Yanvarın 13-də Milli Kitabxanada Mədəniyyət Nazirliyi ilə birgə Xalq yazıçısı, akademik Kamal Abdullanın və AMEA-nın müxbir üzvü, professor Rafiq Əliyevin müəllifləri olduğu “Kitabi-Dədə Qorqud və qeyri-səlis məntiq” kitabının təqdimatı keçiriləcək.
Kitabxanadan AZƏRTAC-a verilən məlumata görə, eyni zamanda Milli Kitabxananın “Azərbaycanın görkəmli şəxsiyyətləri” layihəsi çərçivəsində nəşr etdiyi “Lütfi Zadə – Biblioqrafiya” kitabı da təqdim olunacaq.