Rusiyanın “Soyuzmultfilm” studiyasının istehsal etdiyi “Çeburaşka” animasiya filmi yerli kassada yüksək gəlirlə növbəti rekorda imza atıb.
AZƏRTAC kinonews.ru saytına istinadla xəbər verir ki, rejissoru Dmitri Dyaçenko olan və yazıçı Eduard Uspenskinin yaratdığı məşhur personajın sərgüzəştlərinə həsr olunmuş animasiya filmi yerli kassada üç milyard rubldan çox gəlir gətirərək sıralamada ikinci oldu.
Bu günün nəticələrinə görə, Çeburaşkanın hesabında artıq 3,022 milyard rubl var və bunun da sayəsində animasiya filmi yerli kassada “Marvel” komikslərinin ekranlaşdırılması olan “Hörümçək adam 3: Evə yol yoxdur” filmini ötüb. Yalnız “Kölə” komediyası 3,088 milyard rubl gəlirlə ilk yeri tutur.
Beləliklə, “Çeburaşka” animasiya filminin davamlı pul qazanma sürətinə görə yaxın günlərdə yerli reytinqə başçılıq edəcəyi danılmazdır.