Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatı tərəfindən gerçəkləşdirilən “Azərbaycan Aşıq sənəntinin inkişafına dəstək” layihəsi çərçivəsində Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Xalq şairi, Fərdi Prezident təqaüdçüsü Zəlimxan Yaqubun “Şəhidlərim yatan yerdə” adlı şeiriQardaş Türkiyə Cümhuriyyətinin Kahramanmaraş şəhərində fəaliyyət göstərən Ebrar Vakfı Kültür Yayın organı “Usare” iki aylık kültür, edebiyat, sanat dergisi 27-ci sayında dərc olunub.Azərbaycan dilində dərc olunub. 

“Azərbaycan Aşıq sənəntinin inkişafına dəstək” layihəsinin rəhbəri və müəllifi Azərbaycan Aşıqlar Birliyinin katibi, “Ozan dünyası” jurnalının Baş redaktoru, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğludur.

Koordinatoru və məsul katibi Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidmətinin rəhbəri, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Kümbet” və “Usare” dərgilərinin Azərbaycan təmsilçisi, “Kardelen” üçaylıq mədəniyyət, ədəbiyyat və sənət dərgisi yazarı, şair, tərcüməçi, publisist, jurnaist, gənc yazar Kamran Murquzovdur.

Qeyd edək ki, bundan öncə gerçəkləşdirilən eyniadlı layihə çərçivəsində Sevimli Xalq şairimiz Zəlimxan Yqubun “Ömrün yolları” şeiri Qardaş Türkiyə Cümhuriyyətinin Bilecik şəhərində fəaliyyət göstərən “Kardelen” üçaylıq mədəniyyət, ədəbiyyat, incəsənət dərgisinin 109-cu sayında Azərbaycan dilində dərc olunmuşdu.

Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə Əlaqələr şöbəsi