“Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 13-cü bəndini rəhbər tutaraq qərara alır:
“Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 6, maddə 365; 2005, № 4, maddə 278; 2007, № 11, maddə 1072; 2010, № 3, maddə 168; 2012, № 11, maddə 1057; 2013, № 11, maddə 1313; 2015, № 11, maddə 1279; 2017, № 2, maddələr 141, 160; 2018, № 6, maddə 1157) aşağıdakı dəyişikliklər edilsin:
1. 1-ci maddə üzrə:
1.1. dördüncü hissədə “müvafiq icra hakimiyyəti orqanlarına” sözləri “müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma)” sözləri ilə əvəz edilsin;
1.2. beşinci hissədə “müvafiq icra hakimiyyəti orqanlarından” sözləri “müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqandan (qurumdan)” sözləri ilə, “müvafiq icra hakimiyyəti orqanlarının” sözləri “müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun)” sözləri ilə əvəz edilsin;
1.3. yeddinci hissəyə “müvafiq icra hakimiyyəti orqanının” sözlərindən sonra “müəyyən etdiyi orqanın (qurumun)” sözləri əlavə edilsin.
2. 4-cü maddənin yeddinci hissəsində “müvafiq icra hakimiyyəti orqanına” sözləri “müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma)” sözləri ilə əvəz edilsin.
3. 5-ci maddə üzrə:
3.1. birinci hissəyə “müvafiq icra hakimiyyəti orqanının” sözlərindən sonra “müəyyən etdiyi orqanın (qurumun)” sözləri əlavə edilsin;
3.2. ikinci hissədə “müvafiq icra hakimiyyəti orqanı” sözləri “müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum)” sözləri ilə əvəz edilsin.
4. 6-cı maddədə “müvafiq icra hakimiyyəti orqanı” sözləri “müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum)” sözləri ilə əvəz edilsin.
5. 7-ci maddənin üçüncü hissəsinə birinci halda “müvafiq icra hakimiyyəti orqanının” sözlərindən sonra “müəyyən etdiyi orqanın (qurumun)” sözləri əlavə edilsin.
6. 11-ci maddənin ikinci hissəsində “müvafiq icra hakimiyyəti orqanı ilə” sözləri “müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanla (qurumla)” sözləri ilə əvəz edilsin.
7. 12-ci maddə üzrə:
7.1. 12-ci maddənin birinci hissəsinin birinci cümləsinə “müvafiq icra hakimiyyəti orqanının” sözlərindən sonra “müəyyən etdiyi orqanın (qurumun)” sözləri əlavə edilsin;
7.2. 12-ci maddənin ikinci hissəsində “müvafiq icra hakimiyyəti orqanı” sözləri “müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum)” sözləri ilə əvəz edilsin.
8. 13-cü maddə üzrə:
8.1. birinci hissənin birinci cümləsində “müvafiq icra hakimiyyəti orqanlarına” sözləri “müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma)” sözləri ilə, “orqanlar” sözü “orqan (qurum)” sözləri ilə əvəz edilsin;
8.2. birinci hissənin ikinci cümləsində ikinci halda “müvafiq icra hakimiyyəti orqanının” sözlərindən sonra “müəyyən etdiyi orqanın (qurumun)” sözləri əlavə edilsin;
8.3. ikinci hissənin ikinci cümləsində “müvafiq icra hakimiyyəti orqanı” sözləri “müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum)” sözləri ilə əvəz edilsin.
9. 14-cü maddə üzrə:
9.1. birinci hissədə “müvafiq icra hakimiyyəti orqanına” sözləri “müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma)” sözləri ilə əvəz edilsin;
9.2. ikinci hissəyə “müvafiq icra hakimiyyəti orqanının” sözlərindən sonra “müəyyən etdiyi orqanın (qurumun)” sözləri əlavə edilsin.
10. 15-ci maddənin ikinci hissəsinin birinci cümləsində “müvafiq icra hakimiyyəti orqanına” sözləri “müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma)” sözləri ilə, ikinci cümləsində “müvafiq icra hakimiyyəti orqanı” sözləri “müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum)” sözləri ilə əvəz edilsin.
11. 16-cı maddənin birinci hissəsinin ikinci cümləsində “müvafiq icra hakimiyyəti orqanı” sözləri “müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum)” sözləri ilə əvəz edilsin.
12. 17-ci maddənin ikinci hissəsində “müvafiq icra hakimiyyəti orqanına” sözləri “müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma)” sözləri ilə əvəz edilsin.
13. 18-ci maddə üzrə:
13.1. birinci hissənin birinci cümləsində “müvafiq icra hakimiyyəti orqanı” sözləri “müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum)” sözləri ilə əvəz edilsin;
13.2. üçüncü hissənin ikinci cümləsinə “müvafiq icra hakimiyyəti orqanının” sözlərindən sonra “müəyyən etdiyi orqanın (qurumun)” sözləri əlavə edilsin.
14. 19-cu maddə üzrə:
14.1. ikinci hissədə “müvafiq icra hakimiyyəti orqanı ilə” sözləri “müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanla (qurumla)” sözləri ilə əvəz edilsin;
14.2. üçüncü hissənin ikinci cümləsinə “müvafiq icra hakimiyyəti orqanının” sözlərindən sonra “müəyyən etdiyi orqanın (qurumun)” sözləri əlavə edilsin.
15. 20-ci maddə üzrə:
15.1. birinci hissənin birinci cümləsində “müvafiq icra hakimiyyəti orqanında” sözləri “müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda)” sözləri ilə əvəz edilsin və ikinci cümləsinə “müvafiq icra hakimiyyəti orqanının” sözlərindən sonra “müəyyən etdiyi orqanın (qurumun)” sözləri əlavə edilsin;
15.2. ikinci hissədə “müvafiq icra hakimiyyəti orqanına” sözləri “müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma)” sözləri ilə əvəz edilsin.
16. 21-ci maddə üzrə:
16.1. ikinci hissədə “müvafiq icra hakimiyyəti orqanına” sözləri “müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma)” sözləri ilə əvəz edilsin;
16.2. üçüncü hissəyə “Müvafiq icra hakimiyyəti orqanının” sözlərindən sonra “müəyyən etdiyi orqanın (qurumun)” sözləri əlavə edilsin.
17. 23-cü maddə üzrə:
17.1. birinci hissədə “müvafiq icra hakimiyyəti orqanı” sözləri “müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum)” sözləri ilə əvəz edilsin;
17.2. ikinci hissəyə “müvafiq icra hakimiyyəti orqanının” sözlərindən sonra “müəyyən etdiyi orqanın (qurumun)” sözləri əlavə edilsin.
18. 24-cü maddənin ikinci hissəsinə “müvafiq icra hakimiyyəti orqanının” sözlərindən sonra “müəyyən etdiyi orqanın (qurumun)” sözləri əlavə edilsin.
19. 25-ci maddə üzrə:
19.1. birinci hissənin birinci və ikinci cümlələrinə “müvafiq icra hakimiyyəti orqanının” sözlərindən sonra “müəyyən etdiyi orqanın (qurumun)” sözləri əlavə edilsin;
19.2. altıncı hissədə “müvafiq icra hakimiyyəti orqanı” sözləri “müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum)” sözləri ilə əvəz edilsin.
20. 26-cı maddənin birinci hissəsinə “müvafiq icra hakimiyyəti orqanının” sözlərindən sonra “müəyyən etdiyi orqanın (qurumun)” sözləri əlavə edilsin.
21. 27-ci maddə üzrə:
21.1. ikinci hissəyə ikinci halda “müvafiq icra hakimiyyəti orqanının” sözlərindən sonra “müəyyən etdiyi orqanın (qurumun)” sözləri əlavə edilsin;
21.2. üçüncü hissənin üçüncü cümləsində “müvafiq icra hakimiyyəti orqanına” sözləri “müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma)” sözləri ilə əvəz edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 1 oktyabr 2018-ci il.
Mənbə: https://president.az