Dəyərli dostumuz Sabir Yusifoğlunun ad gününə təbrik əvəzi
İki qəlb birləşdimi?! –
Sonunda ad günü var.
Gah sevinc, gah da kədər
donunda ad günü var.
O, baxan gözəlin də,
Qisməti öz əlində.
Hər günün əzəlində,
sonunda ad günü var.
Dövrəsini fövr alın,
Deməyin nə tövr, – alın!
Unutmayın, fevralın
onunda ad günü var.
Qumral quzunu kəsin,
Kim yemir, qoy yeməsin.
Keçirmirəm deməsin, –
Qanunda ad günü var!