Fevralın 25-də Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) nəzdində yerləşən Opera Studiyasında gün ərzində iki dəfə “Disney” adlı multimedia şousu təqdim olunacaq.
BMA-nın mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, proqramda nağılların və ən məşhur cizgi filmlərinin qəhrəmanları ilə təmas qurmaq üçün virtuoz rəqqasların, animatorların müşayiətində bədii obraz və hadisələr canlandırılaraq, məşhur animasiya filmlərindən musiqilər səsləndiriləcək.
Biletləri iTicket.az saytı və şəhərin kassalarından əldə etmək mümkündür.