Şairə-jurnalist-publisist
Azərbaycan Yazıçılar Birliyinin üzvü,
“Qızıl qələm” media mükafatı laureatı,

BU GÜN GÖZ BƏBƏYİM,SEVİMLİ İNCİ BALAMIN DÜNYAYA GƏLDİYİ GÜNDÜR. İNCİNİ HƏYATININ ƏN GÖZƏL GÜNÜ OLAN DOĞUM GÜNÜ MÜNASİBƏTİ İLƏ ÜRƏKDƏN TƏBRİK EDİR,ONA MÖHKƏM CANSAĞLIĞI VƏ SEVİNC DOLU GÜNLƏR ARZULAYIRAM. UŞAQ VAXTI ONA YAZDIĞIM VƏ UŞAQ ƏDƏBİYYATI ANTOLOGİYASINADA DƏRC OLUNMUŞ ŞEİRİMLƏ İNCİNİ TƏBRİK EDİRƏM!!!

İ N C İ
Gözəl, göyçək, bir Turac,
Saçları qulac-qulac.
Nənəsinin sevinci,
Nəvəm var adı-İnci.

Yupyumuru tumurcuq,
Gözləri qara muncuq,
Çaldırır evdə “Cəngi”
Davakardır bu İnci.

Səs-küylüdür hər zaman,
Dindirməyin ay aman.
Tökər bucağı,küncü,
Xatakardır bu İnci.

Dişləri mırıq-mırıq,
Sanki çəkiclə qırıb
Hər yarışda birinci,
Fədakardır bu İnci.

GƏLİR

Könül dəftərim silsiləsindən.

Çatdı xeyir xəbər xarı bülbülə,
Muştuluq- dedilər, cananın gəlir.
Tezliklə qovuşar, yarı bülbülə,
Dedilər- halına, yananın gəlir.
***
Neçə il qalmışdı həsrətdə, darda,
Saralıb, solmuşdu boranda, qarda.
Bilmirdi sevdiyi qalıbdır harda,
Dedilər- qaydına, qalanın gəlir.
***
Düşmüşdü qaniçən, zalım əlinə,
Nəğmə dəyməmişdi bağlı dilinə.
Dönmüşkən son bahar, xəzan gülünə,
Dedilər- dərdini, alanın gəlir.
***
Düzəldi əyilmiş qəddi, qaməti,
Oyandı don vurmuş iffət, isməti.
Sən demə var imiş, vüsal qisməti,
Dedilər- xətrini, ananın gəlir.
***
Çığladı dağ- daşın, düzün qulağı,
Qaxdı “Cıdır düzü”, “İsa bulagı”.
Sordular:- Şuşanın kimdir qonağı?
Dedilər- qoynuna, Dövranın gəlir.