Yanvarın 7-də Osloda “Deichman Bjorvika” mədəniyyət mərkəzində Azərbaycan Milli Geyim Mərkəzinin rəhbəri, modelyer-dizayner Gülnarə Xəlilovanın “Northern Stories by CİZGİ” (“Şimal hekayələr CİZGİ ilə”) adlı ekspozisiyasının açılışı olacaq.
AZƏRTAC xəbər verir ki, tədbir Osloda Azərbaycan Evi tərəfindən təşkil olunacaq.
Qonaqlara Gülnarə Xəlilovanın Norveç və Qarabağ ornamentləri ilə əl işləri, ipək yaylıqlar və libaslar təqdim olunacaq.
Qeyd edək ki, bundan əvvəl Gülnarə Xəlilovanın kolleksiyaları ABŞ, Böyük Britaniya, İsveç, Avstriya, Rumıniya, Türkiyə, Rusiya, Çin, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Bolqarıstan, Norveç və digər ölkələrdə keçirilən moda həftələrində və beynəlxalq tədbirlərdə uğurla nümayiş etdirilib.