Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş elmi işçisi, Azərbaycanda Atatürk Mərkəzinin elmi əməkdaşı, Fəlsəfə Cəmiyyətlərinin Beynəlxalq Federasiyasının üzvü, fəlsəfə elmləri doktoru, professor Rahid Uluselin iki kitabı Azərbaycanda və Almaniyada çap edilib.
“Qanun” nəşriyyatının buraxdığı “Çağlar. Düşünərliyin Zaman Qatları”na Rahid Uluselin məhz poeziya və fəlsəfənin vəhdətindən yoğrulan ayrıcları – ikilik, dördlük və rübailəri (poetik aforizmin yeni örnəkləri), bir neçə seçmə şeiri daxil edilib. Kitab bütöv bir dünyagörüşünün bir-birinə bağlı seçkin təzahür mənzərələrini yaradan “Mütəfəkkir”, “Varlıq çağı”, “İnsan çağı”, “Duyğu çağı”, “Dəyər çağı” “Həqiqət çağı”, “Söz çağı”, “Ox çağı”, “Çağların körpüsü” və “Səndən başlayıb məndə bitməyən dünya” bölümlərindən ibarətdir. Kitabın redaktorları filosof Niyazi Mehdi və şair Vaqif Bəhmənlidir.
Rahid Uluselin “Düşüncə Vadisi. Aforizmlər” (“An Oasis of Thoughts. Aphorisms”) adlı ikinci kitabı Azərbaycan, Türkiyə, Rusiya və İrandan sonra Almaniyada çap edilib. Müəllifin özünün ingilis dilinə tərcümə etdiyi kitab Avropa mərkəzli “Epubli” nəşriyyatında işıq üzü görüb.
Professorun fəlsəfi yaradıcılığında mühüm yer tutan bu aforizmlər insanla dünyanı vəhdətə gətirən ən qırılmaz telləri daha da möhkəmləndirmək, həyatımızın məna bolluğunun dərinliyinə varmaq, çatışmazlıqları görüb qətiyyətlə üzə çıxarmaq enerjisini daşıyır. Onlar ümumən aforizmin janr palitrasını (deyimlər, atmacalar, maksimlər, lakonizmlər, paradiqmalar və s.) özünəməxsus forma biçimində, məzmun zənginliyində əks etdirir. Kitabın əsas məqsədi yaşadığımız tarixi zamanın – XXI əsrin yaradıcı ideya qaynaqlarını oyatmaqdan, bəşəriyyətin epoxal inkişafı yönündə qarşılaşdığı çətinlik, gərginlik və böhranlara refleksiya vermək gərəyindən ibarətdir.
AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşları Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinə səfər ediblər.
AMEA-nın vitse-prezidenti, institutun baş direktoru, akademik İsa Həbibbəylinin təşəbbüsü ilə həyata keçirilən səfərin əsas məqsədi 44 günlük Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin başçılığı ilə Müzəffər Azərbaycan ordusunun qazandığı şanlı zəfər nəticəsində işğaldan azad edilən doğma Şuşa şəhərini görmək arzusunu müəssisə əməkdaşları üçün gerçəkləşdirmək olub. Təsadüfi deyil ki, Şuşa Azərbaycan ədəbiyyatının yarandığı ən mühüm mərkəzlərdən biridir. Burada görkəmli şair və yazıçılarımızdan Molla Pənah Vaqif, Xurşidbanu Natəvan, Mir Möhsün Nəvvab, Nəcəf bəy Vəzirov, Süleyman Sani Axundov, Üzeyir bəy Hacıbəyli, Əhməd bəy Ağaoğlu, Ceyhun bəy Hacıbəyli, Yusif Vəzir Çəmənzəminli və adlarını sadalamaqla bitməyən neçə-neçə dahilərimiz yaşayıb yaratmışlar. Hər bir Azərbaycan vətəndaşının, o cümlədən ədəbiyyatşünasların otuz il arzusunda olduğu Şuşanı gedib görmək istəyini nəzərə alaraq, Ədəbiyyat İnstitutu müəssisənin Həmkarlar Təşkilatının dəstəyi ilə mədəniyyət paytaxtına səfər təşkil edib.
Şuşa ziyarəti dövlətimizin Şuşaya vətəndaş səfərləri çərçivəsində yaratdığı imkanlardan faydalanmaqla həyata keçirilib. Səfər çərçivəsində institut əməkdaşları proqram üzrə Xurşidbanu Natəvanın evi və bulağı, Şuşa qalası, mərkəzi meydandakı Üzeyir Hacıbəyli, Xurşidbanu Natəvan və Bülbülün heykəlləri, Bülbülün ev muzeyi, Cıdır düzü və Molla Pənah Vaqifin muzey-məqbərə kompleksini ziyarət ediblər.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev görkəmli şairimiz Xurşidbanu Natəvanın anadan olmasının 190 illik yubileyinin qeyd olunması haqqında 14 mart 2022-ci il tarixində Sərəncam imzalayıb.
Ölkə başçısının Sərəncamına uyğun olaraq, səfər çərçivəsində Şuşanın mərkəzində yerləşən Xurşidbanu Natəvanın heykəli önündə görkəmli şairə həsr olunmuş “Xan qızı Xurşidbanu Natəvan” adlı elmi sessiya da keçirilib.
Sessiyada institutun icraçı direktoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Mehman Həsənli, Natəvan irsinin tədqiqatçısı, professor İslam Qəribli, filologiya elmləri doktoru Mahirə Quliyeva, institutun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent Aygün Bağırlı və filologiya üzrə fəlsəfə doktoru, dosent Fəridə Hicran çıxış edərək Şuşa ziyarəti və Xurşidbanu Natəvanın həyatı və yaradıcılığı haqqında danışıblar.
Şuşa səfəri Ədəbiyyat İnstitutunun əməkdaşlarında zəngin təəssürat yaradıb. Bu təəssüratların gələcək elmi tədqiqatlar üçün stimul verəcəyi şübhəsizdir.
Yeni proqram əsasında Kurikulum vəsaiti artıq satışda!Vəsait MİQ və Sertifikasiya imtahanı üçün metodika ve pedaqogika üzrə açıqlanmış ən son qiymətləndirmə çərçivəsi sənədi əsasında hazırlanmışdır.
Vəsait müəllim, tələbə, metodist, təhsil işçiləri və valideynlərə tövsiyə olunur.
İşıq üzü görən vəsaitdə bütün yeni və əlavə olunmuş mövzular öz əksini tapıb.
Yeni proqram əsasında hazırlanmış vəsait:
Peşəkar heyət tərəfindən hazırlanmışdır;
Elmi araşdırma nəticəsində yazılmışdır;
Yazılma üslubu oxucunu yormur;
Praktik nümunələrə geniş yer verilib.
Vəsaiti Bakıda və bölgələrdə bütün kitab evlərindən, həmçinin endirimlə TAİM-dən əldə edə bilərsiniz.Qiymət: 15 AZN
Azərbaycan Yazıçılar Birliyinin (AYB) nəzdində fəaliyyət göstərən “Gənc Ədiblər Məktəbi-3″ün müdavimi, istedadlı gənc xanım yazar Zərifə İslamın “Ən gözəl şeir” adlı ilk şeirlər kitabı nəşr olunacaq.
Kitabın redaktoru “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Prezident təqaüdçüsü, “İlin gənci” mükafatçısı, gənc xanım yazar Şəfa Vəliyevadır.
Kitab müəllifin oxucuları ilə görüşü olacaq. Kitabda müəllifin müxtəlif illərdə qələmə aldığı ədəbi-bədii nümunələri, poeziya örnəkləri yer alıb.
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə Əlaqələr şöbəsi
Azərbaycan Respublikasının Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə Dünya Gənc Türk Yazarlar Birliyinin həyata keçirdiyi “Yeni nəsil yazarların təbliği və oxu mədəniyyətinin təşviqi” layihəsi çərçivəsində yeni nəsil yazarların müxtəlif janrlarda olan yaradıcılıq nümunələrindən ibarət “Gəncliyin səsi” adlı kitab nəşr olunub.
Birinci cildində 55 nəfər yazarın qələm örnəkləri toplanmış kitabın gələcəkdə növbəti cildlərinin də çapı nəzərdə tutulub. “Yeni nəsil yazarların təbliği və oxu mədəniyyətinin təşviqi” layihəsinin rəhbəri Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı İntiqam Yaşar, kitabın eksperti Milli Məclisin Mədəniyyət komitəsinin eksperti Əkbər Qoşalı, tərtibciləri DGTYB-nin idarə heyəti üzvü Tural Adışirin və DGTYB-nin üzvü Elvin İntiqamoğlu, tərtibatçı-dizayneri isə Əli Zeynalovdur.
“Mücrü” nəşriyyatında çap olunmuş kitabın qarşıdakı günlərdə paytaxt və regionlarda fəaliyyət göstərən müxtəlif ali təhsil ocaqlarında və gənclər evlərində təqdimatları baş tutacaq.
Nə vaxtdır ki,ümidsiz,gümansızam sabaha, Arzuların canına məndən əsər qalmayıb. Allahın ümidinə yaşayıram hələ də, Bu kor qalmış bəxtimin gözləri açılmayıb.
Hey cəm olur sinəmdə çarpazlaşır dərdlərim, Hicran hələ zövq alır həsrətinin dadından. Xəyalının kölgəsi kəsir başım üstünü, Ümidsizəm ümidsiz o sevdiyin qadından.
O sevdiyin qadının kədər qırıb belini, O yuxa ürəyi də Çin Səddinə bürünüb. O sevdiyin qadının buraxandan əlini, İşıqlı sabahlardan qaranlığa sürünüb.
Yolların sinəsində üşüyür yoxluğunla, Didərgin bir sevginin nəfəsini daşıyır. Puç olmuş gəncliyilə bu vəfasız həyatda, Allahın ümidinə yalan,gerçək yaşayır.
Değerli kültür-sanat dostları; 2022 yılında 57. sayımızla sizlerle birlikteyiz. 1999 yılından itibaren sizlerin büyük ilgi ve desteğiyle bugünlere ulaşan KÜMBET Dergisini, Kültür ve Turizm Bakanlığı bu yıl da Süreli Yayınlar aboneliğine kabul etmiştir.
Bu sayımızda derginin kapağında da görüldüğü gibi Nevruz Dosyalarına ağırlık verdik. Çünkü Nevruz Türk dünyasında en önemli kutlamalardan biri olan ve baharın gelişiyle birlikte kültürel açıdan da Türklerin birliğini, beraberliğini pekiştiren ve sembolize eden büyük bir bayramdır. Bu güzel bayram hepimize kutlu olsun.
Bu dosyamızı Muğla Sıtkı Koçman Üniversitesi Edebiyat Fakültesi Dekanı Prof. Dr. Ali Akar, Muş Alparslan Üniversitesi İletişim Fakültesi Dekanı Prof. Dr. Tamella Aliyeva Abbashanlı, Araştırmacı-Yazar Yavuz Gürler, Emekli Öğretim Üyesi Yard. Doç. Dr. Doğan Kaya, Araştırmacı –Yazar Alev Alatlı ve Araştırmacı-Yazar M. Necati Güneş hazırladılar.
Nevruz Dosyasını, TÜRSAB Başkanı Yahya Akengin, Emekli Vali, Şair Ayhan Nasuhbeyoğlu, Emekli Öğretim Üyesi Yard. Doç. Dr. Mehmet Yardımcı, Şair-Yazar Ahmet Divriklioğlu ve Şair Mustafa Akkaya Nevruz gibi her baharda bin bir güzellik açan şiirleriyle renklendirip, bütünleştirdiler.
Diğer çok değerli; dosyaları Yıldırım Beyazıt Üniversitesi İnsan ve Toplum Bilimleri Fakültesi Öğretim Üyesi Prof. Dr. İbrahim Tüzer, Emekli Öğretim Üyesi Prof. Dr. Mustafa Özbalcı, TRT İstanbul Radyosu Sanatçısı Hüseyin İpek, Yazar Ahmet Özdemir, Ekonomist-Yazar Rüştü Bozkurt, Araştırmacı-Yazar Hasan Akar, Mimar, Araştırmacı -Yazar Yasemin Dutoğlu, Azerbaycan’dan Yazar Tural Sahap, Musa Nebioğlu ve Adalet Rasulova, Araştırmacı-Yazar Hasbi Şahin, Şair Merdin Yıldırım, Araştırmacı-Yazar Ayla Bağ, Eğitimci-Yazar Celalettin Çınar, Araştırmacı-Yazar Burhan Kurddan, Araştırmacı-Yazar Yakup Kadri Bozalioğlu sizlerin istifadenize sundular.
Dergimize şiir gönderen memleketimizin değerli şairleri arasında; Halistin Kukul, Bedrettin Keleştimur, Mahmut Hasgül, Sündüs Arslan Akça, Rasim Yılmaz, Kumrugül Türkmen Akın, Abdulkadir Türk, Çetin Oranlı, Şeyhmus Çiçek, Memik Kömekçi, Reşide Aran, Mehmet Tüter, Merve Nur Maden ve küçük şairimiz Ecem Zeynep Ekici yer aldılar.
Bütün dünyayı sağlık açısından olduğu gibi kültür-sanat faaliyetleri bakımından da olumsuz etkileyen salgın hastalıklar sebebiyle iki yıldan beri ara verilen “Cahit KÜLEBİ Memleketime Bakış Şiir Yarışması”nın 10.su Niksar Belediyesi ve Tokat Şairler ve Yazarlar Derneği işbirliği ile bu yıl gerçekleştirilecektir.
Ülkemizin saygın dergileri arasında yer alan KÜMBET Dergisi’nin yayın hayatında sürdürebilirliği hususunda büyük destek veren T.C. Kültür ve Turizm Bakanlığı’mıza, Nevruz Dosyası için fotoğraf desteğinde bulunan TÜRKSOY’a, makaleleri, şiirleri ile kültür ve sanatımıza büyük katkı sağlayan değerlerimize ve okuyucularımıza ayrı ayrı teşekkür ediyoruz.
58. sayımızda buluşmak dileğiyle.
Hasan Akar Tokat Şairler ve Yazarlar Derneği Başkanı
Tokat Şairler ve Yazarlar Derneği’nin olağan kongresi 17 Nisan 2022 Pazar günü, saat: 16.00’da Tokat Bey Sokağı’nda bulunan Osman Paşa Konağı’nda yapılacaktır. Çoğunluk sağlanamadığı takdirde aynı yer ve saatte 24 Nisan Pazar günü gerçekleştirilecektir.
GÜNDEM:
1. Açılış ve yoklama
2. Divan kurulunun teşekkülü
3. 2021-2022 yıllarına ait Yönetim Kurulu Faaliyet Raporunun okunması ve ibrası
4. 2021-2022 yıllarına ait Denetleme Kurulu Faaliyet Raporunun okunması ve ibrası
5. Yeni yönetim kurulu ve denetleme kurullarına üye seçimi
6. Dilek ve temenniler
Hasan Akar
Tokat Şairler ve Yazarlar Derneği Yönetim Kurulu Başkanı
Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatı tərəfindən gerçəkləşdirilən “Türkiyə-Azərbaycan ədəbi-mədəni əlaqələrinin inkişafına dəstək” layihəsi çərçivəsindəAzərbaycan Aşıqlar Birliyinin katibi, “Ozan dünyası” jurnalının Baş redaktoru, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu“Elə Türkün ruhuyam” adlı məqaləsi Qardaş Türkiyə Cümhuriyyətinin Tokat şəhərində fəaliyyət göstərən TOSAYAD (Tokat Şairler ve Yazarlar Derneği) rüblük orqanı “Kümbet” eğitim, kültür, sanat ve edebiyat dergisinin 57 yeni sayında dərc olunub.
“Türkiyə-Azərbaycan ədəbi-mədəni əlaqələrinin inkişafına dəstək” layihəsinin rəhbəri, müəllifi koordinatoru və məsul katibi Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidmətinin rəhbəri, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Kümbet” və “Usare” dərgilərinin Azərbaycan təmsilçisi, “Kardelen” üçaylıq mədəniyyət, ədəbiyyat və sənət dərgisi yazarı, şair, tərcüməçi, publisist, jurnaist, gənc yazar Kamran Murquzov, məsləhətçisi isə Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutunun Kurikulum Mərkəzinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin (gundelik.info) və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının (edebiyyat-az.com) Məsul katibi, şairə-publisist Şəfa Eyvazdır.
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə Əlaqələr şöbəsi
Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatı tərəfindən gerçəkləşdirilən “Türkiyə-Azərbaycan ədəbi-mədəni əlaqələrinin inkişafına dəstək” layihəsi çərçivəsində Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşı, ədəbiyyatşünas Ədalət xanım Rəsulovanın “Yusif Vəzir Çəmənzəminlinin hekayələrində mənfiliklərin ifşası” adlı məqaləsi Qardaş Türkiyə Cümhuriyyətinin Tokat şəhərində fəaliyyət göstərən TOSAYAD (Tokat Şairler ve Yazarlar Derneği) rüblük orqanı “Kümbet” eğitim, kültür, sanat ve edebiyat dergisinin 57 yeni sayında dərc olunub.
“Türkiyə-Azərbaycan ədəbi-mədəni əlaqələrinin inkişafına dəstək” layihəsinin rəhbəri, müəllifi koordinatoru və məsul katibi Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidmətinin rəhbəri, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Kümbet” və “Usare” dərgilərinin Azərbaycan təmsilçisi, “Kardelen” üçaylıq mədəniyyət, ədəbiyyat və sənət dərgisi yazarı, şair, tərcüməçi, publisist, jurnaist, gənc yazar Kamran Murquzov, məsləhətçisi isə Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutunun Kurikulum Mərkəzinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin (gundelik.info) və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının (edebiyyat-az.com) Məsul katibi, şairə-publisist Şəfa Eyvazdır.
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə Əlaqələr şöbəsi
Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatı tərəfindən gerçəkləşdirilən “Türkiyə-Azərbaycan ədəbi-mədəni əlaqələrinin inkişafına dəstək” layihəsi çərçivəsində Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktor müavini, istedadlı yazıçısı Tural Sahabın “İnsanıstan” adlı hekayəsi Qardaş Türkiyə Cümhuriyyətinin Tokat şəhərində fəaliyyət göstərən TOSAYAD (Tokat Şairler ve Yazarlar Derneği) rüblük orqanı “Kümbet” eğitim, kültür, sanat ve edebiyat dergisinin 57 yeni sayında dərc olunub.
“Türkiyə-Azərbaycan ədəbi-mədəni əlaqələrinin inkişafına dəstək” layihəsinin rəhbəri, müəllifi koordinatoru və məsul katibi Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidmətinin rəhbəri, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Kümbet” və “Usare” dərgilərinin Azərbaycan təmsilçisi, “Kardelen” üçaylıq mədəniyyət, ədəbiyyat və sənət dərgisi yazarı, şair, tərcüməçi, publisist, jurnaist, gənc yazar Kamran Murquzov, məsləhətçisi isə Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutunun Kurikulum Mərkəzinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin (gundelik.info) və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının (edebiyyat-az.com) Məsul katibi, şairə-publisist Şəfa Eyvazdır.
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə Əlaqələr şöbəsi
Sizi Novruz bayramı münasibətilə ürəkdən təbrik edir, hər birinizə cansağlığı və səadət arzulayıram.
Azərbaycan torpağında qədim köklərə malik Novruz bayramı xalqımızın mədəni sərvətlər xəzinəsində layiqli yer tutur. Ulu əcdadımızın zəngin daxili aləminin və nikbin dünyagörüşünün dolğun təcəssümü olan bu el bayramı yüzillərdən bəri varlığımızın ən dərin qatlarına nüfuz etmiş, milli özünüdərkin təşəkkülünə töhfələr vermiş, ali dəyərlərin daşıyıcısına çevrilərək insanlarımızı vahid mənəviyyat ətrafında daim bir-birinə yaxınlaşdırmışdır.
Tariximizin taleyüklü anlarında gələcəyə inamımızı biz, eyni zamanda, Bahar bayramının bəxş etdiyi mənəvi güc sayəsində qoruyub saxlamışıq. Qloballaşma dalğasının vüsətli dövründə Novruz ənənələrinin müqəddəs ərməğan kimi uca tutulması və bütün rəngarəngliyi ilə yaşadılması çoxəsrlik mədəni irsimizə ehtiramımızın ifadəsidir.
Məhz parlaq Zəfərimizin qat-qat gücləndirdiyi xoş bahar ovqatı içində, artıq ikinci ildir ki, azadlığına qovuşmuş torpaqlarımızda hazırda yüksək sürətlə genişmiqyaslı bərpa və quruculuq işləri aparılmaqdadır. Yaz ətirli bayramımız bizi daha şövqlə çalışıb indi rahat nəfəs alan bu doğma yurd yerlərini qısa müddətdə abadlaşdırmağa və öz əvvəlki dinc həyatına qaytarmağa ruhlandırır.
Vətənimizin ərazi bütövlüyü naminə canlarından keçmiş igid övladlarımızın xatirəsini bu bayram günlərində minnətdarlıqla yad edir, ölkənin müdafiəsində mətinliklə dayanan Azərbaycan əsgərinə təbriklərimi yetirirəm.
Əminəm ki, xaricdəki soydaşlarımızın bizimlə birgə azərbaycançılıq məfkurəsi işığında baharı qarşılamaları onların qəlbində yurdumuza bağlılıq hisslərini daha da möhkəmləndirəcəkdir.
İrəlidə bizi ümumxalq əhəmiyyətli mühüm vəzifələrin həlli gözləyir. İnanıram ki, hər birimiz yaz fəslinin yeniləşdirici ab-havası ilə həmahəng ruh yüksəkliyi və həmrəylik şəraitində qurub-yaratmaq əzmi nümayiş etdirəcək, Qarabağa böyük qayıdış planımızı uğurla gerçəkləşdirəcəyik.
Hamınıza bahar əhval-ruhiyyəsi arzu edirəm. Qoy bu əziz bayram hər evə, hər ocağa bol sevinc, ruzi-bərəkət və firavanlıq gətirsin!
Novruz bayramı (Tərcümə: Yeni Gün bayramı, Bahar bayramı; fars. نوروز (Novruz), özb.Navruz, türkm.Nowruz, qaz.Naurız, qırğ.Nooruz, türk.Nevruz, krımtat.Navrez.) – Qədim türk və fars mənşəli xalqlara məxsus bayram.
Novruz bayramı Şimal yarımkürəsində astronomik yazın başlandığı, gecə-gündüzün bərabərliyi günündə (martın 20-si və ya 21-dən başlayıb 25-nə qədər) keçirilir. Bir sıra xalqlar yaz fəslinin gəlməsini təbiətin canlanması ilə bağlamış, bu münasibətlə şənliklər keçirmiş, onu yeni ilin başlanğıcı kimi bayram etmişlər. Qədim zamanlardan başlayaraq Azərbaycan, İran, Əfqanıstan, Tacikistan, Özbəkistanda və bir çox şərq ölkələrində baharın – yeni ilin gəlişini şənliklərlə qarşılayırlar. Martın 21-i İran və Əfqanıstanda rəsmi təqvimin ilk günü sayılır.
2009-cu il sentyabrın 30-da Novruz bayramı YUNESKO tərəfindən qeyri-maddi mədəni irs siyahısına daxil edilmiş, 23 fevral 2010-cu ildə isə BMT Baş Assambleyasının 64-cü sessiyasının iclasında mart ayının 21-i “Beynəlxalq Novruz Günü” elan edilmişdir. Novruz bayramı Azərbaycanda geniş miqyasda qeyd olunduğu üçün bayram ərəfəsi qeyri-iş günləri elan olunur. Novruz bayramının mənşəyi qədimdir. İslam dini Yaxın Şərq və Orta Asiya ölkələrində yayıldıqdan sonra Ərəb xilafəti bu ölkələrin xalqlarının adət-ənənələrini, bayramlarını təqib etməyə başladı. Əksər xalqlar bahar bayramının əsl mahiyyətindən doğan bir sıra adət-ənənələri, oyunları indiyədək saxlamışlar.SSRİ-nin poçt markası. Azərbaycanda Novruz
Orta əsr müəllifləri Şərq ölkələrində İslam dini yayıldıqdan sonra da Novruz bayramında yaz ənənələrinin, əkinçilik təqvimi etiqadlarının möhkəm yer tutduğunu göstərirlər. Əbu Reyhan Biruni Novruz bayramı haqqında müxtəlif rəvayətlərdən, onun yaranması səbəblərindən, bu bayram münasibətilə xalq arasında yayılmış adət-ənənələrdən bəhs etmiş, Novruz bayramının təbiətin oyanması, əkinçilik təsərrüfatının başlanması ilə bağlı əsl dünyəvi bayram olduğunu qeyd etmişdir.
Nizamül Mülk “Siyasətnamə” əsərində Novruz bayramından yazın gəlişi ilə əlaqədar keçirilən kütləvi xalq bayramı kimi bəhs etmişdir. Novruzun gəlişi klassik Şərq, o cümlədən Azərbaycan poeziyasında geniş yayılmış “Bahariyyə” adlı lirik şeirlərdə də təsvir və tərənnüm edilir.
Novruz bayramında müxtəlif oyunlar keçirilir.Bunlara atırma.halay,bənövşə,cıdır-ənzəli,Kosa-kosa və bu kimi oyunlar aid edilir.
Bəzi qədim inanclara görə kainat 4 ünsürdən – su, od, torpaq və küləkdən yaranıb. Hər il 4 çərşənbə Novruzdan, günün bərabərləşməsindən əvvəl qeyd olunur. Aşıqlar da “Ab, atəş, xak, badan yarandım” deyiblər vücudnamələrində, yəni su, od, torpaq və yelə bağlıdır insan.
Birinci su çərşənbəsi adlanır. Bahara doğru buzlar əriyir, çayların donu açılır,torpaq ağaclarla birlikdə oyanır hər yer yavaş-yavaş canlanır.Torpaq yavaş-yavaş islanmağa başlayır.Adət olaraqsa qızlar bulaqlardan sərin, şirin su gətirərdilər, evin ətrafına çiləyərdilər, üzlərini yuyardılar.
İkincisi od çərşənbəsi adlanır. Ona görə ki, bahara doğru günəş yavaş-yavaş torpağı qızdırır, isindirir, onu yaratmaq üçün hazırlayır. Od çərşənbəsində tonqallar qalayardılar. Hər ailə üzvünün adına bir şam yandırardılar. Xonçalar düzəldilərdi.
Üçüncüsü yel çərşənbəsidir. Yəni yel artıq azacıq oyanmış torpağı, təzəcə çıxmış yaza həsrət gülləri tərpədir, tumurcuqlanan ağacları yellədir.
Dördüncüsü torpaq çərşənbəsidir. Torpağı ana təbiət su ilə islatdı, günəşlə isitdi, onu yaratmağa hazırladı. Ona görə də ilk yaz əkinini xışla-kotanla məhz torpaq çərşənbəsi günündə başlayardılar. Yaşlı qadınlar “Səməni, saxla məni, ildə göyərdərəm səni” deyib buğda isladardılar.
Novruz bayramında xüsusi şirniyyatlarla bişirilir. Çərşənbə və bayram xonçaları bu şirniyyatlarla bəzədilir. Bayramda bişirilməsi mütləq olan şirniyyatlar bunlardır, qoğal, şəkərbura, badamburan, paxlava. Hər bir bişirilən şirniyyatlar bir səma cisimlərinə bənzədilir. Qoğal günəşi, şəkərbura ayı, paxlava ulduzları tərənnüm edir.
Kosa və Keçəl Novruz atributlarıdır. Keçəl qışı, Kosa isə yazı ifade edir.
Novruz bayramında aşağıdakı adətlər yerinə yetirilir:
Torba atmaq. Sonralar torba, xurcun papaqla əvəz olunub. Ancaq Azərbaycanda namus, qeyrət rəmzi olan papağın qapılara pay üçün atılmağı birmənalı qarşılanmır və tənqid edilir. Qapıya atılan torbanı boş qaytarmazlar.
Qulaq falına çıxmaq. Əgər gizlin dinlənən evdən xoş söhbət eşidilərsə, bu arzunun yerinə yetəcəyinə işarədir.
Tonqaldan tullanmaq. Tonqaldan tullarkən bu ifadə deyilir: “Ağırlığım – uğurluğum odda yansın”.
Üzük falına baxmaq. Qızlar üzüyü saç telinə bərkidib su ilə dolu stəkanın üstündə saxlayarlar. Üzük stəkana neçə dəfə dəysə,bu həmin qızın o yaşda ərə gedəcəyinə işarədir.
Səməni yetişdirmək. Bu yazın gəlişinə və bitkilərin oyanmasına işarədir.
Yumurta döyüşdürmək. Oyunun nəticəsində tərəflərdən biri digərinin tələblərini yerinə yetirir.
Qonaq getmək. Novruzda qohumların və qonşuların evinə qonaq gedərlər, onlara Novruz payı apararlar.
Yaşlıları ziyarət etmək. Yaşlı və xəstə insanları ziyarət olunar, bayramları təbrik edilir.
Şam yandırmaq. Novruzda ailənin sayı qədər şam yandırarlar.
Küsülülərin barışması. Novruzda heç kim küsülü qalmamalıdır. Bütün küsülülər barışmalıdır.
Yallı getmək. Azərbaycan xalqının qədim dövrdən bəri ifa etdiyi rəqsdir. Bunun mənası insanların birliyidir.
Xoruz döyüşdürmək. Bunun üçün xüsusi döyüş xoruzları böyüdülür
Novruz dünyanın əksər ölkələrində bu xalqların nümayəndələri tərəfindən geniş şəkildə qeyd edilir. Bu cür məkanlar arasında Los-Anceles, Toronto, Londonu saymaq olar. Los-Anceles şəhərinin ocaq qalamağa dair sərt qərarları var, heç bir kəsə öz mülkündə ocaq qalamağa icazə verilmir. Buna baxmayaraq Cənubi Kaliforniyada yaşayan və Novruzu qeyd etmək istəyən azərbaycanlılar və iranlılar Kaliforniyanın çimərliklərinə gedir və ocaq qalamağa icazə verilmiş yerlərdə bayram ocağı qalayırlar.
Azərbaycanda adətə görə Novruz bayramında göyərdilən səməni yazın gəlməsinin, təbiətin canlanmasının, əkinçiliyin rəmzidir. Azərbaycan kəndlisi səməni göyərtməklə növbəti təssərrüfat ilinə bərəkət, bolluq arzulamış, bayrama dörd həftə qalmış, hər çərşənbə axşamı və bayram günü tonqal qalamaqla, mahnı (“gün çıx!” nəğməsi və s.) qoşmaqla oda, atəşə, günəşə olan etiqad və inamını ifadə etmişdir. Bütün bu mərasimlər İslamdan çox-çox əvvəl mövcud olmuş qədim şərq ənənələrinin davamıdır.
İsmayıl Şıxlı 1919-cu il martın 22-də[1] Qazaxın İkinci Şıxlı kəndində müəllim ailəsində anadan olmuşdur. 1928-ci ildə Qazax rayonunun Kosalar kənd orta məktəbinə daxil olmuşdur. Orta məktəbi bitirdikdən sonra 1934–1936-cı illərdə Qazax Pedaqoji Texnikomunda oxumuşdur. Texnikomda təhsil alarkən 1935-ci ildə Lenin komsomolu sıralarına daxil olmuşdur. Qazax Pedaqoji Texnikomunu bitirdikdən sonra 1936–1937-ci illərdə Kosalar kənd orta məktəbində müəllimlik etmişdir. Daha sonra 1937-ci ildə V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun dil və ədəbiyyat fakültəsində oxumuş və 1941-ci ildə ali təhsilini bitirmişdir.
İkinci dünya müharibəsi dövründə sovet ordusu tərkibində ön cəbhələrdə (Şimali Qafqaz, Krım, III Belorusiya cəbhəsi və Şərqi Prussiya istiqamətində döyüşən orduda sıravi əsgər) olmuşdur. Tərxis edildikdən sonra altı ay Kosalar kənd məktəbində tədris hissə müdiri işləmişdir (1946). Azərbaycan Pedaqoji İnstitunun filologiya fakültəsində aspirant (1946–1949), müəllim, baş müəllim olmuş, xarici ölkələr ədəbiyyatı kafedrasının müdiri, bir müddət Azərbaycan Yazıçılar İttifaqının katibi (1965–1968) kimi çalışmısdır. “Azərbaycan” jurnalında baş redaktor (1976–1978), Azərbaycan Yazıçılar İttifaqının birinci katibi (1981–1987), SSRİ Yazıçılar İttifaqının katibi (1981–1987) olmuşdur. 1986-cı ildə Azərbaycan Yazıçılar İttifaqının sədri seçilmişdir. Azərbaycan Yazıçılar Birliyinin Ağsaqqallar Şurasının sədri seçilmişdir (1991).
İlk mətbuat əsəri “Quşlar” şeiri 1938-ci ildə “Ədəbiyyat” qəzetində dərc olunmuşdur. Ədəbi yaradıcılığa 1947-ci ildə “İnqilab və mədəniyyət” jurnalında çap etdirdiyi “Həkimin nağılı” hekayəsi ilə başlamışdır. Bundan sonra dövri mətbuatda müntəzəm çıxış etmişdir. Əsərləri keçmiş SSRİ və xarici ölkə xalqlarının dillərinə tərcümə olunmuşdur.
İctimai işlərdə fəal çalışmışdır. Bakı zəhmətkeş deputatları Sovetinin deputatı (1967–1969, 1983), Azərbaycan Respublikası Ali Sovetinin deputatı (1986–1995), Azərbaycan KP Bakı şəhər komitəsinin (1968–1970), Azərbaycan KP MK-nın (1986–1990), Azərbaycan Həmkarlar Şurası rəyasət heyətinin, SSRİ Yazıçılar İttifaqı idarə heyətinin üzvü seçilmişdir.
Xidmətlərinə görə “Qızıl Ulduz” (1945), “Şərəf nişanı” (1971), “Qırmızı əmək bayrağı” (1979), II dərəcəli “Böyük Vətən müharibəsi” (1985) ordenləri və medallarla təltif edilmişdir. Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanını (1973) və Azərbaycan Respublikasının “Şöhrət” ordenini almışdır (04.07.1994)[3].
Mehdi Əli oğlu Hüseynov 22 mart 1909-cu ildə Qazax qəzasında anadan olmuşdur. O, öz fəaliyyətinə hekayə ilə başlamış, ilk hekayəsi 1927-ci ildə nəşr edilmişdir. İlk iri həcmli əsərlərinə məhəbbət mövzusunda yazdığı “Kin” povesti və siyasi motivli “Daşqın” romanı aiddir. 1930-cu illərin hadisələrini əks etdirən “Tərlan” romanı da onun qələminin məhsuludur. Müharibə mövzusunda isə “Nişan üzüyü” hekayəsini, “Fəryad” və “Ürək”povestlərini yazmışdır.
1948-ci ildə Bakı neftçilərinin bədii obrazını “Abşeron” romanında əks etdirmişdir. Yazıçının tarixi mövzulu dram əsərlərində: “Cavanşir”, “Nizami”,[2] “Şamil” görkəmli şəxsiyyətlərin obrazları hazırlanmışdır. M.Hüseyn şəxsiyyətə pərəstiş dövrünün acınacaqlı təsvirini “Yeraltı çaylar dənizə axır” romanında bədii şəkildə, sənətkərlıqla əks etdirə bilmişdi.O, Azərbaycan yazıçısı, dramaturq, tənqidçi, ictimai xadim, Azərbaycan xalq yazıçısı (1964) və SSRİ Dövlət mükafatı laureatıdır(1950).Azərbaycan Dövlət Universitetinin pedaqoji fakültəsinin tarix şöbəsini (1929) və Moskvada Dövlət Kinematoqrafiya İnstitutu yanında akademiya tipli kinossenariçilər kursunu (1938) bitirmişdir. Azərbaycan Proletar Yazıçıları Cəmiyyətinin məsul katibi, Azərbaycan Sovet Yazıçıları İttifaqı Təşkilat Komitəsinin məsul katibi (1930–34), Azərbaycan Yazıçılar İttifaqı İdarə Heyətinin birinci katibi, SSRİ Yazıçılar İttifaqı İdarə Heyətinin katibi (1958–65) olmuşdur.Yaradıcılığa müxbir yazıları ilə başlamışdır. İlk tənqidi məqaləsi (“Bizdə futurizm cərəyanı”) 1926 ildə, ilk hekayəsi (“Qoyun qırxımı”) isə 1927 ildə dərc edilmişdir. “Bahar suları” (1930), “Xavər” (1930) kitablarındakı hekayələrdə Azərbaycan kəndində yeni həyat uğrunda mübarizənin səciyyəvi epizodları, dövrün koloriti əksini tapmışdır. “Tunel” (1927), “Qan intiqamı” (1928), “Kin” (1935), “Daşqın” (1933–36) romanında Mehdi Hüseyn fərdi xüsusiyyətləri ilə seçilən sujetlər yaratmışdır.Azərbaycan ədəbiyyatında ilk tarixi povest olan “Komissar”da (1942–49) pəşəkar inqilabçı M.Əzizbəyovun surəti ön plana çəkilmişdir. Ən mü¬hüm tarixi əsəri olan “Səhər” (1953), “Tərlan” (1940), “Vətən çiçəkləri” (1942), “Moskva” (1942), “Ürək” (1945), “Fəryad” (1945) əsərlərində vətənpərvərliyin qüdrəti, adamların mərdliyi və qəhrəmanlığı tərənnüm olunur. Neftçilərin həyatından bəhs edən “Abşeron” (1949), müəyyən mənada onun davamı olan “Qara daşlar” (1957–59) və ölməz “Yeraltı çaylar dənizə axır” (1965–1966) romanları ictimai, mənəvi əxlaqi problemlərə cəsarətli müdaxilə baxımından diqqətə layiqdir.Mehdi Hüseyn dramaturq kimi də tanınmışdır. O, dram yaradıcılığına “Şöhrət” (1939) pyesi ilə başlamışdır. “Nizami” (1942) və “Cavanşir” (1957) tarixi dramlarında Azərbaycan xalqının vətənpərvəliyi, qəhrəmanlıq ənənələri əks olunmuşdur. “Alov” (1961), “İntizar” (1944, İ.Əfəndiyevlə birgə), “Şamil” (1940–41) və “Qardaşlar” (1948) pyesləri, habelə xatirələri, yol qeydləri “Bir ay və bir gün” (1963), gündəlikləri var. “Şair” (1939), “Fətəli xan” (1947, Ə.Məmmədxanlı ilə birgə), “Səhər” (1958), “Qara daşlar” (1958) kino ssenarilərinin müəllifidir.Mehdi Hüseyn tənqid və publisistika sahələrində də fəaliyyət göstərmişdir. Onun əsərləri bir sıra xarici dillərə tərcümə olunmuşdur. /* Həyatı */
Görkəmli ədib Mehdi Hüseyn 10 mart 1965-ci ildə Bakıda vəfat etmişdir. Adına Bakıda küçə, Qazax rayonunda məktəb-lisey var.
↑ “Sinifdənxaric tədbirlər zamanı tarixi şəxsiyyətlərə dair materialların öyrənilməsi”. Afaq Qasımova. Yeniyetmələrin tarixi şəxsiyyətlərin nümunəsində tərbiyə edilməsi. Bakı: Nurlan, 2006. — səh. 125.
Xamis Muradov. Kinofabrikdən başlanan yol. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası. Aydın Kazımzadə. Bizim “Azərbaycanfilm”. 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 4.
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası. Aydın Kazımzadə. Bizim “Azərbaycanfilm”. 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 90.
Səməd Yusif oğlu Vəkilov 21 mart 1906-cı ildə Qazax qəzasınınYuxarı Salahlı kəndində bəy nəslinə mənsub ailədə anadan olmuşdur. Kosalı ağaları, sonradan isə Vəkilovlar adlanan nəslin azı 400 illik tarixi məlumdur. Şairin anası da həmin nəsildəndir. Atası Yusif ağa kənddə, ömrünün son illərini isə Qazax şəhərində yaşamışdır. Gözəl saz ifaçısı olması məlumdur. Şair uşaqlıq illərini doğma kəndində keçirmiş, ibtidai təhsilini kənddəki rus-tatar məktəbində almışdır.
Onun 6 yaşı olarkən anası Məhbub xanım 28 yaşında vəfat edir. Səməd atası Yusif ağanın və ana nənəsi Aişə xanımın himayəsində böyüyür. Şairin ana babası Mehdixan ağa Köhənsal təxəllüsü ilə tanınan el şairi idi. Şairin ana nənəsi Aişə xanım görkəmli Azərbaycan şairi və dövlət xadimi Molla Pənah Vaqifin nəslindən idi.
1918-ci ildə görkəmli ədəbiyyatşünas və Firudin bəy KöçərliQori müəllimlər seminariyasının Azərbaycan şöbəsini Qazaxa köçürərək, Qazax müəllimlər seminariyasını təşkil edir. Məktəbə qəbul olunan kənd uşaqları arasında Səməd və Mehdixan Vəkilov (1902–1975) qardaşları da var idi. Mehdixan Vəkilov Səmədin böyük və yeganə qardaşı olmuşdur. Qardaşı Hacıməmməd və bacısı Nabat isə uşaq yaşlarında vəfat etmişdilər. Firudin bəy Köçərlinin həyat yoldaşı Badisəba xanım Köçərli də şairin yaxın qohumu idi.
Səməd Vurğun seminariyanı bitirdikdən sonra (1924) Qazax, Quba və Gəncədə Azərbaycan dili və ədəbiyyatını tədris etməyə başlayır. 1920–1930 illərdə şairin səsi ciddi surətdə ədəbi mühitin və geniş oxucu kütlələrinin nəzərini cəlb edir. 1930-cu illərdə o, Aleksandr Puşkinin “Yevgeni Onegin”, Maksim Qorkinin “Qız və ölüm”, Şota Rustavelinin “Pələng dərisi geymiş pəhləvan”, Nizami Gəncəvinin “Leyli və Məcnun” əsərlərini Azərbaycan dilinə tərcümə edir.
Səməd Vəkilov gəncliyində hər şeylə maraqlanan, həssas, bununla yanaşı çox qətiyyətli, möhkəm iradəli, hazırcavab olmuşdur. Təhsilə başladığı ilk günlərdən ondakı fitri istedad özünü göstərmişdir. Bu illərdə o, Vaqif, Vidadi, Zakir və Sabir yaradıcılığı ilə yanaşı, Puşkin və Lermontovun, türk şairlərindən Tofiq Fikrət, Namiq Kamal, Mehmed Eminin əsərləri ilə də tanış olur. Məlahətli səsi olduğundan gözəl oxuyur, məharətlə saz və skripka çalır, şeir deyir, həvəskar tamaşalarda çıxış edirdi.
1922-ci ildə şairin atası Yusif ağa, bir il sonra isə nənəsi Aişə xanım vəfat edir. Bundan sonra Səmədə və qardaşı Mehdixana onların bibisi qızı pedaqoq Xanqızı (Bıjı, yəni, bacı) Vəkilova qayğı göstərir.
Poeziya get-gedə şairin bütün varlığına hakim kəsilir. Gənc şair öz xalqını, vətənini, doğma torpağının əsrarəngiz təbiətini sevdiyi üçün özünə “Vurğun” təxəllüsünü götürür. Digər bir versiyaya görə isə sevdiyi qıza ünvanladığı şeirləri “Vurğun” təxəllüsü ilə imzalamış və beləcə də davam etmiş, tanınmışdır.
1929-cu ildə Səməd Vurğun İkinci Moskva Universitetinin ədəbiyyat fakültəsinə daxil olur. Moskvadakı təhsil illərində o, fəal yaradıcılıqla da məşğul olur. Həmin illər yazdığı siyasi məzmunlu və lirik şeirlər onun 1930-cu ildə çap olunmuş “Şairin andı” adlı ilk kitabında toplanmışdır.
1930–1940-cı illər Vurğun istedadının çiçəklənməsi və yüksəlişi dövrüdür. 1934-cü ildə şairin “Könül dəftəri” və 1935-ci ildə “Şeirlər” adlı kitabları nəşr olunmuşdur. Bu dövrdə şair, Azərbaycan poeziyasının dilini bir çox əcnəbi sözlərdən təmizləyərək, Azərbaycan ədəbiyyatını və dramaturgiyasını yeni əsərlər hesabına zənginləşdirmişdir. Yalnız 1935-ci ildə Səməd Vurğun 7 poema və 100-ə yaxın şeir yazmışdır. 1933-cü ildə yazılmış “Azərbaycan” şeiri Azərbaycan ədəbiyyatının incilərindəndir. Bu şeirdə şair öz vətəninin qədim tarixi, təbii gözəlliyi, nemətləri, xalqın xeyirxahlığı, açıqürəkliyi və qonaqpərvərliyini tərənnüm etmişdir.
Elə həmin il Səməd Vurğunun şəxsi həyatında yenilik baş verir. Belə ki, o, Abdulla Şaiqin həyat yoldaşının bacısı Xavər xanım Mirzəbəyova ilə ailə həyatı qurur.
1936–1937-ci illərdə yeni əsərlər yazmaqla yanaşı tərcüməçiliklə də məşğul olaraq, Puşkinin “Yevgeni Onegin” mənzum romanını Azərbaycan dilinə tərcümə etmişdir. Bu tərcüməsinə görə şairə Puşkin komitəsinin “A.S.Puşkin medalı” təqdim olunmuşdur. Bu illər şair Şota Rustavelinin “Pələng dərisi geymiş pəhvəlan” əsərinin bir hissəsini böyük ustalıqla tərcümə etmiş, buna görə Gürcüstan SSR MİK-in fəxri fərmanı ilə təltif edilmişdir. Eləcə də şair Taras Şevçenkonun, İlya Çavçavadzenin və Cambul Cumayevin bir çox şeirlərini dilimizə tərcümə etmişdir.
1937-ci ilin ikinci yarısında Səməd Vurğun özünün ölməz dram əsərini – “Vaqif”i yazır. “Vaqif” dramını 3–4 həftə ərzində, heyrətləndirici bir sürətlə tamamlayan şair əsərdə Molla Pənah Vaqifin faciəli həyatını, şair böyüklüyünü, insanlıq kamilliyini ustalıqla, məhəbbətlə əks etdirmişdir. “Vaqif” dramına görə Səməd Vurğun 1941-ci ildə “Stalin mükafatı”na layiq görülmüşdür.
1937–1938-ci illərin qanlı repressiyaları Səməd Vurğundan yan keçməmişdi. Onun yüksək sənət qüdrəti, nüfuzu və ona olan xalq məhəbbətinə qısqanan adamlar şairi millətçilik böhtanları ilə ləkələmək və cərgədən çıxartmağa can atırdılar. Müxtəlif dairələrdə dəfələrlə “onun məsələsinə” baxılmış, böyük şair “ölüm və ya ölüm” dilemması qarşısında qalmalı olmuşdur. Şairi aidiyyəti idarələrə tez-tez çağırırdılar.
Nizami Gəncəvinin 800 illik yubileyinə hazırlıq işində fəal iştirak edən Səməd Vurğun 1939-cu ildən başlayaraq Nizami haqqında məqalələr yazmış, elmi məruzələrlə çıxış etmiş, onun “Leyli və Məcnun” poemasını məharətlə Azərbaycan dilinə çevirmişdir. 1939-cu ildə şair inqilabçı Xanlar Səfərəliyevin həyatından bəhs edən ikinci mənzum dram əsəri olan “Xanlar”ı yazmışdır. Həmin il onun “Azad ilham” kitabı nəşr edilir.
1941-ci ildə Səməd Vurğun Nizaminin “Xosrov və Şirin” poemasının motivləri əsasında mənzum dramını yazır. Müharibə dövründə yazılmış bu dram əsərində böyük vətənpərvərlik duyğularının tərənnümü xüsusi məna kəsb edirdi. Səməd Vurğun 1942-ci ildə bu əsərə görə ikinci dəfə “Stalin mükafatı”na layiq görülür.
Şairin yaradıcılığında Böyük Vətən müharibəsi dövrü xüsusi yer tutur. Müharibə illərində sənətkar 60-dan artıq şeir, bir neçə poema, o cümlədən “Bakının dastanı” poemasını yazmışdı. Bu illərdə Səməd Vurğun sənətinin şöhrət miqyası çox genişlənir. Onun yazdığı “Ukrayna partizanlarına” şeirinin mətnləri təyyarədən Ukrayna meşələrinə səpələnərək partizanlara çatdırılmışdı.
1943-cü ildə ABŞ-da keçirilən müharibə əleyhinə yazılmış ən dəyərli əsərlər müsabiqəsində şairin yazdığı “Ananın öyüdü” şeiri çox yüksək qiymətləndirilmiş və dünya ədəbiyyatında bu mövzuda yazılan ən qiymətli 20 əsərdən biri kimi Nyu-Yorkda çap etdirilərək hərbçilər arasında yayılmışdır. Müharibə illərində vətənpərvər şairin atəşli səsi ön cəbhədə, xəstəxanalarda, radioda daha əzəmətli səslənirdi. Müharibənin ağır şəraitində Səməd Vurğun Krım, Mozdok, Qroznı, Novorossiysk cəbhələrində olmuşdur. 1943-cü ildə onun təşəbbüsü ilə hərbi tədbirlər, cəbhəçilər və onların doğmaları ilə görüşlər keçirmək üçün Füzuli adına Ziyalılar evi yaranmışdır.
1945-ci ildə yazdığı fəlsəfi dram olan “İnsan”da şair gələcəyi romantik vüsətlə əks etdirməyə çalışmış, müharibənin odlu-alovlu günləri içərisində insan zəkasının qüdrətini göstərmişdir. Şairin bu əsərdə yaratdığı “Qardaşlıq şəhəri”ndə dünyanın eyni arzu və ideallarla yaşayan insanları toplaşmışdır.
Səməd Vurğun təkcə məşhur şair deyil, eyni zamanda böyük alim, əvvəzsiz təşkilatçı və nəzəriyyəçi idi. 1945-cı ildə o, Azərbaycan SSR Elmlər Akademiyasının akademiki seçilmişdir. Elə həmin il Bakıda İranla Mədəni Əlaqələr Cəmiyyəti yaranır. Bu cəmiyyətin rəhbəri Səməd Vurğun təyin edilir. İlk gündən şair tərəfindən cəmiyyətin qarşısında duran vəzifələr təyin edilir. O, İran Azərbaycanı ilə Azərbaycan SSR arasında mədəni körpü yaradılması işində fəal iştirak edir. Ulu öndər Heydər Əliyev xalq şairi Səməd Vurğunun 90 illik yubileyinə həsr edilmiş gecədə nitqində S.Vurğunun akademik fəaliyyətinə toxunmuşdur: “Səməd Vurğun eyni zamanda böyük alim, filosof idi. Səməd Vurğun Azərbaycan Elmlər Akademiyasının təsisçilərindən, yaradıcılarından biridir. Səməd Vurğun Elmlər Akademiyasının yaradılmasının təşəbbüsçülərindən biridir. O, sadəcə akademik seçilmiş bir adam deyil. Səməd Vurğun və məhz onun kimi Üzeyir Hacıbəyov, Heydər Hüseynov, Yusif Məmmədəliyev, Mustafabəy Topçubaşov, Mirzə İbrahimov və başqa belə insanların təşəbbüsü nəticəsində 1945-ci ildə Azərbaycan Elmlər Akademiyası yaranıbdır. Bu, böyük tarixi hadisədir. Burada Səməd Vurğunun xidmətləri böyükdür. Ən böyük xoşbəxtlik ondadır ki, Səməd Vurğun ömrünün son illərində həmin akademiyanın vitse-prezidenti vəzifəsini daşımışdır və Azərbaycan elminin, ədəbiyyatşünaslığının inkişafında çox əvəzsiz xidmətlər göstərmişdir.”[1]
Müharibədən sonrakı illərdə Səməd Vurğun görkəmli ictimai xadim kimi dünyada sülhün bərqərar olması işində fəal iştirak etmişdir. SSRİ Ali Sovetinin deputatı kimi şair 1947-ci ildə görkəmli ədəbiyyat və mədəniyyət xadimləri ilə birgə Londona səfər etmiş, yolüstü Berlində də olmuşdur. Burada şairi böyük sevinc gözləyirdi. Onun “Vaqif” dramı Berlin teatrında səhnəyə qoyulmuşdu. Teatrın yaradıcı kollektivinə müəlliflə görüşmək, onun fikrini öyrənmək çox maraqlı olur. Alman rejissoru kiçik dəyişiklik etmiş, Ağa Məhəmməd şah Qacarın obrazında Adolf Hitlerə məxsus cizgilər vermişdi.
1948-ci ildə Səməd Vurğun Polşanın Vrotslav şəhərində keçirilən Mədəniyyət Xadimlərinin Ümumdünya Konqresinin iştirakçısı olmuş, konqresdən qayıtdıqdan sonra “Zəncinin arzuları” poemasını yazmışdır. Həmin il poema Polşada çap edilmişdir. Xarici səfərlərlə bağlı yazdığı şeirlərini Səməd Vurğun məşhur “Avropa xatirələri” adı ilə çap etdirmişdir.
1951-ci ildə şair “Bolqar-sovet dostluğu cəmiyyəti”nin xəttilə Bolqarıstanda olmuşdur.
Səməd Vurğunun müharibədən sonrakı dövr yaradıcılığı da çox məhsuldar olmuşdur. Şair bir-birinin ardınca “Muğan” (1948), “Aygün” (1950–1951) və “Zamanın bayraqdarı” (1952) poemalarını qələmə almışdır.
Həyatının son illərində yazdığı şeirləri onun yaradıcılığının yeni mərhələsini təşkil edir. Onlar rəngarəngliyi və poetikliyi ilə seçilən şeirlərdir. Bu şeirlər həyata bağlılıq, insanların dotluq və xeyirxahlıq kimi keyfiyyətlərini əks etdirməklə yanaşı, şairin vətən və xalq qarşısındakı müqəddəs borcunun ifadəsi idi.
Səməd Vurğunun bu illərdə yaradıcılıq uğurlarına baxmayaraq o, 1953-cü ildə haqsız hücumlara, təzyiqlərə məruz qalır. “Aygün” poeması tənqid edilir, şairin Moskvada çap edilmiş “Şairin hüquqları” məqaləsi ona qarşı hücumları daha da kəskinləşdirir. Respublika rəhbərliyinin göstərişi əsasında məqalə Azərbaycan Yazıçılar ittifaqında müzakirə edillir, onun əleyhinə məktub yazılıb Moskvaya göndərilir. Şair yenə də millətçilikdə təqsirləndirilir. Kitablarının kitabxanalardan, dramlarının səhnədən götürülməsinə göstəriş verilir. Şairə şəhərdən çıxmaq qadağan edilir. Lakin, həmin il Stalinin ölümündən sonra SSRİ və respublika rəhbərliyində baş verən dəyişikliklər nəticəsində bu tədbirlər baş tutmur.
1953-cü ildə ölkədə və respublikada böyük dəyişikliklər baş verir. 1954-cü ildə Səməd Vurğun Azərbaycan SSR Elmlər Akademiyasının vitse-prezidenti vəzifəsinə təyin edilir. İşlədiyi dövrdə ictimai elmlər qarşısında böyük problemlər qoyur, saatlarla bu problemlərin, elmi əsərlərin müzakirələrini keçirir, problemlərin həllini təşkil edir. Həddən ziyadə xeyirxah bir insan olan Səməd Vurğun vitse-prezident vəzifəsində çalışdığı zaman da, ayrı-ayrı insanlara öz kömək əlini uzatmışdır. Akademiklərdən Sara Aşurbəyovanın, Püstəxanım Əzizbəyovanın Elmlər Akademiyasına gəlmələri Səməd Vurğunla bağlıdır. Bundan əlavə, dilçi alimlərdən Türkan Əfəndiyeva, Vaqif Aslanov, filosof Camal Mustafayev, tarixçi Mahal Məmmədov və onlarla belə insanların elmə gəlməsi Səməd Vurğunun təkidi və köməkliyi nəticəsində olub. Moskvaya oxumağa göndərdiyi aspirantların ailəsinə kömək edər, təqaüdü az olanlara maddi yardım göstərərdi.[2]
O zamanki SSRİ məkanında Səməd Vurğunun böyük nüfuzu var idi. O, müxtəlif illərdə SSRİ-nin ən yüksək orden və medalları ilə təltif edilmiş, sovet xalqlarının sevimli şairi olmuşdu.
1954-cü ildə Sovet Yazıçıların İkinci Ümumittifaq Qurultayında “Sovet poeziyası haqqında” məruzəni Səməd Vurğun etmişdi. Çoxmillətli və həmin dövr üçün təxminən 200 mln.-luq SSRİ xalqları arasından azərbaycanlı şairin Qurultayda “Sovet poeziyası haqqında” məruzəni etməsi, bütövlüklə, Azərbaycan ədəbiyyatı, onun nümayəndələrinə və şəxsən, Səməd Vurğuna verilən olduqca böyük qiymət kimi dəyərləndirilə bilər.
1955-ci ilin oktyabr ayında Səməd Vurğun SSRİ nümayəndə heyəti tərkibində Vyetnama gedərkən yolda xəstələnir və səfərini yarımçıq saxlamalı olur. Çində onu Pekin xəstəxanalarından birində müayinə edirlər. Bir neçə həftədən sonra şair vətənə qayıdır. Onun xəstəliyi şiddətlənir.
1956-cı ilin martında Səməd Vurğunun 50 yaşı tamam olur. Şairin yubileyinin keçirilməsinə hazırlıqlar çərçivəsində Azərbaycan SSR rəhbərliyi tərəfindən “Azərbaycanın xalq şairi” adı təsis edilir və ilk dəfə bu ada Səməd Vurğun layiq görülür. May ayının 12-sində opera və balet teatrında SSRİ-nin ədəbi ictimaiyyətinin və xarici qonaqların iştirakı ilə şairin təntənəli yubiley gecəsi keçirilir. Yubiley təntənəsindən iki həftə sonra 1956-cı il may ayının 27-də, saat 19:30-da şairin gözləri əbədi yumulur. May ayının 28-dən 30-na kimi şairin cənazəsi Azərbaycan Dövlət Filarmoniyasının binasında qoyulur. Şair may ayının 30-da Sovet Sosialist Respublikaları İttifaqı nümayəndə heyətlərinin, xarici qonaqların və Azərbaycan xalqının böyük bir izdihamı ilə Bakıda 1-ci Fəxri Xiyabanda dəfn edilir.
Şairin övladları da atalarının yolunu davam etdirmiş və ədəbiyyat sahəsində böyük uğurlara imza atmışlar. Azərbaycan mədəniyyəti qarşısındakı xidmətlərinə görə oğlu Yusif Səmədoğlu Azərbaycanın xalq yazıçısı, Vaqif Səmədoğlu Azərbaycanın xalq şairi, qızı Aybəniz Vəkilova isə əməkdar mədəniyyət işçisi fəxri adına layiq görülmüşdür.
1976-cı ildə şairin 70 illiyi münasibətilə buraxılmış poçt markası2006-cı ildə şairin 100 illiyi münasibətilə buraxılmış poçt markası
Şairin adı ölümündən sonra müxtəlif yerlərdə əbədiləşmişdir. Bakıda şairin möhtəşəm heykəli ucaldılmış, meydana və mərkəzi küçələrdən birinə şairin adı verilmişdir. Bundan başqa, Azərbaycan Rus Dram Teatrı, neft tankeri də Səməd Vurğunun adını daşıyır. Mossovetin qərarı ilə Moskva (Rusiya) və Dərbənd (Dağıstan) şəhərlərində küçə, Düşənbə (Tacikistan) şəhərində məktəb, Kiyev (Ukranya) şəhərində kitabxana, Plovdiv (Bolqarıstan) şəhərində texnikum, və Datça (Türkiyə) şəhərində küçə şairin adını daşıyır.
Respublikamızın bütün rayonlarında Səməd Vurğun adına onlarla məktəb, mədəniyyət evi, küçə və park vardır. Vaxtilə respublikada bir çox kolxoz və sovxozlar da şairin adını daşıyırdılar. Şəhər və kəndlərdə şairin heykəlləri, büstləri qoyulmuşdur.
1975-ci ildə Bakıda Sovet ədəbiyyatı günlərində ölkənin ədəbi ictimaiyyətinin iştirakı ilə “Səməd Vurğunun ev-muzeyi“nin təntənəli açılışı olmuş və bir il sonra, 1976-cı ildə şairin doğma kəndi Yuxarı Salahlıda ev-muzeyin filialı – “Səməd Vurğunun poeziya evi” yaradılmışdır.
İran ziyalılarının ağsaqqalı, akademik Cavad Heyətin söylədiklərindən:[3]Akademik Cavad Heyət: vəfatından bir qədər əvvəl Şəhriyarla görüşümüzdə ondan soruşdum ki, Şimal şairlərindən hansını üstün sayırsınız? O bir az düşündü və dedi Səməd Vurğunu.
“Ayna” qəzeti, Bakı, 6 oktyabr, 2012.
5 fеvral 1996-cı ildə Azərbaycanın xalq şairi Səməd Vurğunun anadan оlmasının 90 illiyi münasibətilə ilə əlaqədar qərar qəbul edilmişdir.[4]
Sumqayıtda tanınmış şair, əməkdar jurnalist Rafiq Odayla görüş keçirilib
Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının təşəbbüsü ilə M.Ə.Rəsulzadə adına kitabxana filialda Azərbaycan ədəbiyyatında özünəməxsus dəsti-xətti olan istedadlı şair, AJB Sumqayıt şəhər təşkilatının sədri, “Möhtəşəm Azərbaycan” qəzetinin təsisçisi və baş redaktoru, respublikanın Əməkdar jurnalisti Rafiq Odayın “Ağrıların simfoniyası” adlı şeirlər kitabının təqdimatı keçirilmişdir.
“Elm və təhsil” nəşriyyatı tərəfindən nəşr olunan kitabın redaktoru filologiya üzrə fəlsəfə doktoru, dosent Xanəli Kərimlidir. “Ağrıların simfoniyasıi” müəllifin “Bir yol başlamışam”, “Gecələr içimə göyüzü yağar”, “Ömür gedir öz köçündə”, “Qarabağ şikəstəsi”, “Əlli min də qayğısı var əllimin”, “Ədəbi-tənqidi məqalələr, “Şərur folkloru”, “Həyatın yaşama düsturu”, “Qərib ruhların nəğməsi”, “Tanrının yerdəki mələyi” və s. kitablarından sonra oxucularla növbəti görüşüdür.
Tədbiri giriş sözü ilə açan kitabxana filialın müdiri Ofelya Qafarova təqdimatın məqsəd və qayəsi haqqında danışmış, filologiya elmləri doktoru, Sumqayıt Dövlət Universitetinin kafedra müdiri Avtandil Ağbaba Rafiq Odayaın çoxşaxəli yaradıcılığı haqqında oxuculara geniş məlumat vermişdir. Qeyd olunmuşdur ki, 15-dən artıq kitabı işıq üzü görən Rafiq Oday, eyni zamanda, 500-dən artıq kitaba redaktorluq etmiş, 200-dən çox kitaba “Ön söz” yazmış, 20-yə yaxın ədəbi almanaxın tərtibçisi, yüzlərlə elmi-publisistik məqalələrin müəllifidir.
Tədbirdə şairin qələm dostları – Asif asiman, Namiq Dəlidağlı, Arif Ərşad, Xəqani Abbasəli Öztürk, Lilpar Cəmşidqızı, Nazir Rüstəm, Mədaxil Cavadlı, Süleyman Sərraf, Gülvin Gülpinar Rafiq Oday yaradıcılığına münasibət bildirmiş, yeni kitabının işıq üzü görməsi münasibətilə müəllifi təbrik etmişlər.
Tədbir boyu Sumqayıt şəhər 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin bədii qiraət dərnəyinin üzvlərinin ifasında Rafiq Odayın bir-birindən maraqlı şeirləri səsləndirilmişdir.
M.Ə.Rəsulzadə adına kitabxana filial tərəfindən tərtib olunmuş, şairin həyat və yaradıcılığını əks etdirən “Rafiq Oday dünyası” adlı biblioqrafik göstərci şairə təqdim olunmuşdur.
Sonda yeni şeirlərini oxuyan Rafiq Oday görüşün yüksək səviyyədə təşkilinə görə M.Ə.Rəsulzadə adına kitabxana filialın müdiri Ofelya Qafarovaya və kitabxananın əməkdaşlarına, tədbirdə iştirak edən qələm dostlarına, poeziyasevər oxuculara, böyük ruhla şeirləri bədii qiraət edən şagirdlərə öz təşəkkürünü bildirmiş, 50-dən artıq “Ağrıların simfoniyası” və “Qərib ruhların nəğməsi” kitablarını imzalayaraq tədbir iştirakçılarına hədiyyə etmişdir.
Bayramınız mübarək, əziz və dəyərli xanımlar, dostlar, doğmalar. Hər birinizə sağlam can, problemsiz ömür-gün, sevinc və səadət dolu illər arzulayıram.
Xilas edər bəşəriyyəti ən qorxunc bəlalardan, Dünyanı ən böyük müsibətlərə sürüklər. Alovu bir anda ram edər, Yanar odu körüklər. Sevincindən ənginliklər göy qurşağına dönüşər, Qəzəbindən iki qara bulud, İki qara qoça dönüb bir-biri ilə döyüşər. Güləndə düzü-dünya, çiçək açar, Ağlayanda yer üzü Nuhun tufanına dönər, Hərdən sevgisi nifrətə, nifrəti sevgiyə çevrilər, Gün olar mələklər ziyarətinə enər. Bəzən ağzına qıfıl vursan da susdura bilməzsən, Bəzənsə məsum-məsum baxar, nə danışar, nə dinər. Bəzən bir kitaba dönər – Bir anın içində oxuyub çıxarsan başa, Bəzən bir səhifəsinin üstündə aylarla baş sındırarsan, Sonra da hər şeydən bezib öz başında daş sındırarsan. Nə etsən faydası yox, nə desən faydası yox, Bir amansız döyüşdü, üsulu, qaydası yox. Amma yenə də sevər, sevər, sevərsən, tükənməz bir eşqlə sevərsən. Əriyərsən sevincində, sevgisində, kədərində, nifrətində, Bəzən özü də mat qalar yaratdığına Uca Qüdrətin də… Bütün bunlara rəğmən, Qoruyub saxlar Cənnətin ayaqları altında olma statusun, Ən uca, ən ülvi adın, Bəşəriyyətin ən böyük möcüzəsi – qadın, qadın, qadın…
Mən səndən getdim… Elə səndən də getdim… Bir, iki, üç… Nə deyim vallah, az getməmişəm. Az üzməmişəm. Az üzülməmişəm… Hə, sevmişəm. Səni başqa biri gələnə qədər, səni də digəri gələnə qədər… Nə gözləyirdin? Təksən mi? Müqəddəssən mi? Yox, əzizim, yox! Bu dünyada əvəzedilməz kimsə yox! Bilirsən, qəribə olan nədir? Səndən sonra gələn əsl sevgidir. Yəni mən belə sanmışdım… Hə, aldanmışdım… Heç vaxt aldanmayan mən… Sındırdım bu sehri… Bilirsənmi necə? Dünyada çox yaxşı aktyorlar var… Onlara səssiz alqışlar. Ona görə səssiz ki, qoy həmişə aktyor qalsınlar… Və bir gün cəzalarını alsınlar… Bir də sən ey aktyor cənab! Lap, lap, lap… Az qalıb Səndən getməyimə.. Bənövşə Mahmudqızı 07.11.2016 03:03
Mənə qırılmaq deməyin. Həyat davam etdikcə, Zaman axıb getdikcə, Mən də davam edirəm. Yəni axıb gedirəm… Sevmək də, sevilmək də Əlbəttə ki, haqqımdır. Di gəl ki, təkliyimə Mən elə öyrəşmişəm… Qorxuram ki, tək ikən Xoşbəxt olduğum qədər Cüt ikən ola bilmərəm birdən. Mənə qırılmaq deməyin, Sanki qarğış edirsiz. Paramparça adamın Göz yaşı yağışları Dərgaha çatmayan hayqırışları Eşidirsənmi? Arzularım var mənim! Hanı bəs ümidlərim? Ruhum yorğun, Canım xəstə Şeir yaz, mahnı bəstə Nə xeyri var? Dünya mənə gəlirsə dar, Namussuzluq içərisində Ruhumda olan bu ar, Buz kimi insanlardan Ruhuma yağan bu qar, Üşüyürəm, isidin. Hələ ölməmişəm, Qədrimi bilin. Öz hökmü var bu illərin, Amandır, qədrimi bilin! Öldürməyin, Öldürməyim! Arzularım var mənim! Bənövşə Mahmudqızı Ps. Kişili, qadınlı bütün ” intihar ” qurbanlarına həsr olunmuş şeir.
Fikrət Əmirovun 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
2022-ci ilin noyabr ayında görkəmli bəstəkar, tanınmış ictimai xadim, SSRİ və Azərbaycan Respublikasının Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, SSRİ və Azərbaycan Respublikasının Dövlət mükafatları laureatı, Azərbaycan Respublikası Elmlər Akademiyasının müxbir üzvü Fikrət Məşədi Cəmil oğlu Əmirovun anadan olmasının 100 ili tamam olur.
Azərbaycan bəstəkarlıq məktəbinin böyük nümayəndəsi, simfonik muğam janrının banisi Fikrət Əmirov rəngarəng yaradıcılıq palitrasına malik qüdrətli sənətkar kimi mədəni sərvətlər xəzinəmizə misilsiz töhfələr bəxş etmişdir. Gücünü doğma torpaqdan alan, milli zəminə bağlı bəstəkar ecazkar xalq musiqisi və muğam ənənələrini müasir musiqi texnikası ilə uğurlu şəkildə birləşdirərək, neçə-neçə dəyərli opera, balet, simfoniya, mahnı, romans və kamera-instrumental əsər meydana gətirmişdir. Fikrət Əmirovun üslubuna xas lirik-romantik boyaların bütün əlvanlığı ilə öz əksini tapdığı bu müxtəlif janrlı sənət nümunələrində milli ruh, fəlsəfi-psixoloji dərinlik və melodik gözəllik hakimdir. Həmin əsərlər dünyanın bir sıra ölkələrindəki mötəbər konsert salonlarında məşhur orkestrlərin ifasında müvəffəqiyyətlə səslənmiş və müəllifinə geniş coğrafiyada şöhrət qazandırmışdır. Yüz illiyinin UNESCO-nun 2022–2023-cü illər üzrə görkəmli şəxsiyyətlərin və əlamətdar hadisələrin yubileyləri proqramına daxil edilməsi Fikrət Əmirov sənətinə beynəlxalq miqyasda yüksək qiymət verilməsinin təzahürüdür. Fikrət Əmirovun vətənpərvərliyə səsləyən, daim mənəvi zənginlik aşılayan və bəşəri ideallar tərənnüm edən, nailiyyətlərlə zəngin irsi Azərbaycan musiqi sənəti salnaməsinin ən parlaq səhifələrindəndir.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan musiqi mədəniyyətinin inkişafında xüsusi xidmətləri olan görkəmli bəstəkar Fikrət Əmirovun 100 illik yubileyinin keçirilməsini təmin etmək məqsədilə qərara alıram:
1. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Bəstəkarlar İttifaqının təkliflərini nəzərə almaqla, Fikrət Əmirovun 100 illik yubileyinə dair tədbirlər planı hazırlayıb həyata keçirsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
Xurşidbanu Natəvanın 190 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
2022-ci ildə Azərbaycan bədii fikrinin görkəmli siması Xurşidbanu Natəvanın anadan olmasının 190 ili tamam olur.
Qarabağ xanlığının sonuncu varisi Xan qızı Natəvan mənbəyini doğma təbiətin gözəlliklərindən alan ədəbi yaradıcılığını xalqa məhəbbət nümunəsinə çevrilən xeyriyyəçilik fəaliyyəti ilə ahəngdar şəkildə uzlaşdırmış, yaşadığı Şuşa şəhərinin abadlığı və mədəni həyatının canlılığı üçün böyük zəhmət sərf etmiş, humanist təbiətinə və nəcibliyinə görə tanınıb fədakarlıq və mərhəmət mücəssəməsi kimi sevilmişdir. Xurşidbanu Natəvan Azərbaycan ədəbiyyatı tarixində diqqətəlayiq yer tutan söz ustalarındandır. İncəsənətin ayrı-ayrı növlərinə dərindən bələd olan sənətkar Şərq poetik ənənələrinə sədaqətlə yazıb yaratmış, mənəvi saflığa çağıran və insana məhəbbət, həqiqətə inam hissi aşılayan, zərif lirizmə malik və parlaq bədii boyalarla zəngin bir irs qoyub getmişdir. Onun başçılıq etdiyi ədəbi məclis öz ətrafında dövrün qabaqcıl ziyalılarını toplamış və Qarabağ ədəbi mühitinin inkişafına güclü təsir göstərmişdir.
Xurşidbanu Natəvanın yaradıcılığı həmişə diqqət mərkəzində saxlanılmış, xatirəsinin əbədiləşdirilməsi istiqamətində ölkəmizdə bir sıra tədbirlər həyata keçirilmiş, o cümlədən 1960-cı ildə Bakıda şairənin heykəli, 1982-ci ildə Ulu Öndər Heydər Əliyevin iştirakı ilə Şuşada büstü ucaldılmışdır. Ermənistan silahlı qüvvələrinin 1992-ci ildə Şuşanı işğal edərək buradakı tarixi-memarlıq və mədəniyyət abidələrini vandalcasına dağıdarkən güllə ilə zədələdikləri həmin büst 44 günlük Vətən müharibəsində şəhər şanlı Azərbaycan Ordusu tərəfindən azad olunduqdan sonra əzəli məkanına qaytarılmışdır. Bu gün Natəvanın Şuşada yenidən ucalan və möhtəşəm Zəfərimizin təntənəsini nümayiş etdirən büstü, eyni zamanda, xalqımızın milli mədəni irsə qayğısının rəmzi və mənəvi dəyərlərə ehtiramının təzahürüdür.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, görkəmli şairə və xeyriyyəçi Xurşidbanu Natəvanın 190 illiyinin qeyd olunmasını təmin etmək məqsədilə qərara alıram:
1. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Yazıçılar Birliyinin təkliflərini nəzərə almaqla, Xurşidbanu Natəvanın 190 illiyinə dair tədbirlər planı hazırlayıb həyata keçirsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatı tərəfindən gerçəkləşdirilən “Türkiyə-Azərbaycan ədəbi-mədəni əlaqələrinin inkişafına dəstək” layihəsi çərçivəsində Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının sədri, respublikanın Əməkdar jurnalisti, Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının təsisçisi və direktoru, şair-publisist Rafiq Odayın “Düşür” adlı şeiri Qardaş Türkiyə Cümhuriyyətinin Kahramanmaraş şəhərində fəaliyyət göstərən “Hece Taşları” aylıq şeir dergisinin yeni 85-ci sayında dərc olunub.
“Türkiyə-Azərbaycan ədəbi-mədəni əlaqələrinin inkişafına dəstək” layihəsinin rəhbəri, müəllifi koordinatoru və məsul katibi Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidmətinin rəhbəri, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Kümbet” və “Usare” dərgilərinin Azərbaycan təmsilçisi, “Kardelen” üçaylıq mədəniyyət, ədəbiyyat və sənət dərgisi yazarı, şair, tərcüməçi, publisist, jurnaist, gənc yazar Kamran Murquzov, məsləhətçiləri isə Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş məsləhətçisi, «Gəncəbasar” bölgəsinin rəhbəri, “Nəsr” bölməsinin redaktoru, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Prezident təqaüdçüsü, Gənclər mükafatçısı, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru, gənc xanım yazar Şəfa Vəliyeva, Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutunun Kurikulum Mərkəzinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin (gundelik.info) və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının (edebiyyat-az.com) Məsul katibi, şairə-publisist Şəfa Eyvazdır.
Qeyd edək ki, bundan öncə Azərbaycan ədəbi-mədəni əlaqələrinin inkişafına dəstək” layihəsi çərçivəsində Azərbaycanlı gənc yazarlar Şəfa Vəliyevanın “Poçtalyona məktub”, Şəfa Eyvazın “Bu axşam”, İlahə İmanovanın “Qısqanıram”, Kamran Murquzovun “Yoxdu ehtiyacın Sənin, ay ALLAH!”, Kənan Aydınoğlunun “Sənsiz yaşamağın sirrini öyrət!” şeirləri dərc olunaraq, ictimaiyyət nümayəndələrinin nəzərinə çatdırılıb.
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə Əlaqələr şöbəsi
Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatı tərəfindən gerçəkləşdirilən “Türkiyə-Azərbaycan ədəbi-mədəni əlaqələrinin inkişafına dəstək” layihəsi çərçivəsində yeni nəsil Azərbaycan gəncliyinin istedadlı nümayəndəsi, “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının sabiq Baş redaktoru, gənc xanım yazar Şəfa VəliyevanınQardaş Türkiyə Cümhuriyyətinin Kahramanmaraş şəhərində fəaliyyət göstərən “Hece Taşları” aylıq şeir dergisinin yeni 85-ci sayında dərc olunub.
“Türkiyə-Azərbaycan ədəbi-mədəni əlaqələrinin inkişafına dəstək” layihəsinin layihəsinin rəhbəri və müəllifi Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının sədri, respublikanın Əməkdar jurnalisti, AJB Sumqayıt şəhər təşkilatının sədri, Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının təsisçisi və direktoru, “Kümbet” və “Usare” dərgilərinin Azərbaycan təmsilciliyinin rəhbəri Rafiq Oday, koordinatoru və məsul katibi Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidmətinin rəhbəri, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Kümbet” və “Usare” dərgilərinin Azərbaycan təmsilçisi, “Kardelen” üçaylıq mədəniyyət, ədəbiyyat və sənət dərgisi yazarı, şair, tərcüməçi, publisist, jurnaist, gənc yazar Kamran Murquzov, məsləhətçisi isə Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutunun Kurikulum Mərkəzinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin (gundelik.info) və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının (edebiyyat-az.com) Məsul katibi, şairə-publisist Şəfa Eyvazdır.
Qeyd edək ki, bundan öncə də şairə-publisist Şəfa Eyvazın bədii yaradıcılıq nümunələri, poeziya örnəkləri Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatı təşkilatçılığı həyata ilə keçirilən “Yeni nəsil Azərbaycan gəncliyinin inkişafına dəstək” layihəsi çərçivəsində Qardaş Türkiyə Cümhuriyyətində fəaliyyət göstərən TOŞAYAD (Tokat Şairler ve Yazarlar Derneği) yayın organı “Kümbet” eğitim, kültür, sanat ve edebiyat dergisinin (Tokat şəhəri) 41. sayısında “Ehtiyac” şeiri dərc olunaraq, ictimaiyyət nümayəndələrinin nəzərinə çatdırılmışdı.
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə əlaqələr şöbəsi.
Mücrü” Nəşriyyatının 44 günlük Vətən müharibəsində rəşadətli Azərbaycan ordusunun qələbəsi münasibətilə gerçəkləşdirdiyi yeni layihə çərçivəsində “44 GÜN” ədəbi-bədii topluda işıq üzü görüb.Müxtəlif yaş qrupuna məxsus şair və yazıçıların əsərlərinin yer aldığı topluda Azərbaycan Yazıçılar Birliyinin üzvü Kənan Aydınoğlunun da “ALLAHın dərgahında Şəhidin öz yeri var!”, “Qarabağ AZƏRBAYCANDIR!”, “Qarabağ bayatıları” şeirləri yer alıb.Qeyd edək ki, sözügedən layihənin əsas məqsədi çağdaş Azərbaycan ədəbiyyatında qələbə ruhlu şeirlərin yazılmasına və nəşrinə, eyni zamanda qələbəmizin təbliğatına dəstək, Qarabağ zəfərinə yaradıcı müstəvidə münasibəti üzə çıxarmaqdır.
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun “Ədəbi proses” məruzələri sırasında bölgələrdəki ədəbiyyatın sistemli şəkildə öyrənilməsinə 2015-ci ildən başlanılıb. 2015 və 2016-cı illərdə “Bölgələrdə ədəbi həyat”ı Vaqif Yusifli tədqiq edib. Sonra iki il Nizami Hüseynov “Bölgələrdə ədəbi həyatın daha bir davamı” (2017) və “Bölgələrdə ədəbi həyat – 2018” məqalələri ilə mövzunu gündəmdə saxlayıb. 2019-cu ildə Azərbaycanın bölgələrində yaranan ədəbiyyatı mən incələmişəm.
2020 və 2021-ci ilin əsas mövzularının ortaq olmasını, Vətən müharibəsində qazanılan zəfərin tərənnümünə daha çox yer verilməsini nəzərə alaraq bu iki ili birlikdə araşdırmaq daha məqsədəuyğundur. 2020-ci ilin ən mühüm hadisələri Tovuz döyüşləri, Vətən Müharibəsi və pandemiyadır. Bölgələrdə yaşayan yazarlar da həmin mövzulara biganə qalmamışlar. Rüfət Axundlunun “Amalı Zəfər olanım” şeiri Tovuz döyüşlərinə, “Zəfər Bizimdir” şeiri Vətən müharibəsinə həsr olunub. Bölgələrdə yaşayan gənc yazarlardan da Vətən müharibəsində vuruşanlar oldu. Bunlara misal olaraq Oğuz Alpaslan, Həsən Kür, Toğrul Kərimli, Eyvaz Eyyub, Emin Piri, Səbuhi Qurbanov, Elvin İntiqamoğlu və başqalarını göstərə bilərik. Qəbələdə yaşayan Cəlil Komradlının oğlu Xeyirbəy Səfərçinov şəhidlik mərtəbəsini fəth etdi. Aygün Sadiq “Vətənə çevrilən dost” şeirini şəhid olmuş dostu, baş leytenant Ülvi Məhərrəmovun xatirəsinə ithaf edib. Vüsal Hicran və Sara Selcan şəhid şagirdlərinə şeir yazıblar. Elvin İntiqamoğlu öz tağım komandiri, şəhid baş leytenant Emil Əsədova şeir ithaf edib.
Qələbənin əsas təminatı Şuşanın azad olunması oldu. Bu münasibətlə yazılmış Aygün Sadiqin “Azad yurdum, can Şuşa!” şeiri xüsusilə şeçilir. Eləcə də, Nargisin “Sən Xarıbülbülsən!” əsəri də Şuşanın əsas rəmzlərindən birinə aiddir.
İqbal Nəhmətin “Biz qələbə qazandıq” marşı isə müharibənin zəfərlə nəticələnən sonluğu haqqındadır.
Naxçıvanın 2020-ci ildəki ədəbi həyatı haqqında Elxan Yurdoğlunun “2020-ci ildə poeziya: axtarışlar, tendensiyalar” məqaləsi ətraflı təəssürat yaradır. Bölgənin ədəbi prosesinin formalaşmasında Naxçıvan Yazıçılar Birliyinin sədri, şair Asim Yadigarın, Həsənəli Eyvazlının, Adil Qasımovun, Əbülfəz Ülvinin, Gülay Tahirlinin, Gülsadə İbrahimlinin və başqalarının rolu böyükdür. Naxçıvanda işləyən Şükür Qafarın “Savaş zəfərlə bitdi” (2021) romanı “Savaş hələ bitməyib” romanının davamıdır, əsər Vətən müharibəsi mövzusundadır. Naxçıvanlı şair İsa Həsənoğlunun “Könül dəryası” 2012-ci ilin, “Söhbətcil duyğular” kitabı 2016-cı ilin nəşridir.
Naxçıvanda fəaliyyət göstərən Nargisin 2020-ci ildə iki monoqrafiyası, “Beklenen dolunay” romanı, “Metakədər” kitabı və “Sehrli fırça” nağıllar kitabı, üç tərcümə kitabı yayımlanıb. Nargisin “Xocalıdakı körpə” əsərində düşmənin amansızlığına etiraz güclüdür. Şeir yaradıcılığı ilə birgə, Nargis “Dünyada tüğyan edən koronavirus pandemiyası bütün nəzərləri 1947-ci ildə Alber Kamünün yazdığı “Taun” (“Vəba”) əsərinə yönəltdi” – fikirləri yer alan məqaləsi ilə 2020-ci ilin aktual mövzusuna tarixdən boylanmışdır.
Ölkəmizin əsas mədəniyyət ocaqlarından olan Sumqayıtın ədəbi inkişafında Namiq Mənanın, Ehtiram İlhamın, Nisə Qədirlinin, Rafiq Yusifoğlunun, Zirəddin Qafarlının, Əyyub Qiyasın, Ədalət Nicatın, Nazilə Gültacın, Gülnarə Cəmaləddinin, Əli Nəcəfxanlının, Namiq Dəlidağlının, Süleyman Hüseynovun, Xatirə Fərəclinin, Əvəz Mahmud Lələdağın, Nazir Rüstəmin, Almaz Bəyazidin, İlhamə Məhəmmədqızının, Emin Pirinin, Günel Eyvazlının, Çinarə Ömrayın və digərlərinin payı var. Sumqayıtda fəaliyyət göstərən Əli Kərim adına Poeziya Evinin müdiri İbrahim İlyaslının 2020-ci il üçün göndərdiyi hesabatdan məlum olur ki, aprel ayının 26-dan başlayaraq Poeziya Evi “Hər gün bir yeni nəğmə, Hər gün bir yeni ilham” adlı onlayn layihəyə start vermişdir. 9 iyun tarixində X Beynəlxalq şairlər günü İbrahim İlyaslının moderatorluğu ilə baş tutmuşdur. Emin Pirinin “Müharibə gündəli”yi isə döyüşdə iştirakının nəticəsi olaraq yazılmışdır.
Sumqayıt ədəbi mühitini təmsil edən Əşrəf Veysəllinin də 2020-ci ildəki yaradıcılığı məhsuldarlığı ilə seçilir. “Vətən, təbrik edirəm, təbrik edirəm səni Qəlbindəki duyğunun, hissin qələbəsidir” və ya “Əngin səmalarında bayrağımız yellənən Ərgünəşin, Murovun, Kirsin qələbəsidir” sətirləri olan şeirdə vətəndaş şairin ürək çırpıntıları dilə gətirilir.
Vətən Müharibəsi iştirakçısı olan, Sumqayıtda yaşayan Elvin İntiqamoğlu 1996-cı ildə Yardımlı rayonunun Horonu kəndində müəllim ailəsində anadan olmuşdur. Prezidentin müvafiq Sərəncamı ilə “Füzulinin azad olunmasına görə” medalına layiq görülüb. Elvinin “İkinci Qarabağ” şeirlər silsiləsində “Müharibə xatirələri” də vardır. “Mühasirə” şeiri ilə müharibə mövzusunda yazılmış şeirlərə yeni mövzu daxil edir.
Elvin Əlizadə Zəngilandan olsa da, Sumqayıtda məskunlaşıb. 2018-ci ildən AYB-nin üzvüdür, 2020-ci ildə gənc yazar kimi Prezident təqaüdünə, həmçinin Gənclər və İdman Nazirliyinin “İlin gənci” mükafatına layiq görülüb. Polad Həşimovun əziz xatirəsinə həsr etdiyi şeirində ölməz generalımızı tərənnüm edir.
Sumqayıtlı yazarların içərisində 2021-ci ildə daha məhsuldarlığı ilə seçilən müəlliflərdən biri Rafiq Yusifoğludur. 2021-ci ildə onun “Xiffət” və “Zəfər dastanı” kitabları çap olunmuşdur. “Xiffət” 14 fəsildən ibarət olan nəsr əsəridir və müəllifin ilk romanıdır. “Zəfər dastanı” kitabında isə əksəriyyəti 2019-2021-ci illərdə yazılmış lirik şeirləri cəmlənmişdir.
Azərbaycan Yazıçılar Birliyinin Qazax bölməsinə Qazax, Ağstafa, Tovuz, Gədəbəy rayonları daxildir. Filialın sədri Barat Vüsaldır. Həmin filialda Məzahir Alıyev, Telman Axıncı, Ramiz Çıraqlı, Məhəmməd Astanbəyli, Mustafa Rasimoğlu, Səhlədar Hidayətoğlu, Mübariz Qaragözlü, Məzahir Yaqub, Bilal Qoca, Tamella Poladlı kimi yazarlar cəmləşib. Uzun illər Qazaxda yaşayıb fəaliyyət göstərən gənc yazar Nuranə Təbrizin “Salam, Vətən” şeiri qalibiyyət himni təsiri bağışlayır. Qazaxın Kəmərli kəndində yaşayan Hürzad Əhmədlinin “O gün gələcək” (2021) kitabında bir neçə hekayə, poema və şeirləri yer almışdır.
Ağstafalı şairlərdən Saqif Qaratorpağın, yazıçılardan Əli Cəfəroğlunun adını çəkə bilərik. Ağstafada yaşayan Rüfət Axundlu Tovuz döyüşlərinə həsr etdiyi şeirində yazır: “İgidlik ruhun, canında, Namus, qeyrət var qanında. Zəfər, hünər meydanında, Biri, on nəfər olanım”.
Tovuzun 2020-ci ildəki ədəbi fəaliyyətindən söz açarkən sovet dövründən bəri fəaliyyətdə olan “Varislər” ədəbi məclisini xüsusi vurğulamalıyıq. Tovuzun istedadlı şairlərinə misal olaraq İsa Cavadoğlu, Qədir Hümbət, Çingiz Qəribli, Marif Həsənoğlu, Novruz Mizani Hafiz, Brilyant Atəş, Məhəmməd Mehdixanlı, Mehman Rasimoğlu, Nəbi Hüseyni kimi şairlərini göstərə bilərik.
Tovuzdan olan, Vətən müharibəsinin döyüşçülərindən biri Toğrul Kərimlinin 2012-ci ildə “Gəlməyən dostlar”, 2013-cü ildə “Ədalət sorağında” kitabı işıq üzü görüb. Onun “Belə bacarırsan deyim yerimi, Qırpıb gözlərini vur öldür məni” misraları bir şair kimi də mükəmməl olduğunu təsdiq edir.
Şəmkirli ədəbiyyat nümayəndələrinə misal olaraq Məzahir Hüseynzadə, Məhəmməd Turan, Tural Turan, Mətanət Qüdsi və başqa şairlərin adını çəkə bilərik. Şəmkirdən olan Tural Turanın 2017-ci ildə işıq üzü görmüş “Tanrı qağaya ismarış” kitabında “Qarabağ”, “Tanrıya istinadla”, “Erməni kitabçı əli ilə xoş-beş”, “On min voltluq sevgi” kimi nəsr əsəri ilə birgə şeirləri də toplanıb.
AYB-nin Gəncə bölməsi Xəzangül xanımın sədrliyi ilə 2020-2021-ci illərdə də öz fəaliyyətini davam etdirmişdir. Gəncədə yaşayan şairlərdən Bahadur Fərman, Çiçək Mahmudqızı, Gülnarə Sadiq, Şəfa Vəli, Fərrux Rəhimli və digərləri fərqli yaradıcılıq üslublarına görə fərqlənirlər. İnqilab İsaqın “Savaş sevdası” (2020) kitabında istənilən qədər poetik nümunələr tapmaq mümkündür.
Seymur Sönməz Paşayev Samuxda yaşayır. Onun 2016-cı ildə “Mənim mənli günlərim” və 2020-ci ildə “Bir addım həsrətim qalıb” kitabları işıq üzü görüb.
Ölkəmizin şimal bölgəsində yaşayan yazarlara misal olaraq Ramiz Qusarçaylı, Aybəniz Əliyar və b. göstərə bilərik. Qubada yaşayan Zakir Məmmədin “Dedim sözü” (2007), “Haqqın calalı” (2009), “Bağışla” (2012), “Üç hekayət” (2016), “Vətənə aid” (2018), Mövlud Ağammədin “Sən ömrümün bənövşəsi” (2018), Səbuhi Hacıxanlının “Geriyə boylanan yollar” (2015), “Mən qərib deyiləm” (2008) Murad Muradovun “Bal köpüyü” (2018) kitabı işıq üzü görüb.
AYB-nin Şabran bölməsinə Aydın Tağıyev rəhbərlik edir, onun “Alma oğurlayan divlər”, “Buz heykəllər əriyir”, “Dan üzü ölən adam” hekayələri, “Yuxuda qətl” povesti, “İspan çəkməsi” romanı orijinal əsərlərdir. Vüsal Hicranoğlu Xızı, Agah Xaçmazlı, Habil Rza Nur, Vüsal Yurdoğlu Xaçmaz ədəbi mühitinin təmsilçiləridir. Sara Selcan isə Hacıqabulda yaşayıb-yaradan şairlərdəndir.
AYB-nin Şəki bölməsinə daxil olan müəlliflərə Tural Adışirin, Zaur İlhamoğlu, Aygün Sadiq kimi gəncləri göstərə bilərik. Balakəndən olan Aygün Sadiq 2019-cu ilin yekunlarına görə “Yazarlar” jurnalı tərəfindən “Natəvan” mükafatına layiq görülüb.
AYB-nin Oğuz filialının rəhbəri Vüsal Oğuzdur. Həmin bölgəyə aid yazarlardan Nargilə Rəhman (Qafarova) “Xoşbəxtliyin ətri” (2019) kitabının müəllifidir. Filialı təmsil edən yazıçılardan Pərviz Əlyaroğlunun (Cəbrayılzadə) “50+1” hekayəsində Elmi Araşdırmalar Mərkəzinin professoru, bütün ömrünü insan beyninin anatomiyasını öyrənməyə həsr etmiş, əllini çoxdan haqlamış alim olan Robertin təcrübəsindən danışılır. Pərvizin Şuşa döyüşləri mövzusunda yazılmış “Mən Qarabağam!” hekayəsi Şuşa döyüşlərinə ithaf olunub. Onun “Tanrının əli” hekayəsində isə virus səbəbindən insanların məhkum edildiyi acımasızlıqlara etiraz edilir.
Qəbələdə yaşayan şairlərdən Qərib Hüseynov, Qismət Məsimov və Qoşqar Qaraçaylı imzaları seçilən imzalardandır. Qəbələli şairimiz Cəlil Komradlının “Ana dilim” kitabı 2019-cu ildə çap olunub. Cəlil Komradlı oğlu Vətən müharibəsində şəhid olduqdan sonra övladının adını özünə təxəllüs götürüb. 2021-ci ildə çap olunan “Vətən sağ olsun” kitabı da Cəlil Xeyirbəy imzası ilə işıq üzü görüb.
Qəbələnin Qəmərvan kəndindən olan Hüseynov Qərib Arifşah oğlunun “O bir əfsanə idi” (2020) kitabı Milli Qəhrəmanımız, Tovuz döyüşlərinin şəhidi, general Polad Həşimova həsr edilib. Kitab eyniadlı bir poemadan ibarətdir.
Şamaxıdan olan gənc yazrlardan Yusif Nazim Ərəbsoyun, Saatlıdan isə Allahşükür Ağanın adlarını çəkə bilərik. Salyanlı şair Ümid Sadə çox gənc olmasına baxmayaraq istedadı ilə seçilir.
Salyan rayonundan olan Həsən Kür könüllü olaraq Vətən müharibəsində iştirak edib. 2019-cu ildə “Boyat dərdin üstündə” və “Tikanlı məftillər” adlı iki kitabı nəşr olunub. Cəbrayıl və Qubadlı rayonlarında vuruşaraq 3 yanvar 2021-ci ildə müharibədən qayıdıb. Salyandan olan Firuzə Orucun isə “Adını “Sən” qoy” kitabı 2018-ci ildə çap olunub.
Sabirabadda yaşayıb-yaradan Şahnaz Şahinin 2020-ci ildə “Xocalının Sərvəri” adlı sənədli povesti, 2021-ci ildə “Sabirabad Şəhidləri” və “Zəfər Nəğmələri” kitabları nəşr edilmişdir.
Elnur Uğur Neftçala rayonunda yaşayıb-yaradır. “Unuda bilməyəcəyəm” (2006), “Şəhid məzarı” (2008), “Yuxuna gəlim” (2016), “Təkcə sən bilirsən” 2018), “Yuvalar quşsuz olmasın” (2019) kitablarının müəllifidir.
Cənub bölgəsinə mənsub şairlərdən Ağamir Cavadın, Tərlan Əbilovun adlarını çəkə bilərik. İqbal Nəhmət isə Yardımlı rayonunun Urakəran kəndindəndir. “Götür məni o yerə ki…” (2003), “Külək, onu mənə gətir” (2015), “Sözdən sonrakı sabah” (2018) kitabları çap olunub.
Cəlilabadda yaşayan şairlərdən Bilal Alarlı, Ədalət Salman, Əlizadə Nuri, Xətat Kilimçi (Mir Bağır), Bəhruz Xəlil kimi yetkin imzaları qeyd edə bilərik. Cəlilabadlı Şakir Xanhüseynlinin 2000-ci ildə “Gündüzlər küncə atılır gecə yanan çıraqlar” kitabı nəşr olunub.
Kürdəmir Regional Mədəniyyət İdarəsinin Xocavənd rayonu üzrə baş məsləhətçisi, Prezident mükafatçısı və təqaüdçüsü, gənc şair Ramil Əhməd son illər işi ilə əlaqədar bölgədə fəaliyyətini aktivləşdirib. Kürdəmirdə yaşayan Tərlan Mazanovun “Zəfər Qoxusu” adlı antologiyada 5 şeiri çap olunub. Tərlan əsasən qəzəl, qoşma, gəraylı janrlarına müraciət edir.
Beyləqanda yaşayan Orxan Həsəni 2018-ci ildən etibarən dövri mətbuatda bədii və publisistik mətnlərlə çıxış edir. 2019-cu ildə isə “Metro terminalının sevgisi”, 2021-ci ildə isə Vətən müharibəsindən bəhs edən “Vətən sizə minnətdardır” və “Füzulinin dişi” hekayələr kitabı çap olunmuşdur.
Ağdaş rayonundan olan Zaur Məzahirin “Haqqın nişanəsi” (2021) kitabında 2020-ci ilə aid hadisələrə kifayət qədər yer verilib. “Gəncə terroru” şeirində “Qətliam üstünə gəldi qətliam, O vaxt Xocalıydı bu günsə Gəncə” söyləyərək 2020-ci ilin ən dəhşətli hadisəsinə münasibət bildirmişdir. Kitabda Zaur Məzahirin Ali Baş Komandana həsr etdiyi “Ağ atlı sərkərdənin dastanı” poeması və təmsilləri də cəm olunub.
AYB-nin Qarabağ bölməsinə daxil olan şairlər də istedadı ilə seçilir. Ağcabədidə yaşayan şairlərdən Gündüz Sevindik, Məhsəti Musa, Cahandar Aybər, bərdəli şairlərdən Dədə Telman, Şəhriyar Seyidoğlu və Ruslan Dostəlini göstərə bilərik. Bərdədən olan Şəhriyar Seyidoğlunun 2016-cı ildə “Mənim ürəyimdə gizlənən qadın” kitabı çap olunub. Tahirə İsaqızı isə Ağcabədi rayonunda yaşayır. Üç kitab müəllifidir. AYB-nin üzvüdür. “Tanrı cəzası” adlı detektiv ruhlu romanı var.
2020-ci ildən qaçqınlıq həyatına son qoyulan yazarlarımız hələ ki müvəqqəti olaraq müxtəlif bölgələrdə yaşamaqlarını davam etdirirlər. Kəlbəcərli şairlərə Savadsız Arzuman, Elməddin Nicat, Eyvaz Eyyub, Elşən Əzim, Vüsal Hicran, Məhəbbət Kəlbəcərli, Rəsul Murovdağlı kimi imzaları misal çəkmək olar. Əslən Kəlbəcərdən olan Elşən Əzimin “Pəncərə” hekayəsində “Sələmçi Şəfi” kimi tanınan insanın evində kirayə yaşayan Lalə müəllimin pandemiya dövründəki həyat tərzi bədiiləşdirilib. Kəlbəcərdən olsa da, Sumqayıtda məskunlaşan Namiq Dəlidağlının “Otel otağından reportaj” kitabı 2017-ci ildə çap olunub. Gəncədə məskunlaşan Vüsal Hicranın “Dünən şəhid oldu mənim tələbəm Mən də hamı kimi ağladım, yandım” misraları ilə başlayan şeiri “Bilməzdim Tarixdən 2 alanlar Özləri nə vaxtsa Tarix yazarmış…” misraları ilə tamamlanır.
Ötən il AYB-nin Aran bölməsinin sədri Sərvaz Hüseynoğlunun tərtib etdiyi “Bir ocaq başında – Aran ədəbi toplusu” çap edilmişdir və burada bölgədə yaşayıb-yaradan yazıçı və şairlərin əsərlərindən seçmələr toplanmışdır.
Füzulinin Seyidəhmədli kəndindən olan Elməddin Həbiboğlu “Geçikmiş arzular” (2012), “Vətənin daşına qoyun başımı” (2017) və “Təbəssüm” (2020) kitablarının müəllifidir. Əslən Füzulidən olan Səbuhi Qurbanov həm xüsusi təyinatlı, həm də xüsusi istedadlı qazilərimizdəndir. Ali Baş Komandanımız tərəfindən “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Cəsur döyüşçü” medallarına layiq görülən qazimiz həm də orijinal şeirlər müəllifidir.
Beləliklə, 2020-2021-ci illərin həm dünya, həm də Azərbaycan üçün keçməkeşli il olmasına baxmayaraq, hər ilin özünəməxsusluqları bölgələrdə yaranan ədəbiyyatda da təzahür etdi. Ümumilikdə isə Vətən müharibəsi bu illərin ən əsas mövzusu oldu.
Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun “Müqayisəli ədəbiyyatşünaslıq” Beynəlxalq elmi jurnalının növbəti (№2, 2021) sayı nəşr olunub. Toplu Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının tövsiyə etdiyi elmi nəşrlərin siyahısına daxildir.
“Müqayisəli ədəbiyyatşünaslıq” Beynəlxalq elmi jurnalının baş redaktoru AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş direktoru akademik İsa Həbibbəylidir. Baş redaktorun müavinləri filologiya elmləri doktorları, professorlar Məmməd Əliyev, Gülər Abdullabəyova, Bədirxan Əhmədovdur. Jurnalın məsul katibi filologiya üzrə fəlsəfə doktoru, dosent Mehman Həsənli, məsul redaktoru isə Maral Poladovadır.
Jurnal akademik İsa Həbibbəylinin “Yunus Əmrənin sənət dünyası” məqaləsi ilə açılır. Bu sayın “Türk xalqları ədəbiyyatı”, “Slavyan xalqları ədəbiyyatı”, “Avropa və Amerika ədəbiyyatı”, “Asiya və Afrika xalqları ədəbiyyatı”, “Müqayisəli ədəbiyyatşünaslığın nəzəri məsələləri” bölümlərində müxtəlif elmi məqalələr işıq üzü görüb. “Bələdçi” Azərbaycan, ingilis və rus dillərindədir.
Jurnalın redaksiya heyətinə Azərbaycan, Türkiyə, Rusiya, Çin, Özbəkistan, Bolqarıstan, Qırğızıstan, Macarıstan, Çexiya, Başqırdıstan, Tatarıstan, Cənubi Koreya, Qazaxıstan, Türkmənistan, Ukrayna və Polşanın alimləri daxildir.
Qeyd edək ki, “Müqayisəli ədəbiyyatşünaslıq” jurnalı “Index Copernicus”, “Asos indeks”, “İdealonline”, “CiteFactor”, “Academia.edu”, “ResearchGate”, “Internet Archive” beynəlxalq indeksləmə sistemlərinə daxildir.
Düz 30 il öncə, 26 fevral 1992-ci ildə ermənilər tərəfindən azərbaycanlılara qarşı amansız soyqırım törədildi. Tarixə Xocalı soyqırımı kimi düşmüş bu faciə demək olar ki, ədəbiyyatın əksər janrlarında təcəssümünü tapdı. Müstəqillik dövründə yazılmış Azərbaycan poemalarında isə xüsusilə qabardılıb. Ermənilərin məqsədli şəkildə türklərə qarşı həyata keçirdikləri həmin soyqırımın bədii əksi olan poema nümunələrinə Zəlimxan Yaqubun “O qızın göz yaşları”, Fəridə Hicranın “Xocalı sülh istəyir”, Elbariz Məmmədlinin “Mən savaşa çağırıram”, Ələkbər Salahzadənin “Xocalı xəcilləri”, Ədalət Əsgəroğlunun “Xocam, Xocalı”, Ələmdar Quluzadənin “Şəhid şəhər”, Nurəngiz Günün “Xocalı simfoniyası” və s. poemaları göstərə bilərik.
Zəlimxan Yaqubun “O qızın göz yaşları” (2005) poemasında Xocalı uşağının timsalı olaraq Xəzangülün həyat tarixçəsi qələmə alınıb. Həqiqi tarixi hadisəyə istinad edilərək yazılan “O qızın göz yaşları” poemasında real Azərbaycan övladı olan Xəzangülün atası Təvəkkülün, anası Rayanın, bacısı Yeganənin amansızlıqla öldürülməsinin ifadəsi düşmənə nifrət hissini gücləndirir. On yeddi parçadan ibarət olan poemanın özəyini təşkil edən həqiqət barədə müəllif epiqrafda məlumat verib. İlk bölümləri müstəqil şeirlər təsiri bağışlayan poemada üçüncü şeirdən sonra əsas mövzu olan Xocalı soyqırımı haqqında söz açılıb. Əsərə düyün vuran “Qanlı” rədifli qoşmada tökülən qanından qayalara, dağların köksünə xına yaxan türk insanının faciəsindən bəhs edilib. Bir türk uşağının günahsızcasına axıdılan göz yaşları erməni cinayətkarlarının əsl kimliyini tanıtmağa yetib. O qızın göz yaşlarındakı həqiqətlərin içində ermənilərin əllərdən çıxardıqları dırnaqlar, damaqlardan çıxardıqları dişlər, sinələrə basdıqları dağlar da ifadəsini tapıb.
Poemanın “O qızın göz yaşları” bölümü o qədər həssaslıqla və ürək yanğısı ilə qələmə alınıb ki, oxuyan mütləq həmin misraların təsiri altına düşərək Xocalı faciəsinin dəhşətlərini bir daha yaşamalı olur. Axıdılan göz yaşlarına məxsus qisas hissinin bir gün mütləq hesabat istəyəcəyi poemada inandırıcı şəkildə çatdırılıb. O qız göz yaşları içində Metelərin, Bilgələrin türk ruhunu canında daşıyan övladlar dünyaya gətirəcəyini bəyan etməklə türkün sındırılmaz iradəsinə işarə edib. Xəzangülün əyilməzliyini nümayiş etdirdikdən sonra, müəllif müharibə dövrünün gerçəkliklərinin tablosunu yaradıb. Qızın atasının ağaca necə sarınıb balasının gözü qabağında diri-diri yandırılmağını qovrula-qovrula təsvir edib. Atasının işgəncələrinə dözməyən qızcığazın huşunu itirməsi, göz açanda atasından əsər-əlamət qalmadığını görməsi qorxunc səhnə kimi göz önündə canlandırılıb. Bu amansızlıqları görməyə məhkum edilən bir Azərbaycan qızı sınmır, düşmənə olan nifrətindən daha da güc alır. “Bu qədər inanılmaz əzabların içində Mərd durub sərt dayanmaq düşmənə son sözüydü” misralarını, atası üçün deyilsə də, qızına da şamil etmək olar. Poemanın son bölümü olan altı bəndlik “Xocalı” rədifli divanidə bu qırğının niyə və nə üçün törədilməsinin tarixi köklərinə toxunulub.
Həmin faciədən bəhs edən Nurəngiz Günün “Xocalı simfoniyası” rekviyemi ingilis və rus dillərinə tərcümə olunaraq 2006-cı ildə kitabça kimi çap olunmuşdur. Əsər müəllifin ritorik sualları şəklində publisistik tonda yazılıb. Poema qafiyəli şeirdən daha çox nəsr əsərini xatırladır. “İlahi! Sən Onlara rahatlıq ver…” çağırışı ilə başlayan əsər “İlahi! Sən Onları rahat et…” yalvarışları ilə tamamlanıb. Poemanın ilk parçaları Rüzgara müraciətlə başlayır. Ümumiyyətlə, bir sıra canlı və cansız varlıqlar obrazlaşdırılıb. Torpağın altındakı dipdiri ölülərin diksinməyini istəməyən müəllif günahsız qətlə yetirilənlərin “dünyadan axan səsləri” eşitmək istəmədiklərini Rüzgarın diqqətinə çatdırıb. Sivil dünyanın bir şey anlaması üçün indi “Böyük Hürkü”yə çevrilmiş həmin öldürülən insanlar “simvolik Marsilyoza vıyıltısı oxumaqla” qatillərinə cəza tələb edirlər. Müəllif ədalətsizliyə üsyanın simvolu kimi mənalandırdığı həmin xoru “Əsrin Simfoniyası – Ölülər himni” adlandırıb. Məlul Xocalı obrazında təqdim olunan şəhər Bəd Qonşu – Yazıq Erməni – Qırmızı Qospodin birliyi tərəfindən Xrosima dəhşətini, Xatın faciəsini çox-çox arxada qoyub, İnsanın ən pik vəhşilik həddini sübut edib. Əsərdə faciəni törədənlərin dini mənsubiyyətini diqqətə çatdırmaq üçün şair Məryəm Anaya, Mariyaya da suallar yağdırıb. Kilsə zənglərinin zorla müsəlman obasına soxulmağını məcazi mənada işlətsə də, əslində Kilsə və Müsəlman sözlərinin obraz kimi təqdim olunması diqqətdən yayınmır. Şair bu işarələrlə xristian birliyinin türklərə qarşı antiinsanlıq siyasəti yürütdüyünə nəzər cəlb edərək, Mariyadan- gözəl anadan etina gözləməyin faydasız olduğunu etiraf edib. Məryəmin diqqətinə çatdırıb ki;
Ancaq ki, ana məməsi istəyir
körpələr torpağın altında!
Heç bir şey anlamır İnqalar!..
İnqalar ana döşü əvəzinə
İndicə torpağı əməcəklər!..
Müəllif xristian birliyi tərəfindən türk körpələrinə qarşı törədilmiş amansızlığı məqsədyönlü işlərin tərkib hissəsi kimi təqdim edib. Ona görə uşaqlar məhv edilir ki, onlar böyüyüb türk soyunu davam etdirməsinlər. Şum edilmiş insanların Kütləvi Qırğınına səbəb budur. Bütün bunları şair “Nəhəng Ana – Ən Nəhəng Qüssə” adlandıraraq “Qlobal Ahın” şəklini çəkib Dünyaya nümayiş etdirmək, “Cahanın Canavar İştahlı Cümlə Adamyeyənlər Kolunun Cümlə Yırtıcılarını” əməllərinə görə cəzalandırılmasını istəyib. Erməni işğalı altındakı torpaqların kilsə səslərinə etiraz etdiklərini, azan səsləri istədiklərini dilə gətirib. Poemada körpələrlə yanaşı, onları itirməyin faciəsi ilə qovrulan anaların hıçqırıqları da obrazlaşdırılıb. Həmin səslər “Cahanşümul Şümürlərə, Cahan Goreşənlərinə, Alış-veriş Əmilərinə” cavabdehsiz! – deyə bağırır. İnsanlığını itirmiş “Bəşəri Zalımlara” “Üşüdürmü Sizləri hərdənbir xərək-xərək Ölülər?” – deyə suallar ünvanlayıb. Sona yaxın müəllif Dünya Kələkbazlarını düşünməyə səsləyərək, onları xəbərdar edib ki, dünya yalnız sizin deyil!
Ələkbər Salahzadənin “Xocalı xəcilləri” poeması xroniki torpaq xəstələrinin Xocalını Xrosimadan betər günə qoymaqlarına etiraz əlaməti olaraq yazılıb. Əsərin əvvəlində şair Xocalı qətliyamının dəhşətli səhnələrini göz önündə canlandırıb:
… Qanqarışıq qarlı düzdə
Baş daş üstdə, daş baş üstdə,
qol bir yanda, qıç bir yanda,
lent bir yanda, saç bir yanda.
Axıb körpə dodağından
donub qalıb süd döş üstdə.
Hələ də yol çəkə-çəkə
necə düşüb göz qaş üstə?
Qoca nə vaxt qaxac olub nəvəsini qucan yerdə,
bu qarını kim gömüb kim, mərmi çuxur açan yerdə?
Buz bağlayan bacı-qardaş sanki Siam əkizləri,
qıpqırmızı çiçək açıb südtək bəyaz köksləri.
Ananın yarı, balanın yarı cəsədlərindən yaranmış məzarlığa qarğaların qar-qar səsləri ilə hücum etmələri, o boyda hay-küyün Avropada, Asiyada, Amerikada, Afrikada sükutla qarşılanması dünyanın “Sus”u yox “SOS”u kimi mənalandırılıb. Bu fəlakəti onlara hayqırmaq istəyən Çingiz Mustafayevin nəticəsiz qalan çabaları əsərin mərkəzi xəttini təşkil edir. Qan naxışlı buz yorğanlar altında susdurulan anasını çağırıb kiriyən balaların dəhşətli aqibətinə Çingizin hönkürə-hönkürə sarsılması əsərdə son dərəcə təsirlidir. Ayı utanıb gizlənən, ulduzları pörtən gecədə planetin Xocalı boyda yanıb sönməsini Çingizin kamera yaddaşına həkk etməsinin ağrı-acıları inandırıcı formada əksini tapıb. Poemada Xocalı- Çingiz Mustafayev- Səfir üçbucağı xüsusilə nəzərə çarpır. Xocalı vəhşi ədalətsizliyin qurbanı, Çingiz bu vəhşiliyi açıb göstərmək istəyən, Səfir isə ört-basdır etmək istəyən obraz kimi diqqəti çəkir. Şair 20 noyabrlara, 20 Yanvarlara, 26 fevrallara göz yumduqca gec-tez 11 sentyabrların yetişəcəyini Səfirin simasında ədalətsizliyə göz yumanlara bəyan edib. “Üzünə çıxmaq çox ağır, özünə çıxın Qarabağın” misralarında qətilik və hökm əlamətləri hiss olunur. Müəllif BMT-nin dörd qətnaməsinin kif atıb, qat kəsməsinə qarşı çıxıb. Hətta həmişə türkün qanını tökən ermənilərin özlərini dünyaya haqsızlığa uğramış kimi göstərməklərinə münasibət bildirib. Poemanın daha təsirli məqamlarından biri başını bazarlar qatan, dədə-baba məzarları yuxularına girməyən soydaşlarının unutqanlığına münasibətdir. Poemanın sonunda şair yenidən Çingizin xidmətlərini xatırlayaraq, hətta onun kamerasının başına gələn müsibətləri, öz xilası bilənlərə tənə ilə yanaşıb: “Qırılan lentlərilə çoxlarını şad elədi kamera, yurd-yuvadan erkən qorxub qaçanları sanki azad elədi”. Əsər “XXI əsrin “X” ilinin xronikası” ilə tamamlanıb.
Ələmdar Quluzadənin “Şəhid şəhər” poeması 1992-1994-cü illərdə yazılsa da, ayrıca kitabça şəklində 1998-ci ildə işıq üzü görüb. Poemanın əvvəllərində Qərvənd, Tuğ, Meşəli, Cəmilli, Kərkicahan, Quşçular, Malıbəyli, Qaradağlı kimi yaşayış yerlərinin faciəvi aqibəti canlandırılıb. Zəngibasar, Xankəndi kimi yerlərdən Xocalıya pənah gətirənlərin başdan elənməsi, dərdlərinə çarə tapılmamağı Xocalı faciəsinin təməli kimi əks olunub. Faciənin baş verməsinə zəmin yaradan şəraitin təfərrüatları “Eşidilməyən haray” bölümündə verilib:
Evlər də veribdir kürək-kürəyə,
Ocaq küləklərdən odu borc alır.
Səsini bayraqtək qaldırıb göyə
Həyəcan təbili çalır Xocalı.
Poema ümumilikdə lirik səpkidə yazılsa da, bəzi epiklik əlamətləri nəzərə çarpır. Bu səhnələr daha çox Xocalıdan olan qızın Bakıya həyəcanla zəng edib yardım istəməsində, rəhbərliyi təmsil edənlərin “Lazım olsa, özüm də Şirin candan keçəcəm” kimi bəyanatlarında özünü göstərir. Poemanın bir bölümü “366…” yarımbaşlığı ilə verilib. Həmin rəqəmin mahiyyəti bu misralarla çatdırılıb: “366 – çörəyim ilə Boy atan alçaqdır, piy basan qarın”. Poemada bir məsələ yada salınır ki, həmin 366-nın belə məhvedicilik qüdrətinə malik olması özbaşına deyildi, bunun üçün ona “Vatikan oxuyub xeyir-duanı, Moskva vermişdi icazəsini”. Bu misralar Xocalı faciəsinin yalnız ermənilər tərəfindən deyil, həm də onların havadarları tərəfindən törədildiyini təsdiq edir. Şair eyni zamanda öz şəxsi faciəsini ictimailəşdirib: “Sən mənim atama əl qaldırmısan, Mən sənin atana borcluyam demək”. Bu sətirlər müəllifin atasının timsalında erməni vəhşiliyinin qocalara tutduğu divanı özündə ehtiva edir. Əsərin “Qançiçəyi” bölümündə faciənin real görüntüləri yaradılıb. Şəhidlərimizin qəhrəmanlıqla həlak olmaqları bədii boyalarla verilib. “Əsirlər, girovlar” bölümündə yazılmış “Dili ipə-sapa yatmayanların Ürəyi, böyrəyi xaricdə dollar…” və ya “Əsir düşənləri düşərgələr yox, Hardasa gözləyir qəssabxanalar” misralarında erməni fürsətcilliyinin daha amansız bir tərəfi nümayiş etdirilib. Onların türk insanının cismindən də gəlir əldə etmək üçün vəhşicəsinə istifadə etməyinə hiddətlə etiraz səsi yüksəldilib. Nə qədər ağrılı olsa da, faciənin həqiqətləri çılpaq boyalarla təqdim olunub: “Ananın sinəsi qan çeşməsidir, Körpənin dodağı döş gəzir hələ”. Xalqının başına gətirilmiş müsibətdən sarsılmış müəllif öz atasının da həmin gün erməni vandalizminin qurbanı olduğunu daxili iztirabla qələmə alıb: “88 ili halal yaşadı, Halal zəhmət idi imanı, dini, Allahverdi idi atamın adı, Bəlkə, Allah aldı öz verdiyini”. Erməni qansızlığının qurbanı olmuş qoca atasının cəsədini günlərlə dəfn etmək mümkün olmayıb. “Novruz bayramına bir gün qalanda Atamı torpağa tapşıra bildik” sətirləri 26 fevral və 21 mart tarixləri arasındakı zaman kəsiyinin hansı müsibətlərə şahidlik etdiyini göstərir. Poemanın “Çingiz Mustafayev”, “Təlatüm”, “Xatın-Xirosima-Xocalı yolu” bölümlərində düşmənin məkri və amansızlığı bütün çılpaqlığı ilə təsvir edilib. “Alver dünyası” başlıqlı son bölümdə Şuşa, Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Qubadlı, Cəbrayıl, Zəngilan rayonlarının işğalının səbəb və nəticələri göstərilib. Bu müsibətlərin sadəcə bir ölkə tərəfindən yox, Azərbaycanı istismar etmək istəyən müstəmləkəçilərin dəstəyi ilə törədilməsi bəyan edilib. Eyni zamanda həyata keçirdikləri soyqırımları ört-basdır etmək üçün özlərini yardımsevər kimi göstərmələrinə bu cür sətirlərdə kinayə ifadə olunub: “Gözü sərvətimdə olan ölkənin Balası balama paltar göndərir”. Digər tərəfdən Ermənistanla Azərbaycana qarşı olan münasibətdəki ayrıseçkilik poemada ifşa hədəfidir. “Qonşum yardım alır mərmini, topu, Mənə gələn yükdə yuxu dərmanı” – misraları həm həqiqi, həm də məcazi mənanı ifadə edib. Heca vəznində yazılmış əsərin dili son dərəcə poetikdir.
Bu mövzulu əsərlərdə Çingiz Mustafayevin obrazına ayrıca yer verilib, onun xidmətləri diqqətdən yayınmayıb. Digər tərəfdən ilk hərfləri eyni olan Xocalı-Xirosima-Xatın şəhərlərinin tale bənzərliyi əksər poemalarda müqayisə edilib. Faciənin baş vermə zamanına və məkanına görə Xocalı soyqırımı onlardan müsibətli qətliam kimi təqdim olunub.
Anarın atası şair Rəsul Rza, anası şairə Nigar Rəfibəylidir. Anar anası tərəfdən Azərbaycanın məşhur ictimai və dövlət xadimi, Azərbaycan Demokratik Respublikasının ilk səhiyyə naziri və Gəncə şəhərinin general-qubernatoru olan Xudadat bəy Rəfibəylinin nəvəsidir. Atası tərəfdən isə Məmmədxanlılar nəslindəndir. Soy adları ulu babası, Çiyni və bir para kəndlərin mülkədarı Məmmədyar oğlu Məmməd xanla bağlıdır. Bayat boyundan, Şahsevən tayfasından olan Məmməd xan XIX əsrin ortalarında rus əsgərləriylə toqquşmadan sonra zindana atılır və orda zəhərlənərək öldürülür. Məmmədxanın nəticəsi, Rəsulun atası İbrahim MəmmədxanlıGöyçayda mirzəlik edər və ticarətlə məşğul olarmış. 1915-ci ildə Bakıda vəfat etmiş və Çəmbərəkənddə dəfn edilmişdir. 1913-cü il iyunun 29-da Gəncədə anadan olmuş Nigar xanım Rəfibəyli məşhur Rəfibəylilər nəslindəndir. Ata tərəfdən babası Ələkbər bəy Rəfibəyli – el ağsaqqalı, maarifçi, Azərbaycanda ilk siyası partiya olan “Difai” partiyasının yaradıcılarındandır. Ələkbər bəyin yeganə oğlu, Nigar xanımın atası Xudadat bəy ilk ali təhsilli cərrahlardandır. Xarkov Tibb Universitetini bitirdikdən sonra 17 il Gəncə xəstəxanasının baş həkimi və həkimlər cəmiyyətinin sədri kimi çalışmışdır. 1918-ci ildə Gəncədə müstəqil Azərbaycan Cümhuriyyəti qurulan zaman Xudadat bəy Rəfibəyli Fətəli xan Xoyskinin hökumətində ilk səhiyyə naziri olmuş, bir il sonra isə Gəncə general-qubernatoru vəzifəsinə təyin edilmişdir. 1920-ci il aprel bolşevik çevrilişindən sonra həbs edilmiş, Gəncə üsyanının təşkilində ittihamlandırılaraq güllələnmişdir.
Anar 1945-ci ildə 10 illik musiqi məktəbinə (indiki Bülbül adına məktəb) daxil olmuş və 1955-ci ildə həmin məktəbi gümüş medalla bitirmişdir. Birinci sinifdən onuncu sinifə qədər Zemfira Səfərovayla bir yerdə oxumuşlar. 1955-ci ildə Anar Azərbaycan Dövlət Universitetinin filologiya fakultəsinə, Zemfira konservatoriyaya daxil olsa da, yolları ayrılmamış, nişanlanmış, evlənmişlər. Toyları 1962-ci il yanvarın 27-də olmuşdur. Anar və Zemfira xanımın iki övladları var. Böyük oğulları Tural ərəbşünas və diplomatdır, Azərbaycanın Misir Ərəb Respublikasındakı səfiridir, qızları Günel isə Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsini bitirib.
Anar 1991-ci ilin martında Yazıçıların IX Qurultayında yekdilliklə Azərbaycan Yazıçılar Birliyinin sədri seçilmişdir. 1997-ci il oktyabrın 30-da Yazıçıların X Qurultayında yekdilliklə yenidən Azərbaycan Yazıçılar Birliyinin sədri seçilmişdir.
1991-ci ildə Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının ilk iclasını Anar aparmışdır. Anar 1995-ci və 2000-ci illərdə Azərbaycan Republikası Milli Məclisinin deputatı seçilmişdir. O, Milli Məclisin mədəniyyət komissiyasının sədri olmuşdur. Bu komissiyanın mədəniyyət, tarix və memarlıq abidələrinin qorunması, kinematoqrafiya haqqında və s. tərtib etdiyi qanunları parlament tərəfindən qəbul edilmişdır. 1995-ci ildə Azərbaycan Respublikası Konstitusiya Komissiyasının üzvü olmuşdur. Anar 2014-cü ildə Türkiyənin Əskişəhər şəhərində keçirilən VI Türk Dünyası Ədəbiyyat Dərgiləri Konqresinin qərarı ilə Türk Dilində Danışan Ölkələrin Yazarlar Birliyinin ilk başqanı seçilib[2].
Azərbaycanda Anar adını daşıyan ilk şəxs yazıçı Anardır. Sonralar valideynlər bu adı öz övladlarına çox vermişlər. Hazırda Anar Azərbaycanda ən çox yayılmış kişi adlarından biridir. Adın açıqlanmasında da bir-birindən fərqli 2 versiya mövcuddur. 1-ci versiyaya görə “Anar” “anmaq” (“xatırlamaq”, “yada salmaq”) feilindən düzəldilmişdir. 2-ci versiyaya görə Anası Nigar Atası Rəsul sözlərinin baş hərflərindən ad yaradılmışdır.
Kinoşünas Ayaz Salayevin iddiasına görə rejissor Nora Efronun çəkdiyi və baş rolda məşhur Hollivud kinoulduzu Tom Henksin oynadığı “Sizə məktub var” (You’ve Got Mail) filminin ssenarisi Anarın “Mən, sən, o və telefon” əsəri əsasında qurulub. Kinoşünasın bu fikrə gəlməsinə adıçəkilən hekayənin Amerikada çap olunması da əsas verib.[6]
Mənbə
Xamis Muradov. Kinofabrikdən başlanan yol. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası. Aydın Kazımzadə. Bizim “Azərbaycanfilm”. 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 4.
Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 814.
Süleyman Rüstəm 1906-cı il martın 12-dəBakınınNovxanı[1] kəndində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinə daxil olmuş, 1929-cu ildə oradan Moskva Dövlət Universitetinin ədəbiyyat və incəsənət fakültəsinə köçürülmüşdür. Zaqafqaziya Mərkəzi İcraiyyə komitəsinə üzv seçilmişdir (1935). Azərbaycan SSRİ birinci çağırış Ali Sovetinə deputat seçilmişdir (1938), bundan sonra ömrünün sonuna qədər bütün çağırışlarda deputat olmuşdur.
Xamis Muradov. Kinofabrikdən başlanan yol. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası. Aydın Kazımzadə. Bizim “Azərbaycanfilm”. 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 4.
Cabir Novruz — Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycanın xalq şairi, Azərbaycan SSR əməkdar incəsənət xadimi (30.07.1979)[2]
Həyatı
Cabir Novruz 1933-cü il mart ayının 12-də Xızı rayonunun Upa kəndində anadan olmuşdur. O, orta məktəbi bitirdikdən sonra M.Ə.Sabir adına Bakı Pedaqoji Texnikumunda təhsil almış və 1952-ci ildə Azərbaycan Dövlət Universiteti-nin jurnalistika fakültəsinə daxil olmuşdur. Bir il sonra Azərbaycan Yazıçılar İttifaqının tövsiyəsi ilə təhsilini davam etdirmək üçün Moskvaya, Maksim Qorki adına Ədəbiyyat İnstitutuna göndərilmiş və 1957-ci ildə oranı bitirmişdir.[3]
1958-ci ildə “Bakı” axşam qəzetinin ədəbiyyat şöbəsində ədəbi işçi kimi əmək fəaliyyətinə başlayan Cabir Novruz 1967-1970-ci illərdə “Azərbaycan” ədəbi-bədii jurnalının, 1991-1993-cü illərdə isə “Ədəbiyyat və incəsənət” qəzetinin baş redaktoru vəzifələrində çalışmışdır. O, 1970-1997-ci illərdə Azərbaycan Yazıçılar İttifaqıİdarə Heyətinin katibi olmuşdur.
Yaradıcılığı
Cabir Novruzun poeziyası XX əsr Azərbaycan ədəbiyyatının parlaq səhifələrindən birini təşkil edir. Onun əsərlərində Milli irsimizin zəngin ənənələri müasir ədəbi cərəyanların tələbləri ilə üzvi şəkildə birləşir. Ədəbiyyat aləminə gəldiyi ilk illərdən şair yüksək bəşəri-mənəvi dəyərləri tərənnüm edən şerləri ilə oxucuların dərin məhəbbətini qazanmışdır. Onun qələmindən çıxan lirik poeziya nümunələri və epik lövhəli əsərlər bədii səviyyəsi, mövzu rəngarəngliyi ilə seçilir. Şairin yüksək mənəviyyata səsləyən yaradıcılığı və vətəndaş ruhunun hakim olduğu olduğu poeziyası öz dilinin bədii gözəlliyi və rəvanlığı ilə səciyyələnir. Onun sözlərinə bəstələnmiş çoxsaylı mahnılar musiqisevərlər tərəfindən həmişə böyük rəğbət və sevinclə qarşılanmışdır.
Cabir Novruz yaradıcılığı vətənpərvərlik və mübarizlik ruhunun aşılanmasına mühüm xidmətlər göstərmişdir. Vəğənin taleyi üçün narahatlıq hissinin xas olduğu Cabir Novruz poeziyasının başlıca mövzuları azərbaycançalıq ideyaları ilə sıx bağlı olmuşdur. Şairin poetik təfəkkürü onun lirikasının tarixiliyini qüvvətləndirmiş və bu poeziyanı daha həyati etmişdir.
Şairin əsərləri dünyanın müxtəlif xalqlarının dillərinə tərcümə edilərək nəşr olunmuşdur. Onun bədii tərcümələri sayəsində isə Azərbaycan oxucusu dünya poeziyasının bir sıra qiymətli nümunələri ilə tanış olmaq imkanı qazanmışdır.
Cabir Novruzun ictimai fəaliyyəti də zəngin olmuşdur. O, həyatının bütün mərhələlərində Azərbaycanda gedən ictimai-siyasi proseslərin həmişə fəal iştirakçısı olmuş, xalqımızın həyatında baş verən təleyüklü hadisələrə düzgün qiymət verməsində əsl vətəndaşlıq mövqeyi nümayiş etdirmişdir.
Şairin ədəbi və ictimai fəaliyyəti yüksək qiymətləndirilmişdir. O, “Əməkdar incəsənət xadimi”, xalq şairi fəxri adlarına, dövlət mükafatına, orden və medallara layiq görülmüşdür. Cabir Novruz 1995-ci ildə Azərbaycan Milli Məclisinin deputatı seçilmişdir.
Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, əməkdar incəsənət xadimi, Azərbaycan Respublikası prezidentinin fərdi təqaüdçüsü, xalq şairi Cabir Mirzəbəy oğlu Novruzov (Cabir Novruz) 2002-ci il dekabrın 12-də ömrünün 70-ci ilində vəfat etmişdir.
Şeirlərinə yazılmış mahnılar Video
Şövkət Ələkbərova – Məhəbbət – musiqi: Oqtay Kazımi Yalçın Rzazadə – Bakının qızları – musiqi: Oqtay Kazımi Yalçın Rzazadə – Mənim duyğularım – musiqi: Oqtay Kazımi Zeynəb Xanlarova – Cavanlığım – musiqi: Oqtay Kazımi Zeynəb Xanlarova – Bulaq suyu, dağ havası – musiqi: Oqtay Kazımi Yalçın Rzazadə – Dünya düzələn deyil – musiqi: İqbal Ağayev Yalçın Rzazadə – Böyüməyə tələsmə – musiqi: İqbal Ağayev Manana Caparidze – Bu nə cür məhəbbətdir – musiqi: Eldar Mansurov Aygün Kazımova – Səsim səsinə öyrəşib – musiqi: Eldar Mansurov Mübariz Tağıyev – Ömür keçir – musiqi: Eldar Mansurov Ruhəngiz Abdullayeva – Məhəbbət ölməyəcək – musiqi: Eldar Mansurov
Audio
Ağadadaş Ağayev – Gəlin gələndə – musiqi: Oqtay Kazımi Mübariz Tağıyev – Sən oldun – musiqi: Eldar Mansurov Brilliant Dadaşova – Gecikmiş məhəbbət – musiqi: Eldar Mansurov İlqar Muradov – Sən oldun – musiqi: Eldar Mansurov Heydər Anatollu – Tənhalıq – musiqi: Eldar Mansurov Abbas Əhməd – Təki sənin səsin gəlsin – musiqi: Eldar Mansurov Səbinə Cabbarzadə – Məhəbbət – musiqi: Eldar Mansurov
Azərbaycan teatr sənəti qədim və zəngin tarixi yol keçib. 1873-cü il martın 10-da Bakı realnı məktəbinin teatr həvəskarları truppası tərəfindən M.F.Axundzadənin “Sərgüzəşti-vəziri-xani Lənkəran” komediyası nümayiş etdirilib. Bu tamaşa ilə Azərbaycanda milli teatrın əsası qoyulub. Bu şərəfli işdə Həsən bəy Zərdabi və Nəcəf bəy Vəzirov mühüm rol oynayıb. Milli teatrın inkişafında məşhur xeyriyyəçi-mesenat Hacı Zeynalabdin Tağıyevin böyük xidməti olub. O, Bakı şəhərində ilk teatr binası inşa etdirib. Nəticədə Azərbaycan səhnəsinin Cahangir bəy Zeynalov, Hüseynqulu Sarabski, Mirzağa Əliyev, Hüseyn Ərəblinski, Ülvi Rəcəb, Abbas Mirzə Şərifzadə, Mustafa Mərdanov, Məmmədrza Şeyxzamanov, Ağasadıq Gəraybəyli, Əliağa Ağayev, Lütfəli Abdullayev, Nəsibə xanım Zeynalova, Mərziyə xanım Davudova kimi yüzlərlə siması yetişib. AZƏRTAC xəbər verir ki, uzun və şərəfli tarixi yol keçmiş Azərbaycan teatrının inkişafında son illərdə yeni mərhələ başlayıb. Bu inkişaf özünü, ilk növbədə, teatrların maddi-texniki bazasının müasir dünya standartlarına uyğun möhkəmləndirilməsində, kollektivlərin yaradıcılıq axtarışlarının bəhrəsi olaraq yeni maraqlı tamaşaların hazırlanmasında, nüfuzlu Qərb, o cümlədən Avropa teatrları ilə təcrübə mübadiləsinin genişləndirilməsində və s. göstərir. Şübhəsiz, teatrlarımızın yeni inkişaf yoluna çıxmasında ölkəmizə rəhbərliyinin bütün dövrlərində daim mədəniyyət və incəsənətin böyük hamisi kimi bu sahədə çalışanların sonsuz rəğbətini qazanmış Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xidmətləri misilsizdir. Ulu Öndərin bu siyasəti hazırda Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Məhz Prezident İlham Əliyevin bilavasitə təşəbbüsü ilə son illərdə ölkədə teatr sənətinin inkişafı ilə bağlı bir sıra fundamental dövlət sənədləri qəbul olunub. 2006-cı ildə Azərbaycanda “Teatr və teatr fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilib. Bu qədim yaradıcılıq sahəsinin çağdaş inkişaf mərhələsini əks etdirən Qanunda dövlətin teatr sənətinə xüsusi əhəmiyyət verməsi rəsmən bəyan edilib. 2007-ci ildə Prezident İlham Əliyev teatr sənəti ilə bağlı daha bir mühüm sənəd – “Azərbaycan teatr sənətinin inkişaf etdirilməsi haqqında” Sərəncam imzalayıb. 2009-cu il mayın 18-də isə dövlət başçısı “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramını təsdiq edib. Azərbaycan teatrının 10 illik inkişaf perspektivlərini müəyyənləşdirən Dövlət Proqramı öz fəaliyyəti ilə milli-mədəni sərvətə çevrilən teatrımızın zəngin bədii irsinin və yaradıcılıq ənənələrinin qorunması, Avropa mədəniyyətinə inteqrasiya olunması, teatrların maddi-texniki bazalarının modernləşdirilməsi, teatr binalarının dünya standartlarına uyğun təmiri, informasiya və maliyyə resurslarından səmərəli istifadə edilməsi və repertuarın günün tələblərinə uyğun formalaşdırılması məqsədlərinə xidmət edib. Dövlət Proqramı çərçivəsində Bakıda keçirilən beynəlxalq teatr konfransları da mühüm hadisə kimi dəyərləndirilməlidir. Proqram çərçivəsində Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla, S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram, Azərbaycan Dövlət Gənc Tamaşaçılar, Azərbaycan Dövlət Akademik Milli Dram, Mingəçevir, Ağdam və Füzuli Dövlət Dram teatrlarının binalarında yüksək səviyyədə təmir-bərpa və yenidənqurma işləri aparılıb. Daxili imkanlar hesabına Dövlət Pantomima Teatrının binasının bir hissəsi bərpa edilərək tamaşaçıların ixtiyarına verilib. Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Musiqili Dram Teatrının 40 il ərzində həll olunmayan bina problemi köklü şəkildə öz həllini tapıb. Görülmüş işlər nəticəsində Azərbaycan Dövlət Musiqili Teatrının binası dünya standartlarına uyğun təmir edilərək istismara verilib. Son illərdə onlarla sənət adamına dövlətimizin başçısının sərəncamları ilə yüksək fəxri adlar verilib. Hər il 100 nəfər istedadlı sənət adamı Prezident təqaüdünə layiq görülür. Yüzlərlə insanın mənzil və digər problemləri həll olunur. Hər il Azərbaycan sənəti qarşısında fövqəladə böyük xidmətləri olan şəxslər ömürlük təqaüd alanlar siyahısına daxil edilirlər. Ötən illər ərzində Azərbaycan teatrları dünyanın bir çox ölkəsində keçirilən beynəlxalq tədbirlərdə ölkəmizi layiqincə təmsil ediblər. Həmçinin Azərbaycana xarici ölkələrdən teatr kollektivi qastrol səfərinə gəlib. Eyni zamanda, xarici dövlətlərdən 30 nəfər tanınmış rejissor, baletmeyster, xoreoqraf, teatr rəssamı tamaşa hazırlamaq üçün ölkəmizə dəvət olunub. Teatr sənətinin inkişafı yalnız dövlət teatrları şəbəkəsi ilə izah olunmur. Bu gün artıq ölkəmizdə özəl sektor və biznes münasibətlərindən faydalanaraq, yeni prodüser mərkəzləri yaranır. Cəmiyyətdə teatra olan marağın artması yeni teatr fəaliyyəti formalarının yaranmasına səbəb olur. Bu, həm də teatrla bağlı qəbul olunmuş qanun və digər dövlət sənədlərinin işlək mexanizminə dəlalət edir. Bu baxımdan yeni teatr formalarının ən müasir nümunəsi kimi maraqlı layihələrlə çıxış edən “ÜNS” Yaradıcılıq Səhnəsinin fəaliyyətini qeyd etmək olar. Hər zaman sənət adamlarına diqqət və qayğı ilə yanaşan Prezident İlham Əliyevin 2013-cü il 1 mart tarixli Sərəncamı ilə ölkəmizdə “Milli Teatr Günü” təsis edilib. Sərəncama əsasən milli mədəniyyətin inkişafında və ölkənin mədəni həyatında milli teatrın əhəmiyyəti və rolu nəzərə alınaraq hər il martın 10-u Azərbaycan Respublikasında “Milli Teatr Günü” kimi qeyd edilməsi qərara alınıb. Həmin tarix ölkəmizin hər yerində silsilə tədbirlərlə qeyd olunur. Azərbaycan teatrının uğurları hələ qarşıdadır. İnanırıq ki, bu gün yaranmasının 149-cu ildönümünü qeyd edən Azərbaycan teatrı qarşıdakı illərdə bir-birindən maraqlı səhnə əsərləri ilə daha böyük uğurlara imza atacaq.
Xalq şairi Zəlimxan Yaqubun yeni kitabı işıq üzü görüb. Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi Aşıq Ələsgərin anadan olmasının 200 illik yubileyinə töhfə kimi “Ozan Dünyası” Aşıq Yaradıcılığının Təbliği ictimai birliyi tərəfindən nəşrə hazırlanan və Alik Zahid oğlu Məmmədovun maddi dəstəyi ilə “Elm və təhsil” nəşriyyatında nəfis tərtibatla işıq üzü görən kitab “Ələsgər çağırdım, Ələsgər dedim” adlanır. Kitabda Xalq şairinin müxtəlif illərdə Aşıq Ələsgərə həsr etdiyi şeirlər və iki poema yer alıb. Kitabı nəşrə hazırlayan və redaktoru Əməkdar mədəniyyət işçisi, “Ozan dünyası” Aşıq Yaradıcılığının Təbliği ictimai birliyinin sədri və “Ozan dünyası” jurnalının baş redaktoru Musa Nəbioğlu, məsləhətçi Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva və rəyçi isə Beynəlxalq “Alaş” ədəbi mükafatı laureatı Əkbər Qoşalıdır.
“Mücrü” Nəşriyyatının 44 günlük Vətən müharibəsində rəşadətli Azərbaycan ordusunun qələbəsi münasibətilə gerçəkləşdirdiyi yeni layihə çərçivəsində “44 GÜN” ədəbi-bədii topluda işıq üzü görüb.
Layihənin əsas məqsədi çağdaş Azərbaycan ədəbiyyatında qələbə ruhlu şeirlərin yazılmasına və nəşrinə, eyni zamanda qələbəmizin təbliğatına dəstək, Qarabağ zəfərinə yaradıcı müstəvidə münasibəti üzə çıxarmaqdır.
Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatı tərəfindən gerçəkləşdirilən “Azərbaycan Aşıq sənəntinin inkişafına dəstək” layihəsi çərçivəsində Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Xalq şairi, Fərdi Prezident təqaüdçüsü Zəlimxan Yaqubun “Şəhidlərim yatan yerdə” adlı şeiriQardaş Türkiyə Cümhuriyyətinin Kahramanmaraş şəhərində fəaliyyət göstərən Ebrar Vakfı Kültür Yayın organı “Usare” iki aylık kültür, edebiyat, sanat dergisi 27-ci sayında dərc olunub.Azərbaycan dilində dərc olunub.
“Azərbaycan Aşıq sənəntinin inkişafına dəstək” layihəsinin rəhbəri və müəllifi Azərbaycan Aşıqlar Birliyinin katibi, “Ozan dünyası” jurnalının Baş redaktoru, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğludur.
Koordinatoru və məsul katibi Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidmətinin rəhbəri, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Kümbet” və “Usare” dərgilərinin Azərbaycan təmsilçisi, “Kardelen” üçaylıq mədəniyyət, ədəbiyyat və sənət dərgisi yazarı, şair, tərcüməçi, publisist, jurnaist, gənc yazar Kamran Murquzovdur.
Qeyd edək ki, bundan öncə gerçəkləşdirilən eyniadlı layihə çərçivəsində Sevimli Xalq şairimiz Zəlimxan Yqubun “Ömrün yolları” şeiri Qardaş Türkiyə Cümhuriyyətinin Bilecik şəhərində fəaliyyət göstərən “Kardelen” üçaylıq mədəniyyət, ədəbiyyat, incəsənət dərgisinin 109-cu sayında Azərbaycan dilində dərc olunmuşdu.
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə Əlaqələr şöbəsi
Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatı tərəfindən gerçəkləşdirilən “Türkiyə-Azərbaycan ədəbi-mədəni əlaqələrinin inkişafına dəstək” layihəsi çərçivəsində yeni nəsil Azərbaycan gəncliyinin istedadlı nümayəndəsi, “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru, gənc xanım yazar Şəfa Vəliyevanın Anası istedadlı Azərbaycanlı şairə Güldərən xanım VƏLİYEVAnın “Bayatılar”ıQardaş Türkiyə Cümhuriyyətinin Kahramanmaraş şəhərində fəaliyyət göstərən Ebrar Vakfı Kültür Yayın Organı “Usare” ikiaylık kültür sanat ve edebiyat dərgisinin 26-cı sayında Azərbaycan dilində dərc olunub.
“Türkiyə-Azərbaycan ədəbi-mədəni əlaqələrinin inkişafına dəstək” layihəsinin layihəsinin rəhbəri və müəllifi Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının sədri, respublikanın Əməkdar jurnalisti, AJB Sumqayıt şəhər təşkilatının sədri, Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının təsisçisi və direktoru, “Kümbet” və “Usare” dərgilərinin Azərbaycan təmsilciliyinin rəhbəri Rafiq Oday, koordinatoru və məsul katibi Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidmətinin rəhbəri, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Kümbet” və “Usare” dərgilərinin Azərbaycan təmsilçisi, “Kardelen” üçaylıq mədəniyyət, ədəbiyyat və sənət dərgisi yazarı, şair, tərcüməçi, publisist, jurnaist, gənc yazar Kamran Murquzov, məsləhətçisi isə Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutunun Kurikulum Mərkəzinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin (gundelik.info) və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının (edebiyyat-az.com) Məsul katibi, şairə-publisist Şəfa Eyvazdır.
Qeyd edək ki, bundan öncə də şairə-publisist Rahilə Dövranın bədii yaradıcılıq nümunələri, poeziya örnəkləri Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatı təşkilatçılığı həyata ilə keçirilən “Çağdaş Azərbaycan poeziyasının inkişafına dəstək” layihəsi çərçivəsində Qardaş Türkiyə Cümhuriyyətində fəaliyyət göstərən TOŞAYAD (Tokat Şairler ve Yazarlar Derneği) yayın organı “Kümbet” eğitim, kültür, sanat ve edebiyat dərgisində dərc olunaraq, ictimaiyyət nümayəndələrinin nəzərinə çatdırılmışdı.
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə Əlaqələr şöbəsi
“Mücrü” Nəşriyyatının 44 günlük Vətən müharibəsində rəşadətli Azərbaycan ordusunun qələbəsi münasibətilə gerçəkləşdirdiyi yeni layihə çərçivəsində cari ilin fevral ayının sonunda“44 GÜN” ədəbi-bədii topluda işıq üzü görəcək.
Layihənin əsas məqsədi çağdaş Azərbaycan ədəbiyyatında qələbə ruhlu şeirlərin yazılmasına və nəşrinə, eyni zamanda qələbəmizin təbliğatına dəstək, Qarabağ zəfərinə yaradıcı müstəvidə münasibəti üzə çıxarmaqdır.
Layihənin informasiya dəstəyi “Mücrü ART” (www.mucru.art) portalıdır.
“Mücrü” nəşriyyatı yazıçı-naşir Müşfiq XAN tərəfindən təsis edilmişdir. Mücrü Nəşriyyatı MMC rəsmi olaraq 21 dekabr 2019-cu ildə dövlət qeydiyyatından keçmişdir. Nəşriyyat fəaliyyətə başladığı gündən həm yerli, həm də dünya ədəbiyyatının nəşri məşğul olur. Bura bədii kitablarla yanaşı, uşaq ədəbiyyatı, metodik və akademik nəşrlər; habelə bir çox layihə nəşrlər, promonəşrlər aiddir. Şirkət fəaliyyətini aşağıdakı istiqamətlərdə davam etdirir:
“Mücrü” nəşriyyatı
“Mücrü ART” ədəbiyyat və sənət portalı
“Mücrü” kitab evi
“Mücrü” kitab klubu
“Mücrü” uşaq dərgisi
“Mücrü” nəşriyyatı “Mücrü” nəşriyyatının seriyaları: – “Çoxbilmiş” uşaq seriyası Seriyada məktəbəqədər yaşdan başlayaraq orta təhsilin yuxarı sinif yaşlarına qədər oxucular üçün metodik və bədii kitabların nəşri həyata keçirilir. – “Abituriyent” seriyası Bu seriyada ali məktəblərə, habelə magistratura və dövlət qulluğuna, müəllimlərin işə qəbul imtahanlarına hazırlaşan oxucular üçün metodik və akademik kitablar yayımlanır. Bədii kitab seriyaları – “Proza” seriyası Seriya Azərbaycan müəlliflərinin nəsr nümunələrini nəşrə hazırlayır. – “Poeziya” seriyası Azərbaycan müəlliflərinin nəzm nümunələrindən ibarət kitabları yayımlayır. – “Zirzəmi” seriyası Dünya ədəbiyyatının nəsr nümunələrini nəşr edir. – “Çardaq” seriyası Dünya şairlərinin əsərlərini yayımlayır. – “Bir Saatda Tarix” seriyası Qısa müddətdə oxuya biləcəyiniz araşdırma, xatirə və məşhurlar haqqında maraqlı məlumatlar yer alır. Hazırda bu seriyada 10-dan çox kitab artıq nəşr edilib.
“Mücrü ART” ədəbiyyat və sənət portalı Portalın təsisçisi “Mücrü” nəşriyyatı, baş redaktoru yazar-tərcüməçi Cəl
Aşıqların I qurultayı 1928-ci ildə, II qurultayı 1938-ci ildə, III qurultayı isə 1961-ci ildə keçirilib. Azərbaycan Aşıqlarının III qurultayı keçirildi. 1984-cü ilin mart ayının 19-da Azərbaycan Dövlət Filarmoniyasında Azərbaycan aşıqlarının IV qurultayı keçirildi və Mədəniyyət nazirliyinin tərkibində fəaliyyət göstərən Azərbaycan Aşıqlar Birliyi yaradıldı, xalq şairi Hüseyn Arif Birliyin sədri seçildi. Azərbaycan Aşıqlar Birliyi 1991-ci ilin iyun ayında Ədliyyə Nazirliyində qeydiyyatdan keçərək müstəqil fəaliyyət göstərməyə başladı. 1992-ci ildə Hüseyn Arifin vəfatından sonra sədrliok üstündə çəkişmələr üzündə Birliyin fəaliyyəti bir növ iflic vəziyyətinə düşdü. Uzun zamandan bəri dağınıq və pərişan vəziyyətdə olan Azərbaycan aşıqları axır ki, Qurultay səviyyəsində bir araya gəldi. 2008-ci il avqust ayının 29-da aşıqların V qurultayı keçirildi. 1928-ci ildə çağırılmış Birinci Aşıqlar Qurultayının üstündən səksən, sonuncu – dördüncü Qurul¬tayın üstündən isə iyirmi beş il keçdikdən sonra ortaya gələn bu tarixi toplantı müstəqillik illərinin ilk Aşıq Qurultayı idi. Azər¬baycan aşıq mü¬hit¬lərinin getdikcə ağırlaşan durumu, aşıqların sosial-mə¬işət və yara¬dı¬cılıq problemləri Qurultay çağırılmasını zərurətə çevirmişdi. 1984-cü ildə keçirilən dördüncü Qurultaydan sonra aşıqların yaradıcılıq təşki¬latının dağılmağa başlaması və çəkişmə-ziddiyyət meydanına çevrilməsi bir sıra xoşagəlməz nəticələr ortaya gətirdiyindən məsələnin ciddi və köklü şəkildə həllinə ehtiyac böyük idi. Bu səbəbdən ustad aşıqların və görkəmli ziyalıların müraciətinə cavab olaraq Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə çağırılan növbəti Qurultay bir çox problematik məsələlərə aydınlıq gətirdi. Qurultayı millət vəkili, akademik Nizami Cəfərov açaraq bu mötəbər tədbiri idarə etməyi akademik Bəkir Nəbiyevdən xahiş etdi. Akademik Bəkir Nəbiyev giriş sözü ilə Qurultay iştirakçılarını salamladı və Qurul¬tayın səlahiyyətli olub-olmaması barədə mandat komissiyasının sədri pro¬fessor Bəhlul Abdullanı kürsüyə dəvət etdi. Mandat komissiyasının sədri 225 nəfərdən ibarət olan Qurultay nümayəndələrinin rayon konfrans¬ları tərəfindən seçilərək göndərildiklərini bildirdi. Qurultayın səlahiyyəti təsdiq olunduqdan sonra söz Azərbaycan Respublikasının Mə¬də¬niyyət və Turizm naziri Əbülfəz Qarayevə verildi. Nazir Azər¬baycan Respublikası Prezidenti İlham Əliyev cənablarının təbrikini Qurultay iştirakçılarına çatdırdı. Professor Məhərrəm Qasımlı “Aşıq sənətinin müasir vəziyyəti: prob¬lemləri və inkişaf perspektivləri” mövzusunda məruzə ilə çıxış etdi. YUNESKO-nun eksperti, sənətşünas Sənubər Bağırova “Aşıq sənə¬tinin qarşısında duran perspektiv vəzifələr” mövzusunda məruzə etdi. Məruzələr ətrafında millət vəkilləri Nizami Cəfərov, Qənirə Paşa¬yeva və Rəfael Hüseynov, professor Qəzənfər Paşayev, professor Sədnik Paşayev, xalq şairi Fikrət Qoca, Bəstəkarlar İttifaqının sədri Firəngiz Əli¬zadə, ustad aşıqlardan Ədalət Nəsibov, İsfəndiyar Rüstəmov, Gülarə Azaf¬lı və başqaları çıxış edərək aşıq sənətinin tarixi-mədəni dəyəri və çağ¬daş durumu barədə öz mülahizələrini bildirdilər. Aşıq sənətinin Azərbaycan xalqına məxsus unikal mədəni-mənəvi sərvət kimi YUNESKO-nun qeyri-maddi irs siyahısına daxil edilməsi təklifi çıxış¬çıların əksəriyyəti tərəfindən vurğulandı və qurultay iştirakçıları tərə¬findən dəstəkləndi. Qurultay nümayəndələri tərəfindən irəli sürülən namizədlər əsasında açıq səsvermə yolu ilə idarə heyəti seçildi. İdarə heyəti xalq şairi Zəlimxan Yaqubun Aşıqlar Birliyinin sədri seçilməsi təklifini irəli sürdü. Qurultay bu təklifi yekdilliklə təsdiq etdi. Professor, Dövlət Mükafatı laureatı Məhərrəm Qasımlı Birliyin birinci katibi seçildi. Professor Məhərrəm Qasımlı Qurultayın Qətnaməsini oxudu. Qət¬na¬mə qəbul olundu. Qurultay nümayəndələrinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına Müraciəti qəbul edildi. Qurultayın sonunda aşıqlar geniş konsert proqramı ilə çıxış etdilər.
* * *
V Qurultaydan sonra Azərbaycan aşıq sənətində yeni inkişaf mərhələsi başladı. Bu sənətə dövlət səviyyəsində qayğı və diqqət artırıldı, onun təbliği istiqamətində mühüm addımlar atıldı. Heydər Əliyev Fondunun rəhbərliyi və Azərbaycan Respublikası Mədə¬niy¬yət və Turizm Nazirliyi tərəfindən bir sıra tədbirlər həyata keçirildi. “Azər¬baycan aşıq sənəti” faylı hazırlanaraq YUNESKO-ya təqdim edildi. Həyata keçirilən məqsədyönlü tədbirlər öz bəhrəsini verdi – Azərbaycan dövlətinin, xüsusilə YUNESKO və İSESKO-nun xoş¬mə¬ramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın aşıq sənətinin qo¬run¬ması, inkişafı və təbliği istiqamətində fəaliyyəti nəticəsində 2009-cu ilin 28 sentyabr – 02 oktyabr tarixində Birləşmiş Ərəb Əmirliyinin Abu-Dabi şəhərində YUNESKO-nun Qeyri maddi-mədəni irsin qorunması üzrə Ko¬mitəsinin 4-cü sessiyasında YUNESKO-nun Hökumətlərarası Komitəsinin yekun qərarına əsasən Azərbaycanın aşıq sənəti YUNESKO-nun Qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısına daxil edildi
Xalq şairi Zəlimxan Yaqubun yeni kitabı işıq üzü görüb. “Türkün taleyi” adlı bu kitabda ölməz söz ustadının böyük Türk dünyasına dərin məhəbbətdən doğan və təkcə Azərbaycanda deyil, onun hüdudlarından uzaqlarda da sevilə-sevilə oxunan şeirləri və “Mövlana”, “Yunus Əmrə dastanı”, “Aşıq Veysəl dünyası”, “Turan sevgisi”, “İçimdə ağlayan Krım”, “Çanaqqala dastanı” və “Bir kövrək havadı sazımda Kərkük” poemaları yer alıb.
Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB, “Nəfəs” İB və Regional Hüquqi və İqtisadi Maarifləndirmə İB tərəfindən reallaşdırılan layihənin rəhbəri və ön sözün müəllifi Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva, kitabın tərtibçisi və redaktoru Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu, məsləhətçilər “Beynəlxalq “Alaş” mükafatı laureatı Əkbər Qoşalı və “Nəfəs” İB-nin sədri Firəngiz Balakişiyeva, buraxılışa məsul isə Regional Hüququ və İqtisadi Maarifləndirmə İB-nin sədri Arzu Bağırovadır.
Xatırladaq ki, kitabın ilk təqdimatı noyabr ayının sonlarında Türkiyənin paytaxtı Ankara şəhərindəki “Türk Ocaqları” Baş Qərəragahında keçirilib.
44 günlük müharibədə Azərbaycan Ordusunun əldə etdiyi şanlı qələbəyə həsr olunmuş növbəti kitab işıq üzü görüb. “Borçalıdan Şuşaya gedeən yol” adlanan kitabda İkinci Qarabağ müharibəsində iştirak etmiş Borçalı əsilli Azərbaycan vətəndaşları olan şəhid və qazilərimizin keçdikləri şanlı döyüş yolundan bəhs olunur. Kitabda 200 nəfərdən çox əsgər və zabitin həyat və döyüş yolundan bəhs olunur ki, onlardan 12 nəfəri şəhidlik zirvəsinə ucalanlardır. Onların hər biri haqda avtobioqrafik məlumat verilməklə yanaşı, iştirak etdikləri döyüşlərdən bəzi epizodlar da yer alıb. Barələrində kitabda yazılanlardan hətta elələri də var ki, ata-oğul müharibənin odlu-alovlu yollarından keçiblər.
Knyaz Musayevin kitaba yazdığı ön sözdə də vurğulandığı kimi, “bu yazılar ilk baxışda sadəcə avtobioqrafik məlumatlardan ibarət olsa da, hər birinin arxasında bir insan taleyi var. Və bu yazıları oxuduqca qəhrəman Azərbaycan əsgərinin obrazı gözlərimiz önündə öz əzəməti ilə bir daha canlanır, harada doğulmasından asılı olmayaraq damarında Azərbaycan türkünün qanı axan igidlərimizin cəsurluğu, igidliyi və Vətən sevgisi qəlbimizi qürurla doldurur”.
El ağsaqqalı, xeyriyəçi Knyaz Musayevin maddi dəstəyi ilə Bakıda “Elm və təhsil” nəşriyyatında nəfis tərtibatla işıq üzü görmüş, üz qabığında Milli Qəhrəman İlqar Mirzəyevin şəkli əks olunan kitabın müəlifi Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu, redaktoru Mahal Tükənlidir.
Xatırladaq ki, Birinci Qarabağ müharibəsində iştirak etmiş əslən Borçalıdan olan soydaşlarımızın sayı da yüzlərlədir və M.Nəbioğlu bildirib ki, növbəti kitabı onlara həsr olunacaq.
Qapıların açıldığı bütün otaqlar insanın özünə tikdiyi zindandır… Bu qapıların üzbəüzündə pəncərələr varsa, zindan daha betər olur. “Qapısız-pəncərəsiz otaqmı olar?” – deməyin… Otaqları sevməyin… Ya da elə sevin ki, onun üzünə qapını, pəncərəni bağlamayın; qoyun içinə çəksin dünyanı… Yalnız o zaman o otaqlar sizin dünyanız olar… O dünyanızın içində də heç vaxt dilinizə “tənhayam” sözü gəlməz…
İllər öncə bir hekayə yazmışdım – “Qütb adamı”… Hələ üzə çıxarmamışam onu. Bizim ətrafında fırlandığımızdı qütbümüz, ya sevgiylə, ya məcburən… Nə fərqi var ki? Hamımızın içində bir fırlanma arzusu, hamımızın həyatında bir “qütb adamı” var. Mütləq var! Təkbaşına dizimizi qucaqlayıb oturduğumuz otaqda da o “qütb adamı” bizimlədir. “Yanımızda” olmaq üçün nəinki otağın, heç ömrümüzün də qapısını-pəncərəsini eyninə almır…
…Bir də səadətimiz var… Ölçüsünü özümüz təyin etdiyimiz, lazım bildikdə, qıraq-bucağını yeyələyib hamarlamağa çalışdığımız, istədiyimiz donu geyindirdiyimiz, “Tanrı ərməğanı” desək də, özümüzün uydurduğumuz səadətimiz… Həmişə ovcumuzun içindədi o, istədiyimizdə yox saya bilirik, istədiyimizdə həyatımızın baş köşəsində qırmızıdan taxt düzəldib oturduruq… Amma “tənha” otaqlara heç vaxt onu özümüzlə “aparmırıq”, qoyuruq qapının eşiyində… Qapı məhz bunun üçün lazımdı bizə…
Amma bu gün çərçivələdiyim səadətimdən yox, həyatıma əlvan bir bahar küləyilə daxil olmuş Səadətimdən danışmaq istəyirəm. Onunla bağlı bütün xatirələrimi büküb qoyuram bir tərəfə, bitmək bilməyən saatlarla dərdləşdiyimiz illəri də ötürürəm düşüncəmdən… Axtarıb tapıram şeirlərindən, oxuyuram… Oxuyuram…
“Tanrı sevgisindən libas geymişəm” – deyir bir şeirində… Doğru deyir… O, bunu daxilində hiss edir, mən illərdi zahirdən müşahidə edirəm. Qışın bu çağında “Yaz nağılı”nı oxuyuram… “Günəş buludlarda alovlanardı” misrasına bükürəm qış hikkəmi… Bu gün qışa ögeyəm. Amma onu da bilirəm ki, yazın əlvan nağılının fon rəngidi qışın bəyazlığı. Bilirəm, yenə qışdan küsürəm. Yenə yaza tələsirəm…
Yolumu kəsən “kədərin udum-udum udmasıdır” məni… Bu da Səadət xanımın misrasıdır, əhvalımı anlatmaqçün “mənimsəyirəm”… Sonra da “xəyalın közərən umudlarıyla” unudulmadığımı umuram. Unudulduğumda “yaşıl xatirələrin” daha çox üzdüyünü də oxuyuram Səadətimin şeirində…
İçimdə böyüyən “ah”ları yenə “yaz nağılı”na saxlayıram. Taleyin bir günü Səadət xanım üzü Xəzərə dayanıb “Yenə də dənizə tökülər ahım” dediyində, yanında olmaq, “ah”ımı “ah”ına qatmaq niyyətindəyəm… Qəfildən ağlıma gələn fikir də “ağıllı” sayılmaz; görəsən, bu niyyətim qışdan çıxacaqmı? Çiynimi çəkirəm ixtiyarsız…
“Gülüm, könlümüzə doldu soyuqluq, Elə bil qar düşüb güllərin üstə” – desə də, Səadət xanım, bizim tərəflərdə qar hələ cilvələnməyib… Soyuqluqmu? Dolu nədi, daşır… Boz rəngi sevməyimə baxmayaraq, ruhumdakı bozluğu “soyunmaq” üçün yazıya cummazdım yoxsa. Belə anlarımda Səadət xanımdan eşitdiyim bir söz vardı həmişə: “Dərdi də dərd etmə özünə, gülüm…” Bu dəfə isə özü uzaqdadı, amma mənə xitabən yazılan bir misra tapmışam “Düşüncə” şeirində: “A gülüm, ağlama təbiət kimi…”
…”Laləli sevgilərin Duyğusu yaman küskün” olur, bunu laləyə olan heyranlığımdan bilirəm. Amma “zümrüd gülüşü solğun torpağın zamana küskünlüyü”nü daha dərindən anlamaq istəyirəm. Bunun üçün hansısa ilin hansısa ayında, qarışıq əhvallı bir gündə Səadətimlə üz-üzə oturub özümü sözə təslim etməliyəm… Sözə olan sevgimə xilaskar kimi sarılmaq şahmat oyununda “pat” olmaq kimidir. Bunu qulağıma pıçıldayan səs ürəyimim içindədimi, yoxsa başımın üstündə? Bilmirəm… Duyğularımı yollara salmaq istəmirəm. “Sevgi, sevgi!” bağıran iblislər yola çıxır” çünki… Əbəs yerə “sevgini talenin bənövşə gülüşü” saymır Səadət xanım. Heç boynunu əyməyən, əzəmətli bənövşə görmüsünüz? Bir rüzgarlıq ömrünü məğlub olaraq yaşayır bənövşələr… Sonra da köçüb gedirlər… Səadət xanım demiş, “köçüb gedənlər Anlatmır ağ nağılı…”
…Telefonuma gələn zənglə bölünür düşüncələrim. Anamdı…