nə gəlir? İnsanın sahib olduğu bəzi xüsusiyyətləri, məsələn, ağlını, gözəlliyini, sənətini, övladlarını, biliyini, vəzifəsini və s. özünə aid etməsi və bu şeylərə görə özünü digər insanlardan üstün görməsidir. Halbuki dünyada bizə verilən hər bir nemət, bütün gözəlliklər müvəqqətidir, onlar bir neçə illik Allahın bizə əmanətidir. Bütün gözəlliklərin tək və mütləq sahibi Allahdır, dünyada olan hər şey isə bir gün mütləq sona çatır. Ona görə insan özünə aid olmayan bir şeydən dolayı necə özünü digər insanlardan üstün görə bilər ki?! Düşünün ki, qonşunuzun gözəl bağı var, sizin olmayan bu bağa görə qürurlanırsınız ki, mənim nə gözəl bağım var. Odur ki, dünyada da gördüyümüz bütün gözəlliklər Allaha məxsusdur, biz Allahın gözəlliklərini üzərimizdə görüb şükür edə, Allaha təriflər deyə və Onun bizə bəxş etdiyi gözəllikləri Onun yolunda sərf edə bilərik. İnşaAllah, Allah əsil və əbədi gözəllikləri axirətdə bizə nəsib edər.

    Bəs Allahın bəyənmədiyi təkəbbürün hansı mənfi yönləri var? Təkəbbür insanın bir çox gözəllikləri yaşamasına mane olur, bunların da başında sevgi gəlir. Təkəbbürlü insan, sözün əsil mənasında, sevə bilməz. Çünki özünü hər kəsdən üstün bildiyi üçün düşünür ki, yalnız o sevilməyə layiqdir, hər zaman ona təriflər deyilməli, o axtarıb-aranmalıdır. Halbuki təvazökarlıq sevginin, mərhəmətin, şəfqətin ən mühüm şərtlərindəndir. Təvazökar insanın qarşısındakı insana verdiyi dəyər dərhal hiss edilir, ona görə də belə əxlaq göstərən insanların yanında hər kəs rahat olur. Belə insan özünə verilən tövsiyələri diqqətlə dinləyir, heç bir məsələdə “ən yaxşı mən bilirəm”, – demir, qürurlanmadan ən gözəl qarşılığı verir. Doğrulara qarşı müqavimət göstərmir, ona edilən xətalara qarşı tolerant davranır. İnsanların problemlərinə həssas yanaşır və nəzakətli olur. Heç bir mövzuda qürurlanmadığı üçün “öncə o sevgi göstərsin, öncə o salam versin, öncə o mənimlə danışsın” kimi kibirli fikirlərə qapılmır. Qarşısındakı insan qatı və təkəbbürlü olsa belə, təvazökar davranır. Hər kəsin fikrinə əhəmiyyət verir, hər kəsin salamına ən gözəl cavab verir, hər kəsə qarşı sevgi və hörmət dolu olur. Bir sözlə, Quran əxlaqının gətirdiyi təvazökarlıq ən gözəl insan modeli yaradır, o insan ki hər zaman qarşısındakını şərəfləndirən, onlara qayğı göstərən və dəyər verəndir. Bu səbəblə təvazökar insanlar çox sevilirlər. Allah möminlərin bu gözəl xüsusiyyətini Quranda belə bildirir:

    Ər-Rəhmanın qulları o kəslərdir ki, onlar yer üzündə təvazökarlıqla gəzər, cahillər onlara (xoşagəlməz) bir söz dedikdə: “Salam!”– deyərlər. (Furqan surəsi, 63)

    Təvazökarlığın insanlarla münasibətdəki faydalarından danışdım. Təvazökarlıq insanın özü üçün də çox faydalıdır. Təkəbbürlənmək insanı sıxan və narahat edən xüsusiyyətdir, təvazökar olmaq isə insana rahatlıq və hüzur verir. Hər şeydən öncə, təkəbbürlənmək Allahın sevmədiyi xüsusiyyətdir, insan Allahın sevmədiyi xüsusiyyəti qəlbində yaşayaraq heç vaxt rahat həyat yaşaya bilməz. Odur ki, əxlaqımız üzərində yenidən düşünək, onsuz da bizə aid heç nə yoxdur, biz Allahın aciz qullarıyıq, ən adi qrip virusundan xəstələnən, ətdən, sümükdən ibarət insanlarıq. Bizə düşən Allahın verdiyi nemətlərə hər an şükür edib qısa həyatımızda bizə verilən nemətlərlə axirət həyatımız üçün hazırlanmaqdır.

    Firuzə Həsənzadə

  • Rahilə DÖVRAN.Yeni şeirlər

    rahileanam

    Şairə-jurnalist-publisist
    Azərbaycan Yazıçılar Birliyinin üzvü,
    “Qızıl qələm” media mükafatı laureatı,

    AŞİQ OLMUŞAM

    Artıq qərarlıyam, bu gün deyəcəm,
    Qoy hamı bilsin ki, mən vurulmuşam.
    Öz alın yazıma boyun əyəcəm,
    Görsünlər mən sənə, aşiq olmuşam.

    Gül olub yolunun üstə bitəcəm,
    Bülbültək eşqimə nəğmə ötəcəm.
    Könlümdə nə varsa, açıb tökəcəm,
    Görsünlər mən sənə, aşiq olmuşam.

    Səninlə coşacaq ilhamım, təbim,
    Eşqinlə vuracaq nəbizim, qəlbim.
    “Hə” söylə, olginən yaşam səbəbim,
    Görsünlər mən sənə, aşiq olmuşam.

    O gizlin baxışlar, az söz demədi,
    Bilirəm, sənin də, könlün mənədi.
    Söylə öz sözünü,- meylin kimədi?
    Görsünlər mən sənə, aşiq olmuşam.

    Söylə aşiqəm mən, şair Dövrana,
    Son qoyaq bu gündən həsrət, hicrana.
    Yayılsın bu sevgi, yurdda hər yana,
    Görsünlər mən sənə, aşiq olmuşam.

    21.12.2015.

    SƏNƏ GƏLDİM

    “Könül dəftərim” – silsiləsindən

    Sevdam üçün çox uğraşdım,
    Neçə ulus, el dolaşdım.
    Keçilməyən sədlər aşdım,
    Gəldim gülüm, sənə gəldim.

    Qönçə gültək, tər- təzəsən,
    Qıymadım ki, qəlb üzəsən.
    Heç rəvamı, tək gəzəsən?
    Gəldim gülüm, sənə gəldim.

    Həm arzumsan, həm muradım,
    Hissim, duyğum, damaq dadım.
    Qoy çəkilsin, sənlə adım,
    Gəldim gülüm, sənə gəldim.

    Vüsalın bal, şərbət mənə,
    Adın, sanın, şöhrət mənə.
    Sənsiz dünya, qürbət mənə,
    Gəldim gülüm, sənə gəldim.

    Allah verən qismət, payam,
    Hər dəqiqə, anındayam.
    Dövranınam, yanındayam,
    Gəldim gülüm, sənə gəldim…

  • Əlirza HƏSRƏT.Yeni şeirlər

    ehe

    DAĞLARA

    Duman zirvələri əsir götürüb,
    Qonmağa yer tapmır quşum dağlara.
    Gəl quzey qarında şəkil çəkdirək,
    Bir az da qarışsın başım dağlara.

    Qərib yuvasıdır bu koğuş da,ah!
    Nə yolda iz qoyur,nə baxışda,ah.
    Yolub qanadını çəkir quş da ah,
    Zalımlar sıxanda qurşun dağlara.

    Dumansız dağların belindən yapış,
    Sənə arxa duran elindən yapış.
    Mizrab vur,bu sazın telindən yapış,
    Ən gözəl nəğməmi qoşum dağlara.

    İŞIQ SALMIR Kİ BU ŞAM…

    Qanadından tələyə düşən bir qərib quşam,
    Ahımdan köz götürüb,işıq salmır ki bu şam.
    Daha özgə göyündə uçmaqdan yorulmuşam,
    Yol verin,ağuşuna dönüm Azərbaycanın.

    Hələ arzuladığım ayrılıq yox,ölüm yox,
    Çırpısız tüstülənən ocağımda külüm yox.
    Bu qürbət məmləkətin baharında gülüm yox,
    Sevib qarlı qışına dönüm Azərbaycanın.

    Yalandan yaşamışam neçə arxda su ömrün,
    Sən də qanıma tutub günahını yu ömrün.
    Halallıq olsun deyə,son günündə bu ömrün,-
    Torpağına,daşına dönüm Azərbaycanın.