Azərbaycanda ATATÜRK Mərkəzinin nəşri işıq üzü görüb.Filologiya elmləri doktoru, professor Vilayət Abbasqulu oğlu Cəfərovun “İraq-Türkiyə poetik əlaqələri” kitabının elmi redaktoru Azərbaycanda ATATÜRK Mərkəzinin direktoru, filologiya elmləri, professor, akademik, Əməkdar elm xadimi, Milli Məclisin üzvü Nizami Cəfərov, redaktoru Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycanda ATATÜRK Mərkəzinin Baş redaktoru, şair-publisist, jurnalist Dəyanət Osmanlıdır.
Qeyd edək ki, bundan öcnə Azərbaycanda ATATÜRK Mərkəzi tərəfindən Türk Dünyasının böyük dilçi alimi, akademik Nizami Cəfərovun “Ədəbiyyat söhbətləri” (Bakı, “Elm və təhsil”, 2018) və Türk ədəbiyyatının görkəmli nümayəndəsi Dursun Kuveloğlunun “Şahsənəm” romanı Azərbaycan türkcəsində nəşr olunmuşdu.

Kamran MURQUZOV,
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının
Mətbuat xidmətinin rəhbəri,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü.