Bu şeiri 18 il öncə Vaqifə yazmışam… İndi 70 yaşı oldu, deyirlər. Sağ olsun.
QANADLI İNSAN
Bir gün desələr,
dünyada qanadlı insan tapılmış.
İnanın,
burası yalnız
mənim ölkəm olar.
Vaqif Bayatlı Odər –
qanadları odda yanmış,
yaşadığı tarix bəlli deyil.
Bakı küçələrində
ruhunun dalınca
yel tək səmtsiz əsdiyini
çoxları görmüş.
Onu tanıyanlar söyləmiş,
son dəfə
dünyanın şər çağından
göz aydınlığına uçmuş.
Sonra dönüb çılğın bir həvəslə
həyat və sevgi haqqında
bir-iki qanad oxumuş…
Məzarı torpağa qarışmış İstanbulda,
özü Bakıda
bir qələbəlik tablosunda yaşar.
Qanadlı heykəli
Yeniseyin suları üzərində,
mübarək şırıltısı ana suyun
yormaz qanadlarını…
2000