Yanvarın 17-də Bakıdakı Rus evində Leninqradın blokadadan azad olunmasının 80 illiyi münasibətilə konsert-təqdimat keçiriləcək.

Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin mətbuat xidmətində AZƏRTAC-a bildiriblər ki, konsertdə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının müəllim və məzunları iştirak edəcəklər.

Qeyd edək ki, 1941-ci ilin sentyabrında Leninqrad alman-faşist qoşunları tərəfindən mühasirəyə alınıb. Blokada 872 gün davam edib. 1943-cü ilin yanvarında 67-ci sovet ordusu və Volxov cəbhəsinin 2-ci zərbə ordusu qərbdən və cənubdan hücum əməliyyatına keçib. Yanvarın 18-də Leninqrad və Volxov cəbhələri birləşib. Ladoqa gölü sahili boyunca keçən dəhliz Leninqradın SSRİ-nin digər əraziləri ilə əlaqəsini bərpa edib. Bununla da mühasirəyə son qoyulub.

Mənbə: https://azertag.az