Uşaq yazıçısı, professor Solmaz Amanova uşaqlarla online yayımda

Bakı şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının Fəxri oxucusu uşaq yazıçısı, professor, Solmaz Amanova aprelin 7-də saat 15.00-da uşaqlarla canlı yayımda görüş təşkil edəcək.

Solmaz Amanova bu görüşü dünyanı cənginə alan, minlərlə can alan, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) “pandemiya” elan etdiyi yeni növ koronavirus (COVID-19) infeksiyasının qarşısının alınması üçün etdiyi “Evdə qal, həyatları xilas et!” və Baş İdarənin #evdeqal #pozitivol çağırışına dəstək olaraq təşkil edir.

Canlı yayımda yazıçı yeni yazdığı şeir və nağıllarını uşaqlara ərmağan edəcək.

Bu elan MKS-in sosial şəbəkələrində də yayımlanıb.