Gənclər Kitabxanasında “Şanlı Zəfər tarixinin qəhrəmanları” layihəsi davam edir

Respublika Gənclər Kitabxanası şəhid və qazilərimizin əziz xatirəsinə həsr edilən “Şanlı Zəfər tarixinin qəhrəmanları” layihəsini davam etdirir.

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, layihə çərçivəsində 60-dan çox Vətən müharibəsi qəhrəmanı haqqında məlumatlandırıcı videomateriallar hazırlanıb.

Həmçinin kitabxananın rəsmi saytında “Qəhrəmanlar unudulmur” adlı rüblük məlumat bülletenləri təqdim edilib. Məlumat bülletenlərində görkəmli şəxslərin vətənpərvərlik mövzusunda söylədikləri fikirlər, Milli qəhrəmanlar haqqında kitablar, dövri mətbuat nümunələri və elektron keçidlərin siyahıları yer alıb.

Mənbə: https://azertag.az/