Bakıda səfərdə olan rusiyalı rejissor, “Qızıl maska” mükafatı laureatı Konstantin Soldatov Ritual Mobil Teatr Laboratoriyasında aktyorluq üzrə ustad dərsi keçib.

AZƏRTAC xəbər verir ki, rejissorun interaktiv üsulda qurduğu ustad dərsində iştirakçılar oyunçunun ruhunun axtarışı, özünütəqdimat, özünə kənardan baxış kimi ifaçılıq vasitələrini sınayıblar.

Qeyd edək ki, K.Soldatov Rusiya Dövlət Səhnə Sənəti İnstitutunun məzunu, Moskvadakı B.Şukin adına Teatr İnstitutunun müəllimidir. İki dəfə “Qızıl maska” teatr mükafatına namizəd olub. Aktyorluq texnikasının müəllifi, Moskvada “Taqanka Teatrı”, “Müasir Dram Məktəbi”, “Meyerhold Mərkəzi” kimi layihələrin və Rusiyadan xaricdə 40-dan çox tamaşanın quruluşçu rejissorudur.

Mənbə: https://azertag.az