Gündəlik Analitik İnformasiya Agentliyinin
Mətbuat xidmətinin rəhbəri,
Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü.
KƏDƏRİ BAŞIMA ƏLƏMƏ, DÜNYA!
Mən sənə dərdimi söyləmədimsə,
Kədəri başıma ələmə, dünya!
Toplasan gücünü varınla birgə,
Sən bata bilməzsən qələmə, dünya!
Çaylardan ayırlıb dağa qarışır,
Küsülü qaldısa yenə barışır.
Dərdimi yenə də qəlbə danışır,
Çatmaz heç hünərin ələmə, dünya!
Sözləmi əridim dümağ qarı mən,
Hayanda axtarım denən yarı mən?!
Yenə yönəlmişəm haqqa sarı mən,
Car çəkmə, gəl indi aləmə, dünya!
DÜŞƏR
Gözlərədn süzülən həsrətin yaşı,
Fərhada düşməsə, Şirinə düşər.
Sevincli, fərəhli günlərin biri,
Bax, gəlib axırda birinə düşər.
Alovlu misralar çində şerim,
Bəlkə bir quyuda dərinə düşər?!
“Cahargah” muğamı, “Şüştər” muğamı,
Nərdin kədərinə, zərinə düşər.
Yorğun bir çobanın sürüsü gündə,
Bir ağac altında sərinə düşər.
Məsəl var hər ildə eyni millətin,
Gəlib xeyirinə, şərinə düşər.
Kəlmə var üzlərin tökər suyunu,
Kəlmə var deyilib yerinə düşər.
İllərlə yaşanan həsrətin özü,
Qadına düşməsə, ərinə düşər.