Azərbaycanda səfərdə olan Dünya Kulinariya Təşkilatları Assosiasiyasının (“Worldchefs”) prezidenti Tomas Quqler Şuşaya səfər edəcək, şəhərin tarixi yerləri və əsrarəngiz təbiəti ilə yanaşı, biomüxtəliflik baxımından zənginliyi və özünəməxsusluğu ilə seçilən Qarabağ mətbəxinin inciləri ilə tanış olacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə Tomas Quqler yanvarın 17-də Dövlət Turizm Agentliyinin keçirdiyi “Azərbaycan kulinariyasının təbliğat perspektivləri” mövzusunda konfransda deyib.
Konfransda iştirak etmək üçün Bakıya gələn qonaq rəhbərlik etdiyi qurum və Agentlik arasındakı əməkdaşlığın nəticələrindən məmnun olduğunu bildirib, azərbaycanlı kulinarlara peşəkar fəaliyyətlərində uğurlar arzulayıb.