Şəhidlər ölməz – Vətən bölünməz
(Aprel döyüşlərinin 4-cü ildönümünə həsr olunur)
Bakı şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasına müntəzəm olaraq şeir və hekayələr təqdim edən Fəxri oxucu yazıçı-publisist, şairə Sevinc Ağa Xəlilqızı (Basqallı) 2016-cı il aprelin 1-dən 2-nə keçən gecə Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında baş vermiş Aprel döyüşlərinin dördüncü ildönümünə “Şəhidlər ölməz – Vətən bölünməz” adlı şeir həsr etmişdir. O, şeirdə mayor Elnur Əliyevin şücaətini bədiiləşdirilir, qəhrəmanlıq nəğməsinə çevrilir.
Şəhidlər ölməz – Vətən bölünməz
(Aprel döyüşlərinin 4-cü ildönümünə həsr olunur)
Azərbaycan – şərəfim, şöhrətim, şanım!
Qartallar diyarı Azərbaycanım!
Ölkələr içində hörmətlə adın
Çəkilir həmişə – gözəl diyarım!
Səninlə fəxr etdim – odlar diyarım!
Qarabağ! Bu ad necə də gözəl səslənir.
Qarabağ! Üzeyirin qədim torpağı!
Şüşa! Tarixi qədimdir fateh qalanın!
Topxana, Cıdırdüz, Qoşqarımız var.
Vaqif yadigarı cənnət diyarı,
Laylamdır, cəngimdir Azərbaycanım.
Qarabağ torpağı qalmaz heç zaman
Düşmən tapdağında, doğma diyarım.
Sil gözünü Cıdır düzüm,
Şuşam haraydadır, dardadır,
Könlümün sevgisi bu diyardadır.
Qarabağ həsrətinin sonu olacaq.
Aprel oğulların hücuma keçdi.
Qorxmadan canını fəda edərək,
Ana torpağını azad edərək.
Bu anda mayor Əliyev Elnur
Üz tutub əsgərlərə belə soylədi:
“Azərbaycan, ünüm, səsim.
Azərbaycan mənim bəsim
Bu torpağa xain çıxan,
Bu torpaqda ölsün gərək.
Doğram-doğram, kəsim-kəsim!
Şəhidlər ölməz, Vətən bölünməz!”
Lələ Təpədir gərgin döyüşdə,
Düşmən dayanmadan qumbara atdı,
Atdı özünü, Elnur qorxmadan
Əsgərlər xilas olsun deyə durmadan…
Bu nə igidlik, bu nə cəsurluq!
Örnək oldu onlar silahdaşlara,
Həmdə Ana Vətən övladlarına!
İgidlik məktəblərinin zirvəsidirlər!
Dastanlar, nağıllar yazılacaqdır.
Doğma Azərbaycanım unutmaz sizi…
Əsl qəhrəmanlar, igid oğullar
Yenilməz Azərbaycan torpağındadır!
Ondurmu,yuzdürmü, mindir qəhrəman
Tarix səhifəndə can Azərbaycan!
Məqsədimiz, birliyimiz, heç bir zaman qırılmaz!
Xalqın qürüründan yoğrüldü ədalətli vicdanımız
Gəlmədiz bu dünyaya ölməkdən ötrü
Əbədi yaşamaqçün gəldiz dünyaya!
_____________________________
Cıdırdüz – Cıdır düzünün qısa forması
Aprel, 2020-ci il