Blog

  • Rahilə DÖVRAN.Yeni şeirlər

    rahileanam

    Şairə-jurnalist-publisist
    Azərbaycan Yazıçılar Birliyinin üzvü,
    “Qızıl qələm” media mükafatı laureatı,

    YA RƏBB ÖZÜN EYLƏ MƏDƏD

    “Mənim dünyam” – silsiləsindən

    Heç bitməyir dərdi- sərim,
    Qatba- qatdır qəlb kədərim.
    Olmayır bir xoş səhərim,
    Ya Rəbb özün eylə mədəd.

    Dərdlər sarıb vücudumu,
    Bağlayıbdır əl- qolumu.
    Bəniz solub, sarı limu,
    Ya Rəbb özün eylə mədəd.

    Bəxt qınında bürüşübdür,
    Şəfa, sağlıq gen düşübdür.
    Əcəl gozə görüşübdür,
    Ya Rəbb özün eylə mədəd.

    Gözüyaşlı arzularım,
    Yazılmamış yazılarım.
    Boynubükük ,sevən yarım,
    Ya Rəbb özün eylə mədəd.

    Fələk məxsus məndən yana,
    Gəlməsin heç bu ünvana.
    Qəlbisınıq, mən Dövrana,
    Ya Rəbb özün eylə mədəd.

    QİSMƏT OLA

    “Vətənimdir” – silsiləsindən

    Hər möhnətə dola-dola,
    Qarlı qışı saldıq yola .
    Bu novruzu Qarabağda,
    Kaş keçirmək qismət ola

    Çox söylədik Allah Kərim,
    Qəribsəyib yurd yerlərim.
    Könül istər o dağlarda,
    Çəmənlərdən çiçək dərim.

    Torpağımda gəzir yadlar,
    Dəyişibdir mərhəm adlar.
    Dağıdılmış məzarlarda
    İncik ruhlar bizi odlar.

    Yelkənsizdir gəmilərim,
    Çölə dönüb zəmilərim.
    Barsız,bəhərsiz ötübdür
    Üzü qara,bəd illərim.

    Çox gözlədik,bəsdir daha,
    Son qoyulsun dərdə,aha.
    Dövran,bu gün hamı deyir:-
    “Güman vardır xoş sabaha.”

  • Güldərən VƏLİYEVA.”Görüm”

    Düz olmayan dünyanın düz dərdini,
    Bəxti küsən qızların duz dərdini,
    Ürəyimi üşüdən buz dərdini
    Kövrəlib də çəkə bilsən, çək görüm.

    Saçımda ağ kağızın boz kölgəsi,
    Dərdim baxışımın toran döngəsi…
    Ömrə eşqim ömürdən də ötəsi,
    Dizlərinə çökə bilsən, çök görüm.

    Vaxtsız qonaq qocalıqmı?
    Gəldimi?
    Ufuldadan, sızıldadan dərddimi?
    Düşmənimə açılmayan dərdimi
    Dost ovcuna bükə bilsən, bük görüm.

    Elə yığdıq tərəziyə daş-başı,
    Qoyduq sələmlərə qalan daş-qaşı.
    Ətəyimdən bu inadkar “Beş daş”ı,
    İzlərimə tökə bilsən, tök görüm.

    Bəxt yazan bəxtimi aldatdı daha,
    Tökmə, qəm sandığım qat-qatdı daha.
    Qəlb evim şüşətək çat-çatdı daha,
    Sən Güldərən, tikə bilsən, tik görüm.

  • Riyaz DEMİRÇİ.”Can Karabağım”

    rdh

    Azerbaycanın Kültür ve Edebiyat Portalının Irak temsilcisi

    Hasretin boy atmış boyumdan yüca
    Xocalı derdine yakıldım nece
    Şuşa hep başımda gemli düşünce
    Gönlümde sen varsın,can Karabağım

    Ben sana canımı vermek isterim
    Gelib de gülünü dermek isterim
    Atamın yurdusun görmek isterim
    Gönlümde sen varsın ,can Karabağım

    Söyle kimler oldu yolun bağlatan
    Kahr olsun kadere bizi dağlatan
    Laçin kelbecerdi bizi ağlatan
    Gönlümde sen varsın,can Karabağım.

    Ben senin oğlunum çekerim cefa
    Dolanım başına günde bin defa
    Duşmanı maf edib buluruz sefa
    Gönlümde sen varsın,can Karabagım

    Senin tarıfını babamdan sordum
    Her gün hasretnle oturup durdum
    Kurbanım ben sana a benim yurdum
    Gönlümde sen varsın,can Karabagım

    Kubatlı,Zengilan,Fizuli nerde
    Hankenti,Cebrayil sızlama derde
    Yeniden geleriz koynuna bir de
    Gönlümde sen varsın,can Karabağım.

  • Trampın arxasında kim var?

    İngiltərə Dərin Dövlətinin ən tanınmış baronlarından olan Corc Sorosun (George Soros) adamlarından biri Barak Obamanın dövrü sona çatdı.

    İngiltərə Dərin Dövlətinin ən tanınmış baronlarından olan Corc Sorosun (George Soros) adamlarından biri Barak Obamanın dövrü sona çatdı. Sorosun digər adamı Hillari Klinton (Hillary Clinton) da seçilə bilmədi, baxmayaraq ki, Soros Klintonun seçki kampaniyası üçün rəsmi qeydlərə görə, 650 milyon dollara yaxın pul xərcləsə də, öz kampaniyasının xərclərini heç bir İngilis baronunun qarşılamasına icazə verməyən Tramp təxminən 250 milyon dollarlıq bir kampaniya xərci ilə Sorosa qalib gəldi. İngilis Dərin Dövlətinin Trampın seçilməsindən bərk əsəbləşdiyi Soros avtobusları ilə küçələrə daşınan etirazçıların aksiyalarından bəlllidir. CİA, Amerikanın az qala bütün media quruluşları, amerikan elitası, Amerikanın əksər tanınmış sənət idolları, Amerikadakı Sorosun sahib olduğu bütün homoseksual quruluşlar, lobbiçi kompaniyalar İngilis Dərin Dövlətinin Amerikadakı nümayəndələri olaraq əlllərindən gələn hər şeyi etsələr də, Trampın qarşısını ala bilmədilər. Hətta vəziyyət o yerə gəldi ki, CİA seçki kampaniyasında Hillari Klintonun email skandalının cinayət xarakterli olmadığını demişdi. Halbuki cinayət xarakteri kəsb edirdi. O addım sırf seçki kampaniyasının gedişinə təsir etməməsi üçün idi. İndi o iş yenidən açılır. Hətta CİA-in sədri bir həftə əvvəlki çıxışında üstüörütülü şəkildə Trampı təhdid də etdi.

    Tramp isə seçkilərdə qalib də gəldi, andiçmə mərasiminə qədər sağ da qala bildi, and içib prezident də ola bildi. Andiçmə mərasimində də tarixin ən dindar andiçmə mərasimini təşkil etdi. Biri Musəvi olmaqla altı din adamı İncil və Tövratdan ayələr oxudular. Tövratdan ayə oxunub dua edilməsi bir “Amerikan prezidenti andiçməsi”ndə ilk idi. Trampın özü də çıxışında İncildən ayə dedi, çıxışında bir çox dəfə Allahın adını çəkdi. Sorosun adamı, homoseksuallıq tərəfdarı, Ağ Evi homoseksuallıq rəmzləri ilə boyayan, Ağ Evin saytında homoseksuallarla bağlı bölmə açan, böyük ehtimal ki, özü də homoseksual olan Obama çıxışlarında dindar üslubdan, xüsusilə kənar qaçırdı. Trampın isə məhz ilk gördüyü işlərdən biri Ağ Evin saytından homoseksuallıqla bağlı bölməni qaldırmaq oldu. Dünyada homoseksuallıq propaqandasını aparan qüvvənin İngilis Dərin Dövləti olduğunu nəzərə alsaq, Amerikada və bütün dünyadakı saysız-hesabsız homoseksuallıq təşkilatlarının sahibinin Corc Soros olduğunu nəzərə alsaq, Trampın bu addımın nə demək olduğu bəllidir.

    Tramp andiçmə mərasimində eyni zamanda hakimiyyətin artıq “Vaşinqtondan alınıb xalqa verildiyini” bildirdi. Eyni zamanda artıq Amerikanın müəyyən güclərin idarəsindən xilas olduğunu bildirdi. Bu mənada işlətdiyi termin isə “The Establishment” idi. Yəni Amerikada adətən “Güc sahibi elita” kimi, yəni “ “Dərin dövlətlər” mənasında işlədilən bir söz idi. Belə ki Trump açıq-açıq İngilis Dərin Dövlətinə meydan oxudu.

    Tramp Con Kennedidən (John Kennedy) sonra Amerikanın İngiltərəyə tabe olmayan ilk prezidenti olacaq. Ümid edirik ki, sonu Kennedi kimi olmaz. Bu hadisə Amerikanın, axır ki, azadlığa çıxması deməkdir. Amerikadan olan, amma İngilis elitasına bağlı olmayan bir insan deməkdir. Trampın seçilməsilə Amerikan siyasəti ona hakim bəlli siyasi elitanın əlindən alınmış oldu və bu, Amerikanın tarixində ilk dəfədir baş verir. Bu, əslində, Amerikanın ilk dəfə azad siyasətə qovuşması mənasına gəlir.

    Təbii ki, dünyanın ən güclü qüvvəsi olan İngilis Dərin Dövlətinə qarşı Tramp şəxs olaraq tək başına qalib olmadı. Böyük ehtimal ki, hz.İsanın (ə.s) tələbələrinin köməkliyi ilə Trumpın önü açılmaqdadır. Ümid edirik ki, Tramp İngilis Dərin Dövlətinə tabe olmaz, hz.İsanın (ə.s) yardımı ilə, Türkiyə, Rusiya və s. ölkələrlə qurulan dostluq, ortaqlıq siyasəti ilə dünyaya sülhün gəlməsinə dəstək verər. Bu bizim ümidimizdir, lakin Dəccal da boş durmaz, təbii ki. İngilis Dərin dövlətinin təşkilatçılığı ilə həm Amerikada, həm də bir çox ölkələrdə müəyyən təxribat xarakterli hadisələrin sayını artıraraq, bir sıra fitnə-fəsad oyunları ilə bu gedişə mane olmağa çalışacaqdır. Dəccal o qədər azğın, dəli, təkəbbürlü bir məxluqdur ki, məğlubiyyəti qəti şəkildə qəbul etməz. Dünyanı dağıdar, amma məğlubiyyəti qəbul etməz. Dolayısı ilə Dəccalın dünyaya verəcək yeni zərərlərini də ehtimal etmək lazımdır.

    Lakin nəticə etibarilə, bütün bu olan və olacaq hadisələrin sonunda hz.İsa (ə.s), hz.Mehdi (ə.s) zühur edəcək, dəccaliyyət məğlub olacaq, Türk-İslam birliyi qurulacaqdır inşaAllah. Bu əsr Qızıl Əsrdir. İslam əxlaqının dünyaya hakim olacağı gözəl dövrlərin başlanğıcının son mərhələsindəyik. Dəccalın məğlub edilməsi ilə dünya azadlığa qovuşacaqdır inşaAllah.

    Savalan Məmmədli

  • Gözlər sadəcə görmək üçün deyil, həm də sevmək üçündür

    İnsanın sahib olduğu minlərlə nemətlərdən biri də gözləridir. İnsan gözlərini açdığı andan etibarən bütün dünyanı, həyatı, insanları onlar vasitəsilə tanıyır. Gözlərinin gördüyü kiçik bir detal belə insanda böyük təəssüratlar oyadır. Bəs gözlər sadəcə görmək, ətrafa baxmaq və həyatı anlamaq üçündürmü?
    Əlbəttə ki, xeyr. Amma bəzi insanlar bu həqiqətin fərqində deyillər. Bir çox insan gözləri ilə yaşaya, hiss edə və həyatdan zövq ala biləcəklərindən xəbərsizdir. Halbuki göz insanın bütün ruhunu əks etdirən, eləcə də ürəyindəki hər duyğunu ən gerçək və ən təsirli şəkildə çatdıran yoldur. Yüzlərlə sözü tək bir saniyədə və bir yerdə ifadə edə bilmənin yoludur baxışlar. Sözlər və davranışlar insanı aldada bilər, gözlər isə insanı əsla çaşdırmaz, ən dürüst məlumatı çatdırar. Dərin mənaları, ucsuz-bucaqsız dünyanı bir insanın gözlərində görmək mümkündür. İnsanın ruhunda baş verənləri, o insanın nələr fikirləşdiyini, nə hiss etdiyini, sözlərə əks olunmayan bir çox duyğunu baxışlardan anlamaq mümkündür. Kimsənin görə bilmədiyi gizli duyğuları gözlərdən gözlərə qurulan bağ ilə anlamaq mümkündür.
    Dostluq, etibar, sədaqət, şəfqət, mərhəmət kimi bütün gözəl və qiymətli duyğuların əsil yaşandığı yer gözlərdir. Bu duyğular gözlərdə yaşandığı təqdirdə, qəlbə də enər.
    Əlbəttə, gözlər ən çox “sevgi” üçün yaradılıb. Çünki gözlər sevgini göstərməyin ən yaxşı yoludur. Birbaşa ürəkdən gələn sevgi gözlər vasitəsilə qarşı tərəfin qəlbinə ən güclü şəkildə təsir edir. Heç danışmadan və bir söz demədən nə qədər çox sevdiyinizi, ən təsirli sözlərlə və ən gözəl tərzdə izah etməyin yeganə yoludur gözlər.
    Gözlər həm də qarşıdakı insanda etibar yaratmaq üçündür. Ən çox sevdiyiniz insana onu nə qədər sevdiyinizi, həmçinin hər zaman, hər şərtdə onun yanında olacağınızı, onu daim qoruyub müdafiə edəcəyinizi, yaxşı gündə, pis gündə onunla birlikdə olacağınızı, onu buraxmayacağınızı gözlərinizin dərinliklərinə yerləşmiş o inam hissi ilə izah edə bilərsiniz.
    Gözlər sədaqətinizi də ən gözəl tərzdə ifadə edir. Güclü sevgi və möhkəm bağla o insanın yanında olduğunuzu, sevginizin, sədaqətinizin keçici olmadığını, ölümünə qədər sevib hörmət etdiyinizi və həqiqi bir dost olduğunuzu yenə ancaq gözlər vasitəsilə çatıra bilərsiniz.
    Gözlər qədər sözlər də, əlbəttə ki, çox vacibdir. Lakin buz kimi soyuq, tutqun, mənasız, sanki şüşə kimi baxan gözlərdən gələn gözəl bir söz əsla və əsla qəlbə xitab edə bilməz. Belə soyuq gözlə baxan bir insan dünyanın ən gözəl cümlələrini, ən heyranedici sözlərini də seçsə, o soyuq gözlərlə söylənən sözlərin heç biri qarşıdakı insanın ürəyinə yol tapa bilməz. Qəlb daim isti sevgi axtarır və ancaq bu dərin sevgini tapanda qapısını sona qədər açır. Gözlə ürək sanki aralarında gizli müqavilə bağlayıb, gözlər qarşıdakı gözlərdən aldığı gözəlliyi birbaşa ürəyə ötürür. Burada iradədən istifadə etmək qeyri-mümkündür. Ruh hər zaman hər yerdə gözəlliyi axtarır və tapanda da onu dərhal tutur. Buna görə də gözlə izah edilənləri insanın yalnız sözlərlə çatdırması əsla mümkün deyil.
    Dünyanın ən təsirli sözləri təkbaşına insanın qəlbində heç bir iz buraxmaz, ancaq sadə bir neçə söz, bədahətən gələn bir ifadə və ya cümlə o mənalı gözlərlə birləşərək qəlbdə möhtəşəm həyəcan, sevinc, xoşbəxtlik, sevgi yaradır.
    Buna görə də insan yalnız sözlərə güvənib gözlərin əhəmiyyətini kənara qoymamalıdır. Gözlər mənalı istifadə edilmədikdə insan heç bir zaman axtardığı həqiqi hisləri tapa və qarşısındakı insana həqiqi hislər bəsləyə bilməz. Nə sevgisi, nə qayğısı, nə hörməti, nə sədaqəti, nə dostluğu gerçək ola bilməz. Çünki ruh buna izn verməz, gözlər nə qədər ki ancaq baxmaq üçün istifadə edilsə, ruhun axtardığı gözəlliklər heç vaxt ortaya çıxmaz.
    Əgər insan gözlərini yalnız bədəninin bir hissəsi, görmə orqanı kimi görsə və onu yalnız bu məqsəd üçün istifadə etsə, bir robotdan heç bir fərqi qalmaz. Bu mexaniki varlıq necə ki yerimək və ya müəyyən hərəkətləri icra etmək üçün planlaşdırılmış metal yığınından ibarətdirsə, gözlərini yalnız önünü, arxasını, sağını, solunu görmək üçün istifadə edən bir insan da eynilə robot kimi ruhsuz varlıq olar.
    İnsana əsil məna verən, onu dəyərli edən ruhudur. Ruhunda gözəlliklər olmadığı və bu gözəlliklər bədəninə əks olunmadığı müddətcə o insanın dekorativ güldən fərqi qalmaz. İnsan ancaq ruhunda yüksək duyğular və dərin mənalar bəsləyə və bunları tək-tək bütün bədən üzvlərinə əks etdirib, bu ruhla onları canlandıra və məna verə bilər. Ancaq o zaman insanın ağzı, burnu, gözü, saçı, əli, qolu nurla əhatə olunar. Bu zaman insan bir robotla deyil, gözəlliklərlə dolu, gerçək bir insanla həmsöhbət olduğunu hiss edə bilər. Allahın hamımıza həm bu dünyada, həm də cənnətdə gözlərimizə dərin sevgi ilə baxan insanlar nəsib etməsini diləyirəm. Çünki həqiqi sevgini tapan insanların sayı çox azdır, bu insanların arasında olmaq isə əsil xoşbəxtlikdir.

    Xəyalə SƏFƏROVA

  • 20 YANVAR

    1990-cı il. Bakıda 20 Yanvar faciəsi törədilib. Sovet imperiyası rəhbərliyinin 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycanın suverenliyini və beynəlxalq hüquq normalarını kobudcasına pozaraq Bakıya yeritdiyi böyük ordu hissələri amansız cinayətlər və kütləvi qırğınlar törədib. O qanlı gecədə milliyyətindən, yaşından və cinsindən asılı olmayaraq 147 nəfər qətlə yetirilib, 744 nəfər yaralanıb, 841 nəfər qanunsuz həbs edilib. Lakin sovet rəhbərliyinin xalqın iradəsini, milli azadlıq hərəkatını boğmaq niyyəti baş tutmadı. Bu yolda ilk şəhidlərini verən xalqımız milli azadlıq mübarizəsini davam etdirərək müstəqilliyə qovuşdu. Azərbaycan tarixinin şanlı səhifələrindən olan 20 Yanvar faciəsi qurbanlarının xatirəsi xalqımızın qəlbində yaşayır və daim yaşayacaq.

    2010-cu il. Bakının Yasamal rayonundakı “20 Yanvar” dairəsində, Həsən bəy Zərdabi və Müzəffər Həsənov küçələrinin kəsişməsində Qanlı Yanvar şəhidlərinin xatirəsinə ucaldılmış memorial abidə kompleksinin açılışı olub. Açılış mərasimində Prezident İlham Əliyev iştirak edib.

    1977–ci il. Tanınmış Azərbaycan şairi, publisist, Əməkdar Mədəniyyət İşçisi Zeynal Cabbarzadə vəfat edib (1920-1977). Kiçik yaşlarından yaradıcılığa başlayan Z.Cabbarzadənin “Puşkin” adlı ilk mətbu şeiri 1937-ci ildə dərc edilib. Onun ilk kitabı olan “Xaniman”da cəbhə şeirləri toplanıb. Z.Cabbarzadə “Əfzələddin və şah”, “Arzular”, “Yaylaqda” və digər əsərlərin müəllifidir. Şairin “Neyləsin”, “Bakı”, “Yel əsər”, “Axşam”, “İlk bahar”, “İntizar”, “Sürəyya”, “Sən mənimsən, mən sənin ” və başqa şeirlərinə bəstələnmiş mahnılar korifey sənətkarlarımız tərəfindən ifa olunub. Z.Cabbarzadə bir sıra uşaq mahnılarının söz müəllifidir. “Bahar gəlir”, “Qatar”, “Quzum” şeirlərinə yazılmış mahnılar uşaqların sevimlisinə çevrilib.

    2003-cü il. Azərbaycanın məşhur futbol hakimi Eldar Əzimzadə vəfat edib (1934-2003). E.Əzimzadə keçmiş SSRİ-nin tanınmış futbol hakimlərindən idi. O, üç dəfə SSRİ-nin ən yaxşı hakimi seçilib, doqquz dəfə ən yaxşı yeddi hakimi sırasına daxil olub. E.Əzimzadə futbol üzrə SSRİ çempionatında 148 matçda meydanda olub. 1980-ci ildə Moskvada keçirilən XXII Yay Olimpiya Oyunlarının futbol turnirinin final matçını (Çexoslovakiya-ADR) idarə edib. 1977-ci ildə Tunisdə yeniyetmələrdən ibarət milli komandalar arasında keçirilən birinci dünya çempionatında mərkəzi oyunlardan birini – Tunis-İspaniya görüşünü (1:1) idarə etdikdən sonra həmyerlimiz beynəlxalq dərəcəli hakim normasını ödəyib. Həmin il SSRİ birinciliyinin güclülər dəstəsində 100-dən artıq matça hakimlik etdiyinə görə E.Əzimzadə SSRİ Futbol Federasiyasının qızıl medalına layiq görülüb və o, dördüncü dəfə ölkənin on ən yaxşı hakimi siyahısına daxil olub.

    1880-ci il. Azərbaycanda ilk dəmir yolu istismara verilib. Azərbaycanda ilk dəmir yollarının çəkilişinə XIX əsrin 70-ci illərindən başlanılıb. 1878-ci ildə Bakı şəhərini neft mədənləri və neft korpusu ilə birləşdirən 25,2 verst uzunluğundakı dəmir yolu xəttinin inşasına icazə verilib. “Neft sahəsi” adlanan bu xətlərin tikintisi 1879-cu ilin sonunda başa çatdırılıb və 1880-ci il yanvarın 20-də istismara verilib. 1879-cu idə “Simens qardaşları” tərəfindən Gədəbəy mis-filiz mədəni və Qalakənd misəritmə zavodu arasında darxətli dəmir yolunun inşasına başlanıb və 29 verst uzunluğunda olan bu xəttin çəkilməsi 1884-cu ilin yanvarında başa çatdırılıb.

    Mənbə: http://www.azertag.az

  • «Azərikimya» İB-nin idarə və müəssisələrində 20 Yanvar faciəsi ilə bağlı anım tədbirləri keçirilmişdir

    SOCAR-ın bütün struktur bölmələrində olduğu kimi, «Azərikimya» İstehsalat Birliyinin Etilen-polietilen zavodunda və Təmir-tikinti İdarəsində də 20 Yanvar faciəsinin 27-ci ildönümü ilə əlaqədar geniş tədbirlər keçirilmişdir.
    Tədbirdən öncə kimyaçılar Birliyinin Etilen-polietilin zavodunun qarşısındakı meydan-çada torpaqlarımızın müdafiəsi uğrunda döyüşərək qəhrəmanlıqla şəhid olmuş 54 kimyaçının şərəfinə ucaldılmış xatirə kompleksini ziyarət etmiş, abidə önünə tər qərənfillər düzmüşlər.
    Sonra tədbir akt zalında davam etdirilmişdir. 20 Yanvar faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra, təd¬bir iştirakçıları xalqımızın azadlıq, istiqlal mübarizəsinin qarşısını hər cəhdlə almağa çalışan Sovet imperiyasının Bakıda və respublikamızın digər şəhər və rayonlarında tö¬rə¬tdikləri amansız qırğından, Kreml rəhbərliyinin Azərbaycana qarşı ədalətsiz, erməni¬pə¬rəst siyasətindən söhbət açmışlar. Qeyd olunmuşdur ki, 27 il bundan öncə – 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet imperiyasının nəhəng hərb maşını müstəqillik uğrunda aparılan milli azadlıq mübarizəsini qan gölündə boğmaq üçün bir neçə istiqamətdən Bakı üzərinə yeridi. XX əsrdə insanlığa qarşı törədilmiş zorakılığın, qeyri-insani rəftarın, işgəncələrin ən dəhşətlilərindən biri olmaqla, hər birimizin yaddaşına «qanlı şənbə ge¬cəsi» kimi həkk olunan bu hərbi təcavüz nəticəsində yüzlərlə vətəndaşımız şəhidlik zirvəsinə yüksəldi. Yaralananların, itkin düşənlərin sayı isə qat-qat artıq idi. Bu, yalnız yüzlərlə insanlara edilən qəsd deyil, bütövlükdə xalqımıza, millətimizə və respublikamıza qarşı həyata keçirilən bir cinayət aksiyası idi.
    Tədbirdə 1990-cı ilin 20 Yanvar faciəsindən dərhal sonra həyatını təhlükədə qoyaraq Azərbaycanın Moskvadakı daimi nümayəndə¬liyinə gələn, Bakıda baş verənlərlə bağlı həqiqəti bütün dünyaya çatdıraraq, bu cina¬yətin birbaşa təşkilatçısı olanları əli qana bulaşmış qatil adlandır¬an, xalqımızın azadlıq mübarizəsinin qələbəsində, müstəqilliyimizin qorunub saxlanılmasında, ölkəmizin bugünkü sürətli sosial-iqtisadi inkişafında müstəsna xidmətləri olan Ulu öndər Heydər Əliyevi minnətdarlıq hissi ilə xatırlanmış, 20 Yanvar öz torpaqlarının müdafiəsinə qalxmış, haqsızlığa və ədalətsizliyə qarşı öz haqq səsini ucaltmış, bunun müqabilində güclü və qansız düşmənlə üz-üzə qalmış dinc, əliyalın insanların mərdlik, rəşadət, qürur və qəhrəmanlıq tarixi adlandırılmışdır.
    Yanvarın 20-də isə kimyaçılar Sumqayıtın Şəhidlər xiyabanına gedərək, ölkəmizin azadlıq və istiqlaliyyəti uğrunda döyüşlərdə mərd mübarizlər kimi həlak olmuş Vətən şəhidlərinin məzarlarını ziyarət edəcək, xatirələrini ehtiramla yad edəcəklər.

  • İbrahim Səfinin yaradıcılığı haqqında bəzi məqamlar

    İbrahim Səfiyev 1898-ci ildə Naxçıvanın Şərur qəsəbəsində doğulmuşdur. Aşıq olan atasını üç yaşında ikən itirmişdir. Uşaqlıq illəri çətinliklər içində keçən İbrahim, kiçik yaşlarından rəsmə həvəs göstərmişdir,12 yaşında ikən «Araz balıqçıları» adlı ilk rəsmini çəkmişdir. 1924-1925-ci illərdə Atatürkün portretini çəkən ilk rəssamlardan olan İbrahim Səfiyev (1898-1983), birinci dünya savaşından sonra Türkiyədə məskunlaşan naxçıvanlı Azərbaycan rəssamıdır. Rəssamın qalın rəng mozaikasından yoğrulmuş portretlərdə psixoloji məqamlar çox güclüdür. Hiss və duyğuların çox güclü olduğu əsərlərdə biçim və rənglərdəki lirika böyük ustalıqla vurğulanır. Əsərlərdəki təkrarsız kompozisiya biçimləri rəng həlli və bədii şəhri də müxtəlif məziyyətləri aşkarlamağa xidmət edir. Tabloların rəng həlli rəssamın keçirdiyi hiss duyğularının ünvanını dəqiq şərtləndirir.

    Müxtlif sənət cərəyanlarına, təzadlı rəssamlıq üslublarına yaxından bələd olan İbrahim Şəfı yaradıcılığında realizmə üstünlük vermiş, dünya incəsənətinin mütərəqqi ənənələrini davam etdirmişdir. Boyakarlığın müxtəlif janrlarında çoxlu tablo, o cümlədən mənzərələr («Otel» parkı tərəfdən Bursa görünüşü», «Anadolu sahilinin görünüşü», «Qarxana rayonu», «Sultaniyyə məsçidindən bir görünüş», «Mənzərə» və s.), natürmortlar («Gül vazası», «Natürmort» və s.), portretlər («Qadın portreti», «Portret», «Qərəzli musiqiçi Hafızin portreti», «Zərrux xanımın portreti» və s.) yaratmışdır. Bəzi mənzərə və natürmortların şux, şəffaf kaloriti, rənglərin oynaqlığı onu fransız impressionistlərinə yaxınlaşdırır, impressionizmin naturaya gətirdiyi işığa, parlaqlığa, kolorit gözəlliyinə aludəçiliyi göstərir («Burqaz adası tərəfdən Anadolu sahillərinin görünüşü», «Bursa dağında düzənlik», «Bosfordan bir mənzərə», «Qış mənzərəsi», «Anadolunun görünüşü» və s.) əsərlərində bir çox ölkələrə səfər təəssüratları əksini tapmışdır. Türkiyədə, həmçinin Fransa, Avstriya, ABŞ, İsveçrə və s. ölkələrdə fərdi sərgiləri nümayiş etdirilmişdir. Mənzərə, portret və natürmortlarından ibarət bəzi əsərlərini Nizami adına Azərbaycan Ədəbiyyatı muzeyinə bağışlamış, bir neçə əsəri 1989 ildə Bakıda keçirilən «Əzizim vətən yaxşı…» sərgisinin ekspozisiyasına daxil edilmişdir. Əsərləri Türkiyədə və dünya muzeylərində, o cümlədən şəxsi kolleksiyalarda, R.Mustafayev adına Azərbaycan İncəsənət Muzeyində saxlanılır.

    \

    \

    Görkəmli rəssam İbrahim Səfi dünyasını dəyişsədə , ondan yadigar qalan gözəl əsərləri onu həmişə insanların qəlbində yaşadacaq.

    İki görkəmli rəssam Naci Kalmukoğlu və İbrahim Səfi (şapkalı olan).

    İbrahim Səfi rəsm əsərlərinin əhatəsində.

    İbrahim Səfi haqqında 15 mart 1969-cü ildə Ədəbiyyat və İncəsənət qazetində dərc edilən məqalə.

    Rəssamın 1969-cü ildə ildə keçirilən sərgisinə dəvəti.

    1967-ci ildə rəssamın rəsm sərgisi.

    Qaziantep Universitetinin mədəniyyət və sənət mərkəzində İbrahim Səfinin “Türk bəstəkalarının portretləri” sərgisi.

    İbrahim Səfinin əsərləri Türkiyə, Azərbaycan və digər ölkələrdə fəaliyyət göstərən müxtəlif mədəniyyət yönümlü portallarda dərc olunaraq, ictimaiyyət nümayəndələrinin nəzərinə çatdırılır.

    Orxan Musayev

  • Riyaz DEMİRÇİ.Yeni şiirler

    rdh

    Azerbaycanın Kültür ve Edebiyat Portalının Irak temsilcisi

    Geleceğim Karabağım

    Gülün-çiçeğin dermeğe,
    Gerekse canım vermeğe,
    Duşmanın bağrın yarmağe
    Geleceğim,Karabağım.

    Doğulandan hayal kurdum,
    Görenlereden seni sordum,
    Benim doğma ata yurdum,
    Geleceğim,Karabağım.

    Açmaz oldu harı bülbül,
    Kan-yaş dokdü sarı bülbül,
    Bulamadı yarı bülbül,
    Geleceğim,Karabağım.

    Aç kolunu bana nolur,
    Kıyma yanana cana nolur,
    Koy sarılım sana nolur,
    Geleceğim,karabağım

    Kar tutsa da çölün-düzün,
    Açılmazsa bahar-yazın,
    Bağlansa da yolun-izin,
    Geleceğim,Karabağım.

    Hasretinden yüzüm solub,
    Dertlerine çare bulub,
    Gök yüzünde bulut olub,
    Geleceğim,Karabağım.

    Dumanında kayb olmağa,
    Kemanın,tarın çalmağa,
    Sende rahatlık bulmağa,
    Geleceğim,Karabağım.

    Verirmisin

    Seni gördüm, aklım gitti
    Tek dünyama, girirmisin?
    Kış mevsimim, bugün bitti
    Elin bana, verirmisin?

    Koyma yürek, dertten dolsun,
    Hasret gelip, beni bulsun,
    Aşkımızın, gülü solsun,
    Elin bana, verirmisin?

    Gözlerimden, kan dökülür
    Sevgin canda, bel bükülür
    Yaram kanar, hem sökülür
    Elin bana, verirmisin?

    Dön geriye yüzüme bak
    Unut gitsin geçmişi yak
    Elyansımı, parmağa tak
    Elin bana, verirmisin?

  • Esat ERBİL.”Vay Azerbaycan”

    01

    Azerbaycanın Kültür ve Edebiyat Portalının Irak temsilcisi

    Yanvar Katliami :
    19 – 20 Yanvar 1990 tarihinde güzel Azerbaycan topraklarını bozmak isteyen hayin Moskoflar, Azerbaycan – Bakiye saldırarak, 137 – 170 arası temiz kanlı öz Türk soyumuz şehit olarak cani ve canavar soviyyetler Mutefiklerinin saldırı nedeiyle, kurbanlar verdik. Onların ruhu şad ve mekanları Cennet Yüce Allahtan dilerken, bu şiirimi tüm Kahraman Azerbaycan Halkına armağan ediyorum.

    Aras Çayından baktım, bölünmüş ne çar,
    Milliyetçi gönlünde, yaralar açar,
    Karabağ Toprağından, yazık ki kaçar,
    Sinesi paralanmış, vay Azerbaycan,
    Kalbi de yaralanmış, vay Azerbaycan.

    Aras Çayından baktım, suyu zor akar,
    İran kesimindeki, Azere bakar,
    Bu çok ağır manzara, gönlümü yakar,
    Sinesi paralanmış, vay Azerbaycan,
    Kalbi de yaralanmış, vay Azerbaycan.

    Aras Çayından baktım, sular ağlıyor,
    Esir, satılan toprak, yara bağlıyor,
    Her damlası bin hasret, yürek dağlıyor,
    Sinesi paralanmış, vay Azerbaycan,
    Kalbi de yaralanmış, vay Azerbaycan.

    20 yanver yarası, derindi bizde,
    Tarihte kara lekke, bıraktı yüzde,
    Unutulmaz katliam, şehit çok sizde,
    Sinesi paralanmış, vay Azerbaycan,
    Kalbi de yaralanmış, vay Azerbaycan.

    Hey (Esat) çaren yok, üzülme dayan,
    Tarihin yazacaklar, görenle duyan,
    Ey aslan turan gencı, yatmışsan uyan,
    Sinesi paralanmış, vay Azerbaycan,
    Kalbi de yaralanmış, vay Azerbaycan.

  • Насиба Егембердиева.”Күзде есе…”

    Көктемде тау жаңғағы көзді қуантырды

    Тау жаңғағы жетілмей тұрып, “басқалар теріп кетпесін”, деген қауіппен қаға бастады. Бейшара ағаш адам баласына мəуесін түйіп бергені үшін таяақ жей бастады. Есепсіз аямай ұрды. Ағаштың жапырақтары көз жас сияқты төгілді. Бірақ адам балалары бұған назар аударған жоқ. Əлі тірі жапырақтарды таптады. “Ағаштың таяақ жеген шақтары, наудасы да азап көрді, азап бердік – ау”, деген пікір ешкімнің ойына келмеді.
    Бұл ғой, ағаш, тілсіз, біздің түсінігімізде жансыз бір нəрсе. Ағашты ұрып, сабалап қоя салсақ мейлі еді.
    Өмірде…
    Өз жанымызда бірге жасап жатқан адамдарды ауыр сөз таяағы мен сабалаймыз. Жүректері қан қақсап кесте де сабалай береміз. Оның үнді көз жасына, үнсіз қайғысына назар аудармаймыз. Сабалап – сабалап жанымыз кіреді. Ағашты ұрудағы мақсат мəуесін теріп алу. Ал адамдарды сабалап не теріп аламыз?
    Күнəлəрімізді көбейткен қапты толтырамыз ба? Жаңғақ тола қапты арқалап базарға асығамыз. Күнəміз тола қапты арқалап қайда барамыз?..

  • Riyaz DEMİRÇİ.Yeni şiirler

    rdh

    Azerbaycanın Kültür ve Edebiyat Portalının Irak temsilcisi

    Ne güzel demiş büyük şairimiz rahmetli Bextiyar Vahap Zade Nur içinde Yatsın

    Bir şirin, bir gözəl söz istəyirəm
    , Hər sözü, söhbəti düz istəyirəm
    Bircə baxışıyla yanan qəlbimi
    Görməyi bacaran göz istəyirəm.

    Bəxtiyar Vahabzadə

    Bende buna cevap yazarak şöyle diyorum

    Her şeyin aslını öz isteyirem
    Bu Könlümü yakan göz isteyirem
    Okyanuslar sepsen ateşim sönmez
    O şirin dilinden söz isteyirem

    * * *

    Gül ettin sen
    Kul ettin sen
    Kül ettin sen
    Beni güzel

    Sen dağlattın
    Sen bağlattın
    Sen ağlattın
    Beni güzel

    Sandırma sen?
    Kan dırma sen?
    Yandırma sen?
    Beni güzel

  • Esat ERBİL.”XOCALIDIR KAN DESTANIM”

    03

    Azerbaycanın Kültür ve Edebiyat Portalının Irak temsilcisi

    Yürek dolu yer kalmadı,
    Bir gün bizi gam salmadı,
    Gönül arzum hiç bulmadı,
    Birleşeydi tüm Türk dilin,
    Hasretiyiz Turan Elin.

    Yıllar oldu hasret bitmez,
    Başımızdan dertler gitmez,
    Xocalılar kanı itmez,
    Birleşeydi tüm Türk dilin,
    Hasretiyiz Turan Elin.

    Karabağla Xocalı il,
    Aramızdan geçmesin kil,
    Özgürlüğün yönlerin bil,
    Birleşeydi tüm Türk dilin,
    Hasretiyiz Turan Elin.

    Ne çok toprağ ellerdedir,
    Anneler gözü yoldadır,
    Ağır yükler Türk beldedir,
    Birleşeydi tüm Türk dilin,
    Hasretiyiz Turan Elin.

    Turan eli hür kalacak,
    Türk özgürlük hep alacak,
    Halk gafleti gör salacak,
    Birleşeydi tüm Türk dilin,
    Hasretiyiz Turan Elin.

    Ana yurttan ayrı kaldım,
    Azerbaycan atam daldım,
    Öz yurdumu gidip saldım,
    Birleşeydi tüm Türk dilin,
    Hasretiyiz Turan Elin.

    Xocalıdır Kan Destanım,
    Karabağda öz Vatanım,
    Kayser, Şahla Yurt satanım,
    Birleşeydi tüm Türk dilin,
    Hasretiyiz Turan Elin.

  • Həyat gözəldir

    Dünyada insanlar həm fiziki görkəmlərinə, həm də xarakterlərinə görə bir-birindən fərqlənirlər

    Dünyada insanlar həm fiziki görkəmlərinə, həm də xarakterlərinə görə bir-birindən fərqlənirlər. Hər insanın barmaq izləri necə fərqlidirsə, təbiəti də, istəyi də, düşüncəsi də, arzuları da eyni deyil. Bütün fərqliliklərə baxmayaq, həyat çox gözəldir, əsas odur ki, həyatımızda yaradılan hikmətləri görə bilək. Çünki Allah həm qədərimizdə, həm xarici görkəmimizdə, həm də təbiətimizdə yaratdığı hər şeyi bizim üçün sonsuz xeyir və gözəlliklərlə yaradıb.

    Ətrafımızdakı insanları qısaca olaraq nəzərdən keçirək, bəzi insanlar əsəbi, bəzi insanlar sakit, bəzi insanlar mehriban, bəziləri aqressivdir. Bu nümunələrin sayını istədiyimiz qədər artıra bilərik. Özümüzü də düşünsək, görərik ki, bizim də həm müsbət, həm də bir çox mənfi yönlərimiz var. Digər insanlarla bənzərliklərimiz və fərqliliklərimiz ola bilər, ancaq hər bir insandan fərqlənirik. Çünki Allah hər birimizi özəl yaradıb, verdiyi və vermədiyi hər şeylə də bizi imtahan edir.

    Əməl baxımından hansınızın daha yaxşı olduğunuzu sınamaq üçün ölümü və həyatı yaradan Odur. O, Qüdrətlidir, Bağışlayandır. (Mülk surəsi, 2)

    Dünya imtahan yeridir, Allah dünyanı bizi imtahan etmək üçün yaradıb. Dünyadakı fərqliliklərin də səbəbi məhz budur ­– imtahan olunmaq. Hər insanın xarakterində mütləq mənfi yönlər ola bilər, həyatımızda istəmədiyimiz hadisələr baş verə bilər, Allah bunları həm acizliklərimizi görmək, həm üzərimizdə çalışaraq bunları özümüzdən uzaqlaşdırmaq üçün xüsusi yaradıb. Əslində, həm qədərimizdə, həm də xarakterimizdə və ətrafımızda “mənfi” kimi görünən bir çox hadisə gözəlliklər və hikmətlərlə yaradılıb. Məsələn, əsəbi bir insanı düşünək. Bu insan özündən tez çıxır, xoşagəlməz hadisə ilə qarşılaşdıqda dərhal əsəbiləşir. Əsəbi olmaq o insanın əskikliyi deyil, ola bilsin, ya uşaqlıqdan yaşadığı hadisələr onda elə təsir buraxıb, ya da xarakteri belədir. Ancaq insan Allahın izni ilə bu xüsusiyyətinin üzərində çalışıb çox səbirli və təmkinli ola bilər. Çünki əsəbiləşmək Quran əxlaqına uyğun deyil, Allah səbirli insanı sevir. İnsan hadisələrin xeyirlərini görə bilsə, əsəbiləşməyinə səbəb də qalmaz.

    Bundan başqa, insanın yaşadığı hər hadisə qədərində mövcuddur. Allah hər bir bəndəsi üçün mütləq xeyir diləyir, axirətdə onu sonsuz gözəl həyatla yaşatmaq istəyir. Cənnət həyatına layiq olsunlar deyə Allah qullarını dünyada imtahan edir. Bu həm iman gətirən, həm də iman gətirməyən insanlara aiddir. Allah müxtəlif imtahanlarla insanları düşünməyə və imana yönəldir. Dünyadakı nemətlər və gözəlliklər yenə imtahanın gərəyi olaraq iman gətirən və gətirməyən bütün insanlara təqdim olunmuşdur, amma axirətdə aradakı fərq bəlli olacaq və bu nemətlər yalnız iman gətirənlərə nəsib olacaq.

    Hər bir halda, insana düşən vəzifə daim Allaha güvənməkdir, Allah insanın qədərində nəyi təqdir edibsə, o həmin insan üçün ən gözəl qədərdir. Ancaq bir şeyə diqqət yetirmək lazımdır: insan düşünməməlidir ki, həyatında hər şey ürəyincə olsa, o zaman xoşbəxt olacaq. Sevinc, xoşbəxtlik, gözəlliklər birdən-birə yaşanmır, insan gərək hər zaman Allah tərəfdarı olsun, Allahın ona dost olduğunu, onun üçün hər zaman xeyir və gözəlliklər dilədiyini görə bilsin, bunun üçün ağıl və iradə tətbiq etsin. Yoxsa insan istədiyi və xəyal qurduğu həyatı hər detalına qədər yaşaya bilər, ancaq o həyat insana sevinc deyil, sıxıntı və hüzursuzluq verə bilər. Odur ki, həyat gözəldir, əsas olan o gözəllikləri görə bilən gözlərə sahib olaq inşaAllah.

    Firuzə Həsənzadə

  • Zəngin qitənin yoxsul insanları

    Afrika dünyanın ən yoxsul və ən az inkişaf etmiş qitəsidir. Dünyadakı ən kasıb 49 ölkədən 34-ü Afrikadadır.

    Aclıq deyildikdə ilk olaraq ağlımıza Afrika qitəsində yaşayan insanlar gəlir.

    Afrika dünyanın ən yoxsul və ən az inkişaf etmiş qitəsidir. Dünyadakı ən kasıb 49 ölkədən 34-ü Afrikadadır.

    BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının hesabatlarına görə, bu qitədə 40 milyona yaxın insan xroniki aclıq təhlükəsi ilə üz-üzədir.

    BMT hesabatlarında Somalidə uzun müddətdir davam edən quraqlığa görə 305 min uşağın kifayət qədər qidalanmadığı, 58.300 uşağın ölüm təhlükəsi ilə qarşı-qarşıya olduğu açıqlanır. Əhalinin 40%-nin, yəni 4.7 milyon insanın humanitar yardıma ehtiyacı var. Efiopiyada yağış yağmadığına görə, 10 milyondan çox insanın ərzaq yardımına ehtiyacı var.

    Lakin qitə sahib olduğu faydalı qazıntılara və imkanlara görə dünyanın əz zəngin qitəsidir. Dünyadakı qaz ehtiyatlarının 8%-nə malikdir. 45 ölkədə neft yataqları var.

    Dünyadakı kobaltın 57%-i, almazın 47%-i, manqanın 49%-i, fosfatın 31%-i, qızılın isə 21%-i bu qitədə yerləşir. Əkinçiliyə əlverişli əraziləri olduqca çoxdur. Dünyanın bir çox ölkəsi bu qitədə torpaq icarəyə götürərək kənd təsərrüfatı ilə məşğul olur.

    Sırf sahib olduğu bu zənginliklər qitənin inkişaf etmiş ölkələr tərəfindən istismar edilməsinə səbəb olmuşdur. Başda İngiltərə, Fransa olmaqla, Afrika ölkələri Avropaya “borc ödəyir”.

    Təkcə İngiltərə banklarında Nigeriyadan alınan 50 milyard dollar məbləğində pul var.Fransa isə köhnə müstəmləkəsi olan 14 Afrika ölkəsindən ildə 500 milyard dollar “koloniya” vergisi alır.

    Məqsədyönlü şəkildə vətəndaş müharibələri, qəbilə münaqişələri yaradılır. Terror qruplaşmalarının həyata keçirdiyi terrorlar siyasi və sosial sabitliyəmane olur. Silah sənayesi üçün qitə çox əlverişlidir. Silah və hərbi sursat satışını artırmaq üçün regionda terror təşkilatları, üsyançı qruplar vasitəsilə müharibələr sakitləşmək bilmir. Afrikaya silah satışından ən böyük gəliri ABŞ, Çin, İngiltərə, Rusiya, Fransa, Almaniya, İsrail, Hindistan, İtaliya və İspaniya əldə edir. Qəribə olan isə budur ki, dünya sülhünü təmin etmək naminə BMT-nin Təhlükəsizlik Şurasının daimi üzvü olan beş ölkə də (ABŞ, Çin, İngiltərə, Rusiya, Fransa) bunların arasındadır.

    Qitəyə edilən yardımlar daha çox göstəriş üçün edilir və çox vaxt da insan sağlamlığına zıyanlı qidalar olur, genetikası dəyişilmiş qidalar afrikalılar üzərində sınaqdan keçirilir.

    Vəziyyət budur, “mədəni” ölkələr tərəfindən yeraltı və yerüstü sərvətləri talan edilən, insanları aclıqdan, yoluxucu xəstəliklərdən, süni şəkildə yaradılan müharibələrdə ölən, dünyanın ən zəngin qitəsi…

    Digər tərəfdən isə dünya miqyasında tonlarla qida israf edilir: istehsal edilən qidanın üçdə biri istehlak edilmədən atılır.

    Yoxsulluq və aclıq probleminin həlli üçün görülən tədbirlər isə nəticəsiz qalır. Bunun səbəbi isə gözəl əxlaqın, yəni Quran əxlaqının yaşanmadığı üçün ədalətsiz rejimin, hər kəsin öz mənfəətini güddüyü, zəiflərin əzildiyi mühitin yaranmasındadır. O yerdə ki hər kəs ancaq öz mənfəətini düşünür, orada sıxıntılar bitməz. Bunun əksi olanda isə, yəni gözəl əxlaq hakim olarsa, o zaman insanlarda yardımlaşmaq, başqasının haqqına girməmək, ölçüdə və çəkidə aldatmamaq, hər kəsin haqqını özünə vermək, israf etməmək və s. kimi xususiyyətlər yaranar. Bu cür cəmiyyətdə isə yoxsulluq azalar, bərəkət olar, zənginlik artar.

    Aysel Vəlizadə

  • Əziz MUSA.Yeni şeirlər

    em

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru,
    Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

    BU QIZIN

    Elə bil ki, bir lalədi yanağı,
    Qızılgüldü yaraşıqlı dodağı,
    Çiçək açır hara dəysə ayağı,
    Hər kipriyi sanki oxdu, bu qızın.

    Boy-buxunu tamaşadı, tamaşa,
    Tanrı özü sürmə çəkib göz, qaşa,
    Yanağında yaraşıqlı xal qoşa,
    Naz, qəmzəsi yaman çoxdu, bu qızın.

    Ürəyimdə məhəbbəti dənizdi,
    Gülərüzdü, mehribandı, əzizdi,
    Baxışları Aydan, Gündən təmizdi,
    Alnı açıq, gözü toxdu, bu qızın.

    Yerə, göyə yaraşıqdı əzəldən,
    Çəkmək olmur gözü belə gözəldən,
    Şipşirindi min şeirdən, qəzəldən,
    Çiçək kimi açıb baxtı, bu qızın,

    Arzusudu, istəyidi hər kəsin,
    Dünya hələ görməyibdi beləsin,
    Söylə axı, Əziz Musa neyləsin,
    Bir insafı vallah yoxdu, bu qızın.

    GÖZƏL

    Baxışın nurludu,gözün gözəldi,
    Dodağın qönçədi,üzün gözəldi,
    CamalIn aləmdi,sözün gözəldi,
    Sən mənim canımsan, gözümsən, gözəl.

    Sevginlə bəzənib könül sarayım,
    Sən mənim qismətim, sən mənim payım,
    Ömrümü bəzəyən Günəşim, Ayım,
    Sən mənim canımsan, gözümsən, gözəl.

    Ətirli bir gülsən, incə çiçəksən,
    Cənnət hürüsüsən, nazlı mələksən,
    Ən gözəl, ən şirin arzu, diləksən,
    Sən mənim canımsan, gözümsən, gözəl.

    Min nəğmə qoşaram sənin adına,
    Alışıb, yanaram eşqin oduna,
    Bal, şəkər qataram xoş həyatına,
    Sən mənim canımsan, gözümsən, gözəl.

    Günəşsən, başına Ay tək dolannam,
    Sən varsan göyləri , yerləri dannam,
    Mən Əziz Musayam, eşqinlə yannam,
    Sən mənim canımsan, gözümsən gözəl.

  • Zeynəb DƏRBƏNDLİ.Yeni şeirlər

    11665411_1690704784490598_9087155491968421030_n

    Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyi və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının “Cənubi Qafqaz Xalqları üzrə xüsusi müxbir”i,
    İraq Türkmən Yazarlar Birliyinin, Dərbənd Ədəbiyyatçılar Birliyinin, Azərbaycan Yazıçılar Birliyinin üzvü

    ÜŞÜDÜR

    Hər əlimə aldığım,
    Gülüm məni üşüdür.
    İçimi köz eyləyən,
    Külüm məni üşüdür.

    Heç kəsi qınamayan,
    Dost düşmən sınamayan.
    Yalanı tanımayan,
    Dilim məni üşüdür.

    Dərddən qəmdən göynəyən,
    Hicrana baş əyməyən.
    Yar əlinə dəyməyən,
    Əlim məni üşüdür.

    Həsrət məni dondurur,
    Dərdlərimi dandırır.
    İçim məni yandırır,
    Çölüm məni üşüdür.

    Qəmdir həyatı sökən,
    Gözümüzdən yaş tökən.
    Üzümə pərdə çəkən,
    Telim məni üşüdür.

    Zeynəb, dayanıb zaman,
    Dərd içindəsən hər an,
    Qaş gözümdə dolanan,
    Ölüm məni üşüdür.

    QƏRİB DÜNYA

    Bu qərib dünyanın, iki üzü var,
    Biri ağa baxır, biri qaraya.
    Bəzən şirin şirin oxşayır bizi,
    Bəzən də duz səpir, qanlı yaraya.

    Bu qərib dünyanın, iki üzü var,
    Biri sevin süzür, biri qəm süzür.
    Arabir bizləri güldürür, gülür,
    Arabir ağladır, öldürür, üzür.

    Bu qərib dünyanın, iki üzü var,
    Biri ağı oxşayır, biri qaranı.
    Gah sevinc bəxş edi, şənlik düzəldir,
    Gahda hiylə ilə vurur aranı.

    Bu qərib dünyanın, iki üzü var,
    Biri toy için, biri yas qurur.
    Zeynəb Dərbəndlinin, içi sızlayır,
    Ya zümzümə edir, gah qəmgin durur.

  • Nəcibə İLKİN.”Sevgi tərsə dönəndə….”

    ni

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    “Azad qələm” ədəbi-bədii, ictimai-publisistik qəzetinin və
    “Ali Ziya” ədəbi-bədii, elmi-publisistik jurnalının təsisçisi və baş redaktoru

    Aman Allah məhəbbət
    Bir cəllada dönərmiş!
    O gülüşlər, sevinclər..
    Ürəklərdə yox olub,
    Birdəfəlik sönərmiş.
    Məhəbbətin alovu
    çəkilərmiş qınına
    Həsrət də sevgisini
    gizlicə haraylayıb
    çağırarmış yanına
    Sevgi tərsə dönəndə….
    Eşqin qığılcımları
    Qarsalayıb üzünü,
    Deməkdə aciziymiş
    səadət də sözünü
    Nə buluddan hay olar,
    Nə göz yaşından haray,
    Könül də yetim qalar
    Sevgi tərsə dönəndə..

  • Nail DAĞLAROĞLU.Yeni şeirlər

    n

    * * *

    Bir nadanın düşüncəsiz sözündən,
    Cat verib özünün öldürmə, ürək!
    Məni istəməyən var bu dünyada,
    Düşməni gəl mənə güldürmə, ürək!

    Bütün maniyəni qət elə, haxla,
    sahibini tez-tez düşündə yoxla.
    Ağrı acıları sonraya saxla,
    Dərdini düşmənə bildirmə, ürək!

    Ətdən yaranmısan daşha deyilsən,
    Demirəm kimsəyə nə sın əyil sən!
    Acıya ağrıya salma meyil sən,
    Naili həyatdan sildirmə, ürək!

    Bəs nədi
    (divani)

    Bu dünyada sevincindən çoşa gələn az olar,
    Bizi yaman gənə salan dərd deyilsə bəs nədi?.
    Bir ox kimi ürəyindən elə sancar insanı,
    Bu qüssələr qananlara sərt deyilsə bəs nədi?.

    Hər bir dərdin arxasında gərək dərdibənd*1 ola,
    Zalım fələk bəndəsiylə nola gedə düz yola.
    De kim dözər böylə dərdə, bülbül ölə gül sola,
    Böylə qəmlər qananlara pərt deyilsə bəs nədi?.

    Nail dərdə sinə gərdi yaman yordu bu yollar,
    Bircə xərci ödəmədi min bir fikri-xəyallar.
    Çoxunun gözündə qaldı arzu, istək, amallar,
    Bu dünyada dərdə dözən mərd deyilsə bəs nədi?.

    1. Dərdə dözən*

  • Qalib ŞAMXALOĞLU.Yeni şeirlər

    qsm

    * * *

    Könlüm yenə dövranın əlindən fəğan eylər
    Dövran isə öz zülmünü hər bir zaman eylər

    Bülbül kimi gül eşqinə min nəğmə dedim mən
    Hər kəlməsi qəmginləri çox şadiman eylər

    Haqq aşiqitək əhli qələm içrə yerim var
    Bilməm ki , kimə yazdığım əşar ziyan eylər

    Gördüm bu fəqir məmləkəti ahü zar ilə
    «Xoşbəxt gələcək tez gələcək» bir güman eylər

    Aciz və zəlil millətitək binəva Qalib
    Düşmən komasın zillət ilə xaniman eylər

    * * *

    Ayrılıqda çəkirik «ah» sən bir cürə, mən bir cürə
    Yuxusuz acırıq sabah sən bir cürə, mən bir cürə

    Nədən oldu bu ayrılıq, nədən düşdü aralığa
    Usanmadan etdik günah sən bir cürə, mən bir cürə

    Razi dilim əyan oldu, xəbər tutdu bütün cahan
    Әbəs pünhan tutduq vallah, sən bir cürə, mən bir cürə

    Yara vurub qəlbimizə zalım, amansız ayrılıq
    Әriyərik in şə Allah sən bir cürə, mən bir cürə

    Alıbdır eşq əqlimizi, ikimiz də divanəyik
    Şükür, olduq eşqə ürcah sən bir cürə, mən bir cürə

    İnciyərək yar yarından öz həyatın puç eyləyər
    Qəhr ilə olluq Mehrü Mah sən bir cürə, mən bir cürə

    Әziyyət çək, Qalib deyir, baş hərflərə sal nəzər
    Məhəbbətlə olaq gümrah sən bir cürə, mən bir cürə

  • Rahilə DÖVRAN.Yeni şeirlər

    rahileanam

    Şairə-jurnalist-publisist
    Azərbaycan Yazıçılar Birliyinin üzvü,
    “Qızıl qələm” media mükafatı laureatı,

    YAVAŞ- YAVAŞ

    “Könül dəftərim silsiləsindən”

    Axdı qəlbdən dilə, bir neçə kəlmə,
    Söyləyim, qulaq as, sən yavaş- yavaş.
    Toxunur könlümə qəm ilmə- ilmə,
    Dərddə qərq oluram, mən yavaş- yavaş.

    Diləklər,duyğular, hisslər dum- duru,
    Zaman alazlayır əqli, şüuru.
    Qürub Günəş kimi gözümün nuru,
    Ələnir saçıma, dən yavaş- yavaş.

    Artıq söz dinləmir vücud, qamət də,
    Əllərim, ayağım donub heyrətdə.
    Dadıma çatmayır hünər, qeyrət də,
    Bitir dəyirmanda ,dən yavaş- yavaş.

    Yaxamdan əl çəkmir dərd, bəla, qada,
    Gərəksiz olmuşam qohuma, yada.
    Xəyal da, güman da, çatmayır dada,
    Itir zehin, yaddaş, zənn yavaş- yavaş.

    Ümidim, pənahım,tək Ulu Rəbbim,
    Ey Dövran,Onunçün döyünür qəlbim.
    Allahın lütfüdür ilhamım, təbim,
    Çəkilsin başımdan, çən yavaş- yavaş…

    YAZIQ ŞEYTAN

    Rəbb bəxş edən ömürü,
    Insafsızca taladıq.
    Şeytanmı verdi əmri?
    Suçu- suça caladıq.

    Çox vaxt səbəb tapıldı,
    Dedik ,-nadan olmuşuq.
    Şeytana şər atıldı,
    Dedik,,- ona uymuşuq.

    Hər günaha baş vurub,
    Etdik,- ”lənət şeytana”.
    Şər əməldən tor qurub,
    Onu gətirdik çana.

    Dolayaraq barmağa,
    Biz şeytanın zəncirin.
    Saldıq tora, qarmağa,
    Öyrəndik şərin sirrin.

    Düşübdür ixtisara,
    Yazıq şeytanın işi.
    Qalıb ağlar, biçara,
    Kimsəyə batmır dişi…

  • Polad SABİRLİ.Yeni şeirlər

    Polad Sabirli

    Özünə çıxmırsan yiyə, ürəyim

    Hər vaxt duaçıyam uca Allaha,
    Ayaq qazıyanlar uzaq olaydı.
    Mənim təmiz adım hər şeydən baha,
    Təkcə özü mənə dayaq olaydı.

    Çəkdiyim acını qüdrətimlə mən,
    Gizli saxlamışam gülüşlərimdə.
    Hər kəsə qayğımla, diqqətimlə mən,
    Nümunə olmuşam hər işlərimdə.

    Düşmən hiyləsindən qorxmuram qəti,
    Dost kimi üzümə güləndən aman.
    Malımı tən yarı böldüm xəlvəti,
    Ürəyi yarıya böləndən aman.

    Kiminin başını dili saxlayır,
    Kimininsə dili başından yekə.
    Səhv meydan sulayır, doğru laxlayır,
    Qalmışam haqq yola göz dikə-dikə.

    Sözün yollarında azmamaq üçün,
    Həyəcan içində azan da mənəm.
    Gözüm yuxu şeirin yazmamaq üçün,
    Şerini gecələr yazan da mənəm.

    Könül dincliyimə etibarsızam,
    Mənə etibarlı olsunlar deyə.
    Gözüm, könlüm toxdur ixtiyarsızam,
    Sanki,imarətdir qurduğum dəyə.

    Çox da narahatam, dolmuşam yaman,
    Elə savaşdayam özüm-özümlə.
    Qəzəbdən gözümü tutubdu duman,
    Amma gələn də var mənim izimlə.

    Dərim boğazımdan çıxmayaydı kaş,
    Canım boğazımdan çıxınca mənim.
    Heç kim bu halıma etməsin təlaş,
    Bu günə örnəkdi sabah – dünənim.

    Mənə yaşamağa mane olursan,
    Belə incidirsən niyə,ürəyim?!
    Hamının halına çox acıyırsan,
    Özünə çıxmırsan yiyə, ürəyim.

    Çiçək bitirdi daşım

    Naxış vuran vaxtı dəmbədəm – sözə,
    Çəkmək istəmirəm nəfəsimi mən.
    Dursa da mənimlə çoxu göz-gözə,
    Öz içimdə boğdum həvəsimi mən.

    Təkbətək qalanda özüm-özümlə,
    Təkcə şeirlərim oldu həmdəmim.
    Çoxları var yığır düzüm-düzümlə,
    Mənimsə şeirdi, sözdü məlhəmim.

    Kinayə atmadım, eyham etmədim,
    Qovruldum qorğatək sac üstə yandım.
    Özgə qapılarda gedib bitmədim,
    Həqiqət yolunda haqqla dayandım.

    Macalım olmadı qaldım sərgərdan,
    Kim mənə nə verdi, nədə ki,ala.
    Vəfadan savayı nə umdum yardan?!
    Mən ki,önəm verdim əqlə,kamala.

    Ailə kişinin namus, qeyrəti,
    Kişini ucaldan, yıxan da qadın.
    Mən eşqin yolundan dönmərəm qəti,
    Ömrə günəş kimi çıxan da qadın.

    Eşq üçün əridim mən gilə-gilə,
    Başıma tac oldu ömür yoldaşım.
    Poladdan betərin görmədim hələ,
    Yarı sevdim, çiçək bitirdi daşım!

    15.07.2016.

  • Abdulla MƏMMƏD.”Babadağ”

    abdullamuellim

    Qarlı cığırları qoynuna salıb,
    Dərin fikirlərə dalıb Babadağ,
    Çay ilə sürünüb gələn dumandan,
    Çiyninə yapıncı salıb Babadağ.

    Gündüzlər əlləri Günəşə çatır,
    Gecələr köksündə Ay ocaq çatır.
    Qoynuna sığınan murada çatır,
    İnsana ümidgah olub Babadağ.

    Papağı buluddan, saçları qardan,
    Görmədim heç belə dağ, saç ağardan!
    Ayırır buludu-ağı qaradan,
    Göyləri çiyninə alıb Babadağ.

    Ulular ulusu, dağlar dağıdır,
    Dərdi də udanda dağım dağ udur.
    Bilirəm-köksünü həsrət dağıdır,
    Gözün Savalanda qalıb, Babadağ.

    Ucalıq görmədim Babadağ kimi,
    Durur gözlərimdə babam dağ kimi.
    Gəl öpüm üzündən, babam, dağ kimi,
    Dağ kimi qüssəni alıb Babadağ.

    Mən də bir övladın, mən də bir dağın,
    Mənə də yer eylə qoynunda, dağım.
    Dağıdıb dumanı hey dağım-dağım,
    Qolumu boynuna salım, Babadağ!

    Azərbaycan.Quba.
    Qarxun kəndi 1990.

  • Mais TƏMKİN.”Sən tanımasan da, olar!”

    mt

    Deyirsən: ,, Yox, tanımıram,”
    Sən tanımasan da, olar.
    Səni heç də qınamıram,
    Sən tanımasan da , olar.

    Qartal gəzən dağda varam,
    Bülbül uçan bağda varam,
    Budaqda, yarpaqda varam,
    Sən tanımasan da , olar…

    Həm bəmdənəm, həm zildənəm,
    Dörd hikmətdən.. fəsildənəm.
    Halal əsil-nəsildənəm,
    Sən tanımasan da, olar.

    Sufi, dərviş, abid mənəm,
    Görünməzə şahid mənəm.
    Vətən bilir, şəhid mənəm,
    Sən tanımasan da , olar!

    Xoş arzuda, diləkdəyəm,
    Həzin əsən küləkdəyəm,
    Min-min güldə, çiçəkdəyəm,
    Sən tanımasan da, olar!

    Billur bulaq, dəli çayam,
    Gündüz günəş, gecə ayam.
    Tanrı verən bəxşiş, payam,
    Sən tanımasan da, olar!

    İsrafilin surundayam,
    Həzrət Musa Turundayam.
    Məhəmmədin nurundayam,
    Sən tanımasan da, olar.

    Sevinc dolu gözdə yaşam,
    Fərəhimdən gərək coşam.
    Yaz müjdəli qaranquşam,
    Sən tanımasan da, olar.

    Həm xeyirəm, həm də ,, şər”əm,
    Haldan-hala tez düşərəm.
    Mən qəribə bir bəşərəm,
    Sən tanımasan da, olar!

    Neçə oğrun baxışdayam,
    Yüz ilməli naxışdayam,
    Enişdəyəm, yoxuşdayam,
    Sən tanımasan da, olar!

    Xoş amalam, saf niyyətəm,
    Şölələnən ülviyyətəm.
    Ecazkar bir təbiətəm,
    Sən tanımasan da, olar.

    Yaşıl meşə, göy çəmənəm,
    İşıq saçan-göycə, mənəm.
    Zəngəzuram, Göyçə mənəm,
    Sən tanımasan da, olar!

    Ələsgərəm, mən Alıyam,
    Sözümün şəkər-balıyam.
    İrəvanam, Borçalıyam,
    Sən tanımasan da, olar!

    Yurdun şəhəri, kəndiyəm,
    Dağı, bərəsi-bəndiyəm.
    Qoşa-qala Dərbəndiyəm,
    Sən tanımasan da, olar!

    Təbriz, Zəncan, Xoy da mənəm,
    Bir kökdə min soy da mənəm.
    Bütün VƏTƏN boyda mənəm,
    Sən tanımasan da, olar!

    Çəkdiyim ağrı, ahdayam,
    Dünən, bu gün, sabahdayam.
    Allah məndə, Allahdayam,
    Sən tanımasan da, olar!
    Sən tanımasan da…Olar!!

  • Müzəffər MƏZAHİM.”Mən”

    mm

    Sərt toxunma, sınar qəlbim,
    Şairəm, söz adamıyam.
    Yalan-palan zamanənin,
    Mindən bir düz adamıyam.

    Coşğun çayam, mənə varma,
    Yerli-yersiz söz çıxarma,
    Ocağımda kül axtarma,
    Əbədi köz adamıyam.

    Haram varım-dövlətim yox,
    Haqqdan başqa sərvətim yox,
    Bir kimsədən minnətim yox,
    Allahın öz adamıyam.

  • Rahilə DÖVRAN.Yeni şeirlər

    rahileanam

    Şairə-jurnalist-publisist
    Azərbaycan Yazıçılar Birliyinin üzvü,
    “Qızıl qələm” media mükafatı laureatı,

    S Ə N S Ə N

    Könül dəftərimdən

    Sənsən mənim ömrüm, günüm, həyatım,
    Sənsən mənim şan-şöhrətim, büsatım.
    Sənsən nəğməm,qoşmam,qəzəl, bayatım,
    Sevə-sevə xəyalına daldığım,
    Illər boyu həsrətiylə yandığım.

    Sənsən sevən ürəyimin parası,
    Sənsən görən gözlərimin qarası.
    Sənsən bütün dərdlərimin çarası,
    Gecə-gündüz şəfa umub, andığım,
    Illər boyu həsrətiylə yandığım.

    Sənsən mənim saf eşqimi süsləyən,
    Sənsən məni ümidlərlə bəsləyən.
    Sənsən məni sabahlara səsləyən,
    Ey şəfqətli, nurlu, mələk sandığım,
    Illər boyu həsrətiylə yandığım.

    Sənsən sair Dövranın təbb, ilhamı,
    Sənsən onun xoş hicranı, həm kamı.
    Səni mənə yaraşdırır el, hamı,
    Eşq atəşin sevgisindən aldiğım,
    Illər boyu həsrətiylə yandığım.

    XOŞ XATİRƏLƏR

    “Könül dəftərim” – silsiləsindən. Nərbənd-2

    Yenə qanadlandı xatirələrim,
    Xəyalım dördnalla o kəndə çapdı.
    Aybəniz,şirindil,vəfalı pərim,
    Nərbənd dibindəki O,gənci tapdı.

    Sınayıb nərbəndin iradəsini,
    Gövdədə qazmışdıq öz adımızı.
    Cahilcə oyaraq nər sinəsini,
    Ona tapşırmışdıq pak sevdamızı.

    Sevdalı günlərdən titrək xatirə…
    -Baxışdan,cilvədən oynardı ağıl.
    Kaş xəyal hər zaman ora götürə,
    Hər anı,məqamı sehirli nağıl.

    Tutardıq əl-ələ,donardı zaman,
    Baxışlar deyərdi ürək sözlərin.
    Kipriklər ox idi,qaşlarsa kaman,
    Keşiyin çəkərdi xumar gözlərin…

    Xəyallar kövrəltdi,göynətdi məni,
    Gözümdən incilər,dürrlər ələndi.
    Üşütdü qəlbimi saçımın dəni,
    Ruhum da,canım da qəmə bələndi.

    Beləcə keçmişdi saysız görüşlər,
    Qoca nərbənd şahid o əhd, ilqara.
    Fələyin hökmüylə tərs döndü işlər,
    Atıldıq zər kimi gör hardan-hara…

    Yenə qanadlandı xatirələrim,
    Xəyalım dördnalla o kəndə çapdı.
    Aybəniz,şirindil,vəfalı pərim.
    Nərbənd dibindəki O,gənci tapdı…

  • Şəfa VƏLİYEVA.”Bir gün səni düşünəcəm…”

    sv

    “Gənc Ədiblər Məktəbi”nin müdavimi, AYB və AJB üzvü,
    Prezident təqaüdçüsü, Gənclər müfakatçısı

    Bir gün səni düşünəcəm…
    Bağlı qapıları açıb,
    Açıqları qapayacam…
    Zümrüd quşdan qanad alıb

    Qaf dağınacan uçacam.
    Orda səni sehrləyib
    Könlümə əsir edəcəm.
    Yollarını tilsimləyib

    “Gedər-gəlməz”ə gedəcəm.
    Üç almanın tək birində
    Bəxtin rəngini görəcəm…
    O almanı əllərimlə
    Büküb sənə göndərəcəm…

    Yeməsən…
    Qarı nənənin
    Küpəsində gizlənəcəm…
    Atıb dünyanı çiynimdən
    Bir gün səni düşünəcəm…

    2011

  • MÖMİNLƏR ALLAHDAN NİYƏ QORXURLAR?

    Allah qorxusu möminin imanını, şövqünü, Allaha olan sevgisini cuşa gətirir. İnsanı Allahın razı olmadığı əməllərdən çəkindirir, nəfsinin pisliklərindən uzaqlaşdırır və onu davamlı olaraq yaxşılığa yönəldir. Bu qorxu insanı Allahın əzabından uzaqlaşdırır və Onun rizasına, cənnətinə yaxınlaşdırır. Allahın hədlərini qorumaq və rizasını axtarmaq üçün mömininin şüurunu açıq tutur. Bu qorxu nəhayət mömini Qiyamət gününün və cəhənnəmin əbədi qorxu və dəhşətindən xilas edəcək. Allahın təhdid və əzabından qorxan möminlər Onun əmr və hökmlərinə ciddi yanaşdıqları üçün Allahın bəyəndiyi üstün əxlaqa sahib olurlar. Təvazökarlıq, fədakarlıq, Allahın yaratmasındakı üstünlükləri təqdir edə bilmək kimi ideal xüsusiyyətlər qazanırlar. Allah qorxusu möminləri ruhən zənginləşdirir və onları cənnətə layiq həssaslığa çatdırır. Allah qorxusu əbədi mükafat və xoşbəxtliyin açarıdır. Allah sonsuz qüdrət, elm və ağıla sahibdir, istədiyini dilədiyi kimi edər. Allah sorğu-sual edilməz. Lakin O, insanları hesaba çəkəcək. Rəbbimizin heç kimə ehtiyacı yoxdur, amma bütün varlıqlar Ona möhtacdır. Hər kəsi və hər şeyi yoxdan var edən və hər an varlıqda tutan Allahdır. Hər kəsin və hər şeyin sahibi Odur. Diləyərsə, hər kəsi yox edib yerinə başqalarını yarada bilər. Heç bir şeyi unutmaz. Allah bir şeyi dilədikdə ona: “Ol”, -deyər və o da olar. Ona heç bir şeyin gücü çatmaz. Bütün bu sonsuz üstünlüklərin sahibi olan Allaha qarşı nəinki üsyankar davranmağa, Onu bir anlıq unutmaqla vaxt keçirməyə belə şüurlu insan cəsarət etməz. Allahı Quranda təsvir edildiyi kimi tanıyan və Onun qüdrətini gərəyi kimi təqdir edən insan Allahdan hörmətlə çəkinər və əzəmətindən qorxuya düşər. Mömin Allahın böyüklüyünü bildiyi kimi, Onun intiqam alan, qəhr edən, əzab verən, zillətə düşürən isimlərini də bilir. Allahın rizasına uyğun gəlməyən hərəkətin qarşılıqsız qalmayacağından xəbərdardır. Allahın hər an hər şeydən xəbərdar olduğunu, hər şeyi ehtiva etdiyini, özünə şah damarından yaxın olduğunu bilərək davranar. Odur ki, Allah möminin bu gözəl davranışına qarşılıq olaraq onu dünyada və axirətdə əbədiyyən rəhməti və cənnəti ilə mükafatlandırır: Rəbbinin hüzurunda durmaqdan qorxanları iki Cənnət bağı gözləyir. (Rəhman surəsi, 46) Əlbəttə, Allahı haqqı ilə təqdir etmək üçün Quran ayələrini yaxşı bilmək gərəkdiyi kimi, Onun xarici aləmdəki ayələrini -dəlillərini- də öyrənib bilmək şərtdir. Ən kiçik atomdan və ya canlı hüceyrəsindən tutmuş nəhəng ulduzlara, hətta qalaktikalara qədər Allahın saysız yaradılış dəlilləri haqqında ətraflı bilgiyə malik olmaq insanın Allah qorxusunu artırır. Çünki bunları bilmək insanın Allahın yaratdığı şeylərdə təzahür edən sonsuz ağlına, gücünə və elminə daha yaxından şahid olmasını, Allahın qüdrətini başqalarına görə daha çox təqdir etməsini təmin edir. Bu da Ona qarşı hiss etdiyi qorxunun artmasına səbəb olur. Allah bu sirri ayəsində belə xəbər verir: Allahdan Öz qulları arasında ancaq alimlər qorxarlar. Həqiqətən, Allah qüdrətlidir, bağışlayandır. (Fatir surəsi, 28) Allah bir ayədə möminin Öz məqamından qorxduğu kimi, təhdidindən də qorxduğunu vurğulayır: Bu, hüzurumda durmaqdan qorxanlar və təhdidimdən çəkinənlərə aiddir. (İbrahim surəsi, 14) Allahdan içi titrəyərək qorxan möminlər Quran oxuyarkən cəhənnəmlə bağlı ayələrin hamısını bir-bir öz nəfsləri üzərində düşünürlər. Çünki Quran ayələrində Allah möminləri təhdid edir. İnkarçılar onsuz da Allahın kitabını oxumurlar; oxusalar da, lazımi kimi qavraya bilmirlər. Dolayısilə, möminlər bu ayələrin Allahın mömin qullarını xəbərdar etmək və onları cəhənnəmdən çəkindirmək üçün olduğundan xəbərdardırlar. Çünki Qurandan öyüd alan və Allahın əzabından qorxub-çəkinən yalnız özləridir. Buna görə digər insanları deyil, Quranda təriflənən təqvalı möminləri və üstün əxlaqlı peyğəmbərləri nümunə götürürlər. Bunun təbii nəticəsi olaraq “cəhənnəm ayələri başqalarına aiddir, mən isə möminəm” kimi düşüncə ilə özündən əmin davranmırlar. Əlbəttə, iman gətirdiklərinə görə Allahdan qurtuluş və rəhmət umurlar. Ancaq bu, “qorxu və ümid içində öz Rəbbinə yalvarır” (Səcdə surəsi, 16) ayəsində diqqət çəkildiyi kimi, yenə qorxu ilə qarışıq ümiddir. Dərin Allah sevgisinə sahib olan möminlər bu sevgini artıran ən önəmli duyğunun hörmət dolu qorxu olduğunu çox yaxşı bilirlər. Allah sevgisindən mənəvi həzz alan möminlər Allaha qarşı xəta və ya qüsura yol verib Onun sevgisini və razılığını itirməkdən çox qorxurlar. Allah qorxusu, eyni zamanda, Allah sevgisinin qaynağıdır. Çünki Allah sevgisi ancaq Allaha yaxınlaşmaqla gerçəkləşir. Allaha yaxınlaşmaq isə Onun sevgi və rizasını, yəni Onun hədlərini qoruyub əmrlərini yerinə yetirməklə mümkündür. Bu isə Allah qorxusu olmadan əldə edilə bilən durum deyil. Çünki Allahdan qorxmayan bir insanın nəfsi onu davamlı olaraq Allahın razı olmadığı şeyləri etməyə, razı olduğu şeylərdə isə həvəssizliyə sürükləyir. Buna görə də Allahın rizasını qazanmağın yeganə yolu Allah qorxusudur. Bu, Allahın qoyduğu qanundur. O halda, Allahdan lazımi kimi qorxmadan Onun sevgisini və rizasını qazanmağı düşünmək cahillik və aldanmadır. Hər şeydən əvvəl, Allah insanlara Özündən qorxmağı əmr etmişdir. Buna görə Allahın bu əmrini görməzlikdən gəlib yalnız Allahı sevməyin kifayət etdiyini demək məntiqli deyil. Allahdan qorxmadığı halda Onu sevdiyini söyləyən insan özünü aldatmaqdan, vicdanını rahatlandırmaqdan başqa heç nə etmir. Xəyalında canlandırdığı sevgi səthi düşüncələrinin məhsuludur. Həqiqi Allah sevgisi ilə heç bir əlaqəsi yoxdur. Allahı həqiqətən çox sevən insan Onun əmrlərinə çox ciddi yanaşır. Allah Özündən qorxmağı əmr etdiyi halda, bunun gərəkli olmadığını müdafiə edən şəxs ancaq özünü aldadır. Üstəlik, bu ağılsız iddianın “oruc, namaz kimi ibadətlərə ehtiyac yoxdur” deməkdən heç bir fərqi yoxdur. Belələri təkcə Allah qorxusu mövzusunda deyil, Allahın bir çox əmrini yerinə yetirməmək üçün də müxtəlif bəhanələr gətirirlər. Sizlərdən birinə ölüm gəlib: “Ey Rəbbim! Mənə bir az möhlət ver ki, sədəqə verib əməlisalehlərdən olum!”– deməmişdən əvvəl sizə verdiyim ruzidən xərcləyin. Allah əcəli çatmışlara əsla möhlət verməz. Allah sizin nələr etdiyinizdən xəbərdardır. (Münafiqun surəsi, 10-11) İnsan heç bir zaman etdiklərini kafi görməməli, ölümün hər an gələ biləcəyini düşünüb ölümə hazırlıqsız olmaqdan qorxmalı və hər an Allahın hədlərini qorumağa çalışmalıdır.

    Xəyalə SƏFƏROVA

  • Xəyalə Səfərovanı doğum günü münasibətilə təbrik edirik! (16 yanvar)

    Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Rəhbərliyi və kollektivi Sizi, doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə, ədəbi-bədii yaradıcılığınızda bol-bol uğurlar diləyir! Sevib, sevdiyiniz insanların əhatə dairəsində olun!

    Mətbuat xidməti

  • Nisə QƏDİROVA.”Atam-anam”

    11153468_731421923638953_1561011028_o

    Azərbycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    “Qızıl Qələm” Media Mükafatı laureatı,
    “Möhtəşəm Azərbaycan” müstəqil ictimai-siyasi, ədəbi-bədii qəzetinin redaktoru,

    Sumqayıt şəhər Corat qəsəbəsindəki 7 nömrəli orta məktəbin direktoru Təranə Haqverdiyevanın valideynləri-Xəlil və Nigar Bağırovların əziz xatirəsinə

    Ovuna bilmirəm xatirərlə,
    Hər gün savaşıram acı qəhərlə.
    Sizsiz keçirdiyim axşam, səhərlə,
    Könlümə qəm dolur, ay atam-anam!

    Telim sığal gəzir, gözum yaş dolu,
    Xəbər gözləyirəm, susur sağ-solum.
    Ümid bitirməzmiş məzarlıq yolu,
    Orda həyat solur, ay atam-anam!

    Körpə uşaq kimi aldadın, susum,
    Dönəcəklər deyin, gözləyim, dözüm.
    Sönməsin ocağım, itməsin közüm,
    Küldən kim var olur, ay atam-anam?

    Yozulmaz yuxular gördüyüm zaman,
    Ömrümün həmdəmi nisgil, sis, duman…
    Kimdir əzizindən ayrılıq uman,
    Ümid sonda ölür, ay atam-anam!

    Sevginiz bitməyən varım-dövlətim,
    Adınız şərəfim, şanım, şöhrətim.
    Dünənim, bu günüm, əbədiyyətim,
    Xəlilim, Nigarım- ay atam-anam!

  • Respublikanın əməkdar jurnalisti E.Məmmədov “Sumqayıtxəbər” portalının qonağıdır

    Eyruz Məmmədovu oxuculara tanıtmağa ehtiyac duymuruq. Onu doğma şəhərimizdə və respublikada yaxşı tanıyırlar. Yazıçı-publisist kimi 20-dən artıq kitabı nəşr olunub, 6 sənədli filmin ssenari müəllifidir. Əsərləri türk, rus, alman, ingilis, ispan dillərinə tərcümə olunub. Bir neçə ədəbi-bədii mükafatın laureatıdır.
    Bu gün Azərbaycanın Yazıçılar və Jurnalistlər Birliklərinin, Rusiya Beynəlxalq Jurnalistlər Assosiasiyasının üzvü, Respublikanın əməkdar jurnalisti E.Məmmədov “Sumqayıtxəbər” portalının qonağıdır.

    – Eyruz müəllim, bu gün Sizin doğum gününüzdr. Sizi təbrik edir və uğurlar diləyirik.

    – Çox sağ olun.

    – Ömür kitabınızı vərəqləsək hansı illər Sizin üçün daha əziz olar?

    – Bilirsiniz, birincisi, həyatda mənim üçün yaş məhdudiyyəti yoxdur. Bu haqda dəfələrlə demişəm, indi də təkrar edirəm. Mənim üçün Allahın mənə verdiyi ömür payı var və bu ömür payını yaşayıram. Qaldı sizin sualınıza, hər bir ilin öz gözəllikləri və problemləri olub. Onları biri-birindən ayırmaq istəməzdim.

    – Siz xaraktecə neşə adamsınız?

    – Nikbin. Bədbinləşən, həyatdan küsən və yaxud kimdənsə nəsə uman insanları xoşlamıram.

    – Gələcəyə ümidlə baxırsınız?

    – Ümidsiz yaşamaq mümkün deyil. Bu, həyatın sonudur.

    – Həyatın sonu olacaqmı?

    – Bəli.

    – Nə vaxt?

    – Nüvə silahları işə düşəndə. Təbiət öz balansını itirəndə o da insanlardan öz qisasını alacaq.

    – Çox pessimist cavab oldu.

    – Xeyr, dedim axı, mən optimistəm. Bununla belə, dünyada silah istehsalı ərzaq istehsalını üstələyib və dinamik şəkildə inkişaf edir. Bunun qarşısı alınmalıdır. İnsanlar dünyaya gəlirlər ki, azad və xoşbəxt yaşasınlar. Lakin onların xoşbəxtliyini əllərindən alırlar. Çox təəssüflər olsun.

    – Çıxış yolu?

    – Dünyada aclıq çəkən ölkə olmamalıdır. Birinin bankda milyardları var, biri isə çörək pulu tapa bilmir. Ədalətlidir? Yox! Bu dünyanın, onu idarə edənlərin ən böyük ədalətsizliyidir, bəlkə də cinayətidir. “Maykrasoft” şirkətinin prezidenti Bill Qeyts bir dəfə biznes-konqreslərin birində söyləmişdi ki, gəlin maddi imkanlarımızı, imkansızlarla paylaşaq, onları aclıq çəkməyə qoymayaq, təhsil verək, iş yerləri acaq. Həmin konfransda yüzlərlə milyarder və milyonerlər iştirak edirdi. Qeytsi müdafiə edən olmadı.

    – Hər halda həyat şirindir və onu hər hansı kataklizmlərdən qorumaq lazımdır. Necə düşünürsünüz?

    – Sizinlə razıyam. Dünyanın sonu ilə bağlı fikirlərim doqma deyil. İnanıram gec-tez ağıl, zəka gücə, silaha qalib gələcək. Bu, müharibələr, inqilablar, çevrilişlər heç kimə xeyir gətirməyib. Burada F.Dostayevskinin bir sözü yada düşür: “Hətta ən böyük inqlablar bir balaca körpənin göz yaşlarına dəyməz”.

    – Ötən illərə nəzər salsaq xatirələrinz Sizdə nostalji hisslər oyadırmı?

    – Sözsüz. Yenə tarixi şəxsiyyətlərin birindən misal çəkmək istəyirəm. Bir gün dahi fransız yazıçısı Viktor Hüqodan soruşurlar ki, sizi yaşadan və gümrah saxlayan nə olub, o, cavab verib ki, mənim xatirələrim.

    – Belə çıxır ki, sizin də maraqlı xatirələriniz var?

    – Əlbəttə. Bu baxımdan jurnalist sənətinə çox borcluyam.

    – Mətbuatda neçə ildir ki, çalışırsınız?

    – 15 yaşından. 49 ildir.

    – Sizin yaradıcılığınızda hansı qələm sahiblərinin əməyi daha çox olub.

    – Sumqayıtda Sevil Bayramovaya, Oqtay Cəfərova, Xasay Cahangirova minnətdaram. Jurnalist kimi yetişməyimdə onların əməyi böyük olub. Bununla belə, həmişə respublika və sovetlərin vaxtında Moskvada çalışan və öz yazıları ilə mənə bir növ qiyabi müəllimlik edən jurnalistlər çox olub.

    – Adlarını çəkə bilərsiniz?

    – Məmnuniyyətlə. İlk növbədə öz peşəkar jurnalistlərimizi qeyd etmək istəyirəm. Nurəddin Babayev, Valid Sənani, Rasim Ağayev, Aqşin Babayev, Siyavuş Sərxanlı, Tofiq Rüstəmov, Rəfayel Nağıyev. Rusiya mətbuatından isə “Pravda”qəzetinin müxbirləri Yuri Jukov, Boris Strelnikov, “İzvestiya” qəzetinin müxbirlərindən Tatyana Tess, İlya Aqranovski, Melor Strua, “Literaturnaya qazeta”nın müxbirlərindən J.Çaykovskaya, Y.Şekoçixin, İ.Andronov, D.Baksberk, teleaparıcılardan V.Zorin, B.Kalyaqin, V.Kaverznev, İ.Fesunenko, İ.Zubkov və başqaları. Adlarını çəkdiyim jurnalistlərin hər birindən nəyisə öyrənmişəm. Jurnalist olmaq üçün təkcə nəzəriyyə kifayət etmir. İnsanları düşündürən problemli yazılar nəzəriyyə ilə praktikanın vəhdətini təşkil etməlidir. Oxumaq, öyrənmək ayıb deyil, oxumamaq, öyrənməmək ayıbdır. Təəssüflər olsun ki, jurnalist olmaq həvəsində olan gənclərimizin bir qismi az mütaliə edirlər. Bir dəfə mənim tələbələrlə görüşüm oldu. Gələcəkdə jurnalist olmaq istəyirdilər. Qızların birindən soruşdum ki, Hüseyn Cavidin hansı əsərini oxumusan? Çiyinlərini çəkdi. Digərindən soruşdum ki, C.Cabbarlının “Od gəlini” pyesini oxumusanmı? Cavab verdi ki, yox. Bu, məni çox təəssüfləndirdi. Mən hələ rus və dünya klassik yazıçıların əsərlərini demirəm. Oxumadan, söz ehtiyatına malik olmadan, yaxşı jurnalist olmaq çətindir. Mayakovskinin gözəl bir kəlamı var: “Söz insan qüdrətinin böyük sərkərdəsidir”.

    – Siz yüzlərlə, bəlkə də minlərlə insandan müsahibə götürmüsünüz. Aralarında bildiyimizə görə ölkə prezidentləri, baş nazirlər, kəşfiyyatçılar, alimlər, yaradıcı adamlar, sıravi vətəndaşlar da olub. Sizcə ən maraqlı müsahib kim olub?

    – Mənim jurnalistik həyatım çox zəngin olub. Bir çox maraqlı insanlardan müsahibə almışam. Mərhum prezidentimiz Heydər Əliyev, Kommunist Partiyasının rəhbəri M.Qorbaçov, Mərkəzi Komitənin katibləri Yakovlev, Liqaçov, SSRİ Ali Sovetin sədri Lukyanov, Dövlət Təhlükəsizlik Komitəsinin sədri Kruçkov, Müdafiə naziri D.Yazov, SSRİ xalq yazıçısı Markov, dünya şöhrətli bəstəkarlardan N.Xrennikov, D.Kabalevski, SSRİ Elmlər Akademiyasının prezidendi Keldış, kosmonavt-təyyarəçi Titov, xalq yazıçı və şairlərimizdən Mirzə İbrahimov, Əli Vəliyev, Bəxtiyar Vahabzadə, Xəlil Rza Ulutürk, Anar, xalq artistləri Nəsibə Zeynalova, Barat Şəkinskaya, Əliağa Ağayev, Rza Əfqanlı və sair. Hər bir müsahibin özünəməxsus cavabları olub. Ən maraqlı müsahib isə akademik Azad Mirzəcanzadə idi. Bu, dünyamiqyaslı alimlə söhbət etmək bilsəniz insanı necə də saflaşdırırdı, sanki adamın qanı durulaşırdı. Ona qulaq asmaqdan doymurdum.

    – 49 il ərzində yazdıqlarınızın hamısından razısınızmı?

    – Xeyr. Mən sovetlər dönəmində böyümüşəm, təhsil almışam, kommunist ideologiyasına xidmət etmişəm. Bəzi məqalə və oçerklər məni bir müəllif kimi razı salmayıb. Bunu etiraf edirəm.

    – İlk məqalənizi xatırlayırsınızmı?

    – Bəli. Onu heç bir vaxt unuda bilmərəm. Bunun da maraqlı tarixçəsi var. İnanmazsınız, ilk məqaləm Polşanın Varşava şəhərində dərc olunb.

    – Maraqlıdır, bu necə baş verib?

    – 15 yaşım var idi. 9-cu sinifdə oxuyurdum. O vaxtlar sosialist ölkələrin tələbələri ilə dostluq əlaqələri yaradılırdı. Sinif rəhbərimiz içəri daxil oldu. Bir neçə nəfəri ayağa qaldırdı. Bolqarıstanda, Macarıstanda, Çexiyada orta məktəblərdə təhsil alan şagirdlərin ev ünvanlarını verdi və tapşırdı ki, onlarla məktublaşsınlar. Mənə isə Varşavada nəşr olunan “Gənclik və zaman” jurnalı düşdü. Düzü bir az da inck oldum. Hamıya konkret ünvan verildi, mənə isə jurnal. Nə isə. Bir gün evdə oturmuşdum. Qərara gəldim ki, jurnala bir məktub yazım. Doğma şəhərimizdən, orta məktəbdən, müəllimlərimizdən, dostlarımızdan bir məqalə yazıb jurnala göndərdim. Üstündən bir neçə ay keçdi. Bir gün poçtuma bir məktub daxil oldu. Zərfi acdım, vərəqi çıxartdım, lakin oxuya bilmədim. Polyak dilində idi. O saat anladım ki, məqaləmi çap ediblər. Ertəsi gün 3 məktub aldım. İkisi rus dilində idi. Məktubdan aydın oldu ki, mənim məqaləmi jurnal həqiqətən dərc edib. Bir ay ərzində Polşanın müxtəlif regionlarından 100-dən çox məktub aldım.

    – Kiminləsə məktublaşırdınız?

    – Bəli. Fasiləsiz olaraq 3 nəfərlə 10 il məktublaşdıq. Bu mənim həyatımda ən maraqlı məqamlardan biri idi.

    – Siz ayın 13-də anadan olmusunuz. Nəhs rəqəmə münasubətiniz?

    – Birincisi, mən əlamətlərə inanmıram. İkincisi, 13 rəqəminə qalsa bu rəqəm mənə düşərlidir. Həyata gəlməyimin özü buna sübutdur. Bəzən kiminsə qarşısından qara pişik keçən kimi geri qayıdır. Deyir, işim düz gəlməyəcək. Bu, mənə gülünc gəlir.

    – Sizin qarşınızdan keçsə, necə?

    – Yoluma davam edirəm. Universitet illərində “Наука и жизнь” jurnalında əlamətlərlə bağlı alimlərin çıxışları dərc olunmuşdu. Fikirlər müxtəlif idi. Orada çəkilən bir misal indiyədək yadımdadır. İspaniyada bir kişi evdən çıxanda qarşısına qara pişik çıxır, o, geri dönüb evə qayıdır. Yolda lotoreya tapır və bir milyon amerika dolları udur. İndi siz fikir verin, həmin kişinin qara pişikdən ehtiyat edib geri qayıtması ona uğur gətirdi, yoxsa uğursuzluq?

    – Bədii yaradıcılığınızla bağlı sual vermək istəyirəm. Nə üzərində işləyirsiniz?

    – “Zöhra və Kənan” adlı romanım artıq satışdadır. “Qaranlığın çırağı” romanım isə “Azəri” nəşriyyatında çap olunur.

    – Sirr deyilsə, mövzusu haqda bir neçə kəlmə deyərdiniz.

    – Sirr deyil. Bir kor qızın həyatından bəhs olunur.

    – 1988-ci ildə Sumqayıtda baş verən hadisələrlə bağlı sizin professor Ramazan Məmmədovla birlikdə yazdığınız “Cinayət və cəza” kitabı beş dilə tərcümə olunub. Xaricdə kitaba reaksiya necədir?

    – Birmənalı deyil. Bu da təbiidr. Loyal mövqedən yanaşanlar daha çoxdur. Erməni siyasətçiləri, politoloqları, millətçi qüvvələr mənim bütün nəşr etdirdiyim kitabları kəskin tənqid atəşinə tuturlar. Bunu elektron poçtuma daxil olan məktublar sübut edir.

    – Adətən sizi nədə günahlandırırlar?

    – Guya mən KQB-nin agentiyəm, hansısa klanın üzvüyəm və yaxud hansısa xarici dövlətin sifarişi ilə yazılar yazıram və sair. Ünvanıma ədəbsiz sözlər yazırlar, söyürlər, təhqir edirlər, hətta Osipyan familiyalı birisi Armavirdən mənə qərəzli bir məktub yazmışdı. Ürəyini boşaldandan sonra qeyd etmişdi ki, sizin kimilərinin barmaqlarını kəsmək lazımdır ki, erməni xalqına böhtan atmayasınız.

    – Sizin reaksiyanızı bilmək olar?

    – Bilirsiniz, mən onların heç birinə cavab yazmıram. Əgər onlar kitablarımı oxuyub mənə məktub yazırlarsa, deməli, mənim sözlərim hədəfə dəyib və onları qıcıqlandırıb.

    – Ədəbi mühitdə olan qalmaqallara münasibətinizi bilmək maraqlı olardı.

    – Mən qalmaqal deməzdim. Hər bir yazarın öz dəst-xətti var. Hamıya hörmətlə yanaşmaq lazımdır. Seçim oxucunundur.

    – Bəs bu dedi-qodular, qısqanclıq, paxıllıq…

    – Bunlara təbii baxıram. Bu bütün zamanlarda olub. Misallar çoxdur. Şekspir – Şiller, Lev Tolstoy – Turgenyev, Mayakovski – Pasternak və sair. Bu tarixi şəxsiyyətlər arasında da qısqanclıq olub. Bununla belə, onlar şedevrlər yaradıblar. Mən həmişə sağlam qısqanclığın tərəfdarı olmuşam. Paxıllığa isə nifrət etmişəm.
    – 1957-ci ildən Sumqayıtda yaşayırsınız? Sumqayıtın Sizin həyatınızda yeri?

    – Sumqayıt mənim üçün dünyanın ən gözəl, yaraşıqlı və doğma şəhəridir. Bir çox ölkələrdə olmuşam. Gözəl şəhərlər görmüşəm. Bununla belə, Sumqayıtı əvəz edən ikinci şəhər görməmişəm. Bu, ola bilsin, mənim subyektiv fikrimdir. Hər halda, bu belədir.

    – Şəhərdə həyata keçirilən son abadlıq işlərinə münasibətinizi bilmək istərdim.

    – Ürəkaçandır. Bilirsiniz Sumqayıta can yandıran, onun təəssübkeşi olmalıdır. Mən Sumqayıt şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcovu tərifləməkdən çox-çox uzağam. Kifayət qədər tərif olunub. Onu 40 ildir ki, tanıyıram. Bu insan Sumqayıtın əsl təəsübkeşidir. Bunu əməli işlə sübut edib. Şəhərdə görülən işləri sadalamaq istəmirəm. Hər şey göz qabağındadır. Sumqayıt bulvarını qısa bir zamanda yaratmasını ancaq alqışlamaq lazımdır. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin təbirincə desək “bu əsl möcüzədir”.

    – Siz dünyaya başqa bir zaman kəsiyində gəlsəydiniz, misal üçün 50 ildən sonra, nəyin şahidi olmaq istərdiniz?

    – Bilirsiniz, mənə elə gəlir ki, mən elə vaxtında doğulmuşam. Tarixdən bir misal çəkmək istəyirəm. Alman filosofu və şairi Höte qələm dostları ilə söhbətində deyib ki, mən yeddi illik müharibənin, Napoleonun Vaterlooda olan məğlubiyyətini, saray çevrişini, Şekspiri, Şilleri öz gözlərimlə görmüşəm, bütün bunların canlı şahidi olmuşam. Əgər 50 il sonra anadan olsaydım, bütün bunları kitablardan oxuyacaqdım.

    Təvazökarlıqdan uzaq, əgər mən də anadan 50 il sonra dünyaya gəlsəydim, Azərbaycanın müstəqilliyini, iqtisadi və mədəni inkişafını, kommunist partiyasının süqutunu, tarixi şəxsiyyətləri ancaq dərsliklərdən öyrənə bilərdim. Çox yaxşı ki, hər şeyi gözlərimlə gördüm, maraqlı insanlarla ünsiyyətdə oldum. Bunun özü bir xoşbəxtlikdir.

    Müsahibəni apardı:
    Arif Ərşad,
    Azərbaycan Yazıçılar Birliyinin üzvü
    “sumqayitxeber.com”

  • Böyük Azərbaycan şairi Molla Pənah Vaqifin 300 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

    Böyük Azərbaycan şairi Molla Pənah Vaqifin 300 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

    2017-ci ildə böyük Azərbaycan şairi Molla Pənah Vaqifin anadan olmasının 300 illiyi tamam olur. Adının YUNESKO-nun “2016–2017-ci illər üçün görkəmli şəxslərin və əlamətdar hadisələrin yubileyləri proqramı”na daxil edilməsi Azərbaycanın çoxəsrlik zəngin ədəbiyyatı tarixində silinməz izlər qoymuş bu qüdrətli söz ustasının yaradıcılığındakı humanist dəyərlərə verilən yüksək qiymətin təzahürüdür.

    Molla Pənah Vaqif öz ənənələri ilə seçilən ədəbi məktəb yaratmış ölməz sənətkardır. O, əhəmiyyətini əsrlərdən bəri qoruyub saxlayan bənzərsiz poeziya nümunələri meydana gətirməklə milli ədəbiyyatın yeni istiqamətdə inkişafına təkan vermişdir. Azərbaycan şeiri Vaqifin sayəsində tarixinin növbəti mərhələsinə qədəm qoymuşdur. Onun klassik bədii fikir salnaməmizin parlaq səhifələrindən birini təşkil edən irsi müasir dövrdə də insanların əxlaqi-mənəvi kamilləşməsinə xidmət göstərir. Azərbaycan tarixinə həmçinin siyasi xadim kimi daxil olan Vaqif taleyüklü məsələlərin həllində müdriklik və uzaqgörənlik nümayiş etdirmişdir.

    Vaqifin yaradıcılığı daim tədqiq obyektinə çevrilmiş, əsərləri kütləvi tirajla nəşr edilmiş və yubileyi keçirilmişdir. 1982-ci il yanvarın 14-də ulu öndər Heydər Əliyevin bilavasitə təşəbbüsü və iştirakı ilə Azərbaycanın qədim mədəniyyət mərkəzi Şuşa şəhərində şairin məzarı üzərində ucaldılmış əzəmətli məqbərənin açılışı olmuşdur. 1992-ci il mayın 8-də Ermənistanın silahlı quldur dəstələri işğala məruz qoyduqları Şuşada bütün beynəlxalq hüquq normalarını pozaraq mədəniyyət nümunələrinə qarşı vandalizm aktları törətmiş və 600-ə yaxın tarixi-memarlıq abidəsini talayıb məhv etmiş, o cümlədən Xurşidbanu Natəvanın, Üzeyir Hacıbəylinin, Bülbülün ev-muzeylərini və Molla Pənah Vaqifin məqbərəsini dağıtmışlar.

    Vaqif irsinin azərbaycançılıq məfkurəsi işığında daha dərindən araşdırılıb öyrənilməsi bu gün də aktuallığını qoruyan və həllini gözləyən mühüm məsələlərdəndir.

    Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, böyük Azərbaycan şairi Molla Pənah Vaqifin 300 illik yubileyinin layiqincə keçirilməsini təmin etmək məqsədi ilə qərara alıram:

    1. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə, Azərbaycan Yazıçılar Birliyinin təkliflərini nəzərə almaqla, Molla Pənah Vaqifin 300 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirsin.

    2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

    İlham Əliyev
    Azərbaycan Respublikasının Prezidenti
    Bakı şəhəri, 12 yanvar 2017-ci il.

    Mənbə: http://www.president.az

  • Fidan ABBASOVA.”Rüzgar eskiden ne kadar hoşdu”

    Rüzgar eskiden ne kadar hoşdu
    şimdi esdikce maziler tökülmüş yapraqlar gibi..
    Umudlar ne kadar özeldi eskiden dilek tutduğumuz anda güneş doğar gibiydi.
    Ağlamak ne kadar anlamlıydı eskiden
    kendi kalbində doyasıya tökülən yaşlar gibi.
    Hayat ne kadar gözeldi eskiden yaşamak için can atardıq.
    Sevmək o kadar safdı ki bir kişi için nələri gözə alırdıq
    Şimdi ölmək bile utanc verici kim için
    yaşamak seçimin bile yok gibi.
    Ya neden bu kadar acı yürek bile yüz çevirmiş
    Ya ben eskiden ben diyilmişim , yaşadıqlarım güzeldi.

  • Əməkdar jurnalist dünyasını dəyişib

    Respublikanın əməkdar jurnalisti Ramiz Tapdıq 84 yaşında dünyasını dəyişib.
    Ramiz Əsgər oğlu Tapdıqov 1933-cü il fevral ayının 15-də Gədəbəy rayonunun Əli İsmayıllı kəndində anadan olub. Ali təhsilli filoloqdur. Ali məktəbi bitirdikdən sonra, 1959-cu ildə Sumqayıt şəhərinə gələrək əmək fəaliyyətinə başlayıb. 1959-cu il oktyabr ayından 1962-ci il iyun ayına kimi Sumqayıt şəhər İcraiyyə Komitəsinin təşkilat şöbəsində təlimatçı işləyib.
    Ramiz Tapdıq 1962-ci ilin oktyabrında Sumqayıtın aparıcı mətbu orqanı olan «Sosi¬alist Sumqayıtı» (indiki «Sumqayıt») qəzetinin redaksiyasına dəvət edilərək, 1993-cü ilədək əvvəlcə məktublar şöbəsinin müdiri, sonra məsul katib və redaktor müavini vəzifələrində çalışıb. Dövlət Mətbuat Komitəsinin təşkil etdiyi müsabiqələrdə onun rəh¬bərliyi ilə şəhər qəzeti dəfələrlə qalib elan olunub, pul və qiymətli hədiyyələrlə müka¬fatlandırılıb. Həmçinin R.Tapdıq əldə etdiyi uğurlara görə, o zaman SSRİ Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinə ezam olunub və müxtəlif mükafatlara layiq görülüb.
    R.Tapdıq fəaliyyət müddəti ərzində gənc qələm sahiblərinə, ictimai müxbirlərə həmişə qayğı ilə yanaşıb. Onun çoxsaylı yetirmələri hazırda müxtəlif mətbu orqanlarda uğurla fəaliyyət göstərirlər.
    1964-cü ildən Azərbaycan Jurnalistlər Birliyinin üzvü olan Ramiz Tapdıq 1993-cü ildən təqaüdə çıxsa da, jurnalistlik fəaliyyətini dayandırmamışdır. 1997-ci ildə YAP Sum¬qayıt şəhər təşkilatının orqanı olan «Məslək» qəzetinin redaktoru təyin olunmuş və 10 ildən artıq burada çalışıb. Onun təşəbbüsü ilə bu qəzetdə Ulu öndər, müstəqil Azərbay¬canın banisi və memarı olan Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunan, onun azərbaycançılıq ideyalarının təbliği istiqamətində hazırlanan mütəşəkkil səhifələr, qoşa səhifələr, bütöv nömrələr oxucular tərəfindən rəğbətlə qarşılanmışdır. Ramiz Tapdıq iki kitab müəllifi idi.
    Yeni Azərbaycan Partiyasının fəal üzvü kimi partiyanın qurultay və konfranslarında fəal iştirak edən R.Tapdıqov Prezident, parlament və bələdiyyə seçkilərində də bir təbli¬ğatçı kimi əlindən gələni əsirgəməyib. Ümumilikdə R.Tapdığın publisistik yaradıcılığı Ulu öndər Heydər Əliyevin yürütdüyü möhtəşəm siyasətin və bu siyasətin möhtərəm Pre¬zi¬dentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin təbliği ilə bağlı olub.
    Ramiz Tapdıq bütün şüurlu həyatını Sumqayıtın tərəqqisinə həsr etmişdi. Onun əməyi şəhər rəhbərliyi tərəfindən Fəxri fərmanlarla qiymətləndirilib. Şəhər sovetinin deputatı seçilən, “Əmək veteranı” medalı iə təltif edilən Ramiz Tapdıq, Sumqayıtın 60 illik yubi¬leyi ərəfəsində möhtərəm Prezidentimiz İlham Əliyevin Sərəncamı ilə respublikanın Əməkdar jurnalisti fəxri adına layiq görülmüşdü.
    Ramiz Əsgər oğlu Tapdıqov 2017-ci il yanvar ayının 10-da 84 yaşında dünyasını dəyişmişdir. Ustad jurnalistin əziz xatirəsi onu tanıyanların, yaxınlarının və əzizlərinin yaddaşında əbədi yaşayacaqdır.
    Allah rəhmət eləsin!

    Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatı

  • Prezident İlham Əliyev 2017-ci ili Azərbaycanda “İslam həmrəyliyi ili” elan edib

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2017-ci ili ölkəmizdə “İslam həmrəyliyi ili” elan edib.

    AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı bunu Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib.

    Mənbə: http://www.azertag.az

  • Uşaq əsgərlər

    Bu gün dünyada uşaq əsgərlərin sayı 300 000-ə, uşaqların məcburi şəkildə müharibəyə cəlb edildiyi ölkələrin sayı isə 30-a çatır.

    Müharibələr ən böyük ziyanı uşaqlara vurur.Bu gün dünyada bombalar altında yaşayan, silah səslərinə oyanan, bağ-bağçada oynamalı yaşında müharibədən əziyyət çəkən milyonlarla uşaq var.Onlar yaşadıqları şiddətin, silahlı qarşıdurmaların nəticəsində ya yaralanır, həyatlarını itirirlər, ya da kimsəsiz qalıb tək başına qaçqın düşürlər. Qaçqın düşərgələrdə də istismara məruz qalırlar, yemək, su, elektrik, yanacaq,tibbi ləvazimat kimi əsas ehtiyaclardan məhrum olub,xəstə, ac, yoxsul halda yaşamaq uğrunda mübarizə aparırlar.Yüz minlərlə uşaq isə məcburən əsgər edilir.
    Romeo Dallaire (təqaüddə olan kanadalı general) “Əsgər kimi vuruşur, uşaq kimi ölürlər” (They fight like soldiers, they die like children) adlı kitabının ilk sətirlərində uşaq əsgərlərin vəziyyətini belə dilə gətirir: “Siz bu kitabı oxuyarkən Latın Amerikası, Asiya, Afrika və Yaxın Şərqdə zorakılığın həyatın ayrılmaz bir parçası olduğunu düşünən çox sayda uşaq var. Yaşları 8-9, 10-17 arasında dəyişən bu uşaqlar həyatlarının ən gözəl vaxtlarını müharibədə keçirirlər”.

    Acınacaqlıdır ki, bu gün dünyada uşaq əsgərlərin sayı 300 000-ə, uşaqların məcburi şəkildə müharibəyə cəlb edildiyi ölkələrin sayı isə 30-a çatır.Əfqanıstan, Mərkəzi Afrika Respublikası, Çad, Kolumbiya, Suriya, İraq, Yəmən, Somali, Cənubi Sudan, Sudan, Konqo, Mali, Myanma və Filipinlər bu ölkələrdəndir.

    Tarixdə ilk dəfə uşaq əsgərlərdən Vyetnam müharibəsində istifadə edilmişdi, kamikadze uşaqlardan ilk istifadə isəİsrail-Fələstin münaqişələrində ortaya çıxdı.Hazırda isə ən çox Yaxın Şərq regionunda uşaqlardan canlı bomba kimi istifadə edilir.Myanma isə ən çox uşaq əsgərə malik dövlətdir.Üstəlik burdakı uşaq əsgərlərin sayı hər keçən gün artır, ordudakı əsgərlərin 20%-dən çoxunu uşaqlar təşkil edir.

    Mozambik, Liberiya, Syerra-Leone və Uqanda kimi ölkələrdə baş verən silahlı toqquşmalarda da əsasən uşaq əsgərlər istifadə edilir. Liviyada baş verən vətəndaş müharibəsində uşaqlar Kufra bölgəsində Zvaya və Tabu qüvvələri ilə birlikdə binaların təhlükəsizliyini təmin etmiş və silahdaşımışdılar.Əfqanıstanda 17 il davam edən müharibədə də uşaqlardan əsgər kimi istifadə edilmişdi, əsgərlərin 45%-ni 18 yaşından kiçik uşaqlar təşkil edirdi.

    Yəməndə vuruşanların 1/3-nin uşaq olduğu məlumdur.Cənubi Sudanda isə uşaq əsgərlərin sayı 16 minə yaxındır. 17 yaşlı cənubi sudanlı bir gənc Human Rights Watch təşkilatına verdiyi bəyanatda qaçırılıb əsgər kimi istifadə edildiyi günə qədər silahdan istifadə edə bilmədiyini, cəmi bir günlük təlimdən sonra digər uşaqlarla bərabər cəbhəyə aparıldığını deyir, ilk gündəcə aralarından yeddi nəfərin öldürüldüyünü qeyd edir.

    Böyüyəndə pilot olmaq istəyən 12 yaşlı cənubi sudanlı keçmiş uşaq əsgər Simonun orduda keçirdiyi illərdən danışarkən gözlərindəki kədəri sözlərində də hiss etmək mümkündür: “Evdə olmaq orduda olmaqdan daha yaxşıdır, çünki orada bir səhvedəndə sizi həbsə atırlar və həftələrlə döyürlər. Mən orduda yemək hazırlayır, paltar yuyurdum.Sərbəst buraxılanda UNICEF məni sosial təminat müəssisəsinə təhvil verdi. Daha yaxşı insanam.Burda heç kim məni narahat etmir və döymür. Üstəlik, yeməkdə verirlər.Məncə uşaqlar əsgər edilməməlidir”.

    Uşaqların qaçırılıb müharibəyə cəlb edildiyi bir başqa ölkədə Mərkəzi Afrika Respublikasıdır.Uşaqlar mobil telefon, pulla aldadılır, sonradan isə hərbi bazaların yerini öyrəndikləri üçün evlərinə qayıtmalarına icazə verilmir, ayrılanlar da edam edilir.

    Konqolu Ndungutsa 13 yaşındaykən üzləşdiyi dəhşəti belə dilə gətirir: “Kəndimizə gələndə 17 yaşlı qardaşımdan milislərə qoşulmağa hazır olub-olmadığını soruşdular. “Xeyr” – deyə cavab verdikdə qardaşımı başından vurdular.Sonra mənə baxıb “hazırsanmı” – deyə soruşdular.Nə edə bilərdim ki?Ölmək istəmirdim “.

    “Syrian Observatory for Human Rights”ın açıqlamasına görə Suriyada vətəndaş müharibəsinin başlamasından etibarən təxminən 12000 uşaq həyatını itirib. Sağ qalan on minlərlə uşaq isə faciəvi şəkildə yaralanıb, gözünü, qulağını digər orqanlarını itirib. Birdə kiçik yaşda əlinə silah verilərək zorla bu müharibələrin bir hissəsi halına gətirilən uşaq əsgərlər var. Onlara öncərgələrdə vuruşmaq, canlı bomba, yaxud da canlı qalxan olaraq istifadə edilmək üçün təlim keçirlər.

    Uşaq hüquqlarının müdafiəçisi Rallf Willinger Suriyadakı vəziyyəti təsvir edərkən, “Münaqişə bölgələrindəki bütün tərəflər uşaqları əsgər kimi istifadə edir.Bəziləri bunu bütün dünyanın gözü qarşısında edərkən, bəziləridə uşaqları həkim köməkçisi və ya agent kimi istifadə edir.Beləcə, onlar da təhlükəyə atılmış olur” deyə bildirir.

    2003-cü ildən etibarən müharibənin davam etdiyi İraqda da vəziyyət fərqli deyil.Rallf Willinger bu barədə:”Müharibə uzandıqca uşaqların toqquşmalardan uzaq qalması çətinləşir” deyə qeyd edir.

    Məcburi şəkildə əsgər edilən bu uşaqlara sonradan geniş miqyaslı sosial-psixoloji dəstək verilsədə zorakılığın izlərinin tamamilə aradan qaldırmaq mümkün olmur. Ona görə dövrümüzdə davam edən siyasi münaqişələrin biran əvvəl həll olunması, dinc xalqın və uşaqların bu münaqişələrdən uzaq tutulması və yeni müharibələrin başlamaması üçün çox ciddi işlər görməlidir.

    Dünyanın ən dəyərli varlıqlarından olan uşaqların belə bir zülmə tərk edilmələri qəbul edilməzdir. Uşaqların sevinc və əmin-amanlıq içində, sevgi, şəfqət, mərhəmət, sülh içində xoşbəxt yaşayacaqları bir dünya xəyal edən bütün insanlar bu vəziyyətin aradan qalxması üçün səy göstərməlidir.Müharibələrdə ölən, öldürülən və başqalarını öldürməyə məcbur edilən, yaralanan, şikəst qalan və ölüm təhdidi altında başqalarını yaralayıb şikəst etmək məcburiyyətində qalan bütün uşaqları xilas etmək üçün, onlara parlaq gələcək qurmaq üçün hər kəs əlindən gələni etməlidir.Hər şeydən əvvəl ölkələr arası qarşı durmaların səbəblərini aradan qaldırmaq üçün ortaq sevgi dili yaradılmalı və hərbi üsullar əvəzinə problemlərin sevgi əsaslı diplomat ilə həll edilməsi təmin olunmalıdır.

    Sevinc Haqverdizadə

  • Müasir ateizm ya köhnə bütpərəstlik?

    Müasir ateizm ya köhnə bütpərəstlik?

    Çox maraqlı bir bənzərliyi diqqətinizə çatdırmaq istəyirəm. Batil bir din olan ateizmin inanc əsaslarına diqqət etmisinizsə, əsasən, ağılsız, şüursuz, hətta cansız maddələrə ağıl, şüur yükləyib bir növ maddə ilahlaşdırılır. Bu inanc da ateizmin əsasını təşkil edən, lakin heç bir elmi dayağı olmayan materializm ideologiasından qaynaqlanır. Yəni ateistlərdə şüursuz atomlardan ibarət materiyaya, maddəyə güc vermək, bütləşdirmək kimi bir meyil var. Ateistlərin hazırladığı “elmi” sənədli filmlərə baxmısınızsa, yəqin ki, sizin də diqqətinizdən qaçmamışdır. Bu cür filmlərdə, əsərlərdə təbiətdəki ahəngdən, şüurdan, ağıldan, tarazlıqdan, ecazkarlıqdan bəhs edildikdən sonra buradakı ağlın mənbəyi “Ana Təbiət” deyilən bir xəyali ilaha yüklənir. Soruşanda ki, bu “Ana təbiət” kimdir? Deyilir ki, “Ana Təbiət” – Təbiətin özüdür. Yəni bütün bu gücün, ağlın, şüurun sahibi təbiətin özü imiş. Təbiət nədir bəs? – Dağ, yarğan, ağac, daş-kəsək…

    Ateizmin bu izahı çox “müasir” görünsə də, əslində, qədim dövrlərdə mövcud olan bütpərəstlərin ibtidai, batil inanclarından fərqlənmir. Bütpərəstlər necə ki hansısa heykələ, taxtaya, daşa, yaxud bəzi inanclarda ildırıma, günəşə, təbiətə sitayiş edib onları ilahi qüvvə kimi qəbul edirdilərsə, bugünki bir çoxlarının müasir gördükləri bu ateistlərin izahları da o ibtidai inanclardan heç nə ilə fərqlənmir

    Eyni zamanda diqqət etmisinizsə, ateist dövlətlərin şüarlarında materialist romantiklik olur. “Uca göylər”, “qızıl şəfəqlər”, “tarixin yaddaşı”, “zamanın xasiyyəti”, yaxud “batmayan günəşin ulu şüaları” kimi adi təbiət hadisələri bir növ güc mərkəzləri, idarəedici, insanlığın taleyini müəyyən edə bilən qüvvələr kimi təqdim edilib büt kimi sitayiş edilir.

    Bu məsələdə ateistlərin içinə düşdüyü maraqlı bir məntiq xətası var. Belə ki, normal olaraq ağlın, şüurun qaynağının beyin olmadığını bildirdikdə ateistlər etiraz edir və ağlın qaynağının beyin, sinir hüceyrələri arasındakı kimyəvi rabiətələr olduğunu idddia edirlər (bu iddianın elmi əsası yoxdur, o ayrı mövzu). Lakin indi də təbiətdəki ağlın qaynağının kosmos, təbiət, hadisələr və s. olduğunu irəli sürürlər. Yaxşı, əgər ağlın qaynağı beyin, sinir hüceyrələrdirsə, təbiət ağacdan, daşdan, sudan, küləkdən ibarətdir, bəs bunların hansının beyni var? Təbii ki, heç birinin. Bütün bu maddələr ağılsız, şüursuz və cansız atomlardan təşkil olunub. Bir daşı təşkil edən atomla, bir canlı hüceyrəsini təşkil edən atomun, suyu təşkil edən atomlarla, qazı təşkil edən atomların arasında heç bir fərq yoxdur. Yəni nəticə etibarı ilə təbiətdəki hər şey sadəcə atomlardan təşkil olunmuş maddədir. Bütün bu atomların ayrı-ayrılıqda heç birinin şüuru yoxdur. Bu təstiq olunmuş elmi faktdır. Ateistlər “müasirlik” adı altında ağılsız maddə yığınını, beyni belə olmayan, hətta cansız daş-kəsək, taxtanı ilah kimi qəbul edib ona sitayiş edirlər. Başda da qeyd etdiyim kimi, bu “müasir” batil inancın keçmiş dövrlərdəki bütpərəstliklə arasında heç bir fərq yoxdur.

    Məsələyə ideoloji aspektdən yanaşsaq, bu yeni bütpərəstliyin, yəni ateizmin qaynağı materializm ideologiyası sayılır. Materializm barədə geniş məlumat verməyəcəm. Sadəcə çox qısa olaraq bir-iki məqamı qeyd etmək yetərli olacaq.

    Astronomiya, kvant fizikası, genetika və s. bir sıra elm sahələrində əldə olunan nəaliyyətlər nəticəsində materializm çoxdan süquta uğrayıb. Materializmin əsas iddialarından biri maddənin mütləqliyi, ikinci əsas iddiası isə maddədən ibarət olan kainatın da bir başlanğıcının olmaması, statik halda olmasıdır.

    Astronomiya sahəsində “Böyük Partlayış” nəzəriyyəsinin ortaya çıxması və isbat olunması ilə kainatın statik olmadığı, sonsuzluqdan bəri var olmadığı və bir başlanğıcının olduğu məlum oldu və bununla bərabər maddə və zamanın yaradıldığı isbat olundu. Materializmin digər bir iddiası olan “maddənin mütləqliyi”nin əsassızlığı fizika sahəsində əldə olunan nəaliyyətlərlə, yəni kvant fizikasının kəşf olunması ilə sübut olundu. Beləliklə, elmi olaraq materializm çökmüş oldu. Bu qeyd etdiklərimlə bağlı ətraflı izahların olduğu çox sayda materiallar mövcud olduğu üçün bu məqalədə bu hissəyə yenidən geniş yer vermədim

    Nəticə etibarı ilə heç bir elmi əsası olmayan ateizmin, materializmin düşdüyü vəziyyəti klassik bütpərəstliklə müqayisə etdiyimiz zaman ateizmin, materializmin müasir dövrün bütpərəstləri olduğu aydın olur. Dolayısı ilə indi yaşadığımız zamana görə min illər əvvələ aid klassik bütpərəstlik inancları bizə necə gülünc gəlirsə, əslində, biraz yaxından araşdırsaq, dərin düşünsək, hal-hazırki dövrün bütpərəstlik inancı olan ateizmin də eyni dərəcədə gülünc və əsassız olacaq

    Savalan Məmmədli

  • Ataxan ƏLİYEV

    Змея

    Так много на свете растений, зверей
    И следует выбрать тебе кто родней?
    А мне, вот, по жизни, всех ближе-змея,
    Она мне так нравится-прелесть моя!

    Поверь мне, пусть даже она холодна,
    Взгляни и поймёшь как прекрасна она.
    Не дал ей Всевышний, ни рук и ни ног.
    Попробуй пожить так-вот, я бы не смог!

    Но взгляд её-воля,спокойствие, власть
    Я чувствую сердцем-здесь смерть и напасть!
    Как будто во сне, я с любовью гляжу
    И море достоинств я в ней нахожу.

    На скалах, на дереве, в светлой волне
    Признай, как хозяйка спокойна вполне.
    Ты помни, что первой-не тронет она.
    И движется вся, как морская волна.

    И то, что опасностью может грозить
    Мне в жизни подарит надёжности нить..
    Шаг влево, шаг вправо-смертельный укус
    Змеиный напиток не сладок на вкус!

    Я верю, надеюсь, что встречу свою
    Красавицу, мудрую, словно змею
    Мы дом наш сумеем построить вдвоём,
    Там будет свой садик, цветник, водоём.

    Она так устроит всё в жизни моей,
    Мы выростим много прекрасных детей
    И пусть будет тайной семейный секрет,
    Что жар я дарю, а она мудрый свет.

    И будет она всех прекрасней милей
    Полюбит от сердца родных и друзей,
    Но, чтоб догадаться никто не посмел,
    Что нежно змею на груди я согрел!

    Рассвет поэзии

    А время моей жизни-только миг.
    Я прошлой ночью смог это понять..
    Вот, юность! Глядь, а вот уж я старик.
    Рассвет, закат и смерти благодать.

    Прошу, Аллах, храни мою любовь,
    Моих родных, родителей и мать
    Поверь мне, что я всё отдать готов,
    Чтоб их от бед, всю жизнь оберегать!

    Храни Аллах, прошу, мой отчий дом
    И Город, и прекрасную страну
    И лавочку, что в сквере за углом
    И губы, без которых не усну.

    И это небо, трепетный рассвет
    И эти руки, волосы, глаза
    И эту ночь, и этот лунный свет
    Всё, без чего мне жить никак нельзя.

    Поэзия, я молод-Ты слаба..
    Не передать нам чувств моих наплыв.
    И кружится шальная голова
    И нервы натянул я на разрыв!

    Прости, Всевышний, мне весь этот бред,
    Храни моей поэзии рассвет!

    Волен мой полёт

    Что такое ревность-это боль,
    Боль двоих-зачем она нужна?
    Это рана и морская соль,
    Это горло и на нём струна!

    Как же трудно вынести, стерпеть
    Я хочу как птица улететь
    Разве можно только разрушать?
    Только недоверием дышать?

    Я свободен, волен мой полёт
    И меня петля в плен не возьмёт!
    Я срываю петли и лечу,
    Я ни чьих страданий не хочу..

    Уходя-уйди, меня забудь
    Всё, что было, верь мне-не вернуть
    Закрывая дверь-ты не стучи
    Брось тебе не нужные ключи!

    Я свободный сокол в небесах
    Мне любовь нужна в родных глазах..
    Вера и надежда и ещё,
    Чтобы сердцу было горячо!

  • Riyaz DEMİRÇİ.Yeni şiirler

    rdh

    Azerbaycanın Kültür ve Edebiyat Portalının Irak temsilcisi

    NEREDESİN

    Sen könlümün dileğisin
    Sen aşkımın meleğisin
    Sen canımın gereğisin
    Ömrum günüm nerdesin.

    Gel bir kere yüzün görüm
    İpek saçın özüm hörüm
    Kaş gözüne elim surum
    Ömrüm günüm nerdesin

    Doğransam da dilim dilim
    Sensiz geçmez ayım ilim
    Göz yaşımı nasıl silim
    Ömrüm günüm nerededin

    Sızım sızım sızıldadım
    Zehir oldu ağız tadım
    Mecnün oldu aşk ustadım
    Ömrüm günüm neredesin

    Hasretinden kül olmuşum
    Kara bulut tek dolmuşum
    Saralıb da bak solmuşum
    Ömrüm günüm nerdesin

    GEDİP KARABAĞI BİR GEZİP GELİM

    Ruhum Kanatlandı Azerbaycana
    Hasreti Karışıp damarda kana
    İçimde ateşi ben yana yana
    Gedip karabağı bir gezip gelim.

    Bakım vatanıma, ata yurduma
    Belki kuvvet verdim orda orduma
    Haydi Türkmenelim haydi yardıma
    Gedip karabağı bir gezip gelim

    Şuşanın gözleri yolda kalıptır
    Kelbecer Taşınır bir ses alıptır
    Zengilan karalıp öğle doluptur
    Gedip karabağı bir gezip gelim.

    Fizuliden durup ağdama bakım
    Cebrayilda donup bir ocak yakım
    Kubatlada kalan duşmanı yıkım
    Gedip karabağı bir gezip gelim

    Kartala sorayim orda derdimi
    Bura ata yurdum olan Yerdimi?
    Dindirim şiirle orda mertimi
    Gedip karabağı bir gezip gelim

    Riyazim savaşım canımdan geçim
    Duşmanın kanını doldurup içim
    Ya ölüm Ya kalım bir yolun seçim
    Gedip karabağı bir gezip gelim

  • Rafiq ODAY.”Nə deyim sənə?!”

    Hər yaşanan eşqdimi?
    Eşq köləlik məşqimi?
    Əyilməyən şəstimi
    Əydin, nə deyim sənə?!

    Bir dalana tıxandım,
    Bir əlim, bir yaxamdı.
    Mən ki, özümə xandım,
    Bəydim, nə deyim sənə?!

    Çox əlləşmə göylə sən,
    Əfv düşmür nə söyləsən.
    Mənsiz axı, söylə, sən
    Nəydin, nə deyim sənə?!

    Tərs üzü qada qanın, –
    Yeri var sadağanın.
    Nə çoxmuş qadağanın,
    Ey din, nə deyim sənə?!

  • Cavid FƏRZƏLİ.Yeni şeirlər

    ***

    Bu günün yağışlı keçdi
    çətir ola bilmədim sənə.
    yoxluğun islandı yanımda,
    Güman ola bilmədim sənə.

    bir ayaq yer qaldım dünyada
    içimdə adım-adım yeridim.
    düşüb getdim özümdən,
    gətirəcəm məni, gətirəcəm sənə.

    Bu mən,sən qoxudu
    Ağladım öz yuxumdu
    Allahın səndən yoxudu,
    Saxladım səni, saxladım sənə.

    ***

    Anama danışdım.
    Onda evimizin,
    pəncərəsinə
    boyum çatmazdı.
    isti sevgin məni,
    qollarına qaldırardı.
    Barmağımı uzatdığım
    Xoşbəxtliyi sevəliyərdin.
    Çırpındığım boyumun həsrətinə,
    Qollarını acardin.
    Soyuq şüşələri
    Deşib keçərdi baxışların.
    Üşüməzdim gözlərimin,
    Dibində.
    Illərdən tuta-tuta böyüdü
    Əllərim…

    Böyüdü istəklərim
    Dünyanı gözüm boyda gördüm.
    Baxa bilmədim,
    Anamın baxışlarındakı
    Donmuş dünyaya.

  • Süleyman RÜSTƏM.”Cənub şeirləri”

    116

    Xalq şairi, Əməkdar incəsənət xadimi, SSRİ Dövlət Mükafatı laureatı

    DİLIMƏ DƏYMƏ TƏBRİZİM

    Baxdıqca hüsnünə doymayır gözüm,
    Təbrizim, Təbrizim, gözəl Təbrizim!

    Qoymaram yadları girsin qoynuna,
    İzin ver qolumu salım boynuna!
    Sənin bayramına, sənin toyuna
    Dili bir, qanı bir qardaşın gəlib,
    Dərdinə aşina sirdaşın gəlib.

    Sən çıxdın qarşıma duzla, çörəklə,
    Bağından dərdiyin güllə, çiçəklə,
    İkiyə bölünməz saf bir ürəklə,
    Təbrizim, Təbrizim, aman Təbrizim,
    Yox olsun başından duman, Təbrizim!

    Qədrini ayrılıq çəkənlər bilər,
    Hicranda göz yaşı tökənlər bilər,
    Ömrünə qaranlıq çökənlər bilər,
    Bağından gül-çiçək dərdim, Təbrizim,
    Yenə təzələndi dərdim, Təbrizim!

    Nə qəşəngdir yol boyunca söyüdlər,
    Söyüdlərin kölgəsində igidlər
    Babalardan dinləyirlər öyüdlər,
    Coşur damarlarda qanı, Təbrizim,
    Yoxdur bu mərdlərin sanı, Təbrizim!

    Ağlasan ağlaram, gülsən gülərəm,
    Yaşasan yaşaram, ölsən ölərəm,
    Varımı səninlə yarı bölərəm,
    Gəl bir də üzündən öpüm, Təbrizim!
    Başına gül-çiçək səpim, Təbrizim!

    Nədir o, mənalı, dərin baxışlar?
    Nədir gözlərindən yağan yağışlar?
    Nədir qəlbindəki payızlar, qışlar?
    Yetimtək boynunu burma, Təbrizim!
    Məlul-məlul baxıb durma, Təbrizim!

    Sənin çiçəyinə, gülünə qurban!
    Mənə qardaş deyən dilinə qurban!
    Vətəninə qurban, elinə qurban!
    Baxdıqca hüsnünə doymayır gözüm,
    Təbrizim, Təbrizim, gözəl Təbrizim!

    DİLİMƏ DƏYMƏ

    Mən sənin dilinə dəymirəm, cəllad,
    Gəl sən də bu ana dilimə dəymə!
    Sənin də bağın var, gülün var, çəkin,
    Bağımda əkdiyim gülümə dəymə!

    Həsədlərlə baxdın çəmənimə sən,
    Gör bir nələr etdin vətənimə sən,
    Yan – deyib, od vurdun bədənimə sən,
    Altında atəş var, külümə dəymə!

    Mən ağa ağ dedim, qaraya qara,
    Sən məni istədin çəkəsən dara,
    Yenicə sağalır vurduğun yara,
    Mənim bu yaralı könlümə dəymə!

    ANAM DİLLİ QARDAŞIM

    Dinlə qan qardaşını, qabar əlli qardaşım
    Mən sözlü, mən arzulu, mən könüllü qardaşım,
    Görürəm ki, qanından rəng alıbdır dan yeri,
    Dərdli, qəmli kamanı ürək telli qardaşım.

    Azadlıq günəşindən can gəlsin torpağına,
    Təbrizli, savalanlı, ərdəbilli qardaşım.
    Uzun illər kilidli dilin açıldı artıq,
    Doğma anam laylalı, anam dilli qardaşım!

    YAD GÜL DƏRƏ BİLMƏZ

    Yad gül dərə bilməz çəmənimdən,
    Heç qüvvə ayırmaz məni bir an
    Öz doğma elimdən, Vətənimdən.

    Hər yerdə günəşdir mənə bayraq
    Baş əymərəm aləm yağı olsa,
    Qan axsa da sel tək bədənimdən.

    Ölsəm qalacaqdır əməlim sağ,
    Düşmən mənə əl vursa, əminəm,
    Atəş açılacaqdır kəfənimdən.

    Heç qüvvə ayırmaz məni bir an
    Öz doğma elimdən, Vətənimdən.

    YASİN ƏVƏZİNƏ

    Ürəyimin yaxınları, eşidin,
    Diləyimin yaxınları, eşidin:
    İllər yaman artırır bu yaşımı.
    Ya tez, ya gec yerə qoysam başımı,
    Nə ağlayın, nə də fəryad qoparın,
    Vədinizə əməl edin, nəhayət,
    Məni Araz sahilinə aparın.
    İllərdir ki, qəlbimdədir bu həsrət.
    Məzarımı o torpaqda qazdırın,
    Göz yaşımdan yaratmışam bu çayı.
    Məni üzü Təbriz sarı basdırın,
    Qibləm olsun Arazımın o tayı,
    Ancaq, yalnız bircə bunu etməyin,
    Gözlərimin qapağını örtməyin.
    Üfüqlərdən çəkilərkən sis, duman,
    Bəlkə bir də qara torpaq altından –
    Vüsal günü qardaşımı görüm mən.
    Qardaşımı, sirdaşımı görüm mən.
    Mənim əzizlərim, mənim dostlarım,
    Elə bilməyin ki, köçüb gedirəm.
    Yarıya çatıbdır ömür baharım,
    Bir də xahişimi təkrar edirəm:
    Vaxtında dünyadan köçdüyüm gündə,
    Tutsun tabutumdan o taylı əllər.
    Yasin əvəzinə qəbrim üstündə,
    Bir vüsal mahnısı oxusun ellər!

    BURAX!

    Söyləmə: “Gəl səni qəfəsə salım,
    Yanıb külə dönsün vətənin nəşi!”
    Burax boğazımı, qoy nəfəs alım,
    Tutma gözlərimi, görüm günəşi!

    Sən kəsə bilməzsən mənim dilimi,
    Dilimin rişəsi ürəyimdədir.
    Dostunam, söyləyib sıxma əlimi,
    Gözün məndə deyil, çörəyimdədir.

    LAYLA

    Bir komada balasına layla çalır bir ana,
    Dərdlərini sanki bir-bir yada salır bir ana.
    Bu laylada sakit axan bulaqların səsi var,
    Bahar çağı pıçıldaşan yarpaqların səsi var.
    Bu laylanı uzaqdan
    Ürəyimin qulağıyla eşidirəm bayaqdan.
    Bir igidin balasıdır bu körpə,
    Bir şəhidin balasıdır bu körpə.
    Yaxşı fikir verirəm,
    Mən tanışam bu laylanın hər sözüylə
    Təbrizdəki o daxmada beşiyi də görürəm,
    Qana dönmüş ürəyimin gözüylə.
    Bu laylanın hər səsində
    Sanıram ki, mənə doğma bir mahnının sətri var.
    Bu laylanın nəfəsində
    Tarlaların, meşələrin, çəmənlərin ətri var.
    Ehtiyac yox suala,
    İnanın ki, bu layla
    İgidlərin adını,
    Şəhidlərin adını
    Gizlinə
    Körpəciyin qulağına pıçıldayır hər gecə.
    Bu laylada bir xalqın, bir vətənin
    Qövr eləyən yaraları göynəyir.
    Çiçəyinə qan çilənmiş çəmənin
    Bülbülləri qəm yeyir.
    Mürgüləyən körpənin gülümsəyir gözləri,
    Nəsə deyir gözləri.
    Eşitsin ana Vətən,
    Bilirəm bu sirri mən:
    Körpə sabah öz əliylə,
    Xalqın böyük əməliylə
    Quracağı dünyasından razıdır,
    Anasının laylasından razıdır!

    MÜCAHİDLƏR MAHNISI

    Biz gedirik azadlıqçün döyüşə,
    Sinələri dağlamayın, analar!
    Şəhid olsaq yaşarmasın gözünüz,
    Başa qara bağlamayın, analar!

    Bir vaxt deyib-gülənlərin yasını,
    Düşmən bağrı dələnlərin yasını,
    Bu günlərçün ölənlərin yasını
    Uzun illər saxlamayın, analar!

    Unudulmaz azadlıqçün ölənlər,
    Bizi anar bizdən sonra gələnlər
    Bizim kimi el qədrini bilənlər,
    Ağlamayın, ağlamayın, analar!

    TƏBRİZLİ ANALAR

    Mən təbrizli analara bələdəm,
    Fəxrimdir bu əziz, qoçaq analar.
    Körpəsinin beşiyinin başında,
    Sübhə qədər qalar oyaq analar.

    Məhəbbəti çiçəklənər ilk gündən,
    Zərrə bezməz öz analıq yükündən.
    Balasına namərdliyi kökündən
    Saf südüylə edər yasaq, analar.

    Hər kəlməsi, hər sözü gül qoxuyar,
    Laylasını diləklərdən toxuyar.
    Ürəklərdən keçənləri oxuyar
    Kitab kimi varaq-varaq, analar.

    Xata çıxsa övladının əlindən.
    İnsanlara ziyan dəysə dilindən,
    Üz döndərsə vətənindən, elindən
    Kandarına basmaz ayaq, analar.

    Ta əzəldən dar günündə ellərin,
    Qarşısına sinə gərər sellərin.
    Nəfəsini kəsər qara yellərin,
    Dayaqlara olar dayaq, analar.

    Qan axarkən Təbrizdə su yerinə,
    Döyüşlərdə ürək verər ərinə.
    Nalə çəkib, şəhidlərin qəbrinə
    Güllər səpər qucaq-qucaq, analar!

  • Nəcibə İLKİN.Yeni şeirlər

    ni

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    “Azad qələm” ədəbi-bədii, ictimai-publisistik qəzetinin və
    “Ali Ziya” ədəbi-bədii, elmi-publisistik jurnalının təsisçisi və baş redaktoru

    Bəxtim ağlayır

    Dönüb xəyallarım sısqa yağışa,
    İlqarım ağlayır, əhdim ağlayır.
    Dönüb yollarımda qarlı yağışa,
    Yenicə dil açan bəxtim ağlayır.

    Sən demə aldanıb yaz vədəsinə,
    İndi də baxıram qışa dönmüşəm.
    Uymuşam eşqimin bülbül səsinə,
    Yuvası dağılmış quşa dönmüşəm.

    Yazdığım məktublar düşür yadıma,
    Danlayır üzümü yazdığım sözlər.
    Nələr yazmamışdın mənim adıma,
    Göynədir qəlbimi qoyduğun izlər.

    Eh…həyat yalanmış, sevgi yalanmış,
    Olmuşam ömrümün bahar yorğunu.
    Gələn səadət də üzdə olanmış,
    Çəkməyir sinəmdən sevda oxunu.

    İlin daha bir son şeiri…..

    Ayaz Arabaçı qardaşıma kiçik məktub…

    Yazdığı statusla bağlı..
    Haqqımı asıblar dar ağacından,
    Həqiqət mülkümü yoxa çəkiblər.
    Qeyrətim, vucdanım ölür acından,

    Hünərimi kəfən kimi büküblər.
    Bilmirəm namərdəm, bilmirəm mərdəm,
    Haqq dəyirmanında üyünən dərdəm.
    De hansı dərdimin üstünü örtəm?!

    Dərdimin üstünə min dərd əkiblər.
    Haqsızlıq içində boğulduq, axı….
    Görəsən biz niyə doğulduq, axı…
    Cəngavər libasda haqq meydanında,
    Vaxt vardı qızıydlq, oğulduq, axl?!!!

    Tutub ətəyindən inildəyirik,
    Haqq deyən dilimiz soyulur, qardaş.
    Haqsız yol gedənə haqlı deyirik,
    Haqq görən gözümüz oyulur qardaş..

    Haqqın bostanına daş atan kəsin,
    Kürsüsü böyüyür, sözü böyümür.
    Haqsızı gücüylə boğan haqq səsin,
    Kəlməsi böyüyür, özü böyümür!

    Dilimiz öyrəşib böhtana, şərə,
    Yalanlar içində üzürük, Allah.
    Namusu, qeyrəti cibdə gəzdirib,
    Çirkin əməllərdə azırıq, Allah!

    Paxıllıq, xəyanət əfi ilan tək,
    Hər kəsin qoynunda qıvrılıb yatır.
    Doğru libasını geyən yalanlar,
    Haqqın meydanında olubdur qatır.

    İçib ürəyimin qanınl bəzən,
    Haqsıza baş əyib əlin tutanlar.
    Mələk libasında ürəklər gəzən,
    Şeytan kölgəsində rahat yatanlar..

    Bu qədər…(” Haqqa uzanan əllər” poemamdan)

  • Zeynəb DƏRBƏNDLİ.Yeni şeirlər

    11665411_1690704784490598_9087155491968421030_n

    Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyi və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının “Cənubi Qafqaz Xalqları üzrə xüsusi müxbir”i,
    İraq Türkmən Yazarlar Birliyinin, Dərbənd Ədəbiyyatçılar Birliyinin, Azərbaycan Yazıçılar Birliyinin üzvü

    DÜNYA MƏNİM GÖZÜM İLƏ
    Bu dünya hamıya açıq qapıdır,
    Dünyanın həm ağı, həm qarası var.
    İnsanı yuxsulluq, işsizlik əzər,
    Hərənin min cürə dərd, yarası var.
    Kef edən də olur, əzab çəkəndə,
    Nə edək, əzəldən belədir yazı.
    Hamı bu dünyadan inciyib gedir,
    Kimləri edibdir özündən razı?
    Dənizin dərdidə dəniz boydadır,
    Dili yox kimsəyə açıb söyləsin.
    Dağlar da yerində qocalıb durur,
    Dərələr donmasın axı neyləsin?
    Çiçəklər açanda bahar, yaz olur,
    Onların solmağı çətindir ancağ.
    Yağışı göylərdən çiləyir Allah,
    Onuda Anatək qucur bu torpağ.
    Bulağlar qaynayır, çaylar axışır,
    Külək hər tərəfə əsir, boylanır.
    İldırım çaxanda, qayalar titrər,
    Leysan bağıranda, yerlər huylanır.
    Bir zaman Zeynəbi yad eyləyərkən,
    Dərdini dünyayla böldü deyərsiz.
    Dağlara, daşlara dasdan yazaraq,
    Əldə qələm ilə öldü deyərsiz

    GÖZLƏYİRƏM MƏN
    Anamın kölgəsi gözlərimdədir,
    Hər sözü, kəlməsi sözlərimdədir.
    Addımla gəlməsi izlərimdədir,
    Hələ də yolunu gözləyirəm mən.
    Anamın səsini hiss etdim, duydum,
    Demirəm xəyaldı, mən ona uydum.
    Mən onun heykəlin qəlbimdə qoydum,
    Hələ də yolunu gözləyirəm mən.
    Ona şeir yazdım, həkayə yazdım,
    Ağlayıb yazımın içində azdım.
    O sağkən balaca, ərköyün qızdım,
    Hələ də yolunu gözləyirəm mən.
    Zeynəbəm, Anamı yad edib hər an,
    Onun taleyini yazıram dasdan.
    Məni, ona apar böyük Yaradan,
    Hələ də yolunu gözləyirəm mən.

  • Gülnarə İSRAFİL.Yeni şeirlər

    13450803_1754969961387299_7396250293353329998_n

    Dünya Gənc Türk Yazarlar Birliyi və “Gənc Ədiblər Məktəbi3″ün üzvü

    * * *

    Niyə bircə çimdik xoşbəxt olmadım,
    Səhərin apaydın dərinliyində.
    Nə ürək gülmədi, nə üz bircə an,
    Yaslandım bəxtimin gəlinliyində.

    Təskinlik tapırdım dərd ortağım var,
    Oda üz çevirdi salamlarıma.
    Bu gün günortadan axşama doğru
    Gəlir səssizliyi, salam alıma.

    Belə üzü yumşaq, başı daşlıyam,
    Salamın sağ olun kəmi, kəsridi.
    Deyəsən dünyanı yığıb yığşırıb,
    Dünyanın özündən getmək əsridi.

    * * *

    sübhün alatoranı
    dan sökülür
    pərən-pərən buludlar
    dağlar sərilir güllü yamaclara
    cığırlar qayada bitir
    yol ayrıcı ayaq səslərinə tamaşa
    yalqızlıq keçir at belində
    mən kişnəyir quraqlıq
    orda
    quşlar yuvasına çəkilir
    orda
    çınqıllıqlar üşürgələnir
    orda
    gülüş strez atır
    orda
    bulaqlar uğuldayır küləklərə
    və mən
    sıldırım qayalıqdan qopuram
    dərənin dərinliyinə
    çayların şırıltısına
    barmaqlarım nəmlənir
    sübhün alatoranından doğur
    səma
    günəşi sığallamağa

  • Gülnarə SADİQ.Yeni şeirlər

    gi

    * * *

    Qəm eləmə,
    ən az darıxıram sən təki.
    Nəfəs kimi varlığıma caladığım,
    Əlim əllərində güvəndə idi.
    Ey, dua tək ürəyimdən süzülən –
    Vüsalını bircə günlük daddığım.
    Belə olmamalı,
    bu ağrını bu sevgiyə yazmaq günah,
    bu məcburiyyət,
    bu ayrılıq –
    bizi üzər, bizi yıxar sevdiyim.
    Evimizdən çöldə qalıb bu sevgi.
    Evimizin qapısından keçə bilmir.
    Evimiz qovur eşqimizi,
    Sayqı duymur bizə,
    duyğulrımıza.
    Düşünürəm gecə yarı,
    Qəlbim sınıq,
    Ruhum sənsiz,
    Gözüm bağlı
    axtarıram gözlərini,
    axtarıram əllərini…
    Axtarıram –
    Bakı yollarında,
    Gəncə qapısında,
    Sənin – mənim ürəyimdə gizlənən eşqi.

    * * *

    Ocaq qalanmışdı,
    Insanlar imanını ona bəxş edirdi.
    “Tək sənsən müqəddəs” deyirdi…
    “Cəhaləti yandıracan,
    Yalanları yox edəcən.
    Bərəkət verəcən,
    Səadət ərz edəcən…”
    Baxdım kənardan,
    Imanımı axtardım-
    Qəlbimdə tapdım.
    Axmaqlaşmış ağlımı
    cəhalətin adıyla atdım atəşə…
    Sonra çarmıxa çəkdilər həqiqəti,
    Tac qoydular…
    Bükdüm ovcuma yalanı,
    Mismarladım çarmıxa…
    Mən yalanı mismarladım –
    Onlar qəlbimi,
    Imanım evsiz qaldı çöllərdə.
    Yetimləşdi.
    Qəlbim çarmıxdan qeybə çəkildi…
    Bir heykəl qurdular,
    Bir taxt yapdılar,
    Üstünə bir ipək sərdilər,
    Onu “Mən” zənn etdilər…

  • Əziz MUSA.Yeni şeirlər

    em

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru,
    Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

    ÜSTƏ

    Əlçim-əlçim qar tökülür,
    Bu qara torpağın üstə,
    Qələmim hey toxum səpir,
    Ağappaq varağın üstə.

    Qəlbimdə yellər dolaşır,
    Dərd-qəmim başımdan aşır,
    Nə vaxtdı qaynayıb, daşır,
    Bu səbrim ocağın üstə.

    Zaman axar su kimidi,
    Dünya bir yazı kimidi,
    Aşığın sazı kimidi,
    Küləklər sazağın üstə.

    Qəlbim çoxdan yaralanıb,
    Dərd qatar tək siralanıb,
    Bağ- bostanım ürulanıb,
    Bar qalmayıb tağın üstə.

    Dağ-dərə xəyala dalıb,
    Ceyran, cüyür cığır salıb,
    Xoş günümün şəkli qalıb,
    Bir yaşıl yarpağın üstə.

    BABA

    (təcnis)

    Dəyişən deyiləm mən innən belə,
    Düşünmə ya ipək, ya daşam, baba.
    Bir gün taxılacaq bu kəmər belə,
    Ya nahar olacaq, ya da şam , baba.

    Qar kipriyə düşdü, qar qaşa düşdü,
    Neyləyim yollarım qar, qışa düşdü,
    Ömrümün baharı qarğışa düşdü,
    Qorxuram kükrəyəm, ya daşam, baba.

    Sözləri ələkdə çalış düz ələ.
    Bu qoca dünyamız şətin düzələ,
    Şair Əziz Musa əl ver, düz ələ,
    Sən məni çıraq bil, ya da şam, baba.

  • Kamran MURQUZOV.”Zərifə Əliyeva-Azərbaycan Oftolmologiya elminin banisi”

    10730926_708473925888118_1815156677351752954_n

    Yaşadığımız ömrün hər bir günündə yeniliklərin ya şahidi oluruq, ya da televeziya və ya KİV nümayəndələrinin hazırladığı məlumatlardan oxuyub, öyrənirik.Gündən-gündən qloballaşan və müasirləşən dünyanın daha çox inkişafa meyl etməsi ictimiayyət nümayəndələrinin və media təmsilçilərinin diqqətindən yayınmır.
    Hal-hazırda dünyanın müxtəlif ölkələrində mövcud olan istər humanitar, istər texniki, istərsə də tibbi elmlər öz inkişaf səviyyəsinə görə biri-birindən köklü surətdə fərqlənir.Hər bir elm sahəsinin inkişafının müəyyən səbəbləri vardır.Çağdaş dönəmdə daha çox müraciət edilən və öyrənilən elm sahələrindən biri də tibbdir.Son dövrlərə nəzər salsaq, görərik ki, tibb elmi öz inkişaf səviyyəsinə görə digər dövrlərdə əldə edilən uğurlarının sayına görə liderliyini qoruyub, saxlamaqdadır.
    Hələ sovet hakimiyyəti illərində Azərbaycanın adı tibb sahəsinin inkişafına görə dünyanın ən qabaqcıl ölkələri ilə yanaşı çəkilirdi.Bu isə təbii bir haldır.Çünki Azərbaycan tibb elmi üçün görkəmli həkimlər yetişdirmişdi.Tibb sahəsinin inkişafındakı xidmətlərinə görə xüsusilə fərqlənən və elmi dərəcə almış həkimlərimiz də az olmayıb.Ən bariz nümunə kimi Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı, Azərbaycan xalqının ümummilli lideri, ictimai-siyasi xadim Heydər Əliyevin həyat yoldaşı Zərifə xanım Əliyevanı göstərmək mümkünür.
    Tibb elmləri doktoru, professor, əməkdar elm xadimi, Azərbaycan Respublikası Elmlər Akademiyasının həqiqi üzvü, alim-oftolmoloq Zərifə xanım Əliyeva Azərbaycanda ilk dəfə olaraq, Müasir Oftolmologiya elminin əsasını və bünövrəsini qoymuş, xaricdə ali təhsil alarkən, əldə etdiyi bilik və təcrübəni azərbaycanlı həmkarları ilə bölüşərək, Azərbaycanda yeni bir elmin-Oftolmologiya elminin əsasını qoymuşdur.
    Doğma yurduna, vətəninə bütün varlığı ilə bağlı olan əməkdar elm xadimi Zərifə xanım Əliyevanın elmi fəaliyyəti diqqətdən kənarda qalmamış, müxtəlif mükafatlara layiq görülmüşdür.Eyni zamanda geniş elmi və pedaqoji fəaliyyət ilə məşğul olan Zərifə xanım Əliyeva Akademik M.İ.Averbax mükafatına layiq görülən ilk qadındır.
    Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı Heydər Əliyev siyasi məktəbinin layiqli davamçısı və yetirməsi cənab Prezident İlham Əliyevin 7 fevral 2013-cü il tarixli sərəncamı ilə tibb elmləri doktoru, professor, əməkdar elm xadimi, alim-oftolmoloq Zərifə xanım Əliyevanın anadan olmasının 90 illik yubileyi respublikada dövlət səviyyəsində qeyd olundu, respublikanın müxtəlif rayon və bölgələrində silsilə tədbirlər həyata keçirildi və gerçəkləşdirildi.
    2013-cü ildə Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin qərarı ilə respublikanın paytaxtı Bakı şəhərində “Elm” nəşriyyatı tərəfindən “Azərbaycanın elm və mədəniyyət xadimləri” silsiləsindən “Zərifə Əziz qızı Əliyeva” adlı biblioqrafiya işıq üzü gördü.Biblioqrafiya görkəmli oftolmoloq Zərifə xanım Əliyevanın keçdiyi şərəfli ömür yolundan bəhs olunur, ictimai fəaliyyətinin əsas tarixləri xronoloji ardıcılıqla sadalanır.
    Dünya şöhrətli alim Zərifə xanım Əliyevanın adı əbədiləşdirilmişdir.Respublikanın paytaxtı Bakı şəhərində fəaliyyət göstərən Z.Əliyeva adına Göz Xəstəlikləri Elmi-Tədqiqat İnstitutunda çalışan təcrübəli həkim heyəti akademik Zərifə xanım Əliyevanın Azərbaycan tibb elminə gətirdiyi yeniliklərdən lazımınca bəhrələnirlər.
    Paytaxtın Xətai rayonunda Heydər Əliyev Fondu tərəfindən Zərifə Əliyeva adına uşaq bağçası inşa edilərək, istifadəyə verilmişdi.2013-cü ilin oktyabr ayının 1-də Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri, Azərbaycan Respublikası Milli Məclisinin deputatı, millət vəkili Mehriban xanım Əliyeva Zərifə Əliyeva adına uşaq bağçasının açılış mərasimində iştirak etmişdi.Hər il dünyanın müxtəlif ölkələrindən gələn nümayəndə heyəti I Fəxri Xiyabanda dəfn olunan akademik Zərifə xanım Əliyeva büstü önünə əklil qoyb, hörmət və ehtiramlarını bildirirlər.

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının
    Mətbuat xidmətinin rəhbəri,
    Azərbaycan Jurnalistlər Birliyinin üzvü.
    Bakı şəhəri.12 oktyabr 2015-ci il

  • Kənan AYDINOĞLU.”Əskişəhərdə məzarı olan Yunusum mənim”

    1902788_614529541965133_896121757_n

    Ustadım Yunus Əmrənin ruhuna sevgi və sayqılarla

    Əskişəhərdə məzarı olan Yunusum mənim,
    İlhamını tək Allahdan alan Yunusum mənim.

    Mövlanayla məclisdə əyləşib, söhbətləşən,
    Ötən xatirəni yada salan Yunusum mənim.

    O “Vəhdəti-Vücud” kimi fəlsəfəni dərk edib,
    Gözləri Haqq sevgisindən dolan Yunusum mənim.

    Saraylardan uzaq durub, yalnız Haqqa sığınan,
    Ömrü boyu yaddaşlarda qalan Yunusun mənim.

    Xorasandan Ankaraya qədər yolu qət edən,
    Milyonların könlünü də alan Yunusum mənim.

    Gündəlik Analitik İnformasiya Agentliyinin
    Mətbuat xidmətinin rəhbəri,
    Azərbaycan Jurnalistlər Birliyinin üzvü.
    Bakı şəhəri.10 oktyabr 2016-cı il

  • Rəsulova Fəridəni doğum günü münasibətilə təbrik edirik! ( 9 yanvar 2000-ci il)

    Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Rəhbərliyi Sizi, doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə, ədəbi-bədii yaradıcılığınızda bol-bol uğurlar diləyir! Sevib, sevdiyiniz insanların əhatə dairəsində olun!

    Mətbuat xidməti

  • İbrahim İLYASLI.Yeni şeirlər

    539

    NECƏSƏN

    Mənim səndən uzaqlarda
    Yamandı halım, necəsən?
    Özgəsinə qismət olan
    Cahı-cəlalım, necəsən?

    Yalana döndü gerçəyim,
    Ay gözəlim, ay göyçəyim.
    Çəmənim, çölüm, çiçəyim,
    Pətəyim, balım, necəsən?

    Daşam yolun üstə bitən,
    Nə sirdi anlamaz yetən.
    Gözü, könlü dil-dil ötən,
    Dilləri lalım, necəsən?

    Zər-zibam, ləlim, gövhərim,
    Yaqut-yəmən, simu-zərim,
    Barmaqları bəxtəvərim,
    Başı bəlalım, necəsən?

    Üzün dönməz mənə sarı,
    Yarı öz ömründən, yarı.
    İbrahimin sitəmkarı,
    Necəsən, zalım, necəsən?

    HARDASAN DÜNYANIN HALAL ADAMI

    Hardasan dünyanın halal Adamı,
    Hardasan, varmısan?–Səsimə səs ver.
    Məndən o tərəfə sən tükənirsən,
    Səndən bu tərəfə mənə nəfəs ver.

    Məndən o tərəfə, səndən bu yana,
    Nə kökdədi dünya, xəbərin varmı?
    Tapşırıb yellərə, büküb al-qana,
    Bir ürək yollasam sənə çatarmı?

    Bilərmisən hankı məmləkətdənəm,
    Hansı millətdənəm bilərmisən sən?
    Bu aciz halıma ucalığından,
    Baxıb acı-acı gülərmisən sən?

    Vurnuxub qalmışam dünya içində,
    Mənə bir yol salğa özünə doğru.
    Qurtulum bəşərin adiliyindən,
    Sürünüm mübarək izinə doğru.

    Hardasan dünyanın halal Adamı?–
    Sən haqsan, sən varsan!–Səsimə səs ver.
    Qapında ən sadiq nökərin ollam,
    Mənə bu Şahlığı, nolar, tələs ver.

    MƏNİ BU QƏLƏMDƏN QORU,İLAHİ

    Küfr mənlik deyil… Əstəğfürullah! –
    Sənə can atıram, sənə, İlahi!
    Şeytan bardaş qurub kürəyimizdə,
    Aman vermir gələk dinə, İlahi!

    Burdan daşlayırsan, o yandan çıxır,
    Ordan təpinirsən, burda hazırdı.
    Dünən gözlərimlə gördüm, masamda
    Əyləşib yerimə şeir yazırdı.

    İşə yüyürürsən – iş yerindədi,
    Dükana girirsən – vitrindən baxır.
    Meyxanadan qovub rədd eləyirsən,
    Məscidin önündə qarşına çıxır.

    Gah əziz dost kimi girir qollara,
    Gah qarşı səngərdə top dalındadı.
    Gah dilənçimisal çıxır yollara,
    Gah milyonermisal qul halındadı.

    Bir əli göydələn saraylar tikir,
    Bir əli ehmalca qazır altını.
    Söyürəm, əlimdən özgə nə gəlir,
    Hərçi – pətərinin yeddi qatını.

    Elə qucaqlayıb Yer kürəsini,
    Bir küncü – bucağı çıxmır yadından.
    Şərqdə müharibə alovlandırır,
    Qərbdə dil – dil ötür “barış” adından.

    Yerdə sahibidi küll-ixtiyarın,
    Mahuyət-ül iblis, surət-ül cindi.
    Şahlar ən sevimli oyuncaqları,
    Rəiyyət əlində plastilindi.

    Yoxmu bu gedişin dönüşü, yoxmu,
    Yoxmu bu gərdişin sonu, İlahi?!
    Bu şeirdə şeytan barmağı varsa,
    Məni bu qələmdən qoru, İlahi!

    O SEVDALI ÇAĞLAR YADINDADIRMI?

    O sevdalı çağlar yadındadırmı?-
    Bir mən igidiydim, bir də sən gözəl.
    Dünyada mənə tay dəli yoxuydu,
    Yoxuydu dünyada sənə tən gözəl.

    Bə heç demirsənmi hardadı görən
    İpək tellərinə nərgizlər hörən?…
    Səniydin onlara yaraşıq verən,
    Nə çiçək gözəldi, nə çəmən gözəl.

    Sevgi bir yol gələr adama haqdan,-
    Sənin divanənəm elə o vaxtdan.
    Gözümə ağ gəlib yola baxmaqdan,
    Ürəyə xal düşüb, saça dən, gözəl.

    Mən ömür sürmədim – vaxtdı, uzatdım,
    Sənsizlik adıyla başımı qatdım…
    Göynəyə-göynəyə əlliyə çatdım,-
    Gülə-gülə ölləm “öl” desən, gözəl.

    Gör mən nə saymışam, fələk nə sayıb –
    Dönüb sənə baxmaq sayılar ayıb…
    Aradan qırx igid ömrü adlayıb,-
    Mən həmən dəliyəm, sən həmən gözəl!

  • Saqif QARATORPAQ.Yeni şeirlər

    s

    * * *

    Bəlkə də ən çətini
    geri dönməkdi elə.
    Qoyub gəldiyin ocaq
    demə dönübmüş külə…

    Sel yuyub,su aparıb
    sən getdiyin yolları.
    Qurumuş budaq kimi
    düşüb yana qolların…

    İndi könül evinin
    divarı göy mamırdı.
    tavanı damır elə,
    deyirsən,nə yağmurdu?

    təzə ocaq çatmağa
    bir dənə kibritin var.
    Bu yağmurlu havada
    o da çətin alışar…

    * * *

    Sənə necə inanmışam
    sən də elə inan mənə.
    İstəyirsən verim apar,
    gərəkdisə bu can sənə.

    Mən özümü düşünmədim,
    Elə,mənə zülüm olsun!
    Qoy əllərin boş qalmasın,
    başım olsun,külün olsun!

    Özünümü sevdin sən də,
    ay Həvvanın xas nəvəsi.
    Yoxsa elə belə olur
    məğrurluğun təntənəsi?

    Bir sevdadı,bir də yoldu,
    mən də qərib bir dərvişəm.
    Nolar,bir az insaf elə,
    gör kimdi bəxtinə düşən…

    Qənimət bil bu anı da,
    Bəlkə çəkdiyin son aham.
    Bir də gördün köçüb getdim,
    bir də gördün daha yoxam…

  • Rafiq ODAY.”Yola ver”

    rafiq-oday

    Kül olsun oğul başına,
    Girələ, günü yola ver.
    Hər axşam gələn sabahı
    Kirələ, günü yola ver.

    Dərd səni çıxarmaz dağa,
    Öyrəşməyib bu üz ağa,
    Vücudundan sola, sağa
    Kir ələ, günü yola ver.

    Az gözlərə torpaq ələ,
    Həqiqətə tor bax hələ,
    Tanrım, bunu torpaq ilə
    Bir elə, günü yola ver.

  • Rahilə DÖVRAN.Yeni şeirlər

    rahileanam

    Şairə-jurnalist-publisist
    Azərbaycan Yazıçılar Birliyinin üzvü,
    “Qızıl qələm” media mükafatı laureatı,

    NƏ DEYİM…

    “Sonetlərim” – silsiləsindən

    Qəlbim doluxsunmuş payız səması,
    İncitək gilələr süzür yanaqdan.
    İçimdə başlayıb dünya savaşı,
    Ən incə hisslərim keçir sınaqdan.

    Könül intizarda,gözümdə həsrət,
    Gəl desən şimşəyə dönərəm hər an.
    Kimi gözləyirəm,bilmirəm fəqət,
    Ruh məni tərk edib qalıb quru can.

    Bir ümid yaşatdım,hər an içimdə,
    Gözlədim yolunu,güman içində
    Gözlədim,gözlədim,gəlmədin yenə.
    Xəyalın buraxmır heç tənha məni,
    Unuda bilmirəm ən son kəlməni,
    Nə deyim mən sənə,-üzü dönənə?

    HARAYA ÜZ TUTUM İNDİ

    “Könül dəftərim” – silsiləsindən

    Bu necə qismətdir, bu necə yazı?
    Eşqimə, sevgimə qaldım tamarzı.
    Ötməmiş ömrümün baharı, yazı,
    De, sənsiz haraya üz tutum indi?

    Yenicə dəymişkən əlim-əlinə,
    Yenicə dönmüşkən nazlı gəlinə,
    Saratək atılib eşqin selinə,
    De, sənsiz haraya üz tutum indi?

    Eşq atəşin çatdıq, başacan yana,
    Bir ömür boyunca hey alovlana.
    Necə qıydın gülüm, əhdi-peymana?
    De, sənsiz haraya üz tutum indi?

    Bizi sevənlərə nə deyim indi?
    Necə söyləyim ki, eşqindən döndü?
    Sevməyən ha çox ki, hamı sevindi,
    De, sənsiz haraya üz tutum indi?

    Artıq seçəmmirəm ağdan-qaranı,
    Sərgərdən gəzirəm dağı, aranı.
    Bu üzüdönüklük, yaxdı Dövranı,
    De, sənsiz haraya üz tutum indi?!

  • Şəhla RAMAZANQIZI.Yeni şeirlər

    s

    Ayı olub qış uzunu yatdın, heç

    Balıq kimi dəryalarda üzdün xoş,
    Qurbağa tək bataqlığa batdın, heç.
    Qarışqa tək zəhmət çəkdin, afərin!
    Ayı olub qış uzunu yatdın, heç.

    Əhdə vəfa oldun sənə, min əhsən,
    Doğru izə düşdün yenə, min əhsən,
    Saf vicdana dönə-dönə, min əhsən.
    Halalına haram tikə qatdın, heç.

    Əmanəti pak qorudun, yüz yaşa,
    Tez qırılar ümid toxunsa daşa.
    Doğru sözü söyləməyib birbaşa,
    Nifaq üçün ortalığa atdın, heç.

    Ürək olar hər duyğunun məkanı,
    Etmə onu ucuz mallar dükanı,
    Gül yerinə dəstələyib tikanı,
    Kor aşiqə bilə-bilə satdın, heç.

    Vicdanını rahatladın, nə gözəl,
    Yaşıl yarpaq olmur can verən xəzəl,
    İmkan varkən tövbələr elə, düzəl,
    Yol qurtarıb son mənzilə çatdın, heç

    Denən mənim kimimsən?

    Baxma qara gözümə,
    Baxıb gülmə üzümə,
    Gülüb düşmə izimə,
    Qəlbdə sarı simimsən,
    Denən mənim kimimsən?

    Duyğulandı bu könül,
    Ətirləndi bağda gül
    Gözəl oxuyur bülbül
    Sən sevincim, qəmimsən.
    Denən mənə kimimsən?

    Bülbül nəğməsi kimi,
    Yarın nəfəsi kimi,
    Musiqi səsi kimi,
    Həm zilim, həm bəmimsən.
    Denən mənə kimimsən?

    Mən dənizdə bir çiçək,
    Boğularam tənha-tək,
    Yelkənləri bura çək,
    Sən səyahət gəmimsən.
    De, Şəhlaya kimimsən?

  • Şəfa VƏLİYEVA.Yeni şeirlər

    sv

    “Gənc Ədiblər Məktəbi”nin müdavimi, AYB və AJB üzvü,
    Prezident təqaüdçüsü, Gənclər müfakatçısı

    Şənbə melodiyası

    Yatıram mışıl-mışıl
    Həsrətə baş qoymuşam…
    Yazıram üsul-üsul
    Xəyalla danışmışam…

    Yanıram alov-alov
    Ahım göydə burum-burum…
    Xatirələr duman-duman
    Bürünmüşəm bürüm-bürüm…

    Ömür dediyin beşcə gün…
    Bu sonsuz arzular nəydi ?
    Sevilmişdim beşinci gün
    Getdiyin gün şənbə idi…

    Yenəmi yeni ildi?

    Yenəmi yeni ildi?
    Yenəmi sənsiz gəlib?
    Adın olan ümidim
    Köhnələn ildə qalıb…

    Unutmuşam, incimə,
    Aylara doğmalığı…
    Iyulda gözlərimə
    Düşübdü gün işığı…

    Oktyabr sevdiyim…
    Aprel küsdüyüm aydı…
    Bu aylar bir-birindən
    Gör nə qədər uzaqdı…

    Səndəmi qaldın orda?
    O keçib gedən ildə?
    Hansı gün, hansı ayda?
    Bəlkə ötən həftədə?

    Indi bu yeni ili
    Özümə həsr edəcəm.
    Təqvimdə rəqəmləri
    Qar rəngiylə örtəcəm…

    Özün qayıdıb gəlsən…
    Gəlsən əgər bir zaman…
    Ağartdığım təqvimə
    Günəş rəngi taxarsan…

    Sevirdim ötənlərdə
    Rəngarəng təqvimləri…
    Gizlətdim ürəyimdə
    Qırmızı rəqəmləri…

    Yeni il… yeni-yeni…
    Mən səni istəyirəm…
    Həmişə tər sevgimi-
    Köhnəni istəyirəm…

  • Polad SABİRLİ.Yeni şeirlər

    Polad Sabirli

    Görəsən ölmürəm ki, mən

    Dərgahına sığınmışam,
    Tanrım versin mətləbimi.
    Sac üstündə qovrulmuşam,
    Qorumuşam məzhəbimi.

    Eşq sinəmdə qan ağlayır,
    İtib könlümün sahmanı.
    Ruh ağlayır, can ağlayır,
    Allaha qalıb gümanı.

    Öz eşqimin çəkə-çəkə,
    Dərdini mən kamilləşdim.
    Sözdən qala tikə-tikə,
    Öturub sözlə əlləşdim.

    Çıxdı canımın dərisi,
    Döyülmədim üyülməkçün.
    Olmadım şöhrət hərisi,
    Kiçilmədim böyüməkçün.

    Dolub qara bulud kimi,
    Boşala bilmirəm ki, mən.
    Polad, gəlib sözün dəmi,
    Görəsən ölmürəm ki, mən?

    Var

    Çox uzağa gedən oxun,
    Çox dartılmış yayı da var.
    Aza qane olan çoxun,
    Verən əli, payı da var.

    Yaxşı yaman seçən ömrün,
    İynə gözdən keçən ömrün,
    Dərd qəm yeyib içən ömrün,
    Xoş ili də, ayı da var.

    Polad, uca olsun adın,
    Gözünə nur hər övladın,
    Həm qohumun, həm də yadın,
    Yaxşısı da, zayı da var.

    3.12.2014.

  • Deyişmə: Yeganə Bağırova və Mais Təmkin

    mt

    Mais Təmkin:

    Sevgimiz, eşqimiz zirvələr aşa,
    Arzu-istəyimiz çıxmasın boşa.
    Seyr edək dünyanı, gəl gəzək qoşa,
    ,,Mən də rahatlaşım, sən də rahatlaş.”

    Əllərim şəlalə telində gəzsin,
    ,,Can” sözü bal-şəkər dilində gəzsin.
    Qolum kəmər olub belində gəzsin,
    ,, Mən də rahatlaşım, sən də rahatlaş.”

    Nə mən həsrət çəkim, nə sən qəm yemə,
    De, sənsiz könlümü mən açım kimə?
    Ürəyim nə umsa, ancaq ,,yox” demə,
    ,,Mən də rahatlaşım, sən də rahatlaş.”

    Qoymayaq ümidlər gül kimi sola,
    Könlümüz qüssədən, kədərdən dola.
    Sarıl, qollarını boynuma dola,
    Mən də rahatlanım, sən də rahatlan.

    Yeganə Bağırova:

    Siz çox istedadlı mən isə tənbəl
    Mən də şair idim bundan çox əvvəl
    Qələmi qoy yerə bir azca dincəl,
    Mən də rahatlaşım sən də rahatlaş.

    Mais Təmkin:

    Qələmi mən necə de, yerə qoyum?
    Qəm didir bağrımı hey oyum-oyum.
    Çəkilək xəlvətə, olaq qol-boyun,
    Mən də rahatlaşım, sən də rahatlaş

    Yeganə Bağırova:

    Bu sevgi menimçün böyük bir əsər
    Mən bütün dostlara vermişəm dəyər
    Xəlvətə çəkilsək çəkər içxəbər
    Məndə rahatlaşım səndə rahatlaş?

    Rahatlıq nədir ki xəlvətdə olsun
    Bir gün o rahatlıq qismət də olsun
    Rahatlıq olursa cənnətdə olsun
    Mən də rahatlaşım sən də rahatlaş.

    Mais Təmkin:

    Bir gözəl guşədə, cənnətməkanda,
    Olanda , rahatlıq tapırsan onda.
    Sevgimiz çağlasın damarda, qanda,
    Mən də rahatlaşım, sən də rahatlaş.

    Gəl çıxaq gəzməyə çəmənə, düzə,
    Oturaq üz-üzə, baxaq göz-gözə,
    Sevənlər qoy qibtə eyləsin bizə,
    Mən də rahatlaşım, sən də rahatlaş.

    Yarın xumar baxan gözü cənnətdir,
    Ləbləri, nur saçan üzü cənnətdir.
    Vüsala yetməyin özü cənnədir,…
    Mən də rahatlaşım, sən də rahatlaş.

    Könlümü gətirdin təbə ilhama,
    Bəs ağzım, de, nə vaxt gələcək tama?
    Qovuşaq vüsala,xoş arzu kama,
    Mən də rahatlaşım, sən də rahatlaş.

  • Müzəffər MƏZAHİM.Yeni şeirlər

    mm

    ÇÖZÜLMÜR BU KOR DÜYÜN

    21 Azər də beləcə gəlib keçdi,
    Vətəndə bir kimsənin tükü də tərpənmədi.
    Çoxlarıyçın sadəcə təqvim günü dəyişdi,
    Şəhid haraylarından ürəklər ürpənmədi.

    …Onlar duyub Vətənin o ağrı-acısını,
    Yurdumu bölənlərin taxtını devirdilər.
    Parçalanmış-didilmiş yurdun bir parçasını,
    Mücahid babalarım məşələ çevirdilər.

    Azadlıq, müstəqillik, birlik arzularıyla,
    Vətəni qopardılar əsirlik pəncəsindən.
    Qurub-yaratmaq eşqi, dirlik arzularıyla,
    Cücərtdilər tarixi xalqın düşüncəsindən.

    Qürurla, iftixarla ucaltdılar bayrağı,
    Yaratdılar dövləti, dünyaya səs saldılar.
    Qeyrət idi onların əyilməyən dayağı,
    Yurdumu bölənlərə dərs verib öc aldılar.

    Dörd yanımız yırtıcı, azğın, amansız düşmən,
    Didib parçalamağa hazır dayanmışdılar.
    Gördülər kara gəlmir səpdikləri hiylə – dən,
    Xalqın iradəsini, əzmini qanmışdılar.

    Fitnəkarlar, qatillər oyunlar oynadılar,
    Birləşərək boğdular o haqqlı ünümüzü.
    Yurdumu birləşməyə yenə də qoymadılar,
    Zorla əsir etdilər “gələcək gün”ümüzü…

    Qadın-uşaq bilmədən “günahkar” axtardılar.
    Təbrizin küçələri qanla yuyuldu o gün.
    Bu müdhiş “qələbədən” necə bəxtiyardılar,
    Çözülmür bəxtimizə vurulan bu kor düyün…

    21 Azər də beləcə gəlib keçdi,
    Vətəndə bir kimsənin tükü də tərpənmədi.
    Çoxlarıyçın sadəcə təqvim günü dəyişdi,
    Şəhid haraylarından ürəklər ürpənmədi.

    Qocalda bilməsə də,
    Zaman Soltan Abbası,
    Vətən dərdi əyibdir,
    Yaman Soltan Abbası.

    Dərbənd, Təbriz, Qarabağ,
    Hər biri köksündə dağ,
    Bu həsrət yandıracaq,
    Ozan Soltan Abbası.

    Ömür verdi illərə,
    Dastan oldu dillərə,
    Bil sevən könüllərə,
    Həyan Soltan Abbası.

    Baxmaz ömrün qışına,
    Çıxar haqq savaşına,
    Alıbdır ağuşuna,
    Ümman Soltan Abbası.

    Daim yazdı-yaratdı,
    Arzuya, kama çatdı,
    Düz əqidə ucaltdı,
    Ürfan Soltan Abbası.

    Haqqı nahaqqa qatmaz,
    Dar gündə dostu atmaz,
    Andı inam, yaşatmaz
    Güman Soltan Abbası.

    Üzünə gülmədilər,
    Dərdini bölmədilər,
    Kiçildə bilmədilər,
    Azman Soltan Abbası.

  • Qaratel AZƏRİ.Yeni şeirlər

    ÖZÜNÜ TUT GƏL

    Gümanla yaşadım, gümanla qaldım,
    Günəş yox, çiskinlə, dumanla qaldım,
    Həsrətli, nisgilli zamanla qaldım,
    Söz verdin, kişitək sözünü tut gəl.

    Ümidlə yoluna boylanıram ha…
    Yadımdan çıxmırsan, unutmuram ha…
    Ağlayıb, sızlayıb yalvarmıram ha…
    Söz verdin, kişitək sözünü tut gəl.

    Fəxr etmə, qəlbimin gözünə dəydin,
    Kişilik adının özünə dəydin,
    Alışan eşqimin közünə dəydin,
    Söz verdin, kişitək sözünü tut gəl.

    23.10.2015

    SEVGİ OLAN YER ALLAHIN EVİDİR

    Elə söz atırlar,
    sevgidən az yaz.
    Mən necə yazmayım
    haqdan olanı?!
    Allah da sevgidir,
    ana da, yar da,
    Xeyirli-xeyirsiz
    nankor övlad da.
    Sevgisiz açılmaz
    bircə yarpaq da.
    Adəmin sevgisin duydu
    Yaradan,
    Həvvanı xəlq etdi
    bir qabırğadan.
    Başlanğıc sevgidir,
    sonluq sevgidir.
    Sevgiylə qurulub
    bu yer kürəsi.
    Qarın əriyərək
    selə dönməsi,
    Selin tələsərək
    çayda çimməsi,
    Çayın boylanaraq
    dənizi sevməsi,
    Dənizin utana-utana
    okeanı öpməsi,
    Okeanın həyadan
    buxara dönməsi,
    Göylərdə «doğulub»
    yerə enməsi,
    Sevgi yalandırsa,
    bəs nədir bunlar?!
    Sevgidən dil açar
    lal olan dağlar.
    Qorxulu ölümdə
    hətta sevgi var.
    Sevdiyi insanın
    hayına çatar.
    Çəkdiyi əzabdan
    onu «qurtarar».
    Sevgi yalandırsa,
    bəs nədir bunlar?!

    21.05.2014

    FƏLƏK NƏYİ SAYIRDI

    Özümə təskinlik

    Axtar, tələs, sorağıma çıx indi,
    Yaşlaşıram, sonra tapmaq çətindir.
    Sən gedəndə ağ duvaqlı gəlindim,
    Fələk yansın niyə bizi ayırdı?

    Ürəyim cavandır, qəlbim təlaşlı,
    Yaşlı görünürəm əməlli-başlı,
    Qoyub getdin məni gözləri yaşlı,
    Sən saymadın, fələk nəyi sayırdı?

    Ümid yoxdur bugünümdən sabaha,
    O günümü qaytarammam mən daha,
    Səbəbkarı batırmadı günaha,
    Fələk məni öz canımdan doyurdu?!

    28.07.2014

    HƏYATIMDAN İNŞA YAZDI TƏNHALIQ

    Tənhalıq məni lap kiçik yaşlarımdan
    özünə nişanlayıb

    Lap gənclik yaşlarımdan
    tənha qalmışam,
    Tənhalıqdan qaçammadım,
    çünki utancaq olmuşam.
    Onunla baş-başa verib,
    çoxlu kitab oxumuşam,
    Buna görə minnətdaram
    məni seçən tənhalığa.
    Kitabların sayəsində
    pisi yaxşıdan ayırdım,
    Öz sözümü yetişdirib,
    oxuduqca savad aldım.
    Pərvazlandım mələklərlə,
    bütün dünyanı dolandım,
    Həyatımdan inşa yazdı
    məni sevən tənhalığım.
    Girişində:
    Öz-özünə yırğalanan yüyrüklərim.
    A bəndində:
    Tənhalıqdan
    dil-dil ötən nəğmələrim.
    B bəndində:
    Oxuduqca kitablardan
    bəhrələndim.
    Nəticəsi:
    El dilində yazdığım bu şeirlərim.
    Doğma oldum təcrübəsin
    məndə keçən tənhalığa,
    Yaşa doldum, sevgi oldum
    mənə köçən tənhalığa.

    06.07.2014