Qarabağ xanı İbrahimxəlil xanın qızı, Xurşidbanu Natəvanın bibisi, tarixi qaynaqlarda haqqında Qacar xanədanından olan Fətəli şahın xanımı kimi bəhs edilən Ağabəyim ağa Cavanşir Azərbaycan, fars dillərində yazdığı lirik şeirləri ilə klassik ədəbi irsimizi zənginləşdirib. Xalqın dillər əzbəri olan, lakin zamanla müəllifi unudulan bir çox bayatı və lirik parçaların Ağabəyim ağaya aid olduğu ədəbiyyatşünaslıq tədqiqatları sayəsində təsdiqlənib.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayevanın “Vəfalı xan qızı – Ağabəyim ağa” sərlövhəli yazısında yer alıb. Yazını təqdim edirik.
1780-ci ildə Şuşada anadan olan Ağabəyim ağa Cavanşir ilk gənclik illərindən “Ağabacı” təxəllüsü ilə lirik-aşiqanə şeirlər yazıb. Milli ədəbiyyatımızın bu zərif, kövrək ruhlu, əsilzadə şairinin yaradıcılığında Vətən mövzusu daha önəmli yer tutub. Onun əsərlərində Qarabağ sevgisi, el-oba həsrəti aparıcı bədii motivlər kimi diqqət mərkəzində olub.
Dönəmin siyasi hadisələri xan qızının taleyinə amansız zərbələr vuraraq onu vətənindən, doğmalarından ayrı salıb. Ağa Məhəmməd şah Qacar 1797-ci ildə Şuşada qətlə yetiriləndən sonra taxta onun qardaşı Hüseynqulu xanın oğlu Fətəli şah çıxır və öz hakimiyyətinin təhlükəsizliyini təmin etmək üçün bir sıra qərarlar verir. Həmin qərarlardan biri də Qarabağ xanlığı ilə bağlı idi. Belə ki, Fətəli şah “hər iki tərəfin xatircəmliyi üçün” İbrahim xandan öz qızı Ağabəyim ağanı hərəmxanasına göndərməsini istəyir. İbrahim xan bu nigaha razılıq verərək, istəkli qızını Qacarlar xanədanının başçısı Fətəli şaha ərə verir. Ağabəyim ağanın gənc ömrünün kədərli, vətən həsrətli günləri də bundan sonra başlayır.
Tehrana gəlin köçməzdən əvvəl o, doğulub böyüdüyü torpaqların gözəlliyini, ürəkaçan mənzərələrini son dəfə görmək, ilahi xilqətdən yaranan əsrarəngiz meşələri, gül-çiçəkli yaylaqları, yaşıl örtüklü dağları gözlərinin yaddaşına köçürmək üçün Şuşanı gəzməyə çıxır. Baxmaqdan doymadığı ana vətəninin hər qarışını beyninə həkk edir, ruhu qanadlanıb Şuşa qalasının dörd bir tərəfini dolaşır, gözyaşı kimi dumduru bulaqların buz kimi suyundan içir, xarıbülbülün ətrini son dəfə köksünə çəkir.
Fətəli şah Qacar da şair idi, “Xaqan” təxəllüsü ilə lirik, aşiqanə qəzəllər yazırdı. Onun zərif düşüncəli, şair qəlbli Ağabəyim ağaya qarşı həssaslığı digər hərəmlərinə münasibətindən kəskin surətdə fərqlənirdi. Fətəli şah böyük ehtiram əlaməti olaraq ona “Sarayın məlaikəsi” statusunu vermişdi. Buna baxmayaraq, Ağabəyim ağa Qacar sarayının divarları arasında sıxılır, öncəki azad həyatı, doğma el-obası üçün darıxdığından daim təkliyə çəkilir, incə ruhlu şeirlər yazır – dərdini, qəmini ağ vərəqlərə “yükləyirdi”.
Ağabəyim ağa dərin dərrakəli, möhkəm hafizəli, geniş dünyagörüşlü və savadlı bir qadın olub. O, ərəb, fars, fransız dillərində səlis danışır, “Quran”ı əzbərdən bilirdi. Şeirə, sənətə böyük dəyər verən Ağabəyim ağa Məhəmməd Füzuliyə böyük dəyər verirdi. Ağabəyim ağa bir neçə dil bilməsi və dərin savadı sayəsində tez bir zamanda Fətəli şahın da güvənini qazanmış, şah dövlətin diplomatik münasibətlərində önəmli olan danışıqlara və məktublaşmalara Ağabəyim ağanı da cəlb etmişdi. Vaxtilə atası İbrahimxəlil xanın vəziri Molla Pənah Vaqifdən dərs alan Ağabəyim ağa sonralar fransız dilini öyrənərək biliklərini daha da genişləndirmiş, həmçinin dövrünün bir sıra görkəmli şəxsiyyətləri ilə məktublaşmışdı. 1811-ci ildə o, Fransa imperatorunun arvadı ilə görüşmüş, onun vasitəsilə Napoleon Bonaparta məktub göndərmişdi. 1812-ci ildə isə İngiltərə səfiri Ser Qor Ouzli Tehranda danışıqlar apardığı zaman səfirin xanımı da ölkənin birinci xanımı – saray məlaikəsi ilə görüşmək istəmişdi. Həmin görüş haqqında ingilis səyyahı və diplomatı Ceymz Moriyerin yazdıqları xüsusi maraq doğurur. Sarayın məlaikəsi Ağabacı ağa ilə görüşünü təfsilatı ilə verən Moriyer yazırdı: “Kraliça Ağabacının taxtda oturduğu böyük bir saraya daxil olmaq üçün səfirin qadınına bələdçilik etdilər. Onun əynindəki geyim Qacar dövlətinin ehtişamını göstərirdi. Kraliçanın əynindəki paltarların qızıl düymələri parıldayırdı. Kraliçanın üzərində o qədər qızıl, ləl-cavahirat var idi ki, o, sərbəst hərəkət edə bilmirdi”. Bu görüşdə səfirin xanımı Ağabəyim ağaya İngiltərə kraliçasının hədiyyəsi olan ənbər – qiymətli ətir də gətirmişdi.
İranın bir çox ölkələrlə diplomatik danışıqlarının uğurlu keçməsində Ağabəyim ağanın müstəsna rolu olmuşdur. Eləcə də Rusiya və Qacarlar imperiyaları arasında münasibətlərin barışıqla nəticələnməsi işində Ağabəyim ağanın xidmətləri danılmazdır. Rus çariçası Ağabəyim ağaya göndərdiyi məktubunda onun müdrikliyi haqqında söz açır, dövrünün bu görkəmli şəxsiyyətini “şahın ikinci Zöhrəsi”, “tale ulduzu” adlandırırdı.
Gözəlliyinin şöhrəti hər tərəfə yayılan Ağabəyim ağa son dərəcə qabiliyyətli, bacarıqlı, vətənpərvər olmaqla yanaşı, həm də çox ədalətli insan idi. O, dustaqların zindandan azad olunması, əsirlərin buraxılması, ölüm hökmünə məhkum edilənlərin əfvinə çalışır və buna nail olurdu. Ağabəyim ağanın xidmətlərinə nəzər saldıqda onu öz dövrünün insan hüquqları müdafiəçisi kimi səciyyələndirmək olar. İrəvan xanı Hüseynqulu xanın ruslara əsir düşmüş qardaşı, yüzbaşı, “sarı aslan” ləqəbli Həsən xanın azad olunması da Ağabacı ağanın köməyi sayəsində mümkün olub.
Ağabəyim ağanın ömrü, həyat yolu həm də yenilməz bir sevgi qalası, məhəbbət abidəsidir. İlk gəncliyindən əmisi Mehralı bəyin oğlu Məhəmmədə könül verən xan qızı ömrü boyu bu sevgiyə sadiq qalıb. Siyasi münasibətləri tənzimləmək məqsədilə Fətəli şah Qacara ərə verilsə də, bu nigah yalnız kağız üstündə qalıb. Ağabəyim ağa heç vaxt Fətəli şaha zövcəlik etməyib, qəlbində başqa birinə qarşı sevgi duyduğunu cəsarətlə şah ərinə bildirib. Cümhuriyyət dönəmində Türkiyədə səfir olan Yusif Vəzir Çəmənzəminlinin də bu barədə qeydləri vardır.
Ağabəyim ağanın ən böyük sevdası isə bütün qəlbi və ruhu ilə bağlı olduğu Qarabağ idi. Qarabağın həsrəti ilə yaşayan şair qərib diyarda keçən ömrün puç olduğunu düşünürdü. Bu kədərli taleyin ən gözəl yadigarı isə onu nəsillərə sevdirən poetik incilərdir. Köksündəki Qarabağ sevgisini, Şuşa həsrətini, Xarıbülbül nisgilini bir ömür yaşadan xan qızı bu dərdlə də dünyanı tərk edib, doğma vətəninə bir daha qovuşmayıb… O, 1832-ci ildə Tehranda həyatla vidalaşıb və Darül-İman adlanan Qum şəhərində dəfn olunub. Bu həmin şəhər idi ki, Fətəli şah tərəfindən ona bağışlanmış, Ağabəyim ağa ömrünün son illərini burada yaşamışdı. Tədqiqatçıların yazdığına görə, Quma gələnə qədər imamzadə Qasım məqbərəsindəki hücrəsində tənhalığa çəkilən Ağabəyim ağa Quma köçəndən sonra ətrafına Qarabağdan gətirdiyi saray xidmətçilərini toplamışdı. Vətəninin zəkalı və tanınmış şəxslərindən ibarət olan 200-dən artıq xidmətçisi ilə Qumda yaşayan Ağabəyim ağa görünür bununla vətən həsrətini qismən azaltmaq istəmişdi. Lakin bu həsrət heç vaxt azalmamış, getdikcə alovlanmış, Qarabağın Ankası (Səməndər qızı) özünü bu alovların içində yandırmışdı…
Ağabəyim ağanın vətən dərdi Fətəli şahı da ciddi şəkildə düşündürüb, rahatsız edib. Ağabəyim ağanın təkcə gözəlliyinə deyil, ağlına, dərrakəsinə, yüksək ləyaqətinə də məftun olan, onu həddən artıq çox sevən Fətəli şah çalışırmış ki, Ağabəyim ağa heç vaxt qəmlənməsin, dərd çəkməsin. Onun darıxmaması üçün əlindən gələni edən şah arvadının vətən həsrətini, dərdini azaltmaq üçün yollar axtarıb. Buna görə Tehranda onun üçün Qarabağ üslubunda saray tikdirmişdi. Hətta bu sarayın ətrafındakı bağları, bağçaları, su arxlarını, bulaqları da Şuşadakı kimi düzəltdirmişdi. Ağabəyim ağa vətən xiffəti çəkməsin deyə çalışan şahın cəhdləri isə heç bir nəticə verməmişdi.
Ağabəyim ağa üçün heç bir dəbdəbə, sərvət, yaradılan yüksək şərait Şuşanı əvəz edə bilmirdi. Deyilənə görə, bir dəfə oxuduğu, indi dillər əzbəri olan məşhur bayatını Fətəli şah da eşidib, ürəyi riqqətə gəlib:
Mən aşiqəm Qarabağ,
Şəki, Şirvan, Qarabağ.
Tehran cənnətə dönsə,
Yaddan çıxmaz Qarabağ…
Bu bayatı iki əsrdən çoxdur ki, vətən həsrətində qovurulanların könül rübabını səsləndirir. Böyük məna, dərin fikir yükü olan bu lirik parça Qarabağın, musiqi beşiyimiz Şuşanın simvollarından birinə çevrilib. Bu bayatını eşitdikdən sonra Fətəli şah qərar verib, gərək Tehranda elə bir bağ saldırsın ki, Şuşada bitən ağac, meyvə, gül kolları burada da olsun. Hətta torpağı da, bağbanı da Şuşadan gətizdirərək Tehranda nəhəng bir bağ saldırıb. Qarabağın hər gülünün, çiçəyinin bitdiyi, “Vətən bağı” adlanan bu bağ cənnət guşəsinə bənzəyirmiş. Həmin bağda gəzib dolaşan, Şuşanın ətrini bu məkandan alan Ağabəyim ağa bülbüllərin nəğməsinə qulaq asıb, ağacların kölgəsində vətəninin xəyalına dalıb. Bu yaşıl libaslı bağda xarıbülbüldən başqa hər bitki vardı. Çünki xarıbülbül özgə torpaqda bitmirdi… Şuşanın vəfalı qızı Ağabəyim ağa qərib eldə kök sala bilmədiyi kimi, xarıbülbülün də vətən torpağına sadiqliyi dillərdə dastandır… Ağabəyim ağa bağı ilk dəfə seyr edəndə burada xarıbülbülün olmadığını görüncə kədərli bir şeir yazıb:
“Vətən bağı” al-əlvandır,
Yox içində xarıbülbül.
Nədən hər yerin əlvandır,
Köksün altı sarı, bülbül?!
Ömrünün sonuna kimi vətən həsrəti çəkən Ağabəyim ağanın bir çox şeirləri həm Arazın o tayında, həm də bu tayında – doğma el-obasında dildən-dilə keçərək yaşayıb. Bəzilərinin ona məxsus olduğu uzun müddət bilinməyib. Qürbət eldə tənhalığın, doğmalarından uzaq olmağın əzabını yaşayan bu incə ruhlu xan qızının şikayət dolu namələrindən birində deyilir:
Əfsus ki, yarım gecə gəldi, gecə getdi,
Heç bilmirəm ömrüm necə gəldi, necə getdi.
Bu qəzəlin bizə bəlli olan, günümüzə qədər gəlib çatan misraları ancaq bunlardır. Güney Azərbaycanda bu qəzəlin bütöv halda olduğunu güman edirik. Çünki Ağabəyim ağa ilə bağlı fakt və bilgilər daha çox Qacar sarayı tarixçilərinin əsərlərində yer alıb. Tanınmış tədqiqatçı V.Quliyevin qeyd etdiyi kimi, İranda fars dilində Ağabəyim ağanın şeirlərinin olduğuna inanır, bir gün bu şeirlərin doğma dilimizə tərcümə edilib klassik irsimizi daha da zənginləşdirəcəyini düşünürük. Çünki Ağabəyim ağanın “Ağabacı” təxəllüsü ilə həm Azərbaycan, həm də fars dilində yazdığı lirik, aşiqanə, eyni zamanda vətən nisgilli şeirlərindən bizə yadigar qalan bir neçə bədii parça bu yaradıcılığın məzmun, bədii mündəricə zənginliyi kimi, sayca da yetərincə örnəkləri olduğunu təsdiqləyir.
Nakam taleli unudulmaz şairin həyat və yaradıcılığı hələ ki, geniş tədqiqatların mövzusu olmadığından yazdıqları gərəyincə araşdırılmamış, şeirləri toplanıb nəşr edilməmişdir. Şeirləri sadəcə dildən-dilə keçərək yaşayan Ağabəyim ağanın – incə ruhlu Ağabacının böyük bir ədəbi irsi olduğu isə şəksizdir. Bir neçə şeiri ilə yüksək istedad sahibi olduğunu müşahidə etdiyimiz şairin yazdıqlarının arxiv sənədlərində, qədim kitablarda, səyahət-namələrdə və digər qaynaqlarda mövcudluğuna inanırıq. Çünki bircə bayatısı ilə könülləri riqqətə gətirən bir şairin yaradıcılığı yalnız bu bayatıdan ibarət ola bilməz.
Xan qızının fars dilində yazdığı bir qəzəlin sətri tərcüməsi belədir: “Ta qiyamətə qədər yazılsa qurtarmaz, nə sənin gözəlliyinin dəftəri, nə mənim ayrılığımın hekayəti”. Güman etmək çətin deyil ki, bu “gözəlliyin dəftəri” Ağabəyim ağanın əbədi və solmaz eşqi olan Şuşadır! Kövrək qəlbli, zərif ruhlu xan qızının həsrətilə gözünü yumduğu Şuşa bu gün öz azadlığına qovuşub. – Sanki girov kimi Fətəli şaha ərə verilməsi xan qızına necə ağır təsir etmişdisə, Şuşanın əsirliyi də Azərbaycan övladlarının bağrını o cür yaralamışdı. Artıq ayrılıq bitdi! Zəfər bayrağının dalğalandığı Şuşamızda xan qızı Ağabəyim ağanın azad ruhu daha şad-xürrəm dolaşacaq. Qələmindən süzülən inci şeirlər sədaqətli vətən qızını nəinki Şuşada, vətənin hər guşəsində gələcək nəsillərə xatırladacaq…”.
Qeyd edək ki, İran səfərinə çıxmış İngiltərə kralı Ağabəyimin camalına və kamalına heyran olaraq öz əli ilə ona “Müqəddəs Georgi” ordeni təqdim etmişdi. Ağabəyim ağa bu mükafatı almış yeganə türk qadınıdır.
Yanvarın 7-də Osloda “Deichman Bjorvika” mədəniyyət mərkəzində Azərbaycan Milli Geyim Mərkəzinin rəhbəri, modelyer-dizayner Gülnarə Xəlilovanın “Northern Stories by CİZGİ” (“Şimal hekayələr CİZGİ ilə”) adlı ekspozisiyasının açılışı olacaq.
AZƏRTAC xəbər verir ki, tədbir Osloda Azərbaycan Evi tərəfindən təşkil olunacaq.
Qonaqlara Gülnarə Xəlilovanın Norveç və Qarabağ ornamentləri ilə əl işləri, ipək yaylıqlar və libaslar təqdim olunacaq.
Qeyd edək ki, bundan əvvəl Gülnarə Xəlilovanın kolleksiyaları ABŞ, Böyük Britaniya, İsveç, Avstriya, Rumıniya, Türkiyə, Rusiya, Çin, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Bolqarıstan, Norveç və digər ölkələrdə keçirilən moda həftələrində və beynəlxalq tədbirlərdə uğurla nümayiş etdirilib.
YARAT Müasir İncəsənət Məkanının təşkilatçılığı ilə “Artım” layihə məkanında açılmış gənc rəssamlar Lali Binyatova, Nadir Eminov, İslam Həsənəlizadə, Katya İqoşina, Pərviz Kazımlı, Leylaxanım Qənbərli, İlkin Quliyev, Maksim Tatarintsevin “SAFEZONE” (Təhlükəsiz zona) adlı qrup sərgisi davam edir.
AZƏRTAC xəbər verir ki, gələn ilin fevral ayınadək davam edəcək sərgi öz ilhamını fransız filosofu Mişel Fuko tərəfindən mühazirə üçün işlənib hazırlanmış “Digər məkanlar haqqında: Utopiya və heterotopiya” (1967) adlı konsepsiyadan götürüb. “Heterotopiya” (“hetero” – digər, “topos” – yerlər) bir məkan daxilində xüsusilə ziddiyyətli və dəyişən, fərqli sayılan bir məkan kimi təsvir edilir. Mişel Fukonun fikrincə, utopiyalar, prinsip etibarilə, gerçək yeri olmayan və cəmiyyəti ideal formada təmsil edən yerlərdir. Bununla yanaşı, bəzi yerlər utopiyalara ziddir: böyük ehtimalla, hər bir mədəniyyətdə, hər sivilizasiyada həqiqi yerlər — həqiqətən mövcud olan və cəmiyyətin təməl daşını formalaşdıran yerlər var; onları bir növ “əks-ərazilər”, haradasa, effektiv şəkildə həyata keçirilmiş utopiya adlandırmaq olar.
Konsepsiyanın prinsiplərindən biri, “böhran heterotopiyası” adlanır və böhran vəziyyətində ola bilən cəmiyyət üzvləri üçün ayrılmış yerlərdən bəhs edir. Bu kontekstdə, qalereya məkanı rəssamlar üçün “heterotopiya” kimi təqdim olunur. Mövcud böhranda dayaq nöqtəsini tapmaq üçün, rəssamlar öz hekayələrini araşdıraraq, bu günü bərpa etmək üçün xəyali görüntülər yaradırlar. Özlərini ifadə etmək, əks etdirmək və katarsis üçün bir vasitə kimi onlar bədii mühitdən istifadə edirlər.
Ümumi qeyri-müəyyənlik və get-gedə azalan təhlükəsizlik şəraitində “sığınacaq” və “ev” anlayışları efemerik xüsusiyyətlər əldə edib: insanlar bir göz qırpımında öz başlarının üzərində damı itirirlər. “SAFEZONE” — rəssamların yaddaş, yerdəyişmə, paklanma, virtual aləm və zaman kimi müxtəlif kontekstlərdə təfsir etdiyi reallıq və paralel utopiya arasındakı məkana istinad etməklə, “sığınacaq” və “ev” kimi ambivalent anlayışlarını araşdırır.
Rəssamlar istər fiziki məkanda, istərsə də onun hüdudlarından xeyli kənarda, onlar “təhlükəsiz zonalarda” vasitəçi qismində çıxış etməklə, müxtəlif sığınacaq formalarını təklif edirlər.
Yanvarın 13–də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin konserti təşkil olunacaq.
AZƏRTAC xəbər verir ki, dirijor Mustafa Mehmandarovun rəhbərliyi ilə keçiriləcək konsert proqramında orkestrin gənc solistlərinin ifalarında Avropa bəstəkarlarının əsərlərindən ibarət rəngarəng musiqi nömrələri səsləndiriləcək.
Biletləri iTicket.az saytı və şəhərin kassalarından əldə etmək mümkündür.
Yanvarın 10-da Beynəlxalq Muğam Mərkəzində “Burada və indi” adlı konsert təqdim ediləcək.
AZƏRTAC xəbər verir ki, konsert proqramı Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunacaq. Gecədə gənc ifaçılar Üzeyir Mahmudbəyli, Fatimə Nəsirli (violin), Leyla Əliyeva (piano) və Əsmər Kərimli (cello) rəngarəng musiqi nömrələri səsləndirəcəklər.
Biletləri iTicket.az saytı və şəhərin kassalarından əldə etmək mümkündür.
Nüsrət Kəsəmənli 29 dekabr1945-cı ildə Ağstafa rayonu rayonunda anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsinə daxil olmuşdur (1966). Universitetin II kursunda ikən “Bakı” və “Baku” qəzetlərində müxbir, ədəbi işçi vəzifələrinə qəbul edildiyinə görə qiyabi şöbəyə keçirilmişdir (1969). Universiteti bitirdikdən sonra Azərbaycan Yazıçılar İttifaqında referent və ədəbi məsləhətçi olmuşdur (1978-1985).
1960-cı illərin əvvəllərindən bədii yaradıcılığa başlamışdır. 150-dək şerinə musiqi bəstələnmişdir. “Boş kəndlərin harayı”, “Mövzu üzrə improvizasiya”, “Ənbizlərin keşiyində”, “Sovet Azərbaycanına səyahət” və s. sənədli filmlərin, “Afroditanın qolları”, “Qarabağ əhvalatı” bədii filmlərin ssenari müəllifıdir. Moskvada gənc yazıçıların VI,VII Ümumittifaq müşavirələrində iştirak etmişdir.
Fəal ictimaiyyətçi olmuşdur: Azərbaycan Yazıçılar İttifaqında Həmkarlar Komitəsinin sədri (1981-1984), mədəniyyət işçiləri həmkarlar ittifaqı respublika komitəsi rəyasət heyətinin üzvlüyünə namizəd, Azərbaycan Tarix və Mədəniyyət Abidələri Mühafizə Cəmiyyətinin üzvü, Azərbaycan Yazıçılar İttifaqının VI,VII qurultayında idarə heyətinin üzvü, poeziya şurasının sədri seçilmişdir. C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında baş redaktor işləmişdir (1985-ci ildən). “Dünyaya pəncərə” sənədli televiziya verilişinin ssenari müəllifi və aparıcısı olmuşdur (1985-ci ildən). 15 oktyabr 2003-cü ildə Təbrizdə vəfat etmişdir.
Azərbaycanda daha çox yazdığı sevgi şeirləri ilə tanınmışdır və bir çox mahnılara şeirlər yazmışdır. Eyni zamanda Nüsrət Kəsəmənli məhəbbət janrında yazdığı şeirlərlə Azərbaycan ədəbiyyatında başqa bir səhifə açmışdır.
Bakı Kitab Mərkəzində Azərbaycanın Ukraynadakı səfiri, Azərbaycanın Xalq yazıçısı Elmira Axundovanın “Zərifə və Heydər Əliyevlər. Əbədiyyətə bərabər sevgi” kitabının təqdimat mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, “Şərq-Qərb” nəşriyyatında buraxılan nəfis tərtibatlı kitabda müəllif öz qəhrəmanlarının uşaqlıq və gənclikdən ta kamil yaşlarınadək olan həyat yolundan danışır, iki görkəmli xadimi bağlayan tellərdən, uşaqlarını tərbiyə etmələrindən, Zərifə xanım və Heydər Əliyevlərin payına düşən həyat sınaqlarından söhbət açır. Müəllifin sözlərinə görə, o, qəhrəmanını qeyri-rəsmi tərəfdən göstərmək istəyib. Zəngin illüstrasiyalı kitabda baş qəhrəmanların yaxınlarının və doğmalarının xatirələri toplanıb.
Təqdimat mərasimində iştirak edən Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar, diplomat və ictimai xadim Həsən Həsənov, sənətşünas Nigar Axundova, Azərbaycanda Rus İcmasının sədri, Milli Məclisin deputatı Mixail Zabelin, Milli Məclisin deputatı Jalə Əliyeva və digərləri çıxışlarında Heydər və Zərifə Əliyevlər haqqında xatirələrini bölüşüb, onların münasibətlərində çox gözəl harmoniyadan danışıblar.
Tədbirdə Ümummilli Lider Heydər Əliyevin sevimli xalq mahnıları onun öz ifasında səsləndirilib. Heydər və Zərifə Əliyevlərin qeyri-adi yaradıcılıq istedadının, musiqini düzgün qavrama qabiliyyətinin onların övladlarına – Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və ictimai xadim Sevil xanım Əliyevaya da sirayət etməsi vurğulanıb.
Təqdimatda dünyaşöhrətli müğənni və bəstəkar Müslüm Maqomayevin ifasında Sevil Əliyevanın bəstələdiyi mahnılar səsləndirilib.
Tədbirin bədii hissəsində Azərbaycanın Xalq artisti Azər Zeynalov və beynəlxalq müsabiqələrin laureatı, vokalçı İslamə Abdullayeva çıxış ediblər.
Azərbaycan Tərcümə Mərkəzinin “Xəzər” dünya ədəbiyyatı jurnalının yeni nömrəsi işıq üzü görüb.
AZƏRTAC xəbər verir ki, jurnalın bu nömrəsində “Fövqəl” rubrikasında Anton Çexovun “Qara rahib” əsəri, “Azərbaycan ədəbiyyatı” rubrikasında Əli Kərimin şeirləri yer alıb.
Nəşrin digər rubrikalarında oxucular Cerom Selincerin “Yazıçı, kitabına imza atmaz…” müsahibəsi, Andre Moruanın “Yaşamaq elminin dörd qaydası”, “Montendən Araqonadək”, “Marsel Prust”, “Uolter”, “Anatol Frans” esseləri, Vilayət Quliyevin “Macarları özlərinə tanıdan alim” tarixi əsəri, Besik Xaranaulinin şeirləri, Tarey Vesosun “Qışın son günləri” hekayəsi, Fyodor Dostoyevskinin “Zavallılar” romanı, Kolm Toybinin “Bruklin” romanının ardı və dünyanın məşhur yazarlarının yazıçı sənəti, istedad və dahilik, kitab və mütaliə haqqında fikirləri ilə tanış ola biləcəklər.
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi və Azərbaycan Autizm Assosiasiyasının birgə təşkilatçılığı ilə autizm sindromlu uşaqlar üçün 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni ilə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə Millət vəkilləri, incəsənət xadimləri və digər qonaqlar iştirak ediblər.
Tədbir zamanı çıxış edənlər autizm sindromlu uşaqların və ailələrin cəmiyyətin həssas qrupuna aid olduğunu və onlara xüsusi diqqət və qayğının göstərilməsinin vacibliyini qeyd ediblər. Sonra il ərzində fərqlənən autizm mərkəzlərinə, idman klublarına, təlimçilərə diplom və təşəkkürnamələr təqdim olunub. Yarışlarda mükafat qazanan autizm sindromlu idmançılara hədiyyələr verilib.
Bədii hissədə ifa olunan sevilən mahnılar və rəqslər həm uşaqlarda, həm də qonaqlarda xoş ovqat yaradıb.
Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən Azərbaycan Respublikasının mədəniyyət naziri vəzifəsini müvəqqəti icra edən Adil Kərimli tərəfindən 26 yanvar 2023-cü il tarixində saat 10:00-da Sabirabad şəhər Heydər Əliyev Mərkəzində (Sabirabad şəhəri, Heydər Əliyev prospekti, 95) Sabirabad, Şirvan şəhərlərindən və Saatlı, Hacıqabul rayonlarından olan vətəndaşların qəbulu keçiriləcək.
Vətəndaşlar 21 yanvar 2023-cü il tarixinə qədər Nazirliyin info@culture.gov.az elektron poçt ünvanı, (012) 493-30-02 telefon nömrəsi vasitəsilə və “Whatsapp” xidmətinə (0 777 147 147) müraciət etməklə qəbula yazıla bilərlər.
Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi və Dünya Gənc Türk Yazarlar Birliyinin təşkilatçılığı ilə Türk dünyasından Şuşaya-Şuşadan Türk dünyasına layihəsi həyata keçirilir.
Layihə çərçivəsində Türk ölkə və topluluqlarından olan yazarların Azərbaycanın Mədəniyyət paytaxtı Şuşa şəhərinə həsr olunmuş müxtəlif janrlarda olan qələm nümunələri kitab şəklində çap olunacaq.
Adıçəkilən kitabın Azərbaycanın Bakı şəhərində, Türkiyənin İstanbul şəhərində və Özbəkistanın Daşkənd şəhərində təqdimat törənləri təşkil olunacaq.
Bundan əlavə layihə çərçivəsində Türk ölkə və topluluqlarından olan ədəbiyyat nümayəndələri qarşıdakı günlərdə Azərbaycana səfər edəcəklər,
Bakı şəhərində müxtəlif tədbirlər və görüşlər təşkil olunacaq.
Həmçinin, Türk Dünyasının müxtəlif nöqtələrindən Azərbaycana gələcək ədəbiyyat nümayəndələrinin Şuşa şəhərinə səfəri baş tutacaq.
“Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, Azərbaycan Respublikası Prezidenti təqaüd fondunun təqaüdçüsü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının GƏNCƏ Bürosunun RəhbəriXəyalə SEVİLin şeirləri Rəşadətli AZƏRBAYCAN Milli Ordusunun Qəhrəman Hərbi Qulluqçularının, Müqəddəs VƏTƏN torpağı uğrunda canlarından keçmiş Şəhidlərimizin əziz xatirəsinə həsr olunan Müasir Azərbaycan Xanım Yazarların antologiyası olan “Zərif kölgələr“in üçüncü hissəsində işıq üzü görüb.
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə əlaqələr şöbəsi.
Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatı tərəfindən gerçəkləşdirilən “Azərbaycan Aşıq sənəntinin inkişafına dəstək” layihəsi çərçivəsində çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycanın el şairəsi Güllər Məmmədqızının “Mənim” adlı şeiri Qardaş Türkiyə Cümhuriyyətinin Kahramanmaraş şəhərində fəaliyyət göstərən Ebrar Vakfı Kültür Yayın organı “Usare” iki aylık kültür, edebiyat, sanat dergisi 30-cu sayında dərc olunub.
“Azərbaycan Aşıq sənəntinin inkişafına dəstək” layihəsinin rəhbəri və müəllifi Azərbaycan Aşıqlar Birliyinin katibi, “Ozan dünyası” jurnalının Baş redaktoru, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğludur.
Koordinatoru və məsul katibi Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidmətinin rəhbəri, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Kümbet” və “Usare” dərgilərinin Azərbaycan təmsilçisi, “Kardelen” üçaylıq mədəniyyət, ədəbiyyat və sənət dərgisi yazarı, şair, tərcüməçi, publisist, jurnaist, gənc yazar Kamran Murquzovdur.
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə Əlaqələr şöbəsi
Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatı tərəfindən gerçəkləşdirilən “Azərbaycan Aşıq sənəntinin inkişafına dəstək” layihəsi çərçivəsində Sumqayıt Dövlət Universitetinin Filologiya fakültəsinin dekanı, fiologiya elmləri doktoru Azərbaycanlı şairə Sevinc HƏMZƏYEVAnın “İstəmirəm Yerlə Səma mənim olsun” adlı şeiri Qardaş Türkiyə Cümhuriyyətinin Kahramanmaraş şəhərində fəaliyyət göstərən Ebrar Vakfı Kültür Yayın organı “Usare” iki aylık kültür, edebiyat, sanat dergisi 30-cu sayında dərc olunub.
“Azərbaycan Aşıq sənəntinin inkişafına dəstək” layihəsinin rəhbəri və müəllifi Azərbaycan Aşıqlar Birliyinin katibi, “Ozan dünyası” jurnalının Baş redaktoru, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğludur.
Koordinatoru və məsul katibi Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidmətinin rəhbəri, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Kümbet” və “Usare” dərgilərinin Azərbaycan təmsilçisi, “Kardelen” üçaylıq mədəniyyət, ədəbiyyat və sənət dərgisi yazarı, şair, tərcüməçi, publisist, jurnaist, gənc yazar Kamran Murquzovdur.
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə Əlaqələr şöbəsi
Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatı tərəfindən gerçəkləşdirilən “Azərbaycan Aşıq sənəntinin inkişafına dəstək” layihəsi çərçivəsində yeni nəsil Azərbaycan gəncliyinin istedadlı nümayəndəsi, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktor müavini, Süleyman Rəhimov adına Qubadlı rayon ədəbi ictimai birliyinin üzvü, gənc xanım yazar Sona İntizarın şeiri Qardaş Türkiyə Cümhuriyyətinin Kahramanmaraş şəhərində fəaliyyət göstərən Ebrar Vakfı Kültür Yayın organı “Usare” iki aylık kültür, edebiyat, sanat dergisi 30-cu sayında dərc olunub.
“Azərbaycan Aşıq sənəntinin inkişafına dəstək” layihəsinin rəhbəri və müəllifi Azərbaycan Aşıqlar Birliyinin katibi, “Ozan dünyası” jurnalının Baş redaktoru, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğludur.
Koordinatoru və məsul katibi Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidmətinin rəhbəri, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Kümbet” və “Usare” dərgilərinin Azərbaycan təmsilçisi, “Kardelen” üçaylıq mədəniyyət, ədəbiyyat və sənət dərgisi yazarı, şair, tərcüməçi, publisist, jurnaist, gənc yazar Kamran Murquzovdur.
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə Əlaqələr şöbəsi
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının təsisçisi və baş redaktoru Kənan Aydınoğlunun 28 dekabr 2022-ci il tarixli müvafiq qərarına əsasən, yeni nəsil Azərbaycan gəncliyinin istedadlı nümayəndəsi, gənc xanım yazar Bənövşə MAHMUDQIZI Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş məsləhətçisi təyin edildi.
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə əlaqələr şöbəsi.
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Rəhbərliyi Sizi, Azərbaycan Yazıçılar Birliyinin üzvünü doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə, ədəbi-bədii yaradıcılığınızda bol-bol uğurlar diləyir! Sevib, sevdiyiniz insanların əhatə dairəsində olun!
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə əlaqələr şöbəsi
Rumıniyanın Sibiu şəhərində Müasir İncəsənət Muzeyində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Milli Xalça Muzeyi, Brukenthal Milli Muzeyi, Rumıniyanın Azərbaycandakı Səfirliyinin birgə təşkilatçılığı, Rumıniyanın Gözdən Əlillər Cəmiyyətinin Sibiu filialının dəstəyi ilə “Azərbaycan xalçaları: incəsənətlə öyrənmək” adlı sərginin açılış mərasimi keçirilib.
Tədbirdə Rumıniya ilə Azərbaycan arasındakı qarşılıqlı münasibətlərin tarixindən, bugünkü inkişafından söz açan Rumıniyanın ölkəmizdəki səfiri Vasile Soare sərgini neft ölkəsi olaraq tanınan Azərbaycanın zəngin mədəni irsinin təbliği baxımından önəmli hadisə kimi dəyərləndirib.
Brukenthal Milli Muzeyinin direktoru vəzifəsini müvəqqəti icra edən Alexandru Konstantin Kitutsa sərgidə görmə qabiliyyəti məhdud şəxslər üçün toxunmuş xalçaların təqdim edilməsinin, brayl şrifti ilə məlumatlandırıcı mətnlərin olmasının önəmini vurğulayıb.
Açılış mərasiminin davamında Azərbaycan Milli Xalça Muzeyinin direktoru Şirin Məlikovaya və Rumıniyanın ölkəmizdəki səfiri Vasile Soareyə Brukenthal Milli Muzeyinin yaradıcısı baron Samuel fon Brukenthalın 300 illik yubileyi münasibətilə təsis edilmiş medal və diplom olunub. Brukenthal Milli Muzeyinə isə Azərbaycan Milli Xalça Muzeyinin Ənənəvi texnologiya şöbəsində toxunmuş “Zeyvə” xalçası hədiyyə edilib.
Qeyd edək ki, Azərbaycanla Rumıniya arasında diplomatik əlaqələrin 30 illiyi və Azərbaycan Milli Xalça Muzeyinin 55 illik yubileyi münasibətilə təşkil olunan sərgidə muzeyin kolleksiyasından seçilmiş XIX əsrin sonu – XX əsrin əvvəllərinə aid Azərbaycanın müxtəlif bölgələrinə məxsus 15 xovsuz və xovlu xalça nümayiş olunur. Burada Səfəvi dövrünə aid Qarabağın dünyaca məşhur əjdahalı xalçalarının daha sonrakı dövrlərə aid nümunələrindən Qarabağın “Qasımuşağı”, “Malıbəyli”, vərni xalçaları, o cümlədən Şirvanın “Şamaxı” xalçası da təqdim olunur.
Sərgi 31 yanvar 2023-cü il tarixinədək davam edəcək.
“Mədəniyyət/Culture” jurnalının dördüncü sayı və “Xarıbülbül” xüsusi buraxılışı işıq üzü görüb. Nəşrin dördüncü sayı Prezident İlham Əliyevin 44 günlük Vətən müharibəsindən sonra baş tutmuş “Xarıbülbül” festivallarındakı son çıxışları və Şuşa şəhərinin Azərbaycan mədəniyyətinin paytaxtı elan edilməsi sərəncamı ilə başlayır. Jurnalda Şuşanın milli mədəniyyətimizdəki müstəsna yeri, təkrarsız rolu, tarixi Qələbəmizin istisna və dönüş nöqtəsi olmasından bəhs edilir.
Daha sonra xüsusi buraxılışda 2022-ci ilin 12-14 may tarixlərində Şuşada keçirilən V Xarıbülbül Beynəlxalq Folklor Festivalında iştirak edən redaksiya heyətinin təəssürat yazıları, qonaqların və bütün festival iştirakçılarının, musiqi tənqidçilərinin festival tədbirləri, həm də musiqimizdə, təsviri sənətimizdə, mifologiyamızda və folklorumuzda Xarıbülbül anlayışı ilə bağlı məqamlara həsr olunan məqalələri dərc olunub.
Jurnalın növbəti səhifələrində V “Xarıbülbül” Beynəlxalq Folklor Festivalının bütün gedişatı təsvir olunub, hər bir iştirakçının fikri, qonaqların təəssüratları qeyd edilib.
Yaradıcı heyət jurnalın bu sayının kulturoloji mənbə olaraq gələcəkdə araşdırmaçıların masaüstü vəsaitinə çevrilə biləcəyindən əminlik ifadə edir.
Müasir İncəsənət Muzeyində Xalq rəssamı, professor Arif Əzizin 80 illik yubileyinə həsr olunmuş “Bəyaz” adlı sərgisinin açılış mərasimi keçirilib.
Müasir İncəsənət Muzeyi, Mədəniyyət Nazirliyi, “Media FM”, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) təşkilatçılığı ilə reallaşan tədbirdə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva və digərləri sərgi ilə bağlı xoş diləklərini çatdırıblar.
Sərgidə Arif Əzizin təsviri sənətimizdə orijinal yol kəşf edərək öz üslubunu müəyyən etdiyi, zəngin və özünəməxsus yaradıcılığı ilə nəinki ölkəmizin, eyni zamanda Türk dünyasının sərhədlərini çoxdan aşdığı qeyd edilib.
Tədbirdə sənətkara “Dədə Qorqud” mükafatı təqdim edilib. Xalq rəssamı yaradıcılığına göstərilən diqqətə görə tədbirin təşkilatçılarına və qonaqlara təşəkkürünü bildirib. Sonda tədbir iştirakçıları sərgi ilə yaxından tanış olublar.
Məlumat üçün nəzərinizə çatdıraq ki, Arif Əziz 1975-ci ildən Azərbaycan Rəssamlar İttifaqı, 1981-ci ildən Azərbaycan Dizaynerlər İttifaqı, 1997-ci ildən Vaşinqtonda yerləşən Beynəlxalq Reklam Assosiasiyasının üzvüdür.
Qeyd edək ki, Xalq rəssamının “Bəyaz” adlı sərgisi 2023-cü il yanvarın 24-dək ziyarət üçün açıq olacaq.
23-24 dekabr tarixlərində Mərakeş Krallığının paytaxtı Rabat şəhərində İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) İcraiyyə Şurasının 43-cü sessiyası keçirilib.
Sessiyanı giriş sözü ilə açan ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik son dövrlərdə təşkilatın bütün əsas göstəricilər üzrə inkişafda olduğunu, yeni strategiya üzrə fəaliyyətin uğurla icra edildiyini diqqətə çatdırıb. Həyata keçirilmiş, cari və planlaşdırılan layihələr haqda məlumat verilib.
Tədbir çərçivəsində “Azərbaycan Respublikası ilə İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı arasında əməkdaşlığın dərinləşdirilməsinə dair Fəaliyyət Planı” imzalanıb. Fəaliyyət Planını Azərbaycan tərəfdən ölkəmizin Mərakeş Krallığındakı fövqəladə və səlahiyyətli səfiri Nazim Səmədov, ICESCO adından isə təşkilatın Baş direktoru Səlim Əl-Malik imzalayıb. Fəaliyyət Planına əsasən Azərbaycanın təşəbbüsü ilə irəli sürülən və BMT-nin Sivilizasiyalar Alyansı və ICESCO-nun tərəfdaşı olduğu “Mədəniyyət naminə sülh” qlobal çağırışı çərçivəsində birgə fəaliyyətlərin icrası nəzərdə tutulub. Bununla yanaşı, ICESCO-nun Gənc Peşəkarlar Proqramı, İslam dünyasının mədəni irs abidələrinin qorunması və mühafizəsi, həmçinin informasiya texnologiyası sahəsində həyata keçiriləcək layihələrə dəstək verilməsi planlaşdırılır.
Qeyd edək ki, sessiyada Mədəniyyət Nazirliyinin nümayəndəsi də iştirak edib.
Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının təşəbbüsü ilə gerçəkləşdirilən “İran-Azərbaycan ədəbi-mədəni əlaqələrinin inkişafına dəstək” layihəsi çərçivəsindəyeni nəsil Azərbaycan gəncliyinin istedadlı nümayəndəsi, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktor müavini, Süleyman Rəhimov adına Qubadlı rayon ədəbi ictimai birliyinin üzvü, gənc xanım yazar Sona İntizarın “Sən hardan biləsən məhəbbət nədir?!”, “Əksin gözlərimin önündə durub”, “Məndən qaçdığını anladım bu gün” adlı şeirləri İran İslam Respublikasının paytaxtı Tehran şəhərində fəaliyyət göstərən “Xudafərin” elmi-ədəbi, kültür dərgisinin 211-ci sayında fars dilində dərc olunub.
“İran-Azərbaycan ədəbi-mədəni əlaqələrinin inkişafına dəstək” layihəsinin layihəsinin rəhbəri və müəllifi Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının sədri, respublikanın Əməkdar jurnalisti, AJB Sumqayıt şəhər təşkilatının sədri, Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının təsisçisi və direktoru, “Kümbet” və “Usare” dərgilərinin Azərbaycan təmsilciliyinin rəhbəri Rafiq Oday, məsləhətçiləri isə Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş məsləhətçisi, «Gəncəbasar” bölgəsinin rəhbəri, “Nəsr” bölməsinin redaktoru, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Prezident təqaüdçüsü, Gənclər mükafatçısı, gənc xanım yazar Şəfa Vəliyeva, Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutunun Kurikulum Mərkəzinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin (gundelik.info) və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının (edebiyyat-az.com) Məsul katibi, şairə-publisist Şəfa Eyvazdır.
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə əlaqələr şöbəsi.
Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin 08 dekabr 2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı Zati-aliləri cənab İlham Əliyevin elan etdiyi “Şuşa ili”ndə QARABAĞ-ŞUŞA mövzusunda apardığı tədqiqatlarına görə AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Mətbuat tarixi və publisistika şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Vüqar Əhməd AMEA-nın “Fəxri Fərmanı” ilə təltif olunub.
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə əlaqələr şöbəsi.
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Ağstafa Regional Mədəniyyət İdarəsi tərəfindən “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, Azərbaycan Respublikası Prezidenti təqaüd fondunun təqaüdçüsü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının AĞSTAFA Bürosunun Rəhbəri şair Rüfət Axundlu “Mədəni-kütləvi tədbirlərin təşkilində səmərəli fəaliyyətinə və 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə “Fəxri Fərman” ilə təltif olunub.
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə əlaqələr şöbəsi.
31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə İsveçin Malmö şəhərində fəaliyyət göstərən Vahid Azərbaycan dərnəyi tərəfindən bayram tədbiri keçirilib. İsveçdə yaşayan həmvətənlərimizdən aldığımız məlumat əsasında xəbər veririk ki, tədbirin təşkilatçısı İsveçdəki Azərbaycan səfirliyi və Vahid Azərbaycan Dərnəynin rəhbəri Aya Coşğun olub. Tədbirdə İsveçdə, Danimarkada, digər Avropa ölkələrində yaşayan soydaşlarımız, İsveçin müxtəlif şəhərlərindən gələn qonaqlar, eləcə də səfirlik əməkdaşlarımız iştirak edib. Qeyd etdiyimiz kimi ölkəmizin İsveçdəki səfirliyinin əməkdaşları, Azərbaycan və türk diasporlarının, habelə yerli ictimaiyyət və KİV nümayəndələrinin iştirak etdiyi mərasim dövlət himnimizin səslənməsi ilə başlayıb.
Çıxış edən Aya Coşğun Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə həmyerlilərimizə təbriklərini çatdırıb. Aya xanım bu bayramın tarixinə nəzər salaraq, Dünya Azərbaycanlılarının Həmrəylik Gününün elan olunması haqqında qərarın ümummilli lider Heydər Əliyev tərəfindən qəbul edildiyini bildirib.
Bu bayramın xaricdə yaşayan soydaşlarımızla əlaqə qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq baxımından önəmli olduğunu vurğulayan Malmödəki Vahid Azərbaycan Dərnəyinin rəhbəri qeyd edib ki, bu məqsədə nail olmaq üçün yaşadığı ölkədən asılı olmayaraq, hər bir azərbaycanlı birgə amal uğrunda işləməlidir. Aztv- nin və Beynəlxalq Muğam Mərkəzinin solisti, “Qran- Pri” mükafatçısı Almaxanım Əhmədli və xanəndə Abgül Mirzəliyev muğam, təsnif, bəstəkar və xalq mahnılarlndan ibarət musiqi çələngi ilə tədbirdə çıxış ediblər. Gənc sənətçilərin ifası tədbir iştirakçıları tərəfindən hərarətlə qarşılanıb. Müğənniləri tarda Məsim İslamov, kamançada Elvin Novruzov, sintezatorda Vasif Məmmədov, nağarada Xəlqani Hüseynov müşayiət ediblər.
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Rəhbərliyi Sizi, Azərbaycan Aşıqlar Birliyinin katibi, “Ozan dünyası” jurnalının Baş redaktoru, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlunu doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə, ədəbi-bədii yaradıcılığınızda bol-bol uğurlar diləyir! Dodaqlarınızdan gülüş, yanaqlarınızdan təbəssüm əskik olmasın! Sevib, sevdiyiniz insanların əhatə dairəsində olun!
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə əlaqələr şöbəsi
Gəncə şəhər M.Hadi adına 10 nömrəli tam orta məktəbdə yaradılan və bütün Gəncə şəhərində yerləşən ümumtəhsil məktəblərini əhatə edən “Məktəblilərin Poeziya Klubu” nun iştirakçıları ilə Gəncə Dövlət Dram Teatrının Ədəbi hissə şöbəsinin müdiri, teatrşünas-tənqidçi Anar Bürcəliyevlə görüş keçirilib.
Görüş zamanı Anar Bürcəliyev keçdiyi sənət və yaradıcılıq yoluna istinad etməklə şagirdlərə dəyərli tövsiyələrini verərək onlara hansı səpkidə, hansı işləri görə biləcəkləri barədə söhbət aparıb. Ədəbi mühitdə gedən proseslərdən ətraflı məlumat verən Anar Bürcəliyev şagirdlərin yazı nümunələrini dinləyib, onların ilk qələm təcrübələri olan şeir, hekayə və esseləri ilə bağlı tövsiyələr verərək, onları tənqiddən qorxmağı deyil, nəticə çıxarmağı, öz üzərilərində əzmlə işləməyi məsləhət görüb.
Görüşdə klassik Azərbaycan yazarlarından nümunələr gətirən Anar Bürcəliyev sözün poetikliyini, lakonikliyini, bədiiliyini ön plana çəkərək şeir və hekayələrin təsir gücünün artırılmasında böyük rol oynadığını da xüsusi ilə məktəblilərin diqqətinə çatdırdı. Anar Bürcəliyev həmçinin bədii qiraət sahəsinə də toxunaraq, şagirdlərə mütaliə etməyin nitq mədəniyyətinin, qiraətin inkişafında oynadığı əsaslı rolunu qeyd etdi və qiraəti inkişaf etdirməyin yollarıyla bağlı tövsiyələr verdi. Eyni zamanda, şagirdlərin mətbuatda, qəzet və jurnallarda nəşr olunmanın yolları, ədəbi tənqidlə bağlı sualları cavablandırıldı. Tədbirin sonunda Anar Bürcəliyev öz fəallıqları ilə fərqlənən şagirdlərə müəllifi olduğu kitablarını hədiyyə edib.
Xatıradaq ki, “Məktəblilərin Poeziya Klubu” Elm və Təhsil Nazirliyinin həyata keçirdiyi Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VI qrant müsabiqəsi çərçivəsində eyni adlı layihənin rəhbəri Gəncə şəhər M.Hadi adına 10 nömrəli tam orta məktəbin müəllimi Günay Ələkbərzadə tərəfindən yaradılıb. İlkin mərhələdə müsabiqə yolu ilə seçilən 20 şagird layihəyə cəlb edilib. Bədii yaradıcılığa ilk addımlarını atan məktəblilərlə layihənin icra planına uyğun olaraq ustad dərslərinin və görüşlərinin keçirilməsi nəzərdə tutulub. Layihə rəhbəri ustad görüşlərinin davamlı olacağını da bildirib.
Xəyalə SEVİL, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının GƏNCƏ BÜROSUnun RƏHBƏRİ.
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda görkəmli ədəbiyyatşünas-alim, Əməkdar elm xadimi, professor Kamran Məmmədovun anadan olmasının 100 illik yubileyinə həsr olunmuş konfrans keçirilib. Əvvəlcə alimin elmi fəaliyyətini əks etdirən sərgi ilə tanışlıq olub. Tədbir boyunca alimin fəaliyyətindən bəhs edən slayd nümayiş etdirilib.
Konfransı giriş sözü ilə AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli açaraq görkəmli alim Kamran Məmmədovun XX əsr ədəbiyyatının tədqiqində, ədəbiyyatşünaslığın inkişafında xüsusi və önəmli yeri olan vətənpərvər ziyalılardan biri kimi unudulmazlıq qazandığını bildirib. O, Kamran Məmmədovunun ədəbiyyat tarixində rolunun təkcə bədii mətnlərlə bağlı olmadığını, alimin eyni zamanda, ciddi arxiv sənədləri, faktlar üzərində işlədiyini diqqətə çatdırıb. Akademik İsa Həbibbəyli ədibin yaradıcılığında faktlar, sənədlər, dövri mətbuatdan alınmış materialların bütün dəqiqliyi ilə öz əksini tapdığını vurğulayıb.
“Professor Kamran Məmmədov ömrünün sonlarına qədər arxivlərdən dəyərli materiallar toplamış, onları dövri mətbuatda ədəbi ictimaiyyətə təqdim etmişdir”, – deyə AMEA prezidenti bildirib. Onun sözlərinə görə, Kamran Məmmədov həm də bacarıqlı yazıçı olduğundan yazdığı mətnləri dərindən dərk etmiş, sistemli şəkildə təqdim etməyə müvəffəq olmuş, öz sənət dünyasını düzgün əks etdirmişdir.
Akademik İsa Həbibbəyli bildirib ki, təbii və özünəməxsus xarakteri ilə seçilən, bütöv bir şəxsiyyət kimi yaddaşlarda yaşayan ədəbiyyatşünas-alim Kamran Məmmədov vətənpərvərlik, azərbaycançılıq ideyalarına böyük önəm vermiş, bu mövqeyini öz əsərlərində də əsas götürmüşdür. O, həmçinin Böyük Vətən Müharibəsi iştirakçısı olmuşdur. AMEA rəhbəri görkəmli alimin əsərlərinin bugünkü dövrdə də öz aktuallığını qoruyub-saxladığını, özünəməxsusluğu ilə seçildiyini və elmimizin inkişafına xidmət etdiyini vurğulayıb. Qeyd edib ki, Kamran Məmmədovun “Cəbhə gündəlikləri” əsəri vətənpərvərlik mövzusunda yazılmış ən sanballı əsərlər sırasında dayanır.
AMEA prezidenti görkəmli alimin vətənpərvərliklə bağlı hadisələrə hər zaman emosional reaksiya verdiyini, onun Şuşa və Qarabağ sevdasının vətəndaşlıq mövqeyinin bariz nümunəsi olduğunu diqqətə çatdırıb. Bildirib ki, Bildirib ki, Kamran Məmmədovun ruhu şaddır ki, bu gün onun anadan olmasının 100 illik yubileyinə həsr olunmuş konfrans ərazi bütövlüyü bərpa olunmuş Azərbaycanda qeyd edilir. Kamran Məmmədovun uzun müddət Ədəbiyyat İnstitutunda şöbə müdiri kimi fəaliyyət göstərdiyini deyən akademik İsa Həbibbəyli onun çoxlu sayda yetirmələrinin olduğunu qeyd edib, alimin institutun elm məbədi səviyyəsinə qaldırılmasında böyük rolu olduğunu xatırladıb.
AMEA rəhbəri aspirantura təhsili aldığı müddətdə Kamran Məmmədovun onun elmi rəhbəri olduğunu bildirərək, ədəbiyyatşünas alimlə bağlı xatirələrini bölüşüb. O, satirik janr nümunələrinə marağının yaranmasında ədəbiyyatşünas alimin irsinin böyük rolu olduğunu da diqqətə çatdırıb. Akademik İsa Həbibbəyli bugünkü tədbirin professor Kamran Məmmədova olan ehtiramın bir ifadəsi olduğunu deyib, konfransın görkəmli alimin və onun vaxtilə rəhbərlik etdiyi şöbənin timsalında Ədəbiyyat İnstitutunda ədəbiyyatşünas alimlər nəsli yetişdirmək, bu istiqamətdə fəaliyyəti daha da inkişaf etdirmək məqsədi daşıdığını vurğulayıb.
Konfransda professor Tahirə Məmməd “XIX-XX əsrlər Azərbaycan ədəbiyyatının görkəmli tədqiqatçısı”, professor İslam Qəribli “Kamran Məmmədovun araşdırmalarında XX əsr Azərbaycan bədii gülüşünün tədqiqi”, professor Asif Rüstəmli “Kamran Məmmədov ədəbiyyat tarixçisi kimi”, filologiya üzrə fəlsəfə doktoru, dosent Gülbəniz Babayeva “Alimin elmi irsində satira məsələləri” və filologiya üzrə fəlsəfə doktoru Əsmər Hüseynova “Kamran Məmmədovun bədii yaradıcılığı” adlı məruzələrlə çıxış ediblər.
Tədbirdə, həmçinin akademik Muxtar İmanov, professor İmamverdi Həmidov, filologiya üzrə fəlsəfə doktoru Solmaz Həyatova və filologiya üzrə fəlsəfə doktoru, dosent Rauf Sadıxov çıxış edərək professor Kamran Məmmədovun yaradıcılığından söhbət açıb, alimlə bağlı xatirələrini bölüşüblər.
Sonda ədəbiyyatşünas alimin qızı, Folklor İnstitutunun Folklor və yazılı ədəbiyyat şöbəsinin müdiri, filologiya elmləri doktoru Leyla Məmmədova çıxış edərək tədbirin iştirakçılarına və təşkilatçılarına minnətdarlığını bildirib.
Mədəniyyət naziri Anar Kərimov dekabrın 21-də nazirliyin mətbuat orqanları “Mədəniyyət/Culture” jurnalı və “Mədəniyyət” qəzetinin kollektivləri ilə görüş keçirib.
Müasir dövrdə mətbuat və medianın qarşısında mühüm vəzifələrin dayandığını bildirən Anar Kərimov informasiyanın dəqiq və operativ şəkildə ictimaiyyətə çatdırılmasının vacibliyini qeyd edib.
Nazir ənənəvi çap mətbuatının əhəmiyyətini qeyd edib, mədəniyyət salnaməmizin, müasir mədəni proseslərin gələcək nəsillərə çatdırılmasında onun bir mənbə rolunu oynayacağını deyib. Bildirilib ki, müasir oxucu informasiyanın maksimum qısa və lakonik olmasını istəyir. Buna görə də hər iki nəşr çap variantlarını qoruyub saxlamaqla yanaşı, elektron versiyalarını təkmilləşdirməli və məlumatların çatdırılmasının daha optimal yollarını tapmalıdırlar.
Mədəniyyət Nazirliyində həyata keçirilən islahatlar haqqında söz açan Anar Kərimov bu prosesin ümumi mədəni inkişafa xidmət etdiyini deyib. Bildirib ki, nazirliyin mətbuat orqanları bu islahatların öz məqsədinə çatmasına, eləcə də mədəniyyət sahəsində yeniliklərin vaxtında oxuculara çatdırılmasına çalışmalı, uğurlarla bərabər, problemləri də diqqətdə saxlamalıdırlar. Hazırda dövlət tərəfindən işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən bərpa və yenidənqurma işləri, mədəni quruculuq barədə danışan nazir bu prosesin hər iki mətbuat orqanında mütəmadi işıqlandırılmasının zəruriliyini vurğulayıb.
Qəzet və jurnalın yayımı, hədəf auditoriyası barədə danışan Anar Kərimov deyib ki, ölkəmizin mədəniyyət ictimaiyyəti ilə yanaşı, elm, təhsil və digər sahələrdə çalışanların, xüsusilə də tələbə və gənclərin bu nəşrlərə əlçatanlığının təmin edilməsi faydalı olar. Nazir bu məqsədlə hər iki nəşrin yayım siyasətinin yenidən nəzərdən keçirilməsi ilə bağlı tapşırıq və tövsiyələrini verib.
Görüşdə eyni zamanda informasiya siyasətinin reallaşdırılmasında sosial medianın imkanlarından da maksimum istifadənin günün tələbi olduğu vurğulanıb. Hər iki nəşrin elektron versiyalarında multimedia imkanlarının daha da artırılması ilə bağlı müzakirə aparılıb.
“Mədəniyyət/Culture” jurnalının baş redaktoru Əməkdar jurnalist Zöhrə Əliyeva, “Mədəniyyət” qəzetinin baş redaktoru Vüqar Əliyev nəşrlərin fəaliyyəti, həyata keçirilən layihələr haqqında məlumat veriblər. Gələcək planlar, yayım işi barədə söz açılıb, təkliflər səsləndirilib.
Xəbər verdiyimiz kimi, 23-25 dekabr tarixlərində Azərbaycan Nəşriyyatları Assosiasiyası (ANAİB), Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Sumqayıt şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı, Sumqayıt Regional Mədəniyyət İdarəsinin dəstəyilə “II Sumqayıt Kitab Sərgisi” həyata keçiriləcək.
Edebiyyatqazeti.az ANAİB-ə istinadən xəbər verir ki, ölkənin 30-dan artıq tanınmış nəşriyyatı və 10-dan çox kitab evinin iştirakı ilə baş tutacaq, 90 %-dək endirimlər tətbiq olunacaq sərgidə, eyni zamanda tanınmış ədiblər, ictimai xadimlər, incəsənət nümayəndələri ilə görüşlər keçiriləcək, müxtəlif mədəni tədbirlər həyata keçiriləcək. Bundan başqa sərgi çərçivəsində ebru sənəti, gips və kətan boyama kimi master-klaslar olacaq, müxtəlif dekorasiyalarda əyləncəli fotozonalar təşkil ediləcək.
Sərgi müxtəlif görüşlər, imza saatları, panellərlə də zəngindir.
Dekabrın 23-ü saat 14:00-da “Şirvan” təqdimat zonasında yazıçı Varis Yolçuyev oxucularla görüşəcək.
Dekabrın 23-ü saat 15:00-da “Şirvan” təqdimat zonasında bloger Həvva Səfərova “Səyahətdə kitab” seminarı verəcək.
Dekabrın 24-ü saat 11:00-da “Şirvan” təqdimat zonasında teleaparıcı Rafiq Həşimov kitab və televiziya anlayşından söhbət açacaq.
Dekabrın 24-ü saat 13:00-da “Şirvan” təqdimat zonasında yazıçı Orxan Fikrətoğlu müasir romançılıq anlayışından danışacaq.
Dekabrın 24-ü saat 14:00-da “Təbriz” təqdimat zonasında reper PRoMete həyatını dəyişən kitablardan danışacaq.
Dekabrın 24-ü saat 14:00-da “Şirvan” təqdimat zonasında İlqar Fəhmi və Arif Buzovnalının şeir saatı baş tutacaq.
Dekabrın 24-ü saat 16:00-da “Şirvan” təqdimat zonasında bədii qiraətçi Xəzər Süleymanlı və şair Aqşin Evrənin şeir saatı keçiriləcək.
Dekabrın 24-ü saat 18:00-da Kamran Muradlının ifasında Ülviyyə Heydərovanın pyesi əsasında qurulmuş “Pələng” monotamaşası oynanılacaq.
Dekabrın 25-i saat 12:00-da “Təbriz” təqdimat zonasında təlimçi Orxan Şahbaz duyğuların idarə edilməsindən söz açacaq.
Dekabrın 25-i saat 12:00-da “Şirvan” təqdimat zonasında Diksiya Akademiyasının rəhbəri Cəlalə Nəzəroğlu nitqdəki uzunçuluqdan danışacaq.
Dekabrın 25-i saat 13:00-da “Təbriz” təqdimat zonasında Aytac Qəmbərova “Danışan şəkillər” nağılı əsasında kukla tamaşası nümayiş etdirəcək. Dekabrın 25-i saat 13:00-da “Şirvan” təqdimat zonasında hərbi diktor, müğənni Şəmistan Əlizamanlı poeziya və musiqidə vətənpərvərlik anlayışından söz açacaq.
Saat 14:00-da isə “Şirvan” təqdimat zonasında yazıçılar Qismət və Aqşin Yeniseyin “Oxutmuram, əl çəkin!” adlı müzakirə saatı başlayacaq.
Dekabrın 25-i saat 14:00-da “Təbriz” təqdimat zonasında yazıçı Rövşən Abdullaoğlunun imza saatı keçiriləcək.
Dekabrın 25-i saat 16:00-da “Təbriz” təqdimat zonasında yazıçı Elxan Elatlının “Qazinin ölümü” kitabının təqdimat və imza mərasimi olacaq.
Dekabrın 25-i saat 16:00-da “Şirvan” təqdimat zonasında yazıçı Ülviyyə Tahirin imza saatı baş tutacaq.
Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov dekabrın 21-də Xalq rəssamı, heykəltəraş, Azərbaycan Rəssamlıq Akademiyasının rektoru Ömər Eldarovla görüşüb.
Ömər Eldarovu 95 illik yubileyi münasibətilə təbrik edən nazir onun Azərbaycan mədəniyyəti və incəsənətinə verdiyi töhfələr, həmçinin zəngin mədəniyyətimizin ölkə daxilində və xaricində təbliğ edilməsində səmərəli fəaliyyətini vurğulayaraq heykəltəraşa ən xoş arzularını çatdırıb.
Nazir bildirib ki, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə 20 dekabr 2022-ci ildə 1-ci dərəcəli “Əmək” Ordeni ilə təltif olunmağı ölkə başçısı tərəfindən fəaliyyətinə verilən yüksək dəyərdir.
Sonda nazir yubileyi münasibətilə Ömər Eldarova möhkəm cansağlığı və yeni yaradıcılıq uğurları arzulayıb, sənətkarı Mədəniyyət Nazirliyinin “Şuşa – 270” döş nişanı ilə təltif edib.
Ömər Eldarov göstərilən diqqətə görə nazirə öz dərin təşəkkürünü bildirib.
Azərbaycanın ilk çoxseriyalı tarixi bədii-televiziya filmi – “Atabəylər: Şəmsəddin Eldəniz” filminin musiqi tərtibatının (soundtrack) hazırlanması üçün müsabiqə elan olunur.
İştirakçılar 25 dekabrdan etibarən istənilən janrlar üzrə öz bəstələrini təqdim edə bilərlər. Filmdə möhtəşəm döyüş səhnələri ilə yanaşı, dövlətçilik, sevgi, ayrılıq, xəyanət, drama, sevinc, təlaş və sair mövzular yer alacaq. Bu səbəbdən, müsabiqə üçün musiqilərin leytmotivini təqdim edərkən filmin mahiyyəti, dəyişən səhnələr və epizodlar mütləq nəzərə alınmalıdır.
QEYD 1: “Atabəylər: Şəmsəddin Eldəniz” çoxseriyalı bədii televiziya filmi 24 bölümdə çəkilməsi planlaşdırılır. Film Azərbaycan Atabəylər dövlətinin qurucusu Şəmsəddin Eldənizin həyatı, keşməkeşli fəaliyyətindən bəhs edəcək. Burada eyni zamanda əsas məqsədlərdən biri kimi orta əsrlər Azərbaycan coğrafiyasındakı mövcud dövlət quruluşu, sosial münasibətlər, ictimai-siyasi vəziyyət, milli-mənəvi irs, intibah dövrünü yaşayan mədəni-ədəbi mühit və digər reallıqlar detallı şəkildə gündəmə gətiriləcək.
Müsabiqənin əsas şərtləri
Hər bir iştirakçı ən azı 1 (bir) və ən çoxu 5 (beş) musiqi parçası və fərqli leytmotivlər təklif edə bilər. Musiqilərin, leytmotivlərin çox olması həmin iştirakçının qalib gəlmək şansını artıra bilər. Lakin, say çoxluğu mütləq şərt deyil; önəmli olan musiqinin orijinallığı və filmə uyğun gəlməsidir.
Çoxseriyalı filmin musiqi müşayiətini zənginləşdirmək və orijinallığı artırmaq məqsədilə bir və ya bir neçə qalib gəlmiş iştirakçını birgə işləmək üçün layihəyə cəlb etmək mümkündür.
İştirakçı sayı 5-dən az olduqda müsabiqənin baş tutmaması haqqında qərar verilə bilər. Bu halda bütün təqdim olunmuş musiqilər iştirakçıların özlərinə qaytarılır.
İştirakçılar həmçinin birləşərək qrup şəklində də öz təkliflərini verə bilərlər. Bu halda hər bir müəllifin (bəstəkarın) adı qeyd edilməlidir. Qrup şəklində təklif verən tərəf bir iştirakçı kimi qiymətləndiriləcək, və qrup qalib gəldikdə mükafat müəlliflərə ayrı ayrılıqda deyil, yalnız bir dəfə bütöv qrupa ödəniləcək.
Mükafatlandırma
Müsabiqədə qalib gəlmiş iştirakçılar aşağıdakı qaydada mükafatlandırlıcaq:
1-ci yer üçün: 1.500 (bir min beş yüz) manat
2-ci yer üçün: 1.000 (bir min) manat
3-cü yer üçün: 500 (beş yüz) manat
Əlavə olaraq, müsabiqədə qəlib gəlmiş bir və ya bir neçə iştirakçı ilə filmin bütün bölümləri üçün musiqilərin yazılması məqsədilə müqavilə danışıqlarına başlanılacaq.
QEYD 2: Burada müəyyən edilmiş pul mükafatları yalnız müsabiqədə həvəsləndirmə məqsədi daşıyır və heç bir halda filmdə istifadə olunacaq musiqilərin qiymətinə təsir etməyəcək. Həmin qiymətlər və digər mühüm şərtlər yuxarıda qeyd edilmiş müqavilə danışıqları zamanı ayrıca razılaşdırılacaq və müqavilədə təsbit olunacaq.
IV. Bəstələrin təqdim etmə qaydaları
Müsabiqə üçün bəstələrin son təqdim edilmə tarixi 25 yanvar 2023-cü ildir.
Bəstələr elektron daşıyıcıda (flashcard), email yaxud digər elektron vasitə ilə(məsələn, we_transfer vasitəsilə) təqdim edilə bilər.
Format: Mp3
E-mail ünvanı: info@shahdagfilm.az
İştirakçının adı, soyadı və mobil telefonu qeyd edilməlidir.
V. Qaliblərin seçilməsi
Qaliblər Azərbaycan Televiziyası, Mədəniyyət Nazirliyi və “Şahdağ Film”in peşəkar mütəxəsisslərindən ibarət münsiflər heyətinin mülahizəsinə əsasən seçiləcək və qaliblərin adları ictimaiyyətə açıqlanacaq.
Azərbaycanda istehsal olunmuş “COVID–19” bədii-sənədli filmi daha bir uğura imza atıb. Belə ki, ekran əsəri 14 ildir keçirilən ABŞ-ın “Shockfest” Film Festivalında seçilmiş filmlər siyahısında yer alıb.
Bu barədə AZƏRTAC-a filmin ssenari müəllifi, rejissoru və baş prodüseri Cəlaləddin Qasımov məlumat verib.
Bildirilib ki, ekran əsəri dekabrın 27-də beynəlxalq festivalda nümayiş olunacaq və ölkəmizi təmsil edəcək.
Qeyd olunub ki, rejissorun digər işi olan “Acı xatirə” bədii-sənədli filmi İtaliyada “Naples Film Awards” Festivalının seçilmiş filmləri siyahısında yer alıb. Ekran əsəri dekabrın 31-də nümayiş olunacaq.
Ölkəmizi beynəlxalq festivalda təmsil edəcək daha bir ekran əsəri isə “Şollerin arxivi” bədii filmidir. Bu film “Bolivia Black Cat Award International Film” Festivalının seçilmiş filmləri siyahısında yer alıb.
Qeyd edək ki, dünyada böyük marağa səbəb olan “Şollerin arxivi” bədii filmi Azərbaycan kino tarixində beynəlxalq festivallarda ən çox uğur əldə edən ekran əsərlərindəndir.
“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019–2024-cü illər üçün Dövlət Proqramının 4.4.34-cü bəndinin və “Yeniyetmələr və gənclər arasında narkomaniyaya qarşı təbliğat və maarifləndirmə işlərinin genişləndirilməsinə dair 2022-2023-cü illəri əhatə edən Tədbirlər Planı”nın icrası ilə bağlı Mədəniyyət Nazirliyinin və Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun birgə təşkilatçılığı ilə Sumqayıt Regional Mədəniyyət İdarəsinin əməkdaşları üçün Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində təlim təşkil edilib.
Mədəniyyət Nazirliyinin tabeliyindəki mədəniyyət müəssisələrinin gənclərlə işləyən mütəxəsislərinin iştirakı ilə keçirilən təlimdə ilk öncə Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəisi Rəşad Əliyev çıxış edərək narkomaniya, onun fəsadları, insanlara, xüsusən də gənclərə, cəmiyyətə vurduğu zərərlər barədə məlumat verib. Daha sonra Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun məsul əməkdaşı Raqif Allahverdiyev müvafiq təqdimatla çıxış edərək, narkotik asılılıq probleminə dair biliklərinin və peşəkarlıq səviyyəsinin artırılması məqsədilə iştirakçılara narkotik maddələrdən istifadənin risk amilləri, psixoaktiv maddələrin xüsusiyyətləri və onların sağlamlığa zərərli təsiri, narkotik asılılığın formalaşma mərhələləri, antinarkotik təbliğatın vacibliyindən, narkomanlığa qarşı mübarizə üsulları barədə geniş informasiya verib və iştirakçıları maraqlandıran suallar ətrafında müzakirələr aparılıb.
Azərbaycan Respublikası Mədəniyyət Nairliyinin Muzey Mərkəzinin Sərgi Qalereyasında Azərbaycan Rəssamlar İttifaqının üzvü, rəssam Fikrət İbrahimlinin “Ruhumun təqdimatı – Ömür səhifələrim” adlı fərdi sərgisinin təntənəli açılış mərasimi keçirilmişdir. Tədbirin açılışında Azərbaycan Respublikası Milli Məclisinin Mədəniyyət Komitəsinin sədri, Millət vəkili Qənirə Paşayeva, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Sərgi və qalereyalar sektorunun müdiri Murad Məmmədov, Daşkənddəki Nizami Gəncəvi adına Daşkənd Dövlət Pedaqoji Universitetinin rektoru, Özbəkistan – Azərbaycan Dostluq Cəmiyyətinin başqanı Abdulqappar Qırğızbayev, Nizami Gəncəvi adına Daşkənd Dövlət Pedaqoji Universitetinin “Dünya tarixi” kafedrasının professoru, Özbəkistan – Azərbaycan Dostluq Cəmiyyətinin icraçı direktoru Erkin Nuriddinov, Azərbaycan Rəssamlar İttifaqının sədr müavini, Xalq rəssamı Ağəli İbrahimov və rəssam Fikrət İbrahimli çıxış etmişdirlər. Sərginin koordinatoru və aparıcısı Əkbər Qoşalı olub.
Fərdi sərgi rəssamın yaradıcılığının 50 illiyinə həsr olunub. Tədbir Azərbaycan Respublikasının Milli Məclisinin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayevanın təşəbbüsü ilə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Muzey Mərkəzi tərəfindən təşkil olunub.
Tanınmış Azərbaycan rəssamı Fikrət İbrahimli Neftçala rayonunda anadan olub. Onun ilk sənət müəllimi Nefçalada tanınmış təsviri sənət müəllimi Adil Hacıyev olub. Rəssam ixtisas təhsilini əvvəlcə Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Texnikumunda, daha sonra Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində alıb. O, müəllimi, Xalq rəssamı Toğrul Nərimanbəyovu hər zaman böyük minnətdarlıq hissi ilə xatırlayır. T.Nərimanbəyov “Ulduz” jurnalının 1980-ci il, 10-cu nömrəsində xeyir dua mahiyyətli yazısında istedadlı tələbəsi Fikrət İbrahimliyə uğurlu yol arzulayırdı. Rəssamın əsərləri ölkəmizdə və xaricdə muzey, qalereya və şəxsi kolleksiyalarda saxlanılır.
Fikrət İbrahimlinin yaradıcılığı əsasən rəngkarlıq sahəsində yaradılmış əsərlərdən ibarətdir. O, süjetli tablo, porteret, mənzərə və natürmort janrında yaradılmış bir çox maraqlı əsərlərin müəllifi kimi tanınır. Rəssamın yaradıcılığında İçərişəhər mövzusu ayrıca yer tutur. Tarixi İçərişəhərin müxtəlif guşələri rəssam təxəyyülü ilə kətanda öz uğurlu bədii həllini tapıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müdrik rəhbərliyi ilə rəşadətli ordumuzun 44 günlük savaşda göstərmiş olduqları qəhrəmanlıqlar, igid zabit və əsgərlərimizin şücaəti rəssamın yaradıcılığında müvəffəqiyyətlə təcəssüm olunub. Fikrət İbrahimlinin alınmaz qala – Şuşaya həsr olunmuş rəngkarlıq nümunəsi ayrıca qeyd olunmağa layiqdir.
Fikrət İbrahimlinin mənzərə janrında yaratdığı əsərlər onun yaradıcılığında geniş yer tutur və rəssamın bədii yaradıcılıq dünyasını və rəssam təxəyyülünü tam aydınlığı ilə biruzə verir. Abşeron bağları, üzüm tənəkləri, əncir ağacları, bağ evləri, dəniz mənzərəsi rəssamın palitrasında özünəməxsus duyumla təsvir olunub.
Fikrət İbrahimli Azərbaycan xalçaları, milli mədəniyyət nümunələri fonunda bir-birindən maraqlı, diqqəti cəlb edən bir çox natürmortlar yaradıb. Rəssam Azərbaycan neməntəlrinin, xüsusən də narların rəsmlərini təsvir etməklə maraqlı natürmort kompozisiyaları yarada bilib.
Fikrət İbrahimlinin uğurlu yaradıcılıq nümunələrindən “Muğam”, “İçərişəhər”, “Neftçala. Limanda”, “Kür qırağında”, “Kür çayı”, “Fatmayı”, “Bağ evi-Novxanı”, “Abşeron motivi”, “Abşeron günəbaxanları”, “Nişan. Rəfiqələr”, “Kəndimizin qızları”, “Xonça aparırlar”, “Gəlin gətirməyə”, “Toy”, çoxsaylı portret, avtoportret və natürmortların adlarını qeyd etmək olar.
Təsviri sənətin mayasını rəsm təşkil edir. Bu baxımdan Fikrət İbrahimlinin yaradıcılılığında təbii ki, rəsm nümunələri geniş yer tutur. Sərgidə Fikrət İbrahimlinin rəngkarlıq və qrafika sahəsində yaratmış oduğu, rəssamın yaradıcılığının müxtəlif dövrlərinə aid 60 yaxın sənət nümunələri nümayiş olunub.
“Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, Azərbaycan Respublikası Prezidenti təqaüd fondunun təqaüdçüsü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının GƏNCƏ Bürosunun RəhbəriXəyalə SEVİL Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Bakı Şəhər Təhsil İdarəsində məktəb saytlarının qalibləri sırasında mükafatlandırıldı.Suraxanı rayonu üzrə 1-ci yerə layiq görülən təhsil müəssisəsi 279 nömrəli tam orta məktəb oldu.
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə əlaqələr şöbəsi.
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında iki gün ardıcıl nümayiş olunan “Kod adı V.X.A” tamaşasının premyerası anşlaqla keçib.
Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, Mədəniyyət naziri Anar Kərimov, Xalq yazıçısı Elçin Əfəndiyev, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, Kinematoqrafçılar İttifaqının sədri Şəfiqə Məmmədova, Akademik Musiqili Teatrın direktoru, əməkdar incəsənət xadimi Əliqismət Lalayev, Kukla Teatrının direktoru, əməkdar mədəniyyət işçisi Rəşad Əhmədzadə, teatrşünas-tənqidçi, professorlar İlham Rəhimli, Aydın Talıbzadə, yazıçı-dramaturq Əli Əmirli, tarix elmləri doktoru, professor Solmaz Tohidi, Əhməd Cavad və Qayıbovlar nəslinin nümayəndələri, Dilbər Axundzadənin nəvəsi Leyla Axundzadə, eləcə də digər tanınmış teatr xadimləri və incəsənət adamlarının izlədikləri premyera böyük maraqla qarşılanıb.
Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair, tanınmış maarifçi və ictimai xadim Əhməd Cavadın anadan olmasının 130 illiyinə və repressiyaya məruz qalmış görkəmli fikir adamlarının xanımlarına, eləcə də repressiya qurbanlarının 85 illiyinə həsr olunmuş tamaşada teatrın 70 nəfərlik böyük heyəti rol alıb.
Teatrın baş rejissoru, əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadənin müəllifi və quruluşçu rejissoru olduğu tamaşa tarixi-sənədli faktlara istinad edərək, ötən əsrin 30-cu illərinin mənzərəsini təsvir edib.
Repressiyaya məruz qalıb ləyaqətini qorumağın nümunəsini göstərən Şükriyyə Axundzadənin timsalında 26 min qadının məşəqqətli həbs və sürgün həyatına həsr olunmuş sənədli, bədii, tarixi hadisələrdən bəhs edən yeni səhnə əsərinin quruluşçu rəssamı Mustafa Mustafayev, bəstəkarı Azər Hacıəsgərlidir. İşıq üzrə rəssamı Vadim Kuskov, plastik həlli Ceyhun Dadaşova məxsus olan yeni səhnə əsərinin rejissorları Nihad Qulamzadə, Gülnar Hacıyeva, rejissor assistentləri isə Günay Qasımova və Sevda Hacışəmiyevadır.
Premyeradan sonra nazir Anar Kərimov səhnəarxası görüş keçirərək, yaradıcı heyəti təbrik edib və onlarla xoş təəssüratlarını bölüşüb.
Dekabrın 19-da Bakı şəhərində Azərbaycan-Türkiyə Mədəniyyət üzrə Birgə Komissiyasının ikinci iclası təşkil olunub. Xatırladaq ki, bu komissiyanın birinci iclası 1 mart 2021-ci il tarixində Ankarada keçirilib.
Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev və Türkiyə mədəniyyət və turizm nazirinin müavini Ahmet Misbah Demircanın həmsədrliyi ilə keçirilən iclasda mədəni irs, kitabxana, musiqi, teatr, muzey və mədəni sərvətlər, kino və digər sahələr üzrə müzakirələr aparılıb.
Qonaqları salamlayan Vaqif Əliyev qeyd edib ki, Türkiyə və Azərbaycan qədim tarixə, ortaq dil, din və mədəni köklərə malikdirlər. Buna görə də ölkələrimiz arasında əməkdaşlıq əlaqələri yüksək səviyyədə inkişaf edib və rəngarəngliyi ilə fərqlənir: “İşğal altında olan torpaqlarımızın azad olunmasında Türkiyənin əvəzolunmaz rolu var. Azərbaycanın tarixi Zəfəri ilə başa çatmış 44 günlük Vətən müharibəsində qardaş Türkiyənin ilk günlərdən mənəvi və siyasi dəstək verməsi ölkələrimiz arasındakı sarsılmaz birliyin və qardaşlığın təzahürüdür. Hazırda işğaldan azad olunmuş torpaqlarımızda Prezident İlham Əliyevin rəhbərliyi ilə genişmiqyaslı quruculuq işləri aparılır, həmin ərazilərə mədəni həyatında da qaytarılması prosesi gedir. Bu prosesin də həyata keçirilməsində ilk növbədə qardaş Türkiyədən misilsiz dəstək göstərilməkdədir. Azad edilmiş ərazilərdə mədəni irsimizin bərpasında, mədəniyyətimizin bu torpaqlarda yenidən bərqərar olmasında Türkiyənin yardımı xüsusi əhəmiyyət daşıyır”.
Vaqif Əliyev bildirib ki, Azərbaycan və Türkiyənin dövlət başçılarının rəhbərliyi və iradəsi ilə iki qardaş ölkə arasında bütün sahələrdə olduğu kimi, mədəniyyət sahəsində də əməkdaşlıq yüksələn xətlə inkişaf etməkdədir: “Bizim vəzifəmiz bu münasibətlərin daha da möhkəmlənməsinə nail olmaq, əməkdaşlıq əlaqələrini daha yuxarı mərhələlərə çatdırmağa töhfə verməkdir. Bu gün burada bir araya gəlməyimizin əsas səbəbi ötən ilin 1 mart 2021-ci il tarixində Ankarada Azərbaycan-Türkiyə Mədəniyyət üzrə Birgə Komissiyasının ilk iclasının nəticələrini müzakirə etmək və bu istiqamətdə davamlılığa nail olmaqdır. Hər iki ölkənin müvafiq nazirliklərinin təmsil olunduğu Azərbaycan-Türkiyə Birgə Mədəniyyət Komissiyasının ilk iclasından ötən müddət ərzində mədəni əməkdaşlıq daha da güclənib, müvafiq qurumlar arasında əlaqələr dərinləşib. Birinci iclasın yekununda imzalanmış hesabatda yer alan məsələlərin bir çoxu öz həllini tapıb, bəziləri üzərində isə işlər davam etdirilir”.
Türkiyə mədəniyyət və turizm nazirinin müavini Ahmet Misbah Demircan hər iki qardaş ölkə arasında olan dostluğun kökündən bəhs edib və bildirib ki, son iki il Azərbaycan və Türkiyə arasındakı bütün sahələrdə, o cümlədən mədəniyyət sahəsində əməkdaşlığın inkişafında mühüm mərhələ olub. İki ölkənin iştirakı ilə kino, teatr, muzeyşünaslıq, kitab işi, qeyri-maddi mədəni irs də daxil olmaqla mədəniyyətin müxtəlif sahələri üzrə əhəmiyyətli addımlar atılıb, müxtəlif layihələr həyata keçirilib. Kinofestivallar, kitab sərgiləri, Azərbaycanda “Şuşa İli” çərçivəsində təşkil edilən tədbirlər, “Türk dünyasının mədəniyyət paytaxtı” Bursa şəhərində keçirilən silsilə tədbirlər yaddaqalan olub.
Türkiyəli nazir müavini deyib ki, 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan olunan Şuşa şəhərində Azərbaycan və Türkiyənin iştirakı ilə birgə böyük tədbirlər, layihələr həyata keçiriləcək.
Hazırda Türkiyədə tikilməkdə olan kitabxanalardan danışan A.M.Demircan yeni tipli kitabxanaların tikilməsi ilə bağlı Azərbaycana təkliflər təqdim edə biləcəyini söyləyib. O cümlədən maddi və qeyr-maddi mədəni irs sahəsində Türkiyənin təcrübəsini bölüşməyə hazır olduqlarını diqqətə çatdırıb.
Azərbaycan Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəis müavini Ağacavid Ramazanov bildirib ki, tarix və mədəniyyət abidələrinin bərpası, qorunması və mühafizəsi istiqamətində Türkiyə ilə əməkdaşlığımız davam edir: “Qardaş ölkə bir çox layihələrdə bizə dəstək olur. Xüsusilə, TİKA-nın (Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi) dəstəyi ilə Böyük Mərdəkan qəsri və Tuba şah məscidinin bərpası ilə bağlı tədbirlər həyata keçirilir. Artıq bütün layihə sənədlərinin hazırlanması və razılaşdırılması istiqamətində işlər başa çatmaq üzrədir. Qısa müddətə bərpa-konservasiya işlərinə başlanılması planlaşdırılır. Eyni zamanda arxeoloji abidələrdən əldə olunan nümunələrin daha dərin tədqiq olunması üçün Türkiyənin təcrübəsindən istifadə etməyi düşünürük. Artıq “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğu ərazisində arxeoloji qazıntı, tədqiqat və kəşfiyyat işlərinin nəticəsində aşkar olunan artefaktların tarixinin dəqiqləşdirilməsi ilə bağlı radiokarbon və izotop analizlərinin laboratoriya şəraitində tədqiq olunması üçün TİKA-ya müraciət edilib”.
TİKA-nın Azərbaycan üzrə nümayəndəsi Fatih Yılmaz isə öz növbəsində Qaarabağda bərpa-quruculuq işlərində Türkiyənin əlindən gələn dəstəyi göstərməyə hazır olduğunu bildirib və bununla bağlı ölkə rəhbərliyinin də təlimatı olduğunu diqqətə çatdırıb.
Mədəniyyət Nazirliyi Audiovizual və interaktiv media şöbəsinin müdiri Rüfət Həsənov söyləyib ki, Azərbaycan ilə Türkiyə arasında kino sahəsində də sıx əlaqələr mövcuddur və birgə filmlərin çəkilişi, təcrübə mübadiləsi, beynəlxalq əməkdaşlıq çərçivəsində işbirliyi həyata keçirilir: “31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ərəfəsində dahi Azərbaycan şairi Nizami Gəncəvinin həyat və yaradıcılığından bəhs edən “Sevgi hekayəsi” adlı tammetrajlı sənədli filmin təqdimatı olacaq. Bundan başqa, gələn ilin əvvəlində Türkiyənin “Bozdağ Film” şirkəti tərəfindən Mədəniyyət Nazirliyinin təşəbbüsü və dəstəyi ilə “Qarabağ – Vətən müharibəsi” adlı çoxseriyalı bədii televiziya filminin istehsalı nəzərdə tutulub”.
Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin kino idarəsinin baş direktoru Erkin Yılmaz qarşılıqlı əməkdaşlıqdan, “Bozdağ Film” şirkətinin ortaq işlərindən danışıb.
Nazirliyin Muzey, qalereya və sərgilər şöbəsinin müdiri Nərgiz Abdullayeva Azərbaycanla Türkiyə arasında muzey işi sahəsində əməkdaşlığın davam etdirildiyini vurğulayıb. Deyib ki, Qarabağ ərazisində işğal zamanı Azərbaycana məxsus maddi-mədəniyyət nümunələrinin qeyri-qanuni daşınması və ölkə ərazisindən çıxarılmasının qarşısını almaq məqsədilə “ICOM Red List”inə salınması ilə əlaqədar Türkiyə Mədəniyyət və Turizm Nazirliyi ilə birgə iş aparılması planlaşdırılır.
Türkiyə Mədəni İrs və Muzeylər İdarəsinin baş direktoru Gökhan Yazqı isə öz növbəsində qeyd edib ki, Türkiyə tərəfindən qaçırılmış, oğurlanmış əsərlərin geri qaytarılması istiqamətində mühüm işlər görülür: “Son 4 ildə 4000-dən çox əsər geri qaytarılıb. Bu, hüququ anlamda çox böyük uğurdur. Azərbaycanla bu istiqamətdə də iş görməyə, əməkdaşlıq etməyə hazırıq”.
Mədəniyyət Nazirliyi Kitab sənayesi şöbəsinin müdiri Akif Marifli bildirib ki, kitab işi iki ölkə arasında ən prioritet məsələlərdən biridir: “5-9 oktyabr 2022-ci il tarixində Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Ekspo Mərkəzində təşkil olunan VIII Bakı Beynəlxalq Kitab Sərgisində Türkiyə “fəxri qonaq ölkə” kimi iştirak edib.
Türkiyənin nazir müavini Ahmet Misbah Demircan ölkəsində kitab işi ilə bağlı görülən işlərdən, yeniliklərdən bəhs edib və Azərbaycanın və Türkiyənin Milli Kitabxanasında müvafiq olaraq Türkiyə və Azərbaycana aid guşə yaradılmasını təklif edib.
Yaradıcı sənayelər və rəqəmsal inkişaf şöbəsinin müdiri Ramil Abbəkirov söyləyib ki, rəhbəri olduğu şöbə ilə Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin müvafiq şöbəsi arasında əməkdaşlıq əlaqələri qurulub və bu əlaqələr yüksələn xətlə inkişaf edir: “Rəqəmsal inkişaf sahəsində Türkiyə ilə ortaq layihəyə imza atdıq. Belə ki, bu ilin iyun ayında İstanbulda “Dünyadakı tək davamlı enerji insan yaradıcılığıdırmı?” mövzusunda keçirilən “İDSF-22” Beynəlxalq Rəqəmsal İncəsənət Festivalında Azərbaycanın ilk süni intellekti “Şuşa”nın kompozisiyası da nümayiş olunub. Kompozisiyada Vətənimizin tarixi mədəniyyət beşiyi olan Şuşanın qədim köklərə malik incəsənət nümunələri – xalçalar, milli musiqilərimizdən ibarət parçalar süni intellekt vasitəsilə canlandırılır. “Şuşa” adı verilən süni intellekt zalında Qarabağa xas xalça motivləri incələnərək insan əli dəymədən yenidən toxunaraq izləyicilərə təqdim olunub”.
Türkiyə Araşdırma və Təhsil Ümumi Müdirliyi Xalq mədəniyyəti şöbəsinin müdiri Serkan Emir Erkmen yaradıcı sənayelər sahəsində Azərbaycan və Türkiyənin ortaq layihələrindən, UNESCO-nun nəzdindəki komitələr çərçivəsində aparılan əməkdaşlıqdan bəhs edib.
Nazirliyin İncəsənət və qeyri-maddi mədəni irs şöbəsinin müdir müavini Sara Timurova Üzeyir Hacıbəylinin “Koroğlu” operasının 2023-cü ildə yenidən səhnələşdirilməsinin planlaşdırıldığını bildirib: “Şuşa 2023-cü ildə “Türk dünyasının mədəniyyət paytaxtı” elan edildiyi üçün bu il çərçivəsində Türk dünyasından nümayəndələrin, sənətçilərin də iştirakı ilə operanın premyerasını keçirməyi düşünürük”.
Elm, təhsil və gənclərlə iş sektorunun müdiri Lalə Kərimova Azərbaycandakı təhsil sistemi və nazirliyin tabeliyində olan musiqi və incəsənət məktəbləri haqqında məlumat verib. İncəsənət və qeyri-maddi mədəni irs şöbəsi Teatr sektorunun müdiri Könül Cəfərova Azərbaycan və Türkiyə teatrları arasında birbaşa əlaqələrin inkişaf etdirilməsi istiqamətində müəyyən işlərin görüldüyü deyib: “Gələn il Azərbaycan peşəkar milli teatrının yaranmasının 150 ili tamam olur. Biz bu yubileyi qardaş Türkiyə ilə birgə qeyd etmək, həmçinin bu sahədə kadrların yetişdirilməsi sahəsində (səs rejissoru, işıq rəssamı və s.) Türkiyənin təcrübəsindən yararlanmaq istəyirik”.
Nazirliyin Beynəlxalq əməkdaşlıq şöbəsi Beynəlxalq təşkilatlarla əməkdaşlıq sektorunun müdiri Araz Bağırlı qeyd edib ki, son iki ildə Türkiyə ilə beynəlxalq təşkilatlar, xüsusilə UNESCO, TÜRKSOY çərçivəsində əməkdaşlıq daha da dərinləşib. Bu yaxınlarda Türkiyə ilə birgə “Pəhləvanlıq, ənənəvi zorxana oyunları və idman növləri”, “Baramaçılıq və toxuculuq üçün ənənəvi ipək istehsalı”, “Molla Nəsrəddin lətifələrinin şifahi ənənəsi” və “Çay mədəniyyəti: kimliyin, qonaqpərvərliyin və sosial əlaqələrin rəmzi” nominasiyaları üzrə müsbət qərar qəbul edilib və bu 4 element UNESCO-nun “Bəşəriyyətin qeyri-maddi mədəni irs üzrə Reprezentativ Siyahısı”na daxil edilib”.
İclasda həmçinin Türkiyənin ölkəmizdəki səfiri Cahit Bağcı, Türkiyə Kitabxanalar və Nəşrlər İdarəsinin baş direktor müavini Ahmet Aldemir və digər qonaqlar çıxış ediblər. Qeyd olunub ki, bu gün aparılan müzakirələr iki ölkə arasında mədəni əlaqələrin böyük gələcəyindən xəbər verir.
Sonda Nazirin birinci müavini Vaqif Əliyev Azərbaycanla Türkiyə arasındakı mədəni münasibətlərin çoxşaxəliliyini və əhatə dairəsini nəzərə alaraq, yeni protokoldakı maddələri özündə ehtiva edən konkret təkliflərdən ibarət yeni Fəaliyyət Planı üzərində işlərin aparılmasını təklif edib.
Çıxışlardan sonra Azərbaycan-Türkiyə Birgə Mədəniyyət Komissiyasının ikinci iclasının protokolu imzalanıb.
Protokolda iki ölkə arasında mədəni əlaqələrin gücləndirilməsi və əməkdaşlığın genişləndirilməsi ilə bağlı məsələlər öz əksini tapıb. Mədəni irs, kino, muzeyşünaslıq, kitabxanaçılıq, yaradıcı sənayelər, ifaçılıq sənətləri, Beynəlxalq və regional təşkilatlarla əlaqələr çərçivəsində mədəni əməkdaşlıq imkanlarının genişləndirilməsi üzrə görüləcək birgə işlərlə bağlı maddələr yer alıb.
Sonda qarşılıqlı olaraq xatirə hədiyyələri təqdim edilib.
XX əsr Azərbaycan musiqisinin görkəmli bəstəkarlarından Fikrət Əmirov və Rauf Hacıyevin 100 illik yubileyləri münasibətilə “Ustad dərsləri” həftəsi çərçivəsində cari ilin 12-16 dekabr tarixlərində Bakı şəhərində Mədəniyyət Baş İdarəsi və Sumqayıt, Kürdəmir regional mədəniyyət idarələri tabeliyində fəaliyyət göstərən uşaq musiqi, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinin kamança, nağara, violin, akademik və estrada vokal, fortepiano müəllimləri üçün Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi tərəfindən ustad dərsləri keçirilib.
Layihənin həyata keçirilməsində əsas məqsəd Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin sisteminə daxil olan uşaq musiqi, incəsənət, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinin səmərəliliyinin artırılması üzrə fəaliyyətin təkmilləşdirilməsi, optimallaşdırılması, bədii təhsil sisteminin daha da inkişaf etdirilməsi, müəllimlərin peşəkarlığının artırılması, UMİM-də təlim prosesinin müasir təhsil standartları əsasında yenidən qurulması və tədris edilən fənlərin təhsilalanlar tərəfindən yüksək səviyyədə mənimsənilməsini təmin etməkdən ibarətdir.
Ustad dərsləri kamança ixtisası üzrə (12 dekabr) Azərbaycan Milli Konservatoriyasının müəllimi, professor, sənətşünaslıq üzrə fəlsəfə doktoru, əməkdar incəsənət xadimi Arif Əsədullayev, nağara ixtisası üzrə (13 dekabr) Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin baş müəllimi Təhmasib Məmmədov, violin ixtisası üzrə (14 dekabr) Bakı şəhər Niyazi adına 22 nömrəli uşaq musiqi məktəbinin direktoru, Əməkdar müəllim İlhamə Ağayeva, akademik və estrada vokal ixtisası üzrə (15 dekabr) Bakı Musiqi Akademiyasının vokal kafedrasının baş müəllimi, Bakı şəhər M.Maqomayev adına 26 nömrəli Onbirillik musiqi məktəbinin müəllimi Dmitriy Babayev və fortepiano ixtisası üzrə (16 dekabr) isə Bakı şəhər G.Şaroyev adına 35 nömrəli Onbirillik musiqi məktəbinin müəllimi, Əməkdar müəllim Kamilla Əmirova tərəfindən aparılıb. UMİM və UMM-nin kamança, nağara, violin, akademik və estrada vokal və fortepiano müəllimlərinin bilik, bacarıq və peşə səriştələrinin artırılması məqsədilə təşkil edilən ustad dərslərində müvafiq ixtisaslar üzrə tədris metodikası nümayiş etdirilib, ixtisasın spesifik xüsusiyyətləri peşəkar müəllimlər tərəfindən əyani şəkildə şagirdlərin üzərində göstərilib.
Qeyd edək ki, ustad dərslərdə kamança ixtisası üzrə 24 nəfər, nağara ixtisası üzrə 24, violin ixtisası üzrə 25, akademik və estrada vokal üzrə 15 nəfər, fortepiano ixtisası üzrə isə 108 nəfər müəllim iştirak edib. Bundan başqa aparıcı bədii təhsil müəssisələrinin istedadlı şagirdləri də ustad dərslərində çıxışlar ediblər.
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Azad Cəfərlinin rəhbərlik etdiyi nümayəndə heyəti Silahlı münaqişə zamanı mədəni mülkiyyətin qorunması üzrə Komitənin 17-ci sessiyasında iştirak etmək məqsədilə Paris şəhərinə səfər edib.
Komitənin budəfəki sessiyasının gündəliyində Katibliyin fəaliyyəti haqqında hesabatın qəbul edilməsi, 1954-cü il Haaqa Konvensiyasının İkinci Protokolunun implementasiyasının monitorinq və nəzarət mexanizmlərinə düzəlişlərin qəbul edilməsi, Ukraynadakı mədəni sərvətlərin qorunması və digər məsələlər öz əksini tapıb.
Müzakirələr zamanı Dövlət Xidmətinin rəisi çıxış edərək, hazırda işğaldan azad olunmuş ərazilərdə Azərbaycan Respublikası Hökuməti tərəfindən işğalçı dövlətin dağıtdığı tarix-mədəniyyət abidələrinin ilkin inventarlaşdırılması və mühafizəsi məqsədilə monitorinqlərin aparıldığını və bərpası üzrə tədbirlərin görüldüyünü diqqətə çatdırıb. Həyata keçirilən monitorinq prosesində əsas maneənin işğaldan azad olunmuş ərazilərin Ermənistan Respublikası tərəfindən minalanması ilə bağlı olduğunu vurğulayıb.
Eyni zamanda, Dövlət Xidmətinin rəsmisi post-münaqişə dövründə tarixi və mədəniyyət abidələrinin qorunması ilə bağlı Azərbaycan tərəfinin gördüyü tədbirləri və təcrübəni digər dövlətlərlə də paylaşmağa hazır olduğunu bildirib. Diqqətə çatdırıb ki, Azərbaycan Respublikası Hökuməti silahlı münaqişələr zamanı mədəni sərvətlərin qorunması mövzusuna xüsusi həssaslıqla yanaşır. Bu məqsədlə Komitənin monitorinq və nəzarət mexanizlərinin yenilənməsi istiqamətində ölkəmizin aktiv iştiakı, eləcə də cari il dekabr ayının 6-9 tarixlərində Bakıda mədəni sərvətlərin qorunması sahəsində UNESCO konvensiyalarının icrasının vacibliyi mövzusunda beynəlxalq konfransın təşkil edilməsi Azərbaycanın bu mövzuya verdiyi önəmin təzahürünün bir nümunəsidir.
Sessiyada Azərbaycan Respublikasının UNESCO yanında Daimi Nümayəndəliyi də iştirak edib.
Sessiyanın sonunda gündəliyin bəndləri üzrə qəbul edilmiş qərarlar əsasında yekun vurulub, gələn il ərzində keçiriləcək növbəti sessiya və məsləhətləşmələr barədə məlumat verilib.
Mədəniyyət Nazirliyinin “Şuşa mədəniyyətinin inciləri” layihəsi müxtəlif bölmələr üzrə təqdimatlarla davam edir. “Şuşa İli” münasibətilə həyata keçirilən layihənin “Şuşanın simaları” bölməsinin növbəti təqdimatı Qasım bəy Zakirə həsr olunub.
Qasım bəy Zakir 1784-cü ildə Şuşa şəhərində anadan olub. Onun əsli Qarabağda məşhur olan Cavanşirlər nəslindəndir.
Zakirin satirasında ən amansız tənqid olunanlar gücsüzlərin və acizlərin hüquqlarını tapdalayanlardır.
Onun müxtəlif mövzularda yazılan “Məlikzadə və Şahsənəm”, “Əmirzadə, məşuq və cavan aşiq”, “Aşiqin təam bişirməyi”, “Aşiq və məşuq haqqında”, “Zövci-axər”, “Tərlan və elçi”, “Dəvəsi itən kəs”, “Dərviş ilə qız”, “Həyasız dərviş”, “Əxlaqsız qazı”, “Xalqa vəz deyən, özü fisqü fücurdan çıxan biəməl alim” kimi mənzum hekayələri vardır. Zakirin mənzum hekayələrində məhəbbət insanın ülvi və nəcib hissi kimi təsvir olunur.
Zakirin realist yaradıcılığında təmsillərinin əhəmiyyəti müstəsnadır. “Aslan, Qurd və Çaqqal”, “Dəvə və Eşşək”, “Tülkü və Qurd”, “Xain yoldaşlar haqqında”, “İlan, Dəvə, Tısbağa”, “Tülkü və Şir”, “Sədaqətli dostlar haqqında”, “Tısbağa, Qarğa, Kəsəyən, Ahu” adları ilə təmsili çap olunub.
Zakir təmsillərini yazarkən birinci növbədə şifahi xalq yaradıcılığında geniş yayılan təmsillərdən və məşhur hind abidəsi “Kəlilə və Dimnə” əsərindən, həmçinin klassik poeziyadakı təmsillərdən, Nizami, Cəlaləddin Rumi, Füzuli təmsillərindən də istifadə edib.
O, 1857-ci ildə Şuşada vəfat edib və şəhərin Mirzə Həsən qəbirstanlığında dəfn edilib.
Yenilikçilər bu özül üzərində daşları üst-üstə qoyub qüllə ucaldırlar.
Altmışıncılar olub, olmayıb?
60 il bundan qabaq “Azərbaycan” jurnalının 1960, dekabr nömrəsində iki hekayəm dərc olundu: “Keçən ilin son gecəsi” və “Bayram həsrətində”. Bu mənim ilk mətbu yazılarım idi.
Beləliklə, 2020-ci ilin dekabrında ədəbi aləmə gəlməyimin 60 ili tamam oldu. Bu müddətin yarıdan çoxunu – bu günə qədər 36 ilini – yazıçılar təşkilatının rəhbəri vəzifəsində çalışmışam. Oxuculara təqdim etdiyim bu kitabda Yazıçılar təşkilatının son 60 ildə fəaliyyətinin bəzi cəhətlərini, “altmışıncılar” nəslinin xüsusiyyətlərini, ədəbi mühitin özəlliklərini, dartışmaları, atışmaları, mübahisələri, mübarizələri və bir sıra başqa mətləbləri işıqlandırmağa çalışmışam.
“Altmışıncılar nəsli” istər Azərbaycan, istərsə də Sovet dövrünün ümumittifaq tənqidində təsdiq olunmuş anlayışdır. SSRİ-nin və Azərbaycanın ən görkəmli ədəbiyyatşünasları, tənqidçiləri, eləcə də ictimai-siyasi xadimləri bu illərdə yaradıcılıq meydanına çıxan gənc şairlərin, nasirlərin əsərlərini çağdaş ədəbiyyatın yeni mühüm mərhələsi kimi dəyərləndirirdilər. Hazırkı dövrdə də “altmışıncılar” ən mötəbər ədəbiyyat tarixlərində layiqli yerlərini tuturlar.
Amma Azərbaycanda bu nəslin xidmətlərini yerli-dibli inkar edən, ümumiyyətlə, “altmışıncıları” ədəbiyyat hadisəsi saymayan tək-tüklər də var. Hətta iş o yerə çatır ki, belələri mətbuata ilk dəfə bu illərdə çap olunanların xronoloji baxımdan belə o illərə aid olduqlarını qəbul etmirlər. Məsələn, bir vaxtlar müxalifət qəzetlərində tez-tez imzası görünən bir yazan (mən “yazan” və “yazıçı” sözlərini fərqləndirirəm) belə bir “kəşf” etmişdi:
“Azərbaycanda utanmaz-utanmaz özünü “altmışıncılar” adlandırıb hakimiyyətə nökərçilik eləyən “xalq yazıçıları”, “xalq şairləri” var. Bu yazıda onların adlarını belə çəkmək istəmirəm”. (“Altmışıncıların aşırımçısı – Andrey Voznesenski” adlı yazıdan (“Azadlıq” qəzeti 17 mart 2010)).
Kimin kimə muzdlu nökərçilik etdiyini əyani faktlarla göstərmək başqa bir yazının mövzusudur. Odur ki, bu yazıda bu məsələni açıb-ağartmadan ancaq onu qeyd etmək istəyirəm ki, məqalə “altmışıncıların aşırımçısı (“aşırımçı” nə deməkdir? – A.) adlandırdığı rus şairi Andrey Vosnesenskinin vəfatına həsr olunmuşdur. Müəllif Andrey Voznesenskini Azərbaycan yazıçılarına örnək göstərərək rus şairinin KİŞİ kimi yaşadığını yazır, onu sovet rejiminə asi olduğuna görə təqib edilən, az qala tutula bilən, öldürülə bilən adam kimi, dönməz şəxsiyyət kimi tərifləyir. Andrey Voznesenskinin həqiqətən böyük şair olduğunu inkar etmədən bu yazanın bilmədiyi, ya bilib eyninə almadığı həqiqətləri də ona xatırlatmaq istəyirəm, Xruşşov A.Voznesenskini kəskin tənqid edəndən sonra şair Leninə həsr olunmuş “Lanjomyu” poemasını yazdı və SSRİ Dövlət mükafatına layiq görüldü.
Ümumiyyətlə, özünü millətçi, türkçü kimi qələmə verən bu müəllif rus yazıçılarına başsağlığı yazılarını qələmə alarkən mütləq Azərbaycan yazıçılarını aşağılamağı özünə borc bilir: Görkəmli rus yazıçısı Viktor Astafyevin vəfatına həsr etdiyi yazıda yenə dərdi-azarı olan “altmışıncıları” sancmadan keçə bilmir:
“Rusiya varlığının Astafyevi” adlı məqaləsində (“Azadlıq” qəzeti 22-24 dekabr 2001) Anarı, Elçini, Maqsud İbrahimbəyovu hədəf alaraq yazır: “Azərbaycanda şairlərin, yazıçıların altımışıncı illər nəsli adlanan bir seriyası var. (seriyası? – A.). Onlar özlərini xalqa 60-cı illərin dissident şairləri, yazıçıları kimi sırımışdılar. Sən demə, “icazəli qəhrəman” olublar, Yaratdıqları – Yalançı Yalınçıq yaradıcılığı”.
Sonra “fizionomiyasından göründüyü kimi” Astafyevin türk (?! – A) və dissident” olduğunu iddia edən məqalə müəllifi Astafyevin Rusiyanın Dövlət mükafatını aldığını “unudur”.
O ki qaldı Azərbaycan “altmışıncılarına” – onlar barədə yazanın verdiyi qiymətdən zəmin-asiman fərqlənən başqa rəylər də var:
Rəhmətlik Əbülfəz Elçibəy mənə göndərdiyi təbrik məktubunda yazırdı:
“Azərbaycan milli-azadlıq hərəkatı tarixində və milli dövlətçilik şüurunun formalaşmasında Sizin bədii əsərləriniz müstəsna rol oynayıb. Eyni zamanda milli azadlıq hərəkatında iştirakınız minlərlə insanların oyanmasında, ziyalıların hərəkata qoşulmasında böyük rol oynamışdır”.
Başqa bir söhbətində Əbülfəz Elçibəy deyirdi:
“Respublikada gəncləri çox əzirdilər. Rəsul Rza birdən çıxdı, 20-30 nəfəri himayə elədi. Camaat baxırdı ki, yuxarıda Rəsul da var, Rəsulun hesabına aşağıdan bəziləri cəsarətlənirdilər. Sonra hamı düşdü onların üstünə, başladılar Rəsul Rzanın əleyhinə yazmağa, Anarın əleyhinə yazmağa. Həmin dövrdə Ə.Əylisli də, Anar da, Elçin də, Y.Səmədoğlu da göz qabağında idilər. Mənim yadımdadır, Anarın “Molla Nəsrəddin – 66” yazılarını hamı oxuyurdu, müzakirəsini keçirirdilər, danışırdılar cavanlar. Yəni bu, Sabir ruhunun qayıdışı idi.
O zamanın yazısına daha çox qiymət verilməlidir. Millətin ölüm nəfəsini geri qaytardıqarı üçün. O dövrün ziyalıları haqqında ayrıca yazı da yazmaq lazımdır. Onların qiyməti də verilməlidir”.
Allah Əbülfəz bəyə rəhmət eləsin. Özünü Elçibəy ideyalarının davamçıları elan edənlər “qiymətimizi də verdilər, haqqımızda yazılar da yazdılar”.
Yazan onu da yalan deyir ki, “altmışıncılar” özlərini dissident kimi sırımağa çalışıblar.
İlk dəfə Rəsul Rzanın işlətdiyi “icazəli qəhrəmanlar” ifadəsini ondan iqtibas edən bu müəllif “altmışıncıların” özlərini “dissident” kimi “sırımağa” çalışdıqlarını yazır. Düz deyil. Nə mən, nə də “altmışıncılardan” başqa birisi heç vaxt özümüzü dissident kimi qələmə verməmişik. Bizi “sovet quruluşuna zidd gedən, sosrealizm metodundan imtina edən asilər kimi həm mətbuat səhifələrində, həm də gizli danoslarla damğalayanlar tamam başqalarıdır.
Mənim bu barədə danışmağım – qeyri-təvazökarlıq sayıla bilər, amma ulu öndər Heydər Əliyevin sözlərini tam məsuliyyətlə qəbul etməliyik.
Heydər Əliyev deyirdi: “Bir dəfə 1989-cu ildə Moskvada bir jurnalist məndən müsahibə götürərkən Azərbaycanın keçmiş dövrü haqqında, yəni 70-ci illərdə mənim Azərbaycana rəhbərlik etdiyim zamandan danışırdıq. Mənə sual verdi ki, Azərbaycanda o vaxt dissident var idi, yoxsa yox idi? Dedim ki, yox idi. Dedi nə üçün? Dedim ki, biz dissident axtarmırdıq. Təbiidir, əgər axtarsaydıq, çox dissident çıxarmaq olardı. Amma biz axtarmırıq. Bu nə deməkdir? Bu o deməkdir ki, həmin dissident sayılanların əsərlərini biz qəlbən qəbul edirdik və onların özünə yol tapması üçün imkanlar yaradırdıq. Beləliklə, həmin müəlliflərə öz həmrəyliyimizi bildirirdik. Ancaq geniş təbliğ etmirdik ki, biz bununla həmrəyik. Məsələn, əgər o illər 60-70-ci illərdə Azərbaycanda dissident axtarsaydıq onlar çox idi. Ən böyük dissident Bəxtiyar Vahabzadə idi. Yaxud da ki, Xəlil Rza ən böyük dissidentlərdən biri idi. Çünki onun əsərləri, o cümlədən Bəxtiyar Vahabzadənin əsərləri həqiqəti deyirdi. Amma bu həqiqət o vaxtkı kommunist ideologiyasına zidd idi. Və buna görə da onlar dissident idilər. Ancaq biz Xəlil Rzanı da qoruduq saxladıq. Maqsud İbrahimbəyov, Rüstəm İbrahimbəyov əsl dissident idilər. Ancaq biz qoymadıq ki, onlar dissident olsunlar. Bəlkə də onlar indi heyifsilənirlər ki, o vaxt Əliyev qoysaydı və biz dissident olsaydıq, indi bəlkə hörmətimiz daha da artıq olardı. Yaxud götürək Anarı. O da dissident idi. Məsələn, “Qobustan” jurnalının yaranması və jurnalın səhifələrindən yayılan əsərlər, şübhəsiz ki, dissident xarakteri daşıyırdı”.
Azərbaycan Yazıçılarının X Qurultayında çıxış edərək Prezident Heydər Əliyev bu barədə daha ətraflı danışdı.
“Məsələn, mən “Qobustan” jurnalını xatırlayıram. O yarananda əleyhinə nə qədər cürbəcür hərəkətlər oldu. Mənim xatirimdədir, biri gəlirdi ki, nə bilim, millətçilik ideyaları yayır, biri deyirdi ki, bizim quruluşun əleyhinə ideyalar yayır, biri o tərəfdən, biri bu tərəfdən gəlirdi. Mən də götürürdüm, baxırdım bu “Qobustan” jurnalına, görürdüm burada bunlarm dedikləri şey yoxdur, amma bizim üçün lazım olan şeylər çoxdur. Ona görə də “Qobustan” jurnalı yaşadı. Bu gün məmnuniyyət hissi ilə deyirəm – “Qobustan” jurnalı o vaxt çox böyük işlər gördü. Amma yalnız “Qobustan” yox. Götürün “Azərbaycan”, “Ulduz” jurnallarını. Bunlar dövlət jurnalları idi, amma siz onlarda nə istəyirdiniz, onu da çap edirdiniz, hər hansı məhdudiyyət yox idi. Mən iftixarla deyə bilərəm ki, 1969-cu ildən, mən respublikaya rəhbərlik etməyə başlayan zamandan bəri, bir nəfər də olsun şairin, bir nəfər də olsun yazıçının əsərinə qadağa qoyulmayıb. İndi bir çox şeyləri açıq danışmaq olar. Nəzərə almaq lazımdır ki, Sizin aranızdan nə qədər şikayət gəlirdi. Biri gəlir, deyir ki, o, pantürkistdi, başqası gəlib deyir ki, o, paniranistdi, birini türk casusu adlandırırdılar, birini İran casusu. Deyirdilər ki, bax, o, Sovet dövlətinə qarşıdı və onun babası da Sovet hökumətinin düşməni olub, o özü də Sovet hökumətinin ziddinə gedir.
O qədər danışırdılar, o qədər səy göstərirdilər ki, bu və bu kimi qəbildən olan əsərlərin meydana çıxmasının qarşısını alsınlar. Özü də iki mövqedən hücum edirdilər: bir tərəfdən – əsər, guya, tam millətçilik ruhundadır, deyirdilər, digər tərəfdən isə bizim həyatımızdakı nöqsanları tənqid edən əsərlərə qarşı çıxırdılar. Ancaq siz bilirsiniz ki, mən 1969-cu ildə Azərbaycan rəhbərliyinə gələn gündən eybəcərlikləri, mənfi əlamətləri tənqid etmişəm, onlara qarşı mübarizə aparmışam. Ona görə də mənə gəlib xəbərçilik edəndə ki, “Şəhərin yay günləri” pyesi bizim quruluşa qarşıdır, mən dedim: yaxşı, gedib baxaram. Gəldim, baxdım, çox təriflədim, mükafat verdirdim. Ya da “Bir cənub şəhərində” filmi altmışıncı illərdə qadağan olunmuşdu. Onu Rüstəm İbrahimbəyov və Eldar Quliyev çəkmişdilər. Onda mən hələ respublika rəhbəri deyildim, mən DTK-nın sədri idim. Mən filmə baxdım və əmin oldum ki, bu çox yaxşı filmdir və ona yol açdım. Film böyük müvəffəqiyyət qazandı. Ya da Rüstəm İbrahimbəyovun “İstintaq” filmi. Nə qədər onun əleyhinə danışırdılar. Filmin mövzusunu mən vermişdim. Burda mafiozilərə, rüşvətxorlara qarşı barışmaz mübarizədən bəhs olunurdu. Bu film o zaman SSRİ dövlət mükafatını aldı. Bu gün demək lazımdır ki, Azərbaycanda dissident olmayıb. Amma sizin bir çoxunuz dissident idiniz. Mən bunu müsbət fakt kimi deyirəm. Yaxşı ki, siz dissident olmusunuz, əgər Siz dissident olmasaydınız, Azərbaycan xalqının vətənpərvər əhvalını, milli ruhunu qaldıra bilməzdiniz. Əgər Bəxtiyar Vahabzadə dissident olmasaydı, o, gənclərin şüuruna belə təsir edə bilməzdi. Əgər Xəlil Rza dissident olmasaydı, onun əsərləri belə güclü təsirə malik olmazdı”.
Stalinin ölümüylə başlanan yeni dövr
1953-cü il martın 5-də Stalinin ölüm xəbəri yayıldı, bütün ölkə yasa batmışdı. Moskvada, Sütunlu salonda rəhbərin tabutu önündən sonsuz insan axını keçirdi. Radiodan bu insanların hıçqırıb ağladıqlarını eşidirdik.
Məktəbimiz də matəm içində idi. Desəm ki, Stalinin ölümü vecimə deyildi, bunu mübaliğə saymasınlar. Özümü ta yeniyetməlik çağından antistalinist kimi qələmə vermək iddiam da yoxdur.
Amma uşaqlıq çağımdan evdə eşitdiyim xısın söhbətlərdən 37-ci ildə repressiya olunmuşların, xüsusilə də valideynlərimin yaxşı tanıdıqları yazıçıların günahsız olduqlarını dərk etmişdim. Bunun əsl günahkarının Stalin olduğu nəticəsi çıxırdı. Bununla belə Stalinin ölüm xəbərini eşidəndə atamın ağlamasını da xatırlayıram. Özü də bu aləmə faş etmək üçün deyil, evdə tək bir ailə üzvlərinin gördükləri gözyaşları idi. Yəni Rəsul Rza tamamilə səmimi surətdə sarsılmışdı. Amma Stalin haqqında daha əvvəllər dediyi sözləri də unutmuram: “Heç Nikolay da bu qələti eləməmişdi”. Bu sözləri Stalinin ruslaşdırma siyasətiylə bağlı deyirdi.
Hər halda Stalini böyük şəxsiyyət sayırdı. Ölümündən üç il sonra “böyük rəhbər”in qanlı repressiyaların baiskarı olduğu aşkar olunandan sonra Stalinə nifrət etməyə başladı. Leninə isə ömrünün sonunacan inanırdı. Ona elə gəlirdi ki, Lenin sağ qalsaydı ölkə tamam başqa yöndə, sosial ədalət və milli maraqlar təmin olunmuş şəkildə inkişaf edəcəkdi. Axı vəfatından çox sonra açılmış həqiqətlər, Leninin cinayətləri barədə heç bir məlumatı yoxdu.
Sonrakı illərdə mən Moskvada təhsil alarkən (1962-1964) Lenin haqqında bəzi söhbətləri eşitmişdim. Rusiyayla müharibə aparan Almaniya gizli şəkildə qapalı vaqonda Lenini Rusiyaya ötürməsi, bolşevikərin Parvus adlı varlı adam tərəfindən maddi təmin olunması və s. Bunları atama danışanda: – Düşmən təbliğatıdır – dedi – sən belə şeylərə uyma.
1955-ci ildə orta məktəbi bitirib Universitetin Filoloji fakültəsinə qəbul olundum, bir il sonra isə bizi, tələbələri qapalı şəkildə Xruşşovun XX Qurultayda etdiyi məruzəylə tanış etdilər. Məruzədə Stalin kultu alt-üst edilirdi. Stalin milyonlarla insanın haqsız sürgün və məhv edilməsində günahlandırılırdı. O vaxt açıqlanmırdı ki, Xruşşovun özü də Ukraynanın partiya rəhbəri işlərkən və başqa məsul vəzifələr daşıyarkən kütləvi repressiyaların təşkilatçılarından biri olmuşdu.
Hər nəysə reallıq bu idi ki, sürgün olunmuşların sağ qalanları yurd-yuvalarına, vətənlərinə, evlərinə qayıdırdılar. O cümlədən mənim ana tərəfdən qohumlarımız – anamın doğmaca dayısı Fərrux bəy Rəfibəyli həyat yoldaşı Rəxşəndə xanımla. Daha bir Rəfibəyli qohumumuz Cavad bəy Rəfibəyli də ikinci sürgünündən dönürdü. Atamın əmisi və xalası oğlu, Ənvər Məmmədxanlının kiçik qardaşı Niyazi Vətən müharibəsinin ilk günündən cəbhəyə getmiş, yaralanıb əsir düşmüş, evlərinə qara kağızı gəlmişdi, sağ qalması məlum oldu, qayıtdı və az bir müddətdən sonra başqa müharibə əsirləri kimi Sibirə sürgün edilmişdi, Stalinin “ifşasından” sonra o da Bakıya qayıtdı.
Dövr dəyişirdi. SSRİ Yazıçılar İttifaqının sədri, vaxtilə bir çox yazıçının məhkum olunmasında dolayısıyla da olsa günahkar sayılan Aleksandr Fadeyev peşmançılıq məktubu yazaraq intihar etdi. Rəsmi mətbuat bu intiharı alkoqolizmin təsiriylə izah etdi. Məktubu çox illər sonra üzə çıxdı.
Elə həmin 1956-cı ilin payızında Sovet qoşunları Budapeştə girib macar xalqının azadlıq arzularını tank tırtılları altında əzmişdi, külli miqdarda qan tökülmüşdü. Amma bizə, o vaxtın cavanlarına elə gəlirdi ki, bu Stalin dövrünün son gəyirtisidir. Yevgeni Yevtuşenkonun Xruşşovun razılığıyla “Pravda” qəzetində dərc olunmuş “Stalinin varisləri” (“Nasledniki Stalina”) şeiri mühafizəkar qüvvələrin hələ də güclü olduğuna, amma onlarla mübarizənin rəsmi yolla da aparılmasına işarə idi.
Yazıçı İlya Erenburqun bu illərdə işıq üzü görmüş povestinin adıyla həmin keçid dövrünü “Ottopel” (“Buzların əriməsi” kimi çevirmək olar) adlandırırdılar.
Belə bir qeyri-müəyyən ab-hava ta 1963-cü ilin dekabrına qədər davam etdi, 1963-cü ilin dekarında bir dəstə mühafizəkar rəssam N.S.Xruşşovu tovlayıb Moskvada Manej sərgi salonuna apardılar. Burada nümayiş etdirilən abstraksionist rəsm və heykəltəraşlıq əsərləri sənət haqqında çox ibtidai və bəsit təsəvvürləri olan Nikita Sergeyeviçi cin atına mindirmişdi. Ölkədə abstraksionizmə – mücərrədçiliyə qarşı siyasi kampaniya başladı və necə deyərlər, “iştah diş altındadır”. Partiya ideoloqlarının və mühafizəkar ədəbiyyat, sənət adamlarının körüklədiyi bu mübarizə abstraksionizmin hüdudlarını aşaraq ümumiyyətlə yenilikçi əsərlərə, sərbəst düşüncəli müəlliflərə qarşı səlib yürüşünə çevrildi. Həm də anındaca təsviri sənət sahəsindən başqa yaradıcılıq növlərinə – ədəbiyyata, teatr və kinoya, musiqiyə də sıçradı. O biri tərəfdən də məşhur ifadəni xatırlasaq “Moskvada dırnaq tutanda əyalətlərdə barmaq kəsirlər” demək olardı. Əyalətlərdə, yəni respulikalarda, o cümlədən əlbəttə ki, Azərbaycanda, abstrakt sənətlə mübarizə adıyla əcinnə ovuna çıxdılar. Xruşşov özünəməxsus qabalıqla bu sayaq rəsm əsərlərini “eşşək quyruğuyla çəkilmiş şəkillər” adlandırmışdı. Xruşşovun sözlərindən ilham alan bəzi Azərbaycan şairlərı də ədəbi rəqiblərinə qarşı mübarizədə bu təşbehdən istifadə edirdilər.
Rus dilində belə bir ifadə var “kultprosvet” yəni “mədəni maariflənmə”. İti dilli adamlar bu ifadəni ayrı cür yozdular, Stalin kultunu yıxan Xruşşov öz kultunu yaratmağa başladığı üçün bu iki kult arasındakı qısa dövrü “kultprosvet” adlandırdılar. İki kult arasnda işqlı bir zolaq.
Amma demə, bu qısadan qısa “nəfəs genliyi” də yetərliymiş ki, uzun illər boyu ideoloji qəliblər içində boğulan, dar estetik çərçivələrdə çabalayan həqiqi sənət dirçəlib özünü təsdiq edə bilsin. Altmışıncı illər ədəbiyyatı adlanan bu dövr də məhz iki kult arasındakı işıq zolağında yetişdi, püxtələşdi və sonrakı zamanların yeni sazağında büzüşüb tələf olmadı.
İstisna etmirəm ki, ayrı bir dövrə düşsəydik biz də kolxozdan, sovxozdan, əmək qəhrəmanlarından, saxta xalqlar dostluğundan içi su dolu poemalar, lırt romanlar yazardıq,
Ya da heç nə yazmazdıq.
Danılmaz həqiqətdir ki, altmışıncı illərdə bütün sovet ədəbiyyatında və özəlliklə Azərbaycan ədəbiyyatında mühüm dönüş yarandı. Yalançı yox, doğruçu həyat həqiqətlərinə və saxta deyil, gerçək sənət dəyərlərinə qayıdış baş tutdu.
Bunu iddia edərkən mən iki məqamı xüsusi vurğulamaq istərdim. Altmışıncı illərdə yeni ədəbiyyat yarandığından danışarkən mən heç də o vaxta qədər olmuş bütün bədii yaradıcılığı inkar etmirəm. O cümlədən sovet ədəbiyyatı anlayışını da. İntəhası, məncə, iki ayrı-ayrı anlayışlar var: “sovet ədəbiyyatı” və “sovet dövrünün ədəbiyyatı”.
Sovet illərində rəsmi təqdir olunan Maksim Qorki, Vladimir Mayakovski, Mixail Şoloxov, Aleksandr Tradovski (sonuncu müəyyən dövrə qədər), Cəfər Cabbarlı, Səməd Vurğun, Muxtar Auezov, Mikola Bajan, Qalantion Tabidze, Eduardas Mejalaytes kimi dəyərləri inkar edilməz sənətkarlarla yanaşı, rejimin qəbul etmədiyi və rejimi qəbul etməyən Hüseyn Cavid, Əhməd Cavad, Sergey Yesenin, Boris Pasternak, Anna Axmatova, Marina Svetayeva, Osip Mandelştam, Mixail Bulqakov, Andrey Platonov, Mixail Zoşşenko, Tutsian Tabidze və bir sıra başqa böyük qələm sahibləri vardı ki, onları heç vəchlə sovet yazıçıları saymaq olmaz. Digər tərəfdən, bu dövrdə yaranan başqa söz məhsulatı da mövcud idi ki, onlar məhz rəsmi ideoloji və estetik ölçülərlə qiymətləndirilən “sovet ədəbiyyatı” idi. Və əgər “sosialist realizmi” adlanan bir nəzəri metod, doğrudan da, mövcuddursa, məhz bu metodla yaradılmış ədəbiyyat örnəkləri “sovet ədəbiyyatı” sayılmalıdır. Yəni əsl “sovet ədəbiyyatı” (SOS!realizm) budur.
Əlbəttə, bu məsələdə də ehkamçılığa uyub süni təsnifat aparmaq düz olmazdı. Ola bilsin ki, eyni bir müəllifin yaradıcılığında dövrün ideoloji tələblərinə cavab verən sovet ədəbiyyatı örnəkləriylə yanaşı, heç bir ideloji ehkamlara uyğun gəlməyən əbədi mövzularda yazılmış əsl sənət nümunələri də var. Aşıq Ələsgərin “Dağlar” qoşması nə qədər “Sovet” ədəbiyyatıdırsa, Səməd Vurğunun “Dağlar” şeiri də o qədər sovet ədəbiyyatıdır.
Boris Pasternak “Doktor Jivaqo” romanıyla bərabər inqilabçı Leytenant Şmidti vəsf edən əsər də yazmışdı, Vladimir Mayakovskinin “Vladimir İliç Lenin”, “Yaxşı” poemaları, Sovet pasportuna həsr etdiyi və bu səpkidə bir çox başqa şeirləriylə yanaşı, heç bir quruluşun ideologiyasına uyğun gəlməyən ölməz lirikası, sovet cəmiyyətini alt-üst edən komediyaları də var. Mixail Bulqakov “Ustad və Marqarita” kimi klassik romanın, sovet həyat tərzini lağa qoyan “İt ürəyi” povestinin də, Stalinin gəncliyinə həsr olunmuş “Batum” pyesinin də müəllifidir.
Vurğuladığım ikinci prinsip də var. 60-cı illər ədəbiyyatından bəhs edəndə bəzən suçlanıram ki, mənsub olduğum “altmışıncılar” nəslinin xidmətlərini şişirdirəm. Bu məsələni dəfələrlə dəqiqləşdirsəm də fikrimi bir daha açıqlamalıyam. Altmışıncı illərdə ədəbiyyatımızın yeniləşməsini heç də ancaq bu illərdə ədəbiyyata gələnlərin xidmətləri saymıram. Yeni imkanlar açılmış dövrdə daha əvvəlki illərdə ədəbiyyata gələnlərin bir qismi də yeni ruhlu əsərlər yaratmağa başladılar. Həm ondan əvvəlki illərdə yasaq olunmuş mövzularda, məsələn, repressiyalarla bağlı əsərlər yaranmağa başladı, həm də daha geniş forma axtarışları meydana çıxdı. Ən yaxşı hallarda isə yeni mövzular yeni formalarda vüsət tapırdı və bunu, təkrar edirəm, müxtəlif nəsillərə mənsub olan müəlliflərin yaradıcılığında görmək olar. Amma bununla bərabər və bunu da bir daha təkrar etməyə ehtiyac duyuram ki, ədəbiyyatın altımışıncı illərdən başlayan yeniləşməsinin əsas yükü məhz “altımışıncılar” nəslinin çiyninə düşürdü.
Rus və Ümumittifaq yeni ədəbiyyatından bu adları çəkmək vacibdir: Yevgeni Yevtuşenko, Andrey Voznesenski, Bella Axmadulina, Robert Rojdestvenski, Yuri Kazakov, Vasili Şukşin, Fazil İskəndər, Vasili Aksyonov, Andrey Bitov, Vasili Belov, Valentin Rasputin, Vladimir Vısotski, İosif Brodski, Vladimir Maksimov və bir çox başqaları. “Altmışıncılardan” yaşca böyük olan Bulat Okudjavanı, Yuri Trifonovu, Viktor Astafyevi, Fyodor Abramovu, Viktor Rozovu, Viktor Nekrasovu və bir sıra başqalarını da bu siyahıya daxil etmək olar. Milli ədəbiyyatlara gəlincə, Qırğızıstanda Çingiz Aytmatov, Mar Bayciyev, Qazaxıstanda Oljas Süleymenov, Nurpeisov, Ukraynada İvan Draç, Vitali Korotiç, Özbəkistanda Timur Pulatov, Belarusiyada Vasil Bıkov, Ales Adamoviç, Estoniyada Rummo və E.Vetemea, Moldaviyada Drutse, Viyeru, Gürcüstanda Otar və Tamaz Ciladze qardaşları, Cansuq Çarkviani, Quram Pancikidze, Ermənistanda Qrant Matevosyan.
Bu yazıçıların taleləri də müxtəlif oldu. Yüksək sovet təltifatlarını və mükafatlarını alanlar da oldu, həbs və sürgün edilənlər də, vətənlərindən qovulub ömürlərini xarici ölkələrdə başa vuranlar da, Nobel (Brodski), ya Lenin (V.Şuşkin) mükafatlarına layiq görülənlər də.
Elə talelərinin bu müxtəlifliyi də bir çox hallarda sonra gələn nəsillərin qınağına səbəb olur. Yəni “altmışıncılar necə rejimə asi olublar ki, bu rejimin ən yüksək ordenlərini, Fəxri adlarını almışdılar. Yaxud “Siz niyə dissident olub sürgün, həbs olunmamısınız, məhv edilməmisiniz?” – deyə soruşurlar.
Altmışıncılara aid bu ittihamları əsasən Qorbaçov islahatlarından sonra qələmə sarılmış sonrakı ərköyün nəsillərin nümayəndələri irəli sürür. “İcazəli cəsarət” dönəmində keçmişdəkiləri “cəsarətsizlikdə” suçlamaqdan asan nə var ki?
Vaxtilə (daha dəqiq 16-22 oktyabr 2002) “Literaturnaə qazeta”da “Poçemu boqatıe ne löbət şestidesətnikov” (“Niyə varlılar altmışıncıları sevmir”) adlı məqalə çap olunmuşdu. Məqalə müəllifi Sergey Baymuxametovun bir sıra fikirləri mənə maraqlı olduğu üçün bu qəzeti saxlamışdım. Müəllif ən çox internet səhifələrində gənc nəsillərin altmışıncılara hücumlarından bəzi sitatları gətirir:
“Dövlət onlara (altmışıncılara – A.) hər şey vermişdi, onlar isə dövləti rüsvay etməyə çalışırdılar”.
Başqa bir sitat:
“Tarix onlara nadir bir şans – nisbi sərbəstlik bəxş etmişdi. Onlar isə bu şansı yalnız özlərini reklam etməkçün istifadə etdilər, özlərindən cavanların yollarını kəsdilər”. (Necə, nə sayaq? – A.)
Birisi hətta Lenindən bəyəndiyi sitatı gətirir: “Lenin haqlı deyib ki, ziyalılar millətin nəcisidir” (Lenin də, sitat gətirən də bu sözü öz adıyla yazır).
Başqa bu sayaq və daha biabırçı sitatlar gətirəndən sonra Baymuxametov “altmışıncılar” haqqında öz fikirlərini bölüşür: “Altmışıncılar Xruşşova inanıb onun ardınca getdilər. Amma sistem onları da, Xruşşovun özünü də sındırıb atdı. Qorbaçov yenidənqurmadan, azadlıqdan və demokratiyadan dəm vururdu, amma elə onun rəhbərliyi dövründə Anatoli Marçenko həbsxanada aclıq elan edərək dünyasını dəyişdi.
(Yeri gəlmişkən, həmin bu mərhum Ukrayna dissidenti Anatoli Marçenko azadlıqda olan zaman mənim “Dantenin yubileyi” povestimi ukrain dilinə çevirmişdi. Dostu Abbas Abdullaya yazırdı ki, Ukrayna mətbuatı əsəri məzmununa görə çap etməyə cəsarət etmədi. Görəsən, bizimkilərdən betər ayıq-sayıqlar bu povestdə hansı antisovet təxribatı tapıblar? – A.)
Baymuxametovun yazdığına görə, Qorbaçov dövründə bir nəfəri ona görə həbs ediblərmiş ki, Tvardovskinin “Tyorkin o dünyada” poemasını yayırmış. Biçarə məhbus bu poemanın “İzvestiya” qəzetində dərc olunmuş mətnini göstərsə belə bunun bir faydası olmayıb. Başqa bir fotoqrafı isə ona görə həbs edibləmiş ki, uydurma faktların fotosunu çəkib.
Müəllif yazır: “Tvardovski otuzuncu illərin dəbinə uyğun olaraq qolçomaq elan olunmuş və sürgün edilmiş valideynlərindən imtina edib, ömrü boyu bu hərəkətinin əzabını çəkib. Tvardovski yalnız “Novıy mir” jurnalının redaktoru deyildi, həm də hakimiyyətə yaxın adam idi. O, Xruşşovun köməkçisi Lebedevlə dosluq edir, onunla araq içirdi. Və Lebedevin vasitəsilə Xruşşova “İvan Denisoviçin bir günü” povestini çatdıra bilmişdi. İndi düşünün, Lebedevlə dostluğu olmasaydı, Tvardovski həmin povesti “Novıy mir”də necə çap edə bilərdi və beləliklə, Soljenitsının sonrakı taleyi necə olardı? Ümumiyyətlə, onun yazıçı taleyi baş tutardımı? Bəli, Yevtuşenko da öz etirafına görə Mərkəzi Komitənin kabinetlərini gəzə-gəzə söz azadlığı uğrunda mübarizə etdiyini deyir. Hakimiyyətlə mübarizə edənə, dissidentə baxın!
Amma axı həqiqətən belə idi. Bütün bunlarla bərabər bu davranışın önəmli tərəfləri də vardı”.
O dövrün məhdudiyyətləriylə qarşılaşmamış indikilər – bu cəhətdən xoşbəxt və asudə ədəbi gənclik – səthi nəticələr çıxarıb əsassız hökmlər verməməlidirlər.
Məqalə müəllifinin fikrincə, sonrakı nəsillərin altmışıncılara bu hədsiz nifrətinin səbəbi odur ki, dəhşətli şöhrət hərisləri ola-ola altmışıncıların populyarlığının yüzdə birini də qazana bilməyiblər.
İkinci səbəb odur ki, o dövrün imtiyazlarından eşidiblərsə də, çətinliklərindən xəbərləri yoxdur.
Bizim dilin ifadəsiylə desək “hazıra nazir” gəliblər. Niyə daha əvvəlki dövrlərin makulatura “ədəbiyyatı” onları nəinki qəzəbləndirmir, heç onun üstünü də vurmurlar. Görünür, belə ədəbiyyat onları daha çox təmin edir. Niyə məhz onların özlərinə yol açan “altmışıncılar” əsas hücum hədəfidir?
Məqalə müəllifi bunu Freydin “Edip kompleksiylə” əlaqələndirir. “Belə də olmalıdır – yazır. – Çoxluğu səfalət içində yaşayan, min cür məişət qayğısı olan xalqın narazılığını, qəzəbini hara yönəltsələr yaxşıdır? Əlbəttə, ilk növbədə ziyalılara, özəlliklə də “altmışıncılara”.
Baymuxametovun məqaləsi, rus ədəbi həyatına aid olsa da, eynilə bizim Azərbaycan ədəbiyyatına şamil edilə bilər.
Onların və bizim bu inkarçıları çox şey eyniləşdirir, o cümlədən əsrlər boyu bütün dinlərin və mədəniyyətlərin təsdiq etdikləri əxlaq normalarına tüpürmək. Bəşəriyyətin əsrlər boyu qəbul etdiyi əxlaq normalarına görə “ölənin dalınca danışmazlar”, ya da “ölənlər haqqında ya yaxşı danış, ya heç danışma”.
Bu prinsiplərə tam zidd olaraq pornoqrafik romanlar müəllifi Eduard Limonov yazıçı Vasili Aksyonovun ölümüylə bağlı deyir:
“Aksyonov da, digər “altmışıncılar” kimi mənim nəslimin rəqibləri idi. Biz isə rəqiblərimizin ideologiyasını qəbul etmirik – başdan-ayağa dissidentçilik, ədəbi planda bəsit romanlar. Düşünmürəm ki, onların yazdıqları əsrlər boyu qalacaq”.
Kimin romanları bəsitdir, kimin ancaq epataj naminə yazılmış mətnləri bəsit deyil – bunu Zaman göstərər. Onu da zaman müəyyənləşdirəcək ki, əsrlərdə kim qalacaq, kiminsə adını belə unudacaqlar.
Amma indi məni düşündürən odur ki, eynilə bu cür yanaşma bizim bəzi novcavanların da düşüncə tərzidir. Özləri az-çox fərli bir mətn ortaya qoya bilmədən, işləri peşələri özlərini tərifəmək, başqalarını aşağılamaqdır. Xam xəyallarında “altmışıncıları” çoxdan məhv edib basdırıblar, amma iş ondadır ki, o nəsil hələ də ölmək istəmir və canlı meyitlərdən daha diridirlər. Hətta dünyadan gedəndən sonra da əsərləri yaşayır.
“Altmışıncılara” haqsız hücumlardan bezmiş Yevgeni Yevtuşenko deyir ki, “mən altmışıncılara nifrət edənlərə nifrət edirəm”. Bu sayaq iradlara Bulat Okudjava daha sakit və təmkinli cavab verir.
“Gənc “səksənincilər” “altmışıncılara” qarşı yaman qəzəblidirlər. Unudurlar ki, atalar və oğullar problemi əsrlər boyu olub. Təbii ki, “altmışıncılar” öz zəmanələrinin övladları idilər. Onlar inqilabçı deyildilər, sadəcə olaraq namuslu insanlar idi və o şəraitdə yaşamaq istəmirdilər. Onlar rejimi dəyişməyi düşünmürdülər, onu bir qədər insaniləşdirməyə çalışırdılar ki, azacıq nəfəs almaq mümkün olsun. Vəssəlam, Mən “səksənincilərə” müraciət edirəm. Biz bacardığımızı elədik. İndi növbə sizindir. Bundan sonrasını siz davam edin”.
Məsələ ondadır ki, “altmışıncılar” adıyla birləşən nəslin hamısı eyni düşüncəyə, eyni estetik ölçülərə malik deyildilər. Hətta xronoloji olaraq bu nəslə mənsub olanların bəziləri “altmışıncılar” anlayışının özünü belə qəbul etmir, özlərini bu sırada saymırdılar. Əsasən bu fərqlənmə kənd və şəhər mövzularında yazan müəlliflərin bir-birlərinə ən azı şübhəylə yanaşmalarında idi. Bu, xüsusilə rus ədəbiyyatında hiss olunurdu. Çünki Rusiyada bu iki qism həm də milli-etnik fərqlənməylə bir-birindən ayrılırdı. Kənddən çıxmış və kənd mövzularında yazanlar həqiqi rus yazıçıları sayılırdı. Şəhər mövzularından, özəlliklə ziyalı zümrələrindən yazanlara isə müəyyən şübhəylə yanaşırdılar, çünki onların arasında rus dilində yazan yəhudilər, yarıyəhudilər, ya da xalis rus olub yəhudi meyilliləri sırf rus yazıçısı kimi qəbul etmək istəmirdilər. Hələ qatı antisemitləri demirəm. İşin çətin cəhəti ondaydı ki bu sırf ədəbi qarşıdurma yüksək partiya orqanları tərəfindən də ayrı-seçkiliyə əsas verirdi, Xruşşov başda olmaqla partnomenklatura bu “şəhər yazıçılarını” quruluşa gizli asilər sayırdılar, lakin kənd mövzularında həqiqəti yazanlar, faktik olaraq rejimə qarşı yönəlmiş sərt tənqidi yazıları da dözümlü qəbul edirdilər. Belə hesab edirdilər ki, torpaqla bağlı olan xalis rus müəlliflərin tənqidi içəridəndir, ziyalıların daxili ziddiyyətlərini ədəbiyyata gətirən “şəhərlilər” isə xarici düşmən qüvvələrin təsiri altındadırlar. Ən sərt kənd yazarları Vasili Şukşin, Valentin Rasputin, Viktor Astafyev, Vasili Belov ölkənin ən yüksək Lenin və Dövlət mükafatlarına layiq görülür, Sosialist Əməyi Qəhrəmanı olurdular (Valentin Rasputin). Müəyyən ayrı-seçkilik, şübhəsiz, milli ədəbiyyatlara, o sıradan Azərbaycan ədəbiyyatına da şamil edilirdi. Bu barədə mən “Drujba narodov” jurnalının təşkil etdiyi bir müşavirədə öz fikrimi bildirmişdim. Sonralar “Literaturnaya qazeta”da dərc olunmuş bir yazıda mənim fikirlərimlə səsləşən düşüncələrə rast gəldim. Qriqori Pomeranets adlı müəllif “Tövbəsiz” adlı məqaləsində (“Literaturnaya qazeta” 5 fevral 1997) yazırdı:
“Suslov siyasəti öz bəhrələrini verirdi, Polşa kommunistlərinin yoluyla gedərək Moskva ziyalılarını (ancaq Moskva ziyalılarınımı? – A.) parçalayırdılar. “Poçvenniklərin” (zəmin, torpaq yazarları kimi də çevirmək olar – A.) “mürtəce romantizmi” imtiyaz qazanırdı. Yəni kəndlinin bəsit bütövlüyü şəhər ziyalısının anlaşılmaz tərəddüdlərinə qarşı qoyulurdu, çünki bu sayaq ziyalılar öz rusluqlarını guya ki, qeyb etmişdilər. (Burada “rusluğunu” sözü əvəzinə “azərbaycanlılığını, qırğızlığını, litvalılığını” təyinlərini də qoymaq olar. – A.) Belə bir xam xəyal da yaranmışdı ki, ədəbiyyatda kəndli obrazları şəhərli obrazlarından daha bədiidir və yeganə həqiqət də məhz “kəndli həqiqətidir”. Əslinə qalsa bu ideya örtülü də olsa Soljenitsının “İvan Denisoviçin bir günü” povestində və “Matryonanın həyəti” hekayəsində görünmüşdü. Kənd nəsrinin şəhər nəsrindən üstün tutulması siyasətin və senzuranın təsiriylə idi. Amma tutalım kinoya müraciət etsək Andrey Tarkovskinin “İvanın uşaqlığı” filminin bütün qəhrəmanları ziyalılardır. Lakin Tarkovski heç də Şukşindən əskik sənətkar deyil. Tarkovskinin obrazları Vasili Belovun “Adi məsələ”sindəki personajlardan daha dərindilər”.
Məqalədə yer alan bu doğru fikirlərə mən onu da əlavə edərəm ki, şəhər ədəbiyyatında Yuri Tifonovun qəhrəmanları psixoloji təsvirin dərinliyinə görə heç də Rasputinin psixoloji təsvirlərindən zəif deyillər.
Bu misalları milli ədəbiyyatların nümunələriylə də təsdiq etmək olar. Məhz bu illərdə kənd mövzularında yazan “Azərbaycan altmışıncıları” rəsmi dəstək alır, irəli çəkilirdilər. Ziyalıların həyatını qələmə alan əsərlər isə şübhəli və gərəksiz hesab olunurdular, tənqid hədəfinə çevrilirdilər. Artıq dəbdən düşmüş “sosializm realizmi” metodu əvəzinə rus tənqidində kənd nəsrini təqdir edən “sosial realizm” ifadəsi işlənməyə başlandı. Xüsusən müharibədən sonrakı kənd həyatına həsr olunmuş əsərlərdə sosial çətinliklərin təsviri sərt, amma həqiqi və yüksək bədii ədəbiyyat kimi dəyərləndirilirdi və bu, əlbəttə, düzgün idi. Həmin ədəbiyyat kamil örnəkləriylə bu haqqı qazanmışdı. Amma məsələ ondaydı ki, bu ədəbiyyat söz sənətinin yeganə örnəyi kimi qəbul edilirdi, müsbət dəyərləndirilirdisə, şəhər insanlarının mənəvi iztirablarından bəhs edən mətnlər az qala sovet həyat tərzinə qarşı təxribat sayılırdı. İztirablar yalnız maddi qayğılara aid edilə bilərdi. Düşünən insanın həqiqət axtarışları, şübhələri, tərəddüdləri, ictimai narahatlığı “öz içində qurdalanmaq” kimi damğalanırdı. Azərbaycanda isə bu sayaq “ziyalı özündən narazılığı”, mənəvi axtarışlar ümumiyyətlə sovet həyatının təhrifi kimi suçlanırdılar. Amma bütün bunlara rəğmən son sovet dövrünün tam mənzərəsini – kəndiylə, şəhəriylə – küll halında əks etdirən ədəbiyyat kommunist ideoloji sisteminin iflasına yol açdı.
Haşiyə olaraq onu da qeyd edim ki, “şərti olaraq şəhər yazıçıları” adlandırılanlar kənd nəsrinin ən yaxşı örnəklərini təqdir edir, kənddən yazan istedadlı yazıçıları səmimi şəkildə dəyərləndirirdilər. Şərti olaraq kənddən yazan (və kənddən çıxmış) əhli-qələmlər isə “şəhərliləri” yazdıqlarını ciddi ədəbiyyat kimi qəbul etmirdilər. Ona görə ki, onların fikrincə, şəhərlilər həyata bələd deyillər (bu fikir daha çox Azərbaycan ədəbi mühitinə xas idi). Amma “həyat” deyəndə onlar yalnız kənd həyatını nəzərdə tuturdular. “Şəhər yazıçıları” isə heç vaxt kənddən yazanları şəhər həyatını bilməməkdə günahlandırmırdılar. Hətta onlar şəhər həyatından yazmağa uğursuz təşəbbüslər etdikləri zamanda da. Kənddə doğulmuş, böyümüş, yetişmiş, ömürlərinin müəyyən hissəsini torpaqla təmasda yaşamış müəlliflər şəhərlilərin xarakterini çətin qavrayırdılar və yetərincə dərk etmədən qınamağa başlayırdılar. Amma axı yazıçı peşəsinin özü əsasən şəhərli peşəsidir. Doğrudur, Lev Tolstoydan Mixail Şoloxova qədər bir çox klassiklər şəhərlərdən uzaqlarda yaşayıb-yaratmışlar (Azərbaycanda belə örnəklər göstərmək çətindir). Və o da var ki, ədəbi həyat, ədəbi mühit anlayışları şəhərlərdə formalaşır və odur ki, kənddən çıxmış yazıçıların şəhərdə məskunlaşmağa can atmaları anlaşılandır, amma söhbət bəzi hallarda “gəmidə oturub gəmiçiylə dava etməkdən” gedir. Mənim sözüm deyil, kimsə çox dəqiq deyib ki, “bəzi kənddən çıxmış yazıçılar ömürlərinin bir qismini kənddən köçüb şəhərli olmağa sərf edir, ikinci qismini isə doğma yerlərin həsrətini çəkib şəhəri burunlamağa”.
Ədəbiyyatda, sənətdə sovet ideoloji tabularından biri də o idi ki, əsərlərdə ziyalı, özəlliklə də sənətkar obrazı yaratmaq təqdir edilmirdi. Əlbəttə, söhbət keçmiş dövrlərin konkret şəxsiyyətlərindən, məsələn, – Nizamidən, Nəvaidən, Puşkindən, Abaydan getmirdi, çağdaş yazıçı, rəssam, bəstəkar, rejissor, ya aktyorların bədii obrazlarını əsərin baş qəhrəmanı kimi təqdim etməkdən gedir. Sanki unudurdular ki, XX əsrin bir sıra klassik əsərlərində məhz sənətkar insanların obrazları yaradılıb. Ancaq elə üç şah əsəri xatırlamaq yetərlidir. Tomas Mannın “Doktor Faust” romanının baş qəhrəmanı bəstəkardır. Mixail Bulqakovun “Master i Marqarita” (“Ustad və Marqarita”) romanının baş qəhrəmanı yazıçıdır. Bulqakov eyni zamanda səhnə həyatından bəhs edən “Teatr romanı”nın müəllifidir. Federiko Fellininin “Səkkiz yarım” filmi kinorejissorun yaradıcılıq axtarışlarından və əzablarından bəhs edir.
Bu sayaq temalar sovet ədəbiyyatının magistral yolundan sapmış çığırlar sayılırdı. Magistral yolda isə rəsmi sovet tənqidinin rəyincə, doğrudan da, böyük əsər olan “Sakit Don”la bərabər növ-növ “Sementlər”. “Hidrosentrallar”, “Qara metallurgiya” kimi “romanlar” sosialist realizminin bariz örnəkləri sayılırdı.
İndi “altmışıncılara” irad tutanlar unudurlar, ya heç bilmirlər ki, onlar ədəbi meydana çıxandan çox-çox əvvəllər elə “əsərlər” təqdir olunurdu ki, dağ başına qaldırılırdı ki, indi onları ya tamam unudublar, ya da çağdaş gözlə tanış olsalar ədəbiyyata parodiya təsiri bağışlayardılar. Yaxşı yadımdadır, o dövr “ədəbiyyatının” bəzi belə örnəkləri rəhmətlik Araz Dadaşzadənin dilindən düşmürdü. Ancaq ona məxsus “yoluxucu” gülüşlə qəhqəhə çəkərək sitatlar gətirirdi. O vaxtkı pyeslərdən birində anaya oğlunun ölüm xəbərini verəndə ana: – “Doğrudur, bu xəbər məni bir qədər sarsıtdı” sözləriylə başlayan cümlə işlədirdi. Başqa bir fantastik roman tənqid tərəfindən ona görə qiymətləndirilirdi ki, müəllif Marsda və Yupiterdə yaşayan şüurlu məxluqların dilini müxtəlif şəkildə təqdim etmişdi: marsdakılar əruz vəzninin rəməl bəhrində, yupiterlilər mütəqarib bəhrində danışırdılar. Belə bir şeir misrası da dilimizin əzbəri idi: “Salam Taras dayı, necədir halın, yenə də ağarıb saçın, saqqalın”. Araz: necə “yenə də?” – deyə uğunub gedirdi – yəni bir gün saqqalı qaralır sonra “yenə də ağarır?”.
Bəli, belə günlər və belə meyarlar da vardı o vaxtkı ədəbiyyatda.
“Altmışıncılara” iradlar
İndiki cavanların “altmışıncılara” bir iradı da ondan ibarətdir ki, onlar dissident olmayıblar. Düzdür, bu irad daha çox rus ədəbiyyatının altmışıncılarına qarşı yönəlir. İttiham edənlər “altmışıncıların” nəşr olunmuş leqal ədəbi məhsullarına qarşı yasaq olunmuş “Samizdat” mətnlərini çıxarırlar. Bilməyənləri agah edim ki, “Samidat” yəni “Özünü çap” adlandırılan gizli nəşrlər dar bir çərçivədə, özəlliklə Moskvada və Leninqradda yayılırdı. Təbii ki, elə bu şəhərlərdə də, bütün ölkədə də belə yazılarla çox cüzi bir zümrə tanış ola bilirdi. Doğrudur, yasaq edilmiş bir çox qiymətli əsərlər, o cümlədən çağdaş dünya ədəbiyyatından bir sıra tərcümələrlə o vaxt yalnız “Samizdat” nəşrləri vasitəsilə tanış ola bilərdin. “Samizdat” ədəbiyyatının əhəmiyyətini heç də azaltmadan, dissidentlərin hünərlərinə və dözməli olduqları əzablarına sayqı duymaqla bərabər o həqiqəti də etiraf etmək istəyirəm ki, bu mətnlərin sadaladığım səbəblərdən şüurlara kütləvi təsiri ola bilməzdi. İctimai şüura təsir edən mətbuatda çıxan yazılar idi. Rus ədəbiyyatında da, milli ədəbiyyatlarda da məhz həqiqət barədə həqiqəti əks etdirən əsərlər sosrealizm deyilən psevdoədəbiyyatın bel sütununu qırdı.
Bizim Azərbaycanın altmışıncılarına tutulan iradlardan biri də budur ki, niyə sizin bəzi rus yazıçıları kimi o vaxt çap oluna bilməyəcək sandıq yazılarınız yoxdur ki, indi bunu üzə çıxarasınız? Əvvəla, bizim də elə yazılarımız var və onları məhz sensurasızlıq dövründə üzə çıxardıq. İkinci, imkan daxilində həqiqətləri çatdıran əsərlərin təsir gücü sandıqda qalıb heç kəsin xəbər tutmadığı mətnlərdən daha önəmli deyilmi? “Əlyazmaları yanmır” deyən (halbuki Mirzə Cəlil oğullarının otaqlarını isitmək üçün əlyazmalarını yandırmışdı) Mixail Bulqakov ölməz romanın müəllifidir. Amma sandıqda qalmış “Ustad və Marqarita”dan daha çox o dövrün ictimai rəyinə İlya Erenburqun xatirələri, Yevtuşenkonun və Voznesenskinin poeziyası nüfuz edirdi. İndi yaşadığımız dövrdə bu müəlliflər də bir çox başqa layiqli yazıçılar kimi nəinki kölgədə qalır, hətta xidmətləri nankorcasına inkar edilir. Unudurlar və unutdurmaq istəyirlər ki, ictimai şüura güclü təsir göstərən bu adların sırasında hökmən Yuri Trifonovun, Vasili Şukşinin, Vasil Bıkovun, Çingiz Aytmatovun, Viktori Astafyevin, Vasili Aksyonovun və bir çox başqalarının da adlarını çəkmək vacibdir. “Ustad və Marqarita” romanı isə oxuculara o vaxt çatdırıldı ki, zaman artıq dəyişmişdi. O cümlədən əsərləri leqal çap olunan yazıçıların cəhdlərinə görə dəyişmişdi. Senzura yasaqlarını adlayıb keçən ədəbiyyatı yarımçıq həqiqət saymaq insafdan deyil. Əlbəttə, qeyd-şərtsiz tam həqiqət daha yaxşıdır. Amma buna heç bir imkan verilməyəndə, yarıhəqiqət hər halda ağ yalandan da, lal-dinməzlikdən də daha faydalıdır.
Azərbaycanda necə, sırf dissident ədəbiyyat olubmu?
Bu sözün dar mənasında yox, olmayıb. Sovet dönəminin müxtəlif illərində ayrı-ayrı dissident təşəbbüsləri olub, dərhal da üstü açılıb və cəzalandırılıb. Amma bu mənada quruluşa açıq şəkildə asi olan dissident ədəbiyyatı olmayıb. Lakin bu anlayışı daha geniş anlamda – mövcud ideoloji və estetik çərçivələrə sığmayan, rejimin bədii yaradıcılığın qarşısına qoyduğu tələblərlə barışmayan ədəbiyyat və incəsənət əsərləri – həm də tək bədii söz sahəsində deyil, musiqidə, rəssamlıqda, teatr və kinoda, şübhəsiz, olub. Sovet gerçəkliyinin plakatlarda təsvir olunduğu kimi yox, həqiqi mənzərəsini göstərmək elə dissidentlik idi. Bu anlamda hətta rus ictimai fikrində də, ədəbiyyatında da yalnız Soljenitsın, Saxarov, Bukovski, Amalrik, Şaranski, Ginzburq, qeneral Qriqorenko, Sergey Kovalyov deyil, yuxarıda adları çəkilən yazıçılar da, Azərbaycanda Bəxtiyar Vahabzadə, İsa Hüseynov, Sabir Əhmədov və bir sıra başqa müəlliflər də dissident sayıla bilər.
Bu barədə danışmaq mənimçün yaxşı deyil, amma deməliyəm ki, o illərdə bizim publisist yazıçılarımızdan biri yüksək kürsüdən bəyan edirdi ki, Azərbaycanda da Soljenitsın əmələ gəlib, məsələn, Anar. İndi mən bunu gecikmiş zarafat və layiq olmadığım kompliment kimi qəbul edirəm, amma o vaxt bu, sırf siyasi donos idi.
Altmışıncı illərdə ədəbiyyat tariximizin ən önəmli cərəyanı Mirzə Fətəli Axundzadədən, Mirzə Cəlil Məmmədquluzadədən, Mirzə Ələkbər Sabirdən gələn tənqidi, ifşaedici istiqamət altmışıncı illər ədəbiyyatının şah damarı oldu. Və elə qələm sahiblərinin bəziləri şeytançılıq, çuğulluq edərək bu təşəbbüsləri sovet quruluşuna qarşı təxribat kimi təqdim edir, “lazımi yerlərə” açıq, ya gizli donoslar verirdilər.
Sovet dönəmində aldığımız mükafatları, fəxri adları başımıza qaxanlar, o dövrün ölçüsüz-biçisiz rəsmi basqılarından, ayıq-sayıq partiya nəzarətindən, amansız senzura istibdadından başqa öz həmkarlarımızın şeytançılığını da nəzərə alsaydılar, bəlkə bir az daha insaflı olardılar. Amma bəxtimiz onda gətirmişdi ki, o vaxt Azərbaycana öz etirafına görə özü ən böyük dissident olan Heydər Əliyev rəhbərlik edirdi. Heydər Əliyevin əvvəllərdə gətirdiyim çıxışından bir fikri xüsusi vurğulamaq istəyirəm. Tamamilə doğru qeyd edir ki, Azərbaycanda dissident sayıla biləcək yazıçılar sovet həyatı haqqında həqiqəti yazırdılar. Həqiqəti olduğu kimi göstərmək isə sovet ideoloqlarının rəyincə quruluşu ittiham etmək deməkdi.
Azərbaycanda “altmışıncılar” nəsrinin ən parlaq əsərlərinin qəhrəmanları adi insanlar idi, bunu isə o vaxtın ideoloji tənqidi sistemə qarşı təxribat kimi qələmə verməyə çalışırdı. Hətta altmışıncılara müəyyən rəğbətlə yanaşan mötəbər tənqidçilər belə bu əsərlərdəki həyat həqiqətlərini meşşanlığa qarşı mübarizə kimi qələmə verməyə çalışırdılar, halbuki personajlarımız meşşanlar yox, gündə rast gəldyimiz adi insanlar idi. Plakat qəhrəmanlara alışmış estetik baxışlar bunu heç cür qavraya bilmirdilər. Bəzi sital tənqidçilər isə yazılarımızı yalnız sosrealizmə zidd (bu, doğrudan da, belə idi) mətnlər kimi yox, həm də antisovet mətnlər kimi qələmə verməyə başladılar ki, bu artıq siyasi donos idi. Biz insanın daxili aləmini təsvir etməyə çalışırdıq, amma hətta yetərincə hazırlıqlı və savadlı tənqidçi də bunu mikromühitə, yəni kiçik dünyaya varmaq kimi qavrayırdı. Belələri üçün MAKROMİR, yəni böyük dünya əzəmətli quruculuq işləri, adi insani miqyaslara sığmayan möhtəşəm əməllər idi. Onların düşüncəsinə görə, Makromirin – böyük dünyanın adi insanların gündəlik qayğıları, ailə, məişət, iş problemləriylə heç bir əlaqəsi yox idi. Qəhrəmanlıq şücaətlərindən, nəhəng əməllərdən başqa hər şey onların gözlərində xırdaçılıq, kiçik məsələlərlə uğraşmaq deməkdi. Bizim personajlar adi sözlərlə danışırdılar, amma ritorikaya və pafosa alışmış oxucu bunları şivə kimi, ləhcə kimi, ara danışığı kimi qavrayırdı. Gərək on illər keçəydi ki, bütün bunlar bizim düşündüyümüz kimi qavransın. Amma elə bir dövr gələndə və o dövrün ədəbiyyatına həyat həqiqətlərinə uyğun təsvirlər kimi qəbul olunmağa başlananda yeni peyda olmuş yazıçılar da bunları heçə saymağa başladılar və “ədəbiyyat bizdən başlayır” – kimi əsası olmayan iddialarla çıxış etdilər. Həmişə bu fikirdə olmuşam və indi də bu fikirdəyəm ki, altımışıncı illər ədəbiyyatımızın qızıl dövrü idi. Amma məhz iddialı və inkarçı gənclərin bu ədəbiyyatı heçə saymalarından rəncidə olaraq ilk dəfə “altmışıncı illər ədəbiyyatın qızıl dövrü idi, indi isə qızılca dövrüdür” demişdim. Qızılca uşaqlıq xəstəliyidir və doğrudan da, bəzi gənclərin yazıları infantilizm, yəni uşaq oyunları səviyyəsində görünürdü. Bu sözlərlə kimisə incitmişəmsə ifadəmi geri götürürəm. Altmışıncı və yetmişinci illər (faktiki olaraq bu iki on illik eyni estetik dəyərlərin təsdiq olunduğu dövrdür. “Altmışıncılar” deyəndə yetmişinci illər də ədəbiyyatda özlərini təsdiq etmişlər də nəzərdə tutulur). Doğrudur, ədəbiyyatımızın “qızıl dövrü” saymağımda israrlıyam, amma sonrakı səksəninci, doxsanıncı illərdə və XXI əsrdə də ədəbiyyatımızın bütün sahələrində, şeirdə, nəsrdə, dramaturgiyada, tənqiddə bir çox dəyərli əsərləri yarandığını da danmıram. Lakin təkrar edirəm “altmışıncılar” (“yetmişincilər” də daxil olmaqla) ədəbiyyat tarixində xronoloji anlayış kimi yox, estetik məfhum kimi təsdiq olunub.
Rejissor Asif Rüstəmovun “Mərmər soyuğu” filmi Almatıda keçirilən XVI Avrasiya Beynəlxalq Film Festivalında “Ən yaxşı rejissor işi” mükafatına layiq görülüb.
AZƏRTAC xəbər verir ki, ekran əsərinin baş prodüseri Arzu Əliyeva, rejissoru Asif Rüstəmov, quruluşçu operatorları Oktay Namazov və Adil Abbasovdur. Prodüserlər Fariz Əhmədov, Balakişi Qasımov, Orman Əliyev və Guillaume de Seille, həmçinin kreativ prodüser İradə Bağırzadə, ssenari müəllifləri Asif Rüstəmov və niderlandlı həmkarı Roelof Jan Minneboo, eləcə də quruluşçu rəssam Rafiq Nəsirovdur.
Əsas rollarda Xalq artisti Qurban İsmayılov, aktyorlar Elşən Əsgərov və Natavan Abbaslı çəkiliblər.
Azərbaycanda ilk dəfə çəkiləcək çoxseriyalı tarixi bədii televiziya filmi olan “Atabəylər: Şəmsəddin Eldəniz”də rol alacaq aktyorların seçim mərhələsi keçirilir.
“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin İctimaiyyətlə əlaqələr və sosial media şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Musiqili Komediya Teatrında həyata keçirilən seçim müsabiqəsinin ikinci günündə mədəniyyət naziri Anar Kərimov da iştirak edib.
Münsiflər heyəti ekran işinə həyat verəcək ən layiqli aktyorları üzə çıxarmağa çalışırlar. Bildirilib ki, bu filmdə çox sayda aktyor olmalıdır, baş rollar çoxdur. Hazırda ilk 8 bölüm üçün aktyor seçimi edilir. Sui-qəsdlər, döyüş səhnələri, saray intriqaları, sevgi hekayələri ümumilikdə “Atabəylər: Şəmsəddin Eldəniz” serialı Azərbaycan kino sənayesində yenilikdir.
AzTV-də yayımlanacaq serial iki mövsümdən ibarət olacaq. İlk mövsüm “Atabəylər: Şəmsəddin Eldəniz” adlanır. Serialda tariximizin XII-XIII əsrlərinə müraciət edilməklə Azərbaycan Atabəylərinin qurduğu dövlətin nəhəng sərhədlərinə diqqət çəkiləcək. Həmin dövrün ədəbi-bədii həyatı da diqqətdə saxlanılacaq.
Mədəniyyət Nazirliyi, “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC, Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutu, Azərbaycan İlahiyyat İnstitutu və “İMZA” Sosial İnkişafa Dəstək İctimai Birliyinin tərəfdaşlığı ilə ərsəyə gələcək filmin çəkilişi “Şahdağfilm”ə həvalə olunub.
Cari ilin sonuna kimi dahi Azərbaycan şairi Nizami Gəncəvi haqqında çəkilmiş “Sevgi hekayəsi” adlı bədii filmin təqdimatı olacaq.
AZƏRTAC xəbər verir ki, bunu Mədəniyyət Nazirliyinin Kinematoqrafiya şöbəsinin müdiri Rüfət Həsənov Azərbaycan-Türkiyə İkinci Birgə Mədəniyyət Komissiyasının iclasında deyib.
O bildirib ki, ekran əsərinin təqdimatı Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ərəfəsində olacaq. Tammetrajlı filmdə şairin həyat və yaradıcılığından bəhs edilir.
Bu il Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı əsasında Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi görkəmli bəstəkar, SSRİ-nin Xalq artisti Rauf Hacıyevin anadan olmasının 100 illiyi münasibətilə Musiqi Festivalı təşkil edib. Festival çərçivəsində Azərbaycan Dövlət Akademik Musiqili Teatrı səhnəsində “Qafqazlı qardaşqızı” operettası tamaşası oynanılmış, Heydər Əliyev Sarayında “Bu həyat qədər” adlı estrada-simfonik konsert baş tutub.
“Rauf Hacıyev – 100” Musiqi Festivalı çərçivəsində 15 dekabr 2022-ci il tarixində F.Əmirov adına Gəncə Dövlət Filarmoniyasında estrada konserti keçirildi. Konsert Mədəniyyət Nazirliyinin dəstəyi, F.Əmirov adına Gəncə Dövlət Filarmoniyasının, Gəncə Şəhər İcra Hakimiyyətinin, Gəncə Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı altında hazırlandı.
Musiqi gecəsi Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətovun salamlayıcı nitqi ilə açıldı. Öz çıxışında V.Cənnətov Rauf Hacıyevin musiqi irsinin Azərbaycan musiqi mədəniyyətindəki müstəsna rolunu vurğuladı, ölkə başçısı İlham Əliyevin Sərəncamına əsasən bu il ərzində Gəncədə R.Hacıyev yubileyi çərçivəsində bir sıra tədbirlərin keçirildiyi haqda söz açdı. Sonra Mədəniyyət Nazirliyinin İncəsənət və qeyri-maddi mədəni irs şöbəsinin əməkdaşı, musiqişünas Turan Məmmədəliyeva çıxış üçün səhnəyə dəvət aldı və Rauf Hacıyevin fəaliyyətinin ilə yaradıcılığının musiqi mədəniyyətimizdə tutduğu mühüm yeri, bəstəkarın musiqisinin özəl və novator cəhətləri barədə söz açdı. Musiqi gecəsində şəhər sakinləri ilə bahəm jurnalistlər, kütləvi media nümayəndələri və bəstəkarın ailə üzvləri iştirak etdilər.
Musiqi axşamı üçün hazırlanmış proqram Xalq artisti Rafayel Bayramovun idarə etdiyi Kamera orkestri və Şəhriyar Tağıyevin rəhbərlik etdiyi “Xəmsə” Estrada ansamblı tərəfindən hazırlanmışdı. Konsertin iştirakçıları, solistlər – Xalq artisti Sevinc İbrahimova, Əməkdar artist Kəmalə Tağızadə, ansamblın solistləri Əli Məmmədov, Rüstəm Cəfərov, Əməkdar mədəniyyət işçisi Mehparə Cəfərova, klassik müğənnilər Leyla Məmmədova, Elmir Pişnamazzadə, Vasif Bayramov Rauf Hacıyevin “Sevgilim”, “Mehriban Bakı”, “Saçlarına gül düzüm”, “Leyla”, “Bahar sənsiz”, “Bənövşə”, “Azərbaycanım” və digər mahnı inciləri ilə instrumental kompozisiyalarını ifa etdilər. Proqram çərçivəsində bəstəkarın kamera orkestri üçün “Qızlar rəqsi” adlı miniatürü də ilk dəfə ifa olundu.
17-21 dekabr tarixlərində Bakıda “Türk filmləri həftəsi” keçirilir. Layihə Türkiyə Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Mədəniyyət Nazirliyi, Bakı Yunus Əmrə İnstitutu və Yerli Düşüncə Dərnəyinin birgə təşkilatçılığı ilə gerçəkləşir.
Dekabrın 17-də Nizami Kino Mərkəzində “Türk filmləri həftəsi”nin açılışı olub.
Mərasimdə mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev, Türkiyə mədəniyyət və turizm nazirinin müavini Ahmet Misbah Demircan, Türkiyənin ölkəmizdəki səfiri Cahit Bağcı, mədəniyyət, incəsənət xadimləri, digər qonaqlar iştirak ediblər.
Açılış nitqi söyləyən mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev qeyd edib ki, Türkiyə və Azərbaycan öz tarixlərinin ən mürəkkəb dövründə daim bir-birinə dəstək olublar. Bu dəstək müasir dövrümüzdə də davam edir: “Azərbaycan müstəqillik əldə etdikdən sonra Türkiyə ilə ölkəmiz arasında bütün sahələrdə olduğu kimi, mədəni münasibətlərdə də böyük inkişaf baş verib. Kino sahəsində də Azərbaycanla Türkiyə arasında əməkdaşlıq uğurla davam və inkişaf etdirilir. Buna misal olaraq hər iki ölkədə keçirilən kino günlərini, film təqdimatlarını, tanınmış kino xadimləri ilə görüşləri və s. göstərmək olar. İki qardaş ölkə arasında kino sahəsindəki əməkdaşlığın davamı olaraq Bakıda növbəti “Türk filmləri həftəsi”nin açılışı keçirilir. İnanıram ki, film həftəsi çərçivəsində nümayiş olunacaq ekran əsərləri Azərbaycan tamaşaçıları tərəfindən həmişə olduğu kimi, yenə də böyük maraq və sevgi ilə qarşılanacaq”.
Türkiyə mədəniyyət və turizm nazirinin müavini Ahmet Misbah Demircan çıxışına Ulu öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” sözləri ilə başladı. Bildirib ki, Azərbaycan və Türkiyə qardaş ölkələr olaraq bir-birinin sevincini, kədərini paylaşan, ürəyi bir döyünən eyni millətdir: “Qarabağda 30 il əvvəl baş verən hadisələr Azərbaycanda olduğu kimi, Türkiyədə də böyük kədərlə qarşılanırdı. 44 günlük Vətən müharibəsində qazanılan şanlı Qələbə isə bizlərə böyük sevinc hissi bəxş etdi”.
Ahmet Misbah Demircan çıxışının sonunda layihənin ərsəyə gəlməsində əməyi olan hər kəsə təşəkkürünü bildirib.
Türkiyənin ölkəmizdəki səfiri Cahit Bağcı, Yerli Düşüncə Dərnəyinin sədri, türkiyəli deputat Metin Gündoğdu və Bakı Yunus Əmrə İnstitutunun rəhbəri Selçuk Karakılıç çıxış edərək layihə haqqında məlumat veriblər.
Vurğulanıb ki, beş gün davam edəcək layihə çərçivəsində film nümayişləri ilə yanaşı, rejissor Semih Kaplanoğlu ustad dərsi keçəcək, yerli kinematoqrafçılarla görüşəcək.
Layihənin proqramına əsasən, “Sədaqət Həsən”, “Yeddinci kameradakı möcüzə”, “Yaxşı ki varsan, Ərən”, “Sədaqət – müqəddəs döyüş”, “Eşqin ömrü”, “Ankara yayı – vida məktubu” və “Rafadan tayfa – Göbəklitəpə” (cizgi filmi) ekran əsərləri nümayiş etdiriləcək. Seanslara giriş pulsuz olacaq.
Bundan əlavə, türkiyəli rejissorlar Tunç Davut, Murat Şeker, Mustafa Kara, prodüserlər Hacı Mehmet Altınal, Qalip Güner, aktyorlar İpek Tuzcuoğlu, Umut Karadağ və Fatih Osmanlı kino həftəsi çərçivəsində Bakıda müvafiq sahə üzrə tələbələrlə, kino xadimləri ilə görüşəcək, birgə layihələrlə bağlı müzakirələr aparılacaq.
Daha sonra türkiyəli kinematoqrafçılar və film həftəsinə dəstək olan qurumların nümayəndələrinə plaketlər təqdim olunub.
Sonda rejissor Semih Kaplanoğlunun “Sədaqət Həsən” filmi nümayiş etdirilib.
Qeyd edək ki, layihə türk filmlərini ölkəmizdə nümayiş etdirməklə bərabər, Türkiyə və Azərbaycanın kino sektorunun nümayəndələrini bir araya gətirmək, müştərək ekran əsərləri yaratmaq və təcrübə mübadiləsi aparmaq məqsədi daşıyır.
Xəbər verdiyimiz kimi, mədəniyyət naziri Anar Kərimov dekabrın 16-da Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edib. Qəbuldan sonra nazir Sumqayıtda bir sıra mədəniyyət ocaqlarına baş çəkib, müəssisələrin ümumi fəaliyyəti, cari vəziyyəti və maddi-texniki imkanları haqqında məlumat alıb.
Səfər çərçivəsində Anar Kərimov 2019-cu ildə istifadəyə verilən Sumqayıt Muğam Mərkəzində və 2017-ci ildə yaradılan Bayraq Muzeyində olub.
Sonra nazir 1986-cı ildən fəaliyyət göstərən Sumqayıt şəhər “Kimyaçı” Mədəniyyət Sarayına baxış keçirib. Qeyd edilib ki, 2011-ci ildə Prezident İlham Əliyevin Sumqayıt şəhərinə səfəri zamanı Mədəniyyət Sarayının mövcud vəziyyəti ilə tanış olub, bu mədəniyyət ocağının əsaslı şəkildə yenidən qurulması ilə bağlı tapşırıqlar verib. 2013-cü ilin oktyabr ayında burada əsaslı təmir işlərinə başlanılıb və 2017-ci ilin sentyabr ayında tam başa çatdırılıb.
Sarayda Sumqayıtın musiqi məktəblərinin müəllimlərindən ibarət xalq çalğı alətləri orkestri, “Humay” xor kollektivi, “Buta” qızlar ansamblı və “Qafqaz” milli rəqs qrupunun ifaları təqdim olunub.
Sumqayıt şəhər Əli Kərim adına Poeziya evinə gələn nazirə məlumat verilib ki, müəssisə 1990-cı ildə fəaliyyətə başlayıb. Poeziya evi 2013-cü ildə daha yaxşı şəraiti olan binaya köçürülüb. Nazir burada yeni yaradılmış xalq çalğı alətləri orkestrinin üzvləri ilə görüşüb, kollektivin ifasında xalq və bəstəkar mahnılarını dinləyib.
Anar Kərimov Sumqayıt şəhər Səid Rüstəmov adına 3 nömrəli Uşaq İncəsənət Məktəbinin fəaliyyəti ilə tanış olub. Məlumat verilib ki, musiqi məktəbi 1976-cı ildə fəaliyyətə başlayıb, 2016-cı ildə təhsil ocağı üçün yeni bina istifadəyə verilib. Məktəbdə fortepiano, violin, klarnet, balaban, saz, tar, kamança, qarmon, nağara, xanəndəlik, vokal, rəssamlıq, xoreoqrafiya, xor dirijorluğu, nəzəriyyə ixtisasları tədris olunur, 902 şagird təhsil alır, 189 müəllim çalışır. Məktəbdə musiqi təhsili ocaqlarının şagirdlərdən ibarət orkestrinin ifası təqdim olunub.
Cəfər Cabbarlı adına Mədəniyyət Mərkəzinə gələn nazirə 1951-ci ildə yaradılan müəssisənin fəaliyyəti barədə məlumat verilib.
Səfər çərçivəsində Sumqayıt Dövlət Dram Teatrına da baxış keçirilib. Bildirilib ki, teatr 1968-ci ildə fəaliyyətə başlayıb. Prezident İlham Əliyevin Sərəncamı ilə 2018-ci ildə teatrın 50 illik yubileyi dövlət səviyyəsində qeyd olunub.
Anar Kərimov mədəniyyət müəssisələrində fəaliyyətin daha da canlandırılması, işin müasir tələblərə uyğun qurulması ilə bağlı tapşırıq və tövsiyələrini verib.
Moskva Ritorika və Natiqlik Bacarığı Universitetinin aparıcı təlimçisi, Beynəlxalq Trenerlər Assosasiyasının üzvü Nəcəf Allahverdiyev tərəfindən Mədəniyyət Nazirliyinin əməkdaşları üçün 2 həftə ərzində 4 istiqamət üzrə – Natiqlik, Emosiyaların və stressin idarə edilməsi, “Mind Map” (Beyin xəritəsi) və “Time Management” (Zamanın idarə edilməsi) təlimlərinin keçirilməsinə başlanılıb.
Sözügedən təlimlər müasir dünya təcrübəsi əsasında, yeni dövrün tələblərinə uyğun və qabaqcıl format üzərində hazırlanmış, rəhbər vəzifəli şəxslərdə peşəkar idarəetmə biliklərinin artırılması, onlara məsul olduğu proseslər və tabeliyində olan işçilərin daha effektli idarə edə bilmə səriştələrini özündə ehtiva edir.
Həmçinin 4 modul üzərində keçirilməsi planlaşdırılan təlimlərdə iştirakçılar təhlil etmə, stresslə mübarizə, vaxtın idarə edilməsi, informasiya axının tənzimlənməsi, komanda qurma bacarığı və s. səriştələrə yiyələnmiş olacaqlar.
M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında interaktiv şəkildə davam edən təlimlərdə iştirakçıları maraqlandıran suallar ətrafında müzakirələr aparılır, müxtəlif praktik tapşırıqlar icra olunur.
Qeyd edək ki, 22.12.2022-ci il tarixinədək davam edəcək təlimlərin sonunda iştirakçılara sertifikatlar təqdim olunacaq.
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının təsisçisi və baş redaktoru Kənan Aydınoğlunun 16 dekabr 2022-ci il tarixli müvafiq qərarına əsasən, Azərbaycan Yazıçılar Birliyinin üzvü, xanım yazar Firəngiz ƏHMƏDOVAAzərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının QUBA Bürosunun Rəhbəri təyin edildi.
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə əlaqələr şöbəsi.
1990-cı il iyulun 2-də Bakıda vəfat etmiş və doğulduğu kənddə dəfn edilmişdir.
Yaradıcılığı
Osman Sarıvəlli ədəbi yaradıcılığına 1933-ci ildə başlamışdır. Həmin ildə “Gənc işçi” qəzetində “Ayaqsız” adlı ilk şeiri çap olunmuşdur. Osman Sarıvəllinin “Dəmir sətirlərim” adlanan birinci kitabı 1934-cü ildə çap olunmuşdur.
Dekabrın 17-də, saat 14-də “Sabunçu Gənclər Evi”ndə maraqlı bir kitab təqdimatı olacaq. Gənc yazıçı Habil Yaşarın “Yeddinci ayın yeddisi” kitabının.
Kitab “Azərkitab” Yayınlarında gənc nəşr olunub. Redaktoru Əkbər Qoşalıdır.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, oxuduqca oxucunu intizarda saxlayan bu romanda oxucu gerçək sevgini də yaşayacaq, mübarizliyə də şahid olacaq, eyni zamanda müxtəlif mövzularda dəyərli düşüncələrlə də tanış olacaq.
Əsərdə Aytəkin başda olmaqla, Nihat, Fərid, Aysel və s kimi xarakterlər yer alıblar. Hər birinin öz dünyası var. Və bu günyalar əksərən bir-birinin ziddinədir.
Onu da qeyd edək ki, “Yeddinci ayın yeddisi” müəllifin ilk romanıdır.
Azərbaycan Milli Elmlər Akademiyasında “Akademiyanın Şuşanaməsi” ədəbi-tarixi ənənə və gələcəyə baxış” adlı konfrans keçirilib. Konfransın plenar iclası Akademiya binasının Dairəvi zalında baş tutub. Tədbiri giriş sözü ilə açan AMEA prezidenti akademik İsa Həbibbəyli konfrans iştirakçılarını salamalayıb və “Şuşa ili” çərçivəsində Azərbaycan Milli Elmlər Akademiyasında görülən işlər, çap olunan kitab və məqalələr, keçirilən konfranslar barədə məlumat verib. Daha sonra AMEA Memarlıq və İncəsənət İnstitutunun şöbə müdiri, akademik Zemfira Səfərova “Şuşa Azərbaycan musiqi məbədidir” adlı məruzə ilə çıxış edib. Alim Şuşanın Azərbaycan musiqi tarixində oynadığı roldan, bu şəhərdə yetişən dahi musiqiçilərdən söz açıb. Sonra çıxış üçün söz konfransa qonaq qismində dəvət olunan millət vəkili Zahid Oruca verilib. Natiq belə bir mötəbər tədbiri həyata keçirdiyi üçün AMEA prezidenti, akademik İsa Həbibbəyliyə təşəkkür edib, II Qarabağ müharibəsinin xalqımızın zəfəri ilə başa çatmasında alimlərimizin rolundan bəhs edib. Digər millət vəkili Tural Gəncəliyev də çıxışı zamanı “Şuşa ili” çərçivəsində AMEA-da görülən işləri təqdir edib və uşaqlıq illərinin keçdiyi Şuşa ilə bağlı xatirələrini bölüşüb.Daha sonra plenar iclasda AMEA Tarix İnstitutunun baş direktoru tarix elmləri doktoru, professor Kərim Şükürov, AMEA-nın müxbir üzvü Tehran Əlişanoğlu, Nəsimi adına Dilçilik İnstitutunun şöbə müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Kifayət İmamquliyeva çıxış edib. Plenar iclasın sonunda “Şuşa ili”ndə fəallığı və elmi fəaliyyəti ilə seçilən AMEA əməkdaşları fəxri fərmanlarla təltif olunublar. Fasilədən sonra beynəlxalq konfrans öz işini bölmə iclasları ilə davam etdirib. Üç bölmə üzrə məruzələr dinlənilib. Birinci bölmənin iclası akademiya binasının Kiçik akt zalında keçirilib. Bölmənin sədri filologiya elmləri doktoru Əlizadə Əsgərli, katibi Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi işçisi Orxan İsayev, ikinci bölmənin sədri filologiya üzrə fəlsəfə doktoru, dosent Aygün Bağırlı, katibi Ədəbiyyat İnstitutunun əməkdaşı Pərvanə Kərimova, üçüncü bölmənin sədri filologiya elmləri doktoru Elnarə Akimova, katibi filologiya üzrə fəlsəfə doktoru Gülnar Qəmbərova olub. Bölmədə filologiya elmləri doktoru Salidə Şərifovanın “Poeziya və nəsrimizdə Şuşanın bədii təsiri”, filologiya elmləri doktoru Elçin Mehrəliyevin “ Qarabağ mövzusunda yazılmış əsərlərdə yurd-yuddaş birliyinin bədii təcəssümü”, filologiya elmləri doktoru İlham Cəfərsoyun “Şuşa qartal deməkdir”, filologiya elmləri doktoru Raqub Kərimovun “Xurşidbanu Natəvan və Şuşa ədəbi mühiti”, filologiya elmləri doktoru İslam Sadığın “Elamın paytaxtı Şuşa şəhəri”, filologiya elmləri doktoru Yaşar Qasımbəylinin “Azərbaycan poeziyasının Şuşa güvənci və sevinci”, filologiya üzrə fəlsəfə doktoru Əkrəm Bağırovun “Şuşa şairləri təzkirələrdə”, filologiya üzrə fəlsəfə doktoru Elnarə Qaragözovanın “Tarixi romanlarda Şuşa obrazı” və filologiya üzrə fəlsəfə doktoru Lalə Həsənovanın “Narahat ruhumuzun oylağı Şuşa və ya müasir tariximizin təcəssüm olunduğu əsər” adlı məruzələr dinlənilib. Çıxış edən alimlər Şuşa şəhərini həm bədii, həm də tarixi aspektdən araşdırıb təhlil ediblər. Məruzəçilər daha çox Şuşa obrazının bədii ədəbiyyat təcəssümü, Şuşa və Qarabağda ədəbi mühit, Şuşanın tarixi, eləcə də Şuşa toponiminin qədim türk dillərində necə əks olunması ilə bağlı fikirlər irəli sürüblər. Məruzələr yekulaşdıqdan sonra elmi diskussiya, fikir mübadiləsi aparılıb. Sonda çıxışçıların hər birinə Azərbaycan Milli Elmlər Akademiyası tərəfindən nəşr edilən “Akademiyanın Şuşanaməsi: ədəbi-tarixi ənənə və gələcəyə baxış” beynəlxalq elmi konfransın materialları və təşəkkürnamələr təqdim edilib. Orxan İsayev AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitunun əməkdaşı
Bakı Dövlət Sirki bütün fəsillərdə fəaliyyət göstərməkdə davam edir.
Dekabr ayının 17-dən başlayaraq “Güzgülər dünyası” adlı beynəlxalq sirk proqramı nümayiş etdirəcək.
Sirk proqramı yanvarın 8 – nə kimi davam edəcək.
“Güzgülər dünyası” yeni il şousunun hekayəsində şər qüvvələri ilə xeyirxah şahzadənin mübarizəsindən bəhs olunur.
Müasir dünya sirk nümunələrini nümayiş etdirməyi qarşısına məqsəd qoyan Bakı Dövlət Sirkində musiqili rəqs şouları, hava gimnastlarının qeyri – adi tryukları, klounların yumor dolu çıxışları, balet şousu, transformasiya illüziyası kimi digər nömrələr proqramları rəngarəng edir.
Bundan başqa, Bakı Dövlət Sirki uzun illərdən sonra Qarabağ atlarının çıxışı ilə milli sirk nömrəsini də hazırlayıb.
Xatırladaq ki, payız mövsümündə “Beynəlxalq Sirk: Festival qalibləri” adlı proqram nümayiş olunub.
Proqramların təşkilatçısı azərbaycanlı sirk ustası Allahverdi İsrafilovdur.
Biletləri şəhərin bütün kassalarından və “iticket.az” saytından onlayn əldə edə bilərsiniz.
Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Azad Cəfərlinin rəhbərlik etdiyi nümayəndə heyəti İtaliya və Fransaya səfər edib.
Dekabrın 12-də başlayan səfərin məqsədi Romada yerləşən Mədəni Mülkiyyətin Mühafizəsi və Bərpasının Öyrənilməsi üzrə Beynəlxalq Mərkəz (ICCROM) arasında əlaqələrin müxtəlif istiqamətləri üzrə fikir mübadiləsinin aparılması, gələcək əməkdaşlıq perspektivlərinin müzakirə edilməsi, həmçinin UNESCO-nun baş qərargahında (Paris) keçiriləcək Silahlı münaqişə zamanı mədəni sərvətlərin qorunması üzrə Komitənin 17-ci sessiyasında iştirak etməkdir.
Səfər çərçivəsində dekabrın 14-də Azad Cəfərli Roma şəhərində lCCROM-un baş qərargahında təşkilatın baş direktoru Vebber Ndoro ilə görüşüb. Görüşdə Azərbaycan Respublikasının İtaliyadakı Səfirliyinin ikinci katibi Rüstəm Bayramov, Dövlət Xidmətinin baş mütəxəssisi Nəzrin Məmmədova, ICCROM-ın proqram meneceri Eugene Jo, layihə rəhbəri Rohit Jigyasu, təşkilatın koordinatoru Anna Zeichner iştirak ediblər.
Dövlət Xidmətinin rəisi lCCROM və ölkəmiz arasındakı əməkdaşlığın inkişafı istiqamətində Azərbaycanda həyata keçirilən tədbirlərdən danışıb. İşğaldan azad olunmuş ərazilərdə tarix-mədəniyyət abidələrinin monitorinqi, inventarlaşdırılması, bərpa-quruculuq işləri və infrastruktur layihələrinin icrası haqqında məlumat verib. Post-münaqişə dövründə “Böyük qayıdış” tədbirləri çərçivəsində işğal zamanı dağıdılmış abidələrin qorunması və mühafizəsinə həssaslıqla yanaşıldığını diqqətə çatdırıb.
lCCROM ilə birgə mərkəz Azərbaycan olmaqla abidələrin bərpası və qorunması prosesinin idarə edilməsi, texniki, metodoloji bilik və bacarıqların artırılması üzrə Türkdilli dövlətlərin mütəxəssislərinin iştirakı ilə çoxşaxəli və uzunmüddətli təlimlərin təşkil olunmasının mümkünlüyünü diqqətə çatdırıb.
lCCROM-un baş direktoru Vebber Ndoro isə öz növbəsində ölkəmizdə səfərdə olarkən işğaldan azad olunmuş ərazilərdə, xüsusilə də Şuşa şəhərindəki dağıntıları təəssüflə seyr etdiyini qeyd edib. Baş direktor təlimlərlə bağlı Azərbaycan tərəfinin təkliflərini yüksək dəyərləndirdiyini bildirərək, belə təlimlərin təşkil olunması ilə nümunəvi fəaliyyət və təcrübənin əsasının qoyulacağına inamını ifadə edib. Bununla əlaqədar memorandumun imzalanması və uzunmüddətli əməkdaşlıq proqramının icra edilməsi fikrini dəstəklədiyini vurğulayıb.
Həm işğaldan azad olunmuş ərazilərdə, həm də bütövülükdə ölkə hüdudları daxilində yenidənqurma, inkişaf prosesi çərçivəsində proqramın Azərbaycan tərəfinin şərhlərinə, izahlarına, ehtiyaclarına uyğun olaraq, həmçinin mərkəzi Azərbaycan olmaqla və Türkdilli dövlətlərin iştirakı ilə həyata keçirilməsinin uğurlu nəticələr verəcəyinə ümidvar olduğunu bildirib.
Hər iki tərəfin dəstəklədiyi bu proqramın əlaqələndirilməsi məqsədilə görüşdə əlaqələndiricilər müəyyən edilib, layihələrin hazırlanaraq mübadilə edilməsi və bu addımların yol xəritəsinə uyğun olaraq yerinə yetirilməsi razılığına gəlinib.
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının təsisçisi və baş redaktoru Kənan Aydınoğlunun 16 dekabr 2022-ci il tarixli müvafiq qərarına əsasən, “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, Azərbaycan Respublikası Prezidenti təqaüd fondunun təqaüdçüsüXəyalə SEVİL Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının GƏNCƏ Bürosunun Rəhbəri təyin edildi.
Azərbaycanın Mədəniyyət və ƏdəbiyyaAzərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə əlaqələr şöbəsi.
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının təsisçisi və baş redaktoru Kənan Aydınoğlunun 16 dekabr 2022-ci il tarixli müvafiq qərarına əsasən, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident mükafatçısı gənc xanım yazar Arzu HüseynAzərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının BAKI Bürosunun Rəhbəri təyin edildi.
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə əlaqələr şöbəsi.
Mədəniyyət naziri Anar Kərimov dekabrın 14-də Xorvatiya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Branko Zebici qəbul edib. Görüşdə Xorvatiya ilə Azərbaycan arasında mədəniyyət sahəsində əlaqələrin hazırkı vəziyyəti və gələcək perspektivləri haqqında söhbət açılıb.
Nazir Anar Kərimov iki ölkə arasında əlaqələrin genişləndirilməsi üçün mədəniyyət sahəsində qarşılıqlı tədbirlərin təşkilinin əhəmiyyətini qeyd edib. Bildirib ki, Azərbaycan və Xorvatiyanın sənət adamları, musiqi kollektivləri arasında birbaşa təmasın yaradılması mədəni əməkdaşlıq üçün vacib əhəmiyyət daşıyır.
Səfir Barnko Zebic qəbul üçün nazirə minnətdarlığını bildirərək bu görüşün ölkələrimiz arasında mədəniyyət sahəsində əlaqələrin inkişafı baxımından uğurlu bir addım olduğunu diqqətə çatdırıb.
Diplomat xorvat şairi və diplomatı Draqo Stambukun Azərbaycan dilində çap olunan “Zefir” şeirlər kitabını Anar Kərimova hədiyyə edib.
Görüşdə mədəniyyət sahəsində əməkdaşlıq, beynəlxalq tədbirlərdə qarşılıqlı iştirakın təmin edilməsi məsələləri ətrafında müzakirələr aparılıb.
Mədəniyyət naziri Anar Kərimov dekabrın 13-də respublikanın kino ictimaiyyəti ilə görüş keçirib.
Dövlət Film Fondunda gerçəkləşən görüşdə Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı, Azərbaycan Kinematoqrafçılar İttifaqı, Azərbaycan Professional Kinorejissorlar Gildiyası, Azərbaycan Prodüserlər Gildiyası və digər ictimai təşkilatların təmsilçiləri, eləcə də yaşlı, orta və gənc nəsil kinematoqrafçılar, film istehsalı ilə məşğul olan dövlət və özəl sektor üzrə qurumların – kinostudiya, şirkət və prodüser mərkəzlərinin, kinoteatrlar şəbəkələrinin nümayəndələri iştirak ediblər.
Görüşdə kino sahəsindəki mövcud vəziyyət, o cümlədən son iki ildə görülən işlər və qarşıya çıxan problemlərlə bağlı açıq və səmimi ortamda ətraflı fikir mübadiləsi aparılıb. Nazir bu xüsusda mülahizələrini bölüşüb, görüş iştirakçılarının fikir, təklif və qeydlərini dinləyib.
Anar Kərimov Kino Agentliyinin yaradılması istiqamətində iki ilə yaxın aparılan işləri mərhələlərlə diqqətə çatdırıb. Bildirib ki, Prezident İlham Əliyevin 2022-ci ilin 20 aprel tarixli sərəncamı ilə Mədəniyyət Nazirliyinin tabeliyində Azərbaycan Respublikasının Kino Agentliyinin (ARKA) yaradılması kinematoqrafiya sahəsində dövlət siyasətinin həyata keçirilməsinin təkmilləşdirilməsi, Azərbaycan kinematoqrafiyasının beynəlxalq rəqabətə davamlılığının təmin edilməsi, yerli istehsal və yayım infrastrukturunun müasirləşdirilməsi məqsədilə atılan çox mühüm bir addımdır. 2022-ci ilin 16 noyabr tarixində dövlət başçısının fərmanı ilə ARKA-nın Nizamnaməsinin də təsdiq edildiyini bildirən nazir hazırda agentliyin praktik fəaliyyətə başlaması üçün müvafiq işlərin görüldüyünü deyib.
Yerli və müştərək kino istehsalının dəstəklənməsi, kino mədəniyyətinin təbliğinin təşkili, kinematoqrafiya müəssisələrinin və kino sənayesi iştirakçılarının fəaliyyətinin, eləcə də kinematoqrafiya sahəsində yeni informasiya-kommunikasiya texnologiyalarının və innovasiyaların tətbiqi sahələrində ARKA-nın qarşısında duran vəzifələr barədə söhbət açılıb.
Görüş iştirakçıları ölkədə kino sənayesinin inkişafı və milli kinematoqrafiyanın təşviqi üçün vacib olan belə bir təsisatın yaradılmasına görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
ARKA-nın səmərəli fəaliyyəti üçün həm dövlət, həm də özəl sektor üzrə kinematoqrafçıları birgə əməkdaşlığa çağıran nazir bu istiqamətdə uğurlu layihələrin təqdim ediləcəyinə ümidvar olduğunu deyib. Bildirib ki, agentliyə təqdim edilən layihələrin hər biri diqqətdə saxlanılacaq.
Görüşdə kino sənayesinin istehsal prosesindən filmlərin kütləvi yayımının təşkilinə, bu sahə üzrə normativ bazadan praktik fəaliyyətədək müxtəlif sahələr ilə bağlı bir sıra fikirlər, o cümlədən tənqidi mülahzələr səslənib, bu xüsusda boşluqların olduğu vurğulanıb.
Səslənən fikirlərə münasibət bildirən Anar Kərimov kinonun ümumi inkişafına xidmət edəcək hər bir rəy və təklifin nəzərə alınacağını deyib. Nazir eyni zamanda ölkədə kino sənayesinin inkişaf etdirilməsi məqsədilə bu sahədə mövcud qanunvericilik və normativ aktlarla bağlı məsələlərin araşdırılması, boşluqların aradan qaldırılması üçün təkliflərin verilməsində kino ictimaiyyətini daha təşəbbüskar və fəal olmağa çağırıb.
Nazir vurğulayıb ki, kino sahəsində səmərəli fəaliyyətə mane olan problemləri aradan qaldıraraq, bir neçə istiqamətdə – həm Azərbaycanın yerli bazarı, həm də beynəlxalq festivallar və xarici kino bazarında nümayiş üçün ən uğurlu filmlərin istehsalı bizim üçün prioritet vəzifələrdən biridir.
44 günlük Vətən müharibəsini əks etdirən filmlərin çəkilişi, bu yöndə vətənpərvərlik mövzusunda ekran əsərlərinin meydana gəlməsinə dəstək veriləcəyi və şərait yaradılacağı xüsusi qeyd edilib. Bu istiqamətdə beynəlxalq əməkdaşlığın, müştərək layihələrin əhəmiyyətini vurğulayan Anar Kərimov vurğulayıb ki, bu əməkdaşlıqda, həyata keçiriləcək layihələrdə həm bədii, həm də texniki heyətin əksəriyyət etibarilə Azərbaycan kinematoqrafçılarından ibarət olması əsas şərtdir.
Bədii, sənədli kino ilə yanaşı, milli animasiya filmlərinin istehsalına da toxunan nazir bu sahənin də inkişafına xüsusi diqqətin ayrılacağını bildirib.
Görüşün sonunda Anar Kərimov ölkənin kino ictimaiyyəti ilə belə geniş tərkibdə, işgüzar və səmimi atmosferdə ünsiyyətdən məmnunluğunu bildirərək, Mədəniyyət Nazirliyinin, mədəni həyatın bütün sahələri kimi, kino milli kinematoqrafiyanın, kino sənayesinin inkişafına zəmin və təkan olacaq bütün fikirləri, təklif və tənqidləri dinləməyə, qarşılıqlı müzakirələrə hər zaman açıq olduğunu vurğulayıb. Nazir görüş iştirakçılarına və onların simasında ölkəmizdə kino sahəsində çalışan hər kəsə uğurlar arzulayıb.