Yanvarın 18-də Azərbaycan İstiqlal Muzeyində 20 Yanvar faciəsinin 33-cü ildönümünə həsr olunmuş tədbir keçiriləcək.
Muzeydən AZƏRTAC-a bildirilib ki, “Unutmadıq, xatırlayırıq, yaşadırıq” adlı tədbirdə faciə qurbanlarının xatirəsi yad olunacaq, onların qəhrəmanlıqlarının tarixi əhəmiyyətindən bəhs ediləcək.
Tədbir çərçivəsində açılacaq sərgidə 20 Yanvar faciəsi şəhidlərinin şəxsi əşyaları nümayiş olunacaq.