Zəlimxan Yaqub (azərb. Zəlimxan Yusif oğlu Yaqubov; 21 yanvar 1950, Kəpənəkçi, Bolnisi rayonu – 9 yanvar 2016, Bakı) — Azərbaycanın xalq şairi (2005), ictimai xadim. Azərbaycan Respublikasının Milli Məclisinin deputatı (1995–2005)
Həyatı[redaktə | mənbəni redaktə et]
Zəlimxan Yaqub 1950-ci il yanvarın 21-də Borçalının Bolnisi rayonunun Kəpənəkçi kəndində anadan olmuşdur.[1]
1967-ci ildə doğulduğu kənddə orta məktəbi, 1972-ci ildə isə Azərbaycan Dövlət Universitetinin kitabxanaçılıq fakültəsini bitirmişdir.[2]
1973-cü ildən 1978-ci ilə qədər “Azərkitab” sistemində, “Kitab pasajı” adlı kitab dükanında satıcı, baş satıcı, şöbə müdiri, 1975-ci ildən 1985-ci ilə qədər Azərbaycan Könüllü Kitabsevərlər Cəmiyyətində təbliğat şöbəsində redaktor, şöbə müdiri, 1987-ci ildən 1994-cü ilə qədər “Yazıçı” nəşriyyatında poeziya şöbəsində redaktor, şöbə müdiri vəzifələrində çalışıb.[1]
1995–2005-ci illərdə Azərbaycan Respublikasının Milli Məclisinin deputatı olmuşdur.
İlk şeiri 1966-cı il oktyabrın 4-də, Gürcüstan SSR Bolnisi rayon qəzeti “Qələbə bayrağı”nda dərc edilib.
Bəhmən Vətənoğlu və Zəlimxan Yaqub
1983-cü ildən AYB-nın üzvüdür.[1]
2008-ci il avqust ayının 29-da Azərbaycan aşıqlarının V qurultayında Azərbaycan Aşıqlar Birliyinin sədri seçilib.[3]
1994-cü ildən Azərbaycan Respublika Prezidenti yanında Əfv Komissiyasının üzvüdür.
Rəsmi nümayəndə heyətinin tərkibində 1995–2000-ci illərdə Çində, Səudiyyə Ərəbistanında, Almaniyada, ABŞ-da, İsveçdə, İsveçrədə, Qırğızıstanda, Türkiyədə, Fransada və İraqda işgüzar səfərlərdə olub.
Zəlimxan Yaqub uzun müddət böyrək çatışmazlığından əziyyət çəkib. Türkiyə, Almaniya kimi ölkələrdə müalicə kursu keçib. Hər iki böyrəyi olmayan ictimai xadim ömrünün son illərində dializ qəbul etməklə yaşayıb. O, 2016-cı il yanvarın 9-da dünyasını dəyişib.
Mükafatları[redaktə | mənbəni redaktə et]
Məmməd Araz ədəbi mükafatı (1995) ilə, “Şair harayı”, “Vətən yaralar”, “Sizi qınamıram” və “Ziyarətin qəbul olsun” kitabına görə H.Z.Tağıyev adına mükafatla (1995), “Şöhrət” ordeni və Gürcüstan Respublikasının “Şərəf” ordeni ilə təltif edilmişdir.[2]
2005-ci ildə “Azərbaycanın xalq şairi” fəxri adına layiq görülüb.[2]
5 oktyabr 2012-ci ildə Xalq şairi Zəlimxan Yaqubun indiyədək qazandığı mükafatlar sırasına biri də əlavə olunub. Amerika Birləşmiş Ştatlarında fəaliyyət göstərən Azərbaycan Nyu-York Assosiasiyası xalq şairini Fəxri diplom və medalla təltif edib[4].
Ankaradakı Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının beynəlxalq Ödül Komitəsinin 7 fevral 2014-cü il tarixli qərarıyla Azərbaycanın xalq şairi Zəlimxan Yaqub Türk ədəbiyyatına yüksək xidmətlərinə görə Beynəlxalq Nazim Hikmət Şeir Mükafatı ilə təltif olunub. Xatırladaq ki, iki ildə bir dəfə Türk dünyası yazarları arasından bir nəfərin təltif olunduğu bu mükafata Azərbaycandan ilk dəfə layiq görülən Zəlimxan Yaqubdur[5].
Fəxri üzvlükləri[redaktə | mənbəni redaktə et]
2009-cu il iyunun 6-da Türk Dünyası Araşdırmaları Uluslararası Elmlər Akademiyasının “Türk dünyasına hizmət” mükafatına layiq görülərək həmin Akademiyanın fəxri doktoru seçilib.
2010-cu ildə Zəlimxan Yaquba Gürcüstan-Azərbaycan dostluğu mövzusunun poetik işıqlandırılmasında xüsusi xidmətlərinə görə Heydər Əliyev adına Gürcüstan-Azərbaycan Tədris Universitetinin fəxri doktoru adı verilmişdir[6].
Haqqında yazılanlar[redaktə | mənbəni redaktə et]
Zəlimxan Yaqubun görkəmli dövlət xadimi Heydər Əliyevə ithaf etdiyi “Əbədiyyət dastanı” poeması haqqında şair-publisist Əli Rza Xələfli “Ölməzlik nəğməsi” (“Vətən” nəşriyyatı, 2013) adlı kitab yazmış və nəfis tərtibatda çap etdirmişdir[7].
2016-cı ildə Xalq şairi Xəlil Rza Ulutürkün “Əbədi Prometey” adlı kitabı nəşr olunmuşdur. Kitabı Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu nəşrə hazırlamış və “Elm və təhsil” nəşriyyatında nəfis tərtibatla çap olunmuşdur. Kitabda, Zəlimxan Yaqubu “Əbədi Prometey, əbədi Səməndər quşu” adlandıran, onu “şeirimizin, poeziyamızın, Azərbaycan xalqının başucalığı” hesab edən, hələ 30 il bundan əvvəl “Zəlimxan yeganə şairdir ki, Azərbaycanda heç bir təbliğata ehtiyacı yoxdur”, — deyən X.R.Ulutürkün Zəlimxan Yaqub yaradıcılığına həsr etdiyi məqalələri, vaxtilə gündəliyində onunla bağlı etdiyi qeydlər toplanıb.[8]
Kitabları[redaktə | mənbəni redaktə et]
Zəlimxan Yaqubun 13 cildlik Seçilmiş əsərləri
- Şair harayı
- Vətən yaralar
- Sizi qınamıram
- Ziyarətin qəbul olsun
- Od aldığım ocaqlar 1986
- Mən sənin qəlbinə necə yol tapım 2003
- Böyük ömrün dastanı 2004
- Qayıdaq əvvəlki xatirələrə 2004
- Gözlərimin nurudu doğulduğum bu torpaq 2005
- Mən bir dağ çayıyam 2006
- Əbədiyyət dastanı. 2008
- Сказы саза 2008
- Peyğəmbər (poema) 2009
- Özün basdırdığın ağaca söykən (I cild). Bakı. “Şərq-Qərb”, 2010, 284 səh. şəkilli
- Özün basdırdığın ağaca söykən (II cild). Bakı. “Şərq-Qərb”, 2010,
- Mövlana. Bakı: “Vətən”, 2012. — 194 səh.
- Seçilmiş əsərləri,
- Məni sabahıma qovuşdur, ana. Bakı. “Elm və təhsil”, 2015,[9]
- Seçilmiş əsərləri. 2020 (“Xalq əmanəti” layihəsi çərçivəsində)[10][11][12]
Filmoqrafiya[redaktə | mənbəni redaktə et]
- Tikdim ki, izim qala (film, 1997)
- Böyük ömrün davamı (film, 2007)
- Zəlimxan dastanı (film, 2007)
- Mən Hüseyn Arifəm… (film, 2010)
- Atalar yolu (film, 2010)
İstinadlar[redaktə | mənbəni redaktə et]
- ↑ Jump up to:1 2 3 Aytən Sadıqzadə. “Zəlimxan Yaqub – 64” (az.). oxu.az. 21.01.2014. 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-06-05.
- ↑ Jump up to:1 2 3 “Zəlimxan Yaqub kimdir?”. kimkimdir.az (az.). timeturk.com. 30 Haziran 2011. 2016-03-08 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-06-05.
- ↑ “Azərbaycan aşıqlarının V qurultayı. “Ozan dünyası” jurnalı. №1(1), 2010. səh.4-5″ (PDF). 2016-03-07 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2015-11-15.
- ↑ “Zəlimxan Yaquba mükafat verildi”. 2015-04-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-10-06.
- ↑ “Zəlimxan Yaqub daha bir mükafata layiq görülüb — olaylar.az saytı. Yayımlanıb 31.03.2014 13:43″. 2015-04-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-04-01.
- ↑ “Zəlimxan Yaqub Gürcüstan-Azərbaycan Tədris Universitetinin fəxri doktoru adına layiq görülüb”. APA.
- ↑ “Zəlimxan Yaqubun yaradıcılığına dair yeni kitab”. 2021-10-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-01-07.
- ↑ Xalq şairi Zəlimxan Yaqub haqda yeni kitab[ölü keçid]
- ↑ “Xalq şairi Zəlimxan Yaqubun yeni kitabı işıq üzü görüb”. 2016-03-07 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-01-07.
- ↑ ARB TV. “Zəlimxan Yaqubun kitabı təqdim olundu” (az.). Youtube.com. 18.12.2020. 2022-03-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-19.
- ↑ Real TV. “Xalq Əmanəti-Zəlimxan Yaqub” (az.). Youtube.com. 19.12.2020. 2022-03-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-19.
- ↑ İctimai TV. “”Xalq Əmanəti” layihəsinin XX nəşri – Zəlimxan Yaqub” (az.). Youtube.com. 18.12.2020. 2022-03-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-19.
Xarici keçidlər[redaktə | mənbəni redaktə et]
- dgtyb.org Arxivləşdirilib 2010-12-28 at the Wayback Machine
- zalimxanyaqub.com
Edit”Bu gün Xalq şairi Zəlimxan YAQUBun anım günüdü”