Yanvarın 14-də “Ritual mobil teatr laboratoriyası”nın təqdimatında “Avatar” aktyor təlimi təşkil olunacaq.

AZƏRTAC xəbər verir ki, məşğələlər müəllim, aktyor, rejissor Konstantin Soldatov tərəfindən aparılacaq.

“Oyunçunun ruhunun axtarışı” və “Özünütəqdimat, özünə kənardan baxış” mövzularını əhatə edəcək təlim iştirakçılara oyun əhval-ruhiyyəsinə qərq olmaq imkanı verəcək.

Qeyd edək ki, K. Soldatov Rusiya Dövlət Səhnə Sənəti İnstitutunun məzunu, Moskvadakı B.Şukin adına Teatr İnstitutunun müəllimidir. İki dəfə “Qızıl maska” teatr mükafatına namizəd olub. Aktyorluq texnikasının müəllifi, Moskvada “Taqanka Teatrı”, “Müasir Dram Məktəbi”, “Meyerhold Mərkəzi” kimi layihələrin və Rusiyadan xaricdə 40-dan çox tamaşanın quruluşçu rejissorudur.

Mənbə: https://azertag.az