“Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 1 oktyabr tarixli 1255 VQD nömrəli Qanununun tətbiqi və “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 13 iyun tarixli 725 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 1 oktyabr tarixli 1255 VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.
2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
3. “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998 ci il 13 iyun tarixli 725 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 6, maddə 386; 2002, № 1, maddə 14; 2006, № 9, maddə 743, № 11, maddə 943; 2007, № 11, maddə 1115; 2008, № 1, maddə 8, № 6, maddə 498; 2010, № 8, maddə 723; 2013, № 3, maddə 241, № 5, maddə 498; 2015, № 9, maddə 1004; 2016, № 3, maddə 463) 2-ci hissəsi aşağıdakı redaksiyada verilsin:
“2. Müəyyən edilsin ki:
2.1. “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin dördüncü hissəsində, beşinci hissəsində hər üç halda və yeddinci hissəsində, 4-cü maddəsinin yeddinci hissəsində, 5-ci maddəsinin adında, birinci hissəsində hər iki halda və ikinci hissəsində hər iki halda, 6-cı maddəsində, 7-ci maddəsinin ikinci hissəsində birinci halda və üçüncü hissəsində birinci və ikinci hallarda, 11-ci maddəsinin ikinci hissəsində, 12-ci maddəsinin birinci hissəsinin birinci cümləsində və ikinci hissəsində, 13-cü maddəsinin birinci hissəsinin birinci cümləsində hər iki halda, ikinci cümləsində hər iki halda və ikinci hissəsinin ikinci cümləsində, 14-cü maddəsinin birinci hissəsində hər iki halda və ikinci hissəsində, 15-ci maddəsinin ikinci hissəsinin birinci və ikinci cümlələrində, 16-cı maddəsinin birinci hissəsinin ikinci cümləsində, 17-ci maddəsinin ikinci hissəsində, 18-ci maddəsinin birinci hissəsinin birinci cümləsində və üçüncü hissəsinin ikinci cümləsində, 19-cu maddəsinin ikinci hissəsində və üçüncü hissəsinin ikinci cümləsində, 20-ci maddəsinin birinci hissəsinin birinci cümləsində hər iki halda və ikinci cümləsində, ikinci hissəsində hər iki halda və üçüncü hissəsinin üçüncü cümləsində, 21-ci maddəsinin birinci, ikinci və üçüncü hissələrində, 22-ci maddəsinin birinci hissəsində, 23-cü maddəsinin birinci və ikinci hissələrində, 24-cü maddəsinin ikinci hissəsində, 25-ci maddəsinin birinci hissəsinin birinci və ikinci cümlələrində, altıncı hissəsində hər iki halda, 26-cı maddəsinin birinci hissəsində və 27-ci maddəsinin ikinci hissəsində hər iki halda və üçüncü hissəsinin üçüncü cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;
2.2. həmin Qanunun 4-cü maddəsinin səkkizinci hissəsində, 7-ci maddəsinin ikinci hissəsində ikinci halda və üçüncü hissəsində üçüncü halda, 16-cı maddəsinin birinci hissəsinin birinci cümləsində və üçüncü hissəsində, 22-ci maddəsinin ikinci hissəsində, 24-cü maddəsinin birinci hissəsində və 31-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;
2.3. həmin Qanunun 23-cü maddəsinin birinci və ikinci hissələrində nəzərdə tutulmuş orqanın (qurumun) səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti, tabeliyindəki dövlət qoruqlarının ərazisində Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq və “Qala” Dövlət Tarix Etnoqrafiya qoruqları ərazisində isə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi həyata keçirir;
2.4. həmin Qanunun 1-ci maddəsinin beşinci hissəsində ikinci halda və yeddinci hissəsində, 4-cü maddəsinin yeddinci hissəsində, 5-ci maddəsinin birinci hissəsində, 11-ci maddəsinin ikinci hissəsində, 12-ci maddəsinin birinci hissəsinin birinci cümləsində, 13-cü maddəsinin birinci hissəsinin ikinci cümləsində və ikinci hissəsinin ikinci cümləsində, 14-cü maddəsinin birinci və ikinci hissələrində, 15-ci maddəsinin ikinci hissəsinin birinci və ikinci cümlələrində, 17-ci maddəsinin ikinci hissəsində, 18 ci maddəsinin üçüncü hissəsinin ikinci cümləsində, 19-cu maddəsinin ikinci hissəsində və üçüncü hissəsinin ikinci cümləsində, 20-ci maddəsinin birinci hissəsinin birinci, ikinci cümlələrində və ikinci hissəsində, 21-ci maddəsinin ikinci və üçüncü hissələrində, 25 ci maddəsinin birinci hissəsinin birinci, ikinci cümlələrində və altıncı hissəsində, 26-cı maddəsinin birinci hissəsində, 27-ci maddəsinin ikinci hissəsində və üçüncü hissəsinin üçüncü cümləsində nəzərdə tutulmuş orqanın (qurumun) səlahiyyətlərini Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, tabeliyindəki dövlət qoruqlarının ərazisində Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq və “Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqları ərazisində isə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi həyata keçirir;
2.5. həmin Qanunun 1-ci maddəsinin dördüncü hissəsində, 16-cı maddəsinin birinci hissəsinin ikinci cümləsində və 18-ci maddəsinin birinci hissəsinin birinci cümləsində nəzərdə tutulmuş orqanın (qurumun) səlahiyyətlərini Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi, tabeliyindəki dövlət qoruqlarının ərazisində yerləşən abidələrə münasibətdə Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi, “İçərişəhər” Dövlət Tarix Memarlıq və “Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqlarının ərazisində yerləşən abidələrə münasibətdə isə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi həyata keçirir;
2.6. həmin Qanunun 1-ci maddəsinin beşinci hissəsində birinci halda, 13-cü maddəsinin birinci hissəsinin birinci cümləsində və 24-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş orqanın (qurumun) səlahiyyətlərini Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və yerli icra hakimiyyəti orqanları, tabeliyindəki dövlət qoruqlarının ərazisində Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq və “Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqları ərazisində isə “İçərişəhər” Dövlət Tarix Memarlıq Qoruğu İdarəsi həyata keçirir;
2.7. həmin Qanunun 1-ci maddəsinin altıncı hissəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti fəaliyyət istiqamətlərinə uyğun olaraq həyata keçirirlər;
2.8. həmin Qanunun 5-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş orqanın (qurumun) səlahiyyətlərini Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi (Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə razılaşdırmaqla), tabeliyindəki dövlət qoruqlarının ərazisində Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq və “Qala” Dövlət Tarix Etnoqrafiya qoruqları ərazisində isə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi həyata keçirir;
2.9. həmin Qanunun 6-cı maddəsində nəzərdə tutulmuş orqanın (qurumun) səlahiyyətlərini abidələrin siyahısının təsdiqi və daşınmaz abidələrin xəritələrinin hazırlanması hissəsində Azərbaycan Respublikasının Nazirlər Kabineti, abidələrin siyahıya və dövlət qeydiyyatına alınması və pasportlaşdırılması hissəsində isə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, tabeliyindəki dövlət qoruqlarının ərazisində Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi, “İçərişəhər” Dövlət Tarix Memarlıq və “Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqları ərazisində “İçərişəhər” Dövlət Tarix Memarlıq Qoruğu İdarəsi həyata keçirirlər;
2.10. həmin Qanunun 7-ci maddəsinin üçüncü hissəsində nəzərdə tutulmuş orqanın (qurumun) səlahiyyətlərini Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tarix və mədəniyyət abidələrinin yerləşdiyi ərazinin yerli icra hakimiyyəti orqanları ilə birgə, tabeliyindəki dövlət qoruqlarının ərazisində Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq və “Qala” Dövlət Tarix Etnoqrafiya qoruqlarının ərazisində isə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi həyata keçirir;
2.11. həmin Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi həyata keçirir;
2.12. həmin Qanunun 12-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş orqanın (qurumun) səlahiyyətlərini Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin rəyi əsasında Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, tabeliyindəki dövlət qoruqlarının ərazisində Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq və “Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqları ərazisində isə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi həyata keçirir;
2.13. həmin Qanunun 1-ci maddəsinin beşinci hissəsində, 5-ci maddəsinin adında, birinci və ikinci hissələrində, 7-ci maddəsinin ikinci və üçüncü hissələrində, 13-cü maddəsinin birinci hissəsinin birinci və ikinci cümlələrində, 14-cü maddəsinin birinci hissəsində, 20-ci maddəsinin birinci hissəsinin birinci cümləsində, ikinci hissəsində və üçüncü hissəsinin üçüncü cümləsində, 21-ci maddəsinin birinci hissəsində, 25-ci maddəsinin altıncı hissəsində və 27-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş elmi təşkilat Azərbaycan Milli Elmlər Akademiyasıdır.”.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 7 noyabr 2018-ci il.
Mənbə: https://president.az