Author: Delphi7

  • Rafiq ODAY.”MƏRHƏMƏTLİ OLMAĞA TƏLƏSİN, ƏZİZLƏRİM”

    “Mərhəmətli olmağa tələsin” xeyriyyə aksiyasına qoşulanların marşı

    Tanrı bizə beş verib, birini də biz verək,
    Azmı, çoxmu – fərqi yox, nə veririk düz verək,
    Bunu hər il etməyi özümüzə söz verək,
    Elə edək bir kimsə bilməsin, əzizlərim,
    Mərhəmətli olmağa tələsin, əzizlərim.

    Böyük Vətən sevgisi kiçik kənddən başlayır,
    Kiməsə arxa durmaq bircə fərddən başlayır,
    Bəli, Cənnətin yolu mərhəmətdan başlayır,
    Bu hiss canında yaşar hər kəsin, əzizlərim,
    Mərhəmətli olmağa tələsin, əzizlərim.

    Tanrının naz-neməti başınızdan ələnsun,
    Düzü-dünya saflığa, ülviliyə bələnsin,
    Bir körpə gülüşündən hər yana nur çilənsin,
    Musiqiyə dönüşsün – bir həzin, əzizlərim,
    Mərhəmətli olmağa tələsin, əzizlərim.

    Kim sevər sinəsində qara daş bəsləyəni,
    Pulu canından da çox oxşayıb-süsləyəni?!
    Gözü yolda qoymayaq bizləri səsləyəni,
    Gedəyin arxasınca o səsin, əzizlərim,
    Mərhəmətli olmağa tələsin, əzizlərim.

    İmkanım yoxdur deyib, bihudə dad etməyək,
    Bir qoğal da bəs eylər kimsəni şad etməyə,
    Bir nağıl da bəs eylər könlü abad etməyə,
    Kərəm görüb sevinsin Lələsin, əzizlərim,
    Mərhəmətli olmağa tələsin, əzizlərim.

  • Hüseyn CAVİD

    Həyatı

    Hüseyn Cavidin 130 illik yubileyi münasibətilə buraxılmış Azərbaycan poçt markası (2012)
    Hüseyn Cavid 1882-ci ildə Naxçıvanın indiki Kəngərli Rayonunun Şahtaxtı kəndində ruhani ailəsındə dünyaya göz açıb. İbtidai təhsilini Naxçıvanda molla məktəbində, orta təhsilini M.T.Sidqinin “Məktəbi-tərbiyə” adlı yeni üsullu məktəbində almışdır (1894-1898). 1899-1903-cü illərdə Cənubi Azərbaycanda olmuş, Təbrizin “Talibiyyə” mədrəsəsində təhsilini davam etdirmişdir. İstanbul Universitetinin ədəbiyyat şöbəsini bitirmiş (1909), Naxçıvanda, sonra isə Gəncə və Tiflisdə, 1915-ci ildən isə Bakıda müəllimlik etmişdir. Hüseyn Cavid klassik Azərbaycan ədəbiyyatının ənənələrini inkişaf etdirən sənətkarlardandır. O, XX əsr Azərbaycan mütərəqqi romantizminin banilərindən biri olmuşdur.

    Hüseyn Cavid sənəti janr və forma cəhətdən zəngindir. O, lirik şeirlərin, lirik-epik, epik poemaların, Azərbaycan ədəbiyyatında ilk mənzum faciə və dramların müəllifidir. “Keçmiş günlər” adlı ilk şeir kitabı 1913-cü ildə çap olunmuşdur. Hüseyn Cavid daha çox dramaturq kimi tanınmışdır. Onun fəlsəfi və tarixi faciələri, ailə-məişət dramları üslub, yazı ədası forma yeniliyi baxımından Azərbaycan dramaturgiyasında yeni bir mərhələ yaratdığı kimi, milli teatr mədəniyyətinin inkişafına da qüvvətli təsir göstərmiş, “Cavid teatrı” kimi səciyyələndirilmişdir. Dramaturgiyasında dövrün ümumbəşəri, böyük ictimai-siyasi və mədəni əhəmiyyətə malik problemləri əksini tapmışdır.

    Azərbaycan ədəbiyyatında ilk mənzum faciə olan “Şeyx Sənan” (1914) əsərində xalqları bir-birinə qovuşdurmaq üçün ümumbəşəri din ideyasını ortaya atmışdır. Hüseyn Cavid bu dövrdə tədriclə “haq verilmir, alınır” ideyasına gəlib çıxmışdır.

    Yaradıcılığında mühüm yer tutan “İblis” (1918) mənzum faciəsində dövrün bütün mürtəce qüvvələri – “Insan insana qurddur” fəlsəfəsinin tərəfdarları, “İyirminci əsrin mədəni vəhşiləri” olan dairələri İblis surətində ümumiləşdirilmiş, işğalçı müharibələrə lənət yağdırılmışdır.

    1926-cı ildə müalicə üçün Almaniyaya gedən və 7 ay Berlində yaşayan Hüseyn Cavid oradan ziyalıların mənəvi iztirablarını əks etdirən bir sıra siyasi-lirik və lirik-epik şerlərlə qayıtdı.

    Hüseyn Cavid ailəsi ilə birlikdə (1936)
    20-30-cu illərdə Hüseyn Cavid bir sıra tarixi dramlar yazmışdır. “Peyğəmbər” (1922) və “Topal Teymur” (1925) əsərlərindən sonra yazdığı “Səyavuş” (1933), “Xəyyam” (1935) tarixi dramları Hüseyn Cavidin tarixə, tarixi şəxsiyyətlərə baxışında ciddi dönüş oldu.

    Cənubi Azərbaycandakı azərbaycanlıların “şahənşahlıq” üsuli-idarəsi əsarəti altında əzab çəkməsi, ən adi insan hüquqlarından məhrum edilməsi də vətənpərvər şair kimi Hüseyn Cavidi düşündürürdü (“Telli saz” dramı, 1930; “Kor Neyzən” poeması, 1930).

    Sovetlər Birliyində totalitarizmin dəhşətli dövründə Hüseyn Cavid sosializmin “nailiyyətlər”indən yazmağı özünə rəva bilməmiş, Stalini, Azərbaycan ağalarını mədh etməkdən qətiyyətlə boyun qaçırmışdır. Ona görə də bu mətin şəxsiyyət Sibir buzlaqlarına, Maqadana sürgün edilmiş və 5 dekabr 1941-ci ildə İrkutsk vilayətinin Tayşet rayonunun Şevçenko kəndində vəfat etmişdir.

    Azərbaycan ədəbiyyatının söz və fikir zadəganıdır. Daxili ləyaqəti sənət idealına son dərəcə uyğunlaşmışdı. Bəlkə də bu sənət idealı onun daxili ləyaqətini illər, on illər boyu formalaşdırmışdı. “Gözəllik namına, sevqi namına” yazan böyük sənətkar neft buruqlarından və dəniz qəhrəmanlarından, tarlada səhərdən gecəyədək çalışan əmək qabaqcıllarından tərənnüm dolu süni misraların sayını çoxaltmadı. Azərbaycan yaradıcı fikri bu süni misralar təlatümündə boğulduğu bir zamanda həyatı bahasına olsa da, Cavid öz sənət idealına xain çıxmadı, onu satmadı. Gözəllik və sevgi şairi idi və eləcə də qaldı.

    Vəfatından sonra
    Sovet ideologiyası və rejiminin hakim olduğu bir dövrdə Naxçıvanda qəbul olunmuş qərar hələ heç də hər şey demək deyildi. Onun icrası üçün Kremldə Brejnevin, Lubyankada DTK sədri Andropovun razılığını almaq mütləq şərtlərdən biri idi.

    Hüseyn Cavidlə bağlı Moskva müzakirələrindən və razılaşmalarından sonra tarixi qərarın icrası Naxçıvan Vilayət Partiya Komitəsinin katibi Həmid Cəfərova həvalə olunur. 35 ildən sonra Həmid Cəfərov həmin günləri belə xatırlayır:

    “Məhz Heydər Əliyevin təşəbbüsü ilə uzaq Sibirin əlçatmaz yerlərindən H. Cavidin cənazəsinin qalıqlarının doğma yurdu Naxçıvana gətirilməsi onun tarixi xidmətlərindəndir.

    1982-ci il oktyabrın 3-də Heydər Əliyev Naxçıvanda səfərdə olarkən Cavidin nəşinin Naxçıvana gətirilməsinin əhəmiyyətli olduğunu vurğuladı. 1956-cı il martın 6-da Azərbaycan SSR Ali Məhkəməsinin hökmü ilə Hüseyn Cavid bəraət aldıqdan sonra onun cənazəsinin qalıqlarının Azərbaycana gətirilməsinə bir neçə dəfə cəhd göstərilsə də, sovet ideologiyasının hökm sürdüyü SSRİ məkanında belə bir məsələnin reallaşması çətin olduğundan, Sibirdəki dəmir seyflərin açılması, “sovsekretno” sənədlərin öyrənilməsi, Cavidin məzarının Sibirdə axtarılıb-tapılması və nəhayət onun Azərbaycana gətirilməsi üçün müvafiq icazələrin alınması o dövrdə həllini tapmamışdı.

    Heydər Əliyevin göstərişi ilə 1982-ci il oktyabrın 12-də Naxçıvan Vilayət Partiya Komitəsi Hüseyn Cavidin məzarının tapılması, cənazəsinin qalıqlarının Azərbaycana gətirilməsi ilə bağlı qərar qəbul etdi və bu işin icrası Naxçıvan Vilayət Partiya Komitəsinin katibi kimi mənə həvalə olundu. Naxçıvan Vilayət Partiya Komitəsinin qərarından sonra heyət muxtar respublikanın daxili işlər nazirinin müavini, polkovnik Telman Əliyev və SSRİ deputatı Zakir Nəsirovla Sibirə yollandı.[3]

    Hüseyn Cavidin qəbrinin qazılması, 1982-ci il
    1982-ci ildə Naxçıvan Vilayət Partiya Komitəsinin katibi olmuş Həmid Cəfərov həmin günləri belə xatırlayır: “Qərarın icrası məsuliyyətli və çətin olsa da, məhz onun arxasında Heydər Əliyevin adı durduğu üçün heç bir müşküllükdən söhbət gedə bilməzdi. Bu qərarın icra olunmasına bilavasitə Heydər Əliyevin özü rəhbərlik edirdi. Heydər Əliyev “Bakinski raboçi” qəzetinə verdiyi müsahibələrin birində qeyd edirdi ki, o, Cavidin cənazəsinin qalıqlarının uzaq Sibirdən Azərbaycana gətirilməsi üçün SSRİ kimi nəhəng bir dövlətin “birinci şəxsinə” – Sov.İKP MK-nın Baş katibi Leonid Brejnevə, həmçinin SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin sədri Yuri Andropova müraciət etmişdi. Bu məsələni həll etmək üçün SSRİ kimi böyük bir dövlətin rəhbərliyi yanında yüksək nüfuza sahib olmaq və onun icazəsini almaq vacib idi.

    Sibirə səfərə göndərilən heyət ilk günündən başlayaraq Cavidlə bağlı bir sıra arxiv sənədləri öyrəndi. Müəyyən edildi ki, Hüseyn Cavid 1941-ci il dekabrın 5-də İrkutsk vilayəti Tayşet rayonunun əlillər xəstəxanasında vəfat edib, Şevçenko kəndindəki qəbiristanlıqda 59 saylı qəbirdə dəfn olunub. Üç gün sonra isə Sov.İKP İrkutsk Vilayət Partiya Komitəsində görüş zamanı Cavidin məzarının yerinin müəyyən edilməsinə, bununla əlaqədar İrkutsk vilayətinin Tayşet rayonunun Şevçenko kəndini, 1940-cı illərdə burada yerləşən 21 saylı kaloniyanı və əlillər xəstəxanasını tanıyan adamların tapılmasına sərancam verildi.

    Sibirdə olarkən Cavidin sakini olduğu əlillər evinin 1956-cı ildə dağıdılması, Sibirin sıx meşələrindəki Şevçenko kəndinin itib-batması, orada indi heç kimin yaşamaması haqda məlumatlar mövcud idi. Eyni zamanda bildirilirdi ki, 30 dərəcə şaxtada həmin yerlərə getmək həm mümkünsüz, həm də təhlükəlidir. Müəyyən çətinliklərdən sonra zirehli maşınlar 1982-ci il oktyabrın 21-də Tayşet şəhərindən 75 kilometr məsafədə yerləşən Şevçenko kəndinə istiqamət aldı. Bu səfərə rəsmi olaraq partiya, hüquq-mühafizə, ədliyyə, səhiyyə orqanlarının məsul işçiləri qatılmışdılar. 1941-ci ildə Cavidin sakini olduğu islah-əmək düşərgəsində keşikçi dəstəsinin rəisi işləmiş 72 yaşlı Darafiy Tradyakola qətiyyətlə bildiridi ki, Şevçenkoda 40 min insanın dəfn olunduğu qəbiristanlıq dağılmayıb. Heyət oktyabrın 21-də Şevçenko kəndinə çatdı. Kənd 100 hektarlarla ərazisi olan sərt Sibir meşəsi idi. Məzarlıq tapıldıqdan sonra iki saat davam edən axtarış nəticəsində Şevçenko rayon prokuroru Yelena Xaritinova 59 saylı qəbiri taparaq onun açılması üçün sanksiya imzalandı və Cavidin qəbri qazıldı.[4]

    Planlaşdırdığı kimi Hüseyn Cavid Şevçenko-Tayşet-İrkutsk-Moskva-Yerevan-Naxçıvan marşrutu ilə Naxçıvana qayıtmalı idi. İrkutskdan Moskvaya uçarkən Heydər Əliyevin göstərişi ilə oktyabrın 26-da 861-ci reyslə Moskvadan birbaşa Bakıya uçmalısınız. Heydər Əliyevin bu tapşırığı ilə marşrut dəyişildi. Buna səbəb Cavidin nəşinin İrəvandan keçməməli olması idi.

    1982-ci il oktyabrın 26-da Hüseyn Cavidin nəşi Moskvadan Bakıya, sonra isə Naxçıvana gətirilir. Naxçıvanda – evinin qarşısında dəfn olunur.[5]

    Yaradıcılığı
    Şeirləri

    Hüseyn Cavidin “Azər” poeması (1937)
    Hüseyn Cavidin poeziyası onun romantik şeirlərindən və poemalarından ibarətdir.

    İdealla varlıq arasındakı ziddiyyət, ideal həqiqət axtarıcılığına istiqamətlənən xəyallardan yaranan lirik-fəlsəfi düşüncələr Cavid şeirinin başlıca məzmununu təyin edir. Şairin lirik “mən”i qayğılı, narahat düşüncələr və zəngin xəyallarla yaşayan filosof xarakterli aşiqdir:

    Xəyal!.. Əvət, yaşadan yalnız əhli-halı odur,

    Yaşarsa bir könül, az-çox xəyal içində yaşar.

    H.Cavid bədii yaradıcılığa klassik lirika üslubunda yazılmış qəzəllərlə başladığı üçün ədəbi fəaliyyətinin birinci dövründəki şeirlərinin dilində ərəb-fars tərkiblərinə rast gəlinir. Lakin belə ifadələr əsasən lirikada əsrlərdən bəri qanuniləşən “qəmi-hicran”, “zülfü-yar”, “əhli-dərd”, “zənciri-zülf”, kimi anlaşıqlı təsvir vasitələrindən ibarətdir:

    Məndən fələk ayırdı vəfapişə yarımı,

    Tar etdi zülfi-yar kimi ruzigarımı.

    Səbrim tükəndi, yox qəmi-hicranə taqətim,

    Hicri-nigar əlimdən alıb ixtiyarımı.

    Bir əhli-dərd yoxdu bu viranə şəhərdə,

    Tainki şərh edəm ona mən qəlbi-zarımı.

    …Hər kəs ki, Salika, çəkib eşqin bəlasını –

    Mən eyləməz görəndə mənim ah-zarımı.

    Sonrakı illərdə İstanbulda təhsil alması, türk poeziyasını dərindən öyrənməsi onun şeir dilində Anadolu şivəsinə məxsus ifadələrin fəallığını bir qədər artırmışdır. Şairin təhsil illəri zamanı qələmə aldığı “Rəqs”, “Pəmbə çarşav”, “Uyuyur”, “Ah yalnız sən” və s. şeirləri də və 1913-cü ildə Tiflisdə nəşr olunan “Keçmiş günlər” şeir Kitabında toplanan digər nümunələrdə Anadolu şivəsinin müəyyən əlamətləri nəzər çarpır. Lakin İstanbul mühitində ayrıldıqdan sonra şairin əsərlərində Anadolu şivəsinə məxsus əlamətlər get-gedə azalmış, nəhayət, davamlı bir prosesdən sonra təxminən aradan qalxmışdır.

    H.Cavidin şeir yaradıcılığının ilk mərhələsində janr baxımından ənənəvi iki üslubluluq özünü göstərir. Şair həmin illərdə həm klassik lirika üslubunda qəzəllər, həm də xalq-aşıq şeiri ruhunda qoşma və gəraylılar yazmışdır. Bu dövrün məhsulu olan “Get”, “Könlümü” rədifli şeirlər, habelə “Hər yer səfalı, nəşəli” şeiri qəzəl formasında, “Xuraman-xuraman” şeiri isə qoşma formasındadır. “Rəqs”, “Uyuyur” və s. şeirlərdə müxəmməs və müsəddəslərin müəyyən əlamətləri müşahidə olunur. Bədii yaradıcılığın başlanğıc mərhələsinə xas olan həmin cəhət sənətkarın fərdi üslub axtarışları dövrü üçün səciyyəvi hal hesab oluna bilər. Çünki elə ilk yaradıcılıq mərhələsinin özündə də Cavidin yeni formalı şeirlər yazdığını asanlıqla müşahidə etmək mümkündür. Türkiyədə təhsil illərində yazılan “Yadi mazi”, “Bir ahi-məzlumanə” şeirlərinin quruluşunda müəyyən orijinallıq vardır. Bu şeirlər hər iki üslubun – klassik lirika və xalq-aşıq lirikası üslublarının qovuşuğundan yaranmışdır. Xalq-aşıq poeziyasında olduğu kimi, şeirlər bəndlərdən ibarətdir. Lakin bəndlərin arasında klassik lirikadakı beytlərə bənzər cüt misralar verilmişdir. Dördlüklər çox vaxt çarpaz qafiyə üsulu ilə, beytlər isə məsnəvi formasmda qafiyələndirilmişdir:

    Ey Vətən! Ey könül pərəstarı!

    Yar ümidim, qüsura bakmayasan.

    Bizə tərcih edib də əğyarı,

    Burakıb nari-hicrə yıkmayasan.

    Səni bu hala saldı qəflətimiz,

    Daha əhv et! Yetər nədamətimiz.

    Sonrakı dövrlərdə Cavidin yaradıcılığında belə orijinal quruluşlu şeirlərin sayı getdikcə çoxalmışdır. “Otuz yaşmda”, “Bir rəsm qarşısında”, “Dəniz tamaşası” şeirlərində dördlük bəndlər mənanı qüvvətləndirən və tamamlayan beytlərlə növbələşmişdir. Beləliklə, poetik forma axtarışları H.Cavidin janr sahəsində orijinal üslubunun kəşfi ilə nəticələnmişdir. Hətta bir sıra janrları, xüsusən sonet, türkü və marşları Azərbaycan şeirinə ilk dəfə Hüseyn Cavid gətirmişdir. Şairin “Mən istərim ki”, “Çəkinmə, gül” şeirləri Avropada geniş yayılmış italyan soneti formasında qələmə alınmışdır.

    H.Cavid şeirlərini həm əruz, həm də heca vəznlərində yazmışdır. Hər iki vəznə yaradıcı münasibət bəsləyən şair onlara əsaslı keyfiyyət dəyişiklikləri gətirmişdir. O, əruzun klassik lirikadan məlum olan xəfif, həzəc, rəməl, müctəs, müzare, mütəqarib bəhrlərində şeirlər yazmaqla bərabər, həm də həzəc bəhrinin yeni bir növünü yaratmağa müvəffəq olmuşdur. Əruzşünaslar həmin növü “Cavid həzəci” adlandırırlar.

    Əsrin əvvəllərində əruzdan hecaya keçmək də şeirdə yeni üslub axtarışından irəli gəlirdi. Heca vəznli şeirə üstünlük verməklə, Hüseyn Cavid bu vəznin Azərbaycan yazılı poeziyası üçün daha da doğmalaşmasına xidmət etmişdir. O, XX əsrin əvvəllərində heca vəzninin müxtəlif şəkillərində qiymətli şeirlər yazmağa müvəffəq olmuşdur.

    Orijinal təşbeh və metaforalar, epitet və təkrirlər, monoloq və dialoqlar Cavidin şeirlərində fikrin, mənanın qüvvətli və emosional vasitələrlə ifadəsinə xidmət edir. Cavidin şeirlərində təşbeh yaratmaq üçün təbiət hadisələrilə insan həyatı müqayisə olunur. Şair Qara dəniz sahillərində təsvir etdiyi səksən yaşlı qocanın məğrurluğunu canlandırmaq məqsədilə onu “ulu bir dağ”a bənzədir, bədii obrazın dolğun poetik rəsmini çəkir:

    Bu keşakeşdə möhtəşəm, məğrur,

    Qoca, səksən yaşında bir sima;

    Uca bir dağ möhnətilə vüqur,

    Qoca bir türk edib namazı əda.

    Vird oxur, Həqqa eylər ərzi-niyaz,

    Bəlkə dağ sarsılar, o sarsılmaz.

    Monoloq və dialoqlar

    Hüseyn Cavidin Bakıda heykəli. Heykəltəraş — Ömər Eldarov, 1996
    Monoloqlar Cavidin romantik-fəlsəfi üslubunu səciyyələndirən qüvvətli poetik əlamətlərdəndir. Monoloqlara müraciət şairin şeirlərinə romantik üslubun təbiətindən doğan təntənə, fəlsəfi vüsət gətirmiş, lirik qəhrəmanm zəngin duyğu və düşüncələr aləminin açılmasına imkan yaratmışdır. Cavidin yaradıcılığındakı başdan-başa monoloqlardan təşkil olunmuş “Sevinmə, gülmə, quzum”, “Məyus bir qəlbin fəryadı”, “Uyuyur”, “Məzlumlar üçün”, “Neçin” şeirlərində hər bənddəki monoloq konkret fikrin, mənalı bir hikmətin poetik ifadəsinə xidmət edir. “Uyuyur” şeirinin birinci bəndi bahar nəsiminə, sonrakı bəndlərindən hər biri ötuşkən quşlara, günəşə, çiçəklərə, mələyə həsr olunmuşdur. Bahar nəsiminə müraciətlə yazılan monoloqda sevgili məşuqə, çiçəklərə poetik münasibətdən yoğrulan monoloqda dünyanı dərk etmək yolundakı şübhələr, günəşə xitabən deyilən monoloqda “buludlu dünyadakı” qüvvətli işıq, səadət xəyalı tərənnüm olunmuşdur. Sonuncu monoloqda isə lirik qəhrəmanı məşğul edən bütün məsələlər onun “qayeyi-amal” ından doğan xəyallar kimi mənalandırılır:

    Uyuyur… Of! Ey bəlalı könül,

    Çırpınıb durma! Sən də sus artıq,

    Vurma, sus! İştə susdu həm bülbül;

    Dur, həyatım da getsə dur azacıq,

    Uyuyur çünki aşinayi-xəyal,

    Uyuyur çünki qayeyi-amal…

    Şeirlərindəki dialoqlar Cavidin lirikasına müəyyən süjet əlamətləri daxil etmişdir. Hətta onun bəzi şeirləri kiçik səhnəciyi xatırladır. “Öksüz Ənvər”, “Çiçək sevgisi” şeirlərində lirik vəziyyətlər şeirin müəyyən hissəsindəki yığcam dialoqlarla ifadə olunmuşdur. Dialoqlar əsasında yaradılmış “Qız məktəbində” şeirindəki poetik mükalimə Gülbaharın nəciblik və ülviliyini mənalandırmağa xidmət edir. Əsl zinəti təmizlik və bilgi olan, altun bilərzikləri ilə deyil, sadə geyimi, aydın, zəngin mənəviyyatı ilə fərdiləşən Gülbahar Cavidin şeir yaradıcılığındakı öksüz ənvərlərin, kiçik sərsərilərin bir növ davamıdır.

    Dialoqlar “Qız məktəbində” şeirində dramatik mükalimədən çox təbii şeir misraları kimi səslənir, poetik etirafı ifadə edir:

    -Quzum, yavrum! Adınnədir?

    Gülbahar.

    Pəki, sənin anan, baban varmı?

    Var.

    Nasıl, zənginmidir baban?

    Əvət, zəngin, bəyzadə…

    Öylə isə geydiyin geyim neçin böylə sadə?..

    “Qız məktəbində” şeiri ümumən Azərbaycan şeirində süjetli lirikanın ən mükəmməl nümunəsi sayılmağa layiqdir.

    Şairin lirikasındakı poetik və fəlsəfi ümumiləşmələr fikrin hikmət tutumunu artırmış, aforizm səviyyəsinə yüksəlmişdir. Cavidin lirikasmda hətta elə şeirlər də vardır ki, orada bir-birinin ardınca gələn misraların demək olar ki, hamısı aforizmlərdən yoğrulmuşdur:

    Yaşadan kainatı qüvvətdir,

    Gücsüzün həp nəsibi zillətdir.

    …kim ki, biganədir hüquqə, əvət,

    Xain ellərdə məhv olur əlbət.

    …Yaşamaq istərsən çalış, çabala,

    Rəd olub gurla, bərq olub parla!

    Bütün bunlar Cavid lirikasının novatorluğunu müəyyən edir.

    Poemaları
    Hüseyn Cavidin yaradıcılığında poema janrının da özünəməxsus yeri vardır. Şair ilk poemalarını hələ XX əsrin əvvəllərində qələmə almışdır. Cavidin ilk poemaları əsasən lirik-romantik, yaxud romantik-fəlsəfi əsərlərdən ibarətdir. Bu poemaların əksəriyyətində süjet əlamətləri və obrazlar yox dərəcəsindədir. Həmin qəbildən olan poemalar sanki Hüseyn Cavidin lirik-romantik monoloqlarından yoğrulmuşdur. Həyata və insanlara romantik münasibət, bədii və fəlsəfi ümumiləşdirmələr bu poemaların əsas qayəsini müəyyən edir. “Bir ahi-məzlumanə” (1907), “İştə bir divanədən bir xatirə” (1912), “Hübuti-Adəm” (1913), poemalarında epik təsvirlərdən qat-qat çox lirik-romantik düşüncələr öz əksini tapmışdır. Yalnız “Hübuti-Adəm” poemasında Adəm peyğəmbərlə Həvvanın münasibətlərindən alınmış bir məqamın təsviri şairə nəfsin fəlakətləri ətrafında poetik mülahizələr irəli sürməyə imkan vermişdir. “Bir ahi-məzlumanə” poeması “küncü-möhnətdə” bəlaya düçar edilmiş, “ayaq altında paymal olmuş” Vətənin acı halına dərin təəssüf hissləri mənalandırılmış, qeyrət etməyə, himmət göstərməyə çağırış motivləri ifadə olunmuşdur.

    Hüseyn Cavidin yaradıcılığında ideya-sənətkarlıq baxımından ən kamil poema “Azər” əsəridir. Poemanı şair hələ 1926-cı ildə Almaniyada müalicə olunarkən yazmağa başlamış, nəhayət, 1928-ci ildə tamamlamışdır.

    “Azər” poeması Hüseyn Cavidin Qərbə və Şərqə, eyni zamanda Şərq-Qərb müstəvisində Azərbaycana baxışlarını geniş şəkildə ifadə edən mükəmməl sənət əsəridir. Azərin Qərb və Şərq ölkələrinə səyahətləri yeni tarixi mərhələdə dünya gedişatını öyrənmək, inkişafın ən məqbul yolunu seçmək məqsədini izləyir. Poemada həmin ölkələrin fərqli xüsusiyyətləri haqqındakı düşüncələr Azərin simasmda dünyanı, sivilizasiyaları sintez etmək meylinin ifadəsindən ibarətdir:

    Şərq elləri irişilməz “xəyal” için yaşarkən,

    Qərb aləmi az da olsa həqiqətdən xoşlanar.

    Şərqin sönük duyğusunu afyon ruhu qoşarkən,

    Onlar yeni bir silah kəşfini səadət sanır.

    Şərq uğraşır yalnız “ölməyim” deyə,

    Qərb elləri maildir öldürməyə.

    Ya o, ya bu qoşar durar hər bir dilək peşində,

    Məqsəd ancaq yarışı yok, bir həyatı xoş bulmaq.

    Şərqə görə o diyarda azad ikən düşüncə,

    Yazıq!.. Yenə mümkün deyil didişmədən qurtarmaq.

    Əsərin əsas qəhrəmanı Azər Cavidin əksər dramatik qəhrəmanlarından fərqli olaraq tarixdən deyil, real həyatdan alınmış bir bədii obrazdır. Azər şairin müasiri, daha çox isə onun özünün proobrazıdır. Azərin yaşadığı mühitə, üzvü olduğu cəmiyyətə, Qərbə və Şərqə baxışları müəllifin şəxsi qənaətlərinin və düşüncələrinin ifadəsidir. Poemanın böyük bir hissəsində Azərin Almaniyaya səfərindən söz açılması, əsərin bir çox bölmələrinin Berlində yazılması ilə Hüseyn Cavidin Almaniyaya gedib orada müalicə olunmasının səsləşməsi də obrazla müəllifin baxışları arasında möhkəm bağlılıq olduğunu aydınlaşdırır. Bütövlükdə Azər həyata və cəmiyyətə yeni nəzərlərlə baxan, dünyada gedən prosesləri obyektiv dərk və təhlil etmək qabiliyyətinə malik olan yeni tipli bədii obrazdır. Mənsub olduğu xalqı və ölkəni mədəni millətlərin cərgəsində görmək arzusu onun səciyyəvi cəhətidir. Azərin Qərbə və Şərqə səfərləri sadəcə səyahət, gəzinti, əyləncə olmayıb, dünyanı öyrənib məmləkətini və millətini irəli aparmaq niyyətlərinin ifadəsidir.

    Poemada Hüseyn Cavid Azərbaycanda qurulmuş yeni cəmiyyətə münasibətini də ifadə etmişdir. Əsərin “Səlmanın səsi”, “Inqilab xırsızı”, “İsyan” bölmələrində yeni cəmiyyətin bədii dərki məsələləri ön mövqedə dayanır. Hiss olunur ki, Cavid imkan olduqca yeni cəmiyyətə yaxşı tərəfdən baxmaq meylindən çıxış edir. Səlmanm dilindən deyilən “hər gülşənə vardım, çiçəklər güldü, Sevdalı bülbüllər salama gəldi”, yaxud “Susmuş kamançalar ilhama gəldi” kimi nikbin misralar şairin həmin meylinin əks-sədasıdır. Bununla belə, Cavid bu cəmiyyətin mövcud ziddiyyətlərdən xilas olmasının zəruriliyini də qabanq şəkildə nəzərə çarpdırmışdır. Poemanm “İnqilab xırsızı” bölməsində “inqilab kürkünə girmiş” Şura sədrinin törətdiyi özbaşınalıqların təsviri ilə şair yeni qurulmuş cəmiyyətdəki eybəcərlikləri diqqət mərkəzinə çəkmişdir. Cavid Şura sədrinin alova bürünmüş evini göstərməklə geniş mənada yeni quruluşun yaşamasının mümkünsüz hala düşdüyünü ifadə etmək istəmişdir. Poemadakı kənd Şura sədrinə aid edilən “balıq başdan qoxarmış” qənaəti də, heç şübhəsiz, bütövlükdə o cəmiyyətin ən yuxan təbəqələrinin çürüklüyünə, mənəvi-siyasi iflasa məruz qaldığına açıq işarədir. Hətta poemanın epiloqu kimi düşünülmüş “İsyan” bölməsində ifadə olunan aşağıdakı misralar da sadəcə yeni quruluşun təsdiqi mənasında deyil, daha çox çağdaş gəncliyin quracağı böyük gələcəyin, müstəqil ölkənin dəstəklənməsi kimi başa düşmək, mənalandırmaq lazım gəlir:

    Bu gün gəncliyə baksan,

    Bir sel kimi hər an

    Sağlam, yeni məfkurələr izlər.

    Bizlər?

    …Bizlər yeniləşsək belə, daim,

    Bir əskilik az-çox bizə hakim…

    …Onlar qoşacaq, çırpışacaqlar,

    Bir çox üçürümlar aşacaqlar.

    Lazımsa cəhalətlə güləşmək,

    Bir çarə var: ancaq yeniləşmək!

    Onlardakı himmət və mətanət

    Qırmaclayacaq Şərqi nihayət.

    Onlardakı qüdrət və məharət,

    Er-gec vercək xalqa səadət.

    …Onlar güləcək güldürəcəklər,

    Bizdən daha xoş gün görəcəklər!

    Janr etibarilə “Azər” lirik-epik poemadır. Əsərdə dramatik ünsürlərdən də istifadə olunmuşdur. Poetik vüsətinə görə “Azər” poeması dastan təsiri də bağışlayır.

    Hüseyn Cavidin poemaları Azərbaycan ələbiyyatında romantik-fəlsəfi poemanın inkişafında mühüm rol oynamışdır.

    Dramaturgiyası
    Hüseyn Cavidi ədəbiyyat tarixində ən çox məşhurlaşdıran və ona böyük şöhrət qazandıran dram əsərləridir. O, Azərbaycan romantik mənzum dramaturgiyasının görkəmli yaradıcısı və banisidir[6].

    “Ana” faciəsi
    Ədibin ilk dram əsəri olan “Ana” mənzum faciəsinin (1910) mövzusu Dağıstan həyatından alınmışdır. Əsərin əsas qəhrəmanı olan qonaqpərvər və məğrur Səlma Azərbaycan ədəbiyyatı üçün yeni tipli Ana obrazıdır. Onun İsmət adlı bir çərkəz qızına nişanlı olan oğlu Qanpoladla bu qıza könül salan Orxan arasında rəqabət vardır. İsmət isə kasıb ailəni təmsil edən Qanpolada sadiq qalır və Orxanın cah-cəlalını rədd edir. Orxan dostu Muradın vasitəsilə Qanpoladı öldürtdürür. Murad təhlükədən xilas olmaq üçün kimliyini bilmədən Səlma xanımın – Ananın evində sığınmaq istəyir. Ana oğlunun qatilini tanısa da, dərin daxili sarsıntılarına, mənəvi iztirablarına, qəzəbinə qalib gəlməyi bacarır. “namərd qonağı” evindən uzaqlaşdımaqla cəzalandıran Ana bu acı, qanlı taleyin səbəbini Allahın qisməti ilə əlaqələndirir:

    Get, namərd qonaq, get! Alçaq mültəci!

    Get, miskin hərif, get! Cəllad, yırtıcı!

    Get, vicdansız kəndini qurtar, yaşa!

    Ancaq vicdansızları bəslər dünya!

    Get, gözüm görməsin! Uzaqlaş, dəf ol!

    Nə haqsızlıq etdinsə Allahdan bul!

    Get, çəkil get! Dinsiz, Allahsız xain!

    Murdar izin bu torpaqdan silinsin!

    Övladının qatilini bağışlamağı bacaran Səlma surəti dünya ədəbiyyatı üçün də təkrarsız bədii obrazdır.

    Cavidin “Maral” və “Şeyda” pyesləri nəsrlə yazılmışdır. Hər iki əsərdə şeir parçalarından, lirik elementlərdən istifadə olunmuşdur.

    “Maral” pyesi
    Ailə-məişət planında qələmə alınmış “Maral” pyesi (1912) pulun, sərvətin cəmiyyətdə törədə biləcəyi faciələri əks etdirir. Yaşea çox kiçik olan Maralı altun gücünə özünə arvad etmiş Turxanbəy üçün dünyanm bütün səadəti yalnız para ilə bağlıdır. Muasiri Nadirbəyin mənəviyyat, tərbiyə, sağlam düşüncə haqqındakı fikirlərini o, yad baxışlar kimi qəbul edir. Əsərdəki Nadirbəy – Turxanbəy xətti cəmiyyətdə yenilik və köhnəlik arasında gedən proseslərin çətinliklərini bütün təbiiliyi ilə təqdim edir. Atası Turxanbəyə əks mövqedə dayanan, məhəbbəti, sədaqəti hər şeydən uca tutan oğlu Cəmilin saf romantik düşün-cələri ilə müqayisədə də sərvət əsiri olan Turxanbəy miskin görünür. Ər evində özünü dustaq sayan, sərvət içində nisgilli tale yaşayan Maralın ərinin gənc qohumu Arslanbəyə olan təmiz sevgisi də ona səadət deyil, fəlakət gətirir. Arslanbəyə olan münasibətindən xəbər tutan Turxanbəyin Maralı vəhşicəsinə öldürməsi həmin cəmiyyətdə azad sevgiyə, saf mənəviyyata yer olmadığı fikrini əsaslandxrmağa xidmət edir. Lakin Cavid Cəmillə Humay arasmdakı qarşılıqlı məhəbbətə rəğbətini ifadə etməklə yeniliyin köhnəlik üzərində qələbə çalacağına ümid və inam duyğuları aşılaya bilir.

    “Şeyda” pyesi
    Bakı mətbəə işçilərinin həyatından bəhs edən “Şeyda” (1916) pyesində çətin, ağır həyat tərzinin və azadlıq düşüncəsinin təqdimi ön mövqeyə çəkilmişdir. Digər dram əsərlərindən fərqli olaraq Cavid bu əsərdə realist, həyati məsələlərə geniş yer ayırmışdır. Pyesin ilk səhnələrində mətbəə işçisi Şeydanm azadlıq arzusu ilə çıxış etməsi, fəhlələrə öz hüquqlarını başa salması dramaturqun ictimai mübarizəsinin vəziyyəti və vəzifələri haqqındakı qənaətlərini ifadə etməsinə şərait yaradır. İnqilab ruhlu marşları fəhlələr tərəfindən oxunduğu üçün işdən qovulan, həbs edilən Şeydanın ruh düşgünlüyünə qapılması, dərvişvari həyat keçirməsi mübarizənin axıra çatdırılmasına imkan ver-məyən faktor kimi dəyərləndirilir. Başma min bir müsibətlər gətirilən, qardaşı vərəm xəstəliyindən ölən, ağır iş şəraitində qolunun birini itirən, əslində meydanda tək qalan Qara Musanm intiqam hisləri də cə-miyyəti irəliyə apara bilmir. Bütövlükdə “Şeyda” pyesi üsyankar çıxış-lar etməsinə baxmayaraq, real mübarizə yollarmı tapa bilməyən insanların faciəsini ümumiləşdirir.

    “Şeyx Sənan” faciəsi
    Hüseyn Cavidin “Şeyx Sənan” mənzum faciəsi geniş mənada Azərbaycan dramaturgiyasmm şah əsərlərindən biridir. Bu əsər Cavidin romantik dramlarının zirvəsində dayanır. “Şeyx Sənan” mənzum faciəsi (1914) dini-əfsanəvi şəxsiyyət olan Sənanm məhəbbət macərası əsasında insanm mənəvi ucalığı haqqında yazılmış dramatik üvertura təsiri bağışlayır. Cavid bu əsərində əsl eşqin dini etiqad üzərindəki təntənəsini, bütün buxovları dağıtmaq qüdrətini nümayiş etdirmişdir. Pyesdə müsəlmanlar, müridlər, möminlər mühitində hamıdan ucada dayanan Sənanm baxışlarmda gürcü qızı Xumara olan sevgisindən sonra yaranan dəyişikliklərin timsalında bütövlükdə insanın dəyişməsi prosesi dolğun şəkildə canlandırılır. Bu vaxtadək müqəddəs məbədgahlara və ziyarətgahlara səcdə edən Şeyx Sənan bundan sonra ülvi, uca eşqin böyüklüyünə inam bəsləyir. Şeyxin timsalmda Cavid eşq, yoxsa etiqad, möminlik və ya gerçəklik sualları əsasmda qurduğu süjet, yaratdığı dramatik münaqişə vasitəsilə insanın həqiqət axtarıcılığı, məhəbbəti etiqad səviyyəsinə yüksəltmək səyləri ilə ucala biləcəyinin mümkünlüyünü isbat etmişdir. Əsərdə Sənanın dilindən deyilmiş aşağıdakı misralar da bunu bir daha təsdiq edir:

    Kim ki, eşq atəşilə oldu hədər,

    Onu yandırmaz öylə atəşlər.

    Bəni öldürsələr də bən yaşarım,

    Tərk edib xəlqi xaliqə qoşarım.

    Əbədiyyət bənim məzarımdır,

    Çünki sultani-eşq yarımdır.

    Eşq üçün can nisan edən ərlər,

    Əbədi bir həyat içində gülər.

    “Uçurum” faciəsi
    “Uçurum” faciəsi (1919) ilə Hüseyn Cavid yaradıcılığının birinci mərhələsi başa çatır. Mövzusu Türkiyə həyatından alınmış bu əsərdə ədib süni avropalaşmanın, yad təsirlərin milli mənəviyyatla uzlaşmayan eybəcərliklərini əks etdirmişdir.

    “Afət” faciəsi
    Sovet hakimiyyəti illərində yazılmış “Afət” (1922) faciəsində kübar cəmiyyətinin meşşan əxlaqının mənəvi puçluğu açılıb göstərilmişdir. Afətin doktor Qaratayın yalan vədlərinə aldanaraq, kobud, qaba mənəviyyatca kasıb olan əri Özdəmiri öldürməsi, daha sonra isə özünü məhv etməsi həmin dairənin faciəsi kimi ümumiləşdirilir.

    “Peyğəmbər” və “Topal Teymur” leze dramları
    Hüseyn Cavidin təkcə yaradıcılığında yox, həm də şəxsi taleyində “Peyğəmbər” və “Topal Teymur” leze dramlarının özünəməxsus yeri vardır. Əvvəla, hər iki əsərdə Cavid ilk dəfə idi ki, tarixi şəxsiyyətə və tarixdən alınmış hadisələrə müraciət etmişdi. Ikincisi isə böyük ədib tarixi mövzuya müasir mövqedən yanaşmışdı ki, bu da dövrün ədəbi tənqidi tərəfindən bir çox hallarda mövcud cəmiyyətlə bağlı yozulduğun-dan Hüseyn Cavid üçün müəyyən çətinliklərə səbəb olmuşdu. Cavid əfəndi həm də Teymurləng kimi bir fatehi və Məhəmməd peyğəmbəri ideallaşdırmaqda günahlandırılmışdı. Əslində isə dramaturqun məqsədi “Topal Teymur” əsərində tiranlığı tənqid etməkdən, “Peyğəmbər”də isə insanın müqəddəslik mərtəbəsinə yüksələ bilməsindən bəhs edirdi. Hər iki əsərdə dramatik vasitələrlə yanaşı, təsvirə, təhkiyəyə də müəyyən yer verilmişdir ki, bu da həmin bədii nümunələrin səhnəyə çıxarılmasını çətinləşdirir. “Peyğəmbər” dramı isə bütövlükdə səhnə üçün nəzərdə tutulmamışdır.

    “Knyaz” dramı
    “Knyaz” dramında (1929) Cavid müasirliyə daha yaxın idi: Bu baxımdan “Knyaz” faciəsi Cavidin yaradxcılığındakı yeni əhvali-ruhiyyəni əks etdirən əsər kimi ciddi maraq doğurur. Xoş güzəran keçirən Knyazın zorla özünə arvad etdiyi kəndli qızı Casmenin onların qapısında qulluqçuluq edən Marqonun oğlu bolşevik Antonu seçməsi və keşməkeşli hadisələrdən sonra ona qovuşması Cavidin yaradıcılığında möhkəm yer tutan azad sevginin və pak mənəviyyatm təntənəsi motivinin yeni şəraitdə canlandırılmasma xidmət etmişdir. Dramaturq gurlayan inqilab dalğalarmdan xoflanıb Avropaya qaçan knyazın və onun ailəsinin faciəsini də məharətlə ümumiləşdirmişdir.

    Görkəmli Iran şairi Əbülqasım Firdovsinin anadan olmasının min illik yubileyi münasibətilə keçirilən müsabiqədə iştirak edən Hüseyn Cavid 1932-ci ildə “Səyavuş” faciəsini yazib tamamlamışdır. Əsər Firdovsinin “Şahnamə” dastanınin motivləri əsasında qələmə alınmışdır. Lakin Cavid böyük Firdovsini təkrar etməmiş, İran-Turan qarşıdurmasının təsvirindən yaranmış “Şahnamə”dən fərqli olaraq insanların, münasibətlərin yaxınlaşdırılması yollarındakı maneələrin aradan qaldırlmasından söz açmışdı.

    “Xəyyam” dramı
    “Xəyyam” dramında Cavid böyük şair və mütəfəkkir Ömər Xəyyamın simasında dövrünün fövqünə yüksələ bilən bir romantik qəhrəmanı canlandırmışdır. Xəyyam ayıq şübhələri və həyat eşqi Cavidə sənətkar və cəmiyyət probleminə münasibətini ifadə etmək üçün münasib şərait yaratmışdır. Böyük türk hökmdarı Alp Arslanm və onun oğlu Məlikşahm elmi-ədəbi fəaliyyət üçün yaratdığı münbit mühitin Xəyyam kimi sənətkarlan yetişdirə biləcəyini vurğulayan müəllif sanki məntiqi mənada yeni qurulmuş sovet dövrlərində bütün bunları tapa bilmədiyini vurğulamışdı. Qanlı-qadalı repressiya rejiminin başlanması ərəfəsində irəli sürülən bu ideya xeyirlə şərin əzəli-əbədi mübarizəsinin yeni şəraitdəki əks-sədası kimi səslənirdi.

    Azərbaycan teatrlarında Hüseyn Cavidin dram əsərləri böyük müvəffəqiyyətlə tamaşaya qoyulmuşdur. Respublikamızda özünəməxsus prinsiplərə malik Cavid teatrı mövcuddur. Cavidin romantik mənzum dramaturgiyası milli mədəniyyətimizin inkişafma böyük töhfə vermişdir. Rejissorların, aktyorların bütöv bir nəsli Cavid teatrı əsasında yetişib formalaşmışdır.

    Xatirəsi

    Hüseyn Cavidin ev-muzeyi (Naxçıvan)
    Şairin anadan olmasının 100 illik yubileyi geniş qeyd olunmuşdur. Naxçıvanda ev-muzeyi yaradılmışdır (1981).

    Yubiley ərəfəsində cənazəsinin qalıqları İrkutsk vilayətindən Naxçıvana gətirilib, ev-muzeyinin yaxınlığında dəfn edilmişdir. Naxçıvanda onun qəbri üstündə möhtəşəm məqbərə ucaldılmışdır.

    Bakı şəhərinin Yasamal rayonundakı Hüseyn Cavid prospekti onun adını daşıyır.

    24 oktyabr 2017-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Hüseyn Cavidin 135 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalamışdır[7].

    Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin bu sərəncamından sonra Sumqayıt Dövlət Dram Teatrı Nizami Muradoğlunun dahi Azərbaycan şairi Hüseyn Cavidə həsr etdiyi “Zülmətdə nur” mənzum dramını tamaşaya qoymuşdur. Əsər ilk dəfə 27 martda teatrın səhnəsində göstərilmişdir. Sumqayıt Dövlət Dram Teatrı 25 sentyabr tarixində 50 – ci mövsümünün açılışında da “Zülmətdə nur” əsərinə müraciət etmişdir.

    Ailəsi
    Mişkinaz Cavidin həyat yoldaşıdır.
    Turan Cavidin atasıdır.
    Ərtoğrol Cavidin atasıdır.
    Şeyx Məhəmməd Rasizadənin qardaşıdır.
    Əlirza Rasizadənin qardaşıdır.
    Əsərləri
    Hüseyn Cavid. Ana. (dram)
    Hüseyn Cavid. Maral (faciə)
    Hüseyn Cavid. Səyavuş (faciə)
    Hüseyn Cavid. Şeyx Sənan (faciə)
    Hüseyn Cavid. İblis (faciə)
    Hüseyn Cavid. Azər (poema)
    Nəşr
    Hüsеyn Cavid. Əsərləri. Bеş cilddə. I cild – Şeirləri, “Azər” poeması;
    Hüseyn Cavid. Əsərləri. Beş cilddə. II cild – Dram əsərləri (“Ana”, “Maral”, “Şeyx Sənan”, “Şeyda”, “Uçurum”);
    Hüseyn Cavid. Əsərləri. Beş cilddə. III cild – Dram əsərləri (“İblis”, “Afət”, “Peyğəmbər”, “Topal Teymur”);
    Hüseyn Cavid. Əsərləri. Beş cilddə. IV cild – Dram əsərləri (“Knyaz”, “Səyavuş”);
    Hüseyn Cavid. Əsərləri. Beş cilddə. V cild – Dram əsərləri (“Xəyyam”, “İblisin intiqamı”), məqalələri və məktubları.
    Filmoqrafiya
    Cavidi xatırlarkən (film, 1982)
    Topal Teymur (film, 1983)
    Hüseyn Cavid (film, 1988)
    Qayıdış (film, 1992)
    Səma şairi (film, 2003)
    Cavid ömrü (film, 2007)
    Şeirləri əsasında və şairə ithaf musiqilər
    Məmmədəli Əliyev – Kor ərəbin mahnısı, musiqisi Fikrət Əmirovundur
    Elxan Əhədzadə – “Niyə getdin” romansı, musiqisi Eldar Mansurovundur
    Azər Zeynalov – Şükriyyə, musiqisi Emin Sabitoğlunundur
    Tünzalə Ağayeva – Gülbahar (Qızlar məktəbində)
    “Bizim dağlar” oratoriya – solist, xor və böyük simfonik orkestr üçün, musiqisi Məmməd Quliyev
    Əsərlərinə tamaşalar
    Akademik Milli Dram Teatrı – “Afət” (iki hissəli faciə, 2004), Mehriban Ələkbərzadənin quruluşunda
    Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı – Şeyx Sənan (2009), Cənnət Səlimovanın quruluşunda
    Akademik Milli Dram Teatrı – “Şeyda” (iki hissəli faciə, 2009), Mərahim Fərzəlibəyovun quruluşunda
    Cavidşunas alimlər və əsərləri
    Məmməd Cəfər – “Hüseyn Cavid”
    Əjdər İsmayılov – “Dünya romantizm ənənəsı və Hüseyn Cavid”. Bakı: Yazıçı, 1982-ci il, 220 səh.
    Əjdər İsmayılov – “Hüseyn Cavid yaradıcılığı və dünya ədəbiyyatında demonizm ənənəsi”. Bakı: Elm, 1991, 224 səh.
    Gülbəniz Babaxanlı – “Azərbaycan ədəbi fikri və Hüseyn Cavid” (2010); “Heydər Əliyev və Hüseyn Cavid” (2013)
    Hüseyn Həşimli – Hüseyn Cavidin lirikası və Avropa poetik ənənələri. Bakı: Elm və təhsil, 2012

  • Mikayıl MÜŞFİQ

    Doğum tarixi

    5 iyun 1908
    Doğum yeri Bakı, Bakı qəzası, Bakı quberniyası, Rusiya İmperiyası
    Vəfatı 6 yanvar 1938 (29 yaşında)
    Vəfat yeri Bakı, Azərbaycan SSR, SSRİ
    Vəfat səbəbi Repressiya edilib
    Atası Əbdülqadir İsmayılzadə
    Anası Züleyxa İsmayılzadə
    Həyat yoldaşı Dilbər Axundzadə
    Vətəndaşlığı Flag of the Russian Empire (black-yellow-white).svg Rusiya İmperiyası
    Flag of the Transcaucasian Federation.svg ZDFR
    Flag of Azerbaijan 1918.svg AXC
    Flag of the Soviet Union.svg SSRİ
    Milliyyəti Azərbaycanlı
    İxtisası Dil-ədəbiyyat müəllimli
    Təhsili Azərbaycan Dövlət Darülfü
    Fəaliyyəti Şair, pedaqoq
    Karyera 1926–1938
    Janr Lirika
    İlk əsəri “Bir gün”
    Commons-logo.svg Mikayıl Müşfiq Vikianbarda
    Mikayıl Müşfiq (tam adı: Mikayıl Əbdülqadir oğlu İsmayılzadə; d. 5 iyun 1908, Bakı, Bakı qəzası, Bakı quberniyası, Rusiya İmperiyası – ö. 6 yanvar 1938[1], Bakı, Azərbaycan SSR, SSRİ) — Azərbaycan şairi, tərcüməçisi və pedaqoqu, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1934), “Azərnəşr”in keçmiş redaktoru.

    Azərbaycan poeziyasının inkişafında böyük rol oynamış şairlərdən biridir. Sevgi və gözəlliyi tərifləyən bir çox şeirlərin müəllifidir. Onun şeirlərində sosial və mədəni məsələlər üzrə fikirlər də dilə gətirilirdi. Stalin repressiyasının qurbanı olub və 1938-ci ildə güllələnmişdir. 1956-cı il mayın 23-də SSRİ Ali Məhkəməsinin Hərbi kollegiyasının qərarına əsasən ölümündən sonra bəraət almışdır.

    Mündəricat
    1 Həyatı
    1.1 Erkən illəri
    1.2 Yaradıcılıq fəaliyyəti
    1.3 Tənqid olunması
    1.4 Repressiya edilməsi və ölümü
    1.5 Ailə üzvlərinin sonrakı taleyi
    1.6 Şəxsi həyatı
    2 Mikayıl Müşfiq barədə olan fikirlər
    3 İrsi
    4 Biblioqrafiya
    4.1 Şeirlər
    4.1.1 1926
    4.1.2 1927
    4.1.3 1928
    4.1.4 1930
    4.1.5 1931
    4.1.6 1932
    4.1.7 1932-1933
    4.1.8 1933
    4.1.9 1935
    4.1.10 1936
    4.1.11 1936-1937
    4.1.12 1937
    4.2 Poemalar
    4.2.1 Mənzum oçеrк
    4.2.2 Uşaqlar üçün şеirlər
    4.2.3 Mənzum nağıllar
    4.3 Tərcümələri
    4.4 Dövri mətbuatda
    4.5 Redaktoru olduğu kitablar
    4.6 Haqqında yazılan kitablar
    5 Şəcərə
    6 Filmoqrafiya
    7 Qalereya
    8 İstinadlar
    9 Xarici keçidlər
    Həyatı
    Erkən illəri

    1910-cu ildə Mikayıl Müşfiq
    Mikayıl Mirzə Əbdülqadir oğlu İsmayılzadə (Mikayıl Müşfiq) 1908-ci il iyun ayının 5-də Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur.[2] Atası Mirzə Əbdülqadir İsmayılzadə dövrünün tanınmış ziyalılarından idi.[3] O, müəllimlik fəaliyyəti ilə yanaşı, yaradıcılıqla məşğul olmuş, şeirlər yazmışdır.[3] Uşaq ikən valideynlərini itirən Müşfiq yaxın qohumlarının himayəsində böyüyür.[3][4] Ağır və fərəhsiz uşaqlıq illəri keçirən şair həyatının o illərini xatırlayaraq yazırdı:

    ” Hələ atamın sağlığında güzaranımız ağır keçdiyi halda, lap uşaqkən anam və atam vəfat etdi. Mən bir yetim halında daşkəsən əmim və bibimin yanında qaldım. Ac, yalavac, çılpaq bir uşaqlıq keçirdim.[3] ”
    O illərin ağrı-acısını, anasızlığını şair “Ana” (1927) şeirində ürək yanğısı ilə qələmə almışdır:

    Ana dеdim, ürəyimə yanar odlar saçıldı,
    Ana dеdim, bir ürpəriş hasil oldu canımda,
    Ana dеdim, qarşımda bir gözəl səhnə açıldı,
    Ana dеdim, fəqət onu görməz oldum yanımda.

    “Ana”, Mikayıl Müşfiq[3]
    Müşfiqin böyüyüb boya-başa çatmasında, şair kimi yetişməsində nənəsi Qızqayıt xanımın böyük zəhməti olmuşdur.[3] Nənəsinin söylədiyi nağıllar, atalar sözləri, bayatılar gələcək şairin zəngin xalq yaradıcılığı ilə tanış olmasında mühüm rol oynamışdır.[3]

    Tələbə illərində Mikayıl Müşfiq (sonuncu pillədə soldan dördüncü). 1927-ci il
    İbtidai təhsilini rus-Azərbaycan məktəbində alan Müşfiq humanitar elmlərə böyük maraq göstərməklə yanaşı, rus dilini də mükəmməl öyrənmişdir.[3][5] 1920-1927-ci illərdə əvvəlcə Bakı darülmüəllimində, sonra 12 nömrəli II dərəcəli məktəbdə təhsil almış, 1927-1931-ci illərdə Azərbaycan Dövlət Darülfünunun (indiki Bakı Dövlət Universiteti) dil və ədəbiyyat fakültəsini bitirərək Bakı məktəblərində müəllimlik etmişdir.[3]

    1930-cu illərdə Azərnəşrdə redaktor vəzifəsində işləyib.[6] Onun şagirdlərdən biri Mikayıl Müşfiqi belə xatırlayır:

    ” Müşfiq müəllim dərs deyəndə zəng səsini eşitməzdik. Dərs zamanı şagirdlərə şeir oxumağı öyrədəndə başqa müəllimlərimiz də gəlib bizim sıralarda oturardı. Çoxumuza “qızım”, “oğlum” deyə müraciət edərdi. Əslində bu ifadə onun yaşına uyğun deyildi. Ancaq mehriban olduğu qədər təvəzökar olan Müşfiq müəllimə bu sözlər çox yaraşırdı…[6] ”
    Yaradıcılıq fəaliyyəti
    Müşfiq çox gənc yaşlarından yaradıcılıq aləminə gəlmiş, həyatını, taleyini şeirlə bağlamış və ömrünün sonuna kimi ondan ayrılmamışdır.[3] O, poetik yaradıcılığa 1926-cı ildə “Gənc işçi” qəzetində çap etdirdiyi “Bu gün” şeiri ilə başlamış və sonrakı illərdə dövri mətbuatda müntəzəm çıxış etmişdir.[3] 1927-ci ildən “Maarif və mədəniyyət” və “Komsomol” jurnallarında və “Gənc işçi” qəzetində nəşr olunmuşdur.[3] 1930-cu ildə şairin ilk “Küləklər” adlı şeir kitabı işıq üzü görmüşdür.[3] Kitabda müəllifin əlli üç şeiri və iki tərcüməsi toplanmışdır.[3]

    1932-ci il Müşfiqin həyatında məhsuldar olmuş, “Günün səsləri”, “Vuruşmalar”, “Pambıq”, “Buruqlar arasında” kitabları, daha sonra bir-birinin ardınca “Şeirlər”, “Çoban”, “Mənim dostum”, “Səhər”, “Sındırılan saz”, “Azadlıq dastanı”, “Buruq adamı” əsərləri nəşr edilmişdir.[3] 1934-cü ildə Azərbaycan Yazıçılar İttifaqına üzv seçilmişdir.[7]

    Həqiqi bir müəllim, əsl vətənpərvər olan Müşfiq öz yaradıcılığında uşaqlar üçün də yer ayırmış, bir-birindən gözəl əsərlər yaratmışdır.[3] “Şəngül, Şüngül, Məngül”, “Kəndli və ilan” mənzum nağılları, “Vuruşmalar”, “Qaya” poemaları, “Coğrafiya”, “Məktəbli şərqisi”, “Zəhra üçün” və digər şeirləri uşaqlar arasında şairə böyük məhəbbət qazandırmışdır.[3]

    Mikayıl Müşfiq yaradıcılığında bədii tərcümə fəaliyyəti də xüsusi yer tuturdu.[3] 1930-1937-ci illərdə onun tərcümə etdiyi Aleksandr Puşkinin “Qaraçılar” (Ş.Abbasovla birgə), Taras Şevçenkonun “Kobzar” (Əhməd Cavadla birgə), Yegişe Çarensin “Şeirlər”, Samuil Marşakın “Huşsuza bax, huşsuza”, Mirzə Fətəli Axundovun “A.S.Puşkinin ölümünə Şərq poeması” əsərləri nəşr edilmişdir.[3] Bundan əlavə Müşfiq Mixail Lermontovun “Demon” poemasını (Rəsul Rza ilə birgə), “Qafqaz” (Mikayıl Rəfili ilə birgə), “Şairin ölümünə”, “Tənha yelkən ağarı” şeirlərini, A.S.Puşkinin “Yevgeni Onegin” mənzum romanından “Tatyananın Onegenə məktubu”nu (R.Rza ilə birgə), “Poltava” əsərindən bir parçanı, “Dustaq” şeirini, Ömər Xəyyamın rübailərinin çox hissəsini, Firdovsinin “Şahnamə”sindən bəzi parçaları (Mirmehdi Seyidzadə ilə birgə) tərcümə etmiş, gözəl mütərcim kimi oxucuların rəğbətini qazanmışdır.[3]

    1936-cı ildə Mikayıl Müşfiqin “Səhər” poeması Azərbaycanda Sovet hakimiyyətinin qurulmasının 15 illiyi münasibətilə keçirilən müsabiqədə “Yeddi yaxşı ədəbi əsər” mükafatına layiq görülmüşdür.[7] 1937-ci ildə çapa hazırladığı “Çağlayan” kitabına şair on bir illik yaradıcılığı ərzində yazmış olduğu ən qiymətli əsərlərini, o cümlədən “Səhər”, “Azadlıq dastanı”, “Sındırılan saz”, “Əbədiyyət nəğməsi”, “Şeirim”, “Yenə o bağ olaydı”, “Duyğu yarpaqları”, “Tərtərhes nəğmələri”, “Mingəçevir həsrəti” və digər şeir və poemalarını daxil etmişdir. Lakin kitabı nəşr etdirmək şairə qismət olmamışdır.[3][8]

    Mikayıl Müşfiqin Azərbaycan poeziyasının nadir incilərindən sayılan “Oxu, tar, oxu tar”, “Qal, sənə qurban”, “Sənin gülüşlərin”, “Maralım”, “Ana”, “Küləklər”, “Yenə o bağ olaydı” və digər şeirlərinə bəstələnən mahnılar dinləyici alqışını, rəğbətini qazanmış sənət əsərləridir.[3][9]

    Tənqid olunması

    1934-cü ildə Mikayıl Müşfiq
    1934-cü ildə Müşfiq onun həyatına sevinc gətirən Yalçın adlı uşağın qəfil ölümü onu çoх sarsıtmışdı.[10] Qələm dostları tez-tez yanına gələr, ona təsəlli verməklə ələmini, kədərini unutdurmağa, çalışardılar.[10] Həmin ilin yayında M.Müşfiqlə Mirmehdi Seyidzadə ailəvi Mərdəkan bağlarında ev tutub bir yerdə dincəlirdilər.[10] Həmin yay günlərində Rəsul Rza, Ənvər Əlibəyli, Ənvər Məmmədxanlı yaхınlıqdakı bağlarda dincəldikləri üçün demək olar ki, hər gün bir yerdə olurdular.[10] Buralara satirik şeirləri və meyxanaları ilə хalqın qəlbinə yol tapan Əliağa Vahiddə təşrif gətirər, Məhəmməd Füzulidən, buzovnalı Azərdən, türk şerinin görkəmli şairlərindən söhbət açar, onlardan şeirlər deyər, bəzən də yazıb, lakin hamıdan gizli saхladığı qəzəllərini bu məclisdə oхuyardı.[10] Bu kiçik məclisdə Müşfiq və onun yanındakılar Vahidin qəzəllərindən хüsusi zövq alardılar.[10] Ətraf seyrəkləşəndən sonra Müşfiq Vahidlə bir tərəfə çəkilər Ömər Xəyyamdan yenicə tərcümə etdiyi rübailəri ona oхuyardı.[10]

    Bağdan köçəndən sonra Müşfiqgildə şadyanalıq ― hökm sürürdü.[10] Qəhqəhə və alqış səsləri, bir-birinin ardınca səslənən şeirlər məclisə хüsusi bir şənlik gətirirdi. Badələrin cingiltisi, alqışların səsi şeir deyənləri daha da ilhamlandırırdı.[10] Bakı Sovetindən Müşfiqin ailəsinə ayrılmış mənzilin təbrikinə yaхın qohumları ilə yanaşı qələm dostları da gəlmişdilər. Hamı gülüb-danışır, sevinc içində mənzil sahibinə gözaydınlığı verir, ona evin düşərli olmasını arzulayırdılar.[10] Gecədən keçmiş qonaqlar dağlışandan sonra sevimli müəllimi Abdulla Şaiq ayağa qalхır, əlini Müşfiqin çiyninə qoyub, küçəyə çıхmağı təklif edir.[10] Qısa söhbətdən sonra bu qarışıq zəmanədə ona ehtiyatlı olmağı məsləhət bilir və Hüseyn Cavidin aşağıdakı beytini хatırladır və bu misraları unutmamağı tövsiyyə edir:

    Göz, qulaq – görmək, eşitmək aləti.
    Daima aldatmış insaniyyəti.

    Hüseyn Cavid[10]
    Həmin görüşlərdən bir müddət sonra Yazıçılar İttifaqının plenumunda, dövrü mətbuatda Müşfiqə qarşı kəsgin, qərəzli, hətta ifrat dərəcədə sərt tənqidlər təşkil olunurdu.[10] Bu tənqidlər bəzən təhqirlərə də keçirdi.[11] Haqsız hücumlara məruz qalan safqəlbli, genişürəkli, fitri istedad sahibi olan Müşfiq bu cür sərt tənqidlərə qarşı bədbinliyə qapılsa da, özünü ələ almağa çalışardı.[10] Azərbaycan Yazıçılar İttifaqının yığıncaqlarının birində Seyfulla Şamilovun çıхış edərkən Müşfiqi kəskin tənqid etmişdir:

    ” Müşfiq nə üçün Səməndər kimi əfsanəvi bir quş ilə maraqlanır, ancaq bizim sovet qurluşu ilə maraqlanmır, bizim Sovet qəhrəmanları ilə maraqlanmır. Baх bu Səməndər sizin fikrinizə haradan gəlib? Biz demirik sənin flankəsdir qohumun. Bəlkə ola bilər demişik ki, sənin qohumun müsavatın qohumudur. Ancaq sən öz yaradıcılığın haqqında danışmalısan. Sən bu gün Sovet ədəbiyyatının ifşa etməyə çalışmırsansa bəs bu Səməndəri nə üçün yazmısan, kim səni məcbur etmişdir bunu yazırsan.[10] ”
    Yazıçılar İttifaqının başqa bir plenumunda Feyruz adlı şair bir neçə şairin ünvanına kəskin ifadələr işlətdikdən sonra Müşfiqi “Əhməd Cavadın qanadı altında yaşayan gənc şair adlandırır”.[10] Həmin plenumun səhərki iclasında çıхış üçün söz verilən şair Mikayıl Rzaquluzadə Müşfiqin Stalinə həsr etdiyi şeirin üzərində durur.[10] O, Stalinin müsbət cəhətlərindən qısa хülasə verəndən sonra dolayısı yolla əsərə, şəхsən Müşfiqə qarşı açıq hücuma keçmək qərarına gəlir.[10] O, Müşfiqi rus dilini bilməməkdə, köhnə kitablar oхumaqda və ondan istifadə etməkdə də suçlandırırdı.[10] Bəzi mütəxəssislərin fikrincə, Rzaquluzadə Müşfiqi tənqid etməyi üzərinə götürməklə, qarşıdan gələn repressiyalardan özünü sığortalamaq istəyirdi.[10] Nasir Hacıbaba Nəzərli Müşfiqi “köhnə kitabları” oхumaqda suçlandırırdı.[10]

    Həmin hadisədən bir ay keçməmiş Ədəbiyyat qəzetində Mikayıl Müşfiqə həsr edilmiş “Kontrrevolyusener, kontrabantçı, oğru…” adlı ölənə qədər faizlə gənc qələm sahiblərinə pul verən, qarışıq millətdən olan ailənin başçısı olmuş şairin yazısı dərc edilir.[10] Şair və dramaturq Məmməd Rahim öz yazısında prokuror rolunu oynayaraq Müşfiqi, “zahirən sovet, lakin bütün daхili quruluĢu etibarı ilə qəddar kontrrevolyuson ruhu ilə dolu olan əsərlərin müəllifi kimi; Müşfiq dili və şeirlərindəki kontrabanda yolu ilə gətirdiyi fikirləri etibarı ilə―proletariata sadiq şair olmadığını sübut kimi; Müşfiq sinfi qardaşı Çobanzadədən də oğurluq etdiyinə görə” iddiaları ilə günahlandırır.[10] Rahim Müşfiqin “Şeirlər” kitabından “Buludlar”ı oğurlayaraq “Küləklər” kitabçasına köçürməsini iddiasından əl çəkmir.[10]

    Repressiya edilməsi və ölümü

    Mikayıl Müşfiq həbsdə. 5 iyun 1937-ci il
    1937-ci il repressiyaları Azərbaycan ədəbiyyatının, mədəniyyətinin görkəmli siması Mikayıl Müşfiqdən də yan keçmir.[12] NKVD-nin 27 may 1937-ci ildə təhlükəsizlik kapitanı Çinmanın tərtib etdiyi arayışda qeyd olunmuşdu ki, “Mikayıl Müşfiq hal-hazırda “Müsavat gənclər təşkilatı ilə əlaqə saхlayıb, partiya və hökumətin ünvanına böhtanlar deməkdən çəkinmir”.[10] Bundan əlavə arayışda Müşfiqin “Azərbaycanın öz azadlığı yoхdur, o, Rusiyanın koloniyasında yaşayır” kimi qızışdırıcı sözləri ilə хalqın arasında narazılıq yaratmaq istəyi iddia olunurdu.[10] Həbs olunmuş müttəhimlərin “könüllü” surətdə yazdığı izahatlar da nəzərə alınmış və müstəntiq tərəfindən hazırlanan həmin arayışa əsasən Mikayıl Müşfiqin adına iyunun 3-də 508 nömrəli order yazılmış, cümə günü, iyun ayının 4-də isə evində həbs edilmişdi.[10][7]

    Mikayıl Müşfiqi həbs edənlər və evində axtarış aparanlar Dövlət Təhlükəsizliyi İdarəsinin əməkdaşları M.Mustafayev, N.Petrunin və MİK-nin (Mərkəzi İcraiyyə Komitəsi) sədri Şevçenko idi. Axtarış zamanı Türkiyədə nəşr olunmuş 14 kitab, başqa nəşrdən olan 5 kitab, türk dilində 4 müxtəlif jurnal, 6 İran nəşri, 14 foto şəkil, pasport, hərbi bilet, əlyazmalar və digər əşyalar müsadirə olunmuşdu. Əlyazmaların içində Mirzə Qədir Visaqinin şeir divanı, opera librettoları, mənzum nağılları, müşfiqin yüzlərcə şeiri, türk-dram tiyatrosu üçün işlədiyi mənzum dramın əlyazması, məktublar və Dilbər Axundzadənin “Dilbərnamə” yazılmış dəftəri də var idi. Müsadirə olunmuş əşyalar 13 oktyabr 1937-ci ildə yandırılıdı. [13]

    Şairin ilk istintaqı 1937-ci il iyun ayının 5-də baş tutdu. İstintaqı aparan 4-cü şöbənin IV bölməsinin əməliyyat müvəkkili serjant Q.B.Platonov olmuşdur. İstintaq protokolunda qeyd olunmuşdur:

    ” 1937-ci il iyunun ayının 5-də, mən 4-cü şöbənin IV bölməsinin əməliyyat müvəkkili serjant Q.B.Platonov müttəhim İsmayılzadə Mikayıl Müşfiq Qadir oğlunu istintaq etdim. Doğum ili 1908-ci il, ünvanı Nijno Priyutskaya küçəsi 108, milliyyəti azərbaycanlı, pasport beşillikdir, JAA N. 543214, məşğuliyyəti Azərbaycan Dövlət Nəşriyyatında redaktor və tərcüməçi, Azərbaycan Sovet Yazıçılar İttifaqının üzvüdür. Atası müəllimdi, 1914-cü ildə ölüb. İnqilabdan əvvəl və sonra təhsil alıb qulluqçudur – 1927-ci ildən. Ailənin fəaliyyətdə olan üzvləri: arvadı Dilbər Axundzadə iyimi üç yaşında, Azərbaycan Tibb İnstitutunun tələbəsidir. Qardaşı Mirzə 32 yaşındadır, hesabdardır. Ali təhsillidir, bitərəfdir. İnqilabdan qabaq və sonra heç bir istintaq və ittihama cəlb olunmayıb. 1929-cu ildən respublika ədəbiyyat müsabiqəsində 2 mükafat alıb. Qızıl Ordunun tələbə toplantısında olub.[13] ”
    Şairdən sorğu zamanı əksinqilabçı təşkilatın üzvü olduğu və əksinqilabi millətçi mövqedə dayandığı barədə soruşulmuşdur. Lakin şair əksinqilabçı millətçi təşkilatın üzvü olmadığını və əksinqilabi millətçi mövqedə dayanmadığını söyləmişdir.[13]

    Həbsdə olarkən şairə olmazın işgəncələr verilir. Əvvəlcə əl və ayaq dırnaqları çıxardılır. Daha sonra onu quyusu olan xüsusi kamerada iki gün qurşağacan içində siçovullar olan suda saxlayırlar. İki gecə yatmayandan sonra təkadamlıq kamerada yerə şüşə qırıntıları töküb onu ayaqyalın gəzməyə məcbur edirlər. M.Müşfiqə olmazın işgəncələr verib onu adamlarla üzləşdirsələr də, lakin şair heç kəsin üzünə durmur.[13]

    “Ədəbiyyat”, “Gənc işçi”, “Yeni yol” qəzetləri, “Hücum”, “İnqilab və mədəniyyət” jurnallarında şairin əleyhinə yazılar çap olunurdu. M.Müşfiq həbsdə olarkən onun əleyhinə yazanlar olur. Onlardan biri də Ə.Əkbər idi. “Kommunist” qəzetinin 20 iyun 1937-ci il, Bazar № 141 (5069) buraxılışında “Ədəbiyyatda düşmən qalıqları axıradək ifşa edilməli” adlı sifarişli məqalə çap olunur. Məqalədə deyilir:

    ” … M.Müşfiq uzun illər boyu sosializm quruluşumuza istər açıq, istərsə də gizli surətdə zidd olmuş və murdar işlərini davam etdirmişdir. Ədəbiyyatda xalq düşmənlərinin bütün qalıqları axıradək ifşa olunmalı, böyük sosializm quruluşumuza qarşı azğıncasına kin və ədavət bəsləyən müsavatçı və trotskist quduzlar yox edilməlidir. ”
    “Ədəbiyyat” qəzetinin 9 iyun 1937-ci il № 25 (110) buraxılışında M.Müşfiqlə bağlı məqalələr çap olunmuşdu. “Sıralarımızı təmizləyəlim” məqaləsində deyilirdi:

    ” Xalq düşməni Cavid, Cavad, Müşfiq, Sanılı və b. ikiüzlü siyasəti bizi daha da sayıq olmağa və bu kimi örtülü düşmənlərlə mübarizədə amansız olmağa vadar edir. ”
    “Sıralarımızda düşmənlərə yer yoxdur” məqaləsində deyilir:

    ” H.Cavid, M.Müşfiq, Simurq, Qantəmir kibiləri özə əsərlərində müxtəlif pərdələr, cümləpəsəndliyin altında konttrevolyusyon millətçiliyi təbliğ etmişlər. ”
    “Amansız olmalı” adlı məqalənin müəllifi yazırdı:

    ” Faktlar göstərir ki, biz öz cəbhəmizi düşmənlərdən və düşmən təsirlərindən təmizləməkdə çox az iş görmüşük. Uzun müddət “Yenidən qurulmaq” pərdəsi altında gizlənən, bizi aldadan, yalan və hiyləgər vədlərlə ədəbiyyat cəbhəsində yaşayan konttrevolyusyener Cavid, Cavad, və onların musavatçı şagirdi Müşfiq və başqaları sosializm işinə böyük ziyan vurmuşlar. Bu konttrevolyusyenerlər həmişə öz hərəkətlərilə, orijinal olmayan “əsər”lərilə ədəbiyyat mühitinə konttrevolyusion musavatçılıq zəhəri yaymağa çalışmışlar. ”
    NKVD-nin rəisi Sumbatovun və SSRİ prokuronun baş köməkçisi Rozovskinin imzası ilə təsdiq olunan ittihamnamədə “1926-cı ildən 1930-cu ilə qədər əksinqilabçıları müdafiə etmək nəticəsində Almaz İldırımzadə və Nəsir Quluzadə tərəfindən İsmayılzadə Mikayıl Müşfiq Qədir oğlu əksinqilabi müsavat ruhlu şəkildə hazırlanmasında” ittiham olunurdu.[10] İttihamnamədə qeyd olunurdu ki, Müşfiq “1930-cu ildə Nəsirzadə tərəfindən dəvət almış və qanunsuz gənc Müsavat təşkilatına cəlb edilmiş; 1930-1935-ci illərdə Müşfiq qəddar əksinqilabi millətçi Müsavat təşkilatının üzvü idi. 1935-ci ilin axırında Müşfiq əksinqilabi millətçi hərəkətlərinə görə Məmmədkazım Ələkbərli tərəfindən əksinqilabi millətçi təşkilata üzv olunmuşdur.[13] Müşfiq M.Ələkbərli tərəfindən cəlb olunduğunu, onun Sovet dövlətinə qarşı iş apardığını “boynuna almışdır”. Mikayıl Müşfiq “boynuna almışdır” ki, o əksinqilabi təşkilatın bütün qərarlarını demək olar ki, yerinə yetirib. Buna görə də, İsmayılzadə Mikayıl Müşfiq Qədir oğlu Azərbaycan SSR cinayət məcəlləsinin 64,70,73 maddələri ilə təqsirli bilinir”.[10]

    NKVD ömrünün son günlərini yaşayan şair Hacı Kərim Sanılıya təzyiq edir.[10] Sanılı ona qarşı edilən zülmlərə, məşəqqətlərə dözə bilməyərək aşağıdakı ifadəni vermək məcburiyyətində qalır:

    ” Mikayıl Müşfiq qatı millətçi olub. Mənim iştirakımla hər dəfə həvəslə Müşfiq əksinqilabi fikirlərlə çıхış edərək deyirdi: Azərbaycan əhalisi baĢqa millətlərdən fərqli olaraq (rus,erməni) gözdən salınmışdır. Başqa millətlər (rus,erməni) Azərbaycana o öz mədəniyyətini inkişaf etdirməyə imkan vermədiyindən, nəticədə də хalq gözdən düĢmüĢ sayılır.[10] ”
    Həmin ifadədən sonra ağır işgəncələrə dözə bilməyən H.K.Sanılı dünyasını dəyişir.[10]

    Müşfiqin sonuncu istintaqı 27 noyabr 1937-ci ildə baş tutdu. SSR Ali Məhkəməsi hərbi kollegiyasının səyyar sessiyası 5 yanvar 1938-ci ildə, çərşənbə günü güllələnmə qərarı çıxardı.[13]

    1938-ci il yanvar ayının 5-də SSRİ Ali Məhkəməsinin 20 dəqiqəlik məhkəmə iclası Müşfiq barəsində güllələnmə qərarı verir.[14] Hökm yanvarın 6-da Nargin adasında yerinə yetirilir.[15][16][17]

    1956-cı il mayın 23-də SSRİ Ali Məhkəməsinin Hərbi kollegiyasının qərarına əsasən Mikayıl Mirzə Əbdülqədir oğlu İsmayılzadə (Mikayıl Müşfiq) ölümündən sonra bəraət almışdır.[18][19]

    Azərbaycan Nazirlər Soveti yanında DTK-nın rəisinə 9d-471-56 nömrəli gizli məktub gönərildi. Həmin məktubda yazılmışdı: [13]

    ” SSRİ Daxili İşlər Nazirliyinin birinci xüsusi şöbəsi, SSRİ Nazirlər Soveti yanında DTK-nın qeydiyyat qeydiyyat-arxiv şöbəsi. 23 may 1956-cı ildə SSRİ Ali Məhkəməsi Kollegiyasının İsmayılzadə Mikayıl Müşfiq Qədir oğlunun işi haqqındakı göndərişini icra olunmaq üçün göndərirəm. İsmayılzadənin yaxın qohumlarını tapıb, göndərişin mətnin tapıb tam elan etmədən, onlara ancaq işin baxılması və tarixi barədə məlumat verilsin. Hərbi kollegiya və Baş Hərbi Prokurorluğa da məlumat verilsin. DTK Azərbaycan şöbəsi idarəsinin rəisindən xahiş edirəm ki, İsmayılzadənin qanuni varislərinə müsadirə olunmuş əmlakı və ya onun dəyərini qaytarsın. İcra barədə Hərbi kollegiyaya məlumat verilsin. ”
    Müşfiqin qohumlarını axtarıb tapmaq işi Yazıçılar İttifaqına həvalə edilir. Qanuni varis olan Balacaxanım İsmayılzadə dövlət tərəfindən ayrılmış vəsaiti qəbul etmir və qəbz yazır:[13]

    ” Mən İsmayılova Balacaxanım Qədir qızı həmin qəbzi ondan ötrü verirəm ki, mənim qardaşım Mikayıl Müşfiq Qədir oğlu İsmayılzadə bəraət almışdır. Bu barədə məlum edirəm ki, Mikayıl Müşfiqin heç kəsi yoxdur, ailəsindən ancaq bir mən qalmışam. Onun yoldaşı Axundova Dilbər o vaxtdan ərə getmiş, Kirovabad şəhərində yaşayır. Evdə qalan şeylər Mikayıl Müşfiqindir. Dilbərin evdə heç bir şeyi yoxdur. Qalan şeylərə mənim ehtiyacım yoxdur. İsmayılova. ”
    Mikayıl Müşfiqin əmlakı barədə arxiv materiallarından görünür ki, “arvadı Dilbər Hacı qızı Axundzadənin həbsindən sonra onların mənzili Baksovet tərəfindən Roşevkin familiyalı vətəndaşa təhvil verilmişdi”.[13]

    Mikayıl Müşfiqin qətlində iştirak edənlər:

    Sumbatov-Topuridze Yuvalian Davidoviç Azərbaycan SSR-nin keçmiş daxili işlər üzrə xalq komissarı. İstintaq işində saxtakarlığa, həbs olunanların döyülməsinə, günahsız adamların kütləvi repressiyasına görə 1953-cü ildə həbs edilərək cinayət məsuliyyətinə cəlb olunub.
    Gerasimov Vladimir İvanoviç-Azərbaycan SSR Daxili işlər üzrə xalq komissarının keçmiş müavini 16 iyun 1938-ci ildə RFFSR-CM-nin 58-2, 58-8 və 58-11 maddələrlə ittiham olunmuşdur.
    Tsinman Lev Abramoviç Azərbaycan Daxili İşlər üzrə Xalq Komissarlığı dördüncü şöbəsinin rəisi Moskva vilayəti hərbi tribunalalrının qərarı ilə 20 illik müddətə azadlıqdan məhrum edilmişdir.
    Klinmençiç İvan Petroviç Azərbaycan Daxili İşlər üzrə Xalq Komissarlığı dördüncü şöbəsinin birinci şöbə rəisi 8 may 1939-cu ildə istintaq işində saxtakarlığa görə SSRİ Ali Məhkəməsinin Hərbi kollegiyası tərəfindən 15 illik həbs cəzasına məhkum edilmişdir.
    Platov Azərbaycan Daxili İşlər üzrə Xalq Komissarlığı dördüncü şöbəsinin həbs işləri idarəsinin əməliyyat müvəkkilinin taleyi haqqında məlumat yoxdur.
    14 mart 1956-cı ildə hərbi prokuror, podpolkovnik Plexanovun imzaladığı sənəddən əlavə başqa bir arayışda Platonov Vladimir Nikolayeviçin 1955-ci ilin martında DTK orqanlarından saxtakarlıq işlərinə görə, azad edildiyi barədə qeyd var.[13]
    2018-ci ilə qədər şairin cəsədinin dənizə atılması ehtimal edilirdi.[20] Azərbaycan əsilli rusiyalı milyarder Fərhad Əhmədov atası Teymur Əhmədovun qalıqlarını axtararkən Stalin repressiyası illərində cəzalandırılanların bir çoxunun qalıqlarının da uyuduğu Qaradağ rayonunun Puta qəsəbəsində Azərbaycan şairi Mikayıl Müşfiqin qalıqlarını aşkar etdiyini bildirmişdi.[20] Hal-hazırda qalıqların üzərində DNK ekspertizası aparılır.[21]

    Ailə üzvlərinin sonrakı taleyi
    Sovet rejimi təkcə ziyalıları deyil, onların ailə üzvlərini də cəzalandırırdı. Belə ki, şairin böyük bacısı Böyükxanımı tutmağa gələndə o, üç litrlik nefti başına tökərək özünü yandırır.[13]

    İdarə işçiləri Müşfiqin kiçik bacısını və arvadını həbs etmək üçün yollar axtarırlar. Müşfiqin həbsindən sonra ailənin növbəti qurbanı 8 saylı məktəbdə müəllim işləyən bacısı İsmayılzadə (Şükürlü) Balacaхanım Qədir qızı olur.[10][13] Əvvəlcə Balacaxanımın həbsindən ötrü fənd qurulur. Altı ayın gəlini olan Balacaxanımın həyat yoldaşı Şükür Şükürlü bir bəhanə ilə həbs olunur. Ancaq ondan dəqiq bir söz öyrənə bilməyib buraxırlar.[13]

    Daha sonra M.Müşfiq 25 oktyabr 1937-ci ildə istintaqa çəkilir. İstintaq zamanı şair bacısı Balacaxanımın həyat yoldaşı Şükür Şükürlünü əksinqilabi millətçi təşkilata cəlb etməkdə ittiham olunur. Lakin Müşfiq bunu rədd etdi və bildirir ki, onunla heç vaxt əksinqilabi söhbətlər aparmayıb. İstintaqı aparan şəxs şairin nəzərinə Ələkbərlinin 1937-ci ilin 15-17 sentyabrında verdiyi izahatı çatdırır. Həmin izahatda Ələkbərli M.Müşfiqin cəlb etdiyi adamların arasında şairin bacısının ərini tanıdığını bildirmişdi. Ancaq şair bu ittihamların heç birini qəbul etmir.[13]

    Sovet rejimi Balacaхanım müəlliməni məhz qardaşına görə şərləyib işdən хaric edir.[10] Balacaxanım Şükürlü 9 sentyabr 1937-ci ildə məktəbə dərs deməyə gedəndə dərs hissə müdiri Sultan Murad ona işdən çıxarıldığını deyir. [13]

    “Göylərin lacivərd ətəklərində” adlı kitabda qeyd olunur ki, işdən çıxarıldığını öyrənən Balacaхanım Şükürlü həmin gün Voroşilov Rayon Xalq Maarif şöbəsinin müdiri Səkinə Axundovaya müraciət edir. O, Axundovadan işdən çıxarılmasının səbəbini soruşan Balacaxanım Şükürlü Axundovanın ona olan sərt reaksiyasndan qəzəblənərək stolun üstündəki mürəkkəbqabını yerə çırpır. Bundan istifadə eləyən Səkinə Axundova Balacaxanımı Voroşilov rayonunun katibi, Odessa yəhudisi olan Okinşeviçə şikayət eləyir. Şikayət eləməklə yanaşı, həm də şər ataraq söyləyir ki, xalq düşməninin bacısını işdən çıxarmışam və o da gəlib xuliqanlıq edərək mürəkkəbqabını üzərimə atmış, dövlət əmlakına ziyan vurmuşdur. Bununla da Balacaxanımı həbs edib Bayıl təcridxanasına gətirirlər. Dindirilmə zamanı Balacaxanım Şükürlüdən Okinşeviçə hansı sözləri söylədiyi soruşulur. O isə belə cavab verir:[13]

    ” Okinşeviçə dedim, madam ki, mənim sözlərimi başa düşməyirsiniz o zaman buradan siz durun, bir azərbaycanlı otursun, çünki bura Azərbaycandır. Bura turetski şəhərdir, burda azərbaycanlı olmalıdır, nəinki siz. Eyni zamanda mənim dediyim “turetski şəhərini” raykomda mənim üzərimə “Trostki” adı qoydular. Bu sözlərin əsasında mən də hiddətlənib Okinşeviçin stolunun üstündən su qrafinkasını götürüb stolun üstünə vurdum. Mənim bütün bu sözlərim yalnız işimdən ötəri olub.
    Göstərmək istəyirəm ki, Okinşeviçin bir də qabinəsində söz soruşanda o, mənə dedi ki, sən xalq düşmənisən. Mən də onun sözlərindən hiddətlənib dedim ki, sən də “vraq narodasan”, çünki sizə şikayət olanda heç əhəmiyyət verməyirsiniz. Eyni zamanda azərbaycanlılara əhəmiyyət verməyirsiniz.


    Axundova Səkinə Rüstəm qızı, Stepenşikov Vasiliy Pavloviç, Hüseynov Səməd Hüseyn oğlu, Qasımov Çəlbi İbrahimoviç, Tarasova Mariya Yevlamovna, Qolumb Yakov İosifoviç, Abramovna Nataliya Afanasiyevna, Yüzbaşev Simon Manaroviç, Ayriyan Ruben Cumşudoviç-rus, yəhudi, erməni, türk daxil olmaqla, cəmi 9 nəfər Balacaxanımın üzünə durur, demədiyini boynuna qoyurlar.[13]

    “XX əsrdə repressiyaya məruz qalanlar” adlı kitabda isə qeyd olunur ki, işdən azad olunduğunu bilən Balacaхanım Şükürlü həmin gün Voroşilov Rayon Xalq Maarif şöbəsinin müdiri olmuş Aхundovaya müraciət edir. Lakin ondan bir müsbət cavab ala bilməyən müəllimə Voroşilov rayon partiya komitəsinin katibi Ankişeviçə müraciət edir.[10] Ankişeviç müəllimənin Müşfiqin bacısı olduğunu bilib, onu хalq düşməni, əksinqilabçı, antisovetçi kimi təhqir edib kabinetindən qovur.[10] Ankişeviç bir qrup öyrədilmiş şəхsləri yanına çağırıb Balacaхanım Şükürlüyə qarşı akt tərtib edir.[10] Həmin şəхslər tərəfindən rayon milis (polis) şöbəsinə müəllimənin ― хuliqanlığı barədə müraciət edilir.[10] Akta rayon Xalq Maarif şöbəsinin müdiri Səkinə Rüstəm qızı Aхundova, inşaatda fəhlə işləyən Vasiliy Pavloviç Straçennikov, 13 saylı məktəbin metodisti Sahib Hüseyn oğlu Hüseynov, 10 saylı məktəbin dərs hissə müdiri Çələbi İbrahim oğlu Qasımov, teleqrafda teхnik işləyən Mariya Yevlamkovna Tarasova, rayon partiya komitəsinin təlimatçısı Yakov İosifoviç Qolumb, bölmə müdiri Natalya Afanasevna Abramova, Voroşilov rayonunda təbliğatçı işləyən, ştatlı―danosbaz Ruben Cümşüdoviç Ayriyan imza atırlar.[10] Həmin hadisənin bilavasitə iştirakçısı olan Ankişeviç nədənsə akta imza atmır.[10] Lakin bu hadisədən heç хəbəri olmayanları akta imza atmağa cəlb edirlər. 13 sentyabr 1937-ci ildə 3 saylı şəhər milis (polis) şöbəsi Balacaхanım Şükürlünü Ankişeviçi təhqir etmiş, əksinqilabi, antisovet sözlər deməklə kifayətlənməmiş, mürəkkəbqabını onlara tərəf atma iddiası ilə həbs edir.[10] Balacaхanım Şükürlünü altı il müddətində azadlıqdan məhrum edilməsi üçün qərar çıхarır.[10]

    Şahverdiyanın sədrliyi ilə keçirilən məhkəmədə Balacaxanıma 72-ci maddə ilə 6 il iş kəsilir [10][13] və Arxangelskə sürgün olunur. O, 1943-cü ildə sürgündən qayıtmamaq şərtilə Plisetskaya stansiyasındakı məhbəs düşərgəsində tibb bacısı işləyir. Həbs müddəti bitəndən sonra qospitalda çalışır. Azərbaycana qayıtmağına icazə vermədiklərinə görə Özbəkistanın Kokand şəhərində 1 may 1947-ci ilədək 4 il müddətində şəhər ticarəti şəbəkəsindəki atelyedə dərzi kimi fəaliyyət göstərir.[13]

    Balacaxanım Şükürlüyə 1948-ci ildə Azərbaycan gəlməyə icazə verirlər. O, Şamaxıda iki illik tibb bacısı ixtisası verən məktəbə daxil olur. Balacaxanımı 1950-ci ildə Mərəzəyə işləməyə göndərirlər. 24 avqust 1956-cü ilədək Şamaxının müxtəlif rayonlarında tibb bacısı kimi fəaliyyət göstərən Balacaxanım həbs olunduğu şəhərə qayıtmağa icazə alır. Bakıya gəlib Ortepediya və Cərrahi bərpa İnstitutuna tibb bacısı vəzifəsinə işə düzəlir.[13]

    Balacaхanım İsmayılzadə 5 iyun 1954-cü ildə 25 №-li protokolun 9-cu paraqrafı ilə (Azərbaycan SSR Ali Sovetin prezidiumunun qərarı) bəraət alır.[13][10]

    1938-ci ildə Mikayıl Müşfiqin Gəncədəki dostu olan Səlman Əhmədli onun ölmünə yazdığı şeirə görə ailəsi ilə birlikdə dörd illiyinə Türkmənistanın Krasnovodsk şəhərinə sürgün edilmişdi.[22]

    Şəxsi həyatı
    Mikayıl Müşfiq özünün ən birinci vəzifəsini insanları təhsilə, elmə yönəltməkdə, şagirdlərdə ədəbiyyata maraq oyatmada görürdü.[6] Müşfiq nadir hafizə sahibi idi. O öz hafizəsinə arxayın olub, çox vaxt qoşduğu şeiri uzun müddət vərəqə köçürməyib, şeirlərini, eləcə də bir çox klassik şairlərin əsərlərini əzbərdən bilirmiş.[6]

    Sosializm quruculuğu illərində həyata keçirilən bir sıra reformalardan Müşfiq çox razı olub. Ərəb əlifbasının latın əlifbası ilə əvəz olunması haqda şair hətta şeir də yazıb.[6] Amma həmin illərdə tarın qadağan olunması ilə bağlı söz-söhbət Müşfiqi də, yaxın dostu tarzən Qurban Pirimovu da bərk sarsıdıb.[6][23] Müşfiq evlərinə qonaq gələn Pirimova tarın qadağan olunmasının xalqa ancaq ziyan vuracağını deyib.[6] Müşfiqin həyat yoldaşı Dilbər Axundzadə qeyd edirdi:

    ” O, ustaddan tarı götürüb çalmasını xahiş etdi. Qurban müəllim tarı sinəsinə sıxıb “Yetim segahı” çalmağa başladı. Tar dilə gəldi, tar inildədi, tar hönkürdü… Tarın qopardığı nalələr anında Müşfiq özünü çəkdiyi papirosun dumanlarına bürümüşdü. Birdən onu gördüm ki, Müşfiqin yanıqlı səsi tarın naləsinə qarışdı və həmin günlərdə yazdığı “Oxu tar” şeirini söyləməyə başladı. Xoşbəxtlikdən, onların həyəcanı uzun sürmədi. Tar qadağan edilmədi…[6] ”

    Mikayıl Müşfiq həyat yoldaşı Dilbər Axundzadə ilə. 1936-cı il
    1931-ci ilin mayında Müşfiq Geoloji İnstitutun buraxılış gecəsində Dilbər Axundzadə ilə tanış olur.[6] Dilbər xanım Müşfiqin əmisi arvadı Fəramuşla tələbə yoldaşı olub.[6] Tanınmaqda olan gənc şairlə Dilbəri əmisi arvadı tanış edib.[6] Təsadüfi bir neçə görüşdən sonra Müşfiq Dilbər xanıma sevgi məktubları göndərib, hər görüşə yeni şeirlə gəlib. Müşfiq növbəti görüşlərin birində Dilbər xanıma elçi göndərmək və tez vaxtda nişanlanmaq istədiyini bildirib.[6] 1932-ci ilin aprel ayında cütlük nişanlanıb.[24] Onların kəbini isə təxminən bir il sonra, 1933-cü il iyun ayının 20-də kəsilib.[6]

    1937-ci il noyabr ayının 1-də artıq NKVD inspektoru Kolqinanın təqdimatı ilə M.Müşfiqin həyat yoldaşı Dilbər Axundzadənin həbsi üçün rəis müavini Borşev qərar çıхarır.[10] Noyabr ayının 2-də isə Dilbər Aхundzadə həbsi üçün order yazılır.[10] M.Müşfiqin güllələnməsinə dörd gün qalmış Dilbər Aхundzadə vətən хainin həyat yoldaşı kimi həbs edilir.[10]

    Həyat yoldaşının güllələnməsindən bir ay keçməmiş təhlükəsizlik leytenantı Q.B.Avanesov tərəfindən ilk dindirilmə aparılır.[10] Dilbər хanım iki aylıq əzab-əziyyətli ingəncələrə dözməyərək psiхi gərginlik keçirir.[10] O, 28 fevral 1938-ci ildə 1 saylı Əsəb хəstəlikləri хəstəхanasına müalicəyə göndərilir.[10] Həmin хəstəхananın baş həkimi İ.İ.Antonov və qadın şöbəsinin müdiri A.A.Əsgərovun 19 fevral 1939-cu il tariхdə tərtib etdiyi aktda Dilbər Aхundzadənin müalicə olunduğu zaman gəldiyləri nəticədən aydın olur ki, хəstə müalicə olunan zaman sistemsiz danışığı, suallara cavabı başa düşülməzdir.[10] Onun heç nə ilə maraqlanmadığı, suallara ötəri cavab verdiyi qeyd olunur.[10] 1938-ci ilin oktyabr ayından o sakitləşəndən sonra hallusinasiya halları keçirir.[10]

    7 mart 1939-cu ildə Respublika prokurorluğunun хüsusi işlər şöbəsi D.Aхundzadənin həbsdən azad olunması üçün təqdimat yazır.[10] 10 mart 1939-cu ildə NKVD-nin rəis müavini Kərimovun imza qoyduğu qərara əsasən D.Aхundzadə həbsdən azad edilir və istintaq işi arхivə verilir.[10] D.Aхundzadə həbsхanadan azad olandan sonra o yenə də özünü təqsirli bilməmiş və beləki növbəti sorğuda günahsız olduğını bir daha bildirmişdir.[10]

    Mikayıl Müşfiq barədə olan fikirlər
    Dünyanın və Azərbaycanın tanınmış ictimai və siyasi xadimlərinin Mikayıl Müşfiq barədə dedikləri fikirlər maraqlıdır. Həmin fikirlərin bir neçəsi aşağıdakı kimidir:

    “Böyük şair Mikayıl Müşfiq milli folklordan və klassik ədəbi ənənələrdən layiqincə bəhrələnməklə yaratdığı dərin lirizmə malik və doğma dilin bütün gözəlliklərini özündə ehtiva edən bənzərsiz poetik nümunələrlə Azərbaycanın çoxəsrlik bədii fikir xəzinəsini daha da zənginləşdirmişdir. Forma yeniliyi, məzmun genişliyi, romantik əhval və yüksək həyat eşqi bu söz sənəti incilərinin başlıca keyfiyyətləridir. Müşfiqin adı 1930-cu illər totalitarizminin qurbanına çevrilmiş məsum insanların xatirəsinin rəmzi və nakam şair obrazı kimi xalqın yaddaşında yaşamaqdadır.” – İlham Əliyev[3]
    “Mikayıl Müşfiqi biz hamımız sevirdik. Amma Hüseyn Cavid onu daha çox sevirdi. Onun poeziyasını çox yüksək qiymətləndirirdi. Bir dəfə mənə “poeziyanın nəhəngi” yetişməkdədir, özümüzü yığışdırmalıyıq Şaiq!” dediyi sözlərini heç unuda bilmirəm.” – Abdulla Şaiq[3]
    “Müşfiqlə 1930-cu ildə Maarif İşçiləri evi kitabxanasında çalışdığım zaman yaxından tanış oldum. Şərqin dahi şairi Firdovsinin min illik yubileyi zamanı onun əsərlərindən Azərbaycan dilində Müşfiqlə bərabər tərcümə etməyə başladıq. Firdovsini tərcümə etdiyimiz zaman Müşfiq yorulmaq bilmirdi. O, böyük inadla çalışır, mahir bir üzgüçü kimi” – Mirmehdi Seyidzadə[3]
    “Geniş salon ağzına qədər adamla dolmuşdur. Alqış səsləri dərələrdən şaqqıldayıb gələn gurultulu selləri xatırladırdı. Qarabuğdayı oğlan sağ əlini qaldırıb adamları sakit etmək istəyir, lakin alqış səsləri susmaq bilmir. Kürsidə bir an səssiz dayanan bu cavan Müşfiqdir. Mikayıl Müşfiq!… Gənc şair Mikayıl Müşfiq şeir oxuyur. Bəli o gənc idi. O, olduğundan daha artıq qüdrətli, daha gözəl bir şair ola bilərdi.” – Rəsul Rza[3]
    “Müşfiq az yaşadı, qısa sürən həyatında xalqına sədaqətlə xidmət etdi.” – Nigar Rəfibəyli[3]
    “Mikayıl Müşfiq az yaşadı. Lakin bu az müddətdə çox iş gördü. O, öz ölməz əsərləri ilə bərabər dünya ədəbiyyatının incilərini də doğma dilimizə çevirməyə macal tapdı.” – Mirvarid Dilbazi[3]
    “Müşfiqdə son dərəcə incə, şair ruhu vardı. Kobud zarafatı, bayağı zarafatları sevməzdi. Danışığında da, yaradıcılığında da zərif yumor hiss olunurdu. Bu yumor, yəni əsl zəriflik mənasında zarafat mənimlə onun arasındakı dostluğun möhkəmlənməsi üçün, elə bil sement rolunu oynayırdı. Müşfiq ürəkdən gülməyi sevirdi.” – Sabit Rəhman[3]
    “Müşfiq bir oddur ki, öz-özünü yandıracaq.” – Hüseyn Cavid[25]
    “Oxumaq, öyrənmək, düşünmək, axtarmaq, tapmaq, işləmək, yazmaq, tüğyan edən duyğular selini, baş alıb gedən fikirlər silsiləsini şeirə çevirmək, bir anını belə boş keçirmədən xalqa, onun inkişafına xidmət etmək! Mikayıl Müşfiq həyatının mənasını bunda görürdü. Lakin qəlbini, beynini, bütün varlığını hüceyrə-hüceyrə, gilə-gilə əridib təzə əsərlər yazmağa, xalqa, cəmiyyətə gözü dolusu, kamınca xidmət etməyə onu qoymadılar. Şairin zərif rübabını qaba əllər sərt daşlara çırpıb sındırdılar, onun gözəl şeirlər deyən şirin dili əbədi susduruldu.” – Xəlil Rza Ulutürk[25]
    “Müşfiq poeziya aləminə təsadüfi gəlməmişdir. Onun xalqa deməyə həm sözü vardı, həm də ehtiyacı.” – Mehdi Hüseyn[25]
    “Müşfiq haqqında düşünərkən böyük sənətkarımız Nəsimini xatırlayıram. Altı əsr əvvəl Nəsiminin başına gələnlər, altı əsr sonra ayrı qiyafədə, ayrı şəkildə onun layiqli övladı, sənət və tale balası Mikayıl Müşfiqin başına gəldi.” – Cabir Novruz[25]
    “Müşfiq xalqın bütün təbəqələrini: istər əkinçi, istər fəhlə, istər ziyalı, istər dövlət xadimi, diplomat olsun, fərqi yoxdur, ahənruba kimi özünə çəkən, çoşduran şairdir.” – Zeynəb Xanlarova[25]
    “Mikayıl Müşfiq fitrən şair yaranmışdı. O, bütün varlığı ilə ədəbiyyata, sənətə bağlı idi. Müşfiq həyatında bir gün də olsun ilhamsız yaşamırdı.” – Mirmehdi Seyidzadə[25]
    “Müşfiq elə bir parlaq şəxşiyyət və nadir istedad sahibi olan şairdir ki, nəinki yeddi il müddətində, heç yetmiş il də kifayət etməzdi. Onun bir şair kimi ən qabarıq xüsusiyyətlərindən biri həqiqəti yazmasıdır. Müşfiqin elə bir ciddi əsəri yoxdur ki, orada şəxsən həyatda tanıdığı adamların surətini, mənəviyyatını qələmə almamış olsun.” – Dilbər Axundzadə[25]
    “Müşfiq bizim nəsil üçün doğrudan da bir məktəb idi. Şeir məktəbi, qeyrət məktəbi və həqiqət məktəbi.” – Fikrət Sadıq[25]
    “Ömrümüzün hər çağında Müşfiqin büllur kimi saf, axıcı misralarını xatırlayacaq, nəğmələrini dinləyəcək, amma içəri dünyamızda daimi onun tükürpədici harayını da eşidəcəyik, “necə əl çəkim” rədifi qəlbimizdə həmişə qubar edəcək, döyünəcəkdir. Bu rədifin, bu misraların çıxılmaz kədərini, yanğısını, həsrətini ömür boyu duyacayıq.” – Anar[25]
    “Mikayıl Müşfiq, Hüseyn Cavid, Əhməd Cavad və o dövrdə yaşamış başqa sənətkarlar öz əsərlərində xalqımızın milli azadlıq fikirlərini əks etdirmişlər. Onlar öz əsərləri, elmi fəaliyyətləri ilə Azərbaycan xalqının elm və mədəniyyətinin yüksəlməsinə çalışmış və beləliklə də xalqı gələcəyə, milli azadlığa, müstəqilliyə doğru aparmışlar.” – Heydər Əliyev[25]
    İrsi
    Mikayıl Müşfiqin xatirəsinə çoxlu sayda əsərlər həsr olunmuşdur. Bunlardan Hikmət Ziyanın “Bu dərdi kim unudar”, Mədinə Gülgünün “Ölməz Müşfiq üçün”, Hüseyn Arifin “Bir gül açdı, sarı gül”, Balaş Azəroğlunun “Yenə o bağ olaydı”, Əli Kərimin “Müşfiqə”, Əliağa Kürçaylının “Müşfiqi yaşıdından sordum”, Nüsrət Kəsəmənlinin “Müşfiqin tarı” əsərlərini qeyd etmək olar.[3]

    Şəmsəddin Abbasovun nəşriyyatdan Müşfiqin sonuncu “Çağlayan” poemasının qovluğunu 1937-ci ildə xilas edib götürdüyü sonradan məlum oldu. Kitabdakı şeirlər çap edildi. 1957-ci ildə şairin bəraətdən sonra ikicildliyi çap edildi.[13]

    Əmir Hacıyev, Altay Hacıyev, Sara Vlasova, Adil Kərimov şairin rəsmlərini, Hacıağa Nəzərov, Münəvvər Rzayeva, Minayə Dəyanət qızı, Rəcəb Müslümov kimi heykəltəraşlar isə şairin heykəlini işləyib hazırladılar.[13]

    M.Müşfiqin sözlərinə Cahangir Cahangirov, Şəfiqə Axundova, Ələkbər Tağıyev, Ramiz Mirişli, Əlibaba Məmmədov, Vasif Adıgözəlov, Eldar Mansurov, Oktay Kazımi, Xanım İsmayılqızı, Elçin İmanov və b. mahnılar bəstələdilər.[13]

    Mikayıl Müşfiqin sözlərinə Zeynəb Xanlarovanın ifasında “Qal sənə Qurban” və “Sənin üçün”, Şövkət Ələkbərovanın “Qurban olduğum” və “Neçin gəlmədin”, Gülağa Məmmədov “Oxu Tar”, Eyyub Yaqubovun “Yenə o bağ olaydı”, “Küləklər” və “Ana Dedim”, Nǝzakǝt Mǝmmǝdovanın “Oxu sevdiciyim”, Alim Qasımovun “Söylə” mahnılarını qeyd etmək olar.

    Mikayıl Müşfiqin Bakı şəhərindəki heykəli
    1968-ci ildə heykəltəraş Münəvvər Rzayeva və memar Şəfiqə Rzayeva tərəfindən Mikayıl Müşfiqin heykəli işlənib hazırlanmışdır.[7] 1970-ci il iyun ayının 9-da Bakı şəhəri, Yasamal rayonu İnşaatçılar prospekti və Nəriman Nərimanov küçələrinin kəsişməsində abidəsinin açılışı olmuşdur.[7] 27 fevral 2017-ci ildə abidə “Azəravtoyol” ASC tərəfindən Mədəniyyət və Turizm Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmadan dağıdılmışdır.[26] Azərbaycan cəmiyyətinin təyziqindən sonra, 27 mart 2017-ci ildə Azərbaycan Memarlar İttifaqının İdarə Heyətinin sədri Elbəy Qasımzadə heykəlin əvvəlki yerində bərpa edilməsi haqqında məlumat yayıb.[27][28][29]

    1977-ci ildə adının ədədiləşdirilməsi məqsədilə Xəzər Gəmiçiliyi İdarəsi tərəfindən “Mikayıl Müşfiq” quru yük gəmisi suya buraxılmışdır.[7]

    1988-ci ildə aprel ayının 20-də Azərbaycan Respublikası Ali Sovetinin 1096-XI saylı fərmanı ilə Müşfiqabad – yeni şəhər tipli qəsəbə yaradılmışdır.[7] Həmin ildə 80 illik yubileyi çərcivəsində Tofiq Novruzovun, Cabir Novruzun, Aydın Zeynalovun, Nəbi Xəzrinin təşəbbüsü ilə Xızı rayonunun Sayadlar kəndində şairin atası Əbdülqədirin bağ evinin yerində “Mikayıl Müşfiq ocağı” – yaradılmışdır.[3] Muzeydə şairə simvolik məzar qoyulmuşdur.[3] 2004-cü ildə Azərbaycan Mədəniyyət Nazirliyinin sərəncamı ilə Xızıdakı “Mikayıl Müşfiq ocağı” “Mikayıl Müşfiq xatirə muzeyi” statusu almışdır.[7] 2008-ci il iyun ayının 23-də 100 illik yubileyi ilə əlaqədar Xızı rayonunun Sayadlar kəndində şairin yeni bərpa olunmuş evinin tətənəli açılışı olmuşdur.[7]

    1988-ci ildə Sumqayıt şəhərində şairin adını daşıyan tam orta məktəb 1988-ci ildə təsis edilmişdir.[30] Binanın önündə Mikayıl Müşviqin büstü qoyulmuşdur.[30]

    1989-cu ildə Sayadlar kəndində xeyriyyəçi polkovnik Əbülhəsən Əhmədovun şəxsi təşəbbüsü ilə büstü qoyulmuşdur.[7] Büst memar Münəvvər Rzayeva tərəfindən hazırlanmışdır.[7] Həmin ildə xatirəsinin əbədiləşdirilməsi məqsədilə Bakıda yaşadığı binaya (S.Rəhimov küçəsi, 108) xatirə lövhəsi vurulmuşdur.[3] 1993-cü ildə Qaradağ rayonunda şairin adını daşıyan qəsəbədə abidəsinin açılışı olmuşdur.[7] 1998-ci ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev “Mikayıl Müşfiqin 90 illik yubileyinin keçirilməsi haqqında” Sərəncam imzalamışdır.[7]

    Mikayıl Müşfiqin 100 illik yubileyinə həsr olunan poçt markası
    2005-ci ildə “Müşfiqli günlərim” kitabının son genişləndirilmiş nəşri “Gənclik” nəşriyyatında işıq üzü görmüşdür. 2007-ci il 16 apreldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Mikayıl Müşfiqin 100 illik yubileyinin keçirilməsi haqqında” Sərəncam imzalamışdır.[31] 2008-ci il Qaradağ Rayon İcra Hakimiyyətinin və “Müşfiqsevərlər” Cəmiyyətinin təşkilatçılığı ilə görkəmli Azərbaycan şairi Mikayil Müşfiqin 100 illik yubileyi təntənə ilə qeyd edilmişdir. Həmin ildə onun anadan olmasının 100 illiyi münasibətilə Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin “Azərpoçt” birliyi marka buraxmışdır.[7]

    Mikayıl Müşfiqin 110 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə əsasən 17 may 2018-ci il tarixində Sərəncam imzalamışdır.[31][32][33]

    Hal-hazırda Mikayıl Müşfiqin yaradıcılığına Rusiya Milli Kitabxanası, Rusiya Dövlət Kitabxanası, ABŞ Konqres Kitabxanası, Belarus Milli Kitabxanası, Türkiyə Milli Kitabxanası, Estoniya Milli Kitabxanası kimi dünya kitabxanlarında rast gəlmək olar.[34

  • Əhməd CAVAD

    Əhməd Cavad (tam adı: Cavad Məhəmmədəli oğlu Axundzadə) — Azərbaycanlı şair, tərcüməçi, AYB-nin üzvü (1934), professor (1933).[1]

    Həyatı

    İlk illəri və təhsili

    Cavad Axundzadə uşaqlıq illərində
    Əhməd Cavad Məhəmmədəli oğlu Axundzadə 1892-ci il may ayının 5-də Gəncə qəzasının Şəmkir rayonunun Seyfəli kəndində anadan olmuşdur. Bir çox müəlliflər şairin doğum yerini əsərlərində fərqli şəkildə göstərirlər. Yazıçı Rəhman Həsənov “Əhməd Cavad yanğısı” adlı məqaləsində şairin Seyfəli sovetliyinə daxil olan Mehrili kəndində anadan olduğunu göstərir. Babaları Cənubi Azərbaycandandır.[2]

    Atası Molla Məhəmmədəli o zamanın zəngin bilikli ziyalılarından biri idi. Zehinli, tez öyrənən uşaq kimi hər kəsin rəğbətini qazanan Əhməd məktəb yaşına çatmamış Quran oxumağı öyrənmiş və bir sıra surələri əzbərləmişdir. Atası 1898-ci ildə vəfat etmişdir. Əhməd Cavad ilk təhsilini kəndindəki mollaxanada almışdır. Ailənin qarşılaşdığı maddi və mənəvi çətinliklərlə əlaqədar olaraq anası Yaxşı xanım Gəncəyə köçərək xalça karxanasında işləməyə başlayır və Əhmədi təhsilini davam etdirmək üçün Şah Abbas məscidi nəzdində fəaliyyət göstərən ruhani seminariyasına yerləşdirir. Bu müsəlman seminariyasında uşaqlara orta təhsil verilirdi. Filologiya elmləri namizədi N.Qəhrəmanov 20 sentyabr 1985-ci il tarixli “Şair və tərcüməçi”, “Ədəbiyyat və incəsənət” əsərlərində qeyd edir ki, Əhməd Cavad İranda təhsil alıb. Lakin digər mənbələrdə bunu təsdiq edən sənədlər yoxdur.[3]

    Sovet ittifaqı qurulduqdan sonra həyatı, həbsləri və repressiyaya uğraması
    Şair, tərcüməçi, AYB-nin Cavad Azərbaycan himninin sözlərinin

    müəllifidir. Sovet hökuməti qurulduqdan sonra Quba Xalq Maarif şöbəsinin müdiri (1920-1922), Gəncədə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda Azərbaycan və rus dilləri kafedrasında müəllim, dosent, kafedra müdiri (1930-1933), Azərbaycan Dövlət Nəşriyyatının tərcümə şöbəsində redaktor (1934), “Azərbaycanfilm” studiyasında sənədli filmlər şöbəsinin müdiri (1935-1936) kimi fərqli yerlərdə işləmişdir. Lakin bu illər ərzində ona qarşı yazılan məqalələr və donoslar onun dəfələrlə həbsinə səbəb olmuşdur.

    Bir müddət o Müsavat partiyasının üzvü olmuşdur və hətta 1923-cü ildə onu dövlətə qarşı gizli fəaliyyətdə və “Müsavat” partiyasının rəhbərlərindən olan Mirzəbala Məmmədzadənin хaricə qaçırılmasında хüsusi rolunun olmasında ittiham edərək həbs etmişdilər. Sonradan elə həmin ildə deklorasiya altında azad edilmişdir.

    1925-ci ildə Ə.Cavad qələmə aldığı “Göy-göl” şeirinə bir qrup həmkarı tərəfindən əksinqilabi şeir damğası vurulur və bununla da şair həbsхanaya salınır. Damğaya səbəb şairin yazdığı bu misralardır:

    Əhməd Cavadın son şəkli

    Həyat yoldaşı Şükriyyə xanım
    ” Sənin gözəlliyin gəlməz ki saya,
    Qoynunda yer vardır yıldıza, aya!

    Oldun sən onlara mehriban daya,

    Fələk büsatını quralı, Göy göl![4]


    Şairi bu bənddə ulduzdan aydan danışıb müsavatçılara ismarıc göndərməkdə ittiham edib şeirin tərcüməsini Moskvaya göndərirlər. Şeirdə heç bir siyasi səhvin tapılmadığı barədə Bakı məlumatlandırılır nəticədə yerli idarəetmədə olanlar şairi həbsdən azad etmək məcburiyyətində qalırlar.

    1928-ci ildə Türkiyədə müsavatçıların nəşr etdikləri “İstiqlal məcmuəsi”ndə onun şeirləri də işıq üzü gördü. Əhməd Cavadın həbsi üçün səbəb axtaran bəzi həmkarları bundan yararlanaraq yorulmaq bilmədən mətbuatda “İstiqlal məcmuəsi”ndə çap olunan şeirlərinə görə onu ittiham etdilər. Cavad isə öz növbəsində “Kommunist” qəzetinin 1929-cu il 31 oktyabr tarixli sayında “Şiddətli protesto edirəm” məqaləsi ilə yazılanlara belə cavab verdi:

    ” Aprel inqilabından sonra əlaqədar olmadığım bir təşkilat tərəfindən nəşr edilən bu kitabdan xəbərim olmadığı kimi, hansı parçalarımın da oraya düşdüyündən xəbərim yoxdur. ”
    Amma bu etiraz kükrəyən kin-küdurət dalğasının qarşısında bir damlaydı. Qəzetlərdə verilən imzalı-imzasız məqalələrdə, şeirlərdə Cavad təhqir olunurdu. Müxtəlif zamanlarda ona qarşı “Sonadək ifşa etməli” (Abdulla Faruq), “Sıralarımızda düşmənlərə yer yoxdur” (Ağahüseyn Rəsulzadə), “Sıralarımızı təmizləyəlim!” (Cəfər Xəndan), “Təmizliyə başlanmalıdır!” (Məmməd Səid Ordubadi), “Amansız olmalı!” (Mir Cəlal), “Səhvlərimiz haqqında” (Səməd Vurğun), “Sayıqlığın kütləşdiyi yerdə” (Seyfulla Şamilov) adlı məqalələr yazılmışdır[5].

    1937-ci ilin mart ayında Şota Rustavelinin “Pələng dərisi geymiş pəhləvan” əsərinin tərcüməsinə görə ilk mükafata layiq görülməsinə baxmayaraq həmin ilin 4 iyununda həbs edildi. 1937-ci ilin iyununda başlanan istintaq işi həmin ilin 25 sentyabrında qurtarmışdı. 1937-ci ilin 12 oktyabrında başlanıb, cəmi 15 dəqiqə davam edən məhkəmənin sədri Matuleviç, üzvləri Zaryanov və Jiqur olub. SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyası Cavadı Azərbaycan Cinayət Məcəlləsinin 69, 70 və 73-cü maddələri ilə ittiham edib. İrəli Mn kl mnvbmöklfbbsürülən ittihamlardan birincisi o idi ki, şair 1922-ci ildən əksinqilabçı Müsavat hərəkatının başçısı olub, 1936-cı ildən isə o, Azərbaycandakı mövcud üsyankar-terrorçu təşkilata qoşularaq, qarşısına Sovet hakimiyyətini yıxmaq, Azərbaycanı SSRİ-dən ayırmaq məqsədini qoyub. Məhkəmədə hərbi hüquqşünas Kostyuşko və prokuror Rovski iştirak ediblər. Müdafiəçilər, yəni vəkillər, şahidlər isə olmayıb. Səhərisi gün isə o güllələndi. Lakin bəzi mənbələrə görə Mir Cəfər Bağırov 1956-cı ildə öz məhkəməsində Əhməd Cavadın güllələnmədiyini həbsxanada işgəncələrə dözməyərək dünyasını dəyişdiyini deyib. Onun həyat yoldaşı Şükriyyə xanım isə”Vətən xaininin ailə üzvü” olduğuna görə Qazaxıstana 8 il müddətində sürgün edilir. Sonradan Şükriyyə xanım Əhməd Cavadın Mir Cəfər Bağırovun birbaşa göstərişi ilə həbs olunduğunu demişdir. 1955-ci ilin 19 avqustunda isə şairə bəraət verilir.

    Kitabları
    Gəlmə Bismillah: Şerlər // Azərbaycan.- 1994.- 6 der.-s.4.
    Haqq bağıran səs / Tərt. və ön söz A.Əliyevanındır. – B.: Nicat, 1991.- 31 s.
    Çırpınırdı Qara dəniz: (Şer) // Yeni Azərba
    Haqqında olan əsərlər
    Salmanlı R. İstiqlal şairi Əhməd Cavad haqqında // Azərbaycan.- 2003.- 28 may.- s.6.
    Rzalı R. Altunlar yurdudur bu kasıb ölkə. – Azərbaycan himninin müəlliflərindən biri // Azərbaycan. – 2002.- 28 may.- s.8.
    Rzayeva M. Əhməd Cavadın haqqını tanıyan Türkiyə oldu // Şərq.- 2006.- 28 fevr.- s.6.
    Mustafayeva G. Müstəqil Azərbaycan respublikasının Əhməd Cavad yaradıcılığında rolu // Ədalət.- 2006.- 10 mart.- s.7.
    Qusarda ilk dünyəvi məktəbi Əhməd Cavad təşkil edib: (Qabaqcıl maarif xadimi, müharibə və əmək veteranı Sabir Piroğlanovun Əhməd Cavad haqqında xatirələri) // Azərbaycan. – 2005.- 28 may.- s.16.
    Гурбанов Ш. Я певец свободы!: Ахмед Джавад-100//Баку.-1993.-6 марта.-С.2.
    Саледдин А. Свет очей моих-Азербайджан!: К 100 летию со дня рождения Ахмеда Джавада//Литературный Азербайджан.-1992.-№4.-С.3-8.
    Afina Məmmədli Əflatun qızı.”Əhməd Cavad və Türkiyə” kitabı / 2010. Elm və Təhsil. Bakı. 160 s.

  • Almas İLDIRIM

    Həyatı

    Azərbaycan ədəbiyyatı tarixinə Almas İldırım kimi daxil olmuş şairin əsl adı Əbdülhəsəndir. Lakin uşaqlıqdan onu babasının adı ilə-Almas çağırırdılar. Şeirlərini Almas İldırım imzasıyla dərc etdirdiyindən bu adla da tanınmış və məşhurlaşmışdır.

    Almas İldırım 1907-ci il mart ayının 25-də Bakının Qala kəndində anadan olmuşdur. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra Almas İldırımın bəy nəslinə onu sovet totalitar rejimi tərəfindən həyata keçirilən cəza tədbirlərinin hədəfinə çevirir. Varlı tacir oğlu olduğuna görə o, Azərbaycan Dövlət Universitetinin şərq ədəbiyyatı fakültəsindən xaric edilmişdir.

    1926-cı ildə şair Süleyman Rüstəm ilə birlikdə “Dün bugün” adlı şeir məcmuəsinin müəllifi olur. 1928-də şeirlərində ifadə olunan millətçi ismarıclarına görə Dağıstana sürgün edilir. Sürgündə “Dağlardan xatirələr”, “Ləzgi elləri”, “Krımda axşamlar”, “Səlimxan” və “Günah kimdədir?” adlı şeirlərini yazır. 1930-cu ildə Bakıya qayıdıb “Dağlar səslənərkən” şeirlər məcmuəsini nəşr etdirir. Lakin kitab senzuradan keçməyib şairin Azərbaycan Yazıçılar Birliyindən qovulmasına səbəb olur. Bu dəfə o Türkmənistana sürgün edilir. Orada bir müddət məktəb direktoru vəzifəsində çalışır. Azərbaycandan Aşqabada göndərilən bir QPU agenti (Əkbər Ruhi) öz müşahidələri əsasında belə nəticəyə gəlmişdi ki, “A.İldırım ideolojimiz üçün zərərli bir insandır…”. Bundan sonra Türkmənistanda qalmaq Almas İldırım üçün təhlükəli idi və 1933-cü ilin iyun ayında o, yenicə evləndiyi Zivər xanımı və üç aylıq körpəsi Azəri də götürüb İrana doğru istiqamət alan qaçaqçı bir dəvə karvanına qoşulur.

    Sərhəd gözətçilərinin və gömrük məmurlarının gözünə görünməmək üçün ən çətin cığırlarla sıldırım qayalar ötüb, uca dağlar aşdıqdan sonra böyük məşəqqətlə İran torpağına çatırlar. Almas İldırım dərhal həbs olunur. 25 gün dustaqda qalır. Onu bolşevik casusu hesab edərək işgəncə verilir, istədikləri məlumatı qoparmaq üçün sinəsinə qədər soyuq suyun içərisində saxlayırlar. Bu işgəncə şairin səhhətində dərin izlər qoyur. O, sağalmaz böyrək xəstəliyinə mübtəla olur. Nəhayət, azad edilib Məşhəd şəhərinə göndərilir. Burada ürəyincə iş tapa bilməyən Almas İldırım çox yoxsul, acınacaqlı həyat sürür.

    Almas İldırım İranda qala bilməyib tezliklə Türkiyəyə gedir. 1934-cü ildə Almas İldırım Türkiyə vətəndaşlığına qəbul edildi. Almas İldırım Türkiyədə katibliklə, kargüzarlıqla məşğul olur, ibtidai məktəbdə dərs deyir. Ömrünün təqribən 12 ilini isə o, yaradıcılığını davam etdirməklə yanaşı müxtəlif ölkələrdə bucaq müdirliyində (qəsəbə bələdiyyəsində) çalışmışdır. 1952-ci ilin 14 yanvarında böyrək xəstəliyindən vəfat edən Almas İldırımın Azər, Araz, Orxan və Bakıxan adlı dörd oğlu olmuşdur. Bakının Şüvəlan kəndində Almas İldırımın adını daşıyan küçə vardır.

    1991-cü ildə şairin oğlu Azərbaycana baş çəkərkən qəflətən vəfat edir və Abşeronun Şüvəlan kəndində dəfn olunur.

    Yaradıcılığı
    Vətən həsrəti, qəribliyin hüznü Almas İldırımın demək olar ki, bütün əsərlərinin aparıcı ahəngini təşkil edir. Almas İldırım Türkiyədəki on yeddi illik həyatında jurnal və məcmuələrdə, qəzetlərdə milli şeirlərini nəşr etdirmiş, milliyətçi və istiqlalçı bir şair olaraq tanınmışdır. Yazdığı şeirlər “Boğulmayan səs” adı altında çap olunmuşdur. Bundan başqa, “Azərbaycan mahnıları” adlı kitabı da var. Azərbaycan Kültür Dərnəyinə üzv olan Almas İldırımın yazıları “Çinaraltı”, “Orxun”, “Gökbörü”, “Boz qurd”, “Kommunizmlə mücadilə” və digər qəzet və dərgilərdə dərc olunub.

    Əsərləri
    Azərbaycanca

    Seçilmiş əsərləri. Bakı: Öndər, 2004, 159 s.
    Qara dastan (şeir və poemalar). Bakı: Azərnəşr, 1994, 143 s.
    Azərbaycanın didərgin salınmış övladı şair Almas İldırımın şeirləriylə. Tərtib edəni və ön sözün müəllifi Hacı Hacıyev. Bakı: 1990, 30
    Rusca

    Азербайджан; До свидания, Баку! (cтихи) (Авторский перевод А.Фересетели). “Молодёжь Азербайджана”, 1993, 14-24 апреля.
    Прощай Баку!; Азербайджан (стихи) (Перевод В.Кафарова). “Баку”, 1993, 20 июля.
    Что было?; Не вернулся (стихи) (Авторизованный пер.А.Манафова). “Молодёжь Азербайджана”, 1994, 31 декабря.
    Haqqında olan ədəbiyyat
    Azərbaycanca

    A. Həsənoğlu. “Ölməz eşqim Almas Yıldırım (Almas Yıldırımın şəxsiyyəti və poetikası), Bakı: Ozan, 2007. 200 s.
    A.Həsənoğlu.”Boğulmayan səs” pyesi. “Yeddi qapı” kitabı. Bakı: Nurlan, 2004, 344 s.
    E.Bəşirova. Milli azadlıq mübarizi Almas İldırım. Bakı: Qartal, 1999, 71 s.
    N.Ələkbərli. Üç budaq: Əhməd Cavad, Mikayıl Müşfiq, Almas İldırım. Bakı: Gənclik, 1999, 191 s.
    B.Nəbiyev. Didərgin şair. Bakı: Sabah, 134 s.
    N.Xəzri. Allahım, mən neçin şair doğuldum. “Ədəbəbiyyat və incəsənət”, 1990, 30 noyabr.
    M.Məsimoğlu. Nerdə məni gül qoynunda doğuran… “Yeni Azərbaycan”, 2001, 24 avqust.
    M.Teymur. Mühacirlərimiz. “Azadlıq”, 2006, 18 mart.
    A.Ülvi. Almas İldırım-90. “Xalq qəzeti”, 1997, 18 oktyabr.
    K.Vəliyev. Əlvida, ey gözəl Bakı… “Açıq söz”, 1990, N1, s.18-19.
    V.Yusifli.Qara dastan. “Yeni Azərbaycan”, 2003, 27 iyul.
    V.Yusifli. “Yol ver, yol ver öz yurduma gedim. “Аzərbаycаn”, 2004, s.3.
    Rusca

    Кафаров В. Бакинец возврашается в Баку (О поезии А.Ильдырыма). “Баку”, 1993, 20 мая.
    Манафов А. Соловей печальных песен (О поеме Алмас Ильдырыма). “Молодёжь Азербайджана”, 1993, 22-29 мая.

  • Cəfər CABBARLI

    Cəfər Cabbarlı (tam adı: Cəfər Qafar oğlu Cabbarlı) (20 mart 1899, Xızı, Rusiya İmperiyası – 31 dekabr 1934, Bakı, Azərbaycan SSR, SSRİ) — azərbaycanlı dramaturq, şair və nasir, teatrşünas, kinoşünas, tərcüməçi, kinossenarist, jurnalist, aktyor, rejissor, əməkdar incəsənət xadimi (25 aprel 1933[1]).

    Həyatı

    Erkən illəri
    Cəfər Cabbarlı 1899-cu il martın 20-də Bakı quberniyasının 110 km-də yerləşən Xızı kəndində (hazırda rayon mərkəzidir) yoxsul kəndli ailəsində anadan olub.[2] Kömürçü işləyən Qafar Cabbarlı görmə qabiliyyətini itirdikdən sonra ailə məcburiyyət qarşısında Bakıya köçərək, “dağlı məhəlləsi” adlanan yerdə yaşamağa başlayıb.[3] Cəfərin üç yaşı olanda atası vəfat edib. Evin yükü anası Şahbikə xanımın üzərinə düşüb.[3] O, imkanlı ailələrin paltarlarını yuyub, çörək bişirərək Cəfəri dini məktəblərə qoyub.[3] Cəfər arasıra Xızıya gedir, orada aşıqsayağı şeirlər yazan bibisi Zərnişanla, dağ kəndlərindəki qohumları ilə görüşürdü.[4]

    Təhsili

    Cəfər Cabbarlı gənclik illərində
    Şahbikə xanım Cəfəri təhsildən məhrum etməmək üçün, əvvəlcə məhəllə mollasının yanında “çərəkə” oxumağa, bir müddət sonra isə molla Qədirin yanına quran oxumağa qoyur.[5] Mollaxananın ona bir şey vermeyəcəyini başa düşən Cəfər başqa uşaqlar ilə birlikdə 1905-ci ildə “Starıy Poçtovı-25”-də Hacı Məmmədhüseyn Bədəlovun şəxsi mülkündə açılan üçsinifli “7-ci müsəlman və rus” məktəbinin birinci sinfinə daxil olur.[5] Cəfərin ilk müəllimləri pedaqoq-yazıçı Süleyman Sani Axundov, Abdulla Şaiq, Rəhim bəy Şıxlinski, Əliməmməd Mustafayev idi.[5] Cəfər Cabbarlı 1908-ci ildə “7-ci müsəlman və rus” məktəbini bitirərək bir müddət ailəyə kömək edir.[5] Sonralar Bakıda Alekseyev adına “3-cü ali ibtidai” məktəbdə oxuyur. 1915-ci ilin aprelin 2-də Cəfər məktəbi bitirir.[5]

    1915-ci ildə Bakı Politexnik Məktəbinin elektro-mexanika şöbəsinə daxil olan yazıçı 1920-ci il mayın 6-da təhsilini başa vuraraq şəhadətnamə və attestat alır.[6] Sonra Azərbaycan Dövlət Universitetinin Tibb fakültəsinə daxil olur. Lakin o, ərizə yazıb həmin fakültədən çıxır.[6] 1923-cü ilin sentyabrından Cabbarlı səhnə aləmi və teatr tarixi ilə yaxından tanış olmaq məqsədilə Bakı Türk Teatr Məktəbində mühazirələrə qulaq asmağa başlayır. Eyni zamanda 1924-cü ildə Azərbaycan Dövlət Universitetinin Şərq fakültəsinin tarix şöbəsində də təhsilini davam etdirir.[6]

    1915-1920-ci illər Cəfər Cabbarlının təkcə tələbəlik illəri deyil, ədəbiyyata, sənətə gəldiyi dövr idi. O, bir-birinin ardınca “Vəfalı Səriyyə, yaxud göz yaşları içində gülüş”, “Solğun çiçəklər”, “Nəsrəddin şah”, “Trablis müharibəsi” və ya “Ulduz”, “Ədirnə fəthi”, “Bakı müharibəsi”, “Aydın” kimi Azərbaycan əsərlərini qələmə almış, lirik və satirik şeirlərlə, bir sıra hekayələrlə müxtəlif mətbuat orqanlarında çıxışlar etmişdir.[7]

    Ailəsi
    1924-cü ildə Cəfərin böyük qardaşı Hüseynqulu vəfat etdi. Bu ölüm Cəfəri çox sarsıtdı, çünki Hüseynqulu ona qardaşlıqla yanaşı atalıq etmişdi.[6] Cəfər ailənin ən kiçik uşağı idi. Onun atası Qafar kömürçülüklə məşğul olurdu. Anası Şahbikə xanım isə evdar qadın idi.[6]

    Cəfər 1922-ci ildə əmisi qızı Sona xanımla ailə həyatı qurdu.[6] Bu evlilikdən onun Aydın və Gülarə adlı 2 övladı oldu. Onun böyük oğlu Aydın Cabbarlı 1924-cü ildə anadan olmuşdur.[6] O, tibb elmləri namizədi idi. Qızı Gülarə Cabbarlı isə filoloq, həmçinin Cəfər Cabbarlının ev-muzeyinin direktoru idi.[6]

    Yaradıcılığı
    İlk dövr
    Cabbarlı ədəbiyyata şeirlə gəlmişdi və ilk mətbu şeirləri 1911-ci ildə “Həqiqəti-Əfkar” qəzetində dərc olunmuşdu. 1915-ci il aprel ayının 3-də “Məktəb” jurnalının 6-cı nömrəsində onun “Bahar” adlı şeiri nəşr olunmuşdu. “Məktəb” jurnalı tutduğu mövqe və məktəblilər arasında geniş yayılması ilə C.Cabbarlını da özünə cəlb edə bilmişdi. C.Cabbarlının yaradıcılığa başlamasında “Məktəb” jurnalının da müəyyən rolu olmuşdur.[8]

    1915-ci ildə “Qurtuluş” jurnalı tərəfindən elan edilmiş müsabiqədə Cabbarlının “Qürub çağı bir yetim” şeiri bəyənilmiş və o, birincilik qazanaraq Sabirin “Hophopnamə”si və “Qurtuluş” jurnalının birillik abunəsi ilə mükafatlandırılmışdı.[9]

    Gənc Cabbarlı hələ uşaq yaşlarından insanların ağır vəziyyətini, cəmiyyətin yoxsullara və varlılara bölündüyünü görür, ağır, məşəqqətli həyat içərisində yaşamasını müşahidə edir və bütün bunları qələmə almağa, onlara öz münasibətini bildirməyə çalışır. Ayrı-ayrı ailələrin ağır vəziyyəti onu düşündürür. O, düşündüklərini “Boranlı qış gecəsi”, “Bayram saxlayanlara”, “Dilənçi” və “Novruz bayramına hazırlaşan müsəlmana töhfə” kimi şeirlərində əks etdirmişdir.[10]

    “Hürriyyəti-nisvançılara protesto”, “Arvadlar deyirlər”, “Kişilər deyirlər”, “Qızlardan kişilərə protesto” və başqa şeirlərində şair vaxtilə dəb halını almış qadın azadlığı məsələsinin yarımçıq həll edildiyindən, qadınların hələ də ibtidai hüquqlardan məhrum olduğundan bəhs edirdi. Bəzən şairin tənqid atəşi ictimai, siyasi məsələlərə doğru yönəlir, dövlət quruluşundakı nöqsanları ifşa edir.

    Cəfər Cabbarlının pyes və hekayələrində olduğu kimi, satirik şeirlərində də kapitalizm şəraitində qadına münasibət məsələsi mühüm yer tutur. Yazıçı satirik şeirlərində cəmiyyətinin qadına mənfi münasibətlərini tənqid edərək, onları öz hüquqlarını müdafiə etməyə çağırır.

    Cabbarlı ilk şeir, hekayə və dramlarını 1915-1916-cı illərdə yazmışdır. İlk hekayələrindən olan “Aslan və Fərhad”ın üzərində 15 iyul 1916-cı il tarixi var. “Mənsur və Sitarə” hekayəsinin əlyazma nüsxəsi və həmçinin “Sitarə” adlı opera 1915-ci ilin axırları və ya 1916-cı ilin ortalarında yazılmışdır.

    Cabbarlı yaradıcılığa şeirlə başlasa da, ən məşhur əsərlərini dramaturgiya janrında yazmış və Azərbaycan dramaturqu və teatr xadimi kimi tanınmışdır. Xalqın tərəqqisinin ana xəttini mədəniyyətin, teatrın inkişafında görən sənətkar bir-birinin ardınca gözəl səhnə əsərləri yaratmış, eyni zamanda incəsənətin müxtəlif sahələrində də fəaliyyət göstərmişdir.

    C.Cabbarlının yaradıcılığının ilk dövrünə aid olan “Vəfalı Səriyyə yaxud göz yaşları içində gülüş]]” əsərinin üzərindəki qeydə görə əsər, 30 dekabr 1915-ci ildə yazılmışdır. Müəllif bu əsərində cəmiyyətdəki ədalətsizlikdən bəhs edir, gördüyü haqsızlıqlara qəzəb və nifrətini bildirirdi. “Vəfalı Səriyyə yaxud göz yaşları içində gülüş” əsərindən sonra yazıçı “Solğun çiçəklər” əsərini yazmışdır. Əsər 1915-ci ildə yazılmışdır. Dramda yazıçı ictimai quruluşa qarşı öz etirazını bildirmişdir. Yazıçı “Solğun çiçəklər”də yaşadığı burjua-mülkədar cəmiyyətinin ziddiyyətlərini əsas götürərək, onu bir ailə daxilində verməyə çalışmışdır. Eyni zamanda həmin cəmiyyətdə hakim rolu olan pulun və dövlətin insanların əxlaqını pozaraq, daxili aləmlərini eybəcərləşdirdiklərini, sədaqətli, təmiz qəlbli insanlara əzab və işgəncələr verildiyini ifşa etmişdir. Əsər ilk dəfə 1916-cı ildə İsmailiyyə Sarayında oynanılmışdır. Pyes ailə-məişət mövzusuna həsr olunmuşdur. Əsərdə Cabbarlı həyatı realist boyalarla təsvir edərək, ədalətsizliyin, fəlakətlərin mənbəyini göstərə bilmişdir.

    “Nəsrəddin şah” C.Cabbarlının ilk tarixi pyesidir. Ədibin əlyazmaları içərisində “Nəsrəddin şah” pyesinin variantlarının ən köhnəsi təxminən 1916-cı ilə aiddir. Əsərdə Cabbarlı İranda hökm sürən şah despotizmi (Qacarlar) fonunda zəhmətkeş kəndlilərin ağır həyatını, xanların azğınlığını, mütərəqqi İran gənclərinin azadlıq uğrunda mübarizəsini göstərmişdir.

    Cəfər Cabbarlı Azərbaycanda ilk dəfə olaraq tarixi dram janrını milli-azadlıq ideyaları ilə, geniş xalq kütlələrinin şah mütləqiyyətinə qarşı çıxışı ilə zənginləşdirmişdir.

    “Nəsrəddin şah” pyesində istibdad və mütləqiyyətə qarşı geniş xalq kütlələrinin mübarizəsinin əks olunması onun fərqli xüsusiyyəti olmuşdur. Azərbaycan dramaturgiyasında və Cəfər Cabbarlının yaradıcılığında tarixi mövzunun işlənilməsi “Nəsrəddin şah”la yeni mərhələ idi. “Nəsrəddin şah” ilk dəfə 1919-cu ildə Aşqabadda tamaşaya qoyulmuşdur.

    Cabbarlı 1917-ci ildə Osmanlı tarixinə dair “Trablis müharibəsi” və ya “Ulduz” və “Ədirnə fəthi” pyeslərini yazmışdır. Hər iki əsərin mövzusu türklərin yadellilərə qarşı apardığı rəşadətli mübarizələrdən götürülmüşdür. Obraz və mövzu yaxınlığını nəzərə alaraq “Ədirnə fəthi” pyesini “Trablis müharibəsi” pyesinin davamı hesab etmək olar.[11] Bu əsərlər türk məişətini, türk qəhrəmanlığını və şücaətini təbliğ etdiyi üçün hələ yazıldığı gündən vulqar və sovet tənqidi tərəfindən “pantürkist”, “panislamist” təmayüllü əsərlər kimi qarşılanmış, az sonra tamamilə səhnədən çıxarılmışdır.

    “Trablis müharibəsi” və “Ədirnə fəthi” əsərlərinin mövzusu Osmanlı əhalisinin, Türkiyə türklərinin mübarizə dolu tarixinin yaxın keçmişindən (1911-1913-cü illər) götürülmüşdür. Cəfər Cabbarlı “Trablis müharibəsi” tarixi faciəsi ilə Nuru Paşanı bədii ədəbiyyata gətirən ilk azərbaycanlı dramaturqdur. Əsərin ilk tamaşası Novruz bayramı ərəfəsində 1918-ci il martın 10-da Bakıdakı “İsmailiyyə” binasında göstərilib.[11]

    “Trablis müharibəsi” və “Ədirnə fəthi” əsərlərini müəllif ömrünün gənclik çağında (18 yaşında), yaradıcılığının ilkin mərhələsində yazmışdır. Cəfər Cabbarlı Bakı Politexnik məktəbinin tələbəsi olmasına baxmayaraq, Osmanlı tarixinin Balkan müharibələri (1911-1913) dövrünü mətbuat məlumatları əsasında izləmiş, bəhrələndiyi tarixi faktlara yaradıcı münasibət bəsləyərək, problemlərin və xarakterlərin ziddiyyətli məqamlarını üz-üzə qoyaraq bu səhnə əsərlərini yaratmışdır.

    “Trablis müharibəsi”ndə hadisələr 1911-1912-ci illər İtaliya-Osmanlı müharibəsi fonunda cərəyan edir.

    “Ədirnə fəthi” faciəsini gənc Cabbarlı 1917-ci il oktyabrın 17-də bitirmiş, əsər ilk dəfə elə həmin il, dekabrın 15-də Abbas Mirzə Şərifzadənin təqdimatında nümayiş etdirilmişdir. Cəfər Cabbarlı “Trablis müharibəsi” və “Ədirnə fəthi” əsərlərinin ilk tamaşasından sonra verilən ziyafətdə çıxış edərək türk xalqının qədimliyindən, zəngin mədəniyyət və döyüş ənənələrinə malik olmağından söhbət açıb. “Ədirnə fəthi”ni bu mövzuya həsr etdiyini, “Trablis müharibəsi”ndə Nuru Paşanın hərbi xadim və şəxsiyyət kimi bədii obrazını təsvir etməklə yanaşı, generalın Bakının xilası uğrundakı zəfər yürüşündən bəhs olunacaq yeni əsərini yazacağına söz verib. Cəfər Cabbarlının alovlu nitqi Nuru Paşanı heyran qoyub. General ziyafətdən sonra “arkadaş” adlandırdığı Cabbarlının dəvətini qəbul edərək onun qonağı olub. Ertəsi gün Nuru Paşanın göndərdiyi hədiyyələri Cabbarlının anası Hacı Şahbikə xanım alıb. Bunlar: bir ədəd nikelli dəmir çarpayı, paltar üçün divar asılqanı və divar saatından ibarət idi.[11] Pyesin əsas məzmunu Balkan müharibələri dövründə təslimçi, riyakar mövqe tutmuş hakim dairələrə qarşı türk xalqının qəzəbi, itirilmiş Ədirnə torpaqları uğrunda vətənpərvərlik hərəkatı, qəhrəmanlıq və rəşadəti təşkil edir.

    Yazıçının “Bakı müharibəsi” əsərində 1918-ci ilin martında Bakıda baş verən qanlı hadisələr, erməni daşnaqlarının azərbaycanlılara garşı etdiyi zülmlər təsvir olunur, başda Nuru Paşa olmaqla qəhrəman xilaskar türk ordusunun şəhəri erməni vəhşilərindən xilas etməsindən danışılırdı. Həmin faciə 1919-cu il sentyabrın 16-da A.M.Şərifzadənin rəhbərliyi ilə “Türk ocağı”nda (Türk Dövlət Teatrı) tamaşaya qoyulmuşdur.[11] Lakin əsər sonradan tapılmamışdır.

    Bu dövr gənc yazıçının yaradıcılıq yolunda qanunauyğun bir mərhələ, ciddi ədəbi təcrübə əhəmiyyətinə malik idi. Bu dövrdə Cabbarlı realizm yoluna düşmüş və ictimai-məişət mövzularını işləməyə başlamışdı. İlk satirik və lirik şeirlərində o, cəmiyyətdəki nöqsanlara incə bir kinayə ilə gülməyi, onları acı-acı qamçılamağı, ifşa etməyi və onlara qarşı nifrət oyatmağı öyrənmişdi; hekayələrində insanlar arasındakı münasibətləri nisbətən geniş təsvir etməyə, yaxşı-yamanı, xeyir-şəri bir-birindən ayırmağa çalışmışdı. Bu hekayələrində Cabbarlı hələ cəsarətsiz bir şəkildə olsa da, xarakterlər yaratmağa təşəbbüs etmişdi. İlk pyeslərində isə bu təşəbbüs daha da artmışdı; yazıçı məişət səhnələrini, burjua cəmiyyəti ilə toqquşan fərdlərin faciəsini və nəhayət, ictimai ədalətsizliyə qarşı mübarizə meyllərini göstərməyi təcrübə etmişdi.

    Yaradıcılığının ikinci dövrü

    Cəfər Cabbarlıya həsr olunmuş Azərbaycan markası (1999).

    Sumqayıtda Cəfər Cabbarlı küçəsi
    Cəfər Cabbarlının 1920-1923-cü illərdəki ədəbi fəaliyyətinin nəticəsi “Aydın” (1919) və “Oqtay Eloğlu” (1921) pyesləri olub. Hər iki əsər 1921-1923-cü illərdə Azərbaycan Dövlət Teatrında tamaşaya qoyulmuş və teatrın repertuarında yer tutmuşdur. İdeya və üslub cəhətdən bir-birinə yaxın olan bu əsərlərdə Cabbarlı pulun hökmranlıq etdiyi bir cəmiyyəti, bu cəmiyyətdə əzilən zəhmətkeşlərin faciəsini göstərmişdir.

    Cəfər Cabbarlı 1922-1923-cü illərdə iki dəfə həbs olunub və işgəncələrə məruz qalıb.[12] Cəfər Cabbarlının qızı Gülarə Cabbarlı bu barədə deyir:

    Atamı həmişə pantürkizmdə günahlandıraraq onu həbs etmək üçün məqam axtarmışlar.
    1923-cü ildə onu bir neçə dəfə təhlükəsizlik orqanlarına çağırmışlar. Orada 2-3 ay əzab-əziyyətlər vermişlər. Atamın “Ədirnə fəthi” və “Ulduz” (“Trablis müharibəsi”) əsərlərində Türkiyə gənclərinin azadlıq uğrunda mübarizəsi əsas yer tutur. Elə buna görə də ona amansız işgəncələr vermişlər. Bütün bu və digər məsələlərlə bağlı təqiblərdən, əzab-əziyyətlərdən qorxmayan, usanmayan atam heç bir dostunun adını çəkməmişdir. Tutarlı faktlar tapmasalar da, atamı daim incitmişlər. Bəlkə də onun az yaşamasına səbəb elə bu təqiblər olmuşdur.[13]

    2013-cü ildə Cəfər Cabbarlının 17 iyul 1923 tarixində, Bakıda həbsxanada yazdığı şeirini tapılıb. “Açan-solan çiçəklər” adlı həmin şeirin sonunda ərəb qrafikası ilə “Bakı, F.K. 19. 17 iyul 1923” yazılıb. Çox ehtimal ki, “F.K. 19” Fövqəladə Komissiya (rus dilində “Çerezvıçaynaya Komissiya” – red.) adının baş hərflərinə, həmin idarənin 19 saylı kamerasına işarədir. “Açan-solan çiçəklər” sovet dövrünün həbsxana poeziyasınının ilk nümunələrindən biridir. İstintaq materiallarının arasından tapılan bu şeir Cəfər Cabbarlının artıq həyata, heç nəyə inamı qalmadığını əks etdirir. Şeiri C.Cabbarlı irsinin tədqiqatçısı, filologiya elmləri doktoru Asif Rüstəmli tapıb.[14]

    “Od gəlini” tragediyasını yazmaq fikri ilk dəfə Cabbarlıda 1924-cü ildə oyanmışdır. “Od gəlini” əsas etibarı ilə IX əsrdə baş vermiş tipik tarixi hadisələrə və bu hadisələrin başında duran xalq sərkərdəsi Babəkin ərəb işğalçılarına qarşı mübarizəsinə həsr edilmişdir. Əsərin ilk variantı 1925-ci ilin ortalarında hazır olduğu halda, Cabbarlı onun üzərində tam üç il də işləmiş, təkmilləşdirmiş və ancaq bundan sonra teatra vermişdir.

    1928-ci ildə dramaturq “Od gəlini” pyesi ilə tarixi mənşəyinə görə problematik, zamanına görə aktual bir mövzuya müraciət etmişdi. Əsər ilk variantında 38 şəkildən ibarət pyes kimi qələmə alınmış, tamaşaya hazırlıq prosesində isə 18 şəklə endirilmişdir.

    Sovet tənqidinin “ateist ruhlu”, dinə qarşı mübarizədə çox təsirli əsər kimi qiymətləndirdiyi faciədə konkret olaraq islam və onun ziyanlı cəhətlərinin təsviri yoxdur, lakin ərəblərin Azərbaycanda işğalçılığını, soyğunçuluğunu, xalqın adətlərinə, dininə, heysiyyatına təcavüzünü əks etdirən səhnələr bir-birini əvəz edir.

    Məmməd Əmin Rəsulzadə “Çağdaş Azərbaycan ədəbiyyatı” əsərində yazırdı:

    “Od gəlini”ni Cəfər “Çeka” həbsindən çıxdıqdan sonra yazmışdır. O, vaxtilə istər məmləkətdə, istərsə məmləkət xaricində səs salmış bir hadisəyə görə “müsavatçılar” qrupu ilə birlikdə həbs edilmişdi. Bu əsərdə atəşpərəst Azərbaycanın müsəlman-ərəb istilasına qarşı mübarizəsi təsvir edilir. Yeni sahiblər məmləkətin bütün zənginliklərini çapıb aparırlar. Neft dövlətin malı elan edilir. Ərəbistana daşınır. Azərbaycanlıları islam dinini gəbul etməyə məcbur edirlər.
    Mənzərənin rəmziliyi göz qabağındadır. Tamaşaçılar üçün “ərəb” və “islam” sözləri yerinə “rus” və “kommunizm” sözlərini qoymaq mənanı aktuallaşdırmaq üçün kifayətdir”.[15]

    “Od gəlini” əsəri 1928-ci ildə tamaşaya qoyuldu. Əsərin quruluşçu rejissoru A.A.Tuqanov idi.

    Hələ 1922-1923-cü illərdən üzərində işlədiyi “Araz çayı” mənzum faciəsini Cabbarlı oynamaq üçün Dövlət Dram Teatrına təqdim etmişdir. Çox ehtimal ki, bu mənzum faciə Azərbaycan xalqının vəhdəti məsələsinə həsr edilmişdi. O dövrdə ağızlarda gəzən “Araz çayı, qalx aradan, qoy birləşsin Azərbaycan!” misrasının da həmin faciədən olması güman edilir. Lakin təəssüf ki, bu əsər tapılmadığı kimi haqqında müfəssəl məlumat da yoxdur. 1923-cü ildən başlayaraq Cabbarlı “Qız qalası” adlı əfsanəvi poemasını “Maarif və Mədəniyyət” jurnalında dərc etdirmişdir. “Qız qalası” 1922-1923-cü illərdə yazılmışdır.

    1924-cü ildə Azərbaycan Dövlət Universitetinin Şərq fakültəsində oxuyarkən Cabbarlı ədəbi fəaliyyətini də davam etdirirdi. O, bir sıra hekayə və şeirlər yazmaqla bərabər tərcüməçiliklə də məşğul olur, ayrı-ayrı mətbuat orqanlarında məqalələrlə çıxışlar edirdi. Yazıçının teatr sənəti haqqında nəzəri düşüncələri 1924-1925-ci illərdə yazdığı “Azərbaycan ədəbiyyatının son vəziyyəti”, “Bizdə teatro”, “Azərbaycan teatr məktəbi”, 1922-ci ildə “Ədəbi mübahisələr” məqaləsini “Zəhmət” qəzetində dərc etdirmişdir və s. məqalələrində daha səciyyəvi formada öz əksini tapmış, yeni repertuarın yaradılması, sənətkar aktyorlar, aktrisa və rejissorlar yetişdirmək məsələsi irəli sürülmüşdü.

    Məmməd Əmin Rəsulzadənin qeydlərindən:

    “Cabbarlı yalnız yazıçı deyil, eyni zamanda rejissordur. Məşhur musiqi professoru Qilyer onun “Şahsənəm” adlı mənzum pyesini nota çevirərək opera yazmışdır. “Qız qalası” mənzuməsi kimi, əsərlərindən bir qismi rusca ilə bərabər, Qafqaz dillərinə də tərcümə edilmişdir. Dramlarından başqa Cabbarlının şeirləri və hekayələri də vardı. Cabbarlının dramaturqluğu Azərbaycan dramaturgiyasında mühüm bir mərhələdir”.

    1925-ci ildə dövlət teatrı üçün Şekspirin “Hamlet” faciəsini tərcümə etmiş, 1927-ci ilin əvvəllərində “Dilbər” hekayəsini çap etdirmiş, eyni zamanda F.Qladkovun “Sement” əsərindən bir parça tərcümə etmişdi. 1928-ci ildə Lev Tolstoyun “Uşaqlıq” povestini və Maksim Qorkinin “Üzügülər” hekayəsini tərcümə və çap etdirmişdi.

    Yaradıcılığının üçüncü dövrü
    Mürəkkəb ictimai-siyasi hadisələrlə zəngin olan 1920-1930-cu illər Azərbaycan xalqının həm siyasi, həm də ədəbi tarixində xüsusi mərhələ təşkil edir. Bolşevik hakimiyyəti, sovet rejimi, kolxoz quruculuğu, elliklə kollektivləşmə kimi mürəkkəb hadisələrlə xarakterizə olunan bu dövrün həqiqətlərini əks etdirən tarixi sənədlər, ədəbiyyat nümunələri çoxdur.

    C.Cabbarlı mürəkkəb, ziddiyyətli bir tarixi dövrün ədəbi səhnəsinə onun həm qaranlıq, həm də işıqlı cəhətlərini bizə çatdırmaq üçün gəlmişdir. Cəfər Cabbarlı 1920-1930-cu illərdə Azərbaycan dramaturgiyasının ən populyar dramaturqu idi. Dövrün tarixi-ictimai məzmununu təsvir və səciyyələndirmək qüdrəti məhz ona nəsib olmuşdur. Cəfər Cabbarlısız bu dramaturgiyanı bütöv, fəal, müstəqil və qüdrətli hesab etmək mümkün deyildir.

    1928-ci ildən etibarən yazıçının yaradıcılığının üçüncü dövrü başlayır. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra bir müddət dram yaradıcılığına fasilə verən yazıçı 1927-ci ildə “Sevil” əsərini yazır. Əsər qadın azadlığı mövzusuna həsr olunmuşdur. 1928-ci ildə “Sevil”in tamaşaya qoyulması ilə sanki Şərq qadınlarının azadlığı üçün bir yol açıldı.

    Qadın azadlığı Cabbarlı dramaturgiyasının əsas mövzularındandır. Cəlil Məmmədquluzadə kimi Cabbarlı üçün də qadın dərdi “köhnə bir dərd” idi. Yazıçının hekayələrinin əksəriyyəti Azərbaycan qadınının bədbəxt taleyinə həsr edilmişdir. Lakin yazıçı Azərbaycan qadınlarını donmuş bir vəziyyətdə yox, inkişafda təsvir etmişdir. Onlar get-gedə şüurlanır, insanlıq ləyaqətlərini dərk edirlər. Cabbarlının qadın surətləri passiv etirazdan başlayaraq fəal etiraza, ictimai mübarizəyə qədər yüksəlirlər.

    Qadın azadlığı hərəkatında mətbuatın və bədii ədəbiyyatın üzərinə mühüm vəzifə düşürdü və Cabbarlının “Sevil” pyesi bu mübarizədə xüsusi əhəmiyyət kəsb etdi. Əsərdə Azərbaycan qadınının dünənki, bugünkü, hətta gələcək həyatı Sevilin simasında əks etdirilmişdir.

    1930-cu illərin ədəbi-ictimai mühitinə bilavasitə təsir göstərən, böyük tamaşaçı və oxucu kütləsi arasında rezonansa səbəb olan “Sevil” pyesində dramaturq yeni cəmiyyət, yeni insan, yeni ailə və əxlaq normalarının bədii illüstrativ təsvirinə səy göstərmişdir. Əsərdə müti bir qadının keçdiyi həyat yolu, mənəvi təkamül prosesi təsvir olunur. Pyesdə ədib müasir həyat materialı əsasında köhnəlik və yeniliyin mübarizəsini əks etdirmişdir.

    1930-cu ildə Cabbarlı Türk Dövlət Teatrında bədii hissə müdiri və rejissor vəzifəsində işləməyə başladı.

    “Sevil”dən sonra dramaturqu iki mövzu düşündürürdü; onlardan biri xalqlar dostluğu, ikincisi isə yeni kənd məsələsi idi.

    C.Cabbarlının 1930-cu illər dram yaradıcılığı “Almaz” pyesi ilə başlayır. Əsərin ilk tamaşası 1931-ci il aprelin 13-də göstərilmişdi. Tamaşa böyük müvəfəqiyyət qazanmışdı.

    Sosializm quruculuğu dövrünün, 1929-1930-cu illərin əsas ictimai məsələlərindən biri kənd təsərrüfatının kollektivləşdirilməsi idi. Almazın simasında yazıçı sosializm cəmiyyəti üçün xarakterik olan bir gəncin surətini yaratmışdır.

    1931-ci ildə Cabbarlı “1905-ci ildə” pyesini tamamlayıb teatra verdi. Əsər xalqlar dostluğundan bəhs edir. Türk Dövlət Dram Teatrı 1931-ci il mövsümünü bu pyeslə açmışdır. Əsərin quruluşçu rejissoru Lyütse işi yarımçıq qoyub getdiyi üçün quruluş üzərində Cabbarlı özü işləmişdir.

    1932-ci ildə C.Cabbarlı “Dönüş” əsərini yazmışdır. Həyat yoldaşı Sona xanıma yazdığı məktubda ədib əsər haqqında bunları deyir:

    “Bir balaca pyes yazmağa başlayacağam. Burada qurtara bilməsəm, gerisini gəlib bağda qurtaracağam…”

    Cəfər Cabbarlı
    Cabbarlının 1932-ci ilin yayında yazdığı bu məktubda göstərdiyi balaca pyes – “Dönüş” pyesi idi. Yazıçı bu pyesi nə səbəbə “balaca” adlandırmışdı? Bu suala ədibin bir az əvvəl A.A.Tuqanova yazdığı məktub cavab verməkdədir. Həmin məktubda Cabbarlı bildirir ki, Dövlət Dram Teatrının yubileyi münasibəti ilə kiçik satirik bir pyes yazacaqdır. Belə məlum olur ki, Cabbarlı teatrın yubileyində tamaşaya qoymaq üçün nöqsanlarını yoldaşcasına tənqid edən bir pyes üzərində işləyirdi. Bu pyes bir və ya iki pərdəli bir komediya, “səhnəmizin güzgüsü” kimi tənqidi bir əsər olacaqdı. Lakin iş zamanı əsər getdikcə böyümüş, mövzuca genişlənmiş və axırda sosializm sənəti məsələlərini əhatə edən ciddi bir pyesə çevrilmişdi. Əsəri yazmaqda yazıçının əsas məqsədi ədəbiyyat və sənət aləmindəki nöqsanları meydana çıxarmaq, zərərli və yaramaz fikir və nəzəriyyələrdən teatr mühitini təmizləmək idi. Nöqsan isə az deyildi. Onları cəsarətlə tənqid etmək lazım idi.

    Moskvada oxuyub Azərbaycana gəlmiş gənc Gülsabah teatr kollektivini yeni repertuar, yeni üsul, möhkəm intizam uğrunda mübarizəyə çağıranda bu nöqsanlarla üz-üzə gəlir. Gülsabah gördüyü nöqsanları hamının nəzərinə çatdırır. Kollektivin köməyi ilə onları aradan qaldırmağa çalışır. O deyir: “Bir də, yoldaşlar, bizdə bir konservatizm vardır: Yenilikdən qorxmaq, köhnəliyə pərəstiş”. Gülsabahı hər şeydən artıq bu əsas nöqsan, mühafizəkarlıq narahat edir; o, konservatizmlə, köhnəliklə mübarizəyə girişir. Pyes “Oqtay Eloğlu” əsərinin davamı kimi götürülə bilər.

    “Dönüş” ilə bir zamanda, 1932-ci ildə Cabbarlı “Yaşar” pyesi üzərində də işləyirdi. Əsər 1932-ci ilin dekabrında tamaşaya qoyulmuşdu. Əsərdə yeni Azərbaycan ziyalısının obrazı yaradılmışdır. Yaşar yeni tipli gənc bir alimdir. O, öz ixtirası ilə vətən torpağını abad etmək istəyir. Pyesdə Cabbarlı köhnə elmi normalara, köhnəlmiş üsullara pərəstiş edən elmin əleyhinə çıxır, inkişafa mane olan köhnəlmiş qaydaları cəsarətlə qırıb atan yeni, təşəbbüskar elm adamlarını alqışlayır. “Yaşar” Cabbarlının son tamamlanmış əsəri idi.

    1933-1934-cü illərdə Cabbarlının səhnəyə yeni bir əsər verməməsinə baxmayaraq, bu illər də onun həyatında ən gərgin fəaliyyət illəri idi. Bu zaman o həm dram teatrında, həm opera teatrında, həm də kinoda işləyirdi.

    1934-cü ildə Azərbaycan Şura yazıçılarının birinci qurultayı keçirilib. Qurultayın 16 iyun tarixli iclasında Cəfər Cabbarlı çıxış edərək Hüseyn Cavidin yaradıcılığını tənqid edib.[16][17]

    Kino fəaliyyəti
    Cəfər Cabbarlı teatra böyük qiymət verir və onun başlıca rolunu xalqa xidmətdə görürdü. Teatr haqqında yazdığı qeydlərindən birində oxuyuruq:

    “Teatro-yüksək bədii bir dərəcədədirsə ölkə də ümumən gözəl inkişaf edəcəkdir. Mədəniyyət – elm və sənətdən ibarətdir. Teatro isə sənətin başqa qismlərini birləşdiriyor”.

    Bütün həyatını teatrla bağlamasına baxmayaraq dramaturq incəsənətin vacib sahələrindən biri olan kinoya da çox böyük əhəmiyyət verir, Azərbaycan milli kinosunun yaranması və inkişafı üçün əlindən gələni əsirgəmirdi.

    Hacı Qara (film, 1929) filmindən kadr. Ssenari müəllifi Cəfər Cabbarlıdır.
    Uzun müddət Azərbaycan Dövlət Dram Teatrında ədəbi-hissə müdiri işləyən professional dramaturq o vaxt yenicə inkişaf edən kino sənəti ilə çox maraqlanırdı. 1928-ci ildə Bakı kino fabrikində Mirzə Fətəli Axundovun vəfatının 50 illiyi münasibətilə “Hacı Qara” əsərinin motivləri əsasında “Sona” adlı kino-film çəkilir. “Hacı Qara” bədii filmi ilə Azərbaycanın ilk milli kino ssenaristi kimi tanınan Cabbarlı Azərbaycan qadınlarını qara çadradan xilas edib siyasi, iqtisadi və ictimai həyata çıxartmaq üçün kinematoqrafın böyük imkanlarından istifadə etmək fikrində idi. O, bu arzusunu “Sevil” filmi ilə həyata keçirdi.

    “Sevil” filmi 1929-cu ildə Cəfər Cabbarlının ssenarisi üzrə çəkilmişdir (1999-cu ildə filmin 70 yaşı tamam oldu). Bu film Azərbaycan kinematoqrafçılarının qadın hüquqsuzluğuna, qadın əsarətinə ilk etiraz səsi idi. Kinofilmdə Sevil rolunu oynamaq üçün münasib bir azərbaycanlı qızı axtarmaq işində Cabbarlı yaxından iştirak etmişdi. C.Cabbarlı öz qəhrəmanının ekranda surətini canlandıracaq aktrisanı tapmaq üçün Bakının küçələrinə düşüb qapı-qapı gəzərək evlərdə, idarələrdə, ali məktəblərdə azərbaycanlı qız axtarırdı. Cəfər istəyirdi ki, filmdə Sevili mütləq azəri qızı oynasın. O, bu arzusuna da özünə məxsus bir inadkarlıqla nail olmuşdu. Hətta başına qəribə macəralar da gəlmişdi. Bu axtarış zamanı aldığı təəssürat əsasında “Gülər” hekayəsini yazmışdı. Sevil rolunu Azərbaycan Dövlət Neft və Kimya İnstitutunun tələbəsi İzzət Orucova oynamışdır.[18]

    “Sevil” filmi böyük müvəffəqiyyət qazandı. Kinodakı bu işindən hədsiz dərəcədə sevinən Cabbarlı “Almaz” və “1905-ci ildə” pyesləri üzrə kinossenarilər yazdı və “Sevil”dən sonra dərhal “Almaz” filminin çəkilişlərinə başladı.

    Sona xanımın xatirələrindən:

    “Burada da qəhrəman rolunu, yəni Almazı İzzət xanım oynayırdı. Təəssüf ki, Cəfər bu quruluşu başa çatdıra bilmədi. Amansız ölüm onu bu işindən də vaxtsız ayırdı. Cəfərin sənət dostları “Almaz” filmini Cəfərsiz çəkib qurtardılar və 1935-ci ilin axırında, onun ölümünün birinci ildönümündə, işi müvəffəqiyyətlə qurtardıqları haqqında məzarı üstündə raport verdilər”.

    Sona xanım Cabbarlının xatirələrindən məlum olur ki, yazıçı ömrünün son illərini kinostudiyadakı fəaliyyətinə sərf etmiş, həyatı qədər sevdiyi teatrdan özü istəmədən uzaqlaşmağa məcbur olmuşdu.

    Cəfərin bədxahları iddia edirdilər ki, güya yazıçı Azərbaycan Dövlət Dram Teatrını monopoliyaya götürüb və nə qədər ki, Cəfər teatrdadır və yazır, onlar oraya pyes verməyəcəklər.

    Cəfər Cabbarlının bununla əlaqədar Sovet Yazıçıları İttifaqının təşkilat komitəsinə yazdığı məktubdan bir parçaya diqqət yetirək:

    “…Əgər bu doğru isə, mən dərhal teatrı tərk etməyə hazıram, təki onlar yazsınlar. Mən başqa müəssisələrə: 14 ildən bəri kimsənin heç bir şey yazmadığı və mənim bu il iki libretto yazmalı olduğum operaya; heç vaxt işləmədiyim və buna baxmayaraq repertuarını mənim “1905-ci ildə”, “Almaz”, “Yaşar”, “Sevil” pyeslərim təşkil edən rus işçi teatrına; 14 ildən bəri kimsənin heç nə etmədiyi, mən isə özümü orada borclu saydığım Azərkinoya; habelə pyeslərimin əksəriyyəti oynanılan özbək, türkmən, tacik, tatar teatrlarında, fəhlə klublarında işlərəm, nəhayət, tamamilə yazmaya bilərəm, təki o yoldaşlar yazsınlar”.

    Beləliklə də, Cəfər tamamilə teatrdan çıxıb Bakı kino fabrikində daimi işə keçdi.

    Kino Cabbarlını getdikcə daha çox cəlb edirdi. Azərbaycanda sənətin bu sahəsində lazımi kadrların olmaması vəziyyəti çox ağırlaşdırmışdı. Cabbarlı kino işlərini canlandırmaq məqsədi ilə əlindən gələni əsirgəmir, orada həm ssenarist, həm də rejissor kimi çalışırdı.

    Cabbarlı azərbaycanlılardan operator, rəssam, rejissor və kino-aktrisa yetişdirmək barədə məsələ qaldırmış, kinoda işlədiyi zaman isə bu sahədə ciddi fəaliyyət göstərmişdi. Teatrda olduğu kimi kino işinə də çox ciddiliklə yanaşan yazıçı bu sahədə milli kadrların yetişdirilməsi və hazırlanmasına böyük əhəmiyyət verirdi. “Hara gedir Azərkino” adlı məqaləsində oxuyuruq:

    “Azərkinonun rəhbərlərinə sual verəndə: nə üçün Sizdə fabrikin nəzdində yerləşən mətbəədə dörd mürəttibdən (özü də onların ikisi yenicə işə götürülüb) biri də türk deyil və türk yazıları bu dili bilməyənlər tərəfindən elə təhrif olunur ki, “gözəl qızlar”-“gözəl qozlar” kimi yazılır, onlar cavab verirlər ki, türk mürəttibləri yoxdur, burada isə türk mürəttibi özü üçün gəzir və nərd oynayır. Soruşanda ki, nə üçün Sizdə türk qadını rolunda türk qadını çəkilmir, dedilər türk qadınları yoxdur.

    Lakin elə buradaca, fabrikdə türk qadını Orucova (Azərkinonun türk olmayan 125 işçisinin içərisində həmin 8-9 türkdən biri, gözəl aktrisa) makinaçı işləyir. Kişi rollarında aktyorlar nə üçün Moskvadan, Leninqraddan, Xarkovdan dəvət olunur sualına isə heç kəs aydın cavab verə bilmir və direktor rejissorun, rejissor operatorun, operator rejissorun üstünə yıxır və s.i.a. Azərkinonun öz siması yoxdur. O, özünün şəxsi yaradıcılıq simasını tapmalıdır. Azərkinonun yeganə xilas yolu-başlıca olaraq xidmət etdikləri Azərbaycanın zəhmətkeş kütlələrinə inamsızlıqdan imtina etməsində və bu əsas kütlənin yaradıcılıq iradəsini və təbiətini özünün bütün işi üçün bazis seçməsindədir. Bizim kinofabrikanın qapılarını açmaq və oraya bu canlı yaradıcı kütləni buraxmaq lazımdır. Yalnız o, Azərbaycan kinosunun əsl simasını müəyyənləşdirməyə qadirdir. Bütün qalanlar isə yapmadır, sünidir, surroqatdır, inandırıcı deyil və deməli, bir qəpiyə də dəyməz və məhvə məhkumdur. Başqa kino təşkilatları belə işləyir və bizimki də belə işləməlidir. Bizim kinomuzun rəhbərləri bunu nə qədər tez dərk etsə, o qədər yaxşı olar. Və əgər yenə inadkarlıq etmək fikrinə düşsələr, çox guman ki, bu dəfə onların özləri üçün pis qurtaracaq. Biz isə indi xəbərdarlıq edirik, bizim kino yanlış yol ilə məhvə doğru gedir”.

    Kinoda işləməyə başladıqdan sonra Cabbarlı istirahəti tamamilə yaddan çıxarmışdı. Sona xanım Cabbarlıya yazdığı 29 avqust 1933-cü il tarixli məktubunda Cəfər Cabbarlı öz gərgin iş vəziyyətini belə təsvir edirdi:

    “…Sonra, Sonası, öz işim belədir: Moskvada qət olunub ki, kinoda “1905-ci il”in pastanovkasını ancaq mən verməliyəm. Özgə adamın verməsinə razı olmayıblar. Moskvada həll olunub ki, hansı kinolar gedə bilər və hansını hansı rejissor qoymalıdır. “1905-ci ildə” filminin rejissorundan söhbət gedəndə demişlər ki, Braginski-mraginski tanımırıq, Cəfər özü qoymalıdır. Özü də bu il olmalıdır. Və teatrdan kinoya keçməlidir. Mən dedim: teatrdan getmərəm. Sonra dedilər ki, teatrda da, kinoda da işlə. İndi gərək rejissor ssenarisinə başlayaq. Ayın 1-dən kinoda qulluqdayam. Sonra, “Səfa”nın ancaq bircə 4-cü pərdəsi qalıb. 1-ci, 2-ci, 3-cü pərdələrini qurtarmışam. Tamam-kamal. Bu yandan da Qliyer gəlib Narkomprosda deyir: gərək bir həftəyə “Şahsənəm”i qurtarasan, operada oynayaq. Deyirəm vaxtım yoxdur. Deyirlər, özgə adam eyləyə bilməz. Bu yandan da Şillerin “Qaçaqlar”ı, o yandan da “Əfqanıstan” …Xülasə, işlərim çox dolaşıqdır, haraya gedib çıxsa, sənə yazaram… Sonra, Türk teatrında “1905-ci ildə”ni quruluşda verməliyəm. Rus teatrında da “1905-ci ildə” gedir. Mayorov deyir, gərək ikili işləyək, tək qoya bilmərəm. Operada da “Səfa”nın pastanovkasını gərək mən verəm. Bizim teatrda da “Otello”nu təzələmək boynuma qalmışdır. Onlardan bir cür ilə boyun qaçırmışam. Hamısı da deyir bir vaxtda. Xülasə, aləm çaxnaşıb bir-birinə, heç bilmirəm nə edəcəyəm. Hə, “Od gəlini”ni də gərək Mayorov ilə mən işləyəm. Budur, təxminən mənim işlərim. İndi gələk sənin işlərinə…”.

    Bir daha qeyd edək ki, Cəfər Cabbarlı Azərbaycanda milli kino sənətinin inkişafında böyük xidmətləri olan şəxsiyyətlərdəndir. Azərbaycan milli kinosunun yaranmasında, bu sahədə milli kadrların yetişdirilməsində, kino işinin yeni, milli əsaslar üzərində qurulmasında Cabbarlının xidmətləri əvəzsizdir.

    O, 1928-ci ildə Mirzə Fətəli Axundovun “Hacı Qara” pyesi əsasında ssenari yazaraq Azərbaycanın ilk milli kino ssenaristi olmuş, kinematoqrafiya tariximizin qızıl fonduna “Sevil”, “Almaz” kimi filmlər bəxş etmişdir.

    Vəfatı
    Sona xanımın xatirələrindən: “Ümumiyyətlə, bu illərdə Cəfər səhhətinin pozulduğuna baxmayaraq, çox gərgin işləyirdi. Ömründə bircə dəfə də kurorta, ya sanatoriyaya getməmişdi. Hətta, bağa, yaylağa da gəlməyə vaxt tapmırdı; gələndə də ancaq işləmək üçün, yazmaq üçün gəlirdi”.

    İşə aludəliklə sarılması, get-gedə şiddətlənməkdə olan ürək xəstəliyinə əhəmiyyət verməməsi nəticəsində Cabbarlı çox zəiflədi və 1934-cü ilin sonunda, dekabrın 31-də, səhər saat 4-də vəfat etdi.[19]

    Cəfər Cabbarlının dəfn günü
    Belə ki, 31 dekabr gecə saat 4-də C. Cabbarlının həyat yoldaşı Sona xanım qəflətən yuxudan ayılır, işığı yandıranda Cəfərin gülümsər çöhrəsini və yanaqlarında donub qalmış iki damla göz yaşını görür.[20]

    Cabbarlı səhər saat 10-da Azərbaycan Yazıçılar İttifaqının sədri Məmmədkazım Ələkbərli ilə birlikdə Mərkəzi Komitənin birinci katibi Mircəfər Bağırov və Xalq Komissarları şurasının sədri Hüseyn Rəhimovla görüşməli idi. Mircəfər Bağırovun tapşırığı ilə “Pravda” qəzeti üçün yazdığı, sonralar “Firuzə” adı ilə məşhurlaşan “Bakı” novellasını respublika rəhbəri üçün oxumalı idi.[20]

    C. Cabbarlının cəsədi “Semaşko” adına xəstəxanaya aparılır. Beyni yarılmadan Moskvaya beyin üzrə tədqiqat institutuna göndərilir. Nəticədə, onun ürək iflicindən dünyasını dəyişdiyi deyilir. Lakin ədibin qəfil ölümü ilə bağlı söz-söhbət uzun müddət səngimək bilmir. Hətta Əbdülvahab Yurdsevər Ankarada çap etdirdiyi “Azərbaycan dram ədiblərindən Cəfər Cabbarlı” məqaləsində sənətkarın təzyiqlərə dözməyərək intihar etdiyini qeyd edir.[20]

    Cəfər Cabbarlı ilə xalqın son vida mərasimi 1935-ci il yanvarın 2-də İsmailiyyə binasında keçirilir. Böyük bir izdiham sənətkarı son mənzilə, Fəxri Xiyabana yola salır.[20]

    C. Cabbarlının qızı Gülarə Cabbarlının iddiasına görə, həkimlər anası Sona xanıma deyiblər ki, Cəfər Cabbarlı öldükdən sonra onun beyni çıxarılıb. Moskvaya, oradan da Leninqrada aparıblar. Orada hansısa muzeydə Maksim Qorkinin, Leninin beyinlərilə birgə saxlanılıb. Çəkisi də 2,5 kq-a qədər imiş. Leninin də, Qorkinin də beynindən böyük imiş. Sona xanımın iddiasına görə bütün bu şeylər o vaxt Dövlət Təhlükəsizlik Komitəsinin diqqətində olan məsələlər olduğuna görə heç kimə demirmiş.[21]

    Məhəmməd Əmin Rəsulzadə öz əsərində qeyd edirdi:

    “O, gənc yaşlarında, qüvvət və enerji ilə dolu ikən, 1934-cü ilin sonunda vəfat etdi. Onu dövlət hesabına dəfn etdilər. Azərbaycan komissarları onun tabutu başında növbəyə durdular və bununla onun kommunist deyilkən, kommunistliyi mənimsədiyini göstərmək istədilər. Kommunist olmadığını göstərən hadisələrdən biri də onun Moskvada toplanan ədiblər qurultayında söylədiyi məşhur nitqdir. Bu nitqində o, “həqiqi sənətkar və yazıçının şanına yaraşmayan sosial sifariş” üsulunun, yəni şairləri hökumət tərəfindən müəyyən mövzularda yazmağa məcbur edilmənin əleyhinə çıxmışdır”.[19]

    Cabbarlının coşqun bir həvəs və enerji ilə yazıb yaratdığı bir zamanda gözlənilmədən vəfat etməsi Azərbaycan ədəbiyyatı və teatrı üçün, Azərbaycan xalqı üçün böyük bir itki idi.

    Səməd Vurğunun yazdıqlarından:

    “C.Cabbarlı XIX və XX əsr Azərbaycan ədəbiyyatı tarixinin ən nadir simalarından biridir. Cabbarlı öz yaradıcılığının vüsəti, sənət xəzinəsinin zənginliyi etibarilə Mirzə Fətəli Axundovdan və Cəlil Məmmədquluzadədən (Molla Nəsrəddin) sonra XX əsr ədəbiyyatının ən görkəmli simasıdır. Cabbarlı Azərbaycan klassik dramaturgiyası və klassik şeiri zəminəsində yetişmiş, milli ədəbiyyatımızın ən gözəl ənənələrini inkişaf etdirmiş, yeni bir dramaturgiya ədəbi məktəbini yaratmış bir şəxsiyyətdir”.

    Əsərləri
    Əsas məqalə: Cəfər Cabbarlının biblioqrafiyası
    “Vəfalı Səriyyə, yaxud göz yaşları içində gülüş” (1915)
    “Solğun çiçəklər” (1915)
    “Nəsrəddin şah” (1916)
    “Trablis müharibəsi” (1917)
    “Ədirnə fəthi” (1917)
    “Bakı müharibəsi” (1918)
    “Aydın” (1919)
    “Oqtay Eloğlu” (1921)
    “Od gəlini” (1928)
    “Gülzar” (1924)
    “Dilarə” (1924)
    “Dilbər” (1927)
    “Sevil” (1928)
    “Almaz” (1931)
    “Yaşar” (1932)
    “Dönüş” (1932)
    Nəşri
    Cəfər Cabbarlı. Əsərləri: I cild – Şeirləri, “Qız qalası” poeması, hekayələri;
    Cəfər Cabbarlı. Əsərləri: II cild – Pyesləri;
    Cəfər Cabbarlı. Əsərləri: III cild – Pyesləri;
    Cəfər Cabbarlı. Əsərləri: IV cild – Kiçik həcmli və natamam pyesləri, librettoları, məqalələri.
    Xatirəsi
    Cəfər Cabbarlı mükafatı
    Əsas məqalə: Cəfər Cabbarlı mükafatı
    Cəfər Cabbarlının xatirəsini əziz tutan ailəsi və tədqiqatçıları böyük yazıçı və sənət adamının 100 illik yubileyi ərəfəsində ədəbiyyat, elm, musiqi və incəsənət sahələrində fərqlənən şəxsləri təltif etmək üçün “Cəfər Cabbarlı mükafatı”nı təsis ediblər. Cəfər Cabbarlı mükafatı ilk dəfə 1999-cu ildə, ikinci dəfə isə 2010-cu ildə[22] təqdim edilmişdir.

    Bakıda Cəfər Cabbarlının heykəli. Heykəltəraş Mirəli Mirqasımov
    Bakı metropolitenində adı verilmiş stansiya
    Bir çox şəhər və qəsəbələrdə adı verilmiş küçələr
    Cəfər Cabbarlı adına Azərbaycanfilm kinostudiyası
    Şəxsi həyatı
    Aydın Cabbarlının atasıdır.
    Gülarə Cabbarlının atasıdır.[23]
    Filmoqrafiya
    Abbas Mirzə Şərifzadə (film)
    Ağasadıq Gəraybəyli (film, 1974)
    Almaz (film, 1936)-ssenari müəllifi, əsər müəllifi
    Azadlığa gedən yollar (film, 1990)
    Bakı bağları. Buzovna (film, 2007)
    Balıqçılar (film, 1927)
    Cavid ömrü (film, 2007)
    Cəfər Cabbarlı (film, 1944)
    Cəfər Cabbarlı (film, 1969)
    Cəfər Cabbarlı. Səhnə əsərləri (film, 1973)
    Cəfər Cabbarlının dəfni (film, 1935)
    Hacı Qara (film, 1929)
    Qayıdış (film, 1992)
    Qəmbər Hüseynli (film, 2007)
    Onlar belə sevirdilər (veriliş, 2007)
    Sevil (film, 1929)
    Sevil (film, 1970)
    Solmaz bir bahar kimi (film, 1979)
    Yarasa (film, 1995)

  • Əhməd CAVAD.”MİLLİ BAYRAĞIMIZA”

    Türküstan yelləri öpüb alnını,
    Söyləyir dərdini sənə, bayrağım!
    Üçrəngli əksini Quzğun dənizdən
    Ərməğan yollasın yara, bayrağım!

    Gedərkən Turana, çıxdın qarşıma,
    Kölgən – dövlət quşu, qondu başıma.
    İzn ver gözümdə coşan yaşıma
    Dinlətsin dərdini aha, bayrağım!

    Qayi xan soyundan aldığın rəngi,
    Qucamış Elxanla müsəlman bəyi.
    Elxanın övladı-dinin dirəyi,
    Gətirdin könlümə səfa, bayrağım!

    Köksümdə tufanlar, gəldim irəli
    Öpüm kölgən düşən mübarək yeri.
    Allahın ulduzu o gözəl pəri
    Sığınmış qoynunda aya, bayrağım!

  • İbrahim İLYASLI.”Türkiyə”

    Ibrahim-Ilyasli1-300x2253

    2010-cu il avqustun 2-də Türkiyənin sərhədindəki “Sarp Sınır Kapısı”nı adlayıb ilk dəfə Türkiyə torpağına qədəm basdıq. Əsas hədəfimiz isə Ankarada Anıt Qəbiri – böyük Atatürkü ziyarət etmək idi…

    Bu duyğu nə duyğudu, bu hiss nə hissdi belə?-
    Ayağım altda torpaq, başım üstə göy dindi.
    Otlar, ağaclar, sular, quşlar gəldilər dilə,
    Ulduzlardan qəlbimə bir topa işıq endi.

    Nə zamandı bu nura, işığa yol gəlirdim,
    Bir söz əzizlənirdi ürəyimdə – Türkiyə!
    Tək səndə əlac bilib, ayağına gətirdim,
    Böyük Turan dərdini kürəyimdə, Türkiyə!

    Rizeni, Trabzonu, Ordu, Ünyeni aşdım,
    Axır gəlib qovuşdum Atatürkün şəhrinə.
    Burası Samsun, bəyim, dilim ağzıma sığmır,
    Sözüm var “Bandırma”dan Qara dəniz nəhrinə:

    “Ehey… nəhrlər nəhri, hey… dəryalar dəryası,
    Necə hökm eləyərlər gördünmü dağa, daşa:!
    Burdan sahillərinə bəxtəvərlik yaşatdı
    Mübarək qədəmiylə Mustafa Kamal Paşa.

    Burdan səsləndi türkün yağıya savaş andı,
    Məmləkətə can dedi millətin sərkərdəsi.
    Ürəklərdə intiqam ocağı alovlandı,-
    Yaxdı cəbhə xəttini ərlərin od nəfəsi”…

    “Ölüm-dirim” davası köməyə çatmayanda,
    “Ölüm-ölüm” vuruşu başladı Çanaqqala!
    Türkün top lüləsini tarixin sifətinə
    Şəhidlik zirvəsindən tuşladı Çanaqqala!

    Bu da arzumun adı – canım-gözüm Ankara!-
    Alışan bəbəklərim çatdı öz istəyinə.
    Nə zamandı göylərə dartınan barmaqlarım
    Anıt Təpədə yetdi Tanrının ətəyinə.

  • Azərbaycanda ATATÜRK Mərkəzi

    Ümummilli lider Heydər Əliyevin düşüncəsində türk dünyasının görkəmli dövlət xadimlərinə, unudulmaz şəxsiyyətlərə, mütəfəkkirlərə xüsusi bir ehtiram var idi. O, böyük Atatürkün şəxsiyyətinə və irsinə, xid-mətlərinə də yüksək sayğılar bəsləyirdi. Çağdaş müstəqil Azərbaycanın qurucusu Heydər Əliyev Türkiyə Cümhuriyyətinin yaradıcısı Mustafa Kamal Atatürkün dövlətçilik təcrübəsini Azərbaycanın milli dövlət quruculuğu prosesində daim xatırlamışdır. Atatürk Mərkəzini yaratmaq fikri də bütün türklərin mütəfəkkir insanına zamanında gördüyü işlərə görə cəmiyyətimizdə minnətdarlıq hissinin ifadəsidir. Türk dövlətlərində bu tipli mərkəzlərin yaradılması ideyası çoxdan mövcud olsa da, ilkin olaraq dövlət qurumu kimi Azərbaycanda gerçəkləşmişdir.

    Ümummilli lider Heydər Əliyev Atatürkə, Türkiyəyə və türk dünyasına ehtiramının əlaməti olaraq, 9 mart 2001-ci il tarixli sərəncamla qardaş Türkiyə ilə tarixi, milli-mənəvi, mədəni bağlılığımızın inkişafı üçün mühüm əhəmiyyət daşıyan bir təsisat – Azərbaycanda Atatürk Mərkəzini yaratmışdır. Mərkəzin fəxri sədri Azərbaycan Respublikasının Prezidentidir. Prezidentin sözügedən sərəncamında və mərkəzin əsasnaməsində bu birmənalı şəkildə vurğulanır. Atatürk Mərkəzin yaradılması zərurəti konkretdir. Bu mənada, sərəncamda qeyd olunduğu kimi, təsisat «Türk dünyasının böyük öndəri, Türkiyə Cümhuriyyətinin banisi və ilk prezidenti Mustafa Kamal Atatürkün türk tarixində tutduğu mühüm yeri nəzərə alaraq, Atatürk irsinin, ümumiyyətlə, türk tarixi və mədəniyyətinin daha dərindən öyrənilməsi və təbliğ olunması məqsədi» daşıyır.

    Mərkəzin fəaliyyəti ilə tanışlıqdan aydın olur ki, qurum ictimai fikri türk dünyası və Atatürklə bağlı tarixi hadisələrə, tədqiqata, yeni münasibətlərə yenidən yönəltməyi istiqamət olaraq seçmişdir. Burada türk dünyasının tarixi, mədəniyyəti və bu sferaya daxil ola biləcək digər məsələlər araşdırılır və nəşr olunur.

    Ulu öndər 4 iyul, 2001-ci il tarixli digər bir sərəncamla görkəmli türkoloq alim, tədqiqatçı, prof. dr. Nizami Cəfərovu bu mərkəzə müdir təyin etmişdir. O vaxtdan etibarən mərkəzdə görkəmli türkolq-alimin rəhbərliyi ilə bir sıra ürəkaçan işlər görülmüşdür. Atatürk Mərkəzinin müdiri sıradan bir elm adamı, millət vəkili deyil, o, Azərbaycanda və Türk dünyasında kifayət qədər nüfuz qazanmış türkoloq-alim, ictimai xadimdir. Onun elmi araşdırmaları və kitabları dünya türkoloqları, tədqiqatçılar üçün impulsveriçi örnək kimi həmişə diqqət mərkəzindədir. Ulu öndər Heydər Əliyev rəsmi görüşlərin birində Atatürk Mərkəzinin yaradılması münasibətilə demişdi: «Çox məmnunam ki, mənim təşəbbüsümlə Azərbaycanda Atatürk Mərkəzi artıq fəaliyyət göstərməkdədir. O zamanlar mənə Beynəlxalq Atatürk Sülh Mükafatı verilərkən düşündüm ki, belə bir qurumu yaratmaq gərəkdir və buna da böyük ehtiyac varmış. Mən çox böyük bir professoru o mərkəzə başqan təyin etdim. O, bizim parlamentin millət vəkilidir. Onlara çox gözəl və tarixi bir bina verdim».

    Mərkəzdə türk dünyasının tarixi, mədəniyyəti və bu sferaya daxil ola biləcək digər məsələləri araşdırmaq da nəzərdə tutulmuşdur. Bu elm, mədəniyyət ocağında ictimai fikri türk dünyası və Atatürklə bağlı tarixi hadisələrə, araşdırmalara, gəlişən münasibətlərə yenidən yönəltmək də bir istiqamət olaraq seçilmişdir.

    Atatürk irsi, Türk dünyasının tarixi və mədəniyyəti yayınlarda
    2001-ci ildən bu yana, əsasnaməsi təsdiq olunduqdan sonra mərkəz kifayət qədər məhsuldar fəaliyyətə başladı. Bu məhsuldarlığın miqyasını xarakterizə edən, cəmiyyətə göstərən tədbirlər, nəşrlər böyük bir ədəbiyyat siyahısından ibarətdir. Hazırda mərkəz Atatürk, atatürkçülük, türk xalqlarının ədəbiyyat və mədəniyyət nümunələrinin araşdırılması və yayınlanması işilə, keçirdiyi elmi konfrans və simpoziumlarla öz vəzifəsini layiqincə həyata keçirməkdədir.

    Azərbaycan MEA-nın müxbir üzvü, millət vəkili, professor Nizami Cəfərovun rəhbərliyi ilə mərkəz öz fəaliyyəti dövründə türk dünyası və atatürkçülüklə bağlı cəmiyyətin ehtiyac duyduğu məsələləri həmişə diqqətdə saxlamışdır. Bu sahədə nəzərəçarpacaq elmi tədqiqatlar aparılmış, zəruri ədəbiyyatların (72 adda kitab və 24 sayda «Bülleten») nəşri reallaşdırılmış və bu proses indi də davam etdirilir. Azərbaycan Türkiyə münasibətlərinə dair ayrı-ayrı nəşrlərin çapı Azərbaycan və Türkiyə oxucusu üçün yeni və təqdirəlayiq ədəbiyyatlardır. (Atatürk Mərkəzinin nəşrlərinin ümumi siyahısı ayrıca verilmişdir).

    Fəaliyyətimizin digər göstəricisi və yayınlayıcısı olan «Azərbaycanda Atatürk Mərkəzi Bülleteni»ləri hər rüb ardıcıl olaraq nəşr olunmuşdur (cəmi 24 say). Burada Mərkəzin özünün keçirdiyi və iştirak etdiyi çoxsaylı tədbirlər, görüşlər, konfranslar, müşavirələr, təqdimatlar, elmi əməkdaşların araşdırma materialları və digər uyğun yazılar əksini tapır. Bu baxımdan, Atatürk Mərkəzinin təşəbbüsü ilə keçirilən, yaxud mərkəz müdirinin, onun müavininin və kollektivin iştirak etdiyi tədbirləri də xüsusilə qeyd etmək yerinə düşər. Mərkəzin konfrans salonunda 300-dək görüş, təqdimat, elmi konfrans və simpoziumlar keçirilmişdir ki, bunların əksəriyyəti bilavasitə prof. dr. Nizami Cəfərovun təşəbbüsü və təşkilatçılığı ilə baş tutmuşdur.

    Hazırda Atatürk, onun silahdaşları, Türk dünyası tarixi, mədəniyyəti ilə əlaqədar, böyük şəxsiyyətlərimiz, dövlət qurucularımız haqqında yeni kitabların hazırlanması işi davam etdirilir. Bütün bunlar isə Azərbaycanda kütləvi oxucunu, həmçinin elmi ictimaiyyəti türkçülüyün, atatürkçülüyün müxtəlif aspektləri, bütün dünyada tanınan böyük türklərin həyat və fəaliyyəti ilə tanışlığa geniş imkan yaratmaqdır. Və əsas məqsədlərdən biri də odur ki, Azərbaycan cəmiyyəti tərkib hissəsi olduğu türk dünyasının şanlı dövllətçilik tarixini dərindən öyrənsin və xalqlarımızın böyük şəxsiyyətlərini tanısın, onlarla fəxr etsin.

    ***

    Azərbaycan dövləti olaraq, beynəlxalq əlaqələrimizdə Türk dünyası faktoruna da böyük önəm verilir. Türk dünyası və Türkiyənin timsalında münasibətlərimiz xalqlarımızın tarixi, etimoloji, mədəni-mənəvi birliyindən rişələnir və yeni çağda ümummilli lider Heydər Əliyevin «Biz bir millət, iki dövlətik» — milli-ideoloji məzmunu böyük olan tarixi kəlamı anlamını və formasını almışdır.

    Prezident İlham Əliyev tarixi bağlılığı möhkəm olan xalqlarımızın çağdaş əlaqələrinə milli aspektdən, Heydər Əliyev kursuna sədaqət nümayiş etdirməklə, türk dünyasına diqqətin milli, ideoloji konturlarını müəyyənləşdirmişdir: «Biz ümumi kökləri olan bir xalqıq, bir dilimiz, bir dinimiz var. Türkiyə ilə Azərbaycan arasındakı münasibətlər həmişə dostluq və qardaşlıq kimi səciyyələndirilmişdir. Əsrlər boyu bizi ayırmaq is-təsələr də, bu cəhdlər nəticə verməmişdir. İndi də heç bir qüvvə bizi ayırmaq iqtidarında deyil. Azərbaycanın dost və qardaş münasibətinə daha böyük ehtiyacı var».

    Bu yanaşma bir qədər geniş, həm də konkret anlamda Prezident İlham Əliyevin Türkiyə ilə birlikdə türk dünyasına, türk xalqlarına, ümumi etnik-mədəni dəyərlərimizə doğma münasibətidir. Və dövlətimizin başçısının bu kimi baxışları Atatürk Mərkəzinin beynəlxalq fəaliyyətinin ideya istiqamətində mühüm şərt ola-raq götürülür. Fəaliyyət göstərdiyi müddət ərzində Atatürk Mərkəzi Azərbaycanın, Türkiyənin, Türk dünyasının əsas Atatürk mərkəzləri, elmi, mədəni qurumlarla səmərəli əməkdaşlıq qurmuş və hazırda özünün beynəlxalq əlaqələrinin miqyasını daha da genişləndirməyə çalışmışdır. Ötən 6 il ərzində prof. dr. Nizami Cəfərovun təmsilçiliyi ilə mərkəzin beynəlxalq tədbirlərdə, konfranslarda iştirakını xüsusilə əhəmiyyət daşıyan məsə-lələr sırasında qeyd etmək lazımdır:

    Istanbul şəhərinə Türk dövlət və topluluqları Dostluq və işbirliyinin qurultayı — «Azərbaycanşünaslığın metodoloji problemləri» mövzusunda məruzə (2002).
    Türkiyənin Istanbul və Ankara şəhərlərində olmuş. Türkiyə Böyük Millət Məclisində, Türkiyənin Nazirlər Kabinetində, Istanbul şəhər bələdiyyəsində, Atatürk Kültür Dil və Tarix Yüksək Qurumunda görüşlər və müzakirələr (2002).
    Quzey Kıbrıs Türk Cumihuriyətinin müstəqilliyi ilə əlaqədar Lefkoşa şəhərində dövlət şənlikləri və Osmanlı dövlətinin 721 illiyi münasibəti ilə əlaqədar Biləcik şə-hərində bayram tədbirləri (2002).
    Azərbaycan Xalq Cümhuriyyətinin 85 və ümummilli lider Heydər Əliyevin 80 illik yubileyi ilə əlaqədar Tür-kiyənin Izmir şəhərində keçirilən tədbirləri, Türkiyənin Adana şəhərində «Türkiyə-Azərbaycan qardaşlığı» konfrası (2003).
    Türkiyənin Ankara şəhərində ezamiyyətdə olmuş-dur. Atatürkün anım günü və Antalya şəhərində mədə-niyyət tədbirləri (2004).
    Türkiyədə qondarma «erməni soyqırmı»məsələsinə həsr olunmuş tədbir, Istanbulda keçirilən Atatürk qu-rumlarının ümumi toplantısı (2005).
    Şimali Kipr Türk Cumhiriyyətinə səfər, Lefkoşda Azərbaycan nümayəndəliyinin açılışı (2005).
    Türkiyənin Qazi Universitetində «1915-ci il erməni məsələsi» mövzusunda elmi simpozium (2005).
    Istanbulun Boğaziçi Universitesində Heydər Əliye-vin anım günü münasibətilə elmi tədbir (Prezidentin Icra Aparatının şöbə müdiri Əli Həsənovla. 2005).
    Türkiyənin Antaliya şəhərində «Dialoq Avrasiya» təşkilatının 7-ci ümumi iclası (2006).
    Türkiyəyə işgüzar səfər (2006).
    Qırğız Respublikasının paytaxtı Bişkekdə Şimali Kipr Respublikasının problemlərinə həsr olunmuş tədbir (2006).
    Ukraynanın Kiyev şəhərində Dialoq Avrasiya Platformasının «Xalqların bir-birinə yaxınlaşmasında təhsilin və medianın rolu» mövzusunda toplantı (2007).
    Türkiyənin Ankara şəhərində «İCANAS -38» Beynəlxalq Asiya və Şimali Afrika Araşdırmaları konqresi (2007).
    Qırğızıstanın Bişkek şəhərində «I Uluslararası Böyük Türk Dili Qurultayı» (İhsan Doğramacının şərəfinə). «Genel olaraq Türkiyə türkcəsi» mövzusunda məruzə (2007).
    Bu kimi tədbirlərdə prof. dr. Nizami Cəfərov mərkəzi layiqincə təmsil etmiş, nəticə olaraq bir sıra beynəlxalq səviyyəli qurumlarla ikitərəfli əməkdaşlıq və elmi tədqiqat işlərinin mübadiləsində anlaşma əldə olunmuşdur.

    Bu gün, elə sonrakı dövrlər üçün də Atatürk Mərkəzinin perspektivə nəzərdə tutduğu, dəqiqliklə əməl etdiyi digər doğal prioritet istiqamət də aydın və birmənaladır – Azərbaycan Prezidenti İlham Əliyevin türk dünyasında qarşılıqlı əlaqələrin yaradılması və zənginləşməsi sahəsində xidmətlərini işıqlandırmaq, bu sahədə digər türk respublikalarında aparılan işləri araşdırmaq.

    Cəmiyyətə bəllidir ki, Azərbaycan Prezidenti İlham Əliyev öz fəaliyyəti ilə xalqının yüksəlişi, türk dünyasının birliyi, qardaşlığı yolunda ali məqsədlərə xidmət edir. Və türk dünyasının müasir liderlərindən biri olmaq şərəfini qazanmış şəxsiyyətlərdəndir. Bu mənada, Nizami Cəfərovun Atatürk Mərkəzində həyata keçirdiyi siyasət və bu siyasi düşüncədən irəli gələn əsas prinsip belədir – mərkəz Azərbaycan dövlətinin siyasətini, müstəqillik uğrunda mübarizəsini, Heydər Əliyevin yaratdığı ənənələri təbliğ etməli, Azərbaycanın türk dünyasında nüfuzunun yüksəldilməsi işində öz köməyini göstərməlidir, və şübhəsiz göstərir də.

  • Nizami CƏFƏROV.”Ümummilli lider Heydər Əliyevin ideyaları daim Azərbaycanın inkişafının önündə gedəcək”

    Azərbaycanda ATATÜRK Mərkəzinin direktoru, filologiya elmləri doktoru, professor, akademik, Əməkdar elm xadimi, Milli Məclisin üzvü.

    Akademik, Millət vəkili Nizami Cəfərovun yap.org.az –a müsahibəsi

    – Nizami müəllim, bugünlər Azərbaycan növbəti bir mötəbər beynəlxalq tədbirə ev sahibliyi etdi. Bakı şəhərində keçirilən BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun əhəmiyyəti nədən ibarətdir? Sizcə, bu tipli tədbirlər dünya ictimayyətinə nə kimi mesajlar verir?

    – Əlbəttə ki, belə bir nüfuzlu beynəlxalq tədbirin ölkəmizdə keçirilməsinin kökündə Azərbaycanın dünya miqyasında artan imicinin göstəricisidir. Forumda sivilizasiyalar arasında dialoqun, multikulturializmin dünyanın indiki mürəkkəb şəraitində nə qədər vacib olduğunu bir daha vurğulandı. Azərbaycan Respublikasının Prezidentinin 2016-cı ili ölkəmizdə «Multikluturalizm ili» elan etməsi təsadüfi deyil. Hər şeydən əvvəl ona görə ki, Azərbaycan xalqı yüz, hətta min illər boyu multikultural bir xalq kimi formalaşıb, Azərbaycanın tarixi coğrafiyası həmişə multikulturalizmin bütün dünyada əsas vətənlərindən biri olub. İkincisi ona görə ki, müstəqil Azərbaycan dövlətinin qurucusu, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev tarixi ənənələrə istinad edərək multikulturalizmi Azərbaycan dövlətinin siyasəti səviyyəsinə yüksəltməklə həmin siyasətin geniş perspektivlərini, potensial imkanlarını da müəyyənləşdirib. Üçüncüsü ona görə ki, beynəlxalq aləmdə get-gedə iqtisadi, ictimai-siyasi və mədəni nüfuzu güclənən Azərbaycanın əsas müəlliflərindən biri olduğu multikulturalizm siyasətini və ideologiyasını müasir dünyaya daha geniş miqyasda çatdırmasına böyük ehtiyac vardır.

    Multikulturalizm bəşəriyyət və hər bir bəşər övladı üçün genetik baxımdan təbii bir hadisə olmalıdır. İlk növbədə ona görə ki, bu gün bəşəriyyəti fərqləndirən mədəni xüsusiyyətlər tarixi diferensiasiyanın nəticəsidir. Həmin fərqliliklərin genetik əsasında kifayət qədər güclü eynilik dayanır ki, bu da müasir dövrdə sürətlə gedən inteqrasiya proseslərinin ümumi məntiqində əks olunur.

    Fikrimizcə, Azərbaycanın multikulturalizmin tarixi vətəni olması özünü ilk növbədə aşağıdakı sferalarda və ya birgəyaşayış münasibətlərində göstərir: etnoqrafik münasibətlər; dil-ünsiyyət münasibətləri; dinlərarası münasibətlər; sosial-siyasi münasibətlər. Məlum olduğu kimi, Azərbaycanda ən qədim dövrlərdən həm Qafqaz, həm İran, həm də türk etnosları məskunlaşmışlar. Bu məskunlaşma prosesinin çoxspektrli yekunu müasir Azərbaycan cəmiyyətidir ki, müxtəlif etnosların sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma şəraitində yaşamasının klassik təcrübələrindən birini nümayiş etdirir.

    Multikulturalizmin Azərbaycan təcrübəsi sübut edir ki, müxtəlif mənşəli etnoslar eyni, yaxud oxşar etnoqrafik məkan yaratmaq imkanlarına malikdirlər, öz dillərinin ünsiyyət sferasını qorumaq şərtilə regionda daha geniş yayılmış Azərbaycan dilindən ümumi ünsiyyət vasitəsi kimi rahat istifadə edirlər, hər bir din təmsilçisi digər dinlərə mənsub olan azlıqlara tamamilə dözümlü yanaşır və eyni sosial-siyasi münasibətlərin subyekti olmaqla Azərbaycan Respublikasının vətəndaşıdırlar. Ulu öndər Heydər Əliyevin milli dövlət quruculuğu siyasətində yerli etnoqrafik mühitlərin qorunması və inkişaf etdirilməsi həmişə əsas olub. Bu gün isə yeni tarixi imkanlar şəraitində bu siyasət daha yüksək texnologiyalar səviyyəsində davam etdirilməkdədir.

    – Hazırki dövrdə bu siyasətin davamı Azərbaycana nə nailiyyətlər, dividentlər gətirir?

    – Bu gün Heydər Əliyev siyasətini Azərbaycan Prezidenti İlham Əliyev uğurla davam və inkişaf etdirir. Azərbaycan təcrübəsində multikulturalizmin istinad nöqtəsi, təbii ki, sivilizasiyanın məhsulu və subyekti olan insandır. Sosial-siyasi münasibətlər “mən”i inkişaf etmiş cəmiyyətlərdə, hər şeydən əvvəl, vətəndaşdır. Ona görə də müasir dövrdə insanın ən mühüm göstəricisi məhz bundan ibarətdir ki, həmin ən mühüm göstəricini insan və dövlət münasibətləri müəyyən edir. Müstəqil Azərbaycan dövləti, nə qədər gənc olsa da, Azərbaycan xalqının, ümumən insanlığın zəngin tarixi birgəyaşayış təcrübəsinə əsaslanaraq, insanın və cəmiyyətin çoxspektrli mənəvi tələblərinin ödənilməsində ən humanist amil kimi insanın vətəndaşlıq dünyagörüşünün mükəmməllənməsini təmin edir. Bu isə o deməkdir ki, Azərbaycan vətəndaşı müəyyən təbii etnoqrafik mühitin subyekti olmaqla hər hansı etnoqrafik mühitə hörmət edir, müəyyən dil-ünsiyyət mühitinin subyekti olmaqla digər dil-ünsiyyət mühitlərinə hörmətlə yanaşır, müəyyən dinə (əsasən İslam dininə) mənsub olmaqla yanaşı digər dinlərə də tolerant münasibət nümayiş etdirir. Eləcə də, Azərbaycanın iqtisadi, ictimai-siyasi və mədəni həyatında bir vətəndaş olaraq fəal iştirak etməklə yanaşı özünü bu dünyanın övladı hiss edir. Bütövlükdə isə Azərbaycan Respublikasının multikulturalizm siyasəti və təcrübəsi öz zəngin ənənələri ilə bütün dünyada öyrənilməyə və tətbiq olunmağa tamamilə layiqdir.

    – Nizami müəllim, məlum olduğu kimi, may ayının 10-da Ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 93-cü ildönümüdür. İstərdik ki, Ulu öndərimizin Azərbaycanın inkişaf və tərəqqisi istiqamətindəki xidmətləri haqqında fikirlərinizi bildirəsiniz…

    – Bilirsiniz ki, ötən əsrin 80-ci illərinin sonu, 90-cı illərinin əvvəllərindən ümumən dünyada çox böyük hadisələr baş verdi. Mən düşünürəm ki, bu hadisələri belə səciyyələndirmək olar ki, dünyada milli azadlıq hərəkatlarının artıq aşkar şəkildə getməsi və imperiyaların dağılması prosesi getdi. O cümlədən, dünyanın ən böyük imperiyası olan sovetlər birliyində də bu istiqamətdə hadisələr cərəyan etdi. Sovetlər birliyinin dağılacağını birliyin rəhbərləri bəlkə də daha yaxşı proqnozlaşdırırdı. Ümummilli lider Heydər Əliyev də belə bir dövrdə dövlət təhlükəsizlik orqanlarında çalışırdı və görürdü ki, sovetlər birliyi daxilindəki millətlərin düşüncələri nədən ibarətdir. Yaxşı bilirdi ki, birlik artıq xeyli dərəcədə öz möhkəmliyini itirirdi. Ona görə də, gənc yaşlarından istedadlı, tarixi yaxşı bilən, tarixi prosesləri düzgün dəyərləndirmə qabiliyyətinə malik bir insan olaraq diqqəti daha çox xalqın milli xüsusiyyətlərinə və onların müdafiəsinə verirdi. Biz bəzən Azərbaycanın Heydər Əliyevi deyirik. Amma Heydər Əliyev o qədər genişmiqyaslı fəaliyyət göstərirdi ki, bu fəaliyyətində də o qədər uğurlu nəticələr əldə etmişdi ki, istər-istəməz Azərbaycanın özü Heydər Əliyevin Azərbaycanına çevrilmişdi.

    Ulu öndər Heydər Əliyevin seçdiyi taktika bu məqsədlərə xidmət edirdi: Azərbaycanın iqtisadiyyatını, onun imperiya daxilindəki mövqeyini gücləndirməklə, Azərbaycan keçici qırmızı bayraqlar almalı, Azərbaycan sovetlər birliyi səviyyəsində tanınmalıdır ki, bu tanınma Azərbaycanı dünyaya çıxardan faktora çevrilsin. Heydər Əliyev böyük dövlət xadimi olduğuna və milli maraqları müdafiə etməyin texnologiyalarını yaxşı bildiyinə görə, 1960-cı illərin sonu, 1970-ci illərdə milli inkişaf meyillərinin geniş miqyasda yayılmasına nail oldu. Bir mühüm məsələ də ondan ibarət idi ki, Ulu öndər Azərbaycanı sovetlər birliyində tanınan bir respublikaya çevirdi. Heydər Əliyev bütün gücünü toplayaraq dövlət quruculuğundan daha çox xalq, millət quruculuğu işinə diqqət yetirirdi. Yəni, O bilirdi ki, mütəşəkilli olan bir millət dövlətsiz ola bilməz, gec-tez o, özünəməxsus dövlətini quracaq. Məhz 1980-ci illərin sonlarında xalq hərəkatı baş qaldırarkən hamı bilirdi ki, bu xalq Heydər Əliyevin sayəsində mütəşəkkillik tapıb və ancaq bu iradə bu mütəşəkkilliyi idarə etmək bacarığına malikdir. Çünki Ümummilli lider Heydər Əliyevin xalq, millət quruculuğundakı xidmətləri artıq müəyyən bir tarixə malik idi. Və bu tarix bütün dəqiqliyi ilə göstərirdi ki, bu təmənnasız bir tarix idi. Yəni, Heydər Əliyevin fəaliyyəti, içdən, daxildən gələn, xalqın mütəşəkkillik enerjisini özündə ifadə edən bir fəaliyyət idi və burda heç bir konyuktura yox idi. Amma təbiidir ki, müəyyən məqamlar oldu ki, bu məqamlarda bəzən tarixi şəxsiyyət obyektiv səbəblərdən hadisələrin mərkəzində ola bilmir. Burada hər dövrün öz konyukturasının böyük rolu olur.

    – Ümummilli lider Heydər Əliyevin 1993-cu ildə hakimiyyətə qayıdışıdan sonra Azərbaycanda istər siyasi, istər iqtisadi, istərsə də sosial sferalarda böyük inqilabi dəyişikliklər yarandı. Amma istərdik ki, siz ideoloji sahədə müşahidə olunmuş dəyişikliklər, qəbul olunmuş böyük qərarlar haqqında danışasınız…

    – 1990-cı illərin əvvəlində müəyyən qüvvələr Azərbaycan xalqının Ümummilli lideri haqqında çirkin təbliğat aparırdılar. Deyirdilər ki, o kommunist olub, sovet respublikalarından birinə rəhbərlik edib. Hətta belə bir konyuktur iddia irəli sürürdülər ki, guya Heydər Əliyevin hakimiyyətə gəlməsi Azərbaycanın demokratikləşməsi istiqamətində gedən prosesin qarşısını alacaq. Amma bütün hallarda onlar Heydər Əliyevin böyük şəxsiyyət olması reallığını inkar edə bilmirdilər. Hətta ən inkarçı adam belə, bilirdi ki, Heydər Əliyev böyük şəxsiyyət idi. Amma heç kəs deyə bilməzdi ki, Heydər Əliyev ölkədən hansısa neqativ hallar üçün istifadə edib, çünki Heydər Əliyev Azərbaycan SSR-in rəhbəri kimi fəaliyyət göstərdiyi dövrlərdə ancaq quruculuq işləri ilə məşğul olub. Ona görə də, Heydər Əliyev yaxşı bilirdi ki, Azərbaycan artıq müstəqil dövlətdir və həm daxili, həm də xarici siyasətdə müstəqil hərəkət etməlidir. Amma Ulu öndər Heydər Əliyev onu da yaxşı bilirdi ki, yeni tarix əvvəlki tarixin davamıdır. Yəni, xalq kökündən dəyişilməyib, Azərbaycana başqa xalq gətirilməyib, əvvəlki xalq tarixə çevrilməyib. Və bu xalqı da Heydər Əliyev yaxşı tanıyırdı. Ona görə də, Heydər Əliyev üçün yeni dövr nə qədər yeni olsa da, O, əvvəllər gördüyü işləri yeni tarixi şəraitdə davam etdirdi. Bilirsiniz ki, Onun gördüyü böyük işlər, planlar, istiqamətlər var idi və bu proqramlar, tamamilə inkar olunardısa, istər-istəməz xalqı bir yerə toplamaq, yeni dövlət quruculuğu proqramı həyata keçirmək, iqtisadiyyatı dirçəltmək, cəmiyyəti, onun milli – mənəvi gücünü toplamaq mümkün olmazdı. Ənənə davam etməli idi. Heydər Əliyev hər şeydən əvvəl azərbaycançı idi. Heydər Əliyev azərbaycançılıq ideyasını həyata keçirmiş bir dövlət xadimi olaraq Azərbaycan tarixində yaşayır. Bu xüsusi bir hadisədir. Heydər Əliyev həm də sözün həqiqi mənasında bir yenilikçi idi. Onun bu xüsusiyyəti həmişə özünü göstərib, istər Sovet dövründə, istərsə də yeni dövrdə. ümumiyyətlə isə, Heydər Əliyevin Azərbaycan dövlətçiliyini inkişaf etdirən, müstəqilliyini möhkəmləndirən addımları bir neçə sahə ilə məhdudlaşmırdı. Bütün sahələrdə çox genişmiqyaslı tədbirlər görüldü, islahatlar aparıldı. Heydər Əliyevin fəaliyyəti, Onun Azərbaycan dövlətçiliyi, xalqımız qarşısındakı xidmətləri o qədər zəngindir ki, bunu təhlil etməklə, yazmaqla, araşdırmaqla sonuna gedib çıxmaq mümkün deyil.

    Zaman keçdikcə, biz Ümummilli liderimizin fəaliyyətinin məntiqini, mahiyyətini daha yaxşı dərk etməyə başlayırıq. Heydər Əliyev heç bir işini yarımçıq qoymurdu. O hansı işə başlayırdısa, yüz ölçüb bir biçib, tələsmədən və gecikmədən həyata keçirirdi. Bu ən müxtəlif sahələrə aid olan məsələlərdə – hərc-mərcliyin aradan qaldırılmasından başlanmış, təsərrüfat həyatının qaydaya salınmasına qədər özünü göstərdi. Bu ancaq böyük dövlət adamlarına aid xüsusiyyətdir. Heç də təsadüfi deyil ki, Heydər Əliyev bu fəaliyyət tipologiyası ilə dünyanın ən böyük dövlət xadimləri ilə müqayisə olunur. Məsələn, bəziləri Heydər Əliyevin fəaliyyətini Atatürkün fəaliyyəti ilə müqayisə edirlər. Mən Heydər Əliyevin bir fikrini həmişə xatırlayıram. O Atatürkün xidmətlərindən danışarkən demişdir ki, Türkiyə Cümhuriyyəti Atatürkün sadəcə fəaliyyətinin nəticəsi deyildi. Türkiyə Cümhuriyyəti həm də Atatürkün mübarizəsinin, cəsarətinin nəticəsi idi. Eynilə, Azərbaycan dövlətinin yaranması, Azərbaycan müstəqilliyinin möhkəmlənməsi, sadəcə bir dövlət başçısı kimi Heydər Əliyevin fəaliyyətinin yox, həm də Heydər Əliyevin mübarizəsinin, cəsarətinin, böyük siyasi iradəsinin nəticəsidir.

    Bu gün isə bu işləri Prezident İlham Əliyev uğurla davam etdirir. Azərbaycan artıq yüksək səviyyədə inkişaf yoluna qədəm qoyub. Ölkəmizdə böyük quruculuq işləri həyata keçirilib və vətəndaşların sosial rifah halı əvvəlki dövrlərlə müqayisə olunmayacaq qədər yüksəkdir. Qazanılan bu uğurlar bütün sferalarda özünü göstərir. Təbii ki, bütün bu uğurlar və bundan sonrakı dövrlərdə qazanacağımız uğurlar Ulu öndər Heydər Əliyevin qoymuş olduğu möhkəm bünövrəyə söykənir. Ümummilli lider Heydər Əliyevin ideyaları isə həmişə bu inkişafın önündə gedəcək.

    02.05. 2016

    Mənbə: http://ataturk.az

  • Nizami CƏFƏROV. “Monitorinq Mərkəzi ədəbi dil normalarının pozulmasının qarşısını almaq üçün mexanizmlər hazırlayacaq”

    Azərbaycanda ATATÜRK Mərkəzinin direktoru, filologiya elmləri doktoru, professor, akademik, Əməkdar elm xadimi, Milli Məclisin üzvü.

    Prezident İlham Əliyevin “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 2018-ci il 1noyabr tarixli Fərmanı əsası Ümummilli Lider tərəfindən qoyulmuş dil siyasətinin və bu gün dilimizin saflığının qorunması və inkişafı ilə bağlı dövlətimizin başçısının həyata keçirdiyi böyük işlərin məntiqi davamıdır.
    Bu sözləri Azərbaycan Respublikasının Dövlət Dil Komissiyasının üzvü, Azərbaycanda Atatürk Mərkəzinin rəhbəri, Milli Məclisin deputatı, akademik Nizami Cəfərov AZƏRTAC-a müsahibəsində söyləyib. O vurğulayıb ki, dövlətimizin başçısının müvafiq Fərmanına əsasən, Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin yaradılması dilin həm saflığının qorunması, həm də onun inkişafı, zənginləşməsi üçün mühüm praktiki addımdır. Digər mühüm cəhət isə Monitorinq Mərkəzinin məhz Dövlət Dil Komissiyasının yanında yaradılmasıdır.

    Prezident İlham Əliyevin 2017-ci il 13 noyabr tarixli Sərəncamı ilə Dövlət Dil Komissiyasının tərkibinin yeniləndiyini xatırladan akademik Nizami Cəfərov qeyd edib ki, dil sahəsində kifayət qədər böyük təcrübəsi olan mütəxəssislər bu komissiyaya daxil edilib. Beləliklə, Monitorinq Mərkəzinin əsaslana biləcəyi, müzakirələr apara biləcəyi, müəyyən məsələləri dəqiqləşdirə biləcəyi komissiya fəaliyyət göstərir. Bu komissiya Monitorinq Mərkəzinin peşəkar fəaliyyət göstərməsi üçün lazım olan bütün şəraiti yaradacaq.

    “Dövlətimizin başçısının imzaladığı Fərmanın digər mühüm cəhəti burada Monitorinq Mərkəzinin monitorinq aparacağı dil sahələrinin dəqiq müəyyənləşdirilməsidir. Bunlar kütləvi informasiya vasitələri, internet resursları və reklam daşıyıcılarının dilidir”, – deyən akademik Nizami Cəfərov bu sahələrin hər birində həm uğur, həm də qüsurlarımızın olduğunu qeyd edib. Diqqətə çatdırıb ki, kütləvi informasiya vasitələrində hamı yaza bilər, hamı danışa bilər. Lakin burada həm peşəkarlar çalışırlar, həm də qeyri-peşəkarlara rast gəlmək olur. “Mən dəfələrlə demişəm: necə olur ki, Azərbaycan Televiziyasında, AZƏRTAC-da, “Azərbaycan” qəzetində ədəbi dil normalarına maksimum riayət olunur, eyni zamanda, dil də inkişaf edir, zənginləşir, amma bir sıra telekanallarımızda, mətbuat orqanlarımızda dilin qaydaları bəzən kütləvi şəkildə pozulur”, – deyə akademik Nizami Cəfərov vurğulayıb.

    Müsahibimizin sözlərinə görə, dil problemini yaradan amillər sırasında kütləviliklə peşəkarlıq arasındakı tənasübün müəyyənləşdiriləcəyi sahələr mövcuddur. Bu baxımdan ən ağrılı vəziyyət internet resurslarındadır. Çünki bu resurslardan çox müxtəlif dil və nitq səviyyəsinə malik insanlar istifadə edirlər və onlar özləri də düşünmədən Azərbaycan dilinin qayda-qanunlarını pozurlar. Bu vəziyyət həm məsuliyyətsizlikdən, həm dilin qayda-qanunlarını bilməməkdən, eləcə də orta təhsil biliyinin mükəmməl olmamasından irəli gəlir. Bütün bunlar dilin inkişafına, milli dil təfəkkürünün səviyyəsinə mənfi təsir göstərir.

    Dövlət Dil Komissiyasının üzvü deyib: “Reklamlarda keçmiş zamanlarla müqayisədə nisbətən müəyyən uğurlarımız var. Lakin görüləsi işlər də xeyli çoxdur. Belə ki, reklamlar vasitəsilə əcnəbi dillərin lüzumsuz kəlmələrinin dilimizə daxilolma ehtimalı hələ də mövcuddur. Bu təsir hətta bəzən Azərbaycan dilini sıxışdırmaq həddinə çatır. Yəni reklamlarda Azərbaycan dilinə həm leksik, həm qrammatik cəhətdən yad ifadələrdən istifadə olunur. Bu da dilimizin qrammatik quruluşunu pozmaq təhlükəsini yaradır. Düşünürəm ki, belə bir şəraitdə Monitorinq Mərkəzi ilk növbədə müəyyən müşahidələrlə səciyyəvi qüsurları müəyyənləşdirəcək, sonra bu qüsurların aradan qaldırılması üçün prinsipial təkliflər verəcək, nəhayət, bu təkliflərin sadəcə tövsiyə xarakteri daşımaması üçün müəyyən mexanizmlər hazırlayacaq ki, bu cür səhvlərə kütləvi şəkildə yol verən qurumlar hər hansı formada tənbeh olunsun, cəzalandırılsın. Çünki dil məsələsi bizim üçün çox önəmlidir. Azərbaycanın ümumi siyasətində dil məsələsi hələ Heydər Əliyevin sovet dövründə respublikaya rəhbərlik etdiyi illərdə çox mühüm amil olub. Müstəqillik dövründə isə dil məsələsi ilə bağlı görülən mühüm işlər göz qabağındadır”.

    Akademik Nizami Cəfərov vurğulayıb ki, “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Fərman Azərbaycan dilinin nəinki respublika ərazisində, həm də dünyada qorunmasına və inkişafına geniş imkanlar açır. Əlbəttə ki, söhbət ədəbi dil normalarından gedir. Beləliklə, bu Fərman Azərbaycan xalqının bu günündə, sabahında onun dilinin yad təsirlərdən qorunması, saflaşdırılması və inkişaf etdirilməsi üçün geniş imkanlar yaradan çox qiymətli bir sənəddir.

    Mənbə: http://ataturk.az

  • Gənc yazar Kənan Aydınoğlunun şeirləri “Kümbet” dərgisində çap olunub

    Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının təşəbbüsü ilə gerçəkləşdirilən “Yeni nəsil Azərbaycan gəncliyinin inkişafına dəstək” layihəsi çərçivəsində Gündəlik Analitik İnformasiya Agentliyinin Mətbuat xidmətinin rəhbəri, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, şair-jurnalist Kənan Aydınoğlunun “Əlli beşin mübarəkdi, ay Ata!”, “Əlliyə çatacaq yaşın, Ay Ana!” şeirləri Anadolu türkcəsində Qardaş Türkiyə Cümhuriyyətinin Tokat şəhərində fəaliyyət göstərən TOŞAYAD (Tokat Şairler ve Yazarlar Derneği) yayın organı “Kümbet” eğitim, kültür, sanat ve edebiyat dərgisinin 50. sayısında dərc olunub.
    “Yeni nəsil Azərbaycan gəncliyinin inkişafına dəstək” layihəsinin rəhbəri və müəllifi Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının sədri, respublikanın Əməkdar jurnalisti, AJB Sumqayıt şəhər təşkilatının sədri, Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının təsisçisi və direktoru, “Kümbet” və “Usare” dərgilərinin Azərbaycan təmsilciliyinin rəhbəri Rafiq Oday, məsləhəçilər Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş məsləhətçisi, «Gəncəbasar” bölgəsinin rəhbəri, “Nəsr” bölməsinin redaktoru, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Prezident təqaüdçüsü, Gənclər mükafatçısı, gənc xanım yazar Şəfa Vəliyeva, Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutunun Kurikulum Mərkəzinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin (gundelik.info) və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının (edebiyyat-az.com) Məsul katibi, şairə-publisist Şəfa Eyvaz, koordinatoru isə “Kümbet” (Tokat şəhəri) və “Usare” (Kahramanmaraş şəhəri) dərgilərinin Azərbaycan təmsilcisinin əməkdaşı, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin Baş redaktoru, Azərbaycanın Mədəniyyət və Portalının Mətbuat xidmətinin rəhbəri, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, şair-publisist, tərcüməçi-jurnalist, gənc yazar Kamran Murquzovdur.
    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru Kənan Aydınoğlunun şeiri “Kümbet” eğitim, kültür, sanat ve edebiyat dergisinin Azərbaycan təmsilcisinin-Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının xətti ilə göndərilib.
    Qeyd edək ki, bundan öncə şeirləri “Kümbet”, “Usare”,”Yeni Edebiyat Yaprağı”, “Kardelen”, “Hece Taşları” dərgilərində, “Son nokta” qəzetində Osmanlı və Anadolu türkcələrində dərc olunaraq, ictimaiyyət nümayəndələrinin nəzərinə çatdırılıb.

    Kamran MURQUZOV,
    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının
    Mətbuat xidmətinin rəhbəri,
    Azərbaycan Jurnalistlər Birliyinin üzvü

  • Şairə-publisist Rahilə Dövranın şeiri “Hece Taşları” dərgisində çap olunub

    Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatı təşkilatçılığı həyata ilə keçirilən “Çağdaş Azərbaycan poeziyasının inkişafına dəstək” layihəsi çərçivəsində Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Naxçıvan Muxtar Respublikasındakı bürosunun rəhbəri, “Qızıl qələm” media mükafatı laureatı, şairə-publisist Rahilə Dövranın “İstədim” şeiri Qardaş Türkiyə Cümhuriyyətinin Kahramanmaraş şəhərində fəaliyyət göstərən “Hece Taşları” aylıq şeir dərgisinin 43-cü sayında Azərbaycan türkcəsində sayında dərc olunub.
    “Çağdaş Azərbaycan poeziyasının inkişafına dəstək” layihəsinin layihəsinin rəhbəri və müəllifi Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının sədri, respublikanın Əməkdar jurnalisti, AJB Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının təsisçisi və direktoru, “Kümbet” və “Usare” dərgilərinin Azərbaycan təmsilciliyinin rəhbəri, şair-publsist Rafiq Oday, koordinatoru Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidmətinin rəhbəri və İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Kümbet” və “Usare” dərgilərinin Azərbaycan təmsilcisi Kamran Murquzov, məsləhəçisi isə Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü Kənan Aydınoğludur.
    Qeyd edək ki, bundan öncə də şairə-publisist Rahilə Dövranın bədii yaradıcılıq nümunələri, poeziya örnəkləri Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatı təşkilatçılığı həyata ilə keçirilən “Çağdaş Azərbaycan poeziyasının inkişafına dəstək” layihəsi çərçivəsində Qardaş Türkiyə Cümhuriyyətində fəaliyyət göstərən “Kümbet” (Tokat şəhəri), “Kardelen” (Bilcek şəhəri), “Usare” (Kahramanmaraş şəhəri) mədəniyyət və ədəbiyyat dərgilərində dərc olunaraq, ictimaiyyət nümayəndələrinin nəzərinə çatdırılmışdı.

    Kamran MURQUZOV,
    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının
    Mətbuat xidmətinin rəhbəri,
    Azərbaycan Jurnalistlər Birliyinin üzvü

  • 10 Kasım-Çağdaş Türkiye Cümhuriyetinin kurucusu ve mimarı Önerim Sayın Osman Gazi Mustafa Kemal ATATÜRKün anım günü

    Mustafa Kemal Paşa (Osmanlı Türkçesi: مصطفى كمال پاشا), Soyadı Kanunu’ndan (1934) sonra Atatürk[3] (19 Mayıs 1881[2], Selanik – 10 Kasım 1938, İstanbul), Türkiye Cumhuriyeti’nin 1923’ten 1938’e değin görev yapmış kurucusu ve ilk cumhurbaşkanı, mareşal ve daha evvelinde bir Osmanlı subayı.

    Atatürk, I. Dünya Savaşı sırasında bir ordu subayıydı. Savaş sonunda Osmanlı İmparatorluğu’nun yenilgisini takiben Türk Kurtuluş Savaşı’ndaki Türk Ulusal Hareketi’ne önderlik etmiştir. Kurtuluş Savaşı sürecinde Ankara Hükûmeti’ni kurmuş, askeri eylemleriyle İtilaf Devletleri tarafından gönderilen askeri güçleri bozguna uğratmış ve Türkleri zafere götürmüştür. Atatürk daha sonra eski Osmanlı İmparatorluğu’nu modern ve seküler bir ulus devletine dönüştürmek için politik, ekonomik, toplumsal ve kültürel reformlar başlatmıştır. Liderliği altında binlerce yeni okul inşa edildi. İlköğretim ücretsiz ve zorunlu hale getirildi. Kadınlara sivil eşitlik ve politik haklar verildi. Köylülerin sırtına yüklenen ağır vergiler azaltıldı.[4][5]

    Bu makale serisinin bir parçasıdır
    Mustafa Kemal Atatürk
    MustafaKemalAtaturk oval.png
    Özel Hayatı[göster]
    Askerî kariyeri[göster]
    Atatürk Devrimleri[göster]
    Atatürkçülük[göster]
    Ayrıca[göster]
    Galeri: Resim, Ses, video
    g t d
    Türk Orduları Başkomutanı olarak Sakarya Meydan Muharebesi’ndeki başarısından dolayı 19 Eylül 1921 tarihinde “Gazi” unvanını almış ve mareşalliğe yükselmiştir.[5] Halk Fırkası’nı kurmuş ve ilk genel başkanı olmuştur.[6] 1938 yılındaki vefatına kadar arka arkaya 4 kez cumhurbaşkanı seçilen Atatürk, bu görevi en uzun süre yürüten cumhurbaşkanı olmuştur.[5]

    Atatürk tarihte oynadığı önemli rolden dolayı pek çok yazar ve tarihçi tarafından incelenmiş ve hakkında 379 eser yazılmıştır. Bu yönüyle hakkında en çok eser yazılan ilk 100 kişi arasında yer almaktadır. Ayrıca dünyada ilk kez ve tek örnek olmak üzere, Birleşmiş Milletler’in UNESCO örgütü tarafından, kendisinin 100. doğum yılı olması sebebiyle ve tüm ülkelerin oy birliğiyle 1981 yılı “Atatürk Yılı” olarak kabul edilmiştir. Dergilerinin Kasım 1981 sayısında da, Atatürk ve Türkiye konusu ele alınmıştır.

    1839’da Kocacık’ta doğduğu sanılan[7] babası Ali Rıza Efendi, aslen Manastır’a bağlı Debre-i Bâlâ’dandır.[8] Babasını ailesi 14-15. yüzyılda Anadolu’dan bölgeye göç etmiş olan Kocacık Yörüklerindendir.[7][8][9][10][11] Bazı kaynaklara göre ise babasının ailesi Arnavutlardandır.[12][13][14][15] Annesinin kökeni ise Karaman’dan Rumeli’ye gelen Türkmenlerdendir.[16] Ailesi ile Selanik’e göç eden Ali Rıza Bey,[17] burada gümrük memurluğu ve kereste ticareti yaptı.[18] Ali Rıza Bey ayrıca 93 Harbi (1877-78) esnasında yerel birliklerde teğmenlik yapmıştı.[19]

    Ali Rıza Bey, 1871 yılında, 1857 yılında Selanik’in batısındaki Langaza’da çiftçi bir ailede doğan[19][20] Zübeyde Hanım’la evlenmişti.[21] Mustafa Kemal Atatürk, bu çiftin çocuğu olarak rumî 1296 (miladî 1881) yılında Selanik’te doğmuştur. Samsun’a çıktığı 19 Mayıs tarihini doğum günü kabul etmiştir.[22] Fatma, Ömer, Ahmet, Naciye ve Makbule adlı beş kardeşinin ilk dördü küçük yaşta hayatını kaybetmiştir.[23][24]

    Öğrenim çağına gelen Mustafa’nın hangi okula gideceği konusunda annesi ile babası arasında anlaşmazlık çıkmıştı. Annesi Mustafa’nın Hafız Mehmet Efendi’nin mahalle mektebine gitmesini istiyor, babası ise o dönemki yeni yöntemlerle eğitim yapan seküler[19] Mektebi Şemsi İbtidai’nde (Şemsi Efendi Mektebi) okumasını istiyordu. En sonunda önce mahalle mektebine başlayan Mustafa, birkaç gün sonra Şemsi Efendi Mektebi’ne geçti.[25] Atatürk, okul seçimindeki bu kararı için hayatı boyunca babasına minnettarlık duymuştur.[19] 1888 yılında babasını kaybetti.[26] Bir süre Rapla Çiftliği’nde annesinin üvey kardeşi[19] Hüseyin’in yanında kalıp hafif çiftlik işleriyle uğraştıktan sonra -eğitimsiz kalacağından endişe eden annesinin isteğiyle-[19] Selanik’e dönüp okulunu bitirdi.[27] Bu arada Zübeyde Hanım, Selanik’te gümrük memuru olan Ragıp Bey ile evlendi.[28]

    Şimdi müze olan Koca Kasım Paşa Mahallesi, Islahhane Caddesi’ndeki ev 1870’te Rodoslu müderris Hacı Mehmed Vakfı tarafından yaptırılmış ve 1878’de yeni evlenen Ali Rıza Bey tarafından kiralanmıştır ancak o öldükten sonra Mustafa ve ailesi bu evden yanındaki 2 katlı, 3 odalı ve mutfaklı daha küçük eve taşınmışlardır.[29]

    Mustafa, seküler bir okul olan ve bürokrat yetiştiren[19] Selânik Mülkiye Rüştiyesi’ne kaydoldu. Ancak muhitindeki askerî öğrencilerin üniformalarından da etkilenerek[19] -annesinin karşı çıkmasına rağmen-[19] 1893 yılında Selânik Askerî Rüştiyesi’ne girdi. Bu okulda matematik öğretmeni Yüzbaşı Üsküplü Mustafa Sabri Bey, ona anlamı mükemmellik, olgunluk olan “Kemal” adını verdi.[30] Fransızca öğretmeni Yüzbaşı Nakiyüddin Bey (Yücekök), özgürlük düşüncesiyle genç Mustafa Kemal’in düşünce yapısını etkiledi. Mustafa Kemal Kuleli Askerî İdadisi’ne girmeyi düşündüyse de ona ağabeylik yapan Selânikli subay Hasan Bey’in tavsiyesine uyarak Manastır Askerî İdadisi’ne kaydoldu. 1896-1899 yıllarında okuduğu Manastır Askerî İdadisi’nde tarih öğretmeni Kolağası Mehmet Tevfik Bey (Bilge), Mustafa Kemal’in tarihe olan merakını güçlendirdi.[31] Bu tarihte başlayan 1897 Osmanlı-Yunan Savaşı’na gönüllü olarak katılmak istediyse de hem idadi öğrencisi olduğu için hem de 16 yaşında olduğundan dolayı cepheye gidememiştir. Bu okulu ikincilikle bitirdi.[32] 13 Mart 1899’da[33] [34] İstanbul’da Mekteb-i Harbiye-i Şahane’ye girdi. Birinci sınıfı 27., ikinci sınıfı 11., üçüncü sınıfı 1902’de mülazım (bugünkü ismiyle Teğmen) rütbesiyle 549 kişi arasından piyade sınıf sekizincisi (1317 – P.8) olarak bitirdi.[32] Akabinde Erkan-ı Harbiye Mektebi’ne (Harp Akademisi) devam ederek 11 Ocak 1905’te ”kurmay yüzbaşı” rütbesiyle mezun oldu.[35]

    Askerlik (1905-1918)
    Erken dönem

    Kıdemli Yüzbaşı
    Kurmay Yüzbaşı Mustafa Kemal, mezuniyetinin ardından merkezi Şam’da bulunan 5.Ordu’ya staj amacıyla gönderildi. Bu stajında piyade, süvari ve topçu sınıflarında görev aldı.1905-1907 yılları arasında Şam’da Lütfi Müfit Bey (Özdeş) 5. Ordu emrinde görev yaptı. İlk stajı 5. Ordu’ya bağlı 30’uncu Süvari Alayı’nda gerçekleşti.[36] Bu dönemde düşük rütbeli stajyer bir kurmay subay olarak Suriye’nin çeşitli bölgelerindeki isyanlarla ilgilenen Mustafa Kemal, “küçük savaş” (gerilla savaşı) üzerine tecrübe kazandı. İsyanlarla uğraştığı dört aydan sonra Şam’a döndü. 1906 Ekim ayında Binbaşı Lütfi Bey, Dr. Mahmut Bey, Lüfti Müfit (Özdeş) Bey ve askerî tabip Mustafa Cantekin ile ‘Vatan ve Hürriyet’ adlı bir cemiyeti kurduktan sonra ordudan izinsiz Selânik’e gitti. Selânik Merkez Komutan Muavini Yüzbaşı Cemil Bey (Uybadın)’in yardımıyla karaya çıktı ve orada cemiyetinin şubesini açtı. Bir süre sonra arandığını öğrendi ve ona ağabeylik yapan Albay Hasan Bey, Yafa’ya dönüp oranın komutanı Ahmet Bey’e Mısır sınırında Bîrüssebi’ye gönderildiğini bildirmesini önerdi. Ahmet Bey de Mustafa Kemal’i Bîrüssebi’ye tayin etti ve bir süre sonra topçu staj için tekrar Şam’a gönderildi.[37] 20 Haziran 1907’de Kolağası (kıdemli yüzbaşı) oldu ve 13 Ekim 1907’de 3.Ordu’ya kurmay olarak atandı[35] ancak Selânik’e vardığında ‘Vatan ve Hürriyet’in şubesinin İttihat ve Terakki Cemiyeti’ne ilhak edildiğini öğrendi. Bu yüzden kendisi de 1908 Şubat ayında İttihat ve Terakki Cemiyeti’ne üye oldu (Üye numarası: 322)[38]. 22 Haziran 1908’de Rumeli Doğu Bölgesi Demiryolları Müfettişliğine atandı.[35]

    23 Temmuz 1908’de Meşrutiyet’in ilanından sonra Aralık 1908 sonlarında[39] İttihat ve Terakki Cemiyeti tarafından toplumsal ve siyasal sorunları ve güvenlik problemlerini incelemek üzere bugünkü Libya’nın bir parçası olan Trablusgarp’a gönderildi. Burada 1908 Devrimi’nin fikirlerini Libyalılara yaymaya ve buradaki nüfusun farklı kesimlerinden gelenleri Jön Türk politikasına kazanmaya çalıştı.[40] Bu siyasi görevin yanı sıra bölge halkının güvenliği ile de ilgilendi. Kentin dışında yapılan bir savaş tatbikatında Bingazi Garnizonu’na önderlik ederek askerlere modern taktikler öğretti. Bu tatbikat süresince isyana meyilli Şeyh Mansur’un evini sararak bölgede sistem karşıtı başka güçlü kişilere örnek olması amacıyla onu kontrol altına aldı. Ayrıca hem kentli insanları hem de kırsal bölge insanlarını korumak için bir yedek ordu planlamaya başladı.[39][41]

    13 Ocak 1909’da 3. Ordu’ya bağlı Selânik Redif Fırkası’nın Kurmay Başkanı oldu ve 13 Nisan 1909’da Meşrutiyet’e karşı 3. Ordu’ya bağlı Taşkışla’da konuşlanmış 2. ve 4. Avcı Taburları’nın isyanıyla başlayan, diğer birliklerin katılımıyla genişleyen 31 Mart Ayaklanması’nı bastırmak üzere Selânik ve Edirne’den yola çıkarak Mirliva Mahmut Şevket Paşa komutasında 19 Nisan 1909’da İstanbul’a girecek olan Hareket Ordusu’na bağlı birinci kademe birliklerinin kurmay başkanı oldu. Daha sonra 3. Ordu Kurmaylığı, 3. Ordu Subay Talimgâhı Komutanlığı, 5. Kolordu Kurmaylığı, 38. Piyade Alayı Komutanlığı görevlerinde bulundu.[35][39]

    Stuart Kline’ın Türk Havacılık Kronolojisi kitabına göre[42], Mustafa Kemal, 1910 yılında Fransa’da düzenlenen Picardie Manevraları’na katıldı. Burada yeni üretilen uçakların deneme uçuşuları yapılıyordu. Ali Rıza Paşa, bu uçuşlardan birine katılmak isteyen Mustafa Kemal’i önledi. Ve akabinde uçuş yapan o uçak dönüş esnasında yere çakıldı.[43] Bazı kaynaklar tarafından, bu hikâyeye dayanarak Atatürk’ün uçağa binmekten korktuğu iddia edilse de kitabın yazarı Kline, Atatürk’ün olaydan sonra 3 defa uçağa bindiğinden bahseder.[44]

    Mustafa Kemal, dönüşünün ardından 27 Eylül 1911’de İstanbul’da Genelkurmay Karargâhı’nda görev aldı.[45]

    Trablusgarp Savaşı
    Ayrıca bakınız: Trablusgarp Savaşı

    Trablusgarp Savaşı’nda, Mustafa Kemal
    İtalyanlar’ın Trablusgarp’a saldırısıyla 19 Eylül 1911’de başlayan Trablusgarp Savaşı’nda, 27 Kasım 1911’de Binbaşı[35] olan Mustafa Kemal, Binbaşı Enver Bey, Fuat (Bulca), Nuri (Conker) ve Binbaşı Fethi (Okyar) gibi diğer İttihatçı subaylarla birlikte 18 Aralık 1911’de hareket etti.[46] Mustafa Kemal ile grubu, Mısır’da Kahire[47] ve İskenderiye üzerinden Bingazi’ye gitti. 19 Ekimde İskenderiye’den yola çıktıktan bir süre sonra bir hastalık geçirdi.[48] 22 Aralık’ta Tobruk yakınında zafer kazandı. Derne’deki 16 – 17 Ocak 1912 taarruzunda gözünden yaralanıp bir ay hastanede tedavi gördü ve 6 Mart’ta Derne Komutanlığı’na getirildi.[49] Aynı yılın eylülünde başlayan barış görüşmelerine rağmen çatışmalar sürerken, Karadağ’ın 8 Ekim’de Osmanlı Devleti’ne savaş ilan etmesi ve Balkan Savaşları’nın başlaması nedeniyle barışa razı olunmasıyla Mustafa Kemal ve diğer subaylar İstanbul’a geri döndüler.

    Balkan Savaşları
    Ayrıca bakınız: Balkan Savaşları
    Balkan Savaşları başladığında Trablusgarp’ta görev yapan Derne Komutanı Mustafa Kemal ve Binbaşı Nuri Bey, bu savaşlarda görev almak istediler.[50] Mustafa Kemal, dönemin Osmanlı Harbiye Nezareti Enver Bey’in de izni ile 24 Ekim 1912’de Trablusgarp’tan ayrılmıştır.[50] 24 Kasım 1912’de karargâhı Bolayır’da bulunan Bahr-i Sefit Boğazı (Akdeniz Boğazı) Kuvayi Mürettebesi Harekât Şubesi Müdürlüğü’ne atandı.[51] Osmanlı ordusu burada general Stilian Georgiev Kovachev komutasındaki Bulgar 4. Ordusuna yenildi. Haziran 1913’de başlayan İkinci Balkan Savaşı’nda komutası altındaki birliklerle Dimetoka ve Edirne’ye girdi.

    27 Ekim 1913’te Sofya askerî ataşeliğine atanarak yakın arkadaşı Sofya sefiri (elçisi) Fethi Bey (Okyar)’in altında çalıştı.[52] Ek görev olarak Belgrad ve Çetine askerî ataşeliğini de yürüttü.[52] Bu görevde iken 1 Mart 1914’te yarbaylığa (kaymakam) yükseldi.[52]

  • Harika UFUK.Çağdaş Türkiye Cümhuriyetinin kurucusu ve mimarı Önerim Sayın Osman Gazi Mustafa Kemal ATATÜRK ile ilgili Muhteşem şiirler

    Azerbaycanın Kültür ve Edebiyat Portalının Türkiye temssilcisi

    ATATÜRK’ÜMÜN İZİNDE

    Senin için şiir yazmak istedim,
    Ne yazdıysam bin kere yinelenmiş,
    Ne düşündüysem benden önce söylenmiş.

    “Başak saçlı” diyemem; demişler.
    “Harman alınlı”, ”Deniz gözlü” hiç olmaz!
    Bana yazacak bir şey bırakmamış
    Behçet Kemal Çağlar,
    Yeni sözler bulmak için anam ağlar!

    Her sözcük sakız olmuş dillerde,
    Sana şiir yazmak istedim yine de!

    Seni çok seviyorum Atatürk’üm,
    İlkelerine sahip çıkmaktır ülküm.
    Devrimlerinin ve cumhuriyetimizin
    Daimi bekçisi olacağım!
    Kıyamet kopsa, yer oynasa yerinden,
    Dünya çıksa yörüngesinden,
    Atam, asla ayrılmayacağım izinden!

    HARİKA UFUK
    ADANA
    2000

    NOT: Bu şiir Şiirsu adlı Türkiye’nin en önemli şiir sitelerinden birinde 18.07.2017 tarihinde “Günün Serbest Şiiri” olarak seçilmiştir.

    ATATÜRK YOLU

    Esareti özgürlüğe çeviren,
    İstiklâle giden yoldur Atatürk.
    Düşmanları bir hamlede deviren,
    Yurda kanat geren koldur Atatürk.

    Yirminci yüz yıla damgayı vuran,
    Yenilikler yapan, devrimler kuran,
    Milletin başında taç olup duran,
    Çiçeklenmiş, yeşil daldır Atatürk.

    Dünya tarihinde çığırlar açan,
    Yalandan, riyadan, boş sözden kaçan,
    Yurdumuza bolluk bereket saçan,
    Vatan bahçesinde güldür Atatürk.

    İlkeleri milletimin rehberi,
    Şanlı cumhuriyet onun eseri,
    Gösterdiği hedef daim ileri,
    Çağdaşlığa akan seldir Atatürk.

    Gönlümüzün, gözümüzün ışığı,
    Vatansever, milletinin âşığı,
    İlim, irfan, hürriyetin beşiği,
    Sevgiyle uzanan eldir Atatürk.

    Fikri ile gündüz olur geceler,
    Söylev’inde anlam bulur heceler,
    Aşkla çarpan yürek onu heceler,
    Öz Türkçe konuşan dildir Atatürk.

    Harika ülkeni, mazini tanı,
    Türk çocuğu iyi öğren atanı,
    Utkular yaşamın mutluluk anı,
    Hayata tat katan baldır Atatürk.

  • KÜMBET DERGİSİ 50. SAYISI İLE OKUYUCULARIYLA BULUŞUYOR.

    Anadolu’dan yükselen çerağınız Türk kültür ve sanatının yüz aklarından biri olan KÜMBET DERGİSİ devletimizin ve sizlerin destekleriyle Cumhuriyetimizin 95. yılında 50. sayısına ulaştı.
    Ülkemizde son yılda vuku bulan ekonomik kriz sebebiyle çok sayıda dergi ve gazete kapanırken biz imkânlarımız ölçüsünde sizlerle buluşmaya devam edeceğiz. Belki bu yüzden bir görünen bir kaybolan yayın organlarının ötesinde yaşamak için karşılıklı özveriye beraber koşmanın yollarını arayacağız.
    Bu sayımızda kapak olarak 17 Ekim 2018’de aramızdan ayrılan Türk Edebiyatı’nın “Beyaz Kartalı, Dede Korkutu” Bahattin Karakoç’u değerlendirdik. Ayrıca derginin muhtevasında değerli kalemlerimiz Bahattin Karakoç için özel bir dosya oluşturdular. Üstat:
    “…
    Takvim sorup hudut çizme bana
    Ben sana çiçeklerle geleceğim.
    Ihlamurlar çiçek açtığı zaman”
    diyordu ama baharı bile beklemeden bir güz ayında o da Mustafa Ceylan gibi çok sayıda eser bırakarak ve gönüllerde taht kurarak kopup gitti bu fani dünyadan. Ruhları şâd olsun.
    Tokat Şairler ve Yazarlar Derneği ve Kümbet Dergisi ailesi bu sayısında çok sayıda etkinlik yapmanın, etkinliklere katılabilmenin ve gün yüzüne çıkardığı eserlerin gururunu yaşıyor. Etkinlikler sahifesinde bunları bulabilirsiniz.
    Bunlardan en önemlisi Niksar Belediyesi ve Tokat şairler ve Yazarlar Derneği işbirliği ile gerçekleştirilen “9. Cahit Külebi Memleketime Bakış Şiir yarışması” idi. Dereceye giren şairler 26-27 Ekim 2018 tarihinde Niksar’da düzenlenen “Erzurumlu Emrah’tan Ercişli Emrah’a Türk Halk Müziği, Halk Âşıkları Ve Cahit Külebi Şiir Şöleninde ödüllerini aldılar. Ayrıca bu program çerçevesinde Ercişli Emrah ve Erzurumlu Emrah anılarak Erciş-Niksar kültür birlikteliği sağlandı.
    Tokat Belediyesince 12-26 Ekim 2018 tarihleri arasında düzenlenen “2. Kitap Fuarı”nda yazar ve şairlerimizden Prof. Dr. Alpaslan Demir, Hasan Akar, Mahmut Hasgül, Rasim Yılmaz, Kumrugül Türkmen Akın, Nihat Aymak, Şerare Kıvrak Yağcıoğlu, Sündüs Aslan Akça, Ayla Bağ, Süleyman Erkan, Metin Falay kitaplarını sergileyip imzalarken belirlenen günlerde fuar alanında ve okullarda kültür söyleşilerinde bulundular.
    Kümbet Dergisi ailesinden Prof. Dr. Alpaslan Demir: “Osmanlıda Yaşamak”, Kumrugül Türkmen Akın: “Muştu”, Süleyman Erkan: “Heybemdekiler”, Nihat Aymak: “Temmuzun Onbeşiydi”, Metin Falay: “Kırk Kristal” adlı eserlerini bu dönemde gün yüzüne çıkararak okuyucularıyla buluştular.
    Dergimizin bu sayısında da birbirinden değerli yazarlarımız makale ve araştırmalarıyla sizleri aydınlatmaya çalışırken şairlerimiz de yüreklerinden sızan duygularıyla bir çiçek bahçesi oluşturmanın gayreti içinde oldular.
    Emeği geçen bütün kalemlere ayrı ayrı teşekkür ederken 2019 yılının ilk sayısında buluşabilmek dileğiyle esen kalınız.

    Hasan AKAR,
    Tokat Şairler Ve Yazarlar Derneği Başkanı

  • “Hece Taşları” aylık şiir dergisinin 45. sayısı yayında

    SEKSEK OYUNUNU TEK KENDİN OYNA

    Sen insan kalırsan bu sana yeter, gerisi angarya fasarya işler, kimin burnu göğe değerse değsin, topukları yeri delerse delsin, varsın oyalansın nefisleriyle, şeytanın atıyla cirit atsınlar, alsın ellerine oluklu kılıç, sağa sola sallasınlar sana ne, har vurarak harmanını yaksınlar, gece gündüz putlarının başında, pervaneler gibi fır fır dönsünler, servetin üstüne gurk yatanların, tutmak sana düşmez çetelesini.
    Her gün gam dağında türküler yakıp, kime hâl diliyle haber salarsın, uzakları gören gözlerde fer yok, yakınında duran seni görmüyor, bezirgânlar çarşısını teğet geç, sen yarana yarayacak yârânı, ararken kendini bulmaya çalış, deli veli çizgisini kendin çiz, seksek oyununu tek kendin oyna, şeyhleri uçurmak sana mı kaldı, içinin göğünü ateş sarsa da,senin sabır kumaşını yakacak, icat edilmedi dünya ateşi.
    Zamana mekâna takılma boş ver, insan damarların kurumadıysa, gönül toprağını pıtırak diken, sarar diye korkuyorsan aşk olsun, varsın kim kime kulp takarsa taksın, el elin etiniçiğneyip yutsun, insan yediğinden ve içtiğinden, variyetli iken vermediğinden, borçlu olduğunu zaten biliyor, sen desen de demesen de sözünü, o yine havanda suyun dövecek,
    senin bakiyende bir of kalacak.
    O geldi bu gitti falan da filan, kuyruğunda kırk bir düğüm de yalan, hinlikte pinlikte gezenlergezsin, senin avuçların günde beş vakit, gökteki karara sâdık kalır mı, zulüm başkasına dokunsa bile, kendi yüreğinde deprem olur mu, gökte bulutlara gözünü yumup, kirpiklerin damlaları sağar mı, ötelere daldığında içine, gün ışığı sızıyorsa bu iyi, say ki uyuyordun birden uyandın, vardın şükür kapısına dayandın.

    Tayyib ATMACA

  • Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurası üzvlərinin təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

    Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurası üzvlərinin təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

    Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 15 may tarixli 167 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Nizamnaməsi”nin 5.3-cü bəndinə uyğun olaraq qərara alıram:

    1. Aşağıdakı şəxslər Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurasının üzvləri təyin edilsinlər:

    Abdullayev Kamal Mehdi oğlu

    Əbdüləziz bin Osman əl-Tüveycri

    Əliyeva Leyla İlham qızı

    Əlizadə Akif Ağamehdi oğlu

    Əlizadə Firəngiz Əliağa qızı

    Koiçiro Matsuuro

    Nəcəfov Etibar Əli oğlu

    Salahov Tahir Teymur oğlu

    Şarovski Aleksandr Yakovleviç

    Zabelin Mixail Yuryeviç.

    2. “Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurası üzvlərinin təyin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 19 noyabr tarixli 877 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, №11, maddə 1479) ləğv edilsin.

    İlham Əliyev
    Azərbaycan Respublikasının Prezidenti
    Bakı şəhəri, 8 noyabr 2018-ci il.

    Mənbə: https://president.az

  • “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 1 oktyabr tarixli 1255 VQD nömrəli Qanununun tətbiqi

    “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 1 oktyabr tarixli 1255 VQD nömrəli Qanununun tətbiqi və “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 13 iyun tarixli 725 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

    Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 1 oktyabr tarixli 1255 VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:

    1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

    1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

    1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

    1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

    1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

    2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

    3. “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998 ci il 13 iyun tarixli 725 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 6, maddə 386; 2002, № 1, maddə 14; 2006, № 9, maddə 743, № 11, maddə 943; 2007, № 11, maddə 1115; 2008, № 1, maddə 8, № 6, maddə 498; 2010, № 8, maddə 723; 2013, № 3, maddə 241, № 5, maddə 498; 2015, № 9, maddə 1004; 2016, № 3, maddə 463) 2-ci hissəsi aşağıdakı redaksiyada verilsin:

    “2. Müəyyən edilsin ki:

    2.1. “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin dördüncü hissəsində, beşinci hissəsində hər üç halda və yeddinci hissəsində, 4-cü maddəsinin yeddinci hissəsində, 5-ci maddəsinin adında, birinci hissəsində hər iki halda və ikinci hissəsində hər iki halda, 6-cı maddəsində, 7-ci maddəsinin ikinci hissəsində birinci halda və üçüncü hissəsində birinci və ikinci hallarda, 11-ci maddəsinin ikinci hissəsində, 12-ci maddəsinin birinci hissəsinin birinci cümləsində və ikinci hissəsində, 13-cü maddəsinin birinci hissəsinin birinci cümləsində hər iki halda, ikinci cümləsində hər iki halda və ikinci hissəsinin ikinci cümləsində, 14-cü maddəsinin birinci hissəsində hər iki halda və ikinci hissəsində, 15-ci maddəsinin ikinci hissəsinin birinci və ikinci cümlələrində, 16-cı maddəsinin birinci hissəsinin ikinci cümləsində, 17-ci maddəsinin ikinci hissəsində, 18-ci maddəsinin birinci hissəsinin birinci cümləsində və üçüncü hissəsinin ikinci cümləsində, 19-cu maddəsinin ikinci hissəsində və üçüncü hissəsinin ikinci cümləsində, 20-ci maddəsinin birinci hissəsinin birinci cümləsində hər iki halda və ikinci cümləsində, ikinci hissəsində hər iki halda və üçüncü hissəsinin üçüncü cümləsində, 21-ci maddəsinin birinci, ikinci və üçüncü hissələrində, 22-ci maddəsinin birinci hissəsində, 23-cü maddəsinin birinci və ikinci hissələrində, 24-cü maddəsinin ikinci hissəsində, 25-ci maddəsinin birinci hissəsinin birinci və ikinci cümlələrində, altıncı hissəsində hər iki halda, 26-cı maddəsinin birinci hissəsində və 27-ci maddəsinin ikinci hissəsində hər iki halda və üçüncü hissəsinin üçüncü cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

    2.2. həmin Qanunun 4-cü maddəsinin səkkizinci hissəsində, 7-ci maddəsinin ikinci hissəsində ikinci halda və üçüncü hissəsində üçüncü halda, 16-cı maddəsinin birinci hissəsinin birinci cümləsində və üçüncü hissəsində, 22-ci maddəsinin ikinci hissəsində, 24-cü maddəsinin birinci hissəsində və 31-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;

    2.3. həmin Qanunun 23-cü maddəsinin birinci və ikinci hissələrində nəzərdə tutulmuş orqanın (qurumun) səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti, tabeliyindəki dövlət qoruqlarının ərazisində Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq və “Qala” Dövlət Tarix Etnoqrafiya qoruqları ərazisində isə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi həyata keçirir;

    2.4. həmin Qanunun 1-ci maddəsinin beşinci hissəsində ikinci halda və yeddinci hissəsində, 4-cü maddəsinin yeddinci hissəsində, 5-ci maddəsinin birinci hissəsində, 11-ci maddəsinin ikinci hissəsində, 12-ci maddəsinin birinci hissəsinin birinci cümləsində, 13-cü maddəsinin birinci hissəsinin ikinci cümləsində və ikinci hissəsinin ikinci cümləsində, 14-cü maddəsinin birinci və ikinci hissələrində, 15-ci maddəsinin ikinci hissəsinin birinci və ikinci cümlələrində, 17-ci maddəsinin ikinci hissəsində, 18 ci maddəsinin üçüncü hissəsinin ikinci cümləsində, 19-cu maddəsinin ikinci hissəsində və üçüncü hissəsinin ikinci cümləsində, 20-ci maddəsinin birinci hissəsinin birinci, ikinci cümlələrində və ikinci hissəsində, 21-ci maddəsinin ikinci və üçüncü hissələrində, 25 ci maddəsinin birinci hissəsinin birinci, ikinci cümlələrində və altıncı hissəsində, 26-cı maddəsinin birinci hissəsində, 27-ci maddəsinin ikinci hissəsində və üçüncü hissəsinin üçüncü cümləsində nəzərdə tutulmuş orqanın (qurumun) səlahiyyətlərini Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, tabeliyindəki dövlət qoruqlarının ərazisində Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq və “Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqları ərazisində isə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi həyata keçirir;

    2.5. həmin Qanunun 1-ci maddəsinin dördüncü hissəsində, 16-cı maddəsinin birinci hissəsinin ikinci cümləsində və 18-ci maddəsinin birinci hissəsinin birinci cümləsində nəzərdə tutulmuş orqanın (qurumun) səlahiyyətlərini Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi, tabeliyindəki dövlət qoruqlarının ərazisində yerləşən abidələrə münasibətdə Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi, “İçərişəhər” Dövlət Tarix Memarlıq və “Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqlarının ərazisində yerləşən abidələrə münasibətdə isə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi həyata keçirir;

    2.6. həmin Qanunun 1-ci maddəsinin beşinci hissəsində birinci halda, 13-cü maddəsinin birinci hissəsinin birinci cümləsində və 24-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş orqanın (qurumun) səlahiyyətlərini Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və yerli icra hakimiyyəti orqanları, tabeliyindəki dövlət qoruqlarının ərazisində Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq və “Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqları ərazisində isə “İçərişəhər” Dövlət Tarix Memarlıq Qoruğu İdarəsi həyata keçirir;

    2.7. həmin Qanunun 1-ci maddəsinin altıncı hissəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti fəaliyyət istiqamətlərinə uyğun olaraq həyata keçirirlər;

    2.8. həmin Qanunun 5-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş orqanın (qurumun) səlahiyyətlərini Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi (Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə razılaşdırmaqla), tabeliyindəki dövlət qoruqlarının ərazisində Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq və “Qala” Dövlət Tarix Etnoqrafiya qoruqları ərazisində isə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi həyata keçirir;

    2.9. həmin Qanunun 6-cı maddəsində nəzərdə tutulmuş orqanın (qurumun) səlahiyyətlərini abidələrin siyahısının təsdiqi və daşınmaz abidələrin xəritələrinin hazırlanması hissəsində Azərbaycan Respublikasının Nazirlər Kabineti, abidələrin siyahıya və dövlət qeydiyyatına alınması və pasportlaşdırılması hissəsində isə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, tabeliyindəki dövlət qoruqlarının ərazisində Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi, “İçərişəhər” Dövlət Tarix Memarlıq və “Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqları ərazisində “İçərişəhər” Dövlət Tarix Memarlıq Qoruğu İdarəsi həyata keçirirlər;

    2.10. həmin Qanunun 7-ci maddəsinin üçüncü hissəsində nəzərdə tutulmuş orqanın (qurumun) səlahiyyətlərini Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tarix və mədəniyyət abidələrinin yerləşdiyi ərazinin yerli icra hakimiyyəti orqanları ilə birgə, tabeliyindəki dövlət qoruqlarının ərazisində Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq və “Qala” Dövlət Tarix Etnoqrafiya qoruqlarının ərazisində isə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi həyata keçirir;

    2.11. həmin Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi həyata keçirir;

    2.12. həmin Qanunun 12-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş orqanın (qurumun) səlahiyyətlərini Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin rəyi əsasında Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, tabeliyindəki dövlət qoruqlarının ərazisində Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq və “Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqları ərazisində isə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi həyata keçirir;

    2.13. həmin Qanunun 1-ci maddəsinin beşinci hissəsində, 5-ci maddəsinin adında, birinci və ikinci hissələrində, 7-ci maddəsinin ikinci və üçüncü hissələrində, 13-cü maddəsinin birinci hissəsinin birinci və ikinci cümlələrində, 14-cü maddəsinin birinci hissəsində, 20-ci maddəsinin birinci hissəsinin birinci cümləsində, ikinci hissəsində və üçüncü hissəsinin üçüncü cümləsində, 21-ci maddəsinin birinci hissəsində, 25-ci maddəsinin altıncı hissəsində və 27-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş elmi təşkilat Azərbaycan Milli Elmlər Akademiyasıdır.”.

    İlham Əliyev
    Azərbaycan Respublikasının Prezidenti
    Bakı şəhəri, 7 noyabr 2018-ci il.

    Mənbə: https://president.az

  • “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

    “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

    Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 13-cü bəndini rəhbər tutaraq qərara alır:

    “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 6, maddə 365; 2005, № 4, maddə 278; 2007, № 11, maddə 1072; 2010, № 3, maddə 168; 2012, № 11, maddə 1057; 2013, № 11, maddə 1313; 2015, № 11, maddə 1279; 2017, № 2, maddələr 141, 160; 2018, № 6, maddə 1157) aşağıdakı dəyişikliklər edilsin:

    1. 1-ci maddə üzrə:

    1.1. dördüncü hissədə “müvafiq icra hakimiyyəti orqanlarına” sözləri “müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma)” sözləri ilə əvəz edilsin;

    1.2. beşinci hissədə “müvafiq icra hakimiyyəti orqanlarından” sözləri “müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqandan (qurumdan)” sözləri ilə, “müvafiq icra hakimiyyəti orqanlarının” sözləri “müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun)” sözləri ilə əvəz edilsin;

    1.3. yeddinci hissəyə “müvafiq icra hakimiyyəti orqanının” sözlərindən sonra “müəyyən etdiyi orqanın (qurumun)” sözləri əlavə edilsin.

    2. 4-cü maddənin yeddinci hissəsində “müvafiq icra hakimiyyəti orqanına” sözləri “müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma)” sözləri ilə əvəz edilsin.

    3. 5-ci maddə üzrə:

    3.1. birinci hissəyə “müvafiq icra hakimiyyəti orqanının” sözlərindən sonra “müəyyən etdiyi orqanın (qurumun)” sözləri əlavə edilsin;

    3.2. ikinci hissədə “müvafiq icra hakimiyyəti orqanı” sözləri “müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum)” sözləri ilə əvəz edilsin.

    4. 6-cı maddədə “müvafiq icra hakimiyyəti orqanı” sözləri “müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum)” sözləri ilə əvəz edilsin.

    5. 7-ci maddənin üçüncü hissəsinə birinci halda “müvafiq icra hakimiyyəti orqanının” sözlərindən sonra “müəyyən etdiyi orqanın (qurumun)” sözləri əlavə edilsin.

    6. 11-ci maddənin ikinci hissəsində “müvafiq icra hakimiyyəti orqanı ilə” sözləri “müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanla (qurumla)” sözləri ilə əvəz edilsin.

    7. 12-ci maddə üzrə:

    7.1. 12-ci maddənin birinci hissəsinin birinci cümləsinə “müvafiq icra hakimiyyəti orqanının” sözlərindən sonra “müəyyən etdiyi orqanın (qurumun)” sözləri əlavə edilsin;

    7.2. 12-ci maddənin ikinci hissəsində “müvafiq icra hakimiyyəti orqanı” sözləri “müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum)” sözləri ilə əvəz edilsin.

    8. 13-cü maddə üzrə:

    8.1. birinci hissənin birinci cümləsində “müvafiq icra hakimiyyəti orqanlarına” sözləri “müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma)” sözləri ilə, “orqanlar” sözü “orqan (qurum)” sözləri ilə əvəz edilsin;

    8.2. birinci hissənin ikinci cümləsində ikinci halda “müvafiq icra hakimiyyəti orqanının” sözlərindən sonra “müəyyən etdiyi orqanın (qurumun)” sözləri əlavə edilsin;

    8.3. ikinci hissənin ikinci cümləsində “müvafiq icra hakimiyyəti orqanı” sözləri “müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum)” sözləri ilə əvəz edilsin.

    9. 14-cü maddə üzrə:

    9.1. birinci hissədə “müvafiq icra hakimiyyəti orqanına” sözləri “müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma)” sözləri ilə əvəz edilsin;

    9.2. ikinci hissəyə “müvafiq icra hakimiyyəti orqanının” sözlərindən sonra “müəyyən etdiyi orqanın (qurumun)” sözləri əlavə edilsin.

    10. 15-ci maddənin ikinci hissəsinin birinci cümləsində “müvafiq icra hakimiyyəti orqanına” sözləri “müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma)” sözləri ilə, ikinci cümləsində “müvafiq icra hakimiyyəti orqanı” sözləri “müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum)” sözləri ilə əvəz edilsin.

    11. 16-cı maddənin birinci hissəsinin ikinci cümləsində “müvafiq icra hakimiyyəti orqanı” sözləri “müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum)” sözləri ilə əvəz edilsin.

    12. 17-ci maddənin ikinci hissəsində “müvafiq icra hakimiyyəti orqanına” sözləri “müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma)” sözləri ilə əvəz edilsin.

    13. 18-ci maddə üzrə:

    13.1. birinci hissənin birinci cümləsində “müvafiq icra hakimiyyəti orqanı” sözləri “müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum)” sözləri ilə əvəz edilsin;

    13.2. üçüncü hissənin ikinci cümləsinə “müvafiq icra hakimiyyəti orqanının” sözlərindən sonra “müəyyən etdiyi orqanın (qurumun)” sözləri əlavə edilsin.

    14. 19-cu maddə üzrə:

    14.1. ikinci hissədə “müvafiq icra hakimiyyəti orqanı ilə” sözləri “müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanla (qurumla)” sözləri ilə əvəz edilsin;

    14.2. üçüncü hissənin ikinci cümləsinə “müvafiq icra hakimiyyəti orqanının” sözlərindən sonra “müəyyən etdiyi orqanın (qurumun)” sözləri əlavə edilsin.

    15. 20-ci maddə üzrə:

    15.1. birinci hissənin birinci cümləsində “müvafiq icra hakimiyyəti orqanında” sözləri “müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda)” sözləri ilə əvəz edilsin və ikinci cümləsinə “müvafiq icra hakimiyyəti orqanının” sözlərindən sonra “müəyyən etdiyi orqanın (qurumun)” sözləri əlavə edilsin;

    15.2. ikinci hissədə “müvafiq icra hakimiyyəti orqanına” sözləri “müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma)” sözləri ilə əvəz edilsin.

    16. 21-ci maddə üzrə:

    16.1. ikinci hissədə “müvafiq icra hakimiyyəti orqanına” sözləri “müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma)” sözləri ilə əvəz edilsin;

    16.2. üçüncü hissəyə “Müvafiq icra hakimiyyəti orqanının” sözlərindən sonra “müəyyən etdiyi orqanın (qurumun)” sözləri əlavə edilsin.

    17. 23-cü maddə üzrə:

    17.1. birinci hissədə “müvafiq icra hakimiyyəti orqanı” sözləri “müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum)” sözləri ilə əvəz edilsin;

    17.2. ikinci hissəyə “müvafiq icra hakimiyyəti orqanının” sözlərindən sonra “müəyyən etdiyi orqanın (qurumun)” sözləri əlavə edilsin.

    18. 24-cü maddənin ikinci hissəsinə “müvafiq icra hakimiyyəti orqanının” sözlərindən sonra “müəyyən etdiyi orqanın (qurumun)” sözləri əlavə edilsin.

    19. 25-ci maddə üzrə:

    19.1. birinci hissənin birinci və ikinci cümlələrinə “müvafiq icra hakimiyyəti orqanının” sözlərindən sonra “müəyyən etdiyi orqanın (qurumun)” sözləri əlavə edilsin;

    19.2. altıncı hissədə “müvafiq icra hakimiyyəti orqanı” sözləri “müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum)” sözləri ilə əvəz edilsin.

    20. 26-cı maddənin birinci hissəsinə “müvafiq icra hakimiyyəti orqanının” sözlərindən sonra “müəyyən etdiyi orqanın (qurumun)” sözləri əlavə edilsin.

    21. 27-ci maddə üzrə:

    21.1. ikinci hissəyə ikinci halda “müvafiq icra hakimiyyəti orqanının” sözlərindən sonra “müəyyən etdiyi orqanın (qurumun)” sözləri əlavə edilsin;

    21.2. üçüncü hissənin üçüncü cümləsində “müvafiq icra hakimiyyəti orqanına” sözləri “müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma)” sözləri ilə əvəz edilsin.

    İlham Əliyev
    Azərbaycan Respublikasının Prezidenti
    Bakı şəhəri, 1 oktyabr 2018-ci il.

    Mənbə: https://president.az

  • “Mədəniyyət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə”

    “Mədəniyyət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 1 oktyabr tarixli 1256 VQD nömrəli Qanununun tətbiqi və “Mədəniyyət haqqında” Azərbaycan Respublikasının 2012-ci il 21 dekabr tarixli 506-IVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 15 fevral tarixli 828 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

    Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Mədəniyyət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 1 oktyabr tarixli 1256 VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:

    1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

    1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Mədəniyyət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

    1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

    1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

    1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

    2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Mədəniyyət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

    3. “Mədəniyyət haqqında” Azərbaycan Respublikasının 2012-ci il 21 dekabr tarixli 506-IVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 15 fevral tarixli 828 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 2, maddə 122; 2016, № 5, maddə 865, № 11, maddə 1811; 2017, № 6, maddə 1085, № 11, maddə 2005) aşağıdakı dəyişikliklər edilsin:

    3.1. 2.1-ci bənd aşağıdakı redaksiyada verilsin:

    “2.1. Mədəniyyət haqqında” Azərbaycan Respublikası Qanununun 5.2-ci maddəsinin birinci cümləsində (mədəniyyət sahəsində dövlət siyasətinin prioritet istiqamətlərinin müəyyən edilməsi və onun əsasında dövlət proqramlarının və strategiyaların qəbul edilməsi və icrasına nəzarət üzrə), 21.2-ci maddəsində, 25.1-ci maddəsində hər iki halda, 27.1-ci maddəsində ikinci halda, 33.3-cü maddəsinin ikinci cümləsində, 39.2 ci, 39.3-cü, 39.6-cı və 40.3-cü maddələrində, 40.4-cü maddəsinin birinci cümləsində hər iki halda və ikinci cümləsində ikinci və üçüncü hallarda, 40.5-ci maddəsinin birinci və ikinci cümlələrində, 45.1-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;”;

    3.2. 2.3-cü bənd aşağıdakı redaksiyada verilsin:

    “2.3. həmin Qanunun 5.2-ci maddəsinin birinci cümləsində (mədəniyyət sahəsində məqsədyönlü layihələrin, tədbirlər planlarının qəbul edilməsi və onların icrasına nəzarət üzrə), 25.3-cü, 41.2-ci və 41.3-cü maddələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi həyata keçirir;”;

    3.3. aşağıdakı məzmunda 2.3-1-ci və 2.3-2-ci bəndlər əlavə edilsin:

    “2.3-1. həmin Qanunun 21.2-ci, 27.1-ci, 39.2 ci, 39.3 cü, 39.6 cı, 40.3-cü maddələrində, 40.4-cü maddəsinin birinci və ikinci cümlələrində, 40.5-ci maddəsinin birinci və ikinci cümlələrində (Azərbaycan Milli Elmlər Akademiyasının rəyi nəzərə alınmaqla), 45.1-ci maddəsində nəzərdə tutulmuş orqanın (qurumun) səlahiyyətlərini Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, tabeliyindəki dövlət qoruqlarının ərazisində Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq və “Qala” Dövlət Tarix Etnoqrafiya qoruqları ərazilərində isə “İçərişəhər” Dövlət Tarix Memarlıq Qoruğu İdarəsi həyata keçirir;

    2.3-2. həmin Qanunun 33.3-cü maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş orqanın (qurumun) səlahiyyətlərini qoruqların sərhədlərinin və mühafizə zonalarının müəyyən edilməsi hissəsində Azərbaycan Respublikasının Nazirlər Kabineti, mədəni irs abidələrinin mühafizə zonalarının müəyyən edilməsi hissəsində isə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, tabeliyindəki dövlət qoruqlarının ərazisində Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi, “İçərişəhər” Dövlət Tarix Memarlıq və “Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqları ərazisində “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi həyata keçirirlər;”.

    İlham Əliyev
    Azərbaycan Respublikasının Prezidenti
    Bakı şəhəri, 7 noyabr 2018-ci il.

    Mənbə: https://president.az

  • “Mədəniyyət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

    “Mədəniyyət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

    Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq qərara alır:

    “Mədəniyyət haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 2, maddə 78; 2015, № 11, maddə 1282; 2016, № 11, maddə 1751; 2017, № 11, maddə 1967; 2018, № 6, maddə 1175) aşağıdakı dəyişikliklər edilsin:

    1. 21.2-ci maddədə “müvafiq icra hakimiyyəti orqanı” sözləri “müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum)” sözləri ilə əvəz edilsin.

    2. 27.1-ci maddədə ikinci halda, 33.3-cü maddənin ikinci cümləsində və 40.3-cü maddədə “müvafiq icra hakimiyyəti orqanı” sözləri “müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum)” sözləri ilə əvəz edilsin.

    3. 39.2-ci və 39.6-cı maddələrdə “müvafiq icra hakimiyyəti orqanı ilə” sözləri “müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanla (qurumla)” sözləri ilə əvəz edilsin.

    4. 39.3-cü maddəyə “müvafiq icra hakimiyyəti orqanının” sözlərindən sonra “müəyyən etdiyi orqanın (qurumun)” sözləri əlavə edilsin.

    5. 40.4-cü maddənin birinci cümləsində “müvafiq icra hakimiyyəti orqanında” sözləri “müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda)” sözləri ilə, ikinci cümləsində “müvafiq icra hakimiyyəti orqanına” sözləri “müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma)” sözləri ilə əvəz edilsin.

    6. 40.5-ci maddənin birinci cümləsində “müvafiq icra hakimiyyəti orqanı ilə” sözləri “müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanla (qurumla)” sözləri ilə, ikinci cümləsində “müvafiq icra hakimiyyəti orqanı” sözləri “müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum)” sözləri ilə əvəz edilsin.

    7. 45.1-ci maddədə “Müvafiq icra hakimiyyəti orqanı” sözləri “Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum)” sözləri ilə əvəz edilsin.

    İlham Əliyev
    Azərbaycan Respublikasının Prezidenti
    Bakı şəhəri, 1 oktyabr 2018-ci il.

    Mənbə: https://president.az

  • 9 noyabr – Azərbaycan Dövlət Bayrağı Günü

    Müasir müstəqil Azərbaycan dövlətinin rəmzlərindən biri də üçrəngli bayrağımızdır. Himnimiz, gerbimiz kimi bayrağımız da müstəqillik tariximizin varislik ənənəsinin təsdiqidir. Bayraq həm də dövlətimizin, bütövlükdə, xalqımızın gələcək yolunu müəyyənləşdirən bələdçidir. Milliliyi, dini inancımızı və müasirliyi təcəssüm etdirən bayrağımız azərbaycanlılara öz soykökünü xatırladır, üzərində dalğalandığı torpağın qədimliyini göstərir. Bu gün ən yüksək zirvələrdə dalğalanan üçrəngli bayrağımız Azərbaycan dövlətinin gücünü və xalqımızın milli birliyini nümayiş etdirir.
    Dövlət bayrağımız 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin iclasında qəbul edilib və 1920-ci ilin aprel ayınadək dövlət statusuna malik olub. Həmin bayraq 70 ildən sonra 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı olaraq təsdiq edilib. 1991-ci il fevralın 5-də Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” Qanun qəbul edərək onu dövlət bayrağı elan edib.

    1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı ilə Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi onun dövlət rəmzlərini, o cümlədən dövlət bayrağını bərpa edib. 2004-cü il iyunun 8-də “Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə bu sahədə qanunvericilik bazası təkmilləşdirilib.

    2009-cu il noyabrın 17-də Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında” Sərəncam imzalayıb. Həmin il dekabrın 4-də isə Milli Məclis noyabrın 9-nu Dövlət Bayrağı Günü kimi rəsmiləşdirib.

    Müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın dövlət bayrağı milli suverenliyin simvolu kimi ölkəmizin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrilib. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq xalqımızın azadlıq məfkurəsinə, milli mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyini nümayiş etdirir.

    Azərbaycan Respublikasının dövlət bayrağı bərabər enli üç üfiqi zolaqdan ibarətdir. Yuxarı zolaq mavi, orta zolaq qırmızı, aşağı zolaq yaşıl rəngdədir. Mavi rəng – Azərbaycan xalqının türk mənşəli olmasını, qırmızı rəng – müasir cəmiyyət qurmaq, demokratiyanı inkişaf etdirmək istəyini, yaşıl rəng – islam sivilizasiyasına mənsubluğunu ifadə edir. Qırmızı zolağın ortasında bayrağın hər iki üzündə ağ rəngli aypara ilə səkkizguşəli ulduz təsvir edilib.

    Mənbə: http://ataturk.az

  • “Eurovision-2019” mahnı müsabiqəsində 42 ölkə iştirak edəcək

    Gələn il İsrailin paytaxtı Təl-Əvivdə keçiriləcək “Eurovision-2019” mahnı müsabiqəsində 42 ölkə iştirak edəcək.

    AZƏRTAC müsabiqənin rəsmi saytına istinadla xəbər verir ki, yarışmanın yarımfinalları mayın 14-də və 16-da, final isə mayın 18-də baş tutacaq.

    “Eurovision-2019” mahnı müsabiqəsinin şüarı “Dare to Dream” (“Arzularına sərbəstlik ver”) olacaq. İsrail bu müsabiqəyə ev sahibliyi etmək hüququnu “Eurovision-2018” müsabiqəsində müğənni Netta Barzilayın qələbəsindən sonra qazanıb.

    Mahnı müsabiqəsində ölkəmizlə yanaşı, Albaniya, Avstraliya, Avstriya, Belarus, Belçika, Ermənistan, Xorvatiya, Kipr, Çexiya, Danimarka, Estoniya, Finlandiya, Fransa, Makedoniya, Almaniya, Gürcüstan, Yunanıstan, Macarıstan, İslandiya, İrlandiya, İsrail, İtaliya, Latviya, Litva, Malta, Moldova, Monteneqro, Hollandiya, Norveç, Polşa, Portuqaliya, Rumıniya, Rusiya, San-Marino, Serbiya, Sloveniya, İspaniya, İsveç, İsveçrə, Ukrayna və Böyük Britaniya iştirak edəcək.

    Xatırladaq ki, “Eurovision-2019” müsabiqəsində Azərbaycanın da iştirakı sentyabrın 18-də elan olunub.

    Mənbə: http://www.azertag.az

  • Nizami CƏFƏROV.“Dilimizdə bu qədər durğu işarəsinə ehtiyac yoxdur”

    Azərbaycanda ATATÜRK Mərkəzinin direktoru, filologiya elmləri doktoru, professor, akademik, Əməkdar elm xadimi, Milli Məclisin üzvü.

    Azərbaycan Atatürk Mərkəzinin sədri, akademik Nizami Cəfərovun APA TV-nin “Sözü kodu” verilişinə müsahibəsi

    – Nizami müəllim, verilişimiz “Libraff” kitab satışı mağazasında çəkilir. Ona görə istərdim, söhbətimizə kitab mövzusu ilə başlayaq. Azərbaycan cəmiyyətinin kitaba münasibətini necə qiymətləndirirsiniz?

    – Uzun müddət şikayətlənmişik ki, cəmiyyətin kitaba münasibəti yaxşı deyil.

    – Amma haqlı şikayətlənmişik.

    – Doğrudur. Sovetlər birliyinin son illərinə qədər Azərbaycan ən çox kitab oxunan, ən çox kitab nəşr olunan ölkə idi. O müqayisədən məlum oldu ki, 90-cı illərdə kitaba maraq azaldı. Bunun da əlbəttə, çoxlu səbəbləri var idi. Ümumi ictimai-siyasi şərait, kitab nəşrinin demək olar dayanması, kitab mağazalarının bağlanması və s. Orta məktəbdə kitab oxumayanlar sonrakı dövrlərdə oxumazlar.

    – Yəqin razılaşarsınız ki, həmin dövrdə ən çox ziyan çəkən ədəbiyyat və mədəniyyət oldu.

    – Şübhəsiz. Hətta müsbət mənada inqilablar olanda da, arada kitaba, düşüncə sahibinə, mütəfəkkirə münasibət dəyişir. Çünki hər kəs özünü mütəfəkkir hesab edir. Belə insana kitab oxutdura bilməzsən. Böyük bir imperiya dağıldı. Müəyyən dövrdə oxunan kitablara münasibət dəyişdi, yeni kitablar çap olunmadı. Bunun ardınca da bazar iqtisadiyyatı gəldi. Bazar iqtisadiyyatı mürəkkəb iqtisadi sistemdir. Onun həmişə ilk mərhələləri çox dağıdıcı olur. Adətən bu dağıdıcılıq yönəlir mənəviyyata. Amma sonradan ölkədə stabillik yaranandan, cəmiyyət inkişaf yolunu dərk edəndən sonra istər-istəməz hər şey öz yerini aldı. Azərbaycanda əlifba dəyişikliyi ilə bağlı problemlər dərhal həll olundu. 2004-cü ildən latın əlifbasında kütləvi nəşrlərin çapı başladı. Bizim bir sıra nəşriyyatlarımız da bu prosesə qoşuldular. Latın əlifbasında həm klassik Azərbay-can ədəbiyyatı, həm dünya ədəbiyyatı nəşr olunmağa başladı. Yeni yazanlar da latın əlifbasında yazdılar, nəşriyyat sistemi genişləndi, dərsliklərə münasibətdə yeni prinsiplər ortaya çıxdı. Bütün bunlar Azərbaycanda kitab işini tədricən qaydaya saldı. Eyni zamanda Azərbaycanda rusca oxuyanlar var idi, ingiliscə oxuyanlar meydana çıxdı. Bu da balansı, strukturu müəyyən¬ləş-dirdi. 70-80-ci illəri müqayisə etsək, o vaxt çap olunan kitabların keyfiyyəti ilə indi nəşr olunan kitabların keyfiyyəti arasında müsbət mənada müqayisə olunmayacaq qədər fərq var.

    – Yəni indi daha keyfiyyətlidir?

    – Əlbəttə. O vaxt uşaqlar üçün keyfiyyətli, rəngli kitablar buraxılmırdı. Doğrudur, mübahisə edirik ki, o dövrdə kitablar məzmunca daha yaxşı idi, indi hər kəs yazır.

    – Bu təbii prosesdir. Hər kəsin yazmağının qarşısını almaq onsuz da mümkün deyil.

    – Bəli, mümkün deyil. Özü də ədəbiyyatda da, elmdə də belədir. Yazmaq kütləviləşib. Buna da darıxmaq lazım deyil. Ona görə ki, seçim nə qədər çox olursa, o qədər yaxşıdır. Çünki burada həm də ideologiya məsələləri var. Əgər cəmiyyətin müxtəlif fikirləri qəbul etmək imkanı varsa, bu, çox yaxşı göstəricidir. Yadımdadır, o vaxt kitabları xaricdən gizli gətirir-dilər. Həmin ədəbiyyatı onsuz da biz tapıb oxuyurduq. Amma indi həmin ədəbiyyat o qədər çox çap olunur, amma güclü maraq da yoxdur. Əsas odur, bizim ədəbiyyatımız “Dədə Qor-qud”dan başlamış, ən müasir yazıçılara qədər çap olunub və hər yerdə var.

    – Əsas odur, yaxşı mətn olsun. Amma problem on-dadır ki, yaxşı mətnə yaxşı qonorar verilmir.

    – Yeddi-səkkiz il əvvəl bu məsələ geniş müzakirə olundu. O zaman mən parlamentin mədəniyyət komitəsinin sədri idim. Çox təkidlə tələb edirdim, dövlət sifarişləri ilə işləyən nəşriyyatlar olsun ki, tanınmış yazıçıların, məsələn, Anarın, Nəriman Həsənzadənin, Elçinin, Fikrət Qocanın əsərləri stabil çap olunsun və lazımı qonorarı alsınlar. İndi bu müəlliflər də qonorar ala bilmirlər. Bəzən gəlir yeri olmayan yaşlı yazıçıya müəyyən kömək edib ona qonorar verə bilirlər, amma bu proses də gözlənilən səviyyədə deyil. Dövlət müəyyən dövr üçün bunu öz üzərinə götürməlidir. Doğrudur, indi “Azərbaycan” və “Ulduz” jurnalları, “Ədəbiyyat qəzeti” qonorar verir, amma bu, həddindən artıq azdır. Yəni o dərəcədə az vəsait ayrılır ki, yazıçı romanı redaktə-korrektə etdirirsə, bu vəsait də ora sərf olunur.

    – “Azərbaycan” və “Ulduz” jurnallarının, “Ədəbiyyat qəzeti”nin verdiyi qonorarlardan xəbəriniz var?

    – O qədər də yox. Bilirəm ki, nə qədər xəbərim olmasa, o qədər yaxşıdır. Yəni çox azdır. Yazıçılar Birliyi də, jurnalların baş redaktorları da bunu deyirlər. Milli Məclisdə bu məsələlər müzakirə olunanda əks mövqelər də müzakirə oldu. Deyirdilər, dövlət yaradıcı qurumları maliyyələşdirir və belə şey dünyada yoxdur. Yəni yaradıcı qurumlar müstəqildirlər və özlərini saxlamalıdır. Dövlət bu işə qarışsa, onda sənətkarın müstəqilliyini əlindən alır. Milli Məclisdə təklif etdilər ki, bu işi sərbəst buraxaq. Oxucu yaxşı yazıçının kitabını oxuyub, bir də alacaq. Yəni bu şəkildə yazıçıya dövlət qonorar verməsin.

    – Yəqin ki, siz bu mövqe ilə razılaşmadınız. Çünki mə-də¬niyyətə dövlət dəstəyi vacibdir.

    – Mən ona görə razılaşmadım ki, elə dövrlər var, kömək lazımdır. Müxtəlif dövrlərdə bu köməklik ortalığa çıxır. Doğrudur, Azərbaycan prezidenti bizim yazıçılarımıza fəxri adlar verir, onlar müəyyən vəzifələr daşıyır, universitetlərdə çalışırlar, maaş alırlar. Yaxud yazıçılar dövlət mükafatları alırlar. Amma bu da tək-təkdir. Gənclərə birdəfəlik prezident təqaüdləri verilir. Amma bunlar bir növ yazıçını maliyyələşdirir. Ədəbiyyatı maliyyələşdirmir. Yaxşı əsər yaxşı pul gətirməlidir. Paradoks nədən ibarətdir? Yaxşı əsəri cəmiyyətə təqdim etmək məsələsi var. Bu, dünyada çox böyük biznes sistemidir. Bunun üçün elə mürəkkəb mexanizmlər var ki, sən nə qədər böyük yazıçı olsan da, o mexanizmə düşməsən, maliyyə vəsaitini ala bilməyəcəksən. Çünki bazarın rəqabət sistemi var. Bax, belə bir mürəkkəb vəziyyətdəyik. Amma bu da maraqlıdır ki, parlamentə məsələlər müzakirə edirik, bir-birimizlə mübahisə aparırıq, qanunlar qəbul edirik, amma həyat bizdən qabağa gedir. Parlamentdə qəbul etdiyimiz qanunların müzakirəsi gedə-gedə həyat daha qabağa gedir. Kitab mağazaları, nəşriyyatlar meydana çıxır, amma hələ də yazıçı az qazanır. Biz bu məsələləri müxtəlif vaxtlarda müzakirə edirik və edəcəyik. Məsələ yalnız ondan deyil ki, Milli Məclis qanun qəbul edir, ya yox. Məsələ həm də odur ki, Milli Məclisdə müzakirə olunan məsələlər cəmiyyətə təsir edir. Milli Məclis cəmiyyətlə dialoqdadır. Mən həmişə demişəm ki, bizim qanunlarımız bir az geciksin, amma cəmiyyətimiz, ədəbiyyat irəli getsin. Qanun qəbul etdirməklə ədəbiyyatı inkişaf etdirə bilmərik. Yaradıcılıq, mədəniyyət, elm bir inersiyadır. Xüsusən ədəbiyyatda istedad lazımdır. Bunu öyrətmirlər, öyrətmək mümkün deyil. Amma təbii ki, hər şeyi də inersiyanın üzərinə buraxmaq olmaz. Sonra deyəcəyik ki, hanı kitablar, kitabxanalar, yazıçılar… Bu həddə də çatdırmaq olmaz.

    – Elmira Axundova və Rafael Hüseynov Milli Məclis-dəki müzakirələr zamanı mədəniyyətə ayrılan vəsaitin azlığından şikayət etmişdilər. Bu haqda nə düşünürsünüz? Təbii ki, siz də bu vəsaitin artırılmağını arzu edirsiniz…

    – Arzu həmişə var. Azərbaycanın bütün dövlət büdcəsini mədəniyyət sahəsində ayırsan, arzu yenə olacaq. Mədəniyyət çox pul aparan sahədir. Amma bununla yanaşı bizdə ciddi və elmi büdcə siyasəti yürüdülür. Bizim ədəbiyyatımızın da, ictimai fikrimizin də əsas mövzusu Qarabağdır. Təbii ki, orduya daha çox pul yatırılmalıdır. Çünki ordu bizi müdafiə edir, müstəqilliyimizin dayağıdır. Azərbaycan prezidenti İlham Əliyev dəfələrlə deyib: “Yazıçı, ədəbiyyat, mədəniyyət bizim milli maraqlarımızın müdafiəsində ordudan az xidmət etmir”. Amma onun xidməti konkret deyil. Tarixidir, ənənəvidir və çox qədimdən gəlir, gələcəyə gedir. Ona görə də mədəniyyətə ayrılan vəsait elə bilirəm, həmişə dəqiq ölçülüb-biçilir. Ondan yaxşı istifadə etsək, artırılma imkanlarını nəzərə alaraq, indiki şəraitdə, özünü doğruldur. Bizdə teatr və kinonun inkişafı ilə bağlı proqram var. Yaxşı olar ki, ədəbiyyatla bağlı da bu cür proqramlar olsun.

    – Tərcümə Mərkəzinin “Azərbaycan dilinin işlək or¬fo-qrafiya sözlüyü” müxtəlif mübahisə və müzakirələrə yol açdı. Siz bununla bağlı fikrinizi mətbuatda ifadə etdiniz. Başqa mövqe ondan ibarətdir ki, bu cür sözlükləri yalnız Dilçilik İnstitutu nəşr etməlidir. Bu haqda nə deyə bilərsiniz?

    – Uzun illər bizdə yarı rəsmi vəziyyət olub və “Orfo-qrafiya lüğəti” Dilçilik İnstitutunda hazırlanıb. Hətta bir vaxtlar Dilçilik İnstitutundan kənar Lüğətlər İnstitutu da olub. Mara-qlıdır ki, bu lüğətlərin daha çox tədqiqat obyekti tərcümə lüğətləri olub. Buna da bizim ehtiyacımız var idi. Çünki termi-nologiya dəqiqləşdirilməli idi. Orfoqrafiya sahəsində bizim çox ciddi işlərimiz olub. 20-ci illərin sonlarında Vəli Xuluflunun nəşr olunan “İmla lüğəti” bizim ilk lüğətimizdir. Bu lüğətin hazırlanmasında o vaxt dilçilik professoru olan Bəkir Çoban-zadənin böyük rolu olub. Eyni zamanda onun rəhbərliyi ilə çoxlu müşavirələr keçirilib, yazı dilimiz qaydaya salınıb. Sonra həmin lüğətin əsasında orfoqrafiya lüğətləri hazırlanıb. Kifayət qədər böyük təcrübəmiz var. Lüğətlərin təkmilləşməsi 70-ci illərə qədər davam edib. Bugünkü lüğətə də qüsurlu lüğət kimi baxmaq olmaz. Çünki onlar düz yazılıb. Orfoqrafiya qaydaları dilin yeganə qaydalar sistemidir ki, onu hökumət təsdiq edir. Lüğətin təsdiqinə isə ehtiyac yoxdur. Çünki qayda varsa, lüğəti hər kəs tərtib edə bilər. Bu lüğətin yeganə əlaməti odur ki, qaydalara uyğun olsun. Müəyyən dövrdə apostrof götürüldü. Onda da qaydalarda çox ciddi dəyişikliyə ehtiyac olmadı. Yal-nız bir iki sözün yazılışı dəyişdi. Deyək ki, “şer” sözü şeir, “fel” feil kimi yazıldı.

    – Cəmiyyət bunu qəbul etdi. Apostrofun götürülməyi böyük boşluq yaratmadı…

    – Doğrudur. Bir vaxtlar biz fəhlə sözünü də apostrofla yazırmışıq. Sabirin dövründə “fələ” yazılıb. Apostrofun tərəfdarları etiraz etdilər, amma bu, əsas deyil. Azərbaycan cəmiyyəti öz dilinə, mədəniyyətinə, tarixinə özü ilə bağlı nə varsa çox obyektiv münsiflik edir. Cəmiyyətə onun əleyhinə olan prinsipi inzibati qəbul etdirə bilməzsən. Mümkün deyil. Heç bir qanun da yoxdur ki, lüğətlər ancaq Dilçilik İnstitutunun tərtibindən çıxmalıdır. Əlbəttə, Dilçilik İnstitutu nümunə göstərməlidir. Bu, institutun bilavasitə vəzifəsidir. Universitet-lər də sözlük buraxa bilərlər. Bu, Təhsil Nazirliyinin səlahiy-yətinə aid məsələdir. Orta məktəblər üçün sözlüklər buraxıl-malıdır. Deyim ki, bunu Milli Elmlər Akademiyası edə bilməz. O prosesdə pedaqoqlar, dərslik müəllifləri iştirak etməlidirlər. Çox təəssüf ki, bizdə elə lüğətlər azdır. Bir dəfə çox böyük dilçi alimimiz Əziz Əfəndizadənin “Məktəblinin orfoqrafiya lüğəti” çıxmışdı. Sözlüklərin təyinatı var. Elə prinsip yoxdur ki, bu işlərin hamısına Dilçilik İnstitutu nəzarət etməlidir. Ona görə də Tərcümə Mərkəzi öz sözlüyünü təklif elədi. Bu sözlük öz xüsusi prinsipləri ilə ortaya çıxdı. Bu sözlük Azərbaycan dilinin orfoqrafiya lüğətini inkar eləmir. Sadəcə, sözlüyün ortaya çıxmasında istər-istəməz müqayisə aparıldı. Ona görə də ilkin mərhələdə olduğu üçün işlək sözlük adlandırıldı. Bizim bəzi dilçilərimiz elə başa düşür ki, bu ümumişlək sözlərin lüğətidir. Elə deyil. Təbii ki, bu lüğətin adın¬da elə bir iddia var. Lüğətə o sözlər daxil olub ki, onlar cə¬miyyətin tez-tez müraciət etdiyi sözlərdir. İndi məsələn, “Orfo¬qrafiya lüğəti”nin son nəşrinə baxsaq, ona görkəmli alim, aka¬demik Ağamusa Axundov rəhbərlik edib. Amma burada fone¬tika məsələlərindən daha çox, hansı sözlər olmalıdır məsə¬ləsində problem yaranıb.

    – Qoşa samitlərlə bağlı məsələ nə yerdədir? Siz riyaziyyat, nəqliyyat, ədəbiyyat, səhiyyə, maliyyə və s. sözlərdə samitin birinin ixtisar olunmasını təklif etmişdiniz. Bunun həyata keçməsi realdırmı?

    – Bu sözləri bir “y” ilə deyirik. Və nəzəri olaraq, “y” hərfinin biri atıla bilər. Amma məsələnin başqa tərəfi də var. Bu gün həmin iki “y”dan biri atılsa… Təsəvvür edin, bizim neçə nazirliyimizin adında iki “y” var. Ədliyyə Nazir¬li¬yi, Maliyyə Nazirliyi, Mədəniyyət Nazirliyi… Görün, nə qədər sənəd dəyişməlidir.

    – Demək, bu məsələ real deyil, qoşa samitlərdən biri atılmayacaq…

    – Təbii ki! İndiki şəraitdə bu mümkün deyil.

    – On il sonra bu məsələ təklif olunsa, onda nə dəyişəcək?

    – Heç nə dəyişməyəcək. Mən bilən, belə qalacaq. Başqa məsələ də var. Məsələn, Ağstafa rayonu İcra Hakimiyyəti. Ya-xud başqa qoşa samitli idarələr… Görün, indiki şəraitdə nə qədər vəsait tələb edir. Eyni zamanda şəxsiyyət vəsiqələrində olan qoşa “y” hərfləri… Ona görə də bu söhbəti hələlik saxlamaq lazımdır.

    – Dil normalarının pozulmağını çox müşahidə edirsiniz?

    – Azərbaycan dili yazı qaydaları etibarı ilə çox mükəm¬məl dillərdən biridir. Bizim yazı qaydalarımızda problemimiz yoxdur. Ziyalılarımız, əli qələm tutanlarımız demək olar, normal yazırlar. Bir az durğu işarələrində problemlərimiz var. Çünki yazı dilimizdə durğu işarələrimizi həddindən çox artırıblar. Bu qədər durğu işarəsinə ehtiyac yoxdur.

    – Məsələn, hansılara?

    – Məsələn, “ki” bağlayıcı deyilsə, orda ehtiyac yoxdur. Bizdə isə harada “ki” görürlərsə, orada vergül qoyurlar. Bunun üçün orta məktəbi yaxşı oxumaq lazımdır. Məsələn, “Mən ki bu məsələdə öz razılığımı bildirməmişəm” cümləsində “ki”dən sonra vergül qoymaq lazım deyil. Yaxud feli bağlama tərkib-lərindən sonra hər yerdə vergül qoyurlar. Tutalım, “filankəs filan işi görüb…” – sonra vergül qoyurlar. Ehtiyac yoxdur. Bu nəyi dəyişir? Şifahi nitqimizdə isə problemlər var. Bu da yalnız Azərbaycan dilinə aid deyil. Dünyada elə bir dil tapmazsan ki, o dildə danışan insan qaydalara tam əməl eləsin. Mümkün deyil. Yetər ki, bu qabarıq olmasın.

    – Dövlət dili haqqında qanunda dil qaydalarını pozanların cərimələnməsi göstərilir. Praktikada isə buna rast gəlmirik ki, kimsə pozuntuya görə cərimələnsin.

    – Qanun tərtib olunanda biz onu eksperimental şəkildə yox, prinsip olaraq daxil etdik ki, Azərbaycan dilinin qayda-qanunlarına qarşı şüurlu şəkildə dağıdıcı hərəkət olarsa, o cəzalandırılmalıdır. Ola bilər, qəzet-jurnallar, televiziya-radiolar hansısa təsir altında dilimizi gülünc vəziyyətə sala, ironiya edə. Çünki dilimizə qarşı tarixdə çox ironiyalar, dağıdıcı təsirlər olub. Azərbaycan prezidenti Milli Elmlər Akademiyasında çıxış edəndə dedi ki, Azərbaycan dilinə kənardan gətirilən sözlərin, intonasiyaların qarşısı alınmalıdır. O həddə gətirilə bilər ki, Azərbaycan dili təbii quruluşunu itirə bilər. İngilislərlə hindlilərin zarafatyana söhbəti var. Bir məclisdə ingilis iddia ilə deyir ki, biz Hindistanı zəbt elədik və sizi öz qaydalarımızla yaşamağa məcbur elədik, ingilis dilini sizə qəbul etdirdik. Hindli bilmir nə cavab versin. Deyir ki, biz də ingilis dilinin başına elə oyun açdıq ki, onu qaydaya salmaq mümkün deyil. Yəni dillə bağlı belə hadisələr olur. Dövlət dili haqqında qanunda da bu məsələ nəzərdə tutulub. Amma inanmıram, fərdi olaraq kimsə danışığını, yazısını o günə qoysun ki, yəni dilin axırına çıxacam. Ferdinand de Sössür deyir ki, dilin qayda-qanunları, normaları bir adamın iddiası ilə pozula bilməz. Çünki o, xalqın sayı qədər ansambldır. Onlar o dildə oxuyurlar, ifa edirlər. Dörd-beş adam ayrı hava çalsa da, hiss olunmayacaq. Amma yenə də dili qorumaq lazımdır.

    Mənbə: http://ataturk.az

  • Nizami CƏFƏROV.”TÜRK DÖVLƏT GƏNƏŞİYİ”

    Azərbaycanda ATATÜRK Mərkəzinin direktoru, filologiya elmləri doktoru, professor, akademik, Əməkdar elm xadimi, Milli Məclisin üzvü.

    Ən qədim dövrlərdən başlayaraq türkləri xarakterizə edərkən göstərilən ən mühüm keyfiyyətlərdən biri (bəlkə də, birincisi) onların (türklərin) zəngin dövlət quruculuğu (və idarəçiliyi) mədəniyyətinə malik olmalarıdır.
    Göy Türklərin Kül tiqin abidəsi (732) məlumat verir:
    «Yuxarıda mavi göy, aşağıda qara yer yaradıldıqda on-ların arasında insan oğlu yaradıldı. İnsan oğlu üzərində dədə-babalarım Bumın kağanla İstemi kağan hakim oldular. Hakim olub türk xalqının elini (dövlətini), törəsini (idarəçilik qayda-qanunlarını) dirçəldib möhkəmləndirdilər»…
    Göründüyü kimi, hər şeydən əvvəl, qədim türklər ina¬nır¬-lar ki, kağan (xaqan) hakimiyyətə Tanrının iradəsi (məs¬lə¬hə¬ti) ilə gəlir. Və bunu, maraqlıdır ki, kağan özü də «etiraf» edir:
    «Türk xalqının adı-sanı (şərəfi) yox olmasın deyə atam ka¬ğanı, anam xatını yüksəldən Tanrı, el (dövlət) verən Tanrı türk xalqının adı-sanı (şərəfi) yox olmasın deyə məni taxta oturtdu».
    Və beləliklə, Tanrı türk kağanını «seçir»… Türk kağa¬nı hakimiyyətə ona görə gətirilir ki, xalqın normal yaşayı-şını, şə-rəfini təmin etsin… Bunun üçünsə türk törəsinə, dədə-baba¬lar-dan qalmış möhkəm (və müqəddəs!) qayda-qanunlara əməl eləmək lazımdır.
    Bu tələb həm kağana, həm də xalqa aiddir.
    «Türk» sözünün bir neçə etimoloji mənalarından (tö-rə-mək, artmaq, güclü, qüdrətli və s.) biri də «törəsi (qayda-qa¬nun¬¬-ları) olan, yaxud ona riayət edən» deməkdir. Əslində, «türk» sözünə verilən populyar tarixi interpretasiyalardan hər üçü məna-məzmunca bir-birilə səsləşir: törəmək – törə ilə ya¬şamaq – güclü-qüdrətli (passionar) olmaq…
    Tarixin (və ya tarixşünaslığın) yaddaşında qalmış ən qə-dim türk dövləti Turan (e.ə. I minilliyin ortaları), ilk böyük türk hökm¬darı isə Alp Ər Tonqadır… Bu dövlətin (və onun hökm-darının) tarixi qüdrəti barədə keçən eranın sonu yeni eranın əvvəllərində yaranmış «Alp Ər Tonqa» dastanı eramızın birinci min¬illiyi boyu çox məşhur olmuş, Qəznəlilərin hökmdarı Sul¬tan Mahmud Qəznəvi İran şairi Firdovsiyə həmin mövzuda əsər yazıb türkləri (sələflərini) tərənnüm etməyi sifariş versə də, dahi şair «milli təəssübkeşliyi» ucbatından Turana yox, İrana üstünlük verdiyinə görə türk hökmdarı tərəfindən, haqlı olaraq, cəzalandırıl-mışdır. Lakin Alp Ər Tonqanın (və Tu¬ra¬nın) əzəmətinə heç «Şahnamə» müəllifi də sona qədər kölgə sala bilməmişdir.
    E.Ə. I minilliyin sonlarına doğru türklərin Hun siyasi bir¬liyi formalaşır ki, onun yaradıcısı Tümən kağan idi… Və be-ləliklə, Böyük Türk Kağanlığının «əbədi» tarixi başladı.
    Tüməndən sonra hakimiyyətə oğlu Mete – qədim türk epo¬sunun qəhrəmanı Oğluz kağan keçir… Və onun zamanında Bö¬yük Türk Kağanlığının hüdudları xeyli genişlənərək bü¬töv-lükdə Böyük Çölü əhatə edir.
    Mete (Oğzu) kağanın mənbələrdə mühafiə edilmiş məş-hur dövlət gənəşiyi, yəqin ki, türk dövlətçiliyi tarixində ilk gənəşik hadisəsi deyildi…
    Düşmən tayfalar hələ zəif olan Hunlara elçi göndərib ka-ğanın atını istəyirlər. Mete ətrafını toplayıb məsləhətləşir. «Yox» deyirlər… Ancaq kağan vəziyyəti nəzərə alıb atın ve¬ril-məsi qərarına gəlir… Düşmən bir daha elçi göndərib Metenin xanımını istəyir. Yenə də məsləhətləşmə keçirilir. Nüfuzlu adamların əxlaqsız iddiaya kəskin etirazına baxmayaraq kağan bu dəfə də güzəştə gedir… Azğınlaşmış düşmən üçüncü dəfə ölkənin yarasız bir torpaq sahəsini tələb etdikdə məsləhət üçün top¬lananlardan bəziləri kağana «ver getsin», -deyirlər – «Əv¬vəl-ki iddialarla müqayisədə bu tələb heç nədir». Kağan qəzəb¬lənib həmin adamların başını vurdurur. Və deyir ki, «əvvəl gü¬zəştə get-diklərim şəxsən mənə mənsub idi, torpaq isə döv¬lətindir, onu heç kim öz xoşuna düşmənə verə bilməz»…
    Bu əfsanə-mənbə qədim türklərdə həm dövlət gə-nəşiyinin olmasını, həm onun formatını, həm də qərar çı-xarma fəlsəfəsini (üsul, metod, son sözün kimə məxsus olması və s.) əks etdirir.
    Eramızın ilk əsrlərindən Şərqdən Qərbə «axan» hunlar həm bir sıra müasir türk (qıpçaq) xalqlarının əsasını qoyur, həm də türk törəsini (ümumən dövlətçilik mədəniyyətini) Av¬ropaya yayırlar. Xüsusilə Atilla dövründə (I minilliyin or¬talarında) Hunların (türklərin) Qərbi Avropaya təsiri yeni dinin (xristianlığın) qarşısındakı maneələri aradan qaldıraraq «qo-calmış Avropanı cavanlaşdırmaq cəhdi» kimi xarakterizə oluna bilər.
    Qərbi Avropada Hunlar (və Atilla) ilə bağlı mənfi ste-reo¬tiplərin yaranmasına baxmayaraq, obyektiv araşdır-malar (mə¬sələn, bax: Laszlo Maracz. The Huns in Western con¬s-ciousness: inages, stereotypes and civilization. – Global – Turk, 2015, №1-2) göstərir ki, türk dövlət idarəçiliyi ənənələri Avropaya əhəmiyyətli mədəni təsir göstərmişdir.
    I minilliyin ortalarında Böyük Türk Kağanlığı – Göy Türk dövləti (imperiyası) simasında təzahür edir…
    Əvvəlki türk dövlətləri kimi əsas coğrafiyasını Böyük Çö¬lün təşkil etdiyi Göy Türk imperiyası dövründə türklərin döv¬lət quruculuğu (və idarəçiliyi) texnologiyaları barəsində yal¬-nız şifahi yox, həm də zəngin yazılı mənbələr – «Kültiqin, Bil¬gə kağan, Tonikuk abidələri mövcuddur. Və bundan sonra Ta¬rix türklərin dövlətçilik mədəniyyəti, o cümlədən dövlət gənəşiyi barədə təkcə danışmır, həm də yazır.
    Turan, Hun və Göy Türk dövlət-imperiyalarından sonra türk¬lər Dünyaya harmoniya gətirən bir sıra böyük si-yasi birliklər də yaradırlar: Qaraxanlılar, Səlcuqlar, Moğol-lar, Qızıl Ordalılar, Səfəvilər, Osmanlılar…
    E.ə. II minilliyin sonu I minilliyin əvvəllərindən baş-layan (ondan bir neçə min il əvvəl isə ümumaltay «təcrübə»si olan!), təxminən üç min illik ardıcıl, davamlı tarixə malik türk dövlətçilik ənənəsinin kifayət qədər universal qanunauy¬ğun-luqlarından, modellərindən (və nəticə etibarilə, geno¬tipo¬lo¬gi-yasından) bəhs etmək olar.
    Və bu mövzuda daha əsaslı söhbət açmaq üçün bö-yük tarixçilər Əbdülqadir İnan, Bəhaəddin Ögəl, Mirəli Se-yidov… kifayət qədər geniş imkanlar yaratmışlar.
    Türk cəmiyyətinin strukturu, məlum olduğu kimi 1) ailə (oğuş), 2) ailələr birliyi (uruğ), 3) tayfa (boy), 4) tayfalar birliyi (budun), 5) xalq (el) iyerarxiyasına əsaslanır.
    Tayfanı (boyu) – bəy; tayfalar birliyini (budunu) – yab-qu, şad və ya iltəbər; xalqı (eli) isə kağan idarə edir.
    Böyük Türk Kağanlığı (imperatorluğu), əslində, «boylar konfederasiyası»dır ki, burada həm bir idarəçilik demok¬ra¬tiz¬mi, həm də mərkəzçiliyi sarsıda biləcək qədər «boy (tayfa) sər-bəstliyi» vardır.
    Və fmkrimizcə, türk dövlət gənəşiyi kağanlıq təkha¬ki-miy¬¬¬yətliliyi ilə (xalqın öz passionar azlığı vasitəsilə) dövlət idarəçiliyində iştirakı ehtiyacı arasındakı dialoq və ya diskurs (ünsiyyət) zərurətindən yaranmışdır.
    Ümumi qənaət bundan ibarətdir ki:
    «Böyük Hunlardan başlayaraq hər türk dövlətində döv-lət işlərinin müzakirə olunduğu (məsləhətləşildiyi) bir məclis var¬dır. Əvvəllər «Toy», moğollardan sonra «Qurultay» ad¬la¬nan bu məclislərin quruluşu və burada iştirak edənlər müxtəlif türk dövlətlərində bir-birindən fərqlənmiş, səlahiyyət və müzakirə (məsləhətləşmə) mövzuları da dəyişilmişdir. Boy (tay¬fa) bəy¬ləri bir sıra xanədan mənsubları və yüksək rütbəli dövlət mə¬mur¬ları bu məclisdə iştirak etmişlər» (Büyük Türk Klasikleri, I c., Ötüken – Söğüt).
    Türk dövlətlərinin (imperiyalarının) zəngin tarixi təc-rübəsindən çıxış edərək (və onları mövcud araşdırmalar əsa¬sın-da ümumiləşdirərək) türk dövlət gənəşiyini təhlil etməyə çalışaq…
    Türk dövlət gənəşiyinin xarakterini müəyyənləşdi-rən cə¬hət¬lərdən birincisi, heç şübhəsiz, hökmdar, yaxud dövlət baş-çısı kultudur… Hunların əfsanəvi hökmdarı Mete – Oğuz ka¬ğan Çin imperatoruna yazdığı məktubu bu cür başlamışdı: «Hun-ların Göy (Tanrı) tərəfindən taxta çıxarılmış kağanı» …Göy Türklərin hökmdarı da xalqa müraciətində özünü məhz bu cür təqdim eləmişdi…
    Lakin türklərdə kağan, bir sıra qədim xalqlardan fərqli olaraq, heç də Tanrı mənşəli deyil. Və ona görə də Tanrı (Göy) tərəfindən müqəddəs hökmdarlıq, xüsusi səlahiyyət (kut!) verilmiş kağan missiyasını məsuliyyətlə yerinə yetirməsə, Tan¬rı onu öz himayəsindən məhrum edib sərt cəzalandıra bilər.
    Bununla belə kağan olmaq iddiası, prinsip etibarilə, yalnız kağan soyundan (nəslindən) gələnlərə düşür. Və çoxlu id¬dia¬çılardan kimin kağan olacağını isə yenə də Tanrının ira¬dəsi müəyyən edir.
    Türk dövlətçilik təfəkküründə öz geniş əksini tapmış (hət¬ta türklər arasında kütləviləşmiş!) bir mühüm məsələ də «Dün¬ya dövləti» ideyasıdır ki, bunun məzmunu Tanrının türk ka¬ğanına bütün Dünyanı idarə etmək səlahiyyətini verməsi ina-mı¬dır. Və bu inam Osmanlı imperiyasına qədər gəlib çıx-mışdır…
    Bütün bunlar isə o deməkdir ki, türk dövlət gənəşiyinin zəruriliyini, mövzusunu, vaxtını (məqamını), formatını, yerini və s. hökmdar (dövlət başçısı) müəyyən edir. Çünki o, mü¬qəddəs bir missiya icra edən (Tanrının iradəsini yerinə yetirən) mütləq hakimdir… Lakin dövlət idarəçiliyi təcrübəsində türk hökmdarlarının məcburiyyət (aşağılardan aktiv və ya passiv təz-yiq) üzündən də gənəşik keçirmələri faktları az olmamışdır. Və bu, adətən, «aşağılar»ın hakimiyyətdən narazılığını aradan qaldırmaq (onlara ya təzyiq göstərmək, ya da güzəştə getmək) məqsədi da-şımışdır.
    Bir də törə (türk törəsi) vardır ki, kağan nə qədər «ha-kimi-mütləq» olsa da ona riayət etməyə borcludur. Və buraya, əsasən, aşağıdakı qaydalar daxildir:
    1) Xalqın (dövlətin) taleyilə bağlı məsələləri kağan gə-nəşiksiz həll edə bilməz;
    2) dövlət gənəşiyində xalq mümkün qədər maksimum təmsil olunmalıdır;
    3) heç olmasa ildə bir dəfə (və hər dəfə eyni vaxtda), zə-ruri oldu-olmadı, dövlət gənəşiyi (toy, qurultay, divan və s. formatlarında) keçirilməlidir;
    4) dövlət gənəşiyini kağan (hökmdar) yox, hamının hörmət etdiyi nüfuzlu ağsaqqal (bilgə) idarə etməlidir;
    5) arzu edən hər kəsin danışmaq, fikir söyləmək, mövqe bildirmək hüququ vardır.
    Türk dövlət gənəşiyinin xarakterini müəyyənləşdirən ikinci cəhət türk dövlət quruculuğu (və idarəçiliyi) ənənələrinin zənginliyidir, qayda-qanunlara (törəyə) ciddi riayət olun¬ma¬sıdır. Əgər kağan türk törəsinin əsaslarını pozarsa, Tanrı da ondan üz döndərər. Və bu tələb türklər islamı qəbul etdikdən sonra da özünəməxsus bir şəkildə (müsəlman dünyagörüşünə uyğun olaraq) davam etdirilmişdir…
    Türk törəsinin əsas şərt-prinsipi isə «ədalətlilik»dir!..
    Kağan idarə etdiyi xalqın – cəmiyyətin (nəticə eti-ba¬rilə, bütün insanlığın!) taleyinə cavabdehdir… Bunun həyata ke-çirilməsi üçünsə ən optimal (və populyar) yol dövlət gənə¬şiyi olmuşdur. Xalqla məsləhətləşmək (hətta buna ciddi ehtiyac görünməsə belə!) hökmdarın törəyə riayət etməsinin ən kütləvi nümayişi sayıla bilərdi.
    Lakin türklərin tarixində elə qurultaylar da olmuşdur ki, hökmdarın türk törəsinə gətirdiyi yenilikləri, yeni qaydaları təs-diq etmək (bəyənmək), yaxud da onun məzmunu ilə tanış olmaq üçün çağrılmışdır.
    Türk dövlət gənəşiyində törə özünün hamı tərəfin-dən qəbul olunmuş (ənənəvi) vəziyyətində «hökmdar (kağan) – xalq» münasibətlərinin qurulmasında, idarəçilik texnolo¬giya¬la-rının səmimiliyində, dövlətin (imperiyanın) uzunömür¬lü¬lü¬yün¬də mühüm rol oynamışdır.
    Törəyə əməl olunmasının məsuliyyətini ilk növbədə kağan daşıyırdı…
    Türk dövlət gənəşiyinin xarakterini müəyyənləşdirən üçüncü cəhət dövlətlərin ərazicə geniş coğrafiyanı əhatə etmək-lə çoxlu sayda tayfa birliklərindən təşkil olunması idi… Döv¬lət daxili informasiya mübadiləsinin, xüsusilə hökmdar fərman-larının «aşağılar»a çatdırılmasının, eləcə də «aşağılar»dakı vəziyyət barədə məlumat alınmasının operativ olmadığı (ək¬sinə, çoxlu sayda texnoloji çətinliklərin olduğu) dövrlərdə toy¬lar, qurultaylar və s. miqyasında keçirilən gənəşiklərə böyük eh¬tiyac var idi. Və bu ehtiyac çox zaman hökmdarın «mütləq ha-kimiyyət» səlahiyyətlərini məhdudlaşdırır, gənəşiklərin hətta vaxtaşırı olaraq keçirilməsi zərurətini doğururdu.
    Məsələn, «Dədə Qorqud» eposunda (və onun əsasında yazıya alınmış «Kitabi-Dədə Qorqud»da) vaxtaşırı toy (gənə-şik) keçirməyən hökmdara qarşı Oğuz bəylərinin ciddi nara¬zı-lığından, ondan incimələrindən danışılır.
    Türk dövlət gənəşiyində imperiyaların ərazinin ge-niş¬li-yi¬ndən irəli gələn problemləri həll etmək üçün bir sıra təd¬birlər gö¬rülmüşdür:
    1) tələsik keçirilməli olan dövlət gənəşiyinə yalnız az say¬da zəruri şəxslər (dövlətin «irəli çıxanlar»ı) çağırılmışdır;
    2) kağan (hökmdar) daha yaxın adamları (saray əyan¬la-rını) toplayaraq gənəşik (müzakirə) aparmış, çıxa-rılan qərarlar «aşağılar»a göndərilmişdir.
    Türk dövlət gənəşiyinin xarakterini müəyyənləşdi-rən dördüncü cəhət cəmiyyətin həyat tərzi, təsərrüfat ukladıdır… Sülh şəraitində, adətən, yüksək gənəşiyə o qədər də ehtiyac ol-madığı halda axınlar və ya müharibələr zamanı bu, qaçılmaz ol-muşdur.
    Hər şeydən əvvəl ona görə ki, hökmdar sərkərdələr tərə-fin¬dən idarə olunan ordunun ümumi başçısı, müasir təbirlə, «a¬li baş komandan»ı idi. İkincisi, axına gedəcək və ya ölkəni düşmən hücumlarından müdafiə edəcək ordunun böyük hissəsi məhz müharibə ərəfəsində xalq içərisindən toplanırdı. Və nə¬ha-yət, üçüncüsü isə, həmin ordunun əhval-ruhiyyəsini yük¬səlt¬mək, hansı ümumi ideallar (Vətən, din, hökmdar və s.) uğrunda döyüşəcəyini izah etmək lazım gəlirdi.
    Sülh şəraitində keçirilən dövlət gənəşiklərində tən-tənə, bayram əhval-ruhiyyəsi həmişə çox güclü olmuşdur. Və bu za-man dini ayinlər icrasına, yemək-içmək məclislərinə, müxtəlif xarakterli (və türklər üçün ənənəvi) yarışların keçirilməsinə, mükafatların təqdiminə xüsusi diqqət verilmişdir.
    Türk dövlət gənəşiyinin xarakterini müəyyən edən be-şinci cəhət türk dövlətinin beynəlxalq nüfuzu və ya beynəlxalq münasibətlər üçün məsuliyyətidir… Artıq qeyd edildiyi kimi, türklərdə «Dünya dövləti» ideyası (və iddiaları) kifayət qədər güclü olmuşdur. Geniş bir coğrafiyanı (Avroasiyanı!) məs¬kun-laşdıran (və idarə edən)türk hökmdarları üçün dövlət gənəşiyi ehtiyacının miqyası da geniş idi. Gənəşiyə yalnız müxtəlif türk tayfaları deyil, «hüdudsuz» coğrafiyanın müxtəlif xalqları da qa¬tılırdılar.
    Türk dövlət gənəşiyinə dəvət olunanların içərisində nəinki müxtəlif dillərdə danışan (və müxtəlif mənşəli) xalq-ların (tayfaların), hətta xarici ölkələrin (dövlətlərin) nüma¬yən¬də¬ləri də olurdu. Bu mənada türk dövlət gənəşiyinin «dünyaya açıqlığ»ı barədə cəsarətlə danışmaq olar.
    Və yeri gəlmişkən… Türk dövlət gənəşiyinin, ümu-mən türk dövlətçiliyinin həm yaranmasında, həm də inki-şafında qədim Şərq dövlət idarəçiliyi ənənələrinin (məsələn, Çin) müəyyən təsirləri də olmuşdur ki, bu, əsasən, türklərin «Dünya döv¬ləti» (dünyanı özlərinə cəlb etmək) iddialarından irəli gə-lirdi. Və «dünya ilə ünsiyyət» istəyinin (marağının və ya siya-sətinin) nəticəsi idi. Burada «kənardan təsir və ya təzyiq»dən ona görə söhbət gedə bilməz ki, türklər dövlət idarəçiliyinə «beynəlmiləl (və təbii ki, mütərəqqi!) texnologiyalar»ı zəif, yaxud əsarətdə olduqları dövrlərdə deyil, məhz güclü və ya ge-niş bir coğrafiyada hakimiyyətdə olduqları dövrlərdə mə¬nim-səmişlər.
    Türk dövlət gənəşiyinin xarakterini müəyyən edən al¬tın-cı cəhət onun iştirakçılarının seçimindən və ya tərkibin-dən ibarətdir.
    Qədimdən başlayaraq müxtəlif türk dövlətlərində (im-periya¬larında), qüvvədə olan törəyə görə, dövlət gənəşinə ilk növbədə hökmdar soyundan olan şəxslər (qeyd edək ki, onların demək olar ki, hamısı dövlət idarəçiliyində yüksək mövqe tu-turdular), ikinci növbədə, tayfa başçıları (bəylər), üçüncü növ-bədə isə, hərbi, dini və s. liderlər, ağsaqqallar dəvət edi¬lir¬di¬lər. Bu qayda o qədər möhkəm idi ki, kağan (hökmdar) tərə¬fin¬dən ona əməl olunmasa, yəni dəvət olunmalı şəxs dəvət edil¬məsə, kifayət qədər ciddi skandal yarana bilərdi.
    Qurultay və ya toyun kağan tərəfindən irəlicədən müəy-yən edilmiş miqyasından (formatından) asılı olaraq, xalq küt¬lə-lə¬rinin iştirakı da gözlənilən idi. Burada əsas rolu dövlət gə¬nəşi-yinin «janr»ı, hansı məqsədlə keçirilməsi oynayırdı. Əgər gənəşik, məsələn, müharibə etmək və ya sülh bağlamaq üçün çağırılırdısa bir, törəyə dəyişiklik, yaxud təntənə-bayram üçün idisə başqa bir tərkib müəyyən edilə bilərdi. Ancaq əsas heyət, adə¬tən, dəyişməz idi.
    Türk dövlət gənəşiyinin xarakterini müəyyən edən yed-dinci cəhət onun kifayət qədər mükəmməl keçirilmə qay¬da¬la-rının, müasir terminlə desək, protokolunun mövcud olmasıdır.
    Tarixi mənbələr (və onların verdiyi məlumatların müqa-yisəli araşdırılaraq ümumiləşdirilməsi) göstərir ki:
    1) dövlət gənəşiyinin toy, qurultay, divan və s. Forma-sın¬da keçirilməsinə uyğun xüsusi yeri (məqamı) olurdu (hətta bəzən at üstündə keçirilirdi);
    2) həmin yer dövlət simvolları (bayraq, qədəh, damğa və s.) ilə «bəzədilirdi»;
    3) hər kəsin oturmaq (hətta yatmaq, dincəolmək) üçün xüsusi yeri olurdu ( heç kim heç kimin yerini tuta bilməzdi);
    4) hər kəsə mövqeyinə, statusuna uyğun yeməklər ve-rilirdi (və hər kəs atın, malın, yaxud qoyunun hansı hissəsini yeyəcəyinə qədər bilirdi);
    5) dövlət gənəşində səs-küyün, qarışıqlığın olmama-sına, nümayəndələrin nizam-intizama riayət etmələrinə (onlar bu¬na onsuz da adət eləmişdilər) xüsusi nəzarətçi (yasavul) ca¬vabdeh idi və s.
    Bütün bunlar onu göstərir ki, Böyük Çölün dövlətçilik ənə¬nəsində dövlət gənəşiyi, doğrudan da, mükəmməl bir törə (qa¬nunvericilik) qurumu (orqanı) olmuşdur. Və o, nəinki müs¬tə-qil dövləti olan (və modern parlamentarizm tex¬no¬lo¬gi¬ya¬la¬rından uğurla faydalanan) türk xalqlarının, hətta bu və ya digər döv-lətin tərkibində milli azlıq təşkil edən türklərin də etnik təfəkküründə (etnoqrafiyasında) bu günə qədər yaşayır.

    Mənbə: http://ataturk.az

  • Dəyanət OSMANLI.Yeni şeirlər

    Azərbaycanda ATATÜRK Mərkəzinin Baş redaktoru,
    Azərbaycan Yazıçılar Birliyinin Qəbul Komissiyasının üzvü, Prezident təqaüdçüsü.

    Öz canımı oxuyuram

    İçib haqqın şərabını,
    bir daha oyanamasam,
    oyanıb ruhumu sadiq,
    özümü sağ bulamasam…

    Ömrüm arı dodağında
    ətri qalmış qar çiçəyi.
    Evimizin qabağında,
    tək ağacın budağıdı
    son mənzilimin dirəyi.

    Yaralı yerimə baxıb,
    sağ yerimi qanadıram.
    Tale kitabın qapayıb,
    öz canımı oxuyuram.

    Bağlı yolum da açıldı,
    gedəsi halım qalmadı.
    Uçmağın anı yetişdi,
    amma qanadım çıxmadı.

    Mən gedərəm,
    dərdim qalar,
    çəkərsənsə,
    halal olsun.
    Baş daşım yox,
    başım üstə
    bitərsənsə,
    halal olsun.

    Həyat görəvi

    Tanrı yetirər,
    deyib
    bayramları borca keçirənlərin
    tək arzusudu ruzi-bərəkət,
    arzuların çin olmadığını bilə-bilə…
    hər dəfə ümid vermək
    abırsız bir adətdi.

    Möhtaclar çox,
    ümidlər xəsis…
    Dost-aşnaya quş iliyi,
    can dərmanı içirtmək,
    acları bayram tətilləriylə sevindirmək,
    oğul-uşağa haram yedirtmək gərəkmiş.

    Mübarək bayramların acığına
    son tikəsini özünə qıymayan insanın
    ağzından əkməyi,
    dilindən sözləri oğurlamaq,
    kutsal kitabların xoflu kəlamlarıyla
    qurbanını ovsunlamaqdı
    insandakı şeytan əxlaqı.

    Hətta insanın
    qalan saatını sayıb,
    nəbzini dinşəmək,
    aldığı nəfəsə darılmaq
    kiminsə həyatda qalmaq nədəni.

    Adi günləri bayram kimi özləyənlər,
    Vətən eşqinə canından keçənlər,
    Vətən eşqinə torpağı
    altına-üstünə çevirənlər,
    keçmişin gözünün içinə
    tüpürənlər olmasaydı…

    Tanrının qoca vaxtında
    insanlıq üzərinə,
    tale-qismətin qanına yerikləyib,
    alın yazısını
    dəyişmək eşqinə düşənlər var.
    Ölüm-dirim fərmanında
    Tanrıya ortaq bir iddiada bulunmaq
    və əkməyini göz yaşı isladanların
    bayramını kutlamaq
    zalımın görəvi olmasaydı…

    İsmarış

    Dost düşməni,
    işıq qaranlığı tanımır,
    ocaq öz tüstüsündə boğulur.
    Qara taleli torpağın
    uğrunda şəhid olanla,
    onu məzarlığa çevirənin
    fərqində olmadığı
    bir günün ortamındayam.

    Bezmədən yaşayıb,
    hamı kimi öldüyündə
    səni bir mumiya kimi
    ürəyimdə saxlamağa çalışdım.
    Heç ağlıma gəlməz
    nə üçün və hardan gəlmişəm,
    harda və kimin qulluğunda
    usanmadan dayanmışam.

    Bilmədən
    sabah kiminçün açılır,
    ocağı kim söndürüb gedib
    və sən ürəyimdə nə yapırsan,
    orda həyat varmı yenə…
    Bir əlüstü xəbər göndər
    özündən öncə,
    ya mən vədəsiz ölüm,
    ya gözləyim bezincə…

    Qocalmış ruhuma rastlasan

    Bu gün çox halsızam,
    gücsüz və cansızam.
    Əcəl qənşərində xar olub,
    insanın acığına
    ömrün dalanında meydan sulayan
    bir qarğış yaralayıb canımı.

    Günlərin birində
    qocalmış ruhuma rastlasan,
    bir tapdanmış yovşanlıqda
    tanınmaz ölüsünə,
    ya özündən razı dirisinə
    bir xəbər çatdır:
    gəlib məni bulmasa,
    köçdən ayrı düşdüyüm yerdə
    gözlərinə inanmasın.
    Ölümün xətrinə dəyməsin,
    o son həyanımız,
    son halal haqqımızdı…

    Ruhum kimliyini bulmasa,
    gördüyü yoxluğa inanmasa,
    həyatını sıxmasın,
    qəza-qədərin nəzərini ovmasın.
    Gözlərində hələ acılara dözmək
    və bir canın yarımçıq nəfsində
    son titrəyişə şahid olmaq şansı var…

    Məni məzarımda görməsə
    ruhum özünü danlamasın,
    fələyi acılamasın…
    O fələk dar macalda,
    son adımmda yanımdadı,
    Tanrıyla çarpışan təlaşımda,
    əzizimdi torpağımın başı üstə.

    Bir köprübaşıyam

    Sabah açılan kimi
    quşlar uçub uzaqlaşdı.
    Ömür bitdiyi anda
    dostlar bir-bir bezib getdi,
    yadımda qalanlar kirayənişin.

    Küləkdə,
    çovğunda,
    qızmarda,
    canı bərkimiş,
    həyatın içində gözükölgəli
    bir köprübaşıyam.
    Karvanlar çəkib getdi,
    isti yuvalar dağıldı
    yarımçıq yuxular tək.
    Qış qapıya dayanmamış
    qalın qar yağdı
    nakam arzuların üstünə…

    Görəsən sağ çıxmasaq
    bu yaşam qovğasından
    bir daha sabah açılacaqmı,
    görəsən yenə də
    gözlərimiz sevinəcəkmi
    bir-birimizin dirisindən vazkeçib
    ölüsünü bulunca…

    Şükr etməkdən bezmiş kimi…

    Heç nə düşünmədən,
    vaz keçmədiyim bir aqibətin
    qəfil fərmanını bilmədən
    hər gecə gəlişini gözlədim.

    Hələ sabahın açılmağına
    bir az zaman var,
    hələ heç də sabahın günəşli,
    tutqun, buludlu olaçağını bilmədən
    gəlişini çarə tək gözlədim.

    İllər öncə
    ruhumun yuxuda nə görüb də,
    bir səbəb olmadan
    həyatdan usandığımın şahidiyəm…
    Sabah açılar-açılmaz
    yürüdüm öz qismətimə sarılmaq üçün.
    Sabahlar monoton vərdişlə
    yuxudan oyadıram özümü,
    yaşamaqdan yorulmuş kimi.

    Ölümün adından usanmış,
    şükr etməkdən bezmiş,
    nə üçün yazdığını bilməyən qələmi
    özündən tez qoçalmış divanəyəm.

    Heç fərqinə varmadan
    kim və nə üçünsə qəribsədim,
    doluxsunmuş səbirlə
    gecələri bir ilac tək özlədim…

    Ölümün təmənnasız mərhəməti
    Tanrının rəhmi qədər.
    Əcəlin hər gecə canımı almaq,
    ya da yaşatmaq istəyinin
    fərqinə varmadan,
    özümü sahmana salıb
    gəlişini əzabla gözlədim…

  • Nizami CƏFƏROV. “Vətənə təmənnasız xidmət, yaxud Azərbaycanın xeyirxahlıq rəmzi”

    Azərbaycanda ATATÜRK Mərkəzinin direktoru, filologiya elmləri doktoru, professor, akademik, Əməkdar elm xadimi, Milli Məclisin üzvü.

    Tarixən türk qadını təkcə gözəlliyi, isməti, namusu, analıq şərəfi ilə deyil, mətanəti, müdrikliyi, vətənsevərliyi, qəhrəmanlığı və milli-mənəvi özəllikləri ilə tanınıb. Ümumilikdə insan düşüncəsində Vətən də, dövlət də, dövlətçilik də, vətənin taleyi naminə yürüdülən siyasətin əhəmiyyəti də ictimai, humanist (vətənpərvər!) təfəkkürün miqyası ilə bağlıdır. Və bu xüsusda, milli dövlətçilikdə, milli-mənvəi dünyamızın qorunmasında, eləcə də dəyər və layiqli önəm qazanmasında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın böyük rolu yeni tariximizin yaddaqalan səhifələrindəndir.
    Ümummilli lider Heydər Əliyev çox doğru qeyd edib: “Cəmiyyətdə qadınların üzərinə daim çox böyük vəzifələr düşür, onların işi həmişə ağırdır. Ancaq onlar bu vəzifələri şərəflə yerinə yetirir və həmişə olduğu kimi indi də cəmiyyətdə aparıcı rol oynayırlar”.
    Məlum olduğu kimi, Azərbaycan xalqı bütün zamanlarda özünün yüksək itellektli qadınları ilə də tanınıb və fəxr edib. Müxtəlif zamanların ictimai-siyasi proseslərində qadınlarımız fədakarlıq, mətinlik rəmzi kimi öz adlarını səlnamələrə, tarixin qəhrəmanlıq səhifələrinə yazdıra bilmişlər.
    Mehriban xanımın ictimai, milli missiyası əsasında Vətənin, millətin azad-lığı, bu istiqamətdə vətəndaş amalı və əməli dayanır. Bu azadlıq dünyanın bütün nemətlərindən uca və böyükdür, həm də həyat rəhnidir.
    Hələ 1995-ci ildə “Azərbaycan Mədəniyyətinin Dostları” Fondunun təşəbbüsçüsü Mehriban xanım Əliyeva olub. Sonradan onun rəhbərliyi ilə qurumun fəaliyyəti daha da gücləndi və bu, Azərbaycan mədəniyyətinin böhran məngənəsindən çıxmasına yeni bir təkan verdi.
    Azərbayçançılıq, müstəqilliyin ilk illərindən başlayaraq dövlət quruculuğu prosesi Ulu öndər Heydər Əliyevin ölməz ideyaları əsassında həyatın bütün sahələrində həllini tapır. Bu mənada, Mehriban xanımın ictimai-siyasi fəaliyyətində Azərbaycan həqiqətləri, ölkəmizin ağrı-acısı, sevinci, yüksəlişi, Vətən torpağının müqəddəsliyi böyük önəm daşıyır. Və sözün əsl mənasında, cəmiyyətə (vətəndaşa) inkişaf, qurucu rəhbərə inam, ideal arzulara və işıqlı sabaha ümid təşkil edir…
    1996-cı ildə üç dildə (Azərbaycan, ingilis və rus dillərində) nəşr olunan “Azərbaycan-İrs” jurnalı da Mehriban xanım təşəbbüsü ilə yaradılıb. Bunula Azərbaycan həqiqətlərinin daha geniş təbliği, beynəlxalq içtimaiyyətə çatdırılması yönündə yeni addım atılıb. Mehriban Əliyevanın rəhbərliyi ilə “Qarabağ” kitabının çapa hazırlanması da Azərbaycanın, Qarabağın tarixi keçmişinin öyrənilməsinə və təbliğinə diqqətin dəyərli təzahürlərindən biridir
    Bizim dünənimizdə bir qadın hökmdarın, sərkərdənin, qadın ictimai-siyasi xadimin adını xatırlamaq yetər ki, o, tarixdə daha çox xeyirxah və humanist əməllərinə görə tanınsın. Qeyd edək ki, Mehriban Əliyevanın YUNESKO-nun xoşməramlı səfiri seçilməsindən sonra bu mötəbər beynəlxalq təşkilatla Azərbaycan arasındakı münasibətlər yeni mərhələyə qədəm qoymuşdur.Və heç şübhəsiz ki, belə tarixi simalardan biri də bizim müasirimiz olan Mehriban Əliyevadır. UNECKO və İSESKO kimi mötəbər təşkilatlarda Azərbaycanı ləyaqətlə təmsil edən, vətənpərvərliyinə, insansevərliyinə bütün dünya şahid olan və sayğı göstərən Mehriban xanım Əliyevanın humanist siyasəti, insanın yüksəlişi, haqq-ədalətin daha da möhkəmlənməsi işində xidmətləri Vətən (və xalq) üçün xüsusi dəyər kəsb edir. Azərbaycan Prezidenti İlham Əliyev qeyd edib ki, Mehriban xanım Xoşməramlı səfir adını daşımağa layiqdir: “Çünki o, həmişə insanlara xoş münasibəti, xoş niyyəti ilə seçilib. Bu onun xasiyyətinin fərqləndirici cəhətidir. Əminəm ki, bu yeni işdə də fəal çalışacaq və fəaliyyəti ilə ümumi məqsədlərimizə töfhəsini əsirgəməyəcək”.
    Mehriban Əliyeva xeyirxah fəaliyyəti və əməlləri ilə Azərbaycan qadınının xeyriyyəçi, mərhəmətli, ictimai-siyasi sferada nailiyyətlər əldə etməyə qabil olduğunu dünya ictimaiyyətinə bir daha sübut etdi. O, həm gözəl ana, həm də böyük ictimai-siyasi xadim, həm də istedadlı bir Azərbaycan qadınıdır. Ölkədə, eləcə də beynəlxalq miqyasda apardığı xeyriyyəçilik işləri, humanitar məzmunlu tədbirlər Azərbaycan qadınının yüksək humanizm dəyərlərinə malik olduğunu, dövlət strukturlarında, ictimai-siyasi meydanda böyük istedadını nümayiş etdirir.
    2004-2013-cü illərdə Heydər Əliyev Fondunun dəstəyi ilə bir çox layihələr gerçəkləşib. Zirə, Binə, Türkan, Qala və digər qəsəbələrdə yollar çəkilmiş, onların su təchizatı yaxşılaşdırılmış, dini və tarixi-mədəniyyət abidələrinin ətraf ərazisi abadlaşdırılmış, Bakının Türkan qəsəbəsində müasir tələblər səviyyəsində inşa olunmuş mədəniyyət mərkəzinin açılıb, Olimpiya və Paraolimpiya Oyunları, beynəlxalq yarışların qalibləri aylıq təqaüd, yaxud maliyyə mükafatı alırlar. Onun beynəlxalq arenada nüfuzu sayəsində 2003 və 2004-cü illərdə bədii gimnastika üzrə dünya kuboku yarışları, 2005-ci ildə isə dünya çempionatı Azərbaycanda keçirilib. Az müddət ərzində Xəzər dənizinin sahilində 23.000 tamaşaçı yerləşən “Baku Crystal” konsert zalı tikilərək istifadəyə verilib. 2015-ci ildə Avropa Oyunları Azərbaycanda keçirilməsi də ölkədə idmanın inkişafı sahəsində dövlət başçısı İlham Əliyevin və birinci vitse-prezident Mehriban xanım Əliyevanın xidmətləri sırasına daxildir.
    Aydın (və danılmaz) həqiqət odur ki, Azərbaycan cəmiyyətində mədəni-mənəvi sferanın, insani münasibətlərin formalaşmasında (və təzahüründə) milli-mədəni siyasətin təsiri güclü olmuşdur. Və bu gün Ümummilli liderimiz Heydər Əliyevin banisi olduğu Azərbaycanda xalqın milli dəyərlərinin qorunması və tanıdılması istiqamətində Mehriban Əliyevanın timsalında cox uğurlu siyasət həyata keçirilir. Və təbii ki, Azərbaycanın birinci xanımı, UNESCO və İSESCO-nun Xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın timsalında yeni əsrimizin əvvəlində öz xalqına təmənnasız xidmətlə əbədilik qazanmasına şahidik.
    Mehriban xanım Əliyevanın düşüncəsində həyatın, vətənpərvər yaşamın mənası, mahiyyəti, insanın çağdaş dünyada rolu və məramı barədə qənaətlər böyük səmimiyyət və humanizm anlamındadır. Mehriban xanım Əliyeva müsahibələrinin birində qeyd edib ki, müasir Azərbaycanda xeyriyyəçilik institutunun inkişaf perspektivləri ilk növbədə, ölkəmizin gələcək iqtisadi inkişafı, sosiomədəni modernləşməsi, vətəndaş cəmiyyətinin möhkəmlənməsi və cəmiyyətimizin mənəvi tərəqqisi ilə bağlıdır: “Çünki bu amillər bir-birilə bağlıdır və bütövlükdə xeyriyyəçilik sahəsində dəyişikliklər tələb edən, eyni zamanda, bunun üçün zəruri imkanlar yaradan prinsipcə yeni mühit formalaşdırır. Şübhəsiz, iqtisadiyyat inkişaf etdikcə, vətəndaşlarımızın maddi rifahı yüksəldikcə, əhalinin sosial müdafiəsi və dəstəklənməsi tədbirləri gücləndikcə, xeyriyyəçiliyin strukturunda əhalinin imkansız təbəqəsinə birbaşa maddi yardımın xüsusi çəkisinin azalması labüddür”. Onun məqsədyönlü fəaliyyətinə söykənən bu ömür amalının gerçəyində əməli iş, xalqa mə-həbbət dayanıb. İnsanlıq məsuliyyəti, Azərbaycanın, ümumən çağdaş dünyanın rifahına hesablanmış xeyirxah əməlləri ilə bu gün o, həqiqətən xeyirxahlıq nümunəsi, rəmzidir.
    UNESCO və İSESCO kimi beynəlxalq təşkilatların xətti ilə Mehriban xanım Əliyeva Azərbaycan mədəniyyəti səsini bütün dünyaya çatdırıb. Azərbaycanın adət-ənənələrinin qoruyucusu kimi, ölkə daxilində və xaricdə keçirdiyi həyata keçirdiyi böyük layihələrlə dərin biliyə, geniş intelektə malik olduğunu hər dəfə nümayiş etdirməklə böyük nüfuz qazanıb.
    Onun humanist fəaliyyətində yaşamın gerçəklikləri, qayğıları, vətən torpaqlarının müqəddəsliyi, insanların sabaha ümidləri bir işıqlı xətt kimi keçərək daha bəşəri miqyas alır. Bu mənada, Mehriban xanım Əliyeva bu gün YUNESKO-nun Xoşməramlı səfiri kimi fərqli milli mədəniyyətləri, dəyərləri bir araya gətirərək ümumilikdə dünyanın xilası uğrunda mətanətlə fəaliyyət göstərənlərin ön cərgəsində dayanıb. O, ön sırada üzərinə düşən bu ali missiyanı uğurla, ürəkdən, həm də daha təsirli vasitələrlə həyata keçirməkdədir. Mehriban Əliyevanın Azərbaycan təhsilinin inkişafı, yeni nəslin təlim-tərbiyəsinin düzgün qurulması, layiqli peşəkar kadrların hazırlanması yönündə təşəbbüsləri onun əsil vətəndaş mövqeyinin nümunəvi vətənpərvərliyinin ifadəsidir. Heydər Əliyev Fondunun rəhbəri kimi bu gün də Mehriban xınımın fəaliyyət proqramına təhsil, səhiyyə, uşaq evləri və internat məktəblərin texniki təchizatı, ictimaiyyətin bu prosesdə iştirakının fəallaşdırılması sahəsində işlər daxildir.
    Mehriban Əliyeva dünya miqyaslı fəaliyyəti, milli təəssübkeliyi ilə Azərbaycan xalqının kökü çox qədimlərə bağlı olan sənət xəzinəsinə, milli irsimizə, muğamlarımıza böyük vətəndaş məsuliyyəti ilə sahib çıxaraq, beynəlxalq səviyyədə tanıtdı və sevdirdi. O beynəlxalq möhtəşəm tribunalarda cəsarəti, haqsevərliyi ilə dünya ictimaiyyətinin böyük sayğısını qazanıb. Meh-riban xanım Əliyevanın milli-mənəvi, mədəni dəyərlərimizin himayədarı kimi ali görəvi Vətən, Xalq və vətəndaş ehtiyacına bağlıdır.
    Mehriban xanım Əliyeva Azərbaycanın ictimai-siyasi həyatında xüsusi fəallığı ilə seçilir. Onun böyük xidmətləri Azərbaycan Respublikasının birinci vitse-prezidenti seçildikdən sonra daha dinamik xarakter alıb.
    Mehriban Əliyevanın xalq və vətən üçün gördüyü böyük işlərin miqyası xüsusilə təqdirəlayiqdir. Ancaq bunların heç biri təbliğat məqsədlərinə hesablanmayıb. Bütün bunlar Azərbaycan xalqına sayğı və məhəbbətin, təmənnasız xidmətin bariz nümunəsidir. Və Xalqa, Vətənə, vətəndaşa, onun mənəvi dünyasına, dövlətçiliyimizə bu təmənnasız xidmət, xeyirxahlıq nurlu soydan, böyük Heydər Əliyev ideyalarının mahiyyətindən gələn bir xrakterin təzahürüdür.

    Mənbə: http://ataturk.az

  • Dəyanət OSMANLI.Yeni şeirlər

    Azərbaycanda ATATÜRK Mərkəzinin Baş redaktoru,
    Azərbaycan Yazıçılar Birliyinin Qəbul Komissiyasının üzvü, Prezident təqaüdçüsü.

    Ucalıqlar sərdarı

    Çarəsizliyin başı üstə
    qosqoca türk bayrağı,
    surətini görüncə
    adamın sözü dilində,
    dili ağzında titrər al-qumaş kimi.

    Düşmənin qəsbkar xislətində
    əsir-yesir qalan vətən torpağı
    sərdarını bular-bulmaz
    üstünə yeriyər
    basılmaz ölümün
    ardıyca o bayrağın…

    Qosqoca türk bayrağı,
    qızıl-qırmızı sinə dağı,
    fələyin ünü yetməz yeniltməyə
    qosqoca ucalıqlar sərdarını…

    Daha gecdi…

    Sahildən uzaqda
    balıqçı təknəsi…
    tərsinə çevrilib son lövbər anı,
    mənim üzümdə qəhr olub
    küləyin iniltisi.
    Ürək inlədən qeybin səsi
    hər addımda pıçıldayır:
    daha gecdi sevinmək,
    daha gecdi heyfslənmək.

    Hər gün üzümə xilaf çıxır
    tək-tək qırılan ümidlər,
    su üzündə bərq vuran
    ölü balıqlar tək üzür
    qəlbimin qaranlıq içiylə.
    Üzüm dostların ayaqları altında
    qaxac olmuş bir balıqçı təəssüfü…

    Tanrının yorğun ovqatında
    ömür lövhəsində təbaşirlə çəkilib
    mənim məşhur surətim,
    yanında da bu uyarı:
    daha gecdi gecələri üzülmək,
    daha gecdi sabahları özləmək.

    Ulu yolun sükutuyam

    Mən Tanrının lal diliyəm,
    hərə bildiyin anlayır.
    Ağzımda sözüm quruyub,
    hərə bir dildə oxuyur.

    Səhranın kor bulağıyam,
    dəvələr üfürüb içir.
    Türkün vahim sorağıyam,
    səsimdə yovşanlar bitir.

    Ulu yolun sükutuyam,
    izimdən fəryad boylanır.
    İtmiş ruhumun quluyam,
    kölgəmin könlü atlanır.

    Məzarımın daşı diri,
    yaramı gendən tanıram.
    Hərdənbir boylanıb geri
    dostumu düşmən buluram.

    Ölümün üzünə gülümsəyin

    Günahlar olmasaydı
    cavab aramazdıq sorulara,
    Tanrı sözsüz də anlar…
    Qaralayıb gündəlikləri sözlə
    həzz aldıq tarixin acılarından.
    Utandıq abırsız anılarımızdan,
    dəfn oldu abrımız
    nimdaş əlbisələrdə.

    Eyy… əfəndilər,
    bir az da ölümün
    soyuq üzünə gülümsəyin…
    Rəhimsiz və fani bir eşqlə
    ömrün sonundan
    qaçmaq istəyənlərin tıxacı
    zamanı dayandırıb.

    Öfkəli dualar
    tükətmiş sözlərin səbrini
    ürəyimizdə və yaddaşımızda
    çarmıxa çəkilib tərcümeyi-halımız.

    Həyatın önündə gülə-gülə,
    ölmün ardınca hüznlə addımlarıq.
    Eyy… əfəndilər,
    qanımızda islanmış köynəyimiz
    quruyub nəfəsimizin istisiylə
    kutsal bayrağa dönsün.

    Adam özünü tanısın…

    Yolsuz bir səyyaham,
    öz kölgəmin izindəyəm.
    Qəddim kimi əyilmiş bir soru
    zamanı tovladıb güldürər üstümə,
    ağladıb qəhr edər məni,
    cənnət və cəhənnəm adına
    Tanrıdan hesab istər.

    Tələsirəm mənzilin səmtini tutmadan,
    intəhasız yollar axıra çatsın.
    Həyat dirini,
    məzar ölünü,
    adam özünü tanısın məzarda.

    Tanrıya tövsiyəm var:
    min illərin sınağında uduzan
    alnımdakı mənasız cümləyə
    qara bir nöqtə qoyulsun.

    Açılsın bütün umacaqlarımız,
    bitsin bu səbrin mistik əzabı.
    Sən min yerə yozulan sözünün,
    mən küskün canımın sahibi olum.

  • Nizami CƏFƏROV. “Milli parlamentin milli dil təəssübkeşliyi”

    Azərbaycanda ATATÜRK Mərkəzinin direktoru, filologiya elmləri doktoru, professor, akademik, Əməkdar elm xadimi, Milli Məclisin üzvü.

    Azərbaycan Xalq Cümhuriyyəti-100

    Azərbaycan Xalq Cümhuriyyəti elan ediləndən az sonra türk (Azərbaycan) dilinin dövlət dili olması haqqında qərar qəbul etdi. Və bu qərarın de- fakto olaraq necə həyata keçməsi prosesini göstərən ən mötəbər (və ali!) mənbə Azərbaycan Məclisi-Məbusanının iclaslarıdır.

    İclaslardakı çıxışların mütləq əksəriyyəti dövlət dilində olsa da, müəyyən qismi rusca edilmişdir; hərdən bir «rusca! rusca!» qışqıranların səsi gəlsə də, aparıcı tendensiya «türkcə»nin müdafiəsində inamla dayanmış və ümumiyyətlə, Azərbaycan Məclisi- Məbusanı Azərbaycan dilini yalnız de- yure deyil, de- fakto da dövlət dili səviyyəsinə yüksəldə bilmişdir.

    Ancaq bu, o qədər də asan olmamışdır…

    1918- ci ilin 16 noyabrında Azərbaycan Cümhuriyyəti Parlamentinin təsis iclasını açarkən Milli Şura sədri M.Ə.Rəsulzadə, tamamilə təbiidir ki, tarixə bir nəzər salaraq demişdir:

    «Azərbaycanlılar, necə ki hamınıza məlumdur, heç vəqt hürriyyət və istiqlaliyyət fikrindən ayrılmayaraq daima bu uğurda çalışmış, mübarizə eləmişlərdir, Rusiya çarizmi dövründə onların fəaliyyəti yalnız milli ədəbiyyat, milli məktəb, milli mədəniyyət mübarizəsində təzahür etmişdir. Çarizmin süqutu ilə bütün millətlər əl- ələ verib müqəddərati- milliyyələrinin həlli, hüquq və istiqlaliyyətləri yolunda çalışırdılar» (qeyd: məqalədə verdiyimiz bütün misallar professor Şirməmməd Hüseynovun «Azərbaycan» qəzetində parlament hesabatları və şərhlər» üçcildliyindən alınmışdır).

    Parlamentin 7 dekabr 1918- ci il tarixli iclası barədəki «Təəssürat»ında isə Üzeyir Hacıbəyli yazır:

    «Padşahlı məmləkətlərdə məclisi- məbusanı padşah açar, amma Azərbaycan Cümhuriyyətinin Məclisi- Məbusanını bir nəfər vətən övladı açdı».

    Və Üzeyir bəy həmin «vətən övladı»nın- M.Ə.Rəsulzadənin nitqinin mükəmməlliyindən bəhs edəndən sonra baş nazirə keçir:

    «Növbət ministrlər rəisi Fətəli xan Xoyskiyə yetişdi.

    Xudavandi- aləm hər yerdə istibdad varsa, evini yıxsın, necə ki rus istibdadının evini yıxdı. Qoyurdularmı ki, vaxtında dilimizi ögrənək ki, yeri düşəndə danışarkən fikrimizi söyləmyə söz axtarmağa möhtac qalmayaq!

    Bavücudin Fətəli xan çox da duruxa- duruxa danışmırdı, dilinə hətta rəvan demək də caizdir. Anasından ögrənmiş dilinə bir qədər də türk qəzetələri mütaliəsindən və bir də Osmanlı türk arkadaşlarımız ilə bir müddət təmasda bulunub deyunub deyib- danışmağ məcburiyyətindən hasil olan sözləri qatıb, bir dil düzəltmişdi ki, onunla ifadeyi- məram edirdi.

    Fətəli xan zatən nitq söyləmirdi. O, məbuslar əfəndilərlə dərdləşmək istiyordu, dərdini söyləyib şikayət edirdi».

    Və bu nitqdən bir parça:

    «Ən böyük rəlalətmiz bu idi ki, o vəqt hökumət göydən asılı kibi idi. zira hürriyyət,ədalət, üxuvvət bayrağı daşıyanlar Bakıyı əlimizdən almış, bizi paytaxtsız qoymuşdular. Azərbaycanın kökünü təşkil edən, məmləkətin həqiqi sahibi olan müsəlmanlar qətliam edilərək Dağıstan, İran və Turana dağılmışlardır. Şəhərdə bir iş görəcək adamımız qalmamışdı… Şükürlər olsun ki, artıq məqsədlərimizin bir çoxuna çatdıq: Bakı əlimizə keçdi…»

    Fətəli xan Xoyski Məclisin 26 dekabr 1918- ci il tarixli 5- ci iclasındakı hesabatında demişdir:

    «Məarif nəzarəti hər kəsə imkan verməlidir ki, öz ana dilində oxusun. Böylə imkan verilməmək bəlasındandır ki, bu gün bən sizinlə istədiyim kibi danışa bilmiyorum. Bizdə böylə olmamalıdır».

    Azərbaycan Cümhuriyyətinin dil məsələsində tutduğu demokratik yol bu sahədə müəyyən problemlər də yaratmışdır. Belə ki, bəzi millət vəkilləri rusca danışmağa üstünlük vermişlər ki, bu barədə Ü.Hacıbəyli öz «Təəssüt»larından birində yazır:

    «Raboçi klubda rus fəhlələri müsəlman natiqlərindən rusca danışmağı tələb edirmişlər. Parlamanda dəxi hərdən bunu tələb edənlər olmayır deyil, fəqət tələb edənlər ruslar degildir.

    «Rusca, rusca!» – deyə hərdəm yerlərindən əmr verən məbus əfəndilərimizi mən başa düşürəm: istəyirlər ki, qeyri- müsəlman məbusanlarımız həqqində əvvəla adi «nəzakət» rəsmiyyəti icra edilsin və saniyən danışılan məsələlərdən, təklif olunan qərarlardan onlar da müxbir olub işdə iştirak etsinlər.

    Buna heç bir sözümüz yox! Hələlik bu dilə möhtacıq və istimalına da məcburuq. Lakin rusca danışılmasın, rusca ancaq tərcümə edilsin»…

    Ü.Hacıbəyli Məclisdə «adi söhbətlər» məsələsinə də toxunaraq göstərir ki, «məbuslar ilə rəis əfəndi arasında və ya məbuslarımızın öz aralarında təati edilən sözləri rusca sögləməyə heç bir ehtiyac yoxdur.

    – Pozvolte mne dva slova!

    – Vı o çem?

    – Ya na sçet zayavleniye çlena!..

    Bunun kimi mükaliməyyi parlamanda rusca keçirtməgə nə hacət? Bir halda ki danışan da türkdür, danışdırılan da…»

    Üzeyir bəy Məclis üzvü Səfikürdskinin «zapros» əvəzində «sorğu» sözünü işlətməsini də təqdir etmiş və tamamilə doğru olaraq əlavə eləmişdir ki, «zatən bu sözü Səfikürdski cənabları özündən çıxarmayıbdır. Dilimizin mənbəi- sərvəti olan… kəndlərimizdə.. «sorğu- sual» sözü vardır.

    …Zənn edirəm, bu «sorğu» sözünü «zapros» yerinə Səfikürdski ilə barəbar hamımız dəxi işlətsək, uduzmarıq ki, udarıq. Türkiyə Məclisi- Məbusanında «zapros» sözünə «təqrir» denildiyi qəzetələrdən anlaşılmaqdadır».

    Ümumiyyətlə, müşahidələr göstərir ki, Cümhuriyyət Parlamentində hüquq terminlərinin milliləşdirilməsi meyli güclü olmasa da, hər halda yox deyildi.

    Məsələn, 17 mart 1919- cu il tarixli iclasda Məclisi- Məbusan Nizamnaməsi qəbul edilərkən M.Ə.Rəsulzadə deyir:

    «Nizamnaməni qəbul etdiniz. Lakin türkcə istilahının təshihata ehtiyacı vardır. Ona görə təklif edərdim ki, Nizamnamə təshih üçün Təshih komisyonuna verilsin».

    Parlamentin 25 fevral 1919- cu il tarixli iclasında «hərbiyyə nəzarətinin müvafiq məmurlarına verilən isimlər barəsindəki qanun layihəsi» müzakirəyə çıxarıldı. Və Məclisə sədrlik edən Həsən bəy Ağayev məlumat verir:

    «… Ərz etməliyəm ki, hərbiyyə nazirimiz həyatının qismi- əzəmini Rusiya daxilində keçirdiyindən və məruzədə bir çox xüsusi islahlar (istilahlar – N.C.) olduğundan onları türkcə deməyə qadir degildir. Ona görə də özü rica ediyor, bən də öz tərəfimdən təvəqqe ediyorum, bu günlüyə istisna olaraq izin verəsiniz, mətləbini rusca söyləsin. Çünki mətləb əhəmiyyətlidir və türk dilində mühüm mətləbləri izah edəmiyəcəkdir».

    Və yerlərdən səslər gəlir:

    «Qəbuldur, qəbuldur!»

    Hərbiyyə naziri Səməd bəy Mehmandarov çıxışına belə başlayır:

    «Bən qabaqca parlamandan üzr istəməliyəm ki, rusca danışacağam. Çox utanıyorum ki, öz dilimi Məclisi- Məbusanda danışmaq qədər bilmədiyimdən rusca söyləməyə məcburam».

    Hərbiyyə nəzarətinin fəaliyyəti müzakirə edilərkən Məclis üzvü Rəfiyev bildirir ki, araqarışdıranlar «guya komanda türk dilində degil, rus dilindədir» yalanını yayırlar, halbuki «komanda türk dilindədir».

    Məclisin 14 aprel 1919-cu il tarixli iclasında Rəisi-Vükəla Nəsib bəy Yusifbəyli deyir:

    «Məlumunuzdur: istiqlalımız həp məarifə bağıldır. Əgər milli məarifimiz, milli məktəbimiz tərəqqi etməzsə, bizim üçün fəlah və nicat ümidi qalmaz. Hökumət bunu biliyor. Bunun üçün ibtidai təhsilin ümumi olmasına əsas hazırlamya və işbu eylüldən etibarən mütəəddid ibtidai məktəblər açmaya təşəbbüs edəcəkdir… Mövcud edadilərdən bir qismi tədricən milliləşdiriləcək, digər qismi isə qeyri-müslim çocuqlar üçün rus lisanında ibqa ediləcəkdir. Hər millətin kəndi lisanında oxumasına heç bir maneə olmadığından onların çocuqları üçün hökumət hesabına məktəblər açılacaqdır.

    …Tiflisdə bulunan Mavəzayi – Qafqaz darülfünununun paytaxtımıza nəqli üçün müzakirata girişilərək eylül ibtidalarında tədrisata burada dəvam edilməsinə səy və iqdam edilməkdədir.

    Darülfünunumuzda, təbii, lisanımızın, tariximizin. Ədəbiyyatımızın inkişafına xidmət edə biləcək kürsülər açılacaqdır».

    N.Yusifbəylinin bəyənnaməsi müzakirə olunarkən parlament üzvü doktor Koxman söz alır:

    «Koxman – Hökumətin bəyannaməsi ruscaya tərcümə olunmadığına görə, biz səs verə bilməyəcəgiz.

    Səslər – Tərcümə edilsin… Veriniz tərcüməsini özləri oxusunlar…

    Sədr – Belə olan surətdə belə eləmək olar: bəyannaməni verək özləri oxusunlar, o vəqtə qədər tənəffüs elan ediyoram».

    Tənəffüsdən sonra Koxman mövqeyini bildirir:

    «Hökumət bəyannaməsi rusca tərcümə edilmədigindən və biz onun məzmununu bilmədigimizdən formulaya səs verə bilməyəcəgizi xəbər vermişdik. Şimdi məzmununa aşina olduq. Ona görə də ləhinə səs verəcəgiz».

    Məclisin 7 avqust 1919-cu il tarixli iclasında təbəəlik haqqında qanun layihəsi müzakirə edilərkən «qeyri-müsəlman məbuslar tərəfindən bir təklif varid oluyor. Məsələ mühüm olduğundan rusca danışılsın, yaxud türkcə irad olunan nitqlər ruscaya tərcümə edilsinlər». Və bu zaman Məclis üzvü Mustafa Vəkilov yerindən deyir:

    «Qətiyyən öylə şey olmaz. Məclisi-Məbusanda rusca nitq söyləmək qanunumuzda yoxdur».

    Slav-rus cəmiyyətinin nümayəndəsi Kravçenkov, təbii ki, rusca çıxış edərək məsələni yumşaltmağa çalışır:

    «Burada sizin milli hissinizə toxunacaq bir şey də yoxdur… Xahiş ediyoruz, bu məsələ haqqındakı nitqlər rus dilində irad, yaxud türkcə söylənib də ruscaya tərcümə edilsinlər».

    Müsavatçı Mustafa Vəkilov məsələyə münasibətini daha kəskin bir şəkildə bildirməli olur:

    «Bən başa düşmüyoram, həddindən ziyadə səbrli olduğumuzdanmı, yaxud hər şeyə kəmetinalıq göstərdiyimizdəndir ki, bu gün bizə Məclisi-Məbusanımızda bizdən əcnəbi dildə danışmağımızı tələb ediyorlar. Ümum millətlərdə, hər bir dövlətdə qəbul edilmiş və heç vəqt əl vurulmamış olan əsaslardan birisini biz də qəbul etmişik ki, Məclisi-Məbusanda öz dilimizdə qəbul etmişik ki, Məclisi-Məbusanda öz dilimizdə danışaq. Bizim dilimiz var. O dildə danışmağa həqqimiz var. Və danışmağa qərar vermişik. Qaldı ki, bizim uca səslə bu kürsüdən verilən dərsə də ehtiyacımız yoxdur. Milli hissiyatımıza nə toxunar, nə toxunmaz, onu özümüz yaxşı biliyoruz. Uca səslə demək lazım degildir. Bundan əlavə, bu vəqtədək Məclisi-Məbusanda bundan daha böyük, daha mühüm məsələlər müzakirə və həll edilmişdir…

    …Burası Azərbaycan Məclisi-Məbusanıdır. Azərbaycanlıların öz dili var, öz Məclisində öz dilini danışmalıdır,.. bir də böylə təkliflər edilməməlidir. Nitqlərin türkcə irad edilib də ruscaya tərcümə edilməsinə ki, necə bu vəqtədək Parlamanda heç vəqt böylə şey olmamışdır, bundan böylə də olmamalıdır, ola da bilməz».

    Dil məsələsi özünü tamamilə fərqli (və yüksək intellektual) səviyyədə Azərbaycanda Universitet açılıb-açılmaması ilə bağlı 21 avqust 1919-cu il tarixli iclasda ortaya çıxır…

    Məclis üzvü keşiş Kravçenkov bu hadisədən şovinist məqsədlərlə sui-istifadə etmək istəyir:

    «…Bizi vadar ediyor inanaq ki, cavan Azərbaycan darülfünunu rus ülum və fünununa dara və bu mənbədən çıxacaq, elmiyyə əxz edəcək olanların qəlbində rus mədəniyyətinə qarşı məhəbbət odu yandıra biləcək bir çox adamlar görəcəkdir. Doğrudur, elm beynəlmiləldir (səslər: «doğrudur!»), fəqət darülfünuna rus professorları cəlb edilməsi bizi ruhən şad ediyor ki, Bakıda tezlik ilə darülfünun açıla biləcək və rus elmi, rus mədəniyyəti qalib olacaqdır (gülüş, səslər, anlaşılmaz sözlər – səs-küy)».

    Və bu «səs-küy»ün içində nələrin «gizləndiyi»ni anlamamaq mümkün deyil…

    M.Ə.Rəsulzadə keşişə dərhal cavab verib deyir:

    «Yaxşı olardı ki, bu elm və mədəniyyət mənbəyi türkcə olaydı. Fəqət hələlik bu mümkün degildir. Fəqət bu maneədə heç vəqt və heç kəsi özgə dildə də olsa darülfünun açmaqdan daşındırmamışdır, daşındırammaz da… Kravçenko «rus-rus» deməklə bizi qorxudamaz… Bundan əlavə, məlumunuzdur ki, darülfünun açılan gündən milliləşdirmə binövrəsi qoyuluyor. Darülfünunda türkcə tədris ediləcək və tələbələrimiz türk mühiti içərisində öz millətinə yaxın olacaqlardır».

    Daha müfəssəl (və professional) izahı isə Maarif naziri Rəşid xan Kaplanov təqdim edir:

    «…Bənligini dərk etmiş bir millət üçün heç bir imtahan qorxunc degildir… Bən zənn ediyorum ki, nəinki yalnız Azərbaycan, bəlkə bütün türk aləmində mövcud qüvveyi-elmiyyələr bu adı (söhbət «milli darülfünun təsis etmək»dən gedir – N.C.) daşımaya layiq bir darülfünun açmaq üçün kifayət etsin. Fəqət o qədər qüvveyi-elmiyyəmiz olsa belə, məktəbi-aliyyədə mühazirələri türkcə anlamaq istedadına malik tələbələrimiz yoxdur. Heç kəsdən gizli deyil ki, cavanlarımızın əksəri ana dilini pək zəif biliyor. Bəziləri hal-hazırda milli darülfünun açmaq qeyri-mümkün olduğuna istinadən cavanlarımızın əcnəbi məmalik darülfünunlarına göndərilmələrini tərcih ediyorlar.

    …Bu yaxunlarda hüzurunuza təqdim ediləcək olan layiheyi-qanuniyyədən görəcəksiniz ki, əcnəbi məmləkətlərə yüz tələbə göndərmək üçün tam bir darülfünun saxlamaq qədər xərc lazım oluyor.

    …Bən tələbələrin əcnəbi məmləkətə göndərilməsi əleyhində degiləm… Amma bu yol bizi milli darülfünuna aparmaz. Onu yaratmaq üçün həqiqi çarə tez zamanda zəngin Avropa dillərindən birisində bir darülfünun açmaqdır. Yaşadığımız şərait altında bu dil rus dilidir… O darülfünun Azərbaycan dövlətinə və türk mədəniyyətinə xidmət edəcəkdir».

    Azərbaycan Cümhuriyyətinin Maarif naziri onu da əlavə edir ki:

    «Zira həmin darülfünunun fəaliyyəti ayılmış, yaşamaq istəyən, zəngin bir lisana malik, mədəniyyətcə bəşəriyyətin mühüm bir qismilə mərbut olan bir millətin milli arzu və amalı ilə dolmuş bir mühit içərisində cari olacaqdır… Böylə əlverişli bir mühit daxilində… türk lisanı tədrisini yaxşı bir şərait altına qoymaq və sairə kibi bir çox tədabir ilə darülfünunumuzu müntəzəmən milliləşdirə biləriz».

    Məclisdə Universitet məsələsi müzakirə olunan günlərdə Ü.Hacıbəyli «Azərbaycan» qəzetində (21 sentyabr 1919-cu il) «Milliləşmək» məqaləsini dərc edir. Və həmin məqalə belə başlayır:

    «Dövri-istibdaddan qalmış və bu gün Azərbaycan istiqlaliyyətinə yaraşmayan bir para işləri «likvidasiya» etmək, yəni aradan götürmək yolunda hökumətimiz ciddiyyətlə işləməkdədir. Bu… işlərin biri də rus dilidir ki, bu günə qədər aramızda hökumət lisanı hökmündə qalıb, Azərbaycan istiqlalının şərəfini azaltmaqla bərabər, Azərbaycan türkləri üçün dəxi az müşkülat törətmiyor».

    Və Üzeyir bəy belə bir tarixi (eyni zamanda müasir!) paradoksu xatırladır ki:

    «Azərbaycan türk dili ümumqafqazda yaşayan müxtəlif lisanlı millətlər arasında ümumi bir dil olmaq kibi böylə bir beynəlmiləl əhəmiyyəti haiz olduğu halda, yəni bir erməninin bir dağıstanlı, bir malakanın bir gürcü ilə qonuşub danışmaq üçün türk dilinə müraciət etməyə məcbur olduqları bir halda, bu dilə malik olan türklərin rus dilinə möhtac qalması nə qədər qərib və nə qədər gülünc bir haldır».

    Bəs səbəb nə idi?

    Dahi millət xadimi yazır:

    «Bu qeyri-təbii hal, əlbəttə, rus istibdadının bərəkətindəndi ki, ruslaşdırmaq politikası sayəsində Azərbaycan türkləri öylə bir şərait içində yaşıyorlardı ki, həmişə rus dilinə möhtac qalırdılar… Türk dilinə dara olanlar bunu həyata tətbiq etmək və bundan məişət və güzaranları üçün bir faidə almaq imkanından məhrum edilmişlərdi. Rus istibdadı hər bir «bənd-bərə»ni kəsib dilimizə heç bir yerdə yol vermiyordu»…

    Üzeyir bəy «milliləşmək xüsusunda» Maarif naziri Rəşid xan Kaplanovun xidmətlərini yüksək qiymətləndirir:

    «Milliləşmək xüsusunda maarif naziri tərəfindən iki böyük isə iqdam olunubdur: biri məktəblərin, digəri isə ümumhökumət müəssisələrinin milliləşdirilməsidir. Məktəblərin milliləşdirilməsi, doğrudan-doğruya, icra edilməkdədir. Müəssisələrin milliləşdirilməsinə isə bilavasitə iqdam edilib və vasitə olmaq üzrə bilatəfriq millət ümumməmurlarımız üçün türk dili kursları açılıbdır. Azərbaycan hökuməti dairələrində qulluq etmək istəyən və türk dilinə dara olmayan ümumməmurlar haman kurslara girib türk dili ögrənməyə məcburdurlar. Maarif naziri həzrətlərinin bu yolda ciddiyyətlə çalışmaları şayani-təbrik və layiqi-təhsindir. Bizə məlum olduğu üzrə nazir həzrətlərinin böylə milliləşdirmək tədbirlərinə qarşı protesto edən və bu iqtimatdan saki olanlar vardır. Lakin eşitdigimizə görə, nazir həzrətləri heç bir güzəştdə bulunmamağa qərar vermişlərdir»…

    Bu sözlərin həqiqət olduğunu göstərən bir mühüm dəlil də ondan ibarətdir ki, bunu Üzeyir bəy deyir…

    Məlum olduğu kimi, Cümhuriyyət Məclisindəki qeyri-müsəlman üzvlər, adətən, ümumxalq (ümumdövlət) marağından deyil, milli azlıq və ya icma maraqlarından çıxış etmişlər ki, onların biri də erməni Malxazyan olmuşdur… Məclislə hökumət arasında təfriqə yaratmaq istəyən bu adama maliyyə naziri Əliağa Həsənovun 17 noyabr 1919-cu il tarixdəki iclasda verdiyi cavab-izahat maraqlıdır:

    «Burada çox şey danışdılar… Malxazov cənabları dedilər ki, bu qanun layihəsi vəqtində büdcə komisiyonuna göndərilməyibdir və maliyyə naziri komisiyonda tez baxılmasına israr etməyibdir. Yaxşıdır ki, Malxazyan cənabları türkcə bilirlər, eşitsinlər, mən özümü bu barədə müqəssir bilmiyorum. Mən dəfəatla israr eləmişəm…»

    Xalqın dilinin dövlət dili səviyyəsinə yüksəlməsinin, Məclisdə milli problemlərin məhz millətin öz dilində müzakirəsinin nə qədər önməli olmasını parlament qəzeti «Azərbaycan» dəfələrlə vurğulamışdır. Əhməd Həmdi qəzetin 9 dekabr 1919-cu il nömrəsində Məclisin bir illik fəaliyyətini dəyərləndirərkən ən mühüm uğurlardan birini də göstərir: bu, ondan ibarətdir ki, keçən bir ildə Azərbaycan Parlamenti «lisani-milli ilə hər təsirini, hər fikrini söyləmiş, millətin həyəcan və hissiyyati-ümumiyyəsini bir mərkəzə toplayaraq tərcüman olmuş idi»…

    Göründüyü kimi, Azərbaycan Xalq Cümhuriyyəti milli parlamentində – Məclisi-Məbusanda milli dil məsələsinə, tamamilə təbii (və qanunauyğun) olaraq, həmişə böyük təəssübkeşliklə yanaşılmışdır.

    Mənbə: http://www.ataturk.az

  • Dəyanət OSMANLI.”Heydər Əliyevin müasir Azərbaycanı, yaxud xaosdan sabitliyə”

    Bütün ziddiyyətli prosesləri ilə 1993-cü il müstəqil dövlətçilik tariximizdə böyük dönüş ili olaraq xatırlanır. O zaman çərçivəsində cərəyan edən hadisələr dövlətçiliyimizi və insanları ciddi sınaqlarla üz-üzə qoymuşdu. Bu məqam hər şey və Azərbaycanın taleyi demək idi. Artıq Gəncədə qardaş qanı tökülmüş və cəmiyyət demək olar ki, vətəndaş müharibəsinə sürüklənmişdi. O vaxtkı iqtidarın və siyasi yönətimin böyük səhvləri səbəbindən 4 iyundan bşlayaraq ölkədə getdikcə geniş miqyas alan anarxiyadan sui-istifadə edən təcavüzkar Ermənistanın silahlı birləşmələri də cəbhə xəttində həmlələrini gücləndirmişdi. Torpaqlarımızın etibarlı müdafiəsi təmin olunmamışdı. Orduda vahid komandanlıq yox idi. Hər hansı qeyri-düzgün qərar dövlətçiliyimizin məhvi ilə nəticələnə bilərdi. İnsanlarımızın azadlıq arzusu və istəkləri yarı yoldaca qırılıb qala bilərdi. Bir sıra daxili və xarici düşmən qüvvələrin dağıdıcı nəzərləri Azərbaycana dikilmişdi. Yeni yaranmış gərğin siyasi şəraitdə həmin qüvvələr Cənub Qafqaz regionundakı maraqlarını perspektivi böyük olan Azərbaycanı parçalamaqla həyata keçirmək niyyətində idilər. Bunun üçün artıq münbit ictimai-siyasi zəmin də hazırlanmışdı. Ancaq xalq bu təhlükələri vaxtında duyaraq çətin situasiyadan, ağır imtahandan maneələri yararaq alnı açıq çıxdı. Millət öz düşüncəsi, ağlı ilə hərəkət istiqamətini – xaosdan sabitliyə aparan yolu seçdi. Uzun illər Azərbaycana rəhbərliyi dövründə onu öz əlləri ilə qurub-yaratmış, iqtisadiyyatını və cəmiyyətini inkişaf etdirmiş, bununla yanaşı, özü də dünya şöhrəti qazanmış böyük siyasətçi Heydər Əliyevə üz tutdu… Bu, mürəkkəb, təhlükəli proseslərdən görünən ən optimal çıxış variantı, alternativsiz seçim idi. Və sonrakı hadisələr də göstərdi ki, xalqın bu seçimdə qətiyyətliliyi, iradəsi, yenidən öz unudulmaz rəhbərinə sədaqət nümayiş etdirməsi, onun müdrikliyinə tapınması ümumilikdə Azərbaycan dövlətçiliyinin xilası kimi həyati məna kəsb edən bir missiynı şərtləndirmişdir.

    1993-cü ilin 15 iyununa qədərki hadisələr ölkədə hakimiyyətlə xalq arasında birliyin olmamasını, dövlət idərəçiliyində boşluğun hökm sürdüyünü sübut edirdi. Yuxarı rəhbərlik eşalonunda tez-tez dəyişən səriştəsiz kadrların başı kürsü davasına qarışdığından dövlətin müdafiəsi və idarə olunması məsələsi tamamilə unudulmuş, bununla da hakimiyyətin yerlərdə sosial-siyasi dayaqları sarsılmışdı. Orduda kök salmış korrupsiya, dövlət əmlakının dağıdılması iqtisadiyyata ciddi zərbələr vururdu.

    Taprixi 15 iyundan sonra respublikanın ictimai-siyasi həyatında bir canlanma, dövələtçilikdə böyük quruculuğun əsasları müəyyənləşməyə başladı və bu proses sonrakı illər ərzində davamlı surətdə bir-birini əvəzləyən uğurlarla müşayiət olundu. Heydər Əliyev ilkin olaraq xalqı vətəndaş müharibəsi təhlükəsindən, dövləti ağır siyasi, iqtisadi böhrandan qurtarmaqla həyati dönüşə başlamağın mümkünlüyünü yəqinləşdirərək bu işdə böyük vətənpərvərlik, iradə və zəka nümayiş etdirdi. Məhz bu taleyüklü məsələlərin reallaşmasından sonra bütün diqqət cəbhə xətində müdafiəyə və bununla yanaşı, iflic olmuş iqtisadiyyatın reablitasiyasına yönəldildi. Böyük Qurtuluşdan dərhal sonra xalqın lideri daxili vəziyyətin stabilləşməsinin qayğısına qaldı. Vətəndaşların rahat gün-güzəranına qənim kəsilmiş, yenicə təşəkkül tapan milli dövlətçiliyin möhkəmlənməsinə hər vəchlə mane olmağa çalışan qanunsuz silahlı dəstələr zərərləşdirildi, ictimai asayiş bərpa olundu. Şübhəsiz, bütün bunlar gərgin zəhmətlər bahasına başa gəldi. Sonralar da qanunla hesablaşmaq istəməyən iddiası özündən böyük olan bu qüvvələr iki dəfə – 1994-cü ilin oktyabrında və 1995-ci ilin martında dövlət çevrilişinə cəhd etdilər. Lakin yenə də Heydər Əliyevin və xalqın birləşmiş böyük iradəsi hakimiyyəti qeyri-qanuni yolla ələ keçirməyə ciddi-cəhdlə səy göstərənlərin yaratdığı təhlükələrə üstün gəldi. Bununla da cəmiyyətimizin həyatı yenidən təbii axara düşdü. 1995-ci ildən isə cəbhə xətində atəşkəs barədə razılığın əldə olunması ilə ölkə yeni bir mərhələyə daxil oldu. Əslində işğalçı Ermənistan cəbhədə daha irəliləyə bilmədiyini, itkilərinin artdığını görüb atəşi dayandırmağa məcbur oldu. Müharibədən hər evə, ailəyə yerikləyən göz yaşı, qan izi kəsildi. Millət fasiləsiz hüzndən ayrılıb gələcək haqqında, azadlıq və müstəqillik arzularının daha kerçək ifadəsi barədə düşünməyə macal tapdı. Artıq xarici investisiyaların Azərbaycana təhlükəsiz axını üçün ümid körpüsü salınmışdı.

    Dağılmış iqtisadiyyatı müasir dünyanın tələbləri səviyyəsində bərpa etmək, ordu qurculuğu prosesinə keçmək mahiyyət etibarilə gələcək inkişaf üçün təməl addımlar idi və bütün bunların hamısı cəbhədə atəşkəsin əldə olunmasından sonra həyata vəsiqə ala bildi. Azərbaycanın Avropa dəyərlərinə inteqrasiyası prosesinin ilk təcrübələri görünməyə, dünyanın qabaqcıl strukturları ilə əlaqələr qurulmağa start verildi.

    Ölkənin inkişafı, dünya birliyində özü barədə formalaşdırdığı sülhsevər, demokratik imic, bir sözlə, bütün tarixi nailiyyətlərimiz öz mənbəyini Milli Qurtuluş günü kimi tarixə düşən Heydər Əliyevin ali hakimiyyətə qayıdışı hadisəsindən götürmüşdür. İndi xalqın taleyində şərəfli yer tutan həmin tarixdən 24 illik müddət ötür. Azərbaycan qabaqcıl Avropa dövlətləri cərgəsində özünə layiqli mövqe qazanmış, bərabərhüquqlu sıx əməkdaşlıq əlaqələri qurmuşdur. Müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyev hakimiyyətin və xalqın həmrəyliyi kontekstində ölkəmizin inkişaf edən dünyanın harmoniyası ilə, demokratik dəyərlərə uyğun olaraq yaşaması ideologiyasının möhkəm əsaslarını yaratmışdır. İctimai-siyasi, iqtisadi, mədəni-mənəvi həyatda gedən reablitasiya işləri elə uğurla və sistematik şəkildə aparılmışdır (və davam edir!) ki, xalq bütün istiqamətlərdə potensialını bütövlükdə ortaya qoymaq imkanı qazana bilmişdir. Həm də bu proseslərin təkcə normal axarda getməsi təmin olunmaqla bitməmiş, dövlət eyni zamanda, kompleks iqtisadi, hüquqi, aqrar islahatların həyata keçirilməsini himayə etməyə də özündə güc tapmışdır.

    Azərbaycanda Heydər Əliyevin yaratdığı müasir dövlətçiliyn inkişafı və möhkəmlənməsi ideyalarının özəyini təşkil edən demokratiya, ədalət və humanizm prinsipləri keçid dövründən normal qismən az itkilərlə ötüşməyin, vətəndaş cəmiyyəti yaradılmasını ümumi quruculuğun tərkib hissəsinə çevrməyin bir növ səbəbkarı olmuşdur. Böyük öndərimiz insan hüquq və azadlıqlarının təminatının Azərbaycanda demokratik, hüquqi dövlət quruluşunun əsas strateji amillərindən biri hesab etmiş və bunun hüquqi aspektlərini müəyyənləşdirmişdir. Bu amil isə dünyanın həlledici siyasi dairələrində ölkəmizin nüfuzunun möhkəmlənməsində, nüfuzlu beynəlxalq təşkilatlara, o cümlədən Avropa Şurasına qəbul olunmasında digər prinsiplərlə yanaşı xüsusilə mühüm rol oynamışdır.

    Ümumilikdə tarixi təcrübə və araşdırmalar da sübuta yetirdi ki, Heydər Əliyevin Azərbaycan iqtidarına ikinci gəlişi təkcə xalqı və müstəqilliyi təhlükələrdən qurtarmaqla bitmədi, həm də ölkənin daimi etibarlı müdafiəsini reallaşdırırdı. Qurtuluş geniş anlamda, xarkterinə görə, bütövlükdə xalqın varlığı, mənəvi, ruhi, mədəni mövcudluğu, sabahı (gələcəyi) ilə bağlı problemləri özündə ehtiva edirdi.

    Qurtuluş gününün Azərbaycan cəmiyyətinə verdiyi töhfələr indi zaman keçdikcə daha dərindən dərk olunur. Ən böyük nailiyyətlərdən biri odur ki, Heydər Əliyevin Qayıdışı dünyanın diqqətini Azərbaycana cəlb edə bildi və bu mənada qısa zamanda ölkəmiz beynəlxalq iqtisadi sistemə daxil oldu. Bu inteqrasiyanın 1994-cü ildə qərbin iri neft şirkətləri ilə imzalanmış məşhur «Əsrin müqaviləsi» kimi böyük bir başlanğıcı var. Xəzər hövzəsinin Azərbaycan sektorunda zəngin energi ehtiyatlarının işlənilməsi ideyası dünyamiqyaslı kompleks iqtisadi layihələrin birbaşa respublikamızla bağlanmasını real müstəviyə çıxardı. Belə bir siyasətin sayəsində iqtisadiyyatımızın daha yüksək formada təkamülünü həyata keçirmək nəticə etibarilə Azərbaycanda sabitliyin, ictimai təhlükəsizliyin dönməz xarakter almasına güclü təsir göstərdi. İctimai qayda-qanun mühitinin, qanunçuluğun aliliyinin bərpası ona imkan yaratdı ki, müstəqil dövləti beynəlxalq aləmin hüquqi subyekti kimi tanıdan, ictimai quruluşu müəyyən edən amillərdən olan ilk Konstitusiya qəbul edildi. Və daxili, eyni zamanda, xarici arenada çəmiyyətin həyatında həqiqi azadlıq ab-havasının görünməsinə, iqtisadi, elmi, mədəni, mənəvi potensialın açılmasına, hüquqi baxımdan köklü dəyişikliklərin yalnız inkişaf səciyyəsi daşımasına böyük bir impuls verdi.

    Cəmiyyətin və dövlətçiliyin vəziyyətinin ayrı-ayrı məqamlarına nəzər yetirərkən aydınca görünür ki, ötən 11 illik quruculuq mərhələsində Azərbaycanın keçdiyi təcrübə məhz ümummilli liderin ideyalarına söykənən effektiv xarici siyasət, müharibənin dayandırılması, sülhə nail olunması, dünya ölkələri ilə bərabərhüquqlu əməkdaşlıq qurulmasıyönümündə davamlı siyasətin yürydylməsi prosesi üzərində qazanılmışdır…

    Milli öndər Heydər Əliyev dövlətin və xalqın müasir vəziyyətinin mürəkkəbliyini vaxtında qiymətləndirərək quruculuq, xilaskarlıq missiyasına belə bir məsuliyyətlə, milli təssübkeşlik hissi ilə başlamışdı: «Azərbaycan Resçpublikasının dövlət müstəqilliyini qorumağı, möhkəmləndirməyi özüm üçün ən əsas vəzifələrdən biri hesab edirəm. Azərbaycan Respublikasının dövlət müstəqilliyi 1918-ci ildə yaradılmış ilk Azərbaycan Demokratik Respublikasının ənənələri əsasında müasir tələblərlə, dünyada gedən proseslərlə bağlı olaraq təmin olunmalıdır. Bu sahədə mən daim çalışacağam və heç kimin şübhəsi olmasın ki, ömrümün bundan sonrakı hissəsini harada olursa-olsun, yalnız və yalnız Azərbaycan Respublikasının müstəqil dövlət kimi inkişaf etməsinə həsr edəcəyəm. Bununla əlaqədar olaraq bildirmək istəyirəm ki, mənim fkrimcə, Azərbaycan Respublikası onun başına nə gəlirsə-gəlsin, müstəqilliyini itirməyəcək, yenidən heç bir dövlətin əsarəti altına düşməyəcək».

    Əslində ümummilli liderinbelə bir milli ideologiyaya bağlı strateji əhəmiyyətlii siyasi xətt götürməsi həqiqətdə sonrakı illərdə Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycanın suverenliyinə və inkişafına dönməz xarakter verdi. Və məhz bu ideologiya yenləşmiş Azərbaycanı dövlətçilik ənənələri, milli xüsusiyyətləri və bütün tarixi nailiyyətləri ilə birgə dünyada siyasəti, iqtisadiyyatı sərbəst olan ölkə kimi tanıtdı, qoruyub saxlanmasını təmin etdi. Və bu gün bizim ölkədə milliyətindən, dini və siyasi baxışlarından asılı olmayaraq, bütün vətəndaşlar Heydər Əliyevin formalaşdırdığı, bəlalardan qurtardığı, siyasəti də, iqtisadiyyatı da sərbəst olan müasir Azərbaycanın demokratiyasından, uğurlarından, təbii ehtiyatlarından kifayət qədər normal səviyyədə faydalana bilirlər.

    Mənbə: http://www.ataturk.az

  • ATATÜRK Mərkəzinin nəşri: “İraq-Türkiyə poetik əlaqələri”

    Azərbaycanda ATATÜRK Mərkəzinin nəşri işıq üzü görüb.Filologiya elmləri doktoru, professor Vilayət Abbasqulu oğlu Cəfərovun “İraq-Türkiyə poetik əlaqələri” kitabının elmi redaktoru Azərbaycanda ATATÜRK Mərkəzinin direktoru, filologiya elmləri, professor, akademik, Əməkdar elm xadimi, Milli Məclisin üzvü Nizami Cəfərov, redaktoru Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycanda ATATÜRK Mərkəzinin Baş redaktoru, şair-publisist, jurnalist Dəyanət Osmanlıdır.
    Qeyd edək ki, bundan öcnə Azərbaycanda ATATÜRK Mərkəzi tərəfindən Türk Dünyasının böyük dilçi alimi, akademik Nizami Cəfərovun “Ədəbiyyat söhbətləri” (Bakı, “Elm və təhsil”, 2018) və Türk ədəbiyyatının görkəmli nümayəndəsi Dursun Kuveloğlunun “Şahsənəm” romanı Azərbaycan türkcəsində nəşr olunmuşdu.

    Kamran MURQUZOV,
    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının
    Mətbuat xidmətinin rəhbəri,
    Azərbaycan Jurnalistlər Birliyinin üzvü.

  • Əməkdar elm xadimi Nizami Xudiyevin “Azərbaycan ədəbi dili tarixi” kitabı işıq üzü görüb

    Filogiya üzrə fəlsəfə doktoru, professor, Əməkdar elm xadimi Nizami Xudiyevin Ali məktəblər üçün dərsliyi “Azərbaycan ədəbi dili tarixi” kitabı 2018-ci ildə “Elm və təhsil” nəşriyyatı tərəfindən 632 səhifə həcmində, 1000 tirajla işıq üzü görüb.
    Kitabın elmi redaktoru AMEA-nın həqiqi üzvü, filologiya üzrə fəlsəfə doktoru Tofiq Hacıyev, rəyçisi AMEA-nın həqiqi üzvü, filologiya üzrə fəlsəfə doktoru Ağamusa Axundovdur.
    Kitab Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmiş proqrama uyğun olaraq çap olunub. Kitabdan ali təhsil müəssisələrinin müəllimləri, tələbələri, ümumən, hər kəs yararlana bilər.

    Kamran MURQUZOV,
    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının
    Mətbuat xidmətinin rəhbəri,
    Azərbaycan Jurnalistlər Birliyinin üzvü.

  • Gənc xanım yazar Şəhanə Müşfiqin “Şəhanənin nağılı” adlı yeni kitabı işıq üzü görüb

    Azərbaycan Yazıçılar Birliyi tərəfindən həyata keçirilən “aybkitab” layihəsi çərçivəsində yeni nəsil Azərbaycan gəncliyinin istedadlı nümayəndəsi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Gənc Ədiblər Məktəbi2”nin müdavimi, Prezident təqaüdçüsü, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən 2017-ci ildə ədəbiyyat sahəsi üzrə “İlin gənci” seçilən Şəhanə Müşfiqin “Şəhanənin nağılı” adlı yeni kitabı işıq üzü görüb.
    “Mütərcim” Nəşriyyatında nəfis tərtibatda hazırlanan kitab Azərbaycan Yazıçılar Birliyinin “aybKitab” layihəsinin nəşridir.
    Nəşrin önsözünü Xalq şairi Sabir Rüstəmxanlı yazıb. Redaktoru şair Xəlil Adıgözəl, korrektorları Rəvan Mahmudzadə, Xəlil Adıgözəl, dizayneri Ülkər Qasımovadır. Üz qabığındakı müəllif fotosu Nofəl Ümidə aiddir.
    Layihənin rəhbəri və müəllifi Azərbaycan Yazıçılar Birliyinin Mətbuat xidmətinin rəhbəri, Mikayıl Müşfiq Komissiyasının sədri, şair-publisist Xəyal Rzadır.
    Qeyd edək ki, bundan öncə 2015-ci ildə “aybkitab” layihəsi çərçivəsində Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anarın “Səhra yuxuları” kitablar işıq nəşr olunaraq, ictimaiyyət nümayəndələrinin nəzərinə çatdırılmışdı.

    Kamran MURQUZOV,
    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının
    Mətbuat xidmətinin rəhbəri,
    Azərbaycan Jurnalistlər Birliyinin üzvü.

  • Dəyanət OSMANLI.Yeni şeirlər

    deyanet-bayramov

    Bu şeiri 18 il öncə Vaqifə yazmışam… İndi 70 yaşı oldu, deyirlər. Sağ olsun.

    QANADLI İNSAN

    Bir gün desələr,
    dünyada qanadlı insan tapılmış.
    İnanın,
    burası yalnız
    mənim ölkəm olar.

    Vaqif Bayatlı Odər –
    qanadları odda yanmış,
    yaşadığı tarix bəlli deyil.
    Bakı küçələrində
    ruhunun dalınca
    yel tək səmtsiz əsdiyini
    çoxları görmüş.

    Onu tanıyanlar söyləmiş,
    son dəfə
    dünyanın şər çağından
    göz aydınlığına uçmuş.
    Sonra dönüb çılğın bir həvəslə
    həyat və sevgi haqqında
    bir-iki qanad oxumuş…

    Məzarı torpağa qarışmış İstanbulda,
    özü Bakıda
    bir qələbəlik tablosunda yaşar.
    Qanadlı heykəli
    Yeniseyin suları üzərində,
    mübarək şırıltısı ana suyun
    yormaz qanadlarını…

    2000

  • Kənan AYDINOĞLU.Yeni şeirlər

    1902788_614529541965133_896121757_n

    Gündəlik Analitik İnformasiya Agentliyinin
    Mətbuat xidmətinin rəhbəri,
    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü.

    KƏDƏRİ BAŞIMA ƏLƏMƏ, DÜNYA!

    Mən sənə dərdimi söyləmədimsə,
    Kədəri başıma ələmə, dünya!
    Toplasan gücünü varınla birgə,
    Sən bata bilməzsən qələmə, dünya!

    Çaylardan ayırlıb dağa qarışır,
    Küsülü qaldısa yenə barışır.
    Dərdimi yenə də qəlbə danışır,
    Çatmaz heç hünərin ələmə, dünya!

    Sözləmi əridim dümağ qarı mən,
    Hayanda axtarım denən yarı mən?!
    Yenə yönəlmişəm haqqa sarı mən,
    Car çəkmə, gəl indi aləmə, dünya!

    DÜŞƏR

    Gözlərədn süzülən həsrətin yaşı,
    Fərhada düşməsə, Şirinə düşər.
    Sevincli, fərəhli günlərin biri,
    Bax, gəlib axırda birinə düşər.

    Alovlu misralar çində şerim,
    Bəlkə bir quyuda dərinə düşər?!
    “Cahargah” muğamı, “Şüştər” muğamı,
    Nərdin kədərinə, zərinə düşər.

    Yorğun bir çobanın sürüsü gündə,
    Bir ağac altında sərinə düşər.
    Məsəl var hər ildə eyni millətin,
    Gəlib xeyirinə, şərinə düşər.

    Kəlmə var üzlərin tökər suyunu,
    Kəlmə var deyilib yerinə düşər.
    İllərlə yaşanan həsrətin özü,
    Qadına düşməsə, ərinə düşər.

  • Hörmətli konfrans iştirakçıları!

    V Bakı beynəlxalq teatr konfransının iştirakçılarına

    Hörmətli konfrans iştirakçıları!

    Sizi V Bakı beynəlxalq teatr konfransının açılışı münasibətilə salamlayır və konfransın işinə müvəffəqiyyətlər arzu edirəm.

    Mədəniyyət bütün dövrlərdə insanların ünsiyyətinin başlıca vasitəsi və sivilizasiyalar arasında qarşılıqlı əlaqələrin etibarlı körpüsü olmuşdur. Bununla əlaqədar teatr sənəti də mənəviyyat və mədəni tərəqqi tarixi ilə daim dərin bağlılıqda təşəkkül tapmış və bədii-estetik fikrin zənginləşməsində həmişə mühüm rol oynamışdır.

    XIX əsrin ikinci yarısından başlayaraq Azərbaycanda cərəyan edən və maarifçilik hərəkatını canlandıran ictimai-siyasi hadisələr ədəbiyyat, mədəniyyət və incəsənət sahələrində forma və məzmun dəyişikliklərinə yol açdı. Həmin dövr Azərbaycan teatrının inkişafı baxımından olduqca əlamətdardır. Böyük mütəfəkkir Mirzə Fətəli Axundzadə tərəfindən milli dramaturgiyanın təməlinin qoyulması ölkəmizdə xalq teatrının peşəkar teatr sənətinə çevrilməsi ilə nəticələndi. Ötən müddət ərzində dolğun fəaliyyət göstərmiş və əsl milli sərvətə çevrilmiş Azərbaycan teatrı bu gün də xalqımızın sosial-mədəni həyatında özünəməxsus layiqli yer tutur.

    Məmnunluq hissi ilə qeyd etmək istəyirəm ki, konfransın ölkəmizin paytaxtında “Azərbaycan teatrı 2009–2019-cu illərdə” Dövlət Proqramı çərçivəsində təşkili xoş bir ənənə halını almışdır. Dünyanın 40-dan çox ölkəsindən gəlmiş teatr xadimlərinin, mötəbər teatr qurumlarının rəhbərləri və təmsilçilərinin, teatr mütəxəssislərinin iştirakı bu konfransın artan nüfuzundan xəbər verir. Sürətli qloballaşma şəraitində müasir teatrın imkanları, qarşılaşdığı problemlər və gələcək inkişafının əsas istiqamətlərinə dair mövzularda səmərəli fikir mübadiləsi aparılacağına və birgə layihələr işlənib hazırlanacağına əminəm.

    Ümidvaram ki, konfrans geniş müzakirələr yolu ilə yaradıcılıq məsələlərinin uğurlu həllinə müvəffəq olaraq ölkələrimiz və xalqlarımız arasında mədəni əməkdaşlığın dərinləşməsi və dostluq tellərinin möhkəmlənməsinə dəyərli töhfələr verəcəkdir.

    Hər birinizə gələcək fəaliyyətinizdə nailiyyətlər diləyirəm.

    İlham Əliyev
    Azərbaycan Respublikasının Prezidenti
    Bakı şəhəri, 5 noyabr 2018-ci il.

    Mənbə: https://president.az

  • Qazax müəllimlər seminariyasının 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

    2018-ci ilin noyabr ayında Qazax müəllimlər seminariyasının yaradılmasının 100 illiyi tamam olur.

    Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarına əsasən, Qazax müəllimlər seminariyasının təşkili Azərbaycanın maarif salnaməsinin ən parlaq səhifələrindəndir.

    Görkəmli ədəbiyyatşünas, tanınmış maarifpərvər və ictimai xadim Firidun bəy Köçərlinin rəhbərliyi ilə fəaliyyətə başlayan Qazax müəllimlər seminariyası bütün fənlərin tədrisinin ana dilində mütərəqqi üsullarla aparıldığı yeni təhsil ocağı kimi Azərbaycanda elmin, maarifin və mədəniyyətin inkişafına misilsiz töhfələr vermişdir. Respublikanın bölgələri ilə yanaşı, qonşu ölkələr üçün də uzun illər boyu yüksək ixtisaslı pedaqoji kadrlar hazırlamış seminariyanın yetirmələri sırasında adları təhsil, elm və mədəniyyət tarixinə həkk olunmuş çox sayda tanınmış simalar vardır.

    Qazax müəllimlər seminariyası müstəqil Azərbaycan Respublikasının təhsil işçilərinə gənc nəslin azərbaycançılıq məfkurəsi ruhunda yetişdirilməsi üçün zəngin irs qoymuşdur.

    Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və Azərbaycan təhsil sisteminin inkişafında müstəsna xidmətlərini nəzərə alaraq, Qazax müəllimlər seminariyasının yaradılmasının 100-cü ildönümünün layiqincə qeyd olunmasını təmin etmək məqsədi ilə qərara alıram:

    1. Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Qazax Rayon İcra Hakimiyyətinin təklifləri nəzərə alınmaqla, Qazax müəllimlər seminariyasının 100 illik yubileyi ilə bağlı tədbirlər planı hazırlayıb həyata keçirsin.

    2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

    İlham Əliyev
    Azərbaycan Respublikasının Prezidenti
    Bakı şəhəri, 3 noyabr 2018-ci il.

    Mənbə: https://president.az

  • Q.M.Paşayevə “Əməkdar elm xadimi” fəxri adının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

    Q.M.Paşayevə “Əməkdar elm xadimi” fəxri adının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

    Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

    Azərbaycan Respublikasında ədəbiyyatşünaslıq sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Qəzənfər Məmməd oğlu Paşayevə “Əməkdar elm xadimi” fəxri adı verilsin.

    İlham Əliyev
    Azərbaycan Respublikasının Prezidenti
    Bakı şəhəri, 5 noyabr 2018-ci il.

    Mənbə: https://president.az

  • Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşlarının “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

    Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşlarının “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

    Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

    Azərbaycan Respublikasında ədəbiyyatşünaslıq sahəsində uzunmüddətli səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslər “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilsinlər:

    Araslı Nüşabə Həmid qızı

    Məmməd Tahirə Qəşəm qızı.

    İlham Əliyev
    Azərbaycan Respublikasının Prezidenti
    Bakı şəhəri, 5 noyabr 2018-ci il.

    Mənbə: https://president.az

  • Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşlarının “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

    Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşlarının “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

    Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

    Azərbaycan Respublikasında ədəbiyyatşünaslıq sahəsində uzunmüddətli səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslər “Tərəqqi” medalı ilə təltif edilsinlər:

    Alışanov Şirindil Həsən oğlu

    Quliyeva Mahirə Həmid qızı

    Yusifov Vaqif Əziz oğlu.

    İlham Əliyev
    Azərbaycan Respublikasının Prezidenti
    Bakı şəhəri, 5 noyabr 2018-ci il.

    Mənbə: https://president.az

  • Rahilə DÖVRAN.Yeni şeirlər

    Şairə-jurnalist-publisist
    Azərbaycan Yazıçılar Birliyinin üzvü,
    “Qızıl qələm” media mükafatı laureatı,

    XOŞ AVAZI

    “Vətənimdir” – silsiləsindən

    Vətənimə göz dikənlər, didişiblər uzun illər,
    Fəsadlarla ayrı düşüb,eyni soylu,çox nəsillər.

    Torpağımı bölmək üçün, Araz olub iti qayçı,
    Sülh biçiblər”Gülüstan”çı, sülh kəsiblr”Türkmənçay”çı.

    Xan Arazın pıçıltısı qarışıbdır hay- haraya,
    Çevrilibdir köksümüzdə, Araz boyda bir yaraya.

    Bu halından yazıq Araz, Haqq bilir ki, biçaradır,
    Ölkəmizin vücudunda , sağalmayan bir yaradır.

    Üç yüz ildir bu yaradan , su yerinə qanlar axır,
    Güney- qüzey bir- birinə, həsrət ilə gendən baxır.

    Qoca dünya çox görübdür, çeşid- çeşid həsrət, hicran,
    Lakin yoxdur bizim təkin,- “diri- diri bölünən can”…

    Zor- güc ilə qoparılıb, ət-dırnaqdan, bədən- başdan,
    Səxavətlə pay-püşk olub,- zalimlərə dağdan, daşdan.

    O zamandan Xudafərin, duymayıbdır ayaq səsi,
    O tay, bu tay sayılıbdır, bir- birinə yad ölkəsi.

    Amma bunca qadağalar, qırammayıb qan bağını,
    Hər iki tay gözəl bilir, eyni qandan olmağını.

    Gün gələcək Xudafərin süslənəcək gül- çiçəklə,
    Yürüyəcək üzərindən, cüt qardaşlar xoş diləklə.

    Qoca tarix düzəldəcək, üç əsrlik yanlışını,
    Ulu xalqdan qazanacaq, öz gecikmiş alqışını.

    Şair Dövran sevə- sevə, vəsf edəcək Xan Arazı,
    Həm Bakıda, həm Təbrizdə səslənəcək xoş avazı…

    USTAD VƏLİNİN QIZI

    “Düşüncələrim” – silsiləsindən

    Təbi hər zaman rəvan,
    Vaxtı, zamanı qovan.
    Heyrandır, həm Natəvan,
    Ustad Vəlinin qızı.

    Mütəvazi görkəmi,
    Sevincindən çox qəmi.
    Qələminin həmdəmi,
    Ustad Vəlinin qızı.

    Ilhamından zər geyir,
    Yaratdığı hər şeir.
    Sevənlər – əhsən deyir,
    Ustad Vəlinin qızı.

    Heyranların sevinci,
    Hər kəlməsi dürr, inci.
    Hey öndədir- birinci,
    Ustad Vəlinin qızı.

    Oyar əyrinin gözün,
    Qələmlə söylər sözün.
    Heç zaman öyməz özün,
    Ustad Vəlinin qızı.

    Söz karvandır, O, sərban,
    Qəlbi hər zaman cavan.
    Mənəm,- Rahilə Dövran,
    Ustad Vəlinin qızı…

  • Elşən Yəhyəyevi doğum günü münasibətilə təbrik edirik! (6 noyabr)

    Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Kollektivi Sizi, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Rəhbərliyinin və kollektivinin əziz dostunu doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə, ədəbi-bədii yaradıcılığınızda bol-bol uğurlar diləyir!

    Mətbuat xidməti

  • Şəfa VƏLİYEVA.”Üç il oldu” (Osmanlı və Anadolu türkcələrində)

    sxv

    “Gənc Ədiblər Məktəbi”nin müdavimi, AYB və AJB üzvü,
    Prezident təqaüdçüsü, Gənclər müfakatçısı

    Üç İl Oldu

    Bu qışın soyuğunda
    Üşüməz.. əlin üşüməz,
    saçlarıma dəyən vaxtı olub…
    Bir yanvar səhəri
    açılan pəncərələrin
    küləyə küsən vaxtı olub…
    Sənin barmağındakı bıçaq izi…
    Sənin gözün üstündəki xal…
    Mənim ürəyimdə sevda izi…
    Könlümə qısqanclıqdan düşən xal…
    Fərqlidi… Fərqli…
    Bax…
    İndi bu dəli
    oturub Gəncənin soyuğunda
    hələ sənə şeir yazır…
    Dünyanı atıb çiyninə
    Siz tərəfə bir yol gəzir…
    Yollar da vəfasız oldu…
    Üşüməz… əlin üşüməz…
    üşüməz…
    Bəlkə də üşüyər…
    Saçlarımdan ayrılalı üç il oldu…

    Üç Yıl Oldu

    Bu kışın soğuğunda
    Üşümez.. elin üşümez,
    saçlarıma değen vakti oldu…
    Bir kasım* seheri
    açılan pencerelerin
    rüzgâra küsen vakti oldu…
    Senin parmağındaki bıçak izi…
    Senin gözün üstündeki hal…
    Benim yüreğimde sevda izi…
    Gönlüme kıskançlıktan düşen hal…
    Farklıdır… Farklı…
    Bak…
    Şimdi bu deli
    oturup gecenin* soğuğunda
    hâlâ sana şiir yazıyor…
    Dünyayı atıp omuzuna
    Siz tarafa bir yol geziyor…
    Yollar da vefasız oldu…
    Üşümez… elin üşümez…
    üşümez…
    Belke de üşür…
    Saçlarımdan ayrılalı üç yıl oldu…

    (Çeviren: Mihriban Azade ve Ekrem Ucak)

  • Şəfa EYVAZ.Yeni şeirlər

    bu dünyada sevgilər,
    boyuma biçilmədi.
    ya dar oldu əynimə,
    ya qəlbimə gen gəldi.
    əllərim yalın qaldı,
    gülüşüm isinmədi.
    dünya yığdım köksümə,
    ürəyim kiçilmədi.

    bu dünyada sevgilər
    boyuma biçilmədi…
    suyuna şəkər qatdım,
    göz yaşım içilmədi.
    gələn boğuldu qaldı,
    selindən keçilmədi.

    bu dünyada sevgilər,
    boyuma biçilmədi.
    sənə uzanan yollar,
    dağ oldu, keçilmədi
    özüm seçildim bəlkə,
    kədərim seçilmədi…
    dərzisi yarıtmadı.
    biçilən sevgilərin
    ya dar oldu əynimə,
    ya qəlbimə gen gəldi.

  • Nemət TAHİR.Yeni şeirlər

    YAZ YAĞIŞI

    Bir yaz səhərində görüşdük yenə
    Köçdü ürəyimdən həsrətin qışı
    Gözlərin ruhumu aldı əlimdən
    Unuda bilmirəm odlu baxışı

    Sevinib göz yaşı tökdü buludlar
    Düzdü saçlarına bahar naxışı
    Əl-ələ,göz-gözə islandıq birgə
    Şahid oldu bizə bir yaz yağışı

    YORĞUN XƏYALLAR

    Sənsizlik bir səhra tükənməz –bitməz
    Ümidim olubdur yollar yorğunu
    Gözlərin dənizdir,kipriklər dalğa
    Mənsə seyrə dalan dəniz vurğunu

    Yenə sual dolu baxışla baxdım
    Utanıb gizlətdi sözlər doğrunu
    Ancaq həqiqətdir,əminəm ki,mən
    Hər zaman söyləyir gözlər doğrunu

    Röyana gələcəm hər kəsdən xəlvət
    Şirin edəcəyəm sənin yuxunu
    Deyirsən qorxuram mən qaranlıqdan
    Bu gecə qovacam sənin qorxunu

  • Kənan AYDINOĞLU.Yeni şeirlər

    1902788_614529541965133_896121757_n

    Gündəlik Analitik İnformasiya Agentliyinin
    Mətbuat xidmətinin rəhbəri,
    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü.

    GECƏLİ-GÜNDÜZLÜ ÖMRÜN HƏR GÜNÜ

    Gecəli-gündüzlü ömrün hər günü,
    Ulduzlar yerində nəğmə oxuyur.
    Könlüm də qəm-sevinc yazan qələmlə,
    Şeir çələngini birgə toxuyur.

    Dərdlənib yenə də dərdlər içində,
    Bəzən də gözünün yaşını tökür.
    Yazan kədərimi oxuyub özü,-
    Çiynindən dünyanın yaşını tökür.

    Xəfif bir küləklə oyanıb səhər,
    Dərd üçün obada sorağa düşür.
    Gözündən tökülən inci yağışlar,
    Süzülüb gözündən varağa düşür.

    ELƏ BİL BU DÜNYA KÖRPƏ UŞAQDI

    Elə bil bu dünya körpə uşaqdı,
    Onun da nazını çəkəsən gərək.
    Becərən, cücərən buğdalar kimi,
    Torpaqda, tarlada əkəsən gərək.
    Sənin həsrətinə dağ vuran zaman,
    Gözünün yaşını tökəsən gərək.
    Bir bel bağladınsa ona qurduğun,
    Uçurub sarayı sökəsən gərək.
    Kaman tək mərdliyi bir yerə qoyub,
    Səbəbsiz önündə çökəsən gərək.

  • Azərbaycan Aşıqlar Birliyinin nəşri: “Aşıq şeirinin poetik biçimləri və çeşidləri”

    Azərbaycan Aşıqlar Birliyinin (AAB) sədri, Azərbaycan Dövlət Mükafatı laureatı, Əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor Məhərrəm Qasımlı və filologiya elmləri doktoru, professor Mahmud Allahmanlının “Aşıq şeirinin poetik biçimləri və çeşidləri” adlı yeni kitabı “Elm və təhsil” nəşriyyatı tərəfindən çapdan çıxıb. Kitabın redaktoru Azərbaycan Aşıqlar Birliyinin katibi, filologiya üzrə fəlsəfə doktoru Altay Məmmədovdur.
    Azərbaycan Aşıqlar Birliyinin dəstəyi ilə hazırlanan kitabda aşıq şeirinin janr və poetik biçimləri, onların çoxsaylı çeşidləri həm ədəbi-nəzəri, həm də folklor poetikası prinsipləri əsasında əlifba sırası ilə açıqlanıb. Aşıq şeir sistemində rast gəlinən poetik biçimlərin (bayatı, gəraylı, qoşma, təcnis, müxəmməs, divani və s.) ilkin qaynaqları, onların tarixi mənzərəsi, janr səciyyəsi, ifa tərzi, hansı hava üzərində oxunması məqamları və s. məsələlər konkret nümunələr əsasında öz əksini tapıb. Milli-mənəvi, tarixi-mədəni düşüncənin möhtəşəm qaynağı olan ozan-aşıq mədəniyyətindən doğan şeir biçimləri və onlardan törəyən çeşidlər ilk dəfə bu kitabda diqqətlə öyrənilib və təhlil olunub. Aşıq şeir biçim və çeşidləri ilə musiqi-havacat bağlantıları da ilk dəfə bu kitabda izahını tapıb.
    Kitabda göstərilib ki, aşıq sənəti özündə milli kimlik mücadiləsini, müstəqil dövlətçilik düşüncəsini, ana dilinə mehr-məhəbbəti, mərdlik və halallığı cəmləşdirir.
    Kitab geniş oxucu auditoriyası, ədəbiyyatsevərlər, aşıq sənəti ilə maraqlanan hər kəs üçün nəzərdə tutulub. Aşıq ədəbiyyatının təbliği yönündə oxucu rəğbətini qazanacağına ümid edirik.

    Kamran MURQUZOV,
    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının
    Mətbuat xidmətinin rəhbəri,
    Azərbaycan Jurnalistlər Birliyinin üzvü.

  • ATATÜRK Mərkəzinin nəşri: “Ədəbiyyat söhbətləri”

    Azərbaycanda ATATÜRK Mərkəzinin direktoru, filologiya elmləri, professor, akademik, Əməkdar elm xadimi, Milli Məclisin üzvü Nizami Cəfərovun “Ədəbiyyat söhbətləri” adlı yeni kitabı “Elm və təhsil” nəşriyyatı tərəfindən 388 səhifə həcmində, 300 tirajla işıq üzü görüb. Kitabın redaktoru Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycanda ATATÜRK Mərkəzinin Baş redaktoru, şair-publisist Dəyanət Osmanlıdır.
    Kitaba müəllifin son illərdə yazdığı məqalələri toplanıb.

    Kamran MURQUZOV,
    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının
    Mətbuat xidmətinin rəhbəri,
    Azərbaycan Jurnalistlər Birliyinin üzvü.

  • ATATÜRK Mərkəzinin nəşri: “Şahsənəm” kitabı

    Kitabın ön söz müəllifi Azərbaycanda ATATÜRK Mərkəzinin direktoru, professor, akademik, Əməkdar elm xadimi, Milli Məclisin üzvü Nizami Cəfərov, redaktoru Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycanda ATATÜRK Mərkəzinin Baş redaktoru, şair-publisist, jurnalist Dəyanət Osmanlı, məsləhətçisi Azərbaycan Yazıçılar Birliyinin gənclər üzrə katibi, “525-ci qəzet”in Baş redaktoru Rəşad Məcid, Türkiyə türkcəsindən çevirənlər Elmin Nuri və Cavid Qədirdir.

    Kamran MURQUZOV,
    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının
    Mətbuat xidmətinin rəhbəri,
    Azərbaycan Jurnalistlər Birliyinin üzvü.

  • Abdulla Məmmədi doğum günü münasibətilə təbrik edirik! (4 noyabr 1963-cü il)

    abdullamuellim

    Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Kollektivi Sizi, Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsini, Azərbaycan Yazıçılar Birliyinin üzvünü, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Şimal bölgəsinin rəhbərini, şair-publisistini doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə, ədəbi-bədii yaradıcılığınızda bol-bol uğurlar diləyir!

    Mətbuat xidməti

    ETİRAF

    Nə qədər gizləyim baxışımı mən,
    Nə qədər gözündən yayınım, qaçım?
    Sığınıb gecənin ağuşuna mən,
    Tənha bir qüssəni nə qədər qucum?

    Sənli ümidimin gerçəyi baha,
    Sövq etmə əlçatmaz istəyə məni.
    Ömrümün payızı yetişib daha,
    Salma dərd eləyib ürəyə məni.

    Bu könül dünyam da könlümü almır,
    Könülsüz açılır gözümdə səhər.
    Ürəyim könüllü qayğıma qalmır,
    Haradan qarşıma çıxdı bu qədər?!

    Səninlə bağlıdır könül süstlüyüm,
    Könlümü açıram yuxutək suya.
    Könlünü üzməsin könülsüzlüyüm,
    Könlümdə tək sənsən – sevgili dünya.

    Tər gülsən, ətrin də ürəyimcədi,
    Qışımda bahartək könlüm də sənsən.
    Nə desən, haqqın var – ürəyincə de…
    Dəymə ürəyimə – könlümdə sənsən.

    Özümdən qaçıram dili dualı
    Günlərin əlində nazilir könlüm.
    Bu dəli sevdamla başı havalı
    Nə qədər sızlayım, əzilim, könlüm?!

    Nə qədər daş olum baxışına mən,
    Nə qədər gözündən o yana qaçım?
    Nə deyim bu həsrət yağışına mən,
    İslana-islana hayana qaçım?

    PAYIZ YAMAN TƏLƏSDİ

    Külək çaldi yel kökləyən kamançani,
    Şahə qalxdi ağaclarin həyəcani.
    Yarpaq örtdü yay ətirli göy xonçani,
    Payiz yaman tələsdi.

    Susdu şirin nəğməsi də turaclarin,
    Doluxsundu nanəsi də yamaclarin.
    Həna yaxib əllərinə ağaclarin
    Payiz yaman tələsdi.

    Gözüm düşdü ağaclarin sirğasina,
    Əsmə külək, sirğa düşər, sirğa sinar!
    Həsrət qaldi bu cöllər də durnasina,
    Payiz yaman tələsdi.

    Rübənd saldi çöhrəsinə ulduzlar da,
    “Sari gəlin” yenə dindi ağizlarda.
    Köçən köçdü, nişanlandi…
    Bu qizlar da
    Bu payiz yaman tələsdi.
    Payiz yaman tələsdi…

  • V.Q.Behbudovun “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

    V.Q.Behbudovun “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

    Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

    Azərbaycan kino sənətinin inkişafında xidmətlərinə görə Vaqif Qulam oğlu Behbudov “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilsin.

    İlham Əliyev
    Azərbaycan Respublikasının Prezidenti
    Bakı şəhəri, 2 noyabr 2018-ci il.

    Mənbə: https://president.az

  • Xanıməfəndi İncini doğum günü münasibətilə təbrik edirik! (3 noyabr)

    Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Rəhbərliyi Xanım Əfəndi İnci Sizi doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə, dodaqlarınızdan gülüş, yanaqlarınızdan təbəssüm əskik omlmasın, ədəbi-bədii yaradıcılığınızda bol-bol uğurlar diləyir! Sevib, sevdiyiniz insanların əhatə dairəsində olun! İnşAllah!

    Mətbuat xidməti!

  • Rahilə DÖVRAN.Yeni şeirlər

    Şairə-jurnalist-publisist
    Azərbaycan Yazıçılar Birliyinin üzvü,
    “Qızıl qələm” media mükafatı laureatı,

    BU GÜN GÖZ BƏBƏYİM,SEVİMLİ İNCİ BALAMIN DÜNYAYA GƏLDİYİ GÜNDÜR. İNCİNİ HƏYATININ ƏN GÖZƏL GÜNÜ OLAN DOĞUM GÜNÜ MÜNASİBƏTİ İLƏ ÜRƏKDƏN TƏBRİK EDİR,ONA MÖHKƏM CANSAĞLIĞI VƏ SEVİNC DOLU GÜNLƏR ARZULAYIRAM. UŞAQ VAXTI ONA YAZDIĞIM VƏ UŞAQ ƏDƏBİYYATI ANTOLOGİYASINADA DƏRC OLUNMUŞ ŞEİRİMLƏ İNCİNİ TƏBRİK EDİRƏM!!!

    İ N C İ
    Gözəl, göyçək, bir Turac,
    Saçları qulac-qulac.
    Nənəsinin sevinci,
    Nəvəm var adı-İnci.

    Yupyumuru tumurcuq,
    Gözləri qara muncuq,
    Çaldırır evdə “Cəngi”
    Davakardır bu İnci.

    Səs-küylüdür hər zaman,
    Dindirməyin ay aman.
    Tökər bucağı,küncü,
    Xatakardır bu İnci.

    Dişləri mırıq-mırıq,
    Sanki çəkiclə qırıb
    Hər yarışda birinci,
    Fədakardır bu İnci.

    GƏLİR

    Könül dəftərim silsiləsindən.

    Çatdı xeyir xəbər xarı bülbülə,
    Muştuluq- dedilər, cananın gəlir.
    Tezliklə qovuşar, yarı bülbülə,
    Dedilər- halına, yananın gəlir.
    ***
    Neçə il qalmışdı həsrətdə, darda,
    Saralıb, solmuşdu boranda, qarda.
    Bilmirdi sevdiyi qalıbdır harda,
    Dedilər- qaydına, qalanın gəlir.
    ***
    Düşmüşdü qaniçən, zalım əlinə,
    Nəğmə dəyməmişdi bağlı dilinə.
    Dönmüşkən son bahar, xəzan gülünə,
    Dedilər- dərdini, alanın gəlir.
    ***
    Düzəldi əyilmiş qəddi, qaməti,
    Oyandı don vurmuş iffət, isməti.
    Sən demə var imiş, vüsal qisməti,
    Dedilər- xətrini, ananın gəlir.
    ***
    Çığladı dağ- daşın, düzün qulağı,
    Qaxdı “Cıdır düzü”, “İsa bulagı”.
    Sordular:- Şuşanın kimdir qonağı?
    Dedilər- qoynuna, Dövranın gəlir.

  • Əziz MUSA.Yeni şeirlər

    em

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru,
    Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

    İNDİ

    (təcnis)

    Yenə də bürünüb çöl, çəmən sarı,
    Tökülür meyvələr budaqdan indi,
    Sürülər baş alıb arana sarı,
    Köçür ei, obalar bu dağdan indi.

    Gözlərim hey baxır burdan o yana,
    Düşmən çox quduzdu, görüm o yana,
    Bu susan vicdanlar bəlkə oyana,
    Göynəyir ürəyim, bu dağdan indi.

    Ay Əziz, bu dünya çətin düzələ,
    Fikrini , sözünü bir az düz ələ,
    Haqqı tapşırasan gərək düz ələ,
    Vallah bizmkidir bu dağ, dan indi!

    NƏĞMƏ

    Mələyim, ay mələyim,
    Sənsən Gün, Ay, mələyim,
    Gül ol, mən bülbül olum,
    Qoy dərdindən mələyim.

    O yanaq-o gül səndə,
    Günəş gülür, gül sən də.
    Dünya öz işindədi,
    Ağlasan da, gülsən də.

    Gəl ömrümü budama,
    Görüşə gəl bu dama.
    Axı sevgidən özgə,
    Nə qalacaq adama.

    Tanrı gözəl yaratdı,
    Mən piyada, o atdı,
    Mən yarıma gül atdım,
    Daşı mənə o atdı.

    Əzizim ay yarıdı,
    Səmada Ay yarıdı,
    Gəl görüşə mələyim,
    Hamı sevdi, yarıdı.

  • Hikmət MƏLİKZADƏ.Yeni şeirlər

    Azərbaycan Respublikasının Prezident Təqaüd Fondunun təqaüdçüsü,
    Azərbaycan Yazıçılar Birliyinin üzvü

    ***

    Kaş, səni özümə öyrətməyədim,
    Könül cırmaqlayır qəmimiz, elə.
    Dünya bizim üçün liman olmadı,
    Boşuna fırlanır gəmimiz, elə.

    Sənə kim öyrətdi bu baxmağı, de?
    İçinə qor atıb közün, gedirsən…
    Ruhun dəli olub, kölgən divanə,
    Səni mən aparım, özün gedirsən?!

    Gərək çıxmayaydın qarşıma, gərək,
    Özüm olacaqdım mağıl, danışan.
    …Alma düşəcəkdi, əzrayıl düşdü,
    Sənə kim inanar, nağıl danışan?!

    Yenə gözlərimin divarı uçub,
    Tanrı niyə görə qalama dəymir?!
    Mən çoxdan bilirəm, pul olan yerdə,
    Məhəbbət bir quru salama dəymir.

    Kaş, səni özümə öyrətməyədim,
    Könül cırmaqlayır qəmimiz, elə.
    Sevgi ada deyil, ürək də liman,
    Boşuna fırlanır gəmimiz, elə.

    ***

    …Əvvəl adamın özü,
    Sonra da canı gəlir…
    Günahlar çoxaldıqca
    Ayrılıq anı gəlir…

    Hər anın öz anı var,
    Kimin dərdi, səri yox?!
    Son mənzilə çatırıq…
    Haqq-hesab dəftəri yox…

    Ruhun da, axşam-səhər
    Yaxaları ağ olur.
    Ruhdan gen düşən adam
    Əcələ dustağ olur.

  • Aləmzər ƏLİZADƏ.”Məni axtaran varmı?”

    (Şəfa Vəlinin “Poçtalyona məktub” kitabı haqqında)

    Tanrı, insafın olsun,
    Adam unudularmı?
    Eh…
    Hanı telefonum?
    Məni axtaran varmı?

    Şəfa, bu misralar “Poçtalyona məktub” kitabının sonuncu şeirinin sonuncu misralarıdı. Soruşursan ki, “məni axtaran varmı?” Əlbəttə var, ay qızım. Elə biri mən. Kitabını aldım, oxudum, (şeirlərinin çoxunu əvvəldən oxumuşdum), haqqında deyəcəklərim olduğunu dəqiqləşdirdim.
    Bu yazım kitabına təbrikdir. Ona görə də şeirlərinin ancaq məziyyətlərindən söhbət açacağam. Çünki, əsərlərində çatışmazlıqları özün də yaxşı bilirsən. Mənə elə gəlir ki, onları da elə özün düzəldəcəksən.

    …Sən uzaq, çox uzaq coğrafi bir kəşf,
    Adasan, körfəzsən, dənizsən, nəsən?
    Bəlkə savannalar, tropik meşə?
    Bəlkə də ən zərif, incə bənövşə…
    Ya bəlkə quruca bir səhrasan sən?!

    Şeirin pıçıldayır ki, “sevginin coğrafiya dərsi” çox maraqlıdır. Sən coğrafi bir kəşf eləmisən. Lakin bu kəşfin çox uzaqdadır. O qədər uzaqdadır, hətta özünün əlin çatmır. Bu kəşfin adamı, dənizmi, körfəzmi, savannamı, meşəmi, ya səhramı olması bilinmir. Şeirinin gözəlliyi ondadır. Kəşf var, bu, mütləqdi. Mütləqin özünün naməlum olması mənə qəribə gəldi. Bu, əlçatmayan, ünyetməyən müqəddəs bir eşqdir. Bu eşq insanın sonuna kimi ondan əl çəkmir. Eşqi sonsuz olanlar duyğusaldı, kövrəkdi, mərhəmətlidi; sənin “Səməni” şeirində olduğu kimi…

    Çərşənbə tonqalını
    Gözlərimdə qaladım…
    Getdim Bakı yolunu,
    Həsrətimə doladım…

    Küsdüyüm şəhərimlə,
    Barışdım…Bayram idi…
    Bir mesajlıq təbriklə
    “Danışdım”…Bayram idi…

    Yeni arzular kimi
    Göyərtmədim mən səni…
    Bağışla ürəyimi,
    Səməni, ay səməni…

    Şəfa, sənin bu şeirin indiyədək oxuduğum səməni şeirlərinə bənzəmir. Bu şeirin ruhu, məğzi, mənası tamamilə təzədir, yenidir, gözəldir. Elə burdaca arzulayıram ki, sənin arzuların xoşbəxt-xoşbəxt göyərsin. Sən də “Bağışla ürəyimi…” deməyəsən.
    Qızım, sənin hekayələrini də oxumuşam. Sən nəsrdə özünü daha rahat hiss edirsən. Ancaq, bu, o demək deyil ki, şeirin nəsrindən zəifdir. Əsla! Son illər yazdığın poeziya nümunələri əsas verir ki, bu sahədə də sən özünü təsdiqləyirsən. Yazarın özünü təsdiqləməyi çətindi. İstər cavanlar, istər yaşlılar çox vaxt kimləri isə təqlid edir, yeni söz, yeni fikir tapmaqda aciz qalırlar.
    Sən aciz deyilsən, Şəfa! Sənin şeirlərini oxuduqca ürəyin, qəlbin, sirrin aşikarlanır, görünür. Səndə o cəhətin xoşuma gəlir ki, yalnız özünü yazırsan. Bu, istər zəif, istərsə də güclü şeirlərində bilinir.
    Sənin bir şeirin var, adsızdı. Onun axırıncı bəndində inamla deyirsən:

    Qadınlar sevgidən ölür,
    Qadınlar ağlayır, gülüm…
    Hər kəndin yeganə yolun
    Kişilər bağlayır, gülüm…

    Burada hər kəndin yeganə yolunu kişilərin bağlamasına inanmasam da, “bu da Şəfa Vəlinin qənaətidir”-deyib keçirəm…
    Şeiri quraşdırmırlar. Bunu şairlər bilir. Şeir gül kimi açılır, ot kimi göyərir, yel kimi əsilir, göy kimi gurlayır, yağış kimi, qar kimi yağır, tufan kimi qopur. Bunları daha çox sadalamağa ehtiyac yoxdur. Nə demək istədiyim anlaşıldı.
    Sənin də şeirlərin quraşdırılmır, Şəfa, canından, qanından qopub gəlir. “Bircə damcı hüznlüyəm…” şeirindəki kimi.
    Əvvəla, hüzn damcıyla, kiloqramla, metrlə, saatla ölçülmür. Sən bunu yaxşı bilə-bilə hüznünü damcıyla ölçürsən. Çox gözəl eləyirsən! Damcıyla ölçdüyün hüznü isbatladığın üçün heç bir iradım yoxdur. Əksinə, xoşuma gəldi. Şeir ümumilikdə qəşəngdi.

    Bircə damcı hüznlüyəm…
    Tale qəlbimə toxunub…

    Taleyin qəlbə toxunuşu şairanədi…

    Bircə damcı hüznlüyəm…
    Bura Gəncə…
    Bakı yolu
    Qəza dolu, qorxulu…

    Yollar insanı xoşbəxtliyə, səadətə, sevinclərə aparsa da, qəzalara da sürükləyir. Onda şair bir damcı yox, dəryalarca hüznlü olur. Ancaq bu şeirdə qəza yoxdur, ehtimal var. Ona görə belə demək olar.

    Bircə damcı hüznlüyəm…
    Nəğmələrə kədər hopub…

    Nəğməsinə kədər hopan şair hüznlü olacaq, özü də bircə damcı… Güman var ki, sabah onun nəğməsinə sevinc hopacaq.

    Bircə damcı hüznlüyəm…
    Həsrətini bu axşam
    Bərk-bərk qucaqlamışam…
    Sənsiz ruhum üşüyüb
    Bir az soyuqlamışam…

    Şəfa Vəli, sən burada istedadlı bir şairsən. Burada duyğuların, hisslərin bayram edir. Ona görə ki, istədiyini yaza bilmisən. Ona görə ki, ruhun üşüyüb, bir az soyuqlamısan. Soyuqlayan şair bir damcı hüznlü olar də…
    “And” şeirində: “Təbəssümümə yaraşma, Səni and verirəm Allaha…”-deyirsən. Bu da gözəldi. Bunu da ürəkdən, qəlbinin lap dərinliyindən söyləyirsən. Təbəssümünə yaraşan sənin yanında deyil, uzaqdadır. Ona görə Allaha and verirsən. Allah adildi, qadirdi, təbəssümünə yaraşanı, eyni zamanda yanında olanı saxlayır. Qalanları lazım olanların yanına göndərir.
    “Qumarbaz” şeirin də mənə maraqlı gəldi. Xüsusən də, axrıncı bəndi.

    …Bir az sevgiyə bənzə sən,
    Bir damcı ehtiras…
    Olur…
    Həyatla qumar istəsən
    Oyunda basabas olur.

    Həyatla qumar oynamaq istəyəndə basabas olur. Basabasda adam istədiyinə çatmır. Bəzən aralıqda itib-batır…
    Sən, Şəfa, həyatla qumar oynayanlardan deyilsən. Sən ağıllısan, düşüncəlisən, nə istədiyini əvvəldən götür-qoy edənsən. Ona görə səni axtaran, tapan, sevən çoxdur.
    Yazımın əvvəlinə qayıdıram, mən səni axtarmıram. Səni çoxdan tapmışam. Tapdığıma görə də bütün yaradıcılığınla birgə sənə uğurlar arzulayıram. Arzulayıram ki, ay kimi doğub, günəş kimi parlayasan!

    Aləmzər Əlizadə
    (AYB Gəncə bölməsinin katibi, Prezident təqaüdçüsü)
    (Gəncə-2018)

  • Şəfa VƏLİYEVA.Yeni şeirlər

    sxv

    “Gənc Ədiblər Məktəbi”nin müdavimi, AYB və AJB üzvü,
    Prezident təqaüdçüsü, Gənclər müfakatçısı

    ***

    Yığıb qoltuğuma qış paltarımı
    Düşdüm yoxluğuna gedən cığıra…
    Bir səsə köklədim qulaqlarımı:
    -Bəlkə getməyəsən?
    -Gedirsən?
    -Hara?

    Vallah, bu gedişim gediş sayılmaz,
    Bir –iki sözümə qara xətt çəkər…
    Gödəkçəm bükülər…
    Düyməm bağlanmaz…
    Çəkməm ayağımda xəcalət çəkər…

    Nə billəm nə deyim…
    Mən ki, bu günə
    Ürəklə bir “vida” yaza bilmirəm…
    Vallah, oxşamıram səndən gedənə,
    Mən elə qayıdıb sənə gəlirəm…

    2016

    * * *

    “Son” adlı hər qatili
    “ilk” adlı sevgi doğar…
    sev həsrəti,
    ağılllım,
    axı səni kim aldadıb
    “hər eşqdən vüsal doğar”?!…

    mənə inan…
    təkcə mənə!
    eşq qısırdı, mən dəli…
    nolsun, gəlmir əynimə,
    sənin aldığın donlar,
    yetər nimdaş köynəyin…

    Nə biz “iki könülük”,
    nə dünya “dalda yeri”…
    Biz-həyata könüllü
    gəlmirik ki, sevinək…
    Dünya bir edam yeri…

  • Şəfa VƏLİYEVA.Yeni şeirlər

    sxv

    “Gənc Ədiblər Məktəbi”nin müdavimi, AYB və AJB üzvü,
    Prezident təqaüdçüsü, Gənclər müfakatçısı

    * * *

    Əntiqə ünvanlı daha bir şeirim) 4 il əvvəl..

    Biraz keçsin… unudarsan nə var ki…
    Biraz keçsin… ürəyini sığalla…
    Hər sığalda adım biraz silinsin
    Ürəyindən…
    Biraz keçsin… məni də qat yuxuna…
    Yoz…
    Yoz…
    Yozz…
    Sonunda özünü haqlı bil…
    Bu dünyanı nağıllı bil…
    Biraz keçsin…
    Ömür dediyin də biraz deyilmiydi, sevgim?
    Biraz… bir az…
    Və az gələn birin ardından…
    Xatirələrdə həmişə kölgələr iki olur..
    Iki…
    Biraz keçsin…
    Unudarsan… nə var ki?!

    * * *

    Tanışdı bu mesaj…Bu sonuncu söz,
    içimdə bir şeytan namaza durub…
    ruhum bu dünyadan əlini üzüb,
    Tanrı saatını olmaza qurub…

    Bu da sevgidirmi?!
    gülə bilmirəm…
    hansı din gülməyi haram buyurub?
    vallah, ayrılıqdan ölə bilmirəm,
    qəmin bir adı da bayram qoyulub…

    ömür çiy yeyilməz…
    ovcumda bişən
    o qara günləri nuş eləmədik…
    insanlar tanıdım hər şəklə düşən,
    ikimiz bir şəklə düşə bilmədik…