sxv

“Gənc Ədiblər Məktəbi”nin müdavimi, AYB və AJB üzvü,
Prezident təqaüdçüsü, Gənclər müfakatçısı

***

Yığıb qoltuğuma qış paltarımı
Düşdüm yoxluğuna gedən cığıra…
Bir səsə köklədim qulaqlarımı:
-Bəlkə getməyəsən?
-Gedirsən?
-Hara?

Vallah, bu gedişim gediş sayılmaz,
Bir –iki sözümə qara xətt çəkər…
Gödəkçəm bükülər…
Düyməm bağlanmaz…
Çəkməm ayağımda xəcalət çəkər…

Nə billəm nə deyim…
Mən ki, bu günə
Ürəklə bir “vida” yaza bilmirəm…
Vallah, oxşamıram səndən gedənə,
Mən elə qayıdıb sənə gəlirəm…

2016

* * *

“Son” adlı hər qatili
“ilk” adlı sevgi doğar…
sev həsrəti,
ağılllım,
axı səni kim aldadıb
“hər eşqdən vüsal doğar”?!…

mənə inan…
təkcə mənə!
eşq qısırdı, mən dəli…
nolsun, gəlmir əynimə,
sənin aldığın donlar,
yetər nimdaş köynəyin…

Nə biz “iki könülük”,
nə dünya “dalda yeri”…
Biz-həyata könüllü
gəlmirik ki, sevinək…
Dünya bir edam yeri…