Respublikanın əməkdar jurnalisti Ramiz Tapdıq 84 yaşında dünyasını dəyişib.
Ramiz Əsgər oğlu Tapdıqov 1933-cü il fevral ayının 15-də Gədəbəy rayonunun Əli İsmayıllı kəndində anadan olub. Ali təhsilli filoloqdur. Ali məktəbi bitirdikdən sonra, 1959-cu ildə Sumqayıt şəhərinə gələrək əmək fəaliyyətinə başlayıb. 1959-cu il oktyabr ayından 1962-ci il iyun ayına kimi Sumqayıt şəhər İcraiyyə Komitəsinin təşkilat şöbəsində təlimatçı işləyib.
Ramiz Tapdıq 1962-ci ilin oktyabrında Sumqayıtın aparıcı mətbu orqanı olan «Sosi¬alist Sumqayıtı» (indiki «Sumqayıt») qəzetinin redaksiyasına dəvət edilərək, 1993-cü ilədək əvvəlcə məktublar şöbəsinin müdiri, sonra məsul katib və redaktor müavini vəzifələrində çalışıb. Dövlət Mətbuat Komitəsinin təşkil etdiyi müsabiqələrdə onun rəh¬bərliyi ilə şəhər qəzeti dəfələrlə qalib elan olunub, pul və qiymətli hədiyyələrlə müka¬fatlandırılıb. Həmçinin R.Tapdıq əldə etdiyi uğurlara görə, o zaman SSRİ Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinə ezam olunub və müxtəlif mükafatlara layiq görülüb.
R.Tapdıq fəaliyyət müddəti ərzində gənc qələm sahiblərinə, ictimai müxbirlərə həmişə qayğı ilə yanaşıb. Onun çoxsaylı yetirmələri hazırda müxtəlif mətbu orqanlarda uğurla fəaliyyət göstərirlər.
1964-cü ildən Azərbaycan Jurnalistlər Birliyinin üzvü olan Ramiz Tapdıq 1993-cü ildən təqaüdə çıxsa da, jurnalistlik fəaliyyətini dayandırmamışdır. 1997-ci ildə YAP Sum¬qayıt şəhər təşkilatının orqanı olan «Məslək» qəzetinin redaktoru təyin olunmuş və 10 ildən artıq burada çalışıb. Onun təşəbbüsü ilə bu qəzetdə Ulu öndər, müstəqil Azərbay¬canın banisi və memarı olan Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunan, onun azərbaycançılıq ideyalarının təbliği istiqamətində hazırlanan mütəşəkkil səhifələr, qoşa səhifələr, bütöv nömrələr oxucular tərəfindən rəğbətlə qarşılanmışdır. Ramiz Tapdıq iki kitab müəllifi idi.
Yeni Azərbaycan Partiyasının fəal üzvü kimi partiyanın qurultay və konfranslarında fəal iştirak edən R.Tapdıqov Prezident, parlament və bələdiyyə seçkilərində də bir təbli¬ğatçı kimi əlindən gələni əsirgəməyib. Ümumilikdə R.Tapdığın publisistik yaradıcılığı Ulu öndər Heydər Əliyevin yürütdüyü möhtəşəm siyasətin və bu siyasətin möhtərəm Pre¬zi¬dentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin təbliği ilə bağlı olub.
Ramiz Tapdıq bütün şüurlu həyatını Sumqayıtın tərəqqisinə həsr etmişdi. Onun əməyi şəhər rəhbərliyi tərəfindən Fəxri fərmanlarla qiymətləndirilib. Şəhər sovetinin deputatı seçilən, “Əmək veteranı” medalı iə təltif edilən Ramiz Tapdıq, Sumqayıtın 60 illik yubi¬leyi ərəfəsində möhtərəm Prezidentimiz İlham Əliyevin Sərəncamı ilə respublikanın Əməkdar jurnalisti fəxri adına layiq görülmüşdü.
Ramiz Əsgər oğlu Tapdıqov 2017-ci il yanvar ayının 10-da 84 yaşında dünyasını dəyişmişdir. Ustad jurnalistin əziz xatirəsi onu tanıyanların, yaxınlarının və əzizlərinin yaddaşında əbədi yaşayacaqdır.
Allah rəhmət eləsin!

Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatı